Məhkəmə qərarları › İş №1(124)-213/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-213/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-213/2024 21.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Nizami oğlunun sədrliyi, X9 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs2 - xx.xx.1979-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, orta təhsilli, evli, Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 40-da qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, 3-cü korpus, yeni massiv, nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1- xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmamış, orta təhsilli, evli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 2, ev 59- da qeydiyyatda olmaqla ünvan 1, nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məmmədhüseyn” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Məmmədhüseyn” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirməklə satışını təşkil edib birgə qazanc əldə etmək məqsədi ilə göndərdiyi və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq sahədə bir ədəd sarı rəngli sellofan torba içərisində gizlədilib yerləşdirilmiş külli miqdarda ümumilikdə 11275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı “Məmmədhüseyn” adlı şəxsin təlimatı əsasında 07 yanvar 2021 -ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1la birlikdə, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chevrolet Cruze” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisinə getdikdən sonra həmin külli miqdarda narkotik vasitə heroini orada Güzdək daş karxanası istiqamətində uzanan yolun 3- cü kilometrliyində yol kənarındakı torpaq sahədə bir ədəd sarı rəngli sellofan torbada gizlədilmiş yerdən birgə götürüb satış məqsədi ilə əldə edərək saxlayaraq daşımışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 07 yanvar 2021-ci il tarixdə saat 21:38-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq ərazidə saxlanıldıqdan dərhal sonra həmin gün saat 21:43-dən etibarən orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərinə baxış keçirilərkən həmin külli miqdarda narkotik vasitə heroin Təqsirləndirilən şəxs2 əlində saxladığı və təqdim etdiyi bir ədəd sarı rəngli sellofan torbanın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 2550 qram, 3170 qram, 2990 qram və 2565 qram olmaqla 04 ədəd bağlamalarda aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı ittiham irəli sürülümüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 20,180 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, 3-cü korpus, yeni massiv, nömrəsiz fərdi evin zirzəmisində gizlədərək saxlamışdır. 19 yanvar 2021- ci il tarixdə saat 17:00-dan etibarən Təqsirləndirilən şəxs2 yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, 3-cü korpus, yeni massiv, nömrəsiz fərdi evdə axtarış aparılarkən Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin 20,180 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana 01 ədəd şəffaf sellofan bükümdə olmaqla üzərində «Digital Scale» sözləri yazılmış 01 ədəd qara rəngli elektron tərəzi ilə birlikdə həmin evin zirzəmisindən bir ədəd mavi rəngli sellofan torbanın içərisində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, 2006-cı ildən 2021ci ilə kimi başqa bir işlə məşğul olmamışdır. Halal pulunu qazanmışdır. Fəhləlik etməklə pul qazanmışdır. Qardaşının telefonlarını götürmək üçün gəlmişdir. 2019-cu ildə qardaşının işinə baxılmışdır. Sonradan işinə xitam verilmişdir. 07 yanvar 2021-ci il tarixdə evdə olarkən ona zəng gəlmişdir. O, zəng edən şəxsin kimliyini soruşmuşdur. Zəng edən şəxs onun dediyi yerə gələrsə ona köməklik edəcəyi barədə vəd vermişdir. Yolun qırağında təkər olmuşdur. O, avtomobili orada saxlamış və avtomobildən düşmüşdür. O, avtomobildən düşəndə onu tutmuşlar. Onun üzərinə 11 kiloqram narkotik qoymuşlar. Onun qiymətinin nə qədər elədiyini bilməmişdir. DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotiki güclə onun boynuna qoymuşlar. Onun evindən heç bir şey çıxmamışdır. May ayında onu müvəqqəti saxlanma yerinə aparmışlar. Ordakı narkotiki o, götürməmişdir. Ümumiyyətlə, orada o qədər narkotik olmamışdır. O həmin yerə kömək məqsədi ilə getmişdir. Orda İranlı deyilən şəxs olmamışdır. Qardaşının işi ilə əlaqədar kömək məqsədi ilə getmişdir. Onun dediyi yerə getmiş və orada altı polis əməkdaşı onu saxlamışdır. Şahid qismində isə dörd nəfərin adı yazılmışdır. O həmin yerə digər şəxs Təqsirləndirilən şəxs1 ilə getmişdir. İlqara o özü zəng etmişdir. Təqsirləndirilən şəxs1 onun xalası oğludur. Onun əvvəllər məhkumluğu olmuşdur. Məhkumluğu narkotiklə bağlı olmamışdır. O tutularkən ona işgəncə verilmişdir. İşgəncə verilməsi və ona təzyiqlər edilməsi ilə bağlı həbs seçilən zaman məhkəmədə ifadəsində bildirmişdir. Mənə təzyiqlər olunduğunu da demişəm. İşgəncə ilə bağlı prokurorluqda araşdırma getməmişdir. İranlı vətəndaşlarla onun əlaqəsi olmamışdır. İranlılarla yazışması olmamışdır. Ona hansı nömrədən zəng gəldiyini vəkilinə bildirmişdir. O, narkotik satmamışam və ya bunun qarşılığında kiməsə pul göndərməmişdir. O tək getməyə qorxduğu üçün xalası oğlu ilə getmişdir. O, xalası oğlu ilə Qızıldaş qəsəbəsinə gəlmişdir, lakin oradan bağlama götürməmişlər. 2021-ci ildə Nərimanov Rayon Məhkəməsinə sanksiya ilə bağlı məhkəməsi olmuşdur. O məhkəmədə narkotikin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki təqsirləndirilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək göstərmişdir ki, törətdiyi cinayət əməlinə görə səmimi peşmanlıq çəkir. Özü evlidir, 2011 -ci ildə Şahid5 ilə rəsmi nikahla ailə həyatı qurmuş, bu nikahdan üç azyaşlı uşağı var. Böyük övladı olan qızı Tabəsin 8 yaşı, ortancıl övladı qızı Zəhranın 6 yaşı, kiçik övladı olan oğlu Nihatın 4 yaşı vardır. Həyat yoldaşı Mətanət heç yerdə işləmir, evdar qadındır. Özü də rəsmi heç yerdə işləmir, iş tapanda tikinti-inşaat işlərində fəhləlik etməklə məşğul olur. Özü heç vaxt narkotik maddələr qəbul etməmişdir. Lakin təxminən 1 il olar ki, ailəsinin maddi çətinliyi ilə əlaqədar, maddi vəziyyətinin pisləşməsi səbəbindən narkotik vasitə olan «kokos» adı tanınan heroinin satışı ilə məşğul olmuşdur. Təxminən 1 il bundan əvvəl özü internet üzərindən «Facebook» sosial şəbəkəsində bir nəfər İran İslam Respublikası vətəndaşı olan Məmmədhüseyn adlı şəxslə tanış olmuş, sonradan aralarında mobil telefon vasitəsi ilə tanışlıqları davam etmişdir. Onunla real üzbəüz heç vaxt görüşü olmasa da mobil telefonda Vatsap proqramı vasitəsi ilə bir-biriləri ilə danışmışlar. Danışıqları zamanı Məmmədhüseyn ona təklif etmişdir ki, onun İrandan göndərdiyi narkotik və ya psixotrop maddələri Bakı şəhərində onun qoydurduğu yerlərdən götürüb saxlasın, satandan sonra həm özü bir qədər pul qazansın, həm də onun pulunu göndərsin. Özü də Məmmədhüseynin bu təklifi ilə razılaşmalı olmuş, çünki pula ehtiyacı olmuşdur. Bundan sonra 2020-ci ilin noyabr ayında Məmmədhüseyn ona İrandan zəng edib bildirmişdir ki, Bakı şəhərinə bir qədər “kokos”, yəni narkotik maddə heroin göndərmişdir, həmin heroini Bakı şəhərində “Koroğlu” metrostansiyasının giriş yeri yanında yol kənarında işıq dirəyinin yanındakı yerə bir torbada qoydurmuşdur, həmin torbanı gedib oradan götürsün. Məmmədhüseyn ona bildirmişdir ki, heroinin satışında hər bir qrama görə ona 11 manatdan pulunu sonradan versin, artıq hansı qiymətə satarsa o da onun qazancı olsun. Özü də Məmmədhüseynin dediyi ünvana gedib həmin heroin torbasını oradan götürəndən bir neçə gün sonra tanımadığı bir nəfər narkotik maddə qəbul edən şəxsə satmış, özü də qazanc götürmüş, təxminən 5000 manat pulu da sonra Bakı şəhərində Məmmədhüseynin hansısa tanımadığı bir adamına verərək ona göndərmişdir. 04 yanvar 2021-ci il tarixdə Məmmədhüseyn yenə də ona İrandan Vatsapla zəng edərək bildirmişdir ki, yaxın bir iki günə yenə bir qədər heroin göndərəcəkdir, yerini ona deyəcəkdir ki gedib götürsün. Özü də etiraz etməmiş, gözləməli olmuşdur. 07 yanvar 2021-ci il tarixdə axşamüstü saatlarında Məmmədhüseyn ona İrandan Vatsapla zəng edərək bildirmişdir ki, İrandan içində narkotik maddə heroin və “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olan bağlamanı artıq göndərmişdir və həmin bağlamanı Abşeron rayonu Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanasına gedən yolun kənarında avtomobil şini qoyulmuş yerin yaxınlığında bir yerə qoydurmuşdur, sarı rəngli sellofan torbadır. Özü də həmin yerə tək getməmək üçün bu barədə öz xalası oğlu Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin narkotik bağlamasını gedib götürüb qayıtmaq üçün onunla getsin. Açığı, Elmana bu barədə açıqca demişdir ki, İranlının göndərdiyi narkotik maddələr bağlamasını götürmək üçün gedir və demişdir ki, özü ilə getsin, avtomobili gedəndə özü sürəcək, qayıdanda isə o sürsün, ona da 200 manat pul verəcəkdir. Elman da razılaşmışdır. Həmin gün axşam saatlarında özü əvvəldən icarəyə götürüb sürdüyü “Chevrolet Cruze” markalı **-SL-*** nömrəli avtomobillə xalası oğlu Elmanla birlikdə Qobu qəsəbəsinə həmin əraziyə getmişdir. Orada Güzdək daş karxanasına doğru gedən yolun kənarında həqiqətən də avtomobil şini qoyulan yerin yanından keçib bir az da gedərək avtomobili saxlamış, özü və Elman salondan düşərək yol kənarında torpaq təpənin arxa tərəfinə keçərək həqiqətən də orada bir ədəd sarı sellofan torba olduğunu görmüşlər. Axşam saat təxminən 21:30 radələri olmuş, özü həmin torbanı oradan əlinə götürərək geri avtomobilə tərəf Elmanla birlikdə qayıdarkən onlara tərəf mülki geyimli bir neçə nəfər yaxınlaşıb onu və Elmanı saxlamış, həmin şəxslər özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara bildirmişlər ki, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə özlərində məlumat var, əməliyyat axtarış tədbiri keçirilir. Bundan sonra videoçəkiliş aparmaqla hüquq və vəzifələri onlara izah edildikdən sonra polislər təklif etmişlər ki, üzərilərində və avtomobildə qanunsuz saxlanılan bu kimi maddələr varsa təqdim etsinlər. Bu təklifdən sonra özü artıq tutulduqlarını başa düşərək heç bir etiraz etməmiş, əlindəki həmin sarı sellofan torbanı polis əməkdaşlarına təqdim edib bildirmişdir ki, içindəkilər heroin və metamfetamindir və özü həmin sarı sellofan torbanın içində hər biri sarı rəngli yapışqan lentlə bağlanmış halda olan dörd ədəd bağlamanı polislərə təqdim etmişdir. Polis əməkdaşları videoçəkilişlə həmin dörd ədəd bağlamanı ardıcıl olaraq açıb baxmış, onların hər birinin içindən narkotik vasitə heroin olduğunu aşkar etmişlər. İranlı Məmmədhüseyn ona həmin torbada heroin və metamfetamin olmasını bildirsə də, aşkar ediləndə bağlamaların hamısında heroin olduğunu görmüşlər. Özü həmin narkotik torbasını İranlı tanışı Məmmədhüseyn vasitəsi ilə satmaq üçün gəlib əldə etdiyini polis əməkdaşlarına hazırki ifadəsində göstərdiyi kimi danışıb bildirmişdir. Polis əməkdaşları onun üzərinə və xalası oğlu Elmanın üzərinə də baxış keçirmişlər, başqa qanunsuz heç nə olmamış, özünün üzərindən aşkar edilmiş bir ədəd “Kapitalbank” plastik bank kartını da götürmüşlər. Həmin bank kartı sadəcə öz arvadı Mətanətin adına olan hesab kartı oimuş, yəni narkotik maddə dövriyyəsinə heç bir aidiyyəti olmamışdır. Həmçinin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilin salonuna da baxış keçirilmiş, özünə aid Samsung və Nokia markalı, Elmana aid Samsung markalı mobil telefonları da iş üzrə əhəmiyyət kəsb etdiyi bildirilməklə polislər tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib aparmış, orada özü və Elman üçün vəkillər də dəvət edib təqdim etmişlər, aşkar edilənlərlə bağlı orada protokol yazılmış, özləri də protokolla tanış olub onun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs2 həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, özünün istifadə etdiyi mobil nömrələr ***-***-**-** və ***-***-**-** nömrələr olmuşdur, başqa mobil nömrəsi yoxdur, həmin nömrələrlə danışıqlar aparmışdır. İran İslam Respublikasının vətəndaşı Məmmədhüseyn ona bildirmişdir ki, ola bilsin ki həmin malı ondan götürmək üçün özü sonra onun yanına kimisə göndərəcək, yaxud da özü müştəri tapıb onu kiməsə satacaqdır və hər bir qramı 11 manatdan Məmmədhüseynin pulunu göndərəcəkdir, baha sataraq özü də pul qazanacaqdı. Məmmədhüseyn demişdir ki, həmin torbada həm “kakos”, yəni heroin, həm də “şüşə”, yəni metamfetamin göndərib, bu səbəbdən özü elə bilmiş, lakin aşkar olunanda bağlamaların hamısının içindəkinin heroin olduğunu görmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən özünə və qohumu Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. Qohumu Təqsirləndirilən şəxs1 onunla birlikdə Abşeron rayonu Qobu qəsəbəsi ərazisinə gedərkən özü nə məqsədlə getmələri barədə Elmana əvvəldən demiş, yəni Elman onun həmin yerə narkotik və psixotrop maddələr olan torbanı götürüb gəlmək üçün getməsini bilmiş, tək getməmək üçün yanında özü ilə birgə getməsinə görə Elmana demişdir ki, gəl gedək malı gətirib gələk, sənə də 200 manat pul verəcəyəm. Elmanın rolu bundan ibarət olmuşdur. Hazırki dəfədən əvvəl İran İslam Respublikasının vətəndaşı Məmmədhüseyn ona yalnız bir dəfə heroin bağlaması göndərmişdir. Məmmədhüseyn tərəfindən ona göndərilmiş narkotik maddənin sonradan satışının həyata keçirilməsində qohumu Elmanın heç bir rolu olmamış və olmayacaqdı, həmin narkotiki özü satacaqdı. Əvvəlki dəfədə də Elmanın heç bir iştirakı və rolu olmamışdır. Sadəcə 07 yanvar 2021-ci il tarixdə polislər tərəfindən aşkar olunan həmin narkotik maddəni onunla birgə gedib götürməkdə Elmanın iştirakı olmuşdur, həmin narkotiki birlikdə Bakı şəhərinə gətirib gəlmək fikrində olmuşlar, narkotik maddə özündə qalmalı, Elman sadəcə onun avtomobilini geri qayıdanda sürməli olmuşdur. Özü Məmmədhüseyn adlı həmin İran vətəndaşı olan şəxslə sosial şəbəkədə tanış olmuş, mobil telefonda Vatsap danışıqları olmuşdur, lakin onu üzdən heç tanımır. Videogörüntülü danışıqları da heç olmamışdır. Məmmədhüseynin mobil nömrəsi İran nömrəsidir, hazırda xatırlamır. Məmmədhüseynin əlamətlərini də heç bilmir. Özü heç vaxt narkotik və psixotrop maddələr qəbul etməmiş, hazırda da qəbul edən deyil, həmçinin heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış və belə xəstəliklərdən də əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o yol getdiyi zaman Təqsirləndirilən şəxs2 ona zəng edərək onunla birlikdə getməyini təklif etmişdir. O da bu barədə onunla razılaşmışdır. İttihamda göstərilənlər kimi hadisə baş verməmişdir. O əvvəllər əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Müstəntiq 10 il əvvəl narkotik istifadə etməyini oraya yazmışdır. Onun heç bir şeydən xəbəri olmamışdır. O Təqsirləndirilən şəxs2 xalası oğludur. Onun avtomobili olduğu üçün onunla bir yerdə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 öz avtomobilini əzmişdir. Yanvar ayının yeddisi ona zəng etmişdir. Onun avtomobili ilə ünvana gedilməmişdir. Ünvana getdikləri avtomobil “Chevrolet Cruze” markalı olmuşdur. Həmin avtomobili rentacardan götürmüşlər. “Rentacardan” avtomobili Təqsirləndirilən şəxs2 götürmüşdür. Avtomobildə ikisi olmuşdur. Telefonda gedəcəkləri yeri ona başa salmışdır. O də həmin ünvanda avtomobildən düşmüşdür. Həmin vaxt onları polislər saxlamışlar. Onları idarəyə apararaq işgəncələr vermişlər. Polisin zirzəmisində onları döymüşlər. O, polislərə getdiyi yer barədə məlumatı olmadığını bildirmişdir. Bədənində gözlə görünən xəsarətləri olmuşdur. Xəsarətlərinin qeydiyyata alınıb və ya alınmadığını bilməmişdir. Onlar ünvana çatanda hava artıq qaralmışdır. Onları idarəyə gətirmişlər. Onların üzərinə baxış keçiriləndə müdafiəçi olmamışdır. Müdafiəçi sonrakı gün gəlmişdir. Gecə onları dindirərkən onlar müdafiəçi ilə təmin olunmamışlar. Ayın səkkizi səhər-səhər onları dirdirmişlər. Səhər bizi dindirəndə müdafiəçi olmuşdur. Şəxsin adı yadında qalmamışdır. Ona təzyiq göstərilməsini və narkotikin ona məxsus olmamasını müdafiəçiyə bildirmişdir. Onun üzərində iki dəfə axtarış keçirilmişdir. Axtarışın birində müdafiəçi olmuşdur. İlk dəfə dindirilərkən müdafiəçi olmamışdır. Daha sonra müstəntiq onu dindirəndə müdafiəçi iştirak etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində təzyiqlərə məruz qaldığını bildirmişdir. Sanksiya zamanı isə təzyiqlərə məruz qaldığını deməmişdir. Axtarış aparılanda həmin narkotik maddəni çəkməmişlər. Onun evində axtarış aparılmamışdır. Xəsarətləri onun çiynində və sinəsində olmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək göstərmişdir ki, ünvan 1, nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır, həmin ev öz evidir, yəni kirayə qalmır. Evlidir, 2010- cu ildə X7 ilə rəsmi nikahla ailə həyatı qurmuş, bu nikahdan iki azyaşlı uşaqları var. Böyük övladı olan qızı Asiman 2012-ci il, kiçik övladı olan qızı Aysu isə 2016-cı il təvəllüdlüdür. Həyat yoldaşı Elvira heç yerdə işləmir, evdar qadındır. Özü də rəsmi olaraq heç yerdə işləmir, icarəyə götürdüyü «Opel Vectra» markalı **-BS-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri ərazisində taksi sürücülüyü ilə məşğul olur. Əslən Cəlilabad rayonundan olan və Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs2 onun qohumudur, xalası oğludur. Özü də əslən Cəlilabad rayonundandır, lakin Bakı şəhərində doğulub boya- başa çatmışdır. Elçinlə həmişə aralarında bir qohum kimi yaxşı münasibətləri olmuşdur, ədavət və düşmənçiliyi olmamışdır, hazırda da yoxdur. Təqsirləndirilən şəxs2 qardaşı Faiq Xudiyev bildiyinə görə hazırda məhkumluq həyatı yaşayır, narkotik maddələrin qanunsuz dövriyyəsinə görə tutulmuşdur. Elçin özü heç yerdə işləmir, icarəyə götürdüyü “Chevrolet Cruze” markalı **-SL-*** nömrəli avtomobili idarə edir. 07 yanvar 2021-ci il tarixdə axşamüstü saatlarında xalası oğlu Elçin ona zəng edərək bildirmişdir ki, özü Abşeron rayonu Qobu qəsəbəsi ərazisinə onun üçün göndərilmiş hansısa bir bağlamanı götürmək üçün getməlidir və ona demişdir ki, birlikdə görüşək və oraya gedib həmin malı götürüb qayıdaq. Özü də etiraz etməmiş, Elçinlə Bakı şəhəri Binəqədi rayonu Binəqədi kəndi ərazisində öz yaşadığı evin yanında görüşmüş, aralarındakı söhbət zamanı Elçin ona “səndən nə gizlədim, Qobu qəsəbəsində yol kənarında bir yerdə mənim üçün qoyulmuş narkotik maddə olan bağlama, yəni torba var, həmin bağlamanı mənimlə birlikdə avtomobillə gedib götürüb qayıdaq, tək getməyim, gedəndə avtomobili özüm sürərəm, qayıdanda isə sən sürərsən, sənə də 200 manat pul verəcəyəm” deyə bildirmiş, özü isə Elçinin bir xala oğlu kimi ona xahiş etdiyini və 200 manat pul təklifi etməsini rədd etməmiş, onunla razılaşmışdır. Özünün həmin narkotik maddə bağlamasına əslində heç bir aidiyyəti olmayacaqdı, yəni həmin narkotik bildiyinə görə satması üçün Elçinin özünə aid olmuş, sadəcə ona təklif etmişdir ki, narkotik bağlamasını götürməyə və qayıtmağa tək getmək istəmir, nəisə ehtiyat edir. Bir sözlə özü razılaşaraq etiraz etməmişdir. Bundan sonra həmin gün axşam saatlarında Elçinin sürdüyü “Chevrolet Cruze” markalı **-SL-*** nömrəli avtomobillə onunla birlikdə Qobu qəsəbəsinə həmin əraziyə getmişlər. Orada Güzdək daş karxanasına doğru gedən yolun kənarında Elçinin deməsinə görə tullantı avtomobil şini qoyulan bir yer olmuş, içində narkotik olan torba həmin yerə yaxın yol kənarında bir yerə qoyulmuşdur. Özləri həmin yerin yanından keçib bir az da getmiş və Elçin avtomobili saxlayaraq narkotik torbasının həmin yerdə olduğunu bildirmişdir. Sonra özü və Elçin avtomobildən düşərək yol kənarında torpaq təpənin arxa tərəfinə keçmişlər, orada həqiqətən də bir ədəd sarı sellofan torba olduğunu görmüşlər. Axşam saat təxminən 21:30 radələri olmuş, Elçin özü həmin torbanı oradan əlinə götürəndən sonra birlikdə avtomobilə tərəf geri qayıdarkən onlara tərəf kənardan mülki geyimli bir neçə nəfər yaxınlaşıb onu və Elçini saxlamışlar. Həmin şəxslər özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara bildirmişlər ki, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat var, əməliyyat axtarış tədbiri keçirilir. Bundan sonra polislər videoçəkiliş aparmaqla hüquq və vəzifələrini onlara izah etdikdən sonra təklif etmişlər ki, üzərilərində və avtomobildə qanunsuz saxlanılan bu kimi maddələr varsa təqdim etsinlər. Bu təklifdən sonra Elçin artıq heç nə deməmiş, elə əlində tutduğu həmin sarı sellofan torbanı polis əməkdaşlarına təqdim edib bildirmişdir ki, içindəkilər heroin və metamfetamindir. Polislər tərəfindən saxlanılana qədər özü və Elçin həmin torbanın içinə heç baxmamış, sadəcə onu cəld həmin yerdən götürüb oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşları onları tutmuşdur. Elçin polis əməkdaşlarının təklifinə əsasən həmin sarı sellofan torbanın içində hər biri sarı rəngli yapışqan lentlə bağlanmış halda olan dörd ədəd bağlamanı polislərə təqdim etmişdir. Polis əməkdaşları videoçəkilişlə həmin dörd ədəd bağlamanı ardıcıl olaraq açıb baxmış, onların hər birinin içindən narkotik vasitə heroin olduğunu aşkar etmişlər. Elçin bildirmişdir ki, həmin narkotik maddə torbasını İranlı tanışı olan Məmmədhüseyn adlı şəxsin tapşırığı ilə satmaq üçün gəlib götürmüşdür. Polis əməkdaşları onun və Eiçinin üzərilərinə də baxış keçirmiş, başqa qanunsuz heç nə olmamışdır. Elçinin üzərindən aşkar edilmiş bir ədəd “Kapitalbank” plastik bank kartını da götürmüşlər. “Chevrolet Cruze” markalı avtomobilin salonuna da baxış keçirilmiş, hər ikisinin mobil telefonları da iş üzrə lazımlı olduğu bildirilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu və Elçini özləri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib aparmışlar, orada özünə və Elçinə vəkillər də dəvət edilib təqdim olunmuş, sonra isə aşkar edilənlərlə bağlı protokol yazılmış, özləri də protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, özünün istifadə etdiyi mobil nömrə ***-***-**-** nömrəsi olmuşdur, başqa mobil nömrəsi yoxdur, həmin nömrə ilə danışıqlar aparmışdır. Qohumu Təqsirləndirilən şəxs2 narkotik və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, satışı ilə məşğul olduğu barədə özü ordanburdan eşitmiş, lakin Elçinlə aralarında bu məzmunda açıq söhbət olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən nə özünə, nə də Elçinə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. Qohumu Təqsirləndirilən şəxs2lə birlikdə Abşeron rayonu Qobu qəsəbəsi ərazisinə gedərkən Elçin nə məqsədlə getmələri barədə ona bildirmiş, içində narkotik olan torbanı götürüb qayıtmaq üçün getmələrini, onunla birgə getməsi üçün ona 200 manat pul verəcəyini demişdir. Lakin həmin narkotik Elçinin özünə aid olmuş, özü sadəcə Elçinlə yol-yoldaşı kimi, onun tək getməməsi üçün qoşulub getmiş, torbanı götürəndən sonra qayıdanda avtomobili özü sürməyi qərarlaşdırmış, lakin polis əməkdaşları onları tutmuşlar. İran İslam Respublikasının vətəndaşı Məmmədhüseyn adlı şəxsi özü tanımır, onunla özünün heç bir əlaqəsi də olmamışdır, həmin narkotik maddənin Məmmədhüseyn adlı şəxs tərəfindən göndərildiyini də bilmir, onunla Elçin arasındakı münasibətlər, əlaqələr də özünə məlum deyildir. Sadəcə Elçinin deməsinə görə əvvəldən bilmişdir ki, həmin narkotik torbasını kimsə İrandan onun üçün göndərmişdir və həmin yerə qoydurmuşdur. Özü əvvəllər qohumu Elçinlə birlikdə narkotik və ya psixotrop maddələr götürmək məqsədi ilə heç vaxt harasa getməmiş, ilk dəfə idi ki hazırda getmişdir. Narkotik maddələrin əldə edilməsinin, saxlanmasının, daşınmasının qanunsuz bir əməl, cinayət olduğunu bilmiş, lakin maddi imkanı olmadığı üçün Elçinin 200 manat pul təklifinin qarşısında onunla razılaşmalı olmuş, pula ehtiyacı olmuşdur. Özü Məmmədhüseyn adlı həmin İran vətəndaşı olan şəxsi tanımır, hələ yol boyu həmin narkotik torbasını götürməyə gedəndə xalası oğlu Elçin həmin şəxslə mobil telefonda onun adını «Məmi», «Məmiş», ara bir də «Məmməd» deyə çağırmışdır. Həmin şəxsin qeyd edilən narkotik maddəni İrandan göndərdiyini hələ Qobuya gedəndə yolda aralarındakı söhbət zamanı Elçin ona demiş, lakin necə, hansı yolla, kimin vasitəsi ilə göndərdiyi, yaxud həmin əraziyə qoyulduğu özünə məlum deyil, bu barədə bilmir. Yolda gedəndə Elçin ona bildirmişdir ki, İranlı tanışı onun üçün bir qədər «pati», yəni metamfetamin, bir qədər də «kakos», yəni heroin göndərib. Lakin polislər aşkar edəndən sonra həmin torbanın içində dörd ədəd bağlamada yalnız heroin olduğunu görmüşlər. Özü hazırda narkotik və psixotrop maddələr qəbul etmir, lakin əvvəllər düşəndə narkotikin yalnız marixuana növündən çəkib qəbul etmişdir. «Pati» adlandırdığı psixotrop maddə metamfetamini, «kakos» adlandırdığı narkotik vasitə heroini özü əvvəllər görmüşdür, tanıyır, lakin heç vaxt qəbul etməmişdir. Qohumu Təqsirləndirilən şəxs2 həmin narkotik maddə heroini sonradan hara aparacağı, harada saxlayacağı, kimə satacağı barədə özü bilmir, Elçin bu barədə ona heç nə deməmişdir, həmin heroinin satması üçün ona göndərildiyini bilmiş olsa da kimə satacağı barədə Elçin ona bildirməmişdir. Özü heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış və belə xəstəliklərdən əziyyət çəkmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidməti vəzifələrini yerinə yetirir. 07 yanvar 2021-ci il tarixdə xidmət etdiyi Baş İdarəyə Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, 3-cü korpusda yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 və ünvan 1 ünvanındakı fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 bir-birilə əlbir olaraq qanunsuz şəkildə külli miqdarda narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik və psixotrop maddələri əldə edib saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Özü həmin əməliyyat məlumatını xidmət etdiyi Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 bu qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik özünə həvalə olunmuşdur. Bundan sonra özləri əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zərurəti ilə əlaqədar əməliyyat qrupu olaraq həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqları yer barədə aldıqları məlumat üzrə hərəkət edib Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyinə getmişlər və orada əməliyyat mövqelərini tutmuşlar. Bir neçə dəqiqədən sonra həmin ərazidə Güzdək daş karxanasına doğru gedən yolun kənarındakı, avtomobil şini qoyulan yerdən bir az da irəliyə doğru bir qara rəngli “Chevrolet Cruze” markalı **-SL-*** nömrəli avtomobil hərəkət edib gələrək orada dayanmışdır. Avtomobilin sükanı arxasından xarici görünüşcə Təqsirləndirilən şəxs2 oxşar şəxs, həmçinin salondan sərnişin kimi Təqsirləndirilən şəxs1 oxşar şəxs düşərək bir neçə saniyə ərzində yol kənarında torpaq təpənin arxa tərəfinə keçmişlər və qısa müddət ərzində Təqsirləndirilən şəxs2 oxşar şəxs oradan əlində bir ədəd sellofan torba tutmuş vəziyyətdə yanındakı Təqsirləndirilən şəxs1 oxşar şəxslə birlikdə avtomobilə doğru geri qayıdarkən saat 21:38-də özü və əməliyyat qrupunun digər üzvləri dərhal yaxınlaşıb onları saxlamışlar. Özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirməklə həmin şəxslərə də özlərini təqdim etmələrini təklif etmişlər. Əlində sellofan torba tutmuş şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu təsdiq edib anket məlumatlarını söyləmiş, həmçinin yanındakı şəxs də özünü təqdim edib Təqsirləndirilən şəxs1 olduğunu təsdiq etmiş və anket məlumatlarını söyləmişdir. Onlara izah etmişlər ki, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatları olduğu üçün saxlamışlar və əməliyyat axtarış tədbiri keçirilmişdir, bu barədə qərar da onlara elan edilmiş, yaranmış zərurətlə əlaqədar elə həmin yerdə üzərilərinə, daşıdıqları əşyalara və avtomobilə baxış keçirilməli olduğunu da onlara bildirəndə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 baxış keçirilməsinə etiraz etməmişlər. Bundan sonra əməliyyat qrupunun üzvü olan, Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidov tərəfindən baxış keçirilməsi prosesi başlanmış, baxış özlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərilərində və avtomobildə qanunsuz saxlanılan narkotik və psixotrop maddələr, digər qadağan olunmuş əşya və predmet varsa təqdim etsinlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əlindəki sarı sellofan torbanı təqdim edib bildirmişdir ki, torbanın içində “kokos" adı ilə tanınan narkotik maddə heroin və “şüşə” adı ilə tanınan psixotrop maddə metamfetamin vardır. Bunun ardınca Təqsirləndirilən şəxs2 həmin sellofan torbanı açıb içindən hər biri sarı rəngli yapışqan lentlə bağlanmış halda olan dörd ədəd bağlamanı çıxarıb baxışa təqdim etmişdir. Həmin dörd ədəd bağlama özləri tərəfindən ardıcıl olaraq açılıb baxıldıqda həmin bağlamaların hər birinin içindən narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli, kəskin iyli maddə aşkar olunmuşdur. Lakin psixotrop maddə metamfetaminə oxşar hər hansı maddə aşkar olunmamışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin narkotik maddə heroini ona satmaq üçün İran İslam Respublikasında yaşayan tanışı Məmmədhüseyn adlı şəxs göndərib həmin yerə qoydurmuşdur və telefon vasitəsi ilə ona bu barədə deyərək həmin heroin torbasını oradan götürməyi ona tapşırmışdır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, tanışı Məmmədhüseyn ona telefonda qeyd edilən torbanın içində psixotrop maddə metamfetamin olmasını da bildirməsinə baxmayaraq, lakin torbadan yalnız heroin aşkar edildiyini bilmişdir. Eləcə də sorğu sual zamanı Təqsirləndirilən şəxs2 səmimi şəkildə bildirmişdir ki, özü həmin narkotiki satandan sonra heroinin hər bir qramına görə Məmmədhüseynə 11 manat pul ödəyəcəkdi, bu qaydada əvvəllər də İranlı Məmmədhüseyndən narkotik və psixotrop maddələr alıb satmışdır, hazırkı' narkotik maddə torbasını özü ilə birgə gəlib həmin yerdən götürməyi və avtomobillə birlikdə daşımağı özü xalası oğlu Təqsirləndirilən şəxs1 təklif etmişdir. Təqsirləndirilən şəxs2 əlində saxladığı sellofan torbada aşkar edilmiş qeyd edilən dörd ədəd bağlamada olan narkotik vasitə heroinə bənzər maddə elə sellofan torbadaca götürülüb qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərinə də baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd “Kapitalbank” plastik bank kartı da aşkar edilib iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüş, başqa qanunsuz heç nə aşkar olunmamışdır. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunsuz heç bir əşya, predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 da xalası oğlu Təqsirləndirilən şəxs2 dediklərini bir daha təsdiq edərək bildirmişdir ki, həmin narkotik maddəni götürüb daşımaq üçün həmin yerə birlikdə gəlməyi ona xalası oğlu Təqsirləndirilən şəxs2 təklif etmiş, bu işi birlikdə görmək müqabilində Təqsirləndirilən şəxs2 ona 200 manat pul verəcəyini vəd etdikdən sonra özü də Elçinin bu təklifi ilə razılaşıb həmin narkotik maddə torbasını götürmək üçün qeyd edilən “Chevrolet Cruze” markalı **-SL-*** nömrəli avtomobildə Elçinlə birlikdə gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 özünün razılığı və iştirakı ilə onun tərəfindən idarə olunan həmin “Chevrolet Cruze” markalı avtomobilin salonuna da baxış keçirilmiş, avtomobilin salonundan Təqsirləndirilən şəxs2 məxsus olan Samsung və Jinga (Nokia) markalı, eləcə də Təqsirləndirilən şəxs1 məxsus olan Samsung markalı mobil telefonlar aşkar edilib iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Həmin yerdə sənədləşmə aparılması üçün əlverişli şərait olmadığına görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özləri ilə dəvət edib Chevrolet Cruze” markalı **-SL-*** nömrəli avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər, orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidov tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün onlara vəkillər də dəvət edilib təqdim olunmuş, sonra isə bütün bu aşkar edilənlərlə bağlı protokol yazılıb tərtib olunaraq ucadan oxunmuş, özü və digər iştirakçılar protokolla tanış olub onun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan başqa, sonradan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində başlanmış cinayət işi üzrə aparılan istintaq dövründə 19 yanvar 2021-ci il tarixdə özü istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, 1 -ci Mədən küçəsi, 3-cü korpus, yeni massiv, nömrəsiz fərdi evdə Təqsirləndirilən şəxs2 arvadı Şahid5 razılıq ərizəsi əsasında aparılan axtarış və götürmə prosesində də iştirak etmişdir. Həmin ünvanda axtarış aparılarkən qeyd edilən evin zirzəmisindən bir ədəd mavi rəngli sellofan torbanın içərisində üzərində «Digital Scale» sözləri yazılmış 01 ədəd qara rəngli elektron tərəzi və onun yanında da 01 ədəd şəffaf sellofan bükümdə kəskin iyi olan, narkotik vasitə qurudulmuş marixuanaya oxşar təxminən 22,20 qram çəkidə qurudulmuş bitki kütləsi aşkar edilib götürülmüşdür. Şahid5 bildirmişdir ki, evin zirzəmisindən aşkar edilmiş içində elektron tərəzi və sellofan bükümdə qurudulmuş bitki kütləsi olan həmin sellofan torbadan, nə də onun içindəkilərdən həmin vaxta qədər özünün ümumiyyətlə heç bir xəbəri və məlumatı olmamışdır, qeyd edilən torba və içindəki aşkar edilənlər çox güman ki, özünün əri Təqsirləndirilən şəxs2 aiddir, tutulmazdan əvvəlki vaxtlarda evin zirzəmisinə daima əri Təqsirləndirilən şəxs2 girib-çıxmış, Təqsirləndirilən şəxs2 orada hansı əşyalarını saxlaması barədə özünün məlumatı olmamış, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən 07 yanvar 2021-ci il tarixdə tutulandan sonrakı günlərdə isə özü evin zirzəmi otağına ümumiyyətlə daxil olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılarkən, baxış keçirilərkən və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərkən və həmin idarədə olarkən onlara qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlər edilməmişdir, belə hallar olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunmaqla araşdırılımış Şahid2 işin halları ilə bağlı digər şahidlər Şahid1, Şahid3 və Şahid4 ilə eyni məzmunlu ifadə verməklə onların ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, onun yoldaşı Təqsirləndirilən şəxs2 yanvar ayının yeddisi tutulmuşdur. Ayın 19-u günü onların qapısı döyülmüşdür. Həmin vaxt üç nəfər içəri girmişdir. Onlar Təqsirləndirilən şəxs2 tutulması ilə əlaqədar evə baxış keçirməli olduqlarını bildirmişlər. Onlar evin altını üstünə çevirmişlər. Heç bir şey tapılmamışdır. Daha sonra iki nəfər çöldən gələrək, əllərində olan sellofanı stolun üstünə qoymuş və evin zirzəmisindən tapıldığını bildirmişdir. Həmin sellofanın tapılması zamanı o, zirzəmidə olmamışdır. Həmin zaman evdə də üç nəfər onun yanında axtarış etmişdir. O əvvəlcə göstərilən sənədlərə qol çəkmək istəməmişdir. Onu idarəyə aparmaqla bağlı hədələdikdən sonra məcbur olub imzalamışdır. Oxuma və yazması zəif olduğuna görə polislərin “təkçə evə baxış keçirmişik və imza atmalısız” sözlərinə inanaraq imza etmişdir. Daha sonra zirzəmidən tapılan sellefonla bağlı imza etdiyindən xəbərdar olmuşdur. Onlar ayın 19-u təxminən saat dörddə gəlmişlər. Bu zaman o evdə körpə uşaqları ilə birgə olmuşdur. Onların zirzəmiyə girdiklərini görməmişdir. O, videoçəkilişi görməmişdir. O, qol çəkəndən sonra şəkil çəkmişlər. Onun yoldaşı heç vaxt narkotiklə məşğul olmamışdır. Onun yoldaşı fəhləliklə məşğul olmuşdur. Onun yanında evə baxış keçirilmiş və heç bir şey tapılmamışdır. Polislərin evə baxış keçirmələri ilə bağlı əvvəlcədən onun razılığı olmamışdır. Zirzəmidən onlar uşaqların oyuncaqlarını qoymaq üçün istifadə etmişlər. Onlarda tərəzi olmamışdır. Polislər baxış keçirməyə mülki formada gəlmişlər. Onlar iki qonşunu hal şahidi kimi gətirmişdilər. Birinin adı Qərib, digərinin adı Taleh olmuşdur. Qonşulardan heç biri zirzəmiyə giriş etməmişdir. Onların evlərinə mülki geyimdə gələn şəxslər ona və qonşulara sellofan bükümün zirzəmidən aşkar olunduğunu bildirmişlər. Zirzəminin girişi evin çölündən olmuş və onun qapısı olmamışdır. Evə baxış edən zaman ondan icazə almamışlar. İmza onun imzası və ərizədəki xətt də onun xətti olmuşdur. Polislər ona evə baxış keçirəndən sonra ərizə yazmalı olduğunu bildirmişdir. Polislər baxış keçirməyə gələndə heç bir sənəd göstərməmiş və məhkəmə qərarı barədə heç bir söz deməmişlər. Onların yanında müdafiəçi də olmuşdur. Baxış keçirilən zaman yoldaşı onların yanında olmamışdır. Qonşular baxışda iştirak etməsələr də onların da imzası olmuşdur. Ərizədəki sözləri ona demişlər və o da yazmışdır. O, idarəyə getməmək üçün ərizəni evdə yazmışdır. İdarəyə getməkdən qorxmuşdur. Baxış keçirən şəxslərin sayı ümumilikdə 5 nəfər olmuşdur. 3 nəfər əvvəlcədən onunla birgə evə baxış keçirmiş, 2 nəfər isə sonradan daxil olmuşdur. Zirzəmidən tapılan həmin bitki kütləsini ona göstərmişlər. O, narkotik vasitə tanımadığını və tərəzilərinin olmadığını bildirmişdir. Polislərin ona tərəzi göstərib-göstərmədiklərini xatırlamamışdır. Evə və zirzəmiyə baxış keçirən həmin 5 nəfərin adları onun yadında qalmamışdır. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, Təqsirləndirilən şəxs2 ilə qonşu olmuşdur. Səs gəldiyi üçün çölə çıxmış və qapıda iki nəfərin dayandığını görmüşdür. Daha sonra həmin şəxslər onu çağırmış, ad və soyadını soruşmuşlar. Sonra həmin şəxslər ondan şahid kimi qol çəkməsini istəmişlər. O, qol çəkməkdən imtina etmişdir. O, uşaqların ağlamaq səs-küyənə çölə çıxmışdır. Onun yanında heç bir narkotik vasitə aşkar olunmamışdır. Axtarışda iştirak etməmişdir. O həmin günü işdən gəlmişdir. Hər gün fərqli saatlarda evə gəldiyi üçün dəqiq saatı xatırlamamışdır. O sənəddəki imza ona məxsus olmamışdır. O, baxış keçirilən zaman hal şahidi kimi iştirak etməmişdir. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, onun təqsirləndirilən şəxslərlə heç bir ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 ilə fəhlə kimi birlikdə işləmişlər. O həmin şəxsi hörgü ustası kimi tanımışdır. Təqsirləndirilən şəxs2lə bağlı yaşanmış heç bir şeyin şahidi olmamışdır. O heç bir yerə qol çəkməmişdir. Həmin günün axşamı o, işdən gəlmişdir. Evə heç dönməmişdir. Evin yanında bir avtomobilin dayandığını görmüşdür. Bir nəfər çöldə digər şəxs isə içərdə olmuşdur. Bir nəfər onu yolundan saxlamış və harada yaşadığını soruşmuşdur. Daha sonra həmin adam onun Təqsirləndirilən şəxs2 qonşusu olduğunu müəyyən etdikdən sonra onu içəri dəvət etmiş və ondan qol çəkməsini istəmişdir. O nə üçün qol çəkməli olduğunu soruşduqda keçirilmiş baxışla əlaqədar qol çəkməli olduğu deyilmişdir. Bu zaman masanın üstündə sellofan olmuşdur. Başqa heç nə olmamışdır. Təqsirləndirilən şəxs2 ailəsi qol çəkməsi ilə bağlı ondan xahiş etmiş və əgər qol çəkməsə onları bölməyə aparacaqlarını bildirmişlər. Yalnız bundan sonra Talehlə birlikdə qol çəkmişlər. Ondan başqa heç nə soruşmamışlar. Ondan oğlu barəsində heç bir şey soruşmamışlar. Oğlu haqqında məlumatları haradan əldə etmələri barədə xəbəri olmamışdır. Ondan heç bir sənəd istəməmişlər. İmza ona məxsus olmuşdur. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, işdən gələndən sonra təhqiqatçılar gəlib onu çağırmışlar. Polislər ondan evə baxış keçirilməsi ilə əlaqədar qol çəkməsini tələb etmişlər. O əvvəl qol çəkməkdən imtina etmiş, sonra isə təqsirləndirilən şəxsin həyat yoldaşının xahişi ilə qol çəkmişdir. O, axtarışda iştirak etməmişdir. Daha sonnra stolun üstündə balaca bir sellofan göstərmişlər. O, sellofanın içərisində olanı görməmışdir. Həmin sellofan bağlı olmuşdur. Onunla birgə gələn digər qonşu da qol çəkmişdir. Həmin qol çəkən qonşu onunla birgə işdən gəlirmiş. Ona həmin sellofanda nə olduğunu deməmişlər. Daha sonra da sellofanda nəyin olduğunu bilməmişdir. Onların yanlarında axtarış aparmamışlar. Qol çəkməsi ilə bağlı ona təzyiq və təsir olmamışdır. O və Qərib Təqsirləndirilən şəxs2 qonşuları olmuşdur. O nəyə qol çəkdiyini bilməmişdir. O hərfləri oxuya bilməmişdir. Polislər onlara şahidliklə bağlı qol çəkməli olduqlarını bildirmişlər. O heç bir şey görməmişdir. Hal şahidi kimi ona hüquqları izah edilməmişdir. Daha sonra heç kim onu dindirməmişdir. Stolun üstündə balaca büküm olmuşdur. O tikintidə usta işləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1979-cu ildə ünvan 2 ünvanında qeydoyyatda olmaqla Bakı şəhəri , Binəqədi rayonu, 1-ci mədən,3-cü korpusda yerləşən nömrəsiz fərdi evəd faktiki yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri,Binəqədi rayonu, Binəqədi kəndi, C,Cabbarlı küçəsi, döngə 2-də yerləşən nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq küllü miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuşdur. xx.xx.2021-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1979-cu ildə ünvan 2 ünvanında qeydoyyatda olmaqla Bakı şəhəri , Binəqədi rayonu, 1-ci mədən,3-cü korpusda yerləşən nömrəsiz fərdi evəd faktiki yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri,Binəqədi rayonu, Binəqədi kəndi, C,Cabbarlı küçəsi, döngə 2-də yerləşən nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1979-cu ildə ünvan 2 ünvanında qeydoyyatda olmaqla Bakı şəhəri , Binəqədi rayonu, 1-ci mədən,3-cü korpusda yerləşən nömrəsiz fərdi evəd faktiki yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri,Binəqədi rayonu, Binəqədi kəndi, C,Cabbarlı küçəsi, döngə 2-də yerləşən nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs1 07 yanvar 2021-ci il tarixdə saat 21:38-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Chevrolet Cruze” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Məhkəmə-kimyəvi ekspertizasının 08 yanvar 2021-ci il tarixli 6/77 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs2 əlində saxladığı sellofandan aşkar edilərək götürülmüş..." yazısı olan polietilen bağlamadakı 4 (dörd) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2550 qram, 3170 qram, 2990 qram və 2565 qram olmaqla - ümumi təmiz çəkisi 11275 qram (11 kq 275 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin ekspert rəyinə əsasən ümumi təmiz çəkisi 11275 qram olan heroinin hər bağlamadan 0,2 qram olmaqla ümumi 0,8 qramı tədqiqata sərf edildikdən sonra ümumi 11274,2 qram qalıq çəkidə heroin qalmışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 796 saylı rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 1140 saylı rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-bioloji ekspertizasının 02 fevral 2021-ci ii tarixli 7/109 saylı rəyindən görünür ki, iş üzrə götürülmüş bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 20,180 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş elektron tərəzinin üzərində marixuananın cüzi miqdarda qalıqları vardır. Həmin ekspert rəyinə əsasən təmiz çəkisi 20,180 qram olan marixuananın 0,02 qramı tədqiqata sərf edildikdən sonra 20,160 qram qalıq çəkidə marixuana qalmışdır. 08 yanvar 2021-ci il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan və protokola dair DVD diskə baxış keçirilən zaman müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 07 yanvar 2021-ci il tarixdə saat 21:38-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Güzdək daş karxanası istiqamətində uzanan yolun 3-cü kilometrliyində yol kənarındakı torpaq ərazidə saxlanıldıqdan dərhal sonra həmin gün saat 21:43-dən etibarən orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 əlində saxladığı bir ədəd sarı rəngli sellofan torbanın içərisində olan üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 04 ədəd bağlamaların hər birinin içərisindən narkotik vasitə heroinə oxşar maddələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. 19 yanvar 2021-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, 19 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, 1 -ci Mədən küçəsi, 3-cü korpus, yeni massiv, nömrəsiz fərdi evdə onun arvadı, həmin ünvanda yaşayan Şahid5 könüllü razılığı əsasında axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən həmin evin zirzəmisindən bir ədəd mavi rəngli sellofan torbanın içərisindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar təxminən 22,20 qram çəkidə qurudulmuş bitki kütləsi və üzərində «Digital Scale» sözləri yazılmış 01 ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Avtomatlaşdırılmış məlumat-axtarış sistemində qeydə alınmış sərhədkeçmələrinə dair məlumatlara baxış zamanı, məlumat-axtarış sistemində Təqsirləndirilən şəxs2 sərhədkeçməsinə dair hər hansı məlumatın qeydə alınmadığı müəyyən edilsə də, Təqsirləndirilən şəxs1 İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasının dövlət sərhədindən Biləsuvar sərhəd nəzarət məntəqəsindən xx.xx.2015-ci il tarixdə saat 15:54-də girişinə, İran İslam Respublikası istiqamətində həmin məntəqədən xx.xx.2015-ci il tarixdə saat 17:35-də çıxışına və həmin məntəqədən xx.xx.2015-ci il tarixdə saat 18:49-da əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində həmin məntəqədən xx.xx.2015-ci il tarixdə saat 14:40-da çıxışına və həmin məntəqədən xx.xx.2015-ci il tarixdə saat 18:25-də əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində həmin məntəqədən xx.xx.2015-ci il tarixdə saat 15:17də çıxışına və həmin məntəqədən xx.xx.2015-ci İl tarixdə saat 16:04-də əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində həmin məntəqədən xx.xx.2015-ci il tarixdə saat 18:04- də çıxışına və həmin məntəqədən xx.xx.2016-cı il tarixdə saat 18:17-də əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində həmin məntəqədən xx.xx.2016-cı il tarixdə saat 16:55-də çıxışına və həmin məntəqədən xx.xx.2016-cı il tarixdə saat 15:51-də əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində həmin məntəqədən xx.xx.2016-cı il tarixdə saat 17:27-də çıxışına və həmin məntəqədən xx.xx.2016-cı il tarixdə saat 18:00-da əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində həmin məntəqədən xx.xx.2016-cı il tarixdə saat 15:28-də çıxışına və həmin məntəqədən xx.xx.2016-cı il tarixdə saat 12:36-da əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində həmin məntəqədən xx.xx.2016-cı il tarixdə saat 15:42-də çıxışına və həmin məntəqədən xx.xx.2016-cı il tarixdə saat 14:02-də əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində həmin məntəqədən xx.xx.2016-cı il tarixdə saat 15:11-də çıxışına və həmin məntəqədən xx.xx.2016-cı il tarixdə saat 12:47-də əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində həmin məntəqədən xx.xx.2017-ci il tarixdə saat 15:15-də çıxışına və həmin məntəqədən xx.xx.2017-ci il tarixdə saat 15:29-da əks istiqamətdə girişinə, iran İslam Respublikası istiqamətində həmin məntəqədən xx.xx.2017-ci il tarixdə saat 15:58-də çıxışına və həmin məntəqədən xx.xx.2017-ci il tarixdə saat 17:39-da əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində həmin məntəqədən xx.xx.2017-ci il tarixdə saat 12:40- da çıxışına və həmin məntəqədən xx.xx.2017-ci il tarixdə saat 14:55-də əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində həmin məntəqədən xx.xx.2017-ci il tarixdə saat 17:44-də çıxışına və Astara sərhəd nəzarət məntəqəsindən xx.xx.2017-ci il tarixdə saat 18:02-də əks istiqamətdə girişinə, İran İslam Respublikası istiqamətində Biləsuvar sərhəd nəzarət məntəqəsindən xx.xx.2017-ci il tarixdə saat 17:21-də çıxışına və həmin məntəqədən xx.xx.2017-ci il tarixdə saat 12:54-də əks istiqamətdə girişinə dair sərhədkeçmə məlumatlarının qeydə alındığı müəyyən edilmişdir. “Bakcell MMC-dən xx.xx.2021 -ci il tarixli BKC/LGL-2249/21 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış zamanı, ***-***-**-** mobil nömrənin X10 adına, ***-***-**-** mobil nömrənin isə Təqsirləndirilən şəxs1 adına "xxxx" MMC-də qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2020-ci il tarixdə saat 18:55-dən etibarən sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 17:35-dək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı telefon danışıqlarının qeydə alındığı müəyyən edilmişdir. Eləcə də, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2020-ci il tarixdə saat 18:55-dən etibarən sonuncu dəfə xx.xx.2021-ci i! tarixdə saat 17:35-dək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı telefon danışıqlarının qeydə alındığı müəyyən edilmişdir. "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli AZF/LGL-552/21 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış zamanı ***-***-**-** mobil nömrənin "xxxx" MMC-də X8 adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2020-ci il tarixdə saat 16:28-dən etibarən sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 18:37-dək olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda çoxsaylı telefon danışıqlarının qeydə alındığı müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 5(012)-08/2021 saylı qərarından müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 07 yanvar 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. 25 avqust 2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və 12 fevral 2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 tutulduğu gün idarə etdiyi “Chevrolet Cruze” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil X17 məxsus olmuş və həmin nəqliyyat vasitəsi 12 fevral 2021-ci il tarixdə Fərid Əliyevə saz vəziyyətdə qaytarılmışdır. 15 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. 15 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir dəfə məhkum olunmuş, lakin onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 07 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 yanvar 2021-ci il tarixli 4(005)- 27/2021 saylı qərarından müəyyən olunur ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində əvvəli 07 yanvar 2021-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 07 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 yanvar 2021-ci il tarixli 4(005)- 28/2021 saylı qərarından müəyyən olunur ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində əvvəli 07 yanvar 2021-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məkəzindən daxil olmuş məhkəməxəttşunaslıq ekspertizasının 4/927 saylı xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən olunur ki,

1. Ekspertizaya təqdim edilmiş, cinayət İşinin 185-187-ci vərəqələrində olan 19 yanvar 2021-cü il tarixli “Axtarış və götürmə aparılması haqqında" protokolun 1-ci səhifəsinin aşağı hissəsində olan 4-cü imza, 2-ci səhifəsində “Hal şahidləri 1" qrafasındakı imza, həmin səhifənin aşağı hissəsində olan 4-cü imza və sonuncu səhifəsində olan “Hal şahidləri 1" qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 185-187-ci vərəqələrində olan 19 yanvar 2021-cü il tarixli “Axtarış və götürmə aparılması haqqında” protokolun 1-ci səhifəsinin aşağı hissəsində olan 4-cü imza, 2-ci səhifəsində “Hal şahidləri 1” qrafasındakı imza, həmin səhifənin aşağı hissəsində olan 4-cü imza və sonuncu səhifəsində olan “Hal şahidləri 1" qrafasındakı imza - X14 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 185-187-ci vərəqələrində olan 19 yanvar 2021-cü il tarixli “Axtarış və götürmə aparılması haqqında” protokolun 1-ci səhifəsinin aşağı hissəsində olan 4-cü imza, 2-ci səhifəsində “Hal şahidləri 1" qrafasındakı imza, həmin səhifənin aşağı hissəsində olan 4-cü imza və sonuncu səhifəsində olan “Hal şahidləri 1” qrafasındakı imza – X15 tərəfindən yox, başqa şəxs tərəfindən icra olnumuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri nəzərə alıb, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və onun həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfi vəsatət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs2 evində axtarış və götürmənin aparılması haqqında xx.xx.2021-ci il tarixli protokola əsasən həmin istintaq hərəkətinin aparılmasında iştirak etmiş hal şahidlərinin dindirilməsini xahiş etmiş və həmin vəsatət məhkəmə tərəfindən təmin olunmuşdur. Məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 245-ci maddəsi axtarış və ya götürmənin aparılması qaydasını tənzimləyir. Həmin məcəllənin 245.3-cü maddəsində göstərilmişdir ki, müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir Qeyd olunan istintaq hərəkətidə protokola əsasən hal şahidləri X14 və X12 iştirakı ilə keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs2 arvadı Şahid5 evlərinə baxış keçirilməsi zamanı qonşular iştirak etməsələr də onların imzalarının orada olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş hal şahidi Sahil Məmmədli həmin protokolu imza etmədiyini və həmin protokoldakı imzanın ona məxsus olmadığını bildirmiş və imzanın onun atası tərəfindən çəkildiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahidin atası dindirilərkən həqiqətəndə imzanın ona məxsus olduğunu qeyd etmişdir. Digər şahid qismində dindirilmiş Taleh Sadıqov axtarış və götürmənin onun yanında aparılmadığını, heç nəyi görmədiyini hadisə yerinə gəldikdə stolun üzərində selofanda nə isə olduğunu gördüyünü və protokolu imzaladığını bildirdi. Məhkəmə hal şahidlərinin qeyd etdiklərini nəzərə alaraq məhkəmə xəttşunaslıq ekspertizası təyin etmişdir. Həmin ekspertiza rəyinin yuxarıda göstərilən nəticəsindən müəyyən olunmuşdur ki, axtarış və götürmə protokolundakı imzalar adları protokolda qeyd olunan hall şahidlərinə məxsus deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsi sübutların mümkünlüyü ilə əlaqədardır. Həmin məcəllənin 125.2.7-ci maddəsində göstərilmişdir ki istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin məcəllənin 125.3-cü maddəsində göstərilmişdir ki, Cinayət Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə qeyd edilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, “axtarış və götürmənin aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokol təqsirləndirilən Təqsirləndirilən şəxs2 qarşı evindən aşkar edilmiş narkotik vasitəyə dair ona verilmiş ittiham üzrə sübut kimi istifadə oluna bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, axtarış və götürmənin aparılmasına dair protokol təqsirləndirilən Təqsirləndirilən şəxs2 qarşı evindən narkotik vasitə marixuananın aşkar edilməsi ilə əlaqədar verilmiş ittihamın əsas sübutudur. Qeyd olunan sübutdan əlavə əldə edilmiş bütün dəlillər həmin sübutun üzərində qurulur və həmin sübuta əsasən təsdiq edilir. Hazırkı vəziyyətdə sübut zincirinin birinci halqasının şübhə altına düşməsi ,məhkəmənin birmənalı nəticəyə gələ bilməsinə imkan verməməsi digər sübutlarında hüquqi qüvvəsini şübhə altına alır. Məhkəmə verilmiş ittihama görə təqsirləndirilən Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş marixuanaya dair ekspertiza rəyinə münasibət bildirərək qeyd edir ki, həmin rəy nakotik vasitənin növünü müəyyən edən faktı təsdiq edir. Lakin bu rəy özü özlüyündə Təqsirləndirilən şəxs2 təqsirini təsdiq edən sübut deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ yaratdığı bir sıra qərarlarında, o cümlədən “Kobiaşvili Gürcüstana qarşı” işi üzrə 14 mart 2019-cu il tarixdə çıxardığı qərarında da bu qəbildən olan işlər üzrə, yəni müvafiq əməliyyat tədbirinin keçirilməsində məsul olan şəxslərin polis əməkdaşları olduğu cinayət işləri üzrə məhz həmin polis əməkdaşlarının verdiyi ittihamedici ifadələrinə tənqidi yanaşmış, həmin sübutların birmənalı şəkildə əsaslı sübut növü kimi qəbul olunmasının düzgün olmaması ilə bağlı mövqe formalaşdırmışdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan polis əməkdaşlarını vermiş olduqları ifadələri, habelə məhkəmə istintaqı zamanı müəyyən olunan halları əsas götürülməklə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Lakin, məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1 və 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 manat pul dövlət büdcəsi hesabına aid edilməlidir. Bundan başqa iş materiallarından görünür ki, xx.xx.1979-cu ildə ünvan 2 ünvanında qeydoyyatda olmaqla Bakı şəhəri , Binəqədi rayonu, 1-ci mədən,3-cü korpusda yerləşən nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri,Binəqədi rayonu, Binəqədi kəndi, C,Cabbarlı küçəsi, döngə 2-də yerləşən nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq küllü miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxslər saxlanılaraq hadisə yerində üzərlərində şəxsi axtarış zamanı heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüş, polis idarəsinə gətirilmişlər və bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərinə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs2 (evindən aşkar edilmiş narkotik vasitəyə dair vermiş olduğu ifadəni nəzərə almadan) və Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı özlərini onlara elan edilmiş ittihamlar üzrə təqsirli bilmələri ilə bağlı verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onların bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilmələrinə dair ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilmələri onların özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən kimi hal onun himayəsində üç azyaşlı uşaqlarının olmasını nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi onun himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli 07 yanvar 2021-ci il tarixdən və Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli 07 yanvar 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 57 (əlli yeddi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ümumi qalıq çəkisi 11274,2 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin Ümumi qalıq çəkisi 20,160 qram narkotik vasitə qurudulmuş marixuana, üzərində «Digital Scale» sözləri yazılmış 01 ədəd qara rəngli elektron tərəzi araşdırılması üçün aidiyyəti üzrə Prokurorluq orqanına göndərilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2021-ci il tarixdən hesablanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Məhkəmə ekspertizasına sərf olunan 72 (yetmiş iki) manat isə dövlət büdcəsinə aid edilsin. Ümumi qalıq çəkisi 20,160 qram narkotik vasitə qurudulmuş marixuana, üzərində «Digital Scale» sözləri yazılmış 01 ədəd qara rəngli elektron tərəzi araşdırılması üçün aidiyyəti Prokurorluq orqanına göndərilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2021-ci il tarixdən hesablanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 57 (əlli yeddi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ümumi qalıq çəkisi 11274,2 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar