Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-217/2024 31.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Saatlı rayonu Dəllər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ailəli, Saatlı rayonu, Dəllər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “İlqar” adlı şəxslə istifadəsində olan “Samsung Galaxy A 01” markalı mobil telefon avadanlığında quraşdırılmış “WhatsApp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, daha sonra bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “İlqar” adlı şəxs naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə ümumilikdə 885 qram çəkidə, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində yerləşən “Tural” istirahət mərkəzinin yaxınlığındakı əraziyə 01 (bir) ədəd göy rəngli polietilen torbanın içərisində üzəri yapışqanlı lentlə sarınmış qara rəngli sellofan bağlamada gizlədib yerləşdirərək, daha sonra həmin bağlamanın geolokasiya və fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda quraşdırılmış “WhatsApp” proqram təminatına göndərmiş, Təqsirləndirilən şəxs isə sonuncunun təlimatı və sifarişi əsasında sərnişin qismində əyləşdiyi taksi avtomobili ilə Sumqayıt şəhəri, Sahil küçəsinə gedərək ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun göndərdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qoyulduğu yerdən götürüb üzərində saxlamaqla daşıyarkən Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 23:50 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Tural” istirahət mərkəzinin qarşısında saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci Polis Böməsinə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən satış məqsədilə əldə edib daşıyaraq sağ əlində saxladığı 01 (bir) ədəd göy rəngli polietilen torbanın içərisində üzəri yapışqanlı lentlə sarınmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 885 qram külli miqdarda, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Dövlət ittihamçısı Nizami oğlu Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın müdafiəsindən imtina etdiyinə görə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə başlanmış cinayət təqibinə 31 may 2024-cü il tarixli qərarla xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, narkotik vasitə istifadəçisi olmuşdur. İlqar adlı iran vətəndaşı ilə danışmış, ondan bir neçə dəfə 5 qram, 10 qram çəkidə narkotik vasitə almışdır. Sonuncu dəfə İlqara 70 manat müqabilində 10 qram narkotik vasitə sifariş vermiş və ittiham aktında qeyd olunan ərazidən onu götürməyə getmiş və bu zaman üstündə 70 manat pul olmuşdur. O, İlqara 800 qram narkotik vasitə sifariş verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın əvvəlində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, o həmin ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən bir ay əvvəl “İnstagram” sosial şəbəkəsində iş elanlarına baxarkən bir nəfər şəxslə tanış olmuş, həmin şəxslə aralarındakı yazışma zamanı ona iş axtardığını bildirdikdə, o “WhatsApp” nömrəsi verərək həmin nömrə ilə danışmalarını təklif etmiş və ona iş tapmaqda köməklik göstərəcəyinə söz vermişdir. Həmin şəxsin verdiyi mobil nömrə ilə əlaqə saxladıqda həmin şəxs ona özünü İlqar adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş, ancaq özü barəsində ona başqa məlumat verməmişdir. Daha sonra həmin şəxs ona Sumqayıt şəhəri ərazisində hansısa yerə yerləşdirilmiş içərisində narkotik vasitə olan bağlamanı qoyulduğu yerdən götürüb sonradan deyəcəyi yerə qoyması müqabilində verəcəyi bank kartının hesabına 800 (səkkiz yüz) manat pul ödəməsini təklif etmişdir. İlk əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olacağına görə həbs ediləcəyindən qorxduğundan onun təklifi ilə razılaşmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə pula ehtiyacı olduğundan sosial şəbəkədə tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı və İlqar adlı şəxs kimi şəxs təqdim edən şəxsə zəng edərək maddi ehtiyaclarına görə ancaq bir dəfəlik onun təklifi ilə razılaşdığını bildirmişdir. O isə cəmi bir dəfə onun təklifi ilə razılaşdığından 800 yox, 400 və ya 500 manat pul verəcəyini bildirmiş, onun bu təklifi ilə razılaşmış, həmin şəxs saat təxminən 23:00 radələrində istifadəsində olan mobil telefonun “WhatsApp” proqramına mesaj göndərmiş, mesajla tanış olduqda həmin mesajın İran İslam Respublikasında istifadə edilən, mobil nömrədən göndərildiyini, mesajda ona Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Tural” istirahət mərkəzinin yaxınlığına 01 (bir) ədəd göy rəngli sellofan torbada qoyulmuş narkotik vasitə olan marixuananı qoyulduğu yerdən götürüb sonradan deyiləcək yerə qoyması müqabilində 400-500 manat pul əldə etməyinin təklif olunduğunu görmüşdür. Pula ehtiyacı olduğundan bundan sonra sürücüsünü tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə əyləşib mesajda göstərilən ünvana getmiş, ora çatanda Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Tural” istirahət mərkəzinin yaxınlığında, qumluq ərazidə 01 (bir) ədəd göy rəngli sellofan bağlama gördükdə, həmin sellofan bağlamanı götürüb ordan uzaqlaşmaq istədikdə ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamışlar. Daha sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, saxlanılma səbəbini, hüquq və vəzifələrini izah etmişlər. Polis əməkdaşları həmçinin onu barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək, bundan sonra onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşlarının təklifindən sonra öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmiş, polis bölməsinin inzibati binasına daxil olduqdan sonra xidməti otaqlarından birinə dəvət edilmiş və orda narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlandığını bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmişlər. Həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmişdir. Buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkilişdə aparılmış, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün oraya ona təqdim edilmiş siyahıdan seçdiyi Sumqayıt Regional Vəkil Bürosundan vəkil Emil Mirzəyev də dəvət edilmişdir. Polis əməkdaşlarının və eləcə də hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əlində saxladığı göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu, ancaq İran İslam Respublikası vətəndaşı və adının İlqar olduğunu bildiyi, barəsində digər anket məlumatlarını bilmədiyi şəxsin ona dediyi yerdən, yəni Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Tural” istirahət mərkəzinin yaxınlığından ona sonradan deyiləcək yerə qoymaq üçün götürdüyünü və üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin bunun müqabilində 400-500 manat pul əldə etməli olduğunu da bildirmiş, bundan əlavə polis əməkdaşlarının təklifindən sonra əynində olan şalvarının sağ yan cibində saxladığı “Samsung” markalı mobil telefonunu çıxarıb təqdim etməklə xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, ancaq üzərindən başqa qanunla saxlanılması və ya daşınması qadağan edilmiş digər əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi sellofan bağlamadakı narkotik vasitə olan marixuanaya bənzər kütlə qablaşdırıldığı sellofan torbanın içərisinə baxış keçirilməklə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə ona məxsus mobil telefon araşdırma üzrə əhəmiyyət kəsb etdiyi ona izah edilməklə götürülmüşdür. Saxlanılarkən, eləcə də sonradan polis bölməsinin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcə də digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Narkotik tərkibli maddələrdən istifadə etsə də, narkotik vasitələrin və ya psixotrop tərkibli maddələrin alqı-satqısı ilə məşğul olmamış, ancaq bir dəfə narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş, yəni sosial şəbəkədə tanış olduğu, ona özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin dediyi yerdən narkotik maddələri götürərək, başqa bir yerə qoymaq müqabilində maddi qazanc əldə etmək istəmiş, bu işlə məşğul olmağından heç kimin xəbəri olmamışdır. Barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİnin 1-ci PB-nə Bayandur adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə, həmin gün saat 23-24 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində yerləşən “Tural” istirahət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə eləcə də satşı ilə məşğul olmaqda şübhəli olduğundan saxlanıldığını izah edib, onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişdirlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmiş, orda xidməti otaqların birində vəkilin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs göy rəngli sellofan torbanı təqdim etməklə içində marixuana olduğunu və onu sosial şəbəkədə tanış olduğu iran vətəndaşı İlqar adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ona verilən sualları cavablandırarkən bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur, əməliyyat qrupunun rəhbəri o olmuşdur, Şahid3 və X6 əməliyyat qrupunun üzvləri olmuşdurlar. Əməliyyat məlumatı konkret Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6, həmçinin ibtidai istintaqdakı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəmədə dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə xx xxxxxx 1990-cı ildə Saatlı rayonu Dəllər kəndində anadan olmuş, Saatlı rayonu, Dəllər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx xxxxxx 1990-cı ildə Saatlı rayonu Dəllər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ailəli, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Dəllər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:50-də Sumqayıt şəhəri, Sahil küçəsində “Tural Ailəvi istirahət mərkəzinin yaxınlığında üzərində və əlində olan sellofan torbada narkotik vasitə marixuana saxlamaqda şübhəli bilinərək saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir və əlində olan sellofan torbada axtarış aparılan zaman torbadan kustar üsulla hazırlanmış 885 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış keçirilməsi haqqında 08 mart 2023-cü il tarixli protokoldan görünür ki, polis əməkdaşlarının eləcə də vəkilin iştirakı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu polis əməkdaşlarının təklifi ilə əlində saxladığı göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu, ancaq İran İslam Respublikası vətəndaşı və adının İlqar olduğunu bildiyi, barəsində digər anket məlumatlarını bilmədiyi şəxsin ona dediyi yerdən, yəni Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Tural” istirahət mərkəzinin yaxınlığından ona sonradan deyiləcək yerə qoymaq üçün götürdüyünü və üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin bunun müqabilində 400- 500 manat pul əldə etməli olduğunuda bildirmiş, bundan əlavə polis əməkdaşlarının təklifindən sonra əynində olan şalvarının sağ yan cibində saxladığı “Samsung” markalı mobil telefonunu çıxarıb təqdim etməklə xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, ancaq üzərindən başqa qanunla saxlanılması və ya daşınması qadağan edilmiş digər əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi sellofan bağlamadakı narkotik vasitə olan marixuanaya bənzər kütlə qablaşdırıldığı sellofan torbanın içərisinə baxış keçirilməklə elektron tərəzidə çəkildikdə çəkisi 888 qram olmuş və qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə ona məxsus mobil telefon araşdırma üzrə əhəmiyyət kəsb etdiyi ona izah edilməklə götürülmüşdür. Şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən disk məhkəmə iclasında nümayiş etdirilərkən yuxarıda protokolda qeyd edilənlər və cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının məhkəmədə ifadələrində göstərdikləri xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/353 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Umudov “Bayandur İsrəfil oğlunun...” və s. yazısı və imzalar olan polietilen bağlamadakı 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 885 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 885 qram, tədqiqata İstifadə olundu - 0,2 qram, qalıq - 884,8 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1919 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qalıq çəkisi 884,8 qram olan narkotik vasitə qururdulmuş marixuana və 01 (bir) ədəd “Samsung Galaxy A 01” markalı mobil telefon maddi sübut kimi tanınmaqla Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 02 (iki) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş yaddaşında 04 (dörd) ədəd, birincisi “SMS_Tarixcesi_**********1821 _553444330” adlı, ikincisi “SMS„ Tarixcesi__**********1823__553444330” adlı, üçüncüsü “ZenglerinJDetallasmasi__ **********0941___553444330” adlı və dördüncüsü “Zenglerin_Mexsusluq_Tarixceleri__ **********0956___553444330_BKC” adlı faylların olan diskə baxış keçirildikdə, "xxxx" mobil operatoruna məxus “***-***-**-**” saylı mobil nömrənin AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, Abşeron rayonu, Xırdalan şəhəri, Səməd Vurğun küçəsi ev 2-də qeydiyyatda olan Asim Abdullayevin adına qeydiyyata alındığı, “***-***-**-**” sayh mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 20:01:02 radələrindən xx.xx.2023- cü il tarixdə saat 23:59:48 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “***- ***-**-**” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 22:56:43-də “Saray 2/"Abşeron rayonu, Saray qəsəbəsi”, saat 23:00:10-da Novxan?? ba??lar??/"Bakı ş. Binəqədi ray., Göradil kəndiç ev 200'7Sabunchu, saat 23:16:06-da “Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37, Term İdman kompleksi”, saat 23:16:41, 23:17:35, 23:33:56, 23:38:26, 23:52:29, 23:53:23, 23:54:44-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, Sirab market, saat 23:55:49-da Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37, Term İdman kompleksi, saat 23:59:04-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, Sirab market, xx.xx.2023-cü il tarixdə saat 00:13:59-da Baku Street, Sumqayit, saat 00:14:18, 00:14:19-da Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, Sirab market, saat 00:14:20-də “Sumqayıt şəhəri, 46-ci məhəllə”, saat 00:14:29, 00:14:30, 00:14:32- da Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, Sirab market, saat 00:14:32-də Sumqayıt şəhəri, 46-ci məhəllə, saat 00:14:37-də Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37, Term İdman kompleksi, saat 00:14:51-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, Sirab market, saat 00:14:53-də Sumqayıt şəhəri, 46-ci məhəllə, saat 00:15:12, 00:15:18-də Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37, Term İdman kompleksi, saat 00:15:41, 01:01:00-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsi, Sirab market, saat 01:06:45, 01:08:17, 01:13:08, 01:27:42, 01:27:42-də Sumqayıt şəhəri, Nəriman Nərimanov küç 14, saat 01:45:00, 01:46:14, 01:49:28-də, saat 01:50:29-da Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37, Term İdman kompleksi, saat 02:13:02-də Sumqayıt şəhəri, Nəriman Nərimanov küç 14 ünvanında yerləşən antendən şəbəkəyə qoşulduğu, daha sonra isə istifadə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa diskə baxış zamanı “***-***-**-**” saylı mobil nömrədən və həmin nömrəyə göndərilmiş cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı məzmunda “SMS” mətnin olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş və araşdırma materialları ilə birlikdə istintaqa təqdim edilmiş 01 ədəd gövdəsi tünd rəngli, arxa yuxarı sağ hissədə foto və video çəklişlər aparmaq üçün qurğusu yerləşən, ön hissəsi isə qara rəngli şüşə materialından hazırlanmış “Samsung Galaxy A 01” markalı mobil telefona baxış keçirərkən, ilk əvvəl mobil telefonun sağ yan hissəsində yerləşən düyməsinə toxunduqda ekranda cinayət işi üzrə Təqsirləndirilən şəxs oxşar şəxsin foto şəklinin göründüyü, daha sonra ekrana toxunmaqla ekranı yuxarı, sağa və sola doğru hərəkət etdirdikdə mobil telefonun işlək vəziyyətə gəldiyi, ekranda kodlaşma işarəsinin göründüyü, “2-5-6-3” rəqəmlərini ardıcıl birləşdirməklə həmin kodlaşmaya daxil etdikdə, ekranda müxtəlif düymələrin göründüyü müəyyən edilmiş, mobil telefona baxış keçirilməsi davam etdirildikdə ekranda görünən “WhatsApp” sosial şəbəkəsinin işarəsini bildirən düyməyə toxunduqda açılmış səhifədə mobil telefondan istifadə edən şəxsin “WhatsApp” sosial şəbəkəsində əlaqə saxladığı şəxslərin adlarının qeyd olunduğunun göründüyü, həmin adlar qeyd olunmuş əlaqələrə baxış keçirildikdə orda +98 991 *** **** saylı mobil nömrədən istifadə edən şəxsin adının “ilqar dost mma” kimi qeyd olunduğu, adı “ilqar dost mma” kimi qeyd edilmiş kontakta daxil olduqda, orda saat 11:39-da göndərilmiş 01 saniyyə davam edən “səs qoy e set zəifdi” məzmununda, saat 11:40-da göndərilmiş 02 saniyyə davam edən “qaqas mah götürdük mal bizdədi” məzmununda, saat 11:41-də göndərilmiş 11 saniyyə davam edən “oldu qardaş onu qoy çəkinin üstünə açmamış, açmamış ha qoy çıkinin üstünə tərəzinin üstünə şəklini at mənə, onuda bir çək elə gör nə cür maldı, tutumu nə cürdü” məzmununda, saat 11:42-də göndərilmiş 02 saniyyə davam edən “yaxşı qaqas evə çatım eliyirəm” məzmununda səs yazılarının, saat 11:52-də göndərilmiş “inşallah 20 deqiqeye, Catiram eve qardasim” məzmununda mətnin, saat 12:15-də göndərilmiş 06 saniyyə davam edən “on dəqiqəyə çatıram evə, çəkirəm atıram sənə set yoxdu zəifdi set” məzmununda səs yazısının olduğu müəyyən edilmiş, mobil telefona baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən digər səs yazısı, sms mətni, foto və video görüntü aşkar edilməmişdir. Qeyd edilən telefona məhkəmə baxışında da tərəflərin iştirakı ilə baxış keçirilərkən də +98 991 *** **** saylı mobil nömrədən istifadə edən şəxsin adının “ilqar dost mma” kimi qeyd olunduğu, adı “ilqar dost mma” kimi qeyd edilmiş kontakta daxil olduqda, orda saat ll:39-da göndərilmiş 01 saniyyə davam edən “səs qoy e set zəifdi” məzmununda, saat 11:40-da göndərilmiş 02 saniyyə davam edən “qaqas mah götürdük mal bizdədi” məzmununda, saat 11:41-də göndərilmiş 11 saniyyə davam edən “oldu qardaş onu qoy çəkinin üstünə açmamış, açmamış ha qoy çıkinin üstünə tərəzinin üstünə şəklini at mənə, onuda bir çək elə gör nə cür maldı, tutumu nə cürdü” məzmununda, saat 11:42-də göndərilmiş 02 saniyyə davam edən “yaxşı qaqas evə çatım eliyirəm” məzmununda səs yazılarının, saat 11:52-də göndərilmiş “inşallah 20 deqiqeye, Catiram eve qardasim” məzmununda mətnin, saat 12:15-də göndərilmiş 06 saniyyə davam edən “on dəqiqəyə çatıram evə, çəkirəm atıram sənə set yoxdu zəifdi set” məzmununda səs yazısının olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin və əlillik vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır, arvadı X4 gözdən 1-ci dərəcə əlildir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs internet informasiya ehtiyatlarından istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib saxlamışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirdiyindən məhkəmənin 31 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.4-cü maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş və o həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, arvadının 1-ci dərəcə əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai istintaqın ilkin mərhələsindəki ifadəsi, telefonundan aşkar olunmuş yazışmalar, səslər, şahid ifadələri (narkotik vasitənin şəxsin üzərindən aşkar olunması ilə bağlı), ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm üzərinə şəxsi axtarış keşirilərkən, sonra şübhəli şəxs qismində dindirilərkən, daha sonra isə təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ondan aşkar olunan narkotik vasitə marixuananın ittihamda verilən miqdarda olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. YalnıZ ibtidai istintaqın sonuna yaxın və məhkəmədə ifadəsini dəyişmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda və məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaqın əvvəlində müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz şahid ifadələrini və işdəki yuxarıda sadalanan digər sübutları qoyur. Həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin cox olması, narkotik vasitənin satışına dəlalət edən telefonundakı məlumatlar təqsirləndirilən şəxsin həmin narkotik vasitəni şəxsi istifadə üçün deyil satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməklə, verdiyi ifadəsini məhkəmə, cinayət məsuliyyətindən yaxa qurtarmaq, həmçinin məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin (CM-nin 234.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 884,8 qram olan narkotik vasitə qururdulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Samsung Galaxy A 01” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı və iş materiallarında olan 02 (iki) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan bir ədəd zərfdəki 01 (bir) ədəd sellofan bağlamada ekspertiza tədqiqatından sonra qalıq çəkisi 884,8 qram olan, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub iş materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Samsung Galaxy A 01” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-217/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-217/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver