Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-213/2023 15.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, ev 104-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs sosial şəbəkədə “İnstagram” mobil tətbiqi vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş xx.xx.2022-ci il tarixdə saat 18 radələrində bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılaşmaya əsasən istintaqa məlum olmayan şəxsin 400 manat pul müqabilində Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Z.Mədətov küçəsində Şəhid bulağının yanına qoyduğu bir ədəd sellofan torbanın içərisində 01 ədəd bükümdə 68,027 qram və bir ədəd ağ rəngli plastik qabda 0,333 qram ümumi 68,360 qram çəkidə külli miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 01 ədəd bükümdə 0,089 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki,02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 28,783 qram və 1,895 qram olan ümumilikdə 30,678 qram çəkidə külli miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürməklə qanunsuz əldə edib üzərində daşıyaraq saxlamış,xx.xx.2022-ci il tarixdə Heydər Əliyev adına Bakı Neft emalı zavodunun mühafizəsi üzrə polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Z.Mədətov küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli gödəkçənin alınıda gizlətdiyi şəffaf selofan torbanın içərisindən həmin 68,360 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, 0,089 qram çəkidə narkotik vasitə olan tiryək, 30,678 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamin, aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 20 ilə yaxındır ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Metadon suyu içdiyinə görə də narkoloji kabinetdə qeydiyyatdadır. O, Abşeron rayonunda yaşayan köhnə əsgər yoldaşı olan dostugildən qayıdarkən yolda olan bulaqdan suyu götürüb narkotik vasitəni hazır edərək bədəninə vurmaq istəmiş, yanına yaxınlaşdığı bulaq şəhid bulağı olmuşdur. O, narkotik vasitəni istifadə etmək istəyən zaman şəhidin atası onu uzaqdan görüb yanına yaxınlaşmış və ondan nə etdiyini soruşduqda o heç nə etmədiyini demişdir. Bu zaman şəhid atası ona “bəs o nə idi əlində, qoydun cibinə” deyə sual vermiş, o isə əlində heç nə olmadığını deyib çıxıb getmək istəmişdir. Bu zaman ətrafda yaşayan sakinlər onunla sözlü mübahisə etməyə başlamışlar. Bundan sonra o, yola çıxmış və ona doğru avtomobil gəldiyini görmüşdür. Həmin vaxt niyyəti avtomobilin sürücüsünü saxladaraq sürücüyə onu avtomobiliylə oradan uzaqlaşdırmasını bildirmək olmuşdur. Lakin avtomobilin içərisində polis əməkdaşı olmuşdur. O, avtomobildə polis əməkdaşı olduğunu görüb avtomobili saxlatmış və avtomobildəki polis əməkdaşına onunla birlikdə hadisə yerinə gəlməsini, bir az da davam etsə dava düşəcəyini bildirmişdir. Polis əməkdaşı özü yaxınlaşıb nə baş verdiyini soruşaraq kənd sakinlərini bir qədər ayırmışdır. Bu zaman şəhid atası polis əməkdaşına onun barəsində “ əlində nəsə var, nəsə qoydu cibinə” demişdir. O da bu zaman cibində heç nə olmadığını bildirmişdir. Sellofan torbanın içərisində şprisi və balaca bir qab olmuş, həmin qabın içində narkotik vasitə hazırlamışdır. Bundan sonra polis onun əlini buraraq tutub saxlamış və cibindəkiləri çıxarmışdır. Polis əməkdaşı cibindəki əşyaları çıxardıqdan sonra ondan onların nə olduğunu soruşmuşdur. O da polis əməkdaşına əlindəkinin narkotik vasitə olduğunu, orada həmin nakotik vasitədən istifadə etdiyini, narkoman olduğunu bildirmişdir. Polis əməkdaşı da ona qarşı “sən görərsən, bundan sonra sənə nə olacaq” tipli ifadələr işlətmiş və onu tanımadığı bir yerə aparmışdır. Onu avtomobilin içərisində saxlamışlar. O da bu zaman polis əməkdaşına məsələ nədirsə, hörmətlərini eləyib onu buraxmalarını, xəstə adam olduğunu söyləmişdir. Bu zaman polis əməkdaşı ona rəisinin gələcəyini, bundan sonra vəziyyətə baxıb qiymət verəcəklərini bildirmişlər. Təxminən bir saat yarımdan sonra rəisləri gəlmişdir. Rəisləri nə baş verdiyini soruşduqda o baş verənləri danışaraq bulaqdan su götürdüyünü, sulayan zaman şəhid atasının onu gördüyünü və ondan nə iş gördüyünü soruşduğunu, onun da öz növbəsində şəhidin atasından üzr istədiyini demişdir. O olanları rəisə danışdıqdan sonra rəis çıxıb kimləsə danışmışdır. Təxminən 4 saata yaxın onu yanacaqdoldurma məntəqəsinin yanında saxlamış, daha sonra Abşeron rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində polis əməkdaşları tərəfindən döyülmüş, şəhid bulağının yaxınlığında narkotik istifadə etməyini də bunun üçün əsas göstərmişlər. O da şəhidlərimizin fəxrimiz olduğunu, bilmədən səhvən şəhid bulağının yanında narkotik vasitə qəbul etmək istədiyini söyləmişdir. Lakin polis əməkdaşları onunla razılaşmayaraq başına oyun açacaqlarını söyləmişlər. Orada da Süleyman adlı müstəntiq olmuş, o həm də şəhidin qohumu olmuşdur. Polis əməkdaşları hamısı üstünə gəlib onu sözlə hədəmişlər. Bundan sonra onu saxlayıb sənədləşmə işlərini aparmışlar. Saxlanmamışdan qabaq videoçəkilişdə o ağrıda olmuş, orada ona gətirib nə verdiklərini, neylədiklərini bilməmişdir. Divanda uzanmış, bir də onu bilmişdir ki, orada yazı yazan ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi açıldığını bildirir. O da razılaşmış, videoçəkiliş zamanı da halsız olmuşdur. Belə ki, əynindəki paltonun içinə nəsə qoymuşlar, o da özünün istifadə etmək istədiyi narkotik vasitə olduğunu zənn etmişdir. Videoçəkiliş zamanı narkotik vasitəni çıxaranda əslində ona öz istifadə etmək istədiyi narkotik vasitəni deyil, başqa böyük büküm verildiyini görmüşdür. Öz üzərində sellofan torbasında şpris, bir ədəd balaca qabda bir az kokos və bir də narkotik vasitə olan kokosu bişirmək üçün limon duzu olmuş, hamısını sellofan torbaya büküb cibinə qoymuşdur. Ümumilkdə sellofan torbada iki ədəd balaca yumru qab olmuşdur. Narkotik vasitənin də çəkisi az təxminən yarım qrama yaxın və şəxsi istifadəsi üçün olmuşdur. Ancaq polis əməkdaşları paltosundan bir ədəd böyük büküm çıxarmışdır. O, onlara həmin bükümdəkinin nə olması ilə bağlı sual vermiş, polis əməkdaşları da videogörüntünü saxlayıb onu bir qədər döymüş, daha sonra yenidən videoçəkiliş başlanmışdır. O, videoçəkiliş zamanı həmin bükülünün ona məxsus olduğunu bildirməmişdir. Polis əməkdaşları özləri necə sellofan torbaya qoyub paltosuna yerləşdirmişdirlərsə, eləcə də paltosundan çıxarmışlar. Narkotik vasitəni aldığı şəxsi ona məxsus mobil tefonunda axtarılsa, tapılacağını və həmin narkotik vasitəni hadisədən bir gün əvvəl aldığını bildirmişdir. Narkotik vasitəni sosial şəbəkə vasitəsilə əldə etmiş, sosial şəbəkədə hər yerdə narkotik vasitələrin satışı olmuş, narkotik vasitəni almaq üçün pulu köçürdükdən sonra təhvil verildiyini qeyd etmişdir.0,4 qram narkotik vasitə heroini aldığı şəxs özü kəndə, yəni Bülbüləyə gətirib müxtəlif ünvanlara atmış, o da götürmüşdür. Həmin narkotik vasitəni qapının ağzına qoymuşdur. Özü harada sakit yer tapmışsa, həmin yerdə də narkotik vasitə qəbul etmişdir. Şəhid bulağına da su götürmək üçün yaxınlaşmışdır. Əvvəlcə dükan axtarmışdır ki, su alsın, dükan tapmadığına görə qərara almışdır ki, gəzəgəzə gedib həm yola çıxsın, həm də su alsın. Gəzərkən şəhid bulağı görmüş, su doldurarkən şəhidin atası gəlmişdir. Şəhidin atası onunla ucadan bağıraraq danışmış, buna görə də təxminən 20-30 nəfər adam onun üstünə düşmüşdür. Barəsində həbs qətimkan tədbiri seçilərkən hazırda danışdıqlarını hakimə bildirmişdir. Belə ki, sanksiya zamanı ayağa qalxaraq hakimə sənədləşdirilmiş maddələrin ona məxsus olmadığını, təzyiq altında məcburi şəkildə onları qəbul etdiyini bildirib bədənini göstərmişdir. Hakim özü də bədəninin gömgöy olduğunu görmüşdür. Onu döyən polis əməkdaşları olmuşdur. Döyülməyi barədə vəkilinə də məlumat vermiş, hətta sanksiya zamanı hakim məhkəmə iclasındakı prokurorluq əməkdaşına ekspertiza ilə bağlı tapşırıq vermiş, prokurorluqdan da ekspertiza təyin olunmuş və xəsarətini görmüşlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilərkən özünü həmin ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadəçisidir. Təxminən bir ay əvvəl «İnstagram» sosial şəbəkədə tanımadığı bir nəfər şəxs ilə tanış olmuş, onunla virtual dostluq etdikdən sonra sonuncu ona narkotik vasitə istəyib- istəmədiyini soruşmuş, o da narkotik aludəçisi olduğu üçün istədiyini bildirmişdir. Bundan sonra onlar öz aralarında razılaşmışlar. O, narkotik vasitəni necə əldə edəcəyini soruşduqda, həmin şəxs dediyi yerdən götürməyini sonra isə pulu bank hesab kartına göndərməyini təklif etmişdir. O, adını bilmədiyi həmin şəxslə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə həmin şəxsin Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Zaur Mədətov küçəsində şəhid bulağının yaxınlığında bir ədəd selofan parçası qoyduğunu və oradan götürməyini bildirmişdir. O, həmin şəxsin dediyi yerə xx.xx.2022-ci il tarixdə saat təxminən 17:50 radələrində getmiş və oradan ağ rəngli sellofan torbanı görüb götürmüşdür. Həmin torbanın içərsində olan 1 ədəd qara rəngli sellofan parçasına bükülmüş qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroini və metamfetamini , 1 ədəd balaca ağ rəngli plastik qabın içərsində olan qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroini, bir ədəd boz rəngli dəmir qabın içərsində olan bir ədəd sellofan parçasına bükülü olan ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetamini eyni zamanda həmin dəmir qabın içərsində olan qara rəngli tiryəki götürmüşdür. Sonra polis əməkdaşları özlərini təqdim etdikdən sonra onu saxlayıb Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-nin xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O da əynində olan tünd göy rəngli nazik gödəkçəsinin altında gizlətdiyi 1 ədəd qara rəngli sellofan parçasına bükülmüş qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroini və metamfetamini ,1 ədəd balaca ağ rəngli plastik qabın içərsində olan qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroini, bir ədəd boz rəngli dəmir qabın içərsində olan bir ədəd sellofan parçasına bükülü olan ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetamini eyni zamanda həmin dəmir qabın içərsində olan qara rəngli tiryəki təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə instagram sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsdən 400 (dörd yüz) manat məbləğində pula online olaraq almışdır. O, həmin şəxsi hər hansı bir formada görməmiş, onunla İnstagram sosial şəbəkəsində tanış olmuşdur. Həmin narkotik vasitələri pulun həmin şəxsin bank hesabına göndərmişdir. Narkotik vasitəni özü istifadə etmək üçün özündə saxlamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə instagram sosial şəbəkədə tanış olduğu şəxsdən 400 (dörd yüz) manata məbləğində pula online olaraq almışdır. O, həmin şəxsi hər hansı bir formada görməmiş, onunla İnstagram sosial şəbəkəsində tanış olmuşdur. Həmin narkotik vasitələri pulun həmin şəxsin bank hesabına göndərmişdir. Narkotik vasitəni özü istifadə etmək üçün özündə saxlamışdır. Həmin şəxsin dediyi yerdən yəni o, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Zaur Mədətov küçəsində şəhid bulağının yaxınlığında bir ədəd sellofan parçasın götürmüşdür. Həmin şəxsi əvvəllər görməmiş, əvvəllər həmin şəxsi tanımamış, onunla ancaq mobil telefonla vhatsapp vasitəsi ilə əlaqə saxlamış, başqa formada münasibəti olmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onu saxlayarkən və bundan sonra da ona qarşı hər hansı fiziki zorakılıq hərəkətlərinə yol verilməmişdir. ( cild 1, iş vərəqə 46-48) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Mühafizə İdarəsinin H.Əliyev adına Bakı neft emalı zavodunun mühafizəsi üzrə polis idarəsinin manqa komandiri Şahid2 ifadəsində göstərdi ki, 02 may 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivindən keçərkən camaatın bir nəfər şəxsin üstünə düşdüyünü görmüşdür. Ora yaxınlaşaraq onları ayırmaq istəsə də, insanlar çox olduğu üçün köməyə digər polis əməkdaşlarını çağırmışdır. Polis əməkdaşları gəldikdən sonra aranı sakitləşdirmiş, söhbət zamanı həmin şəxs özünü şübhəli apardığı üçün onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Həmin vaxt o, üzərində narkotik vasitə olduğunu bildirmiş və onlarla birlikdə Abşeron RPİ-yə gəlmişdir. Abşeron RPİ-уə gəldikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində gödəkcəsindən bir ədəd sellofan torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitə heroinə bənzər maddəni, psixotrop maddə metamfetaminə bənzər maddəni, 01 ədəd plastik qabın içərisində narkotik vasitə heroinə bənzər maddəni, 01 ədəd dəmir qabın içərisində olan psixotrop maddə metamfetaminə bənzər maddəni, həmçinin həmin dəmir qabın içərisində olan tiryəkə bənzər maddəni təqdim edərək həmin maddələrin narkotik vasitə heroin, narkotik vasitə tiryək və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 02 may 2022-ci il tarixdə «İnstagram» sosial şəbəkədə tanış olduğu tanımadığı şəxsin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən Zaur Mədətov adına şəhid bulağının yanında qoyduğu şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. O, ibtidai istintaq verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in Baş Mühafizə İdarəsinin H.Əliyev adına Bakı neft emalı zavodunun mühafizəsi üzrə polis idarəsinin polis nəfəri Şahid3 eyni məzmunlu ifadə verərək şahid polis əməkdaşı Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid DİN-in Baş Mühafizə İdarəsinin H.Əliyev adına Bakı neft emalı zavodunun mühafizəsi üzrə polis idarəsinin bölük komandiri Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrdən görünür ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşları Şahid2 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. ( cild 1, iş vərəqə 135-137) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 02 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli nazik gödəkcəsinin altında olan bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində olan 1 ədəd qara rəngli sellofan parçasına bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, bükülünün içərisində olan ağ rəngli, kristall formalı psixotrop maddə metamfetaminə bənzər maddə, 1 ədəd balaca ağ rəngli plastik qabın içərisində olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd boz rəngli dəmir qabın içərisində olan 1 ədəd sellofan parçasına bükülü olan ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddə, həmçinin həmin dəmir qabın içərisində olan qara rəngli tiryəkə bənzər maddə aşkar olunaraq götürülmüşdür.( cild 1, iş vərəqə 28-30) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 04 may 2022-ci tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli DVD farmatlı diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, əynində olan tünd göy rəngli nazik gödəkçəsinin altında gizlətdiyi 1 ədəd qara rəngli sellofan parçasına bükülmüş qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroini və metamfetamini, 1 ədəd balaca ağ rəngli plastik qabın içərsində olan qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroini, bir ədəd boz rəngli dəmir qabın içərsində olan, bir ədəd sellofan parçasına bükülü olan ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetamini eyni zamanda həmin dəmir qabın içərsində olan qara rəngli tiryəki çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin əynində tünd göy rəngli nazik gödəkçəsi olan şəxs onun özüdür, əynində olan tünd göy rəngli nazik gödəkçəsinin altında gizlətdiyi 1 ədəd qara rəngli sellofan parçasına bükülmüş qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroin və metamfetamin , 1 ədəd balaca ağ rəngli plastik qabın içərsində olan qəhvəyi rəngli, toz formalı, narkotik vasitə olan heroin, bir ədəd boz rəngli dəmir qabın içərsində olan, bir ədəd sellofan parçasına bükülü olan ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetamin və eyni zamanda həmin dəmir qabın içərsində olan qara rəngli tiryəkdir. Üzərindən aşkar olunmuş narkotik vasitələri adını bilmədiyi şəxsdən online vasitəsi ilə 400 manat müqabilində əldə etmişdir.( cild 1, iş vərəqə 63-65) Qeyd olunan protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 may 2022-ci il tarixli, 6/2550 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqdim etdi (imza) Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 68.027 qr., bir ədəd ağ rəngli plastik qabda təmiz çəkisi 0,333 qr., ümumi təmiz çəkisi 68,360 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 28,783 qr., 1,895 qr., ümumi təmiz çəkisi 30,678 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0.089 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. (cild 1 iş vərəqə 36-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 13 iyun 2022-ci il tarixli, 3192 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyalorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəq 125-127) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının 20 iyun 2022-ci il tarixli, 1596 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir.( cild 1, iş vərəq 122-125) Cinayət işinin materiallarında görünür ki, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 68,260 qram qalığı, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 30,578 qram qalığı, narkotik vasitə tiryəkin ekspertiza tədqiqatından sonrakı 0,039 qram qalığı iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. ( cild 1, iş vərəqə 102-103) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Ağayev X3 rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay müddətindən vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir.( cild 1, iş vərəqə 95) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Suraxanı RİHB-nın Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, qeydiyyatda olduğu müddət ərzində Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 106) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması, narkotik vasitə əldə etməkdə satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, üzərində saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda və müxtəlif növlərdə olması Təqsirləndirilən şəxs məqsədinin məhz psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs üzərində olan bədən xəsarətlərinə hüquqi qiymət verərək, həmin xəsarətlərin şəhid bulağının yanına toplanan, şəhid xatirəsinə hörmətsizlik etməsinə görə ona qarşı qəzəbli olan insanlar tərəfindən yetirildiyi qənaətinə gəlir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, psixotrop maddə metamfetmainin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 may 2022ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 52-53, 81-85) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan heroinin ekspertiza tədqiqatından sonrakı 68,260 qram qalığı, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 30,578 qram qalığı, narkotik vasitə tiryəkin ekspertiza tədqiqatından sonrakı 0,039 qram qalığı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81(səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 68,260 qram qalığı, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 30,578 qram qalığı, narkotik vasitə tiryəkin ekspertiza tədqiqatından sonrakı 0,039 qram qalığı məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-213/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-213/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver