Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-220/2022 18.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs– Zərərçəkmiş şəxs, Müdafiəçilər– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx.xx.1980-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi dalan 10, ev 7-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdə saat 21:00 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi evin həyətində sonuncunun ona borca verdiyi pulunu tələb etməsi ilə əlaqədar, eləcədə dostu və qardaşının arvadının ünvanına xoşagəlməz söhbətlər danışdığından ona irad bildirdiyinə görə aralarında şəxsi münasibələr zəminində yaranmış mübahisə zamanı həyətindən çıxmasını tələb edərkən o, özü ilə götürdüyü zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə arvadı Şahid1 yanında sonuncuya xüsusi əzab verdiyini dərk edərək xüsusi amansızlıqla arxadan Zərərçəkmiş şəxs bel nahiyəsindən qəsdən bir dəfə vuraraq ona bel nahiyəsinin sol yarısının daxilə nüfuz edən köndələn çənbər bağırsaq müsariqəsini yaralayan və daxili qanaxma törədən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayət olunan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci il tarixdən Zərərçəkmiş şəxs tanıyır, həmin vaxtdan aralarında yoldaşlıq münasibətləri olmuş, ailəvi bir-birinin evlərinə gediş-gəlişləri olmuşdur. Hadisə baş verən gün Avtandilgilə arvadı ilə bərabər getmiş, Avtandilin içkili olmuş və onun üstünə qışqırıb, borc üçün aldığı pula zamin durduğundan borcunu ödəməsini tələb etmişdir. Avtandilin onun üstünə qışqırmasından əsəbləşərək güllərin dibindəki bıçağı götürüb zərərçəkmiş şəxsi bir dəfə vurmuşdur. O, Avtandilə bir necə zərbə endirmək imkanı olsada bunu etməmiş, daha sonra qardaşı İlkin Avtandili xəstəxanaya aparmışdır. Bıçağın uzunluğu 25 santimetr olmuşdur. Avtandilə yalnız bir bıçaq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurduğunu Avtandilin həyat yoldaşı Nişanə görmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, 2005-ci il tarixdən Zərərçəkmiş şəxs tanıyır, onunla Qobu qəsəbəsində bir yerdə işləyir, həmin vaxtdan aralarında yoldaşlıq münasibətləri olmuş, ailəvi bir-birinin evlərinə gediş-gəlişləri olmuşdur. xx.xx.2021-ci il tarixdə ona zəng etmiş Avtandilin dəvəti ilə həmişə bir yerdə oturub pivə içdikləri kafeyə getmiş və hərəsi bir litr pivə içmişdir. Avtandil ona, haqqında pis fikirlər danışıldığını, guya onun öz dostunun arvadı barəsində xoşagəlməz sözlər dediyini, eşitdiyini bildirmişdir. Buna görə Avtandilə hər kim onun haqqında, onun ünvanına belə sözlər danışırsa zəng vurub çağırmasını və onun üzünə deməsini bildirmişdir. Bundan sonra Avtandil zəng vurub onlar ilə bir yerdə işləyən Rafiqi dəvət etmişdir. Rafiq gəlib onlar ilə stolda əyləşmişdir. Rafiqə, həm də Avtandilə onun haqqında, onun demədiyi sözləri danışan şəxsin ünvanına nalayiq sözlər demiş və aralarında sözlə mübahisə olmuşdur. Səs-küy yaranmaması üçün Avtandilin təklifi ilə onun Masazır qəsəbəsindəki evinə getmiş və həyətdə mübahisələri davam etmişdir. Lakin aralarında dava-dalaş olmamışdır. Avtandil ona guya öz qardaşı arvadı haqqında da nalayiq sözlər işlətdiyini, bunları arvadı tərəfindən onun arvadına deməsini bildirmişdir. Bundan sonra onlardan ayrılıb yaşadığı evinə getmiş, Avtandilin dediyi sözləri arvadı Şahid2 deyərək, ondan belə sözlər dediyini soruşduqda, Aysel belə sözlər demədiyini bildirmişdir. Bunu aydınlaşdırmaq üçün Aysellə birlikdə xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Avtandilin yaşadığı evinə getmişlər. Həyətə daxil olduqda Avtandili həyətdəki taxtın üzərində uzandığını görmüşdür. Aysel Avtandilin arvadı Nişanəyə “mən sənə nə vaxt demişəm ki, mənim ərim öz qardaşının arvadının ünvanına pis sözlər demişdir” deyib soruşduqda Nişanə Ayselin saçından tutmuş və əlbəyaxa olmuşlar. Avtandil Ayselin qolundan tutub onu vurmaq istədikdə, Avtandilə “kişisən gəl mənimlə söhbət elə, qadına əl qaldırmazlar” demişdir. Avtandil Ayseli və onu vurmaq istədikdə, orada yerdə gördüyü bıçağı götürüb özünü müdafiə etmək üçün bir dəfə Avtandilin qarın boşluğundan vurmuş, bundan sonra Aysellə birlikdə oradan çıxıb evlərinə getmişlər. Avtandili vurduğu bıçağı özü ilə götürüb tofaş markalı avtomobilində gizlətmiş və həmin bıçağı sonradan istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurduğunu həyat yoldaşı Aysel və Avtandilin həyat yoldaşı Nişanə görmüşdür. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2005-ci il tarxdən tanımaqla aralarında mehriban münasibətləri olmuşdur. 21 iyul 2021-ci il tarixdə, saat 13 radələrində evində olduğu vaxt ona zəng etmiş Elnurun təklifi ilə evinin yaxınlığındakı kafeyə getmiş və hər biri bir litr pivə işmişlər. Orada Elnurun ona borclu olduğu pulu qaytarmadığına görə aralarında mübahisə olmuş, həmin vaxt tanışları Rafiq gəlib onların yanında oturmuşdur. Orada səs-küy olmasın deyə onları Mazasır qəsəbəsindəki həyətinə dəvət etmiş və həyətdə saat 17 radələrində söhbətlərini davam etdirmiş, sözlə aralarında mübahisə olmuş, sonra barışaraq, mehribanlıqla ayrılmışlar. Onlar getdikdən sonra həyətindəki taxtda yatmış saat 19: 30 radələrində səsə ayıldıqda həyətində Elnur və arvadı Ayseli görmüş, tez evə girib paltarlarını geyinib evdən çıxarkən arvadı Nişanənin üstünə Ayselin hücum etdiyini və əl atıb Nişanənin saçından tutmaq istədiyini gördükdə, Nişanədən Ayseli kənar etmiş və həyətindən getməsini demişdir. Həmin vaxt müdaxilə etmək istəyən Elnuru kənara itələmiş və hər ikisindən həyətdən çıxıb getməsini tələb edərək, onları həyətin darvazasına tərəf aparıb həyətdən getmələrini bir daha demiş və onların yanından geri qayıdıb evinə tərəf gedərkən, Elnur özündə olan bıçaqla arxadan onun sol böyrək nahiyyəsindən bir dəfə vuraraq, xəsarət yetirmişdir. Həmin vaxt Elnurun əlindəki bıçağın tiyəsini görmüşdür. Arxaya dönüb Elnura “sən nə etdin” dedikdə Elnur və Aysel küçə qapını açıb həyətdən çıxıb getdikdə, bıçaq Elnurun əlində olmuşdur. Elnurun arxası ilə getmiş, yolda Elnurun böyük qardaşı İlkini görmüş, ona qardaşı Elnurun onu bıçaqla vurub xəsarət yetirdiyini, onu təcili xəstəxanaya çatdırmasını demişdir. İlkin idarə etdiyi avtomaşını ilə onu xəstəxanaya apardıqda, yolda özü Masazır dairəsində onun avtomaşınından düşərək, yolda tanımadığı taksi ilə Respublika xəstəxanasına, oradan isə qardaşı İman, xalası oğlu Anar və arvadı Nişanə onu 3 nömrəli Sabunçu xəstəxanasına aparmış və həmin xəstəxanada onu əməliyyat etmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirib, təqsdirləndirilən şəxsə mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, hadisə baş verən zaman əri Avtandil Naxçıvandan təzə gəlmiş, həyətdə yatmışdır. Elnur arvadı ilə birlikdə onlara gəldikləri zaman, Avtandil köynəyini geyinmək üçün evə girmişdir. Sonra o, Elnurun arvadı ilə dalaşmış, onlar ər-arvad Elnurgili itələyib evdən çıxarmaq istəmişlər. Bu zaman Elnur bıçaq çıxardıb Avtandili bıçaqla vurmuşdur. Daha sonra Elnurgil qaçıb getmişlər. Avtandili xəstəxanaya Elnurun qardaşı İlkin aparmışdır. Hadisə zamanı Elnurun istifadə etdiyi bıçaq Elnura məxsus olmuş, onların evində o növ bıçaq olmamışdır. Elnurun Avtadilin üzərinə bıçağı çıxartdığını və vurduğunu görmüşdür və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında dostluq əlaqələri olduğuna görə Avtandili və onun arvadı Nişanəni tanımış, əvvəllər aralarında heç bir narazılıq olmamış, bir-birilərinin evinə ailəvi gediş-gəlişləri olmuşdur. 21 iyul 2021-ci il tarixdə, saat 20 radələrində evində olduğu vaxt evə gəlmiş əri Elnur ondan qardaşı arvadı haqqında nalayiq sözlər Avtandilin arvadı Nişanəyə deyib-demədiyini soruşduqda o, belə sözlər heç vaxt demədiyini demişdir. Elnur buna görə onu Avtandil və onun arvadı Nişanə ilə üzləşdirmək üçün saat 21 radələrində Avtandilgilin evinə aparmışdır. Orada bu barədə söhbət olduqda, Nişanəyə belə söz demədiyini, onun adından yalan danışdığını demişdir. Nişanə ilə onun arasında sözlə mübahisə olmuşdur. Avtandil onu və Elnuru tutub itələyərək həyətdən çıxmaqlarını tələb etmişdir. Həmin vaxt Avtandil onu vurmaq istədikdə, Elnur orada həyətdən götürdüyü bıçaqla onun sol bel nahiyyəsindən bir dəfə vuraraq xəsarət yetirmiş, sonra oradan uzaqlaşıb evlərinə getmişlər. (cild 1, iş vərəqə 89-91) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qardaşı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ailəvi dost olmuşlar. 21 iyul 2021-ci il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında idarə etdiyi Hunday markalı avtomaşını ilə keçdiyi vaxt, yolda Avtandili üstü qanlı vəziyyətdə gördükdə, avtomobilini onun yanında saxlayıb “otur səni xəstəxanaya aparım” dedikdə, Avtandil avtomobilə qabaq oturacaqda oturmuş və ona qardaşı Elnurun onun həyətinə gəlildiyini, aralarında olan mübahisə zamanı Elnurun bıçaqla onu vurub xəsarət yetirdiyini demişdir. Yolda Avtandilin tələbi ilə avtomobili saxlamış, Avtandil onun avtomaşını ilə xəstəxanaya getmək istəmədiyini deyərək, avtomaşından düşərək yoldan keçən tanımaığı taksiyə əyləşib xəstəxanaya getmişdir. Qardaşı Elnurun mobil telefonuna zəng etmiş, lakin zəng ona çatmamışdır. Hadisə barədə başqa məlumatı olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 110- 112) Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Qardaşı Zərərçəkmiş şəxs ailəsi ilə Abşeron rayonu Masazır qəsəbəsində yaşayır. Avtandil və Təqsirləndirilən şəxs yaxın dost olmuşlar. 21 iyul 2021-ci il tarixdə, saat 21 radələrində Avtandilin arvadı Nişanə ona zəng edərək Elnurun bıçaqla Avtandili vurduğunu, Avtandilin Respublika xəstəxanasına getdiyini xəbər vermişdir. Bu barədə xalası oğlu Anara zəng edib hadisə barədə xəbər vermiş, Avtandilə yardım etmək üçün Respublika xəstəxanasına getdiyini demişdir. Respublika xəstəxanasında Avtandili görmüş, onu, Nişanə və Anar ilə birlikdə 3 saylı Sabunçu xəstəxanasına aparmış və həmin xəstəxanada Avtandil əməliyyat olunaraq ona tibbi yardım göstərilmişdi. Avtandil ona Elnurdan borc pulunu tələb etdiyinə görə aralarında narazılıq olduğunu, həmin narazılığa görə həyətində Elnurun onu bıçaqla vurduğunu bildirmişdir. (cild 1, iş vərəqə 180-182) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, xx.xx.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş, hadisənin Abşeron rayonu Masazır qəsəbəsi Q.Nəbi küçəsi 35-də baş verdiyi müəyyən edilmiş və bu barədə protokol tərtib edilmişdir. (cild 1, iş vərəqə 27-30). Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və bununla əlaqədar olaraq müvafiq protokol tərtib edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq bir daha təsdiq edib, 21.07. 2021-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri göstərmişdir. (cild 1, iş vərəqə 71-75). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1769 nömrəli ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə - tibbi və kliniki müayyinəsi zamanı aşkar edilmiş xəsarət- bel nahiyyəsinin sol yarısının daxilə nüfuz edən köndələn çənbər bağırsaq müsariqəsini yaralayan və daxili qanaxma törədən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir; dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild 1, iş vərəqə 99-100). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 PHŞ-nin məhkəmə tibbi-biologiya şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 653/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür: 1. Zərərçəkmiş şəxs qan qrupu tAB0 sistemi üzrə təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən- AB(İV). 2. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş tünd göy rəngli qısaqol köynək (futbolka) üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda AB(İV) qrupunu xarakteriza edən A və B antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Beləliklə, bu qan AB(İV) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. 3. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş bıçaq üzərində tədqiqat zamanı qan aşkar olunmadı. (cild 1, iş vərəqə 129-133). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin Məhkəmə tibbi-kriminalistika şöbəsinin xx.xx.2021-ci il tarixli 525- MTKŞ/2021 nömrəli ekspert rəyindən görünür: .1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol idman köynəyinin arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə ülgücü, nisbətən iti və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus qısa qol idman köynəyinin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin xətti ölcüsünü nəzərə alaraq güman etmək olar ki, zədə törədən alətin tiyəsinin eni batma səviyyəsində 2,7smdən az olmamışdır. Zərərçəkmiş şəxs bədənindəki deşilmiş-kəsilmiş xarakterli xəsarətin yara kanalının uzunluğu haqqında hər hansı bir məlumat olmadığı üçün iz törədən alətin uzunluğu barədə fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs məxsus qısa qol idman köynəyinin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. 2. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. (cild 1, iş vərəqə134-138). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Komisyon Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2348 nömrəti ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd edilməyib. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə vaxtə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterl məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 1, iş vərəqə 140-142). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 1 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il şərti sınaq ilə əvəz edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarıldığına görə məhkumluğu ödənilmişdir. (cild 1, iş vərəqə 113-115). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti 4№ MTİİTS-dən verilmiş arayışında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də, Xırdalan şəhəri, “Quşçuluq” massivi R.Behbudov küçəsi, ev 61-də qeydiyyatdadır və orada yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti 4№ MTİİTS-dən verilmiş xasiyyətnamədən görünür ki, Ağayev X4 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, R.Behbudov küçəsi 61. Mənzil 79-da qeydiyyatdadır və yaşayır. Yaşadığı müddət ərzində onun haqqında heç bir şikayət və ərizə daxil olmamışdır. (cild 1, iş vərəqə 170). İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, təqsirləndirilən şəxsin atası X3 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs özü də məhkəməyə vediyi ifadəsində zərərçəkmiş şəxsə Şahid1 gözləri qarşısında xəsarət yetirdiyini etiraf etmiş, Şahid1 da hadisənin bilavasitə şahidi olduğunu məhkəmə göstərmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində dörd azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, 59.2-ci maddəsinə əsasən atasının şəhid olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 avqust 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 84-87) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Abşeron RPİ-də saxlanılan maddi sübut kimi tanınmış 1 ədəd bıçaq və 1 ədəd köynək məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 il (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hörkm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Abşeron RPİdə saxlanılan bir ədəd mayka və bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-220/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-220/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver