Məhkəmə qərarları › İş №1(124)-221/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-221/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-221/2024 12.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1989-cu ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 1,032 qram, 0,672 qram və 0,622 qram, ümumi təmiz çəkisi - 2,326 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış və üzərində saxlamış, 14 oktyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin X28 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu Qobu qəsəbəsi, Natavan küçəsində saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra həmin gün saat 11:20-dən 12:00-a kimi üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin 03 ədəd şəffaf rəngli sellofanda ayrıayrılıqda təmiz çəkiləri 1,032 qram, 0,672 qram və 0,622 qram, ümumi təmiz çəkisi - 2.326 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, qardaşı ilə birlikdə onu evlərindən götürmüşlər. Onları saxlamış və polis bölməsində onlara işgəncə vermişlər. Onun qardaşının da barəsində cinayət işi olmuşdur. Polislər evə basqın etmişlər. Onları evdən bölməyə aparmış, işgəncə vermiş və evlərinə narkotik qoyacaqları ilə bağlı hədə-qorxu gəlmişlər. Vəkili əvvəlcədən verməmişlər. Vəkil hava qaralanda gəlmişdir. O əvvələr məhkum olmamış və narkotik vasitə istifadə etməmişdir. Polislər dava-dalaş olduğu üçün gəlmişlər. Polislər onları dava ilə bağlı aparıb narkotiki onlara yükləmişlər. Onlar 14 oktyabrda saxlanılmışlar. Səhər 8-ə qalmış gəlmişlər. Qardaşı ilə onu birlikdə aparmışlar. Məhkəmədə onlara işgəncə verildiyini bildirmişdir. Evdə bacısı, bacısının yoldaşı və onların uşaqları olmuşdur. Şahid5 onun bacısının yoldaşıdır. Həmin gün bacısının yoldaşı Şahid5da onlarla birlikdə bölməyə aparmışlar. Polis əməkdaşları darvazadan tullanaraq evə girmişlər. Rəisləri də onlarla birlikdə gəlmişdir. Bölmədə ona vəkil təyin olunmamışdır. Vəkil hava qaralan zaman gəlib çıxmışdır. Çəkiliş hava qaranlıq olanda aparılmışdır. Onların ikisini də Qobudakı bölməyə aparmışlar. Onları səhər tezdən aparmışlar. Axşam çəkiliş olanda artıq narkotik onun cibinə qoyulmuşdur. Narkotiklər ona məxsus olmamışdır. Polis əməkdaşları onun qardaşının əlini yandırmış və dişini çəkmişlər. Onlar 14 okytabr, səhər saat 8-ə qalmış saxlanılmışlar. Davadalaş olmuşdur. Onların dostu şillə vurmuşdur. Bu dava ilə bağlı onlardan izahat götürmüşlər, amma sonra xitam vermişlər. 2 gün sonra məhkəməyə aparmışlar və ona 4 ay həbs təyin edilmişdir. Məhkəmədə işgəncəyə məruz qaldığını söyləmişdir. Onu Bakı İstintaq Təcridxanasına aparmışlar. O orada da xəsarət aldığını söyləmişdir. Onun xəsarəti ilə bağlı qeydiyyat aparılmışdır. Ekspertizadan keçməmişdir. O, dava-dalaşda iştirak etməmişdir. Zərərçəkən onlardan şikayət etməmişdir. Dava-dalaş ayın 7-sində olmuşdur. 2 gün X15 saxlanılmışdır. Çəkilişdən sonra müvəqqəti saxlama yerinə aparılmışdır. Abşeron rayon Məhkəməsi işgəncə ilə bağlı heç bir qərar qəbul etməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə yaşadığı küçənin yaxınlığında qardaşı X16 ilə birlikdə olan zaman mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirərək özlərini təqdim edib xx.xx.2022-ci il tarixdə quldurluq cinayəti törətməkdə şübhəli olduqları üçün onları Abşeron RPİ-nin X33 dəvət etmişlər. O və qardaşı etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin X33 gəlmişlər. Orada olan zaman üzərində narkotik vasitə heroin olduğunu etiraf etmişlər. Abşeron RPİ-nin X30 onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Vəkil dəvət olunduqdan sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya vardırsa olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən üç ədəd şəffaf rəngli sellofanda qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütləni masanın üzərinə qoymuşdur. Həmin kütləni haradan və nə vaxt aldığı ondan soruşulduqda bildirmişdir ki, həmin narkotik vasitəni 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində, Tbilisi prospektində tanımadığı İran İslam Respublikası vətəndaşından almışdır və həmin narkotik vasitəni özü istifadə etmək üçün və satmaq üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş üç ədəd şəffaf rəngli sellofanda qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr zərfə qoyulmuş, üzəri möhürlənmiş və polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi X19 tərəfindən imzalanaraq qablaşdırılmışdır. Göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitəni 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində, Tbilisi prospektində tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını və həmin narkotik vasitəni həm özü istifadə etmək üçün, həm də satmaq üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. Qobu kəndinin içində idarənin yaxınlığında həmin ərazidə olanda bir nəfər şəxsin onlardan uzaqlaşmaq istədiyini görmüşdür. Şəxsin onları görüb qaçmaq istədiyini görərək, şəxsə yaxınlaşmış və səbəbini öyrənəndə məlum olmuşdur ki, şəxs üzərində narkotik vasitə olduğuna görə uzaqlaşmaq istəmişdir. Onlar həmin şəxsi bölməyə dəvət etmişlər. Otaqların birində videoçəkiliş zamanı narkotik vasitəni özü təqdim etmişdir. Təxminən üç büküm heroin olmuşdur. Şəxsə hər hansı bir təzyiq göstərilməmişdir. Onlara iki qardaşın narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar qardaşları üzdən dəqiq tanımamışlar. Şəxs onlardan qaçmaq istəyərkən həmin şəxslərdən biri olacağı barədə şübhələnmişlər. Onun Rafiq adlı qardaşı da tutulmuşdur. O, qardaşının bu işlə məşğul olduğunu və özünün qardaşından alaraq satdığını bildirmişdir. Bölmədə çəkiliş zamanı üç-dörd nəfər bir nəfəri döydüklərini söyləmiş və bununla bağlı məlumat vermişdir. İcra hakimiyyəti olan küçəni dönəndə şəxs onları görüb və qaçmağa başlamışdır. Onlar şəxsin arxasınca düşmüşlər. O həmin şəxsin saxlanıldığı ərazinin əməliyyatçısı olmuşdur. Bu barədə raport yazılmışdır. O, əməliyyat qrupunda iştirak etmişdir. Əməliyyata kimin rəhbərlik etdiyini xatırlamamışdır. Əməliyyatda Şahid3 və Şahid2 də iştirak etmişdir. Təqsirləndirilən şəxs təxminən saat 14:00-15:00 arası saxlamışlar. Şəxsin saxlanıldığı ərazi təxminən onun yaşadığı əraziyə yaxın olmuşdur. Şəxs saxlanılan zaman tək olmuşdur. Qobu PB-yə çatdıqda müdafiəçini dəvət etmişlər. Şəxsi axtarışın saat neçədə edildiyini dəqiq xatırlamamışdır. Çəkiliş zamanı narkotik vasitəni özü onlara təqdim etmişdir. Təhqiqatçı çəkiliş zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir predmeti təqdim etməyi bildirəndə, şəxs özü könüllü şəkildə bükümləri təqdim etmişdir. Şəxs saxlanılan zaman ona hər hansı təzyiq olmamışdır. Şəxs özü saxlanılmamışdan bir neçə gün qabaq dalaşdığını bildirmişdir. Şəxsin üzündə yara izlərinin olub-olmamasını xatırlamamışdır. Digər baş vermiş quldurluq cinayətinə görə şəxsi saxlamamışlar. Həmin cinayətlə bağlı şəxslərin kimlikləri onlara məlum olmamışdır. İstintaqda verdiyi ifadənin detallarını tam xatırlamamışdır. Şəxsi günortadan sonra saxlamışlar. Onun istifadəsində olan mobil nömrə ********** nömrəsi olmuşdur. Şəxsi saat 08:00-da tutmamışlar. İstintaqda verdiyim ifadəsini xatırlamışdır. O, əməliyyat raportunu özü yazmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 oğlu sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. Onlara quldurluqla əlaqədar cinayət işi ilə bağlı müraciət daxil olmuşdur. Müraciətdə Adil adlı şəxsə qarşı 3 nəfər şəxsin quldurluq cinayəti törətməsi bildirilmişdir. Adil adlı şəxs evdə saxlanılmış və quldurluğa məruz qalmışdır. Həmin cinayəti törətmiş şəxslər Ceyhun və Rafiq adlı şəxslər olmuşdur. Həmin əməllə bağlı cinayət işi ayrıca məhkəmədə getmişdir. Onlara şübhəli şəxslərin Qobu qəsəbəsi ərazisində olması məlumatı daxil olmuşdur. Daha sonra onlar yaxınlaşaraq özlərini təqdim etmiş və onları bu məsələ ilə bağlı olaraq polis bölməsinə dəvət etmişlər. Dəvət olunan zaman onlar küçədə olmuşlar. Həmçinin Onlarla bağlı narkotiklə bağlı əməliyyat məlumatı da daxil olmuşdur. Baxış, axtarış və götürmə istintaq hərəkətini keçirmiş və o, üzərində olan narkotik vasitələri könüllü olaraq təqdim etmişdir. Əməliyyata kimin rəhbərlik etdiyini xatırlamamışdır. Bununla bağlı əməliyyat qeydiyyatı aparılmışdır. Əməliyyatda üç nəfər yəni Şahin, Xətayi və o iştirak etmişdir. Zərərçəkən öz ifadəsində üç nəfər şəxsin ona qarşı quldurluq cinayətini törətdiyini qeyd etmişdir. Onlar şəxsi Qobu qəsəbəsində küçədə saxlamışlar. Şəxs özü Qobu sakini olmuşdur. Orada dəqiq küçə adları olmadığına görə evinin bölməyə yaxın olub-olmamasını xatırlamamışdır. Onları gördükdə şəxs onlardan yayınmağa çalışmamışdır. Onlar yaxınlaşaraq şübhəli şəxslər olduğunu izah edərək onları polis bölməsinə dəvət etmişlər. Həmin vaxtı şəxs qardaşı ilə birgə olmuşdur. Şəxsin üzərinə baxış keçirlərkən müdafiəçi dəvət olunmuşdur. Təhqiqatçının yanında və çəkilişlə baxış keçirilmişdir. Hadisələr günortadan sonra baş vermişdir. Üzərindən narkotik vasitə aşkar olunmuşdur. Hansı növ olduğunu dəqiq bilməmişdir. Təxminən iki və ya üç büküm olmuşdur. Üzərindən başqa nələr aşkar olunması yadında deyildir. Onlar quldurluqla bağlı istintaqa təhvil verilmiş və orada öz ifadələrini vermişlər. Zərərçəkmiş şəxs məlumat verərək özünə qarşı quldurluq cinayətini qarşı törədən üç nəfər şəxsdən ikisinin Ceyhun və Rafiq adlı qardaşlar olduğunu bildirmişdir. Bununla bağlı onlara tapşırıq verilmişdir. Eyni zamanda əməliyyat müvəkkilinin həmin şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmuşdur. Şəxsin narkotiklə bağlı nə bildirdiyi onun yadında qalmamışdır. O, Təqsirləndirilən şəxs qarşı hər hansı bir təzyiq etməmişdir. Çəkiliş olduqdan sonra X13 növbətçi hissənin avtomobili ilə təhvil verilmişdir. Həmin proseslə bağlı polis nəfəri təyin olunmuş və əməliyyat müvəkkili iştirak etmişdir. Şəxsin təhvil verilmə vaxtını xatırlamamışdır. Şəxsi gətirilərək təhqiqata təhvil verilmişdir. İlkin sənədləşdirmə işləri aparılmışdır. Aparılan proseslər zamanı təqsirləndirilən şəxsə heç bir fiziki qüvvə tədbiq olunmamışdır. X13 daxil olması ilə bağlı qeydiyyatlar həmin qurumda vardır. Çəkiliş zamanı narkotik vasitənin mənbəyi ilə bağlı dedikləri yadında qalmamışdır. Şəxsin üzərindən telefon aşkar olunub-olunmamasını xatırlamamışdır. Şəxs tutularkən üzərində gözlə müşahidə edilən xəsarətlərinin olub-olmaması yadında qalmamışdır. Şəxsin gözünün altında qara olub-olmasını xatırlamamşdır. Təqsirləndirilən şəxsin fotosu ilə əlaqədar şəxsin saxlanma anını xatırlayaraq şəxsin üzərində gözlə müşahidə edilən xəsarətlərinin olduğunu bildirmişdir. Şəxs xəsarətlərinin haradan yarandığını onlara söyləməmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Könüllü olaraq onlarla gəlmiş və ona təzyiq olunmamışdır. Gözünün altında olan qara ilə bağlı onlar raport yazıb təhvil vermişlər. Şəxsi müvəqqəti saxlama yerinə o təhvil verməmişdir. Hadisə təqribən günün ikinci yarısında olmuşdur. Təhqiqatçının şəxsin xəsarətlərini sənədləşdirib və sənədləşdirməməsini xatırlamamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Daha sonra polis bölməsinə gətirilmiş və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərində narkotik vasitə olmasını özü etiraf etmişdir. Üzərindən dəqiq hansı narkotik vasitənin çıxdığını dəqiq xatırlamamışdır. Şəxsin saxlanılma tarixini xatırlamamışdır. Onlar bu barədə araşdırma apararkə Ceyhunun model ləqəbi ilə narkotik vasitə satdığını müəyyən etmişlər. Hətta şəxsin valideynləri onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişlər. O həmin kəndin əməliyyatçısı olmuşdur. Əməliyyatda Xətai, Fərid və o iştirak etmişdir. Onlara narkotik vasitəsinin satışı ilə məşğul olması ilə əlaqədar məlumat daxil olmuşdur. Əməliyyata rəhbərliyini kimin rəhbərlik etdiyini dəqiq xatırlamamışdır. Şəxsin saxlanılma vaxtını dəqiq xatırlamamışdır. Şəxsi evlərinin yaxınlığında saxlamışlar. Əməliyyatda üç nəfər iştirak etmişdir. Yaxınlaşaraq özlərini təqdim etdikdən sonra özü könüllü şəkildə maşına əyləşmişdir. Ona heç bir güc tətbiq edilməmişdir. Şəxsin üzərindən nə çıxdığını dəqiq xatırlamamışdır. Çəkilişdən sonra əməkdaşlar onun iştirakı olmasdan şəxsi X13 təhvil vermişlər. Şəxsi saxlanılarkən onun üzündə yaraların olub-olmaması yadında qalmamışdır. Kimlərəsə narkotik vasitə əvəzində qum satdığı üçün döyüldüyünü özü çəkiliş zamanı etiraf etmişdir. Ona heç bir təzyiq olunmamışdır. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxs onun qaynıdır. 14 oktyabr tarixdə səhər saat 08:00-09:00 arası onlar evdə səsə oyanmışlar. Bu zaman o, qapıya yaxınlaşmışdır. On və ya on beş nəfər polis əməkdaşı həyətə basqın etmişlər. Onlardan bir ya da iki nəfər polis formasında olmuşdur. Qalan hamısı mülki geyimdə olmuşlar. Onlar hasardan tullanaraq içəri girmiş və qapını açmışlar. Evə basqın olunan zaman o həmin evdə qonaq qismində olmuşdur. Polis əməkdaşları içəri girəndə şillə və təpik vurmağa başlamışlar. Həmin vaxt ona və Ceyhuna da şillə və təpik vurmuşlar. Polis əməkdaşları onların qollarını buraraq ayaqyalın şəkildə çölə çıxartmışdır. O, dörd uşaq atasıdır. Həmin zaman onun uşaqları da orada olmuşdur. Uşaqların gözü qabağında onları sürüyə-sürüyə, vura-vura avtomobilə mindirmişlər. Avtomobillər mülki avtomobillər olmuşdur. Dörd və ya beş ədəd isə polis xidməti avtomobili olmuşdur. Onları bölməyə aparmışlar. Orda da içəri girən kimi şillə və təpik vurmağa başlamışlar. Onu növbətçi hissəyə, Ceyhunu isə digər otağa salmışlar. O, həmin vaxt Ceyhunun qışqırtı səslərini eşitmişdir. Polis əməkdaşları Ceyhuna işgəncə vermişlər. Ceyhuna işgəncə verilən zaman onun anası da onun səsini eşitmişdir. Axşam yeddi və ya səkkiz arası onu buraxsalar da Ceyhun orada qalmışdır. O, Ceyhunun evinə qonaq getmişdir. Hadisə təxminən səhər saat 08:00-09:00 arası baş vermişdir. Onlar qapını təpiklə qırmışlar. Həmin vaxtı Ceyhunun digər qardaşı da evdə olmuşdur. Onların evləri bir həyətdə yerləşmişdir. Ceyhunun qaldığı otaq başqadır. Ceyhun ailəsi ilə yaşamışdır. O həmin vaxt Ceyhunla bir otaqda olmuşdur. Polis əməkdaşları özlərini təqdim etmədən onu və Ceyhunu saxlamışlar. Həmin vaxt Rafiq öz otağında olmuşdur. Həmin vaxt Rafiqin də polis əməkdaşları tərəfindən saxlanılmasını görmüşdür. Birinci onların ikisini çıxarmış daha sonra Rafiqin evinə basqın etmişlər. Əvvəlcədən onlara məlumat verməsələr də sonradan quldurluqla bağlı saxlanıldıqlarını söyləmişlər. Ona quldurluqla bağlı gördüklərini danışmağı təklif etdikdə o heç bir şey görmədiyini onlara bildirmişdir. Ona görə də polis əməkdaşları boynuna alması üçün onu döymüşlər. Polis əməkdaşları onu axşam yeddi və səkkiz arası buraxmışlar. O həmin evdə qonaq olduğunu və heçnədən xəbəri olmadığını bildirmişdir. Polis əməkdaşları buraxılması müqabilində ondan 500 manat pul istəmişlər. Bu zaman o heç kimi olmadığını bildirərək onlara pul verməmişdir. Həmin vaxt evdə onun ailəsi və Rafiqin ailəsi olmuşdur. Həmin vaxtı Ceyhunun atası işdə olmuşdur. O, Lökbatanda yaşamışdır. Quldurluq hadisəsi ilə bağlı onu şahid kimi çağırıb dindirməmişlər. O, evin qapısının şəklini çəkməmişdir. Onlar eyni zamanda Rafiqə də işgəncə vermişlər. Ona verilən işgəncələrlə bağlı şikayəti olmamışdır. Sonradan ona Ceyhungilin üzərindən narkotik vasitənin aşkar olunduğu məlum olmuşdur. Onun Ceyhunun narkotik istifadə etməsindən xəbəri olmamışdır. Rafiqlə Ceyhunun evi bir dam altında olsa da, Rafiq öz ailəsi ilə ayrı otaqda yaşamışdır. Evin bir dənə girişi olmuş, otaqların girişi isə ayrı olmuşdur. Onları ayrıayrı avtomobillərdə aparmışlar. Özünə əlavə problem yaratmamaqdan ötrü işgəncələrlə bağlı heç bir orqana müraciət etməmişdir. O, Təqsirləndirilən şəxs işi ilə bağlı istintaqa ifadə verməmişdir. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, səhər saat 08:00-09:00 arası məktəbdən gəlirmiş. Qızını məktəbə qoyduqdan sonra qayıtmışdır. Evə təzə girmiş və hicablı olduğu üçün darvazanı bağlamışdır. Evin qabağında olan bulaqda qabları yuyarkən gələn səsləri eşitmişdir. Ev ilə darvazanın arasında anasıgilin evi yerləşmişdir. Evin qapısından çölə çıxanda səkkiz və ya doqquz nəfər darvazadan tullanaraq həyətə daxil olmuş və darvazanın qapısını açmışlar. Bundan sonra ümumi olaraq 20-25 nəfər həyətə daxil olmuşdur. Qardaşı Ceyhungilin evinə basqın etmişlər. Onlar ora qonaq kimi gəlmişlər. Bu zaman uşaqları da orada olmuşdur. Hamı həmin vaxt yatmışdır. Bir nəfər onun qarşısına keçərək onu vurmuş və onun uşaqlarına tərəf keçməsinə imkan verməmişdir. Zərbənin təsirindən o yerə oturmuşdur. Qardaşı Ceyhunla yoldaşı Bəhruzu evdən çıxarmışlar. Uşaqlar dayı və ata deyə qışqırırmışlar. Bu zaman digər qardaşı Rafiq məsələni öyrənmək üçün evdən çıxmışdır. O özü çölə çıxmaq istəyəndə onu təhqirli sözlərlə həyətə salmış və darvazanı bağlamışlar. Beş və ya on dəqiqə keçməmiş atası da evə gəlmişdir. Basqın edənlərdən yalnız bir neçə nəfəri polis geyimində olmuşdur.Onların əksəriyyəti mülki geyimdə olmuşlar. O, polislərin qapını açaraq həyətə daxil olmalarını görmüşdür. Polislər bütün evi dağıtmışlar. Polis əməkdaşı onu qolundan vurmuşdur. Həmin vaxt polislər yoldaşı Şahid5 və qardaşı Ceyhunu aparmışlar. Arxasınca digər qardaşı Rafiq öz evindən çıxmışdır. Onlar pəncərəni sındırdıqları üçün şüşə Rafiqin yoldaşının əlinə batmış, hətta bununla bağlı həkim gəlinin əlinə tikiş qoymuşdur. O özü sonradan polis bölməsinə getməmişdir. Sonra onların gəlini 102 qaynar xəttinə şikayət etmişdir. Həyat yoldaşını həmin günün axşamı buraxmışlar. Yoldaşı gələn zaman axsayırmış. Onun yoldaşını Hökməli ərazisində tutulmasını deməyə məcbur etmişlər. Hətta onun yoldaşından az miqdarda pul da istəmişlər. O, qardaşıgilə tətillərdə gəlmişdir. Özü Lökbatan qəsəbəsində yaşamışdır. Onun qardaşları narkotikdən istifadə etməmişdir. O, qardaşlarının və yoldaşının polis idarəsinə aparılmasının səbəbini bilməmişdir. Sonradan qardaşlarının quldurluq hadisəsini törətməkdə təqsirləndirildiklərini öyrənmişdir. O, hadisə ilə bağlı heç kimə müraciət etməmişdir. Qardaşlarının ikisinin də aparılmasını görmüşdür. Onun atası da işdən gəldikdən 10 və ya 15 dəqiqə sonra 102 xidmətinə zəng etmişdir. Atası Socarda işləyir və orada mühafizəçidir. Həmin gün də işdən gəlirmiş. Atası gecə növbəsində işləmişdir. Evə saat 09:00-09:30 radələrində gəlmişdir. Gəlinin hansı nömrədən istifadə etdiyini dəqiq xatırlamamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1989-cu ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi Natəvan küçəsi ev 23-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və X7 Abşeron rayonu, Qobu qəsəbəsində qanunsuz narkotik vasitələrin satışında, saxlanılmasında, daşınmasında və xx.xx.2022-ci il tarixdə Qobu qəsəbəsi ərazisində X4 qarşı törədilmiş quldurluq hadisəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1989-cu ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi Natəvan küçəsi ev 23-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin satışında, saxlanılmasında, daşınmasında və xx.xx.2022-ci il tarixdə Qobu qəsəbəsi ərazisində X4 qarşı törədilmiş quldurluq hadisəsində şübhəli olması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə ətrafında lazım gələrsə mənzilində əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-cü il tarixli “Raport”dan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində narkotik vasitələrin satışında, saxlanılmasında, daşınmasında və xx.xx.2022-ci il tarixdə Qobu qəsəbəsi ərazisində X4 qarşı quldurluq hadisəsi törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs və onun qardaşı Rafiq Səmədov yaşadıqları ünvanda saxlanılaraq X33 gətirilmişlər. Yolda gətirilən zaman avtomobildə özləri üzərlərində narkotik maddə olan heroin olduğunu bildirmişlər. Abşeron RPİ-nin Qobu PB-nin rəisi X22 RPİ-nin rəisi Şəhriyar Şəmşirliyə ünvanladığı məktubdan müəyyən olunur ki, xx.xx.1989-cu ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi Natəvan küçəsi ev 23-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin satışında, saxlanılmasında, daşınmasında və digər cinayətlər törətməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi Natəvan küçəsində saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-nə rətirilmişlər. xx.xx.2022-ci il tarixli "Şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən həmin 03 ədəd bükümdən ibarət, qəhvəyi rəngli, toz formalı, narkotik vasitə heroinə bənzəyən kütlələri təqdim edərək, qəhvəyi rəngli, toz formalı kütlələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından qramını 20 manatdan almaqla həm özü istifadə etmək üçün, həm də satmaq üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 3 bükümdən ibarət qəhvəyi rəngli, toz formalı narkotik vasitə heroinə bənzəyən kütlələr qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının 15 oktyabr 2022-ci il tarixli, 6/5968 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Məlləb oğlundan aşkar edilib götürülmüş bir ədəd kağız zərfdə 03(üç) ədəd bükümlərdəki təmiz çəkiləri 1,032 qram, 0,672 qram, 0,622 qram, ümumi təmiz çəkisi 2,326 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına” (Siyahı İ) daxildir. Ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspert komissiyasının xx.xx.2022ci il tarixli, 6769 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı vardır. "xxxx" MMC-dən xx.xx.2023-ci il tarixli, AZF/LGL-4463/23 saylı məktuba göndərilmiş bir ədəd CD diskinə keçirilmiş baxışdan görünür ki, CD diskinə köçürülmüş qovluqlarda 01 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində edilən zənglərin və SMS-lərin siyahısı, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri), SMS-lərin mətnləri, nömrə sahibləri və onların yaşayış və ya qeydiyyatda olduqları ünvanlar barədə məlumatlar qeydə alınmışdır.Qeyd olunan qovluqlara baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş **********73 saylı GSM mobil nömrəyə 01 oktyabr 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində **********45 saylı GSM mobil nömrədən daxil olmuş mesajda «X37 Oprem inan X35 X36», **********98 saylı GSM mobil nömrədən daxil olmuş mesajda «Ayqaqa bidene yari kola duz qosda korpunun ustundeyem», **********89 saylı GSM mobil nömrədən daxil olmuş mesajda «Acda bir ay qaqa 27 manat pulum var gelim bir yari verde olub qirilirig», **********89 saylı GSM mobil nömrədən daxil olmuş mesajda «Cavab verde poxuva gelib qapuvuzda oturam gerey ki mene yoxdursa hec kimi yoxdur ya neter puluvu veriremde bawuvuz gedib he etaga» sözləri yazılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Abşeron rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin verdiyi xx.xx.2022-ci məktubdan müəyyən olunur ki xx.xx.1989-cu ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Abşeron rayonu, Qobu qəsəbəsi Natəvan küçəsi ev 23-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Abşeron rayon mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Abşeron Rayon Məhkəməsinin 4(012)-662/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayonu, Qobu PB-dən daxil olmuş məktubdan müəyyən olunur ki, Şahid5 barəsində X30 hər hansı bir araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı istintaq Təcridxanasına gətirilərək ilkin tibbi müayinələrdən keçirilmişdir. İlkin tibbi müayinələr zamanı şəxsin həbs edilən zaman zədə aldığını bildirmiş Bədəninə baxış keçirən zaman sol göz ətrafı nahiyyədə bənövşəyi rəngli qan sağ və sol bilək nahiyyəsində üzəri qərtməkli yara, bel nahiyyəsində, h ə r i k i böyrək üstü nahiyyədə sarı rəngli qançır, sol kürək nahiyyəsində sarı rəngli qançır, sol budun yuxarı 1 /3-də arxa səthində bənövşəyi rəngli qançır, sağ budun yuxarı 1/3-də arxa səthində bənövşəyi rəngli qançır, alının sol tərəfində köhnə çapıq toxuması, sağ üst çənənin azı dişinin sınığı aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 22/01647/23-1 nömrəli, xx.xx.2023-cü il tarixli Abşeron Rayon Məhkəməsindən daxil olmuş sənəddən məlum olur ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən verilən təqdimat xx.xx.2022ci il tarixdə geri qaytarılmış və 2022-2023-cü illər ərzində Abşeron RPŞ-dən təkrar təqdimat daxil olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, Abşeron rayon prokurorluğuna Baş Prokururluqdan Təqsirləndirilən şəxs və qardaşı Rafiqin polis əməkdaşları tərəfindən döyülməsi və digər qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat daxil olmuş və toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Abşeron Rayon Mərkəzi X14 Şəxsindən daxil olmuş 08 fevral 2024-cü il tarixli sənəddən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş və ona “sol kürək və bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi” diaqnozu qoyulmuşdur. Həmçinin həmin sənədin həkim müşahidə qeydindən görünür ki, o, sol kürək və baş nahiyəsində yaranan ağrılara səbəb kimi döyülməsini göstərmişdir. Təqsirləndirilən şəxs xəstəxanaya cəzaçəkmə müəssisəsindən polis nəzarəti altında aparılmışdır. Azərbaycan Respublikası DİN şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 1188 sıra nömrəsi ilə həmin kitabda narkotik vasitələrlə bağlı xx.xx.2022-ci il tarixdə, saat 10:10-da qeydiyyata alınmış, həmin tarixdə saat 13:00-da Abşeron RPŞ-nin MSY-nə təhvil verilmişdir. Abşeron RPŞ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabında aparılan qeydlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:20-də uçot kitabında qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi X23 daxil olmuş 266/MEŞ saylı xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, qeyd olunan xəsarətlərin xarakteri, lokalizasiyası, ölçüləri,həcmi, rəng göstəricilərikompleks halda müfəssəl təsvir olunmadığından və yalnız rəng göstəriciləri, həmçinin qartmaqlı yara olmasını nəzərə alınmaqla demək olar ki, bərk küt əşyanın(əşyaların) təsirindən əmələ gələ bilərdilər, bənövşəyi rəngli qançırlar və qartmaqlı yaralar Bakı İstintaq Təcridxanasına xx.xx.2022-ci il tarixdə qəbul olunmasından 2-3 gün əvvələ, sarımtıl rəngli qançırlar 7-9 gün əvvələ uyğun gəlir və müxtəlif şəraitlərdə yetirilə bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Sağ üst çənənin azı dişinin sınığı məhkəmə-tibbi meyarlara əsasən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır. Alnın sol tərəfinin köhnə çapığının formalaşmasından uzun müddət keçdiyindən törənmə müddəti və digər xüsusatlar haqqında fikir söyləmək mümkün deyil. Təqsirləndirilən şəxs qeyd olunan xəsarətlər bədənin müxtəlif müstəvilərində yerləşdiyindən özü-özünə yetirməsi az inandırıcıdır. Məhkəmə istintaq orqanı tərəfindən verilmiş təqdim edilmiş ittihamedici sübutları ayrıayrılıqda qiymətləndirməyi zəruri hesab edir. Belə ki, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar araşdırılarkən həmin sübutların bir qisminin qüsurlu olması və bir-birinə ziddiyyət təşkil etməsi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan raportlar araşdırılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən X12 və qardaşının evlərində saxlanılaraq polis bölməsinə gətirilmələri müəyyən olunsada, cinayət işində olan X28 rəisinin məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs və qardaşı küçədə saxlanılaraq polis bölməsinə gətirilmişlər. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmiş əməliyyat müvəkkilləri şahid qismində ifadə verərkən təqsirləndirilən Təqsirləndirilən şəxs küçədə saxladıqlarını bildirmişlər və evlərinə girmədiklərin göstərmişlər. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin evində deyil küçədə saxlanılması şahid qismində dindirilmiş polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrdədə öz əksini tapmışdır. Lakin təqsirləndirilən şəxs və müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahidlər Təqsirləndirilən şəxs evindən aparıldığını bildirmişlər. Təqsirləndirilən şəxsin evində saxlanılmasına dair raportu tərtib etmiş şahidin (Xətai Şirinov) özünün təqsirləndirilən şəxsi küçədə saxladıqlarını bildirməsi məhkəmədə ittiham tərəfinin hər iki sübutuna qarşı şübhə yaradır. Bundan başqa, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərar yoxlanılması məqsədilə Abşeron rayon məhkəməsinə göndərilsədə, həmin qərar Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə sənədlər natamam olması əsası ilə geri qaytarılmışdır. Həmçinin Abşeron rayon məhkəməsindən müvafiq sorğuya əsasən verilmiş cavabdan müəyyən olunur ki, 2022- 2023-cü illər ərzində həmin qərar yenidən yoxlanılması üçün məhkəməyə göndərilməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X28 əməliyyat müvəkilləri təqsirləndirilən şəxsin tutulduğu saata tutulma şəraitinə dair verilmiş suallara ziddiyyətli cavablar vermişlər. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir xəsarətinin olub-olmaması soruşulduqda şahidlər üz nahiyyəsində xəsarət olduğunu bildirsələr də, iş materiallarından və şahidlərin özlərinin bildirdiklərindən müəyyən olunur ki, təqsirləndirilən şəxsin tutulan zaman həmin xəsarətinin olması heç bir formada rəsmiləşdirilməmiş və bu barədə cinayət işinin materiallarına heç bir sənəd əlavə edilməmişdir. Həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində saxlanılan zaman təqsirləndirilən şəxsin üzərində hər hansı bir xəsarətin olmasını bildirməmişlər. Halbuki həmin ifadələr təqsirləndirilən Təqsirləndirilən şəxs tutulmasından qısa müddət sonra verilmiş və şahidlərin bu cür vacib detalı qeyd etməmələri sual doğurur. Bundan başqa, iş materiallarında şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və təqsirləndirilən Təqsirləndirilən şəxs izahatından müəyyən olunur ki, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti xx.xx.2022-ci il tarixdə saat 11:20–də başlamış və 12:00-da başa çatmış və bundan başqa həmin gün yalnız təqsirləndirilən şəxsin izahatı alınmışdır. Lakin iş materiallarında olan X15 saxlanılan şəxslərin uçotu kitabından çıxarışdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə saat 22:55-də müvəqqəti saxlama yerinə gətirilmişdir. Yəni xx.xx.2022-ci il tarixdə şəxsin barəsində iki istintaq hərəkəti aparılmışdır. Bunlardan “şəxsi axtarış və götürmə aparılması” aparılmasına dair istintaq hərəkətinin başlama və bitmə vaxtı cinayət işinin materiallarına əsasən dəqiq müəyyən olunur. Qeyd olunanlara əsasən belə qənaətə gəlmək olur ki təqsirləndirilən Təqsirləndirilən şəxs etirafa dair verdiyi bir vərəqdən ibarət izahatı almaq üçün 11 saata yaxın vaxt lazım olmuşdur. Yaxud təqsirləndirilən Təqsirləndirilən şəxs bildirdiyi kimi onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti heç də cinayət işinin materiallarında göstərildiyi saatda deyil həmin gün axşam satlarında aparılmışdır Məhkəmə ilk növbədə ittiham tərəfinin qeyd olunan sübutlarının keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi qiymətlədirərək qeyd edir həmin sübutlar məhkəmənin birmənalı qənaətə gəlməsinə imkan vermir. Əksinə cavablandırılması vacib olan daha çox suallar yaradır. Məhkəmə həmçinin ittiham tərəfinin təqdim etdiyi sübutları müdafiə tərəfinin təqdim etdiyi sübutlar və məhkəmə istintaqı zamanı məhkəmənin əldə etdiyi sübutlara əsasən müqyisəli şəkildə araşdırmağı zəruri hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki zorakılığa məruz qaldığını və ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsini fiziki zorakılığa məruz qaldığı üçün məcburiyyət qarşısında qalaraq verdiyini bildirdi. Məhkəmə təqsirləndirilən şəxsin qeyd etdiyi halın yoxlanılması istiqamətində araşdırma aparmışdır. Məhkəmənin müvafiq istintaq təcridxanasına ünvanladığı sorğuya əsasən verilmiş və yuxarıda sadalanan sübutların siyahısında göstərilən məlumatdan müəyyən olunur ki, təqsiləndirilən Təqsirləndirilən şəxs istintaq təcridxanasına qəbul olunarkən bədəni üzərində müxtəlif xəsarətlər olmuşdur. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşlarının ona yetirdikləri xəsarətlər nəticəsində polis müşahidəsi altında xəstəxanaya aparılmışdır. Qeyd olunan fakta dair təqsirləndirilən şəxsin müdafiəçisinin təqdim etdiyi arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həqiqətəndə xx.xx.2022-ci il tarixdə polis müşahidəsi altında “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X24 müayinədən keçmiş və ona “sol kürək və bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi” diaqnozu qoyulmuşdur. Həmçinin həmin sənədin həkim müşahidə qeydindən görünür ki, Təqsirləndirilən şəxs sol kürək və baş nahiyəsində yaranan ağrılara səbəb kimi döyülməsini göstərmişdir. (Məhkəmə həmçinin qeyd edir ki, xəstəxanadan daxil olan sənəddə şəxsin cəzaçəkmə müəssisəsindən gətirildiyi qeyd olunsada cinayət işinin materiallarında olan gətirilən şəxslərin qeydiyyatı kitabından çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X15n Bakı İsitntaq Təcridxanasına təhvil verilmişdir.) Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşlarının bildirdiyi kimi küçədən deyil evindən və saat 10:20-də deyil saat 8-9 radələrində öz evində qardaşı və bacısının həyat yoldaşı ilə birlikdə aparıldığını bildirdi. Məhkəmə müdafiə tərəfinin təşəbbüsünə əsasən təqsirləndirilən şəxsin göstərdiyi halı araşdırmaq məqsədilə təqsirləndirilən Təqsirləndirilən şəxs bacısını və bacısının ərini dindirmişdir. Sözü gedən şahidlər təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halı təsdiq etmişlər. Məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş “Şəhər rayon polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından çıxarışdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bacısının əri Şahid5 həmin gün X33 gətirilmişdir. Şahid qismində ifadə vermiş Şahid5 xx.xx.2022-ci il tarixdə Qobu PB-da bir neçə saat saxlanıldıqdan sonra azad edildiyini və barəsində təqsirləndirici heç bir tədbir görülmədiyini göstərmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən X25 məhkəməyə verilmiş rəsmi cavabdanda müəyyən olunur ki, şahid Bəhruz Piquluyevin barəsində həmin polis bölməsində heç bir araşdırma aparılmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi və şahidlərin təsdiq etdikləri halın bu cür sübutla öz təsdiqini tapması təqsirləndirilən Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin doğru və səmimi olmasına dəlalət edir. Eyni zamanda qeyd olunan sübut təqsirləndirilən şəxsin saxlanılması ilə əlaqədar cinayət işinin materiallarında göstərilən (14.102.2022-ci il saat 10:20) saatın həqiqəti əks etdirməsinə dair məhkəmədə əsaslı şübhələr yaradır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət işinin materiallarında göstərilən vaxtdan daha əvvəl saxlanılmışdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin almış olduğu xəsarətlərlə əlaqədar ibtidai istintaq zamanı məhkəmə tibb ekspertizasından keçirilmədiyini nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində məhkəmə tibb ekspertizası təyin etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərə dair 266/MEŞ saylı rəydə ekspertlər ətraflı fikir bildirilməklə yanaşı, təqsirləndirilən şəxsin almış olduğu xəsarətlərin özü-özünə yetirməsnin az inandırıcı olması qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir (qərarın 2-ci bəndi). Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87ci bənd). Məhkəmə əlavə olaraq göstərmişdir ki, “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009). Həmçinin həmin qərarda Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı da qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Eyni zamanda həmin qərarda Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X17rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X9rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX) Prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq xx.xx.2022-ci il tarixdə saat 8-9 radələrində saxlanılmasını və üzərinə cinayət işinin materiallarına əsasən şəxsi axtarış keçirilənədək 3-4 saat , təqsirləndirilən şəxsin özünün şəxsi axtarış və götürmənin aparılmasına dair göstərdiyi vaxtı nəzərə alsaq 11-12 saat keçən müddət ərzində polis nəzarətində qalmasını, üzərində xəsarətlərin olmasını və ibtidai istintaq orqanı tərəfindən aşkar olunmuş xəsarətlərin heç bir ağlabatan əsasla izah oluna bilməməsini əsas götürərək, üzərində aşkar olunmuş maddi sübutun (3 büküm heroinin) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi etirafedici ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs faktiki olaraq saxlanılmasının cinayət işinin materiallarına əsasən rəsmiləşdirildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə saat 10:20-dən saatlar öncə (2 saat öncə) baş verməsinə dair gəlinən nəticə, təqsirləndirilən şəxsdə aşkar olunmuş xəsarətlər, habelə sözügedən zaman kəsiyində onun polis əməkdaşlarının nəzarətində, yəni X20maqla heç bir hüququ, hətta ən fundamental hüquq olan müdafiə hüququ təmin olunmadan polis əməkdaşlarından asılı vəziyyətdə, onların ixtiyarında və əhatəsində olması fonunda onun həmin vaxt fiziki təsirə məruz qalması ehtimalı, eyni zamanda şəxsin polis əməkdaşları tərəfindən faktiki saxlanılması ilə onun saxlanılmasının rəsmiləşdirilməsi arasında keçən 2 saatlıq vaxt boşluğu məhkəmə heyətində həm aşkar olunan narkotik vasitə heroinin şəxsin üzərinə qoyulması ilə bağlı, həm də onun tərəfindən etirafedici ifadələr verilməsi üçün ona təsirlərin olunması ilə bağlı əsaslı şübhələr yaratmışdır ki, qeyd edilən səbəbdən məhkəmə sonuncunun vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Həmçinin, CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs işə mahiyyəti üzrə məhkəmədə baxılarkən xx.xx.2022ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri iş üzrə məhkəmə istintaqının gedişində müəyyən olunan işin obyektiv halları ilə, habelə məhkəmə istintaqı zamanı əlavə şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla üst-üstə düşərək birbirini tamamladığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələri əsaslı sayır və ona elan olunan bəraətin əsasına həmin ifadələri qoyur. İttiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olması, ilk dəfə xx.xx.2022-ci il tarixdə polislər tərəfindən xəstəxanaya aparılarkən müəyyən olunmuş və bundan sonra o, xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmiş və həmin xəsarətlər şəxs istintaq təcridxanasına qəbul olunarkən keçirilən həkim müayinəsi zamanı aşkar olunmuş, şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Bu hallar iş materiallarına əlavə olunmuş sənədlərlə təsdiqini tapır və mübahisə doğurmur. Mübahisə doğuran məqam şəxsin bədənində həmin xəsarətlər aşkar olunduqdan sonra ibtidai araşdırma orqanı tərəfindən həmin xəsarətlərin necə və hansı şəraitdə alınması ilə bağlı aparılan araşdırma, gəlinən qənaət və ona verilən qiymətlə bağlı olmuşdur. Belə ki, yuxarıda istinad olunan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə çıxardığı qərarında da qeyd olunmuşdur ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır”. Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir. İş materialları ilə müəyyən olunur ki, ibtidai araşdırma dövründə yalnız təqsirləndirilən şəxsin atasının müraciəti əsasında Təqsirləndirilən şəxs aşkar olunmuş xəsarətlərlə əlaqədar müvafiq prokurorluq orqanı tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan başqa təqsirləndirilən Ceyhun Səməzadədə aşkar olunmuş xəsarətlərlə əlaqədar heç bir araşdırma aparılmamış, ekspertiza belə təyin olunmamış onda aşkar olunmuş xəsarətlərlə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir rəsmiləşdirmə aparılmamış, hətta polis əmədaşları tərəfindən müayinə olunmaq üçün xəstəxanaya aparıldığı halda buna dair heç bir məlumat iş materiallarında göstərilməmişdir. Məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, “Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il tarixli Qərarının 27-ci bəndində göstərilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilən xəsarətlərin cinayət hesab edilməməsi barədə qərarı həmin məsələnin məhkəmə baxışında təkrar araşdırılmasını (cinayət təqibi halları istisna olmaqla) və nəzərə alınmasını istisna etmir. Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ yaratdığı bir sıra qərarlarında, o cümlədən “Kobiaşvili Gürcüstana qarşı” işi üzrə 14 mart 2019-cu il tarixdə çıxardığı qərarında da bu qəbildən olan işlər üzrə, yəni müvafiq əməliyyat tədbirinin keçirilməsində məsul olan şəxslərin polis əməkdaşları olduğu cinayət işləri üzrə məhz həmin polis əməkdaşlarının verdiyi ittihamedici ifadələrinə tənqidi yanaşmış, həmin sübutların birmənalı şəkildə əsaslı sübut növü kimi qəbul olunmasının düzgün olmaması ilə bağlı mövqe formalaşdırmışdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qiymətləndirilən polis əməkdaşlarını vermiş olduqları ziddiyətli ifadələri, habelə məhkəmə istintaqı zamanı müəyyən olunan halları əsas götürülməklə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası təkrarən bir daha Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddi sübutun (təmiz çəkiləri 1,032 qram, 0,672 qram və 0,622 qram, ümumi təmiz çəkisi - 2,326 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini) onun barəsində olan iş üzrə ittiham hökmünün çıxarılması üçün (şahid ifadələrinin və Təqsirləndirilən şəxs etirafedici ifadəsinin ittihamın əsasını təşkil edən sübut növü kimi qəbul edilməz hesab edilməsindən sonra) yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə heroin olması ilə bağlı ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə vacib əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin və psixotrop maddənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə heroin olmasını təsdiq edən sübut növü rolunu oynayır. Digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməməsi ilə bağlı qənaəti formalaşdıran narkoloji ekspertizanın rəyi isə məhkəmənin hazırki ana qədər gəldiyi qənaəti möhkəmləndirir və təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən sübut növü kimi qiymətləndirməyə əsas verir. Bundan başqa məhkəmə cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş təqsirləndirilən Təqsirləndirilən şəxs telefonuna daxil olan smslərlə əlaqədar olaraq bildirir ki, təqsirləndirilən şəxsin telefonunda aşkar edilmiş smslər onun üzərindən narkotik vasitənin aşkar olunduğu prosesin etibarlılığı fonunda mötəbər sübut kimi qiymətləndirilə bilər. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Qanunun 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu səbəbə görə ittiham hökmü təqsirliliyinə heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmiş olduqda çıxarıla bilər. Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir (CPM-nin 351.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Bu maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyanın 63-cü maddəsinə əsaslanan CPM-nin 21-ci maddəsinin İ hissəsi təqsirsizlik prezumpsiyasını cinayət mühakimə icraatının əsas prinsip və şərtlərindən biri kimi təsbit etmişdir. 21.2-ci maddədə nəzərdə tutulmuşdur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir (CPM-nin 145.3-cü maddəsi). Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin mahiyyəti və tələbi ondan ibarətdir ki, cinayətin sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə bəraət hökmü şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 125.3.-cü maddəsinə müvafiq olaraq Cinayət- Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Məhkəmə şahid ifadələrini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini və Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlara dair formalaşdırılan presedent hüququnu, yuxarıda istinad olunan Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlarda Avropa Konvensiyasının 3-cü və 6-cı maddəsi ilə əlaqədar mövqeyini, eləcə də cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini nəzərə alıb, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, məhkəmə baxışı zamanı təqsirliliyi sübuta yetirilmədiyindən sonuncuya bəraət verilməlidir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsində təqsirli olması sübuta yetirilmədiyindən, onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması ambarına təhvil verilmiş qalıq çəkisi 2,176 qram narkotik vasitə heroin onun əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməlidir. 1 ədəd DVD diski və "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, AZF/LGL-4463/23 saylı məktub və "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinin mənası baxımından məhkəmə məsrəfləri məhkəmə tərəfindən yalnız məhkumun üzərinə qoyula bildiyindən, hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs bəraət verildiyindən, o, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilməli və həmin məbləğ dövlət büdcəsi vəsaiti hesabından ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 55.1, 344-347, 349, 352-354, 356, 358, 384 və 385-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut olub Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 2,176 qram narkotik vasitə heroin onun əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin. İş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə» prosesinin köçürüldüyü 1 ədəd DVD diski və "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, AZF/LGL- 4463/23 saylı məktub və "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş CD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs iş üzrə keçirilmiş məhkəmə ekspertizalarına sərf olunmuş ümumilikdə 92 (doxsan iki) manat məhkəmə məsrəfindən tam şəkildə azad edilsin və həmin məbləğ dövlət büdcəsi vəsaiti hesabından ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar