Məhkəmə qərarları › İş №1(124)-224/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-224/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-224/2023 21.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1964-cü il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 2/45, mənzil 41-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, bina 64, mənzil 63-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs birinci nikahdan olan xx xxxxxxxx 1987-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi yaşaması və ondan hər dəfə pul tələb edib, pul vermədikdə isə onun, ailə üzvləri və qohumları haqqında sosial şəbəkələrdə mütəmadi olaraq müstəsna dərəcədə birgəyaşayış və əxlaq normalarına zidd olan məlumatlar və fotokollajlar, o cümlədən bədəninin intim yerində onun və qohumlarının şəkillərini yerləşdirib, habelə barələrində ağır söyüşlər və təhqiredici ifadələr olan yazılar paylaşmaqla, onun və qohumlarının şəxsiyyətini cəmiyyətdə qəbul edilməyən tərzdə aşağılamaqla biabır edib, bu qanuna zidd hərəkətləri etməsi səbəbindən qızı Zərərçəkmiş şəxs əvvəllər də dəfələrlə bu əməllərinə son qoyması barədə xahişlərinə baxmayaraq sonuncunun qanunazidd əxlaqsız əməllərini davam etdirdiyinə görə növbəti dəfə qızına əxlaqsızlıq etməməsi və sosial şəbəkədə onun, ailə üzvləri və qohumları barəsində rüsvayedici foto və yazıları yaymaması barədə xəbərdarlıq edib, razılaşmadıqda isə özünün qənaətinə görə son zərurət kimi öldürmək qərarına gəlib, bu məqsədlə əvvəlcədən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr ərazisində yerləşən mağazaların birindən kəsici-deşici xassəyə malik bıçaq alaraq, 03 iyun 2022-ci il tarixdə qızı Zərərçəkmiş şəxs kirayədə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı" yaşayış kompleksi bina 1C, 7-ci mərtəbədə yerləşən 27 saylı mənzilinin qarşısına gəlib, sonuncunun yaşadığı həmin mənzildən çıxmasını gözləmiş, təxminən 30 dəqiqə sonra, yəni saat 12 radələrində qızı Zərərçəkmiş şəxs mənzildən çıxdığını görüb, yaxınlaşaraq sonuncuya onun və qohumları haqqında rüsvayedici və müstəsna azqın xarakterdə yayılan aşağılayıcı və təhqiredici məlumatları yayması və əxlaqsızlıq etməsinə görə iradını bildirib, bələ hərəkətləri dayandırmasını tələb etdikdə, qızının onun sözlərinə nümayişkaranə məhəl qoymayıb pilləkənlə 3-cü mərtəbəyə qədər düşdüyünü görüb, o da, iradını bildirə-bildirə sonuncunun arxasınca gələrək 3-cü mərtəbəyə çatdıqda Zərərçəkmiş şəxs “sizi rüsvay etməkdə davam edəcəm” deyərək, onu nalayiq sözlərlə təhqir etməsinə görə sonuncunu öldürmək niyyətini qətiləşdirib, əvvəlcə yumruqla qızı Zərərçəkmiş şəxs burnundan zərbə vurmaqla sonuncuya burun nahiyəsinin qançırı kimi xəsarət yetirmiş, zərbənin təsirindən sonuncunun burnu qanamış, daha sonra isə əynindəki corabın içərisində gizlətdiyi tiyəsinin uzunluğu 140 mm, ümumi uzunluğu isə 245 mm olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını çıxararaq Jaləni vurmaq istədikdə, sonuncu özünü müdafiə etmək üçün onun bıçağı saxladığı əlindən öz əli ilə zərbə vurmuş və zərbənin təsirindən bıçaq mərtəbələr arasındakı boşluqdan birincə mərtəbənin döşəməsinə düşdükdə o, Zərərçəkmiş şəxs qaçmasının qarşısını almaq üçün saçından tutaraq özü ilə birinci mərtəbəyə düşürdüb, orada birinci mərtəbənin pilləkən meydançasına düşən bıçağı götürərək həmin bıçaqla Zərərçəkmiş şəxs bədəninin sinə, sağ əl, sol bazu, sol yanaq, çənə və boyun nahiyəsinə zərbələr vurmaqla sonuncuya boyun nahiyəsinin yuxu arteriyasının və vidaci venasının, nəfəs və qida borusunun zədələnməsi ilə müşayət edilən iri ölçülü kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmədən ölümünə səbəb olan sağlamlığa ağ zərər vurmaya aid boyun nahiyəsinin iri ölçülü kəsilmiş yarası, habelə, hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmaya aid boyun nahiyəsinin ön səthinin deşilmiş-kəsilmiş yarası, sağ əlin ovuc səthinin kəsilmiş yarası, sağ əlin ovuc səthinin İİ daraq sümüyü proyeksiyasından başlayan və İİ barmağın əsas falanqasının ön səthinədək davam edən kəsilmiş yarası, sağ əlin İ barmağının əsas falanqasının iç səthinin kəsilmiş yarası, sol bazunun yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının kəsilmiş yarası, boyun nahiyəsinin sol yan səthinin deşilmiş-kəsilmiş yarası, sol yanaq nahiyəsinin deşilmiş kəsilmiş yarası, çənə nahiyəsinin ön səthinin kəsilmiş yarası kimi xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Jalə onun birinci nikahdan olan övladıdır. Boşandıqdan sonra məhkəmə aliment təyin etmiş, cəmi 1-2 ay aliment vermiş, sonra Jalənin anası Zümrad ərə getmişdir. Zümradın əri aliment lazım olmadığını, Jaləni özünün böyüdəcəyini bildirmişdir. Jalə böyüyəndən sonra özü zəng elemiş, lakin onun barəsində pis sözlər eşitdiyinə görə onunla əlaqə qurmaq istəməmişdir. Jalə 2018-2019cu ildən onu təhdid etməyə başlamış, ona haqqı olanı verməsə onu biyabr edəcəyini bidirmiş, neçə ildir ki, onlara əziyyət vermiş, o sosial şəbəkələrdə onu və ailəsini təhqir etmişdir. Jalə sosial şəbəkələrdə lüt şəkillərini paylaşıb, cinsiyyət orqanının üzərinə onun şəkillərini qoyaraq onun qızlarını, nəvələrini təhqir etmiş, hətta bir dəfə Zaur Baxşəliyevin verlişinə çıxıb onu biabır etmişdir. Jalə Türkiyəyə gedib, oradan instaqram sosial şəbəkəsi vasitəsi ilə foto şəkillər paylaşmışdır. 2021-ci ildə Jaləni Türkiyədən gətizdirmiş, təyyarə biletini almış, gələn gün ev tutmuşdur. Jalə tutduğu evi bəyənməmiş, onu otelə yerləşdirmişdir. Jalə ondan 150 min manat pul tələb etmişdir. Jalə paylaşdıqlarını silsin deyə ona hər gün 20 manat və hər ay 300 manat kirayə pulu göndərmişlər. Onun hədəqorxu gəlməsi ilə bağlı 34-cü PB-nə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bütün qohumların, qonşuların yanında biabır olduqlarını, neçə dəfə Jaləyə xəbərdarlıq etdiklərini, oğlunun Jalənin anasının yanına gedib onun hərərkətləri barədə xəbərdar etdiyini bildirmişdir. O, Jalənin yaşadığı ünvana getmiş, liftdən çıxanda Jalə ilə qarşılaşmışdır. Qorxutmaq məqsədi ilə özü ilə bıçaq aparmış, lakin onu öldürmək məqsədi olmamışdır. Jalə onu görən kimi qışqır-bağır salmış, həm ona, həm də oğluna ağır sözlər demiş, onun çox qışqırdığını gördükdə bıçağı çıxartmış, Jalə bıçağı əlindən alaraq pilləkanların arasından aşağıya atmışdır. Blokdan çıxan zaman Jalə yenə qışqırmış, həmin vaxt o özündə olmayaraq bıçağı yerdən götürərək Jalənin boyun nahiyəsinə bir bıçaq zərbəsi vurmuş, bıçağı tullayıb blokdan çıxmışdır. Törətdiyi əməldən peşmandır. Hadisəni törətdikdən sonra polisə gedib, könüllü təslim olmuşdur. Özünü CMnin 122-ci maddəsi ilə təqsirli bilmiş, affekt vəziyyətində olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, 1986-cı ildə X4 ilə ailə qurmuş, bu nikahdan 1987-ci ildə qızları Jalə anadan olmuş, sonradan Zümradla arasında ailədaxili narazılıqlar başlamış, ailə olaraq bir evdə yola gedə bilmədiklərinə görə Jalə doğulduqdan 2 ay sonra rəsmi qaydada boşanmışlar. Jalə anası ilə birlikdə Şəki rayonunda yaşamış, boşandıqdan sonra 1989-cu ildə Zümrad, o özü isə 1991-ci ildə Gülarə ilə ailə qurmuş, bu nikahından da onun 2 qız və 1 oğlan olmaqla 3 övladı dünyaya gəlmişdir. Gülarə ilə evləndikdən sonra Bakı şəhərinə gələrək müxtəlif mağazalarda, kafelərdə işləyərək ailəsini dolandırmağa başlamış, 2018-ci ilədək qızı ilə demək olar ki, heç vaxt əlaqə saxlamamış, çünki onun anası Zümrad ikinci dəfə evləndikdən sonra sonuncunun əri onun Jaləyə aliment verməyinə etiraz etmiş, keçmiş arvadının vı qızı Jalənin onunla hər-hansı formada əlaqə saxlamasını istəməmişdir. 2018-ci ildə Jalə onun mobil telefonuna zəng edib “sən mənim atamsan, mənə maddi köməklik et, maddi vəziyyətim çox aşağıdır” demiş, ona “mənim qulağıma Şəki camaatından çatıb ki, sən düz yolda deyilsən, pozğunluq edirsən, başqa kişilərlə qeyrirəsmi münasibət qurursan, cinsi əlaqədə olursan, sənin kimisindən mənə qız olmaz, məndən də sənə ata olmaz” deyə cavab vermişdir. 2022-ci ilin fevral ayında Jalə özünün “Zərərçəkmiş şəxs” adlı “İnstagram” səhifəsində dəniz geyimində və çılpaq şəkillərlə paylaşımlar etmiş, həmin paylaşımlardan onun Türkiyə Respublikasındakı otellərdən birində olması açıq-aydın görünmüş, amma Jalə bununla kifayətlənməyərək onun ikinci evliliyimdən olan övladlarının şəkillərini həmin şəbəkədə paylaşaraq şəkillərin altından təhqiramiz ifadələr yazmışdır. Oğlu Şahid1 “oğul, sən Jalə ilə danış, qoy Bakıya gəlsin, o, Bakıya gələndən sonra mən polisə şikayət edəcəm ki, Jalə məni və ailə üzvlərimizi İnstagramda təhqir edir, mənim bu şikayətimdən sonra da polislər onu tutacaq” deyəndən sonra oğlu İlqar Jalə ilə telefonla danışmış və oğlunun səyləri nəticəsində Jalə 2022-ci ilin mart ayında Bakı şəhərinə gəlmişdir. Jaləni əvvəlcə Novxanı yolunda yerləşən adını bilmədiyi otelə yerləşdirmiş, Jalə təxminən 2-3 gün həmin oteldə qalandan sonra o, Xətai rayonu, NZS qəsəbəsində kirayəşin olaraq yaşadığına görə Jalənin onu və ailə üzvlərini təhqir etməsi ilə bağlı Xətai RPİ-nin 34-cü PB-nə ərizə ilə müraciət etmiş, şikayət etdiyinə görə Jaləni də NZS qəsəbəsində olan başqa bir otelə yerləşdirmiş, şikayət barədə biləndən sonra Jalə yenidən övladlarının şəkillərini “İnstagram”da paylaşaraq altında təhqiramiz sözlər yazmağa başlamışdır. Tək yaşayan qızlara ev verilmədiyinə və Jalə tək olduğuna görə ona kirayəşin olaraq ev tuta bilməmiş, Jaləni yerləşdirdiyi otellərin pulunu özü ödəmişdir. Daha sonra Jalənin anası Zümrad Şəki rayonundan gələrək qızı ilə birlikdə Xırdalan şəhərində kirayəşin olaraq yaşamağa başlamış, təxminən bir ay sonra həmin mənzilin sahibi də Jaləni evdən qovmuş, ev sahibi oğlu İlqara zəng edərək Jalənin yaşadığı mənzilə başqa kişilərlə birlikdə gəlməsini demişdir. Buna görə də oğlu İlqar məcbur olub 2022-ci ilin may ayında Jaləyə Abşeron rayonu, Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış kompleksində mənzil kirayə tutmuş və Jalə həmin mənzildə tək yaşamağa başlamış, həm Xırdalan şəhərində, həm də Masazır qəsəbəsində Jaləyə tutduqları mənzillərin kirayə pulunu əvvəlki kimi Jalə yox, özü ödəmişdir. Lakin Jalə yenə də onu və ailə üzvlərini “İnstagram”da təhqir etmiş, ondan digər xərclərini ödəmək üçün pul tələb etmiş, o da ona gündəlik olaraq ən azı 20 manat pul, müxtəlif vaxtlarda 50, 100, 200, sonuncu dəfə isə 300 manat pul vermişdir. Jalə isə pulu qurtaran kimi “İnstagram”da onu və ailə üzvlərini təhqir etməyə başlamış, dəfələrlə Jalənin yaşadığı Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinə gedib xəbərdarlıq edərək “məni və ailə üzvlərimi biabır etmə, biz insanlar içərisinə çıxa bilmirik” desə də, Jalə onun sözlərinə məhəl qoymamış, pulu qurtaran kimi onu və ailə üzvlərini təhqir etmiş, sonuncu dəfə 29 may 2022-ci il tarixdə təxminən saat 20 radələrində Jalənin kirayəşin olaraq yaşadığı Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış kompleksinin 7-ci mərtəbəsində yerləşən evə getmiş, əvvəlcə Jalə evin qapısını açmasa da, ona “qızım qapını aç, bir ata-bala kimi sənlə danışım” deyəndən sonra Jalə qapını açmış, onunla söhbət edib “qızım bizim ailəni biabır etmisən, ATV-də Zaurun verlişinə qədər çıxıb məndən aliment istəyirsən, xahiş edirəm bu əməllərindən əl çək, yoxsa səni öldürəcəm” demişdir. Həmin vaxt qızı onu nalayiq sözlərlə təhqir edib evdən qovmağa çalışmış, o da əsəblərini cilovlaya bilməyib onu yerə yıxıb bədəninin müxtəlif nahiyələrinə, o cümlədən sifətinə yumruq və təpiklə vuraraq xəsarət yetirib getmişdir. 30 may 2022-ci il tarixdə Abşeron RPİ-nə çağırılmış, orada ondan izahat alınaraq Jalənin ondan şikayət edib ekspertizadan keçdiyi və onun əməlinə qanunvericiliyə uyğun hüquqi qiymət veriləcəyi deyilmişdir. Qızının polisə şikayət etməsi onu daha çox əsəbləşdirmiş, eyni zamanda polisə etdiyi şikayətdən sonra qızı “İnstagram”da daha da fəallaşıb onu və ailə üzvlərini daha böyük hirslə təhqir etməyə, oğlu İlqarın, yeznəsi Orxanın və nəvəsi Sevdanın şəkillərini öz hesabında paylaşaraq şəkillərin altından təhqiramiz ifadələr yazmağa başlamışdır. Bu onu daha da hirsləndirdiyinə görə 03 iyun 2022-ci il tarixdə təxminən saat 11 radələrində kirayəşin olaraq yaşadığı Nəsimi rayonu, 4 mikrorayondakı evindən çıxıb dəqiq xatırlamadığı dükandan təxminən 2-3 manata dəstəyi açıq qəhvəyi bıçaq alıb həmin bıçağı corabının içinə qoyub Jalənin yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinə gəlib bina 1C-nin 1-ci blokunun 7-ci mərtəbəsinə qalxıb liftin yanında dayanaraq Jalənin evdən çıxmasını gözləmiş, bıçağı alıb Jalənin yaşadığı evə gələn zaman fikri onu öldürmək olmamış, bir ata olaraq yenə də Jaləni onu və ailə üzvlərini təhqir etməməsi, bütün qohumlar və tanışlar arasında biabır etməməsi üçün qorxutmaq istəmiş, təxminən yarım saat 7-ci mərtəbədə Jalənin evdən çıxması və onunla söhbət edib düz yola dəvət etməsi üçün liftin yanında gözləmişdir. Təxminən yarım saat sonra saat 12 radələrində Jalə evdən çıxıb pilləkanlarla 7-ci mərtəbədə olan liftin yanına yaxınlaşanda olduğu yerdən çıxıb Jalənin arxasında dayanmış, Jalə onun arxasınca gəlməyini gözləməmiş, ona “qızım əl çək bu şantaj və təhqirlərindən, mənim sənə verməyə pulum qurtaran kimi sən bizim ailənin hər bir üzvünü təhqir edirsən” deyəndə Jalə yüksək səslə qışqıra-qışqıra onu təhqir etməyə başlayıb ona “səndən sonra da sənin oğlun İlqarı biabır edəcəm, onsuzda İlqarı da biabır etmişəm, amma indidən sonra daha da biabır edəcəm ki, siz ailəlikcə rüsvay olasınız” demiş, Jalə yenə də onu təhqir etməkdə davam etmiş və onu təhqir edə-edə birlikdə binanın 3-cü mərtəbəsinə qədər enmişlər. Jalənin təhqirlərinə dözə bilməyib əvvəlcə yumruqla onun burun nahiyəsinə bir dəfə zərbə endirmiş, zərbədən onun burnundan qan açılmış, bundan sonra corabının içərisində olan özü ilə gətirdiyi bıçağı götürüb qızının boğazına zərbə endirmək istəsə də o, bıçağı onun əlindən alıb pilləkən qövsünün orta hissəsi ilə binanın blokunun 1-ci mərtəbəsinə atmışdır. O, Jalənin saçından tutaraq piyada şəkildə, pilləkənlərlə onu binanın blokunun 1-ci mərtəbəsinə endirmiş, blokun 1-ci mərtəbəsinin döşəməsində olan bıçaqla Jalənin boğaz nahiyəsinə var gücü ilə bir dəfə xəsarət yetirmiş, həmin nahiyədən əsas qan damarları getdiyini və oradan zərbə vurarsa Jalənin tez öləcəyini bilmiş, ona görə də əsas olaraq ilk növbədə Jalənin boğaz nahiyəsinə zərbə endirmişdir. Jalə həmin vaxt ona müqavimət göstərməyə çalışsa da, onun bədəninin başqa hansı nahiyələrinə zərbə endirməyi yadında qalmamış, ola bilər ki, özündən asılı olmayaraq Jalənin bədəninin başqa nahiyələrinə də xəsarət yetirmişdir. Jaləni bıçaqla öldürməyini heç kim görməmiş, Jaləni öldürdükdən sonra onu vurduğu bıçağı da üzərinə atıb binanın blokundan çıxıb yaxınlıqdakı meyvə dükanında əllərini yumuş, amma dükanın sahibinə hadisə barədə heç bir söz deməmiş və yalnızca “su verin zəhmət olmasa, əllərimi yuyum, barmağımı kəsmişəm” demiş, sonra da orada dayanmış tanımadığı taksi sürücüsünün maşınına əyləşib Abşeron rayon polis idarəsinə sürməsini xahiş etmişdir. Təxminən yarım saat sonra həmin taksi onu polis idarəsinə çatdırmış, orada növbətçi hissəyə yaxınlaşıb qızı Jaləni öldürməyi barədə məlumat verib polisə təslim olmuşdur. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, qızına bıçaqla zərbələr vurduğu vaxt o, müqavimət göstərməyə çalışmış, son nəfəsinə qədər onu təhqir edib sağalandan sonra bütün ailə üzvlərini biabır edəcəyini demiş, qızını öldürdükdən sonra baş vermiş hadisə ilə bağlı oğlu İlqara telefonla zəng edib “oğlum mən Jaləni öldürdüm, gedirəm polisə təslim olmağa” demiş, oğlundan başqa heç kimə hadisə ilə bağlı məlumat verməmiş, əməlindən peşman olmuş, amma qızı Jalə ona başqa çıxış yolu qoymamış, özünün lüt şəkillərinin altına onun, nəvələrinin, qızının əri Orxanın və oğlu İlqarın kiçildilmiş şəkillərini “İnstagram” sosial şəbəkəsində paylaşaraq ailəsini bütün Azərbaycana rüsvat etmişdir. Təqsirləndirilən şəxs əlavə verdiyi ifadəsində göstərmişdir ki, ondan tələb etdiyi pulu vermədiyi təqdirdə Jalə “İnstaqram” və “Whatsapp” sosial şəbəkələrində status və paylaşımlarda əxlaqsız fotoşəkillər paylaşaraq onun və ailə üzvlərinin ləyaqətinə toxunan hərəkərtlərə yol vermiş, dəfələrlə Jalə ilə danışaraq belə hərəkətlərə yol verməməsini, onu camaat içində biabır etdiyini desə də, o, onun sözlərinə məhəl qoymamış, pul vermədiyi təqdirdə onu biabır edəcəyini bildirmişdir. Sonuncu dəfə Jaləyə Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində ev tutmuş və yenə də bütün tələbatlarını qarşılamağa çalışsa da, o, daha çox pul istəmiş, hər gün salona və gəzməyə getdiyini, özünə paltarlar aldığını bildirib təhqir edərək ondan pul almış, istədiyi miqdarda pul vermədikdə isə hədə-qorxu və təhqirə keçmiş, cəmiyyət içərisində onu biabır etmiş, sosial şəbəkələrdə lüt şəkillərini, həmin şəkillərin aşağı hissəsində isə azyaşlı qız nəvələrinin şəkillərini paylaşaraq onların gələcəyin fahişəsi olduğunu yazmışdır. Bundan başqa kürəkəni Orxanın fotoşəkillərini qeyd etdiyi sosial şəbəkələrdə paylaşaraq onu və ailə üzvlərini təhqir etmiş, Jalənin hərəkətləri fonunda o, artıq çilədən çıxıb özünü ələ ala bilməmiş, bütün gün sakitləşdirici dərmanlar qəbul etmiş və Jalənin etdiklərini unutmağa çalışmışdır. Ancaq Jalə demək olar ki, hər gün bir əxlaqsız fotoşəkil paylaşıb onu və ailə üzvlərini tanışlarının arasında biabır etmiş, o, lüt şəklini paylaşaraq cinsiyyət orqanının üzərini onun şəkli ilə örtüb atasının qeyrətsiz olduğunu bildirmiş və hər kəs də bunu görmüş, oğlunun üstünə dayanmadan şər atmış, guya oğlunun onunla cinsi əlaqəyə girdiyini bildirmiş, bütün bu böhtan və təhqirlərə dözmək onun üçün çətin olmuş, bundan başqa ATV kanalında Zaur adlı teleaparıcı tərəfindən yayımlanan verilişə çıxaraq orada da onu təhqir etmişdir. 03 iyun 2022-ci il tarixdə Jalənin yaşadığı ünvana gedərkən onu öldürmək niyyəti olmamış, sadəcə olaraq elədiklərini bir daha deyərək onu bu çirkin yoldan çəkindirmək və qorxutmaq istəsə də, Jalə yaşadığı binanın blokunda onu görən kimi yüksək səslə təhqir etməyə başlamış, onu biabır edəcəyini, həbs etdirəcəyini, ailəsinin, qızlarının, nəvələrinin fahişə olduğunu demiş, bıçağı çıxararkən onu vurmaq niyyəti olmamış, sadəcə onu qorxutmağa çalışmışdır. Həmin vaxt onun yüksək səslə qışqıraraq onu təhqir etməsi, əməllərini davam etdirəcəyini bildirməsi onu özündən çıxarmış, onda çox güclü ruhi həyəcan vəziyyəti yaranmış və nə etdiyini bilməyib bir anın içində bıçaqla onun boyun nahiyyəsinə zərbə endirmiş, bir anlıq özünə gəlib vurduğunun öz qızı olduğunu görmüşdür. Jaləyə cəmi bir dəfə bıçaq zərbəsi vurmuş, ancaq ona bir neçə bıçaq zərbəsi endirmək üçün kifayət qədər imkanı olsa da, bir bıçaq zərbəsindən sonra ondan aralanmış, bıçaq zərbəsini vuran zaman isə özündə olmamış, affekt halında olmuşdur. (cild 1, i/v. 68-72, 205-207, cild 2, i/v. 144-148) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, qızı ilə münasibətləri normal olmuşdur. 18 yaşında o, İftixarla evlənmiş, 19 yaşında boşanmışdır. Onlar ayrılanda Jalə 2 aylıq olmuş, Jalə 10-cu sinifdə oxuyanda İftixar onunla görüşüb, pul vermişdir. Jalə 4-cü kursda oxuyanda İftixarla görüşməyə başlamışdır. İftixar 2018-ci ildə qızına qarşı əxlaqsızlıq etmiş, hətta Jalə İftixarın oğlunun onunla ər-arvad kimi yaşadığını demişdir. Təqsirləndirilən şəxs düz demiş, Jalə ona zəng etmiş, lakin hər şeyin bir səbəbi olmuşdur. İftixar Jalə üçün kirayə ev tutmuş, Jaləni marketə işə düzəltmişdir. O, Jalənin ona İftixarın ona qarşı əxlaqsız sözlər dediyini bildirmişdir. 03 iyun 2022-ci il tarixdə “İnstagramda” Zərərçəkmiş şəxs atası tərəfindən öldürülməsi xəbərini eşitmiş, tez qızına zəng etmiş, lakin qızı cavab verməmişdir. Jalə 2018-ci ildə İftixarın yanına getmiş, İftixarın əxlaqsız hərəkətlərindən polisə şikayət etməmişdir. Jalənin Türkiyəyə getməsini, bir nəfərlə əlaqəsinin olmasını bilmişdir. 2022-ci ildə özü Jaləyə kirayə ev tutmuş, Masazırdakı evin kirayə pulunun 150 manatını o, 150 manatını İftixarın oğlu vermişdir. Təqsirləndirilən şəxslə barışmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Jalə atasının ona sahib çıxmadığına görə düşmənçilik etmiş, Jalə ondan 150 min pul tələb etmişdir. Jaləyə pulu həm əlbəəl vermiş, həm də kartına göndərmişdir. Təxminən 2022-ci ilin fevral ayında atasının sözü ilə Jaləni Türkiyədən Bakıya gətizdirmiş, ona kirayə ev tutmuşlar, lakin Jalə tutduqları evi bəyənməmiş, onu otelə yerləşdirmişlər. Atası bir ay olardı ki, yatmır, psixoloji dərmanlar qəbul edirmiş. Hadisə barədə ona bölmədən zəng edib məlumat verilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Jaləni tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. 2012-ci ilin aprel ayında Təqsirləndirilən şəxs qızı Şahid3 ilə ailə qurmuş, onların birgə nikahdan 3 övladları dünyaya gəlmiş, Təqsirləndirilən şəxs çox yaxşı, alicənab, ailəsinə və övladlarına bağlı bir insan olmuş, bir böyük kimi hər zaman onun hörmətini saxlamış, qohum-əqrəba dost-tanış içərisində hər zaman hörmət olunan bir adam kimi tanınmışdır. Təqsirləndirilən şəxsla qohum olduqdan sonra onun ilk nikahından bir qızının olduğunu, lakin heç bir əlaqəsinin olmadığını eşitmiş, 10 illik qohumluğu dövründə İftixarın birinci nikahdan olan qızını görməmiş və onun harada olması, nə işlə məşğul olmasını bilməmişdir. 2022-ci ilin fevral-mart aylarında ayında Təqsirləndirilən şəxs birinci nikahdan olan qızı Zərərçəkmiş şəxs Bakı şəhərinə gəlib atasından külli miqdarda pullar tələb etdiyini eşitimiş, Jalənin İftixarın oğlu, yəni qaynı İlqarın vasitəçiliyi ilə ilk öncə otelə yerləşdirildiyini, daha sonra isə kirayə ev tutulduğunu, daha sonra isə Jalənin Türkiyə Respublikasında yaşayıb orada pozğunluqla məşğul olduğunu bilmişdir. Daha sonra Jalə atasının Bakı şəhərində yaşadığını öyrəndikdən sonra onunla əlaqə yaradıb pullar tələb etmiş, sosial şəbəkələrdə qayınatası İftixarı təhqir etmiş, Bakı şəhərinə gələndən sonra onun bu şəhərdə bütün yaşayış və məişət xərcləri qayınatası tərəfindən qarşılanmış, bildiyinə görə ona gündəlik ən az 20-30 manat, müxtəlif vaxtlarda 150, 200, 300 manat məbləğində pullar verilmiş, həmin pulları qayınatası Jaləyə İlqar vasitəsilə çatdırmışdır. Jalə isə hər gün ona verilən pullarla kifayətlənməyib daha çox pul tələb etmiş, istədiyi məbləğdə pul ala bilməyincə sosial şəbəkələrdə, xüsusilə “İnstaqram” sosial şəbəkəsində əxlaqsız fotolar paylaşaraq qayınatası Təqsirləndirilən şəxs və onun ailə üzvlərini təhqir edib hədə-qorxu gəlmiş, sosial şəbəkələrdə təhqir olunanlardan biri də o özü və ailə üzvləri olmuş, belə ki, Jalə mütəmadi olaraq onun və övladlarının fotoşəkillərini sosial şəbəkədə paylaşıb təhqir edərək hədə-qorxu gəlmişdir. Qayınatası İftixar və qaynı İlqar Jalə ilə görüşüb belə hərəkətlər etməməsini, onları biabır etdiyini, bu hərəkətlərin yaraşmadığını desələr də, Jalə bunlara məhəl qoymamış, istədiyi miqdarda pul almayınca biabır edəcəyini söyləmiş, lüt və əxlaqsız fotoşəkillərini, həmin şəkillərin aşağı hissəsində onun, qayınatasının, qaynının, övladlarının, yoldaşının fotoşəkillərini paylaşaraq əxlaqsız sözlərlə mütəmadi olaraq onları təhqir etmişdir. Hətta bir neçə dəfə qayınatası ilə danışanda da ona onlardan birini şərləyəcəyini demiş, ailədə hər kəs Jalənin etdiyi hərəkətlərdən cana doymuş, bu onlar üçün çox ağır və çətin bir hal olmuş, qohum-qonşu, dost-tanış içinə çıxmağa üzləri qalmamış, demək olar ki, onları tanıyan hər kəs Jalənin etdiyi çirkin hərəkətlərdən xəbərdar olmuşdur. Jalə hədə-qorxu ilə pul tələb edib məqsədinə çata bilmədikdə sosial şəbəkələrdə lüt şəkillərini onların foto şəkilləri ilə “bəzəmiş”. onun övladının fotoşəklini paylaşaraq “nikahdan doğulmuş uşaq” kimi statuslar yazmışdur. Bu məsələdən ən çox əziyyət çəkən qayınatası Təqsirləndirilən şəxs olmuş, o, hər zaman “mənim etdiyim səhvin cəzasını bu gün ailə üzvlərim çəkir” deyə bildirmiş, o, Jalənin etdiyi pozğun və əxlaqsız hərəkətlərdən çox utanmışdır. Jalə demək olar ki, hər gün onların şərəf və ləyaqətlərini alçaldan paylaşımlar etmiş, onun bu hərəkətləri də Təqsirləndirilən şəxs psixoloji vəziyyətində çox ciddi dəyişiklik yaratmış, bu hadisələr ərəfəsində dəfələrlə Təqsirləndirilən şəxsla görüşəndə o, hər dəfə fikirli, əsəbi olmuş, Jalənin etdikləri ilə bağlı söhbət açılanda özündən çıxmış, mütəmadi olaraq müxtəlif sakitləşdirici dərman preparatları qəbul etmiş və özünü ələ ala bilməmiş, ona Jalənin etdiyi qanunsuz və əxlaqsız hərəkətlərlə bağlı polisə də müraciət etdiyini, lakin bir tədbir görülmədiyini bildirmişdir. 03 iyun 2022-ci il tarixdə axşam saatlarında qaynı İlqar onunla mobil telefon əlaqəsi saxlayıb atası İftixarın Jaləni bıçaqla vurub öldürdüyünü bildirmiş, bunu eşidəndə dəhşətə gəlmiş, çünki qayınatası çox sakit təbiətli, heç kimlə işi olmayan biri olmuş, onun belə bir iş görəcəyinə hələ də inana bilməmiş, ola bilsin ki, İftixar Jaləni bıçaqla vurarkən güclü ruhi həyəcan vəziyyətində olmuş, Jalənin İftixarla amansız rəftar etməsi, onu özündən asılı vəziyyətə gətirərək intensiv şəkildə pul tələb edib alması, mütəmadi olaraq özünün və ailə üzvlərinin ləyaqətini alçaldan hərəkət və ifadələrə yol verməsi, həmçinin hədə-qorxu gəlməsi onu bu vəziyyətə gətirmişdir. Jaləni şəxsən görməsə də, sosial şəbəkələrdə ailə üzvlərinin fotolarını paylaşdığı üçün həmin vaxt onun fotoşəklini görmüş, aralarında heç bir danışıq və əlaqə olmamış, qayınatasının Jaləni döyməsindən xəbərsiz olmuş, Ağsu rayonunda yaşadığı üçün baş verənlər barədə məlumatları telefon vasitəsilə almışdır. Məlum hadisədən sonra məlumatı olmuşdur ki, İftixar Jalənin ölümündən qabaq onun yaşadığı evə gedib yenə də söhbət etməyə, cinayətkar hərəkətlərinin qarşısını almağa cəhd etmiş, lakin o, İftixarı söyüb təhqir etdiyi üçün aralarında mübahisə baş vermişdir. Şahid3 məhkəmə elan olunaraq araşdırılmış ifadələrindən görünür ki, sonuncu məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid4 məhkəmdə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, fərdi qaydada özünə məxsus olan “Opel” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuş, 03 iyun 2022-ci il tarixdə təxminən saat 12 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin qarşısında avtomaşında oturduğu vaxt təxminən 60 yaşlarında ortaboylu, çal saçlı kişi onu Abşeron rayon polis idarəsinə aparmağı xahiş etmiş, həmin vaxt onun əlində heç nə olmamış, əlləri təmiz olmuş, sonradan adının İftixar olduğunu bildiyi şəxs ona “Allah keçsin günahımdan, qızım məni neçə müddətdir əsəbləşdirirdi, məni və ailəmi rüsvay edirdi, gəldim ki, danışam bu əməllərindən əl çəksin, amma olmadı, məni yenə də rüsvay edəcəyini bildirdi, buna görə də əsəbimdən bıçaqla vurduğum zərbə nəticəsində qızım öldü. Çox peşmanlıq keçirirəm, vicdanım mənə rahatlıq vermir, əsəbi oldum və balamı öldürdüm, amma gedib polisə təslim olmalıyam” demişdir. Ünvanan çatandan sonra İftixar gediş haqqını verib maşından düşmüş, həmin vaxt o özündə olmamış, peşmançılıq keçirmiş, sanki öz-özünə danışmışdır. Dərhal yaşadığı Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinə gedib küçədə olan tanımadığı polis əməkdaşına yaxınlaşıb “İftixar adlı şəxs qızını öldürməsi barədə mənə məlumat verib” deyəndə həmin vaxt polis əməkdaşı İftixarın qətl hadisəsi törətməsi barədə məlumatlı olduğunu, İftixarın Abşeron rayon polis idarəsinə gedərək könüllü şəkildə təslim olduğunu bildirmişdir. İftixarın qızını öldürməsini görməmiş və həmin ərazidə hər-hansı səs-küy eşitməmişdir. (cild 1 i/v.157- 158) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış kompleksi, bina 1C, blok 1-in liftinin baş tərəfidir. Orada aşkar edilmiş meyit pilləkən qövsündə ayaqları liftə tərəf, nisbətən sol çiyin nahiyəsi üstə üzü aşağı uzanmış vəziyyətdədir. Meyitin qolların bitişik vəziyyətdə açıq qəhvəyi rəngdə əl çantası, sol əlinin alt hissəsində içə qəhvəyimtil rəngli dəstəyi olan bıçaq aşkar edilmişdir. Dəhlizdə meyitin yanından başlayaraq 3-cü mərtəbəyədək qanabənzər ləkələr vardır. (cild 1 i/v.3-10) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 03 iyun 2022-ci il tarixli 78 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı ona ölümündən az əvvəl 03 iyun 2022-ci il tarixdə və ölümündən 3-5 gün əvvəl yetirilməyə xarakterik çoxsaylı xəsarətlər aşkar edilmişdir. 03 iyun 2022-ci il tarixdə yetirilməyə uyğun gələn xəsarətlər: Boyun nahiyəsinin iri ölçülü kəsilmiş yarası (1.8x7.3 sm ölçüdə). Yara boyunun ön səthində qalxanabənzər qığırdaq proyeksiyasından l,2 sm aşağıdan başlayır və köndələn istiqamətdə gedərək boyunun arxa səthinin sol hissəsində tamamlanır. Yaranın kənarları hamar, ucları itidir. Yara kanalının ən dərin hissəsi onun mərkəzi hissəsidir. Bu hissədə yara Vİ boyun fəqərəsinin cisminədək davam edir və fəqərənin sümüküstlüyünü zədələyir. Yara boyunca qida və nəfəs borusu, sol yuxu arteriyası və vidacı vena tam kəsilmişdir. Yara boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Boyun nahiyəsinin ön səthinin deşilmişkəsilmiş yarası (2.8x0.5 sm ölçüdə). Yaranın bayır ucu iti, it ucu kütdür. Yara ayaq altından 141 sm yuxarıda yerləşmişdir, yara kanalının dərinliyi 3 sm-dir, istiqaməti sağdan-sola, azacıq öndən arxaya və yuxarıdan aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sağ əlin ovuc səthində kəsilmiş yarası (3,0x0,8sm ölçüdə). Yaranın kənarları hamar, ucları itidir. Yara köndələn və azacıq çəp istiqamətdədir, ən dərin hissəsi başlanğıc və mərkəzi olmaqla l,5 sm-dir. Yara boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sağ əlin ovuc səthində İİ daraq sümüyü proyeksiyasından başlayan və İİ barmağın əsas falanqasının ön səthinədək davam edən kəsilmiş yarası (2,2x0,3sm ölçüdə). Yara boylama-çəp istiqamətlidir, kənarları hamar, ucları itidir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sağ əlin İ barmağının əsas falanqasmm iç səthində kəsilmiş yarası (l,5x0,3sm ölçüdə). Yaranın kənarları hamar, ucları itidir. Yaranın istiqaməti köndələn-çəpdir, ən dərin hissəsi mərkəzi 0,7 sm-dir. Yara boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sol bazunun yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası (l,8x0,4sm ölçüdə. Yaranın yuxarı ucu iti, aşağı ucu kütdür, yara kanalının dərinliyi 2sm-dir, istiqaməti öndən-arxaya, bir qədər aşağıdan-yuxarı və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır.Döş qəfəsinin ön səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası (l,0x0,4sm ölçüdə). Yaranın aşağı kənarı ayaq altından 140 sm yuxarıda yerləşir, yuxarı ucu iti, aşağı ucu kütdür. Həmin yaradan 2,5 sm içəridə kənarları hamar, yuxarı ucu iti, aşağı ucu küt olan 0,9x0,3sm ölçüdə digər bir yara vardır. Yuxarıda qeyd olunan yaranın istiqamətini təyin etmək məqsədilə yaraya mil yeridildi və məlum oldu ki, yara kanalı soldan-sağa və azacıq aşağıdan-yuxarıya doğru istiqamətdə gedərək 0,9x0,3sm ölçüdə olan yaradan xaricə çıxır. Yara kanalının uzunluğu 2,5 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Döş qəfəsinin ön səthinin sol yarısının kəsilmiş yarası (6,0x0,9sm ölçüdə). Yaranın aşağı ucu ayaq altından 136 sm yuxarıda yerləşmişdir. Yaranın ən dərin yeri mərkəzi hissəsi olmaqla 0,3 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Boyun nahiyəsinin sol yan səthinin deşilmişkəsilmiş yarası (l,6x0,4sm ölçüdə). Yaranın yuxarı ucu iti, aşağı ucu kütdür. Yaranın aşağı ucu ayaq altından 144,5 sm yuxarıda yerləşir. Yara kanalının dərinliyi l,5 sm-dir, istiqaməti soldan-sağa və yuxarıdan-aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sol yanaq nahiyəsinin deşilmiş-kəsilmiş yarası (2,2x0,5 sm ölçüdə). Yaranın yuxarı ucu iti, aşağı ucu kütdür, aşağı ucu ayaq altından 146,5 sm yuxarıda yerləşmişdir. Yara kanalının dərinliyi 3,5sm-dir. İstiqaməti yuxarıdan-aşağı və azacıq soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Çənə nahiyəsinin ön səthinin kəsilmiş yarası (4,7 sm uzunluqda). Yara dodaq haşiyəsindən 1,5 sm aşağıda çənənin mərkəzi hissəsindən başlayır, sağdan-sola və azacıq yuxarıdan-aşağıya doğru köndələn-çəp istiqamətdə gedir. Yaranın kənarları hamar, ucları itidir. Yaranın aşağı ucu ayaq altından 146,5 sm yuxarıda yerləşmişdir. Yaranın başlanğıc hissəsindən 2.5 sm uzunluqda hissəsinin eni 0,5 sm, dərinliyi isə 0,4 sm-dir. Yaranın digər hissəsi səthidir və eni 0,2 sm-dir. Yara boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Burun nahiyəsinin qrımızımtıl-çəhrayımtıl rəngli qançırı (3,0x3,0sm ölçüdə). Ölümdən 3-5 gün əvvəl yetirilməyə uyğun gələn xəsarətlər: Sol gicgah nahiyəsinin (3,0x2,1 sm ölçüdə), burun nahiyəsinin (2.0x2.0 sm ölçüdə), sol qaşalın nahiyəsinin (6,0x4.0 sm ölçüdə), sol dirsək oynağı nahiyəsinin arxa səthinin (4.5x3.0 sm ölçüdə), sağ saidin yuxarı 1/3-nin arxa-iç səthinin (4.0x3.5 sm ölçüdə), döş qəfəsinin sağ yarısının (7.0x6.0 sm ölçüdə), sağ süd vəzinin aşağı-iç kvadratının (3.0x2.0 sm ölçüdə), sol süd vəzinin aşağı bayır kvadratının (4.0x3.0 sm ölçüdə), sol bud nahiyəsinin (4.0x3.0 sm ölçüdə), sağ baldırın (8.0x4.0 sm ölçüdə), sağ körpücüküstü nahiyənin (6.0x3.0 sm ölçüdə), sağ budun (4.0x2.0 sm ölçüdə) bənövşəyi rəngli qançırları. Sol qulaq seyvanının yuxarı hissəsinin ön (3,0x2,0 sm), arxa səthinin (3,0x2,5 sm) bənövşəyi rəngli qançırları və sol təbil pərdəsinin perforasiyası (cırılması); Sol gözaltı-almacıq nahiyəsinin (4,0x3,5 sm ölçüdə) və sol göz qapaqlarının (bütövlüklə) bənövşəyi rəngli qançırları və həmin gözün ağlı qişasında qansızma; Sol yanaq nahiyəsinin (3.5x0.3 sm ölçüdə), başın alın nahiyəsinin sağ yarısının (4.0x0.3 sm ölçüdə) üzərləri ətraf dəri səviyyəsindən yuxarıda yerləşən tünd qəhvəyi rəngli qartmaqlarla örtülmüş sıyrıqları. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş İ qrup xəsarətlər həyatidirlər, onun ölümündən az əvvəl, 03 iyun 2022-ci il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Qeyd edilən xəsarətlərdən boyun nahiyəsinin yuxu arteriyasının və vidacı venanın, nəfəs və qida borusunun zədələnməsi ilə müşayiət olunan iri ölçülü kəsilmiş yarası həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Bu qrupa aid olan digər deşilmiş-kəsilmiş və kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər, burun nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş ölümündən az əvvəl yetirilməyə uyğun gələn xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), kəsilmiş yaralar iti kənarlı əşyanın (alətin) təsirindən, burun bahiyəsinin qançırı isə küt əşyanın təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs meyitinin məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş İİ qrup xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən 3-5 gün əvvəl əmələ gəlmişdilər, 30 may 2022-ci il tarixdə əmələ gələ bilərdilər, ölümlə səbəbli əlaqəli deyillər, dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər, bu xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərər alaraq demək olar ki, həmin xəsarətlər insan bədənin hissələri ilə endirilmiş zərbələrin (yumruq, təpik və s.) təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs ölümünə səbəb - boyun nahiyəsinin yuxu arteriyasınnı və vidacı venanın, nəfəs və qida borusunun zədələnməsi ilə müşayiət olunan iri ölçülü kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Onun ölümü müayinə başlanandan (03 iyun 2022-ci il, saat 15:20) 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar ülgücü və küpü olan yastı tipli deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdilər, meyitdə aşkar edilmiş xəsarətlərdən deşilmiş-kəsilmiş və kəsilmiş yaraların ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş burun nahiyəsinin qırmızımtıl çəhrayımtıl rəngli qançırı (ölümündən az əvvələ uyğun gələn) xəsarəti müxtəlif şəraitlərdə və həmçinin insan bədən hissəsinin (əl, baş və s.) təsirindən əmələ gələ bilərdi. Sağ əlin ovuc səthinin və həmin əlin İ barmağının kəsilmiş yaraları ona iti alətlə xəsarət yetirilərkən özünü müdafiə nəticəsinə əmələ gələ bilərdilər. Meyitdən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1.4-benzodiazepin törəmələri və salsilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı fiziki qüvvə tətbiq etməklə cinsi əlaqədə olmaya xarakterik xəsarətlər və onun meyitindin uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan iki ədəd tampon və iki ədəd yaxmanın məhkəmə tibbi tədqiqi zamanı spermatazoidlər aşkar olunmamışdır. (cild 1 i/v.175-182) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 22 iyul 2022-ci il tarixli 400/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Əhməd qızının ABO sistemi üzrə qrup göstəricisi Abeta /H/(İİ), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi A(İİ)-dir. təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt qadın ayaqqabısı, uzunqol qadın köynəyi, retuz N1, retuz N2, qara rəngli lifçik, bir cüt corablar, Təqsirləndirilən şəxs məxsus bir cüt kişi ayaqqabısı, qısaqol köynək, boz rəngli şalvar və bir ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Abeta /H/(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa və onun qanında müşayiətedici H antigeni varsa). (cild 2 i/v.73-78) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 21 iyul 2022-ci il tarixli 314-MTKŞ/2022 saylı rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sağda bir ədəd və ön səthinin sol yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu küt itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin təqdim edilmiş bıçağın tiyəsi və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus köynəkdə aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin xarakteri, yerləşməsi və istiqamətini nəzərə alaraq demək olar ki, bu zədələr müxtəlif şəraitlərdə, o cümlədən kənar şəxs (şəxslər) tərəfindən əmələ gələ bilərdi, lakin bu zədələrin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Zərərçəkmiş şəxs məxsus bir ədəd büstqalterdə, üç ədəd retuzda, bir cüt ayaqqabıda, bir cüt corabda, Təqsirləndirilən şəxs məxsus şalvarda, köynəkdə və bir cüt ayaqqabıda hər hansı zədə aşkar edilmədi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçaq üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. (cild 2 i/v.81-85) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 2376 saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda hal-hazırda situasiya ilə əlaqəli yüngül dərəcədə ifadə olunmuş depressiv hal müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Hal-hazırda onda müəyyən edilmiş situasiya ilə əlaqəli yüngül dərəcədə ifadə olunmuş depressiv hal ilə əlaqədar profilaktik məqsədilə psixiatr müşahidəsi tövsiyə edilir. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, inadkarlıq, özünə və ailəsinə qarşı hörmət tələb etmək, öz mövqeyini müdafiə etməyə meyillilik kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri qeydə alınmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi emosional halında hirslilik, qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 2 i/v.-104-109) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında 04 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Samsung Galaxy A3” markalı mobil telefonuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, telefonun “fotograflar” bölməsində Təqsirləndirilən şəxs və ailə üzvləri ilə bağlı müxtəlif şəkil və videolar, o cümlədən “davudova6487” və “Davudov411” adlı “İnstagram” sosial şəbəkəsində paylaşılmış və Təqsirləndirilən şəxs tərəfindən ekran görüntüsünün fotoşəkili edilmiş Təqsirləndirilən şəxs, oğlu Şahid1, yeznəsi Şahid2 və onun qızının mərhum Zərərçəkmiş şəxs tərəfindən müxtəlif vaxtlarda, dəfələrlə təhqir edilməsini əks etdirən fotoşəkillər olmuşdur. Cinayət törədərkən cinayətin aləti kimi 01 ədəd tünd qəhvəyi rəngli, paslanmış diametri 0,1 sm, ümumi uzunluğu 219 sm elastikdir, qatlanan üzərində qana bənzər ləkələr olmayan məftildən istifadə etmişdir. (cild 1 i/v.87- 95) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 fevral 2022-ci il tarxili qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs ondan pul tələb etməsi barədə Bakı şəhəri Xətai RPİ-nə etdiyi müraciət əsasında araşdırma aparılaraq Təqsirləndirilən şəxsla Jalə Davudavanın izahatları alınmış və cinayət hadisəsinin olması müəyyən edilmədiyindən 24 fevral 2022-ci il tarixdə Azıərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş və müvafi qərar məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməklə qəbul edilmiş qərar ləğv edilmədən qüvvəsində saxlanılmışdır. ( cild 1, i/v. 100-02) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Əhməd qızına məxsus bir cüt qadın ayaqqabısı, uzunqol qadın köynəyi, retuz N1, retuz N2, qara rəngli lifçik, bir cüt corablar, Təqsirləndirilən şəxs məxsus bir cüt kişi ayaqqabısı, qısaqol köynək, boz rəngli şalvar, cinayətin aləti olan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus “İPhone 7” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı smartfon tipli mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. ( cild 2, i/v. 110-127) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin vermiş olduğu tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1 i/v.- 221-222) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən təqdim olunmuş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 2/45, mənzil 41-də qeydiyyatda olduğu vaxtdan barəsində 1 saylı MKS-yə heç bir şikayət daxil olmamışdır. (cild 2 i/v. 69-70) Məhkəmə, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, hadisənin qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində baş verməsi barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs boyun nahiyəsinin yuxu arteriyasının və vidaci venasının, nəfəs və qida borusunun zədələnməsi ilə müşayət edilən iri ölçülü kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmədən ölümünə səbəb olan sağlamlığa ağ zərər vurmaya aid boyun nahiyəsinin iri ölçülü kəsilmiş yarası, zərərçəkmiş şəxsin xəsarətləri aldıqdan qısa müddət sonra ölməsi təqsirləndirilən şəxsin məqsədinin məhz zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmasının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.10-cu maddələrinə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq gəlib təqsirini boynuna alması və cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmışdır. ( İ cild , iş vərəqə 27-28, 90-94) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Abşeron rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan – Zərərçəkmiş şəxs Əhməd qızına məxsus bir cüt qadın ayaqqabısı, uzunqol qadın köynəyi, retuz N1, retuz N2, qara rəngli lifçik, bir cüt corablar, Təqsirləndirilən şəxs məxsus bir cüt kişi ayaqqabısı, qısaqol köynək, boz rəngli şalvar, cinayətin aləti olan bir ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus “İPhone 7” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı smartfon tipli mobil telefon isə onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 80 ( səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 03 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Abşeron rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan – Zərərçəkmiş şəxs Əhməd qızına məxsus bir cüt qadın ayaqqabısı, uzunqol qadın köynəyi, 02 ədəd retuz, büstqalter, bir cüt corab, Təqsirləndirilən şəxs məxsus bir cüt kişi ayaqqabısı, qısaqol köynək, şalvar, bir ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus “İPhone 7” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı smartfon tipli mobil telefon isə onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 ( səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar