Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-221/2025 06.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, anlaqsız vəziyyətdə cinayət törətməsi istinad edilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, 28 avqust 1941-ci il tarixdə Qusar rayonu Hil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qusar rayonu Hil kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.9 və 228.1 -ci maddələri ilə nəzərdə tutulmuş əməllərini törətməsi istinad edilməsi ilə bağlı onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Anlaqsız vəziyyətdə olmaqla öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayan Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə, saat təxminən 09 radələrində yaşadığı Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evində yuxudan oyanıb həyətə düşərkən oğlu Zərərçəkmiş şəxs adma baş etibarnamə olmaqla özlərinə məxsus “Tofaş Doğan” markalı, 10-DP- 711 dövlət qeydiyyat nişanlı avtomobilin həyətdə, evin qarşısında olmadığını görüb saat təxminən 09:15 radələrində evin ikinci mərtəbəsinə qalxıb onunla bir evdə yaşayan, həmin evin yataq otağındakı çarpayıda yatan oğlu Zərərçəkmiş şəxs yuxudan oyadıb ondan həmin avtomobilin harada olduğunu soruşmuş, Zərərçəkmiş şəxs ona avtomobilin nasaz olmasına görə tək özünün təmir edə bilməməsi səbəbindən qonşusu X7 həyət sahəsinə apardığını bildirməsindən sonra ondan icazəsiz avtomobili başqa şəxsin həyətinə apardığını irad bildirərək və bu səbəbdən əsəbiləşərək onunla mübahisə etməyə başlamış, həmin an bu mübahisə səbəbindən, eləcə də əvvəllər oğlu Zərərçəkmiş şəxs ilə arasında onun pis vərdişlərə qurşanması, onun sözünə baxmamasına görə şəxsi münasibətlər zəminində yaranmış mübahisələrdən bezib onu qəsdən öldürmək qərarına gələrək həmin niyyətlə evin ikinci mərtəbəsində yerləşən öz yataq otağına gedib 1991 -ci ildə Qusar rayonu Hil kəndində mərhum əmisi X3 götürüb qanunsuz olaraq əldə edib 30 iyul 2024-cü il tarixədək Qusar rayonu Hil kəndində yaşadığı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən öz yataq otağında çarpayının üzərindəki döşəyin arasında saxladığı, 1963-cü ildə “Tula" silah zavodunda istehsal edilmiş, “T03-EM” modelli, “196162” nömrəli, lüləaltı yatağı eyni modeldən olan “95008-60" nömrəli ov silahının lüləaltı yatağından komplektləşdirilmiş, sonradan konstruktiv dəyişikliyə məruz qalaraq lülələri və qundağı kustar üsulla kəsilib qısaldılaraq, ilkin təyinatı dəyişdirilmiş, ümumi uzunluğu 465 mm, patronluqlarının uzunluğu 70 mm olan, xarici çaxmaqlı, qoşalüləli, 16 kalibrli, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, 2 patronla dolu olan, odlu silah hesab edilən, yivsiz odlu ov tüfənginin kəsiyi olan 01 ədəd tüfəngi götürüb əlində hazır vəziyyətdə saxlamaqla oğlu Zərərçəkmiş şəxs otağına gedib onu öldürməyi planlaşdırmış, 30 iyul 2024-cü il tarixdə, saat təxminən 09:30 radələrində əlində tüfənglə öz yataq otağından çıxıb yenidən oğlu Zərərçəkmiş şəxs yataq otağına gedərək həmin an çarpayının üzərində üzü üstə uzanıb yatmaqla, ona müqavimət göstərmək imkanı olmayan, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan oğlu Zərərçəkmiş şəxs həmin tüfənglə qəsdən öldürmək məqsədi ilə tüfəngi ona tərəf tuşlayıb əvvəlcə onun omabel nahiyəsinə bir dəfə atəş açıb vuraraq ona “oma-bel nahiyəsinin (giriş) və sol sağrı nahiyəsinin (çıxış) odlu silah yaraları” ilə ifadə olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, Zərərçəkmiş şəxs yuxudan ayılıb yatdığı çarpayıdan ayağa qalxdıqda onu qəsdən öldürmək niyyətini başa çatdırmaq məqsədi ilə əlində olan tüfənglə onun bədəninin həyat üçün təhlükəli olan baş nahiyəsinə atəş açmaqdan ötrü ona yaxından nişan alıb tüfəngin lüləsini onun başına doğru tuşlamış, atəş açıb onu öldürmək istədikdə Zərərçəkmiş şəxs çarpayının üzərindən yastıq götürüb tüfəngin lüləsinə vurub istiqamətini dəyişməsi nəticəsində öz məqsədinə nail ola bilməyərək tüfənglə onun sağ bazu nahiyəsinə yenidən bir dəfə atəş açıb ona “sağ bazunun yuxarı 1/3-nin ön səthinin kor qurtaran odlu silah yaralanması, sağ bazu sümüyünün yuxarı 1/3-nin çoxqəlpəli açıq sınığı” ilə ifadə olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, daha sonra isə ondan qaçmaq istəyən Zərərçəkmiş şəxs həmin otağın qarşısında eyvanda yerə yıxıb üstünə çıxıb onu tutub saxlayıb qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin bu zaman tüfəngində patron qalmadığına görə ona yenidən atəş aça bilməməsi, Zərərçəkmiş şəxs ona müqavimət göstərib əlindən çıxıb ayağa qalxıb evin həyət sahəsinə düşməsi, daha sonra evdə digər yataq otağında olan qızı Qanuni nümayəndə təcili tibbi yardım çağıraraq Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə çatdırılaraq ixtisaslı həkimlər tərəfindən təxirəsalınmaz intensiv cərrahiyyə əməliyyatı göstərilməsi nəticəsində, Təqsirləndirilən şəxs özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan oğlu Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə onun bədəninin oma-bel, sağ bazu nahiyələrinə qanunsuz olaraq əldə edib saxladığı odlu silah hesab edilən tüfənglə qəsdən 2 dəfə atəş açıb bədən xəsarətləri yetirməsinə baxmayaraq, Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə yönəldilmiş qəsdən törədilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq qərar çıxararkən ictimai təhlükəli əməlin törədilməsinə, həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsinə, əməlin anlaqsız vəziyyətdə törədilməsinə və şəxsin məhkəmə baxışı zamanı da həmin vəziyyətdə olmasına, həmçinin, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olmasına dair məsələləri həll edərək belə nəticəyə gəlir ki, aşağıdakı səbəblərə görə Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə əsaslar mövcuddur. Psixi vəziyyəti və ümumi səhhətinə görə məhkəmə iclasında iştirak etmək qabiliyyəti olmayan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən 2000-ci ildə Şahid2 ilə rəsmi nikah bağlamadan faktiki olaraq ər-arvad münasibətində Qusar rayonu Hil kəndində yaşamağa başlamışlar. Onunla ər-arvad münasibətlərindən İsrafil və Gülnisə adlarında iki övladları olmuşdur. Əvvəllər fərdi qaydada avtomobil, saat təmiri ilə məşğul olmuş, hazırda isə təqaüdçüdür. Oğlu Zərərçəkmiş şəxs ilə son zamanlar aralarında sözlü mübahisələr olsa da, dava-dalaşları olmamışdır. İsrafil onun sözünə baxmadığından, evə gec gəldiyindən, pis vərdişlərə meyilləndiyindən onu əsəbiləşdirmişdir. İsrafili dəfələrlə başa salmasına baxmayaraq onu vecinə almamış, son vaxtlar ata kimi onu saymayıb bezdirmiş, sözünü eşitməmiş, evdə tez-tez ailədaxili mübahisələr yaratmışdır. Bu səbəbdən son zamanlar onun əlindən çox əsəbiləşmişdir. 2024-cü ilin iyul ayının təxminən ortalarında oğlu Zərərçəkmiş şəxs ilə birlikdə həmkəndlisi Şahid9 “Tofaş Doğan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Həmin avtomobilə dair İsrafilin adına baş etibarnamə vardır. 30 iyul 2024-cü il tarixdə, saat təxminən 09 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Qusar rayonu Hil kəndində yerləşən evdə olarkən yuxudan oyanıb eyvana çıxmış, həmin vaxt evdə ondan başqa oğlu Zərərçəkmiş şəxs, qızı Qanuni nümayəndə öz yataq otaqlarında olmuşlar. Arvadı Şahid2 isə fəhlə kimi işləmək üçün Qusar rayonu İmamqulukənd kəndində yerləşən pomidor sahəsinə getmişdir. Həyətə düşüb orada gəzişdikdə görmüşdür ki, təzəliklə aldıqları “Tofaş Doğan” markalı, 10- DP-711 dövlət qeydiyyat nişanlı avtomobil orada yoxdur. Evinin həyət sahəsinə, daha sonra küçəyə çıxıb evin qarşısına baxdıqda avtomobilin olmadığını bilmişdir. Saat təxminən 09:15 radələrində bu avtomobilin harada olduğunu oğlu Zərərçəkmiş şəxs soruşmaq üçün evin ikinci mərtəbəsinə çıxıb onun yatdığı yataq otağına girmiş, həmin vaxt İsrafil öz yataq otağında çarpayının üzərində yatmışdır. Onu yuxudan oyadıb təzə aldıqları “Tofaş” markalı avtomobilin harada olduğunu soruşduqda, o da bu avtomobilin nasaz vəziyyətdə olduğunu, tək özünün təmir edə bilmədiyinə görə qonşusu X8 ilə birlikdə təmir etmək üçün onun evinin həyət sahəsinə apardığını bildirmişdir. İsrafilin bu sözündən çox əsəbiləşib ona öz iradını bildirmiş, özünün avtomobil təmiri ilə məşğul olduğunu, niyə ona demədən, ondan xəbərsiz, icazəsiz avtomobilini aparıb Rafıkə verdiyini demişdir. Həm də Rafıkdən xoşu gəlmədiyi üçün İsrafilin avtomobilini ona verməsi özünə çox pis təsir etmişdir. İsrafilin üstünə acıqlanıb onunla mübahisə etməyə başlamışdır. İsrafil isə onun sözlərinə narazılıq etməyə başlayıb onun qoca olduğunu, avtomobili təmir edə bilməyəcəyini demişdir. İsrafilin üstünə acıqlanıb evdəki hər şeyi satıb qurtardığını demiş, o isə evdəki əşyaları satmadığını, hər şeyi onun satdığını demişdir. Aralarındakı bu söz-söhbət bir neçə dəqiqə çəkmiş, oğlu İsrafilin hərəkətləri onu özündən çıxartmış, onun əlindən çox əsəbiləşmişdir. Həm də əvvəllər onun sözünə baxmadığından, evə gec gəldiyindən, pis vərdişlərə meyilləndiyindən onu çox əsəbiləşdirmiş, İsrafilin əlindən boğaza yığılıb bezmişdir. Ona görə də bu problemləri birdəfəlik aradan qaldırmaq istəmiş, həmin vaxt ağlına gəlmişdir ki, İsrafili öz tüfəngi ilə vurub öldürə bilər. Əsəbi şəkildə İsrafilin otağından çıxıb öz yataq otağına getmiş, orada çarpayının üzərində döşəyin arasında gizlədib saxladığı, özünə məxsus, içərisi 2 patronla dolu olan ov tüfəngini əlinə alıb hazır vəziyyətdə saxlayıb İsrafilin otağına gedib onu öldürməyi planlaşdırmışdır. Qoca olduğuna görə gəzməkdə çətinlik çəkdiyi üçün otağına gedib tüfəngi əlinə alıb hazır vəziyyətə gətirməsi bir neçə dəqiqə çəkmişdir. İsrafili öldürməyə tam hazır olduqdan sonra saat təxminən 09:30 radələrində yataq otağından çıxıb onun yataq otağına girərkən görmüşdür ki, İsrafil çarpayının üzərində üzü üstə uzanıb yatmışdır. Tüfəngin içərisində olan patronların ikisini də ona atəş açıb vurub elə onu yatan yerdə öldürmək istəmişdir. Onun otağına girdikdən sonra onu öldürmək üçün yaxınlaşıb əvvəlcə tüfəngi onun belinin aşağısına tərəf tuşlayıb atəş açıb onu vurmuşdur. İsrafil həyəcanlı şəkildə yuxudan ayılıb uzandığı yerdə ona tərəf çevrilmişdir. Özü isə onun sağ tərəfində əlində tüfənglə dayanmışdır. İsrafil onu görən kimi yatdığı çarpayıdan ayağa qalxmışdır. Bu zaman İsrafil onunla üz-üzə olarkən onun başından, alnından atəş açıb öldürmək üçün ona yaxından nişan alıb tüfəngin lüləsini onun başına doğru tuşlayıb atəş açıb onu öldürmək istədikdə, İsrafil çarpayının üzərindən yastıq götürüb tüfəngin lüləsinə vurub istiqamətini dəyişmişdir. Onun müdaxiləsi zamanı özü dərhal atəş açmış, həmin güllə İsrafilin sağ çiyninə dəymişdir. Bu dəfə atəş açıb onun sağ çiyninə vurmuş, onun başından vurub öldürə bilməmişdir. İsrafili başından vurub öldürmək istəsə də, ona imkan verməyib mane olmuşdur. Tüfənginin içərisində patron qurtardığından, üzərində də əlavə patron olmadığından yenidən ona atəş açıb öldürə bilməmişdir. Ona iki dəfə atəş açmasına baxmayaraq buna nail ola bilməmişdir. İsrafilin bədənindən qan axmağa başlamış, otağın divarı da onun qanma batmışdır. Lakin İsrafil ölməyib ondan qaçmağa çalışmışdır. İsrafil onu itələyib qaçmaq istədikdə, özü onu əlindən tutub saxlayıb otağının qarşısında eyvanda yerə yıxmış, daha sonra onu tutub saxlayıb öldürmək üçün üstünə uzanmış, bu zaman tüfəng əlindən yerə düşmüşdür. İsrafil yumruq zərbəsi ilə onun başına 2 dəfə vurduqda, özü də məcburiyyət qarşısında onu buraxmış, daha saxlamağa gücü çatmamışdır. İsrafil ayağa qalxıb pilləkənə tərəf getməyə başlamışdır. Özü onu yenidən tüfənglə vurub öldürmək istəsə də, lakin qocalığı ilə əlaqədar yavaş-yavaş hərəkət etdiyi üçün tüfəngi yenidən doldurub onu vurmağa imkan tapa bilməmişdir. İsrafil onun əlindən çıxıb getmişdir. Tüfəngin içərisində də patron olmadığı üçün daha yenidən ona atəş aça bilməmiş, onu öldürmək istəsə də, patronu olmadığına görə onu bir də vura bilməmişdir. İmkanı, patronu olsaydı, İsrafilə yenə atəş açıb onu vurub öldürərdi. Çünki onun əlindən bezmişdir. Lakin onu öldürə bilməmiş, İsrafil bir təhər onun əlindən çıxıb pilləkənlərlə aşağı düşmüşdür. Bundan sonra evinin həyətindən İsrafilin qışqırıq səsini eşitmiş, daha sonra aşağıdan başqa şəxslərin də səslərini eşidib evdə olan qızı Gülnisə və qonşusu Elmiranın ona kömək etdiklərini bilmişdir. Onlar İsrafilin yanında olduqları üçün daha tüfəngi yenidən doldurub onların yanlarına getməyə çəkinmiş, yerdən tüfəngini götürüb yataq otağına çarpayının yanma yerə qoymuşdur. Daha sonra evinin ikinci mərtəbəsində eyvanda kresloda oturmuş, bir müddət sonra prokurorluq və polis əməkdaşları evibə gəlib baxış keçirmişlər. Özü də hüquq-mühafizə orqanlarına təslim olmuşdur. Oğlu Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə ona tüfənglə 2 dəfə atəş açıb ağır cinayət hadisəsi törətmişdir. Gərək belə bir əməl törətməzdi. Törətdiyi bu əməlinə görə peşman olub məsuliyyətini dərk etmişdir. Hadisə vaxtı qızı Qanuni nümayəndə da evdə olmuş, lakin o, öz yataq otağında olduğundan onun İsrafili vurmasını görməmişdir. Hadisə vaxtı öz əynində köhnəlmiş vəziyyətdə qara rəngli şalvar, qara rəngli qısaqol köynək, oğlu Zərərçəkmiş şəxs əynində isə qara rəngli alt paltarı, yəni trusik olmuşdur. Özü onu güllə ilə vuranda alt tumanı cırılmışdır. Cinayətin aləti özünə məxsus “T03-EM” modelli, “196162" nömrəli, lülələri və qundağı kəsilib qısaldılmış, qoşalüləli (iki lüləli), 16 kalibrli tüfəng olmuşdur. Onda həmin tüfəngin heç bir sənədi olmamışdır. Bu tüfəng ona mərhum əmisi X3 qalmışdır. Mərhum Yarmət bu tüfəngi ona 1991-ci ildə Qusar rayonu Hil kəndində yaşadığı evdə təmənnasız vermişdir. Özü də həmin vaxtdan bu tüfəngi Hil kəndindəki evində yataq otağında saxlamışdır. Bu tüfəng həmin vaxtdan özündədir. (Cild 3, iş vərəqləri 164-171) Məhkəmədə barəsində icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, əvvəllər mübahisələr olmurdu. Qardaşı əsgərliyə getdikdən sonra yaranmağa başlamışdır. 84 yaşında olduğu üçün davranışlarına göz yumurdular. Hadisə 30 iyul 2024-cü il tarixdə saat 09:00-10:00 radələrində baş vermişdir. Anası Qusar rayonunda pomidor tarlasında işləyirdi. Onda səhər yuxudan durmuş, lakin uzanıb qapını bağlamışdır ki, rahat istirahət etsin. Sonra qalxıb işə getmişdir. Hadisədən bir gün əvvəl axşam qardaşı onu işdən “Tofaş”markalı avtomobil ilə gətirmişdi. Sonra maşını qonşuları Rafiq Səlimova aparıb vermişdi. Səhər atası ilə qardaşının mübahisə etdiyini eşidirdi. Lakin artıq bu mübahisələr adiləşmişdi. Atəş açılan zaman o səsin odlu tüfəngdən açıldığına ehtimal belə verməmişdir. Düşünmüşdür ki, əlindəki əsa ilə qardaşına vurmuş və o da yatağın küncünə dəymişdir. Sonra ikinci dəfə atəş açılanda artıq qardaşının qışqırıq səslərini eşidəndə qorxmağa başlamış və otağından çölə çıxmamışdır. Pəncərədən həyətə baxanda görmüşdür ki, qardaşı qan içində həyətə düşüb. O da otağının pəncərəsindən yorğan vasitəsilə ikinci mərtəbədən həyətə düşmüşdür. Köməyə qonşuları çağırmış və təcili tibbi yardımın çağrı mərkəzinə zəng edib kömək istəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əsgərliyə gedənə kimi atası ilə münasibəti həmişə yaxşı olmuşdur. Əsgərlikdən tərxis olunmağına 3 gün qalmış 44 günlük müharibə başlayacaq idi. Atası bunu eşitdiyi gündən sonra fikir eləməyə başlamışdır. Əsəb sistemi pozulmuş, nevroloji xəstəlik əlamətləri yaranmağa başlamışdır. Evdə olan hər söz-söhbətə görə mübahisə edirdi. Onların ailəsi haqqında başqa yerlərdə mənfi ifadələr və nalayiq sözlər işlədirdi. Məsələn o, dostları ilə kafedə görüşüb söhbət edəndə ona əsəbiləşirdi. Evə gec gəldiyi zaman ona oğurluq etdiyini, pis yola düşdüyünü, narkomanlarla dostluq etdiyini deyirdi və buna görə mübahisə edirdilər. O, özü hadisədən əvvəl Qusar rayonunda günorta saatlarında evlərdə fəhlə işləyirdi, axşamlar isə nasaz maşınları həyətə gətirib təmir edirdi. Hadisədən bir gün əvvəl “Tofaş” markalı avtomobili həyətə gətirmişdir. Lakin onu özü təkbaşına təmir edə bilmədiyi üçün qonşu Rafiq Səlimovdan kömək istəmiş və təmir üçün onun evinə aparmışdır. Atası ilə onun münasibəti heç vaxt yaxşı olmamışdır. Onun Rafiqlə görüşməyinə çox əsəbiləşirdi. Hadisə 30 iyul 2024-cü il tarixdə saat 09:00-10:00 radələrində baş vermişdir. Belə ki, səhər oyanmış, anası aşağıda yemək hazırlayıb işə getmişdi. O da ikinci mərtəbədən aşağı düşürüb yemək yeməsi üçün atasının yanına getmişdir. Çünki o, ayaqlarını hərəkət etdirə bilmirdi. O s düşmək istəməmiş, daha sonra onunla söhbət etməyə başlamışdır. Ondan “Tofaş” markalı avtomobilin harada olduğunu soruşmuşdur. O da ona qonşu Rafiq Səlimovun həyətinə təmirə apardığını demişdir. Ona əsəbləşmiş və kobud sözlər işlətmişdir. Ona yuxusunun gəldiyini, gedib 1 saat yatıb sonra qalxıb işə gedəcəyini, bu söhbətləri daha sonra edəcəklərini bildirmişdir. Öz yataq otağına keçmiş və uzanmışdır. Söhbətdən 5 dəqiqə vaxt keçmişdir ki, o, yuxuya getmiş,birdən səs eşitmişdir. Gözünü açanda atası qarşısında əlində tüfəng ilə dayanmış və atəş açaraq belindən vurmuşdur. İsti-isti olduğu üçün heç nə başa düşməmişdir. Daha sonra silahı ikinci dəfə atəş açmağa hazırladığını görmüş və yerindən qalxıb qarşısını almağa çalışmışdır. Yerindən durmuş, ağrılar içində qışqıraraq aşağı mərtəbəyə düşmüş və özünü həyətə atmışdır. Qan itirməyinin qarşısını amaq üçün həyətdə asılan paltarlardan götürmüşdür. Sonra bacısı həyətə düşmüş, ona təcili tibbi yardıma zəng edib çağırmasını demişdir. Hadisəni eşidən qonşular da köməyə gəlmişdir Hal-hazırda səhhətində böyük problem yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Durxanoviç, onun arvadı Şahid2, övladları Zərərçəkmiş şəxs, Qanuni nümayəndə onun üzbəüz qapı qonşularıdır. Onlar təxminən 20 ildən çoxdur ki, qonşudurlar. Onlarla aralarında qohumluq əlaqələri yoxdur. Qonşuları Şahid2. Zərərçəkmiş şəxs və Qanuni nümayəndə ilə aralarında həmişə mehriban münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs isə mənfi xarakterli, deyingən, öz ailə üzvləri haqqında pis danışıb onlara hörmətsiz münasibət göstərən insan olduğundan onunla hər hansı yaxın münasibəti olmamış, ancaq qonşu kimi bir-birini görəndə salamlaşmışlar. Nə Təqsirləndirilən şəxs, nə də onun ailə üzvləri ilə aralarında hər hansı mübahisə, dava-dalaş, düşmənçilik və ya ədavətləri olmamışdır. Şahid2 ilə aralarında qonşu kimi mehriban münasibətlər olduğundan birbirinin evinə gediş-gəlişləri vardır. Təqsirləndirilən şəxs ilə ailə üzvlərinin aralarında əvvəllər yaxşı münasibətlər olsa da, təxminən 2-3 il olar onların münasibətləri pozulmuş, yola getməmişlər, Sərkar öz arvadı və uşaqlarına hörmətsiz münasibət göstərmişdir. Şahid2 ona demişdir ki, əri Sərkar guya onun əxlaqsız, tərbiyəsiz hərəkətlər etdiyini, pozğun olduğunu deyib orada- burada belə yalan sözlər danışmışdır. Lakin Zəminəni qonşusu kimi uzun müddətdir tanımış, heç vaxt onun hər hansı nalayiq, əxlaqsız hərəkətlərinin şahidi olmamış, eləcə də bu barədə nə isə eşitməmişdir. O, öz işində olan, tərbiyəli qadındır. Sərkar isə guya onun pozğun olduğunu deyib evdə söz-söhbətlər salmışdır. Həmçinin Zəminə ona əri Sərkarın ona məxsus torpaq sahələrini satmaq istəməsi, özünün isə buna razı olmaması, bu səbəbdən Sərkarın evdə söz-söhbətlər yaratmasını da demişdir. Eləcə də Sərkar qonşular arasında, küçədə oğlu İsrafil haqqında pis danışıb onun sözünə baxmaması, ondan narazı olmasını demişdir. 30 iyul 2024- cü il tarixdə, səhər saatlarında əri Şahid6 naxıra, oğlu İlqar Abbasov isə evinə lazım olan materialları almaq üçün Qusar şəhərinə getmiş, özü evdə tək qalmışdır. Saat təxminən 08 radələrində qonşusu Şahid2 küçədə görüb söhbətləşərək onun fəhlə işlədiyi Qusar rayonu İmamqulukənd kəndində yerləşən pomidor sahəsinə getdiyini bilmişdir. Saat təxminən 09:30 radələrində yaşadığı evin birinci mərtəbəsində yerləşən mətbəxdə yemək bişirərkən isə çöldən qışqırıq səsləri eşidib narahat olub nə baş verdiyini öyrənmək üçün dərhal evdən küçəyə çıxmış, ətrafa baxdıqda küçədə heç kim olmamışdır. Daha sonra isə bu qışqırıq səslərinin üzbəüz qapı qonşusu Təqsirləndirilən şəxs evindən gəldiyini, onun övladları Qanuni nümayəndə və Zərərçəkmiş şəxs səsləri olduğunu, kömək çağırdıqlarını eşidib onların həyətinə girmişdir. Həyətə girən kimi sağ tərəfdə çardağın altında Zərərçəkmiş şəxs qan içində yerə yıxılıb qaldığını, yaralı olduğunu, qışqırdığını, onun bacısı Qanuni nümayəndə isə evin ikinci mərtəbəsində yataq otağının pəncərəsindən çıxıb qışqıraraq kömək çağırdığını görmüşdür. Gülnisə onlara kömək etməsini istəmiş, İsrafil isə yerdə yarasının üstünü əsgi ilə tutub saxlamış, əynində yalnız trusik olmuş, başqa paltarı olmamışdır. Dərhal həyətdəki mərəzin üstündən köynək götürüb İsrafilə yaxınlaşıb ona kömək etmək üçün yarasının üstünə tutub saxlamışdır. Bu zaman görmüşdür ki, İsrafilin sağ çiynində və belinin aşağısında olmaqla iki ağır yarası var. Onlardan nə baş verdiyini soruşduqda onlar Təqsirləndirilən şəxs tüfənglə Zərərçəkmiş şəxs iki dəfə atəş açıb onu vurduğunu bildirmişlər. Onların sözlərindən bilmişdir ki, İsrafil təzə aldıqları avtomobili təmir etmək üçün qonşusu Rafık Səlimovun evinə apardığına görə Sərkar ona narazılıq edib mübahisə etməyə başlamış, daha sonra isə İsrafilin otağına girib yatan yerdə tüfənglə ona atəş açıb vurmuş, bundan sonra tüfənglə ona yenidən bir daha atəş açıb vurmuş, onu öldürmək istəsə də, İsrafil ona müqavimət göstərib onun əlindən canını qurtarıb həyətə düşmüş, Sərkar onu öldürə bilməmişdir. Gülnisə təcili tibbi yardıma və polisə zəng edib kömək çağırmış, daha sonra otağının pəncərəsindən həyətə yorğan-döşək atıb pəncərədən tullanıb aşağı düşərək İsrafilə yaxınlaşmışdır. İsrafilin qan itirməməsi üçün onlar əsgi, köynəklə onun yaralarını tutub saxlamışlar. İsrafilin vəziyyəti ağır, həyatı təhlükədə olmuşdur. İsrafil Gülnisəyə atası Sərkarın tüfənglə onu vurduğuna görə tüfəngi onun əlindən almasını, öləcəyini, anasına yaxşı baxmasını demişdir. Çünki ağır yaralarına görə həyatı təhlükədə olduğu üçün öləcəyini düşünüb ölməkdən qorxmuşdur. Ancaq bir müddət sonra təcili tibbi yardım işçiləri ora gəlib İsrafilə iynə vurub ona ilkin tibbi yardım göstərmiş, həyatı təhlükədə olduğu üçün onu dərhal Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırmaq üçün təcili tibbi yardım avtomobilinə mindirib aparmışlar. Özü və Gülnisə də həyətdən küçəyə çıxmışlar. Daha sonra isə prokurorluq və polis orqanları əməkdaşları hadisə yerinə gəlib baxış keçirtmişlər. Özü də oradan çıxıb yaşadığı evə getmişdir. Sərkar İsrafilə tüfənglə iki dəfə atəş açıb onu öldürmək istəsə də, məqsədinə çata bilməmiş, İsrafil ölməyib sağ qalmışdır. (Cild 1, iş vərəqləri 145-151) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2000-ci ildə rəsmi nikah bağlamadan ailə həyatı qurmuş, birgə nikahlarından 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və 2003-cü il təvəllüdlü Qanuni nümayəndə adlarında iki övladları vardır. Birlikdə yaşadıqları müddətdə əvvəllər aralarında yaxşı münasibətlər olsa da, sonradan münasibətləri pozulmuşdur. Xaçmaz rayonu Moruqoba kəndində ona valideynlərindən miras torpaq sahəsi qalmışdır. Oğlu İsrafil 2019-cu ildə hərbi xidmətə getdikdən sonra Sərkar ondan həmin torpaq sahələrini satmasını tələb etmiş, özü isə onunla razılaşmadığından münasibətləri pozulmuş, ailə daxilində söz-söhbət, mübahisələri yaranmışdır. Lakin əvvəllər dava-dalaşları olmamışdır. Əri Təqsirləndirilən şəxs ona. oğlu İsrafilə hörmətsiz münasibət göstərmiş, ailə daxilində mübahisələrinin səbəbkarı həmişə Sərkar olmuşdur. Əvvəllər Sərkar dəfələrlə oğlu İsrafil ilə mübahisələr etmiş, həmişə ondan narazı olmuş, onun evə gec gəldiyini, sözünə baxmadığını demişdir. Həm də onun guya əxlaqsızlıqla məşğul olduğunu deyib sözlü mübahisələr yaratmışdır. 30 iyul 2024-cü il tarixdə, saat təxminən 08 radələrində yaşadığı evdən çıxıb fəhlə kimi işlədiyi Qusar rayonu İmamqulukənd kəndində yerləşən torpaq sahəsinə getmiş, evdən çıxdıqdan sonra evdə onunla eyni yataq otağında yatan qızı Qanuni nümayəndə, digər yataq otağında yatan oğlu Zərərçəkmiş şəxs və ayrı yataq otağında yatan əri Təqsirləndirilən şəxs olmuşlar. İşə gedərkən onların üçü də yatmışlar, heç biri oyaq olmamışdır. Bu zaman onlar yatdıqları üçün onlarla arasında hər hansı danışıq olmamışdır. Qusar rayonu İmamqulukənd kəndinə getmiş, saat təxminən 10 radələrində isə qızı Qanuni nümayəndə bir neçə dəfə onun mobil telefon nömrəsinə zəng etsə də, lakin onun zənglərini görməmişdir. Bir neçə dəqiqə sonra Gülnisə yenidən ona zəng etmiş, onun telefon zənginə cavab verdikdə ona Sərkarın İsrafili tüfənglə vurub öldürmək istədiyini, İsrafilin öləcəyini, onu təcili tibbi yardım avtomobili ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına apardıqlarını demişdir. Bu hadisəni eşitdikdən sonra oğlu İsrafilin ölə biləcəyinə görə çox narahat olub dərhal Qusar Rayon Mərkəzi Xəstəxanasına getmiş, bu zaman Sərkarın tüfənglə İsrafilin sağ çiyninə və belinin aşağı hissəsinə atəş açıb vurduğunu, həmin nahiyələrindən xəsarətlər aldığını bilmişdir. Oğlu İsrafil yaralı vəziyyətdə olduğu üçün onu görə bilməmiş, onu əməliyyata salmışlar. İsrafil Qusar RMXdə həkimlər tərəfindən əməliyyat olunaraq nəticədə sağ qalmış, ölməmişdir. Bir neçə saat narkozun təsiri altında olsa da, axşam saatlarında özünə gəlib ayılmışdır. İsrafildən hadisənin necə baş verdiyini soruşduqda ona danışmışdır ki, səhər saatlarında Sərkar onun yanma gəlib təzə aldıqları avtomobilin harada olduğunu soruşmuş, özü ona avtomobili təmir etmək üçün qonşusu Rafıkin həyətinə apardığını demiş, bundan sonra Sərkar əsəbiləşib onunla mübahisə etməyə başlamış, daha sonra onun otağından çıxıb getmiş, özü də yataq otağında yatmış, bir müddət sonra Sərkar onun otağına yenidən gedib onu yatarkən arxadan belinin aşağı hissəsindən tüfənglə atəş açıb vurmuş, bu zaman yuxudan ayılıb Sərkarın əlində tüfənglə onun başının üstündə dayandığını görmüşdür. İsrafil yatdığı çarpayıdan ayağa qalxdıqdan sonra Sərkar əlindəki tüfəngi onun başına doğru tutub öldürmək üçün atəş açmaq istəmiş, İsrafil isə ona mane olmaq üçün çarpayının üzərindən yastıq götürüb tüfəngə vurub istiqamətini dəyişmiş, Sərkar da tüfənglə onun sağ çiyninə atəş açıb yenidən vurmuşdur. Sərkar İsrafili öldürmək üçün ona tüfənglə iki dəfə atəş açsa da, İsrafil ölməmişdir. Sərkar onu öldürmək üçün başından atəş açmaq istəsə də, İsrafil ona müqavimət göstərib buna imkan verməmişdir. Bundan sonra Sərkar İsrafili eyvanda tutub yerə yıxıb saxlamış, İsrafil isə ona müqavimət göstərib əlindən çıxıb özünü pilləkəndən aşağı atıb həyətə düşmüşdür. Sərkar onu öldürməyə cəhd etsə də, öldürə bilməmiş, İsrafil onun əlindən çıxmışdır. Bundan sonra İsrafilin köməyinə evdə olan qızı Qanuni nümayəndə və qonşusu Şahid1 gəlmişlər. Gülnisə təcili tibbi yardım çağırmış, ora gələn təcili tibbi yardım işçiləri İsrafilə tibbi yardım göstərib Qusar Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Daha sonra qızı Gülnisədən də bu barədə soruşmuş, o da Sərkarın İsrafilə tüfənglə atəş açıb vurması zamanı öz yataq otağında olduğunu, İsrafilin Sərkarın əlindən canını qurtarıb həyətə düşməsindən sonra qonşusu Elmiranı köməyə çağırdığını, təcili tibbi yardıma, polisə məlumat verdiyini, daha sonra otağının pəncərəsindən yerə yorğan-döşək atıb aşağı tullanıb düşərək İsrafilə yaxınlaşdığını, daha evə girmədiyini demişdir. Bildiyi qədər, əri Təqsirləndirilən şəxs lüləsi və qundağı kəsilmiş tüfəngi uzun müddət əvvəl mərhum əmisi Yarmət Duraxanovdan almışdır. Sərkar özü əvvəldən ona belə demişdir. (Cild 1, iş vərəqləri 138-144) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Durxanoviç və ailə üzvləri onun qonşularıdır. Evlərinin arasında təxminən 300 metr məsafə vardır. Təqsirləndirilən şəxsla aralarında qohumluq əlaqələri yoxdur. Eləcə də əvvəllər aralarında hər hansı dava-dalaş, düşmənçilik və ya ədavətləri də olmamışdır. Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs ilə aralarında mehriban münasibətləri vardır. İsrafil özü sakit təbiətli, yaxşı insandır, mübahisəyə, dava-dalaşa meyilli deyildir. Qonşu olduqları üçün İsrafil və Sərkarla mütəmadi olaraq rastlaşmış, görüşüb hal-əhval tutmuşdur. İsrafil əvvəllər ona atası Sərkar ilə yola getmədiklərini, atasının ondan narazı olduğunu, danışığına fikir vermədiyini, evlərində söz-söhbətlərin, mübahisələrin yarandığını, atasının yaşlı olmasına görə ona baş qoşmadığını demişdir. Sərkar isə kənddə rastlaşdığı vaxtlarda ona İsrafilin əsgərlikdən gəldikdən sonra dəyişdiyini, onun sözünə baxmadığını deyib ondan narazılıq etmişdir. Əvvəllər qonşu kimi bir neçə dəfə onun evinə getsə də, təxminən iki ildir onun evinə gedib-gəlişi yoxdur. Yalnız kənddə yolda rastlaşdığı vaxtlarda salamlaşsa da, başqa yaxınlığı, səmimiyyəti olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 2024-cü ilin iyul ayının təxminən ortalarında həmkəndlisi Məclumdan “Tofaş Doğan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. İsrafil ona həmin avtomobilə dair öz adma baş etibarnamə alıb sənədləşdirdiyini demişdir. 29 iyul 2024-cü il tarixdə İsrafil ona təzə aldıqları “Tofaş Doğan" markalı avtomobilin əzikləri olduğundan həmin avtomobili qısa müddətdə təmir etmək istədiyini deyib bu işdə ona kömək etməsini xahiş etmişdir. Özü də bir qonşu, yoldaş kimi ona təmənnasız olaraq kömək etməyə razılaşmışdır. Lakin onun atası Təqsirləndirilən şəxs narahat insan olduğundan, onunla münasibəti olmadığından onların həyətinə getməyəcəyini demişdir. Bundan sonra İsrafil də həmin avtomobili onların həyətinə gətirməsini, orada birlikdə təmir etmələrini təklif etmiş, özü də onunla razılaşmışdır. Həmin gün. axşam saatlarında İsrafil özlərinə məxsus ‘Tofaş Doğan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili onun yaşadığı evin həyətinə aparıb qoyub getmiş, daha sonra mobil telefon əlaqələri zamanı ona yorğun olduğunu, səhəri gün avtomobili birlikdə təmir etməyə başlamalarını demişdir. Bundan sonra özü yatmışdır. Səhəri gün, yəni 30 iyul 2024- cü il tarixdə, saat təxminən 08 radələrində yuxudan durub işə getmək üçün yola çıxarkən yolda İsrafilin anası Şahid2 görüb onunla salamlaşıb danışarkən işə getdiyini bilmişdir. Ondan İsrafili soruşduqda, yatdığını demişdir. Özü də yaşadığı Qusar rayonu Hil kəndindən çıxıb işləmək üçün Qusar şəhərinə getmiş, saat təxminən 10 radələrində isə bir neçə həmkəndlisi onun mobil telefon nömrəsinə zəng edərək qonşusu Sərkargilin evində hadisə baş verdiyini, onun oğlu İsrafili tüfənglə vurub xəsarət yetirdiyini demişlər. Qonşutanışlarla əlaqə saxladıqdan sonra İsrafilin təcili tibbi yardım işçiləri tərəfindən "Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞ-nə aparıldığını bildiyindən ora getmişdir. Həmin vaxt İsrafilin anası Şahid2 və digər tanışlarının da orada olduqlarını görmüşdür. Onlardan məlumat aldıqdan sonra bilmişdir ki, Sərkar tüfənglə İsrafilin sağ çiyninə və belinin aşağı hissəsinə iki dəfə atəş açıb onu vurmuşdur. İsrafil yaralı, səhhəti ağır vəziyyətdə olmuşdur. Başa düşmüşdür ki, Sərkar oğlu İsrafil ilə mübahisə edib ondan bezib onu öldürmək istəmiş, onu öldürmək üçün tüfənglə iki dəfə atəş açmışdır. Lakin İsrafilin ağır xəsarətləri olmasına baxmayaraq bəxti gətirmiş, xəstəxanada əməliyyat edilməsi nəticəsində sağ qalmış, ölməmişdir. Sərkar İsrafilə tüfənglə atəş açıb ağır xəsarətlər yetirib onu öldürmək istəsə də, bu məqsədinə çata bilməmişdir. Həmin gün, axşam saatlarında İsrafil özünə gəldikdən sonra hadisənin necə baş verdiyini öyrənmək üçün onunla söhbət etmişdir. Bu zaman İsrafil ona demişdir ki, avtomobili təmir etmək üçün onun həyətinə gətirməsinə görə səhər saatlarında yataq otağında atası Sərkar ilə aralarında mübahisə yaranmış, atası onun otağından çıxdıqdan sonra üzü üstə uzanıb yatmışdır. Bir müddət sonra atası onun otağına yenidən gəlib onu yatarkən arxadan belinin aşağı hissəsindən tüfənglə atəş açıb vurmuş, özü yuxudan ayılıb onun əlində tüfənglə başının üstündə dayandığını görmüş, atası Sərkar tüfəngi onun başına tuşlayıb vurub öldürmək istəmiş, özü isə balışla tüfəngi vurub istiqamətini dəyişmiş. Sərkar da bu dəfə onun sağ çiynindən atəş açıb vura bilmiş, onu başından vurub öldürmək istəsə də, özü mane olduğu üçün bunu bacarmamışdır. İsrafil daha sonra ona demişdir ki. atası Sərkar tüfənglə ona iki dəfə atəş açsa da, onu öldürə bilmədiyi üçün onu tutub yerə yıxıb saxlamış, özü isə ona əl-qol atıb müqavimət göstərib özündən uzaqlaşdırıb əlindən çıxıb canını qurtararaq həyətə düşmüş, yatan yerindən durduğu üçün əynində də yalnız trusik olmuşdur. İsrafil həyətə çıxdıqdan sonra qışqırıb kömək çağırmış, həmin vaxt qonşusu Şahid1 köməyə gəlmiş, bu zaman bacısı Gülnisə də evdə öz yataq otağında olmuş, həmin otağın pəncərəsindən həyətə düşüb onun yanına gəlmiş, təcili tibbi yardım çağırmışlar, ora gələn təcili tibbi yardım avtomobili ilə “Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs tüfənglə iki dəfə atəş açıb ölümcül xəsarətlər yetirib onu öldürmək istəmişdir. Sərkar uzun müddət olmuşdur ki, İsrafildən narazılıqlar etmişdir. Yəqin ki, ondan bezib onu öldürmək istəmişdir. Ona bu məqsədlə tüfənglə iki dəfə atəş açıb vurmasına baxmayaraq, öz məqsədinə çata bilməmiş. İsrafil sağ qalmışdır. (Cild 2, iş vərəqləri 16-22) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. Onlar Qusar rayonu Hil kənd tam orta məktəbində eyni sinifdə oxumuşlar, dost olduqları üçün bir-birinin evinə ailəvi gediş-gəlişləri vardır. Təqsirləndirilən şəxs Durxanoviçi dostu İsrafilin atası kimi tanımışdır. Heç vaxt onunla hər hansı söz-söhbəti, mübahisəsi olmamışdır. Onların evinə qonaq getdiyi vaxtlarda da normal ünsiyyətləri olmuşdur. İsrafilin bacısı Gülnisəyə öz bacısı, anası Zəminəyə öz anası kimi hörmət qoymuşdur. Təxminən bir il əvvəl onların evinə qonaq getdiyi vaxt Sərlcar öz ailə üzvləri haqqında ona xoşagəlməz sözlər danışmışdır. Özü də ona bu fikirləri ilə razı olmadığını demişdir. Çünki İsrafili və onun ailə üzvlərini orta məktəbdə birlikdə oxuduğu vaxtlardan əxlaqlı, tərbiyəli, qanacaqlı insanlar kimi tanımış, heç vaxt onların hər hansı pis vərdişlərini görməmiş, eşitməmişdir. Dostu İsrafildən eşidib bilmişdir ki, atası Sərlcar onunla yola getməmiş, evlərində söz-söhbətlər olmuşdur. Ancaq şəxsən özü onların mübahisə və dava-dalaşlarının şahidi olmamışdır. 2024-cü ilin iyul ayının təxminən sonlarında dostu İsrafil ona demişdir ki, “Tofaş Doğan*’ markalı avtomobil almış, bu avtomobili təmir etdirmək istəmişdir. İsrafılgilə getdiyi vaxt bu avtomobili onların evinin həyətində görmüşdür. 30 iyul 2024-cü il tarixdə, saat təxminən 10 radələrində Qusar şəhərində olarkən dostu Zərərçəkmiş şəxs bacısı Qanuni nümayəndə onun mobil telefon nömrəsinə zəng edib atası Sərkarın qardaşı İsrafili tüfənglə güllələdiyini, güllə ilə onun bədəninin iki yerindən vurduğunu, İsrafilin vəziyyətinin ağır olduğunu, onun öləcəyini, təcili kömək etmək üçün gəlməsini demişdir. Özü də İsrafilə kömək etmək üçün taksi avtomobili ilə Qusar şəhərindən çıxıb yaşadıqları Qusar rayonu Hil kəndinə yola düşmüş, yolda olarkən atası Şahid5 zəng edib baş vermiş hadisəni ona danışmışdır. Gülnisə ilə mobil telefonla əlaqə saxladıqda, Gülnisə təcili tibbi yardım çağırdığını demişdir. Artıq kəndə çatarkən bilmişdir ki, İsrafili təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Sonra Gülnisədən hadisənin necə baş verdiyini soruşmuş, Gülnisə də ona danışmışdır ki, atası Sərkar yaşadıqları evin ikinci mərtəbəsində yataq otağında qardaşı İsrafili tüfənglə iki dəfə güllələmiş, bu vaxt özü otağında olmuş, İsrafil isə Sərkarın əlindən çıxıb həyətə düşmüş, onların qışqırıq səslərinə qonşusu Elmira gəlib İsrafilə kömək etmiş, özü də pəncərədən həyətə tullanmış, əsgi ilə İsrafilin yaralarını tutub saxlamışlar, təcili tibbi yardım işçiləri də gəlib İsrafili xəstəxanaya aparmışlar. X4 niyə vurduğunu soruşduqda, İsrafilin təzə aldıqları avtomobili təmir etmək üçün qonşusu Rafıkin həyətinə apardığına görə Sərkarın buna əsəbiləşib bu səbəbdən onu güllələdiyini demişdir. Bundan sonra dostu İsrafilin vəziyyəti ilə maraqlanmaq üçün “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə getmiş, onun yaralarına görə vəziyyətinin ağır olduğunu bilmişdir. Onu əməliyyata salmışlar. Həkimlərin göstərdikləri tibbi yardım, əməliyyat edilməsi nəticəsində İsrafil sağ qalmışdır. Bundan sonra İsrafil ilə söhbət edərkən ondan hadisə barədə soruşmuşdur. İsrafil də ona danışmışdır ki, atası Sərkar ilə mübahisələri təzə aldıqları avtomobili təmir üçün Rafıkin həyətinə aparmasına görə yaranmışdır. İsrafil öz otağında üzü üstə yatarkən Sərkar arxadan tüfənglə onu güllələmiş, özü ayağa durduqda Sərkar tüfənglə onu başından güllələyib öldürmək istəmiş, özü isə yastıqla tüfəngin lüləsini vurub istiqamətini dəyişmiş, ona görə də Sərkar onu öldürə bilməmiş, növbəti gülləni onun sağ çiyninə vura bilmişdir. Bundan sonra İsrafil qaçmaq istədikdə, Sərkar onu tutub yerə yıxıb saxlamış, özü də ona müqavimət göstərib həyətə çıxmış, daha sonra onun köməyinə bacısı Gülnisə və qonşusu Elmira gəlmişlər, onun yaralarını əsgi ilə tutub saxlamışlar, təcili yardım çağırmışlar, təcili tibbi yardım işçiləri də onu xəstəxanaya çatdırmışlar. Eşitdikləri əsasında bilmişdir ki, Sərkar öz oğlu İsrafili tüfənglə iki dəfə güllələyib onu öldürməyə cəhd etmişdir. Ancaq İsrafil ona müqavimət göstərdiyindən, bacısı Gülnisə və qonşusu Elmira köməyinə çatdıqlarından ölümdən xilas olmuşdur. Sərkar İsrafili öldürə bilməmişdir. Sərkar İsrafili ağır yaraladığına görə İsrafil bir müddət “Qusar RMX*' PHŞ-də stasionar qaydada müalicəsini davam etdirmiş, həmin günlərdə özü onu ziyarət etmək üçün yanına gedibgəlmişdir. Sonra isə İsrafil evə buraxılmışdır. (Cild 2, iş vərəqləri 220-225) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu Kainin dostudur. İsrafil və ailə üzvləri onlarla eyni kənddə yaşayırlar. İsrafilin atası Sərkar kişini də həmkəndlisi kimi tanımışdır. Onlarla qohumluq əlaqələri yoxdur. İsrafil ilə oğlu Kainin arasında səmimi dostluq münasibətləri olduğuna görə İsrafil və ailə üzvləri əvvəllər bir neçə dəfə onların evinə gəlib-getmişlər. Kain də onların evinə gedib-gəlmişdir. Sərkar kişiyə kəndinin yaşlı insanı kimi hörmət etsə də, onunla səmimiyyəti olmamışdır. Aralarında yaş fərqi də çoxdur. Onu kəndin ağsaqqallarının yanında gördüyü vaxtlarda salam versə də, onunla hər hansı mövzuda söhbəti, ünsiyyəti olmamışdır. 30 iyul 2024-cü il tarixdə, saat təxminən 10 radələrində yaşadığı Qusar rayonu Hil kəndində yerləşən evində olarkən oğlu Şahid4 onun mobil telefon nömrəsinə zəng edib dostu İsrafilin atası Sərkar tərəfindən tüfənglə vurulduğunu, özünün də işdən çıxıb yola düşdüyünü, təcili kömək etmək üçün İsrafılgilə getməsini demişdir. Özü də evindən çıxıb “Hyundai Tucsom* markalı avtomobili ilə İsrafılgilin evi istiqamətdə yola düşmüş, onların evinə çatmağa az qalmış həmin istiqamətdən təcili tibbi yardım avtomobilinin gəldiyini görüb İsrafilin xəstəxanaya aparıldığını başa düşmüşdür. Ona görə də evinə geri qayıtmış, oğlu Kainə də zəng edib təcili tibbi yardım avtomobilini gördüyü üçün geri qayıtdığını bildirmişdir. Kain evə gəldikdən sonra dostu İsrafilin vəziyyəti ilə maraqlanmaq üçün Qusar rayon Mərkəzi Xəstəxanasına getmiş, həmin vaxt da baş vermiş hadisə barədə kənd camaatı arasında söhbətlər yayılmış, hamı bu hadisəni danışmışdır. Axşam vaxtı Kain evə gəldikdə ona danışmışdır ki, xəstəxanada İsrafildən hadisəni soruşmuşdur. İsrafil evlərində yatan vaxt atası Sərkar tüfənglə bir dəfə onu vurmuş, durandan sonra ikinci dəfə də onu vurmuş, sonra İsrafil həyətə düşmüş, evdə olan bacısı Gülnisə pəncərədən tullanıb yanma gəlmiş, qonşusu Elmira da köməyə gəlmiş, sonra da təcili tibbi yardım çağırmışlar. 2024-cü ilin avqust ayının təxminən sonlarında İsrafil Qusar rayon Mərkəzi Xəstəxanasında müalicəsi başa çatdıqdan bir neçə gün sonra oğlu Kain ilə birlikdə onların evinə gəlmişdir. Həmin vaxt görmüşdür ki, İsrafil yaralarına görə gəzməkdə çətinlik çəkir, çəlikdən istifadə etməklə gəzir, sağ qolu da sarğılıdır. İsrafildən bu hadisənin necə baş verdiyini soruşmuş, İsrafil də ona hadisə vaxtı səhər saatlarında atası Sərkarın onunla mübahisə yaradıb tüfənglə əvvəlcə onun belinin arxa tərəfmə, daha sonra sağ çiyninə olmaqla, iki dəfə vurub onu öldürmək istədiyini, lakin özünün onun əlindən güclə çıxdığını, bacısı Gülnisə, qonşusu Elmira və həkimlərin köməklərinə görə ölümdən xilas olduğunu demiş, onun hadisə barədə əvvəldən eşitdiyi məlumatları təsdiq edib özü də danışmışdır. (Cild 2, iş vərəqləri 226-230) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Durxanoviç və ailə üzvləri onun qonşularıdır. Qonşu kimi aralarında normal münasibətləri olmuşdur. 30 iyul 2024-cü il tarixdə, saat təxminən 06 radələrində yaşadığı Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evində yuxudan oyanıb naxır növbəsində olduğu üçün özü və kənd sakinlərinin heyvanlarını yaşadıqları Qusar rayonu Hil kəndində yerləşən yaylaq sahəsinə aparmış, bütün gün ərzində axşam saatlarınadək yaylaq sahəsində olmuşdur. Həmin gün, saat təxminən 13 radələrində isə yaylaq sahəsində olarkən arvadı Şahid1 onun mobil telefon nömrəsinə zəng edərək qonşusu Təqsirləndirilən şəxs səhər saatlarında yaşadıqları evdə tüfənglə oğlu Zərərçəkmiş şəxs iki dəfə atəş açıb vurduğunu, lakin İsrafilin ölmədiyini, təcili tibbi yardım işçiləri tərəfindən Qusar rayon Mərkəzi Xəstəxanasına aparıldığını demişdir. Aralarındakı mobil telefon danışığı zamanı daha sonra arvadı Şahid1 ona demişdir ki, bu hadisə baş verən zaman özü evdə olmuş, eşitdiyi qışqırıq səslərinə Sərkargilin evinin həyətinə gedib orada İsrafilin yerdə qan içində ağır yaralı olduğunu, onun bacısı Gülnisənin də otağının pəncərəsində olduğunu görüb onlara kömək etmiş, İsrafilin yarasının üstünü köynək, əsgi ilə tutub sıxmışdır. Arvadının sözlərindən bilmişdir ki, İsrafil təzə aldıqları maşını qonşusu Rafıkin həyətinə apardığı üçün Sərkar onunla mübahisə etmiş, tüfənglə onun iki yerindən, sağ çiynindən və belinin aşağısından atəş açıb vurmuşdur. Gülnisə öz otağının pəncərəsindən həyətə yorğandöşək atıb oradan aşağı düşmüş, sonra isə təcili tibbi yardım işçiləri ora gəlib İsrafilə ilkin tibbi yardım göstərib Qusar rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sərkar İsrafilə iki dəfə atəş açıb vursa da, İsrafil ölməmiş, ölümdən xilas olmuşdur. Sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Zərərçəkmiş şəxs kiminləsə mübahisəsi, düşmənçiliyi və ya ədavətinin şahidi olmamış, son zamanlar isə onun atası Təqsirləndirilən şəxs ilə aralarında mübahisələrin olmasını eşidib bilmişdir. (Cild 2, iş vərəqləri 43-46) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, onun oğlu Zərərçəkmiş şəxs və digər ailə üzvləri uzun müddətdir onun qonşularıdır. Onların həyətyanı sahələri yanbayan yerləşir. Onlarla aralarında qohumluq əlaqələri yoxdur. Əvvəllər aralarında hər hansı dava-dalaş, düşmənçilik və ya ədavətləri olmamışdır. Sərkarın arvadı Şahid2 ilə aralarında mehriban münasibətlər vardır. 30 iyul 2024-cü il tarixdə, saat təxminən 08 radələrində işləmək üçün Qusar rayonu Quxur-oba kəndində yerləşən əkin sahəsinə getmiş, saat təxminən 11 radələrində əvvəllər sinif yoldaşı olmuş Yafəs Qurbanov onun mobil telefon nömrəsinə zəng edərək qonşuluqlarında hadisə baş verdiyini, Təqsirləndirilən şəxs tüfənglə oğlu Zərərçəkmiş şəxs vurduğunu demişdir. Baş vermiş məlum hadisədən həmin vaxt xəbərdar olmuşdur. Saat təxminən 19 radələrində yaşadığı Qusar rayonu Hil kəndində yerləşən evinə qayıtdıqda qonşusu Şahid1 ilə baş vermiş hadisə barədə söhbət etmişdir. Elmira ona danışmışdır ki, Sərkargil özlərinə təzə maşın almışlar, oğlu İsrafil bu maşını təmir etmək üçün qonşusu Rafıkin həyətinə aparmış, Sərkar da bunu bildikdən sonra öz evlərində İsrafil ilə mübahisə edərək tüfənglə onun sağ çiyninə və belinin aşağı hissəsinə iki dəfə atəş açıb vurmuşdur. Bundan sonra isə Elmira onların evlərindən qışqırıq səslərini eşidib ora getdikdə İsrafili həyətdə çardağın altında yaralı, ağır vəziyyətdə olduğunu görmüş, həmin vaxt evdə olan Gülnisə ilə birlikdə ona yardım etmişlər, təcili tibbi yardım çağırmışlar, bu barədə polisə məlumat vermişlər. İsrafil də təcili tibbi yardım işçiləri tərəfindən Qusar rayon Mərkəzi Xəstəxanasına aparılıb əməliyyat edilmiş, nəticədə sağ qalmışdır. Gülnisə və Elmira İsrafilə kömək edib onu ölümdən qurtarmışlar. Yaxşı ki, Elmira onların səslərini eşidib köməyə getmişdir. Yoxsa İsrafil aldığı yaralardan, qan itirmədən ölə bilərdi. Sərkar öz oğlu İsrafilə tüfənglə iki dəfə atəş açıb onu ağır yaralayıb öldürməyə cəhd etsə də, onu öldürə bilməmişdir. İsrafil bacısı Gülnisə və qonşusu Elmiranın, təcili tibbi yardım işçilərinin köməyi nəticəsində sağ qalmışdır. Sonradan Zərərçəkmiş şəxs baş çəkmək üçün onların yaşadıqları evə gedib İsrafil ilə söhbət edərkən ona danışmışdır ki, yeni aldıqları maşını təmir etmək üçün Rafıkin həyətinə apardığı üçün 30 iyul 2024-cü il tarixdə atası Sərkar onunla mübahisə etmiş, bir müddət sonra özü yataq otağında çarpayıda yatarkən atası Sərkar həmin otağa girib əvvəlcə tüfənglə onun belinin aşağı hissəsinə vurmuş, özü yuxudan oyandıqdan sonra Sərkar tüfəngin lüləsini onun başına tərəf tutub vurmaq istədikdə özü müqavimət göstərmiş, ona görə də Sərkar onu başından vurub öldürə bilməmiş, tüfəngdən açılan atəş onun sağ çiyninə dəymişdir. Sonra isə Sərkar onu yerə yıxıb tutub saxlamaq istəsə də, özü bir təhər onun əlindən canını qurtarıb həyətə düşmüş, bundan sonra bacısı Gülnisə və qonşusu Elmira ona kömək etmişlər, xəstəxanaya çatdırılıb əməliyyat edilərək sağ qalmış, Sərkar onu öldürə bilməmişdir. Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs ilə aralarında mübahisələrin olmasını qonşu kimi eşidib bilsə də, ancaq onların mübahisə, dava-dalaşlarının şahidi olmamışdır. Məlum hadisə baş verərkən isə yaşadığı evdə olmasa da, buna baxmayaraq hadisənin təfərrüatları barədə Zərərçəkmiş şəxs, Şahid1 və digər qonşuları, həmkəndlilərindən eşidib bilmişdir. (Cild 2, iş vərəqləri 142-147) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu olmuşdur. Evlərinin arasında təxminən 200 metr məsafə vardır. Təqsirləndirilən şəxsla qonşu olsalar da, yaxın, səmimi münasibətləri olmamışdır. Ona görə də bir-birinin evinə gedib-gəlməmişlər. Qonşu kimi küçədə rastlaşdığı vaxtlarda bir-biri ilə görüşüb haləhval tutmuşlar. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə aralarında əvvəllər heç vaxt mübahisə, düşmənçilik və ya ədavətləri olmamışdır. 30 iyul 2024-cü il tarixdə, saat təxminən 08 radələrində yaşadığı Qusar rayonu Hil kəndində yerləşən evdən çıxıb axşam saatlarınadək kəndin ərazisində olmuş, günorta saatlarında kənddə yolda olarkən kənd camaatının danışdığı sözlər əsasında eşidib bilmişdir ki, səhər saatlarında qonşusu Təqsirləndirilən şəxs yaşadığı evdə oğlu Zərərçəkmiş şəxs tüfənglə iki dəfə atəş açıb xəsarətlər yetirmiş, İsrafil ağır yaralandığı üçün ölüm təhlükəsi yaransa da, təcili tibbi yardım tərəfindən Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır. Həmkəndlilərinin sözlərindən bilmişdir ki, İsrafil ağır yaralı vəziyyətdə olarkən onun köməyinə evlərində olan bacısı Qanuni nümayəndə və qonşusu Şahid1 çatıb onu ölümdən xilas etmişlər. Ona görə də Sərkar İsrafili tüfənglə iki dəfə vurmasına baxmayaraq onu öldürə bilməmişdir. İsrafil xəstəxanada əməliyyat olunaraq həyati təhlükəsi keçmişdir. Həmçinin sonradan bilmişdir ki, Sərkar və İsrafil hadisədən əvvəlki günlərdə “Tofaş” markalı avtomobil almışlar, İsrafil həmin avtomobili birlikdə təmir etmək üçün dostu Rafık Səlimovun həyətinə aparmış, Sərkar da buna görə İsrafilə narazılığını bildirmiş, onların mübahisələri də məhz bu səbəbdən yaranmışdır. Mübahisə zamanı Sərkar əsəbiləşib İsrafilin otağında yatdığı çarpayıda ona iki dəfə atəş açıb onu öldürmək istəsə də, buna nail ola bilməmiş, İsrafil onun əlindən canını qurtarıb həyətə düşmüş, sonra da Gülnisə, Elmira və təcili tibbi yardım işçiləri ona kömək etmişlər, bunun nəticəsində də İsrafilin ölüm təhlükəsi aradan qalxmışdır. Sərkar və ailə üzvləri ilə yaxın münasibəti olmadığı üçün baş vermiş hadisədən sonra onların evinə getməmiş, onları görməmişdir. (Cild 2, iş vərəqləri 155-158) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Durxanoviç və onun oğlu Zərərçəkmiş şəxs həmkəndliləri kimi tanımışdır. Onlarla qohumluğu yoxdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kənddə yola, çayxanaya çıxanda həmkəndli kimi onlarla rastlaşıb görüşmüş, ancaq hər hansı yaxın münasibətləri, bir-birinin evinə gediş-gəlişləri isə olmamışdır. Əvvəllər etibarnamə ilə “Tofaş Doğan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, sonradan isə bu avtomobili satmaq qərarına gəlmişdir. Avtomobilin bəzi ehtiyat hissələrinin təmirə ehtiyacı olmuşdur. 2024-cü ilin iyul ayında həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun yanına gəlib həmin avtomobili almaq istədiklərini bildirmişlər. Özü də xx.xx.2024-cü il tarixdə Qusar rayon notariat ofisində Zərərçəkmiş şəxs həmin ‘Tofaş Doğan” markalı, 10- DP-711 dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə verib avtomobili ona satmışdır. İsrafil bu avtomobili ondan alıb öz həyətlərinə aparmışdır. Bundan sonrakı günlərdə isə ona məxsus digər “Vaz 2109” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikində nasazlıq yaranarkən, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs avtomobil təmirindən anlayışları olduğu üçün İsrafilin yanına getmiş, İsrafil də təmənnasız olaraq bu avtomobilin təmirində ona kömək edəcəyini bildirmişdir. Avtomobilini onların evinin həyətinə qoyub çıxıb getmişdir. 30 iyul 2024-cü il tarixdə, səhər saatlarında yola çıxarkən isə kəndçilərindən eşitmişdir ki, Sərkar tüfənglə oğlu İsrafili güllələmişdir. Bu zaman öz avtomobili də Sərkargilin evinin qarşısında qalmışdır. Lakin baş vermiş hadisəyə görə ora getməmişdir. Sonradan bilmişdir ki, İsrafil yaralandığına görə təcili tibbi yardım işçiləri tərəfindən Qusar rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Bundan təxminən 10 gün sonra özünə avtomobili lazım olduğundan bu barədə maraqlanmaq üçün xəstəxanaya İsrafilin yanına gedib görmüşdür ki, yaralarına görə xəstəxanadan çıxa bilmir, müalicə alır. İsrafil ona demişdir ki, evlərinə gedib avtomobilini oradan götürə bilər. Həmin vaxt İsrafil ilə söhbət edərkən ondan atasının onu necə güllələdiyini soruşmuş, İsrafil də ona danışmışdır ki, ondan aldıqları avtomobili dostu Rafık ilə bir yerdə düzəltmək üçün onun həyətinə apardığına görə atası Sərkarla mübahisələri yaranmışdır. İsrafil özü otağında yatarkən atası Sərkar tüfənglə onun arxasından vurmuşdur. İsrafil əvvəlcə elə bilmişdir ki, atası yıxılmışdır. Səsə yuxudan oyanıb gözlərini açdıqdan sonra isə atasının əlində tüfənglə dayandığını görmüşdür. Sərkar sonra tüfəngi onun başına tutmuş, İsrafil isə balışla tüfəngə vurmuş, Sərkar da tüfənglə onun sağ çiyninə vurmuşdur. Bundan sonra İsrafil Sərkarın əlindən qaçmaq istəmiş, Sərkar isə onu yerə yıxıb tutmuş, özü də yaralı olduğuna görə bir qolu işləməmiş, digər qolu ilə ona əl-qol atıb güclə altından çıxıb həyətə düşmüşdür. Daha sonra bacısı Gülnisə pəncərədən həyətə tullanıb ona kömək etmiş, İsrafil qan içində yerə yıxılıb qalmış, qonşusu Elmira da köməyə gəlmiş, bacısı təcili tibbi yardım çağırmış, onu xəstəxanaya çatdırmışlar. Bunları ona xəstəxanada İsrafil özü danışmış, özü də hadisə barədə onun sözləri əsasında ətraflı məlumatlı olmuşdur. Bundan sonra İsrafilin anası Zəminə ilə onların evinin həyətinə gedib oradan öz avtomobilini və ehtiyat hissələrini götürüb aparmışdır. (Cild 3, iş vərəqləri 88-92) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Qusar rayonu Hil kəndində yerləşən, Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin yaşadıqları fərdi yaşayış evidir. Evin dəmir materialdan ibarət giriş darvazası vardır. Həmin darvazanın qapısı açıq vəziyyətdədir. Fərdi yaşayış evinin həyət sahəsi torpaq və daş səthdən ibarətdir. Giriş qapısından içəri daxil olduqda düz istiqamətdə həyət sahəsi, irəlidə çardaq, sağ tərəfdə ikimərtəbəli fərdi yaşayış evi və qarşısında çardaq yerləşir. Evin həyətinə daxil olan kimi darvazanın qarşısında yerdə, daha sonra fərdi yaşayış evinə daxil olmaq üçün 2 pilləli beton pilləkənin qarşısında yerdə, bundan başqa həyətə daxil olduqda sağ tərəfdə çardağın altında yerdə qanabənzər mayelər olmuşdur ki, hər biri ayrı-ayrılıqda olmaqla ümumilikdə 3 ədəd pambıq çöp üzərinə hopdurulmaqla həmin qanabənzər mayelərdən nümunələr götürülüb müvafiq qaydada qablaşdırılmışdır. Fərdi yaşayış evinə daxil olan kimi qarşıda taxta pilləkən, sağ tərəfdə mətbəx sahəsi, bundan sonra isə evin qarajı (zirzəmisi) yerləşir. İkinci mərtəbəyə qalxmaq üçün olan pilləkənlərin üzərində qanabənzər mayelər olmuşdur ki, bir ədəd pambıq çöp üzərinə hopdurulmaqla həmin qanabənzər mayelərdən nümunə götürülüb müvafiq qaydada qablaşdırılmışdır. Evin ikinci mərtəbəsinə qalxan kimi pilləkənlərin başında sol tərəfdə krantı olmayan əlüzyuyan, yanında isə içərisində qırmızımtıl rəngli su olan vedrə vardır. İkinci mərtəbəyə qalxdıqda sağ tərəfdə qonaq otağı yerləşir. Həmin qonaq otağı 5x6 metr ölçiilərindədir. Qonaq otağının giriş qapısının alt çərçivəsinin üzərində qanabənzər maye olması müşahidə edilmiş, həmin qanabənzər mayedən bir ədəd pambıq çöp üzərinə hopdurulmaqla nümunə götürülüb müvafiq qaydada qablaşdırılmışdır. Evin qonaq otağına daxil olduqda sol tərəfdə divan, stol, stullar, irəlidə eyvana, yəni ümumi otağa açılan qapı, sağ tərəfdə kreslo, stul, mətbəx vardır. Evin eyvanı 4x5 metr ölçülərindədir. Eyvanın giriş qapısından 2,10 metr irəlidə yerdə bir-birindən 10 sm aralı olan insana məxsus 2 ədəd sümük tikələri, ondan 40 sm aralıda yerdə isə 1 ədəd sümük tikəsi olmuş, həmin sümük tikələri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Eyvanda stol, stul, elektrik, qaz sobaları vardır. Eyvana 3 yataq otağının qapıları açılır. Sol tərəfdə birinci yerləşən yataq otağı 4x3 metr ölçülərindədir. Otaqdan iki pəncərə həyətə baxır. Yataq otağına daxil olan kimi sol tərəfdə divarın üzərində qanabənzər ləkə olmuşdur ki, həmin qanabənzər ləkədən bir ədəd pambıq çöp üzərinə hopdurulmaqla nümunə götürülüb müvafiq qaydada qablaşdırılmışdır. Otağa daxil olduqda sol divara bitişmiş halda 1 nəfər üçün nəzərdə tutulmuş 1 ədəd çarpayı vardır. Həmin çarpayının üzərindəki balış, yorğan, mələfə, döşək açılmış vəziyyətdə olmuşdur. Yorğanın, balışın üzərində qanabənzər ləkələr, yorğanın üzərində deşilmiş-cırılmış zədələr vardır. Çarpayının üzərindəki döşəyin altında “Samsung Galaxy A24" markalı mobil telefon, həmin çarpayıdan 1,20 metr aralıda irəlidə divara söykədilmiş halda İİ çarpayı, üzərində də bir neçə ədəd yorğan-döşək, 2 ədəd balış və kişiyə aid olan şalvarlar, üst köynəklər olmuşdur. Bu otaqdan çıxdıqda sağ tərəfdə ona bitişik yataq və sexə bənzər otaq yerləşir. Bu otağın girişində sol tərəfdə göy rəngli dəmir seyf, seyfə bitişik dəmir çarpayı, çarpayıya bitişik divarın içərisində rəf, rəfin üstündə kitablar, ev üçün lazım olan məişət avadanlıqları vardır. Həmin rəfin sağ tərəfində taxtadan hazırlanmış stol, stolun üzərində kəlbətin, vintaçan və müxtəlif alətlər müşahidə edilmişdir. Otağın girişinin sağ tərəfində “LG" markalı televizor, televizorun sağ tərəfində üstündə 4 ədəd döşək olan dəmir çarpayı vardır. Otağın 2 ədəd pəncərəsi vardır, həmin pəncərələr həyətə baxır. Pəncərənin qarşısında müxtəlif adda və çoxlu sayda saat mexaniki hissələri, alətlər vardır. Ehtimal olunmuşdur ki, bu otaqdan yataq otağından əlavə mexaniki saatların təmiri sexi kimi də istifadə edilmişdir. Otağa daxil olduqda sağ tərəfdə yerləşən çarpayının sağ tərəfində yerdə, divara bitişik, müxtəlif geyim əşyalarının arasında qundağı və lüləsi kəsilmiş 2 Kiləli, 16 kalibrli 1 ədəd ov tüfəngi, içərisində isə üzərində 16 rəqəmi həkk olunan, atılmış 2 ədəd giliz olmuşdur. Tüfəngin lüləsinin altında “196162”, qundağının üzərində “196162 - 63” nömrələri, bala qundağında isə “95008 - 60” nömrələri həkk olunmuşdur. İçərisində 2 ədəd giliz olan həmin tüfəng sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qeyd edilən otağa bitişik olmaqla sağ tərəfində yerləşən yataq otağına baxış keçirən zaman dağınıq vəziyyətdə olması, həyətə baxan pəncərəsinin olması müəyyən edilmişdir. Daha sonra fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən qarajına (zirzəmisinə) baxış keçirən zaman orada müxtəlif növ təmir sexi əşyalarının olması müşahidə edilmişdir. Evin ikinci mərtəbəsində sol tərəfdə birinci yerləşən yataq otağında çarpayının üzərindəki yorğan üzü, yorğan, balış üzü, balış, mələfə də müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə zamanı xəsarət almış Zərərçəkmiş şəxs təcili tibbi yardım xidməti tərəfindən tibbi yardım göstərilməsi üçün “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparıldığı müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 5-34) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Könüllü təqdim etmə və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş paltarlara baxış keçirən zaman aşağıdakılar müəyyən edilmişdir: Boynunda “benzonı camicie uomo” yazılı etiketi, sol qolunda cırılma izi, üzərində ləkələr olan, qara rəngli qısaqol kişi köynəyi, belində “nart the best clothing” yazılı etiketi, arxa sağ cibinin aşağısında cırılma izi, üzərində ləkələr olan, qara rəngli şalvar. (Cild 1, iş vərəqləri 54-59) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin cərrahiyə şöbəsində cərrahi əməliyyat olunan zaman bədənindən çıxarılmış predmetlər və əynində olmuş paltara baxış keçirilmişdir. Baxışda iştirak edən “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin cərrahiyə şöbəsinin həkinıtravmatoloqu X6 həmin şöbənin palatasında xəstəxanaya “sağ çiyin nahiyəsinin və çanaq nahiyəsinin dəlib keçən güllə yarası” diaqnozu ilə daxil olan Zərərçəkmiş şəxs cərrahi əməliyyat olunan zaman bədənindən çıxarılmış predmetləri və onun əynində olmuş paltarı təqdim etmişdir. Baxış zamanı həmin predmetlərin 3 ədəd qırma, 1 ədəd kağız bükülü - “pıj”, 1 ədəd tıxac, paltarın isə belində “EYUSHİJİA” yazılı, üzərində qan ləkələri, deşilmiş, cırılmış zədələr olan, qara rəngli trusik olması müəyyən edilmişdir. Həmin aşkar olunanlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 80-84) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba rayon X1 xx.xx.2024-cıı il tarixli, 1108 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Quba rayon PNRM-nə müraciət etməmişlər. (Cild 2, iş vərəqləri 4. 5) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qusar RPŞ-nin xx.xx.2024-cli il tarixli, 3-13-93/2-14415/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs silahdan istifadə etməyə dair icazəsi mövcud deyildir, onun adına hər hansı silah rəsmiləşdirilməmişdir. (Cild 2, iş vərəqləri 47-48) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin xx.xx.2024-cü il tarixli, 3/313/2-26675/2024 saylı məktubundan görünür ki, DİN-in mülki silah sahiblərinin X2 Sistemində Təqsirləndirilən şəxs adına və 16 kalibrli, 1961xx-xx/95008-60 nömrəli ov silahı barədə məlumat yoxdur. (Cild 2, iş vərəqləri 191-193) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-54/2- 876/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ‘“Qusar RMX” PHŞ-də həkimnarkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. (Cild 3, iş vərəqləri 44-46) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 381 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bazunun yuxarı 1/3-nin ön səthinin kor qurtaran odlu silah yaralanması, sağ bazu sümüyünün yuxarı 1/3-nin çoxqəlpəli açıq sınığı, oma-bel nahiyəsinin (giriş) və sol sağrı nahiyəsinin (çıxış) odlu silah yaraları qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitlərdə, yəni xx.xx.2024- cü il tarixdə ekspertizaya təqdim edilən tüfənglə, yəni 2 lüləli, 16 kalibrli ov tüfəngi ilə yetirilə bilərdi. Qeyd olunan odlu silah yaraları Zərərçəkmiş şəxs müxtəlif vəziyyətlərdə olarkən (ayaqüstü, oturaq, uzanıqlı və s) yaxın məsafədən açılmış atəşin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəqləri 75-78) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/1534 saylı rəyindən görünür ki, açıq yaşıl rəngli 01 (bir) ədəd yorğan üzü, açıq qəhvəyi rəngli 01 (bir) ədəd yorğan, boz rəngli 01 (bir) ədəd balış üzü, bənövşəyi rəngli 01 (bir) ədəd balış, mavi rəngli 01 (bir) ədəd mələfə, hadisə baş verən fərdi yaşayış evinin həyətinə daxil olan kimi darvazanın qarşısında yerdən götürülmüş 01 (bir) ədəd tampon, hadisə baş verən fərdi yaşayış evinə daxil olmaq üçün 2 pilləli beton pilləkənin qarşısında yerdən götürülmüş 01 (bir) ədəd tampon, hadisə baş verən fərdi yaşayış evinin həyətinə daxil olduqda sağ tərəfdə çardağın altında yerdən götürülmüş 01 (bir) ədəd tampon, hadisə baş verən fərdi yaşayış evinə daxil olan kimi yerləşən pilləkənlərin üzərindən götürülmüş 01 (bir) ədəd tampon, hadisə baş verən fərdi yaşayış evinin qonaq otağının giriş qapısının alt çərçivəsinin üzərindən götürülmüş 01 (bir) ədəd tampon, hadisə baş verən fərdi yaşayış evinin ikinci mərtəbəsində sol tərəfdə birinci yerləşən yataq otağına daxil olan kimi sol tərəfdə divarın üzərindən götürülmüş 01 (bir) ədəd tampon, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qara rəngli qısaqol köynəyin sol cibi üzərində, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvarın sol bud hissəsində, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində deşilmiş, cırılmış zədələr olan 01 (bir) ədəd qara rəngli tumanın üzərində insan qanının olduğu aşkar edilmişdir. Açıq yaşıl rəngli 01 (bir) ədəd yorğan üzü, açıq qəhvəyi rəngli 01 (bir) ədəd yorğan, boz rəngli 01 (bir) ədəd balış üzü, bənövşəyi rəngli 01 (bir) ədəd balış, mavi rəngli 01 (bir) ədəd mələfə, hadisə baş verən fərdi yaşayış evinin həyətinə daxil olan kimi darvazanın qarşısında yerdən götürülmüş 01 (bir) ədəd tamponda qan nümunəsi, hadisə baş verən fərdi yaşayış evinə daxil olmaq üçün 2 pilləli beton pilləkənin qarşısında yerdən götürülmüş 01 (bir) ədəd tamponda qan nümunəsi, hadisə baş verən fərdi yaşayış evinin həyətinə daxil olduqda sağ tərəfdə çardağın altında yerdən götürülmüş 01 (bir) ədəd tamponda qan nümunəsi, hadisə baş verən fərdi yaşayış evinə daxil olan kimi yerləşən pilləkənlərin üzərindən götürülmüş 01 (bir) ədəd tamponda qan nümunəsi, hadisə baş verən fərdi yaşayış evinin qonaq otağının giriş qapısının alt çərçivəsinin üzərindən götürülmüş 01 (bir) ədəd tamponda qan nümunəsi, hadisə baş verən fərdi yaşayış evinin ikinci mərtəbəsində sol tərəfdə birinci yerləşən yataq otağına daxil olan kimi sol tərəfdə divarın üzərindən götürülmüş 01 (bir) ədəd tamponda qan nümunəsi, hadisə zamanı Dııraxanov Təqsirləndirilən şəxsiçin əynində olmuş 01 (bir) ədəd qara rəngli qısaqol köynəyin sol cibi üzərində, hadisə zamanı Dııraxanov Təqsirləndirilən şəxsiçin əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvarın sol bud hissəsində, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində qanabənzər ləkələr, deşilmiş, cırılmış zədələr olan 01 (bir) ədəd qara rəngli tuman üzərində olan qan nümunələri və 03 (üç) ədəd sümük fraqmentləri Zərərçəkmiş şəxs məxsusdur. (Cild 3, iş vərəqləri 121-131) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks məhkəməballistik, trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3/1264, 3/1267, 3/1268, 3/1269 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1963-cü ildə “Tula” silah zavodunda istehsal edilmiş, 16 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, “T03- EM” modelli “196162” №-li, lüləaltı yatağı eyni modeldən olan “95008- 60'* №-li ov silahının lüləaltı yatağından komplektləşdirilmiş, sonradan konstruktiv dəyişikliyə məruz qalaraq lülələri və qundağı kustar üsulla kəsilib qısaldılaraq, ilkin təyinatı dəyişdirilmiş, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfənginin kəsiyidir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata tüfəng kəsiyinin lülə kanalında təqdim edilmiş 02 (iki) ədəd gilizlər zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissələridir - gilizləridir. Həmin gilizlərdən 01 (bir) ədədi təqdim edilmiş “T03-EM” modelli, “196162" JSfe-li tüfəng kəsiyinin sol lüləsindən, digəri isə sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd metal predmet müxtəlif kalibrli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissələridirqırmalarıdır. Təyinatına uyğun olaraq, həmin qırmaları digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 16 kalibrli patrondan, o cümlədən tədqiqata təqdim edilmiş 2 (iki) ədəd gilizdən istifadə olunmaqla təqdim edilmiş 16 kalibrli, “T03-EM” modelli, “196162” JMo-li qoşalüləli ov tüfəngindən atəş açılması mümkündür, qırmaların hissələrinin üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər vardır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd predmet 16 kalibrli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissələridir keçə və tıxacdır. Təyinatına uyğun olaraq, həmin keçə və tıxacın digər atəş komponentləri ilə birlikdə, tədqiqata təqdim edilən, “T03-EM” modelli, “196162” №-li ov tüfəngindən atəş açılması mümkündür. Tədqiqata təqdim edilmiş “T03-EM” modelli. “196162” №-li” qoşalüləli yivsiz odlu ov silahının lüləsinin kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin intensiv halda aşkar edilməsinə əsasən həmin lülə kanallarından sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən bir ədəd alt tumanın və hadisə yerindən götürülmüş bir ədəd yorğan, bir ədəd yorğan üzü, bir ədəd balıncın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda, ölçülərdə zədələr vardır. Zədələrin ətrafında qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, atəşin əlavə faktoru olan, tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, onların formasına, ölçülərinə, morfoloji quruluşuna əsasən, zədələr yivsiz lüləli odlu silahdan açılmış iki atəş nəticəsində qırmaların təsirindən, bir ədəd alt tumanın arxa, yuxarı orta hissəsindəki ovalvari formada olan zədəyə 20 sm-dən 1,5 metrdək məsafə daxilində arxadan-önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Hadisə yerindən götürülmüş bir ədəd yorğanın “a” səthində, bir ədəd yorğan üzünün “d” səthində, bir ədəd balıncın üzərində olan zədələr giriş zədələri, bir ədəd yorğanın “b”, yorğan üzünün “e" səthində olan zədələr isə çıxış zədələri olmaqla təxminən 1,5 metrdən yuxarı məsafədən səpələnmiş qırmaların təsirindən bir ədəd yorğan üzünün “d” səthindən “e” səthinə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədələr tədqiqata təqdim edilmiş qırmaların təsirindən yarana bilər. Bu barıt hissəciklərinin predmetlərin, geyim əşyalarının üzərinə düşməsi silah daşıması və atəş açılması zamanı mümkündür. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd qısaqol köynək, bir ədəd şalvarın, hadisə yerindən götürülmüş bir ədəd balınc üzü, bir ədəd mələfənin səthindən və Zərərçəkmiş şəxs bədənindən çıxarılmış pıjın, bir ədəd tıxacın üzərindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. (Cild 3, iş vərəqləri 47-62) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3/1598, 3/1602 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah 1963-cü ildə Tula silah zavodunda istehsal edilmiş, 16 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, “T03-BM” modelli, “196162” №-li, lüləaltı yatağı eyni modeldən olan “95008” №-li ov silahının lüləaltı yatağından komplektləşdirilmiş, sonradan konstruktiv dəyişikliyə məruz qalaraq lülələri və qundağı kustar üsulla kəsilib qısaldılaraq, ilkin təyinatı dəyişdirilmiş, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfənginin kəsiyidir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, odlu silah hesab edilir. (Cild 3, iş vərəqləri 114-120) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4041 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin l№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən tumanın üzərində aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. (Cild 3, iş vərəqləri 63-68) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 168 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən sayıqlama pozuntusundan əziyyət çəkmiş, cinayət əməlini törədərkən keçirdiyi sayıqlama pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Sərkar Dııraxanovun cinayət əməlini törədərkən əziyyət çəkdiyi sayıqlama pozuntusu hazırda da davam edir. Ona görə də hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliy ini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi sayıqlama pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliy ini dərk etmək və onları idarə etmək iqtidarında olmadığına görə təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs stasionar məhkəmə psixiatrik ekspertizası zamanı simulyativ davranış aşkarlanmamış, təqsirləndirildiyi cinayət əməlini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hazırda da sayıqlama pozuntusundan əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. O, cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs onda müəyyən edilən psixi pozuntuya xas olan emosional dayanıqsızlıq, şübhəlilik, impulsivlik, inamsızlıq, emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq kimi fərdipsixoloji xüsusiyyətlərə malikdir, emosional vəziyyəti əziyyət çəkdiyi psixi pozuntu ilə şərtləşdiyindən, hadisə zamanı öz hərəkətlərini dərk etmək iqtidarında olmamışdır. (Cild 3, iş vərəqləri 178-186) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş təkrar kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 199 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən sayıqlama pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini sayıqlama məzmunlu fikirlərin təsiri altında törətdiyindən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hazırda da sayıqlama pozuntusu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21. -ci maddəsinin təsiri altına düşür. Onda müayinə zamanı simulyativ davranış aşkarlanmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. O, hazırda da sayıqlama pozuntusundan əziyyət çəkir. Təqsirləndirilən şəxs sayıqlama məzmunlu fikirləri korreksiya olunmadığından və tam dezaktuallaşmadığından, habelə törətmiş olduğu cinayət əməlinə tənqidi münasibəti formalaşmadığından hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün sosial təhlükəli şəxs hesab edilir. Onun hazırki psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. O, cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Onda müəyyən edilən psixi pozuntuya xas olan diqqətində dayanıqsızlıq, qavrama prosesində lənglik, yaddaş funksiyalarında zəifləmə, təfəkküründə ilişkənlik, fikirlərinin korreksiya olunmaması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, əhvali-ruhiyyə fonunda dəyişkənlik, qıcığa qarşı həssaslıq, şübhəlilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qeyd edilən hadisə zamanı emosional vəziyyəti onda müəyyən edilən psixi pozuntu ilə şərtləşdiyindən, öz hərəkətlərini dərk etmək və qavramaq qabiliyyətinə malik olmamışdır. (Cild 4, iş vərəqləri 30-38) İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (Cild 2, iş vərəq 25) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.9 və 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini anlaqsız vəziyyətdə törətmişdir. O, hazırda da həmin vəziyyətdədir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Eyni zamanda, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə o, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Bundan başqa, icraat materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həmin məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 198-234, cild 3, iş vərəqləri 242-259) Məhkəmə həmçinin hesab edir ki, hazırkı qərar qanuni qüvvəyə minənədək anlaqsız vəziyyətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 474.1.2-ci maddəsinə müvafiq olaraq xüsusi tibb müəssisəsinə yerləşdirmək növündə təhlükəsizlik tədbirləri tətbiq edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri təhlükəsizlik tədbiri tətbiq olunduqdan sonra ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icraat materialları üzrə maddi sübutlar Qusar rayon prokurorluğunda saxlanılan 01 ədəd tüfəng, həmin tüfəngin içərisindən çıxmış 02 ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli patronun atəşlə ayrılmış hissələri - gilizləri, 3 ədəd qırma, 01 ədəd keçə (pıj), 01 ədəd tıxac, 06 ədəd zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli patron, 32 kalibrli patron, 28 ədəd 20 kalibrli patronların atəşlə ayrılmış hissələri-gilizləri, 17 ədəd 32 kalibrli patronların ayrılmış hissələri-gilizləri, 04 ədəd yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi adə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli onların atəşlə ayrılmış hissələri - gilizləri, 01 ədəd 28 kalibrli patronun atəşlə ayrılmış hissəsi-gilizi, 01 ədəd 26 kalibrli patronun atəşlə ayrılmış hissəsi-gilizi, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, yivsiz ov tüfənginin hissəsi - lüləsi, 01 ədəd 12 kalibrli, qoşalüləli, yivsiz ov tüfənginin hissəsi - lüləsi, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş "SAUER” modelli, "193628” №-li, 20 kalibrli qoşalüləli, yivsiz ov tüfənginin lüləaltı yatağı ilə birlikdə hissəsi - lüləsi, 02 ədəd ov tüfənginin hissəsi - qundağı, 01 ədəd ov tüfənginin hissəsi - qundağı, xarici çaxmaqlı, qoşalüləli yivsiz ov tüfənginin hissələri olan, üzərlərində istehsal ilinə, model və markasına dair hər hansı nişan olmayan 01 ədəd sol çaxmaq, 01 ədəd sağ çaxmaq, 02 ədəd qəliblər (vurucu-buraxıcı mexanizm daxil olmaqla), 01 ədəd tətik mexanizm hissəsi, 01 ədəd dəmir qabda tüstüsüz barıt, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov" konstruksiyalı, “AK-47” markalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsinə aid olan, 01 ədəd 12 kalibrli patron, 01 ədəd 16 kalibrli patron, 01 ədəd 20 kalibrli patronun gilizi, 01 ədəd 16 kalibrli patronun gilizi, 01 ədəd süngü bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd açılıb-qatlanan turist bıçağı, 02 ədəd mətbəx bıçağı (maçete), “Philips”, “Samsung”, “itel”, və “İphone” markalı cəmi 04 ədəd mobil telefonlar sahiblərinə qaytarılmalı, qan nümunələri, 3 ədəd sümük tikəsi, üzərində qan ləkələri, zədələr olan yorğan üzü, üzərində qan ləkələri, zədələr olan açıq qəhvəyi rəngli yorğan, üzərində qan ləkələri olan, gül naxışlı, boz rəngli balış üzü üzərində qan ləkələri, zədələr olan, balış, üzərində qan ləkələri olan, gül şəkilli, mavi rəngli mələfə, qara rəngli qısaqol kişi köynəyi, qara rəngli şalvar, qara rəngli trusik məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxsin üzərinə qoyulmalı məhkəmə xərcləri müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, anlaqsız vəziyyətdə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş və cinayət məsuliyyətindən azad edilən şəxsin üzərinə məhkəmə xərclərinin qoyulması mümkün olmadığından iş üzrə mövcud olan ümumilikdə 469 manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın ədalətli məhkəmə araşdırılması hüququndan və qanunsuz cəzalandırılmamaqdan bəhs edən 6 və 7-ci maddələrinin tələblərinə uyğun hesab edir. Belə ki, Konvensiyanın həmin maddələrinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 348.2, 383-385, 468, 472-473, 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.9 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.3-cü maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Qərar qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 474.1.2-ci maddəsinə müvafiq olaraq xüsusi tibb müəssisəsinə yerləşdirmək növündə təhlükəsizlik tədbirləri tətbiq edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri təhlükəsizlik tədbiri tətbiq olunduqdan sonra dərhal ləğv edilsin. Həmin hissədə qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilsin. İcraat üzrə maddi sübut olub Qusar rayon prokurorluğunda saxlanılan 01 ədəd tüfəng, həmin tüfəngin içərisindən çıxmış 02 ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli patronun atəşlə ayrılmış hissələri - gilizləri, 3 ədəd qırma, 01 ədəd keçə (pıj), 01 ədəd tıxac, 06 ədəd zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli patron, 32 kalibrli patron, 28 ədəd 20 kalibrli patronların atəşlə ayrılmış hissələri-gilizləri, 17 ədəd 32 kalibrli patronların ayrılmış hissələri-gilizləri, 04 ədəd yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi adə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli onların atəşlə ayrılmış hissələri - gilizləri, 01 ədəd 28 kalibrli patronun atəşlə ayrılmış hissəsi-gilizi, 01 ədəd 26 kalibrli patronun atəşlə ayrılmış hissəsi-gilizi, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, yivsiz ov tüfənginin hissəsi - lüləsi, 01 ədəd 12 kalibrli, qoşalüləli, yivsiz ov tüfənginin hissəsi - lüləsi, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş "SAUER” modelli, "193628” №-li, 20 kalibrli qoşalüləli, yivsiz ov tüfənginin lüləaltı yatağı ilə birlikdə hissəsi lüləsi, 02 ədəd ov tüfənginin hissəsi - qundağı, 01 ədəd ov tüfənginin hissəsi - qundağı, xarici çaxmaqlı, qoşalüləli yivsiz ov tüfənginin hissələri olan, üzərlərində istehsal ilinə, model və markasına dair hər hansı nişan olmayan 01 ədəd sol çaxmaq, 01 ədəd sağ çaxmaq, 02 ədəd qəliblər (vurucu-buraxıcı mexanizm daxil olmaqla), 01 ədəd tətik mexanizm hissəsi, 01 ədəd dəmir qabda tüstüsüz barıt, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov" konstruksiyalı, “AK-47” markalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsinə aid olan, 01 ədəd 12 kalibrli patron, 01 ədəd 16 kalibrli patron, 01 ədəd 20 kalibrli patronun gilizi, 01 ədəd 16 kalibrli patronun gilizi və 01 ədəd süngü bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 01 ədəd açılıb-qatlanan turist bıçağı, 02 ədəd mətbəx bıçağı (maçete), “Philips”, “Samsung”, “itel”, və “İphone” markalı cəmi 04 ədəd mobil telefonlar sahiblərinə qaytarılsın, qan nümunələri, 3 ədəd sümük tikəsi, yarasız vəziyyətdə olmaqla üzərində qan ləkələri və zədələr olan yorğan üzü, açıq qəhvəyi rəngli yorğan, balış üzü, balış, mələfə, qara rəngli qısaqol kişi köynəyi, qara rəngli şalvar və qara rəngli trusik məhv edilsin. İcraat üzrə üzrə mövcud olan ümumilikdə 469 manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(124)-221/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-221/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver