Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-217/2025 13.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri. Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Savxozu, fərdi evdə yaşayan, barəsində polisin nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda - 2,458 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 10 noyabr 2024-cü il tarixdə saat 21:15-də Sumqayıt ŞPİnin CAŞ-nın əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri. 4-cü məhəllə, X3 Gimnaziyanın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİnin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən “Want” markalı siqaret qutusunun içərisindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,458 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, tez-tez narkotik vasitədən istifadə etməmişdir. Həmişə ailəsinin yanında olub, işləmişdir. Anası rəhmətə getmiş, 1 ay sonra atası rəhmətə getmişdir. Həmin vaxtlarda psixoloji cəhətdən özünü yaxşı hiss etmirdi. İran vətəndaşı ilə “Tik tok” sosial şəbəkəsində tanış olmuşdur. Onunla danışmış və qiyməti 80 manat olan 2 qram narkotik vasitə heroin sifariş etmişdir. 10 noyabr 2024-cü il tarixdə saat 20:00 radələrində narkotik vasitəni götürmək üçün Sumqayıt şəhərinə “qorxu evi”-nin yanına gəlmişdir. Amma götürə bilməmişdir. Çünki ətrafda insanlar çox idi. Həmin yerə dostları Qalib və Ülvi adlı şəxslərlə gəlmişdir. Dostlarının narkotik vasitədən ümumyyətlə məlumatı olmamışdır. Narkotik vasitəni nisyə götürmüşdür. Gödəkcəsinin sol cibinə qoymuşdur. Geri qayıdarkən onu tutmuşlar. Dostlarını isə ayrı tutub aparmışlar. Polis idarəsinə gətirilmiş və ayrı otağa salmışlar. Həmin an onu döymüş, təzyiq göstərmişlər. Saxlama məntəqəsində 2 gün saxlamışlar, daha sonra prokurorluğa gətirmişlər. Himayəsində 2 azyaşlı uşağının olduğunu, birinin xəstəxanada olduğunu bildirmişdir. Polis idarəsində ona polis əməkdaşı Şahid1 tərəfindən fiziki təzyiq göstərilmişdir. Tutulan zaman istifadəsində ********** saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamış, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. 10 noyabr 2024-cü il tarixdə, təxminən saat 21:15 radələrində dostları Qalib və Ülvi adlı şəxslə Bakı şəhərində olduğu zaman əvvəlcədən ona “Whatsapp” vasitəsilə yazan İran islam Respublikasının vətəndaşı ilə danışmışdır ki, həmin şəxs 80 manat pul müqabilində ona narkotik vasitə heroin göndərəcəkmiş. Dostları ilə birlikdə olan zaman həmin şəxs ona narotik vasitənin qoyduğu yerin konumunu göndərmiş və konuma baxdıqda Sumqayıt şəhəri ərazisini göstərdiyini görüb bu barədə dostlarım Qalib və Ülviyə məlumat verməmişdir. Onlara Sumqayıt şəhərində işi olduğunu, onunla birlikdə gedə biləcəklərini soruşmuşdr. Onlar da etiraz etməmişlər. Həmin tarixdə axşam saatlarında həmin narkotik vasitəni Sumqayıt şəhəri 4-cü məhəllədə tanımadığı bir ünvandan götürmüşdür. Bundan sonra dostları ilə birlikdə həmin yerdə olduqları zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər, dostları Ülvi və Qalib ilə birlikdə Pİ-ə aparılmışdır. Polis İdarəsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman əynində olan yaşıl rəngli qış gödəkçəmin sağ yan cibində saxlamış olduğu “Want” markalı siqaret qutusunun içərisində olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümü və sol yan cibində saxlamış olduğu 01 ədəd “Samsung” markalı mobil telefonları təqdim etmişdir. Daha sonra 01 ədəd üzəri şəffaf sellofana bükülmüş büküm açılan zaman içərisində qəhvəyi rəngli maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı aşkar olunan maddələrin “kokos” olduğunu, həmin maddəni sosial şəbəkədə tanış olduğu, mobil telefonda vvhatsapp vasitəsilə əlaqə saxladığı İran İslam Respublikası vətəndaşından 80 manat pul müqabilində Sumqayıt şəhəri 4-cü məhəllə ərazisindən öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 3,16 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin büküm ekspertizaya göndərilməsi üçün qablaşdırıldı. Daha sonra isə üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Nə saxlanılarkən, nədə sonradan polis bölməsinin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Narkotik vasitələrin və ya psixotrop tərkibli maddələrin alqı satqısı ilə məşğul olmmamış, üzərindən aşkar olunmuş narkotik vasitəni də öz istifadəsi üçün almış, bu işlə məşğul olmağından heç kimin xəbəri olmamışdır yoxdur. 051 ***-**-** saylı mobil nömrəni istifadə etmiş, saxlanıldığ zaman yanında olan Şahid5 və Şahid4 onun narkotik vasitə istifadəçisi olduğunu bilmişlər, lakin onlara həmin ünvana gedən zaman narkotik vasitə götürmək üçün getdiyini bildirməmişdir. (Cild 1, iş vərəqləri 67-69) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 11 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin qəbulu, üzərində gəzdirməsi və saxlaması ilə məşğul olması barədə idarəyə məlumat daxil olmuşdur. Əməliyat qrupu yaradılmışdır. Onunla birgə Şahid2 və Şahid3 əməliyyat qrupunda olmuşdur. Saat 21:00-23:00 radələrində Sumqayıt şəhəri 4-cü məhəllə ərazisinə gəlmişlər. Şahid4 və Şahid5 ilə olan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirmiş və onları polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və könüllü videoçəkiliş zamanı üzərində olan narkotik vasitəni təqdim etmişdir. Üzərinə baxış keçirilən zaman 1 bükümdə təxmini 3-4 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Saxlanılan zaman özü müqavimət göstərmişdir. Onlar tərəfindən heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 11 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin qəbulu, üzərində gəzdirməsi və saxlaması lə məşğul olması barədə idarəyə məlumat daxil olmuşdur. Əməliyat qrupu yaradılmışdır. O, Şahid2 və Şahid1 əməliyyat qrupunda olmuşdur. Saat 21:15 radələrində Sumqayıt şəhəri 4-cü məhəllə ərazisinə gəlmiş, Mərkəzi Poçtla üzbəüz Gimnaziyanın yanında onu saxlamışlar. Şahid4 və Şahid5 ilə olan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirmiş və onları polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və könüllü videoçəkiliş zamanı üzərində olan narkotik vasitəni təqdim etmişdir. Üzərinə baxış keçirilən zaman 1 bükümdə təxmini narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu zamanı şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Videoçəkilişdən nə əvvəl nə sonra heç bir təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 11 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin qəbulu, üzərində gəzdirməsi və saxlaması lə məşğul olması barədə idarəyə məlumat daxil olmuşdur. Əməliyat qrupu yaradılmışdır. O, Şahid1 və Şahid3 əməliyyat qrupunda olmuşdur. Saat 21:15 radələrində Sumqayıt şəhəri 4-cü məhəllə ərazisinə gəlmişlər. Şahid4 və Şahid5 ilə olan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirmiş və onları polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və könüllü videoçəkiliş zamanı üzərində olan narkotik vasitəni təqdim etmişdir. Üzərinə baxış keçirilən zaman 1 bükümdə təxmini 2-4 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, özü taksi sürücüsüdür. Sumqayıta gəlib gedirdi. Hadisənin tarixi tam olaraq yadına gəlmir. Hadisə günü Novxanıya gedəcəkdi. Təqsirləndirilən şəxs ortaq dostum Şahid4 vasitəsilə tanıyırdı. O da həmin günü dostu Qalibə zəng edib bildirmişdir ki, Sumqayıta gedəcək. Onlara taksi kimi ödəniş edib gəlmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onlara qohumugildən pul götürməyə getdiyini bildirmişdir. Onlar da yolüstü onu götürüb Sumqayıta getmişlər. Onlara bildirmişdir ki, qohumugilə dəyib bir şey götürəcəkdi. Düşəndə özünə internet açmaq üçün onun telefonunu götürmüşdür. Bu səbəbdən telefonu onda olmuşdur.Onlar Rüstəmi maşında gözləyərkən 3-4 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Bu zaman Onlar Rüstəmin tutulmasını görməmişlər. Polis əməkdaşları maşına əyləşmiş, biri sükan arxasına keçmiş, digəri qabaqda, bir nəfər də onlarla arxada oturmuşdur. Daha sonra polis bölməsinə gətirilmişlər. Onlar polis bölməsinə gələn zaman artıq Təqsirləndirilən şəxs polis bölməsində idi. Polis bölməsinin pilləkənləri qalxanda onun səslərini eşidirdilər. Təqsirləndirilən şəxs “Yox, mən heçnə götürməmişəm” kimi cümlələr qurduğu eşidilirdi. Otaqda Təqsirləndirilən şəxs ilə yanaşı 3-4 polis əməkdaşı olmuşdur. Müstəntiq tərəfindən sorğu-sual edilmişlər. Onlara qarşı orada hər hansı qanunsuz hərəkət edilməmişdir. Təxmini gecə saat 02:00-03:00 radələrində polis bölməsindən buraxılmışlar. Şahid5 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o göstərmişdir ki, 10 noyabr 2024-cü il tarixində o, dostu Ülvi və tanış Rüstəm ilə birlikdə Bakı şəhərində olduqları zaman Rüstəm Sumqayıt şəhərində işi olduğunu və onunla birlikdə Sumqayıt şəhərinə gəlmələrini xahiş etmişdir. Onlar da etiraz etməmiş və onunla birlikdə Sumqayıt şəhəri 4-cü məhəlləyə gəlmişlər. Rüstəm onlardan aralaşıb bir neçə dəqiqə sonra aralarına qayıtmış və bu zaman polis əməkdaşları onları saxlamışlar. Rüstəmin narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün onları saxladıqlarını bildirib onları Pİ-nə dəvət etmişlər, Pİ-də olan zaman Rüstəmin narkotik vasitə istifadəçisi olduğundan, həmçinin . Sumqayıt şəhərinə narkotik vasitə götürməsi üçün gəldiyindən xəbəri olmamışdır. Ancaq Pİ-də zaman Rüstəmin üzərində narkotik vasitə olduğundan məlumatı olmuşdur. (Cild 1, iş vərəqləri 88-90) Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, tutulmamışdan 8 ay qabaq istifadə etmişdir. Hazırda istifadə etmir. Hadisə günü dostu Şahid5 ilə Novxanıya gedirdilər. Ülvi xalasıgilə əşyaları götürməyə gedəcəkdi. Təqsirləndirilən şəxs zəng etmiş, onlara qohumugilə gedəcəyini bildirmişdir. Yolüstü onu da götürmələrini istəmiş və benzin pulu vuracağını təklif etmişdir. Ülviyə demiş, o da qəbul etmişdir. Rüstəmi gedəcəyi yerə düşürdüb, Ülviylə benzin vurmağa getmişlər. Sonra Rüstəmi götürməyə qayıtmışlar. Rüstəm hələ də gəlməmişdi. Onlar düşüb siqaret çəkmiş və Rüstəmi gözləmişlər. Ülvinin telefonu Rüstəmdə idi. Artıq 15-20 dəqiqə vaxt keçmişdi ki, 4 nəfər polis əməkdaşı onlara yaxınlaşmışdır. Burada niyə dayandıqlarını soruşmuşlar. Sonra anidən qollarını qandallamışlar. Maşına əyləşmişlər. Onları polis şöbəsinə aparmışlar. Daha sonra bölmədə Təqsirləndirilən şəxs səsini eşitmişlər. Rüstəmin “Heç nə yoxdu üzərimdə” kimi səslərini eşitmişlər. Şahid4 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, 10 noyabr 2024-cü il tarixində o, dostu Ülvi və Rüstəmlə birlikdə olduqları zaman Rüstəm Sumqayıt şəhərində işi olduğunu deyib onunla birlikdə Sumqayıt şəhərinə gəlmələrini xahiş etmişdir. Onlar da etiraz etməmiş və onunla birlikdə Sumqayıt şəhəri 4-cü məhəlləyə gəlmişlər. Rüstəm onlardan aralaşıb bir neçə dəqiqə sonra yanlarına qayıtmış və bu zaman polis əməkdaşları onları saxlamışlar. Rüstəmin narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün onları saxladıqlarını bildirib onları Pİ-nə dəvət etmişlər, Pİ-də olduqları zaman Rüstəmin narkotik vasitə istifadəçisi olduğundan, həmçinin Sumqayıt şəhərinə narkotik vasitə götürməsi üçün gəldiyindən xəbəri olmamışdır. Ancaq Pİ-də olan zaman Rüstəmin üzərində narkotik vasitə olduğundan məlumatı olmuşdur. (Cild 1, iş vərəqləri 85-87) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 10 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli qış gödəkçəsinin sol yan cibində saxlamış olduğu 01 ədəd üzərində 051 698- 25-26 mobil nömrəsi olan "Samsung" markalı mobil telefonu və sağ yan cibində saxlamış olduğu 01 ədəd "Want" markalı siqaret qutusunu təqdim edir. Daha sonra həmin siqaret qutusu açılan zaman içərisində 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngdə olan maddənin olduğu müəyyən edilir. (Cild 1, iş vərəqləri 29-30) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” 12 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Samsung J3Pro” markalı mobil telefona baxış keçirilməsi zamanı “Whatsapp” mobil tətbiqinə daxil olduqda həmin tətbiqdə İranlı adı ilə qeyd edilmiş şəxslə narkotik vasitənin götürülməsi ilə bağlı danışıq, həmçinin işarələnmiş ünvan şəkli vardır. (Cild 1, iş vərəq 56) “Şəxsi axtarışın keçirilməsi barədə” 10 noyabr 2024-cü il tarixli və “baxış keçirilməsi haqqında” 12 noyabr 2024-cü il tarixli protokollarda əks olunan əməliyyatistintaq hərəkətləri videoçəkilişlə aparılmış və videogörüntülərin əks olunduğu disklər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mobil telefona baxış protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 31, 57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 11 noyabr 2024-cü il tarixli 6/5194 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №124" möhür əksi, «saxlanılan şəxs Təqsirləndirilən şəxs /imza/; Müdafiəçi: Cəfərova Günay /imza/; Baş təhqiqatçı: E.Feyzullayev /imza/” əl yazıları olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2.458 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. (Cild 1, iş vərəqləri 41-47) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmənarkoloji ekspertizasının 11 dekabr 2024-cü il tarixli 7782 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 106-107) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,408 qram narkotik vasitə heroin və 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 110-118) Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 95 ) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 noyabr 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqləri 22, 79-80) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbsdə olduğu müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 noyabr 2024-cü il tarixdən hesablanmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 2,408 qram heroin məhv edilməli, 01 ədəd Samsung markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 60 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdən 12 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 13 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 2,408 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-217/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-217/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver