Məhkəmə qərarları › İş №1(124)-223/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-223/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-223/2024 05.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 (sədrlik edən), X24 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X19, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 11 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ayrıayrılıqda təmiz çəkiləri 1,402 qram, 0,567 qram və 0,463 qram, ümumi təmiz çəkisi - 2,432 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 600 manat müqabilində əldə edib özündə saxlamaqla daşımış, 14 oktyabr 2022-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin X50 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu Qobu qəsəbəsi, Natavan küçəsində saxlanılıb, bölmənin inzibati binasına gətirildikdən sonra həmin gün saat 10:30-dan 11:10-a kimi üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin 03 ədəd şəffaf rəngli sellofanlara bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,402 qram, 0,567 qram və 0,463 qram, ümumi təmiz çəkisi - 2,432 qram olan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Adil adlı şəxslə dava-dalaş hadisəsi baş vermiş və həmin hadisədə onların da təqsirli olması şübhəsi ilə xx.xx.2022-ci il tarixdə səhər saat 8 radələrində yatdıqları zaman polis əməkdaşları onların yaşadıqları evə daxil olaraq onu və qardaşını tutaraq polis bölməsinə aparmışlar. Polis əməkdaşları polis bölməsində onlara fiziki işgəncələr vermiş və ciblərinə narkotik vasitə qoyaraq etirafedici ifadə verməyə məcbur edilmişlər. Onların müdafiə hüquqları pozulmuş, səhər saat 8 radələrində tutulmaqlarına baxmayaq uzun müddət sonra-axşam saatlarında vəkillə təmin olunmuşlar. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, 7-8 aydır ki, narkotik vasitə istifadə edirmiş. Yoldan keçən zaman salamlaşdıqları Adil adlı şəxslə onun yanında olan Zaur adlı oğlan arasında dava-dalaş baş vermiş və həmin hadisədə şübhəli şəxs qismində onların da adlarını qeyd etmişlər. xx.xx.2022-ci il tarixdə səhər saat 8 radələrində yaşadıqları evdə polis əməkdaşları onu qardaşı ilə birgə tutaraq, o cümlədən onlarda qonaq olan yeznələrini də polis bölməsinə aparmışlar. Polis əməkdaşlarının fiziki təsirləri nəticəsində onun dişləri sınmış və bədənində xəsarət izləri qalmışdır. Onlara fiziki təsir göstərərək narkotik vasitələri boyunlarına almağı təklif etmişlər. Onlara fiziki təsir göstərən şəxslərdən biri də rəisin müavini olmuşdur. İstintaq təcridxanasında müayinə zamanı da bədəni üzərində xəsarətlər aşkar olunmuşdur. Baş vermiş dava-dalaş hadisəsi ilə bağlı cinayət işi başlanmışdır. Zaurla onun arasında yoldaşlıq münasibətləri olmuşdur. Polis əməkdaşları onları tutan zaman evdə onun həyat yoldaşı, yeznəsi, bacısı, qardaşı və uşaqlar olmuşdur. Polis əməkdaşlarının bir hissəsi həyətə daxil olmuş, iki nəfər polis əməkdaşı isə qonşunun həyəti ilə gəlib pəncərədən evə daxil olmuşlar. Polis əməkdaşları onu, qardaşını və yeznəsini birbaşa X53 aparmışlar. Polis bölməsində onları ayrı otaqlarda saxlamışlar və daha sonra yeznəsini buraxmışlar. Polis bölməsində ona çox ağır işgəncələr vermişlər və qardaşı ilə onun quldurluq hadisəsində iştirak etdiklərini söyləmişlər. Polis əməkdaşlarının verdiyi fiziki və psixi işgəncələr nəticəsində hazırda da çox əziyyət çəkir. Onları yaşadıqları evdə yox, X49 döymüşlər. Onun üzərinə şəxsi axtarış istintaq hərəkəti hava qaraldıqdan sonra saat 5-6 radələrində keçirilmiş və vəkil də həmin saatda gəlmişdir. Qardaşı ilə onun bir ayaqqabısı olmuş, çəkiliş zamanı biri ayaqqabı geyinmiş, digəri isə ayaqyalın olmuşdur. Vəkil gəldikdən sonra onunla təklikdə danışmaq şəraiti olmamışdır. İstintaq təcridxanasına gedən zaman bədənindəki bütün xəsarətlər aşkar olunmuşdur. Polis əməkdaşları xəsarətləri ilə bağlı onu xəstəxanaya aparmamış, sadəcə Covid-19 testi ilə bağlı xəstəxanaya aparmışlar. Hadisə günü onların evinə 15 nəfərə yaxın polis əməkdaşı daxil olmuşdur. Ailə üzvlərindən kiminsə “102” Xidmətinə zəng etməsi barədə məlumatı yoxdur. Onun üzərindən narkotik vasitədən başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşları onu saxlayan zaman o, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Polis bölməsində üzərinə baxış keçirilən zaman müdafiəçisi yanında olmuşdur. Ona işgəncələrin hamısı X25muşdur. Üzərinə şəxsi axtarış keçirildikdən sonra axşam saat 10- 11 radələrində onu X28 aparmışlar. X8 əlinin üzərindəki xəsarəti görmüşlər, amma onu müayinə etməmişlər. Barəsində qətimkan tədbiri seçilən zaman Abşeron Rayon Məhkəməsində hakimə fiziki təsirlərə məruz qaldığını bildirməmişdir. Hadisə günü onun barəsində həm telefonla, həm də kamera ilə videoçəkiliş olmuşdur. Videoçəkiliş zamanı o, polis rəisinin dediklərini təkrar etmişdir. Çəkilişlər arasında 15 dəqiqə vaxt olmuş, əvvəlcə telefonla, sonra isə kamera ilə çəkiliş aparılmışdır. Aqillə Zaur arasındakı mübahisədən onun xəbəri olmamışdır. Onların evindən pul oğurlanması hadisəsi baş vermişdir. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onu Bakı İstintaq Təcridxanasına aparmışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında Abşeron rayonu Qobu qəsəbəsində, Natavan küçəsində piyada gəzərkən üzərində narkotik vasitə heroin olduğu üçün, polis əməkdaşlarını gördükdə uzaqlaşmaq istəmişdir. Onu görən polis əməkdaşları ondan şübhələndiklərinə görə ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, ondan niyə uzaqlaşmaq istədiyini soruşduqda, onlara üzərində narkotik vasitə saxladığını bildirmişdir. Polis əməkdaşları onu Abşeron Rayon Polis İdarəsinin X53 dəvət etmiş və orada xidməti otaqların birində video çəkiliş aparmaqla üzərinə şəxsi axtarış keçirmişlər. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində qadağan edilmiş hər hansı əşya olub-olmadığı, əgər varsa təqdim etməsi təklif edilmişdir. Ona görə üzərinə şəxsi axtarış keçirilən zaman könüllü olaraq əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan torbaya bükülmüş 03 ədəd bükümdən ibarət narkotik vasitə heroini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi həmin bükümlər kağız zərfdə qablaşdırıldıqdan sonra, iştirakçılar tərəfindən imzalanaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokol ona ucadan oxunmuşdur. Üzərində saxlayıb gəzdirdiyi həmin narkotik vasitəni 11 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində, Tbilisi prospektində tanımadığı İran İslam Respublikasının vətəndaşından 600 manata satması və istifadə etməsi üçün almışdır (cild 01, iş vər. 68-70). İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs həmin ifadəni təsdiq etmədiyini, həin ifadəni fiziki təsir altında qaldığından imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və qardaşı Ceyhun Səmədzadə barəsində külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin hadisədən 3 gün əvvəl də, bu şəxslər barəsində kənddə bir nəfərə qarşı quldurluq əməli törətmələri barədə məlumat mövcud olmuşdur. Daxil olan məlumat əsasında şəxsi Natavan küçəsində evlərinə yaxın ərazidə saxlamış, özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və X53 dəvət etmişlər. Bölmədə inzibati otaqların birində çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxs üzərində olan 3 büküm şəffaf sellofan torbada olan narkotik vasitə heroinə bənzər kütlələri çıxarıb təqdim etmişdir. Ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, şəxs saxlanılarkən və ya polis bölməsində şəxsə qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamışdır. Şəxs barəsində daxil olan əməliyyat məlumatının məzmunu onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuş, həmçinin bir neçə gün əvvəl onun bir neçə şəxslə birlikdə Adil adlı şəxsə qarşı quldurluq əməli törətməsi barədə də məlumat mövcud olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Şəxsi saxlayarkən onun üzərinə baxış keçirilməmiş, şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və onu bölməyə dəvət etmişlər. Onun cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmək səlahiyyəti olmuşdur. Şəxsi səhv etmirsə, 2023-cü ilin oktyabr ayının 11-i və ya 12-si günortadan sonra qardaşı ilə birlikdə evlərinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlamışlar. Əməliyyat tədbirində özü, Şahid2 və Şahid3 iştirak etmişlər. Şəxsi saxlayanda qaçmamış, müqavimət göstərməmiş, suallara cavab olaraq, “modem” ləqəbli şəxs olduğunu təsdiq etmişdir. Şəxsi qardaşı ilə birlikdə eyni maşında bölməyə aparmışlar. Raportda şəxslərin yaşadıqları ünvanda saxlanıldığı kimi qeyd olunması mexaniki səhv olmuş, əslində şəxslər evlərinin yaxınlığında saxlanılmışdır. Şəxsi bölməyə apardıqdan sonra, vəkilin nə qədər müddətə gəldiyini xatırlamır. Şəxsin üzərinə şəxsi axtarış zamanı üzərindən aşkar olunan səhv etmirsə, 3 büküm narkotik vasitə heroinə bənzər kütlə olmuşdur. Şəxs bükümləri 1-2 gün əvvəl iranlı şəxsdən aldığını, qardaşına verdiyini və digər şəxslərə satdığını bildirmiş, satdığı şəxslərin adlarını çəkməmişdir. Əməliyyat tədbirinin davamı kimi, şəxsin evinə baxış keçirilməsinə zərurət yaranmamışdır. X36 Yerinə təhvil verilməsində iştirak etməmişdir və nə vaxt təhvil verildiyini xatırlamır. Şəxsi saxlayarkən üzərində gözlə görünən heç bir xəsarət aşkar etməmişdir. Şəxsin saxlandığı saatı dəqiq xatırlamır. Şəxs barəsində əməliyyat məlumatı onun saxlandığı gün daxil olmuşdur, həmin gün məhkəməyə müraciət edilməməsinin səbəbi təxirəsalınmazlıq olmuşdur. Şəxs üzərində olan narkotik vasitəni etiraf etdiyindən onun evinə baxış keçirilməsinə zərurət olmamışdır. Şəxsi saxlayanda ona qarşı güc tətbiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, şahid həmin ifadəsində göstərmişdir ki, Abşeron Rayon Polis İdarəsinin X50 əməliyyat müvəkkili işləyir, polis baş leytenantı rütbəsindədir. Abşeron rayonu Qobu qəsəbəsində Təqsirləndirilən şəxs adlı şəxsin üzərində narkotik vasitə heroin daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə X50 əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və X50 əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakı ilə 14 oktyabr 2022-ci il tarixdə yaradılmış əməliyyat qrupunda iştirak etmişdir. Keçirdikləri tədbir zamanı Qobu qəsəbəsi, Natavan küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini müəyyən etdikdən sonra ona yaxınlaşıb, özlərini təqdim edərək ona üzərində narkotik vasitə gəzdirməkdə və dövriyyəsi ilə məşğul olmaqda şübhe olduğunu bildirib, Abşeron Rayon Polis İdarəsinin X53 dəvət etmişlər. X49 xidməti otaqların birində müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər qadağan olunmuş hər hansı əşya varsa könüllü təqdim etməsi təklif edilmiş, ondan sonra Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən çıxartdığı 3 ədəd sellofan bükümləri təqdim etmişdir. Həmin bükümlərdə narkotik vasitə heroinə bənzər maddə olduğunu aşkar etmişlər. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənərək, iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 3 ədəd bükümü 11 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Tbilisi prospektində tanımadığı İran İslam Respublikasının vətəndaşından 600 manata istifadə etmək və satmaq məqsədilə aldığını bildirmişdir (cild 01, iş vər. 55-58). İfadəsi elan edilərək tədqiq edildikdən sonra şahid məhkəmədə söylədiklərini ibtidai istintaq zamanı müstəntiqə də bildirdiyini, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tək saxlamaları ilə bağlı ifadə vermədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzaladığını bildirmişdir. Onlar təqsirləndirilən şəxsi təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxsin polis bölməsinə gətirilmə tarixini və X28 təhvil verilmə tarixini növbətçi hissə qeyd edir. Şəxsin X53 gətirildiyi və X37 təhvil verildiyi saatlar arasındakı fərqin səbəbini bilmir. Onun tərəfindən Təqsirləndirilən şəxs döyülməsi, işgəncə verilməsi, cibinə narkotik vasitə qoyulması halları olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, narkotik vasitələrin dövriyyəsi ilə bağlı Təqsirləndirilən şəxs və Ceyhun Səmədov barəsində əməliyyat müvəkkilinə məlumat daxil olmuşdur. Həmçinin, həmin şəxslərin quldurluq cinayətində iştirakları barəsində materiallar mövcud olmuşdur. Onlar Qobu qəsəbəsi ərazisində şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin dövriyyəsində şübhəli oluğunu bildirərək polis bölməsinə dəvət etmişlər. Polis bölməsində sənədləşdirmə işləri aparıldıqdan sonra şəxs təhqiqatçıya təhvil verilmiş, daha sonra şəxsin üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Həmin narkotik vasitənin növünü hazırda tam xatırlamır. Ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, şəxsi Qobu qəsəbəsi ərazisində saxlamışlar. Saxlanılan zaman və saxlanıldıqdan sonra şəxsə qarşı heç bir təzyiq və təsir olunmamışdır. Şəxs barəsində əmliyyat məlumatı ərazinin əməliyyatçısı Şahid1 daxil olmuşdur. Əməliyyat tədbirində o, Şahid3 və Şahid1 iştirak etmişlər. Şəxs saxlanılan zaman qardaşı yanında olmuşdur. Onlar şəxslərə yaxınlaşdıqdan sonra Şahid1 onların şəxsiyyətlərini müəyyən etmiş və nədə şübhəli olduqlarını bildirdikdən sonra polis bölməsinə dəvət etmişlər. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün şəxsin saxlanıldığı tarixi və saatı hazırda dəqiq xatırlamır, səhv etmirsə şəxsi günün ikinci yarısında saxlamışlar. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış istintaq hərəkəti müdafiəçinin iştirakı ilə aparılmışdır. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olunmamışdır. Şəxsi X29 təhqiqatçı təhvil vermişdir. Çəkiliş bitən kimi sənədlər imzalanmaya təqdim olunur və 10-20 dəqiqə ərzində şəxs X29 təhvil verilir. Şəxsin X29 təhvil verildiyi vaxtı hazırda xatırlamır. Saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində xəsarətlərin olub-olmadığını xatırlamır. Şəxsin üzərindən 2, ya da 3 büküm aşkar olunmuş, şəxs həmin bükümlər barədə heç nə bildirməmişdir. Saxlanılan zaman şəxsin narkotik vasitələrin təsiri altında olub-olmadığından əmin deyil. Onlar şəxsin yaşadığı evə baxış keçirməmişlər. Əməliyyat məlumatının daxil olduğu şəxs qərar yazır və rəis həmin qərarı imzalayır. Şəxs saxlanılan zaman payız fəsli idi. Şəxsi və qardaşını Qobu qəsəbəsi ərazisində saxlamışlar və o, şəxslərin yaşadıqların evin ünvanını bilmir. Saxlanılan zaman şəxslər onlara heç bir müqavimət göstərməmiş, həmçinin onlar tərəfindən şəxslərə qarşı heç bir güc tətbiq olunmamışdır. Şəxslər polis bölməsinə mülkü avtomobillərlə gətirilmişdir. Şəxslərin üzərindən narkotik vasitə aşkar olunan zaman onlar heç bir etiraz bildirməmiş, könüllü şəkildə narkotik vasitələri təqdim etmişlər. Təqsirləndirilən şəxsi yaşadığı evdə yox, çöldə saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şəxslər barəsində əvvəllər quldurluqla bağlı məlumat olmuşdur. Şəxslər barəsində əməliyyat qeydiyyat işinin açılmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitə olan heroini üzərində daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun, Abşeron Rayon Polis İdarəsinin X50 əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Abşeron Rayon Polis İdarəsinin X50 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə 14 oktyabr 2022ci il tarixdə əməliyyat qrupu təşkil edildi. xx.xx.2022-ci il tarixdə o, əməliyyat qrupunun digər iştirakçısı Şahid1 və Şahid2 Abşeron rayonu, Qobu qəsəbəsi Natavan küçəsində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Rafiqə üzərində narkotik vasitə gəzdirməkdə və dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Abşeron Rayon Polis İdarəsinin X53 dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmǝiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən çıxan 03 ədəd şəffaf rəngli sellofana bükülmüş hər birinin içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik maddə olan heroinə bənzər kütlə çıxardıb təqdim etmidşir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi 03 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz formalı, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qalaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 03 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Rafiq bildirmişdir ki, üzərindən aşkar olunmuş 03 ədəd bükümdəki maddə qəhvəyi rəngli narkotik maddə olan heroindir. O, həmin narkotik maddə olan heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Tbilisi prospektində tanımadığı İran İslam Respublikası vətəndaşından 600 manat müqabilində həm satmaq üçün, həm də şəxsi istifadəsi üçün almışdır (cild 01, iş vər. 92-95). Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Rafiq saxlandığı gün səhər saat 8-9 radələrində evdə yatdıqları vaxt evin hər tərəfindən-pəncərədən, qapıdan polis əməkdaşları tərəfindən evə basqın olduğunu görmüş, nə baş verdiyini başa düşməmişdir. Əvvəlcə içəri girməsinlər deyə, pəncərəni tutmağa çalışmış, həmin vaxt barmağından xəsarət almışdır. Rafiq qapıdan çıxıb nə baş verdiyini öyrənməyə çalışmışdır. Daha sonra, polis əməkdaşları Rafiqi, qaynı Ceyhun Səmədzadəni və baldızının yoldaşı Bəhruz Pirquliyevi aparmışlar. Uşaqları da bu hadisədən psixoloji travma almışlar. Ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, Bəhruz Pirquliyev onun baldızının yoldaşıdır. Polis əməkdaşları Rafiqi, Ceyhunu və Bəhruzu aparmışlar. Polis əməkdaşları hansı məqsədlə gəldiklərini deməmiş, hətta o, pəncərəni tutub mane olmağa çalışanda polis əməkdaşlarından biri onu silahla hədələmişdir. Polis əməkdaşları evin həyətinə hasarın üstündən, qapıdan girmişlər. Ceyhun Səmədzadə ilə eyni həyətdə, lakin fərqli evlərdə yaşayırlar. Polis əməkdaşları əvvəlcə qaynı Ceyhunu, daha sonra baldızının yoldaşını, sonda da Rafiqi aparmışlar. Onların polis əməkdaşları tərəfindən avtomobilə mindirildiklərini də görmüşdür. Həmin vaxt o, panikaya düşdüyü üçün, polis əməkdaşlarının hansı məqsədlə Rafiqgili apardıqlarını başa düşməmişdir. Yoldaşı, qaynı və baldızının yoldaşı narkotik vasitələrdən istifadə etmirlər. Polis əməkdaşları Rafiqgili apardıqdan 10-15 dəqiqə sonra, Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng edib, evlərinə basqın olduğunu, polis əməkdaşlarının yoldaşını apardıqlarını və onu silahla hədələdiklərini bildirmişdir. Daha sonra, polis əməkdaşları Rafiqgili apardıqları avtomobillə gəlib, onu, qayınanasını və qayınatasını Abşeron Rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində Rafiqi görməmiş, onu X53 aparıb-aparmadıqlarını dəqiq xatırlamır. Polis əməkdaşları Rafiqi, Ceyhunu və Bəhruzu vəhşicəsinə itələyərək, döyərək aparmışlar. “102” Xidmətinə o özü mobil telefonu ilə zəng etmişdir. Həmin vaxt ***-***-**-** nömrəsindən istifadə etmişdir. Bəhruzu həmin gün axşam buraxmışlar. Bəhruz onu döydüklərini bildirmişdir. Polis əməkdaşları səhər saat 08:00-09:00 radələrində onların evinə basqın etmişlər. Saxlandıqdan sonra, Rafiqi görməmişdir. Polis əməkdaşları evlərinə basqın edərkən heç bir məhkəmə qərarını göstərməmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, həmin gün o və ailəsi birlikdə qardaşı Ceyhungildə qonaq olmuşlar. 14 oktyabr 2022-ci il tarixdə səhər övladını avtobusla Lökbatana məktəbə aparıb qayıtmış və saat 9-a işləmiş darvazadan içəri girmişdir. Tez yemək hazırlamaq və sonra digər uşağını məktəbə aparmaq üçün evə keçmişdir. Əlində kartof soyduğu vaxt darvazadan səs gəldiyini eşitmişdir. Hicabını geyinib, darvazanı açmış və çoxlu sayda tanımadığı şəxs darvazadan içəri daxil olmuşdur. Onlar arasında polis əməkdaşları və mülki geyimli şəxslər olmuşdur. Qışqırıb nə baş verdiyini soruşmuş, onlar isə, sakit olmasını istəmişlər. Polis əməkdaşlarının bir neçəsi qardaşı Ceyhunun evinə tərəf getmiş, evdən döyülmə səsləri gəlmişdir. Onun uşaqlarının üçü Ceyhunun evində yatmış və onlar ağlamağa başlamışlar. Yoldaşı Bəhruzu və qardaşı Ceyhunu həmin evdən çıxarmışlar. O qışqırıb qulaqlarını tutmuş, bu vaxt bir nəfər mülki geyimli şəxs gəlib onun qoluna vuraraq sakit olmasını tələb etmişdir. Yoldaşı və qardaşı Ceyhunu polis əməkdaşları çölə çıxarmış, həmin vaxt digər qardaşı Rafiq öz evinin qapısından çıxmışdır. Gəlinləri Əsmərin əlinə şüşə batdığını və əlinin qanadığını görmüşdür. Daha sonra, polis əməkdaşları Rafiqi, Ceyhunu və Bəhruzu götürüb getmişlər. Ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, həmin gün polis əməkdaşları Rafiqi, Ceyhunu və Bəhruzu saxlamışlar. Bəhruz onun həyat yoldaşıdır. Polis əməkdaşları həyətə daxil olanda, heç bir səbəb bildirməmişlər. Əksinə, o qışqıranda sakit olmağını tələb etmişlər. Təxmini 20-30 nəfər polis əməkdaşı həyətə daxil olmuşdur. Axşam Bəhruzu buraxmışlar. O, ayaqyalın, döyülmüş vəziyyətdə evə gəlmişdir. Bəhruz gəldikdən sonra, polis əməkdaşlarının onları quldurluq məsələsi ilə bağlı tutduqlarını bildirmişdir. Hətta polis əməkdaşları Bəhruzdan pul və onları Hökməli ərazisində tutduqlarını deməsini istəmişlər. Lakin, Bəhruz heç kimi olmadığını bildirmiş və razılaşmamışdır. Polis əməkdaşları Ceyhunun evinə daxil olduqdan sonra, oradan döyülmə, qışqırıq səsləri gəlmişdir. Həmçinin, uşaqları “atanı, dayını döydülər” deyə qışqırırmışlar. Polis əməkdaşları həyətə daxil olanda, heç bir qərar göstərməmişlər. Polis əməkdaşları evdə axtarış aparmışlar və hər yer palçıqlı ayaq izləri ilə dolu olmuşdur. Onlar paltarları, pastelləri, hər şeyi dağıtmışlar. Bəhruz axşam evə gəldikdən sonra, günlərlə axsayaraq gəzmiş, başı ağrımış və dərmanlar içmişdir. Gəlinləri Əsmər “102” Xidmətinə zəng etdikdən sonra, onu, anasını və atasını polis idarəsinə aparmışlar. O, uşaqlara görə, gedə bilməmişdir. Polis əməkdaşları o darvazanı açınca, darvazanın üstündən tullanıb həyətə girmişlər. O, uşağı məktəbə qoyub qayıtdıqdan sonra, darvazanı kilidləmişdir. Polis əməkdaşlarının Ceyhunu və Bəhruzu vurduqlarını əyani olaraq görməmiş, lakin səslərini eşitmişdir. Hadisədən 10-15 dəqiqə sonra Əsmər “102” Xidmətinə zəng etmişdir. Səhv etmirsə, Əsmər öz telefonu ilə zəng etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, ailəsi ilə birlikdə Rafiqgildə qonaq olmuş, səhər saat 8-9 radələrində o, Ceyhunla bir otaqda yatan zaman qulağına qışqırıq səsləri gəlmiş, pəncərədən baxan zaman həyətdə çoxlu adam olduğunu görmüşdür. Həmin şəxslər darvazadan aşaraq həyətə daxil olmuşlar. Daha sonra həmin şəxslər evə basqın etmiş, onların yatdığı otağın qapısını təpiklə açıb içəri girmiş və Ceyhunla onun üzərinə hücum edərək tutmuşlar. Daha sonra polis əməkdaşları onları çölə çıxarıb avtomobilə oturtmuş, bu vaxt o, polis əməkdaşlarının Rafiqi də tutaraq gətirdiklərini görmüşdür. Polis əməkdaşları onları X53 aparmış, orada onlara hədə-qorxu gəlmiş və Rafiqə qarşı alçaldıcı ifadələr işlətmişlər. Polis əməkdaşları onlara hədə-qorxu gələrək quldurluq etdiklərini bildirmiş, o isə quldurluq hadisəsindən xəbərsiz olduğunu söyləmişdir. O, X3şqırıq səslərini eşitmişdir. Rafiqin səsi daha acınacaqlı gəlmiş, o, Rafiqə işgəncələr verildiyini düşünmüşdür. Polis bölməsində onu da döymüşlər. Polis əməkdaşları ondan quldurluq hadisəsində iştirak edib-etmədiyini soruşmuş, o isə iştirak etmədiyini bildirmişdir. Daha sonra axşamüstü onu buraxmışlar. Onu inzibati məsuliyyətə cəlb etməmişlər. Ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, hadisə günü onunla Ceyhun bir evdə qalmış, Rafiq isə həmin həyətdəki öz evində olmuşdur. Həyətə daxil olan polis əməkdaşlarının sayı təxminən 15-20 nəfər olmuşdur. O, polis əməkdaşlarının həyətə daxil olma anlarını görməmiş, həmin vaxt yatılı vəziyyətdə olmuşdur. O, çölə çıxmamış, polis əməkdaşları təpiklə qapını açıb evə daxil olmuşdur. Polis əməkdaşları evə daxil olan zaman onlara heç nə izah etməmişdir. Polis əməkdaşları axşam onu buraxdıqdan sonra o, evə getmiş və polis əməkdaşlarının evin altını üstünə çevirdiklərini görmüşdür. Polis əməkdaşları onu Növbətçi Hissədə saxlamış, Rafiq və Ceyhunu isə yuxarı qaldırmışlar. Bakı İstintaq Təcridxanasında olan zaman onlar Rafiqin yanına getmiş və Rafiq əlini göstərərək polis əməkdaşlarının onun əlini yandırdıqlarını bildirmişdir. Rafiqgilin evi ilə X54 arasında 3-4 km məsafə vardır. Polis əməkdaşları onları tutduqdan sonra X53 aparmış, bölmədə Rafiqlə Ceyhunu ayrı-ayrı otaqlara aparmış, onu isə Növbətçi Hissədə saxlamışlar. Ona cərimə cəzası təyin edilməmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanı tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş aşağıdakı sübutlar tədqiq edilmişdir: - xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərar. Həmin qərardan görünür ki, Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Məcid Məcidli tərəfindən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild 01, iş vər. 01). - xx.xx.2022-ci il tarixli “Raport”. Həmin raportdan görünür ki, Abşeron Rayon Polis İdarəsinin X53 xx.xx.1989-cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X16 və Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsində qanunsuz narkotik vasitələrin satışında, saxlanılmasında, daşınmasında və xx.xx.2022-ci il tarixdə Qobu qəsəbəsi ərazisində X17 qarşı törədilmiş quldurluq hadisəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). - xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar. Həmin qərardan görünür ki, xx.xx.1993-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsinda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). - xx.xx.2022-ci il tarixli “Raport”. Həmin raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə X16 və onun qardaşı Təqsirləndirilən şəxs yaşadıqları ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq X53 gətirilmişlər (cild 01, iş vər. 08). - xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokol. Həmin protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:20-də Təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokol. Həmin protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:30-dan 11:10-adək X49 polis əməkdaşlarının və müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən şəxsin əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofanlara bükülmüş narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 30-32). - Materialların məhkəmə ekspertizasının 15 oktyabr 2022-ci il tarixli, 6/5967 nömrəli nömrəli rəyi. Həmin rəydən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd kağız zərfdə 03(üç) ədəd bükümlərdəki təmiz çəkiləri 1,402 qram, 0,567 qram, 0,463 qram, ümumi təmiz çəkisi 2,432 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 37-41). - xx.xx.2022-ci il tarixli “Maddi sübutların qəbul edilməsi və geri qaytarılmasına dair Akt”. Həmin aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:40-da Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 2,432 qram çəkidə olan 3 bükümdən ibarət kütlə (maddi sübut) ekspert tərəfindən qəbul olunmuş, həmin tarixdə saat 16:20-də həmin kütlədən qalıq qalan 2,282 qram kütlə (maddi sübut) polis əməkdaşına geri qaytarılmışdır. - xx.xx.2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında qərar. Həmin qərardan görünür ki, Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Zaur Əkbərov tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi icraatına qəbul edilmiş və icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işinin istintaqının ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır (cild 01, iş vər. 97-98). - Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-661/2022 saylı qərarı. Həmin qərardan görünür ki, xx.xx.1993-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsinda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 105-108). - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6765 nömrəli rəyi. Həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 117-118). - xx.xx.2023-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərar. Həmin qərardan görünür ki, Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Qasım Abbasov tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (cild 01, iş vər. 119). - xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında qərar. Həmin qərardan görünür ki, Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Qasım Abbasov tərəfindən xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi icraatına qəbul edilmiş və icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işinin istintaqının ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır (cild 01, iş vər. 143-144). - xx.xx.2023-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərar. Həmin qərardan görünür ki, Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Cavid Kərimli tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (cild 01, iş vər. 149-150). - xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərar. Həmin qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs quldurluq cinayət əməli törətməsi sübuta yetirilmədiyinə görə həmin xüsusatlar üzrə cinayət işinin icraatına hissəvi xitam verilmiş, onun barəsində CM-in 145-ci madddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır (cild 01, iş vər. 172-190). - xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərar. Həmin qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır (cild 01, iş vər. 194-199, 202-203). Məhkəmə istintaqı zamanı həmçinin aşağıdakı əlavə sübutlar tədqiq edilmişdir: - Müdafiə tərəfinin təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-5509/2023 saylı məktub. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinələrdən keçirilmişdir. İlkin tibbi müayinə zamanı həbs edilən zaman zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirilən zaman sağ kürək, sağ bazu nahiyədə yaşımtıl, sol bazu nahiyədə bənövşəyi rəngli qançır, üst çənənin sol azı dişlərinin sınığı, sol çənə və sol qulaq nahiyyədə bənövşəyi qançır aşkar edilmişdir. - Müdafiə tərəfinin təqdim etdiyi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti”ndən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3/3-3/2- 340/24 saylı məktub. Həmin məktubdan görünür ki, vətəndaş X13 2023-cü ildə “102” Xidmətinə müraciəti daxil olmamışdır. Arxivlərin saxlanma müddəti bitdiyindən, 2022-ci il üzrə daxil olan məlumatın araşdırılması mümkün deyil. - X33 CM-in 221.1 və 263.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ittiham aktı. Həmin ittiham aktından görünür ki, vətəndaş X47 CM-in 221.1 və 263.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilərək məhkəməyə verilmişdir. - xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar. Həmin qərardan görünür ki, Abşeron rayon prokurorunun köməkçisi, 1-ci dərəcəli hüquqşünas Cəlal Əmirxanov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş qərarla X10 övladları Ceyhun və Rafiqin polis əməkdaşları tərəfindən döyülməsi və digər qanunsuz hərəkətlərə məruz qalması barədə toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılan şəxslərin uçotu kitabından çıxarış. Həmin çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:55-də MSY-yə təhvil verilmişdir. - Abşeron Rayon Polis İdarəsinin tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından çıxarış. Həmin çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə MSY-yə gətirilən Təqsirləndirilən şəxs hər hansı bir şikayəti olmamışdır. - Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabından çıxarış. Həmin çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs, X16 və X2 Polis Bölməsinin əməliyyat müvəkkilləri Ş.Sadıqov, Şahid1 və Şahid3 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10:10-da X53 gətirilərək təhvil verilmiş, Təqsirləndirilən şəxs və Ceyhun Səmədzadə həmin tarixdə saat 13:00-da Abşeron Rayon Polis İdarəsinin X37 təhvil verilməsi üçün aparılmış, Bəhruz Pirquliyev isə həmin tarixdə saat 20:47-də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılmışdır. - Abşeron Rayon Polis İdarəsinin X49n verilmiş xx.xx.2024-cü il tarixli 3-13-59-1/2- 9587/2024 saylı məktub. Həmin məktubdan görünür ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis X1 barəsində hər hansı bir araşdırma aparılmamışdır. - Təqsirləndirilən şəxs saxlandığı istintaq təcridxanasında barəsində olan şəxsi işindən götürülmüş tibbi sənədlər, məlumat, xüsusi məlumat və izahat. Həmin sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 14:20 radələrində Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman onda sağ kürək, sağ bazu nahiyyədə yaşımtıl, sol bazu, sağ diz qapağı, sol çənə və sol qulaq nahiyədə bənövşəyi rəngli qançır, üst çənənin sol azı dişlərinin sınığı xəsarətləri aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmiş, bu barədə izahat yazaraq qeyd etmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 22/01197/24-1 nömrəli məktubu. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanması ilə bağlı qeyd edilən təhqiqat orqanı tərəfindən məhkəməyə ünvanlanmış qərara Abşeron Rayon Məhkəməsinin hakimi V.Həsənovun sədrliyi ilə xx.xx.2022-ci il tarixdə baxılaraq sənədlər natamam olduğundan geri qaytarılmışdır. Təqsirləndirilən şəxs barəsində qərarın qanuniliyinin yoxlanması barədə qərar təkrarən məhkəməyə göndərilməmişdir. - Məhkəmə qərarı əsasında əldə olunaraq iş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 170 nömrəli rəy. Həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində tibbi sənədə əsasən sol kürək və sağ bazu nahiyəsində yaşılımtıl rəngli, sol bazu, sağ diz qapağı, sol çənə və sol qulaq seyvanında isə bənövşəyi rəngli qançırlar olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyaların təsirindən yaranmışlar, sol kürək və sağ bazunun qançırlarının törənmə müddəti müayinədən 3-5 gün, digər qançırların törənmə müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və dərəcələrinə görə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərərvurma dərəcələri təyin edilmir. Azı dişlərinin sınığı ilə əlaqədar isə tibbi sənəddə xəsarətlərin obyektiv əlamətləri ətraflı (dişin selikli qişasında qançır, sıyrıntı və.s kimi xəsarətlər) qeyd edilmədiyindən onun törənmə müddəti, mexanizmi və sağlamlığı zərərvurma dərəcəsi barədə fikir söyləmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətlərin lokalizasiyaları nəzərə alındıqda şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır, eləcə də xəsarətlərin müxtəlif şəraitlərdə əmələ gəlməsi, yəni kənar şəxslər tərəfindən törədilməsi inkar olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin (CPM) 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. Həmçinin CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Habelə həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxs barəsində müəyyən bir ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və bu Məcəllənin tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə mövcud materialları araşdırıb qeyd edir ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyataxtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübutun (3 büküm heroinin) aşkar olunduğu xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokol, habelə materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5967 №-li rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın 12 noyabr 2022-ci il tarixli 6765 nömrəli rəyi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi polis əməkdaşları olan Şahid1, Şahid2 və Şahid3 iş üzrə şahid ifadələridir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokol təşkil etmiş, həmin prosessual hərəkət iş üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (3 büküm olmaqla 2,432 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroinin) aşkarlanmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri və s.) onun, yəni həmin sübutun ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi irəli sürülən ittiham üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutlara ayrıayrılıqda münasibət bildirmədən öncə, xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunanadək əməliyyat axtarış tədbirini həyata keçirən orqanın əməkdaşlarının hərəkətlərinə nəzər salmağı, o cümlədən həmin vaxt həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların qanuniliyinə diqqət yetirməyi zəruri saymışdır. Belə ki, sözügedən mərhələnin məhkəmə istintaqı zamanı ətraflı araşdırılması iş üzrə obyektiv həqiqətin müəyyən olunmasında son dərəcə vacib rol oynamışdır. Cinayət işinin materiallarında olan və iş üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (raport, qərar və s.) görünən odur ki, xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin X53 xx.xx.1989-cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsinda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X16 və Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsində qanunsuz narkotik vasitələrin satışında, saxlanılmasında, daşınmasında və xx.xx.2022-ci il tarixdə Qobu qəsəbəsi ərazisində X17 qarşı törədilmiş quldurluq hadisəsidə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq X53 gətirilmiş, daha sonra həmin tarixdə saat 10:20-də müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə saat 10:30-dan saat 11:10-dək olan zaman kəsiyində onun üzərinə video çəkilişlə müdafiəçinin də iştirakı ilə şəxsi axtarış keçirilmiş və iş üzrə maddi sübut kimi tanınan, həmçinin hazırki ittihamın əsasını təşkil edən 3 büküm olmaqla 2,432 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin ondan aşkar olunaraq götürülmüşdür. İlk baxışdan ibtidai araşdırmanın ilkin mərhələsində hər şeyin normal prosedur daxilində, cinayət prosessual qanunvericiliyin, o cümlədən əməliyyat axtarış fəaliyyəti haqqında müvafiq qanunun tələblərinə uyğun həyata keçirildiyi görünsə də, məhkəmə araşdırması nəticəsində sözügedən prosessual hərəkətlərin həyata keçirilməsi və prosessual qərarların qəbul olunması zamanı kobud prosessual pozuntulara yol verildiyi, bütün bunların isə yekunda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların etibarsız sayılmasına səbəb olduğu müəyyən olunmuşdur . Belə ki, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə X53 Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında X50 əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Cinayət prosessual qanunverilciyinin tələbləri baxımından cinayət təqibi gedişində qəbul olunan hər bir qərarda həmin qərarın qanuniliyini təmin edən zəruri rekvizitlərinin olması vacibdir və bu zəruri rekvizitlərdən biri də, qərarın qəbul olunma tarixinin həmin qərarda əks olunmasıdır. Lakin əməliyyat müvəkkili Şahid1 tərəfindən iş materiallarında yer alan həmin sözügedən qərar (cild 01, iş vər. 04) qəbul olunsa da, qərarda tarix qoyulmadığından, qərarın hansı tarixdə qəbul olunduğunu müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən, “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, bu maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Həmin qanunun 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Həmçinin, sözügedən qanunun 12 maddəsinin 2-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır. Həmin qanunun 12-ci maddəsinin 3-cü bəndində isə birmənalı şəkildə vurğulanmışdır ki, bu Qanunun 10-cu maddəsinin İ hissəsinin 3 - 5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda bundan başqa aşağıdakılar mütləq öz əksini tapmalıdır: 1) müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi; 2) haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri; 3) müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar; 4) adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyrimümkünlüyünün əsaslandırılması; 5) müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti; 6) tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə. Göründüyü kimi, sözügedən qanunda hansı halda məhkəmənin qərarı olmadan məhz hansı əməliyyat axtarış tədbirlərinin keçirilməsinin mümkünlüyü göstərilmiş, bu halda hansı məlumatların mütləq şəkildə qərarda göstərilməli olması öz əksini tapmışdır. Odur ki, hazırki halda məhz əməliyyat müvəkkili tərəfindən müvafiq qərarda həmin qərarın qəbul olunma zərurətinin nədən irəli gəldiyi, hansı tədbirlərin həyata keçiriləcəyi, həmin tədbirlərin keçirilməsi zamanı hansı nəticələrin əldə olunacağı və s. geniş şəkildə təsvir olunmalı olsa da, ümumiyyətlə sözügedən qərarda heç bir əsaslandırma aparılmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinə və “Əməliyyat axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinin İV hissəsinə əsasən şəxsiyyət əleyhinə olan ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişləri yoxlama, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarma, habelə insanları güdmə kimi əməliyyataxtarış tədbirləri; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün isə binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirmə əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin V hissəsinə əsasən həmin maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyataxtarış tədbiri məhkəmə qərarı olmadan həyata keçirildikdə, onun keçirilməsindən sonra 48 saat ərzində əməliyyat-axtarış fəaliyyətinin subyekti (səlahiyyətli şəxs) həyata keçirilmiş tədbirlər barədə əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın yerləşdiyi yer üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidir. İstinad edilən CPM-in və 728-İQ nömrəli Qanunun müddəalarından, eləcə də CPM-in məhkəmə nəzarətinin həyata keçirilməsini tənzimləyən Lİİ fəslinin digər normalarından göründüyü kimi, məhkəmə nəzarəti yalnız CPM-in 445.1-ci maddəsində və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İİİ hissəsində dəqiq müəyyən olunmuş əməliyyat-axtarış tədbirlərinə münasibətdə, məhz bu tədbirlərin keçirilməsi üçün məhkəmə qərarının alınmasına dair əməliyyat-axtarış fəaliyyəti subyektinin (səlahiyyətli şəxsin) vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında vəsatətin təmin edilməsi üçün əsasların müəyyən edilməsindən asılı olaraq müvafiq tədbirin keçirilməsinə və yaxud bundan imtina edilməsinə dair məhkəmə qərarı çıxarılmaqla, əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildikdə həmin qərarın və keçirilmiş tədbirin qanunauyğunluğunun sonradan yoxlanılması yolu ilə həyata keçirilməlidir. Cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyataxtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər. CPM-in və 728-İQ nömrəli Qanunun yuxarıda istinad olunan və digər normaları (məsələn, Qanunun 11 və 12-ci maddələri, 13-cü maddəsinin 1-ci hissəsi və s.) əməliyyataxtarış tədbirinin, o cümlədən barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə dair əməliyyat-axtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin qərarının əsaslandırılmış olmasını, qərarda 728- İQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilmiş əməliyyat-axtarış tədbirlərindən hansının keçiriləcəyinin və onu zəruri edən halların dəqiqliklə göstərilməsini, əməliyyataxtarış tədbiri barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan tədbirlər dairəsinə aiddirsə, bunun, eləcə də məhkəmə qərarı alınmadan tədbirin keçirilməsinə hansı halın əsas olduğunun əks etdirilməsini tələb edir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanması ilə bağlı qeyd edilən təhqiqat orqanı tərəfindən məhkəməyə ünvanlanmış qərara Abşeron Rayon Məhkəməsinin hakimi V.Həsənovun sədrliyi ilə xx.xx.2022-ci il tarixdə müvafiq qərarla (qərar iş materiallarına əlavə olunmuşdur) baxılaraq sənədlər natamam olduğundan geri qaytarılmışdır. Təqsirləndirilən şəxs barəsində qərarın qanuniliyinin yoxlanması barədə qərar təkrarən məhkəməyə göndərilməmişdir. Beləliklə, artıq ibtidai araşdırmanın ilkin mərhələsində - müvafiq rəsmiləşdirmə prosesində prosessual pozuntulara yol verilməsi, dolayısı ilə bundan sonra aparılan prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların taleyinə də təsir etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən əməliyyat tədbirinin gedişində saxlanılma vaxtı (saatı) dəqiq göstərilməmiş, o cümlədən iş materialları ilə onun həmin tarixdə Qobu qəsəbəsi, Natavan küçəsində piyada hərəkətdə olduğu zaman saxlanıldığı qəbul edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması barədə tərtib olunan protokolda bu vaxtın xx.xx.2022-ci il tarix saat 10:20 kimi qəbul edildiyi müəyyən olunur. Habelə, “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X50 əməliyyat müvəkkilləri Ş.Sadıqov, Şahid1 və Şahid3 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10:10-da X53 gətirilərək təhvil verilmişdir. Şəxsin saxlanıldığı yer ilə X54 arasında olan məsafənin qısa olması əsas götürülməklə, cinayət işinin materiallarına əsasən belə nəticəyə gəlmək olar ki, şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00-da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı ilə əslində onun azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanmasının hazırki iş üzrə rəsmi sənədlərdə göstərilənlərdən ən azı iki saat öncə, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 08 radələrində olduğu, habelə saxlanıldığı məkanın isə küçə deyil, məhz Qobu qəsəbəsi, Natavan küçəsində yerləşən şəxsə məxsus yaşayış evinin olması müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində xx.xx.2022-ci il tarixdə səhər saat 8 radələrində yatdıqları zaman polis əməkdaşlarının onların yaşadıqları evə daxil olaraq onu, qardaşını və yeznələri Bəhruz Pirquliyevi tutaraq polis bölməsinə apardıqlarını bildirmişdir. Eyni məzmunlu ifadəni məhz müdafiə tərəfin vəsatəti əsasında məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən şahidlər X26, X12 və X9 da vermiş və hər bir şahid həmin məlumatın doğruluğunu öz ifadələri ilə təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Raport”da da (cild 01, iş vər. 08) şəxslərin məhz yaşadığı ünvanda saxlanılaraq X53 aparıldığı göstərilmiş, lakin nədənsə iş üzrə şahid qismində dindirilən polis əməkdaşları olan şahidlər həm ibtidai istintaq zamanı verdikləri ifadələrdə, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrdə şəxsin israrla küçədə tərəflərindən saxlanıldığını qeyd etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərkibi ona görə təqsirləndirilən şəxsin və müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilən şəxslərin ifadələrinə obyektiv ifadə kimi yanaşır və əsaslı sayır ki, həmin şəxslərin ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı əldə edilməklə iş materiallarına əlavə olunan sənədlərlə uyğunluq təşkil etmiş, onlarla üst-üstə düşmüşdür. Belə ki, əvvəla polis əməkdaşları ibtidai istintaq zamanı şəxsin tərəflərindən məhz küçədə saxlanıldığını bildirsələr də, həmin şahidlərdən Şahid1 özünün tərtib etdiyi “raport”da şəxsin məhz yaşadığı ünvanda saxlanıldığı göstərilmişdir. Digər tərəfdən, həmin şahidlər ibtidai istintaq zamanı verdikləri ifadədə şəxsin Qobu qəsəbəsi, Natavan küçəsində tək piyada hərəkətdə olarkən saxlanıldığını göstərsələr də, məhkəmə istintaqında hər biri şəxsin tək deyil, qardaşı Ceyhun Səmədzadə ilə birlikdə saxlanıldığını qeyd etmişdir. Bundan əlavə, yenə həmin polis əməkdaşları ibtidai istintaq zamanı şəxsin tək saxlanıldığını, məhkəmə istintaqı zamanı isə şəxsin qardaşı ilə saxlanıldığını qeyd etsələr də, onlarla yanaşı şəxslərin yeznəsi X5 həmin polis əməkdaşları tərəfindən sözügedən tarixdə və sözügedən vaxtda saxlanılmadığını bildirmişlər. Lakin məhkəmə istintaqı zamanı əldə olunaraq iş materiallarına əlavə olunmuş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs, X16 və X9 məhz X50 əməliyyat müvəkkilləri Ş.Sadıqov, Şahid1 və Şahid3 tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10:10-da X53 gətirilərək təhvil verilmiş, Təqsirləndirilən şəxs və Ceyhun Səmədzadə həmin tarixdə saat 13:00-da Abşeron Rayon Polis İdarəsinin X37 təhvil verilməsi üçün aparılmış, Pərviz Pirquliyev isə həmin tarixdə saat 20:47-də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılmışdır. Abşeron Rayon Polis İdarəsinin X49n verilmiş xx.xx.2024-cü il tarixli 3-13-59-1/2- 9587/2024 saylı məktubdan isə görünür ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis X1 barəsində hər hansı bir araşdırma aparılmamışdır. Eyni polis əməkdaşlarının eyni vaxt içərisində başqa əməliyyat tədbirində olmasının qeyri-mümkünlüyü, habelə təqsirləndirilən şəxsin yeznəsi olan Bəhruz Pirquliyevin sözügedən tarixdə saxlanılaraq polis bölməsinə gətirilməsi və barəsində heç bir hüquqi tədbir görülmədən buraxılması, onu deməyə əsas verir ki, Bəhruz Pirquliyev həqiqətən də Təqsirləndirilən şəxsla eyni vaxtda və eyni məkanda, o cümlədən eyni polis əməkdaşları tərəfindən saxlanılaraq X53 gətirilmişdir. Odur ki, məhkəmə kollegiyası bu hissədə təqsirləndirilən şəxsin və müdafiə tərəfinin vəsatəti əsasında dindirilən şəxslərin ifadələrinə qiymət verərək həmin ifadələri əsaslı sayır və onlarla razılaşır, həmin ifadələri əsaslı sübut növü kimi qəbul edir. Polis əməkdaşlarının bu hissədə verdiyi şahid ifadəsinə isə tənqidi yanaşaraq həmin ifadələri əsaslı saymır və həmin ifadələrin iş materialları ilə uyğunluq təşkil etmədiyi qənaətinə gəlir. Beləliklə məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs heç də xx.xx.2022-ci il tarixdə saat 10 radələrində deyil, həmin tarixdə məhz saat 08 radələrində polis əməkdaşları tərəfindən məhz yaşadığı ünvanda saxlanılmış, yəni faktiki olaraq tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq oluna bilər. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən isə tutulma şəxsin cinayət törətməsinə şübhə yarandıqda, bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin , cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda tətbiq edilir. Habelə həmin Məcəllənin 147.4-cü maddəsində göstərilmişdir ki, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 153.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Habelə həmin Məcəllənin 153.2-ci maddəsində tutulmuş şəxsin malik olduğu hüquqlar, həmçinin tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşlarının vəzifələri sadalanmış və göstərilmişdir ki, tutulmadan dərhal sonra şəxsə tutulmanın əsasları bildirilməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməli, tutulmuş şəxs təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilməli, tutulma faktı qeydə alınmalı, protokollaşdırılmalı və o, tutulma protokolu ilə tanış edilməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməli, bununla yanaşı tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək, şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq, tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq və s. hüquqları təmin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı nəticəsində X50 əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə məhz saat 08 radələrində məhz yaşadığı ünvanda saxlanılması, yəni azadlığının faktiki məhdudlaşdırılması müəyyən olunsa da, cinayət işinin materiallarından göründüyü kimi, onun şübhəli şəxs qismində tutulması xx.xx.2022-ci il tarixdə saat 10:20-də rəsmiləşdirilmiş, yəni onun şübhəli şəxs kimi sözügedən saatdan və Qobu qəsəbəsində küçədə hərəkətdə olarkən tutulması qəbul edilmişdir (cild 01, iş vər. 21). Göründüyü kimi, məhkəmə istintaqı zamanı gəlinən qənaətə əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 08 radələrində məhz yaşadığı ünvanda saxlanılmaqla həmin saatdan etibarən şübhəli şəxs statusunda olmuş, buna baxmayaraq həmin tarixdə 10:20-dək qanunla ona tanınan fundamental hüquqlardan istifadə edə bilməmiş, ona belə bir şərait yaradılmamış, yəni özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməmiş, həmin andan müdafiəçi ilə təmin olunmaq və s. hüquqları təmin edilməmiş, habelə təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilməmiş (iş materiallarına əsasən MSY-yə həmin tarixdə saat 22:55-də təhvil verilmişdir), tutulma faktı qeydə alınmamış, protokollaşdırılmamış, tutulması rəsmiləşdirildikdən sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməmişdir. Məhkəmə istintaqı ilə bütün bu sadalanan halların müəyyən olunması, yəni Təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2022-ci il tarixdə saat 08 radələrində və məhz yaşadığı ünvanda saxlanılması, həmin faktın baş verməsi ilə onun qeydiyyata alınmaqla rəsmiləşdirilənədək olan 2 saatlıq vaxt boşluğunun mövcudluğu və həmin müddət ərzində ona qanunla tanınan heç bir hüququnun realizə edilməsinə imkan yaradılmaması, yaşadığı ünvanda səhər saatlarında saxlanılaraq polis bölməsinə aparılan şəxsin üzərində narkotik vasitənin mövcud olmasının nə dərəcədə real olması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsası qismində çıxış edən və onun barəsində hazırki cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən narkotik vasitənin aşkar olunması prosesinin etibarlığına dair ciddi şübhələr yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı X50 əməkdaşları tərəfindən məhz yaşadığı ünvanda səhər saat 8 radələrində saxlanılaraq X53 gətirildikdən sonra bir neçə saat orada saxlanmasını, həmin günü axşam radələrində polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunan narkotik vasitənin isə ona aid olmamasını, polis bölməsində fiziki işgəncəyə, pis rəftara məruz qalması və üzərinə şəxsi axtarış keçirilərkən şifahi sorğu sual zamanı məcbur qalıb həmin narkotik vasitənin ona məxsus olmasını bildirdiyini qeyd etdiyindən, dolayısı ilə də müdafiə tərəfinin sübutlar bazasının məhz bu yolla yaradıldığını qeyd etdiyindən, məhkəmə kollegiyasında sözügedən maddi sübutun onun üzərinə qoyulması ilə bağlı əsaslı şübhələr yaranmışdır. Əsaslı şübhələr həmçinin şəxsin üzərinə ibtidai araşdırmanın ilkin mərhələsində şəxsi axtarış keçirilərkən aparılan video çəkilişin məhkəmə istintaqı zamanı tədqiqi prosesində daha da artmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə həyata keçirilən şəxsi axtarışın video görüntülərinə nəzər yetirdikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış məhz şəxsi axtarışı keçirən təhqiqatçı Kənan Əmirlinin xidməti otağında aparılır. İş materialları ilə şəxsin xx.xx.2022-ci il tarixdə saat 10:20-də şübhəli şəxsi qismində tutulduğu və şəxsin üzərinə şəxsi axtarışın həmin tarixdə saat 10:30-da saat 11:10-dək həyata keçirildiyi nəzərə alınsa, aydındır ki, həmin vaxt günün erkən saatlarına təsadüf edir və payız ayları olmasına baxmayaraq günün həmin saatlarında günəş işığının gur olması, otağa lazımı qədər işıq salma ehtimalı yüksək olur. Lakin video görüntüyə baxış keçirilərkən müəyyən olunur ki, nədənsə həmin günü təhqiqatçı otaqda olan pəncərənin qarşısında mövcud olan jalüzü aşağı endirmiş və səhər saatlarının olmasına baxmayaraq otaqda süni işıqlandırmanın altında sözügedən şəxsi axtarışın həyata keçirilməsini təmin etmişdir. Jalüzün alt hissəsindən düşən qaranlıq kölgədən isə çöldə havanın qaranlıq olması təəssüratı yaranmışdır. Bütün bunlar isə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin daha da inandırıcı olmasına, obyektiv həqiqəti əks etdirməsinə məhkəmə heyətində inam yaratmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir. Lakin məhkəmə kollegiyası sözügedən presedent hüququnun tətbiqi ilə bağlı məsələyə münasibət bildirmədən əvvəl bir məsələni qeyd etməyi zəruri sayır ki, ibtidai araşdırmanın ilkin mərhələsində olan nöqsanlar və dolayısı ilə də yol verilən prosessual pozuntular şəxsin həmçinin vaxtından artıq müddətdə qanunsuz tutulması ilə də nəticələnmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, bu hal da diqqətdən kənar saxlanılmamalıdır. Belə ki, iş materialları ilə Təqsirləndirilən şəxs rəsmi şəkildə şübhəli şəxs qismində tutulması zamanı kimi xx.xx.2022-ci il tarix saat 10:20 götürülmüşdür (cild 01, iş vər. 21). İş materiallarında olan (cild 01, iş vər. 01) xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan isə görünür ki, iş üzrə ibtidai istintaqı aparan müstəntiq tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunmuş, lakin həmin qərarda cinayət işinin başlanma vaxtı (saatı) əks etdirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 210.2.1-ci maddəsində birmənalı şəkildə göstərilmişdir ki, cinayət işinin başlanması barədə qərarda “qərarın çıxarıldığı tarix, vaxt və yer” kimi məlumatlar mütləq şəkildə qeyd edilməlidir. Qanunvericinin bu tələbi qoymaqda məqsədi hər hansı texniki məlumatların qərarda əks olunmasına nail olmaq deyil, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş (hüquq və azadlıqları məhdudlaşdırılmış) şəxsin hüquq və azadlıqlarının pozulmasının qarşısının alınmasının təminatını həyata keçirmək olmuşdur. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 148.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Odur ki, sözügedən qərarda tarixin və vaxtın dəqiq göstərilməsi şübhəli şəxs qismində tutulmuş şəxsin tutulduğu andan onun barəsində cinayət işi başlanması barədə qərar qəbul olunanadək keçən müddətin cinayət prosessual qanunvericiliklə müəyyən olunmuş 24 saatlıq müddəti keçib-keçməməsi ilə bağlı qənaətə gəlmək, həmin müddət ötürülübsə artıq şübhəli şəxsin qanunsuz olaraq saxlanılması ilə bağlı nəticəyə gəlmək, dolayısı ilə də hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinin pozulmasına yol verib-verməməsini aydınlaşdırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Hazırki iş üzrə sözügedən xx.xx.2022-ci il tarixli qərarda cinayət işinin başlanması saatı göstərilməsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə ibtidai istintaq orqanı tərəfindən artıq cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş 24 saatlıq müddət keçdikdən sonra qərarın qəbul olunduğu müəyyən olunur. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Maddi sübutların qəbul edilməsi və geri qaytarılmasına dair “Akt”dan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:40-da Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 2,432 qram çəkidə olan 3 bükümdən ibarət kütlə (maddi sübut) ekspert tərəfindən qəbul olunmuş, həmin tarixdə saat 16:20-də həmin kütlədən qalıq qalan 2,282 qram kütlə (maddi sübut) polis əməkdaşına geri qaytarılmışdır. Göründüyü kimi, rəsmiləşdirməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10:20-də şübhəli şəxs qismində tutulmuş, deməli istintaq orqanın CPM-in tələblərinə əsasən (CPM-in 148.4-cü maddəsi) xx.xx.2022-ci il tarixə saat 10:20-dək cinayət işinin başlanması haqqında qərar qəbul etmək vəzifəsi olmuşdur. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin (həmin vaxtadək həmin kütlənin hələ nə olduğu bəlli deyil, yalnız ekspertizanın qərarından sonra bu müəyyən olunacaq) xx.xx.2022-ci il tarixdə saat 13:40-da ekspertə təqdim edilməsi, yəni dolayısı ilə həmin vaxtadək (daha dəqiq saat 16:00-dək, qəbul edək ki, ekspert maddi sübutu qaytardıqda artıq tərtib etdiyi müvafiq rəyi də polis əməkdaşına vermiş olur) iş üzrə ibtidai istintaqı aparan müstəntiqin Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin tərkibinə dair (həmin kütlənin narkotik vasitə olub-olmaması ilə bağlı) hər hansı bir məlumatının olmaması və artıq qəbul ediləmiş həmin sözügedən qərarda qəti şəkildə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 3 ədəd bükümdəki kütlənin narkotik vasitə heroin olmasına dair ittiham onu deməyə əsası verir ki, bu qərar müstəntiq tərəfindən cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş 24 saatlıq müddət keçdikdən ən azı 6-7 saat sonra çıxarılmış və bununla da şəxsin qanunsuz şəkildə artıq müddətdə tutulmuş vəziyyətdə qalmasına şərait yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqlarının və X18 Haqqında” Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148, 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X18 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir (qərarın 2-ci bəndi). Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 3 və 6-cı maddələrinin pozuntularını müəyyən edərək göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərərçəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X11rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Həmçinin məhkəmə qeyd etmişdir ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87ci bənd). Məhkəmə əlavə olaraq göstərmişdir ki, “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009). Beləliklə, mövcud sübutları qiymətləndirən məhkəmə göstərmişdir ki, ərizəçinin pis rəftara məruz qoyulması ölkə məhkəmələrinin qərarları ilə açıq şəkildə etiraf edilmişdir. Məhkəmə bu qərarlardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçi 2005-ci il 17 mart tarixində pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Xüsusilə, 2005-ci il 20 mart tarixli məhkəmə-tibb ekspertizasının rəyi onun boyun nahiyəsində ağır küt predmetlə yetirilmiş oval formalı qançırın olduğunu və bunun yetirilmə vaxtının 2005-ci il 17 mart tarixinə uyğun gəldiyini təsdiq etmişdir. Məhkəmə sözü gedən xəsarətin ərizəçini polis şöbəsinə salan zaman yetirildiyi ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Əslində məhkəmə-tibb ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, xəsarət “çəkmə” nəticəsində deyil, ağır küt predmet vasitəsilə yetirilmişdir. Hər bir halda məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Həmçinin həmin qərarda Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı da qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Eyni zamanda həmin qərarda Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X34rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X21rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX) Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs elan olunun ittiham üzrə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən zəruri sübutlar maddi sübutun (3 büküm heroin) aşkar olunduğu xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında prosessual hərəkətin protokolu, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, həmçinin X50 polis əməkdaşlarının iş üzrə verdikləri şahid ifadələridir. İttiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olması ilk dəfə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verildikdən sonra xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində keçirilən həkim müayinəsi zamanı aşkar olunmuş, şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmiş, həmin faktlar aktlaşdırılmış, şəxsin izahatı alınmış və bu barədə müvafiq qurumlara xüsusi məlumat verilmişdir. Bu hallar iş materiallarına əlavə olunmuş sənədlərlə təsdiqini tapır və mübahisə doğurmur. Mübahisə doğuran məqam şəxsin bədənində həmin xəsarətlər aşkar olunduqdan sonra ibtidai araşdırma orqanı tərəfindən həmin xəsarətlərin necə və hansı şəraitdə alınması ilə bağlı aparılan araşdırma, gəlinən qənaət və ona verilən qiymətlə bağlı olmuşdur. Belə ki, yuxarıda istinad olunan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə çıxardığı qərarında da qeyd olunmuşdur ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır”. Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir. İş materialları ilə müəyyən olunur ki, ibtidai araşdırma dövründə yuxarıda qeyd olunanların aşkarlanması fonunda həmin tarixdən ibtidai istintaqın sonunadək heç bir araşdırma aparılmamış, cinayət işi xx.xx.2023-cü il tarixdə ittiham aktı təsdiq olunmaqla baxılması üçün məhkəməyə göndərilmiş, cinayət işi məhkəmənin icraatında olduğu vaxtda təqsirləndirilən şəxsin atasının müxtəlif hüquq mühafizə orqanlarına ünvanladığı ərizə və şikayətlərdən sonra Abşeron rayon prokurorluğunda araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə həmin xüsusatlarla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X50 əməkdaşları tərəfindən saxlanıldıqdan sonra X53 gətirilmiş, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb olunmuş, daha sonra barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılmış, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçildikdən sonra xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmin tarixədək, yəni xx.xx.2022-ci il tarixədək o, polisin nəzarəti altında olmuş, Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılmışdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman səhhətində heç bir problem olmamış, bədənində hər hansı xəsarət olmamış, nə saxlanılarkən və polis bölməsinə gətirilərkən, nə də polis bölməsində olarkən qaçmağa çalışmamış, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Belə ki, nə sonuncunun saxlanılaraq polis bölməsinə gətərilməsi barədə əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli raportda bu barədə heç bir məlumat əks etdirilməmiş, o cümlədən iş üzrə şahidlər olan polis əməkdaşları ifadələrində də belə bir halın baş verdiyini qeyd etməmiş, həmçinin Təqsirləndirilən şəxs polisə qarşı zor işlətdiyi və ya tutulan zaman, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, Abşeron rayon prokurorluğunda qəbul olunan sözügedən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə, işgəncə məruz qalması ilə bağlı atası Mətləb Səmədovun qeyd etdiyi xüsuatların araşdırılması ilə bağlı olaraq prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, ilk növbədə Mətləb Səmədovun, daha sonra polis əməkdaşları Şahid1, Şahid2 və Şahin Sadıqovun izahatları alınmış, Təqsirləndirilən şəxs özünün izahatı ümumiyyətlə alınmamış, onun bədənində mövcud olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə əmələ gəlməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilməmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra polis şöbəsinin X37 yerləşdirilərkən onun saxlama yerinə qəbul edilməsi barədə tərtib olunan sənəddə həmin vaxt sonuncunun üzərində xəsarətlərin olub-olmaması ilə bağlı hər hansısa qeydin olub-olmadığını müəyyən etmək üçün müvafiq sənədlər götürülərək araşdırılmamış, Təqsirləndirilən şəxs X37 qəbul edən həmin yerin rəisi çağırılaraq izahatı alınmamış və nəticədə yalnız Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları əsas götürülməklə 383-c-23 nömrəli material üzrə cinayət cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək polisin nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis bölməsinə gətirilərkən, nə də polis bölməsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verildikdən sonra onun bədənində aşkar xəsarətlərin müəyyən olunması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaranmasına səbəb olmuşdur. Cinayət işinin materiallarında olan, həmçinin sonradan məhkəmə istintaqı zamanı iş materiallarına əlavə olunmuş sənədlər, habelə məhkəmə istintaqı zamanı müəyyən olunan hallar Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə pis rəftara, təsir və təzyiqə məruz qalması ilə bağlı ciddi narahatlıqlar yaratdığından, habelə Təqsirləndirilən şəxs özü məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai araşdırma dövründə polis əməkdaşları tərəfindən pis rəftara, işgəncəyə məruz qalmasını bildirdiyindən və həmin sözügedən xüsusatların da ibtidai araşdırma dövründə ətrfalı şəkildə yoxlanılmadığından, bu məsələnin ətraflı şəkildə araşdırılmasına zərurət yaranmışdır. İbtidai araşdırma dövründə baş vermiş həmin halların araşdırılması ilə bağlı, yəni şəxsdə aşkar olunan xəsarətlərin döyülmə nəticəsində yaranmasının mümkünlüyü, o cümlədən sözügedən xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsinin mümkünlüyü ilə bağlı məhkəmə istintaqı zamanı məhkəmə tibbi ekspertizası təyin edilmiş və müvafiq rəy əldə olunaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 170 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində tibbi sənədə əsasən sol kürək və sağ bazu nahiyəsində yaşılımtıl rəngli, sol bazu, sağ diz qapağı, sol çənə və sol qulaq seyvanında isə bənövşəyi rəngli qançırlar olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyaların təsirindən yaranmışlar, sol kürək və sağ bazunun qançırlarının törənmə müddəti müayinədən 3-5 gün, digər qançırların törənmə müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və dərəcələrinə görə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərərvurma dərəcələri təyin edilmir. Azı dişlərinin sınığı ilə əlaqədar isə tibbi sənəddə xəsarətlərin obyektiv əlamətləri ətraflı (dişin selikli qişasında qançır, sıyrıntı və.s kimi xəsarətlər) qeyd edilmədiyindən onun törənmə müddəti, mexanizmi və sağlamlığı zərərvurma dərəcəsi barədə fikir söyləmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətlərin lokalizasiyaları nəzərə alındıqda şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır, eləcə də xəsarətlərin müxtəlif şəraitlərdə əmələ gəlməsi, yəni kənar şəxslər tərəfindən törədilməsi inkar olunmur. Məhkəmə istintaqı zamanı araşdırdığı bütün hallara və sübutlara ayrı-ayrılıqda qiymət verən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində fiziki təsirə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlir və gəldiyi nəticəni də onunla izah edir ki, əvvəla Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanıldıqdan sonra X53 gətirilmiş və həmin vaxt şəxsdə heç bir xəsarət olmamış, şəxs qaçmağa və ya müqavinət göstərməyə səy göstərməmiş, onun barəsində güc tətbiq etmə ilə bağlı tədbirlərin tətbiq edilməsi üçün əsas olmamış və onun səhhəti normal vəziyyətdə olmuşdur. Əks halı təsdiq edən hər hansı bir məlumat iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, artıq xx.xx.2022-ci il tarixdən etibarən polis şöbəsində olan və həmin müddət ərzində polis əməkdaşlarının nəzarəti altında olan Təqsirləndirilən şəxs bədənində xx.xx.2022-ci il tarixdə çoxsaylı bədən xəsarətlərinin aşkar olması onun fiziki təsirə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlməyə əsas verir. Şəxsin sözügedən xəsarətləri özünə yetirməsi ehtimalı ilə bağlı isə qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı əldə olunaraq iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 170 nömrəli məhkəmə tibbi ekspertizasının rəyində Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin özü-özünə yetirməsinin az inandırıcı olması ilə bağlı gəlinən qənaət onu deməyə əsas verir ki, həmin xəsarətlər şəxsin özü tərəfindən deyil, kənar şəxs və ya şəxslər tərəfindən yetirilmişdir. Bundan əlavə, şəxsin həmin xəsarətləri özünə yetirməsi ehtimalı həm də ona görə mümkün deyil ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Abşeron Rayon Polis İdarəsinin MSY-də saxlanılmışdır. Ölkə ərazisində olan bütün polis idarələrində fəaliyyət göstərən MSY-lərdə video müşahidə kameraları quraşdırılmışdır. Əgər belə bir hal vermiş olsaydı, yəqin ki, bu hal MSY-də quraşdırılan video müşahidə kameralarına düşər, ən azından belə bir halın baş verməsi orada fəaliyyət göstərən polis əməkdaşları tərəfindən sənədləşdirilərdi. Cinayət işinin materiallarında isə belə bir halın baş verməsini əks etdirən hər hansı bir sənədləşdirmə mövcud deyildir. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı (cild 01, iş vər. 105-108) ilə seçilmişdir. Məhkəmə istintaqı zamanı əldə olunaraq iş materiallarına əlavə olunan sənədlərdən isə müəyyən olunur ki, o, Bakı İstintaq Təcridxanasına məhz xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. CPM-in 157.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir (şəxsin nəqliyyat vasitələri ilə istintaq təcridxanasına aparılması müddəti göstərilən müddətə daxil deyildir). Göründüyü kimi, cinayət prosessual qanunvericiliyin tələblərinə görə hər bir halda təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdən sonra 24 saat ərzində o, istintaq təcridxanasına yerləşdirilməlidir. Hazırda isə müəyyən olunan xüsusat ondan ibarətdir ki, Təqsirləndirilən şəxs yalnız barəsində həbs qətimkan tədbiri seçildikdən təxminən 48 saat sonra müvafiq istintaq təcridxanasına təhvil verilmişdir. Bu zaman isə şəxsin hansı səbəbə görə müvəqqəti saxlama yerindən istintaq təcridxanasına belə gec köçürülməsi ilə bağlı hər hansı bir açıqlama verilməmiş, o cümlədən hər hansı bir rəsmiləşdirmə aparılmamışdır. Belə olan halda, məhkəmə kollegiyası bütün bu hallara, o cümlədən iş materiallarında olan sübutlara, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, eyni zamanda xx.xx.2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyində əks olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs məhz ibtidai araşdırmanın ilkin mərhələsində fiziki təsirə və təzyiqə, pis rəftara məruz qalması ilə bağlı nəticəyə gəlir. “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında həmçinin göstərilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İbtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası bununla əlaqədar sonuncunun vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası ibtidai istintaq zamanı yol verilən digər vacib prosessual pozuntuya da münasibət bildirərək aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, iş üzrə ilkin təhqiqat hərəkətləri həyata keçirildikdən sonra təhqiqatçı tərəfindən xx.xx.2022-ci il tarixdə “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərar (cild 01, iş vər. 43) qəbul edilərək material aidiyyəti üzrə istintaq şöbəsinə göndərilmiş və iş üzrə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Məcid Məcidli tərəfindən həmin tarixdə qəbul olunan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarla iş sonuncu tərəfindən icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” qərardan isə görünür ki, Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Zaur Əkbərov tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi icraatına qəbul edilmiş və icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işinin istintaqının ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır (cild 01, iş vər. 97-98). İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həmin qərarın surəti məlumat üçün prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna göndərilmişdir (cild 01, iş vər. 99) Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi xx.xx.2022-ci il tarixdən etibarən müstəntiq Zaur Əkbərovun icraatında olmuş və həmin iş üzrə müvafiq istintaq hərəkətlərinin aparılması, o cümlədən prosessual qərarların qəbul oluması üzrə səlahiyyətli şəxs məhz Zaur Əkbərov olmuşdur. Cinayət işinin materiallarından isə görünür ki, sözügedən cinayət iş artıq xx.xx.2022-ci il tarixdən müstəntiq Zaur Əkbərovun icraatında olmasına baxmayaraq, həmin tarixdən xx.xx.2022-ci il tarixədək iş üzrə əvvəlki müstəntiq Məcid Məcidli tərəfindən həmin cinayət işi üzrə müəyyən prosessual hərəkətlər həyata keçirilmiş və prosessual qərarlar qəbul edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Məcid Məcidli tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmiş (cild 01, iş vər. 59-60), daha sonra ona təqsirləndirilən şəxs qismində hüquqları izah edilmiş, etiraz edilə bilən şəxslər barədə məlumat ona elan edilmiş (bu məlumatlarda müstəntiq işin istintaqını aparan şəxs kimi özünü təqsirləndirilən şəxsə elan etmişdir), daha sonra Təqsirləndirilən şəxs qismində həmin müstəntiq tərəfindən dindirilmiş (cild 01, iş vər. 66, 68-70), daha sonra həmin tarixdə müstəntiq tərəfindən ekspertizanın təyin olunması barədə qərar qəbul edilmiş və həmin qəraarla təqsirləndirilən şəxs tanış edilmiş (cild 01, iş vər. 71-72), xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə isə iş üzrə əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşlarını şahid qismində dindirmişdir (cild 01, iş vər. 88-85). CPM-in 85-ci maddəsində müstəntiqin hüquq və vəzifələri öz əksini tapmış və həmin Məcəllənin 85.2.1-ci maddəsində göstərilmişdir ki, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək müstəntiqin hüququdur. CPM-in125.1-ci maddəsində isə göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Habelə həmin Məcəllənin 125.2 və 125.2.5-ci maddələrində isə göstərilmişdir ki, cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göründüyü kimi, cinayət prosessual qanunverici yalnız səlahiyyəti daxilində, yəni icraatında olan cinayət işi üzrə müstəntiqə müəyyən prosessual hərəkləri etmək və müəyyən prosessual qərarlar qəbul etmək hüququ vermişdir. Əks halda isə CPM-in 125.2.5-ci maddəsinə əsasən həmin sənədlərin sübut kimi qəbul edilməsinə yol verilmədiyini əks etmişdir. Cinayət işinin materiallarından isə görünən odur ki, həmin prosessual hərəkətlər daha sonra digər müstəntiq və ya müstəntiqlər tərəfindən edilməmiş, yəni pozuntular ibtidai istintaqın sonrakı mərhələsində aradan qaldırılmamışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materialları, o cümlədən məhkəmə istintaqı zamanı müəyyən olunan hallarla üst-üstə düşüb bir-birini tamamladığı üçün əsaslı sayır və ona elan olunan bəraətin əsasına məhz həmin ifadəni qoyur. Bununla bağlı məhkəmə kollegiyası CPM-in 21.2 və 145.3-cü maddələrinin müddəalarını əsas götürüb, sözügedən sübut növünü, yəni şəxsin həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qimsində verdiyi yeganə etirafedici ifadələri məhz bu əsasla da mötəbər sübut kimi qəbul etmir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmçinin, CPM-in 145.3-cü maddəsində göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrdə Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, əvvəla həmin şahidlər ittiham tərəfin şahidləridir və müvafiq əməliyyat tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşları olmaqla işin nəticəsində birbaşa maraqlı olan şəxslərdir. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını, sözügedən narkotik vasitənin ona məxsus olmaması və təsir nəticəsində etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edir. Digər tərəfdən onların şahid ifadələri cinayət işi üzrə digər sübutlarla birlikdə qiymətləndirilməklə və yalnız həmin sübutlarla üst-üstə düşdükdə və biri digərini tamamladıqda əsaslı sayıla bilər ki, artıq məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlmiş və onun hazırkı iş üzrə şahidlər olan polis əməkdaşları ilə üst-üstə düşən ibtidai araşdırma dövründəki ifadələrini əsaslı saymamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ yaratdığı bir sıra qərarlarında, o cümlədən “Kobiaşvili Gürcüstana qarşı” işi üzrə 14 mart 2019-cu il tarixdə çıxardığı qərarında da bu qəbildən olan işlər üzrə, yəni müvafiq əməliyyat tədbirinin keçirilməsində məsul olan şəxslərin polis əməkdaşları olduğu cinayət işləri üzrə məhz həmin polis əməkdaşlarının verdiyi ittihamedici ifadələrinə bu formada tənqidi yanaşmış, həmin sübutların birmənalı şəkildə əsaslı sübut növü kimi qəbul olunmasının düzgün olmaması ilə bağlı mövqe formalaşdırmışdır. Odur ki, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, habelə məhkəmə istintaqı zamanı müəyyən olunan hallar əsas götürülməklə sözügedən polis əməkdaşlarının ifadələrinə ətraflı araşdırma aparmadan (hətta Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələrin fonunda belə) da tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08 radələrində məhz yaşadığı ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq X53 gətirilmiş və iş materiallarına əsasən yalnız həmin tarixdə saat 10:30-dan saat 11:10-dən üzərinə keçirilən şəxsi axtarış zamanı (məhkəmə istintaqı zamanı şəxsi axtarışın keçirilmə vaxtının özü də video görüntüdə aşkar olunan hallarla bağlı şübhə doğurmuşdur) üzərindən 3 bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin sözügedən qərarında (Layıcov Azərbaycana qarşı) yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxsn üzərində axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Qeyd edilməlidir ki, hazırkı halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun üzərinə şəxsi axtarışın keçirilməsi arasındakı təxminən 2 saatlıq vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarışın Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübutun (3 büküm heroin) onun barəsində olan iş üzrə ittiham hökmünün çıxarılması üçün (şahid ifadələrinin və Təqsirləndirilən şəxs etirafedici ifadəsinin ittihamın əsasını təşkil edən sübut növü kimi qəbul edilməz hesab edilməsindən sonra) yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə heroin olması ilə bağlı ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə vacib əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə heroin olmasını təsdiq edən sübut növü rolunu oynayır. Digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı qənaəti formalaşdıran narkoloji ekspertizanın rəyi də, yalnız faktı, yəni şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi faktını təsdiq edir. Bu sübut da yalnız digər sübutlarla birgə götürüldükdə əhəmiyyət kəsb etmiş olur. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 2,432 qram çəkidə narkotik vasitə heroin onun əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 92 AZN (doxsan iki manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 2,432 qram çəkidə narkotik vasitə heroin onun əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 92 AZN (doxsan iki manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar