Məhkəmə qərarları › İş №1(124)-216/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-216/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-216/2024 29.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi- Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Novruz oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs edilənədək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş . Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə tanış olduğu, istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin 400 manat pul və müəyyən miqdarda ona şəxsi istifadəsi üçün psixotrop maddə verilməsi müqabilində deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 16 fevral 2023-cü il tarixdə saat 22:00 radələrində bir qrup şəxs halında həmin şəxsin Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Təzə yol” adlandırılan ərazidəki dairəvi yolun kənarında olan vaqonun arxasında qoyduğu 1 ədəd şəffaf sellofan bükümdə 20,6 qram çəkidə külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1 ədəd qara rəngli, üzəri sarı rəngli yapışqanlı lentlə bağlanmış sellofan bükümdə 1132,1 qram çəkidə külli miqdarda qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürüb satış məqsədilə qanunsuz əldə edərək saxlamış və daşımış, həmin tarixdə saat 22:00 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Təzə yol” adlandırılan yerdə saxlanılaraq Saray polis bölməsinə gətirilib polis əməkdaşları tərəfindən 16 fevral 2023-cü il saat 23:55-dən 17 fevral 2023-cü il saat 00:25-ə kimi üzərində şəxsi axtarış keçirilən zaman əlində olan 1 ədəd şəffaf sellofan torbanın içərisində həmin 1 ədəd şəffaf sellofan bükümdə 20,6 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd qara rəngli, üzəri sarı rəngli yapışqanlı lentlə bağlanmış sellofan bükümdə 1132,1 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, İran vətəndaşı ilə sosial şəbəkədə tanış olmuşdur. Narkotik vasitə istifadə etmək üçün əlaqə yaratmış və əraziyə maşınla getmişdir. Avtomobildən düşüb narktoik vasitə olan yerə yaxınlaşmış, lakin bükümün böyük olduğunu gördüyü üçün onu götürməmişdir. Oradan uzaqlaşmaq istəyərkən Polis əməkdaşları onu saxlayıb Polis şöbəsinə aparmışlar. Bundan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs həmin əraziyə 2 qram metanfetamin dalınca getdiyini, İran vətəndaşı tərəfindən ora o qədər narkotik qoyulduğundan məlumatsız olduğunu, 4 ildir ki narkotik vasitələrdən istifadə etdiyini, ona polis əməkdaşları tərəfindən həbs olunacağı ilə psixoloji təsir edildiyinə görə ibtidai istintaq zamanı özünü təqsirli bilməsinə dair ifadə verdiyin bildirdi. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyinə görə ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1-2 il əvvəl psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Şəxsi istifadəsi üçün müxtəlif yerlərdən və tanımadığı şəxslərdən psixotrop maddə almışdır. Bir müddət əvvəl sosial şəbəkə vasitəsilə İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin şəxs ona öz anket məlumatları haqqında heç bir məlumat verməmişdir. Söhbət əsnasında həmin şəxsə narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və xatırlamadığı xarici mobil operatora aid telefon nömrəsini öyrənmişdir. 16 fevral 2023-cü il tarixdə həmin şəxs ona “Whatsapp” ani mesajlaşma və internet-telefoniya mobil tətbiqində mesaj yazaraq içərisində narkotik vasitə və psixotrop maddə olan torbanı bir ünvana qoyacağını və həmin ünvana gedib torbanı götürərək deyiləcək başqa ünvana çatdırmaq lazım gəldiyini, bunun müqabilində ona 400 manat pul və şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin verəcəyini bildirmişdir. O, bu təkliflə razılaşdıqdan sonra həmin şəxs ona “Whatsapp” mobil tətbiqi vasitəsilə torbanı qoyacağı məkanı göndərmişdir. 16 fevral 2023-cü il tarixdə saat 22:00 radələrində göndərilmiş ünvana, yəni Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Təzə yol” adlandırılan yolun kənarına getmiş və həmin yerdə torbanı aşkar edərək götürüb yaşadığı ünvana qayıtmaq istəmişdir. Piyada hərəkətə başlayıb iti yerişlərlə addımladıqdan bir neçə dəqiqə sonra 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş və əlində olan torbanın içərisində nə olduğunu soruşmuşlar. O, torbanın içərisində narkotik vasitə və psixotrop maddə olduğunu dedikdə polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş, bölmənin inzibati binasında ona hüquqları izah edilərək üzərində şəxsi axtarış keçirilməsinin zəruriliyi qeyd olunmuşdur. Ərizəsi əsasında dövlət hesabına təyinatla vəkil dəvət edildikdən sonra müdafiəçisi ilə konfidensial görüş təmin edilmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Buna etirazı olmadığını bildirdikdən sonra, əvvəlcə, ona hüquq və vəzifələri izah olunmuş, ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Əlində olan şəffaf rəngli sellofan torbanın içərisində 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd üzəri sarı rəngli yapışqanlı lentlə bağlanmış, qara rəngli sellofan bağlamada narkotik vasitə heroini və üzərində olan 1 ədəd “Redmi” markalı mobil telefonu könüllü surətdə polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi psixotrop maddə və narkotik vasitə götürülmüş, şifahi sorğu zamanı həmin psixotrop maddə və narkotik vasitəni 16 fevral 2023cü il tarixdə saat 22:00 radələrində tanımadığı İran İslam Respublikası tərəfindən göndərilmiş ünvandan götürdüyünü və üzərində saxlamaqla daşıdığını demişdir. Bunu etməkdə məqsədi götürdüklərini həmin şəxsin ona bildirəcəyi ünvana aparıb təhvil vermək olmuş, qarşılığında isə ona 400 manat pul və metamfetamin veriləcəyi vəd olunmuşdur. Mobil telefonunun yaddaş qurğusundakı bütün yazışma və telefon nömrələrini silmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onun təqdim etdiyi, içərisində narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq üzəri möhürlənib götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, 16 fevral 2023-cü il tarixdə polis bölməsinə Bakı şəhəri Nizami rayonunda yaşayan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və qərar polis bölməsinin rəisi tərəfindən təsdiqlənmişdir. Həmin gün saat 23:00 radələrində o, Saray polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsi ərazisində "Təzə yol” adlandırılan yolun kənarında olmasını müəyyən edib oraya yollanmışdır. Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etmiş və ad-soyadını soruşmuşlar. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirərək Saray polis bölməsinə dəvət etmişlər. Saat 23:30 radələrində Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Polis bölməsində hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olunmuş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələrinin izahına dair bildiriş təqdim edilmişdir. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin adlarını qeyd etdiyi polis əməkdaşlarının və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan torbanı təqdim etmiş və içərisində olan üzəri şəffaf yapışqanlı lentlə bağlanmış qara rəngli polietilen bağlamada narkotik vasitə, şəffaf polietilen bükümdə isə psixotrop maddə olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Əvvəlcə, Təqsirləndirilən şəxs təqdim etdiyi bağlama, ardınca isə büküm açılmış, bağlamanın içərisindən toz halında olan, spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, bükümün içərisindən isə kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələrin heroin və metamfetamin olduğunu, onları müddət əvvəl sosial şəbəkədə tanış olduğu, ancaq anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından başqa ünvana çatdırması üçün əldə etdiyini bildirmişdir. Belə ki, şübhəli şəxsin söylədiklərinə görə sellofan torbanı Abşeron rayonu Saray qəsəbəsi ərazisində “Təzə yol” deyilən yolun kənarındakı vaqonun yaxınlığında qoyan şəxs torbanı oradan götürüb başqa bir ünvana çatdırmasını istəmiş və bunun müqabilində 400 manat pul verəcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qara rəngli polietilen bağlama və şəffaf polietilen büküm təhqiqatçı tərəfindən qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Bundan başqa Şahid2 ifadəsində Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsində olan zaman Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilmədiyini və psixoloji təsir göstərilmədiyini, şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə heç bir müdaxilə edilmədiyini göstərmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 oğlu işin halları ilə bağlı Şahid2la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid1da şahidlər Şahid3 və Şahid2 ifadəsinə uyğun ifadə verdiyi və onların göstərdikləri xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə xx.xx.1993-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, saxlanması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1993-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1993-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, saxlanması və istifadəsi ilə məşğul olması barədə alınmış məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölmsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əlində olan 1 ədəd şəffaf sellofan torbanın içərisində həmin 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə və 1 ədəd qara rəngli, üzəri sarı rəngli yapışqanlı lentlə bağlanmış sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüş məhkəmə ekspertizası mərkəzinə göndərilməsi üçün möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2023-cü il tarixli 6/994 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246”-li möhür əksi, “(imza) Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan bağlamadakı 1 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 1132,1 qram (1 kq 132,1 q) olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 20,6 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə- narkoloji 11 may 2023-cü il tarixli 2837 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixosimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator kompleks məhkəmə-psixiatrik ekspertizasının 11 may 2023- cü il tarixli 1300 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və törətdiyi əməldən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyi dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "**********20942/06,**********20959/06” “İMEİ” kodlu, 77-507-87-87 “GSM” nömrəsi ilə istifadə edilən “Redmi” markalı mobil telefonun SMS, MMS mesajlarının göndərildiyi və daxil olduğu “Mesajlar" bölməsinə, “Zənglər” bölməsinə, şəkil və videofaylların saxlanıldığı "Qalereya” bölməsinə, mobil nömrələrin yaddaş qurğusunda qeyd edildiyi “Kontaktlar” bölməsinə və menyudakı digər bölmələrə və quraşdırılmış proqram və mobil tətbiqlərə baxış keçirilərək həmin mobil telefonda olan məlumatların təhlili aparılmış, "Kontaktlar” bölməsinə daxil olunduqda “+98- 937-328-7052" mobil nömrəsinin mobil telefonun yaddaş qurğusunda “Haji Dayi” adı ilə qeyd olunduğu müəyyən edilmişdir. Daha sonra "Zənglər” bölməsinə daxil olunduqda mobil telefonun yaddaş qurğusunda “Haci (Fars hərfləri) dayi” adı ilə qeydə alınmış “+98-937-328- 7052" mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə 16 fevral 2023- cü il tarixdə saat 21:09 dəqiqədə 2 dəfə, saat 22:17 dəqiqədə isə 1 dəfə zəng edildiyi müəyyən edilmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. "xxxx" MMC –dən müdafiə tərəfinin vəsatəti ilə məhkəmənin müvafiq sorğusuna əsasən daxil olmuş diskə baxış keçirilən zaman mobil telefonun yaddaş qurğusunda “Haci (Fars hərfləri) dayi” adı ilə qeydə alınmış “+98-937-328-7052" mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng daxil olduğu müəyyən olunmamışdır. İbtidai istintaq orqanının danışdığı qeyd olunan saatlarda təqsirləndirilən Təqsirləndirilən şəxs internetə qoşulduğu müəyyən olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Məhkəmə tibb ekspertizasının 20.02.23-cü il tarixli 331 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Şübhəli şəxsin tutulması haqqınd aprotokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyə olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə xx.xx.1993-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, saxlanması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə olan metanfetaminə və heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, ibtidai istintaq zamanı psixi təsir və təzyiqlərə məruz qaldığını bildirsədə iş materiallarında buna dair heç bir sübuta rast gəlinməmiş, həmçinin müdafiə tərəfi bu barədə heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs nakotik vasitələrdən istifadə etsədə həmin vasitələrin satışı məğul olmadığını bildirsədə onda aşkar edilmiş nakotik vasitə və psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və aşkar olunmuş vasitələtin növ müxtəlifliyi Təqsirləndirilən şəxs həmin vasitələri satış məqsədilə əldə etməsinə dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Habul oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və həmin məcəllənin CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən ( müəyyən olunmamışdır) və ağırlaşdıran ( müəyyən olunmamışdır) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 1131,9 qram olan narkotik vasitə heroin və ümumi qalıq çəkisi 20,4 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Redmi markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 1131,9 qram olan narkotik vasitə heroin və ümumi qalıq çəkisi 20,4 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Redmi markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar