Məhkəmə qərarları › İş №1(124)-215/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-215/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-215/2023 05.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Cəlilabad rayonu, Uzuntəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 7, mənzil 19 qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 08 may 2022-ci il tarixdə qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə bir neçə gün öncədən birlikdə kirayə yaşadığı ünvan 1 ünvanında saat 05 radələrində namaz qılmaq üçün oyandığında Zərərçəkmiş şəxs da səhər yeməyi hazırlamaq üçün yataqdan qalxmış və Sumqayıt şəhərindəki ASAN xidmətə əvvəlcədən danışıq şərtlərini pozmaqla arayış vermək üçün gəlmədiyinə görə onunla mübahisə edərək ağır söyüşlərlə təhqir etməyə başlamış, bundan sonra əsəbləşdiyi üçün özündən çıxaraq qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxsm qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə evin mətbəxində stulda oturaq vəziyyətdə olan Zərərçəkmiş şəxs boğazından hər iki əli İlə yapışaraq təxminən bir dəqiqə ərzində bərk sıxmış və ölümünə səbəb olan, yəni boyun nahiyyəsinin əllə sıxılması nəticəsində əmələ gələ bilən, boynun yumşaq toxumaları altına qansızma ilə müşayət olunmuş, boyun üzvlərinin sıxılması nəticəsində baş vermiş mexaniki asfıksiyaya səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarət yetirib qəsdən öldürərək həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşamışlar. Hadisədən 6-7 ay əvvəl Zərərçəkmiş şəxs ilə tanış olmuşlar. Münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs atasının evindən Sumqayıta qaçmışdır. Onunla dostu Ardanın evində tanış olmuşdur. Daha sonra Ardanın evindən çıxmışlar və birgə kirayadə yaşamağa başlamışlar. Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuşdur. Onunla heç vaxt mübahisə etməmişlər. Hadisənin baş verməsinə səbəb olan mübahisə hadisə baş verdikdən bir gün əvvəlki tarixdə baş vermişdir. Zərərçəkmiş şəxs ona zəng edərək, onun rəsmi olaraq nikah münasibətində olduğu həyat yoldaşının Sumqayıt şəhərində yerləşən “ASAN xidmət” mərkəzinə gələcəyini bildirmiş və ondan da həmin yerə gəlməyini xahiş etmişdir. Lakin o, həmin gün işdən çıxa bilmədiyi üçün Sumqayıt şəhərində yerləşən “ASAN xidmət” mərkəzinə gedə bilməmişdir. Axşam evə gəlib yatmışdır. Sübh vaxtı oyanmış və Ayşən ondan dünən Sumqayıt şəhərində yerləşən “ASAN xidmət” mərkəzinə nə üçün gəlmədiyini soruşmuşdur. Ona işdən çıxa bilmədiyini bildirmiş, lakin o qışqırmağa başlamış və onun şəxsiyyətini alçaldan ifadələr işlətmişdir. Bir neçə dəfə ondan susmasını tələb etsə də, bu baş tutmamışdır. Buna görə onun boğazından tutub sıxmış, lakin onu boğaraq öldürməmişdir. Zərərçəkmiş şəxs onun boğazını sıxdıqdan sonra yerə yıxılmışdır. O, şok vəziyyətinə düşmüşdür. Özünə gəldikdən sonra ona kömək etmək istəmiş, lakin artıq vəfat etmişdi. Zərərçəkmiş şəxs bir neçə dəfə ona öldükdən sonra yenidən diriləcəyini və s. bildirmişdi. O, Ayşənin əllərini bağlayaraq kəfənə bükmüş və çarpayının altında gizlətmişdir. Onun meyitini kəfənə bükərkən başqa yerdə basdırmaq niyyəti olmamışdır. Şok vəziyyətinə düşdüyü üçün həmin vaxt polis orqanına müraciət etməmişdir. Zərərçəkmiş şəxsin qardaşı və həyat yoldaşı da öz ifadələrində Zərərçəkmiş şəxs ürəyi ilə bağlı problemlər olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsi boğmamış, sadəcə onun boğazını sıxmışdır. Zərərçəkmiş şəxsin ölümünü arzu etməmişdir. Hadisə ünvan 2 ünvanında 08 may 2022-ci il tarixdə təqribən saat 04:00-05:00 radələrində baş vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, CM-nin 120.1-ci maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, 2016-cı ilədək böyüdüyü Cəlilabad rayonun Uzun təpə kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır. 2016-cı ildə isə xalası qızı X3 ilə rəsmi nikah əsasında ailə həyatı qurmuş və həmin evlilikdən 2017-ci il təvəllüdlü Tuncay adlı oğlu dünyaya gəlmişdir. Ailə qurduğu dövrdən sonra Bakı və Sumqayıt şəhərlərində müxtəlif ünvanlarda yaşamışdır. Ailə qurduqdan sonra ailədaxili münasibətlərində problemlər olduğundan 2021-ci ilin əvvəllərində rəsmi olmasa da, ailəsindən ayrılmış və müxtəlif yerlərdə qalaraq fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin dövr ərzində öz ailəsini görə bilməmiş və övladı ilə maraqlana bilməmişdir. Zərərçəkmiş şəxs isə təxminən 2021-ci ilin noyabrdekabr aylarında dostu Ardanın evində olarkən tanımışdır. Daha sonra isə Zərərçəkmiş şəxs ilə münasibətləri yaranmış və sevgili olmuşlar. Bundan sonra bir yerdə yaşamaq qərarına gəldikləri üçün 2022-ci ilin mart ayında dostu Nicatın Xəzər bağları deyilən ərazidə kirayə götürdüyü həyət evində təxminən 1 ay birlikdə yaşamışlar. Daha sonra Nicat başqa evə köçdüyü üçün həmin evdə o, Ayşən ilə birlikdə yaşamışdır. Qısa müddət sonra onlar da Xəzər bağları deyilən ərazidə başqa evi kirayə götürmüşlər. Bir müddət həmin evdə kirayə qaldıqdan sonra 20 aprel 2022-ci il tarixdə o, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17 ünvanında yerləşən 3 nömrəli mənzili Şahid3 ayda 200 manat kirayə haqqı müqabilində kirayə götürmüşdür. Həmin mənzili kirayə götürməyi ilə bağlı o, öz əlyazısı ilə iltizam da yazmışdır. O, həmin mənzildə kirayə qalmaq üçün Şahid3 Zərərçəkmiş şəxsm həyat yoldaşı kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs da onun həyat yoldaşı olmasım təsdiq edərək guya uşaqları Cəlilabad rayonunda qayınanasıgildə qoyduqlarını və Sumqayıt şəhərinə çörək pulu qazanmaq üçün gəldiklərini bildirmişlər. Zərərçəkmiş şəxs rəsmi olaraq Şahid4 ilə evli olsa da, boşanma ərəfəsində olmuşlar. Təxminən xx.xx.2022-ci il tarixdə o, işdə olarkən Zərərçəkmiş şəxs ona zəng edərək əri Rəşadın uşaqları üçün Sumqayıt şəhərindəki ASAN xidmətə gələcəyini və ərinə onunla evləndiyini bildirdiyini, ona görə də onun işdən sonra Sumqayıt şəhərindəki ASAN xidmətə gəlməyini tələb etmişdir. Lakin o, işdən çıxa bilmədiyinə görə ASAN xidmətə gedə bilməmişdir. Həmin gün saat 19 radələrində işdən çıxdıqdan sonra evə getmişdir. Ayşən isə Sumqayıt şəhəri, 18- ci mikrorayon ərazisində yerləşən çay evində ofisiant işlədiyindən işdən gec çıxdığı üçün gecə saat 01 radələrində evə gəlmişdir. Kirayə yaşadıqları evin açarı hər ikisində olduğu üçün o, qapını bağlayıb yatsa da, Ayşən özündə olan açarla evin qapışın açıb daxil olmuşdur. Sadəcə həmin vaxt o, Ayşənin gəldiyini səsdən anlayıb yuxudan ayılmış, lakin sonra yenidən yatmışdır. Həmin gecə onunla aralarında hər hansı söhbət və ya mübahisə olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 05 radələrində o, namaz qılmaq üçün oyandığında səhər yeməyi hazırlamaq üçün Zərərçəkmiş şəxs da oyanmışdır. Zərərçəkmiş şəxs namaz qılandan sonra onunla dünən Sumqayıt şəhərindəki ASAN xidmətə arayış vermək üçün gəlmədiyinə görə mübahisə etməyə, onu ağır söyüşlərlə təhqir etməyə başlamışdır. Mübahisə zamanı o, əsəbləşdiyi üçün özündən çıxaraq evin mətbəxində stulda oturaq vəziyyətdə olan Zərərçəkmiş şəxs boğazından hər iki əli ilə yapışaraq təxminən 1 dəqiqə bərk sıxmışdır. Daha sonra, Zərərçəkmiş şəxs özündən getmiş və o, Ayşənin nəbzini yoxladıqda nəbzinin durduğunu görmüşdür. Ayşənə süni nəfəs versə də xeyri olmadığını görərək, Ayşənin öldüyünə əmin olduqdan sonra o, meyidin əlini və ayaqlarını paltar asmaq üçün istifadə etdikləri iplə bağlamış və ağzına da əski tıxayaraq mələfəyə bükmüşdür. Mənzilin açarı evin sahibi Varisdə də olduğundan mənzilə gəlib Ayşənin meyitini görəcəyini bildiyindən görünməsin deyə o, meyiti yataq otağındakı çarpayının altına yerləşdirmişdir. O etdiyi əməl barədə heç kimə məlumat verməmiş, hadisə baş verdikdən sonra o, işə getməmişdir. Lakin hava almaq üçün evdən çıxmış, axşam çağı mənzilə qayıdıb yenə Ayşənin meyitini yoxlayaraq öldüyünə əmin olmuşdur. Növbəti gün, xx.xx.2022-ci il tarixdə işə getdikdən sonra axşam dostu Şahid7gilə gedərək gecəni orada qalmışdır. Nicata hadisə barədə heç nə deməmiş və Nicatgildən çıxdıqdan sonra bir daha ünvan 4 ünvanında yerləşən 3 nömrəli mənzilə getməmişdir. xx.xx.2022-ci il tarixdə atası Elşənə zəng edərək hadisə barədə məlumat verdikdən sonra Sumqayıt ŞPİ-də polis əməkdaşı işləyən xalası oğlu Vaqif ona zəng edərək hadisə barədə atasından məlumat aldığını və təslim olmaq üçün polisə yaxınlaşmağını demişdir. O, bu danışıqdan sonra bir müddət düşünüb daha sonra könüllü təslim olmaq üçün Sumqayıt ŞPİ-nə yaxınlaşmışdır. (Cild 1, iş vərəqləri 69-74; 256-261) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır. İşdə olarkən mərhum bacısının həyat yoldaşı ona zəng edərək, bacısının vəfat etdiyi barədə bildirmişdir. Lakin, həmin vaxt bacısının Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü bilməmişdir. Daha sonra, öyrənmişdir ki, bacısını Təqsirləndirilən şəxs öldürmüşdür. Bacısının kimsə ilə yaşadığını bilirdi, lakin həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmirdi. Bacısı həyat yoldaşı ilə boşanma ərəfəsində idilər. Təqsirləndirilən şəxslə barışmamış, şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanıyır. Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. Zərərçəkmiş şəxsi də təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. Hadisənin birbaşa şahidi olmamışdır. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmüşdür. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs bir müddət onun qaldığı evdə qalmışlar. Lakin, daha sonra ayrı evlərdə qalmağa başlamışlar. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boğaraq öldürmüşdür. Hadisənin baş verdiyi tarixdən sonra Təqsirləndirilən şəxs onlara gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ilə ayrıldıqlarını bilirdi. Təqsirləndirilən şəxs onlara gələndə özünü həyəcanlı aparmırdı. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 ifadəsində göstərmişdir ki, o, 2013-cü ildən Sumqayit ŞPİnin Xüsusi təyinatlı bölüyün taqım komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.1994-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs onun xalası Zöhrə Əmənovanın oğludur. xx.xx.2022-ci il tarixdə saat 17:36-da Təqsirləndirilən şəxs atası Elşən istifadəsində olan ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək oğlu Xalidin adam öldürdüyünü bildirmişdir. O, Elşəndən Xalidin kimi, nə vaxt öldürdüyünü soruşduqda ona məlumatı olmadığını bildirmişdir. Xalidin atasına bu barədə nə vaxt bildirməsi barədə məlumatı olmadığına görə daha sonra o, xx.xx.2022-ci il tarixdə saat 17.43-də istifadəsində olan mobil nömrə ilə Xalidin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Xalid ona adam öldürdüyünü etiraf etmiş və sabah gəlib təslim olacağını bildirmişdir Bundan sonra o, bölük komandiri ilə birlikdə Sumqayıt ŞPİ-nin rəhbərliyinə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Xalidin istifadəsində olan mobil nömrəyə zəng edərək Xalidə təslim olmağım bildirmişdir. Bu zaman Xalid ona 08 may 2022-ci il tarixdə boğaraq öldürdüyü qadının meyitinin ünvan 1 ünvanında olduğunu bildirmişdir. Bundan əlavə olaraq o, bildirmişdir ki, onun Xalidlə sıx münasibəti olmadığı üçün sonuncu dəfə onu bir neçə ay bundan öncə gördüyünü və telefonla danışdığını xatırlayır. Həmçinin Xalidin Sumqayıt şəhərində yaşaması barədə məlumatı olmamışdır. (Cild 1, iş vərəqləri 29-33) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17 ünvanında yerləşən 3 nömrəli mənzil mərhum qardaşı X9 Əliyevin mülkiyyətindədir. Vasif hal-hazırda Rusiya Federasiyasında ailəsi ilə birlikdə yaşadığından ona Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17 ünvanında yerləşən 3 nömrəli mənzili kirayə verməyini bildirmişdir. O, həmin mənzili 20 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ayda 200 manat kirayə haqqı müqabilində kirayə vermişdir. Təqsirləndirilən şəxs bununla bağlı öz əlyazması ilə dilindən iltizam da almışdır. Təqsirləndirilən şəxs ona həmin mənzildə həyat yoldaşı kimi təqdim etdiyi Zərərçəkmiş şəxs ilə birlikdə yaşayacağını bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həyat yoldaşı olmasını təsdiq edərək uşaqlarını Cəlilabad rayonunda qayınanasıgildə qoyduqlarını və Sumqayıt şəhərinə çörək pulu qazanmaq üçün gəldiklərini bildirmişdir. O da həm Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqələrinin Şəkillərini mobil telefonu ilə çəkərək götürmüş və 20 aprel 2022-ci il tarixdə mənzilin açarlarını hər ikisinə təqdim etmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə 2022-ci ilin may ayının 3-ü görmüşdür. Təqsirləndirilən şəxs onun yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11, mənzil 35- ə gələrək 200 manat kirayə haqqını təqdim etmişdir. 20 aprel 2022-ci il tarixdə mənzili Xalid və Ayşənə kirayə verdikdən sonra həmin mənzilə getməmiş, lakin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Xalidin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ilə sonuncu dəfə kirayə haqqını aldığı gün, yəni 2022-ci ilin may ayının 3-ü danışmışdır. Xalid və Ayşənin kirayə qaldığı müddətdə qonşulardan hansısa şikayət daxil olmamışdır. Bundan əlavə olaraq o bildirmişdir ki, hadisədən öncə Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə görmüşdür. (Cild 1, iş vərəqləri 21-24) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, Bayramova (Abdullayevə) X12 rayonu, Nazirli kəndində ögey anası Taniya və atası Elya ilə yaşamışdır. Ayşənin Aytən və Dilşən adlı doğma iki bacısı vardır. Ayşənin atası Elya bir neçə dəfə evləndiyindən Ayşənin ögey qardaşları da vardır. O, Zərərçəkmiş şəxs ilə faktiki olaraq xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşdur. Ayşənin 18 yaşı tamam olduqdan sonra xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Ayan və xx.xx.2017-ci il təvəllüdlü Məryəm adlı uşaqları doğulmuşdur. Ailə həyatı qurduqdan sonra Zərərçəkmiş şəxs ilə o, Tuq zavod qəsəbəsində yerləşən atasıgilin yaşadığı evə köçmüşlər. Daha sonra qaçqınların yerləşdiyi Sumqayıt şəhəri, Tuq zavod qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə təxminən 2 il yaşdıqdan sonra təkrarən 2021-ci il tarixdə atasıgilə qayıtmışlar. Atasıgilə köçdükdən sonra təxminən 3 ay sonra Ayşən ilə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayşən uşaqları ilə birlikdə Bərdə rayonu, Nazirli kəndiə ögey anasının yaşadığı evə köçmüşdür. Əvvəllər Zərərçəkmiş şəxs ilə telefonla əlaqə saxlayarkən ona adını demədiyi şəxslə ailə həyatı qurduğunu, birlikdə yaşadıqlarını, oğlanın hərbidə işlədiyini bildirmişdir. O, Ayşəndən həmin oğlanın əsil adı, harada yaşamaları və harada işləməsi barədə maraqlanmamışdır. xx.xx.2022-ci il tarixdə Ayşən ilə telefonla danışarkən ona həmin oğlanın ona etibarnamə vermək üçün ASAN xidmətə tək gəlməyinə icazə vermədiyini və gələ bilməyəcəyini bildirdikdə o, Ayşənə onları lazımi sənədi vermədikləri üçün polisə verəcəyini demişdir. Bundan sonra Ayşən həmin oğlandan icazə aldığını və gələcəyini bildirmişdir. Zərərçəkmiş şəxsm sonuncu dəfə xx.xx.2022- ci il tarixdə Sumqayıt şəhərində yerləşən ASAN xidmət mərkəzində görmüşdür. O, uşaqlara sosial yardım düzəldə bilməyi üçün Ayşən onun adına etibarnamə verməli idi. Ayşən ona xx.xx.2022-ci il tarixdə etibarnamə vermək üçün ASAN xidmətə tək gəlmişdir Ayşən ona etibarnamə verdikdən sonra uşaqlarım maraqlandıqdan sonra sağollaşıb ayrılmışdır. Bundan sonra Zərərçəkmiş şəxsm görməmiş, Ayşən ilə sonuncu dəfə Məryəmin ad gününün səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə telefonla danışmışlar. Həmin vaxt o, Bərdə rayonu, Alaçadırlı kəndində olmuşdur. xx.xx.2022-ci il tarixdə Ayşən ona telefonla zəng edən zaman uşaqlar yanında olsa da, o, Ayşənə uşaqları ilə telefonla danışmasına icazə verməmişdir. Ayşən telefonda ona uşaqları üçün darıxdığını və uşaqlarını görmək istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdən sonra o, Ayşən ilə heç bir əlaqə saxlamamışdır. Bundan əlavə olaraq o, bildirmişdir ki, Zərərçəkmiş şəxs öldürülməsi barədə təxminən xx.xx.2022-ci il tarixdə Laçın rayon İcra Hakimiyyətinin nümayəndəliyinin əməkdaşı zəng edərək məlumat vermişdir. O, Zərərçəkmiş şəxs öldürülməsi barədə Ayşənin ögey qardaşı Eldar Abdullayevə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs Sumqayıt şəhərində yerləşən ASAN xidmətdə olarkən Ayşənin onun telefonundan, yəni “POCO x3” markalı, hava rəngli mobil telefonu istifadə etdiyni görmüşdür. Zərərçəkmiş şəxs istifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olmuşdur. Ayşən onunla hər iki nömrə ilə əlaqə saxlamışdır. Zərərçəkmiş şəxsm sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən ASAN xidmət mərkəzində görmüşdür. Ayşən ilə sonuncu dəfə Məryəmin ad gününün səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə telefonla danışmışlar. Zərərçəkmiş şəxs 2017-ci il tarixdə qızı Məryəmi doğarkən səhhətində problemlər yaranmışdır. Evli olarkən Ayşən ona ürəyində ağrıların olduğunu bildirmişdir. Sumqayıt şəhərində 4 qardaş şadlıq sarayının yanında yerləşən özəl klinikada müayinə olunarkən Zərərçəkmiş şəxs ürəyində heç bir problem aşkar edilməmişdir. Həkim Ayşənə ürəyində problem olmadığını, sadəcə Ayşənin fikrinə saldığı üçün ürəyinin ağrıdığını bildirmişdir. Zərərçəkmiş şəxs spirtli İçki, narkotik vasitə qəbul etmək kimi pis vərdişləri olmamışdır. (Cild 1, iş vərəqləri 122-126) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən mebel sahəsi üzrə sahibkar kimi fəaliyyət göstərir. O, 2019-cu ildən Sumqayit 17-ci mikrorayon, ev 17, mənzil 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə axşam 19 radələrində işdən yaşadığı ünvana gələrkən hüquq- mühafizə orqanın əməkdaşları və qonşuların binanın ətrafında toplaşdığını görmüş və qonşulardan nə olduğunu soruşduqda yaşadığı binanın 3 nömrəli mənzilində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsm öldürdüyünü öyrənmişdir. Hadisəni törədən Təqsirləndirilən şəxs qonşuluqda yaşadığım bilmirmiş, Xalidi cəmi bir dəfə binaya daxil olarkən görmüşdür. Lakin hadisədən sonra ona məlum olmuşdur ki, Xalid yaşadığı binanın 3 nömrəli mənzilində Zərərçəkmiş şəxs adlı xanımla birlikdə kirayədə yaşamışdır. Həmin ünvanda əvvəllər adını bilmədiyi yaşlı qadın qalmışdır. Bundan əlavə olaraq o bildirmişdir ki, hadisəni törədən Xalid Əminov və Zərərçəkmiş şəxs ilə əyani olaraq tanışlığı yoxdur. Həmin ünvanda əvvəllər adını bilmədiyi yaşlı qadın qalmış və pandemiya dövründə vəfat etdikdən sonra həmin ünvanda yaşayış olmadığını bilmişdir. Xalid Əminov və Zərərçəkmiş şəxs 3 nömrəli mənzildə yaşadığını hadisə günü bilmişdir. Hadisənin törədilən gün, yəni xx.xx.2022-ci il tarixdə o və ya ailə üzvləri Xalid Əminov və Zərərçəkmiş şəxs birlikdə yaşadığı Sumqayit 17-ci mikrorayon, ev 17, mənzil 3-dən qışqırtı səsləri və ya digər şübhəli nəsə eşitməmişlər. (Cild 1, iş vərəqləri 115-118) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində digər Şahid2la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 119- 121) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında“ 12 may 1022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1-dür. Həmin mənzilin foyesinin giriş qapısının sağ tərəfindəki divarda yataq otağında açılan qapı vardır. İçəri tərəf açılan birtaylı giriş qapısından daxil olarkən qapının sol tərəfində yerləşən tək nəfərlik çarpayının altında çarpayının uzununa paralel döşəmədə arxası üstə uzanılı vəziyyətdə çiyinləri daxil olmaqla boyununadək bütövlüklə sarı rəngli, üzərində dekorativ işarələri olan mələfəyə bükülmüş, başının tükləri sarı rəngə boyanmış, ağızına tünd yaşıl rəngli əsgi parçası tıxanmış, qaralmış halda Zərərçəkmiş şəxsın meyiti müşahidə edilmişdir.(Cild 1, iş vərəqləri 3-5) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Meyitə baxış keçirilməsi haqqında” 12 may 2020-ci il tarixli protokoldan görünür ki, meyit sarı rəngli mələfəyə bükülmüşdür. Mələfə kəndirlə fiksasiya olunmuşdur. Əynində çəhrayı rəngli penjama, qara rəngli busqalter, qara rəngli tuman, ağ rəngli toxunma jilet, ağ rəngli mayka vardır. Meyitin əlləri və ayaqları kəndirlə bağlanmışdır. Meyit düzgün bədən quruluşlu olub, kafi qidalıdır, boyu 176,0 sm-dir. Meyit qacıması. ətraflarda bir qədər boşalmışdır, epidermis qatı bütün bədən səthində fasiləli soyulub. Meyit ləkəsini çürümə ilə əlaqədar olaraq təyin etmək mümkün olmadı. Meyitin bədən səthi çürümə ilə əlaqədar olaraq yaşıl-pasvari-qonur rəngdədir. Baş tükləri sarı rəngə boyanmışdır, uzunluğu 30-40 sm-ə qədərdir, əllə dartdıqda saçları kökündən qopur. Sifəti şişkindir, ağız və burun dəliklərindən bulanıq qəhvəyi rəngli çürümə mayesi xaric olur. Sifətin dərisi, döş qəfəsinin ön və arxa səthi, qarın, bel nahyiyyəsində yaşımtıl rəngli çürümə toru inkişaf etmişdir. Epidermis qatı hissəvi soyulub. Meyitin ağız və burun dəlikləri əski ilə tıxanaraq üzərindən kəsilmiş parça ilə başın arxa səthində fiksasiya olunmuşdur. Göz bəbəkləri çürümə hesabına bulanıq qəhvəyimtil rəngdədir. Alnın və sifətin yumşaq toxumaları qaralmışdır. Burun sümük və qığırdaqları, eləcə də üz-skelet sümüklərini əllədikdə gözlə görünən patoloji dəyişiklik yoxdur. Xarici qulaq keçəcəklərindən və burun dəliklərindən tünd qəhvəyi rəngli çürümə məhsulları gəlir. Ağzı yarımaçıqdır, dişləri təbiidir. Dili şişkindir, dişlər arasından xaricə sıxmışdır, qaralmışdır. Boynu bədənə müvafiqdir, hərəkətlidir. Döş qəfəsi silindrik və simmetrikdir, qarnı döş qəfəsi səviyyəsindən bir qədər yuxarıdadır, əllədikdə yumşaqdır. Qarnı çürümə qazı hesabına şişmişdir. Bədən səthində venoz damar toru inkişaf etmişdir. Dərinin epidermis qatı aşağı ətraflarda, döş qəfəsinin arxa və yan səhtlərində ayrılmışdır. Dırnaqlar asanlıqla ayrılır. Xarici cinsiyyət üzvləri qadın tipli olub, düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı zədəsizdir. Meyitin hər iki mil-bilək nahiyyəsində kəndir izləri vardır. Meyitin bədəni üzərində çürümə dəyişiklikləri fonunda xəsarətin obyektiv əlamətləri aşkar edilmədi. Həmçinin Zərərçəkmiş şəxs paltarları, ağzına tıxanmış parça kəsintiləri, 04 ədəd təsərrüfat ipi, mələfə və meyitin hər iki əl barmaqlarının dırnaq kəsintiləri qablaşdırılaraq götürüldü. (Cild 1, iş vərəqləri 11- 13) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 57 saylı məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı bədən səthində çürümə dəyişikliyi fonunda xəsarətlərin olub-olmamasının obyektiv əlamətlərini təyin etmək mümkün olunmamışdır. Zərərçəkmiş şəxs boyun nahiyyəsində dərialtı yumşaq toxumalarıda hər iki tərəfdə geniş ölçülü qansızmalar aşkar edilmişdir, qeyd olunan xəsarətlər onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən şəraitdə, yəni boyun nahiyyəsinin əllə sıxılması nəticəsində əmələ gələ bilərdi və yetirilən ada həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb boynun yumşaq toxumaları altına qansızma ilə müşayət olunmuş boyun üzvlərinin sıxılması nəticəsində baş vermiş mexaniki asfıksiya olmuşdur. Gecikmiş meyit əlamətlərini nəzərə alaraq demək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən (xx.xx.2022- ci il saat 21:00-da) 5-7 sutka əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitinin məlikəmə tibbi müayinəsi zamanı mil-bilək nahiyyəsindən götürülən dəri parçasının histoloji müayinəsi zamanı aşkar edilmişdir ki, onun qolları bağlanan zaman kəndirin qoyduğu iz ölümündən sonra baş vermişdir. Həmçinin meyitin sifət nahiyyəsində çürümə dəyişikliyi daha intensiv inkişaf etdiyinə görə ağız və burun ətrafı nahiyyələrdə xəsarətlərin obyektiv əlamətlərini təyin etmək mümkün olmadı. Bu səbəbdən də mərhum Zərərçəkmiş şəxs ağız və burun nahiyyəsinin qapadılmasının onun ölümündən əvvəl və ya sonra bağlanması haqqında fikir söyləmək mümkün olmadı. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məlikəmə kimya tədqiqatı nəticəsində etil spirti və digər güclü təsiredici narkotik maddələr aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 173-180) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik hüquqi şəxsinin xx.xx.2022-cİ il tarixli, 652 saylı məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 170-172) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik hüquqi şəxsinin 05.08,2022-ci il tarixli, 402/2022-MTBŞ saylı məhkəmə tibbi bioloji ekspertizasının rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Abeta(H)/ll. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O(l). Ekspertizaya təqdim olunan 01 ədəd yorğan üzü, parça kəsikləri, Zərərçəkmiş şəxs qızma məxsus qolsuz mayka tipli kofta, “topik”, pijama şalvarı, gödəkcə, trusik və lifçik üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və ”H” antigenləri, bəzi ləkələrdə həm çinin beta aqqlyutinini alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/ll/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfabeta/İ/ qruplu Təqsirləndirilən şəxsda qarışmış qanının olması inkar olunmur, əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Təqdim olunan 04 ədəd ip, Təqsirləndirilən şəxs məxsus alt köynək, idman şalvarı və kofta üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qanın yaranma müddətini, canlı və ya meyit qanından əmələ gəlməsini təyin etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqləri 223-229) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2022-ci il tarixli, 3/876 saylı məhkəmə-trasoloji ekspertizasının rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus idman gödəkçəsinin üzərində rəyin təsviri hissəsində şərh olunan zədənin yerləşdiyi yer və ölçüsü verilmişdir. Həmin zədə fiziki qüvvənin təsirindən yarana bilən sökülmə, cırılma zədəsidir. Təqdim olunmuş digər predmetlərin üzərində hər hansı mexaniki zədə aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 219-222) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 6/3575 saylı materialların məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-!i cədvəlində göstərilmişdir. Zərərçəkmiş şəxs sağ və sol əl barmaqlarının dırnaqlarından kəsilərək götürüldüyü qeyd edilən dırnaq kəsintiləri üzərində kənar lif mikrohissəcikləri və həmçinin bir- birilərinə məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. (Cild 1, iş vərəqləri 181-187) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 2071 saylı komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməmişdir. Cinayətləri törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Ünsiyyətçillik, qıcığa qarşı həssaslıq, laqeydlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İntellektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixiemosional sferasında hirslilik yaranmışdır. Cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqləri 214-218) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Əmənov X6 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarı ilə cəzadan azad edilmiş və məhkumluğu götürülmüşdür. (Cild 1, iş vərəqləri 148-149, 161-167) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi tanıyır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması, onu qəsdən öldürməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü gəlib polisə təslim olmuşdur. (cild 1, iş vərəqi 37) Həmçinin iş materiallarından və elektron məhkəmə sistemində olan məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması, həmçinin könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.10-cu maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdə hadisəni törətdiyini bildirərək özünü könüllü olaraq təqdim etmiş, 13 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 13 may 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 12 may 2022-ci il tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 80-84,274-275) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 12 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan yarasız hala düşmüş 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli uzunqol mayka və 01 ədəd qara rəngli idman şalvarı, həmçinin 01 ədəd qara rəngli idman gödəkçəsi, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd ağ rəngli qolsuz torlu mayka, 01 ədəd çəhrayı rəngli gecə şalvarı, 01 ədəd qara rəngli alt tumanı, 01 ədəd qara rəngli busqalter, yorğan üzü, parça kəsikləri və 04 ədəd ip məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Təqsirləndirilən şəxs 264 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan 01 ədəd qara rəngli köynək, 01 ədəd qara rəngli uzunqol mayka və 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara rəngli idman gödəkçəsi, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd ağ rəngli qolsuz torlu mayka, 01 ədəd çəhrayı rəngli şalvar, 01 ədəd qara rəngli tuman, 01 ədəd qara rəngli busqalter, yorğan üzü, parça kəsikləri və 04 ədəd ip məhv edilsin. Təqsirləndirilən şəxs 264 (iki yüz altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar