Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-222/2023 18.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, İran İslam Respublikasının vətəndaşı “Seyid” adı ilə istintaqa məlum olan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, 04(dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,949 qram, 0,842 qram, 0,408 qram, 6,428 qram olmaqla, ümumi təmiz çəkisi 8,627 qram xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,880 qram, 0,532 qram, 0,058 qram, 0,03 qram, 7,660 qram olmaqla, ümumi təmiz çəkisi 9,16 qram xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qram, 0,262 qram, 0,260 qram, 0,270 qram, 0,346 qram, 3,843 qram olmaqla, ümumi təmiz çəkisi 5,281 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla və yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evində gizlətməklə saxlamış, təmiz çəkisi 0,346 qram olan narkotik vasitə qurudulmuş marixuananı Əhmədov Hacıbaba Elçin oğluna 10 (on) manat və təmiz çəkisi 3,843 qram olan narkotik vasitə qurudulmuş marixuananı X10 35 (otuz beş) manat pul müqabilində satmış, 17 may 2022-ci il tarixdə, saat 21:45 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin yaxınlığında Hacıbaba Əhmədov və Tural Səbiyevlə birlikdə saxlanılaraq ŞPİ-nin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,949 qram, 0,842 qram, 0,408 qram, ümumi təmiz çəkisi 2,199 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,880 qram, 0,532 qram, 0,058 qram, 0,03 qram, ümumi təmiz çəkisi 1,50 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Hacıbaba Əhmədovun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan kiçik ölçülü cibindən 01 ədəd bükümdə, şəxsi istehlak miqdarında, təmiz çəkisi 0,346 qram narkotik vasitə olan qurudulmuş marixuana, Tural Səbiyevin üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, şəxsi istehlak miqdarında, təmiz çəkisi 3,843 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanına baxış keçirilərkən həmin evin yataq otağında yerləşən çarpayının üzərindəki döşəyin altından 1 ədəd bükümdə təmiz çəkisi 6,428 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 7,660 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 4 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qram, 0,262 qram, 0,260 qram, 0,270 qram olmaqla, ümumi təmiz çəkisi 1,092 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisi olmuş, narkotik vasitə satmamışdır. 3-4 aydır ki, narkotik vasitə istifadə etmişdir. O, heç kimə narkotik vasitə verməmişdir. Sadəcə o, narkotik vasitə istifadə edəndə Tural və Hacıbaba adlı tanışları onun yanında olmuşdur. Onu “Elmarın kruqu” deyilən yerdə saxlamışlar. Bölmədə həmin şəxsləri buraxmaq üçün “de ki, onlara sən narkotik vasitə vermisən” deyilmiş, o da “camaatın balasın niyə özümlə sürüyüm aparım. Mal məndə olub da, onlarda olmayıb. Mən onlara heçnə verməmişəm” demiş, sonra deyilənlərlə razılaşmışdır. Tutulan zaman yanında olan tanışlarının narkotik vasitə istifadə etdiyini bilmədiyini, həmçinin onların da onun narkotik vasitə istifadə etdiyini bilmədiklərini qeyd etmişdir. Elan olunan ittihamda qeyd olunan narkotik vasitələr ona aid olmuş, lakin həmin narkotik vasitəni şəxsi istifadəsi məqsədi ilə əldə etmişdir. O,ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin fevral ayında sosial şəbəkələrin birində təsadüfən İran İslam Respublikasının vətəndaşı Seyid adlı şəxslə tanış olmuşdur. Seyidlə söhbət zamanı ona narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Seyid də ona istədiyi halda narkotik vasitə sata biləcəyini demişdir. O, arvadı X2 adına olan, lakin şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini Seyidə vermiş, həmçinin Seyid də hazırda xatırlamadığı iran nömrəsini ona vermişdir. Onlar arabir vhatsapla əlaqə saxlamışlar. Təxminən 14 may 2022-ci il tarixdə istifadə etmək üçün Seyiddən narkotik vasitə almaq qərarına gəlmişdir. Bu məqsədlə o, Seyidlə əlaqə saxlayıb ondan heroin, metamfetamin və marixuana istəmişdir. Seyid də ona həmin maddələrin 1 qramını 18 manata sata biləcəyini demişdir. O, Seyidlə razılaşdıqdan sonra ondan həmin maddələri necə götürəcəyini soruşmuş, Seyid isə həmin maddələri Bakı-Sumqayıt şosse yolunun Sumqayıt şəhərinə yaxın olan hissəsində, yolun kənarına qoyduracağını, vatsapp vasitəsi ilə həmin yerin şəklini atacağını, həmin maddələri götürdükdən sonra isə ona bank kartı atacağını və pulu karta köçürəcəyini bildirmişdir. O, da Seyidlə razılaşmışdır. Axşam saatlarında Seyid ona həmin yerin şəklini vatsapp vasitəsi ilə atmış, o da həmin yerə gedərək oradan bir ədəd bükümdə heroini, bir ədəd büümdə metamfetamini və bir ədəd bükümdə marixuananı götürmüşdür. Sonra isə Seyidin ona atdığı hazırda xatırlamadığı bank kartına ödəmə terminalı vasitəsi ilə hazırda xatırlamadığı məbləğdə pulu köçürmüşdür. Mobil telefonundan isə Seyidin nömrəsini və vatsapdakı bütün yazışma və şəkilləri silmişdir. Həmin maddələri götürüb yaşadığı evə gəldikdən sonra yaşadığı evdə heroin, metamfetamin və marixuananı bükümlərə bölmüşdür ki, həm özü hissə-hissə istifadə etsin, həmdə kimsə ondan istəsə pay verər. 17 may 2022-ci il tarixdə yaşadığı evdə ola zaman evində yataq otağındakı dolabda gizlətdiyi heroindən 3 bükümünü, metamfetaminin 4 bükümünü və marixuananın 2 bükümünü cibinə qoymuşdur ki, istəyəndə istifadə edər. Dolabda isə 1 bükümdə heroin, 1 bükümdə metamfetamin və 4 bükümdə marixuana qalmışdır. Həmin gün təsadüfən tanışları Əhmədov Hacıbaba Elçin oğlu və X15 ilə rastlaşmışdır. Söhbət zamanı Hacıbaba və Tural ondan üzərində narkotik vasitə olub-olmadığını, istifadə etmələri üçün onlara verə bilib-bilməyəcəyini soruşmuşlar. O, da onların hərəsinə bir bükümdə marixuananı pay kimi vermişdir ki, istifadə etsinlər. Onlar üçü birlikdə həmin gün təxminən saat 21:45 radələrində Turalın idarə etdiyi “Ravon Nexia” markalı, 90- PR-678 dövlət qeydiyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən «Elmar» marketin yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq onların narkotik vasitələrin qanunsuz dövriyyəsində məşğul olmaqda şübhəli olduqlarını bildirərək onları üzərilərində şəxsi axtarış aparılmasından ötrü Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis idarəsinə getmişlər. Orada ona şübhəli şəxs qismində tutulacağı barədə məlumat verildikdən sonra vəkillərin siyahısı təqdim olunmuş və özünün seçdiyi vəkil Rəşad İldırımzadənin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, da buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkilim X7 təqdim olunmuşdur. Üzərində video çəkilişlə şəxsi axtarış keçirilməzdən əvvəl ona təkilf olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etsin. O, da özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd qara rəngli dəri materialından hazırlanmış açar qabını təqdim edərək açmış və içərisindəki 3 ədəd şəffaf rəngli sellofanda və 1 ədəd gümüşü rəngli kağızda olan heroini, 2 ədəd qırmızı rəngli sellofanda olan metamfetamini təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə gümüşü rəngli kağıza bükülmüş metamfetamin aşkar olunmuşdur. Həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan sonra onun razılığı ilə yaşadığı Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən evinə baxış keçirmək üçün polis əməkdaşları ilə birlikdə evinə getmişlər. Qapının önünə çatan kimi qapı polis əməkdaşı tərəfindən qapı döyülmüş, qapının ardında dayanan arvadı Fərqiyyə, qapını döyən şəxslərin kim olduğunu soruşduqda, Fərqiyyəyə polis əməkdaşı olduqlarını bildirmişlər. Təxminən 3-4 dəqiqə sonra Fərqiyyə qapını açmış və özünü təqdim etmişdir. Fərqiyyəyə barəsində araşdırma aparıldığı, zərurət yarandığı üçün yaşadıqları ünvana baxış keçiriləcəyi elan olunaraq ona bu barədə etirazı olub- olmadığı soruşulmuşdur. Fərqiyyə də heç bir etirazı olmadığını bildirdikdən sonra yaşadığı ünvana polis əməkdaşları ilə brilikdə daxil olmuşlar. Yaşadığı evə baxışa başlamadan öncə ona yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub- olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O, özü yaşadığı ünvanda yataq otağında çarpayının sağ tərəfində yerləşən dolabın birinci siyirməsində narkotik vasitə saxladığını bildirib, həmin dolabı göstərmişdir. Sonra isə özü dolabın siyirməsini açmış, lakin həmin yerə qoyduğu narkotik vasitələrin orada olmadığını görmüşdür. Bu zaman həyat yoldaşı Fərqiyyə yaşadıqları ünvana polis əməkdaşlarının gəldiyini görüb, onların onu həbs edəcəyindən qorxduğundan ona məxsus narkotik vasitələri yataq otağındakı çarpayıdakı döşəyin alt hissəsində saxladığını bildirmiş və döşəyi qaldıraraq orada olan qırmızı rəngli parça torbanı təqdim etmişdir. Təqdim edilmiş həmin torba polislər tərəfindən açılmış və içərisində olan ona məxsus 1 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə metamfetamin və 4 ədəd bükümdə marixuana aşkar edilmişdir. Həmin maddələr ayrı ayrılıqda elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, özüm yalnız istifadəçisidir. İfadəsində qeyd etdiyi kimi 3 gün əvvəl, Seyid adlı İran vətəndaşından 1 qramını 18 manata olmaqla həm şəxsi istifadəsi, həmdə ki tanıdığı şəxslərə vermək üçün həmin Seyid adlı şəxslə vatsap vasitəsilə əlaqə saxlayıb, hesabına pul köçürdükdən sonra Bakı Sumqayıt yolunun kənarına gedərək orada yerdən götürdüyünü bildirmişdir. Ona polis idarəsində nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. O, Tural və Hacıbabaya marixuananı pay olaraq əvəzində heçnə istəmədən vermişdir. Hacıbaba və Tural narkotik vasitə istifadəçisi olduqlarından və onları tanıdığına görə pay vermişdir. Onun üzərində şəxsi axtarış aparılan zaman həyəcanlı olduğundan və qorxduğuna görə səhv məlumat verərək saxlanılmamışdan əvvəl tanımadığı şəxsə bir bükümdə narkotik vasitə verdiyini, Tural və Hacıbabanı tanımadığını bildirmişdir. Əslində isə o, Turalı və Hacıbabanı tanıyır, onlarla həmişə yaxşı münasibəti olmuşdur. Tanımadığı şəxsə narkotik vasitə verdiyini deyəndə Hacıbaba və Turalı nəzərdə tutmuş, lakin həyəcanlı olduğundan fikrini düzgün izah edə bilməmişdir. Seyidin həmin narkotik vasitələri azərbaycana haradan və hansı yolla gətirməsindən, eləcədə həmin maddələri götürdüyü yerə kimlərin vasitəsilə və ya özünün şəxsən qoymasından məlumatı olmamışdır. Arvadı Fərqiyyə onun narkomaniya xəstəsi olduğunu bilmiş, lakin həmin narkotik vasitələri harada gizlətməsindən necə məlumatının olmasını bilməmişdir. Çünki o, arvadı evdə olmayanda, ondan gizlin həmin maddələri dolabda gizlətmişdir. Ola bilsin Fərqiyyə həmin maddələri tapmış və onun həbs olunmaması üçün başqa yerdə gizlətməyə çalışmış, lakin bunun cinayət məsuliyyəti olduğunu dərk etdiyindən polislərə özü təhvil vermişdir. (cild 2, iş vərəqə 19-22) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, 17 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, satması, üzərində saxlaması, Tural Səbiyev və Hacıbaba Əhmədovun isə narkotik vasitələri əldə etmələri, üzərlərində saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat əsasında Təqsirləndirilən şəxs, Tural Səbiyevin və Hacıbaba Əhmədovun Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Tural Səbiyevin idarə etdiyi avtomobildə "Elmar” marketin yaxınlığında olduqlarını görüb onlara yaxınlaşmışlar. Onlara özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla həmin şəxslərin üzərinə şəxsi axtarış keçirmişlər. Hacıbaba Əhmədov özü əynində olan şalvarın cibində saxlamış olduğu 1 ədəd sellofan paketi təqdim etmişdir. Həmin paketin içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması aşkar olunmuşdur. Sorğu zamanı Əhmədov Hacıbaba Elçin oğlu təqdim etdiyi bitki kütləsinin narkotik vasitə olan “nəşə” olduğunu, həmin narkotik vasitəni həmin gün Fəxrəddindən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra X9 üzərinə şəxsi axtarış keçirilmiş, o, əynində olan şalvarın cibindən 1 ədəd bükümü təqdim etmişdir. Həmin bükülü açıldıqda onun da içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu aşkar olunmuşdur. Sorğu zamanı X15 təqdim etdiyi bitki kütləsinin narkotik vasitə olan “nəşə” olduğunu, həmin narkotik vasitəni Fəxrəddindən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Səbiyev Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs əynində olan şavarının cibindən 1 ədəd açar qabını çıxaraq açmış və içərisindəki bükümləri təqdim etmişdir. Açar qabının içərisində olan bükümlər açılan zaman bükümlərin içərisində narkotik vasitə olan heroinə bənzər maddələr, psixotrop maddə olan metemafetaminə bənzər maddələr olduğu aşkar olunmuşdur. Sorğu zaman Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin narkotik vasitə olan “patı” olduğunu, həmin narkotik vasitələri İran vətəndaşından həm şəxsi istifadəsi, həmdə ki tanıdığı şəxslərə verməsi üçün həmin şəxslə vatsap vasitəsilə əlaqə saxlayıb, hesabına pul köçürdükdən sonra Bakı Sumqayıt yolunun kənarına gedərək orada yerdən götürdüyünü, üzərindən aşkar olunmuş maddələrdən başqa həmçinin yaşadığı ünvanda yataq otağında dolabda narkotik vasitələr saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evinə baxış keçirtmək məqsədi ilə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda yataq otağındakı dolabın siyirməsində narkotik vasitə saxladığını bildirib, həmin dolabı göstərmişdir. Dolabın yanına getdikdə Təqsirləndirilən şəxs özü dolabın siyirməsini açmış, lakin orada heç bir narkotik vasitə aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs həyat yoldaşı müdaxilə edərək, yaşadığı ünvana polis əməkdaşlarının gəldiyini görüb, həyat yoldaşını həbs ediləcəyindən qorxaraq əri Təqsirləndirilən şəxs məxsus narkotik vasitələri yataq otağındakı çarpayıdakı döşəyin alt hissəsində saxladığını bildirib döşəyi qaldıraraq orada olan torbanı təqdim etmişdir. Həmin torba açılmış, torbanın içərisində 6 ədəd büküm narkotik vasitə aşkar olunmuşdur. O, İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru CAŞ-ın kiçik inspektoru Şahid3 digər polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid polis əməkdaşı, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadələri alınmış polis əməkdaşları Şahid2 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. (Cild 1, iş vərəqə 235-240) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 may 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satması, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində 00017 və 00018 kimi qeyd olunmuş video faylların olması müəyyən olunur. 00017 kimi qeyd olunmuş video faylı açaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir və polis əməkdaşlarına da ölərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı ona hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili Rəşad İldırımzadə tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şavarının sağ yan cibindən 1 ədəd qara rəngli açar qabını çıxaraq açır və içərisindəki bükümləri təqdim edir. Həmin bükümlərə baxıldıqda 3 ədəd şəffaf rəngli, 2 ədəd qırmızı rəngli sellofan büküm, 1 ədəd gümüşü rəngli siqaret kağızı büküm olduğu müəyyən olunur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd içərisi gümüşü rəngli, xarici isə ağ rəngli kağız büküm aşkar olunur. Açar qabının içərisində olan sellofan bükümlər açılan zaman 3 ədəd şəffaf rəngli sellofan bükümlərin hər birinin içərisində toz halında qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən olunur və aşkar olunmuş həmin maddələr şəffaf rəngli sellofan ilə birlikdə ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümlərdəki maddələrin hər birinin çəkisinin 1,05 qram, 0,97 qram, 0,47 qram, ümumi çəkisinin 2,55 qram olduğu müəyyən olunur. Daha sonra açar qabının içərisində olan 2 ədəd qırmızı rəngli sellofan bükümlərin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metemafetaminə bənzər maddələrin olduğu aşkar olunur və aşkar olunmuş həmin maddələr qırmızı rəngli sellofan ilə birlikdə ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümlərdəki maddələrin hər birinin çəkisinin 0,60 qram, 0,97 qram, ümumi çəkisinin 1,57 qram olduğu müəyyən olunur. Bundan sonra açar qabının içərisində olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metemafetaminə bənzər maddənin olduğu aşkar olunur. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilmiş içərisi gümüşü, xarici ağ rəngli olan kağız bükümü açılan zaman həmin bükümün içərisində ayrılıqda bir ədəd şəffaf rəngli sellofan bükümün, həmin bükümün içərisində də ağ rəngli kristal şəkilli psixotrop maddə olan metemafetaminə bənzər maddənin olduğu aşkar olunur və həmin gümüşü rəngli siqaret kağızı bükümlərində olan maddələr cəm halında elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin gümüşü rəngli siqaret kağızları ilə brilikdə 0,33 qram, həmin bükümlər ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilən zaman hər bir bükümdəki maddənin çəkisinin 0,17 qram və 0,15 qram olduğu müəyyən olunur. Bundan başqa 2 ədəd qırmızı rəngli sellofan bükümlərdə və həmçinin 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan metemafetaminə bənzər maddələr cəm halında elektron tərəziyə qoyulub çəkilən zaman vizual olaraq biri-birinə bənzəyən həmin maddələrin ümumi çəkisinin 1,87 qram olduğu müəyyən olunur və aşkar olunmuş həmin maddələr ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənir. Sorğu zaman Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin narkotik vasitə olan “patı-kola” olduğunu, həmin narkotik vasitələri təxminən 3 gün əvvəl Seyid adlı İran vətəndaşından 1 qramını 18 manata olmaqla həm şəxsi istifadəsi, həmdə ki tanıdığı şəxslərə verməsi üçün həmin Seyid adlı şəxslə vatsap vasitəsilə əlaqə saxlayıb, hesabına pul köçürdükdən sonra Bakı Sumqayıt yolunun kənarına gedərək orada yerdən götürdüyünü, üzərindən aşkar olunmuş maddələrdən başqa həmçinin yaşadığı ünvanda yataq otağında dolabda narkotik vasitələr saxladığını, həmin narkotik vasitələri təqdim edə biləcəyini və yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirir və həmçinin şəxsi axtarış zamanı bu barədə ərizə yazaraq təqdim edir. Sonda isə çəkiliş dayandırılır. (cild 1, vərəqə 28-29, 34, 213-214) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində 00017 və 00018 kimi qeyd olunmuş video faylların olması müəyyən olunur. 00018 kimi qeyd olunmuş video faylı açaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman yaşadığı evdə narkotik vasitə saxladığını bildirdiyindən evinə baxış keçiriləcəyini deyir və polis əməkdaşlarına da ölərini təqdim etməsini bildirdikdən sonra və onlar da özlərini təqdim edirlər. Qapının önünə çatan kimi qapı təhqiqatçı tərəfindən döyülür, qapının ardında dayanan qadın, qapını döyən şəxslərin kim olduğunu soruşduqda, həmin qadına polis əməkdaşı olduqlarını bildirirlər. Bir neçə dəqiqə sonra qapı həmin qadın tərəfindən açılır, həmin qadın özünü Təqsirləndirilən şəxs həyat yoldaşı X1 təqdim edir. Sonuncuya həyat yoldaşı barəsində araşdırma aparıldığı, zərurət yarandığı üçün yaşadıqları ünvana baxış keçiriləcəyi elan olunaraq ona bu barədə etirazı olub-olmadığı soruşulur. X5 heç bir etirazı olmadığını bildirdikdən sonra onların yaşadığı ünvana daxil olaraq baxışa başlamadan öncə Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif olunur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda yataq otağında çarpayının sağ tərəfində yerləşən dolabın birinci siyirməsində narkotik vasitə saxladığını bildirib, həmin dolabı göstərir. Dolabın yanına getdikdə Təqsirləndirilən şəxs özü dolabın siyirməsini açır, lakin orada heç bir narkotik vasitə aşkar olunmur. Həmin vaxt Təqsirləndirilən şəxs həyat yoldaşı X5 müdaxilə edərək, yaşadığı ünvana polis əməkdaşlarının gəldiyini görüb, həyat yoldaşını həbs ediləcəyindən ehtiyyat edərək əri Təqsirləndirilən şəxs məxsus narkotik vasitələri yataq otağındakı çarpayıdakı döşəyin alt hissəsində saxladığını bildirib, döşəyi qaldıraraq orada olan qırmızı rəngli parça torbanı təqdim edir. Təqdim edilmiş həmin torba açılır, torbanın içərisində 2 ədəd şəffaf rəngli sellofan bükümlərin, həmin sellofan bükümlərin birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin digərinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroİnə bənzər maddənin olduğu müəyyən edilir. Daha sonra qırmızı torbanın içərisində 4 ədəd ağ rəngli kağız bükümlərin, həmin bükümlərin isə hər birinin içərisində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olduğu aşkar edilir. Qırmızı rəngli parça torbadan aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 7,91 qram, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heorinə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 6,81 qram, 4 ədəd ağ rəngli kağıza bükülmüş hər birinin içərisində yaşıl rəngli qurudulmuş marixuanaya bənzər bitki kütlələri elektron tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütlələrinin ağ rəngli kağız ilə birlikdə hər birinin çəkisinin 0,55 qram, 0,45 qram, 0,53 qram, 0,48 qram ümumi çəkilərinin isə 2,01 qram olduğu müəyyən olunur. Aşkar olunmuş həmin maddələr və bitki kütlələri ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənir. Sorğu zaman Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin narkotik vasitə olan “patı, kola, nəşə” olduğunu, həmin narkotik vasitələri təxminən 3 gün əvvəl Seyid adlı İran vətəndaşından 1 qramını 18 manata olmaqla həm şəxsi istifadəsi, həmdə ki tanıdığı şəxslərə verməsi üçün həmin Seyid adlı şəxslə vatsap vasitəsilə əlaqə saxlayıb, hesabına pul köçürdükdən sonra Bakı Sumqayıt yolunun kənarına gedərək orada yerdən götürdüyünü bildirir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman həmin ünvandan qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırlır. ( cild 1, iş vərəqə 32-33, 34, 213-214) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində 00014 kimi qeyd olunmuş video faylın olması müəyyən olunur. Həmin video faylı açaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Əhmədov Hacıbaba Elçin oğlu olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Hacıbaba Əhmədova narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir və polis əməkdaşlarına da ölərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Əhmədov Hacıbaba Elçin oğlunun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X11 təqdim olunur, daha sonra isə video çəkiliş vasitəsilə Əhmədov Hacıbaba Elçin oğluna üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunur. Əhmədov Hacıbaba Elçin oğlu özü əynində olan qara rəngli şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan paketi təqdim edir. Həmin paketin içərisində 1 ədəd ağ rəngli kağız bükümün, həmin bükümün içərisində isə yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması aşkar olunur. Sorğu zamanı Əhmədov Hacıbaba Elçin oğlu təqdim etdiyi bitki kütləsinin narkotik vasitə olan “nəşə” olduğunu, həmin narkotik vasitəni həmin gün təxminən 18-19 radələrində Fəxrəddin adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və üzərində gəzdirdiyini bildirir. Əhmədov Hacıbaba Elçin oğlunun üzərindən aşkar olunmuş bitki kütləsi elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin ağ rəngli kağız ilə birlikdə 0,67 qram olduğu müəyyən olunur və aşkar olunmuş həmin maddə ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənərək imzalanır. Bundan sonra Əhmədov Hacıbaba Elçin oğlunun üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. ( cild 1, iş vərəqə 125-127, 234) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində 00015 və 00016 kimi qeyd olunmuş video fay Harın olması müəyyən olunur. 00015 kimi qeyd olunmuş video faylı açaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək X15 olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Tural Səbiyevə narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir və polis əməkdaşlarına da ölərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. X9 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X17 təqdim olunur. Sonra isə vidoçəkiliş vasitəsilə X10 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunur. X15 özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd ağ rəngli kağız bükümü təqdim edir. Həmin bükülü açıldıqda bükümün içərisində isə yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu aşkar olunur. Sorğu zamanı X15 təqdim etdiyi bitki kütləsinin narkotik vasitə olan “nəşə” olduğunu, həmin narkotik vasitəni Fəxrəddin adlı şəxsdən şəxsi istifadəsi üçün 35 manata aldığını və üzərində gəzdirdiyini bildirir. X9 üzərindən aşkar olunmuş bitki kütləsi elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin ağ rəngli kağız ilə birlikdə 5,85 qram olduğu müəyyən olunur və aşkar olunmuş həmin maddə ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənir və imzalanır. X9 üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Tural Səbiyevin üzərindən aşkar edilmiş avtomobil açarları, eynək silmək üçün nəzərdə tutulmuş parça əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılır. X9 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu idarə etdiyi Ravon Nexia markalı 90- PR-678 dövlət nömrə nişanlı avtomaşına baxış keçirilməsinə etiraz etmədiyini bildirir. Sonda isə çəkiliş danaydırlır. ( cild 1, iş vərəqə 170-171, 176, 215) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə- kimyəvi, məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2839-7/505 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 124” dairəvi möhür əksi üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr” yazı və imzalar olan zərfdə 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,949 qram, 0,842 qram, 0,408 qram olmaqla, ümumi çəkisi 2,199 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,880 qram, 0,532 qram, 0,058 qram, 0,03 qram olmaqla ümumi çəkisi 1,50 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “F.Hcıyevin mənzilindən aşkar edilmiş maddələr” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 6,428 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 7,660 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 4 ədəd kağız kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkisi 0,300 qram, 0,262 qram, 0,260 qram, 0,270 qram olmaqla, ümumi çəkisi 1,092 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim edilmiş heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim edilmiş metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələf’in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. ( cild 1, iş vərəqə 49-53) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/506 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Hacıbaba Əhmədovun üzərindən aşkar edilmiş maddə” yazılar və imzalar olan zərfdə siqaret sellofanndakı 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,346 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. ( cild 1, iş vərəqə 136-138) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/507 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Tural Səbiyevin üzərindən aşkar edilmiş maddə” yazılar və imzalar olan zərfdə 1 ədəd ağ rəngli kağız bükülüdə təmiz çəkisi 3,843 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.(cild 1, iş vərəqə 185-187) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3542 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 2, iş vərəqə 6-7) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş cəmi 4 ədəd bükümündə ümumi təmiz çəkisi 8,627 qram narkotik vasitə olan heroin, 4 ədəd bükümdə ümumi təmiz çəkisi 1,092 qram narkotik vasitə olan qurudulmuş marixuana, cəmi 5 ədəd bükümdə ümumi təmiz çəkisi 9,16 qram psixotrop maddə olan metamfetamin, Əhmədov Hacıbaba Elçin oğlunun üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,346 qram narkotik vasitə olan qurudulmuş marixuana, X9 üzərindən aşkar olunaraq götürülmüş İ ədəd bükümdə təmiz çəkisi 3.843 qram narkotik vasitə olan qurudulmuş marixuana və 3 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 3 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra Təqsirləndirilən şəxs aşkar olunmuş məxsus ümumi qalıq çəkisi 8,467 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 0,932 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi qalıq çəkisi 9,06 qram psixotrop maddə metamfetamin, Hacıbaba Əhmədovdan aşkar olunmuş qalıq çəkisi 0,326 qram narkotik vasitə olan qurudulmuş marixuana və Tural Səbiyevdən aşkar olunmuş qalıq çəkisi 3.823 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. (cild 2, iş vərəqə 46-70) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 212) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İHB-nın Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 210) “Elektron Məhkəmə Sistemi”ndən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X6 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni əldə etməkdə satış məqsədinin olmaması, tutulan zaman yanında olan tanışlarına narkotik vasitə satmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması, onları bükümlərə ayırması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, “marixuana (qurudulmuş)” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 19 may 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra Təqsirləndirilən şəxs aşkar olunmuş ümumi qalıq çəkisi 8,467 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 0,932 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi qalıq çəkisi 9,06 qram psixotrop maddə metamfetamin, Hacıbaba Əhmədovdan aşkar olunmuş ümumi qalıq çəkisi 0,326 qram narkotik vasitə olan qurudulmuş marixuana və Tural Səbiyevdən aşkar olunmuş ümumi qalıq çəkisi 3,823 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 232 (iki yüz otuz iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra Təqsirləndirilən şəxs aşkar olunmuş ümumi qalıq çəkisi 8,467 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 0,932 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi qalıq çəkisi 9,06 qram psixotrop maddə metamfetamin, Hacıbaba Əhmədovdan aşkar olunmuş ümumi qalıq çəkisi 0,326 qram narkotik vasitə olan qurudulmuş marixuana və Tural Səbiyevdən aşkar olunmuş ümumi qalıq çəkisi 3,823 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 232 (iki yüz otuz iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-222/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-222/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver