Məhkəmə qərarları › İş №1(124)-216/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-216/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-216/2025 02.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü madələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə edib 2024-cü ilin fevral ayında onlardan Quba şəhəri, Səməd Vurğun küçəsində yaşadığı evində 265,0 qram çəkidə cəmisi 26 ədəd çətənə bitkilərini külli miqdarda əkib onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, həmçinin həmin çətənə bitkilərindən 01 ədəd torbada külli miqdarda yəni, təmiz çəkisi 5 kq 205 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib ünvan 1 ünvanında yaşadığı evində saxlamışdır. 19 avqust 2024-cü il tarixdə saat 15 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları onu Quba şəhəri, Səməd Vurğun küçəsində yaşadığı evinin qarşısında saxlayaraq onun həmin evində baxış keçirərkən evin ikinci mərtəbəsində pilləkənlərin sol hissəsində gizlətdiyi 01 ədəd ağ rəngli sellofan torbada külli miqdarda yəni, təmiz çəkisi 5 kq 205 qram olan narkotik vasitə qurudulmuş marixuananı və dibçəklərdə əkib qulluq edərək yetişdirdiyi külli miqdarda olan ümumilikdə 26 ədəd çətənə bitkiləri aşkar edərək götürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Quba rayonunda, Diaqnostika mərkəzinin yanında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra polis bölməsinə aparılmış, səhərə qədər orada saxlanılmışdır. Ona işi məhkəməyə verəcəklərini demişlər və o onların işi məhkəməyə vermələrinə israr etmişdir. Səhəri günü yaşadığı mənzilə videomüşahidə ilə baxış keçirilmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, 24-25 ədəd bitkini tək yaşadığı mənzildə dibçəklərdə əkmişdir. Ölçüləri balaca olmuş, sadəcə bir dənəsinin ölçüsü böyük olmuşdur. Evində 5 kiloqram marixuana olmamış, 200-300 qram marixuana olmuş, qalanı zir-zibil olmuşdur. Saxlanılarkən fiziki təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında tək yaşayır. Subaydır və heç bir yerdə işləmir. O, təxminən 2-3 ilə yaxındır ki, “nəşə” qəbul edir. Təxminən 8-10 ay bundan qabaq Xaçmaz rayonunda yerləşən meyvə bazarında olarkən tanımadığı şəxsdən balaca qutuda marixuana alıb çəkdikdə həmin qutunun içərisində çətənə toxumları aşkar etmiş, 2024-cü ilin fevral ayında həmin toxumların bir hissəsindən yaşadığı evin ikinci mərtəbəsində dibçəklərdə əkib qulluq etməyə başlamış və onlardan narkotik tərkibli çətənə bitkiləri yetişdirmişdir. Qalan toxum hissəsini orada iki ədəd plastik qabda saxlamışdır. O həmin əkdiyi bitkilərdən qurutduğu kütlədən tez-tez “nəşə” düzəldib çəkmiş, polislər onu tutanda evindəki dibçəklərdə əkilib qulluq etdiyi 26 ədəd çətənə bitkiləri qalmışdır. O, əkdiyi çətənə bitkilərinin diblərini təmizləyəndə onların dibinə tökülmüş yarpaq kütləsini və çətənə bitkisi budaqlarını ayrıca torbaya yığmışdır ki, onları zibil kimi atmış olsun. 19 avqust 2024-cü il tarixdə saat 15 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları yaşadığı evində baxış keçirdikdə onlara özü könüllü şəkildə əkib qulluq etdiyi 26 ədəd çətənə bitkilərini və onlardan ayırdığı bir ədəd sellofan torbadakı zibilləri də aşkar edib götürmüşlər. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, evində aşkar edilmiş çətənə bitkilərindən zibil kimi ayırdığı yarpaq və budaqlar narkotik deyildir. Lakin polis əməkdaşları onları da narkotik vasitə qurudulmuş marixuana kimi qəbul edib götürmüşlər. Bu səbəbdən özünü ona elan edilmiş ittihamla qismən, yəni külli miqdarda narkotik vasitələri əldə edib daşımağına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə deyil, yalnız həmin məcəllənin 237.2.3-cü maddəsi ilə təqsirli bilir. O tək yaşadığından onun yaşadığı evində narkotik vasitə saxlaması və çətənə bitkiləri əkib qulluq etdiyini heç kim bilməmişdir. Həmçinin o, evində olan narkotik vasitədən və əkib qulluq etdiyi çətənə bitkilərindən heç kimə verməmişdir və satmamışdır. Həmçinin Təqsirləndirilən şəxs sonuncu ifadəsində 19 avqust 2024-cü il tarixdə deyil, 18 avqust 2024-cü il tarixdə tutulduğu, həmin tarixdə saat 18 radələrində idarə etdiyi VAZ 21013 markalı A 2**-TE-*** nömrə nişanlı minik maşınını Elnur adlı Quba RPŞ-nin DYP əməkdaşının saxlayaraq onu RPŞ-yə gətirməsi, maşınını isə cərimə meydançasına yerləşdirməsi, polis sahə rəisinin inzibati xəta üzrə onun izahatını alması və sonra da onu Vüsal adlı narkomaniya ilə mübarizə qrupunun əməkdaşının otağına aparması, daha sonra 19 avqust 2024-cü il tarixdə polis əməkdaşlarını evinə dəvət edib orada əkib saxladığı narkotikləri könüllü təqdim etməsi barədə özünün müdafiəsi üçün dəlillər gətirməklə cinayət məsuliyyətdən azad edilməsini xahiş etmişdir.(i.v. 46-47; 56-57; 70-72; 90-92; 133-134) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 19 avqust 2024-cü il tarixdə onun tərəfindən Təqsirləndirilən şəxs fərdi yaşayış evində narkotik vasitələri saxlaması və narkotik tərkibli çətənə bitkilərini əkib qulluq etməsi barədə məlumat əldə olunmuşdur. Həmin məlumatla əlaqədar Təqsirləndirilən şəxs yaxalanması və fərdi yaşayış evində baxış keçirilməsi məqsədilə 19 avqust 2024-cü il tarixdə saat 15 radələrində Quba RPŞ-nin digər əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşayış evinə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin yaxınında olmasını müəyyən etdikdə onu Quba şəhəri, Səməd Vurğun küçəsində yaxalayıb saxlamış, əvvəlcə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs yaşadığı evində həqiqətən də narkotik vasitələr saxladığını etiraf etdiyinə görə onun öz razılığı ilə evində videoçəkilişlə baxış keçirilmişdir. Onun evinə baxış zamanı həmin evin ikinci mərtəbəsində ayrılmış yerdə dibçəklərdə əkilmiş və yaş halda 7-115 sm arasındakı ölçüləri olan cəmisi 26 ədəd çətənə bitkilərinə oxşar bitkilər, eləcə də orada iki ədəd plastik qablarda həmin bitkilərin toxumları aşkar olunmuşdur. Baxışa dəvət edilmiş mütəxəssis-aqronom həmin bitkilərə baxdıqda onlara aqrotexniki qayda da qulluq edilmiş və kultivasiya olunmuş çətənə bitkiləri olması barədə rəyini bildirdikdən sonra onlar həmin bitkiləri əkildiyi yerdəki torpaqdan çıxartmaqla ayrıca torbada qablaşdırıb onun üzərinə imzalar atmaqla götürmüşlər. Bundan başqa həmin çətənə bitkilərinin əkildiyi yerin yanında ağ rəngli sellofan torbada aşkar olunmuş və onun içərisində də saxlanılan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu müəyyən edilmişdir. Həmin kütlə olan torba elektron tərəzidə çəkildə onun ümumi çəkisi təxminən 5 kq təşkil etmişdir. Aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə ayrıca torbada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyat-müvəkkili, polis leytenantı Şahid3, Quba RPŞ-nin KTQ-nun baş kriminalisti, polis mayoru Şahid5, Quba RPŞ-nin İTB- nin polis sahə nəfəri, polis baş serjantı Şahid7 və Quba RPŞ-nin DYPB-nin YPX inpektoru, polis baş serjantı Şahid6 da oxşar məzmunlu ifadələr verərək Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Şahid2 və Quba RPŞ-nin NMQ-nun baş əməliyyat- müvəkkili, polis baş leytenantı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onlar da Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər.(i.v. 88-89; 102-103) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinin Quba X4 Mərkəzinin bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. Aqronom-mütəxəssis qismində o, 19 avqust 2024-cü il tarixdə saat 15 radələrində haqqında soruşulan Təqsirləndirilən şəxs Quba şəhəri, Səməd Vurğun küçəsində yaşadığı evində baxış keçirilməsində iştirak etmiş, həmin tarixdə o, Quba PPŞ-nin əməkdaşlarının dəvəti ilə oraya gəlmiş, Təqsirləndirilən şəxs öz razılığı ilə onun yaşadığı evinə daxil olmuş, orada polislər tərəfindən videoaparatla baxış keçirilmişdir. Onun evinə baxış zamanı həmin evin ikinci mərtəbəsində ayrılmış yerdə dibçəklərdə əkilmiş və yaş halda 7-115 sm arasındakı ölçüləri olan cəmisi 26 ədəd çətənə bitkilərinə oxşar bitkilər, eləcə də orada iki ədəd plastik qablarda həmin bitkilərin toxumları aşkar olunmuşdur. Bu zaman o, həmin bitkilərə baxdıqda onlara aqrotexniki qaydada da qulluq edilmiş və kultivasiya olunmuş çətənə bitkiləri olması barədə rəyini bildirdikdən sonra polislər həmin bitkiləri əkildiyi yerdəki torpaqdan çıxartmaqla ayrıca torbada qablaşdırıb onun üzərinə imzalar atmaqla götürmüşlər. Bundan başqa həmin çətənə bitkilərinin əkildiyi yerin yanında ağ rəngli sellofan torbada aşkar olunmuş və onun içərisində də saxlanılan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu müəyyən edilmişdir. Həmin kütlə olan torba elektron tərəzidə çəkildikdə onun ümumi çəkisi 5 kq 355 qram təşkil etmişdir. Aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə ayrıca torbada qaşdırılaraq möhürlənmiş və onun üzərində yazılı qeydiyyatda aparıldıqda mən və digər tədbir iştirakçıları öz imzalarını atmışlar. Sonra bunlar barədə müvafiq şəxsi axtarış və baxış protokolları yazılmışdır. Hamı kimi, o da bu protokolun məzmunu ilə tanış olduqdan sonra ona imza atmışdır. Başqa əlavəsi yoxdur, ifadə ona oxunmuş, sözləri ilə düz yazılmış, doğru olmasını öz imzası ilə təsdiq etmişdir. (i.v. 108-109) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 19 avqust 2024cü il tarixli «şəxsi axtarış keçirilməsi barədə» və «baxış keçirilməsi barədə» protokollardan görünür ki, 19 avqust 2024-cü il tarixdə saat 15 radələrində Quba RPŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs Quba şəhəri, Səməd Vurğun küçəsində yaşadığı evinin yaxınlığında saxlayırlar. Əvvəlcə Təqsirləndirilən şəxs yaxalandığı zaman onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilərək tutulduğu elan edilir və ona təqdim edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılır. Şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində qanunsuz heç nə aşkar edilmir. 19 avqust 2024-cü il tarixdə saat 15 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən Quba şəhəri, Səməd Vurğun küçəsində yaşadığı evində baxış keçirilərkən evin ikinci mərtəbəsində pilləkənlərin sol hissəsində gizlətdiyi 01 ədəd ağ rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuana oxşar kütlə və dibçəklərdə əkilmiş külli miqdarda olan ümumilikdə 26 ədəd çətənə bitkiləri aşkar edilir. Aqronom həmin bitkilər baxıb onlara aqrotexniki qayda da qulluq edildiyi barədə rəy bildirdikdən sonra həmin bitkilər dibçəklərdə torpaqdan çıxarılaraq ayrıca torbada qablaşdırılaraq möhürlənir. Həmin vaxt iki ədəd plastik qabda aşkar edilmiş çətənə toxumları da ayrı zərfə qablaşdırılmaqla möhürlənib götürülür. Həmçinin marixuanaya oxşar kütlə olan torba elektron tərəzidə çəkildikdə onun ümumi həcmi 5 kq 355 qram təşkil edir və o, ayrıca torbada qablaşdırıb möhürlənir. Daha sonra həmin torbaların üzərində yazılı qeydiyyatda aparıldıqdan sonra Təqsirləndirilən şəxs və tədbirin iştirakçıları onlara öz imzalarını atırlar.(i.v. 28-31; 100-101) «Şəxsi axtarış keçirilməsi barədə» və «baxış keçirilməsi barədə» protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 20 avqust 2024-cü il tarixli 7/1384 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş, 01 ədəd bağlamada qablaşdırılmış, təmiz çəkisi 5 kq 205.0 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş, 01 ədəd bağlamada qablaşdırılmış, 01 ədəd bağlamada qablaşdırılmış, təmiz çəkisi 265.0 qram, yaş vəziyyətdə, əkilib-becərilməsi qadağan olunmuş 26 ədəd bitkilər — narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə (kannabis) bitkilərində və həmin növ bitkilərdən hazırlanan marixuana da kannabinoidli komponentlər eynidir. Təqdim edilmiş bir ədəd zərfdə iki ədəd plastik qablarda ümumi çəkisi 60.41 qram olan toxumlar, çətənə (kannabis) bitkisinin toxumlarıdır. Toxumların tərkibində narkotik aktivliyə komponent yoxdur və onlar narkotik vasitələrə aid deyil. Qeyd: 1 )Marixuananm təmiz çəkisi 5205,0 qram təşkil edir, tədqiqata sərf edildi — 0,05 qram, qalıq isə 5204,95 qramdır. 2)Çətənə bitkilərin ümumi çəkisi 265.0 qram təşkil edir, tədqiqata sərf edildi - 1.3 qram (hər obyektdən 0.05 qram), qalıq isə 263,7 qramdır.(i.v. 36- 40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 sentyabr 2024-cü il tarixli 6023 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı kannabionoilərin qəbulu nəticəsində yaranan asılılıq sindromu yəni, narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Azərbaycan Respubikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomaniya xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(İ.v. 115-117) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba RİHB-nm Quba şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış 05 sentyabr 2024-cü il tarixli 1549 №-li arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2-də qeydiyyatda olub yaşayır. O, yaşayış yeri üzrə özünü müsbət cəhətdən göstərmiş, onun barəsində heç bir şikayət daxil olmamışdır.(i.v. 77-83) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş, 01 ədəd bağlamada qablaşdırılmış, ekspertizadan sonra təmiz çəkisi 5204.95 qram çəkidə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana kütləsi və 01 ədəd bağlamada qablaşdırılmış, ekspertizadan sonra təmiz çəkisi 263.7 qram qalıq qalmış, yaş vəziyyətdə, əkilib-becərilməsi qadağan olunmuş 26 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin 01 ədəd zərfdə iki ədəd plastik qablarda ümumi çəkisi 60,41 qram olan çətənə toxumları iş üzrə tərəfimdən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli qərarla maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir.(i.v. 118-124) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Quba rayon məhkəməsinin 13 yanvar 2004-cü il tarixli hökmü ilə azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəlb olunduğu cinayət məsuliyyətindən CM-nin 88-ci maddəsinə əsasən azad edilmişdir və 20 yanvar 2020-ci il tarixdə Quba RPŞ-nin İstintaq bölməsində barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaq olunmuş ********* №-li cinayət işinə də, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir məhkumluğu yoxdur.(i.v. 99) Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan çətənə bitkilərinin həmin miqdarda olmaması, evindən aşkar edilmiş çətənə bitkilərindən zibil kimi ayırdığı yarpaq və budaqlar narkotik vasitə olmaması, polis əməkdaşlarının onları narkotik vasitə qurudulmuş marixuana kimi qəbul edib götürməsi ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə növlü bitkilər (Çətənə (kannabis) bitkisi) Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Tərkibində narkotik maddələr olan bitkilər” (“Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” )siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi.. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin İ dərəcəli müddətsiz əlil olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarına əlavə edilmiş “tutma haqqında” 19 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “qətimkan tədbiri seçilməsi haqqında” 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 avqust 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 19 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2- ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs İ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Quba rayon polis şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş, 01 ədəd bağlamada qablaşdırılmış, ekspertizadan sonra təmiz çəkisi 5204.95 qram çəkidə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana kütləsi və 01 ədəd bağlamada qablaşdırılmış, ekspertizadan sonra təmiz çəkisi 263.7 qram qalıq qalmış, yaş vəziyyətdə, əkilibbecərilməsi qadağan olunmuş 26 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin 01 ədəd zərfdə iki ədəd plastik qablarda ümumi çəkisi 60,41 qram olan çətənə toxumları məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri 72 ( yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci və 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Quba rayon polis şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş, 01 ədəd bağlamada qablaşdırılmış, ekspertizadan sonra təmiz çəkisi 5204.95 qram çəkidə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana kütləsi və 01 ədəd bağlamada qablaşdırılmış, ekspertizadan sonra təmiz çəkisi 263.7 qram qalıq qalmış, yaş vəziyyətdə, əkilib-becərilməsi qadağan olunmuş 26 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin 01 ədəd zərfdə iki ədəd plastik qablarda ümumi çəkisi 60,41 qram olan çətənə toxumları məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar