Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-22/2022 01.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlunun sədrliyi ilə, X5 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olan, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təsilli, məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi keçid 1849, ev 5, mənzil 15-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Belə ki, o, 11 yanvar 2021-ci il tarixdə, saat 01 radələrində Abşeron rayonu, Qobu qəsəbəsinin ərazisində Qobu-Lökbatan avtomobil yolunun sağ kənarında yerləşən köşkün arxasında məlum olmayan şəxsin bir ədəd göy rəngli sellofan bağlamada qoyduğu, təmiz çəkisi 1005 qram (1kq 5 qram) olan qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış, narkotik vasitə olan külli miqdarda heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamış, həmin vaxt Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq X13 gətirilib, şəxsi axtarışı keçirilən zaman həmin külli miqdarda narkotik vasitə olan 1005 qram heroin Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan bağlamada aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifaвə edir. Anar adlı tanışından narkotik vasitələri pulsuz əldə edir. Tutulduğu gün Anar ona zəng edərək ünvanı deyərək həmin yerdə narkotik vasitə olduğunu bildirib götürməyini bildirmiş, o, da 11 yanvar 2021-ci il tarixdə axşam saat 11 radələrində Qobu qəsəbəsində sellofan paketi götürən zaman polis əməkdaşları onu saxlamışlar. O, yanacaq doldurma məntəqəsinin yaxınlığından 2 qram narkotik vasitə götürməyə getmiş, lakin paketdə 1005 qram narkotik vasitə olmuşdur. Özünü yalnız 2 qram narkotik vasitənin əldə etməyə görə təqsirli bilir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı verdiyi və məhkəmədə elan olunmaqla araşdırılmış cinayət işinin 85-87-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, “Əvvəllər narkotik vasitə istifadə etdiyinə və oğurluq cinayətləri törətdiyinə görə dəfələrlə tutulmuşdur. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. 10 yanvar 2021-ci il tarixdə, saat 22 radələrində tanışı Anar adlı şəxsə zəng edib, ağrıları olduğunu, əgər mümkünsə onun üçün narkotik vasitə olan heroin təşkil etməsini xahiş etmişdir.Anar özündə narkotik vasitə olan heroin olmadığını, lakin tanışında olduğunu və onunla həmin şəxsin əlaqə saxlayacağını bildirmişdir. 10 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə tanımadığı şəxs zəng edib və ona bildirmişdir ki, Anar ona deyib, ona nəsə verməlidir.O, artıq bilmişdir ki, Anar kimdənsə xahiş edib ki, ona 2 qram çəkidə narkotik vasitə olan heroin versinlər, həmin şəxs ona Abşeron rayonu Xırdalan şəhərində yerləşən Xırdalan dairəsinə gəlməyini bildirmişdir.O, da tanımadığı şəxsə razılığını telefonda bildirmişdir. Ona görə də tanışı Fazilə zəng edib onu məhəlləyə çağırmış, sonra həyətə çıxıb görmüşdür ki, Fazil idarə etdiyi VAZ 2107 markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə həyətdədir və Fazildən xahiş etmişdir ki, onu Xırdalan dairəsinə aparsın. Həmin vaxt digər qonşusu Namiq də həyətdə olmuş, Namiq də bekar olduğu üçün onlarla gedəsi olmuşdur. Lakin o, nə Namiqə, nə də ki, Fazilə narkotik vasitə dalınca gedəcəyi barədə heç nə deməmişdir. O, Fazil ilə Namiqə yalandan demişdir ki, guya həbsdə olan qardaşı üçün çanta verəcəklər və həmin çantanı götürməyə gedir. Avtomobili Fazil idarə edirmiş, Namiq arxa oturacaqda oturmuş, özü isə qabaq oturacaqda oturmuşdur. 10 yanvar 2021-ci il tarixdə, saat 23:40 radələrində Lökbatan dairəsinə çatmışlar, orada tanımadığı şəxsin mobil nömrəsinə zəng etmiş, həmin şəxs narkotik vasitəni Abşeron rayonu Qobu qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulmuş binanın yanındakı köşkün yanında qoyduğunu və həmin yerə gəlməsini demişdir. O, da Fazildən xahiş etmişdir ki, Qobu qəsəbəsinə gedək. Birlikdə avtomobillə tanımadığı şəxsin dediyi yerə getmişlər, o, avtomobildən düşərək köşkə yaxınlaşmış, tanımadığı şəxsin dediyi yerə baxanda orada göy sellofan bağlamanı görmüş və həmin sellofan bağlamanı götürüb özü ilə avtomobilə gətirmiş və Fazilə demişdir ki, qayıdıb evimizə tərəf gedək. Avtomobilə əyləşən zaman, yəni 11 yanvar 2021-ci il tarixdə, saat 01 radələrində polis əməkdaşları onlara yaxınlaşmışlar və özlərini təqdim edərək, narkotik vasitənin daşımaqda şübhəli bildiklərini deyib, onları X13 dəvət etmişlər. O, Namiq və Fazil heç bir etiraz etmədən X13 getmişlər, polis bölməsində xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, axtarış keçirilməzdən əvvəl onun üçün dövlət hesabına müdafiəçi dəvət olunmuş, üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış video çəkilişlə aparılmışdır. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmaması soruşulmuş, o, da əlində olan göy rəngli sellofan torbanı təqdim edərək, içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra təqdim etdiyi içərisində narkotik vasitə olan göy rəngli sellofan qablaşdılmış, bu barədə protokol tərtib edilmiş, bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Qeyd etmişdir ki, o, həmin narkotik vasitə olan heroinin istifadəçisidir, tanımadığı şəxs ona Qobuda dediyi yerdə 2 qram narkotik vasitə olan heroin olduğunu demiş, o, da iki qram heroin üçün ora getmişdir. Tanımadığı şəxsin mobil nömrəsi yadında çıxıb, belə ki, polis əməkdaşları onu tutan zaman həmin nömrəni telefonundan silmişdir.O, fikirləşmişdir ki, yəqin həmin torbanın içərisinə kağız yığılıb ona görə böyük görsənir, o, həmin yerə 1 kq üçün deyil, 2 qram narkotik vasitə olan heroin üçün getmişdir. Həmin narkotiki də şəxs istifadəsi üçün əldə etmiş, həmin narkotik vasitəni tanımadığı şəxsdən, belə ki, tanışı Anar həmin şəxsə onun nömrəsini vermiş və həmin şəxs özü ona zəng edərək narkotik vasitəni hara qoyduğunu demiş, narkotik vasitəni ona verən şəxsi tanımır. Şahid4 və Şahid5 onun narkotik vasitə olan heroini əldə etməyini bilməmişlər, onlara bu barədə heç nə deməmişdir. Anar adlı şəxsi sadəcə bir neçə dəfə görüb tanıyırmış, onun şəxsiyyətini və harada yaşadığını bilmir, Anarın istifadə etdiyi telefon nömrəsini də xatırlamır, onunla telefonda danışan həmin şəxsin telefon nömrəsini də xatırlamır..” Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, VAZ- 2107 markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun qonşusudur və aralarında heç bir qərəzli münasibəti olmamışdır. 10 yanvar 2021-ci il tarixdə, təxminən saat 22 radələrində Ramin xatırlamadığı nömrəsi ilə onun nömrəsinə zəng edərək bildirmişdir ki, onu Lökbatan qəsəbəsinə aparsın. O, da idarə etdiyi avtomobillə yaşadığı məhəlləyə gələrək Ramin götürən zaman qonşu məhəllədə yaşayan Namiq də onlarla gəlmək istədiyini demiş, onlar də buna etiraz etməmişlər və Namiq də avtomobilə oturmuşdur. Ramin ona demişdir ki, avtomobili Lökbatan dairəsinə sürsün, həbsdə olan qardaşı üçün bir çanta göndəriblər həmin çantanı götürməlidir. O, da avtomobili idarə edərək Lökbatan dairəsinə çatmış, yol boyunca da Ramin telefonunda kimləsə danışırmış və harada olduğunu soruşaraq gəldiyini deyirmiş. Onlar Lökbatan dairəsinə gəlmişlər və orada təxminən 15-20 dəqiqə gözləmişlər, sonra həmin şəxs Raminə demişdir ki, o, Abşeron rayonu Qobu qəsəbəsindədir, Raminə telefonda yolu da başa salmışdır. Abşeron rayonu Qobu qəsəbəsinə gəlmişlər və yolda yaşayış məntəqəsi olmayan bir yerdə Ramin demişdir ki, avtomobili saxlasın, avtomobili saxlamış və Ramin avtomobildən düşüb yoldan kənara köşkün arxasına qaranlığa getmiş və aradan 3-4 dəqiqə sonra Ramin gəlmiş və əlində bir ədəd göy rəngli sellofan bağlama olmuşdur. Ramin avtomobilə oturmuş və onlar oradan təxminən 10-15 metr uzaqlaşmışlar ki, bu zaman polis əməkdaşları olan avtomobil onları saxlamış və onları Abşeron rayonu Qobu qəsəbəsinə gətirmişlər, orada araşdırma aparılmağa başlanmışdır. Polis bölməsində onun avtomobilinə baxış keçirilmiş, həmçinin üzərinə də şəxsi axtarış aparılmışdır. Polis Bölməsində məlum olmuşdur ki, Raminin əldə etdiyi həmin bağlamanın içərisində narkotik vasitə olmuşdur. O, Raminin narkotik vasitə əldə etməsi üçün getməsini bilməmiş və bu barədə danışmamışdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla qonşudur və aralarında heç bir qərəzli münasibətləri olmamışdır. Məhəllədə yaşayan Şahid4 də tanıyır, onun VAZ-2107 markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 10 yanvar 2021-ci il tarixdə, saat təxminən 23 radələrində yaşadığı məhəllədə olarkən Ramin ilə rastlaşmış və o, demişdir ki, Fazili gözləyir və Fazil ilə Lökbatan qəsəbəsinə gedəcək. Ramin ondan boş olub-olmadığını soruşmuş və o, da boş olduğunu deyəndə Ramin demişdir ki, o, da onlarla yoldaşlıq edib gəlsin. Ramin demişdir ki, həbsdə olan qardaşı üçün kimsə çanta göndərib onu götürməyə gedir. O, da etiraz etməmiş. Həmin vaxt Fazil idarə etdiyi avtomobillə gəlmiş və onlar Fazilin avtomobilinə oturub Lökbatan dairəsinə çatmışlar. Yol boyunca da Ramin telefonunda kimləsə danışırmış və harada olduğunu soruşaraq gəldiyini deyirmiş. Onlar Lökbatan dairəsinə gəlmişlər və orada təxminən 15-20 dəqiqə gözləmişlər, sonra həmin şəxs Raminə demişdir ki, Abşeron rayonu Qobu qəsəbəsindədir və Ramin həmin şəxsdən telefonla danışmaqla yolu da öyrənmiş, Abşeron rayonu Qobu qəsəbəsinə gəlmişlər və yolda yaşayış məntəqəsi olmayan bir yerdə Ramin Fazilə demişdir ki, avtomobili saxlasın. Fazil avtomobili saxlamış və Ramin avtomobildən düşüb yoldan kənara qaranlığa gedib, aradan 3-4 dəqiqə sonra Ramin gəlmiş və əlində bir ədəd göy rəngli sellofan bağlama olmuşdur. Ramin avtomobilə oturmuş və onlar oradan təxminən 10-15 metr uzaqlaşmışlar ki, bu zaman polis əməkdaşları olan avtomobil onları saxlamış və onları X13 gətirmişlər. X4rın üzərinə şəxsi axtarış aparılmış və orada məlum olmuşdur ki, Raminin əldə etdiyi həmin sellofan bağlamada narkotik vasitə olmuşdur .O, Raminin narkotik vasitə almaq üçün getməsini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Abşeron RPİnin Qobu PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə 10 yanvar 2021-ci tarixdə məxfi mənbədən məlumat daxil olmuşdur. 11 yanvar 2021-ci il tarixdə, saat 01:30 radələrində Şahid4 idarə etdiyi VAZ-2107 markalı, **-ZS-*** qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan yolunda saxlanılmış, özlərini avtomobildə olan Təqsirləndirilən şəxs, Şahid5 və sürücü Şahid4 təqdim edib onları Qobu PB-nə dəvət etmişlər. X8 Əliyev əlində olan göy rəngli sellofan bağlamanı təqdim edərək bildirmişdir ki, o, iki qram narkotik vasitə olan heroin almaq üçün tanımadığı şəxslə danışıb və həmin şəxs onun üçün narkotik vasitəni Qobu-Lökbatan yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində qoyduğu yeri ona deyib və o, da həmin yerə gedərək bağlamanı oradan götürmüşdür. Təqsirləndirilən şəxs əlində olan böyük bağlama açılmış və içərisində narkotik vasitə olan heroinə oxşar maddə olması aşkar edilmişdir. Məhkəmədə elan olunaraq araşdırılmış cinayət işinin 135-136-ci vərəqlərində olan Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin rəis müavini vəzifəsində işləyir. Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqları olması barədə 10 yanvar 2021-ci tarixdə məxfi mənbədən ona məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanması üçün təxirə salınmaz əməliyyat tədbirləri keçirilməsinə razılıq verilməsinə görə həmin tarixdə raport ilə Abşeron rayon Polis İdarəsinin Qobu PBnin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 cinayət əməllərinin ifşa edilməsi üçün, ətraflarında əməliyyat tədbirləri keçirilməsi barədə Bölmə rəisi tərəfindən təsdiq edilmiş 10 yanvar 2021-ci il tarixli qərara əsasən tərəfindən əməliyyat tədbiri keçirilmişdir. Keçirilən tədbirdə o özü, Qobu PB-nin ƏA üzrə baş əməliyyat müvəkkili Şahid2 və Polis sahə nəfəri polis serjantı Şahid3 iştirak etmişlər.11 yanvar 2021ci il tarixdə, saat 01:30 radələrində Şahid4 idarə etdiyi VAZ-2107 markalı, 99ZS047 qeydiyyat nişanlı avtomobili Abşeron rayonu Qobu qəsəbəsi olan Qobu-Lökbatan yolunda tərəfindən saxlanılmış, özlərini avtomobildə olan Təqsirləndirilən şəxs, Şahid5 və sürücü Şahid4 təqdim edib onları Abşeron rayonu Qobu PB-nə dəvət etmişlər. Onlar da etiraz etməyib onlarla birlikdə Qobu PB-nə gəlmişlər.Polis Bölməsində təhqiqatçı Nurlan Məmmədov tərəfindən həmin şəxslərlə bağlı araşdırma aparılmağa başlanılaraq müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona təklif edilmişdir ki, üzərində saxlanılması qadağan olunan hər hansı bir əşya varsa onu könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan bağlamanı təqdim edərək bildirmişdir ki, o, iki qram narkotik vasitə olan heroin almaq üçün tanımadığı şəxslə danışmış və həmin şəxs onun üçün narkotik vasitəni Qobu-Lökbatan yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində qoyduğu yeri ona demiş və o, da həmin yerə getmiş və təqdim etdiyi bağlamanı oradan götürmüşdür. Həmin bağlama açılmış və içərisində narkotik vasitə olan heroinə oxşar maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılara oxunmuş və imzalarla təsdiq edilmişdir. Bundan başqa VAZ- 2107 markalı, 99ZS047 qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin avtomobildə qanunsuz saxlanılan hər hansı bir əşya aşkar edilməmişdir. Bundan başqa həmin avtomobilin sürücüsü Şahid4 və avtomobildə olan şəxs Şahid5 da üzərinə baxış keçirilmiş, onların üzərindən də qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir.Qeyd etmişdir ki, məxfi mənbədən daxil olmuş əməliyyat məlumatı tam dəqiq olmamış, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 saxlanıldıqdan sonra onlarla bağlı aparılmış araşdırma zamanı və keçirilmiş əməliyyat sorğuları nəticəsində məlum olmuşdur ki, Şahid4 və Şahid5 Təqsirləndirilən şəxs həmin narkotik vasitəni əldə etməsində hər hansı bir iştirakları olmamış və onlar Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsini bilməmişlər.Belə ki, Təqsirləndirilən şəxs onlara yalandan demişdir ki, həbsdə olan qardaşı üçün çanta gələcək və onu götürməyə gedir.” Məhkəmədə elan olunaraq araşdırılmış cinayət işinin 139-140-cı vərəqlərində olan Şahid3 Rzivan oğlunun ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, ifadəsində Şahid1 ifadəsində olan xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qara göy rəngli sellofan bağlamada narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. ( iş vərəqə 32-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 11 yanvar 2021-ci il tarixli, 6/111 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd torbada....” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə, təmiz çəkisi 1005 qram (1kq 005qram) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş vərəqə 57- 61) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsinə dair 11 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə olan görüntüdə TŞ-nin təhqiqatçısı Nurlan Məmmədov tərəfindən, Qobu PB-nin rəis müavini Şahid1, baş əməliyyat müvəkkili Şahid2, müdafiəçi Fərid Sadiqovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan bağlamanı təqdim edərək, içərisində narkotik vasitə olan heroin olduğunu bildirir.Həmin bağlama açılır və içərisində narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilir.Təhqiqatçı tərəfindən aşkar edilmiş bir bağlama qablaşdırılır və möhürlənərək iştirakçılar tərəfindən imzalanır. (iş vərəqə 76) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 aprel 2021-ci il tarixli, 1032 saylı ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstələyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 185-186) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq qalan 1004,8 qram narkotik vasitə olan heroin mühum sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon PŞ-nin anbarına təhvil verilmişdir. (iş vərəqə 199-206) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş tələbnamə, hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum edilmiş, 02 fevral 2019-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (iş vərəqə: 163-184) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 28 iyun 2021-ci il tarixli, 21- 1/3-4028 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 20 iyul 2016-cı il tarixli qərarı ilə təyin edilmiş 04 il azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 11 ay 16 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2500 manat cərimə cəzasının 50 manat hissəsi ödənilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. (iş vərəqə 198) Bakı şəhər Probasiya İdarəsinin böyük icra məmuru Rövşən Ağayev tərəfindən qəbul edilmiş “Amnistiya aktının tətbiq edilməsi barədə” 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11 bəndində əsasən məhkum Təqsirləndirilən şəxs 2000 manat cərimə cəzasından azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Abşeron rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 15.02.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirmiş Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barələrində cinayət işinin başlanması rədd edilmişdir. (cild 1, iş vərəqə 142- 142) Cinayət işinin materiallarına əlavə edilmiş Bakı MTKTD-nin 3 saylı Xüsusi Təyinatlı MKTB-dan verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (cild 1, iş vərəqə 194) Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2010-cu il təvəllüdlü X9, 2011-ci il təvəllüdlü X6 adlı iki uşağı vardır. (cild 1, iş vərəqə 195-196) Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlər Şahid1 və Şahid3 ifadələrini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində yalnız 2 qram narkotik vasitə olmasına dair məhkəmədə verdiyi ifadələrini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin hətta qanunda həmin növ narkotik vasitə üçün nəzərdə tutulmuş külli miqdardan da dəfələrlə artıq olmasını, bu miqdarda narkotik vasitənin şəxsi istifadə üçün saxlanılmasının qeyri-mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məqsədi məhz narkotik vasitənin satışı olmuşdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almaqla yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni əvvəllər məhkum olunmaqla məhkumluğunun ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum edilmiş, 02 fevral 2019-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 83.3.3 və 83.3.4-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmiş hesab olunur. CM-nin 18-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətləri təhlükəli residivi vardır ki, bu hal da cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələblərinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) nəzərə alınmasını imperativ edir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 11-36,77-110) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2021-ci il tarixli, 1032 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan- Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq qalan 1004,8 qram narkotik vasitə olan heroin hazırkı cinayət işindən ayrılmış cinayət işinə əlavə edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olaraq Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 11 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan- Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq qalan 1004,8 qram narkotik vasitə olan heroin hazırki cinayət işindən ayrılmış 21027533 nömrəli cinayət işinə əlavə edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olaraq Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: İmza Hafiz Əliyev Məruzəçi Hakim: İmza Fəhmin Hümbətov Hakim: İmza Fikrət Əliyev Əsli ilə düzdür, Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №1(124)-22/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-22/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver