Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-219/2025 10.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bərdə rayonunun Hacallı kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Bərdə rayonunun Muğanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən rəsmi nikah münasibətində olduğu arvadı-1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bir neçə ay əvvəl onun mütəmadi spirtli içki qəbul edib mübahisə yaratmasından bezərək, azyaşlı qızını da götürüb yaşadıqları evi tərk etdikdən sonra qeyd olunan hərəkətlərinə davam etdiyindən Zərərçəkmiş şəxs ondan boşanmaq fikrində olduğunu bildikdən sonra arvadını bu fikirdən daşındırmaq niyyəti ilə bir neçə dəfə də mübahisə edib, sonuncu ilə danışıb ondan boşanacağı təqdirdə qəsdən öldürmək qərarına gələrək xx.xx.2024-cü il tarixdə saat 13 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Osman Sarıvəlli küçəsində görüb, arvadı ilə söhbət edərkən sonuncunun ondan boşanmaq fikrinin qəti olduğunu öyrəndikdən sonra arvadını öldürmək niyyətini qətiləşdirərək bu məqsədlə əvvəlcədən götürüb üzərində gəzdirdiyi tiyəsinin uzunluğu 118 mm, dəstəyinin uzunluğu 107 mm olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağından istifadə etməklə müstəsna qəddarlıq nümayiş etdirərək, zərərçəkmişə xüsusi ağrılar yetirdiyini dərk edib, həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən, yəni döş qəfəsinin sağ plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd, qarın nahiyəsinin periton boşluğuna nüfuz edən dalağı və nazik bağırsağı yaralayan 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları kimi həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər, həmçinin döş qəfəsinin plevra boşluğuna nüfuz etməyən 4 (dörd) ədəd, qarın nahiyəsinin periton boşluğuna nüfuz etməyən 2 (iki) ədəd, sol çiyin qurşağının 1 (bir) ədəd, sol bazu nahiyəsinin 3 (üç) ədəd, sol dirsək oynağı nahiyəsinin 3 (üç) ədəd, sol said nahiyəsinin 2 (iki) ədəd, sağ said nahiyəsinin 1 (bir) ədəd, sağ əlin arxa səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları kimi həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid çoxsaylı, yəni cəmi 21 bıçaq xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs və ətrafda olan insanların ona müqavimət göstərib növbəti zərbələr endirməsinə imkan verməmələri və zərərçəkmişə vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi ilə həyatı xilas edilməsi səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəlmiş hərəkətini başa çatdıra bilməməklə sonuncunu xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun həyat yoldaşı Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, aralarında mübahisələr olmuş, belə ki, həyat yoldaşı Zərərçəkmiş şəxs işləmək istəmiş, o da onu marketdə işə düzəltmişdir. Sonra onun telefonunda başqa şəxslə yazışmalarını tutmuş, qardaşı Şahid2 çağırmış və olanları danışmışdır. Qardaşı onu döyüb telefonunu sındırmışdır. Zərərçəkmiş şəxs and içmişdir ki, bir daha olmayacaq. O da telefon alıb vermişdir. 4-5 ay sonra bu hərəkəti yenə təkrarlamışdır. Evdən qaçmış, qohum evində qalmış, gecə vaxtı qardaşıyla evinə gedib gətirmişlər. Qardaşı yenə telefonunu sındırmış, onu döymüş, sonra Zərərçəkmiş şəxs yenə evdən qaçmış və qızlarını ondan xəbərsiz və icazəsiz rayona göndərmişdir. Atasına da zəng edib olanları danışmış, demişdir ki, 1 aydır qaldığı qohum evində onun 2 dayısının oğlanları yaşamışdır, düzgün deyil, o zaman atası onu dinləməmişdir. Bu dəfə qonşuda qalmış, o getmişdir ki, danışıb həll etsinlər. Onun üstündə bıçaq olmamış, evdən gətirmişdir. Ona nalayiq ifadələr demişdir. Onu qorxutmaq istəmişdir, öldürmək yox. Nə qədər bıçaq zərbəsi vurduğu yadında olmamış, amma sonra çox peşman olmuşdur. Sonra Zərərçəkmiş şəxs maşında xəstəxanaya aparmışlar. O, içən biri olmamış, öz səhvlərini gizlətmək üçün ona şər atmışlar. O özü təslim olmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs küçədə bıçaqlamışdır. Qonşu qadının yanında onun ünvanına nalayiq ifadələr işlətmiş, ona belə sözlər deməməyini, qadının yad olduğunu demiş, çox əsəbləşmiş, sonra gedib bıçağı götürmüşdür. Hadisə zamanı həyat yoldaşının yanında qonşu Şahid1 olmuşdur. Ona mane olmuşdur ki, əməli törətməsin, qışqırmışdır. Hadisədən sonra hadisə yerinə qonşular yığılmış, düzü hər şeyi detallı xatırlamamışdır. Zərərçəkmiş şəxsin özü yaxşı bilmiş, elədiyi əmələ görə bu əməli törətmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 2015-ci ildə X5 ilə ailə həyatı qurmuş, bu nikahdandan bir qız övladı dünyaya gəlmişdir. Övladının hal hazırda 9 yaşı var. Şəbnəmlə əvvəllər münasibəti yaxşı olmuş, hər ailədə olduğu kimi onların da ailəsində də söz-söhbətlər olmuşdur. 2023-cü ilin avqust ayında Şəbnəmin mobil telefonda başqa kişi ilə yazışmasını görmüşdür. Həmin vaxt qardaşı Şahid2 zəng edib bacısının belə əməl etməsini və ünvanlarına gəlməsini bildirmişdir. Cavanşir ünvanlarına gəldikdən sonra sonuncuya yazışmanı göstərmişdir. Cavanşir də bacısını döyərək, mobil telefonu sındırmışdır. Bu hadisənin olmasına baxmayaraq övladı olduğu üçün Şəbnəmdən ayrılmamış və birlikdə yaşamışlar. Bir müddət sonra Şəbnəm ona yalvararaq evlərində olan dini kitab “Quran”a and içərək bir daha xəyanət etməyəcəyini demişdir. Şəbnəmə inanıb ailəsinin dağılmaması naminə bağışlamış və sonuncuya mobil telefon almışdır. Təxminən 3-4 ay əvvəl hadisə yenidən təkrarlanmışdır. Həmin vaxt Şəbnəmi döyərək evdən qovmuş, bu barədə qardaşına zəng etmiş və çağırmışdır. Cavanşirlə birlikdə Şəbnəmi evə gətirmişlər. Həmin vaxt Cavanşir yenidən Şəbnəmi döymüşdür. Həmin vaxt yenə Şəbnəm and içərək bir daha etməyəcəyini demişdir. Təxminən 2-3 gün sonra Şəbnəm onunla yaşamayacağını deyərək, qonşuya gedərək orada qalmışdır. Bundan sonra Şəbnəmlə mütəmadi olaraq mübahisə etmişlər. Şəbnəmlə ayrılmasa da, övladını görmək üçün sonuncu ilə mübahisə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində qonşu Turanəgilə getmişdir. Həmin vaxt Turanə ilə Şəbnəm küçədə yol ilə getmişlər. Şəbnəmə yaxınlaşaraq nə üçün övladını göstərmədiyini soruşmuşdur. Şəbnəm onunla qəzəbli formada danışaraq övladını ona göstərməyəcəyini demiş və ölən anası və atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Bu söyüşlərdən sonra özündən çıxaraq evinə tərəf getmiş və evdə mətbəxdən mətbəx bıçağını götürərək onların yanına qayıtmışdır. Həmin vaxt onlar hərəkət etmişlər. Bıçağı gizlədərək Şəbnəmlə təmkinli danışsa da sonuncu söyüş söyməyə davam etmişdir. Həmin vaxt bıçağı cibindən çıxarıb Şəbnəmə onu vuracağını demişdir. Şəbnəm "əgər kişisənsə vur” dedikdən sonra küçədə darvazanın yanında sonuncunun müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirmişdir. Şəbnəm söyə-söyə təxminən 10 metr uzaqlaşsa da yenidən sonuncunun yanına gedərək bıçaqlamışdır. Daha sonra Şəbnəm yenə onun yanından söyə-söyə uzaqlaşmışdır. Yenə Şəbnəmin yanına gedərək, yenidən bıçaq zərbələri yetirmişdir. Daha sonra Şəbnəmə yazığı gəldiyi üçün sonuncunu taksiyə əyləşdirərək, xəstəxanaya yola salmışdır. Özü də bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, əlində olan bıçağı da yerə atmışdır. Təqsirləndirilən şəxs ifadəsində niyyətinin Şəbnəmi söyüş söydüyünə görə qorxutmaq olduğunu, sonuncunu öldürmək kimi niyyətinin olmadığını bildirmişdir. Hadisə vaxtı özündə olmadığına görə Şəbnəmin hansı nahiyələrinə bıçaqla xəsarət yetirməyi yadında olmamışdır. Lakin təxminən 3-4 dəfə Şəbnəmə bıçaq vurmağı yadınadır. Həmin vaxt orada Turanə, Zəfər və adını bilmədiyi qonşular olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə ailə həyatı qurmuş, bu nikahdan bir qızları (2016-cı il təvəllüdlü Mülayim) dünyaya gəlmişdir. Evləndikdən sonra Anarın bir neçə dəfə məhkumluğu olmuşdur. 2017-ci ildə ailəvi Abşeron rayonu, Xırdalan şəhərinə köçmüşlər. Burada da Anar fəhləlik edərək pul qazanmışdır. Son 2-3 il ərzində Anar ümumiyyətlə işləməmişdir. Bundan sonra ailədaxili münasibətləri pisləşməyə başlamışdır. Anar həmçinin tez-tez spirtli içki qəbul etdiyindən evdə mübahisələr yaratmışdır. Təxminən 2024-cü ilin aprel ayında Anarla çox kəskin şəkildə dalaşmışdır. Həmin vaxt Anar yenə də spirtli içkinin təsiri altında olmuşdur. Bu mübahisədən sonra Anarla ayrılmaq qərarına gəlmiş və Mülayimi də götürüb qohumları Vüsal adlı şəxsin evində qalmağa başlamışdır. Həmin evdə qaldığı müddət ərzində də Anar yenə də həmin evə içkili vəziyyətdə gəlib mübahisə etmişdir. Anardan boşanmaq fikrini qətiləşdirdiyi üçün sonuncu buna mane olmaq istəyərək tez-tez mübahisə yaratmışdır. Vüsalın ailəsinə daha çox narahatçılıq verməməkdən ötrü oradan çıxaraq rəfiqəsi Şahid1 yaşadığı Abşeron rayonu, Quşçuluq yaşayış massivində yerləşən evə köçmüşdür. Mülayim də onunla birlikdə gəlmişdir. Turanənin yaşadığı ev Anarın yaşadığı evin yaxınlığında yerləşmişdir. Anar demək olar ki, hər axşam Turanənin evinə gələrək mübahisə etmişdir. Hətta bu mübahisələr zamanı bəzən ona xəsarətlər də yetirmişdir. Həmişə də Anar spirtli içkinin təsiri altında olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Turanə ilə evin yerləşdiyi küçə ilə işə gedən zaman Anarın yaşadığı evin qarşısından keçəndə sonuncu birdən darvazadan küçəyə çıxaraq onlara yaxınlaşmışdır. Anar Turanəyə “sən qabaqla get, mənim Şəbnəmlə işim var” demişdir. Turanə bundan sonra bir az qabağa gedərək uzaqlaşmışdır. Anar bundan sonra “sənin fikrin nədir?” demişdir. Cavabında Anara “səndən boşanıram” demişdir. Anar daha sonra “səni ancaq məndən ölüm ayıra bilər” demişdir. Bundan sonra Anarın onun qarın nahiyəsindən bıçaqla xəsarət yetirdiyini hiss etmişdir. Anar xəsarətlər yetirərkən “sən ölməlisən” demişdir. Bir neçə dəfə də xəsarət yetirdikdən sonra Anardan aralanıb qaçmağı bacarmışdır. Lakin təxminən 10-20 metr aralıda Anar yenidən çataraq onu əlləri ilə boğmağa çalışmışdır. Bu zaman Turanə Anara mane olmaq üçün qışqırmışdır. Ətrafda olan şəxslərdən bəziləri Anarı tutaraq oradan uzaqlaşdırmışlar. Turanə onu taksi ilə X11 aparmışdır. Yolda olarkən huşu yavaş-yavaş getməyə başlasa da tam özünü itirməmişdir. Xəstəxanada onu əməliyyat etmişlər və təxminən 10 gün xəstəxanada qalmışdır. Anar əsasən onun qarın nahiyəsindən və döş qəfəsindən xəsarətlər yetirmiş, xəsarətlərin dəqiq sayını bilməsə də ən azı 5-6 xəsarət yetirmişdir. Anarın ona xəsarət yetirməkdə məqsədi onu öldürmək istəməsi olmuşdur. Çünki Anar xəsarət yetirərkən “sən ölməlisən” sözünü işlətmiş, həmçinin orada olan insanların köməkliyi ilə Anarı ondan uzaqlaşdırmışlar. Əgər həmin şəxslər olmasa Anar öz məqsədinə nail olacaqmış. Anardan boşanmaq üçün ondan ayrı yaşamışdır. Anar isə ondan boşanmaq istəməmişdir. Anarın mütəmadi spirtli içki qəbul edərək mübahisələr yaratması ailələrinin dağılmasının əsas səbəbi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusu, Təqsirləndirilən şəxs isə sonuncunun həyat yoldaşıdır. Onlarla hər hansı bir qohumluq münasibəti və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs ilə qonşu kimi normal münasibəti olmuşdur. Sonuncu ilə söhbət zamanı Şəbnəm həmişə əri Anardan şikayət etmişdir. Anarın spirtli içki düşkünü olduğunu bu səbəbdən də yola getmədiklərini demişdir. Dəqiq xatırlamadığı bir vaxtda Şəbnəm evdən çıxıb getmiş, uzun müddət onu görməmişdir. Hadisə baş verdiyi vaxtdan təxminən 1 həftə əvvəl Şəbnəm onlara gəlib bir müddət qalacağını, özünə kirayə ev tapacağını bildirmişdir. Şəbnəmlə münasibəti olduğu üçün buna etiraz etməmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Şəbnəmlə birlikdə evdən çıxmışlar. Şəbnəm işə, o isə evinə bazarlıq üçün getmişdir. Həmin vaxt Anar da öz yaşadığı evdən çıxıb onların arxası ilə gəlmişdir. Şəbnəm ondan irəlidə getməyini, əri ilə söhbət edəcəyini dediyindən irəlidə getmişdir. Küçənin axırına çatan zaman Şəbnəm və Anar ondan 10 metr məsafədə dayanıb söhbət etmişlər. Anar Şəbnəmdən qayıtmağını istəmişdir. Lakin Şəbnəm buna razı olmamışdır. Bir müddət sonra Anar uca səslə Şəbnəmin üstünə qışqırmış, daha sonra cibindən bıçaq çıxarıb Şəbnəmin bədəninin müxtəlif hissələrinə xəsarət yetirmişdir. Qorxduğu üçün qışqırmışdır. Şəbnəm Anarın əlindən çıxıb irəliyə doğru hərəkət etmişdir. Həmin vaxt məəttəl qalaraq onları izləmişdir. Anarın hirsi soyumayıb yenidən Şəbnəmi tutaraq sonuncuya yenidən bıçaq zərbələri yetirmişdir. Daha sonra bıçağı kənara atmışdır. Həmin vaxt Şəbnəm yenə onun əlindən çıxaraq qaçmışdır. Anar onu yenidən tutmuşdur. Anarın əlində bıçaq olmadığını görüb sonuncunu itələmiş və Şəbnəmi taksi vasitəsi ilə xəstəxanaya aparmışdır. Hadisə vaxtı ətrafda tanıdığı heç kim olmamış, mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən Abşeron rayonu, Quşçuluq yaşayış massivi ərazisində bıçaqlanaraq xəsarət yetirilən 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı ilə Anar 2015-ci ildə ailə həyatı qurmuş, bu nikahdan onların Mülayim adlı qızları dünyaya gəlmişdir. Bacısıgilin ailədaxili münasibətləri əvvəllər yaxşı olsa da, Anarın spirtli içki qəbul etməsi və son dövrlərdə işləməməsi səbəbindən ailədaxili münasibətləri pisləşməyə başlamışdır. Əvvəllər bacısıgil Bərdə rayonunda yaşasalar da, 2017-ci ildən Xırdalan şəhərində yaşamışlar. Anar əvvəllər fəhləlik edərək pul qazanmışdır. Anarın qeyd etdiyi hərəkətlərinə dözməyən bacısı təxminən aprel ayında sonuncudan ayrılaraq başqa evdə yaşamağa başlamışdır. Lakin Anar həmin evdə də bacısına rahatlıq verməmişdir. Bunun əsas səbəbi bacısının Anardan boşanmaq istəməsi, sonuncunun isə buna etiraz etməsi olmuşdur. Anar spirtli içki aludəçisi olduğundan ailədə tez-tez mübahisələr yaratmışdır. Bu səbəbdən də bacısı Anarın bu hərəkətlərinə tab gətirə bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində iş yoldaşı Arifə “Anar bacını bıçaqlayıb” demişdir. Həmin vaxt işdə olmuş, bunu bildikdən sonra dərhal işdən çıxaraq X11 getmişdir. Oraya çatdıqda Şəbnəmə orda tibbi yardım göstərdiklərini görmüşdür. Daha sonra Şəbnəm əməliyyat olunmuş və təxminən 10 gün xəstəxanada müalicə almışdır. Anarın bacısına xəsarət yetirməkdə məqsədi bacısını öldürmək olmuşdur. Çünki bacısının kifayət qədər xəsarəti olmuşdur. Bunun səbəbi isə Anarın pis vərdişlərinə görə Şəbnəmin ondan boşanmaq istəməsi olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron RPİ-nin məsul növbətçisi, polis leytenantı E.Əhmədovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək arvadı Zərərçəkmiş şəxs bıçaqlaması barədə məlumat vermişdir. (İş vər.: İ c. 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 03 iyul 2025-ci il tarixli “baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsidir. Hadisə yerindən Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 ədəd bıçaq götürülmüşdür. (cild 1, iş vərəq 9-14) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli, 2/35954 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokol”undan aydın olur ki, Təqsirləndirilən şəxs hadisə vaxtı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur.(İş vər.: İ c. 6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbikriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 339/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X3 məxsus köynək üzərində çoxsaylı dəlib-keçən zədələr və büstqalter üzərində isə 01 (bir) ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədələrin forma, xarakter və morfoloji əlamətlərinə görə demək olar ki, buz zədələr deşilmiş-kəsilmiş zədələr olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin(lərin) təsirindən əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində aşkar edilmiş çoxsaylı deşilmiş-kəsilmiş və büstqalter üzərində olan 01 ədəd deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçaqla yetirildiyini müəyyən etmək üçün təqdim edilmiş bıçaq ilə eksperiment aparılmalı idi. Lakin təqdim olunmuş bıçağın tiyəsinin ucu əyri olduğundan və eksperiment olunduqda morfoloji xüsusiyyətlərini itirdiyinə görə eksperiment aparmaq mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məhkəmə- tibbi ekspertizasına dair ekspert rəyi təqdim olunmadığında görə Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş zədələrin onun bədənində olan xəsarətlərlə eyni sayda olub-olmaması haqqında fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş bıçağın ölçüsü, forması və konstruktiv xüsusiyyətləri, hazırlanma materialı və qaydası, tiyənin və dəstəyinin üzərində olan təsvirlərin həkk olunma qaydasına görə demək olar ki, bıçaq zavod üsulu ilə hazırlanmışdır. Ekspertizaya təqdim edilmiş bıçaqla E.N.Tixonovun “Soyuq silahların kriminalistik ekspertizası” adlı ədəbiyyatında olan sənaye və kustar üsulu ilə hazırlanmış, tiyəli soyuq silahlar, ov bıçaqları, təsərrüfat-məişət və xüsusi təyinatlı bıçaqların əlamətləri arasında müqayisəli tədqiqat aparıldı. Məlum oldu ki, forma və konstruktiv xüsusiyyətlərinə görə təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici- kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur.(İş vər.: İ c. 100-108) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli, 2092 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd, qarın nahiyəsinin periton boşluğuna nüfuz edən dalağı və nazik bağırsağı yaralayan 3 (üç) ədəd, döş qəfəsinin plevra boşluğuna nüfuz etməyən 4 (dörd) ədəd, qarın nahiyəsinin periton boşluğuna nüfuz etməyən 2 (iki) ədəd, sol çiyin qurşağının 1 (bir) ədəd, sol bazu nahiyəsinin 3 (üç) ədəd, sol dirsək oynağı nahiyəsinin 3 (üç) ədəd, sol said nahiyəsinin 2 (iki) ədəd, sağ said nahiyəsinin 1 (bir) ədəd, sağ əlin arxa səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları iti uca malik olan əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən döş qəfəsinin sağ plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd, qarın nahiyəsinin periton boşluğuna nüfuz edən dalağı və nazik bağırsağı yaralayan 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayırlıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Döş qəfəsinin plevra boşluğuna nüfuz etməyən 4 (dörd) ədəd, qarın nahiyəsinin periton boşluğuna nüfuz etməyən 2 (iki) ədəd, sol çiyin qurşağının 1 (bir) ədəd, sol bazu nahiyəsinin 3 (üç) ədəd, sol dirsək oynağı nahiyəsinin 3 (üç) ədəd, sol said nahiyəsinin 2 (iki) ədəd, sağ said nahiyəsinin 1 (bir) ədəd, sağ əlin arxa səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər.(İş vər.: İc. 109-125) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3563 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs üsniyyətçillik, təhqirə qarşı həssaslıq, emosionallıq kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi emosional vəziyyətində situasiya ilə əlaqəli qıcığa qarşı həssaslıq, hirslilik, qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən güclü ruhi həyəcan vəziyyətində, affekt halında olmamışdır.(İş vər.: İc. 207-211) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş tələbnaməyə alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 12.01,2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Daha sonra Bərdə rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad edilmişdir.(İş vər.: İ c. 69-71.) Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-cü il təvəllüdlü X4 adlı 1 azyaşlı övladı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, onu sadəcə qorxutmaq istəməsi barədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 №-li qərarında göstərilmişdir ki, «Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMnin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur.» Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladının olmasını, 59.1.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4- nömrəli qərarına əsasən, Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CMin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan – Zərərçəkmiş şəxs məxsus 1 ədəd köynək, 1 ədəd büstqalter və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 11( on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 03 iyul 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş 1 ədəd köynək, 1 ədəd büstqalter və 1 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-219/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-219/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver