Məhkəmə qərarları › İş №1(124)-225/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-225/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-225/2023 09.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxin qanuni nümayəndəsi - Qanuni nümayəndə, Mütəxəssis(psixoloq)- X2 Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxx 1988-ci ildə Cəlilabad rayonu Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayından başlayaraq, 2022-ci ilin iyun ayının əvvəllərinə kimi olan müddət ərzində mütəmadi olaraq istintaqla müəyyən olunmamış ayrı-ayrı vaxtlarda yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, bina 10, mənzil 4-də və həmin binanın zirzəmisində, o cümlədən sonuncu dəfə 06 iyun 2022-ci il tarixdə günorta vaxtı həmin mənzildə cinsi ehtirasını təmin etmək məqsədilə qeyri-rəsmi nikahda yaşadığı Qanuni nümayəndə birinci evliliyindən olan 08 may 2010-cu il təvəllüdlü onun üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs fiziki göstəricilərinə görə ona müqavimət göstərmək qabiliyyətindən məhrum olduğundan köməksiz vəziyyətindən istifadə etməklə sonuncunu soyundurub zor tətbiq edərək, əli ilə bədəninin müxtəlif nahiyələrinə vurub ona alın, alt dodaq, sol diz oynağı nahiyələrinin əzilmiş yaraları, sol gözün ağlı qişasının qansızması, alın, sol gözün üst qapağı, sol yanaq, çənə, boyun, sağ qulaq seyvanı, sol kürək, sol bazu, sol əl, sol daban nahiyələrinin qançırları, sol qaş, boyun, sağ yanaq, sol bazu, sol said, sol dirsək oynağı, sol bud, hər iki baldır, sağ diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirməklə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə daxil edərək ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs təqsirli olaraq CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, zərərçəkmiş və şahid ifadələri, maddi sübutlar və ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, istər məhkəməyədək icraat zamanı, istərsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 150.3.3-cü maddəsi ilə özünü təqsirli bilmədiyini qeyd edərək, ittihamda göstərdiyi cinayət əməlini törətdiyini təkzib etməklə oxşar ifadələr verib göstərmişdir ki, 2008-ci ildə yaşadığı Cəlilabad rayonu, Alar kəndində rəsmi olaraq ailə qurmuş və bu nikahdan 2 övladı doğulmuşdur. O, ev təmiri peşəsi ilə məşğul olmaq üçün 2011-ci ilin may ayında Abşeron rayonu, Xırdalan şəhərinə gəlmiş və orada Qanuni nümayəndə ilə tanış olmuş və xx.xx.2012-ci il tarixdə Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksinin 10-cu binasının 4-cü mənzilini kirayə tutub birgə yaşamağa başlamışdır. Qanuni nümayəndə əvvəlki nikahında doğulmuş azyaşlı oğlu Zərərçəkmiş şəxs da, onlarla birlikdə yaşamış və o, sonuncunu öz övladı kimi qəbul etmişdir. Qanuni nümayəndə ilə nikahlarını rəsmiləşdirməsələr də, 2014-cü ildə onların Həsən adlı oğlu doğulmuşdur. İttiham qeyd olunan tarixdən, yəni, 06 iyun 2022-ci il tarixdən əvvəlki son üç ay ərzində Cəsurun evdən pul oğurladığını müşahidə etmiş və Cəsur evə gecə saatlarında gəlməyə başlamışdır. Bu hərəkətləri ilə bağlı o, Cəsura iradlarını bildirsə də, sonuncu buna məhəl qoymamışdır. Qeyd edilən tarixdən bir neçə gün əvvəl isə Cəsurun oxuduğu Abşeron rayonu, Masazır qəsəbə 4 saylı tam orta məktəbin sinif rəhbəri Sevinc müəllimə zəng vuraraq, Cəsurun sinifdə müəllimənin çantasından 30 manat pul oğurladığını bildirmiş və əlavə olaraq Cəsurun məktəbdə öz sinif yoldaşı ilə qeyri adi hərəkətlər edərək digər uşaqların tərbiyəsini pozduğunu demişdir. Məktəbin direktoru da, ona belə bir məlumat vermişdir. Cəsurun qeyri-adi hərəkətlər etməsi ilə bağlı hətta yaşadıqları bina sakinləri də, onların oradan köçməyini tələb etmişlər. Sonuncu dəfə 06 iyun 2022-ci ildə Gülçöhrə evdə olarkən saat 16-17 radələrində Cəsur evə gəldikdə o, bu hərəkətlərdən bərk əsəbləşərək əl zərbələri ilə Cəsurun sifət nahiyəsinə vurmuş və onu itələmiş, nəticədə Cəsur divara dəyərək xəsarət almışdır. Bundan sonra o, yatmış, oyandıqda isə Cəsurun evdə olmadığını görüb, həyətdən onu evə çağırmış və cibində olan 12 manatdan 2 manatını Cəsura verib çörək almağa göndərmiş, özü isə yuyunmaq üçün hamama girmişdir. Hamamdan çıxanda Cəsurla Həsənin evdə olmadığını görüb, Gülçöhrədən uşaqların harada olmasını soruşmuş, Gülçöhrə isə uşaqların zibil atmağa getdiyini bildirmişdir. O, Gülçöhrəyə işə getdiyini bildirmişdir. Amma uşaqları çöldə çox oynamağa qoymamağı, qonşuların şikayət etdiyini bildirmişdir. O, evdən çıxanda Gülçöhrədən çörək almağa pulunun olub-olmadığını soruşmuşdur. Gülçöhrə isə pulunun olmadığını demişdir. O, əlini cibinə atıb pul qabından beş manat çıxartmaq istədikdə pulunun olmadığını görmüşdür. Həyətə düşüb Cəsuru axtarmağa başlasa da, tapa bilməmiş, evə qayıtdıqda isə hər iki uşağın evdə olduğunu görmüşdür. Bu zaman əsəbləşib Cəsuru döymüşdür. Bundan təxminən 20 dəqiqə sonra Gülçöhrənin qardaşı arvadı polis maşını ilə gəlmiş və polislər onu Abşeron RPİ-nə dəvət etmişlər. O, ağır işlə məşğul olduğuna görə son 3-4 ay ərzində cinsi zəifliyi yaranmış və hətta Gülçöhrə ilə yaxınlıq edə bilməmişdir. Zərərçəkmiş şəxs cibindən pul oğurlamış, ona görə anasının da yanında uşağı döymüşdür. Uşağın oğurluğu bir dəfə olmamışdır. Onun mobil telefonunda homeseksual və kişi cinsli şəxslərlə bağlı videolar olmamışdır. Porno saytlara girib viodeolara baxdığı olmuş, lakin kişi cinsli şəxslərin videolarına baxmamışdır. Kişilərlə cinsi oriyentasiyasını təmin etməklə bağlı danışıqları olmamışdır. Telefonda kişilərlə “ürəyim səni istəyir” deyə yazışması olmamışdır. Onun həmcinslərinə qarşı heç bir meyli olmamışdır. Mobil telefonunu hadisədən bir həftə əvvəl dəyişmiş, əvvəldən həmin telefonda nələr olduğunu bilməmişdir. Ona qarşı deyilənlər böhtandır. Cəsura qarşı heç bir seksual xarakterli hərəkətlərə yol verməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində göstərdiklərindən ona qarşı irəli sürülmüş ittihamla uyğunsuzluq təşkil edən xüsusatlara tənqidi yanaşır və hesab edir ki, bu xüsusatlar həqiqəti əks etdirmir və təqsirləndirilən şəxs özünü müdafiə məqsədi ilə məsuliyyətdən yayınmaq üçün həqiqəti təhrif etməklə bu cür ifadələr vermişdir. Çünki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, habelə digər mötəbər dəlillərlə tam sübuta yetmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs - yetkinlik yaşına çatmayan 08 may 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin əksinə olaraq Təqsirləndirilən şəxs ona qarşı hər-hansı seksual xarakterli hərəkət etmədiyini bildirməklə, pul oğurlaması səbəbindən Təqsirləndirilən şəxs onu döydüyünə görə Təqsirləndirilən şəxs əsəbləşib anasına Təqsirləndirilən şəxs onunla seksual xarakterli hərəkətlər etdiyini bildirdi və qeyd etdi ki, Təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan məhkəmə iclasında onun ifadələrini tədqiq etmişdir. Məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs - yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, bina 10, mənzil 4-də anası və anasının əri olan Təqsirləndirilən şəxs birlikdə kirayədə yaşayır. O, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbdə 6-cı sinifdə oxuyur. Anasının ikinci əri olan Təqsirləndirilən şəxs 8 yaşında Həsən adlı oğlu var. Atalığı olan Rafiq 1-ci sinifdə oxuyandan onu döyməyə başlamışdır. Təqsirləndirilən şəxs onu anasının yanında döymüş, anası müdaxilə etdikdə isə Təqsirləndirilən şəxs onu da döyməklə hədələmişdir. Təxminən son 1 il müddətində anası evdə olmayanda Təqsirləndirilən şəxs öz cinsi orqanını onun arxa keçəcəyinə salmışdır. Belə hadisələr təxminən 1 il davam etmiş və Təqsirləndirilən şəxs hər dəfə də onu qorxudaraq ölümlə hədələmişdir. Başqa vaxtlarda anası evdə olanda atalığı onu yaşadığı binanın zirzəmisi olan yerə aparmış və orada da, zorla cinsi orqanını arxa hissəsinə salmışdır. Hər dəfə o, qışqırmaq istəsə də, Təqsirləndirilən şəxs onu qorxutmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qardaşı Həsən ilə evdə olanda Təqsirləndirilən şəxs evə gəlmiş, Həsəni həyətə göndərmişdir ki, həyətdə uşaqlarla oynasın. Daha sonra Təqsirləndirilən şəxs onu yanına çağırmış və onu zorla soyundurmağa başlamışdır. O, istəmədikdə onu zorla soyundurub arxa hissəsindən cinsi orqanını salmaq istədikdə ona qarşı çıxmışdır. Bu vaxt Təqsirləndirilən şəxs əli ilə onu boğmağa başlamışdır. Bundan sonra onu arxadan zorla döyə-döyə cinsi orqanını arxasına salmışdır. O da ağlamağa başlamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs qaçmaq istədikdə onu tutmuş və yuxarı qaldırıb yerə çırpmışdır. Həmin vaxtı başı yerə dəymişdir. O, yerdən qalxdıqda atalığı ona bu olanları gələndə anasına deyəcəyi təqdirdə əlində olan bıçaqla onu və anasını da, öldürəcəyini demişdir. O da, bundan qorxub atalığı bıçağı stolun üzərinə qoyan kimi stoldan bıçağı götürüb həyətə çıxmış və anasının gəlməsini gözləmişdir. Anası gələnə kimi atalığından götürdüyü bıçağı məhlədə olan dostu Nihada vermişdir. Anası evə gələndə atalığı yenə də, onu döymüş və anasının da sifətinə sillə ilə vurmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında məhkəməyədək icraat zamanı keçirilmiş üzləşdirməyə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı Rafiqin ona qarşı seksual hərəkətlər etdiyini, öz cinsi orqanı ilə onun arxa keçəcəyinə saldığını, onu qorxudub öldürməklə hədələdiyini, Təqsirləndirilən şəxs 1 il müddətdir ki, mütəmadi olaraq onu döyə-döyə zorla onunla arxadan cinsi əlaqədə olduğunu demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadə verərək göstərdi ki, zərər çəkmiş şəxs 08 may 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun birinci nikahından olan oğludur. Sonradan o, Təqsirləndirilən şəxs ilə qeyri rəsmi nikahda olmuş və onların daha bir Həsən adlı övladı dünyaya gəlmişdir. Cəsurun 3 yaşı olandan Təqsirləndirilən şəxs ona atalıq etmişdir. Onlar birgə olaraq Xırdalan şəhəri “AAAF park” yaşayış kompleksində yaşamışlar. Cəsur son zamanlar evdən pul oğurlamağa başlamışdır. Hətta bir dəfə məktəbdən müəlliməsi də, zəng edib, Cəsurun pul oğurlaması barədə məlumat vermişdir. Bundan əlavə Cəsurun müəllimələri zəng edib, Cəsurun puldan əlavə də, başqa hərəkətlərə də, yol verdiyini deyib, telefonda nə etməsini açıqlamamış, məktəbə gəlməyi təklif etmiş, lakin onlar məktəbə gedə bilməmişlər. xx.xx.2022-ci il tarixdə o, işdən evə gələndə uşaqlar həyətdə oynamış, sonra evə gəlmişlər. Evdə Təqsirləndirilən şəxs əlini cibinə salmış və cibində pulunun olmadığını və bıçağının da, götürüldüyünü müəyyən etmişdir. Həmin vaxt artıq uşaqlar evdə olmuşdur. Cəsurun bu kimi hərəkətlərə əvvəllər də, yol verdiyinə görə o, Təqsirləndirilən şəxs cibindən pulu Cəsurun götürdüyünü bilmiş, çünki Cəsur dəfələrlə pul götürmüşdür. İlk öncə Cəsur boynuna almamış, sonra etiraf edib bıçağı da, uşaqlara verdiyini demişdir. O, da sonradan Cəsurun bıçağı verdiyi Nihad adlı uşaqdan bıçağı alıb gətirmişdir. Bu zaman Rafiq Cəsuru döymüşdür. Bundan sonra, o, Cəsuru hamamda çimizdirmiş, həmin vaxt Cəsur ona “ata mənimlə arxadan cinsi əlaqədə olur” deyib, qorxduğu üçün bunu əvvəllər demədiyini bildirmişdir. Cəsur onlar həyət evində qaldıqları vaxtdan etibarən Rafiqin onunla zorla cinsi əlaqədə olduğunu demişdir. O da, bu barədə məlumat vermək üçün birinci qardaşına zəng etmiş, qardaşına zəng çatmadığı üçün qardaşının arvadına zəng etmiş və hadisə barədə ona bildirmişdir. Bundan sonra qardaşının arvadı qardaşının Abşerona getdiyini, oradan polislə gələcəyini demişdir. O, Rafiqin İnstagram sosial şəbəkəsində istifadəçi adının “Emin” olduğunu bilmiş, evdə olarkən Rafiqin homeseksual şəxslərin videolarına baxdığının və yazışmalarının şahidi olmamışdır. Hazırda o, Cəsurun Təqsirləndirilən şəxs tərəfindən döyülməsindən sonra aqressiya ilə Rafiqin onunla cinsi əlaqədə olduğunu dediyini düşünür. Çünki, Cəsur ona başqa iki nəfər uşağın da onunla cinsi əlaqədə olduğunu demişdir. Cəsur iki nəfər uşağın onunla arxa dəliyindən cinsi əlaqədə olduğunu demiş, bunun nə vaxt olduğunu deməmişdir. Rafiqin cinsi potensialında zəifliyi olmamış, normal cinsi əlaqədə olmuş, Rafiqin cinsi əlaqədə olmağında heç bir qüsuru olmamışdır. Rafiqin həmcinsləri ilə cinsi əlaqədə olmasından onun məlumatı olmasa da, hadisədən 4-5 ay əvvəl başqa xanımlarla cinsi əlaqədə olmasından məlumatı olmuşdur. Rafiqin ətrafında olan şəxslər arasında cinsi azlıq olmamış, lakin ətrafındakı şəxslər narkotik istifadəçiləri olmuşdur. O, Rafiqin cinsi azlıqlarla əlaqədə olmasından şübhələnməmişdir. Cəsurun başqa uşaqların onunla cinsi əlaqədə olduğunu deyəndən sonra o, bu barədə Rafiqə demiş, Rafiq bu barədə araşdırmışdır. O, Cəsurdan uşaqları təsvir etməsini istəyəndə Cəsur təsvir edə bilmədiyi üçün Cəsurun başqa uşaqlarla cinsi əlaqədə olduğunu deməsinə inanmamış, bununla bağlı da istintaqda məlumat verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadəsini tədqiq etmişdir. Belə ki, Qanuni nümayəndə məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, bina 10, mənzil 4-də ailəsi ilə birlikdə kirayədə yaşayır. Onun birinci evliliyindən 2 oğlu var. Oğlunun biri Biləsuvar rayonunda anasıgillə birlikdə, digər oğlu Cəsur isə onunla birlikdə yaşayır. 2012-ci il tarixdə ikinci dəfə Cəlilabad rayonundan olan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, ikinci evliliyindən də, 8 yaşında Həsən adlı vardır. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində işdən çıxıb evə gəldikdə binanın həyətində oğulları Həsənlə Cəsurun binanın həyətində olduqlarını görmüşdür. O, Cəsurdan nəyə görə həyətdə olduqlarını soruşmuşdur. Cəsur isə ona həyətə oynamağa düşdüyünü bildirmişdir. Daha sonra Həsənlə Cəsuru evə aparmışdır. Evə girən kimi Rafiq Cəsurdan bıçağın yerini soruşmuşdur. Cəsur da bıçağı görmədiyini demişdir. Bundan sonra Rafiq Cəsuru döyməyə başlamışdır. O, oğlunu bir təhər Rafiqin əlindən almışdır. O, dərhal bıçağı tapmaq üçün Həsən və Cəsurla birlikdə binanın həyətinə düşmüşdülər. Cəsur bıçağı məhlədə yaşayan Nihada verdiyini demiş, o Nihadı taparaq bıçağı alıb evə gətirib Rafiqə vermişdir. Bu zaman Rafiq sillə ilə Cəsurun sifətindən vurmuşdur. Daha sonra Rafiq hamama girdikdə Cəsur ağlaya ağlaya atalığı Rafiqin onu hər dəfə döyə döyə zorladığını demişdir. O. bu sözü eşitdikdən sonra dəhşətə gəlmiş və qardaşı, bacısına zəng vurub bu barədə danışmışdır. Daha sonra qardaşı arvadı ilə 07 iyun 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinə oğlunun əri tərəfindən döyülərək zorlanması barədə şikayət etmişdir. O, əlavə olaraq bildirmişdir ki, son altı ay müddətində Rafiq evdə olarkən mobil telefonda kişi cinsi azlıqların pornolarına baxmışdır. Daha sonra mobil telefonda cinsi azlıqlarla danışıb yazışmışdır. Hal-hazırda Rafiqin mobil telefonuna baxış keçiriləcəyi halda cinsi azlıqlarla olan yazışmalarını Rafiqin “SAMSUNG” markalı mobil telefonunda olduğunu demişdir. O, həmçinin baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs yalan danışdığını, Rafiqin cinsi qabiliyyətə malik olduğunu və hətta təxminən xx.xx.2022-ci il tarixdə Rafiqin onunla cinsi münasibətdə olduğunu qeyd etmişdir. Məhkəmə gedişatında Qanuni nümayəndə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında olan ziddiyyətin izahı ilə bağlı ağlabatan dəlil göstərə və hər-hansı bir inandırıcı hala istinad edə bilməmiş, Təqsirləndirilən şəxs telefonunda kişilərlə danışıqlarının olması, kişi porno videolarına baxması barədə ifadə vermədiyini, həmin sözləri müstəntiqin özbaşına yazdığına məhkəməni inadırmağa çalışmışdır. Məhkəmə kollegiyası zərər çəkmiş şəxslə zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə də, tənqidi yanaşaraq, onların Təqsirləndirilən şəxs müdafiə və məsuliyyətdən yayındırmaq məqsədi ilə ibtidai istintaq zamanı verdikləri ifadələrinin ziddinə olaraq, cinayət hadisəsinin həqiqi hallarının əksinə olaraq Təqsirləndirilən şəxs müdafiəsi mövqeyinə keçməklə məhkəmədə Təqsirləndirilən şəxs təqsirini təkzib edən ifadələr verdikləri qənaətinə gəlir. Çünki, Təqsirləndirilən şəxs təqsirli olaraq ittiham olunduğu əməli zərər çəkmiş şəxslə zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə yanaşı, aşağıda sadalanan sübutlar tam təsdiq etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Rafiqi 2010-cu ildən tanımış, münasibətləri yaxşı olmuşdur. Bacısı Gülçöhrə ona zəng edib, Rafiqin evdə Cəsuru döydüyünü və ona əxlaqsız hərəkətlər etdiyini demişdir. O da işdən çıxıb, bacısıgilə özünü çatdıra bilmədiyinə görə arvadına zəng edib, məlumat vermişdir. Arvadı taksi ilə Abşeron rayonuna getmişdir. Ona məlum olmuşdur ki, pul oğurladığına görə Rafiq Cəsuru döymüş, gözünün altını qaraltmış və başının dərisini partlatmışdır. Polis əməkdaşları gəlmiş və Rafiq evdən qaçmaq istəyərkən onu tutub aparmışlar. O, gedib Rafiqi Abşeron Rayon Polis İdarəsində görmüşdür. Sonradan Cəsurla söhbət edəndə Rafiqin onu zirzəmiyə saldığını, onunla 5-6 dəfə cinsi əlaqədə olduğunu demiş və onu qorxudub incitdiyi üçün heç kimə bu barədə deyə bilmədiyini bildirmişdir. Bacısından soruşanda o da Cəsurun bu barədə ona yeni məlumat verdiyini demişdir. Onun Cəsurun məktəbdə və evdən pul oğurlamasından məlumatı olmuşdur. Cəsur Rafiq tutulan gün Rafiqin onunla 5-6 dəfə cinsi əlaqədə olduğunu, lakin qorxutduğu üçün heç kimə demədiyini bildirmişdir. O, hadisədən sonra 3 gün bacısıgilə gedib gəlmiş, həmin 3 gün müddətində danışıqları nəticəsində Cəsur Rafiqin onunla cinsi əlaqədə olduğunu təsdiqləməklə Rafiqin öz cinsiyyət orqanını onun arxa keçəcəyinə saldığını demiş və 3 gün bunları təsdiq etmiş, hətta Rafiqin bu hərəkətləri harda etdiyini göstərmişdir. Ona məlum olmuşdur ki, Rafiq binanın zirzəmisində ləvazimat yığdığı yerdə və Gülçöhrə evdə olmadığı zamanlar evdə də, Cəsura əxlaqsız hərəkətlər etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, hadisənin birbaşa şahidi olmamış, bacısı Qanuni nümayəndə ona zəng edərək Cəsurun Təqsirləndirilən şəxs tərəfindən zorlandığı, onların Abşeron RPİ-ə getdiklərini bildirmiş, o da Abşeron Rayon Polis İdarəsinə getmişdir. Əvvəllər o, Rafiqlə Cəsur arasında hansısa bir problem olmasını, Cəsurun oğurluq etməsini, kişiyə xas olmayan hərəkətlər etməsini eşitməmiş, bacısı Rafiqin və ya Cəsurun davranışlarından ona şikayətlənməmişdir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş X6 göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi 4 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Zərərçəkmiş şəxs şəxsən tanımır. Məktəbdə olarkən çantasından pul oğurlandığı üçün məktəb rəhbərliyinə bu barədə bildirmiş, rəhbərlik müşahidə kameralarına baxandan sonra pulu oğurlayan şəxsin Zərərçəkmiş şəxs olduğunu ona bildirmişlər. Onun Zərərçəkmiş şəxslə və ya Cəsurun valideynləri ilə söhbəti olmamış, Cəsurun valideynləri ilə onun əri telefon əlaqəsi saxlamışdır. Həmin vaxt da, Cəsurun valideynləri onun əri ilə kobud danışmışlar. Ondan oğurlanan pulu isə qaytarmamışlar. Hadisə zamanı Zərərçəkmiş şəxs sinif rəhbəri onun oğurluğa meyilli şəxs olduğunu bildirsə də, Cəsurun hansısa başqa hərəkətləri ilə bağlı ona heç nə deyən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Cəsurun 5-ci sinifdən etibarən sinif rəhbəri olmuş, Cəsuru tanıdığından bu yana dərsdən qalmış və dərslərini oxumamışdır. Sinifdə olarkən onun qeyri-adi hərəkətini görməmişdir. Keçən il təxminən may ayında məktəbdə işləyən başqa bir müəllimin çantasından 20 manat pul götürmüş, bunu ilk dəfə eşidəndə inanmamışdır. O, valideyn iclaslarını ildə 2 dəfə keçirmiş, Cəsurun valideynləri valideyn iclaslarına gəlməmişlər. Təxminən 1 il əvvəl Cəsur dərslərdən qaldığına görə o, Cəsurun anasına zəng edəndə anası cavab verməmiş, sonra ona Cəsurun atası zəng etmişdir. O, da telefonda olan şəxsə məktəbə gəlmələrini, Cəsurla maraqlanmalarını bildirmişdir. Bundan sonra aralarında danışıq olmamışdır. Cəsurun etdiyi oğurluq hadisəsi məktəbin videomüşahidə kameralarına düşmüş, o, zəng edib valideynlərini məktəbə çağırmışdır. Cəsur məktəbdə oxuduğu zaman əxlaqsız hərəkətlərinin şahidi olmamış, əxlaqsız hərəkətlər etməsi barədə Rafiqlə telefon danışıqları olmamışdır. Cəsurun çantasından oğurluq etdiyi Gülafət müəllimənin əri zəng edib Cəsurun valideynləri ilə əlaqə saxlamış, telefon danışığı zamanı Cəsurun valideynləri onunla kobud danışmışlar. Cəsurun hərəkətlərində oğlana xas olmayan əlamətlər görməmiş, Cəsurun kiminləsə cinsi münasibətdə və ya davranışlarda olması barədə ona məlumat verən olmamışdır. Cəsurun anasına zəng edib onun qanunsuz hərəkətlər etməsi barədə söhbət aparmamışdır. Cəsurda kişiliyə yaraşmayan hərəkətlər etməsinin şahidi olmamış və kiməsə bu barədə deməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksi, B kompleksi, bina 10-da yerləşir. Həmin bina 5 mərtəbəli olmaqla Zərərçəkmiş şəxs yaşadığı ev 4-cü mərtəbədə 4-də yerləşir. Binanın giriş qapısı dəmir qapıdır. Kodla açılıb, bağlanır. Zərərçəkmiş şəxs binanın giriş hissəsindən daxil olaraq binanın zirzəmisini göstərmiş, binanın zirzəmisində ona qarşı zorakılıq hərəkətlərinin olunmasını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 4-cü mərtəbəyə qalxaraq yaşadığı mənzilin giriş qapısını göstərmişdir. Mənzilə daxil olduqda mənzilin sol tərəfində qonaq otağı, sağ tərəfdə tualet və hamam, qarşı tərəfdə isə mətbəx yerləşir. Mənzil bir otaqlıdır. Zərərçəkmiş şəxs qonaq otağında yatdıqlarını, onlar həmin otaqda yerə sərilmiş yorğanın üzərində yatdıqlarını bildirmişdir. xx.xx.2022-ci il tarixdə hadisənin həmin otaqda yerə sərilmiş yorğanın üzərində baş verdiyini bildirmişdir. Hadisə zonasında hər-hansı iz və ya dəlil aşkar olunmamışdır. Hadisə yerinin foto şəkli çəkilərək hadisə yerinə baxış protokoluna əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, “bir ədəd tünd göy rəngli mobil telefon “Samsung” markalı “Galaxy A40” modelli, **********47768 və **********47766 imei kodlu mobil telefona baxış keçirilmiş və baxış zamanı İ ədəd “Samsung” markalı “Galaxy A40” modelli, ******* 17147768 və **********47766 imei kodlu mobil telefona giriş üçün hər hansı gizlilik kodu olmamış, həmin mobil telefona sərbəst şəkildə daxil olunmuş, mobil telefonun şəkil və videolar olan hissəsinə daxil olduqda orada müxtəlif əxlaqsız videoların olmasını müəyyən edilmiş, daha sonra instaqram sosial şəbəkəsinə daxil olaraq orada “nagi.emin” adı ilə qeydiyyatdan keçdiyi instaqram səhifəsinin mesajlar bölməsinə daxil olduqda orada “İlkin Gey”, “baki_gey_**********”, “gey_passif_baki_” kimi adamlarla yazışmaları və həmin adları qeyd olunan şəxslərlə görüş təklifi ilə bağlı müxtəlif yazışmalar müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 28 iyun 2022-ci il tarixli, 559 saylı rəyindən görünür, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs alın, alt dodaq, sol diz oynağı nahiyələrinin əzilmiş yaraları; sol gözün ağlı qişasının qansızması; alın, sol gözün üst qapağı, sol yanaq, çənə, boyun, sağ qulaq seyvanı, sol kürək, sol bazu, sol əl, sol daban nahiyələrinin qançırları; sol qaş, boyun, sağ yanaq, sol bazu, sol said, sol dirsək oynağı, sol bud, hər iki baldır, sağ diz oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Bu xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən əmələ gəlmişlər, qərarda göstərilən tarix və şəraitdə kənar şəxs tərəfindən yetirilə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində şüavari büküşlər boyunca əzilmiş səthi yaralar aşkar edildi, bu da onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir, müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 05 iyul 2022-ci il tarixli 1761 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı törədilən əməl dövründə hər-hansı bir psixi xəstəlik və psixi inkişafdan gerilik əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yaş xüsusiyyətlərinə görə psixi inkişafını nəzərə alaraq, o, ona qarşı törədilən əməllərin mahiyyətini dərk etməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində (sakit təbiətlilik, özünü müdafiə edə bilməmək, konfliktə və mübahisəyə meyilli olmamaq və s.) özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Zərərçəkmiş şəxs idrak prosesləri, əqli və intellektual imkanları yaşına uyğun olmaqla, əqli və psixi inkişafında gerilik əlamətləri qeydə alınmamışdır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərindən (sakit təbiətlilik, özünü müdafiə edə bilməmək, konfliktə və mübahisəyə meyilli olmamaq və s.) və hadisə baş verərkən psixi-emosional halından (qorxu, həyəcan və s.) asılı olaraq təqsirləndirilən şəxsə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı yaş xüsusiyyətləri ilə əlaqədar əqli və psixi inkişafı nəzərə alınmaqla, ona qarşı edilən hərəkətlərin xarakter və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının 19 iyul 2022-ci il tarixli, 1886 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki arıamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 22 iyul 2022-ci il tarixli, 651 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. 3. Təqsirləndirilən şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə lifli materialların ekspertizasının 26 avqust 2022-ci il tarixli 6/4080 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şortikin səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat statistik informasiya idarəsinin təqdim etdiyi tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 1(060)-250/2019 nömrəli hökmünün surətindən görünür ki, Nağıyev X5 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(001)-179/2017 nömrəli hökmü ilə CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq qazancından dövlət nəfinə 10 (on) faiz tutulmaqla 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından və Abşeron Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli 17/75-534/19-5 nömrəli məktubundan müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, ona təyin edilmiş islah işləri cəzasından və cinayət məsuliyyətindən azad olunmuşdur. Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 11 iyul 2019-cu il tarixli, 1(060)-250/2019 nömrəli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə 02 il 06 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 29 noyabr 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasından azad edilib və üzərindən məhkumluq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 07 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və xx.xx.2022-ci il tarixli Abşeron Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022ci il tarixli zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam olunması barədə köməklik göstərilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi arvadı X1, oğlu xx.xx.2009-cu il təvəllüdlü X4, qızı – xx.xx.2011-ci il təvəllüdlü X3 ibarətdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs zərər çəkmiş şəxsi ondan pul oğurladığına görə ata kimi tərbiyələndirmək məqsədilə döyməsi, Cəsura qarşı seksual xarakterli hərəkətlər etməməsi barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir, hesab edir ki, onun məhkəmə istintaqı zamanı gətirdiyi dəlillər müdafiə xarakterli əsaslandırmalardır və ona görə də bunlar təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, tədqiq olunmuş sübutların məcmusu ilə təqsirləndirilən şəxsin gətirdiyi dəlillər təkzib edilmiş və irəli sürülmüş ittiham tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslə onun qanuni nümayəndəsinin də, məhkəmə istintaqı zamanı verdikləri ifadələrini digər sübutlarla və işin faktiki halları ilə müqayisə və təhlil etdikdə onların məhkəmədə göstərdikləri xüsusatların doğru olmaması qənaətinə gəlir və barışıq və digər təsirlərdən yaranması kimi qiymətləndirməklə onların bu ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Beləliklə, məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetmişdir. Bu isə ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Təqsirləndirilən şəxs əməlinin CM-nin 150.3.3-cü maddəsi ilə tövsif olunduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar, zərər çəkmiş şəxslə onun qanuni nümayəndəsi ilə barışması və himayəsində üç azyaşlı uşağının olmasıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Maddi sübutlarla bağlı məhkəmə kollegiyası məsələni həll edərkən belə nəticəyə gəlir ki, Abşeron RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd şortik, 1 ədəd köynək, 1 ədəd alt paltarı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd şalvar, 1 ədəd köynək, 1 ədəd alt paltarı Təqsirləndirilən şəxs qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd göy rəngli “Samsung” markalı “Galaxy A40” modelli mobil telefonun cinayət işi üzrə ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin qohumlarına qaytarılması nəzərə alınmalıdır. Məhkəmə kolegiyası həmçinin hesab edir ki, iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri olan 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə əmlak müsadirəsi və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 iyun 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd şortik, 1 ədəd köynək, 1 ədəd alt paltarı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 1 ədəd şalvar, 1 ədəd köynək, 1 ədəd alt paltarı Təqsirləndirilən şəxs qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd göy rəngli “Samsung” markalı “Galaxy A40” modelli mobil telefonun cinayət işi üzrə ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin qohumlarına qaytarılması nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 154(yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar