Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-215/2025 01.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Yardımlı rayonu Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən xüsusilə külli miqarda malların qaçaqmalıçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi və külli miqdarda aksiz markası ilə markalanmalı olan, lakin belə markası olmayan siqaretlərin satış məqsədi ilə saxlanılması barədə Azərbaycan Respublikası vətəndaşları X6, X7 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək razılığa gəlmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə ümumilikdə xüsusilə külli miqdarda – 542040 (beş yüz qırx iki min qırx) manat dəyərində 107820 qutu aksiz markası ilə markalanmalı olan, lakin belə markası olmayan müxtəlif markalı siqaretlərin cinayətkar qrupun istintaqa məlum olmayan üzvləri tərəfindən istintaqa məlum olmayan yerdən qaçaqmalıçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə nail olmuş, bundan sonra o, Elçin Məmmədov, Famil Məmmədov və cinayətkar qrupun istintaqa məlum olmayan digər üzvləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq istintaqa məlum olmayan vaxtda və yerdə cinayətkar qrupun istintaqa məlum olmayan üzvündən 1 ədədinin qiyməti 5 manat olmaqla 285050 manat dəyərində 57010 qutu “X20”, 1 ədədinin qiyməti 5 manat olmaqla 144800 manat dəyərində 28960 qutu “Marlboro filter cigarettes”, 1 ədədinin qiyməti 5 manat olmaqla 31150 manat dəyərində 6230 qutu “X22”, 1 ədədinin qiyməti 5 manat olmaqla 5250 manat dəyərində 1050 qutu “Marlboro Micro”, 1 ədədinin qiyməti 5 manat olmaqla 8450 manat dəyərində 1690 qutu “Marlboro Gold”, 1 ədədinin qiyməti 8 manat olmaqla 10560 manat dəyərində 1320 qutu “X16”, 1 ədədinin qiyməti 5 manat olmaqla 41200 manat dəyərində 8240 qutu “X13 Slims”, 1 ədədinin qiyməti 3 manat olmaqla 5730 manat dəyərində 1910 qutu “Dunhill Blue”, 1 ədədinin qiyməti 8 manat olmaqla 1840 manat dəyərində 230 qutu “Heets”, 1 ədədinin qiyməti 2 manat olmaqla 100 manat dəyərində 50 qutu “King”, 1 ədədinin qiyməti 7 manat olmaqla 4410 manat dəyərində 630 qutu “More” markalı, 1 ədədinin qiyməti 7 manat olmaqla 3500 manat dəyərində 500 qutu “More international” markalı olmaqla ümumilikdə külli miqdarda, cəmi 542040 (beş yüz qırx iki min qırx) manat dəyərində 107820 qutu Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə markası olmayan siqaretləri Elçin Məmmədov, Famil Məmmədov və cinayətkar qrupun istintaqa məlum olmayan digər üzvləri ilə birlikdə əldə edib onları ünvan 2 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin giriş hissəsində qəsdən tamah və satış məqsədilə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən külli miqdarda siqaretlərdən 2800 qutu “Marlboro filter cigarettes”, 2300 qutu “X20”, 720 qutu “Marlboro Micro” və 5320 qutu “X13 Slims” markalı siqaretlər Elçin Məmmədovun idarə etdiyi “Renault Megane minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən, həmin gün saat 13 radələrində 26160 qutu “Marlboro filter cigarettes”, 54710 qutu “X20”, 6230 qutu “X22”, 330 qutu “Marlboro Micro”, 1690 qutu “Marlboro Gold”, 1320 qutu “X16”, 2920 qutu “X13 Slims”, 1910 qutu “Dunhill Blue”, 230 qutu “Heets”, 50 qutu “King” və 630 qutu “More” markalı siqaretlər ünvan 2 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin giriş hissəsindən, həmçinin Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədilə istintaqa məlum olmayan vaxtda Yardımlı rayonuna göndərilmiş və sonradan Bakı şəhərinə qaytarılan 500 qutu “More international” markalı siqaretlərin olduğu cinayətdən xəbəri olmayan Azərbaycan Respublikası vətəndaşı Şahid12 idarə etdiyi “X23 minik” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeyd olunan gün, saat 16:30 radələrində Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında olduğu müəyyən edilərək müşayiət altında ünvan 3 ünvanında yerləşən Sumqayıt Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilməklə qeyd edilən avtomobilə həmin tarixdə, saat 17:20-də keçirilmiş baxış zamanı arxa yük yerindən sözügedən siqaretlər aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 213- 1.2.1 və 213-1.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirsiz bilərək ifadəsində onkoloji xəstə olduğunu, həmçinin, İİİ qrup gözdən əlil olduğunu bildirmişdir. O, heç kimə siqaret verməmiş, məktəb illərindən bəri Cabir adlı sürücü ilə ədavəti olmuş, buna görə də Cabir onunla ədavət apararaq yalandan ifadə vermişdir. Bu hadisə ilə bağlı heç bir əlaqəsi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq iş üzrə təqsirləndirilən şəxslərdən heç birini tanımadığını, təqsirləndirilən şəxslərlə aralrında telefon danışığı olmadığını, 2014-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkumluğu olduğunu, əvvəllər aksiz markası olmayan malların saxlanılmasına görə məhkumluğu olmadığını, Elçin Məmmədovun ona siqaret göndərmədiyini bildirmişdir. Cabir adlı sürücü onun həmyerlisi olmuşdur. O, siqaret alveri ilə məşğul olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni xatırladığını, həmin vaxt da özünü təqsirli bilmədiyini qeyd etmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsində olmuş, istintaqdan əvvəl Famillə telefon danışığı olmamış, lakin istintaqdan sonra aralarında telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. 2008-ci il təvəllüdlü Leyla adlı və 2012-ci il təvəllüdlü Rza adlı 2 uşağı vardır. Özü İİİ qrup gözdən əlildir. Ona əsasən yaşadığı Yardımlı rayonunda “Şotu” deyə müraciət edirlər. 2014-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda məhkumluğu ödənilmişdir. Özü təsərrüfatla məşğul olur. Təxminən 2021-ci ilin ortalarında yaşadığı rayona istirahətə gəlmiş Elçin Məmmədovla tanış olmuş və sonuncunun səmimiyyəti ona yaxşı təsir bağışladığından münasibətləri yaranmışdır. Həmin vaxtdan bir müddət sonra Elçin onunla əlaqə saxlayaraq bildirmişdir ki, Elçinə məxsus bir qədər siqaretlər vardır, həmin siqaretləri satmağı üçün ona göndərmək istəyir. O, Yardımlı rayon məkhəməsinin yaxınlığında köşkdə qeyri-rəsmi işləyir, orada xırdavat malları ilə yanaşı, yerli siqaretlər də satır. Elçin ona bu barədə təklif edəndə o, buna öz razılığını bildirmişdir. Bundan bir neçə gün sonra Elçin tanımağı bir taksi ilə ona böyük karton qutuda siqaretlər göndərmiş, o da həmin siqaretləri götürüb evinə aparmışdır. Bir müddət sonra o, həmin malları satmaq məqsədilə evindən götürüb köşkə aparan zaman baxmışdır ki, həmin siqaretlərin aksiz markaları yoxdur. Bu zaman Elçinə zəng vurub bildirmişdir ki, həmin siqaretlərin aksiz markası olmadığı üçün o, onları sata bilməyəcəyindən həmin siqaretləri gəlib götürsün. Elçin həmin siqretləri Bakı şəhərinə göndərməyini ondan xahiş etmiş, o da həmin vaxt Elçinə telefonda bildirmişdir ki, onun bu işdə heç bir qazancı yoxdur, ona görə də özü kiminsə vasitəsilə həmin siqaretləri ondan götürtdürsün. Hətta Elçinə köməklik məqsədilə həmyerlisi olan qazel sürücüsü işləyən Cabirin mobil telefon nömrəsini də Elçinə vermişdir ki, Cabir onu tanıyır, Elçinin özü Cabirlə danışsın, Cabir gəlib ondan siqaretləri götürüb Elçinə aparsın. Elçin onunla razılaşmış, lakin bir qədər sonra ona zəng vurub bildirdi ki, özü Cabirlə görüşmək istəmədiyindən Cabirin mobil nömrəsini əmisi Familə verəcək və Cabir Familin adından ona yaxınlaşaraq həmin siqaretləri istəyəcəkdir. Bunun onun üçün heç bir fərqi olmadığından o, buna razı olmuş, bundan sonra 17 aprel 2022-ci il tarixdə Elçin onunla telefon əlaqəsi saxlamış və onda olan 50 qutu aksiz markası olmayan siqaretləri Cabirin vasitəsilə Bakıya gətirmək istədiyini bildirmişdir. 18 aprel 2022-ci il tarixdə saat təxminən 11-12 radələrində Şahid12 onda olan Elçinə məxsus 50 qutu “More international” markalı aksiz markası olmayan siqaretləri təhvil alaraq Familə çatdırmaq üçün idarə etdiyi “X23” markalı **-VO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə qoyaraq getmiş, bundan bir neçə gün sonra isə eşitmişdir ki, həmin siqaretlər gömrük əməkdaşları tərəfindən saxlanılmışdırlar. Cabir ona Familin siqaretlərini götürmək üçün gəldiyini bildirəndə Elçinlə bu barədə əvvəlcədən danışdıqlarından o, həmin siqaretlərin Familə yox Elçinə məxsus olduğunu Cabirə bildirməmişdir. O, Elçinə məxsus heç bir siqaretin satışını həyata keçirməmişdir. Hətta Elçin bir dəfə ona bildirmişdir ki, həmin siqaretləri satması üçün Elçinə müştəri tapmaqda köməklik etsin, lakin o, bundan imtina etmişdir. O, X11 əmisi kimi tanıyır. Elçin Məmmədovun həmin aksiz markası olmayan siqretləri haradan, kimdən, nə vaxt və neçəyə alması barədə heç bir məlumatı yoxdur. O, rayonda təsərrüfatla məşğul olan adamdır. Ona görə də belə şeylər onun marağını cəlb etmədiyi üçün Elçindən bu barədə soruşmamışdır. Elçin Məmmədov satması üçün ona cəmi bir dəfə 50 qutu “More international” markalı aksiz markası olmayan siqaretləri göndərmişdir. Elçin həmin siqaretləri təxminən 2022-ci ilin mart ayının ortalarında ona göndərmiş, lakin kimin vasitəsilə göndərdiyini hazırda xatırlamır. O, həmin siqretləri alan zaman siqaretlər karton qutunun içərisində olmuşlar, o, həmin siqaretlərin nəm çəkib kiflənməməsi üçün həmin karton qutunu kisəyə qoymuşdur. Elçin Məmmədov tərəfindən həmin siqaretlərin ona göndərilməsini, onların satılmasının təşkil edilməsini, həmçinin onların Bakı şəhərinə göndərilməsini Elçin Məmmədovla istifadələrində olan mobil nömrələrdən birinin WhatsApp tətbiqi vasitəsilə aparmışdır. xx.xx.2022-ci il tarixdə aşkar edilərək götürülmüş aksiz markası olmayan 500 qutudan ibarət siqaretlərin Bakıya göndərilməsi barədə o, Elçin Məmmədovla danışıb razılaşmış, bu səbəbdən də Famil ilə onun arasında həmin vaxtlarda bu barədə telefon danışıqlarının olmaması normal haldır. İş üzrə maddi sübut olan ümumilikdə 107820 qutu siqaretlərin kim və ya kimlər tərəfindən, nə vaxt, haradan və hansı vasitələrlə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək ölkə ərazisinə gətirilməsi barədə heç bir məlumatı yoxdur. Bundan əvvəl - 2014cü ildə ondan təxminən 150 blok aksiz markası olmayan siqaret tutulmuşdur, sonra da üzərində şəxsi yoxlama aparıldıqda üzərindən heroin narkotik vasitəsi aşkar edilmişdir. Bundan başqa o, 2022-ci ilin iyun ayının sonlarında Masallı rayonunda tanımadığı şəxsdən 10 blok “GOLD Marlboro EDGE” sözləri yazılmış aksiz markası olmayan siqaretləri şəxsi istifadəsi üçün almışdır. Onu Yardımlı rayon Polis şöbəsinin əməkdaşları həmin rayonun avtovağzal deyilən ərazisində saxlamışlar və üzərindən həmin 10 blok siqaret aşkar edilərək götürülmüşdür. Həmin faktla bağlı Yardımlı rayon Polis şöbəsində toplanmış materiallar aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmiş və həmin Baş İdarə tərəfindən 800 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Onun şahid qismində dindirilən zaman verdiyi ifadəsində, həmçinin Şahid12, Elçin Məmmədov və Famil Məmmədovun öz ifadələrində onun Şahid12 vasitəsilə bir neçə dəfə Elçinə məxsus siqaretləri Famil Məmmədova göndərməsini bildirməsi ilə hazırda bu formada Elçinə cəmi bir dəfə siqaret göndərdiyini bildirməsi xüsusatına görə adıçəkilən şəxslərin heç biri ilə üzləşmək istəmir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X6 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, malları özü gətirmiş, xahişi əsasında əmisi Famil ona malları yığmaq üçün anbar və ya boş yer təşkil edərək köməklik göstərmişdir. Famil Məmmədovun həmin yerə siqaret və ya başqa şey yığılacağından xəbəri olmamış, malları gətirəndə siqaret olduğunu bilmiş, lakin həmin siqaretlərin aksiz markası ilə markalanıb-markalanmaması barədə məlumatı olmamışdır. Bəzən kömək lazım olanda əmisi Famili malları daşımağa çağırmış, Famil Məmmədovun isə qutuların içərisində nə olması barədə məlumatı olmamışdır. İbtidai isitntaq zamanı bu xüsusatlar barədə həm özü, həm də əmisi Famil məlumat vermişdir. Bundan əlavə, o, Elnura malları saxlaması, həm də sata bilsə, satması üçün göndərmiş, Təqsirləndirilən şəxs də həmin siqaretlərin aksiz markası ilə markalanıb-markalanmaması barədə məlumatı olmamışdır. Elnurun siqaretleri sata bilməməsi səbəbi ilə siqaretləri ondan təkrar geri göndərməsini istəmiş, Elnur da malları avtomobillə göndərmişdir. Sürücünü isə nə Famil, nə də özü tanımamışdır. Təqsirləndirilən şəxs X6 dövlət ittihamçısının suallarına cavab olaraq siqaretləri fərqli-fərqli adamlardan aldığını, gömrükdən 3-5 blokun keçirilməsinə icazə verildiyi üçün gətirildiklərini, indi hal-hazırda da şəhərdə belə aksiz markasız siqaretlərin satıldığını, hətta istəsə, bir ay ərzində on min deyil, yüz min aksiz markasız siqaret yığmağın mümkün olduğunu bildirmişdir. On min yetmiş iki blok siqareti bir-iki il ərzində yığmış, siqareti aldığı, yığdığı adamları tanımamışdır. O, hazırda restoran işi ilə məşğul olduğunu, əvvəllər isə siqaret alıb-satdığını bildirmişdir. Siqaretlərin dəyəri istintaq materiallarında beş yüz min manat olduğu qeyd olunmuş, lakin həmin siqaretlər kiflənmiş olduğu üçün onların dəyərinin o qədər yüksək olmadığını bildirmişdir. Siqaretlərin kiflənib-kiflənmədiyini qutunu açmadan da anlamağın mümkün olduğunu, siqaretin saxlanma şəraitindən, siqaretə su dəyib-dəyməməsindən asılı olaraq onun kifləndiyini bildirmişdir. Həmin siqaretlər kifləndiyi üçün onları dəyər-dəyməzinə satmaq istəmiş, lakin sata bilməmiş, bu səbəbdən başqa vaxt satması və ya daha sonra yandırması üçün onları bir yerə yerləşdirmişdir. Siqaretlərin saxlandığı yer anbar olmamış, Familə qonşusu həyətinə baxması üçün evin açarını vermiş, o da siqaretləri həmin evə yığmağı xahiş etmişdir. Famillə Elnurun siqaretlərdən xəbəri olmamış, adları iş matertiallarında qeyd olunduğu üçün gəlmişdirlər. Siqaretləri evə yığmağa əmisinin evi yaxında olduğu üçün bəzən əmisi kömək etmişdir. O, sürücü Cabiri tanımadığını, Təqsirləndirilən şəxs isə çoxdan tanıdığını, onunla Bakıda tanış olduğunu, bəzən yanına rayona gedib-gəldiyini və Elnurun “kiosk” işlətdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs yerli siqaret də satmış, əvvəlki qutunu isə Elnura satması üçün deyil, saxlaması üçün göndərmişdir. Elnura “More” markalı aksizsiz siqaretləri saxlaması, lazım olsa kiminsə gəlib ondan götürməsi üçün göndərmişdir. Təqsirləndirilən şəxs siqaretlərin aksiz markası ilə markalanmadığıını bilməmiş, bildikdən sonra isə siqaretləri iki dəfə geri qaytarmışdır. Birinci dəfə qaytardığı aksiz markası ilə markalanmamış siqaretlər, ikinci dəfə qaytardıqları isə yerli mal olmuşdur. Yerli malları sata bilmədiyi üçün geri qaytarmışdır. O, siqareti kimdən almağı ilə bağlı konkret olaraq kiminsə adını çəkə bilməyəcəyini, iki-üç “kiosk” işlətdiyini, gömrükdən gələndə iki blok alaraq başqalarına “məndə iki blok siqaret var” deyərək təklif etdiyini bildirmişdir. On min yetmiş iki qutunu iki aya da, beş aya da yığmağın mümkün olduğunu qeyd etmiş, hər gün gömrük sərhəddindən beş min doqquz yüz deyil, beş yüz min adam keçdiyini və onların çoxunun siqaret gətirib satdığını, onların təklifi əsasında siqaretlər aldığını bildirmişdir. O da təqribən iki-üç aya o qədər siqareti yığmışdır. O, siqareti yığanda onlar kiflənməmiş, sonradan onun səhvindən dolayı siqaretlər kiflənmişdir. Siqaretləri qiymətlərinin qalxması və daha baha satması üçün saxlamış, sonra isə kifləndiyi üçün sata bilməmiş və siqaretlər qalmışdır. Təqsirləndirilən şəxs X6 dövlət ittihamçısının suallarına cavab olaraq vergi orqanından aksiz markası ilə markalanmamış siqaretlər aldığını bildirmişdir. Təqsirləndirilən şəxs X6 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, ali təhsillidir. Türkiyə Respublikasının Nəcməddin Ərbakan Universitetində təhsil almış, 2007-ci il tarixdə Bakı şəhərinə köçmüş, 2016-cı il tarixdə ailə həyatı qurmuş, Bakı şəhərində Yeni Ramana qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, iki övladı var, oğlu Adəmin 4 yaşı, qızı Yağmurun isə 3 yaşı vardır. Demək olar ki, ünvan 5 ünvanında X17la birlikdə şərikli olaraq icarəyə götürdükləri “EF Market” adlı ərzaq mağazasını işlədir. O, təxminən 10 ilə yaxındır ki, arada bir Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış, xarici ölkələrə məxsus siqaretlər alıb satmış, sonralar həmin siqaretləri xaricdən gələn tanımadığı vətəndaşlardan hissə-hissə alaraq bir yerə yığıb sonra satmağa qərar vermişdir. Bu barədə əmisi Familə demiş və ondan siqaretləri yığmaq üçün yer tapmağını xahiş etmişdir. Əmisi Famil də Binəqədi rayon, Biləcəri qəsəbəsində, Xocasən qəsəbəsinin yaxınlığında qonşusunun evi olduğunu, siqaretləri onun evinə yığa biləcəyini demişdir. Elə o vaxtdan o, qeyd etdiyi müxtəlif markalı aksiz markası olmayan siqaretləri alaraq Biləcəridə yerləşən evə yığmağa başlamışdır. Beləliklə o, evə külli miqdarda siqaret yığmışdır. Famil əmisi ona həmin evin sahibinin razılığının olduğunu, həm evdə heç kim yaşamır deyə evə baxmaqlarını, həm də istifadə etmələrini bildirdiyini demişdir. O, bir müddət həmin siqaretlərdən xeyli sata bilmiş, lakin son dövrlərdə siqaret satışı zəiflədiyindən o, siqaretləri sata bilməmişdir. Lakin yenə də fikirləşirmiş ki, nə vaxtsa yaxşı qiymətə sata biləcək, ona görə də yenə də evə siqaret yığmağa davam edirmiş. Qeyd etdiyi evdə külli miqdarda siqaret yığmışdır. xx.xx.2022-ci ildə səhər saatlarında əmisi Familə demişdir ki, gəlib evin qapısını açsın siqaret götürüb satmağa aparacaqdır. Həmin gün Biləcəridəki evdən 2300 qutu “X20”, 2800 qutu “Marlboro filter cigarettes”, 720 qutu “Marlboro micro” və 5320 qutu da “X13 slims” markalı siqaretləri özünə məxsus “Renault Megane” markalı **-TS-*** nömrəli avtomobilə yığmış və satmaq üçün Bakı şəhərinə çıxmışdır. O, həmin siqaretləri Bakı şəhərində olan köşklərə gedərək təklif edirmiş və sata bildiyi yerə satmışdır. Bir neçə köşkə gedib təklif etmiş, lakin siqaretləri alan olmamışdır. O, siqaretləri qaytarıb Biləcəridəki həmin evə yığmaq üçün şəhərdən çıxıb Biləcəri istiqamətində hərəkətə başlamış, Biləcəridəki evin qarşısına gəlib maşını saxlamışdır. Famil əmisinə demişdir ki, gəlir qapını açsın. Famil əmisi də həmin evin yanında yaşayır. Famil əmisi qapının yanında onu gözləyirmiş. Maşından düşüb həyətin qapısını açıb içəri girən zaman bir neçə mülki geyimdə olan şəxs Famil əmisi ilə ona yaxınlaşmış və gömrük əməkdaşları olduğunu bildirmişlər. Həmin şəxslər onun maşınına baxış keçirəcəklərini demişlər və o da ərizə verərək maşınına baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra maşınına hal şahidlərinin də iştirakı ilə baxış keçirilmiş və maşınında olan Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan 2300 qutu “X20”, 2800 qutu “Marlboro filter cigarettes”, 720 qutu “Marlboro micro” və 5320 qutu da “X13 slims” markalı siqaretlərin olduğunu müəyyən etmişlər. Onun maşınından aşkar edilən siqaretlər protokol əsasında götürülmüş və onu Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gətirmişlər. Sonradan ona məlum olmuşdur ki, gömrük əməkdaşları tərəfindən Famil əmisinin də iştirakı ilə evə baxış zamanı əvvəlcədən həmin evə yığdığı müxtəlif markalı aksiz markası ilə markalanmayan siqaretləri aşkar ediblər. Onun idarə etdiyi nəqliyyat vasitəsindən və qeyd olunan evdən aşkar edilmiş həmin siqaretlər ona məxsusdur. Onları hissə-hissə alaraq yığmışdır. Həmin siqaretləri bir neçə il bundan qabaq xarici ölkələrdən gətirib satan şəxslərdən satmaq məqsədi ilə əldə etmiş və müxtəlif yerlərdə saxlamışdır. Bir neçə müddət əvvəl isə həmin siqaretləri qeyd edilən ünvana gətirib yerləşdirmişdir. O, qeyd olunan siqaretləri ona gətirən həmin şəxsləri tanımır, xaricdən gələn vətəndaşlar bəzən olur ki hərəsi 5-10 və ya 20-30 blok siqaret gətirə bilirlər, onlar da gətirib Xətai rayonundakı mağazasına təklif edirdilər. O da alıb yığırmış. Həmin siqaretləri bir neçə ilə yığa bilmişdir. Həmişə tez sata bilmiş, son vaxtlarda siqaret satışı zəiflədiyindən həmin siqaretləri sata bilmədiyi üçün yığılıb qalmışdır. 10 ilə yaxındır ki, siqaret satışı ilə məşğul olur. Siqaretləri Bakı şəhərində yerləşən bütün köşklərə, siqaret mağazalarına aparıb təklif edib bu yolla satırmış, Xətai rayonu Sarayevo küçəsi 19 ünvanında yerləşən icarəyə götürdüyü mağazada həmin siqaretlərdən satmamışdır. X1 siqaret satışı ilə məşğul olmur. Sadəcə olaraq o, əmisi Famildən ona boş ev lazım olduğunu deyəndə, Famil ona qonşusu Eldarın evinin açarlarının onda olduğunu bildirmiş, o da əmisi Famildən müvvəqəti olaraq həmin evə siqaret yığmağına icazə verməsini xahiş etmiş, əmisi Famil həmin siqaretləri satış məqsədilə saxlamamışdır. Siqaretlərin hamısı ona məxsusdur. Adları yuxarıda qeyd edilmiş siqaretlərin satışından Eldarın xəbəri olmayıb. xx.xx.2022-ci il tarixdə idarə etdiyi avtomobillə “Neftçilər”ə, “Əhmədli”yə, “Sədərək” bazarına gedib qarşına çıxan mağazalara siqaret təklif etmiş, lakin heç kim almadığına görə qayıdıb gəlmişdir. Qeyd edilən siqaretləri ondan mütəmadi olaraq alan şəxslər olmayıb. Şahid12 idarə etdiyi “X23” markalı **-VO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Sumqayıt Baş Gömrük İdarəsinin dayanacağında həyata keçirilmiş baxış zamanı aşkar edilən, ümumilikdə 10 000 ədəd üzərində “More international” yazısı olan aksiz markası ilə markalanmamış filterli siqaretlər ona məxsusdur və əmisi Famil Cabirdən aşkar edilmiş qeyd olunan siqaretləri Bakı şəhərində götürərək ona verməli imiş. Həmin siqaretləri o, əmisi Famildən təhvil alaraq Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış mənzilində yerləşdirməli idi. O, Şahid12 şəxsən görməmiş və tanımır. Bu barədə əmisi Famil məlumatlıdır. Belə ki, o, 2021-ci ilin yay aylarında istirahət üçün Yardımlı rayonunda olarkən tanış olduğu həmin rayon sakini “Şotu” kimi tanıdığı Təqsirləndirilən şəxs bildirmişdir ki, ona bir qədər siqaret göndərsin və onları müvəqqəti olaraq saxlasın, o, Elnura deyəndə həmin siqaretləri kiməsə versin. Elnur da onun xahişini yerə salmamış və o, müxtəlif vaxtlarda bir neçə dəfə müxtəlif markalı siqaretlərdən nümunə üçün Elnura göndərmişdir. Bununla yanaşı digər tanışları vasitəsilə həmin siqaretləri sata biləcəyi adamlar axtarmağa başlamış, lakin elə bir adam tapa bilməmişdir. Elnura göndərdiyi həmin siqaretlərdən bəzilərinə Bakı şəhərində müxtəlif vaxtlarda müştəri tapa bildiyi üçün Elnurdan xahiş edirmiş ki, həmin siqaretlərdən lazım olanları ona göndərsin. Bu məqsədlə Elnurun həmyerlisi olan sürücü işləyən Cabir adlı şəxsin mobil nömrəsini Elnurdan alıb Cabirin onu görüb tanımaması üçün nömrəni əmisi Familə vermiş və əmisindən xahiş etmişdir ki, həmin sürücü ilə əlaqə saxlasın, “Şotu” adlı şəxsdə olan ona məxsus siqaretləri Bakı şəhərinə gətirməsini Cabirdən xahiş etsin. Əmisi də onun xahişini nəzərə alaraq onun “Şotu” kimi tanınan Təqsirləndirilən şəxs olan siqaretlərini hissə-hissə olmaqla bir neçə dəfəyə Cabirin vasitəsilə Bakı şəhərinə gətirib sonuncudan götürərək ona vermişdir. Elnur həmin siqaretlərin satışı ilə məşğul olmur. Həmin siqaretlər ona məxsusdur. Sadəcə olaraq o, Elnurdan həmin siqaretləri müvəqqəti olaraq saxlamasını xahiş etdiyindən Elnur buna razılığını bildirmiş və siqaretləri bir neçə ay özündə saxlamışdır. Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış müxtəlif növ siqaretlər müxtəlif şəxslər tərəfindən ölkə xaricindən respublika ərazisinə hissə-hissə gətirilir və o da həmin siqaretləri alaraq onları Bakı şəhəri və bölgələr üzrə paylayır. Ona həmin siqaretlər bir neçə şəxs tərəfindən verilmişdir. Həmin insanların əksəriyyəti sərhədyani ərazilərdə yaşadıqları üçün onları tanımır, sadəcə olaraq pul verib onlardan 2-3 blok siqaret almışdır. O, “Şotu” kimi tanınan Təqsirləndirilən şəxs Şahid12 vasitəsilə Bakı şəhərinə göndərdiyi 50 blok aksiz markası olmayan siqaretləri 2021-ci il ərzində tanımadığı müxtəlif şəxslərdən əldə etmiş, həmin şəxslərin hər biri 2-3 blok olmaq siqaretləri ona gətirib vermiş və pullarını alıb getmişlər. O, həmin siqretləri karton qutuya qoyaraq Təqsirləndirilən şəxs (“Şotu”-ya) göndərmişdir. Düşünür ki, həmin siqaretlər nəm çəkməsin deyə siqaretlərin karton qutudan əlavə kisəyə qoyulmasnı Elnur etmişdir. O, həmin siqaretlərin Təqsirləndirilən şəxs göndərilməsini, sonuncu tərəfindən müəyyən müddət saxlanılmasını, həmçinin onların Bakı şəhərinə göndərilməsini istifadəsində olan mobil nömrələrdən birinin WhatsApp tətbiqi vasitəsilə Elnurun telefon nömrəsinə zəng edərək bildirirmiş. Həmin vaxtdan sonra həmin telefonu sındığından həmin danışıqlara dair qeydləri istintaqa təqdim edə bilmir. O, Təqsirləndirilən şəxs əvvəllər də aksiz markası olmayan məhsulları satış məqsədilə əldə edib saxlaması, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilməsinə dair heç bir xəbəri yoxdur. X17 isə əvvəllər aksiz markası olmayan siqaretlərin satışı ilə məşğul olmuş, buna görə də 2018-ci ildə cinayət məsuliyyətinə cəlb edilibdir. Əmisi hazırda aksiz markası olmayan məhsulların satışı ilə məşğul olmur. İş üzrə maddi sübut olan 107.820 qutu siqaretlərin və artıq satışını həyata keçirmiş olduğu digər siqaretlərin heç biri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməmişdir. 107.820 qutu siqaret 10.782 blok siqaret edir ki, ölkə ərazisinə gələn şəxslərin də hər biri özü ilə təxminən 2-3 blok gətirə bilirlər. O, həmin siqaretləri təxminən 2 il ərzində müxtəlif şəxslərdən hissə-hissə olmaqla əldə edib saxlamış, həmin siqaretləri də saxlamaqda məqsədi onlara qanunvericiliyə uyğun olaraq aksiz markası vurdurub satmaq olmuşdur. O, həmin malların aksiz markası ilə markalanması ilə bağlı hansısa dövlət orqanına rəsmi qaydada müraciət etməmişdir. İş üzrə sözügedən aksiz markası olmayan siqaretlər ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməmiş, həmçinin bu malların ölkə ərazisinə gətirilməsində əmisi Familin və Elnurun heç bir iştirakı olmamışdır. O, qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmadığı üçün aksiz markası olmayan siqaretlərin əldə edilərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin və satışının həyata keçirilməsinin hansısa məsuliyyətə səbəb olması barədə məlumatı yoxdur. Aksiz markası olmayan siqaretlərin satış məqsədilə saxlanması əməlinin isə inzibati məsuliyyətə səbəb olacağını düşünürmüş. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X7 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.2.1, 213-1.2.2 və 213-1.2.3-cü maddələri ilə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt hadisəsində malın ona məxsus olduğu, guya malın ona verilməli olduğu bildirilmiş, lakin onun mal və həmin malların nə vaxt göndərilməsi, necə göndərilməsi barədə məlumatı olmamışdır. Xocəsəndəki məsələdə isə qardaşı oğlu Elçin ona bir az malı olduğunu və malları saxlamaq üçün yer lazım olduğunu demişdir. O isə Elçinə qonşuluqda boş ev olduğunu, açarının da onda olduğunu bildirmiş və mallarını gətirib oraya yığa biləcəyini demişdir. Gətirib yığanda o, yığılan malın nə olduğunu, aksiz markasının olub-olmamasını bilməmişdir. Siqareti gətirib ora yığanda gömrük əməkdaşları yaxınlaşmış, orada siqaretlərin aksiz markası ilə markalanmadığı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs X7 dövlət ittihamçısının suallarına cavab olaraq Naxçıvandan gələndən bir dəfə məhkumluğu olduğunu, işinin Yasamal rayon məhkəməsində olduğunu, Yasamal rayon məhkəməsinə işini siqaretlə bağlı göndərdiklərini və həmin işin şirə, siqaret və s. satmağı ilə bağlı olduğunu bildirmişdir. Lakin orada satdığı malın aksiz markası ilə markalanmadığını bilmədiyini söyləmişdir. Qardaşı oğluna məxsus siqaretlərin sayından xəbəri olmamışdır. O, siqaret saxlamaq üçün iki mərtəbəli ev tutmamış, sadəcə olaraq qonşusu evin açarını ona evə nəzarət etsin deyə verdiyi üçün Elçinə boş evin olduğunu bildirmiş, həmin evi xüsusilə siqaret yığmağa görə verməmişdir. Malları evə Elçin gətirib boşaltmış, Elçin Məmmədov siqaretləri öz avtomobili ilə gətirmişdir. Elçin hər dəfə gətirəndə qutuların sayına baxmamış, siqaretlərin siqaret qutusunda olmadığını bildirmişdir. O, Elçinin gətirdiklərinin markasız siqaret olduğunu bilməmiş və bundan şübhələnməmiş, Cabiri tanımamış və ondan siqaret almamışdır. Ola bilsin ki, onu Cabir adlı şəxsə gömrük əməkdaşları göstərmiş, Cabir də onu tanımışdır. Cabirin siqaret gətirməsindən onun xəbəri olmamış, siqaretlərin aksiz markası ilə markalanmadığını sonradan bilmişdir. Elçin siqaretləri evə yığanda qutuların içərisinə baxmamış və hansısa bloku açıb siqaretlərin aksiz markası ilə markalanıb-markalanamadığını yoxlamamışdır. O, bir dəfə Cabirdən mal götürmüşdür. Təqsirləndirilən şəxs X7 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, gömrük əməkdaşları evə gəlib baxış keçirən zaman o, mənzilə sonradan gəlmişdir. Təqsirləndirilən şəxs X7 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, siqaret alqı-satqısı ilə bağlı ona mesaj yazılması yadında olmamış, “Lara”, “Milano” adlı şəxslə mesajlaşmış, onlardan siqaret götürməmiş və ya istəməmişdir. Ona siqaret təklif olunmuş, ancaq o, götürməmiş, ondan da siqaret istəməmişdirlər. Təqsirləndirilən şəxs X7 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, Naxçıvan MR Babək rayonu Nehrəm kəndində anadan olmuş, orta təhsillidir. Təqribən 20 il bundan öncə Bakı şəhərinə köçmüş, 1999-cu ildə ailə həyatı qurmuş, Bakı şəhərində müxtəlif yerlərdə kirayədə yaşamış, hal-hazırda isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən özünə məxsus həyət evində ailə üzvləri ilə birlikdə yaşayır, iki övladı var. Oğlu Həsənin 6 yaşı, digər oğlu Rzanın isə 4 yaşı vardır. Demək olar ki, ünvan 6 ünvanında qardaşı oğlu Elçin Məmmədovla birlikdə şərikli olaraq icarə götürdükləri “EF Market” adlı ərzaq mağazasını işlədir. Təqribən 9-10 ay bundan öncə qardaşı oğlu Elçinlə söhbət etdiyi zaman ona əlində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərinin olduğunu, onları müvəqqəti olaraq saxlamaq üçün yerin lazım olduğunu demiş və ondan xahiş etmişdir ki, həmin siqaretləri müvəqqəti saxlamaq üçün Elçinə yer tapmaqda köməklik etsin. O da Elçinə demişdir ki, özünün belə bir yeri yoxdur, lakin həmin vaxt ağlına qonşusu Şahid7 evi gəlmişdir. Belə ki, Şahid7 onun qonşuluğunda ikimərtəbəli həyət evi vardır. Eldar sadəcə yay aylarında dincəlmək üçün evinə gəlib-gedir. Qalan vaxtlarda isə həmin evdə yaşayış olmur. Eldar sonuncu dəfə, 2021-ci ilin sonlarına yaxın yaşadığı və qonşuluğunda olan evin və həyətin açarlarını ona verərək getmişdir. Açarları ona verdiyi zaman Eldar ondan xahiş etmişdir ki, arada Eldarın evinə baş çəksin və evi nəzarətsiz qoymasın. O da qonşuluq xatirinə arada Eldarın evinə baş çəkib hər şeyin qaydasında olub-olmadığını yoxlayırmış. Qardaşı oğlu Elçin ondan siqaretləri saxlamaq üçün yer istədiyində birdən ağlına qonşusu Eldarın evi gəlmiş və bu barədə Elçinə demişdir. Elçin də onun fikri ilə razılaşmış və həmin gün siqaretləri evə yerləşdirmək üçün gətirəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin noyabr-dekabr ayında günlərin birində axşam saatlarında Elçin ona zəng edib qapıya çıxmağını istəmişdir. Qapıya çıxdığı zaman görmüşdür ki, Elçin böyük bir yük avtomobili ilə gəlib. Elçindən nə olduğunu soruşanda sonuncu ona bildirmişdir ki, öncədən ona dediyi siqaretləri gətiribdir. Onlar köməkləşib siqaretləri karton qutularda Eldarın evinin birinci mərtəbəsinə yığmışlar. Siqaretləri evin içərisinə yığdıqdan sonra qapını bağlamışdır. Elçinlə sağollaşmış və Elçin çıxıb getmişdir. 2022-ci il aprel ayının 18-də Elçin səhər saatlarında ona zəng edərək evə yığdığı bəzi siqaretlərdən satmağa aparması üçün götürmək istədiyini və bunun üçün həmin evin qapısını açmağını ondan xahiş etmişdir. O da həmin evin qapısını açmış və Elçin müxtəlif növ siqaretlərdən götürərək idarə etdiyi “Renault Megane” markalı, 99TS850 dövlət nömrə nişanlı avtomobilə yığıb aparmışdır. Bundan bir neçə saat sonra, təxminən saat 11 radələrində Elçin ona yenidən zəng edərək səhər saatlarında götürdüyü siqaretləri sata bilmədiyini, bu səbəbdən də siqaretlərin yığıldığı evin qapısını açmağını bildirmişdir. O, qapıya çıxdığında Elçini görmüşdür. Elçin siqaretləri özünün idarə etdiyi həmin avtomobili ilə gətirmişdir. O, Elçinlə birlikdə həmin siqaretləri maşından düşürüb evə yığmaq istədikləri zaman, mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşmış və gömrük əməkdaşları olduğunu bildirərək maşına baxış keçirəcəklərini demişlər. Sonra maşına hal şahidlərinin də iştirakı ilə baxış keçirmişlər və maşında Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan “Marlboro” və “X13 slims” markalı siqaretlərin olduğunu müəyyən etmişlər. Bundan sonra gömrük işçiləri aksiz markası olmayan siqaretlərin yığıldığı evə də baxış keçirəcəklərini demişlər. O, həmin evin qonşusu Eldara məxsus olduğunu demiş və zəng edib Eldara bu barədə məlumat vermişdir. Eldar evə gəldikdən sonra, o və Eldar hər ikisi ərizə əsasında evə baxış keçirilməsinə razılıq verdikdən sonra, o, qapını açmış, gömrük işçiləri və hal şahidləri ilə birlikdə baxış keçirmək üçün evə daxil olmuşlar. Baxış keçirən zaman həmin evə öncədən yığdıqları müxtəlif markalı aksiz markası ilə markalanmayan ümumilikdə 9618 blok (96180 qutu) olmaqla, “Marlboro”, “X13 Slims”, “Dunhill” “Heets”, “King” və “More” markalı siqaretləri aşkar etmişlər. Evdən və nəqliyyat vasitəsindən aşkar olunmuş siqaretlər protokollar əsasında götürülmüş, o da həmin protokollarda müvafiq yerlərdə imzalar etmişdir. 18 aprel 2022-ci il tarixdə “Renault Megane” markalı 99TS850 nömrə nişanlı nəqliyyat vasitəsindən və ünvan 7 ünvanlı evdən aşkar edilən həmin siqaretlər qardaşı oğlu X5 məxsusdur. Elçinin həmin siqaretləri kimdən və hansı məqsədlə əldə etməsi və onların aksiz markasız olması barədə məlumatı yoxdur. Həmin siqaretlər gömrük əməkdaşları tərəfindən aşkar edildikdən sonra ona məlum olmuşdur ki, həmin siqaretlərin aksiz markası yoxdur. Elçinin həmin siqaretləri hansı şəxslərə satması və ya necə realizə etməsi barədə məlumatı yoxdur. Şahid7 məxsus evdə siqaretləri saxlamağa görə Elçin ona ödəniş verməmiş, Elçin qardaşının oğludur, bu səbəbdən də o, Elçindən heç bir təmanna güdməmişdir. ünvan 8 ünvanında yerləşən icarəyə götürdürüb işlətdikləri ərzaq mağazasında bu siqaretlərdən satılmamışdır. İçərisindən siqaretlər aşkar olunmuş yaşayış evinin sahibinə heç bir ödəniş etməmiş, sadəcə evə, həyətə baxmaq, xəbərdar olmaq məqsədilə evin açarı ona verilmişdir. Elçinin siqaretləri evə yığmaq üçün gətirdiyi nəqliyyat vasitəsini hazırda xatırlamır. Onun bildiyi qədərilə həmin siqaretlərin yaşayış evində olması barədə ondan başqa heç kimin məlumatı olmamışdır. Siqaretlərin satışını həyata keçirmədiyi üçün 18 aprel 2022-ci ildə onun iştirakı ilə aşkar olunan siqaretlərin ümumi dəyərindən məlumatsızdır. Aksiz markası olmayan siqaretlərin əldə edilməsinin və satışının həyata keçirilməsinin qanunvericiliklə qadağan olunduğu və məsuliyyətə səbəb olacağı barədə məlumatı vardır. Bu səbəbdən də Elçinə bir neçə dəfə xəbərdarlıq eləmiş, Elçin də öz növbəsində ona bildirmişdir ki, o aksiz markasız siqaretlərin satışını həyata keçirtmir. Şahid12 tərəfindən Yardımlıdan Bakı şəhərinə gətirilən ümumilikdə 10.000 ədəd üzərində “More international” yazısı olan filterli siqaretlər qardaşı oğlu X5 çatacaqdı. O, sadəcə həmin siqaretləri Cabirdən götürərək Elçinə təhvil verməli idi. Bundan öncə Şahid12 2 dəfə Bakı şəhərində yerləşən Avtovağzal ərazisində, 1 dəfə isə Xocəsən ərazisində onun idarə etdiyi ağ rəngli “Chevrolet Aveo” markalı **-FO-*** dövlət nömrə nişanlı avtomobildə ona siqaretlər vermiş, o da həmin siqaretləri qardaşı oğlu Elçin Məmmədova vermiş, lakin həmin siqaretlərin aksizsiz olması barədə məlumatı olmamışdır. Şahid12 tərəfindən ona verilən aksiz markası ilə markalanmamış həmin siqaretləri öz işlədiyi Xətai rayonu Sarayevo küçəsi 19 ünvanında yerləşən ərzaq dükanında satmamış, Elçinə məxsus olan həmin siqaretlər ölkənin müxtəlif rayonlarında satılmadığı üçün Elçin onları Bakı şəhərinə gətirtdirir və burada satırmış. Onun ünvanına gələn siqaretlərin haradan əldə edilməsi barədə tam məlumata malik deyildir. Bu işlərlə qardaşı oğlu Elçin Məmmədov məşğul olur və Elçin daha dəqiq məlumata malikdir. O, sadəcə olaraq Elçinin xahişinə əsasən sonuncuya məxsus siqaretləri bir neçə dəfə həmin siqaretləri gətirən tanımadığı adamlardan alıb Elçinə vermişdir. O, həmin 500 qutudan ibarət 10.000 ədəd üzərində “More international” yazısı olan filterli siqaretləri ona göndərmiş “Şotu” kimi tanınan Təqsirləndirilən şəxs şəxsən tanımır və Elnurla heç bir əlaqəsi yoxdur. Elnuru qardaşı oğlu Elçin Məmmədov tanıyır. Elçin cənub bölgəsində satmaq üçün nümunə qismində əvvəlcədən göndərdiyi siqaretləri orada sata bilmədiyini və Bakı şəhərində həmin siqaretlərə müştəri tapdığını görüb həmin siqaretləri Bakıya gətirtmək qərarına gəlmişdir. Elçin sürücü Cabirin telefon nömrəsini ona verərək 2-3 dəfə ondan xahiş etmişdir ki, Cabirlə danışsın və Cabirdən xahiş etsin ki, Elnurda olan siqaretlərdən bəzilərini gətirib ona versin. O da Elçinin xahişinə əsasən Cabirə zəng vurub öz adından bildirmişdir ki, Elnurda ona məxsus siqaretlərdən bəzilərini götürüb Bakıya gətirsin. Elçin aksiz markası olmayan siqaret satışı ilə məşğul olduğundan özü Cabirlə birbaşa görüşməkdən çəkindiyi üçün ondan xahiş etmişdir ki, həmin siqaretləri o, Cabirdən təhvil alıb Elçinə versin. O, Şahid7la qonşudur və sonuncu ilə aralarında olan telefon danışıqları da qonşuluq münasibətləri ilə əlaqədar olmuşdur. xx.xx.2022-ci il tarixdə qeydə alınmış 3 danışıq isə gömrük əməkdaşları tərəfindən həmin tarixdə Elçin Məmmədovun avtomobilindən aksiz markası olmayan siqaretlər aşkar edildikdən sonra həmin nəqliyyat vasitəsinin qarşısında dayandığı və faktiki olaraq onun istifadə etdiyi evə gömrük əməkdaşları tərəfindən baxış keçirilmək istəmələri ona bildirilən zaman o, həmin evin mülkiyyətçisinin Şahid7 olduğunu bildirmiş, bu zaman gömrük əməkdaşları ondan xahiş etmişlər ki, Eldara zəng vursun və Eldarı həmin yerə dəvət etsin. O da gömrük əməkdaşlarının xahişinə əsasən Eldara zəng edərək sonuncunu həmin yerə dəvət etmişdir. Şahid12lə arasında olan telefon danışıqları Elçinə məxsus aksiz markası olmayan siqaretlərin Yardımlıdan Bakıya gətirilib ona çatdırılması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxslə əsasən qardaşı oğlu Elçin Məmmədov əlaqə saxlayırmış, xx.xx.2022-ci il tarixdə də aşkar edilmiş 500 qutu aksiz markası olmayan siqaretlərlə bağlı da Elnurla Elçinin özü danışmışdır. O, yalnız Elçinin siqaretlərini Cabirdən təhvil alıb Elçinə verirmiş. O, ümumiyyətlə siqaret satışı ilə məşğul olmur. O, əvvəllər siqaret alveri etmiş, həmin siqaretləri Bakı Metropoliteninin 28 May metrostansiyası tərəfdə yerləşən anbardan almış, lakin həmin anbardan siqretləri müəyyən limitlə verirmişlər. 2021-ci ildə o, həmin yerdən siqaret alan zaman istifadəsində +**********14 mobil nömrəsi olan Rüfət adlı şəxslə tanış olmuş və sonuncudan ona əlavə siqaretlər təşkil etməsini xahiş etmişdir. Həmin vaxtdan sonra Rüfət ona bir neçə dəfə aksiz markalı siqaretlər vermişdir. Düşünür ki, xx.xx.2021-ci il tarixdə Rüfətin ona yazdığı “More 1 karopka” məzmunlu mesaj da bununla bağlı olmuşdur. Rüfət yalançı adam olduğundan təxminən həmin vaxtlardan Rüfətlə əlaqəsini kəsmişdir. +**********33 nömrəsinin istifadəçisi Lalə adlı xanımdır və Lalə ilə 2021-ci ilin sentyabr ayında tanış olmuşdur. Lalə ilə aralarında hərdən bir telefon danışıqları olurmuş, bu danışıqlar zamanı Lalə onun siqaret satışı ilə məşğul olduğunu öyrənmişdir. xx.xx.2021-ci il tarixdə Lalənin ona yazdığı “1) Milano London-130 2)X25-90 3)Milano Geneva-30 4)X24-90 5)X18-130 6)X9-30 7)Mancester -200 degig bilinmir ??? edadin yazin Total: 500 box” məzmunlu mesajı hansı səbbədən yazdığını dəqiq xatırlamır. Lakin dəqiq deyə bilər ki, onun Lalə ilə heç vaxt siqaret alveri olmayıbdır. O, həmin vaxtlar siqaret satışı ilə məşğul olduğundan dost-tanışları tərəfindən hərdən bir ona müxtəlif markalı siqaretlər təklif edilirmiş. Düşünür ki, Lalə də ona həmin siqaretləri almağı üçün təklif etmişdir, lakin o, həmin siqaretləri Lalədən almaqdan imtina etmişdir. Lalə ilə uzun müddətdir ki, əlaqəsi yoxdur, hansı fəaliyyətlə məşğul olduğunu bilmir. O, Təqsirləndirilən şəxs əvvəllər də aksiz markası olmayan məhsulları satış məqsədilə əldə edib saxlaması, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilməsi barədə heç bir məlumatı yoxdur. O, 2018-ci ildə təyyarə ilə Naxçıvan MR-dan Bakı şəhərinə gələrkən hazırda xatırlamadığı miqdarda və növdə aksiz markası olmayan siqaretləri satış məqsədilə alıb gətirən zaman Bakıda hava limanında gömrük əməkdaşları tərəfindən saxlanılmış və fakt ilə bağlı başlanılmış cinayət işi baxılması üçün Bakı şəhəri Xəzər rayon məhkəməsinə göndərilmişdir. Həmin məhkəmə tərəfindən onun işinə baxılmış və ona təxminən 1 il icbari iş verilmiş, hazırda həmin cəzasını çəkib qurtarmışdır. Bundan əlavə 2021-ci ilin sonlarında müxtəlif şəxslərdən ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla hazırda saylarını xatırlamadığı miqdarda aksiz markası olmayan siqaretlər yığıb saxlamış, həmin siqaretləri şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Lakin xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin siqaretlər aşkar edilərək götürülmüş və həmin fakta görə başlanılmış cinayət işi üzrə ona xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. O, əvvəllər aksiz markası olmayan siqaretlərin alverini həyata keçirsə də hazırda həmin fəaliyyətlə məşğul deyildir. Hazırda hər iki faktla bağlı aşkar edilmiş siqaretlərin heç biri ona məxsus deyil, onları o, satış məqsədilə əldə edib saxlamamışdır. Həmin siqaretlər qardaşı oğlu Elçin Məmmədova məxsusdurlar. İş üzrə maddi sübut olan həmin 107.820 qutu siqaretləri və artıq satışının həyata keçirilmiş olduğu digər siqaretlərin kim və ya kimlər tərəfindən, nə vaxt, haradan və hansı vasitələrlə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi barədə heç bir məlumatı yoxdur. İş üzrə sözügedən aksiz markası olmayan siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərizisinə gətirilməsində Elçin Məmmədovun və Təqsirləndirilən şəxs iştirakının nədən ibarət olduğunu bilmir. Aksiz markası olmayan siqaretlərin əldə edilərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin və satışının həyata keçirilməsinin qanunvericiliklə qadağan olunduğu və məsuliyyətə səbəb olacağı barədə məlumatı vardır, ona görə də həmin fəaliyyətlə məşğul olmur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin rəisi Şahid8 ifadəsində bildirmişdir ki, 18 aprel 2022-ci il tarixdə Yardımlı istiqamətindən yola salınmış “Mercedes Vito” markalı avtomobildə aksiz markası ilə markalanmamış siqaretler olmuşdur. Həmin avtomobil Xırdalan şəhərinə gəldikdə qeyd olunan avtomobilin yeri müəyyən edilmiş və M.Ə.Rəsulzadə küçəsində tərəflərindən saxlanılmışdır. Avtomobili idarə edən sürücünün adı Cabir olmuş, sürücüdən idarə etdiyi avtomobildə dövriyyəsi qadağan edilmiş mal olubolmadığı soruşulduqda sürücü avtomobilində dövriyyəsi qadağan olunmuş mal olmadığını bildirmişdir. Bundan sonra şəxs Sumqayıt Gömrük İdarəsinin inzibati binasına dəvət edilmiş və hal şahidlərinin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə 01 ədəd karton qutuda 50 blok “More” markalı, aksiz markası ilə markalanmamış siqaretlər aşkar edilmişdir. Sonradan Yardımlıda sürücüyə siqaretləri Bakıda lazımi şəxsə çatdırsın deyə verildiyi məlum olmuşdur. Siqaretləri qəbul etməli olan şəxsin Famil olduğu müəyyən edilmişdir. Bundan sonra material aidiyyatı üzrə “təhqiqat”a verilmişdir. Şəxsin və ya şəxslərin saxlanması, tutulması və s. istintaq hərəkətləri ilə təhqiqat bölməsi məşğul olmuş, işin təhqiqat mərhələsində o iştirak etməmişdir. Dövlət ittihamçısının suallarına Şahid8 cavab olaraq bildirmişdir ki, “Mercedes Vito” markalı avtomobil Xırdalan şəhərində üzü İcra Hakimiyyətinə tərəf gedən zaman, M.Ə.Rəsulzadə küçəsində saxlanılmışdır. Avtomobilin markasını xatırlasa da, dövlət qeydiyyat nişanını xatırlamadığını bildirmişdir. Sürücü siqaretləri ona Yardımlıdan bir nəfərin verdiyini, həmin şəxsin siqaretləri verərkən Bakıda bir nəfər şəxsin onu qarşılayacağını söylədiyini bildirmişdir. Sürücüyə verilmiş mobil nömrə ilə əlaqə saxladıqda verilmiş mobil nömrənin sahibinin “Famil” adlı şəxs olduğu müəyyənləşdirilmişdir. Famil də həmin siqaretlərin ona məxsus olduğunu bildirmişdir. Elə həmin gün Familin yaşadığı mənzilin yaxınlığında keçirilmiş əməliyyat tədbiri zamanı kifayət qədər siqaret aşkar olunmuşdur. Aksiz Malları üzrə Gömrük İdarəsi ilə birlikdə əməliyyat tədbiri olmuşdur. Müdafiəçilərin suallarına Şahid8 cavab olaraq bildirmişdir ki, siqaretlərin İran İslam Respublikasından ölkəyə keçirilməsi barədə əməliyyat məlumatı onların şöbəsindən “Rəşad” adlı əməliyyatçıya daxil olmuşdur. Mənzildəki axtarışda bilavasitə iştirak etməsə də, keçirilmiş əməliyyat tədbirindən və həmin tədbirin Aksiz Malları üzrə Gömrük İdarəsi tərəfindən keçirilməsindən məlumatı olmuşdur. “Vito” markalı avtomobildən aşkar olunmuş siqaretlər ilə evdən aşkar olunmuş siqaretlər fərqli növ siqaretlər olmuş, eynilik təşkil etməmişdir. “Vito” marklı avtomobildə aşkar olunan siqaretlər Yardımlıdan gəlmiş, evdən aşkar olunmuş siqaretlər isə külli miqdarda aksiz markası ilə markalanmamış siqaretlər olmuşdur. Avtomobildə saxlanılan siqaretlər isə, bir qutu olmuş, bir yeşikdə 50 blok siqaret olmuşdur. Evdən aşkar olunmuş siqaretlərin hansı yolla ölkəyə gətirilməsi barədə isə sonradan heç bir məlumatları olmamışdır. Avtomobildən aşkar olunmuş siqaretlər sırf İİRdan gətirilən siqaretlər olmuş, amma evdəkilər fərqli siqaretlər olmuşdur. Tədbir üzrə baxış Sumqayıt Gömrük İdarəsinin xidməti ərazisində, binanın yaxınlığında keçirilmiş, baxış zamanı əməliyyatçılar və hal şahidləri də iştirak etmişdirlər. Avtomobildən aşkar olunmuş karton qutunu açdıqda içərisində 50 blok siqaret olduğu aşkar edilmiş, siqaretlərin üzərində “More” yazısı olmuşdur. Baxışın keçirilməsi protokollaşdırıb sənədləri təhqiqata göndərdikdən sonra aparılan istintaqda barədə başqa məlumatı olmamışdır. Məhkəmə tərkibinin suallarına Şahid8 cavab olaraq bildirmişdir ki, onlar “Vito” markalı avtomobili saxlamamışdan bir neçə saat əvvəl Familin yaşadığı Xocasəndə evinin qabağında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat-Təhqiqat şöbəsinin əməkdaşları əməliyyat tədbiri keçirmiş, həmin vaxt da evdən külli miqdarda siqaret aşkar olunmuşdur. Evdən külli midarda siqaretin aşkar olunmasında o, bilavasitə iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat-Təhqiqat şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, aksiz markası ilə markalanmayan siqaretlərin saxlanılması və satışı ilə bağlı onlara əvvəlcədən daxil olmuş məlumat əsasında 18 aprel 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün günorta saatlarında, saat 12-13 radələrində Xocəsən ərazisində “Renault Megane” markalı, dövlət qeydiyyat nişanının sonu “850” ilə bitən nəqliyyat vasitəsinə baxış keçirilmiş, avtomobildən aşkar olunanların nə olduğunu soruşduqda isə özləri aşkar olunanların siqaret olduğunu bildirmişdirlər. Qeyd olunan avtomobildən “Parlament”, “Malbro” və s. növdə siqaretlər aşkar olunmuşdur. Avtomobilə baxış keçirdikdən sonra da əməliyyat tədbiri davam etdirilmişdir. Belə ki, avtomobilin yaxınlığında ev olmuş, həmin vaxt Famil və Elçin də orada olmuşdur. Famil özü qapını açmış, evin sahibi olmadığını bildirmiş, bundan sonra ev sahibi gəlmişdir. Ev sahibinin yazılı ərizəsi, icazəsi əsasında evə baxış keçirilmiş, hal şahidi də dəvət edilmişdir. Baxış keçirildikdə müxtəlif növdə siqaretlər aşkar olunub sayılmış, tərəflərindən protokol tərtib edilmişdir. Avtomobil Elçinin olmuş və Elçin özü avtomobili idarə etmişdir. Belə ki, Elçin Məmmmədov evə mal gətirmiş, həmin vaxt Famil də evin qapısının ağzında olmuşdur. Evin pəncərəsindən də siqaret qutuları götürülmüşdür. Birinci malların Elçinin olduğu deyilmiş, onlar Elçinlə bağlı oraya getmiş, sonra Familin Elçinə kömək etdiyini bilmişdirlər. Şifahi sorğu zamanı şəxslər siqareti haradan əldə etmələri ilə bağlı real cavab verməmiş, oradan-buradan yığdıqlarını bildirmişdirlər. Lakin təbii ki, oradakı mal qrup şəklində mal olmuş, haradansa keçirilmişdir. Onlarda olan məlumata görə də çox vaxt dəniz vasitəsilə həmin mal keçir, əslində mənbəyinə gedib çatmaq istəsələr də, konkret olaraq müəyyən edə bilməmişdirlər. İbtidai istintaq zamanı video çəkiliş aparılmış, həmin çəkilişdə Famil də orada olmuşdur. Aşkar olunmuş siqaretlərin markalarının ölkəmizdə rəsmi distribütoru olmamışdır. Yəqin ki, siqaretler İranda markalanaraq Azərbaycan Respublikasına gətirilmişdir. Adətən qaçaq siqaretlərin Dubaya, oradan da İrana gətirildiyini bildirmişdir. Onlarda olan məlumata görə mənbə təkcə İran olmamış, başqa yerlər də olmuşdur. İlk olaraq siqaretlər çeşidlənmiş, daha sonra da tək-tək sayılmışdır. Famil evdəki malın ona məxsus olduğunu bildirmişdir. Onlar Elçini saxlayan zaman Familin evə mal boşaltdığını bildirmişdir. Həmin tədbir Elçin Məmmədov barəsində olmuşdur. Təxmini məlumatlara əsasən siqaretlər hansısa dəniz yolu ilə gətirilmiş, kimsə onlara vermiş, onlar da satışını həyata keçirmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat-Təhqiqat şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, 18 aprel 2022-ci il tarixdə şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında Xocəsən qəsəbəsinə yollanmış, orada evin qarşısında dayanmış vəziyyətdə olan “Renault Megane” markalı, dövlət qeydiyyat nişanının sonu “850” ilə bitən avtomobilə yaxınlaşmış, avtomobilin şüşələrindən içərisində karton qutularda siqaret olduğu aşkar şəkildə görünmüşdür. Sürücüyə yaxınlaşıb özlərini təqdim etmiş, avtomobilin salonuna baxış keçirmiş, salondan Azərbaycan Respublikası aksiz markaları ilə markalanmayan siqaretlər aşkar etmişdirlər. Daha sonra özlərinin razılığı ilə evə baxış keçirilmiş, evdən də aksiz markaları ilə markalanmayan xarici siqaretlər aşkar olunmuşdur. Avtomobilin sürücüsünün adı və özü yadında qalmamışdır, həmin sürücü Famil ilə qohum olmuşdur. Hazırda təqsirləndirilən şəxslərdən Famili tanıdğını və tədbir zamanı Familin evdə olduğunu bildirmişdir. Həmin ev Familin evi olmamış, Famil özü evi kirayəyə götürdüyünü bildirmişdir. Çox güman ki, həmin şəxslər siqaretləri qaçaqmalçılıq yolu ilə əldə etmiş, lakin özləri siqaretləri ümumi qaydada aldıqlarını, tapdıqlarını bildirdirmişdilər. Evə baxış ev sahibinin iştirakı ilə keçirmiş, evin sahibi də orada olmuşdur. Onlar avtomobilə baxış keçirən zaman Familin sonradan gəlib evin içərisinə girdiyini bildirmişdir. Evdə də siqaret olduğunu məlumat əsasında bilmiş, sürücü də bu barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid6 ifadəsində bildirmişdir ki, o, Xocəsən yolunda bir işlə bağlı olarkən gömrük əməkdaşlarından bir nəfər ona yaxınlaşaraq yaxınlıqda baxış keçiriləcəyini bildirmiş, baxış keçirilən zaman şahid qismində iştirak edib-edə bilməyəcəyini soruşmuşdur. O da razılaşmış, onun iştirakı ilə dövlət qeydiyyat nişanının sonu “850” ilə bitən avtomobilə baxış keçirilmiş, avtomobildə siqaretlər olduğunun görmüşdür. Daha sonra evə baxış keçirilən zaman da şahidlik etmiş, evdə külli miqdarda təxmini on minə yaxın siqaret olduğunu görmüşdür. O, evə yaxınlaşan zaman evdə malın sahibi bir nəfər olmuş, sonra zəng edilmiş bir nəfər də gəlmişdir. Həmin adamın evin sahibi olduğunu bidirmişdirlər. Şahidlik etdiyi tarixdən uzun bir müdət keçdiyi üçün həmin şəxslərin xarici görünüşü yadında qalmamışdır. Avtomobilə baxış keçirilən zaman avtomobilin sahibi də orada olmuş, lakin ev sahibinin kim olduğunu bilməmişdir. Ev sahibi ilə avtomobilin sahibinin eyni adam olub-olmadığı yadında olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, əmisi oğlugildən qayıdan zaman gömrük işçisi ona avtomobilə baxış keçirilməsində şahid kimi iştirak etməsi üçün yaxınlaşmış, o da razılaşmışdır. Qara rəngli avtomobil olduğunu, içərisində qutular və qutularda da siqaret olduğunu görmüşdür. Bununla yanaşı, iki mərtəbəli evin aşağı mərtəbəsində də, yuxarı mərtəbəsində də siqaretlər olduğunu bildirmişdir. Siqaretlər blokla yerə tökülərək bir-bir sayılmışdır. Evdə səhv xatırlamırsa, bir nəfər kişi cinsindən olan şəxs qapını gəlib baxmaq üçün açmışdır. Qapını açan şəxsin cavan yoxsa yaşlı olduğu yadında olmadığını, bir nəfər ev sahibinin də orada olduğunu bildirmişdir. Şahid Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Narkotiklərlə Mübarizə şəbəsinin rəisi Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat- Təhqiqat şöbəsinin rəisi işlədiyi dövrdə Əməliyyat və Təhqiqat şöbəsinə Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış tütün məmulatlarının “Famil” və “Elçin” adlı şəxslər tərəfindən satış məqsədilə əldə edilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatını dəqiqləşdirmək məqsədilə 18 aprel 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmış və saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri, X.Həsən, 0700 ünvanına gedilmişdir. Həmin küçədə 0501 nömrəli ikimərtəbəli fərdi yaşayış evinin qarşısında dayanmış vəziyyətdə olan “Renault Megane” markalı, 99TS850 dövlət nömrə nişanlı minik avtomobilinə yaxınlaşaraq həmin avtomobili idarə edən sürücüyə özlərini təqdim etmişlər, bundan sonra sürücü X6 və yanındakı şəxsin X7 olduğu müəyyən edilmişdir. Elçin Məmmədov ilə aparılan ilkin sorğu-sual zamanı, avtomobildə Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış siqaretlərin olub-olmadığı soruşulmuş, Elçin yük yerində belə siqaretlərin olduğunu bildirmiş, eyni zamanda avtomobilin pəncərələrindən içəridə siqaretlərin olması müşahidə edilmişdir. Bundan sonra tərəflərindən iki nəfər hal şahidi dəvət olunmuş və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı, nəqliyyat vasitəsinin yük yerində olan karton qutuların içərisindən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 2800 qutu “Marlboro filter cigarettes”, 2300 qutu “X20”, 720 qutu “Marlboro Micro” və 5320 qutu “X13 Slims” markalı siqaretlər aşkar edilmişdir. Bundan sonra avtomobil qarşısında dayandığı ikimərtəbəli fərdi yaşayış evin kimə məxsus olması soruşulduqda, X7 bildirmişdir ki, həmin ev Eldar adlı şəxsə məxsusdur, lakin Eldar evin açarlarını Familə verib, hal-hazırda Familin istifadəsindədir. Evin sahibi Şahid7 tərəflərindən dəvət olunmuş, Şahid7 və Famil Məmmədovun evə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizələri alındıqdan sonra həmin evə baxış keçirilmişdir. Baxış zamanı, evin giriş qapısından daxil olduqda müxtəlif ölçülü karton qutularda qablaşdırılmış vəziyyətdə müxtəlif markalı Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış siqaretlərin yığıldığı aşkar olunmuş, tərəflərindən karton qutulardan çıxarılan aksiz markasız xarici siqaretlər növünə görə qruplaşdırılmış, siqaretlər sayıldıqda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 26160 qutu “Marlboro filter cigarettes”, 54710 qutu “X20”, 6230 qutu “X22”, 330 qutu “Marlboro Micro”, 1690 qutu “Marlboro Gold”, 1320 qutu “X16”, 2920 qutu “X13 Slims”, 1910 qutu “Dunhill Blue”, 230 qutu “Heets”, 50 qutu “King” və 630 qutu “More” markalı, ümumilikdə 9618 blok (96180 qutu) siqaretlərin olduğu müəyyən edilmişdir. Baxış davam etdirildikdə evin ikinci mərtəbəsi və mansar hissəsində, habelə qarajında dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, cinayət predmeti hesab edilə bilən əşyalar, həmçinin aksiz markasız siqaretlər aşkar edilməmişdir. Şahid Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Əməliyyat- Təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid4 ibtidai istintaq zamanı Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid7 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhərində anadan olmuş, halhazırda Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 11 ünvanında yaşayır. Külli miqdarda siqaretin aşkar olunduğu ona məxsus olan ünvan 2 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evini 2001-ci ildən inşa etməyə başlamış, ilk vaxtlarda həmin evdə təmirdə çalışan ustalar yaşamışdır. O, həmin evdə yalnız yay aylarında köçüb yaşayırmış. Təxminən 5 il qabaq qonşuluğa Famil Məmmədov adlı şəxs köçmüş, normal münasibətləri olduğundan o, 2021-ci ilin sonlarında evin və həyətin açarını Familə vermiş və evə nəzarət etməsini Famildən xahiş etmişdir. Həmin vaxtdan o, evə getməmiş, faktiki olaraq ev Familin istifadəsində olmuşdur. Familin evdə hər hansı məqsədlə siqaret yığmağından xəbəri olmamışdır. O, evin açarlarını Familə təmənnasız vermişdir ki, ev nəzarətsiz olmasın. 18 aprel 2022-ci il tarixində gömrük əməkdaşları tərəfindən ona məxsus ünvan 2 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinə dəvət olunmuş, oraya gəldikdə gömrük əməkdaşları, Famil Məmmədov və Elçin Məmmədov adlı şəxslərin, iki nəfər hal şahidinin dayandığını görmüşdür. Ona izah olunmuşdur ki, Elçin Məmmədovun idarə etdiyi nəqliyyat vasitəsindən Azərbaycan Respublikası aksiz markası ilə markalanmayan siqaretlər aşkar olunubdur. Bu səbəbdən nəqliyyat vasitəsinin qarşısında dayandığı evə də baxış keçirilməli olduqlarını bildirdilər. O və Famil Məmmədov evə baxış keçirilməsinə etiraz etməmələri barədə ərizələrini yazdıqdan sonra evin qapısını Famil açmış, gömrük əməkdaşları hal şahidləri ilə birlikdə evə baxış keçirməyə başlamışlar. O da evə daxil olduqda giriş hissədən dəhliz boyu karton qutularda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan siqaretlərin olduğunu görmüşdür. Əməliyyat müvəkkilləri tərəfindən karton qutulardan çıxarılan aksiz markasız siqaretlər markasına görə qruplaşdırılmış, siqaretlər sayıldıqda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 26160 qutu “Marlboro filter cigarettes”, 54710 qutu “X20”, 6230 qutu “X22”, 330 qutu “Marlboro Micro”, 1690 qutu “Marlboro Gold”, 1320 qutu “X16”, 2920 qutu “X13 Slims”, 1910 qutu “Dunhill Blue”, 230 qutu “Heets”, 50 qutu “King” və 630 qutu “More” markalı siqaretlərin olduğu müəyyən edilmişdir. Baxış davam etdirildikdə evin ikinci mərtəbəsi və mansar hissəsində, habelə qarajında dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, cinayət predmeti hesab edilə bilən əşyalar, həmçinin aksiz markasız siqaretlər aşkar edilməmişdir. Yalnız hadisə yerində ona məlum olmuşdur ki, 18 aprel 2022-ci il tarixdə ona məxsus evdən aşkar olunan siqaretlər Familin qohumu Elçinə məxsusdur, Elçinin xahişi ilə Famil siqaretləri onun evimə yığıbdır. Özünün ona məxsus evə siqaretlərin yığılmağından qətiyyən xəbəri olmayıbdır. Özü Famili yaxşı qonşu kimi tanımış, Familin siqaret alveri etməsi barədə heç vaxt eşitməmişdir. Familin övladları gəlib onların həyətdə oynayırmışlar, Familin özü ilə də çöldən çölə münasibətləri olub, sadəcə qonşu kimi xahiş etmişdir ki, həyətin işığını yandırsın, həyətin işığı isə evin daxilindən yanıb-söndüyü üçün evin də, həyətin də açarını Familə vermişdir. Özünün başqa qonşularla münasibəti olmadığından evin açarlarını Familə vermək qərarına gəlmişdir. Xəstəliyi ilə əlaqədar 2021-ci ilin noyabr ayından sonra evə getməmiş, müalicə məqsədilə Rusiya Federasiyasına getmişdir. O, Elçini əvvəllər görməmiş, hadisə yerində birinci dəfə görmüş, sonradan ona məlum olmuşdur ki, Elçin Familin qardaşı oğludur. O, evi Familə verməyin qarşılığında hər hansı ödəniş almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid9 ifadəsində bildirmişdir ki, Yardımlı rayonundan “Mercedes Vito” markalı avtomobildə Azərbaycan Respublikasına məxsus aksiz markaları ilə markalanmamış siqaretlər daşındığı barədə məlumat daxil olmuş, məlumatı dəqiqləşdirmək üçün Xırdalanda avtomobili saxlayaraq yaxınlaşıb özlərini təqdim etmişdirlər. Avtomobildə hansısa qeyriqanuni predmet olduğunu soruşduqda sürücü ilk olaraq heç nə deməmiş, həmin şəxsi Sumqayıt Baş Gömrük İdarəsinə baxış keçirmək üçün dəvət etmiş, etirazı olmamışdır. İki nəfər hal şahidinin iştirakı ilə baxış keçirilmiş, bir yeşik əlli qutu “More” siqaretləri aşkar olunmuşdur. Sənədləşdirmə işlərini aparıldıqdan sonra iş təhqiqata verılmişdir. Həmin siqaretlər Yardımlıdan gətirilmiş, sürücü siqaretləri “Famil” adlı şəxs üçün gətirdiyini bildirmişdir. O, tədbirin davamında iştirak etmədiyini bildirmişdir. Bir neçə dəfə “Mercedes Vito” markalı avtomobildə malın daşınması ilə bağlı məlumat daxil olmuşdur. Saxlanılandan sonra sürücü bu nömrəyə zəng edəcəyini və “Famil” adlı şəxsin gəlib malı götürəcəyini bildirmişdir. O, mənzildə keçirilən baxışda iştirak etməmişdir. Mənzilə baxış keçirilməsi ilə bağlı tədbir onların olmamış, DGK aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin tədbiri olmuşdur. Siqaretləri göndərən şəxsin kim olduğu yadında olmamışdır. Səhv xatırlamırsa, sürücü özü də siqareti ona verən şəxsin adını bilməmiş, ona siqareti filankəsə apar ver demişdirlər. Sürücü malın ona verildiyini və deyilən şəxsə gətirdiyini bildirmişdir. Apardığı malın aksiz markası olmadığına görə bəyənilmədiyini, bu səbəbdən geri qaytarıldığını bildirməmiş, malı birbaşa Yardımlıdan “Famil” adlı şəxsə gətirdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid12 ifadəsində bildirmişdir ki, o, Yardımlıdan Sumqayıta “Vito” markalı avtomobili ilə bir yeşik siqaret gətirmiş, siqaretləri ona Elnur vermiş, Bakıda ondan götürəcəklərini bildirmişdir. Yolda olan zaman gömrük əməkdaşları onu saxlamışdırlar. Siqareti Familə çatdırmalı olmuş, Bakıya gələndə siqaretlər üçün Familə zəng edəcəyini, siqaretlərin çatdırılması üçün Təqsirləndirilən şəxs ona 10 (on) manat pul verəcəyini bildirmişdir. Daşıdığı siqaretlərin aksiz markası olmadığını bilməmiş, əvvəllər iki dəfə siqaret daşımış, bundan əvvəl də bir dəfə siqaretləri Familə gətirmişdir. Əvvəl gətirəndə də siqaretləri daşıdığına görə Təqsirləndirilən şəxs ona on manat pul vermişdir. Birinci dəfə daşıdığı siqaretlərin neçə qutu olduğu yadında olmamışdır. O, Famili üzdən tanımış, Famil ondan əvvəllər cəmi iki dəfə mal götürmüşdür. Avtomobilə baxış keçirilən zaman Famil orada olmamışdır. Elnurun işlətdiyi “kiosk”-dan öz istifadəsi üçün siqaret alan zaman həmin siqaretlərin üzərində aksiz markası olmuşdur. O, hər gün Bakıya gedib gəlmiş, siqareti Bakıdan Yardımlıya gətirdiyi hal olmamışdır. Elnur həmin malların aksiz markasız olduğunu əsas gətirərək onları yenidən Bakıya qaytarmışdır. Elnurun Yardımlıda dükanı və konkret olaraq işi olmamışdır. Elnur malı verən zaman onu götürəcəklərini bildirmiş, mal verilən zaman onun nə olduğunu soruşmamış, əvvəlki daşımanı da saxlanmamışdan iki-üç gün qabaq etmişdir. Əvvəlki daşımada bir yeşik siqaret olmuş, həmin vaxt da siqareti ondan Famil götürmüşdür. Famil siqareti “20 Yanvar” ərazisində ondan götürmüşdür. Famil siqareti götürən zaman Elnura çatdırmağı üçün ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid10 ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuş, avtomobilinə Rəşad adlı şəxs yaxınlaşaraq avtomobildə siqaret aşkar olunduğunu, baxış keçirilən zamanı hal şahidi qismində iştirak edib-edə bilməyəcəyini soruşmuşdur. O, şahidlik etməyə razı olmuş, “Mercedes Vito” markalı avtomobildən gözünün qarşısında bir qutu siqaret çıxarılmışdır. Təxmini olaraq, 500 ədəd siqaret olmuşdur. İlk dəfədir ki, hal şahidi qismində iştirak etdiyini və ətrafda adam olmadığı üçün elə onu çağırdıqlarını bildirmişdir. Şahid11 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 18 saylı Mənzil Kommunal Sahəsində sahə ustası işləyir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində avtovağzal tərəfdə olarkən əvvəllər tanımadığı Rəşad adlı şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərərək özünü gömrük əməkdaşı kimi təqdim edib Sumqayıt Baş Gömrük İdarəsinin dayanacağında saxlanılan Azərbaycan Respublikası vətəndaşı Şahid12 məxsus “X23” markalı **-VO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış həyata keçirəcəyini və onun da hal şahidi qismində iştirak etməyini təklif etmişdir. O da gömrük əməkdaşı ilə razılaşmışdır. Daha sonra həmin gün saat 17:20-də onun və digər hal şahidi Ələkbərin iştirakı ilə Sumqayıt Baş Gömrük İdarəsinin dayanacağında saxlanılan Azərbaycan Respublikası vətəndaşı Şahid12 məxsus “X23” markalı **-VO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük əməkdaşları tərəfindən baxış həyata keçirilmişdir. Baxış zamanı “X23” markalı **-VO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən üzərində “More international” yazısı olan 1 ədəd karton qutuda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış siqaretlər aşkar edilmiş, daha sonra həmin karton qutu açılaraq içərisində siqaretlər çıxarılaraq sayılmışdır. Bu zaman Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış hər blokda 10 qutu hər qutuda 20 ədəd olmaqla 50 blokda ümumilikdə 10000 ədəd “More international” markalı siqaretlər aşkar edilmişdir. Baxış nəticəsində aşkar edilən 500 qutu siqaretlər onların iştirakı ilə gömrük əməkdaşları tərəfindən götürülmüş, üzərində “More international” yazısı olan 1 ədəd böyük karton qutuda qablaşdırılmışdır. Bundan əlavə “X23” markalı **-VO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən qanunla qadağan edilən, dövriyyəsi məhdudlaşdırılan heç bir predmet aşkar edilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Elçin Məmmədov və Famil Məmmədov tərəfindən satış məqsədilə əldə edilmiş Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış tütün məmulatlarının ünvan 2 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin qarşısında dayanmış “Renault Megane” markalı, **-TS-*** dövlət nömrə nişanlı minik avtomobilində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Naxçıvan NMR Babək rayonu Nehrəm kəndində qeydiyyatda olan X6 “Renault Megane” markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobilə gömrük əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Naxçıvan NMR Babək rayonu Nehrəm kəndində qeydiyyatda olan X7 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə etirazı olmadığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair» protokol, eyni tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş foto şəkillər məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, nəqliyyat vasitəsinə baxış zamanı “Renault Megane” markalı, **-TS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində olan karton qutuların içərisindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 2800 qutu “Marlboro filter cigarettes”, 2300 qutu “X20”, 720 qutu “Marlboro Micro” və 5320 qutu “X13 Slims” markalı, həmçinin ünvan 2 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinə baxış zamanı evin giriş hissəsindən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 26160 qutu “Marlboro filter cigarettes”, 54710 qutu “X20”, 6230 qutu “X22”, 330 qutu “Marlboro Micro”, 1690 qutu “Marlboro Gold”, 1320 qutu “X16”, 2920 qutu “X13 Slims”, 1910 qutu “Dunhill Blue”, 230 qutu “Heets”, 50 qutu “King” və 630 qutu “More” markalı olmaqla külli miqdarda, cəmi 538540 manat dəyərində ümumilikdə 107.320 qutu siqaretlərin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Şahid12 idarə etdiyi “X23 minik” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş Azərbaycan Resoublikasına məxsus aksiz marka ilə markalanmamış külli miqdarda siqaretlərin ayrı-ayrı şəxslərə satışı və paylanması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair» protokol və həmin protokola əlavə edilmiş foto şəkillər məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Şahid12 idarə etdiyi “X23 minik” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən üzərində More international” yazısı yazılan 1 ədəd karton qutuda hər blokda 10 qutu hər qutuda 20 ədəd olmaqla 50 blokda 10.000 ədəd “More international” markalı Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış siqaretlər aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokol və həmin protokola əlavə edilmiş foto şəkillər məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, iş üzrə maddi sübut olan 12 adda aksiz markası olmayan siqaretlərdən "Моre international" markalı siqaretin Almaniya istehsalı, "Маrlbоrо fllter cigarettes", "Маrlbоrо Gold Edge", "Маrlbоrо Gold', "Маrlbоrо Blue", "X13 Slims" və "Heets" markalı siqaretlərin İsveçrə istehsalı, "Dunhill Вluе" markalı siqaretin Böyük Britaniya istehsalı, "King" markalı siqaretin Bolqarıstan istehsalı, "More" markalı siqaretin ABŞ istehsalı, "Маrlbоrо Nano Slims" və "Маrlbоrо Micro" markalı siqaretlərin isə ştrixkodu 978 olan xarici ölkələrin istehsalı olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «CD-yə baxış keçirilməsi haqqında» protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Elçin Məmmədovun istifadəsində olan ***- ***-**-** və ***-***-**-** nömrələri ilə Famil Məmmədovun istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri arasında xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində mütəmadi danışıqlar aparılmış, o cümlədən Elçin Məmmədov istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Famil Məmmədovun istifadəsində olan ***-***-**-** nömrəsinə iş üzrə sözügedən siqaretlərin aşkar edilərək götürlüdüyü gün yəni, xx.xx.2022ci ildə saat 10:07-də və növbəti dəfə isə həmin gün saat 11:17-də zəng edərək danışıq aparmışdır. Bundan başqa Şahid12 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsi arasında xx.xx.2022-ci ildən başlayaraq növbəti aylarda bir neçə dəfə telefon danışığının aparıldığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «CD-yə baxış keçirilməsi haqqında» protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Famil Məmmədovun istifadəsində olan ***- ***-**-** mobil nömrəsi ilə Elçin Məmmədovun istifadəsində olan ***-***-**-** nömrəsi arasında, həmçinin Şahid7, Şahid12 və Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə mütəmadi danışıqlar aparılmışdır. Qeyd edilənlərdən əlavə +**********14 mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə Famil Məmmədovun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “More 1 karopka” məzmunlu, xx.xx.2021-ci il tarixdə isə +**********33 nömrəsindən “1) Milano London-130 2) X25-90 3) Milano Geneva-30 4) X24-90 5) X18- 130 6) X9-30 7) Mancester-200 degig bilinmir??? edadin yazin Total: 500 box” məzmunlu sms mətnlərinin göndərildiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2022-ci il tarixli, 7/392-9/2883 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 11 adda tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdırlar. Ekspertiza tədqiqatına təqdim edilmiş 11 adda filterli siqaretlərin ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 538.540 manat müəyyən olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli, 7/386-9/2794 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 500 qutu ”More international” markalı tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdırlar. Ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan “More international” markalı, ştrix koduna görə (ilk üç rəqəmi 403) Almaniya istehsalı olan filterli siqaretin 18 aprel 2022-ci il tarixinə 1 qutusunun orta bazar qiyməti təxminən 7,00 manat, 500 qutunun qiyməti isə 3500 manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” 26 may 2022-ci il tarixli qərarlardan və 14 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 106.690 qutu Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış müxtəlif markalı siqaretlər maddi sübut kimi tanınaraq malların anbara qəbul edilməsi haqqında 27 S nömrəli aktı ilə və ekspertiza tədqiqatından sonra qalıq qalmış 490 qutu Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış “More international” markalı siqaretlər maddi sübut kimi tanınaraq malların anbara qəbul edilməsi haqqında 37 S nömrəli aktı ilə Dövlət Gömrük Komitəsi “Azterminalkompleks” Biriliyinin anbarında saxlanılmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yardımlı rayon İcra hakimiyyəti Başçısının Yardımlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, ünvan 12 ünvanda ailə üzvləri ilə yaşayan Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. “Azərbaycan Respublikası CM -nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Elektron məhkəmə informasiya sistemi” və cinayət işi materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan — xx.xx.2008-ci il təvəllüdlü X10 və bir azyaşlı uşaq — xx.xx.2011-ci il təvəllüdlü X19 vardır. “Elektron məhkəmə informasiya sistemi” və cinayət işi materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikə İİİ qrup əlildir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış qız övladının olmasını və İİİ qrup əlil olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, digər cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Famil Məmmədov və Elçin Məmmədovun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında maddi sübut kimi tanınmış siqaretləri qaçaqmalçılıq yolu ilə əldə etmələrini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmiş, məhkəmə istintaqı zamanı da həmin halları təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Cinayət işinin materiallarında təqsirləndirilən şəxslərin törədilən cinayətin predmeti olan siqaretləri ölkə ərazisinə qaçaqmalıçılıq yolu ilə gətirmələrini təsdiq edən hər hansı sübut növü olmamış, məhkəmə istintaqı zamanı xarici ölkə istehsalı olan siqaretlərin ölkə ərazisinə qaçaqmalıçılıq yolu ilə məhz təqsirləndirilən şəxslər tərəfindən gətirilməsini təsdiq edən hər hansı bir sübut tədqiq edilməmişdir. Odur ki, qeyd edilən halları nəzərə almaqla Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə, Elçin Məmmədov və Famil Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittiham, onlara verilmiş ümumi ittihamdan xaric edilməklə onların əməli Cinayət Məcəlləsinin 213- 1.2.1 və 213-1.2.3-cü maddələri ilə tövsif edilmiş və onlar, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmışdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən və elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs qeyd olunan siqaretlərin satışı ilə məşğul olmaması, Elçin Məmmədovun ümumiyyətlə ona siqaret göndərməməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd olunan xüsusatlara tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özlərini müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, verilən ittiham üzrə təqsiri məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzib edilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213-1.2.1 və 213-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddələrin sanksiyası həddində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan 27 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarından məlum olur ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli qərarı ilə X3 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1, 213-1.2.2 və 213-1.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraatın Təqsirləndirilən şəxs 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirləndirilməsinə aid hissəsi ayrıca icraata ayrılmış və həmin icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan halların çoxluğunu, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid etmədən islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Ona görə də Təqsirləndirilən şəxs barəsində verilmiş ittiham çərçivəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə aşağı həddə cəza təyin edilməli və həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs brəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(124)-2/2025 nömrəli hökmü ilə maddi sübut kimi tanınmış Dövlət Gömrük Komitəsi “Azterminalkompleks” Biriliyinin anbarında saxlanılan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış siqaretlərin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 107.180 qutusu — 56910 qutu “X20”, 28860 qutu “Marlboro filter cigarettes”, 6130 qutu “X22”, 1000 qutu “Marlboro Micro”, 1640 qutu “Marlboro Gold”, 1270 qutu “X16”, 8140 “X13 Slims”, 1860 qutu “Dunhill Blue”, 220 qutu “Heets”, 40 qutu “King”, 620 qutu “More” və 490 qutu “More international” markalı siqaretlər məcburi qaydada dövlət nəfinə müsadirə olunması nəzərə alınmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhv edilməli və ya şəxslərə geri qaytarılmalı iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 250 (iki yüz əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğin təqsirləndirilən şəxsin öhdəliyində olan hissəsi Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs 83 manat 33 qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1 və 213-1.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 3 (üç) il müdddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Dövlət Gömrük Komitəsi “Azterminalkompleks” Biriliyinin anbarında saxlanılan Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış siqaretlərin qalıq qalmış 107.180 qutusunun xüsusi müsadirə edilməklə dövlət nəfinə alınması nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra ekspertiza təhqiqatının dəyəri olan 250 manat məbləğində ekspertiza xərcinin 83 manat 33 qəpik məbləğində hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-215/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-215/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver