Məhkəmə qərarları › İş №1(124)-214/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-214/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-214/2024 29.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1994-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, İmişli rayonu, Ə.Şıxlinski küçəsi, ev 34 ünvanında qeydiyyatda olan, ünvan 1nında yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan Əli adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin 500 manat müqabilində onun göstərişi ilə deyilən yerlərə qoymaqla satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə bir qrup şəxs halında Əli adlı şəxsin Füzuli rayonu ərazisində yolun kənar hissəsinə qoyduğu külli miqdarda bir ədəd ağ rəngli sellofan torbada 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na (Siyahı 1) daxil edilən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 1084,756 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd ağ rəngli sellofan torbada 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na (Siyahı 2) daxil edilən təmiz çəkisi 575 qram olan külli miqdarda ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürərək qanunsuz olaraq əldə edib birgə yaşadığı tanışı Şahid3 məxsus ünvan 2, mənzil 6-ya daşımış, həmin narkotik vasitə heroini ayrı-ayrı bükümlərə bölərək 02 ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 9,756 qram olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 5,225 qram və 4,531 qramını üzərində, qalan hissəsini yəni, 1075,0 qram narkotik vasitə heroini və bir ədəd bağlamada ümumi təmiz çəkisi 575,0 qram psixotrop maddə metamfetamini həmin mənzildə saxlamış, 19 sentyabr 2022-ci il tarixdə saat 20:05-də Azərbaycan Respublikası DİN-in Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, küçə 23, 10 saylı binanın qarşısında saxlanılıb Abşeron raron polis idarəsinə gətirilərək idarənin inzibati binasında xidməti otaqların birində həmin gün saat 21:35-dən 22:00-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkilən 5,225 qram və 4,531 qram, ümumi təmiz çəkisi 9,756 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 22:10-dan 22:20-yə kimi birgə yaşadığı tanışı-Şahid3 məxsus ünvan 2, mənzil 6-ya baxış keçirilən zaman isə həmin mənzilin girişində yerləşən otaqda olan mətbəx mebelinin içərisindən bir ədəd ağ rəngli üzərində qırmızı hərflərlə “Bolmart” sözü yazılmış sellofan torbanın içərisində, bir ədəd ağ rəngli sellofan torbada üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən təmiz çəkisi 1075,0 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada ümumi təmiz çəkisi 575,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd üzərində heroin izləri olan, ağ rəngli, üzərində “CAS CUX 420H VƏ CAS” yazısı olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, son vaxtlar “AAAF Park”da yaşamışdır. Polis əməkdaşları “AAAF Park”da olan evə daxil olmuş üzərindən və evdən aşkar olunmuş narkotik vasitənin 1,5 qramı ona məxsus olmuşdur. O, 1,5 qram narkotik vasitənin bir gün əvvəl gətirdiyini, sabahkı gün isə polis əməkdaşlarının onun evinə gəldiyini və çəkiliş zamanı onun iki büküm narkotik vasitə qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun evinə Nadir, Şahlar, Elməddin adlı 3 nəfərin və adını bilmədiyi 1 nəfər sürücü daxil olduğunu və Elməddin adlı şəxsin sellofanın içərisində narkotik vasitəni atdığını bildirmişdir. O, Ceyranbatan gölünün yaxınlığından tapdığı torpaq və duza bənzər maddəni narkotik vasitə bilərək götürüb evinə gətirmiş, sonradan onun torpaq olduğunu müəyyən etmişdir. Bundan sonra o, iki ilə yaxın müddət ərzində narkotik vasitə olan heroin istifadə etsə də, metamfetamin istifadə etmədiyini, iranlı Əli adlı şəxsi tanımadığını, narkotik vasitəni dost-tanışlarından əldə etdiyini bildirmişdir. Evindən dəftər aşkar olunmuş, lakin dəftərdəki yazıları kimin yazdığını bilməmişdir. O, polis əməkdaşlarının çəkiliş zamanı onun cibinə iki büküm narkotik vasitə qoyduqlarını, 1,5 və 2 kq narkotik vasitələrdən onun xəbəri olmadığını bildirmişdir. Daha sonra onun evinə Nadir, Şahlar, Elməddin adlı və adını bilmədiyi sürücü ilə birlikdə 4 nəfər daxil olmuş və sellofanın içərisinə narkotik vasitəni Elməddin adlı şəxsin atdığını bildirərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1nında yaşamışdır. Şahid3 tanıyır, Baharla qeyri-rəsmi ər-arvad münasibətləri vardır. Şahid3 ünvan 2 ünvanında yaşayır. O, çox vaxtlar Şahid3 evində qalmışdır. Baharın bir az yaşlı xəstə övladı vardır. Bahar uşağının müalicəsi ilə məşğul olmuşdur. O, imkanları daxilində Bahara maddi köməklik göstərmişdir. Baharın onun narkotik vasitə saxlamasından və satmasından xəbəri olmamışdır. Bildirmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə axşam saat 20:05-də ünvan 2 ünvanının yaxınlığında piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və ona xidməti vəsiqələrini təqdim etmişlər. Ondan özünü təqdim etməsini xahiş etdikdə o, polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onun külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etirazının olmadığını bildirmişdir. Onu xidməti avtomobilə əyləşdirərək Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində ona hüquqları izah edilmişdir. Üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, müvafiq ərizə ilə müraciət edərək hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Müdafiəçisi Bakı şəhəri, Mərkəz Vəkil Bürosunun vəkili X5 gəldikdə ona təqdim edilmiş və vəkillə aralarında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilən hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan şalvarının cibindən 2 ədəd şəffaf sellofanda narkotik vasitə heroini, əynində olan həmin şalvarının digər cibindən isə qara rəngli “Huawei” markalı mobil telefonu və ünvan 2 ünvanına aid açarı çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi qeyd edilən mənzilə aid açar özünə qaytarılmışdır. “Huawei" markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyi ona izah edilmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. İki ədəd şəffaf sellofanda narkotik vasitə heroin elektron tərəzi vasitəsilə çəkilmiş, qablaşdırılmış və zərfi imzalamışlar. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə 13 sentyabr 2022-ci il tarixdə Füzuli rayonu yaxınlığında yolun kənarından götürüb əldə etdiyini, Əlinin göstərişi ilə bundan əvvəl iki dəfə ona deyilən ünvanlara narkotik maddə qoyduğunu və bunun müqabilində 300 manat pul qazandığını, üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitə heroinin qalan hissəsini birgə yaşadığı tanışı Bahar adlı xanımın yaşadığı ünvan 2 ünvanında gizlətdiyini, həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə müvafiq ərizə yazmışdır. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə qeyd edilən ünvana getmişlər. Polis əməkdaşları tanışı Şahid3 qeyd edilən mənzilə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar. O, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə müvafiq ərizə yazmışdır. Bundan sonra vəkilinin iştirakı ilə evə baxış keçirilmişdir. O, qonaq otağında olan dolabı açaraq 1 ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisində 1 ədəd sellofan torbada narkotik vasitə heroin, 1 ədəd sellofan torbada psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və 1 ədəd narkotik maddələrin satışına dair qeydlər apardığı dəftər aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitə heroini, ünvan 2 ünvanına baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 13 sentyabr 2022ci il tarixdə İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsin vasitəsilə Füzuli rayonu yaxınlığında yolun kənarından götürərək əldə etdiyini, həmin narkotik vasitə və psixotrop maddələri deyilən ünvanlara çatdıracağı təqdirdə 500 manat pul əldə edəcəyini, əvvəllər iki dəfə də qeyd edilən yerdən narkotik maddə götürərək payladığını, narkotik vasitə audəçisi olduğunu, üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitə heroini ünvan 2 ünvanına baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd sellofan torbada narkotik vasitə heroinin üzərindən götürdüyünü bildirmişdir. Bildirmişdir ki, onun tanışı Şahid3 evində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxlamasından xəbəri olmamışdır. ( cild 1, iş vərəqə 250-252) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri və psixotrop maddələri saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Abşeron rayon Polis İdarəsinin inzibati binasında videoçəkilişdən istifadə olunaraq onun üçün dövlət hesabına tutulmuş vəkilinin iştirakı ilə şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş sonra isə təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən iki ədəd büküm çıxraraq təqdim etmişdir. Həmin iki ədəd bükümün içərisinə baxdıqda içərisində qəhvəyi rəngli toz halında maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə bir həftə öncə Füzuli rayonu yaxınlığında yolun kənarından götürüb əldə etmiş, Əlinin göstərişi ilə bundan əvvəl iki dəfə ona deyilən ünvanlara narkotik vasitə qoymuş və bunun müqabilində 300 manat pul qazanmışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitə heroinin qalan hissəsini yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində yaşadığı evdə gizlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə təhqiqatçının qərarı və birgə yaşadığı Şahid3 Efiq qızının iştirakı ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində yerləşən ünvanına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin girişində yerləşən otaqda olan mətbəx mebelinin qapısını açaraq mebelin içərisindən bir ədəd sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin bir ədəd sellofan torbanın içərisinə baxdıqda bir ədəd dəftərin, bir ədəd ağ rəngli elektron tərəzinin, qəhvəyi rəngli toz halında maddənin, kristalşəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01(bir) ədəd ağ rəngli sellofan torbanın içərisindəki narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir. Bir ədəd dəftər isə narkotik vasitələrin satışına dair qeydləri apardığı dəftərdir. Bildirmişdir ki, yaşadığı evdən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə bir həftə öncə Füzuli rayonu yaxınlığında yolun kənarından götürüb əldə etmiş, Əlinin göstərişi ilə bir neçə ünvana aparıb qoyacaq və bunun müqabilində Əli adlı şəxsdən 500 manat pul alacaqdır. O, bundan əvvəl iki dəfə Əli tərəfindən ona deyilən ünvanlara narkotik maddə qoymuş və bunun müqabilində 300 manat pul qazanmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun söylədiklərini özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsindən görünür ki, o, ünvan 2 ünvanında da yaşayır. Təqsirləndirilən şəxs tanıyır, Həsənlə qeyri-rəsmi ər-arvad kimi münasibətləri vardır. Həsən arada gəlib onun evində də qalmışdır. Yaşadığı ev ona məxsus olsa da Həsən həmin evə sərbəst girib-çıxa bilmiş və evin qapısının açarlarından biri də daim Həsəndə olmuşdur. Həsən evdə olan əşyaların ərzaq məhsullarının yerini bilmişdir. Həsənlə birlikdə yaşadıqları müddətdə Həsən evə ərzaq məhsulları alıb gətirmiş və evdə mətbəxtdə olan dolabda yerləşdirmişdir. Bildirmişdir ki, onun uşağı autizm xəstəsi olduğundan müalicəsi ilə bağlı hər gün 11 saylı xüsusi təhsil məktəbinə gedib-gəlmişdir. 19 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evə gəldikdə evin qapısının ağzında Təqsirləndirilən şəxs polis əməkdaşlarının olduğunu görmüşdür. Həmin vaxtı polis əməkdaşları ona Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin saxlamasında və dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs kimi saxlanılması və Həsənin evdə narkotik vasitə saxlanılmasında şübhələr olduğundan yaşadığı evə baxış keçirilməsi haqqında bildirdikdən sonra ondan yaşadığı evə baxış keçirilməsinə dair hər hansı bir etirazının olub-olmadığını soruşmuşlar. O və Təqsirləndirilən şəxs polis əməkdaşlarının yaşadığı evə baxış keçirilməsi ilə bağlı fikirlərini qəbul edib özünün razılığı əsasında evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs üçün dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin saxlanması və qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadıqları evin girişində yerləşən otaqda olan mətbəxt mebelinin qapısını açaraq mebelin içərisindən bir ədəd ağ rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin bir ədəd sellofan torbanın içərisinə baxdıqda torbanın içərisində bir ədəd dəftərin, bir ədəd ağ rəngli elektron tərəzinin, 01(bir) ədəd ağ rəngli sellofan torbanın içərisində qəhvəyi rəngli toz halında maddənin, 01(bir) ədəd ağ rəngli sellofan torbanın içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu müşühidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin girişində yerləşən otaqda olan mətbəx mebelinin qapısını açıb mebelin içərisindən çıxararaq təqdim etdiyi 01(bir) ədəd ağ rəngli sellofan torbanın içərisində narkotik vasitə heroin, 01(bir) ədəd ağ rəngli sellofan torbanın içərisində isə psixotrop maddə metamfetamindir. Bir ədəd dəftər isə narkotik vasitələrin satışına dair qeydləri apardığı dəftərdir”. Bildirmişdir ki, “yaşadığı evdən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə bir həftə öncə Füzuli rayonu yaxınlığında yolun kənarından götürüb əldə etmiş, Əlinin göstərişi ilə bir neçə ünvavana aparıb qoyacaq və bunun müqabilində Əli adlı şəxsdən 500 manat pul alacaqdır. O, bundan əvvəl iki dəfə Əli tərəfindən ona deyilən ünvanlara narkotik maddə qoymuş və bunun müqabilində 300 manat pul qazanmışdır”. Sonra yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş və baxış zamanı yaşadığı ünvan 2 ünvandan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində bir ədəd dəftər, bir ədəd ağ rəngli elektron tərəzi 01(bir) ədəd ağ rəngli sellofan torbada, 01(bir) ədəd ağ rəngli sellofan torbada kütlələr, olan bir ədəd ağ rəngli sellofan torba cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib edilmiş, o, və iştirakçılar həmin protokola imza atmışlar. O, polis əməkdaşları yaşadığı evə gələn zaman Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsini və evdə narkotik vasitə saxlamasını bilmişdir. (Cild 1, iş vərəq 109-112) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 sentyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, İmişli rayonu, Ə.Şıxlınski küçəsi ev 34 ünvanında qeydiyyatda olmaqla ünvan 6anında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Azərbayan Respublikası DİN BNMİ-nə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, vərəqə 5-6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ‘‘şəxsi axtarış və götürmə aparılması haqqında” 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən iki ədəd şəffav rəngli sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli qustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. ( cild 1, iş vərəqə 30-32) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mənzilə baxış keçirilməsi haqqında” 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs birgə yaşadığı tanışı-Şahid3 məxsus ünvan 2, mənzil 6 ünvanında evin girişində yerlşən otaqda olan mətbəxt mebelinin içərisindən bir ədəd ağ rəngli üzərində qırmızı hərflərlə “Bolmart” sözü yazılmış sellofan torbanın içərisində bir ədəd ağ rəngli sellofan torbada 01 ədəd şəffav rəngli sellofan bükümdə üzərindən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. ( cild 1, iş vərəqə 38-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş elektron məlumatların əks olunduğu 1 ədəd DVD diskə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X1 RPİ-də xidməti otaqlardan birində şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri polis mayoru Şahid1, polis kapitanı Şahid2 iştirakı ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən iki ədəd şəffav sellofan büküm çıxraraq təqdim etdi. Həmin iki ədəd şəffav sellofan bükümün içərisinə baxdıqda həmin bükümlərin içərisində qəhvəyi rəngli toz halında maddənin olduğu müşahidə olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində olan boz rəngli şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi iki ədəd şəffav sellofan bükümün içərisində olan kütlə “Kakos” kimi tanıdığı narkotik vasitə heroindir. O, təxminən iki il olar ki, narkotik vasitə qəbul edir. Bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə bir həftə öncə Füzuli rayonu yaxınlığında yolun kənarından götürüb əldə etmiş, Əlinin göstərişi ilə bundan əvvəl iki dəfə ona deyilən ünvanlara narkotik vasitə qoymuş və bunun müqabilində 300 manat pul qazanmışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitə heroinin qalan hissəsini yaşadığı ünvan 2 ünvanında gizlətmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirildi və üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffav sellofan bükümün içərisində olan narkotik vasitə heroin qablaşdırılıb götürüldü. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırıldı. Diskdə yazılmış video çəkliş 11 dəqiqə 36 saniyə davam etmişdir. DVD diskinə baxış keçirildikdən sonra protokol tərtib olunmuş və disk əvvəlki zərfinə qoyularaq cinayət işinə əlavə edilmişdir. ( cild 1, iş vərəqə 107) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş elektron məlumatların əks olunduğu 1 ədəd DVD diskə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X1 RPİ-də xidməti otaqlardan birində şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri polis mayoru Şahid1, polis kapitanı Şahid2 və ünvan 2 ünvanında yaşayan Şahid3 iştirakı ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələbləri izah edilərək yaşadığı evdə ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin saxlanması və qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin girişində yerlşən otaqda olan mətbəxt mebelinin qapısını açaraq mebülin içərisindən bir ədəd ağ rəngli sellofan torbanı çıxararaq təqdim etdi. Həmin bir ədəd sellofan torbanın içərisinə baxdıqda torbanın içərisində bir ədəd dəftərin, bir ədəd ağ rəngli elektron tərəzinin, 01(bir) ədəd ağ rəngli sellofan torbanın içərisində qəhvəyi rəngli toz halında maddənin, 01(bir) ədəd ağ rəngli sellofan torbanın içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu müşühidə olunmuşdur.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, yaşadığı yaşadığı evin girişində yerlşən otaqda olan mətbəxt mebelinin qapısını açaraq mebülin içərisindən çıxararaq təqdim etdiyi 01(bir) ədəd ağ rəngli sellofan torbanın içərisində narkotik vasitə heroin, 01(bir) ədəd ağ rəngli sellofan torbanın içərisində isə psixotrop maddə metamfetamindir. Bir ədəd dəftər isə narkotik vasitələrin satışına dair qeydləri apardığı dəftərdir. Bildirmişdir ki, yaşadığı evdən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə bir həftə öncə Füzuli rayonu yaxınlığında yolun kənarından götürüb əldə etmiş, Əlinin göstərişi ilə bir neçə ünvavana aparıb qoyacaq və bunun müqabilində Əli adlı şəxsdən 500 manat pul alacaqdır. O, bundan əvvəl iki dəfə Əli tərəfindən ona deyilən ünvanlara narkotik maddə qoymuş və bunun müqabilində 300 manat pul qazanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirildi və baxış Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvandan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində bir ədəd dəftər, bir ədəd ağ rəngli elektron tərəzi 01(bir) ədəd ağ rəngli sellofan torbada, 01(bir) ədəd ağ rəngli sellofan torbada kütlələr, olan bir ədəd ağ rəngli sellofan torba cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 7 nömrəli möhürü ilə möhürlənərək götürüldü. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırıldı. Diskdə yazılmış video çəkliş 11 dəqiqə 59 saniyə davam etmişdir. DVD diskinə baxış keçirildikdən sonra protokol tərtib olunmuş və disk əvvəlki zərfinə qoyularaq cinayət işinə əlavə edilmişdir. ( cild 1, iş vərəqə 108) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş elektron məlumatların əks olunduğu 1 ədəd DVD diskə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-si tərəfindən götürülərək təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qırmızı və narıncı rəngli üzərində qırmızı hərflərlə “RED” sözü və bənövşəyi qələmlə “Bismillah” sözü yazılmış bir ədəd dəftərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirən zaman müəyyən olundu ki, dəftərin birinci səhəfəsinin soldan bir hissəsində yuxarıdan aşağıya doğru xx.xx.2022-cil il tarixdə 20kola, 10pesok, 50kola, 5pesok, 2list m40, 16kola, 4pesok, 20kola, 10pesok, 5pesok, 3kola, 7pesok, 10 pesok, 3kola, 8kola, 2pesok, 8kola, 2pesok, 100kola, 10kola, 10pesok, 10kola, 5pesok, 10kola, 10pesk, 10kola, 50pesok, 5kola, 5pesok, dəftərin 2 vərəqində yuxarıdan aşağıya doğru yuxarıda qeyd olunan kimi qeydiyyatlar aparılması müşahidə olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, Azərbaycan Respublikası DİN-in BNMİ-si tərəfindən təqdim edilmiş qırmızı və narıncı rəngli üzərində qırmızı hərflərlə “RED” sözü və bənövşəyi qələmlə “Bismillah” sözü yazılmış bir ədəd dəftər ona məxsusdur. Həmin dəftərin birinci səhifəsində və ikinci səhifəsində qeyd olunan kola sözü (kakos heroin), Pesok sözü (patı metamfetamin), sözlərin qarşısında olan rəqəmlər isə bükümün sayını bildirir. Dəftərdə qeyd olunmuş rəqəmlər və sözlər bölünmüş narkotik vasitələrin və psixotrop maddələrin adını və bükümünü bildirir. Bildirmişdir ki, O, tanışı İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsin ona göndərdiyi narkotik vasitələri və psixotrop maddələri bükümlərə bölərək həmin dəftərdə qeydiyyatını apardıqdan sonra Əlinin ona fotoşəkillərini atdığı yerlərə aparıb qoymuşdur. Baxış zamanı dəftərin başqa səhifələrində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir yazı aşkar olunmadı. Tərəfimdən Azərbaycan Respublikası DİN-in BNMİ-si tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qırmızı və narıncı rəngli üzərində qırmızı hərflərlə “RED” sözü və bənövşəyi qələmlə “Bismillah” sözü yazılmış bir ədəd dəftərə baxış keçirildikdən sonra protokol tərtib olunmuş və dəftər əvvəlki zərfinə qoyularaq cinayət işinə əlavə edilmişdir. ( cild 1, iş vərəqə 214-216) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş elektron məlumatların əks olunduğu 1 ədəd telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-si tərəfindən götürülərək təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Huawey” markalı **********75840 və **********7353 imey kodlu MVSNW**********9 seriya nömrəli mobil telefona baxış keçirən zaman telefonun SMS, MMS bölmələrinə ***-***-**-** nar nömrəsində olan “Whatsapp” internet şəbəkəsinə, şəkil bölmələrinə baxış keçirən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat və qeydiyyat müşahidə olunmamışdır. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. ( cild 1, iş vərəqə 117-121) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 2212 saylı ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmamışdır. ( cild 1, iş vərəqə 126-127) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 6/5332 №-li məhkəmə ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №7”-li dairəvi möhür əksi, olan bir ədəd kağız paketdə və bir ədəd sellofan bağlamada olan - üzərində “Təqsirləndirilən şəxs üzərində...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdəki iki ədəd bükümdə ayrı-ayrıılıqda təmiz çəkisi 5,225 qram, 4,531 qaram ümumi təmiz çəkisi 9,756 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Üzərindən “Təqsirləndirilən şəxs gizlətdiyi mənzildən...” sözləri, soyad və imzalar qeyd edilmiş üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamada olan bir ədəd bağlamada təmiz çəkisi 1075,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 575,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 3 ədəd bükümdə heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və üç bükümdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olumuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olumuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı İ)daxildir. (cild 1 iş vərəqə 46-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 25 aprel 2023-cü il tarixli 2403 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəqə 190-191) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1129 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi(ruhi) xəstəlikdən əziyyət çəkmir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. ( cild 1, iş vərəqə 194-195) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1084,606 qram narkotik vasitə heroin, 574,95 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. ( cild 1, iş vərəqə 97-100) Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupu tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və yaşadığı evinə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan gümüşü rəngli üzərində “Princo” sözləri yazılmış DVD farmatlı iki ədəd disk iş üzrə maddi sübut kimi tanınarq cinayət işinə əlavə edilmişdir. ( cild 1, iş vərəqə 217-233) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus qırmızı və narıncı rəngli üzərində qırmızı hərflərlə “RED” sözü və bənövşəyi qələmlə “Bismillah” sözü yazılmış bir ədəd dəftər iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq və cinayət işinə əlavə edilmişdir. ( cild 1, iş vərəqə 217-233) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.( cild 1, iş vərəqə 100) Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində və evində saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması, evindən elektron tərəzinin və narkotik vasitə satışını ehtiva edən dəftərin aşkar olunması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində narkomaniyadan qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1084,606 qram narkotik vasitə heroin, 574,95 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd dəftər və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 1084,606 qram narkotik vasitə heroin, 574,95 qram psixotrop maddə metamfetamin və 01 ( bir) ədəd elektron tərəzi məhv edilsin, 01 (bir) ədəd dəftər və 02 ( iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar