Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-223/2025 13.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə və təqsirləndirilən şəxsin özünün iştirakları ilə, xx xxxx 1992-ci ildə Xaçmaz rayonu, Ağçay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay 09 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Xaçmaz rayonu, Ağçay kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxs barəsində törədilməklə, zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə və zərəçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 29 iyun 2024-cü il tarixdə saat 13 radələrində 14 yaşına çatmayan həmkəndlisi, xx.xx.2014-cü ildə anadan olmuş Zərərçəkmiş şəxs sonuncuya gilas verəcəyi adı ilə aldadıb Xaçmaz rayonu, Ağçay kəndində yerləşən, mərhum nənəsi Sürayə Ağayevadan qalmış olan, içərisində yaşayış olmayan, 41,47775° N, 48,91570° E koordinatlarında yerləşən evə apararaq həmin evin 2-ci mərtəbəsindəki otaqda qəsdən Zərərçəkmiş şəxs onu döyəcəyini bildirib zor tətbiq edəcəyi ilə hədələyərək, sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə əlləri ilə bədəninin sağrı nahiyələrinə toxunmuş, habelə onunla qeyri-təbii yolla cinsi əlaqədə olaraq öz cinsi ehtirasını pozğun formada təmin etmiş, bununla da Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxs barəsində törədilməklə, zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə və zərəçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs və ailəsi onun qonşularıdır. Onlar eyni kəndin sakinləridir və onları kənddə hamı tanıyır. O ailənin onunla düşmənçiliyi olmuşdur. Zərərçəkmiş şəxsin atasının əmisi ilə birlikdə narkotik vasitə əkib-becərmişlər. Hətta bu əmələ görə cəza da çəkmişdir. Zərərçəkmişin evi ilə onların evi arasında 1 km məsafə vardır. Zərərçəkmiş şəxsi hadisədən bir gün əvvəl görmüşdür, hadisə günü görməmişdir. Marketin qabağında onu yanına çağırıb evdəki qızılların yerini soruşmuşdur. Yerini demədiyi üçün hətta ona şillə vurmuşdur. O da bu olanları anasına və nənəsinə demişdir. Hadisə günü icra hakimiyyətinin işçisinə gilas yığıb göndərmişdir. Nənəsi ona zəng edən zaman o, öz xalasıgilin evində olmuşdur. Bəhs edilən hadisə yerində olmamışdır. Xalasıgilin evindən çıxandan sonra uşağın ailəsi ilə üzüzə gəlmişlər. Onu daşqalaq etməyə, təhqiramiz sözlərlə üstünə qışqırmağa başlamışlar. Uşaqdan qızılların yerini niyə soruşduğunu, onu polisə şikayət edəcəklərini bildirmişlər. Onların Rəsmiyyə adlı ev sakini qızıl satışı ilə məşğul olurdu. O, zərərçəkmişin ailəsi ilə birlikdə narkotik vasitə əkmişdir. Ona əkdiyi narkotik vasitələri satmağı təklif etmiş, lakin o qəbul etməmişdir. Onlar da onu narkotik vasitə əkdiyinə görə polisə şikayət edəcəklərini bildirmişlər və şikayət etmişlər. O da bu səbəbə görə onların evində olan qızılların yerini Zərərçəkmiş şəxs öyrənib qisas alacaqdı. Qızılların olduğu evdə Zərərçəkmiş şəxs özü, anası, atası, bacısı yaşayırdı. Məqsədi qızılları oğurlamaq idi, lakin alınmamışdır. Hadisə günü günorta saat 13:00 radələrində üstünə hücum çəkmişlər və daşqalaq etmişlər. İstintaqdakı ifadəni oxumadan qol çəkmişdir. Zərərçəkmiş şəxs qarşı onun tərəfindən heç bir pis hərəkət olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədə icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Xaçmaz rayonu, Ağçay kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, azyaşlıdır, onunla heç bir ədavəti yoxdur. Lakin bir neçə il əvvəl o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdu, barəsində Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir, bir neçə aydır ki, həbsdən çıxmışdır. Onun tutulmağına səbəbkar isə Aminin rəhmətə getmiş babası X4 olmuşdur. Buna görə o, fikirləşmişdir ki, Amingilin evindən oğurluq etsin. O, eşitmişdir ki, Amilgilin evində qızıl-zinət əşyaları vardır. Bu barədə məlumat almaq üçün xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Amingilin evinə getmişdir, Amin həyət qapısın açandan sonra nənəsi Cəmiləyə demiş ki, “məndə gilas var, Aminə icazə verin gəlsin mənimlə meyvələri verim gətirsin.” Cəmilə xala da icazə vermiş, Amin velosipedini götürüb evdən çıxmış və onunla gəlmişdir. Onlar birlikdə onun yaşadığı ev istiqamətində getmişlər. Həmin istiqamətdə həmçinin rəhmətlik nənəsi Sürayə Ağayevadan qalan və içərisində yaşayış olamayan ev vardır, yaşadığı evlə həmin ev yanyanadır. O, yol ilə gedə-gedə Amindən ona evlərindən pul gətirə bilib-bilməyəcəyini soruşmuşdur. Amin ona demişdir ki, “xeyir, mən sənə pul gətirə bilmərəm.” Sonra Aminə demişdir ki, “onda evdə olan qızılların yerini de, özüm gedib götürüm.” Amin də razılaşmamış, o, Aminin qulağını dartmış və Amin də ağlamağa başlamışdır. O, Aminə demişdir ki, “velosipedini sür get, sonra danışacağam səninlə.” Amin də velosipedi sürüb getmişdir. Onlar bütün bu söhbətləri onların evinə çatmağa təxminən 20 metr qalmış küçədə etmişlər. Amin çıxıb gedəndən sonra o, evə getmiş, sonra da evdən çıxıb nənəsindən qalan həmin içərisində yaşayış olmayan evə girmiş, həmin evin 2-ci mərtəbəsində içərisində köhnə taxt və yorğan-döşəklər olan otağa girmişdir. Həmin otaqda yorğanın üzərində uzanıb mastrubasiya etmişdir. Bu vaxt qonşusu Alim 055- ***-**- ** saylı mobil nömrəsindən ona zəng etmişdir. O, telefonu açmış, Alim ondan Amini soruşmuş, o, da yanında olmadığını demişdir. Sonra isə həmin evdən küçəyə çıxmışdır. O, küçədə Aminin evlərinə tərəf getmiş ki, ailəsinə desin ki, Amin onunla deyil, velosiped sürməyə gedib. O, Amingilin evlərinə çatmamamış kənddəki mağazanın qarşısına çatanda Aminin anası, nənəsi və Amin özü orada qarşısına çıxmışdır. Aminin anası və nənəsi onun üstünə gəlib ona “sən uşağa nə etmisən?” sualını vermişlər. O da demişdir ki, “ Aminə heç nə etməmişəm, qızılların yerini soruşmuşam.” Bu zaman Aminin anası və nənəsi yerdən daş götürmüşlər, ona atmaq istəmişlər. O, da bunu görüb həmin yerdən qaçmışdır. Əlavə olaraq qeyd etmişdir ki, həmin vaxt, yəni xx.xx.2024-cü il tarixdə əynindəki alt paltarı qara rəng olmuş, hazırda da həmin alt paltarı əynindədir. Zərərçəkmiş şəxs onun alt paltarınının rənginin qara olmasın bilməsi barədə heç nə deyə bilməmişdir. Şahid2 xx.xx.2024-cü il tarixdə həmin vaxt ona məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə iki dəfə zəng edəndə onun telefonunu 2 dəfə söndürmüş, sonra isə telefonun səsini almışdır. Onun mobil telefonu köhnə sadə telefon olmuş, həmin telefonu evdə qoymuş, yəqin ki, o, tutulduqdan sonra telefonu atası işlədir. Zərərçəkmiş şəxsin dedikləri doğru deyil, Aminlə qeyri-təbii yolla cinsi əlaqədə olmamış, o, Aminə heç nə etməmişdir. O, Aminlə həmin evə getməmişdir. O, həmin evdə özü mastrubasiya etmiş, həmin evdə heç kimlə cinsi əlaqədə olmamış, ona məxsus olan sperma qalıqları həmin yorğanın üzərində vardır. (Cild 1, iş vərəqləri 124-126) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadadəsini təsdiq etdiytini bildirməklə məhkəmədə verdiyi ifadəsində göstərdi ki, hadisə günü 29 iyun 2024-cü il tarixdə saat 13:00-14:00 radələrində o evdə olmuşdur. Evdə anası, nənəsi və bacısı var idi. Evlərinə gəlmiş, qapını döymüşdür. Ona demişdir ki, velosipedini götür, gilas toplamağa gedək. Lakin onu nənəsinin köhnə evinə aparmışdır. Ətrafda heç kəs yox idi. Onu evin ikinci mərtəbəsinə aparmışdır. Ona alt paltarını çıxardıb onun üstünə uzanmağını, əks halda onu öldürəcəyini demişdir. Onun alt geyimi boz rəngdə, Firqətin alt geyimi isə qara rəngdə olmuşdur. Ona fiziki güc tətbiq etməmişdir. Sadəcə hədələmişdir ki, alt paltarını soyunsun. Daha sonra özü soyundurmuş, onunla cinsi əlaqədə olmuşdur. Firqət onu soyundurduqdan sonra xəsarət yetirmişdir, anus dəliyində ağrılar hiss etməyə başlamışdır. Sonra ona zəng gəlmişdir. Ona nənəsigilin onu axtardığını, evə getməyini demişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan göründüyü kimi o, istintaq orqanına da oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, Xaçmaz rayonu, Ağçay kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, aralarında heç bir düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində yaşadığı evdə olan vaxt onların evin həyət qapısı döyülmüşdür. O, qapını açanda Təqsirləndirilən şəxs həyətə daxil olaraq nənəsi Şahid1 demişdir ki, “Cəmilə xala məndə gilas var, icazə ver Amin mənimlə getsin, gilası verim velosipedlə gətirsin.” Nənəsi də razılıq vermiş və o, velosipedlə evdən çıxmışdır. O, velosipedi sürəsürə Firqətin yanı ilə onun getdiyi istiqamətə getmişdir. Firqət onu rəhmətə getmiş nənəsindən qalan, içərisində yaşayış olmayan evin arxa tərəfinə aparmış, həmin evlə onların evinin arasında təxminən 10 dəqiqəlik yol vardır. Getdiyi evin arxa tərəfi isə əkin sahələridir. Firqət həmin evin arxa tərəfdən çəpərindəki ağacları dartıb keçmək üçün yer eləmiş və onlar oradan həyətə daxil olmuşlar. Onlar həyətə daxil olduqdan sonra Firqət ona demişdir ki, “gəl evin 2-ci mərtəbəsinə çıxaq orada gilas var, verim sənə apar.” O, da inanıb Firqətlə birlikdə evin 2-ci mərtəbəsinə çıxmışdır. Orada otaqlar boş olmuş, yalnız 1- 2 ədəd köhnəlmiş əşyalar olmuşdur. Sonra Firqət onu evin otaqlarından birinə salmış, həmin otaqda bir neçə yorğan-döşək olmuşdur. Həmçinin yorğanlardan biri yerə sərilmişdir, üzərində də yastıq olmuşdur. Həmin vaxt da saat 13 radələri olmuşdur. Onlar otağa girəndən sonra Firqət ona demişdir ki, “səni bura gətirmişəm ki, mənə bir əl verəsən, amma əgər mənə verməsən səni döyəcəm, burdan səni heç yerə buraxmayacam.” O. əynindəki şortiki çıxartmış, lakin alt paltarını çıxarmamış. Bu vaxt Firqət özü dartıb onun alt paltarını əynindən çıxarıb yerə sərilmiş olan yorğanın üstünə atmışdır. Sonra əlləri ilə onun arxasına toxunmağa başlamış, ona demişdir ki, “dediklərimi eləməsən səni döyəcəm, səni burdan buraxan deyiləm, uzan yorğanın üstünə. O, da Firqətin dediyi kimi yorğana üzərinə uzanmış, Firqət özü paltarlarını tam soyunmuş, paltarlarını pəncərənin qarşısına qoymuş, həmin vaxt Firqətin əynindəki alt paltarı qara rəng olmuşdur. Sonra Firqət əlinə tüpürərək öz cinsiyyət orqanını oynatmağa başlamışdır, cinsiyyət orqanını yaş eləmişdir. Sonra da ona demişdir ki, “diz üstə dayan.” O, da qorxduğu üçün həmin yorğanın üstündə diz üstə dayanmışdır, Firqət ona demişdir ki, “qışqırma, səs çıxartsan səni burda döyüb pis günə qoyacağam, sənin dalın onsuzda yekədi çox salmayacağam, yarıya qədər salacağam.” O, diz üstə dayanmış vəziyyətdə olanda Firqət əlləri ilə onun arxasına toxunmuş, toxuna-toxuna öz cinsiyyət orqanını oynadırdı. Sonra da durmuş (sərtləşmiş) cinsiyyət orqanını arxadan ona salmışdır. O, ağrı hiss eləsə də qorxduğu üçün qışqırmamış, səsini sıxıb saxlamışdır. Firqət bir neçə dəfə cinsiyyət orqanını irəli-geri hərəkət etdirmiş, həmin anda həmçinin onun arxasına əlləri ilə toxunmuşdur. Bundan sonra Firqət cinsiyyət orqanını çıxartmışdı. Firqətin cinsiyyət orqanından nəsə maye axmış və həmin axıntı onun diz üstə durduğu yorğanın üzərinə tökülmüş, axıntıdan hətta onun boz rəngli alt paltarına da düşmüşdür. Sonra Firqət yenidən onunla cinsi əlaqədə olmaq istəmiş, lakin bu vaxt onun mobil telefonuna zəng gəlmişdir. Firqət isə telefonu söndürmüş, ona 2-ci dəfə də zəng gəlmişdir, Firqət yenə telefonu söndürmüş, sonra deyəsən telefonun səsini almışdır. Sonra da küçədə nənəsinin səsini eşitmişdir. Bu vaxt Firqət ona demişdir ki, “tez ol geyin bas bayra.” O, da alt paltarını və şortikini geyinmiş, Firqətin arxasınca evdən çıxmışdır. Onalr evə gəldiyi kimi arxa tərəfdən çıxmışlar. Firqət onu elə evin arxa tərəfində qoyub qaçıb getmişdir. Sonra da o, öz velosipedini götürüb oradan çıxmışdır. O, evə çatandan sonra anasına bu barədə danışmış, anası paltarını soyundurub onun arxasına baxmışdır, sonra da onu götürüb nənəsilə birlikdə Firqətgilə tərəf getmişlər. Onlar Firqətgilə tərəf gedəndə Firqət yolda qabaqlarına çıxmışdır. Anası Firqətə “sən bu uşağa nə etmisən” sualını verəndə Firqət heç nə etmədiyini demişdir. Lakin anası Firqətin üstünə əsəbləşmiş və Firqətin barəsində şikayət edəcəyini demişdir. Firqət də anasına “get hara istəyirsən şikayət et” sözlərini demişdir. Bu vaxt anası əsəbləşib yerdən daş götürəndə Firqət qaçıb getmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxslə o, otağa daxil olan zaman orada heç kim olmamış, onlar ikisi olmuşdur. Təqsirləndirilən şəxs başqa ona qarşı belə hərəkətlər edən olmamışdır, yalnız Firqət etmişdir. Təqsirləndirilən şəxs ondan pul və ya qızıl barədə heç nə soruşmamış, əksinə ona “sənin xalan qızı Gülzardan xoşum gəlir, onun nömrəsin tap ver mənə” sözlərin demişdir. Firqət onun qulağını da dartmamış, onunla cinsi əlaqədə olan zaman onu döyəcəyi ilə qorxutmuş, lakin onu döyməmişdir. (Cild 1, iş vərəqləri 67-70) Məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində ifadə vermiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, 29 iyun 2024-cü il tarixdə günorta saatları idi. Evə nahar fasiləsi üçün dincəlməyə gəlmişlər. Qapı 3 dəfə döyülmüşdür. Kim olduğunu soruşanda cavab verməmişdir. Amini göndərmiş, qapını açmışdır. Firqət gəlmiş, qayınanası həyətə çıxmışdır. Amini Firqətlə getməyinə icazə vermişdir. Özü də küçədə Aminin qayıtmağını gözləmişdir. Oğlu evə gəlmiş, başına gələn hadisəni danışmışdır. Firqət ona soyunmağını demiş, soyunmayacağı təqdirdə isə döyməklə hədələmişdir. Oğlu dərhal ona məlumat vermişdir. Həmin gün alt paltarını dərhal müstəntiqə vermişdir. Həyat yoldaşı Zavur fəhlə olmuşdur. Onlar özləri sahədə əkin ilə məşğul olurlar. Onların evdə iddia olunan içi qızıl dolu küplər və s. olmamışdır. Həmçinin təqsirləndirilən şəxslə aralarında ədavət olmamışdır. Təqsirləndirilən şəxs yalan danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə Xaçmaz rayonu, Ağçay kəndində qonşu olmuşlar. O evdə olmuşdur. Qapı səsi eşitmişdir. Nə baş verdiyini bilmək üçün çölə çıxmışdır. Cəmilə xalanın Firqətin qapısını döydüyünü görmüşdür. Nə olduğunu soruşanda ona Firqətin Amini özü ilə apardığını və qayıtmadıqlarını bildirmişdir. O da dəhal Firqətə yığmış, lakin o, telefonunu açmamışdır. Daha sonra Firqət özü ona zəng eləmiş, Aminin uşaqlar ilə velosiped sürməyə getdiyini bildirmişdir. Daha sonra kənddə olan səs-küyə gəlmişdir. Aminin anası, nənəsi və Firqətin mübahisə etdiklərini görmüşlər.Firqət ilə Aminin ailəsi arasında hər hansı düşmənçilik olduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təqdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onların kənddə qonşusu olmuşdur. Evdə özü və atası yaşayırlar. Həmişə onlarla münasibəti yaxşı olmuş, görəndə hal-əhval tutmuşdur. Onunla heç bir düşmənçilik və ədavətləri olmamışdır. Onlar hadisə günü 29 iyun 2024-cü il tarixdə evdə olmuşlar. Günorta saatlarında Zərərçəkmiş şəxs evdə televizora baxırdı. Qapı döyülmüş, Firqət gəlmişdir. Ondan icazə almışdır ki, Zərərçəkmiş şəxs gilas versin, əmisi oğlunun evinə velosipedlə aparsın. O da icazə vermişdir. İçində hər hansı şübhə hissi olmamışdır. Firqət hər gün gördükləri, hal-əhval tutduqları adam idi.Uşaq velosipedini götürüb onunla getmişdir. O isə küçədə arxadan onları müşahidə eləmişdir. Görmüşdür ki, uşağı əsas yol ilə deyil, ara yollarla aparır. Həmin an içində narahatçılıq hissi yaranmış, lakin 10 dəq gözləməyə davam etmişdir. Aradan 10-20 dəqiqə vaxt keçmiş, lakin Amin qayıtmamışdır. Firqətin qapısını döymüş, lakin açan olmamışdır. Qonşusu Şahid2 qapıya çıxmışdır. Ona Firqətə zəng etməsini, Aminin harada olduğunu soruşmasını bildirmişdir. Zəng etmiş, lakin zəngi açmamışdır. Sonra Amin ağlayaraq evə gəlmiş, ağrılar içində olduğunu demişdir. Onlar da onu tez həkimə aparmışlar. Təqsirləndirilən şəxs ilə onların arasında ədavət olmamışdır. Onun yoldaşı 1 ilə yaxındır ki, rəhmətə gedib. Narkotik vasitələrin əkilməsi ilə bağlı heç bir əlaqəsi olmamışdır. Məhkəməyək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş X1 ifadəsinə əsasən, Təqsirləndirilən şəxs onun oğludur, əvvəllər narkotik vasitə satması səbəbindən məhkum olunmuşdur. Zərərçəkmiş şəxs isə həmkəndlisidir, onunla heç bir münasibəti olmamış, çünki uşaqdır, Aminin ailəsi ilə çox yaxşı, mehriban münasibəti olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Firqət evdən çıxmışdı, evdə deyildir. Bir qədər sonra Aminin nənəsi Cəmilə yaşadığı ünvana gəlib Firqət, Firqət deyib səslənmişdir. O, da evdən həyətə çıxmış, Cəmilə demişdir ki, “Firqət Amini aparıb, gətirməyib.” Həmin vaxt küçədə kənd sakini olan Alim Firqətə zəng edirdi, lakin nəsə danışıb-danışmadıqlarını bilməmişdir. Az sonra Firqət kəndin başından onlara tərəf gəlmiş, Cəmiləgil artıq getmişdir, o, sakinlərdən eşitmiş ki, Firqət Amini aparıb onunla cinsi əlaqədə olmuşdur. Firqət gələndən sonra ondan nə üçün belə axmaq hərəkət etdiyini soruşmuşdur. Firqət isə ona and içmiş ki, belə bir şey etməmişdir. Sonra polis əməkdaşları tərəfindən Firqət tutulmuş, lakin o, Firqətin arxasınca polisə və ya istintaq təcridxanasına getməmişdir. (Cild 1, iş vərəqləri 161-163) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 29 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirdiyi yer Xaçmaz rayonu, Ağçay kəndində yerləşən iki mərtəbəli, içərisində yaşayış olmayan evdir. Həmin evin həyət qapısı boz rənglə boyanmış dəmir darvazadır, həmin darvazanın qapısı açıqdır. Evdə yaşayış yoxdur, ev sahibsizdir. Evin həyətyanı sahəsində yabanı otlar və kollar bitmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onu həmin evə qapıdan deyil, evin arxa tərəfindən gətirmişdir. A.lsayev həmçinin F.Qliyevin onunla evin 2-ci mərtəbəsində cinsi əlaqədə olmasını bildirmişdir. Bundan sonra kol-kosun içərisindən keçərək 2-ci mərtəbəyə qalxan pilləkəndən istifadə etməklə yuxarı çıxdıqda məlum olmuşdur ki, evin 2-ci mərtəbəsində olan otaqların hamısı boşdur, otaqlardan yalnız birində bir ədəd köhnə çarpayı və üzərində yorğan-döşəklər vardır, yerə bir ədəd yorğan sərilmiş, üzərində yastıqlar vardır. Zərərçəkmiş şəxs həmin otağı təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində yerə sərilmiş olan həmin yorğanın üzərində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin yorğana yaxından baxdıqda göy fonda ağ rəngli gül təsvirləri olan yorğanın üzlüyünün bir hissəsində qeyri-müəyyən formalı maye izləri olması aşkar edilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin maye Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan zaman cinsi orqanından tökülmüş axıntıdır. Bu səbəbdən göy fonda ağ rəngli gül təsvirləri olan yorğanın üzlüyünün həmin hissəsi tərəfimdən kəsilərək götürülmüşdür. Bundan başqa baş vermiş hadisənin dəqiq yerini müəyyən etmək üçün istifadəsində olan “İphone” markalı mobil telefonda quraşdırılmış “Xəritə” (Maps) tətbiqindən istifadə olunmuş, bu zaman həmin evin, yəni hadisə yerinin 41,47775° N, 4891570° E koordinatlarında yerləşməsi məlum olmuşdur. Bundan sonra sorğu zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs cinsiyytə orqanından yorğanın üzərinə tökülmüş axıntı onun alt paltarına da, yəni tumanına dəymişdir, həmin tuman hal-hazırda əynindədir və təqdim edə bilər. Bu səbəbdən Zərərçəkmiş şəxs evin digər sahibsiz otağına keçərək əynindəki tumanını çıxarıb istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs əynindən çıxardaraq təqdim etdiyi həmin boz rəngli tumanın arxa hissəsində və iç aralıq hissəsində qeyri-müəyyən formalı maye (spermaya oxşar) izlərin olması müşahidə edildi. Buna görə də hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd boz rəngli alt paltarı (tuman) tərəfimdən götürülmüşdür. Baxış zamanı tərəfimdən çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 5-7) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibb ekspertizasının xx.xx.2024cü il tarixli, 259 nömrəli rəyindən görünür ki, 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlaməti-qançır aşkar edilmişdir. Qeyd edilən xəsarət küt əşyanın təsirindən törənməklə, ereksiya (gərginləşmiş) vəziyyətdə olan kişi xarici cinsiyyət üzvünün (digər küt əşyanın) düz bağırsağa yeridilməsi zamanı əmələ gələ bilərdi. (Cild 1, iş vərəq 19) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 414 nömrəli rəyindən görünür ki, 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və onun adına tərtib edilmiş ekspert rəylərinə əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.2. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli, 259 nömrəli rəyində qeyd olunmuş xəsarət yəni, “arxa keçəcəyin girəcəyində saat sferblatının “4” və “5” rəqəmlərinə uyğun yerdə-düz bağırsağın selikli qişasında 3,0x2,0 sm sahədə ətraf toxuma rəngindən fərqlənən qırmızıntıl-göy rəngli qançır” xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətə, yəni Zərərçəkmiş şəxs ilkin tibbi müayinəsindən onun komisyon tibbi müayinəsinədək olan müddətdə sağala bilməsi, qançırın ölçüsündən, yayılmasından lokalizasiyasından zərərçəkənin yaşından asılı olduğundan inkar edilmir. (Cild 1, iş vərəqləri 195-199) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/1272R nömrəli rəyinin nəticə hissəindən görünür ki, 1. Üzərində göy fonda ağ rəngli gül təsvirləri olan 01 (bir) ədəd parça kəsiyi və Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz rəngli tumanın aralıq və arxa nahiyələrinin daxili səthində insan mənşəli sperma nümunəsi mövcuddur və həmin sperma nümunəsi Təqsirləndirilən şəxs (xx.xx.1992. Xaçmaz r-nu) məxsusdur. 2. üzərində göy fonda ağ rəngli gül təsvirləri olan 01 (bir) ədəd parça kəsiyi üzərində müqayisəli tədqiatın keçirilməsi üçün yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar həm Təqsirləndirilən şəxs və həm də Zərərçəkmiş şəxs məxsusdur. (Cild 1, iş vərəqləri 101-106) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Məhkəmə-genetik ekspertizası təqdiqatından sonra bir ədəd bağlama qablaşdırılmış hadisə yerindən götürülmüş 01 (bir) ədəd parça kəsiyi və Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz rəngli tuman maddi iş üzrə xx.xx.2024-cü il tarixli qərarla tərəfimdən maddi sübut kimi tanımış və saxlanmasından ötrü maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 412 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyətini təsdiq edən əlamətlər müsbətdir. Xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya və anomaliya aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 262-273) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8nin komisyon məhkəmə-psixoloji ekspertizasına dair xx.xx.2024-cü tarixli 2719 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1) Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Ünsiyyətçillik, adaptivlik, konfiliktə və mübahisəyə meyilli olmamaq və s.kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qeyd edilən xüsusiyyətlərin hadisə zamanı onun davranışına müsbət və ya mənfi təzahürlərimüəyyən edilmədi. 2.Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri görə ona qarşı edilən hərəkətləri ümumən dərk etsə də, o, həmin hərəkətlərin faktiki xarakterini, mənasını və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs baş vermiş hadisəni öz yaş xüsusiyyətləri uyğun şəkildə ümumən dərk etmək qabiliyyətinə malikdir. O, baş verənləri düzgün təsvir etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs yalan danışmağa meyillilik əlamətləri müəyyən olunmamışdır. (Cild 1, iş vərəqləri 200- 203) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8nin kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasına dair xx.xx.2024-cü tarixli, 3246 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs anlaqlıdır, o, hər hansı bir psixi kəstəlikdən əziyyət çəkmir, məcburi mualicəyə ehtiyyacı yoxdur. Emosional durumu normal vəziyyətdədir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamənin cavabından və müvafiq məhkəmələrin hökm və qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 08 ay 09 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (Cild 1, iş vərəqləri 99-100, 78-81) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi təqsirləndirilən şəxs cinayət törədərkən onun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayətlər törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivinin olması müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi məsuliyyətini ağırlaşdıran haldır. Elektron-məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin iki azyaşlı uşağı vardır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 iyul 2024-cü il tarixdə şəxs tutulmadan azad edilmişdir. 19 iyul 2024-cü il tarixdə tutularaq Xaçmaz rayon məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həmin məhkəmənin 19 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 49-50, 96-97, 216- 217, 232-234) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu 2 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 19 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut Xaçmaz RPŞ-də saxlanılan parça kəsiyi və bir ədəd alt paltarı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdən 04 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 17 (on yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan parça kəsiyi və bir ədəd alt paltarı məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-223/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-223/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver