Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-214/2025 21.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Qazax rayonu Daşkəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağstafa rayonu, Dağ Kəsəmən ərazi dairəsi, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, 8-ci kilometr qəsəbəsi ərazisində fərdə evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 08 ədəd bükümdə ümumi təmiz çəkisi 22,374 qram psixotrop maddə olan metamfetamini, külli miqdarda yəni, 05 ədəd bükümdə ümumi təmiz çəkisi 10,939 qram narkotik vasitə olan heroini və xeyli miqdarda, yəni 11 ədəd bükümdə ümumi təmiz çəkisi 3,709 qram çəkidə narkotik vasitə olan marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 08 sentyabr 2024-cü il tarixdə saat 05:45-də Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «Sahil» restoranının yanında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindəki açar qabının (bağlama) içərisindən 08 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 19,619 qram, 0,436 qram, 0,442 qram, 0,448 qram, 0,440 qram, 0,448 qram, 0,435 qram, 0,106 qram; ümumi təmiz çəkisi 22,374 qram olan ağ rəngli, kristalşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,388 qram, 0,405 qram, 0,390 qram, 0,365 qram, 9,391 qram, ümumi təmiz çəkisi 10.939 qram olan qəhvəyi rəngli maddələr kütləsi, kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 11 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,332 qram, 0,398 qram, 0,334 qram, 0,291 qram, 0,404 qram, 0,268 qram, 0,310 qram, 0,302 qram, 0,339 qram, 0,280 qram, 0,451 qram, ümumi təmiz çəkisi 3,709 qram olan bitki mənşəli kütlələr, bioloji tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, saxlanılan zaman onun üzərində yalnız narkotik vasitə marixuana olmuş, ittiham aktında qeyd olunan digər narkotik vasitələri təzyiq altında qaldığı üçün özünə aid olduğunu qəbul etmişdir. Polis əməkdaşları onu dəniz kənarında maşında saxlamış və bölməyə aparmışdırlar. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, tutulmamışdan 2-3 ay əvvəl narkotik vasitələrdən ancaq marixuana istifadə etmiş, hadisə günü marixunananı heç yerdən götürməmiş, həmin narkotik vasitə marixuana təxminən 6-7 bükümdə onun üzərində omuşdur. O, marixunananı tutulmamışdan 2 ay əvvəl Ağstafa rayonunda tənək bağından tapmışdır. Polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış, 4-5 nəfər polis əməkdaşı tərəfindən döyülərək xəsarət almışdır. Ona edilən qanunsuzluqlarla bağlı prokurorluğa məlumat vermiş, lakin barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə bu barədə məlumat verməmişdir. Qanunsuzluqlar barədə məlumat vermək üçün məhkəməni gözləmiş, başqa yerə şikayət etməmişdir. Əvvəlki məhkumluğunda isə saxlanılan zaman üzərindən 02 qram metamfetamin aşkar olunduğunu, lakin metamfetamindən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, Sumqayıt şəhərində, dəniz kənarında saxlanılmış, saxlanılan zaman üzərində yalnız narkotik vasitə marixuana olmuş, həmin marixuana bir kibrit qutusunun həcmindən daha az olmuşdur. İttiham aktında qeyd olunan digər narkotik vasitələri polis bölməsində təzyiqlər nəticəsində üzərinə götürmüşdür. Ona təzyiq edən polisləri üzdən tanıyacağını bildirmişdir. Üzərində olan 2 telefon nömrəsinin hər ikisi ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq üzərində 7-8 büküm marixuana olduğunu, lakin ittiham aktında qeyd olunan digər narkotik vasitələrin onun üzərində olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək, göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir. Tutulduğu gündən təxminən bir həftə əvvəl «Tik-tok» sosial şəbəkəsində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuşdur. O, ona öz adını deməmişdir. Söhbət əsnasında o, onun narkotik vasitələrdən istifadə etdiyini öyrənmiş və əgər istəsə, ona narkotik vasitələr verə bilicəyini demişdir. xx.xx.2024-cü il tarixdə gecə saatlarında həmin şəxs onunla əlaqə saxlayıb onun ona verdiyi bank hesabına 400 manat göndərməyini istəmiş və bunun müqabilində ona narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin verə biləcəyini bildirmişdir. O, onunla razılaşmış və hesabına 400 manat göndərmişdir. Bunda sonra həmin şəxs ona «whatsapp» vasitəsi ilə gedəcəyi ünvanı (konum), eyni zamana həmin yerin fotoşəkillərini çəkib göndərmişdir. O, deyilən yerə yəni, Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «Sahil» restoranının yanına getmişdir. O, orada şəkillərdə göstərilən yerə yaxınlaşıb parçadan olan açar qabını götürüb içərisinə baxdıqdan və içərisində narkotik vasitələr olduğuna əmin olduqdan sonra üzərində saxlamışdır. Bu vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda, qanunsuz üzərində gəzdirilməsində və satışında şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsinə çatdıqdan sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün siyahıdan seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki boz rəngli şalvarın sağ yan cibində saxladığı açar qabını çıxarıb təqdim etmişdir. Təhqiqatçı həmin açar qabını açmış və içərisində şəffaf sellofanın içərisində 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş, 10 ədəd isə qəhvəyi rəngli kağıza bükülmüş yaşıl rəngli qurudulmuş marixuana, kibrit qutusunun içərisində şəffaf sellofanda ağ rəngli kristall şəkilli 01 ədəd iri bükümdə, 07 ədəd nisbətən balaca bükümlərdə ümumlikdə 08 ədəd bükümdə psixotrop maddə olan metamfetamin, 05 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroin olduğu aşkar olunmuşdur. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamindir və onları saxlanıldığı yerdə İran İslam Respublikası vətəndaşının qoyduğu yerdən götürüb üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr elektron tərəziyə qoyulub çəkilmişdir. Marixuananın çəkisi kağızla birlikdə 6,89 qram, 01 ədəd iri bükümdə olan psixotrop maddə olan metamfetaminin çəkisi 20,3 qram, digər 07 ədəd balaca bükümlərin ümumi çəkisi 3,06 qram, 01 ədəd iri bükümdə narkotik vasitə ola heroinin çəkisi 10 qram, digər 04 ədəd bükümdə olan maddələrin isə 2,3 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra isə həmin narkotik vasitələr və psixotrop maddələr qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra narkotik vasitələrin və psixotrop maddələrin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələri və psixotrop maddələri tutulduğu gündən təxminən bir həftə əvvəl sosial şəbəkədə tanış olduğu, adını bilmədiyi İran İslam Respublikası vətəndaşının Sumqayıt şəhəri, Sahil küçəsində qoyduğu yerdən götürüb özü istifadə etmək üçün üzərində saxlamışdır. Bunun müqabilində o, həmin şəxsə 400 manat pul göndərmişdir. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 02 ədəd mobil telefon olmuşdur. Həmin telefonlardan «Samsung» markalı mobil telefon ona məxsusdur və üzərində 070 ***-**-** mobil nömrə olmuşdur. Digər telefon isə evə məxsusdur və bir günlük həmin telefonu üzərində götürmüşdür. Həmin telefonda 055 ***-**-** mobil nömrəsi olmuşdur. Bundan başqa üzərinə şəxsi axtarış keçirilərkən tütün məhsulları çəkmək üçün 09 ədəd kağız büküm də aşkar olunaraq götürülmüşdür. O, üzərindən aşkar olunmuş narkotik vasitələrdən heç kimə satmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitələr bükümlərə bölünmüş vəziyyətdə olmuş, özü bükümlərə ayırmamışdır. O, həmin şəxsin adını bilmir və onunla heç bir vaxt görüşməmişdir. O, həmin şəxslə təxminən bir həftə olar ki, tanış olmuşdur. Əvvəllər həmin şəxsdən narkotik vasitə almamışdır. O, həmin şəxsin adını və ünvanını bilmir. Onun mobil nömrəsinin əvvəli 098 ilə başlamış, yəni yerli mobil operatorlara məxsus nömrə istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞnin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatını yoxlamaq üçün Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “İbiza” restoranının yaxınlığında Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş, ona yaxınlaşaraq narkotik vasitələri üzərində saxlaması, gəzdirməsi və istifadəsində şübhəli olduğu izah edilmiş və polis idarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş, polis idarəsinə aparılmış, polis idarəsində xidməti otaqların birində video çəkiliş vasitəsilə təhqiqatçının, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən narkotik vasitə 8 büküm heroin, 11 büküm marixuana və 5 büküm psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, təqsirləndirilən şəxsə məxsus pul onlarda olmamışdır. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Ağstafa rayonu, Dağ Kəsəmən ərazi dairəsi, Dağ Kəsəmən kəndində qeydiyyatda olan, Bakı şəhəri, 8-ci kilometr qəsəbəsi ərazisində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, TŞ-nin təhqiqatçısı. polis polkovnik-leytenantı X1 və KTB-nin ekspert kriminalisti, polis kapitanı X3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 05:45 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «Sahil» restoranının yanında Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Zaur nə üçün saxlanıldığını soruşmuşdur. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və satmaqda şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Zaur heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsində xidməti otaqlardan birində kriminalist Orxan Aslanov panasonik markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil bürosunun vəkili X4 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu, marixuana çəkmək üçün 9 ədəd kağız və şalvarın sağ yan cibində saxladığı açar qabını çıxarıb təqdim etmişdir. Təhqiqatçı həmin açar qabını açdıqda içərisində şəffaf sellofanın içərisində 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş, 10 ədəd isə qəhvəyi rəngli kağıza bükülmüş yaşıl rəngli qurudulmuş marixuana, kibrit qutusunun içərisində şəffaf sellofanda ağ rəngli kristalşəkilli 01 ədəd iri bükümdə, 07 ədəd nisbətən balaca bükümlərdə ümumlikdə 08 ədəd bükümdə psixotrop maddə olan metamfetamin, 05 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroin maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, bükümlərin içərisindəki narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamindir və onları saxlanıldığı yerdə İran İslam Respublikası vətəndaşının qoyduğu yerdən gülürüb üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ arxa cibindən 02 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Sonra təhqiqiatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə ş ə x s i axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələr elektron tərəziyə qoyulub çəkilmişdir. Marixuananın çəkisi kağızla birlikdə 6,89 qram, 01 ədəd iri bükümdə olan psixotrop maddə olan metamfetaminin çəkisi 20,3 qram, digər 07 ədəd balaca bükümlərin ümumi çəkisi 3,06 qram, 01 ədəd iri bükümdə narkotik vasitə ola heroinin çəkisi 10 qram, digər 04 ədəd bükümdə olan maddələrin isə 2,3 qram olduğu müəyyən olunmuşdur. Zaur bu çəkilərə etiraz etməmişdir. Bundan sonra isə həmin narkotik vasitələr və psixotrop maddələr qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr və psixotrop maddələrin aşkar olunması ilə bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitələri və psixotrop maddələri tutulduğu gündən təxminən bir həftə əvvəl «Tik-Tok» sosial şəbəkəsində tanış olduğu, adını bilmədiyi İran İslam Respublikası vətəndaşının Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Sahil” restoranının yanında qoyduğu yerdən özü istifadə etmək üçün götürüb üzərində saxlamış və bunun müqabilində həmin şəxsin hesabına 400 manat pul göndərdiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və saxlaması barədə Sumqayıt ŞPİ-nin CAŞ-na məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın cibindən 01 ədəd siqaret qutusu, 9 ədəd kağız və şalvarın digər cibində saxladığı açar qabını çıxarıb təqdim edir. Həmin açar qabı açıldıqda şəffaf sellofanın içərisində 01 ədəd kağızı büküm, 10 ədəd kağıza bükülmüş qurudulmuş marixuana, kibrit qutusunun içərisində şəffaf sellofanda ağ rəngli ümumlikdə 08 ədəd bükümdə psixotrop maddə olan metamfetamin, 05 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroin aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərin içərisindəki narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin olduğunu və onları “onlayn” yolu ilə 400 manat müqabilində şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə, tutulmamışdan təxminən 1 saat əvvəl Sumqayıt şəhəri ərazisində əldə edib üzərində saxlayaraq gəzdirdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının arxa cibindən 02 ədəd mobil telefonu çıxarıb təqdim edir. Sonra təhqiqiatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən qanunsuz heç bir əşya və ya predmet aşkar olunmur. Bundan sonra isə həmin narkotik vasitələr və psixotrop maddələr müvafiq qaydada qablaşdırılaraq götürülür. Həmçinin Təqsirləndirilən şəxs məxsus 02 ədəd mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən götürülmüş 01 ədəd DVD-yə yazılmış telefon danışıqları haqqında olan məlumatlara baxış keçirilməsi barədə protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 05:05:56 dəqiqədən saat 06:51:50 dəqiqəyədək Sumqayıt şəhəri, Corat qəsbəsi və Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsini göstərmişdir. Sumqayıt şəhər, Corat qəsəbəsi, Təqsirləndirilən şəxs saxlanıldığı Sahil küçəsində yerləşir. M.Hüseynzadə küçəsi isə Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasının yerləşdiyi ərazidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4506-7/1500 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 08 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 19,619 qram, 0,436 qram, 0,442 qram, 0,448 qram, 0,440 qram, 0,448 qram, 0,435 qram, 0,106 qram, ümumi təmiz çəkisi 22,374 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan - metamfetamindir, həmin melamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər və 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,388 qram, 0,405 qram, 0,390 qram, 0,365 qram, 9,391 qram; ümumi təmiz çəkisi 10,939 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər və 11 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,332 qram, 0,398 q r a m , 0,334 qram, 0,291 qram, 0,404 qram, 0,268 qram, 0,310 qram, 0,302 qram, 0 , 3 3 9 q r a m , 0,280 qram, 0,451 qram, ümumi təmiz çəkisi 3,709 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla h a z ı r l a n m ı ş narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuana kütlələri bioloji tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6530 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 10 sentyabr 2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərar və 10 dekabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 22,214 qram psixotrop maddə olan metamfetamin, 10,839 qram narkotik vasitə olan heroin və 3,489 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq— xx.xx.2022-ci il təvəllüdlü X6 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən və Azərbaycan Respublikası ƏN Ağstafa rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-444/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 06 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏN Ağstafa rayon icra və probasiya şöbəsində qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad etmə cəzası xx.xx.2025-ci il tarixdə başa çatır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Odur ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə istinad edilərək Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hissəsi — 01 (bir) il 06 (altı) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökümlə təyin edilən cəza ilə qismən birləşdirilərək cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Beləliklə də, Təqsirləndirilən şəxs qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənmədən yenidən qəsdən ağır cinayət törətməsi onun əməlində cinayətlərin təhlükəli residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində tutulan zaman üzərində ittiham aktında göstərilən narkotik vasitənin olmaması, yalnız üzərində az miqdarda marixuana olması, polis əməkdaşlarının təzyiqi nəticəsində ittiham aktında qeyd olunan narkotik vasitə və psixotrop maddəni öz üzərinə götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nın saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkiləri 22,214 qram psixotrop maddə olan metamfetamin, 10,839 qram narkotik vasitə olan heroin və 3,489 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 6 (altı) аy 9 (doqquz) gün müddəti hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 08 sentyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nın saxlanc anbarında saxlanılan qalıq çəkiləri 22,214 qram psixotrop maddə olan metamfetamin, 10,839 qram narkotik vasitə olan heroin və 3,489 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. 02 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-214/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-214/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver