Məhkəmə qərarları › İş №1(124)-213/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-213/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-213/2025 05.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Ağstafa rayonu, Aşağı Göyçəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Ağstafa rayonu, Aşağı Göyçəli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, ev 41 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı İran İslam Respublikası vətəndaşı “Mamed” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən İran İslam Respublikası vətəndaşı “Mamed” adlı şəxsin bildirdiyi yerdən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 8240 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu bölmək məqsədi ilə əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın 4040 qram hissəsini ayırıb 04 ədəd bağlamada olmaqla törədilən cinayət əməli barədə məlumatı olmayan X3 idarə etdiyi “Toyota Prius” markalı, **-GE-*** qeydiyyat nişanlı avtomobilin salonunda, əldə etdiyi narkotik vasitənin qalan hissəsini yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə 23:12-də ünvan 2 ünvanın qarşısında saxlanılmış, həmin tarixdə saat 23:17 dəqiqədən etibarən özünün iştirakı ilə X3 idarə etdiyi “Toyota Prius” markalı, 77-GE- 690 dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı arxa sərnişin oturacağının ayaqaltı hissəsindən 01 ədəd qara rəngli sellefon torbada 04 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1005 qram, 1020 qram, 1005 qram, 1010 qram olmaqla ümumilikdə külli miqdarda 4040 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və yaşadığı ünvan 2 ünvana baxış zamanı evin dəhlizində soyuducunun alt hissəsində olan saxlanc yerindən 01 ədəd qara rəngli sellefon torbada 04 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1010 qram, 1065 qram, 1070 qram və 1055 qram olmaqla ümumilikdə külli miqdarda 4200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisə baş verən gün narkotik vasitəni öz istifadəsi üçün götürməyə getmiş, görmüşdür ki, narkotik vasitənin olduğu paket çox iridir, içində olan narkotik vasitənin kütləsi çoxdur, yolda zəng edib bunun səbəbini soruşmuş və ona deyilmişdir ki, onu başqa yerə qoysun, başqa biri gəlib götürəcək. O, heç vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamış, sadəcə istifadə etmişdir. Evə gəlmiş və evdən çıxarkən polis əməkdaşları onu tutmuşdur. Uzun müddətdir ki, narkotik vasitə istifadə edir. 11, 11 və 13 yaşında olmaqla, himayəsində 3 uşağı var. Narkotik vasitəni İranlı Mamed adlı şəxsdən əldə etmişdir. Əslində o, 150 qramlıq 300 manat dəyərində narkotik vasitə sifariş etmişdir. O, paketi iri görəndə düşünmüşdür ki, içinə zibil yığılıb. İçindəkiləri evdə açıb görmüşdür, amma ona yolda maşında olarkən deyilmişdir ki, onun sifarişi paketin içindədir, qalanı isə onun olmamış və paketi aparıb bir ünvana qoyması deyilmiş və həmin adama ünvanı deməsi bildirilmişdir.Tutulmamaq üçün paketi aparıb deyilən yerə qoyacaqmış. Taksi sürücüsü X4 uşaqlıqdan bəri tanımışdır. Paketin içində 8 büküm narkotik vasitə olmuşdur. Həmin bükümlərin hamısı marixuana olmuş, ona heç bir təzyiq olunmamışdır. Əlində paketlə tutulmuşdur. 8 ildir ki, həmin telefonu istifadə etmişdir. Narkotik vasitələrinin satışı ilə məşğul olsa imiş, telefonda bu barədə məlumat olarmış. Mamed adlı iranlı şəxs ona o paketi ünvana qoyacağı halda 500 manat verəcəyini demişdir. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Teymuraz Mehdiyevi uzun müddətdir ki, tanıyır və artıq 15 ildən çoxdur ki, aralarında dostluq münasibəti vardır. Uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Təxminən 3-4 ay bundan əvvəl psixotrop maddə metamfetamindən də istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddələri anket məlumatlarını bilmədiyi şəxslərdən, bəzən isə internetdən tanıdığı şəxslərlə danışıb əldə etmişdir. 4-5 ay bundan öncə öz istifadəsi üçün narkotik vasitə axtaran zaman sosial şəbəkədə özünü “Mamed” adı ilə təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Təxminən 3-4 gün bundan əvvəl “Mamed” əlaqə quraraq Sumqayıt yolunda bildirəcəyi ünvandan narkotik vasitəni götürərək onun sonradan bildirəcəyi ünvana aparacağı halda 500 manat pul təklif etmişdir. O da “Mamed” adlı şəxsin bu təklifi ilə razılaşmışdır. Daha sonra “Mamedin” göndərdiyi ünvana getmiş və orada 02 ədəd qara rəngli sellofan torbada hər birində 04 ədəd olmaqla ümumilikdə 08 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin narkotik vasitəni götürərək hazırda yaşadığı ünvan 4 ünvanına aparmışdır. Narkotik vasitəni sellofan bağlamada mənzildə soyuducunun altında olan saxlanc yerində saxlamışdır. 25 sentyabr 2024-cü il tarixdə “Mamed” əlaqə quraraq narkotik vasitənin yarısını deyəcəyi ünvana aparmağını söyləmişdir. Özünün avtomobili olmadığı üçün uzun müddətdir tanıdığı taksi fəaliyyəti ilə məşğul olan Mehdiyev Teymuraza zəng edərək bir yerə getməli olduğunu bildirmiş və Teymurazdan onu aparmağını xahiş etmişdir. Teymuraz Mehdiyev onun bu təklifi ilə razılaşmışdır. 25 sentyabr 2024-cü il tarixdə gecə saatlarında Teymuraz yaşadığı ünvanın qarşısına gəlmişdir. O, 01 ədəd qara rəngli sellofan torbada olan 04 ədəd bağlamanı götürərək evdən çıxmış və həmin torbanı Teymurazın idarə etdiyi “Toyota Prius” markalı, **-GE-*** qeydiyyat nişanlı avtomobilin arxa sərnişin hissəsinə qoymuşdur. X9 idarə etdiyi “Toyota Prius” markalı, **-GE-*** qeydiyyat nişanlı avtomobilin yanında söhbət edən zaman 4 nəfər mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, yalan danışmağın əhəmiyyətsiz olduğunu anlayıb üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını lakin Teymurazın idarə etdiyi “Tayota Prius” markalı, **-GE-*** qeydiyyat nişanlı avtomobildə və yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra üzəri yoxlanılmış, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd üzərində 055 ***-**-** nömrəsi olan Samsung markalı mobil telefon aşkar edilmişdir. Üzərindən başqa qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Teymurazın üzəri yoxlanılmış, əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd avtomobil açarı, həmin şalvarın arxa sağ cibindən 01 ədəd Samsung markalı mobil telefon aşkar edilmişdir. Başqa qanunla qadağan edilmiş hər hansı bir əşya, predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 02 ədəd mobil telefon götürülmüş və 01 ədəd avtomobil açarı isə Teymuraza geri qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin 02 ədəd açarını təqdim etmiş və həmin açarlar özünə geri qaytarılmışdır. Daha sonra Teymurazın idarə etdiyi Toyota Prius markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs avtomobildə ola biləcək narkotik vastələri təqdim etməyini istəmişlər. Bundan sonra o avtomobilin arxa oturacağının ayaqaltı hissəsindən 01 ədəd qara rəngli sellofan torbanın içərisindən 04 ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə ümumilikdə çəkisinin 4 kiloqram 180 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilə baxış keçirilmiş və başqa qanunla qadağan edilmiş hər hansı bir predmetə rast gəlinməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına getmişlər. Ona evdə olan narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, yaşadığı evin dəhlizində olan soyuducunun alt hissəsində olan kiçik zirzəmidən 01 ədəd qara rəngli sellofan torbanın içərisindən 04 ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuananın qablaşdırma ilə birlikdə ümumillikdə çəkisi 4 kq 415 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otağlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və ya maddə aşkar edilməmişdir. Verilən suallara cavab olaraq avtomobildən və evdən aşkar edilmiş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Mamed” adlı şəxsin vasitəsi ilə Sumqayıt yolu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 500 manat pul verəcəyini, “Mamed” adlı şəxsi 3-4 ay olar ki, tanıdığını, əvvəllər narkotik vasitə götürmədiyini, Teymuraz Mehdiyevin bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Teymuraz verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları onu BNMİ-yə aparmışlar. Teymuraz Mehdiyevi isə izahatının alınması üçün BNMİ-yə dəvət etmişlər. Burada hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur.( iş vərəqə: 95-97) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, “Toyota Prius” markalı, **-GE-*** qeydiyyat nişanlı avtomobili aylıq 690 manat məbləğində pul ödəməklə icarə əsasında idarə edir. Təxminən 2 ilə yaxındır “Bolt” və “Uber” proqramlarına qoşularaq taksi fəaliyyəti ilə məşğul olub qazanc əldə edir. Təqsirləndirilən şəxs ilə Ağstafa rayonunda bazarda ticarətlə məşğul olan zaman tanış olmuş və 15 ildən artıqdır ki, aralarında dostluq münasibəti vardır. Onun narkotik vasitə istifadə etməsi barədə heç bir məlumatı olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 25 sentyabr 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs telefon ilə zəng edərək bir yerə getməli olduğunu maşını olmadığı üçün onu aparmağını xahiş etmişdir. O da Təqsirləndirilən şəxs bu xahişini nəzərə alıb yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, ev 41 ünvana getmişdir. Ünvana çatdıqdan sonra maşından düşərək onu gözləməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs əlində qara rəngli sellofan torba ilə evdən çıxmış və həmin sellofan torbanı idarə etdiyi avtomobilin arxa sərnişin hissəsinə qoymuşdur. Onlar idarə etdiyi “Toyota Prius” markalı, **-GE-*** qeydiyyat nişanlı avtomobilin yanında söhbət edən zaman bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Əbülfəzin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Təqsirləndirilən şəxs və onun üzəri yoxlanılmış və onlarda qanunla qadağan edilmiş hər hansı bir əşya, predmetə rast gəlinməmişdir. Daha sonra avtomobilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs Toyota Prius markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağının ayaqaltı hissəsindən 01 ədəd qara rəngli sellofan torbanın içərisindən 04 ədəd bağlamada qurudulmuş marixuanaya oxşar kütlələri təqdim etmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş əməliyyat müvəkkili və Təqsirləndirilən şəxs tərəfindən imzanlanmışdır. Daha sonra evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evə baxış zamanı evin dəhlizində olan soyuducunun alt hissəsində olan kiçik zirzəmidən 01 ədəd qara rəngli sellofan torbanın içərisindən 04 ədəd bağlamada qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, Təqsirləndirilən şəxs və əməliyyat müvəkkili tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobildən və yaşadığı evdən aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Mamed” adlı şəxsin vasitəsi ilə Sumqayıt yolu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 500 manat pul verəcəyini, “Mamed” adlı şəxsi 3-4 ay olar ki, tanıdığını, əvvəllər narkotik vasitə götürmədiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 25 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X14, X5 və X12 daxil edilmişdir. 25 sentyabr 2024-cü il tarixdə saat 23-00 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi ərazisində olması müəyyən edilmiş və əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin yerə getmişlər. Qeyd olunan ərazidə bir qədər müşahidə apardıqdan sonra saat 23:12-də Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, ev 41 ünvanının qarşısında avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Bu zaman onun yanında başqa bir nəfər şəxs də olmuşdur. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və X1qlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Onlara hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsilə üstlərinin yoxlanılmasına və götürmə aparılmasına başlanmış və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını, lakin yaşadığı mənzildə və Teymuraz Mehdiyevin idarə etdiyi “Toyota Prius” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman onun üzərindən hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra X3 üzəri yoxlanılmış və onun üzərindən başqa hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Teymuraz Mehdiyevin idarə etdiyi avtomobilə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs avtomobilin arxa sərnişin oturacağının ayaqaltı hissəsində “nəşə” olaraq tanıdığı narkotik vasitə olduğunu bildirib 01 ədəd qara rəngli sellofan torbanın içərisindən 04 ədəd sellofan bağlamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbada olan 04 ədəd bağlamaya baxış zamanı bağlamaların içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müşahidə edilmişdir. Sonra həmin kütlələr 01 ədəd sellofan torbada qablaşdırılaraq elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbada qablaşdırılmış 04 ədəd bağlamada olan qurudulmuş marixuanaya bənzər kütlələr iş üzrə sübut əhəmiyyətinə malik olduğundan iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Teymuraz Mehdiyevin idarə etdiyi avtomobilə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə baxış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs icarə əsasında yaşadığı evin dəhlizində soyuducunun alt hissəsində olan kiçik zirzəmidə “nəşə” olaraq tanıdığı narkotik vasitə olduğunu bildirib 01 ədəd qara rəngli sellofan torbanın içərisindən 04 ədəd bağlamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbada olan 04 ədəd bağlamaya baxış zamanı bağlamaların içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müşahidə edilmişdir. Sonra həmin kütlələr 01 ədəd sellofan torbada qablaşdırılaraq elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbada qablaşdırılmış 04 ədəd bağlamada olan qurudulmuş marixuanaya bənzər kütlələr iş üzrə sübut əhəmiyyətinə malik olduğundan iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs icarə əsasında yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, ev 41 ünvanının digər otağlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Teymuraz Mehdiyevin idarə etdiyi avtomobildən və icarə əsasında yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, ev 41 ünvanından aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Mamed” adlı şəxsin vasitəsi ilə Sumqayıt yolu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 500 manat pul verəcəyini, “Mamed” adlı şəxsi 3-4 ay olar ki, tanıdığını, əvvəllər narkotik vasitə götürmədiyini, Teymuraz Mehdiyevin bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Teymuraz Mehdiyev verilən suallara cavab olaraq, aşkar edilmiş kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, X6 və onlardan aşkar edilmiş predmetlər onların müşayiəti ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarəyə gəldikdən sonra tərəfindən şübhəli şəxsin üstünün yoxlanılmasına, avtomobilinə və evə baxış keçirilməsinə dair protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təqdim olunmuş əşyalara baxış və götürmə keçirilməyə başlanmışdır. İlk olaraq Təqsirləndirilən şəxs avtomobildən təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbada olan 04 ədəd bağlamaya baxış keçirilmişdir. Baxış zamanı həmin bağlamaların içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müşahidə edilmişdir. Bundan sonra həmin kütlələr 01 ədəd sellofan torbada qablaşdırılaraq elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda soyuducunun altında olan kiçik zirzəmidən təqdim etdiyi 01 ədəd qarar rəngli sellofan torbada olan 04 ədəd bağlamaya baxış keçirilmişdir. Baxış zamanı həmin bağlamaların içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müşahidə edilmişdir. Bundan sonra həmin kütlələr 01 ədəd sellofan torbada qablaşdırılaraq elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrə baxış keçirildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra təqdim edilmiş üstünü yoxlama, avtomobilə və evə baxışın həyata keçirilməsinin qeydə alındığı 01 ədəd CD diskə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı CD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar edilməsi barədə bildirməsinin əks olunması müşahidə edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs avtomobildən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Mamed” adlı şəxsin vasitəsi ilə 02 gün əvvəl Sumqayıt yolu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 500 manat pul verəcəyini bildirmişdir. ( iş vərəqə: 125-129) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Ağstafa rayonu, Aşağı Göyçəli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, ev 41 ünvanında yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, “Toyota Prius” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin yaşadığı ünvan 5 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuş və və həmin məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 7-8) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ‘‘əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə və evinə baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli protokol ilə və həmin protokola əlavə olunmuş bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı- Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, ev 41 ünvanında videoçəkilişdən istifadə edilməklə üstünü yoxlama, avtomobilinə və evinə baxış hərəkətləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üstünə yoxlama keçirilən zaman qanunla qadağan olunmuş hər hansı bir əşya, predmetə rast gəlinməmişdir. Daha sonra Əliyev X11 Prius markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının ayaqaltı hissəsindən 1(bir) ədəd qara rəngli sellofan torbanın içərisindən 4(dörd) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Xırdalan şəhəri, Mirzə İbrahimov küçəsi, ev 41 ünvanında yerləşən evinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs yaşadığı evin dəhlizində olan soyuducunun alt hissəsində olan kiçik zirzəmidən 1 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindən 4 (dörd) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumillikdə çəkisi 4 (dörd) kq 415 (dörd yüz on beş) qram olduğu müəyyən edilmişdir. (iş vərəqə 12-16) ‘‘Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə və evinə baxış keçirilməsinə dair” protokolda və ona əlavə edilmiş diskdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 26 sentyabr 2024-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol ilə və həmin protokola əlavə olunmuş bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 26 sentyabr 2024-cü il tarixdə təqdim olunan 2(iki) ədəd “Samsung” markalı mobil telefon götürülmüş, 2(iki) ədəd qara rəngli sellofana və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilindən olan sellofan torbadan 4(dörd) ədəd bağlamada qurudulmuş marixuanaya, yaşadığı evdən isə 2 (iki) ədəd sellofan torbadan 4(dörd) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir, avtomobildən aşkar edilmiş (dörd)) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 4(dörd) 245(iki yüzqırx beş) qram, evdən aşkar edilmiş 4(dörd) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 4(dörd) 445(dörd yüz qırx beş) qram olmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürləndi. Daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bıldirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq avtomobildə və yaşadığı evdə aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Mamed” adlı şəxsin vasitəsi 2 gün əvvəl Sumqayıt yolu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 500(beş yüz) manat pul verəcəyini bildirmişdir. (iş vərəqə 19-22) ‘‘Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolda və ona əlavə edilmiş diskdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 26 sentyabr 2024- cü il tarixli, 3-16-16/2-7/1611 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş ağ kağız üzərində “1.Təqsirləndirilən şəxs” yazıları və imzalar olan üzəri skoçla bağlanmış İN-li qara rəngli sellofan bağlamadakı 04(dörd) ədəd üzərləri skoçla bağlanmış qra rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 1005,0 qram; 1020,0 qram; 1005,0 qram; 1010,0 qram, ümumi çəkisi-4040,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. -Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “1.Təqsirləndirilən şəxs....,Mənzildən” yazılar və imzalar olan üzəri skoçla bağlanmış 2N-1İ qara rəngli sellofan bağlamadakı 04(dörd) ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda (01 ədəd qara, 03 ədəd yaşıl rəngli) ayrı- ayrılıqda təmiz çəkiləri- 1010,0 qram; 1065,0 qram; 1070 qram; 1055,0 qram, ümumi çəkisi- 4200,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurdulmuş marixuanalardır.Təqdim olunmuş 02(iki) ədəd qara rəngli sellofan bağlamalarda ümumi sayı 08 ədəd bağlamalarda olan marixuanaların ümumi çəkisi- 8240,0 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd : marixuanaların ümumi çəkisi-8240,0 qram, tədqiqata istifadə olundu cəmi-0,4 qram (hər obyektdən 0,05 qram), qalıq- 8239,6 qram.(iş vərəqə: 48-52) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6821 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(iş vərəqə: 150-151) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( cild 1, iş vərəqə 113) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda 8240,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 8239,6 qram olan narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərinə keçirilən baxış zamanı 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (iş vərəqə: 98-100) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X10 adında azyaşlı uşaqları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “marixuana” (kannabis) narkotik vasitəsinin qurudulmuş növünün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.4-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nərimanov rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 8239,6 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, bir ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 8239,6 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar