Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-218/2022 13.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1995-ci ildə Cəlilabad rayonunda doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu Fərzili kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan qəsəbəsi, bina 1, blok 50-də yerləşən 14 saylı mənzildə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 204.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma, eləcə də satış məqsədi və tamah niyyəti ilə saxta xarici valyuta əldə etmə və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Həci» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Həci» adlı şəxs və onun əlbir olduğu qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddələri və xarici valyutanı İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Həci» adlı şəxs və onun əlbir olduğu qeyriləri şəxslərin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 7.915 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 4.080 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda ümumi təmiz çəkisi 470 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 4.400 miqdarında saxta xarici valyuta olan ABŞ dollarını istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri və saxta xarici valyutanı istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən 6.000 (altı min) manat pul müqabilində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin 2.415 qram çəkidə hissəsini və psixotrop maddə metamfetaminin isə 935 qram çəkidə hissəsini üzərində, həmçinin, 5.500 qram narkotik vasitə heroini, 3.145 qram psixotrop maddə metamfetamini, 470 qram narkotik vasitə tiryəki, 3 ədəd elektron tərəzini və 4.400 miqdarında saxta xarici valyuta olan ABŞ dollarını kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan qəsəbəsi, bina 1, blok 50-də yerləşən 14 saylı mənzilə daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə saat 00:05-də Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı bir ədəd göy rəngli sellofan torbanın içərisində üç ədəd sellofan büküm olmaqla onlardan iki ədəd sellofan torbanın içərisindən külli miqdarda ümumilikdə 2.415 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər bir ədəd sellofan torbanın içərisindən külli miqdarda 935 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 22 may 2021-ci il tarixdə saat 03:00-dan etibarən Təqsirləndirilən şəxs razılığı, icazəsi və iştirakı ilə kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan qəsəbəsi, bina 1, blok 50-də yerləşən 14 saylı mənzilə baxış keçirilən zaman mənzilin yataq otağında olan dolabın içərisindəki bir ədəd ağ rəngli kisədəki 5 ədəd sellofan torbada külli miqdarda ümumilikdə 5.500 qram çəkidə olmaqla, üzərindən aşkar edilərək götürülmüş heroinlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan torbada külli miqdarda 470 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 4 ədəd sellofan torbada külli miqdarda ümumilikdə 3.145 qram çəkidə olmaqla, üzərindən aşkar edilərək götürülmüş metamfetaminlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd elektron tərəzi və 44 ədəd HL62546314G, BK15403837A, HC73522888A, AB12894709F nömrəli 100 ABŞ dolları nominallı saxta xarici valyutalar aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, 2021-ci ilin may ayının 21-də saat 20:30 radələrində evdən çölə çıxarkən blokda saxlanılmış, saxlanıldıqdan sonra evə baxış keçirilmişdir. Baxış zamanı evdə aparıb deyilən ünvana qoymalı olduğu, “İnstagram” sosial şəbəkəsində tanış olduğu Həci adlı şəxsdən aldığı 1 ədəd sellofan torba, 2 büküm heroin, 1 büküm də metamfetamin, bunlarla yanaşı 1 ədəd elektron tərəzi olmuşdur. Çantanın şəklini ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə mesajla göndərmişlər, o, da deyilən ünvandan gedib götürmüşdür. Bundan başqa o, birinci dəfə üçün ona 2.700 manat pulun çantada göndərildiyini, çantanın içərisində olan saxta əskinaslardan xəbərinin olmadığını göstərdi. Çantanı götürən zaman içərisinə baxanda orada saxta əskinaslar olmamış, çəkiliş zamanı ortaya çıxmışdır. Sellofan paketi isə saxlanılmamışdan iki gün qabaq götürmüşdür. Polis tərəfindən səhər saat 4-də yenidən çəkiliş aparılmış və bu zaman saxta pul gətirilmişdir. Saxlanılandan sonra BNMİ-ə aparıb sonra yenidən evə qaytarmışdır. Ona saxlanılarkən təzyiq olunmamış, lakin ifadəsini oxumadan polislərin dedikləri yerə imza etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində o, özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, son zamanlar maddi vəziyyəti pisləşdiyi üçün pul qazanmağın yollarını axtarmışdır. 2021-ci ilin yanvar ayında “İnstaqram” sosial şəbəkəsində “Həci” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Onunla söhbət edən zaman Həci adlı şəxs demişdir ki, “əgər işin yoxdursa sənə iş təşkil edim”. Maddi çətinlik çəkdiyi üçün iş verməsini bildirmişdir. Həci adlı şəxs isə işin ancaq narkotik vasitə olan kütlələri bir yerdən götürüb başqa bir yerə aparmaq olduğunu bildirmişdir. Elmin isə narkotik vasitələri bir yerdən başqa yerə apara biləcəyini bildirmişdir. Çünki Həci adlı şəxs onu inandırmışdır ki, həmin narkotik vasitələri daşıyanda onu heç kim görməyəcək və buna görə də onun tutulmaq təhlükəsi yoxdur. Həci adlı şəxs onun dediyi ünvanlara aparmaq və buradan qazanc əldə etmək üçün birinci dəfə narkotik vasitə göndərmişdir. Rahat yolla pul qazana biləcəyini öyrəndiyi üçün bu işi davam etməyi düşünmüşdür. Həci adlı şəxs 18 may 2021-ci il tarixdə ona narkotik vasitə göndərmişdir. Narkotik vasitənin isə Bakı-Astara yolunun Qaradağ rayonundan keçən hissəsindən yolun kənarında olduğunu bildirmişdir. Buna görə də həmin yerdən içərisində narkotik vasitə və psixotrop maddə olan bir ədəd ağ kisəni həmin yerdən götürmüşdür. Həmin bir ədəd ağ kisəni yaşadığı ünvan 1 ünvanına gətirmiş və yataq otağında dolabın içərisində saxlamışdır. 21 may 2021-ci il tarixdə axşam saatlarında İran İslam Respublikasının vətəndaşı Həci adlı şəxs onunla Vatsap sosial şəbəkəsində əlaqə saxlayaraq həmin kisənin içərisindən bir ədəd göy rəngli sellofan torbanı götürərək özündə saxlamağını və deyəcəyi vaxtda deyəcəyi ünvana qoymağını bildirmişdir. Razılaşaraq həmin kisənin içərisində olan bir ədəd göy rəngli sellofan torbada olan narkotik vasitə və psixotrop maddələri götürmüşdür. Əlində saxlayaraq Abşeron rayonu, Masazır qəsəbəsində olan Masazır dairəsinin yaxınlığına gəlmişdir. Düşünmüşdür ki, ondan heç kim şübhələnməz. 22 may 2021-ci il tarixdə gecə saat təxminən 00:05 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində olan Masazır dairəsinin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdirlər. Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişdirlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu əlində olan sellofan torba ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmişdir və hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bundan sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kirayə yaşadığı mənzilin açarı, şalvarının sol yan cibindən bir ədəd Redmi markalı mobil telefon, bir ədəd tibbi maska, arxa sol yan cibindən 25 manat pul, şəxsiyyət vəsiqəsi və əlindəki göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik və psixotrop maddələr olduğunu bildirərək üzərində başqa əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərnə şəxsi axtarış keçirilmişdir. Lakin əhəmiyyət kəsb edəcək digər heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kirayə tutduğu mənzilin açarı, 25 manat pul özünə qaytarılsa da, bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Təqdim etdiyi 1 ədəd göy rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində ümumilikdə 3 ədəd şəffaf sellofan torba olması müəyyən edilmişdir. Həmin sellofan torbalardan bir ədədinin içərəsində patı, şüşə kimi tanıdığı psixotrop maddə metamfetamin, digər iki ədəd sellofan torbanın içərisində isə narkotik vasitə heroin olmuşdur. Həmin üç ədəd sellofan bükümdə olan maddələr elektron tərəzidə çəkilərək sellofan torbaya qoyulmaqla qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. Yaşadığı evdə narkotik vasitələr olduğunu bildirdiyi üçün polis əməkdaşları ondan evdə baxış keçirə bilib-bilməyəcəklərini bildirmişdirlər. Evdə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir və bu məqsədlə ərizə ilə müraciət etmişdir. Buna görə də onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirmək üçün daxil olmuşdurlar. 22 may 2021-ci il tarixdə saat 03:00 radələrinə baxış başlanmışdır. Baxış başlayan zaman ondan mənzildə saxladığı narkotik maddəni təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra mənzilin yataq otağına daxil olaraq burada yerləşən dolabın içərisindən 44 ədəd 100 ABŞ dolları əskinaslarına bənzər saxta pulları və 1 ədəd ağ rənglli kisəni təqdim etmişdir. Həmin təqdim edilmiş ağ rəngli kisəyə baxış keçirilən zaman içərisindən beş ədəd sellofan torbada narkotik vasitə heroin, bir ədəd sellofan torbada narkotik vasitə tiryək, dörd ədəd sellofan torbada psixotrop maddə metamfetamin və 3 ədəd elektron tərəzi aşkar edilmişdir. İlk növbədə 44 ədəd 100 ABŞ dolları əskinaslarına bənzər saxta pullar zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürləndikdən sonra götürülmüşdür. Təqdim etdiyi ağ rəngli kisənin içərisindəki maddələr elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Daha sonra həmin narkotik vasitə və psixotrop maddələr üç ədəd elektron tərəzi ilə birlikdə ağ rəngli kisədə qablaşdırıldıqdan sonra götürələrək üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqləri 80-83, 213-216) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının 21-də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında 22 may 2021-ci il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinin yaxınlığında piyada əlində sellofan torba ilə hərəkət edərkən saxlanılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. İdarədə müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əlindəki göy rəngli sellofan torbanın içərisindən ümumilikdə 3 ədəd şəffaf sellofan torba aşkar edilmişdir. Sellofan torbalardan birinin içərisində psixotrop maddə metamfetamin, digər iki ədəd sellofan torbanın içərisində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri Bakı-Salyan yolunun Qaradağ rayonundan keçən hisssəsindən, yolun kənarından götürdüyünü, həmin yerə narkotik maddə qoyulmasını təxminən 4 ay bundan öncə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu adının “Həci” kimi bildiyi İran İslam Respublikası vətəndaşı olduğunu bildirmişdir. Sonra kirayə yaşadığı mənzildə də götürdüyü narkotik maddələrin qalan hissəsini saxladığını, üzərində aşkar edilmiş maddəni ona deyiləcək yerə qoymaq üçün apardığını, bu fəaliyyətinə görə “Həci” adlı şəxsin ona ümumilikdə 6000 manat pul göndərəcəyini, bundan öncə də bir neçə dəfə narkotik vasitələri ona deyilən yerdən götürdükdən sonra başqa yerlərə qoyduğunu və buna görə 2300 manat pul əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər şəhərciyi yaşayış kompleksində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı evdən sonradan saxta olduğu müəyyən edilən 44 ədəd 100 ABŞ dolları əskinasları, bir ədəd ağ rəngli kisənin içərisindən, beş ədəd sellofan torbada narkotik vasitə heroin, bir ədəd sellofan torbada narkotik vasitə tiryək, dörd ədəd sellofan torbada psixotrop maddə metamfetamin və üç ədəd elektron tərəzi aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə daxil olan məlumat əsasında 22 may 2021-ci il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinin yaxınlığında saxlayıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. İdarədə müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, axtarış zamanı əlindəki sellofan torbadan birinin içərisində psixotrop maddə metamfetamin, digər iki ədəd sellofan torbanın içərisində narkotik vasitə heroin olan 3 ədəd sellofan torba aşkar edildi. Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri Bakı- Salyan yolunun Qaradağ rayonundan keçən hisssəsindən, yolun kənarından götürdüyünü, kirayə yaşadığı mənzildə də götürdüyü narkotik maddələrin qalan hissəsini saxladığını, narkotik maddəni ona deyiləcək yerə qoymaq üçün apardığını, bu fəaliyyətinə görə “Həci” adlı şəxsin ona ümumilikdə 6000 manat pul göndərəcəyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər şəhərciyi yaşayış kompleksində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı evdən 44 ədəd 100 ABŞ dolları əskinasları, beş ədəd sellofan torbada narkotik vasitə heroin, bir ədəd sellofan torbada narkotik vasitə tiryək, dörd ədəd sellofan torbada psixotrop maddə metamfetamin və üç ədəd elektron tərəzi aşkar edilmiş, dollar əksinaslarının sonradan saxta olduğu müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmədə elan olunaraq tədqiq edilmiş DİN-in BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi ilə müəyyən olunur ki, o, da iş üzrə şahidlər Şahid1 və Şahid3la oxşar məzmunlu ifadələr vermişdir. (Cild 1, iş vərəqləri 137-140) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 may 2021-ci il tarixli protokoldan görünür ki, Quliyev X2 rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinin yaxınlığında əlindəki sellofan torba ilə birlikdə piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nə dəvət olunub şəxsi axtarış keçirilərkən əlində olan bir ədəd sellofan torbanın içərisindən olan bir ədəd sellofan torbada psixotrop maddə metamfetaminə bənzər və iki ədəd sellofan torbada narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 28-30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 22 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan qəsəbəsi, bina 1, blok 50-də yerləşən 14 saylı mənzilə baxış keçirilən zaman mənzilin yataq otağında olan dolabın içərisindəki bir ədəd ağ rəngli kisədəki 5 ədəd sellofan torbada narkotik vasitə heroinə bənzər, bir ədəd sellofan torbada narkotik vasitə tiryəkə bənzər, 4 ədəd sellofan torbada psixotrop maddə metamfetaminə bənzər, 3 ədəd elektron tərəzi və 4.400 ABŞ dollarına bənzər xarici valyuta aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 34-35) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış keçirilməsi və götürmə haqqında” 22 may 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Həmin videogörüntünin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, həmin protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 31, 36) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 may 2021-ci il tarixli, 6/2013 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi..” yazısı olan bağlamadakı 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2415 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 935 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdm edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş..” yazısı olan kisədəki, 5(beş) ədəd bükümdə ümumi təmiz çəkisi 5500 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 4(dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 3145 qram ağ rəngli kristallardan ibarət maddələr kütlələri xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1(bir) ədəd bükümdə təmiz çəkisi 470 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 3 ədəd (“600 x 0,01 g”, “Polaris max 7 kq”, və “500 x 0,01 g”) elektron tərəzilərin üzərində heroinin və metamfetaminin izləri vardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və kirayə tutduğu mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 7915 qramdır (7kq 915 qr) və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və kirayə tutduğu mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 4080 qramdır (4 kq 80 qr) və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs kirayə tutduğu mənzildən aşkar edilərək götürülmüş 3 ədəd elektron tərəzilərin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metmfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş sənədlərin texniki ekspertizasına dair 27 may 2021-ci il tarixli, 5/516 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 44 ədəd HL62546314G, BK15403837A,HC73522888A, AB12894709F nömrəli 100 ABŞ dolları nominallı pul əskinasına oxşar obyektlər hər hansı bir eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə komputerə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir və həqiqi 100 ABŞ dolları nominallı pul əskinası ilə eynilik təşkil etmir. (Cild 1, iş vərəqləri 157-160) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 sentyabr 2021-ci il tarixli 3402 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 182-183) Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 21 may 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata-keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqləri 109-111) İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqıda” qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitənin, külli miqdarda psixotrop maddənin və saxta pulun mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 204.1-ci maddələri ilə cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 196-197) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və tövsif edilməsi haqqında” 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq çəkisi 7.914,72 qram olan narkotik vasitə heroin, 4.079,75 qram olan psixotrop maddə metamfetamin və 469,8 qram olan narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd elektron tərəzi və saxta 4.400 ABŞ dolları maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. 02 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 184-194) Məhkəmə, Təqsirləndirilən şəxs qaçaqmalçılıqla məşğul olmaması, saxta xarici valyutadan məlumatının olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin hallarına uyğun olan daha səmimi ifadə kimi qiymətləndirərək bu ifadənin iş üzrə mötəbər sübut kimi gqəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özünün və müdafiə tərəfinin şahidlərinin onun müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 7.914,72 qram şəxsi istehlak miqdarından təxminən 52.764 dəfə, külli miqdardan isə 3.957 dəfə; həmçinin 4.079,75 qram çəkidə psixotrop maddə metamfetaminin isə şəxsi istehlak miqdarından təxminən 27.198 dəfə, külli miqdardan isə təxminən 2.039 dəfə artıq olması, həmçinin özünün narkotik vasitə istifadəçisi olmaması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs “Həci” adlı İran İslam Respublikasının vətəndaşı və qeyrilərinin birgə icraçılığı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə törədilən cinayət əməlinə köməkçilik etməsi onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilməsindən dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 204.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 204.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 125-126) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 23 may 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə onun həbsdə qalma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 94-99, 179-181) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə 3 (üç) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma otağında saxlanılan ekspertizadan sonra qalıq çəkisi 7.914,72 qram olan narkotik vasitə heroin, 4.079,75 qram olan psixotrop maddə metamfetamin, 469,8 qram olan narkotik vasitə tiryək, həmçinin saxta 4.400 ABŞ dolları məhv edilməlidir. 02 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 175,52 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 204.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 14 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan 7.914,72 qram çəkidə narkotik vasitə heroin, 4.079,75 qram çəkidə psixotrop maddə metamfetamin, 469,8 qram çəkidə narkotik vasitə tiryək, həmçinin saxta 4.400 ABŞ dolları məhv edilsin. 03 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 02 ədəd “DVD” fprmatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 175 (yüz yetmiş beş) manat 52 (əlli iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-218/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-218/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver