Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-224/2024 06.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X9 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi ev 1/4-də qeydiyyatda olmalqa və faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsi ev 68A-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Buzovna qəsəbəsində istintaqa məlum olmayan mənbədən külli miqdarda əldə etdiyi narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini qanunsuz olaraq üzərində saxlamış, daha sonra həmin heroini xx.xx.2023-cü il tarixdə üzərində Bakı şəhərindən Qusar rayonu Samur qəsəbəsinə qanunsuz olaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 14:50-də rayonun Samur qəsəbəsində Qusar RPŞ-nin əməkdaşlarına daxil olmuş məlumat əsasında tutularaq üzərinə “şəxsi axtarış” istintaq hərəkəti keçirilən zaman əynindəki şalvarın sol cibindən qanunsuz olaraq saxladığı və daşıdığı 01 ədəd selofan bükümdə təmiz çəkisi -3,074 qram olan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, bu hadisə martın 30-u olub. Həmin gün ona ikinci bölmədən zəng etmişlər ki, zəhmət olmasa bölməyə yaxınlaşsın. O, həmin vaxt Qusarda işləmişdir. Ondan nə vaxt gələ biləcəyi soruşulmuş, o isə 1 həftəyə gələ biləcəyimi bildirmişdir. Həmiçinin təqsirləndirilən Təqsirləndirilən şəxs bildirdi ki, həmin vaxt hərbi hissədə işləmiş və rəis ona taxta material almaq istədiyini bildirmişdir. Ondan bu işdə kömək istəmiş, o isə kömək edə biləcəyini demişdir. Bundan sonra taxta material almaq üçün mağazaya yaxınlaşanda onu tutmuşlar. Bundan başqa təqsirləndirilən göstərdi ki, onu orada tutuduqdan sonra ciblərini boşaltmış, sol cibindən büküm çıxmış, həmin bükümün ona aid olmadığını xəbəri olmadığını demişdir. Bundan sonara onu bölməyə aparmışlar, orada çay içmiş, ondan sonra özünü pis hiss etmişdir. Sonra hiss etmişdir onun çayına nə isə qatmışlar və özünü pis hiss etmiş, səhər onu analizə aparmışlar analizində sidiyindən narkotik aşkar olunmuşdur. Həmiçinin təqsirləndirilən Təqsirləndirilən şəxs sualları cavablandırarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təsir olunmadığını, nakotik vasitələrin satışı ilə məşğul olmadığını, vəkilinin iştirakı ilə video çəkiliş ilə üzərinə axtarış keçirildiyini həmin vaxt nakotik vasitənin ona məxsus olmadığını bildirdiyini qeyd etdi. İstintaqın yekun mərhələsində Təqsirləndirilən şəxs müqavilə üzrə vəkili Müdafiəçi vəsatəti əsasında xx.xx.2023-cü il tarixdə əlavə dindirilən zaman məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə uyğun ifadə verməklə, əlavə olaraq nə yaşadığı yerdən, nə də hər hansı bir məkandan narkotik vasitə tapmadığını ümumiyyətlə ona elan olunmuş ittihamda göstərilən narkotik vasitənin ona heç bir aidiyyəti olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsində, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Buzovna qəsəbəsində yaşadığı məhəllədə gəzən zaman yerdə selofan büküm görmüş, maraqlı olduğu üçün yerdən götürüb bükümün içərisinə baxmış, bükümdə boz rəngdə toz halında maddə aşkar etmişdir. Həmin vaxt bükümün içərisində qəhvəyi rəngli toz halında maddə, yəni narkotik vasitə olan heroin olduğunu bildikdə narkotik vasitəni heroini cibinə qoymuş, bundan sonra həmin büküm onun cibində qalmışdır. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində işləmək məqsədilə Dövlət Sərhəd Xidmətinin Qusar rayonu, Samur qəsəbəsində yerləşən 05 saylı sərhəd nəzarət zastavasına gəlmiş və orada təmir-tikinti işlərində usta kimi işləməyə başlamış, tikintidə əsasən alçıpanların vurulması işi ilə məşğul olmuş, işə başladıqdan sonra isə Qusar rayonu, Şirvanlı kəndində yerləşən X3 məxsus evdə iş yoldaşları ilə birlikdə kirayə qalmışdır. Bakı şəhərindən Qusar rayonuna gəldiyi zaman həmin içərisində narkotik vasitə heroin olan bükümü də üzərində Qusar rayonuna daşımışdır. xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində işlədiyi 05 saylı sərhəd nəzarət zastavasının rəisi, kapitan Şahid5lə birlikdə tikinti materialları almaq üçün “X15 Məntəqəsi”nin yaxınlığında yerləşən “ATLAN” tikinti materialları satılan mağazaya gəlmiş, saat 14:50 radələrində Qusar RPŞ-nin və Samur PB-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində, yəni istifadəsində, saxlanılmasında, daşınmasında və narkotik vasitələrin satışında şübhəli olduğu üçün saxlanılmış, bundan sonra həmin yerə dövlət hesabına dəvət olunmuş müdafiəçi ilə birlikdə Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Elşad Əhmədov gəlmiş və onun üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd selofan büküm aşkar olunmuş, həmin vaxt qorxduğu və həyəcan keçirdiyi üçün cibindən aşkar olunmuş içərisində narkotik vasitə heroin olan bükümün özünə aid olmadığını demiş, şəxsi axtarış zamanı həmin maddə qablaşdırılmış, Qusar RPŞ-nin 106 saylı möhürü ilə möhürlənmiş, eləcə də iştirakçılar tərəfindən zərflərin üzərinə imzalar çəkilmişdir. Bundan sonra onun kirayədə yaşadığı Qusar rayonu Şirvanlı kəndində yerləşən ünvana baxış keçirilmiş, lakin baxış zamanı oradan qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirrərək göstərmişdir ki, 2019-cu ildən Azərbaycan Respublikası DİO-da, 2022-ci ildən isə Qusar RPŞ-nin Samur PB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. 30 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsi ev 68A-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması, daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, bundan sonra Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Qusar RPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid4 və Şahid3la birlikdə Qusar rayonu Samur qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrin saxlanılmasında, daşınmasında və satışında şübhəli olduğu ona bildirilərək, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək saxlamışdır. Bundan sonra həmin yerə Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Elşad Əhmədov, Qusar rayon vəkil bürosunun vəkili X10 ilə birlikdə gəlmişlər, video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərək, onun əynində olan şalvarın sol cibində saxladığı 01 ədəd selofan bükümdə narkotik vasitə hesab olunan heroin aşkar olunaraq qablaşdırılmaqla, Qusar RPŞ-nin 106 saylı möhürü ilə möhürlənmiş, eləcə də iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilərək götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və sualları cavablandırarkən, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, 2020-ci ildən Azərbaycan Respublikası DİO-da, 2022-ci ildən isə Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. 30 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsi ev 68A-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması, daşınması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Qusar RPŞnin Samur PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Qusar RPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid4 və Şahid3la birlikdə Qusar rayonu Samur qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini ona təqdim edib, narkotik vasitələrin saxlanılmasında, daşınmasında və satışında şübhəli olması ona bildirilərək, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək saxlamışlar. Bundan sonra həmin yerə Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Elşad Əhmədov, Qusar rayon vəkil bürosunun vəkili X10 ilə birlikdə gəlmiş, video çəkilişlə Elxanın üzərində şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun əynində olan şalvarın sol cibində saxladığı 01 ədəd selofan bükümdə narkotik vasitə hesab olunan heroin aşkar olunaraq qablaşdırılmaqla, Qusar RPŞ-nin 106 saylı möhürü ilə möhürlənmiş, eləcə də iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı rayonun Şirvanlı kəndində yerləşən evə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrinə uyğun ifadələr verməklə, Şahid1 və Tural Əsgərzadənin ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 sərbəst ifadəsində və sualları cavablandırarkən bildirmişdir ki, onun xidmət etdiyi hərbi hissədən yuxarıda təmir və tikinti işləri ilə məşğul olan dükan vardır. Ona oradan bir şeylər almaq lazım olduğu üçün Samur Ticarət Mərkəzinə qalxmışlar. Ticarət mərkəzinin içinə daxil olmaq istəyərkən təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin ərazidə sərhəd zastavası ilə yanaşı ticarət mərkəzi də yerləşir. Polis əməkdaşları ona getməsini dedikdən sonra o, ərazini tərk etməli olmuşdur. Sonradan polis əməkdaşlarından öyrənib bilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nakotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmışdır. Həmçinin Şahid5 məhkəmə istintaqı zamanı sualları cavablandırarkən zastava ərazisinə daxil olan şəxslər telefonlarını təqdim etdikdən sonra üzərlərinin tam şəkildə axtarılmadığını, yaxud axtarılsa belə ümumi şəkildə yəni üzərlərində digər bir telefonun olub olmaması ilə əlaqədar baxıldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs onunla birgə hərbi hissənin ərazisini tərk etdikdən sonra polis əmədaşları tərəfindən saxlanıldığı yerə çatanadək heç bir yerdə dayanmadığını və avtomobili tərk etmədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Qusar Rayon Polis Şöbəsinə Bakı şəhəri Suraxanı rayon sakini, müvəqqəti olaraq Qusar rayonu Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, saxlanması, daşınması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon sakini, müvəqqəti olaraq Qusar rayonu Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Qsar rayonu Samur qəsəbəsi ərazisində 14:50-də saxlanılmış həmin ünvanda təhqiqatçı tərəfindən üzərinə baxış keçirilmiş və Qusar Rayon Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən bir ədəd narkotik vasitəyə bənzər bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin büküm ona məxsus deyildir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş və DİN-nin 106 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar, şübhəli şəxs, müdafiəçi və təhqiqtçı tərəfindən imzalanmışdır. Şəxsi axtarışın əks olunduğu video görüntü diskə köçürülərək protokola əlavə olunuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2023-cü il tarixli 6/1875 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün N 106” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...:.” yazılar və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 3,074 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 26 may 2023-cü il tarixli 3245 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixatrik ekspertizasının 29 aprel 2023-cü il tarixli, 1167 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs qərarda təsvir olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ-də narkoloji müayinədən keçirilmiş, daxil olmuş xx.xx.2023-cü il tarixli, mış-6-43/2- 970/2023 saylı məktub və 43 saylı aktda testin nəticəsi “pozitiv” kimi qiymətləndirilmişdir. (Narkotik maddələr aşkar olunmuşdur.OPİ) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 30.03.23-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon sakini, müvəqqəti olaraq Qusar rayonu Şirvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, saxlanması, daşınması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanıldığı yerdə müdafiəçi ilə təmin edilməklə, təhqiqatçının və polis əmədaşlarının iştirakı ilə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heroin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə küllü miqdarda heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda heroini əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda və məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai istintaqın sonunda və məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda heroini əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi, onun özünün ibtidai istintaqın əvvəlində təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1- 1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə müdafiəçinin məhkəmə çıxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs baraət verilməli olması barədə müdafiə nitqindəki göstərdiyi dəlillərə münasibət bildirməyi zəruri hesab edir. Belə ki məhkəmə istintaqı zamanı Şahid5 müdafiəçinin sualına cavab verərkən zastava ərazisinə daxil olan şəxslərin yoxlanıldığını bildirmişdir. Lakin məhkəmə şahidin həmin cavabını dəqiqləşdirərkən Şahid5 bildirmişdir ki, zastava ərazisinə daxil olan şəxslər telefonlarını təqdim etdikdən sonra üzərləri tam şəkildə axtarılmır yaxud axtarılsa belə ümumi şəkildə yəni üzərlərində digər bir telefonun olub olmaması ilə əlaqədar baxılır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş nakotikin miqdarı 3,074 qram olmuşdur. Yəni aşkar olunan kütlə kifayət qədər kiçik həcmlidir. Həmin kütlənin şəxsin üzərində səthi axtarış aparılması nəticəsində aşkar olunması ağlabatan deyildir. Qeyd olunan halı nəzərə alaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində etirafedici ifadəsində həmin narkotik vasitəni Bakı şəhəri, Buzovna qəsəbəsində yaşadığı məhəllədə gəzən zaman yerdə tapdığını bildirmişdir. Yəni təqsirləndirilən Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən müəyyən olunur ki, həmin nakotik vasitə Qusar rayonu ərazisində olarkən artıq onun üzərində olmuşdur. Yəni təqsirləndirilən Təqsirləndirilən şəxs Şahid5lə zastava ərazisindən çıxıb saxlanıldığı əraziyə çatanadək heç yerdə dayanmaması və ya şahiddən aralanıb hər hansı bir yerə getməməsi onun üzərində narkotik vasitənin olmasını istisna edən hal deyildir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs müqavilə üzrə vəkili cinayət prosesinə qoşulduqdan sonra istintaqın əvvəlində verdiyi ifadəsindən fəqli ifadələr verməsini müdafiə taktikasından irəli gələn hərəkətlər olması kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.. Məhkəmə ekspertizalarına sərf olunmuş 110 (əlli beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Qusar Rayon Polis Şöbəsində maddi sübutların saxlanması otağında saxlanılan ümumi qalıq çəkisi 2,974 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 03 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdər. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 110 (yüz on) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Qusar Rayon Polis Şöbəsində maddi sübutların saxlanması otağında saxlanılan ümumi qalıq çəkisi 2,974 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 03 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. . Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-224/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-224/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver