Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-220/2023 25.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçilər–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 13 Saylı Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Qıvraq kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı,əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dərvişlər kəndində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dərvişlər kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonunun Mehdiabad qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aldatma və etibardan suı-ıstıfadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs şəriki Şahid1 ilə birlikdə ünvan 3 ünvanında inşa etdiyi 1 girişli 7 mərtəbəli və ünvan 5ında inşa etdiyi 1 girişli 5 mərtəbəli çoxmənzilli yaşayış binalarına əvvəlki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsindən, hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsindən təhvil və istismara verilməsinə dair çıxarışların alınmasında və bununla bağlı digər zəruri sənədləşdirmənin aparılmasında köməklik göstərməsi barədə 2021-ci ilin aprel ayının əvvəllərində özünə müraciətindən sonra bunu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la müzakirə edib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs guya özlərinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində və digər qurumlarda yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olmasını və həmin vəzifəli şəxslər vasitəsi ilə guya qeyd olunan Komitə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilməsi zəruri olan tikinti obyektlərinə verilən koda dair şəhadətnaməni, tikintinin mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanılmasını, tikintinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq inşa edilməsini, tikintinin təhlükəsizliyini və sair halları təsdiq edən sənədləri toplayaraq, ünvan 3 ünvanında inşa edilmiş 1 girişli 7 mərtəbəli və ünvan 5ında inşa edilmiş 1 girişli 5 mərtəbəli çoxmənzilli yaşayış binalarının təhvil və istismara verilməsinə dair çıxarışları almaq imkanına malik olmasını Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən Şahid2 ofisində görüşləri zamanı Təqsirləndirilən şəxs1la aralarındakı cinayətkar niyyətə uyğun olaraq yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində guya yüksək vəzifədə işləyən tanışlarına xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs və Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə maddi nemət olan 229.600 (iki yüz iyirmi doqquz min altı yüz) manat məbləğində pul vəsaitinin birbaşa yolla özləri vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, Zərərçəkmiş şəxs razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2021-ci ilin aprel ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən Şahid2 ofisində Zərərçəkmiş şəxs 120.000 (bir yüz iyirmi min) manat, eyni niyyətlə, 2021-ci ilin aprel ayının ortalarında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən Şahid2 ofisində Zərərçəkmiş şəxs 24.600 (iyirmi dörd min altı yüz) manat, eyni niyyətlə 2021-ci ilin aprel ayının sonlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən Şahid2 ofisində Zərərçəkmiş şəxs 85.000 (səksən beş min) manat olmaqla, ümumilikdə 229.600 (iki yüz iyirmi doqquz min altı yüz) manat pul vəsaitini alaraq həmin pulu Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına xərclədikdən sonra cinayətkar niyyətlərini davam etdirərək, 2022- ci ilin yanvar ayının sonlarında qeyd olunan məsələnin müsbət həlli, yəni Şahid1 və Zərərçəkmiş şəxs birlikdə inşa etdiyi 1 girişli 7 mərtəbəli və 1 girişli 5 mərtəbəli çoxmənzilli yaşayış binalarının təhvil və istismara verilməsinə dair çıxarışların alınması üçün sonuncuların xeyrinə edəcəyi bilə- bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yüksək vəzifədə işləyən tanışına əvvəl razılaşdırılan məbləğdən əlavə olaraq maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin də rüşvət qismində verilməsinin zəruri olmasını Təqsirləndirilən şəxs1 vasitəsi ilə sonuncunun Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxsla görüşləri zamanı aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra, həmin adla 2022-ci ilin yanvar ayının sonlarında Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs1 ofisində sonuncu vasitəsi ilə Zərərçəkmiş şəxs əlavə olaraq 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini alıb həmin pul vəsaitini Təqsirləndirilən şəxs1la aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 249.600 (iki yüz qırx doqquz min altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Nurlanı ortaq tanışları vasitəsilə tanımışdır. Həmin şəxs lahiyə çəkmək lazım olsa, Təqsirləndirilən şəxs1 müraciət edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs binalara çıxarış almaq üçün ona müraciət edəndə o, Təqsirləndirilən şəxs1 demiş, Təqsirləndirilən şəxs1 lahiyə çəkməyin alınacağını bildirmişdir. Pulu Təqsirləndirilən şəxs1 hissə-hissə, yəni Zərərçəkmiş şəxs özünə verdiyi qədər vermişdir. Zərərçəkmiş şəxs nə qədər almışdırsa, hamısını Nurlana vermişdir. İş müəyyən səbəblərdən yubanmış, o, Ramikə narahat olmamasını, məsələnin düzələcəyini dermişdir. Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs görüşəndə Nurlan pulun onda olduğunu, qaytaracağını bildirmişdir. O, özü də Nurlana “ya camaatın işini ver, yada pulunu qaytar” demişdir. Həmin ərəfədə özüdə bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs1 ona bildirdiyi əlavə xərclərə görə 10 min manat pulu Nurlana vermişdir. Ümumi 110 min mant pul Nurlana vermiş, Nurlan dəftərində qeyd etmiş, imzalayıb pulu götürmüşdür. Zərərçəkmiş şəxs, Nurlan, Nofəl, o görüşəndə Zərərçəkmiş şəxs Nurlana “sən niyə pulu vermirsən?” demiş, Nurlan da öz növbəsində “sən mənə pul verməmisənki, indi də pulu istəyirsən?” demişdir. X13 Həbibovun pulunu özünün ona verdiyini, hətta dəftərinə yazdığını bildirmişdir. Nofəl Zərərçəkmiş şəxs Mehdiabadda mağazasının olduğunu, ona verə biləcəyini demiş, Zərərçəkmiş şəxs isə bələdiyyə sənədli olduğu üçün istəməmişdir. Sonra Nofəl torpağı olduğunu, onu verməyi təklif etmiş, Zərərçəkmiş şəxs isə torpaq yox, pulunu verməyi tələb etmişdir. Nofət obyektinin olduğunu, satılanda onun pulunu qaytaracağını demişdir. Sonra Zərərçəkmiş şəxs DİN-ə şikayət edəndə o, özü 30 min manat Zərərçəkmiş şəxs qaytarmışdır. 10 min manat pulu özü Ceyhuna vermiş, 5 min manat pulu isə Nofəl Ceyhuna vermişdir. Ümumilikdə 45 min manat pul qaytarılmışdır. Nofəl hazırda tutulmuşdur. Onun qardaşı pulu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 2020-ci ildə Təqsirləndirilən şəxs1la tanış olmuş və sonuncu ilə yaxın münasibəti yaranmış, aralarında düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 adını xatırlamadığı şirkət vasitəsi ilə yeni inşa edilmiş çox mənzilli binalara eskiz layihələrinin, konstruksiya və işçi planlarının hazırlanmasını, həmin sənədlər əsasında FHN-dən binaların istismara verilməsinə hazır olması haqqında ekspertiza rəylərinin alınmasını həyata keçirmişdir. Təxminən 10 il müddətində, 2020-ci ilədək Abşeron rayon mühafizə polis idarəsində polis nəfəri vəzifəsində işləmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsində xidmət aparmışdır. 2021-ci ilin aprel ayında təsadüfən Masazır qəsəbəsində Şahid2la və Zərərçəkmiş şəxsla rastlaşmışdır. Şahid2la əvvəlcədən tanışlığı olmuş, Zərərçəkmiş şəxsla isə sonuncu əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gəldiyi üçün ünsiyyəti yaranmışdır. Həmin zaman Şahid2la Zərərçəkmiş şəxs sonuncunun ünvan 3 ünvanında inşa edilmiş 1 bloklu 7 mərtəbəli binaya dair FHN-dən ekspertiza rəyinin alınması, eskiz layihələrin və konstruksiya, işçi planlarının hazırlanması ilə bağlı danışıq aparmışlar. O, Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs1 həmin işlə məşğul olduğunu və sonuncu vasitəsi ilə həmin işləri görə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1la danışmasını və işin dəyəri barədə özünə məlumat verməsini ondan istəmişdir. Təqsirləndirilən şəxs1la görüşüb həmin məsələ barədə danışdıqda, sonuncu ilkin layihə sənədləri təqdim etməsini istəmiş və o həmin sənədləri Zərərçəkmiş şəxs götürüb, Mehdiabad qəsəbəsində Təqsirləndirilən şəxs1 ofisində sonuncuya təqdim etmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs Masazır qəsəbəsində inşa etdiyi 7 mərtəbəli binaya dair eskiz layihələrin və konstruksiya, işçi planlarının hazırlanması və hazırlanmış sənədlərin FHN-də müdafiə olunması üçün özünə 107 000 manat məbləğində pul verilməsini istəmişdir. 2021-ci ilin aprel ayında o, Zərərçəkmiş şəxsla Masazır qəsəbəsində görüşüb, sonuncuya 7 mərtəbəli binaya dair eskiz layihələrin və konstruksiya, işçi planlarının hazırlanması, habelə sənədlərin FHN-də müdafiə olunmasını 130.000 manat məbləğində pul müqabilində həll edə biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. 2021-ci ilin aprel və iyun ayları ərzində hissə-hissə müxtəlif məbləğlərdə olmaqla hər dəfə Masazır qəsəbəsində, Ə.Vahid küçəsində inşa etdiyi binanın yaxınlığında və Şahid2 ofisinin yanında Zərərçəkmiş şəxs ümumilikdə ona 130.000 manat məbləğində pul vermişdir. O da öz növbəsində, 2021-ci ilin aprel və iyun ayları ərzində müxtəlif məbləğlərdə hissə-hissə olmaqla, hər dəfə Mehdiabad qəsəbəsində yerləşən ofisində Təqsirləndirilən şəxs1 ümumilikdə 107.000 manat məbləğində pul vermişdir. Lakin Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək müddəti uzatmış və sonradan barəsində cinayət işi açıldığı üçün Zərərçəkmiş şəxs şikayət etmişdir. O, Zərərçəkmiş şəxs 30.000 manat məbləğində vəsaiti qaytarmış, sonuncuya əlavə borcu qalmamışdır. Alınan 130.000 manat məbləğində vəsaiti layihənin hazırlanması, kommunal texniki şərtlərinin ödənilməsi üçün dövlət rüsumu kimi qəbul edilmişdir. Hər hansı bir dələduzluq əməli törətməmiş, Təqsirləndirilən şəxs1 özünün layihə şirkətinin olduğunu bildirdiyi üçün, sonuncunun qanuni həmin işləri görəcəyini ehtimal etmişdir. Ona çatan vəsait sırf daşınmaz əmlakın alqı-satqısını həyata keçirən şəxs kimi xidmət haqqı olmuşdur. Buna baxmayaraq, sənədlər Təqsirləndirilən şəxs1 tərəfindən düzəlmədiyi üçün xidmət haqqını da Zərərçəkmiş şəxs geri qaytarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 92.000 manat məbləğində deyil, hissə-hissə olmaqla, ümumilikdə 107.000 manat məbləğində pul vermiş, Zərərçəkmiş şəxsla ünvan 4 ünvanında inşa edilmiş 1 bloklu 7 mərtəbəli və ünvan 5ında inşa edilmiş 1 bloklu 5 mərtəbəli çoxmənzilli yaşayış binalarının təhvil və istismara verilməsinə dair çıxarışların alınması ilə bağlı deyil, yalnız 7 mərtəbəli binaya dair eskiz layihələrin və konstruksiya, işçi planlarının hazırlanması, habelə sənədlərin FHN-də müdafiə olunması barədə razılaşmış, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə həmin işi həyata keçirə biləcəyini bildirməmiş, Zərərçəkmiş şəxs 229.600 manat məbləğində deyil, 130.000 manat məbləğində pul almış, 2021-ci ilin oktyabr ayında Şahid1 və Zərərçəkmiş şəxsla birlikdə Təqsirləndirilən şəxs1 ofisinə görüşmüş, görüş zamanı o, 130.000 manat məbləğində pul vəsaiti aldığını və 107.000 manat məbləğində vəsaiti Təqsirləndirilən şəxs1 verdiyini bildirmiş, aralarında 92.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 verməsi, qalan 137.600 manat məbləğində vəsaiti isə özündə saxlaması barədə danışıq aparılmamışdır. (cild İ, i.v. 162-165, Cild 2, i.v 33-38) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Fərəci 3 il olar ki, tanıyır. Yeni inşa edilmiş çox mənzilli binaları inşa edən şəxslərə eskiz layihələrin, konstruksiya və işçi planlarının hazırlanmasında köməklik etmişdir. Təqsirləndirilən şəxs2 FHN-dən ünvan 3 ünvanında inşa edilmiş 1 bloklu 7 mərtəbəli və ünvan 5ında inşa edilmiş 1 bloklu 5 mərtəbəli binalara ekspertiza rəyinin alınması üçün eskiz layihələrin və konstruksiya, işçi planlarının hazırlanmasına köməklik edilməsi üçün ona müraciət etmişdir. İşin özünə düşən hissəsi 8000-9000 kvadrat olmuş, özü isə onları işləyib təhvil vermişdir. O, Fərəcə qiymət demiş, razılaşmışlar, Fərəc ona məbləğin bir hissəsini ödəmişdir. Bu işlə bağlı Fərəclə 3-4 dəfə görüşmüşlər. Həmin görüşlərdə Nofəl də olmuş, Fərəc Nofələ onun yanında pul vermişdir. Nofələ iki dəfə pul vermiş, birində 30 min manat pulu onun yanında vermişdir. Özü Fərəcdən pulunu tam gətirməsini tələb etmişdir. Nofəl ona söz vermişdir ki, yerdə qalan sənədləri özü gətirəcəkdir, işə davam etsin. O, bir neçə dəfə memarları göndərmiş, təxminən1 həftə binanın üstündə işləmişlər. Sonra Fərəc eskizləri Nofələ göstərmiş, Nofəl səhv işlədiklərini bildirmiş və onlar yenidən düzəlişlər etmişlər. 15 gün yenidən Ramikin binasında işləmiş, hər şeyi yoluna qoymuşdur. Sonrakı işi artıq Nofəl görməli olmuş, Nofəl həmin sənədlərin bir hissəsini Fövqəladə Hallar Nazirliyinə aparmalı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də məsələni həll etməli imiş. O, pulu qaytarandan sonra Ramik “60 min manat sənin halalındı, bu işləri görmüsən” demiş, 2 min manat isə onun memarına vermişdir. Sonra iş Korrupsiya idarəsində olanda o, “lazımdırsa, mən pulu qaytara da bilərəm, işçi mənimdir, problem deyil, ziyan mənimdir” demiş və orada həmin 62 min manatı qaytarmışdır. Fərəcin Ramikdən nə qədər pul aldığını bilməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanı 112 min manat ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs2la təxminən 2021-ci ilin yanvar ayında tanış olmuş və sonuncu ilə yaxın münasibəti yaranmış, aralarında düşmənçilik və ədavət olmamışdır. Faktiki rəhbəri olduğu “AV Qrup” şirkəti tərəfindən bir necə yeni inşa edilmiş çox mənzilli binaları inşa edən şəxslərə eskiz layihələrin, konstruksiya və işçi planlarının hazırlanmasında köməklik etmişdir. Həmin sənədlər əsasında binaları inşa edən şirkətlər, özləri FHN-dən binaların istismara verilməsinə hazır olması haqqında ekspertiza rəylərini almışlar, zərurət olduqda “AV Qrup” şirkəti öz layihələrini FHN-də müdafiə etmişdir. 2021-ci ilin aprel ayında Təqsirləndirilən şəxs2 FHN-dən ünvan 3 ünvanında inşa edilmiş 1 bloklu 7 mərtəbəli və ünvan 5ında inşa edilmiş 1 bloklu 5 mərtəbəli binalara ekspertiza rəyinin alınması üçün, eskiz layihələrin və konstruksiya, işçi planlarının hazırlanmasına köməklik edilməsi üçün Mehdiabad qəsəbəsində ona müraciət etmişdir. O, sonuncuya həmin məsələni faktiki rəhbəri olduğu “AV Qrup” şirkəti vasitəsi ilə həyata keçirə biləcəyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs2 həmin binalara aid sənədləri ona təqdim etmiş və sonradan “AV Qrup” şirkətinin işləri tərəfindən həmin binaya baxış keçirilmişdir. Təxminən 2021-ci ilin may ayının əvvəllərində Mehdiabad qəsəbəsində Təqsirləndirilən şəxs2la görüşdükdə, həmin binalara FHN-dən ekspertiza rəyinin alınması ilə bağlı eskiz layihələrin, konstruksiya və işçi planlarının hazırlanmasının dəyərinin ümumilikdə 112.000 manat təşkil edəcəyini demişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşmış və “AV Qrup" şirkəti zəruri işləri görməyə başlamışdır. 2021-ci ilin may ayından 2021-ci ilin oktyabr ayınadək Təqsirləndirilən şəxs2 hissə olmaqla ümumilikdə 92.000 manat məbləğində ona pul vermişdir. İlkin olaraq 7 mərtəbəli binanın işlərini həyata keçirməyə başlamışdır. 2021-ci ilin oktyabr ayının ortalarında ünvan 3 ünvanında 1 bloklu 7 mərtəbəli və ünvan 5ında 1 bloklu 5 mərtəbəli binaları inşa edən Zərərçəkmiş şəxs və Şahid1 Mehdiabad qəsəbəsində onunla görüşmüşlər. Həmin zaman o, ilk dəfə Zərərçəkmiş şəxs və Şahid1 görmüşdür. Görüş zamanı o, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs 174.000 manat məbləğində pul aldığını öyrənmiş, lakin Təqsirləndirilən şəxs2 ona hansı məbləğdə pul verməsi barədə məlumat verməmişdir. Sonradan Zərərçəkmiş şəxs və Şahid1 Təqsirləndirilən şəxs2la birlikdə onun yanına gəlmişlər və onlar işi davam etdirmək qərarına gəlmişlər. Təxminən 2021-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs işin davam etdirilməsi üçün taksi vasitəsi Mehdiabad qəsəbəsinə əlavə olaraq 20.000 manat məbləğində pul göndərmişdir. Lakin sonradan binalarla bağlı Abşeron rayon icra hakimiyyətindən icazə alına bilmədiyi üçün işlər yekunlaşmamış və bundan sonra o, 2022-ci ilin fevral-iyun ayları ərzində Zərərçəkmiş şəxs aldığı vəsaiti tam qaytarmışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs pulu bütün zəruri sənədləri toplayıb, binaların istismara verilməsi haqqında çıxarış alacağı adı ilə almış və Təqsirləndirilən şəxs2 digər işləri kimin vasitəsi ilə, eləcə də hansı yolla həyata keçirəcəyi barədə onun məlumatı olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 ifadələrində qeyd etmişdir ki, ünvan 3 ünvanında inşa edilmiş 1 bloklu 7 mərtəbəli və ünvan 5ında inşa edilmiş 1 bloklu 5 mərtəbəli binaların eskiz layihələrin, konstruksiya və işçi planlarının hazırlanması m2 üzrə təxminən 12 manat dəyərində hesablanmış, “AV Qrup" şirkətinin təsisçisi başqa şəxs olsa da, o, həmin şirkətə faktiki rəhbərliyi həyata keçirmiş, o, qeyri-rəsmi qaydada həmin şirkətdə eskiz layihələrin, konstruksiya və işçi planlarının hazırlanması ilə bağlı ölçü və layihələndirmə işlərini aparmış, onunla “AV Qrup” şirkəti arasında hər hansı müqavilə bağlanmamışdır. Həmçinin, hazırda istintaq orqanına "AV Qrup" şirkəti ilə bağlı hər hansı bir sənəd təqdim edə bilməyəcəyini qeyd etmişdir.( Cild 1, i.v 92-96, 127-130, 243-246) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, dostu İsrafilov İsrafilin vasitəsi ilə Fərəci tanımışdır. Fərəc tikilən binaların çıxarışın almaqla məşğuldur. FHN-dən, İcra hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sənədləri toplayıb axırda Reyestr Xidmətindən çıxarışı almalı imiş. Fərəclə danışmış, Fərəc ona FHN-dən keçəcəyini, gəlib binaya baxılacağını, ekspertizalar keçiriləcəyini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində və FHN-də adamı olduğunu bildirmiş, konkret vəzifəli şəxs adı çəkməmişdir. İki binanın çıxarışını həll etmək birlikdə 249 min manat pul etmişdir. Binaların biri Şahid4, digəri isə Kazımov Kazımın adınadır. Pulu ödəmiş, pulu verəndə İsrafil və Ceyhun onun yanında olmuşdur. Proses bir neçə ay gecikmiş, aldığı məlumata görə Fərəcin Nurlanla işlədiyini, Nurlana layihə çəkdirdiyini öyrənmişdir. Nurlanla ofisdə görüşmüşlər, ikinci dəfə Ceyhun, İsrafil, Fərəc və Nurlanla birlikdə görüşmüşlər və onun verdiyi pulun 112 min manatının Nurlana çatdığı məlum olmuşdur. Sonra o, Fərəcdən DİN-ə şikayət etmişdir. Fərəc həmin vaxt 30 min manat pul ödəmiş, yerdə qalan 107 min 600 pul hələdə ödənilməmişdir. Ümumiyyətlə Nurlandan şikayət etməmiş, çünki ona pul verməmişdir. Ondan şikayət etməməyinin bir səbəbi isə ona pul vermədiyi halda onun pulu qaytarması olmuşdur. Nurlanla görüşəndə 112 min vəsaitlə bağlı Nurlan konstruksiya çəkilməsi və lahiyələr hazırlanması üçün aldığını bildirmişdir. Lahiyələri və konstruksiyaları Nurlan ona təhvil vermişdir. Geri qalan 137 minin harda olduğu barədə Fərəc məlumat verməmişdir. Fərəclə aralarında olan söhbətlərin videoçəkilişi olmuşdur. Videoçəkiliş olduğunu özləri bilmişdir, onların gözünün qabağında çəkmişdir. Təqsirləndirilən şəxs1la barışmışdır, ondan şikayəti olmayıb, gələcəkdə də olmayacaq. 112 min manatı Nurlan ona qaytarmış, yəni özünə aid hissədə ziyanı tam ödəmişdir. Nurlanın adını Korrupsiya İdarəsində əvvəlcə Fərəc çəkmişdir. Təqsirləndirilən şəxs2 ilə isə ona dəymiş maddi zərər tamamilə ödənilmədiyindən barışmamışdır. Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o 2019-cu ildən etibarən Abşeron rayonunun Masazır qəsəbəsinin ərazisində çox mənzilli yaşayış binalarının inşasını həyata keçirir və hazırda şəriki Şahid1 ilə birlikdə ünvan 3 ünvanında 1 bloklu 7 mərtəbəli və ünvan 5ında 1 bloklu 5 mərtəbəli binaların inşasını aparır. Qeyd olunan binaların inşasını Abşeron rayon icra hakimiyyətindən aldığı tikintiyə icazənin verilməsi haqqında sərəncam əsasında həyata keçirmişdir. Lakin, inşaata başladığı zaman Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə”nin alınmasına ehtiyac olmadığı üçün həmin şəhadətnaməni almamışdır. Təxminən 2020-ci ilin sonlarında binaların inşa yekunlaşmış və tamamlanma işləri həyata keçirilmişdir. ünvan 3 ünvanında inşa edilmiş 1 bloklu 7 mərtəbəli və ünvan 5ında inşa edilmiş 1 bloklu 5 mərtəbəli binaların təhvil və istismara verilməsi haqqında çıxarışın alınması üzün müddət çəkdiyi üçün, həmin məsələni qısa müddətə həll edə biləcək şəxs axtarmağa başlamışdır. Bununla bağlı tanışı, Abşeron rayonunun Masazır qəsəbəsində inşaat işləri ilə məşğul olmuş Şahid2 ilə danışdıqda, sonuncu bir necə şəxsə binaları ilə bağlı çıxarış almaqda köməklik edən tanışı Təqsirləndirilən şəxs2la onu görüşdürəcəyini bildirmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Şahid2 Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən ofisində sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs2la görüşüb, ünvan 3 ünvanında inşa etdirdiyi 1 bloklu 7 mərtəbəli və ünvan 5ında inşa etdiyi 1 bloklu 5 mərtəbəli binalara yekun təhvil və istismara verilməsi haqqında çıxarışların alınması ilə bağlı danışıq aparmışdır. Həmin zaman Təqsirləndirilən şəxs2 ilkin olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamənin alınmalı olduğunu, sonra isə həmin Komitədən, eləcə də Fövqəladə Hallar Nazirliyindən və Abşeron rayon icra hakimiyyətindən tikintinin mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanılmasına, tikintilərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq inşa edilməsinə, tikintinin təhlükəsizliyinə və sair ilə bağlı sənədlərin toplanılaraq, yekunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsindən çıxarışın alınmalı olduğunu bildirmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs2 özünün müxtəlif dövlət orqanlarında, o cümlədən də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, FHN- də, Abşeron rayon icra hakimiyyətində yüksək vəzifələrdə işləyən şəxslərlə ünsiyyətinin olduğunu qeyd etmişdir. Onun inşa etdiyi binalara çıxarışların alınmasını isə birbaşa Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yüksək vəzifədə işləyən tanışı vasitəsi ilə həyata keçirəcəyini və həmin şəxsin göstərişinə əsasən bütün sənədlərin qısa müddətə toplanılaraq, ona 1 ay ərzində çıxarışın veriləcəyini əlavə etmişdir. Sonrakı gün o, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 2 ünvanında inşa etdirdiyi 1 bloklu 7 mərtəbəli və ünvan 5ında inşa etdirdiyi 1 bloklu 5 mərtəbəli binalara dair eskiz layihəsini və sərəncamı Təqsirləndirilən şəxs2 vermişdir. Təxminən 2 gün sonra, 2021-ci ilin aprel ayının əvvəllərində yenidən Şahid2 Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən obyektində görüşən zaman Təqsirləndirilən şəxs2 həmin məsələni həll edə biləcəyini və iki binaya dair bütün sənədlər daxil olmaqla, yekun çıxarışın alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yüksək vəzifədə işləyən tanışına 229.600 manat məbləğində pul verilməli olduğu bildirmişdir. Həmin sənədlərin toplanması uzun müddət tələb etməsi səbəbindən və Təqsirləndirilən şəxs2 vasitəsi ilə asan yolla həmin işləri görə biləcəyi üçün sonuncu ilə razılaşmışdır. Onunla Təqsirləndirilən şəxs2 arasında olan danışıqda Şahid2 iştirak etmişdir.Təxminən 3 gün sonra, 2021-ci ilin aprel ayının əvvəllərində Şahid2 vasitəsi ilə Təqsirləndirilən şəxs2 dəvət edərək, yenidən birincinin ofisində görüşmüş və bütün sənədlər daxil olmaqla, ünvan 3 ünvanında inşa etdirdiyi 1 bloklu 7 mərtəbəli və ünvan 5ında inşa etdirdiyi 1 bloklu 5 mərtəbəli binalara yekun təhvil və istismara verilməsi haqqında çıxarışların alınması üçün ilkin olaraq Təqsirləndirilən şəxs2 şəxsən 120.000 manat məbləğində pul vermişdir. 2021-ci ilin aprel ayının ortalarında qeyd olunan binalara dair çıxarışların alınması ilə bağlı məsələlərin həll olunması üçün Şahid2 iştirakı ilə əlavə olaraq 24.600 manat məbləğində vəsaiti sonuncunun Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən ofisində Təqsirləndirilən şəxs2 şəxsən vermişdir. Sonra eyni məsələli ilə bağlı təxminən 10 gün sonra, 2021-ci ilin aprel ayının sonlarında Şahid1 və Şahid2 iştirakı ilə 85.000 manat məbləğində vəsaiti sonuncunun Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən ofisində Təqsirləndirilən şəxs2 təqdim etmişdir. Bununla da o, ümumilikdə Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 2 ünvanında inşa etdirdiyi 1 bloklu 7 mərtəbəli və Masazır qəsəbəsi, Xaqani ünvan 6nda inşa etdirdiyi 1 bloklu 5 mərtəbəli binalara dair çıxarışları almaq üçün Təqsirləndirilən şəxs2 229.600 manat məbləğində pul vəsaiti vermiş və həmin pul vəsaiti ona məxsus olmuşdur. Pulu aldıqdan sonra, Təqsirləndirilən şəxs2 bütün vəsaiti Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yüksək vəzifədə işləyən tanışına çatdıracağını və 1 ay ərzində çıxarışların ona veriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 kimin vasitəsi çıxarışların alınmasını təşkil edəcəyi barədə ona məlumat verməmiş, o, yalnız sonrada sonuncunun Mehdiabad qəsəbəsində ofisi olan Təqsirləndirilən şəxs1 vasitəsi ilə iş gördüyünü bilmişdir. Lakin, 1 ay ərzində Təqsirləndirilən şəxs2 tərəfindən ona çıxarışlar verilməmiş, eləcə də digər sənədlər toplanmamış və sonradan Təqsirləndirilən şəxs2 müxtəlif bəhanələr gətirərək müddət uzatmağa başlamışdır. 2021- ci ilin oktyabr ayının əvvəllərində o, Təqsirləndirilən şəxs2 aldığı pulu Təqsirləndirilən şəxs1 verdiyini öyrənmiş və Şahid2la birlikdə sonuncunun Mehdiabad qəsəbəsində yerləşən ofisinə getmişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ona 229.600 manat məbləğində deyil, az məbləğdə vəsait verdiyini və hər bir halda işi düzəldəcəyini bildirmişdir. 2021-ci oktyabr ayının 14-də o, şəriki Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs2la birlikdə Təqsirləndirilən şəxs1 ofisinə getmişdir. Aparılan danışıq zamanı Təqsirləndirilən şəxs2 92.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 verdiyi, qalan 137.600 manat vəsaiti isə özündə saxladığını öyrənmişdir. Həmin danışıq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona hər iki binanın çıxarışları ilə bağlı işi həll edəcəklərinə dair yenidən vəd vermişlər. Təxminən 2022-ci ilin yanvar ayının sonlarında Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs1la sonuncunun Mehdiabad qəsəbəsində olan ofisində görüşmüş və görüş zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 aldığı vəsaiti özünə tam verməməsi səbəbindən, eləcə də Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 2 ünvanında inşa etdirdiyi 1 bloklu 7 mərtəbəli və ünvan 7 ünvanında inşa etdirdiyi 1 bloklu 5 mərtəbəli binalara dair çıxarışların alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yüksək vəzifədə işləyən şəxsə əlavə olaraq 20.000 manat pul verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər digər şəxslərə bir necə binaya dair çıxarış almaqda köməklik etdiyi üçün özünə qarşı ondan inam yaratmış və bir necə gün sonra 2022-ci ilin yanvar ayının sonlarında, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ofisində Təqsirləndirilən şəxs1 şəxsən 20.000 manat məbləğində pul vermişdir. Həmin pul vəsaiti də ona məxsus olmuş və bununla da o Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 ümumilikdə 249.600 manat məbləğində pul vəsaiti vermişdir. Lakin Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 hər hansı bir iş görmədiklərindən və barələrində cinayət işinin istintaqı aparıldığı üçün aprel ayında Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmişdir. ( cild İ, i.v. 82-85, 157-161,201-203) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Abşeron rayonunun Masazır qəsəbəsinin ərazisində çox mənzilli yaşayış binalarının inşasını həyata keçirmişdir. Zərərçəkmiş şəxs onun şərikidir. ünvan 3 ünvanında 1 bloklu 7 mərtəbəli və ünvan 5ında 1 bloklu 5 mərtəbəli binaların təhvil və istismara verilməsi haqqında çıxarışların alınması üzün müddət çəkdiyi üçün həmin məsələni qısa müddətə həll edə biləcək şəxsi şərikilə birlikdə axtarmağa başlamışdır. Ortaq tanışları Şahid2 Təqsirləndirilən şəxs2 bu məsələdə onlara kömək edə biləcəyini Zərərçəkmiş şəxs bildirmişdir. Zərərçəkmiş şəxs bir necə dəfə Təqsirləndirilən şəxs2la görüşmüş və Fərəc həmin tikinti üçün zəruri sənədlərin toplayıb yekunda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hər iki binaya çıxarış almaq üçün dövlət qurumunda yüksək vəzifədə işləyən şəxsə özü vasitəsi ilə 229.600 manat məbləğində pul verilməli olduğu Zərərçəkmiş şəxs bildirmişdir. Həmin sənədlərin toplanması uzun müddət tələb etməsi səbəbindən Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs2 ilə razılaşmış və Zərərçəkmiş şəxs pul vəsaitinin verilməsini öz öhdəliyinə götürmüşdür. Şahid2 ofisində Zərərçəkmiş şəxs ilkin olaraq Təqsirləndirilən şəxs2 120.000 manat, sonra isə 24.600 məbləğində pul vermişdir. Daha sonra qeyd olunan binalara dair çıxarışların alınması üçün onun və Şahid2 iştirakı ilə Zərərçəkmiş şəxs 85.000 manat məbləğində vəsaiti Şahid2 ofisində Təqsirləndirilən şəxs2 təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs2 təxminən 1 ay ərzində məsələni həll edərək hər iki binanın çıxarışını 1 ay ərzində verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilmiş pul vəsaiti Zərərçəkmiş şəxs məxsus olmuşdur. Təqsirləndirilən şəxs2 kimin vasitəsilə çıxarışın alınması barədə məlumat verməmiş, Zərərçəkmiş şəxsla sonrada onun Təqsirləndirilən şəxs1 vasitəsi ilə iş gördüyünü öyrənmişdir. Sonradan Təqsirləndirilən şəxs2 bəhanələr gətirərək müddət uzatmağa başlamışdır. Özü, Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxs2la birlikdə Təqsirləndirilən şəxs1 ofisində görüşmüşlər. Aparılan danışıq zamanı Təqsirləndirilən şəxs2 92.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 verdiyi, qalan 137.600 manat vəsaiti isə özündə saxladığı müəyyən edilmişdir. Həmin danışıq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 binaların çıxarışlarını alacaqlarına dair yenidən vəd vermişlər. Bir müddət sonra Zərərçəkmiş şəxsla birlikdə Təqsirləndirilən şəxs1la görüşmüş və həmin zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 aldığı vəsaiti özünə tam verməməsi səbəbindən və hər iki binaya dair çıxarışların alınması üçün 20.000 manat pul verməli olduğunu bildirmişdir. Bir necə gün sonra Zərərçəkmiş şəxs onun iştirakı ilə Təqsirləndirilən şəxs1 20.000 manat məbləğində pul vermişdir. Həmin pul vəsaiti də Zərərçəkmiş şəxs məxsus olmuşdur. Bununla da ümumilikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 249.600 manat məbləğində pul vermiş, lakin onlar vədlərini yerinə yetirməyərək hər iki binaya dair çıxarışı almamışlar. Məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla uzun müddətdir tanışlığı olmuşdur. Zərərçəkmiş şəxs inşasını həyata keçirdiyi binaların təhvil və istismara verilməsi haqqında çıxarışların alınmasında köməklik edə biləcək şəxs axtarmışdır. Bununla bağlı o, Abşeron rayon icra hakimiyyətində, FHN-də, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində və Əmlak Məsələləri Dövlət Xidmətində işləyən vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğu və həmin şəxslər vasitəsi ilə çıxarış almaq imkanında olmasını bildirən Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs görüşdürmüşdür. Həmin zaman Təqsirləndirilən şəxs2 bir daha özünün müxtəlif dövlət orqanlarında yüksək vəzifələrdə işləyən şəxslərlə ünsiyyətinin olduğunu qeyd etmiş və Zərərçəkmiş şəxs məsələsini isə birbaşa Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yüksək vəzifədə işləyən tanışı vasitəsi ilə həyata keçirəcəyini və həmin şəxsin göstərişinə əsasən bütün sənədlərin qısa müddətə toplanaraq 1 ay ərzində çıxarışın veriləcəyini bildirmişdir. Təxminən 2 gün sonra Təqsirləndirilən şəxs2la görüşən zaman həmin məsələni həll edə biləcəyini və iki binaya dair bütün sənədlər daxil olmalqa yekun çıxarışın alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yüksək vəzifədə işləyən tanışına 229.600 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs2 yenidən onun ofisində görüşmüşlər və çıxarışın alınması üçün ilkin olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 onun iştirakı ilə 120.000 manat məbləğində pul vermişdir. Həmin binalara dair çıxarışların alınması ilə bağlı onun iştirakı ilə əlavə olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 24.600 manat məbləğində pul vermişdir. Daha sonra Şahid1 və onun iştirakı ilə Zərərçəkmiş şəxs 85.000 manat məbləğində vəsaiti ofisində Təqsirləndirilən şəxs2 təqdim etmişdir. Lakin, Təqsirləndirilən şəxs2 hər hansı bir iş görməyərək, müxtəlif bəhanələr gətirərək müddət uzatmağa başlamışdır. 2021- ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 aldığı pulu Təqsirləndirilən şəxs1 verməsini öyrənmişdir. O, Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs2la birlikdə Təqsirləndirilən şəxs1 ofisinə getmişlər və aralarında olan danışıq zamanı Təqsirləndirilən şəxs2 92.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 verdiyi, qalan 137.600 manat vəsaiti isə özündə saxladığı müəyyən edilmişdir. Yenidən həmin danışıq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər iki binanın çıxarışı barədə işi həll edəcəklərini bildirmişlər. Sonradan Zərərçəkmiş şəxs əlavə olaraq Təqsirləndirilən şəxs1 20.000 manat məbləğində pul verməsini bilmişdir. Lakin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vədlərinə əməl etməmişlər və Zərərçəkmiş şəxs Şahid1lə birlikdə inşa etdiyi binalara dair çıxarışları almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Abşeron rayonunun ərazisində fərdi yaşayış evlərinin inşası, satışı, təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs2 Xırdalan şəhərində daşınmaz əmlakın rəsmiləşdirilməsi ilə bağlı iş görən şəxs kimi tanınmış və Şahid2la birlikdə təxminən 2 il əvvəl Təqsirləndirilən şəxs2la tanış olmuşdur. Təqsirləndirilən şəxs2 müxtəlif dövlət orqanlarında yüksək vəzifələrində işləyən şəxslərlə ünsiyyətinin olduğunu və daşınmaz əmlakla bağlı rəsmiləşdirmə işlərində köməklik edə biləcəyini qeyd etmişdir. 2021-ci ilin aprel ayında tanışı Zərərçəkmiş şəxs şəriki Şahid1 ilə birlikdə inşasını həyata keçirdikləri binalara çıxarış almaq istəmiş və buna görə də Şahid2 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2la görüşdürmüşdür. Həmin görüş zamanı Təqsirləndirilən şəxs2 binalara çıxarışın alınması üçün özü vasitəsi dövlət orqanında işləyən şəxsə 229.600 manat məbləğində pul verilməli olduğunu bildirmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2la razılaşıb, ayrıayrı vaxtlarda olmaqla həmin məbləği ona vermişdir. Təqsirləndirilən şəxs2 bütün sənədləşdirmə işini həyata keçirməyi və yekunda çıxarışları verməyi öz öhdəsinə götürmüşdür. Lakin, sonradan Təqsirləndirilən şəxs2 müxtəlif bəhanələr gətirərək müddət uzatmışdır. Sonradan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 vasitəsi ilə iş gördüyü öyrənmiş və çıxarışların alınması üçün əlavə olaraq Təqsirləndirilən şəxs1 20.000 manat məbləğində pul vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vədlərinə əməl etməmişlər və Zərərçəkmiş şəxs inşa etdiyi binalara dair çıxarış verməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla uzun müddətdir dostluq əlaqələri vardır. Zərərçəkmiş şəxs inşasını həyata keçirdiyi binanı onun adına rəsmiləşdirmək istədiyini bildirmişdir. Uzun müddət dostluq əlaqələri olduğu üçün Zərərçəkmiş şəxsla razılaşmış və sonuncu onun adına Abşeron rayonunun Masazır qəsəbəsində 0.10 ha torpaq əldə etmişdir. Sonradan Zərərçəkmiş şəxs tərəfindən həmin ərazidə yaşayış binasının inşası aparılmış və bütün tikinti işlərinə Ramik özü nəzarət etmiş, özü isə yalnız sənədləşdirmə işlərini həyata keçirmişdir. Həmin binanın inşasını Zərərçəkmiş şəxs şəriki Şahid1 ilə birlikdə aparmışdır. Həmin binalara yekun çıxarış almaq üçün Təqsirləndirilən şəxs2 229.600 manat, sonradan isə Təqsirləndirilən şəxs1 20.000 manat məbləğində pul vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vədlərinə əməl etməmişlər və Zərərçəkmiş şəxs inşa etdiyi binalara dair çıxarış verməmişlər. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 2019-cu ildə Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsində inşasını başlayacağı binanı onun adına rəsmiləşdirmək və həmin binanın inşası zamanı sənədləşdirmə işini onun həyata keçirməyini istəmişdir. Uzun müddət dostluq əlaqələri olduğu üçün o. sonunu ilə razılaşmış və Zərərçəkmiş şəxs onun adına Abşeron rayonunun Masazır qəsəbəsində 0.044 ha torpaq əldə etmişdir. Sonradan Zərərçəkmiş şəxs tərəfindən həmin ərazidə yaşayış binasının inşaası aparılmış və bütün tikinti işlərinə sonuncu özü nəzarət etmişdir. Həmin binanın inşasını Zərərçəkmiş şəxs şəriki Şahid1 birlikdə aparmışdır. 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs şəriki Şahid1 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində inşasını apardığı 1 bloklu 7 mərtəbəli və 1 bloklu 5 mərtəbəli binalara yekun çıxarış almaq üçün Təqsirləndirilən şəxs2 229.600 manat, sonradan isə Təqsirləndirilən şəxs1 20.000 manat məbləğində pul vermişdir. Lakin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vədlərinə əməl etməmişlər və Zərərçəkmiş şəxs inşa etdiyi binalara dair çıxarış verməmişlər. (cild İ. i.v. 151-153) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına könüllü olaraq təqdim edilmiş sonuncu ilə Təqsirləndirilən şəxs2 arasında olan danışıqların əks olunduğu 1 ədəd “DVD" daşıyıcısına 10 avqust 2022-ci il tarixli baxış protokolundan görünür ki, VlD-20220408- WA0001.mp4 adlı video görüntü faylı 1 dəqiqə 30 saniyə olmaqla, görüntüdə masa ətrafından əyləşmiş 4 nəfər şəxsin apardığı danışıqlar əks olunmuşdur. Videogörüntünü çəkən şəxs (Zərərçəkmiş şəxs) videoçəkiliş aparılan zaman, ondan sağ tərəfdə oturan şəxsə müraciət edərək “...Fərəc 164 pul vermişəm sizə, düzdür? 10 min pulu da özüm vermişəm Nurlana, düzdür? Fərəc mənə pulumu, torpaqdır və ya nədir haçan (yəni nə vaxt) verirsən? Sən burda yalan danışırsan..." bildirir. Buna cavab olaraq Fərəc adı ilə müraciət olunan şəxs video çəkilişi aparan şəxsə (Zərərçəkmiş şəxs) "İndi bir oturub söhbət edirik, 80... adam gətirir sənin puluvu * məzmunda cavab verir. Sonra video qeydiyyatı aparan şəxs (Zərərçəkmiş şəxs) “ 88 000 Pərviz mənə deyirki, mən gətirib sənin puluvu verirəm, ya torpaq verirəm, ya obyekt, mən Pərvizə... pul verməmişəm" qeyd edir və çəkilişi aparan şəxsdən sağ tərəfdə oturan Fərəc adı ilə müraciət olunan şəxs "87 dən çıx nə qədər qalır” sual verir, ətrafda oturan şəxslər və video çəkilişi aparan şəxs (Zərərçəkmiş şəxs) "düz 87000-də qalır” ifadələrini işlədirlər. Ardınca video çəkilişi aparan şəxs (Zərərçəkmiş şəxs) "Burda yalan danışan namussuzdur, fırladan da onun tayıdır, mənim pulum, mənim mülkim mənə haçan çatacaq" bildirir. Fərəc adı ilə müraciət olunan şəxs "Eşit, sabah saat üç, iki üçün danışırıq, bizim orda maşınlarımız da var” qeyd edir, buna cavab olaraq video çəkilişi aparan şəxs (Zərərçəkmiş şəxs) "Maşında qəbul edirəm, gedək maşınları ver mənə” bildirir. Daha sonra Fərəc adı ilə müraciət olunan şəxs "Gör nə deyirəm, indi desək..., o telefonu yığışdır” ifadəsini işlədir. Ardınca videoçəkilişi aparan şəxs (Zərərçəkmiş şəxs) “Mən bunu çəkməliyəm, mən 10 min pul verməmişəm, 174 000 puldur, 1 il 2 ay mənim pulum sizdədir ... kişilikdən keçib qaçmayın, mən qalmışam şəriklərimin yanında pis vəziyyətdə. Niyə, sən mənim qardaşımsan, nəyimsən?...Mənim pulumu verində...” bildirir. (Cild 1, i. v 199-200) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş protokoldan görünür ki, video görüntü ilə bağlı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmin videogörüntü 2022-ci ilin mart ayında, Abşeron rayonunun Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən kafedə qeydə alınmışdır. Həmin kafedə o, İsrafil İsrafilov, Şahid1 və Təqsirləndirilən şəxs2 görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs2 onun sağ tərəfində, sonuncu ilə üzbəüz oturan şəxs İsrafil İsrafilov, qarşısında isə Şahid1 əyləşmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs2 və digər şəxslər onun çəkiliş aparmağını görmüşlər və bunu Təqsirləndirilən şəxs2 sonradan inkar etsə dəlil kimi istifadə etmək üçün etmişdir. Danışıq zamanı adı keçən Pərviz Təqsirləndirilən şəxs1 əmisi oğludur və görüşdən bir necə gün əvvəl sonuncu onunla əlaqə saxlayıb 87.000 manat məbləğində pul ödəyəcəyini demişdir. Həmçinin o, görüşün bir hissəsini qeydə almış və videoqeydə alınan zaman onlar yalnız inşa etdiyi 7 mərtəbəli binaya çıxarışın verilməsi üçün tərəfindən ödənilmiş 174.000 manat məbləğində vəsait barədə danışıq aparmışlar. Lakin, görüşün sonrakı hissəsində Təqsirləndirilən şəxs2la 5 mərtəbəli binayada çıxarışın alınması üçün verilmiş 75.600 manat məbləğində vəsaitin qaytarılması barədə danışıq aparmışdır. Lakin, Təqsirləndirilən şəxs2 videoçəkilişi saxlamağını istədiyi üçün həmin hissə qeydə alınmamışdır. Təqsirləndirilən şəxs2 hər iki bina üçün sonuncuya və Təqsirləndirilən şəxs1 verilmiş ümumilikdə 249.600 manat məbləğində vəsaitin bir hissəsini torpaq və obyekt ilə əvəzləşdirəcəyini, qalan hissəsinin isə pul vəsaiti ilə qaytarılacağını bildirmişdir. Lakin, ona vurulmuş ziyan hal-hazıradək tam ödənilməmişdir. Hal-hazıradək Təqsirləndirilən şəxs2 ona 30.000 manat məbləğində vəsaiti, Təqsirləndirilən şəxs1 isə 50.000 manat məbləğində vəsaiti qaytarmışlar və sonuncu 62.000 manat dəyərində ona torpaq sahəsini verəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ünvan 3 ünvanında inşa etdiyi 1 bloklu 7 mərtəbəli və ünvan 5ında inşa etdiyi 1 bloklu 5 mərtəbəli binaların təhvil və istismara verilməsi haqqında çıxarışın alınması ilə bağlı zəruri olan hər hansı bir sənəd ona təqdim edilməmiş və eskiz layihələrini, konstruksiya və işçi planlarını hazırlanması ilə bağlı aralarında danışıq olmamış, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd etdiyi binalara çıxarışların alınması üçün 249.600 manat məbləğində pul vermişdir. (cild 1, i.v. 201-203) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş videogörüntü ilə bağlı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həmin videogörüntü təxminən 2022-ci ilin mart ayında, Abşeron rayonunun Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Səmayə" şadlıq sarayı ilə üzbəüz yerləşən kafedə Zərərçəkmiş şəxs tərəfindən qeydə alınmışdır. Həmin kafedə o, Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs2 görüşmüşlər. Zərərçəkmiş şəxs videoçəkiliş aparması ilə bağlı görüşdə iştirak edən şəxslərin hamısı məlumatlı olmuşdur. Görüş zamanı Zərərçəkmiş şəxs sağ tərəfdə Təqsirləndirilən şəxs2, sonuncu ilə üzbəüz o, onun sağ tərəfində isə Şahid1 əyləşmişdir. Həmin videogörüntüdə, görüş tam qeydə alınmamış, belə ki, qeydə alınan hissədə yalnız Zərərçəkmiş şəxs tərəfindən inşa edilmiş 7 mərtəbəli bina üçün ödənilmiş 174.000 manat vəsait barədə danışıqlar aparılmış, sonradan isə sonuncu tərəfindən inşa edilmiş 5 mərtəbəli binaya da çıxarışın alınması üçün verilmiş 75.600 manat məbləğində vəsaitin qaytarılması barədə danışıq aparmışdır. Lakin, Təqsirləndirilən şəxs2 videoçəkilişin dayandırılmasını istədiyi üçün həmin hissə Zərərçəkmiş şəxs tərəfindən qeydə alınmamışdır. Görüş zamanı Təqsirləndirilən şəxs2 həmin iki bina üçün sonuncunun özünə və Təqsirləndirilən şəxs1 verilmiş ümumilikdə 249.600 manat məbləğində vəsaitin bir hissəsini torpaq və obyekt ilə əvəzləşdirəcəyini, qalan hissəsinin isə pul vəsaiti ilə qaytarılacağını bildirmişdir. (Cild 2, i.v 1-5) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş videogörüntü ilə bağlı dindirilmiş Şahid1 Nüyver oğlu ifadəsində göstərmişdir ki, həmin görüntü təxminən 2022-ci ilin mart ayında, Abşeron rayonunun Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında "Səmayə" Şadlıq sarayı ilə üzbə-üz yerləşən kafedə Zərərçəkmiş şəxs tərəfindən qeydə alınmışdır. Həmin kafedə o, Zərərçəkmiş şəxs, Şahid2 və Təqsirləndirilən şəxs2 görüşmüşlər və Zərərçəkmiş şəxs video qeydiyyat aparılması barədə görüşdə iştirak edən şəxslərin hamısının məlumatı olmuşdur. Görüş zamanı Zərərçəkmiş şəxs sağ tərəfdə Təqsirləndirilən şəxs2, sonuncu ilə üzbəüz Şahid2, Zərərçəkmiş şəxsla üzbə-üz isə o, əyləşmişdir. Həmin video görüntüdə görüş tam çəkilməmiş, belə ki, qeydə alınan hissədə yalnız Zərərçəkmiş şəxsla birgə inşa etdikləri 7 mərtəbəli bina üçün ödənilmiş 174000 manat vəsait barədə, sonradan isə inşa edilmiş 5 mərtəbəli binaya da çıxarışın alınması üçün verilmiş 75.600 manat məbləğində vəsaitin qaytarılması ilə bağlı danışıq aparılmışdır. Lakin, Təqsirləndirilən şəxs2 video çəkilişin saxlanılmasını istədiyi üçün həmin hissə Zərərçəkmiş şəxs tərəfindən qeydə alınmamışdır. Görüş zamanı Təqsirləndirilən şəxs2 hər iki bina üçün sonuncunun özünə və Təqsirləndirilən şəxs1 verilmiş ümumilikdə 249.600 manat məbləğində vəsaitin bir hissəsini torpaq və obyekt ilə əvəzləşdirəcəyinl, qalan hissəsinin isə pul vəsaiti ilə qaytarılacağını bildirmişdir. ( cild 2, i.v. 6-10) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinə əlavə olunmuş vərəq üzərində əl yazısı ilə yazılmış xx.xx.2022-ci il tarixli qəbzdə “Ramikin Fərəcdə olan pulu 67.000 m, Ceyhunun Fərəcdə olan pulu 70.600 m" qeyd olunmuş və həmin qəbz Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs2 adlarından imzalanmışdır.(Cild 1, i.v 14) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş protokoldan görünür ki, qəbzlə bağlı Zərərçəkmiş şəxs göstərmişdir ki, həmin qəbzdə olan imza ona məxsusdur. Qeyd olunan qəbz onun tərəfindən Şahid1, Şahid2, Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs2la Xırdalan şəhəri, "AAAF Park" Yaşayış kompleksində yerləşən "Zirvə" kafesində görüşən zaman, ümumilikdə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 verilmiş 249.600 manat məbləğində vəsaitdən Təqsirləndirilən şəxs2 çatmış və sonuncunun ona qaytarmalı olduğu vəsaiti təsdiq üçün tərtib olunmuşdur. Şahid1 ilə birgə inşa etdikləri binaları ayırmaq və verilmiş vəsaitin aydın hesablanması üçün həmin qəbzdə Təqsirləndirilən şəxs2 ona 67000 manat, sonuncuya isə 70.600 manat pul verməli olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs2 verilmiş bütün vəsait ona məxsus olmuşdur. (Cild 1, i.v 157-161) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş protokoldan görünür ki, qəbzlə bağlı Şahid1 ifadəsində göstərmişdir ki, qəbzdə olan imza ona məxsusdur, həmin qəbz Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs2 özünə çatdığı 137600 manat məbləğində pulu Zərərçəkmiş şəxs verməli olduğunu təsdiq etmək üçün "AAAF Park" Yaşayış kompleksində birgə görüşləri zamanı tərtib olunmuşdur. Zərərçəkmiş şəxsla birgə inşa etdikləri binaları ayırmaq üçün həmin qəbzdə Təqsirləndirilən şəxs2 67000 manat məbləğində vəsaiti sonuncuya, 70.600 manat məbləğində vəsaitin isə ona verməli olduğunu qeyd etmişdir. Lakin, Təqsirləndirilən şəxs2 verilmiş bütün vəsait Zərərçəkmiş şəxs məxsus olmuşdur. (Cild 2, i.v 6-10) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş protokoldan görünür ki, qəbzlə bağlı Şahid2 ifadəsində qeyd etmişdir ki, qəbzdə olan imza ona məxsusdur, həmin qəbz Təqsirləndirilən şəxs2 özünə çatdığı 137600 manat məbləğində pulu Zərərçəkmiş şəxs verməli olduğunu təsdiq etmək üçün birgə görüşləri zamanı tərtib olunmuş və Zərərçəkmiş şəxs tərəfindən inşa edilmiş binaların fərqli qeyd olunması üçün bir bina üçün verilmiş pul vəsaiti sonuncunun öz adına, digər binanın pulunu isə şəriki Şahid1 adına yazılmışdır. (Cild 2, i.v 1-5) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş protokoldan görünür ki, qəbzlə bağlı Şahid3 bildirmişdir ki, qəbzdə olan imza ona məxsusdur, həmin qəbz Təqsirləndirilən şəxs2 özünə çatdığı 137600 manat məbləğində pulu Zərərçəkmiş şəxs verməli olduğunu təsdiq etmək üçün birgə görüşləri zamanı tərtib olunmuş və Zərərçəkmiş şəxs tərəfindən inşa edilmiş binaların fərqli qeyd olunması üçün bir bina üçün verilmiş pul vəsaiti sonuncunun öz adına, digər binanın pulunu isə şəriki Şahid1 adına yazılmışdır. (Cild 2, i.v 47-49) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş protokoldan görünür ki, qəbzlə bağlı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, həmin qəbzdə olan imza ona məxsusdur. Həmin qəbzi Zərərçəkmiş şəxs “AAAF Park" Yaşayış kompleksində birgə görüşləri zamanı tərtib etmişdir. Aralarında olan danışıqların mübahisəyə keçməməsi üçün o, həmin qəbzə imza atmış, lakin Zərərçəkmiş şəxs 137.600 manat deyil, 130.000 manat məbləğində pul vəsaiti almışdır. Həmin vəsait yalnız 7 mərtəbəli binaya görə ona verilmiş və Zərərçəkmiş şəxsla Şahid1 şərik olduqları üçün qəbzdə sonuncular özləri aralarında hər birinə aid hesabladıqları vəsaiti göstərmişlər. (Cild 2, i.v 33-38) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş sənədlərdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" verilmiş çıxarışlara əsasən Abşeron rayonunun Masazır kəndində 0.044 ha ölçüdə torpaq sahəsi Şahid5 xüsusi mülkiyyətindədir, Abşeron rayonunun Masazır kəndində 0.10 ha ölçüdə torpaq sahəsi Şahid4 xüsusi mülkiyyətindədir. Abşeron rayon icra hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə Şahid5 ünvanlanmış məktubda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı ilə Masazır kəndinin ərazisində yerləşməklə mülkiyyətində olan 0.044 ha torpaq sahəsinin üzərində inşası nəzərdə tutulmuş dörd mərtəbəli, mansardlı çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi məktubda göstərilmiş müvafiq şərtlər daxilində razılaşdırıldığı qeyd olunmuşdur. Bununla yanaşı, Abşeron rayon İcra hakimiyyəti tərəfindən xx.xx.2020-ci il tarixdə Şahid4 ünvanlanmış məktubda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı ilə Masazır kəndinin ərazisində yerləşməklə mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin üzərində inşası nəzərdə tutulmuş dörd mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi məktubda göstərilmiş müvafiq şərtlər daxilində razılaşdırıldığı göstərilmişdir. (Cild 1, i.v 86-91) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 9 avqust 2022-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxsla Şahid1 birgə tikintisini həyata keçirdikləri ünvan 3 ünvanında yerləşən 7 mərtəbəli çox mənzilli yaşayış binasının əsas inşaat işləri tamamlanmaqla, 1-ci mərtəbəsi qeyri yaşayış, 6 mərtəbəsi yaşayış sahəsindən, sonuncu mərtəbəsi isə mansard hissəsindən ibarət olmuşdur. Binanın birinci mərtəbəsində “Perla” mebel mağazası yerləşmişdir Bina rəngli boya ilə işlənmiş və mansard hissəsi isə yaşıl rəngli dam örtüyü ilə örtülmüşdür. Qeyd olunan bina 1 girişli olmaqla 77 mənzildən ibarət olmuş və baxış zamanı əksər mənzillərdə yaşayışın olmadığı müşahidə edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxsla Şahid1 birgə tikintisini həyata keçirdikləri Abşeron rayonu, Masazır qəsəbəsi, Xaqani Şirvani küçəsində yerləşən mansard hissəsi də daxil olmaqla 5 mərtəbəli çox mənzilli yaşayış binasının əsas inşaat işləri tamamlanmışdır. Bina rəngli boya ilə işlənmiş və mansard hissəsi isə yaşıl rəngli dam örtüyü ilə örtülmüşdür. Həmin bina 1 girişli olmaqla 28 mənzildən ibarət olmuşdur. (Cild 1, i.v 184-186) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********70 nömrəli məktubda qeyd olunmuşdur ki, Abşeron rayonu, Masazır kəndində yerləşən Şahid5 mülkiyyətində olan **********86 reyestr nömrəli torpaq sahəsi üzərində yerləşən çoxmərtəbəli yaşayış binasına dair müraciət xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli və Abşeron rayonu, Masazır kəndində yerləşən Şahid4 mülkiyyətində olan **********33 reyestr nömrəli torpaq sahəsi üzərində yerləşən çoxmərtəbəli yaşayış binasına dair müraciət xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli ərizələr 4 saylı Abşeron Ərazi idarəsində qəbul edilmişdir. Şahid5 müraciətinə xx.xx.2021-ci il tarixli, **********87 nömrəli və Şahid4 müraciətinə xx.xx.2021-ci il tarixli, **********89 nömrəli məktublarla daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. (Cild 1, i.v 183-183) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına könüllü olaraq təqdim edilmiş sonuncu ilə Təqsirləndirilən şəxs2 arasında olan danışıqların əks olunduğu 1 ədəd “DVD” daşıyıcısı və vərəq üzərində əl yazısı ilə yazılmış xx.xx.2022-ci il tarixli qəbz maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (Cild 2, i.v 59-88) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 10 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon polis idarəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2020-ci il tarixdə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 29,178.2.2, 32.4,312.2, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi isə xx.xx.2021-ci il tarixdə baxılması üçün aidiyyəti məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(124)-21/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) müddətinə sınaq müddəti ilə şərti hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 10 avqust 2022-ci il tarixli tələbnamədən, Azərbaycan Respublikası DİN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 6.000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir, CM-in 178.2.1, 178.2.4, 29,178.2.2, 32.4,312.2, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi xx.xx.2021-ci il tarixdə baxılması üçün aidiyyəti məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(124)-21/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) müddətinə sınaq müddəti ilə şərti hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş Abşeron RİHB-nın Saray qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 216-217) Cinayət işinə əlavə edilmiş Abşeron RİHB-nın Fatmayı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild 2, iş vərəqə 51) Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilən arayış və elektron məhkəmə sistemindən əldə olunmuş məlumata əsasən, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X3 və X5 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs1 tərəfindən tamamilə ödənilmişdir. Digər Təqsirləndirilən şəxs2 ilə ona dəymiş maddi zərər tamamilə ödənilmədiyindən barışmamışdır. İstintaq orqanının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə verdiyi ittihama əsasən onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini təhrik etmişlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin tövsifi məsələsini müzakirə edərək ittiham olunduqları dələduzluq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bərabər, həm də Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə tövsif olunması barədə istintaq orqanının gəldiyi nəticə razılaşmır. Məhkəmə kollegiyası həm cinayət prosesi tərəflərinin ifadələrini, həm də iş materiallarını biri-digəri ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində onun təqsirliliyinin sübuta yetməməsi qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələrinə münasibətdə təqsirliliyinin sübuta yetməməsi ilə bağlı nəticəyə təqsirləndirilən şəxslərin ifadələrindən, həm zərərçəkmiş şəxsin öz ifadələrindən, həm də iş üzrə şahidlərin ifadələrindən aydın olur ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsdən pullu məhz müvafiq işin görülməsi üçün hər hansı vəzifəli şəxsə vermək üçün əldə etməmiş, bu zaman rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsulu kimi çıxış etmişdir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Göstərilənlər onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı nə iş materiallarında olan sənədlərə və sübutlara, nə də təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verməmiş, verilmiş pulun təyinatına, həmin pulun rüşvətin predmeti olub-olmamasına əhəmiyyət vermədən hazırkı iş üzrə təqsirləndirilən şəxsə digər cinayət əməlləri ilə yanaşı onun Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Qeyd olunmalıdır ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin tarixli qərarına əsasən yalançı vasitəçilik birbaşa olaraq dələduzluğun üsulu kimi göstərilmişdir. Cinayət işinin materiallarına nəzər yetirdik də müəyyən olunur ki, təqsirləndirilən şəxsin niyyətinin həmin şəxslərin əmlakını ələ keçirmək məqsədi daşıdığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməli yekunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə tam əhatə olunduğundan, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə ittiham olunması əsassız hesab edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli qərarına əsasən, şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. “Məhkəmə hökmü haqqında” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 38-ci bəndinə əsasən, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxslərin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilən məsələ barəsində izahını da nəzərə alır. Beləliklə, təqdiq olunmuş iş materiallarından aydın müəyyən olunur ki, istintaq orqanı təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu və "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun Qərarlarını düzgün təhlil etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gələrək şəxslərin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinməsində səhvə yol vermişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi xaric edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X6rşı, § 29). Kondraşinanın Rusiya Federasiyasına qarşı işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X10 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməli və onlara həmin maddələrin sanksiyası hədlərində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun özlərini təqsirli bilməyərək verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onların qeyd olunan cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükıəri mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin, qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, “Məhkəmə şərti məhkumetmənin saxlanması qərarına gələrsə, hökmün təsviri əsaslandırıcı hissəsində bunu əsaslandırmalı, nəticəvi hissəsində isə birinci hökm üzrə şərti məhkumluğun müstəqil olaraq icra edilməli olduğunu göstərməlidir. Şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur.” Odur ki, təqsirləndirilən şəxslər barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(124)-21/2023 saylı hökmü müstəqil icra olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışması, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 15 avqust 2022ci il təqsirləndirilən şəxs qismində cəlb edilərək eyni tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 1 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd olunan maddələr ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 2 ay 7 gün, yəni 8 oktyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Binəqədi rayon məhkəməsinin 8 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 8 oktyabr 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs1 əməlindən peşman olması, iki azyaşlı uşağının olması, həmçinin zərərçəkmiş şəxslə barışması, ona dəymiş zərəri tamamilə ödəməsi kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə onun barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına könüllü olaraq təqdim edilmiş sonuncu ilə Təqsirləndirilən şəxs2 arasında olan danışıqların əks olunduğu 1 ədəd “DVD” daşıyıcısı və vərəq üzərində əl yazısı ilə yazılmış xx.xx.2022-ci il tarixli qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən ümümilikdə 118.007,6 (bir yüz on səkkiz min yeddi manat altmış qəpik) manat məbləğində mülki iddia verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs2 maddi zərər qismində 107.600 ( bir yüz yeddi min altı yüz) manat, mənəvi zərər qismində 10.000 (on min) manat və həmçinin ödənilmiş 407,6 (dörd yüz yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu, ümümilikdə 118.007,6 (bir yüz on səkkiz min yeddi manat altmış qəpik) manat tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı məsələləri müzakirə edərək və mövcud sübutların məcmusu əsasında hesab edir ki, iddia qismən təmin edilməli, maddi zərər qismində 107.600 ( bir yüz yeddi min altı yüz) manat, mənəvi zərər qismində 5000 (beş min) manat və 407,6 (dörd yüz yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 113.007,6 (bir yüz on üç min yeddi manat altmış qəpik) manat Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs ödənməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə verilmiş ittiham çıxarılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə verilmiş ittiham çıxarılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(124)-21/2023 saylı hökmü müstəqil icra olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan danışıqların əks olunduğu 1 ədəd “DVD” daşıyıcısı və vərəq üzərində əl yazısı ilə yazılmış xx.xx.2022-ci il tarixli qəbz cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs (müki iddiaçı) tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, 113.007,6 (bir yüz on üç min yeddi manat altmış qəpik) manat Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-220/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-220/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver