Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-22/2024 22.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı «Cəmşid» adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Cəmşid» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikası ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gəlmiş, bu məqsədlə «Cəmşid» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən külli miqdarda 1378,40 qram olan narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda, ümumi təsiredici miqdarı 8 qram olan, 200 ədəd narkotik vasitə metadon tərkibli həbləri və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 4029,4 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə Ayaz Musayevə məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə psixotrop maddə metamfetaminin 29,600 qramını bir ədəd sellofan bükümdə qablaşdırıb üzərində, psixotrop maddə metamfetaminin qalan 3999,8 qramını 1000,0 qram, 995,0 qram, 1004,8 qram və 1000,0 qram çəkidə olan hissələrə bölüb dörd ədəd bükümdə, 1378,40 qram olan narkotik vasitə qurudulmuş marixuananı 223,0 qram, 198,0 qram, 420,0 qram, 257,0 qram və 280,4 qram çəkidə olan hissələrə bölüb beş ədəd bükümdə, eləcə də üzərində "Methadone 40” yazılan 20 (iyirmi) ədəd konvalyutda, ümumilikdə 200 ədəd, ümumi təsiredici miqdarı 8 qram olan narkotik vasitə metadon tərkibli həbləri ünvan 1 ünvanında yaşadığı evin həyətinin giriş hissəsinə daşıyaraq həyətdə olan taxta dolabın alt hissəsində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:40da Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Seymur küçəsi ev 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 29,600 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Daha sonra, Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyul 2022-ci il tarixdə saat 22:10-da Təqsirləndirilən şəxs Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Seymur küçəsi ev 1 ünvanında yaşadığı 1 nömrəli mənzilə özünün iştirakı ilə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 3999,8 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 970 qram, 1000 qram, 970 qram və 975 qram olmaqla dörd ədəd sellofan bükümdə, külli miqdarda 1378,40 çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda 223,0 qram, 198,0 qram, 420,0 qram, 257,0 qram və 280,4 qram olmaqla beş ədəd sellofan bükümdə, külli miqdarda, ümumi təsiredici miqdarı 8 qram, 200 ədəd narkotik vasitə metadon tərkibli həblər üzərində “Methadone40” yazılan 20 ədəd konvalyutda evin girişindən sol tərəfdə olan taxta dolabın alt hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan ediliş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, sosial şəbəkə vasitəsilə əvvəllər tanımadığı bir nəfər ona mesaj göndərmişdi. Həmin şəxs ona İmişli rayonunda 2 kiloqram çəkidə marixuana növündə narkotik vasitə olduğunu, həmin narkotik vasitəni onun dediyi yerlərə qoyacağı təqdirdə 500 qram miqdarında narkotik vasitəni ona verəcəyini bildirmişdi. Həmin vaxt onun maddi vəziyyəti çox pis idi. O da həmin şəxsin təklifi ilə razılaşmışdır. İmişli rayonundan qeyd edilən miqdarda narkotik vasitəni götürmüşdür. Bundan sonra tanımadığı həmin şəxs onu özündə saxlamağını, bir qadının hissə-hissə ondan götürəcəyini bildirmişdir. 2 kiloqram miqdarında narkotik vasitənin 0,5 kiloqramını ona vermişdi. 1,5 kiloqram çəkidə narkotik vasitəni hissə-hissə tanımadığı bir qadın ondan götürmüşdür. Hətta, onun olan 0,5 kiloqram miqdarında narkotik vasitədən də 200 qramını həmin qadına vermişdir. Ümumilikdə, bunların müqabilində təxminən 2000 manat məbləğində qazanc əldə etmişdir. Bir gün 2 ya 3 avtomobil onun idarə etdiyi avtomobili saxlatdırmışlar. İçərilərindən polis əməkdaşları düşmüşlər. Onu yolun ortasında döymüşlər. Üzərində və avtomobilində heç bir qanunsuz vasitə tapa bilməmişlər. Bundan sonra onu döyməyə davam etmişlər. O da onlara yaşadığı evdə marixuana növündə narkotik vasitə olduğunu bildirmişdir. Qeyd etdiyi miqdarda narkotik vasitədən 300 qram çəkidə marixuana qalmışdı. Onları polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onu idarəyə aparmışlar. Videoçəkilişdən əvvəl metamfetamin və s. növlərdə psixotrop maddələri qabağına qoyub onun olduğunu deməyini bildirmişlər. Şahid1 adlı polis əməkdaşı onu həm döymüşdü, həm də ailəsi ilə hədələmişdi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “nəşə" kimi bildiyi narkotik vasitə qurudulmuş marixuanadan və "kokos” kimi tanıdığı narkotik vasitə heroindən çəkmə yolu ilə istifadə etmişdir. Tutulmamışdan qabaq təxminən 2006-2007-ci illərdə Bakı şəhərində İran İslam Respublikasının vətəndaşı “Cəmşid” adlı şəxslə tanış olmuşdur. Sonradan onun Bakı şəhərində problemləri olduğu üçün o İran İslam Respublikasına köçüb getmişdir. O da sonradan İran İslam Respublikasına gedən zaman onunla orada da görüşmüşdür. Həmin zaman da orada Cəmşid adlı şəxsdən narkotik vasitə heroin əldə etdiyinə görə həbs edilmişdir. Azadlığa buraxıldıqdan sonra Cəmşidlə yenə də əlaqə yarada bilmişdir. Cəmşidlə “Vatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Cəmşid hər dəfə ona yenidən narkotik vasitə satmaqda kömək etməsini istəmişdir. Lakin tutulduğu və yeni azadlığa çıxdığı üçün etiraz etmişdir. Cəmşid ondan göndərəcəyi narkotik vasitələri onun qeyd etdiyi ünvanlara aparıb yerləşdirməsini xahiş etmişdir. Hər dəfə isə ona 100-200 manat pul verməyi vəd etmişdir. Son ay yarımda isə onun maddi vəziyyəti pis olduğu üçün məcbur qalıb razılaşmışdır. Belə ki, azadlığa çıxdıqdan sonra özünə iş tapa bilməmişdir. Ailəlidir, bir 12 yaşlı oğlu da vardır. Ailəsini dolandıra bilmədiyi üçün məcbur qalıb Cəmşidlə razılaşmışdır. Cəmşid ona ilkin olaraq narkotik vasitə qurudulmuş marixuana göndərmişdir. Həmin marixuananı o Yardımlı rayonundan gedib götürmüşdür. Belə ki, Cəmşid narkotik vasitəni göndərdiyi şəxslər vasitəsilə yerləşdirdiyi yerin şəklini çəkib ona göndərmişdir. O da həmin yerdən gedib götürürmüşdür. Ora həmin zaman kirayə götürdüyü Mercedes Benz 190” markalı 10 W 496 dövlət qeydiyyat nişanlı avtomobillə gedib götürmüşdür. Həmin narkotik vasitəni gətirib yaşadığı evin həyətində giriş hissədə taxta dolabın alt hissəsində gizlətmişdir. Bu barədə ailə üzvlərinin xəbəri olmamışdır. Həmin narkotik vasitədən arada götürüb özü üçün istifadə etmişdir. Həm də Cəmşidin bildirdiyi yerlərə gedib yerləşdirdiyi hallar da olmuşdur. Sonuncu dəfə təxminən 2-3 gün qabaq Cəmşid yenidən narkotik vasitələr və psixotrop maddə göndərdiyini, həmin narkotik vasitələri imişli rayonunda yerləşdirildiyini qeyd etmişdir. Həmin yeri ona izah etmişdir, həm də şəklini ona göndərmişdir. O da yenə də idarə etdiyi avtomobillə İmişli rayonuna gedib Cəmşidin göndərdiyi torbanı götürüb yenə də yaşadığı evə gətirib orada gizlətmişdir. Bu dəfə isə Cəmşid psixotrop maddə metamfetamin və metadon həbləri göndərmişdir. Onları da evin həyətində gizlətmiş və bundan da ailə üzvlərinin xəbəri olmamışdır. O həmin maddələri də Cəmşidin ona deyəcəyi yerlərə aparıb yerləşdirməli olmuşdur. Hər dəfə isə Cəmşid ona 100-200 manat pul göndərəckmiş. Tutulmamışdan təxminən 30-40 gündür ki, Cəmşidə köməklik etmişdir. Cəmşid ona pulu bank hesabına göndərmişdir. Elə də olmuşdur ki, həmin pulları Cəmşid haradasa adamları vasitəsilə yerləşdirib şəklini ona göndərmiş, o isə gedib həmin yerdən götürürmüşdür. Tutulana qədər təxminən 2000 manat pul qazanmışdır. Həmçinin Cəmşidin göndərdiyi psixotrop maddə metamfetamindən də bir dəfə çəkmə yolu ilə qəbul etmişdir. Qalan hissəsini isə bir sellofan bükümdə cibinə qoyub saxlamışdır ki, birdən yenidən istəsə qəbul edə bilsin. 13 iyul 2022-ci il tarixdə saat 18-19 radələrində yaşadığı evin yaxınlığında küçədə olduğu zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Bundan sonra polis əməkdaşları onu Baş idarəyə dəvət etmişlər. Polis İdarəsinə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda müdafiəçi də iştirak etmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilən əşyaların olub-olmaması soruşulmuş, olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif edilmişdir. O da bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibindən bir sellofan bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirib masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra üzərində şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd içərisində 051 *** ** ** GSM nömrəsi olan “Samsung" markalı mobil telefon, ona məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd açar, içində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd alışqan aşkar olunmuşdur. Sonra üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 35 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, onun və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və şəxsiyyət vəsiqəsi də götürülmüş, digər əşyalar isə ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin maddəni İran İslam Respublikası vətəndaşı “Cəmşid" adlı şəxsin vasitəsi ilə İmişli rayonu ərazisində gizlədilən yerdən deyiləcək ünvanlara çatdırıb əvəzində pul qazanmaq məqsədi ilə əldə etdiyini, təxminən 45 gündür narkotik vasitələrin dövriyyəsini təşkil etdiyini və 2000 manat pul qazandığını, həmçinin yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bu barədə ərizə də yazıb vermişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub iştirakçılara ucadan oxunmuş, heç bir əlavə və qeyd olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra onun bildirdiyi kimi yaşadığı ünvana getmişlər. Orada o yenə də yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Mənzilə gəldikdən sonra orada baxış keçirilməmişdən qabaq ona müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra baxışın da videoçəkilişlə aparılacağı bildirilmişdir. Ona da etiraz etməmişdir. Baxışda həmin zaman mənzildə olan həyat yoldaşı Arzu da iştirak etmişdir. Baxış başlamamışdan ona yaşadığı ünvanda saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o evin həyətinə girişin sol tərəfindəki taxta konustruksiyalı dolabın altında gizlətdiyi bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən dörd bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamin, beş bükümdə, açıq yaşıl rəngli qurudulmuş marixuana, 200 ədəd metadon həbi aşkar olunmuşdur. Sonra yaşadığı ünvandan aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 4 kq 50 qram, qurudulmuş marixuananın qablaşdırma ilə birlikdə çəkisinin 1 kq 460 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq mənzilin yataq otağından iş üzrə əhəmiyyət kəsb edən ona məxsus sürücülük, yeni şəxsiyyət vəsiqəsi, **********973045 nömrəli plastik bank kartı götürülmüşdür. İran İslam Respublikası vətəndaşı Cəmşidlə Whatsapp vasitəsi ilə +98914 *** ** ** nömrəsi ilə əlaqə saxlamışdır. (Cild 1, iş vərəqləri 42-44; 63-68; 82-87) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-in xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində saxlanılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən metamfetamin növündə psixotrop maddə aşkar edilmişdir. Həmin psixotrop maddələr barədə soruşduqda, onları İran İslam Respublikasının vətəndaşı olan şəxsdən aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə olduğunu bildirdikdən sonra ona yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etməmişdir və onun yaşadığı evin həyətində axtarış həyata keçirilmişdir. Baxış zamanı yaşadığı evin həyətində qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələri və narkotik vasitələri təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatında ondan başqa Şahid2 da iştirak etmişdi. Həmin əməliyyat qrupunun rəhbəri o olmuşdur. Təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitə və psixotrop maddə satdığı şəxslər barədə məlumat əldə edə bilməmişlər. Lakin, özü də İran İslam Respublikası vətəndaşı olan şəxsin bildirdiyi yerlərə narkotik vasitələr və psixotrop maddələr qoyduğunu demişdir. Hətta, bu vasitə ilə 2000 manatdan çox pul əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində saxlanılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən metamfetamin növündə psixotrop maddə aşkar edilmişdir. Həmin psixotrop maddələr barədə soruşduqda, onları İran İslam Respublikasının vətəndaşı olan Cəmşid adlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə olduğunu bildirdikdən sonra ona yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etməmişdir və onun yaşadığı evin həyətində axtarış həyata keçirilmişdir. Baxış zamanı yaşadığı evin həyətində qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələri və narkotik vasitələri təqdim etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 30-32) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında" 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı və razılığı ilə onun Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Seymur küçəsi ev 1 ünvanında yaşadığı 1 nömrəli mənzilə baxış keçirilən zaman, evin giriş hissəsində sol tərəfdə taxta dolabın alt hissəsindən 05 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 200 ədəd narkotik vasitə metadon tərkibli həb aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 38-40) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında" 13 iyul 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mənzilə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 33, 41) Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olan diskə baxış keçirilməsi zamanı aşağıdakı məzmunda danışıqlar aşkar olunmuşdur: xx/xx/2022 05:13:24 **********07 nömrəli abunəçidən: Sabahın xeyir qaqaş başıva dönərəm bərk ağrıyıram nə isə varındırsa əl tut mənə əvəzin çıxaram nahardan sonra; xx/xx/2022,10:39:34,**********27 nömrəli abunəçidən: Mənəm qaqaş yeraz. sənə dəymək istəyirdim pul var. istəsən bir tikə ot da var verərdim. xx/xx/2022,04:35:32,**********07 nömrəli abunəçidən: Sabahın xeyir qaqaş başıva dönərəm məni düz başa düş əgər imkan varsa dünən dediyin yekəni verərdin çox ehdiyacımdı. (Cild 1, iş vərəq 146) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 30 iyun 2022-ci i! tarixli 6/3801-7/766 nömrəli kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının rəyində qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs “Təqsirləndirilən şəxs üzərindən..." yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 29,600 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” yazılan yazılan yaşıl rəngli sellofan bağlamada 4 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0qr, 995,Oqr, 1004,8qr və 1000,0 qram olmaqla, ümumi çəkiləri 3999,80 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir., 20 ədəd üzərində "Methadone40" yazılan konvalyutda ümumi sayı 200 ədəd qəhvəyi rəngli, dairəvi fortmalı həblər sintetik narkotik vasitə -metadon olub, ümumi sayı 200 ədəd həbin tərkibində metadon təsiredici maddənin ümumi miqdarı 8,0 qramdır, 5 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 223,0 qr, 198,0 qr, 420,0 qr, 257,0 qr və 280,4 qram olmaqla, ümumi çəkisi 1378,40 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Tədqiqata təqdim edilmiş metadon həbləri öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. (Cild 1, iş vərəqləri 48-53) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 20 avqust 2022-ci il tarixli 4621 nömrəli rəyində qeyd edilmişdir: Təqsirləndirilən şəxs opioidlərin və psixostiınulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1. iş vərəqləri 161-162) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4029,15 qam psixotrop maddə metamfetamin, 1378,150 qram marixuana, 195 ədəd narkotik vasitə metadon məhv edilsin. 03 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 165-181) İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 32,5 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməyə köməklik etmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxs tərəfindən ona təzyiq olunması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X5 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul olunmalıdır. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 136-144) Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, X4 məhkumluğu ödənilmədiyindən o hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı 13 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 100-105) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİN-in BMCMİ-də saxlanılan psixotrop maddə metamfetaminin 4029,15 qram qalığı, narkotik vasitə qurudulmuş marixuananın 1378,150 qram qalığı, 195 ədəd narkotik vasitə metadon tərkibli həblər məhv edilməli, 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 88 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub DİN-in BMCMİ-də saxlanılan 4029,15 qram çəkidə psixotrop maddə metamfetamin, 1378,150 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 195 ədəd narkotik vasitə olan metadon tərkibli həblər məhv edilsin. 03 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-22/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-22/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver