Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-219/2024 12.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında video konfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,931 qram, 0,238 qram, 23,230 qram, 48,825 qram, ümumi təmiz çəkisi 73,224 qram narkotik vasitə heroini, külli miqdarda 04 (dörd) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,451 qram, 0,864 qram, 0,149 qram, 21,090 qram ümumi təmiz çəkisi 22,554 qram psixotrop maddə metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda üzərində “Methadone-40” göstəricisi olan konvalyut kəsiyində ümumilikdə 18 (on səkkiz) ədəd qəhvəyi rəngli həbin tərkibində qəhvəyi rəngli dairəvi formalı həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,72 qram (01 ədəd həbdə 0,04) təşkil edən həblər və 01 (bir) ədəd qara rəngli “Aosai” markalı üzərində narkotik vasitə izləri olan elektron tərəzini əldə etmiş, xx.xx.2023-cü il tarixdə saat 16:07 radələrində Sumqayıt şəhəri, 9-cu məhəllədə yerləşən TTYX-nin həyətində Sumqayıt ŞPİnin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcəsinin sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,931 qram narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə 0,451 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra, sonuncunun yaşadığı evə baxış keçirilməsi zərurəti yaranmış, baxış zamanı sonuncunun yaşadığı evdə yataq otağında girişdən sağda yerləşən güzgülü dolabın siyirtməsindən birinci plastik qutunun içindən külli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 21,090 qram psixotrop maddə metamfetamin, ikinci plastik qutunun içindən külli miqdarda 02 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 48,825 qram, 23,230 qram, ümumi təmiz çəkisi 72,055 qram narkotik vasitə heroin, karton qutuda 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,864 qram, 0,149 qram, ümumi təmiz çəkisi 1,013 qram psixotrop maddə metamfetamin, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,238 qram narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda üzərində “Methadone-40” göstəricisi olan konvalyut kəsiyində ümumilikdə 18 (on səkkiz) ədəd qəhvəyi rəngli həbin tərkibində qəhvəyi rəngli dairəvi formalı həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,72 qram (01 ədəd həbdə 0,04) təşkil edən həblər və 01 (bir) ədəd qara rəngli “Aosai” markalı üzərində narkotik vasitə izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən suallara cavabında göstərdi ki, o subaydır, yaşlı anası var. Sumqayıt şəhərində tək yaşamışdır. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Kimliyini bilmədiyi İran vətəndaşı Bəxtiyar adlı şəxs ilə telefon vasitəsilə tanış olub onunla whatsapp sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb ondan narkotik vasitə almışdır. Bəxtiyarla bir neçə dəfə telefonda narkotik barədə söhbətləri olmuşdur. Tutulmamışdan əvvəl Bəxtiyarla danışıb ondan öz istifadəsi üçün heroin və metamfetamin almaq istəmiş və razılaşmışlar. Bəxtiyarın kartına pul göndərib onun dediyi yerə qoyduğu heroin və metamfetamini götürüb üzərində saxlamış, ancaq Bəxtiyarla görüşməmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu məhəllədə yerləşən Sumqayıt şəhər TTYX-nin həyətində olan zaman ona mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişlər və onu narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğu üçün polis idarəsinə dəvət etmişlər və o, da etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən Bəxtiyardan aldığı bir bükümdə heroin, bir bükümdə isə metamfetamin aşkar olunaraq götürülmüşdür. Üzərində aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır, lakin mənzildə aparılan axtarış zamanı aşkar olunmuş narkotik vasitələr ona məxsus olmamışdır. Evindən aşkar olunmuş narkotik vasitələr yəqin ki, polis əməkdaşları tərəfindən onun mənzilinə qoyulmuşdur. Polislər tərəfindən ailəsi ilə şifahi qaydada təhdid olunduğundan təhqiqatda və istintaqda etirafedici ifadə vermiş, lakin bu barədə heç yerə şikayət etməmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən də deməmişdir. Narkotik vasitələrdən istifadə etsə də narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğundam məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o ibtidai istintaqda ifaəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 5-6 aya yaxındır narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Kimliyini bilmədiyi İran İslam Respublikasının vətəndaşı Bəxtiyar adlı şəxs ilə tanış olmuşdur. Bundan sonra onunla whatsapp sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb ondan narkotik vasitə, psixotrop maddə və metadon həbləri alıb istifadə etmişdir. Sonuncu dəfə polis əməkdaşları onu saxlamamışdan təxminən 01 (bir) ay qabaq İran İslam Respublikasının vətəndaşı Bəxtiyar adlı şəxs ilə whatsapp sosial şəbəkə vasitəsi ilə danışmış və ondan 600 (altı yüz) manat dəyərində narkotik vasitə heroin, metadon həbləri və psixotrop maddə metamfetamin istəmiş və pulu həmin şəxsin ona göndərdiyi kart hesabına göndərmişdir. Həmin şəxs də, onların razılaşmasına əsasən narkotik vasitələri Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən xatırlamadığı yaşayış binasının blokunda giriş hissədə yerləşən qaz sayğacının içinə qoyacağını bildirmişdir. O, Bəxtiyar adlı şəxsin dediyi ünvandan narkotik vasitə heroini, metadon həblərini və psixotrop maddə metamfetamini götürüb yaşadığı ünvana gəlmişdir. Qeyd etmək istəyir ki, o, yaşadığı ünvanda tək yaşayır. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu məhəllədə yerləşən Sumqayıt şəhər TTYX-nin həyətində olan zaman ona mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişlər və onu narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğu üçün polis idarəsinə dəvət etmişlər və o, da etiraz etməyərək onlarla birlikdə heç bir etiraz etməyərək polis idarəsinə gəlmişdir. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynində olan gödəkcəsinin sağ yan cibində olan 02 (iki) ədəd bükümü, həmçinin sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd qara rəngli “Samsung” və 01 (bir) ədəd qara rəngli “Xiaomi” markalı mobil telefonları və 01 (bir) ədəd yaşadığı mənzilin açarını, sol iç yan cibində olan qəhvəyi rəngli pul qabının içərisində olan 121 (bir yüz iyirmi bir) manat pulu, 01 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 (bir) ədəd özünə məxsus sürücülük vəsiqəsini, 01 (bir) ədəd Renault Megane avtomobilə məxsus olan qeydiyyat şəhadətnaməsini, 01 (bir) ədəd Lukoil YDM-ə məxsus bonus kartını, 01 (bir) ədəd Beynəlxalq Banka məxsus bank kartını, 01 (bir) ədəd Rabitə Banka məxsus bank kartını, 01 (bir) ədəd Araz marketə məxsus bonus kartını, 01 (bir) ədəd Moruq Aptekə məxsus olan yaşıl rəngli kartı, 01 (bir) ədəd Xalq Banka məxsus olan bank kartını, 01 (bir) ədəd Kapital Banka məxsus olan bank kartını, 01 (bir) ədəd Qayalı marketə məxsus olan bonus kartını, 01 (bir) ədəd Asoil YDM-ə məxsus olan bonus kartını və 01 (bir) ədəd Umico alış-veriş kartını təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunmuş 02 (iki) ədəd şəffaf sellofanda olan bükümlər açılan zaman birinci bükümün içərisində qəhvəyi rəngli toz halında olan maddənin, ikinci bükümün içərisində isə ağ rəngli kristal şəklində olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, aşkar olunan qəhvəyi rəngli toz halında olan maddənin “kakos”, ağ rəngli kristal şəklində olan maddənin isə “patı” olduğunu, təxminən bir ay bundan qabaq internetdə tanış olduğu Bəxtiyar adlı İran vətəndaşından şəxsi istifadəsi üçün 05 (beş) qram patı, 15 (on beş) qram kakos aldığını, onlara ümumilikdə hər birini qramı 30 (otuz) manat olmaqla, 600 (altı yüz) manat pul verdiyini, pulu kart vasitəsilə göndərdiyini, həmin maddələri Bəxtiyar adlı İran vətəndaşının ona bildirdiyi istiqamət üzrə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən tanımadığı yaşayış binasının blokunda giriş hissədə yerləşən qaz sayğacının qabının içərisindən götürdüyünü, hazırda üzərindən aşkar olunan maddələrin həmin almış olduğu maddələrdən qalan hissə olduğunu bildirmiş, həmçinin hazırda üzərindən aşkar olunan maddələri Ramiz adlı tanışına satmaq üçün üzərində gəzdirdiyini qeyd etmişdir. Daha sonra üzərindən aşkar olunmuş həmin bükümlər tərəziyə qoyulub çəkilən zaman içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümün çəkisinin 0,51 qram, içərisində ağ rəngli kristal şəklində maddə olan bükümün çəkisinin isə 1,03 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bükümlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Həmçinin üzərindən aşkar edilmiş 01 (bir) ədəd qara rəngli “Samsung”, 01 (bir) ədəd qara rəngli “Xiaomi” markalı mobil telefonlar, 01 (bir) ədəd yaşadığı mənzilin açarı, 01 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 (bir) ədəd özünə məxsus sürücülük vəsiqəsi, 01 (bir) ədəd Renault Megane avtomobilə məxsus olan qeydiyyat şəhadətnaməsi, 01 (bir) ədəd Beynəlxalq Banka məxsus bank kartı, 01 (bir) ədəd Rabitə Banka məxsus bank kartı, 01 (bir) ədəd Xalq Banka məxsus olan bank kartı, 01 (bir) ədəd Kapital Banka məxsus olan bank kartı iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, habelə üzərindən aşkar edilmiş 121 (bir yüz iyirmi bir) manat pul, 01 (bir) ədəd Qayalı marketə məxsus olan bonus kartı, 01 (bir) ədəd Asoil YDM-ə məxsus olan bonus kartı, 01 (bir) ədəd Umico alış-veriş kartı, 01 (bir) ədəd Lunoil YDM-ə məxsus bonus kartı, 01 (bir) ədəd Araz marketə məxsus bonus kartı və 01 (bir) ədəd Moruq Aptekə məxsus olan yaşıl rəngli kart əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra üzərinə şəxsi axtarış keçirilən zaman o, başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirsə də, lakin şəxsi axtarışla bağlı çəkiliş bitdikdən sonra izahatının alınması zamanı o, şəxsi axtarış zamanı ona verilmiş sualı tam aydın başa düşmədiyini, həmçinin yaşadığı mənzildə də narkotik vasitə və psixotrop maddə olduğunu, mənzilində olan narkotik vasitələri və psixotrop maddələri də, İran vətəndaşı olan Bəxtiyar adlı şəxsdən almış olduğu maddələrdən qalan hissə olduğunu, mənzilində olan maddələri şəxsi istifadəsi üçün saxladığını, mənzildə olan maddələrin təxminən 2-3 qram olduğunu və “kakos”, “patı” olduğunu qeyd etmişdir. Daha sonra yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı etirazının olub-olmamasını sual olunduqda o, bununla bağlı heç bir etirazının, şikayət və tələbinin olmadığını qeyd edərək bununla bağlı ərizə yazmışdır. Daha sonra üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş və qablaşdırılmış yaşadığı mənzilin açarı zərurət yarandığından qablaşdırılmış zərfdən çıxarılaraq ona təqdim edilmişdir. Daha sonra üzərindən aşkar olunmuş maddələrdən bir qismini yaşadığı ünvanda saxladığını bildirdiyindən əməliyyat qrupu iştirakçıları ilə birlikdə yaşadığı ünvan 4 ünvana gəlmişlər və baxış keçirilmişdir. Yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək bununla bağlı olaraq hər hansı bir etirazı olub-olmadığı sual olunmuş, bu zaman o, heç bir etiraz və vəsatətinin olmadığını qeyd etmiş, yaşadığı mənzilin açarı ilə qapını açaraq iştirakçıları içəriyə dəvət etmişdir. Bundan sonra ona yaşadığı mənzilə baxış keçiriləcəyi bildirilərək mənzildə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman o, mənzilin yataq otağında girişdən sağda yerləşən termonun siyirtməsində olan plastik qabın içərisində olan qara rəngli sellofanın içərisində ağ rəngli kristal şəklində maddə olan bükümü və 01 (bir) ədəd qara rəngli “Aosai” markalı işlək vəziyyətdə olan elektron tərəzini təqdim etmişdir. Daha sonra isə tərəfindən digər bir plastik qab siyirmədən götürülərək açılan zaman həmin plastik qabın içərisində 02 (iki) ədəd şəffaf sellofanda olan bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlər açılan zaman birinci bükümün şəffaf sellofana bükülmüş və onun içərisində də qara rəngli sellofana bükülmüş halda olmaqla içərisində qəhvəyi rəngli yaş halda olan maddənin olduğu, ikinci bükümün isə şəffaf sellofana bükülmüş və onun da içərisində digər bir şəffaf sellofana bükülmüş halda olmaqla içərisində qəhvəyi rəngli yaş halda olan maddənin olduğu müəyyən edilmişdir. Həmçinin siyirtmədən digər bir karton qutu götürülərək həmin qutu açılan zaman içərisində 02 (iki) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəklində maddə olan bükümlərin, 01 (bir) ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümlərin, həmçinin 18 (on səkkiz) ədəd üzərində “Methadone 40” yazıları əks olunmuş həblərin olduğu müəyyən edilmişdir. Bundan başqa yataq otağında olan termonun kənarında divara kağız yapışqanla yapışdırılmış halda olan və içərisində maye olan 01 (bir) ədəd "tibbi şpris” aşkar edilərək götürülmüşdür. Sorğu zamanı o, yaşadığı mənzildən aşkar edilmiş qəhvəyi rəngli yaş və toz halında olan maddələrin “kakos”, ağ rəngli kristal şəklində olan maddələrin “patı, şüşə”, 18 ədəd həbin metadon həbləri olduğunu, içərisində maye olan 01 ədəd “tibbi şpris”in içərisindəki mayenin isə spirt olduğunu, qeyd olunan maddələri də İran vətəndaşı olan Bəxtiyar adlı şəxsdən aldığı maddələrdən qalan hissə olduğunu, mənzildən aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün saxladığını, həmçinin 01 (bir) ədəd qara rəngli “Aosai” markalı işlək vəziyyətdə olan elektron tərəzini isə narkotik maddə qəbul edərkən istifadə edəcəyi miqdarı müəyyən etmək və istifadə dozasını müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra yaşadığı mənzildən aşkar edilmiş birinci plastik qabda olan qara rəngli sellofana bükülü halda içərisində ağ rəngli kristal şəklində maddə olan büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 25,37 qram, ikinci plastik qabda olan 01 (bir) ədəd bükümdən birinci şəffaf sellofana bükülmüş və onun içərisində də qara rəngli sellofana bükülmüş halda olmaqla içərisində qəhvəyi rəngli yaş halda maddə olan büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 56,02 qram, ikinci şəffaf sellofana bükülmüş və onun da içərisində digər bir şəffaf sellofana bükülmüş halda olmaqla içərisində qəhvəyi rəngli yaş halda maddə olan büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 25,46 qram, karton qutuda olan 02 (iki) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəklində maddə olan bükümlərdən birinci bükümün çəkisinin 0,98 qram, ikinci bükümün çəkisinin 0,21 qram, ümumilikdə çəkisinin 1,19 qram, 01 (bir) ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə içərisində qəhvəyi rəngli toz halında maddə olan büküm çəkilən zaman həmin bükümün çəkisinin 0,31 qram olduğu müəyyən edilmişdir. Daha sonra yaşadığı mənzildən aşkar edilmiş həmin bükümlər, həmçinin 18 (on səkkiz) ədəd həbb və 01 (bir) ədəd içərisində maye olan “tibbi şpris” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Sumqayıt ŞPİ-nin, CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 mart 2023-cü il tarixdə Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunaraq müvafiq qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə saat 16:07 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu məhəllədə yerləşən TTYX-nin həyətində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs da özü üzərindəki 02 bükümü təqdim etmişdir. Həmin bükümlər açılan zaman birinci bükümün içərisində qəhvəyi rəngli toz halında olan maddənin, ikinci bükümün içərisində isə ağ rəngli kristal şəklində olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddələrin “kakos”, yəni heroin və “patı” yəni metamfetamin olduğunu, təxminən bir ay bundan qabaq internetdə tanış olduğu Bəxtiyar adlı İran vətəndaşının kartına 600 manat pul köçürməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddələri Bəxtiyar adlı İran vətəndaşının ona bildirdiyi istiqamət üzrə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən tanımadığı yaşayış binasının blokunda giriş hissədə yerləşən qaz sayğacının qabının içərisindən götürdüyünü, hazırda üzərindən aşkar olunan maddələrin həmin almış olduğu maddələrdən qalan hissə olduğunu bildirmişdir. Həmçinin hazırda üzərindən aşkar olunan maddələri Ramiz adlı tanışına satmaq üçün üzərində gəzdirdiyini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümlər tərəziyə qoyulub çəkilərək qablaşdırılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, o yaşadığı evə baxış keçirilməsinə dair etirazının olmadığına dair ərizə vermişdir. Sonra əməliyyat qrupunun iştirakçıları ilə Təqsirləndirilən şəxs və müdafiəçi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Habilə yaşadığı mənzilə baxış keçiriləcəyi bildirilərək sonuncuya yaşadığı mənzildə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs mənzildəki termonun siyirməsində olan plastik qabın içərisindəki sellofanın içərisində ağ rəngli kristal şəklində maddə olan bükümü, 01 ədəd qara rəngli “Aosai” markalı işlək vəziyyətdə olan elektron tərəzini təqdim etmişdir. Daha sonra isə digər bir plastik qab siyirmədən götürülərək açılan zaman həmin plastik qabın içərisində 02 ədəd şəffaf sellofanda olan bükümlər, həmçinin siyirmədən digər bir karton qutu götürülmüş, həmin qutu açılan zaman içərisində 02 ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristal şəklində maddə olan bükümlərin, 01 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümlərin, həmçinin 18 ədəd üzərində “Methadone 40” yazıları qeyd olunmuş həblərin olduğu müəyyən edilmişdir. Bundan başqa yataq otağında olan termonun kənarında divara kağız yapışqanla yapışdırılmış halda olan və içərisində maye olan 01 ədəd şpris aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş maddələrin də İran vətəndaşı olan Bəxtiyar adlı şəxsdən aldığı maddələrdən qalan hissə olduğunu, mənzildən aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün saxladığını, həmçinin 01 ədəd qara rəngli “Aosai” markalı işlək vəziyyətdə olan elektron tərəzini isə narkotik maddə qəbul edərkən istifadə edəcəyi miqdarı müəyyən etmək və istifadə dozasını müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələr və 01 ədəd içərisində maye olan şpris ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs qarşı nə o, nə də digər polis əməkdaşları tərəfindən heç bir təsir təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 və ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş Şahid2 ibtidai istintaqdakı ifadəsində məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdirlər. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 15 mart 2023-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında və diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqda videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X6 təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan 02 (iki) ədəd şəffaf sellofana bükülmüş bükümləri, həmçinin sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd qara rəngli “Samsung” və 01 (bir) ədəd qara rəngli “Xiaomi” markalı mobil telefonları və 01 (bir) ədəd yaşadığı mənzilin açarını, sol iç yan cibində olan qəhvəyi rəngli pul qabının içərisində olan 121 (bir yüz iyirmi bir) manat pulu, 01 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 (bir) ədəd özünə məxsus sürücülük vəsiqəsini, 01 (bir) ədəd Renault Megane avtomobilə məxsus olan qeydiyyat şəhadətnaməsini, 01 (bir) ədəd Lunoil YDM-ə məxsus bonus kartını, 01 (bir)ədəd Beynəlxalq Banka məxsus bank kartını, 01 (bir) ədəd Rabitə Banka məxsus bank kartını, 01 (bir) ədəd Araz marketə məxsus bonus kartını, 01 (bir) ədəd Moruq Aptekə məxsus olan yaşıl rəngli kartı, 01 (bir) ədəd Xalq Banka məxsus olan bank kartını, 01 (bir) ədəd Kapital Banka məxsus olan bank kartını, 01 (bir) ədəd Qayalı marketə məxsus olan bonus kartını, 01 (bir) ədəd Asoil YDM-ə məxsus olan bonus kartını və 01 (bir) ədəd Umico alışveriş kartını təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunuş 01 (bir) ədəd şəffaf sellofanda olan bükümlər açılan zaman birinci bükümün içərisində qəhvəyi rəngli toz halında olan maddənin, ikinci bükümün içərisində isə ağ rəngli kristal şəklində olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan qəhvəyi rəngli toz halında olan maddənin “kakos”, ağ rəngli kristal şəklində olan maddənin isə “patı” olduğunu, təxminən 01 (bir) ay bundan qabaq internetdə tanış olduğu Bəxtiyar adlı İran vətəndaşından şəxsi istifadəsi üçün 05 (beş) qram patı, 15 (on beş) qram kakos aldığını, onlara ümumilikdə hər birini qramı 30 (otuz) manat olmaqla 600 (altı yüz) manat pul verdiyini, pulu kart vasitəsilə göndərdiyini, həmin maddələri Bəxtiyar adlı İran vətəndaşının ona bildirdiyi istiqamət üzrə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən tanımadığı yaşayış binasının blokunda giriş hissədə yerləşən qaz sayğacının qabının içərisindən götürdüyünü, hazırda üzərindən aşkar olunan maddələrin həmin almış olduğu maddələrdən qalan hissə olduğunu bildirmiş, həmçinin hazırda üzərindən aşkar olunan maddələri Ramiz adlı tanışına satmaq üçün üzərində gəzdirdiyini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümlər tərəziyə qoyulub çəkilən zaman içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümün çəkisinin 0,51 qram, içərisində ağ rəngli kristal şəklində maddə olan bükümün çəkisinin isə 1,03 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bükümlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş 01 (bir) ədəd qara rəngli “Samsung”, 01 (bir) ədəd qara rəngli “Xiaomi” markalı mobil telefonlar, 01 (bir) ədəd yaşadığı mənzilin açarı, 01 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 (bir) ədəd özünə məxsus sürücülük vəsiqəsi, 01 (bir) ədəd Renault Megane avtomobilə məxsus olan qeydiyyat şəhadətnaməsi, 01 (bir) ədəd Beynəlxalq Banka məxsus bank kartı, 01 (bir) ədəd Rabitə Banka məxsus bank kartı, 01 (bir) ədəd Xalq Banka məxsus olan bank kartı, 01 (bir) ədəd Kapital Banka məxsus olan bank kartı iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş 121 (bir yüz iyirmi bir) manat pul, 01 (bir) ədəd Qayalı marketə məxsus olan bonus kartı, 01 (bir) ədəd Asoil YDM-ə məxsus olan bonus kartı, 01 (bir) ədəd Umico alış-veriş kartı, 01 (bir) ədəd Lunoil YDM-ə məxsus bonus kartı, 01 (bir) ədəd Araz marketə məxsus bonus kartı və 01 (bir) ədəd Moruq Aptekə məxsus olan yaşıl rəngli kart əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. (iş vərəqləri 31-32) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürülməsi barədə və diskə baxış keçirilməsi haqqlnda protokoldan görünür ki, Təqsirləndirilən şəxsunun mənzilində olan narkotik maddələrin də İran vətəndaşı olan Bəxtiyar adlı şəxsdən almış olduğu maddələrdən qalan hissə olduğunu, mənzilində olan maddələri şəxsi istifadəsi üçün saxladığını, mənzildə olan maddələrin təxminən 2-3 qram olduğunu və “kakos”, “patı” olduğunu qeyd etmişdir. Daha sonra ona yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı etirazının olub-olmamasını sual etdikdə o bununla bağlı heç bir etirazının, şikayət və tələbinin olmadığını qeyd edərək bununla bağlı ərizə ilə müraciət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ondan aşkar edilərək götürülmüş və qablaşdırılmış yaşadığı mənzilin açarı zərurət yarandığından qablaşdırılmış zərfdən çıxarılaraq sonuncuya təqdim edilmişdir. Təqsirləndirilən şəxs izahatı ilə bağlı qeyd edilənlər zamanı videoçəkilişdən istifadə olundu və video çəkilişin müddəti saat 19:10-dan 19:23-dək davam etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrdən bir qismini yaşadığı ünvanda saxladığını bildirdiyindən əməliyyat qrupu iştirakçıları ilə birlikdə onun yaşadığı ünvan 4 ünvanına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək sonuncuya bununla bağlı olaraq hər hansı bir etirazı olub-olmadığı sual olundu, həmin şəxs isə bu barədə heç bir etiraz və vəsatətinin olmadığını qeyd etmiş və yaşadığı mənzilin açarı ilə qapını açaraq iştirakçıları içəriyə dəvət etmişdir. Baxış keçirilən zaman mənzilin binanın 9-cu mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Daha sonra mənzilə daxil olan zaman mənzilin giriş hissədə dəhlizdən solda sanitar qovşaqdan, sonra isə yataq otağından, yataq otağına bitişik sağda isə ümumi zaldan ibarət olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçiriləcəyi bildirilərək sonuncuya yaşadığı mənzildə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs mənzilin yataq otağında girişdən sağda yerləşən termonun siyirməsində olan plastik qabın içərisində olan qara rəngli sellofanın içərisində ağ rəngli kristal şəklində maddə olan bükümü və 01 (bir) ədəd qara rəngli “Aosai” markalı işlək vəziyyətdə olan elektron tərəzini təqdim etmişdir. Daha sonra isə digər bir plastik qab siyirmədən götürülərək açılan zaman həmin plastik qabın içərisində 02 (iki) ədəd şəffaf sellofanda olan bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlər açılan zaman birinci bükümün şəffaf sellofana bükülmüş və onun içərisində də qara rəngli sellofana bükülmüş halda olmaqla içərisində qəhvəyi rəngli yaş halda olan maddənin olduğu, ikinci bükümün isə şəffaf sellofana bükülmüş və onun da içərisində digər bir şəffaf sellofana bükülmüş halda olmaqla içərisində qəhvəyi rəngli yaş halda olan maddənin olduğu müəyyən edilmişdir. Həmçinin siyirmədən digər bir karton qutu götürülərək həmin qutu açılan zaman içərisində 02 (iki) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəklində maddə olan bükümlərin, 01 (bir) ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümlərin, həmçinin 18 (on səkkiz) ədəd üzərində “Methadone 40” yazıları əks olunmuş həblərin olduğu müəyyən edilmişdir. Bundan başqa yataq otağında olan termonun kənarında divara kağız yapışqanla yapışdırılmış halda olan və içərisində maye olan 01 ədəd “tibbi şpris” aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş qəhvəyi rəngli yaş və toz halında olan maddələrin “kakos”, ağ rəngli kristal şəklində olan maddələrin “patı, şüşə”, 18 (on səkkiz) ədəd həbin metadon həbbləri olduğunu, içərisində maye olan 01 (bir) ədəd “tibbi şpris”in içərisindəki mayenin isə spirt olduğunu, qeyd olunan maddələrin də İran vətəndaşı olan Bəxtiyar adlı şəxsdən aldığı maddələrdən qalan hissə olduğunu, mənzildən aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün saxladığını, həmçinin 01 (bir) ədəd qara rəngli “Aosai” markalı işlək vəziyyətdə olan elektron tərəzini isə narkotik maddə qəbul edərkən istifadə edəcəyi miqdarı müəyyən etmək və istifadə dozasım müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş birinci plastik qabda olan qara rəngli sellofana bükülü halda içərisində ağ rəngli kristal şəklində maddə olan büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 25,37 qram, ikinci plastik qabda olan 02 (iki) ədəd bükümdən birinci şəffaf sellofana bükülmüş və onun içərisində də qara rəngli sellofana bükülmüş halda olmaqla içərisində qəhvəyi rəngli yaş halda maddə olan büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 56,02 qram, ikinci şəffaf sellofana bükülmüş və onun da içərisində digər bir şəffaf sellofana bükülmüş halda olmaqla içərisində qəhvəyi rəngli yaş halda maddə olan büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 25,46 qram, karton qutuda olan 02 (iki) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəklində maddə olan bükümlərdən birinci bükümün çəkisinin 0,98 qram, ikinci bükümün çəkisinin 0,21 qram, ümumilikdə çəkisinin 1,19 qram, 01 (bir) ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə içərisində qəhvəyi rəngli toz halında maddə olan büküm çəkilən zaman həmin bükümün çəkisinin 0,31 qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş həmin bükümlər, həmçinin 18 (on səkkiz) ədəd həbb və 01 (bir) ədəd içərisində maye olan “tibbi şpris” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİNnin 124 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. (iş vərəqləri 34-36) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən yuxarıda protokollarda qeyd olunan hallar və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-fizikikimyəvi ekspertizasının 16 mart 2023-cü il tarixli, 6/1603 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №236” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan; Üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,931 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,451 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,864 qram, 0,149 qram, 21,090 qram ümumi təmiz çəkisi 22,103 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 03 ədəd bükümdə ayrı-aurılıqda təmiz çəkisi 0,238 qram, 48,825 qram ümumi təmiz çəkisi 72,293 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Methadone-40” göstəricisi olan konvalyut kəsiyində ümumilikdə 18 (on səkkiz) ədəd qəhvəyi rəngli dairəvi formalı həbblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,72 (01 (bir) ədəd həbdə 0,04 qram) təşkil edir.01 (bir) ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş 01 ml həcmində mayenin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməmişdi. Təqdim edilmiş 04 (dörd) ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqdim edilmiş 04 (dörd) ədəd bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 73,224 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 73,024 qram Qeyd: Metamfetaminin təmiz çəkisi - 22,554 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 22,354 qram Qeyd: Mayenin miqdarı - 1 ml, tədqiqata sərf edildi - 0,5 ml, qalıq - 0,5 ml Qeyd: Metadon həblərinin sayı - 18 ədəd, tədqiqata sərf edildi - 3 ədəd, qalıq - 15 ədəd. (İş vərəqləri 48-53) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 05 aprel 2023-cü il tarixli, 1914 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş vərəqləri 142-143) Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 73,024 qram narkotik vasitə heroin, 22,354 qram psixotrop maddə metramfetamin, 15 (on beş) ədəd metadon həbbləri, 01 (bir) ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk və yaşadığı ünvana keçirilmiş baxışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (İş vərəqləri 112-113) Cinayət işinin materiallarına əlavə olunmuş ”Azercell” MMC-dən daxil olmuş CD dsikə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** mobil telefon nömrə Şahid1, ***-***-**-** mobil telefon nömrə X7 və ***-***-**-** mobil telefon nömrə X9 məxsus olduğu görünür. ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisinin xx.xx.2023-cü il tarixdə saat 17:06:44 radələrində Sumqayıt ünvanında olması görünür. Qeyd olunan tarixdə saat 16:07:00 radələrində məlumat görünmür. ***-***-**-** mobil telefon nömrəsinin istifadəçisinin xx.xx.2023-cü il tarixdə saat 17:06:44 radələrində Sumqayıt ünvanında olması görünür. Qeyd olunan tarixdə saat 16:07:00 radələrində məlumat görünmür. X8 anten məlumatları görünmür. (İş vərəqləri 115-117) Cinayət işinə əlavə olunmuş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 055 ***-**-** mobil telefon nömrə X1, ***-***-**-** mobil telefon nömrə Təqsirləndirilən şəxs, 050- ***-**-** mobil telefon nömrə Şahid1, ***- ***-**-** mobil telefon nömrə Təqsirləndirilən şəxs məxsus olduğu görsənir və 055 ***-**-** mobil telefon nömrə xx.xx.2023-cü il tarixdə saat 16:03:39 radələrində Sumqayıt şəhəri, Azərbaycan Prospekti 2 ünvanında olması görsənir. Qeyd olunan tarixdə saat 16:07:00 radələrində məlumat görsənmir. 16:29:42 radələrində Sumgayit ünvanında olması görsənir, 055 ***-**-** mobil telefon nömrə xx.xx.2023-cü il tarixdə saat 16:00:42 radələrində ünvan 6 ünvanında olması görsənir. Qeyd olunan tarixdə saat 16:07:00 radələrində məlumat görsənmir. 16:16:17 radələrində ünvan 6 ünvanında olması görsənir, ***-***-**-** mobil telefon nömrə xx.xx.2023-cü il tarixdə saat 16:03:20 radələrində ünvan 6 ünvanında olması görsənir. Qeyd olunan tarixdə saat 16:07:00 radələrində məlumat görsənmir. 16:57:08 radələrində ünvan 6 ünvanında olması görsənir və ***-***-**-** mobil telefon nömrə xx.xx.2023-cü il tarixdə saat 15:46:05 radələrində ünvan 6 ünvanında olması görsənir. Qeyd olunan tarixdə saat 16:07:00 radələrində məlumat görsənmir. 16:37:34 radələrində ünvan 6 ünvanında olması görsənir. (İş vərəqləri 133-136) Cinayət işinə əlavə olunmuş iş üzrə əməliyyat tapşırığı verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və elektron tərəzini haradan və kimdən əldə etməsi, eləcə də narkotik vasitələri və psixotrop maddələri kimlərə satıb-satmaması, bundan başqa əvvəllər narkotik vasiətlərin satışı ilə məşğul olub olmaması, həmçinin onun həyat tərzi, cinayət əlaqələri, bundan əlavə hər-hansı cinayətin törədilməsində iştirakının olub-olmaması əməliyyat tədbirləri ilə yoxlanılmış, lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satması və ya onda aşkar olunmuş narkotik vasitə olan heroini, psixotrop maddə metamfetamini və metadon həblərini satacağı şəxs və ya şəxlərin şəxsiyyəti və olduğu yerin müəyyən edilməsi istiqamətində heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. (İş vərəqləri 111) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DlN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Cinayət məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2, 177.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. (İş vərəqləri 97-98) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi tanıyır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsassən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən onun narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, həmçinin onun üzərindən və yaşadığı mənzildən müxtəlif növlərdə narkotik, psixotrop vasitə və həblərin aşkarlanmasını da nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib üzərindən aşkar edilmiş narkotik maddə və psixotrop vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyinə, həmçinin yaşadığı mənzildən aşkar olunmuş narkotik maddə, psixotrop vasitə və həblərin ona məxsus olmaması barədə ifadəsindəki xüsusatlara dair göstərdiklərinə tənqidi yanaşaraq məhkəmə qeyd edir ki, təqsirəldirilən şəxsin göstərdiyi dəlillər müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsidir, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirilməlidir. Onun törətdiyi əməl yuxarıda sadalanan və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. O, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu 15 mart 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 73,024 qram narkotik vasitə heroin, 22,354 qram psixotrop maddə metamfetamin, 15 (on beş) ədəd metadon həbbləri, 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, iş materiallarında olan 02 (iki) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 73,024 qram narkotik vasitə heroin, 22,354 qram psixotrop maddə metramfetamin, 15 (on beş) ədəd metadon həbləri və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-219/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-219/2024
12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver