Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-225/2024 29.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - X11 (sədrlik edən), X18 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxsin hüquqi varisi – X13 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində xx.xx.2022-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun qərarı ilə "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 263.2 və 264-cü maddələri ilə, xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 4 ünvanda yaşayan, barəsində xx.xx.2022ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə 08 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Zafira” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 6-cı mikrorayon, Z.Hacıyev küçəsi, “Topaz” mərc oyunları məntəqəsinin qarşısında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, həmin yolun sağından soluna keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vurub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə başın küt travması, baş-beynin bərk əzilməsi, sol beyin yannkürəsində intraparenximal hemoragiya, sol beyin yarımkürəsində suboraxnoedal qanaxma, sol alıbtəpə-gicgah nahiyyəsinin dərialtı hematoması, döş qəfəsinin küt travması, 5-ci oma fəqərəsinin köndələn sıxıntısının, 5-ci oma fəqərəsinin cisminin, sol oturaq sümüyünün xətti sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs Sumqayıt şəhər TTYX-na çatdırsa da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni özü haqqında olan məlumatları müvafiq icra hakimiyyəti orqanlarına verməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmış, Zərərçəkmiş şəxs ona göstərilən ixtisaslı tibbi yardımlara baxmayaraq yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən (başın küt travması) xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər TTYX-da ölmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edilməsi, saxlanması və daşınması barədə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İİR vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs1 istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində gizlətdiyi ümumi çəkisi 6,701 qram narkotik vasitə heroin və ümumi çəkisi 4,272 qram psixotrop maddə metamfetamini əldə etmək üçün onların cinayətkar niyyətindən məlumatsız olan tanışı X16 məxsus olan “Vaz 21074” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 avtomobili idarə etmiş, qeyd olunan ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs1, avtomobildən düşərək külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini gizlədilmiş yerdən götürərək əldə edib daşımaqla üzərində saxlamış, 29 noyabr 2022-ci il tarixdə, saat 01:55-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Freqat” marketin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış geyiminin sağ yan cibindən 01 ədəd bükümdə, ümumi çəkisi 6,701 qram narkotik vasitə heroin, 02 ədəd bükümdə, ayrı- ayrılıqda çəkiləri 3,974 qram və 0,298 qram olmaqla, ümumi çəkisi 4,272 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,935 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 29 noyabr 2022-ci il tarixdə, saat 01:55-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Freqat” marketin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd bükümdə, ümumi çəkisi 0,935 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununlada Təqsirləndirilən şəxs1 Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən yəni Cinayət Məcəlləsinin 234.1-1 və 263.2-ci maddələri ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, ittihamda göstərilən psixotrop maddə metanfetamin və heroin ona məxsusdur. Lakin o, həmin metanfetamin və heroini satış məqsədilə deyil şəxsi istifadəsi üçün əldə etmişdir. O özü şəxsi istifadəsi üçün narkotik vasitə almaqdan ötrü adını və şəxsiyyəti barədə dəqiq məlumatları bilmədiyi İİR vətəndaşı ilə instagram sosial şəbəkəsində tanış olmuşdur. Həmin şəxsdən bir neçə dəfə öz şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin şəxslə danışıb özü üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs ona 200 manat müqabilində təxminən 7 qrama yaxın narkotik vasitə heroin və 2 qram psixotrop maddə metamfetamin verə biləcəyini demişdir. O razılaşmış və həmin şəxs ona həmin gün tanımadığı şəxsə məxsus hesab nömrəsi göndərmişdir. O həmin hesab nömrəsinə 200 manat yüklədikdən sonra qəbzin şəklini çəkib İİR vətəndaşına göndərmişdir. İİR vətəndaşı isə gecə saatlarında onunla əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddəni yerləşdirdiyi yerin ünvanını izah edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında həmin şəxs ona whatsapp proqramında yazaraq narkotik vasitənin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, fərdi yaşayış evlərinin yaxınlığında gizlədildiyini deyib ona həmin yerin məkanını atmışdır. Bundan sonra o birgə yaşadığı qadınla və Təqsirləndirilən şəxs2lə birlikdə avtomobilə oturub Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Sonra isə Təqsirləndirilən şəxs2 İİR vətəndaşının ona dediyi ünvana sürməsinin bildirmiş, lakin nəyə görə həmin ünvana getdiklərini bildirməmişdir. Onlar həmin ünvana çatanda Təqsirləndirilən şəxs2 və onunla birlikdə yaşadığı qadına heç nə demədən avtomobildən düşərək gedib həmin heroin və metanfetamini qoyulduğu yerdən götürüb gəlib avtomobilə əyləşib Təqsirləndirilən şəxs2 Sumqayıt şəhərinə geri qayıtmaqlarını demişdir. Sumqayıt şəhərində, Sahil küçəsində yerləşən “Freqat” restoranın qarşısında onları saxlamışlar və Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Onlar polis əməkdaşlarına etiraz etməyərək birlikdə polis idarəsinə getmişlər. Pİ-də üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş verilmişdir.. O şəxsi axtarışın keçirilməsinə buna etiraz etməmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, o cümlədən narkotik vasitə varsa təqdim etsin. O özü əynində olan qara rəngli qış geyiminin sağ yan cibindən 03 ədəd bükümü təqdim etmişdir. Həmin bükümlər açılan zaman 02 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə isə narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Bundan başqa xx.xx.2022-ci iltarixdə ehtiyyatsızıqda yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə baş verən kimi mərhumu öz avtomobilinə otuzdurub xəstəxanaya aparmışdır. Xəstəxanada mərhumu həkimlərə təhvil verib anasınıda həmin xəstəxanada qoyaraq zərərçəkmiş şəxsin qohumları ilə aralarında mübahisə narazıçılıq olmaması üçün oradan çıxıb getmişdir. Yəni o, hadisə yerindən yayınmamışdır. Hadisənin şokunda olduğundan bir neçə gün xəstəxanaya və polisə gedib özünü təqdim etməmişdir. Sonradan isə hadisənin onun tərəfindən törədilməsi bilinmiş və barəsində araşdırma başlanılmışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki təqsirləndirilən Təqsirləndirilən şəxs1 Tahi oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək göstərmişdir ki, 2020-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021 -ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. “Opel Zafıra” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili 2022-ci ilin aprel ayında kreditlə alaraq aylıq 420 (dörd yüz iyirmi) manat pul ödəyirmiç. Həmin avtomobili etibarnamə əsasında idarə edib taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sürücülük vəsiqəsi mövcuddur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında anası Şüküfə onu Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən “Karvan Ticarət Mərkəzi”nə aparmasını xahiş etmişdir. Anası avtomobilin arxa sol oturacağına əyləşmişdir. Onlar hərəkətə başlayandan sonra “Şərq Bazarı” adlanan ərazidə təxminən 35-40 yaşlarında bir qadın avtomobili saxlaması üçün ona əl sallamışdır. O avtomobili saxlayandan sonra qadın avtomobilə yaxınlaşıb onu “Dörd Qardaş” şadlıq evinə aparmasını xahiş etmiş və gediş haqqı olaraq ona iki manat pul ödəyəcəyini bildirmişdir. O həmin qadına razılıq verdikdən sonra həmin qadın arxa qapıya yaxınlaşıb açaraq avtomobilə əyləşmək istəmiş və həmin vaxt anasının avtomobildə əyləşdiyini görmüşdür. Qadın ondan avtomobildə olan şəxsin kim olduğunu soruşduqda, o həmin qadına heç bir problemin olmadığını, onu hansı ünvana istəsə apara biləcəyini demişdir. Anası avtomobilin sol arxa oturacağından düşərək sağ ön oturacağa əyləşmiş, həmin qadın isə avtomobilin sağ arxa oturacağına oturmuşdur. Sumqayıt şəhəri, Z.Hacıyev küçəsi, "xxxx" ASC-nin Sumqayıt şəhərində yerləşən filialının qarşısında təxminən 60 km/saat surətlə hərəkətdə olarkən yolun sağ tərəfindən quraşdırılmış avtobus dayanacağında dayanan avtobusun qarşısından təxminən 60 yaşlarında bir nəfər qadın yolun hərəkət hissəsinə qaçaraq daxil olmuşdur. O həmin qadını o artıq yola daxil olarkən gördüyü üçün əyləcə basıb avtomobili sola tərəf istiqamətləndirməyə çalışmış, lakin hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobillə həmin qadını vurmuşdur. Toqquşma baş verən an avtomobili saxlayaraq düşmüşdür. Həmin vaxt yanlarına tanımadığı ağ rəngdə, “BMW” markalı avtomobil gəlmiş və həmin avtomobilin içərisindən cavan bir oğlan düşərək onlara yaxınlaşmışdır. Anası və avtomobildə olan digər qadın sərnişin də avtomobildən düşmüşlər. Həmin cavan oğlanın köməkliyi qadını onun idarə etdiyi avtomobilə yerləşdirmişlər və o qadını Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparmışdır. Hadisənin şokundan ayılmadığı üçün qadını orada təhvil verib avtomobilə əyləşib “Dejurnu” adlanan əraziyə getmişdir. Orada avtomobili yaşayış binasının qarşısında saxlayaraq qapılarını kilitləmiş və oradan uzaqlaşmışdır. Fikrim o olmuşdur ki, bir neçə gün keçsin özünə gəlsin, ondan sonra xəsarət yetirdiyi qadının vəziyyəti ilə maraqlanar. Bundan sonra Xırdalan şəhərində yaşayan xalası Aidə Mehdiyevagilə getmişdir. Lakin xalasıgilə baş verənləri olduğu kimi deyil, təhrif olunmuş formada danışıb, avtomomobili əzdiyini, avtomobilin hazırda ustada olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə isə özü könüllü olaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə yaxınlaşmışdır. PB-də baş vermiş hadisənin polis idarəsində araşdırıldığını bildirdikləri üçün onu polis idarəsinə gətirmişlər. Bundan başqa bildirmişdir ki, Kristina Dobromislova ilə qeyri-rəsmi nikahda yaşayır. Kristina uzun müddətdir narkomani xəstəliyindən əzab çəkir. Həmçinin Kristina Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuşdur. O özü şəxsi istifadəsi üçün narkotik vasitə almaqdan ötrü adını və şəxsiyyəti barədə dəqiq məlumatları bilmədiyi İİR vətəndaşı ilə instagram sosial şəbəkəsində tanış olmuşdur. Həmin şəxsdən bir neçə dəfə öz şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin şəxslə danışıb özü üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs ona 200 manat müqabilində təxminən 7 qrama yaxın narkotik vasitə heroin və 2 qram psixotrop maddə metamfetamin verə biləcəyini demişdir. O razılaşmış və həmin şəxs ona həmin gün tanımadığı şəxsə məxsus hesab nömrəsi göndərmişdir. O həmin hesab nömrəsinə 200 manat yüklədikdən sonra qəbzin şəklini çəkib İİR vətəndaşına göndərmişdir. İİR vətəndaşı isə gecə saatlarında onunla əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddəni yerləşdirdiyi yerin ünvanını izah edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında həmin şəxs ona whatsapp proqramında yazaraq narkotik vasitənin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, fərdi yaşayış evlərinin yaxınlığında gizlədildiyini deyib ona həmin yerin məkanını atmışdır. Həmin vaxt o evdə Kristina ilə birlikdə olmuşdur. Kristina Bakı şəhəri, Xətai rayonunda yaşayan anasıgilə getmək istədiyini dedikdə o Kristinaya Bakı şəhərində işlərinin olduğunu, onunla birlikdə gedib işlərini gördükdən sonra onu anasıgilə aparacağını demişdir. Kristina heç bir söz demədən onunla razılaşmışdır. Lakin o Kristinaya Bakı şəhərinə narkotik vasitə götürmək üçün gedəcəklərini deməmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır. Fəxrəddin də onlar kimi narkomaniya xəstəliyindən əzab çəkir. O İİR vətəndaşından bir neçə dəfə narkotik vasitə alarkən həmin ünvana Fəxrəddin onu idarə etdiyi “Opel” markalı avtomobillə aparmışdır. xx.xx.2022-ci il tarixdə, gecə saatlarında o Fəxrəddinlə görüşüb Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində onun üçün İİR vətəndaşının narkotik vasitə atacağını demiş və onunla birgə həmin ünvana gedəcəyi təqdirdə əldə edəcəyi narkotik vasitədən ona da bir qisim verəcəyini demişdir. Fəxrəddin isə avtomobilinin olmadığını ona bildirmişdir. O öz qohumuna məxsus “Vaz21074” markalı avtomobili götürmüş və onlar bir yerdə Bakı şəhərinə yola düşmüşlər. Avtomobili o idarə edirmiş. Yol boyu onun Kristina ilə mübahisələri baş verdiyindən avtomobili saxlamış və Fəxrəddindən xahiş etmişdir ki, gəlib avtomobili idarə etsin. Fəxrəddin avtomobilin sükan arxasına, o isə sağ ön oturacağa əyləşmişdir. İİR vətəndaşının dediyi ünvana çatıb oradan 03 ədəd büküm götürüb avtomobilə geri qayıtmışdır. Bundan sonra onlar Sumqayıt şəhərinə geri qayıtmışlar. Fəxrəddin avtomobili Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Freqat” restoranın qarşısında saxlamışdır. Onların niyyəti avtomobildən düşüb əldə etdikləri narkotiki yerbəyer etmək və Fəxrəddinin özünə düşən payı götürməsi olmuşdur. Həmin vaxt polis əməkdaşları yaxınlaşaraq onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Onlar polis əməkdaşlarına etiraz etməyərək birlikdə polis idarəsinə getmişlər. Pİ-də üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Bundan sonra ona Sumqayıt Regional Vəkil Bürosundan növbədə olan vəkillərin siyahısı təqdim olunmuşdur. O həmin siyahını nəzərdən keçirib hüquqlarınının Sumqayit Regional Vəkil Bürosunun vəkili X12 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Könül Qədimalıyeva ona təqdim olunduqdan sonra ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O şəxsi axtarışın keçirilməsinə buna etiraz etməmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, o cümlədən narkotik vasitə varsa təqdim etsin. O özü əynində olan qara rəngli qış geyiminin sağ yan cibindən 03 ədəd bükümü təqdim etmişdir. Həmin bükümlər açılan zaman 02 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə isə narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitə və psixotrop maddəni İİR vətəndaşından 200 manat müqabilində öz şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 də üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Lakin onun Fəxrədinin üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Kristinanın da üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə və psixotrop maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azerbaycan Respublikasının DİN nin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa bildirmişdir ki, o tez-tez mobil telefonuna narkotik vasitələrlə bağlı gələn mesajları silirmiş, həmin gün də yəni xx.xx.2022ci il tarixdə Mərdəkan qəsəbəsindən Sumqayıt şəhərinə geri qayıdarkən mobil telefonunun mesaj və zəng bölməsin təmizləmişdir. Kristina Dobromislovanın şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş mobil telefon ona məxsus olmuş, istifadə etməsi üçün müvəqqəti olaraq Kristinaya vermiş və verməzdən əvvəl telefonda özünə aid olan hər bir məlumatı silmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə idarə etidyi “Vaz 21074” markalı avtomobil tanışı Kamil Əskərova məxsus olmuş, təmir etdirməsi üçün ona vermişdir. O özü 2022-ci ilin iyul ayında yol nəqliyyat hadisəsi törətdiyi üçün etibarnamə əsasında idarə etdiyim “Opel Zafıra” markalı avtomobil əlindən alındığından, xx.xx.2022-ci il tarixdə Mərdəkan qəsəbəsinə Kamilin avtomobili ilə getmək qərarına gəlmişdir. Qeyd etmişdir ki, nə onun nə də Fəxrəddinin həmin avtomobili idarə etmək üçün etibarnamələri olmamış, həmçinin Kamil Əskərovun onun avtomobildən narkotik vasitə götürmək üçün istifadə edəcəyindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində eyni zamanda özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, ittihamda göstərilən psixotrop maddə metanfetamin və heroindən məlumatsız olmuşdur. Belə ki, həmin gün Təqsirləndirilən şəxs1 ona Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətində getməyi bildirərkən oraya hansı məqsədlə getdiklərini deməmişdir. Həmin əraziyə çatdıqda isə Təqsirləndirilən şəxs1 özü maşından düşüb getmiş bir müddət sonra geri qayıdaraq avtomobilə oturub yenidən Sumqayıt şəhərinə qayıtmaqlarını ona bildirmişdir. Bundan sonra geri qayıdarkən Sumqayıt şəhərinə , Sahil küçəsində yerləşən “Freqat” restoranın qarşısında onları saxlamışlar və Sumqayıt ŞPİnə dəvət etmişlər. Onlar polis əməkdaşlarına etiraz etməyərək birlikdə polis idarəsinə getmişlər. Pİ-də üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş verilmişdir.. O şəxsi axtarışın keçirilməsinə buna etiraz etməmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ittihamda göstərilən 01 ədəd bükümdə, ümumi çəkisi 0,935 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 məhkəmə istimtaqının gedişində sualları cavablandırarkən üzərindən aşakr olunan narkotikində ona məxsus olmadığını polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirdi. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan heroin və metanfetamindən məlumatsız olduğunu və onunla öncədən heç bir razılaşması olmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki təqsirləndirilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə məhkum olunmuşdur. Uzun müddətdir narkomaniya xəstəliyindən əzab çəkir. Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır. Mahir da onun kimi narkomaniya xəstəliyindən əzab çəkir. Bir neçə dəfə Mahirin xahişi ilə o Mahiri narkotik vasitə əldə etmək üçün tanışı olan İİR vətəndaşının dediyi ünvana aparmış, həmin vaxt Mahir əldə etdiyi narkotik vasitədən ona da şəxsi istifadəsi üçün nakrotik vasitə vermişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitəni ürəyi istədiyi vaxt istifadə edə bilməsi üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlayırmış. Həmin gün yəni ci il tarixdə Mahirlə görüşən zaman o Bakı şəhəri, Mərdəkan qəsəbəsinə getməli olduğunu demişdir. O Mahirdən həmin yerə getməyinin səbəbini soruşduqda Mahir ona İİR vətəndaşının orada narkotik vasitə gizlətdiyini deyib ondan həmin ünvana aparmasını xahiş etmişdir. O Mahirə avtomobilinin olmadığını dedikdə, Mahir qohumundan müvəqqəti sürməsi üçün “Vaz 21074” markalı avtomobili götürmüşdür. Mahir avtomobili özünün idarə edəcəyini deyib ondan avtomobilə əyləşməsini xahiş etmişdir. Həmin vaxt onların yanında Mahirin qeyri-rəsmi nikahda yaşadığı Kristina adında qadın da olmuşdur. Onlar Sumqayıt şəhərindən çıxdıqdan sonra yolda Mahir Kristina ilə mübahisə etməyə başlamışdır. Mübahisələri qızışdıqdan sonra Mahir avtomobili saxlayıb ondan avtomobili idarə etməsini xahiş etmişdir. O avtomobili idarə edib Mərdəkan qəsəbəsi ərazisinə getmişdir. Orada Mahir İİR vətəndaşının onun mobil telefonuna göndərdiyi məkanın ünvanını ona təsvir etmiş və onlar narkotik vasitənin gizlədildiyi yerə çatmışlar. Mahir avtomobildən düşüb fərdi yaşayış evlərinin yaxınlığında hasarda gizlədilmiş narkotik vasitəni götürüb avtomobilə gerə qayıtmışdır. Bundan sonra onlar Sumqayıt şəhərinə geri qayıtmışlar. O avtomobili Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Freqat” restoranın qarşısında saxlamışdır. Onların niyyəti avtomobildən düşüb əldə etdikləri narkotiki yerbəyer etmək və onun da özünə aid olan payı götürmək olmuşdur. Həmin vaxt polis əməkdaşları yaxınlaşaraq onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişlər. Pİ-də üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Bundan sonra ona Sumqayıt Regional Vəkil Bürosundan növbədə olan vəkillərin siyahısı təqdim olunmuşdur. O həmin siyahını nəzərdən keçirib hüquqlarınının Sumqayit Regional Vəkil Bürosunun vəkili X4 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Sədirxan Sədirxanov ona təqdim olunduqdan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, o cümlədən narkotik vasitə varsa təqdim etsin. O özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxardaraq təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Təhqiqatçımn müvafiq suallarına cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat müqabilində əldə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 də üzərinə şəxsi axtarış keçirilmiş. Onun üzərindən Mərdəkan qəsəbəsindən götürdükləri külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Kristinanın da üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azerbaycan Respublikasının DİN nin 124 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində eyni zamanda özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X5 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun anasıdır. O atası Nəsib Nəzərov və mərhum anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayırlarmış. Hadisə baş verən gün, yəni, xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində dayısı Malik Doluxanovun həyat yoldaşı Nəsibə Doluxanova ilə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində görüşüb qohumlarının məzarını ziyarət etmək üçün anası yaşadıqları evi tərk etmişdir. Təxminən 1 saat sonra, yəni 09 radələrində Nəsibə Doluxanova zəng edərək anasının harada olması ilə maraqlanmışdır. O isə anasının onunla görüşmək üçün Yaşıldərə yaşayış massivinə getdiyini demişdir. Nəsibə Doluxanova anasın onun yanına gəlmədiyini dedikdə onlar artıq narahat olmağa başlamışlar. Digər qardaşları və bibisi oğlu ilə birlikdə anasını axtarmağa başlamışlar. Anası şəkər xəstəsi olduğundan yolda vəziyyətinin pisləşə biləcəyini güman edib Sumqayıt şəhəri ərazisində olan xəstəxanalara üz tutmuşlar. Həmin vaxt bibisi oğlu Rafiq Hüseynov Sumqayıt şəhər X32 xəstəxanasına getmişdir. Rafiq oradan ona zəng edərək anasını yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını və Travmatologiya şöbəsinə yerləşdirildiyini bildirmişdir. O və digər ailə üzvləri X32 Xəstəxanasına gedərək anasını oradan Sumqayıt şəhər Hospitalına köçürtmüşlər. Anası bir müddət orda müalicəsini davam etdirmişdir. Vəziyyəti nisbətən stabilləşdiyindən o anasını Hospitaldan çıxardıb evə gətirmişdir. Lakin evdə vəziyyəti yenidən pisləşdiyindən anasını X32 Xəstəxanasına aparmışlar. Orada iki gün qaldıqdan sonra anası dünyasını dəyişmişdir. Hadisəni törədən şəxs Təqsirləndirilən şəxs1 hadisədən sonra onların yanına getməmiş, vurulmuş maddi və mənəvi ziyanı hər hansı formada aradan qaldırılmasına cəhd göstərməmişdir. Sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkir. Zərərçəkmişin hüquqi varisi Fərrux Nəzərov ifadəsinin davamında təqsirləndirilən Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu onu bağışlamadığını və onun barəsində ağır cəzanın təyin olunmasını xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş X1 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, oğlu Təqsirləndirilən şəxs1 “Opel Zafira” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili 2022-ci ilin aprel ayında kreditlə alaraq aylıq 420 (dörd yüz iyirmi) manat pul ödəyirmiş. Həmin avtomobili etibarnamə əsasında idarə edib taksi fəaliyyəti ilə məşğul olurmuş. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o Mahirdən onu Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən “Karvan Ticarət Mərkəzi”nə aparmasını xahiş etmişdir. O avtomobilin arxa sol oturacağına əyləşmişdir. Onlar hərəkətə başlayandan sonra “Şərq Bazarı” adlanan ərazidə təxminən 35-40 yaşlarında bir qadın avtomobili saxlaması üçün Mahirə əl sallamışdır. Mahir avtomobili saxlayandan sonra qadın avtomobilə yaxınlaşıb Mahirdən onu “Dörd Qardaş” şadlıq evinə aparmasını xahiş etmiş və gediş haqqı kimi ona iki manat pul ödəyəcəyini bildirmişdir. Mahir həmin qadına razılıq verdikdən sonra qadın arxa qapıya yaxınlaşıb açaraq avtomobilə əyləşmək istəmiş və həmin vaxt onun avtomobildə əyləşdiyini görmüşdür. Qadın Mahirdən avtomobildə olan şəxsin kim olduğunu soruşduqda, Mahir həmin qadına heç bir problemin olmadığını, onu hansı ünvana istəsə apara biləcəyini demişdir. O avtomobilin sol arxa oturacağından düşərək sağ ön oturacağa əyləşmiş, həmin qadın isə avtomobilin sağ arxa oturacağına oturmuşdur. Sumqayıt şəhəri, Z.Hacıyev küçəsi, "xxxx" ASC-nin Sumqayıt şəhərində yerləşən filialının qarşısında təxminən 60 km/saat surətlə hərəkətdə olarkən yolun sağ tərəfindən quraşdırılmış avtobus dayanacağında dayanan avtobusun qarşısından təxminən 60 yaşlarında bir nəfər qadın yolun hərəkət hissəsinə qaçaraq daxil olmuşdur. Mahir həmin qadını o artıq yola daxil olarkən gördüyü üçün əyləcə basıb avtomobili sola tərəf istiqamətləndirməyə çalışmışdır. Lakin hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobillə həmin qadını vurmuşdur. Toqquşma baş verən an Mahir avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Həmin vaxt yanlarına tanımadığı ağ rəngdə, “BMW” markalı avtomobil gəlmiş və həmin avtomobilin içərisindən cavan bir oğlan düşərək onlara yaxınlaşmışdır. Həmin cavan oğlanın köməkliyi qadını Mahirin idarə etdiyi avtomobilə yerləşdirmişlər və Mahir onu Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparmışdır. Həmin tanımadığı qadın hadisə baş verən vaxt orada qalmış, o isə xəstəxanın girişində avtomobildən düşüb yaşadığı ünvana qayıtmışdır. Bundan sonra oğlu baş vermiş hadisənin şokundan yaşadığı ünvana da gəlməmişdir. Bir müddət onlarda və polis əməkdaşlarından gizlənsə də, sonradan özü 3-cü PB-nə gedərək təslim olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 33 saylı müntəzəm sərnişin daşıma şirkətində sürücü vəzifəsində çalışır. 33 saylı müntəzəm sərnişin daşıma şirkəti "xxxx" MMC-nin tabeliyində fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində sərnişin düşürtmək üçün avtobusu Sumqayıt şəhəri, 6-cı mikrorayon, Z.Hacıyev küçəsində yerləşən dayanacağın qarşısında saxlamışdır. Həmin vaxt idarə etdiyi avtobusun qarşısından təxminən 60 yaşlarında bir qadın yol keçmək istəyirmiş. Bu zaman onunla eyni istiqamətdə hərəkətdə olan “Opel Zafira” markalı avtomobilin sürücüsü avtomobilin ön sağ hissəsi ilə yolu keçmək istəyən qadını vurmuşdur. O dərhal avtobusdan enib hadisə yerinə qaçmışdır. Bu zaman onların yanlarında “BMW” markalı avtomobil saxlamışdır. Avtomobilin sürücüsü düşərək onların yanına gəlmiş və qadını “Opel Zafira” markalı avtomobilə yerləşdirməyə köməklik etmişdir. Əlavə olaraq bildirmişdir ki, “Opel Zafira” markalı avtomobilin sürücüsü həmin vaxt təxminən 30 yaşlarında kişi olmuş, avtomobildən eyni zamanda iki nəfər qadın da düşərək onlara köməklik etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X3 əvvəllər tanımamış, onlarla arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Kristina Rinardovnanın qanunsuz olaraq narkotik vasitələr əldə etmələri, daşımalar və satmaları ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raporta müraciət edilərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Kristina Dobromislovanı cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişlər. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Kristina Rinardovna xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində əməliyyat müşahidəsinə götürülmüş və həmin şəxslər onların tərəfindən saat 01:50-də Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Fregat” restoranın yaxınlığında qarşısında saxlanılmışlar. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxslərə Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, istifadə etmə və satmaqda şübhəli olduqlarını deyib onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Kristina Rinardovna etiraz etməyərək onlarla birlikdə Pİ-nə gəlmişlər. Pİ-də ilk əvvəl Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 siyahını nəzərdən keçirib hüquqlarının müdafiəçi Könül Qədimalıyeva tərəfindən müdafiə olunmasını istəmişdir. Müdafiəçi təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmasına etirazının olmadığını demişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs1 təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanula qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 həmin vaxt əynində olan qara rəngli qış geyiminin sağ yan cibində saxlamış olduğu 03 ədəd bükümü təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə və psixotrop maddəni saxlanıldığı gün Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisindən götürdüyünü, həmin lütlələr küçün tanımadığı İİR vətəndaşının hesab nömrəsinə 200 manat pul göndərdiyini, narkotik vasitə və psixotrop maddələri götürmək üçün tanışı Təqsirləndirilən şəxs2 və Kristina Dobromislova ilə birgə getdiklərini, Təqsirləndirilən şəxs2 onların narkotik vasitə götürmək üçün getmələrindən məlumatlı olsa da, Kristinanın heç bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 siyahını nəzərdən keçirib hüquqlarının müdafiəçi Sədirxan Sədirxanov tərəfindən müdafiə olunmasını istəmişdir. Müdafiəçi təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmasına etirazının olmadığını demişdir. Şəxsi atxarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanula qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs1 və Kristina Dobromislova ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisinə getdiklərini, Təqsirləndirilən şəxs1 oradan narkotik vasitə götürdüyünü, götürmüş olduğu narkotik vasitədən Mahirin ona da verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra Azərbaycan Respublikası ƏN MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş X20, Şahid4 işin halları ilə bağlı Şahid1la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid3 şahidlər Şərail Quliyev və Şahid1la eyni məzmunlu ifadə verməklə onların ifadələrində göstərdikləri xüsusatları təsdiq etdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Sumqayıt şəhəri, Sahil küçəsi, Freqat restoranının yaxınlığında xx.xx.1986-ci il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri 34-cü məhəllədə kirayə yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Sumqayıt şəhəri, Sahil küçəsi, Freqat restoranının yaxınlığında xx.xx.1974-cü ildə Ermənistan Respublikası Sisyan rayonunda anadan olan,ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki xx.xx.1986ci il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri 34-cü məhəllədə kirayə yaşayan Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2022-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki xx.xx.1974cü ildə Ermənistan Respublikası Sisyan rayonunda anadan olan,ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2022-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1997-ci il təvəllüdlü xx.xx.1986-ci il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri 34-cü məhəllədə kirayə yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1974-cü ildə Ermənistan Respublikası Sisyan rayonunda anadan olan,ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələri üzərində gəzdirməsi,saxlaması və satması şübhəsi ilə saxlanılaraq Polis İdarəsinə gətirilən zaman üzərlərində müxtəlif növ narkotik vasitələr olduğunu bildirmişlər. "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd diskə baxış protokoluna əsasən aşağıdakılar müəyyən olunur. xx-xx-2022 02:21:37 **********94 nömrəli mobil telefondan daxil olmuş sms mətn.- Qaqa mene 3 kola bir agarti lazimdi 19 man pulum var oz pulumdu senol xx-xx-2022 16:14:15 **********29 nömrəli mobil telefona göndərilmiş sms mətn: Bala clxlr ki xlrda xlrda mal da ylgmlsan malda var ay bahruz niya bala aladiki xx-xx-2022 21:44:13 xx-xx-2022 16:14:15 nömrəli mobil telelfondan daxil olmuş sms mətn: xx-xx-2022 16:14:15 xx-xx-2022 18:10:08 **********86 nömrəli mobil telefona göndərilmiş sms mətn:. Qardasim bunan yene lazimdi geliiiiim xx-xx-2022 15:30:52 **********82 nömrəli mobil telefona göndərilmiş sms mətn: . X33 X26 Uwaqlarin Yaninda xx-xx-2022 01:20:18 **********92 nömrəli mobil telefon nömrəsindən **********23 saylı mobil telefon nömrəsinə göndərilmiş sms mətn: Seccat sete gir mene bir sozde xx-xx-2022 20:10:43 **********92 nömrəli mobil telefon nömrəsindən **********18 saylı mobil telefon nömrəsinə göndərilmiş sms mətn: Dunen dedin lomkadayam aidim 25 manata mali geldim lomkadan cixasan ki meni buğun lomkada saxliyasan xx-xx-2022 14:58:19 **********92 nömrəli mobil telefon nömrəsindən **********70 saylı mobil telefon nömrəsinə göndərilmiş sms mətn: Ay yetim Şenol dünən katastrof olub temani atmiyiblar bugün atacaglar Bundan başqa “DVD” diskə ardıcıl olaraq baxış keçirilərkən Zenglerin_Detallasmasi**********2116 708111192 adlı qovluğa daxil olduqda **********92 saylı mobil telefon nömrəsinin anten dairəsinin xx.xx.2022 00:49:41-də LBBK4028O3/LBBK4028 Yeni Ramana str/"Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən küçəsi'VSurakhany, xx.xx.2022 01:36:47-da LABS552903/LABS5529 Kurdakhani/"Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, D. Vasif küçəsi 76 "/Sabunchu, xx.xx.2022 01:38:18-də LABS446705/LABS4467 Pirshagi/"Bakı şəhəri, Pirşağı qəsəbəsi, Lokomotiv pioner düşərgəsi."/Sabunchu ünvanında göstərildiyi qeyd olunur. "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “DVD” diskə baxış protokoluna əsasən aşağıdakılar müəyyən olunur. “SMS_Tarixcesi_**********2321_558258282” adlı qovluğa daxil olundu. Bundan sonra həmin qovluqda olan antenna.xlsx adlı bölmə göründü: xx-xx-2022 04:28:25 **********61 nömrəli mobil telefon nömrəsindən .**********82 saylı mobil telefon nömrəsinə göndərilmiş sms mətn: YARİM DUZELİR TELİ AC NİYE BELE ELEYİRSEN DANİŞMİŞAM MENİ GOZLEYİR Bundan başqa “DVD” diskə ardıcıl olaraq baxış keçirilərkən Zenglerin_Detallasmasi**********3948_5********.pdf adlı qovluğa daxil olduqda **********82 saylı mobil telefon nömrəsinin anten dairəsinin xx.xx.2022 01:12:00-da GABS4692B/GABS4692 Shagan/"Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 13-cü yaşayış sahəsi'VKhazar, xx.xx.2022 01:20:46-da GABS0901A/GABS0901 Zagulba İgametgah/"Buzovna qesebesi , stansiya Zagulba 'VKhazar ünvanında göstərildiyi qeyd olunur. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4128 saylı rəyindən görünür ki, təqdiqata qədim edilmiş “Opel Zafira” markalı, 50-DR- 056 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsindən silinərək götürülmüş parolon süngərin üzərində kənar lif mikrohissəcikləri vardır. X9 məxsus geyim əşyasının tərkib liflərinin və tədqiqata təqdim olunmuş “Opel Zafira” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsindən silinərək götürülmüş parolon süngərin üzərindən yığılmış kənar lif mikrohissəciklərinin növü və rəngli rəyin 1№- li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, “Opel Zafıra” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsindən silinərək götürülmüş süngərin üzərindən aşkar edilmiş tünd yaşıl rəngli triasetat kimyəvi lifləri cinsi əlamətlərinə görə X14ma məxsus olduğu qeyd edilən qısaqol donun tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2206 saylı rəyindən görünür ki, “Opel Zafıra” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyöunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü MT.Qocayev hadisə barəsində müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 123 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın küt travması, baş-beynin bərk əzilməsi, sol beyin yarımkürəsində intrapareximal hemoragiya, sol beyin yarımkürəsində suboraxnoedal qanaxma, sol alın-təpə-gicgah nahiyyəsinin dərialtı hematoması, döş qəfəsinin küt travması, 5-ci oma fəqərəsinin köndələn sıxıntısının, 5-ci oma fəqərəsinin cisminin, sol oturaq sümüyünün xətti sınığı kimi xəsarətlər aşkar olunmuş, qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir və baş vermiş YNH-si ilə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Sumqayıt şəhər TTYX-da vət. Zərərçəkmiş şəxs adına açılmış xəstəlik tarixindən görünür ki, ölüm xx.xx.2022-ci il tarixdə, saat 01:40-da baş vermişdir. Sumqayıt şəhər TTYX-da vət. Zərərçəkmiş şəxs qoyulmuş “hər iki ağciyərin aşağı payının interstisal pnevmoniyası, tənəffüs çatmamazlığı” dianoqzu xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-si zamanı almış olduğu xəsarətlərin ağırlaşması kimi qiymətləndirilir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6808 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər № 124” dairəvi möhür əksi olan, “(imza) Saxlanılan şəxs: Təqsirləndirilən şəxs1 ...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6,701 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,974 qram, 0,298 qram ümumi təmiz çəkisi 4,272 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6809 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər № 124” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs2 (imza) ...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,935 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş heroin kütləsi ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş heroin kütləsi (maddə barədə xx.xx.2022-ci il tarixli 6808 saylı ekspert rəyi verilmişdir) kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edirlər. Heroin və metamfetamin fərqli narkotik vasitə və psixotrop maddələr olduğundan onlar arasında müqayisəli tədqiqatı aparılmadı Məhkəmə-narkoloji ekspertizasının 10 mart 2023-cü il tarixli, 1395 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2023-cü il tarixli, 2322 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimlulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan və protokola dair DVD diskə baxış keçirilən zaman müəyyən olunur ki, həmin vaxt Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 03 ədəd bükümü, sol yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən təqdim etdiyindən savayı hər hansı narkotik vasitə və ya psixotrop maddə, o cümlədən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təhqiqatçının sualına Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş mobil telefonun ona məxsus olduğunu, 01 ədəd bükümdə limon duzunun, 01 ədəd bükümdə psixotrop maddə metamfetamin digər sonuncu bükümdə isə narkotik vasitə heroin olduğunu bildirir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirir ki, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri İİR vətəndaşının hesab nömrəsinə 200 manat pul yükləməklə öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs1 həmin şəxsə pulu saxlanıldığı gündüz vaxtı göndərsə də, narkotik vasitə və psixotrop maddəni gecə saatlarında Mərdəkan qəsəbəsində əldə etdiyini bildirir. xx.xx.2022-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan və protokola dair DVD diskə baxış keçirilən zaman müəyyən olunur ki, həmin vaxt Təqsirləndirilən şəxs2 həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü və 01 ədəd göy rəngli “KGTEL” markalı mobil telefonu təqdim edir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən təqdim etdiyindən savayı hər hansı narkotik vasitə və ya psixotrop maddə, o cümlədən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təhqiqatçının sualına Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş mobil telefonun və bükümün ona məxsus olduğunu, həmin bükümü xx.xx.2022-ci il tarixdə Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat müqabilində aldığını, Təqsirləndirilən şəxs1 və Kristina Dobromislova ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisinə getdiklərini, Təqsirləndirilən şəxs1 oradan narkotik vasitə götürdüyünü, götürmüş olduğu narkotik vasitədən Mahirin ona da verəcəyini bildirdi. “Təqdim etmə və götürmə” haqqında xx.xx.2022-ci il tarixli istintaq hərəkətinin protokolundan görünür ki, Şahid6 etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus 33 saylı müntəzəm sərnişin daşıma avtobusunda quraşdırılmış təhlükəsizlik kamerasından qeydə alınmış xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diski təqdim etmiş, həmin “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyimdən tərəfimdən baxış keçirilib götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt X15 və X24 alınmış xx.xx.2022-ci il tarixli 302-8160-1222 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il tarixdə “B” kateqoriyalı AC224775 saylı on illik sürücülük vəsiqəsi almışdır. Kompyuter bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdur. “Opel Zafıra” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə idarə etməsi haqda qeyd vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli sorğudan görünür ki, təqsirləndirilən şəxs Qocayev X21 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 03 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki xx.xx.2022-cü il tarixdə , Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə xx.xx.1986-ci il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri 34-cü məhəllədə kirayə yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1974-cü ildə Ermənistan Respublikası Sisyan rayonunda anadan olan,ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxslər saxlanılaraq polis idarəsinə gətirilmişlər və müdafiəçi ilə təmin edilməklə onların üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərlərindən müvafiq olaraq psixotrop maddə olan metanfetaminə bənzər kütlə və heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü qismən yəni onda aşkar olunmuş heroini və metanfetamini satış məqsədilə əldə etməməsinə dair mövqeyinə fikir bildirməyi vacib hesab edir. Belə ki, cinayət işinin materiallarında olan telefon məlumatlarından götürülmüş smslərdən açıq aşkar görünür ki, Təqsirləndirilən şəxs1 nakotik vasitələrin satışı ilə məşğuldur. Qeyd olunan sübut məhkəmə istintaq zamanı araşdırılarkən məhkəmə tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs1 həmin smslər barədə nə deyə biləcəyinə dair sual verilsədə o, qeyd olunan smslərin bütün narkotik istifadəçilərinin yazdığını həmin smslərin satış məqsədli olmadığını bildirdi. Həmçinin təqsiləndirilən Təqsirləndirilən şəxs2 özünü yalnız Azərbaycan Respublikası cinayət məcəlləsinin 234.1-ci madəsi ilə təqsirli bilsədə məhəkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə qabaqcadan məlumatlı şəkildə hərəkət etmişdir. Belə ki, şəxsi axtarışın aparıldığı video görüntülərdəndə aşkar görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 aşkar olunan narkotik vasitə və psixotrop maddənin dalınca getdiklərini və sonda Təqsirləndirilən şəxs1 həmin narkotik vasitədən ona da verəcəyini qeyd edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 şəxsi axtarışa dair video görüntü zamanı Təqsirləndirilən şəxs2 narkotik dalınca getmələrindən məlumatlı olduğunu bildirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 CM-nin 264-cü maddəsi ilə irəli sürülən ittihamı qəbul etməyərək həmin maddə ilə bəraət verilməsini xahiş etsə də, məhkəmə kollegiyası bu məsələ ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması cinayət məsuliyyətinə səbəb olur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yolnəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında göstərilmişdir ki, “Yol hərəkəti haqqında” Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, “X32” maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur (“Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263- 1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CMnin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərərçəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərərçəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü maddəsi CM-nin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 zərəçəkmiş şəxsi hadisə yerində götürüb şəxsi avtomobili ilə xəstəxanaya çatdırsada orada özünü təqdim etməmiş hüquq mühafizə orqanlarının işçilərinin gəlməsini gözləməmiş yalnız mərhum zərərşəkmişi xəstəxanaya çatdırmaqla kifayətlənmiş və sonra zərərşəkmişin taleyi ilə maraqlanmadan xəstəxanadan çıxıb getmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs1 zərərçəkmişi çatdırdığı xəstəxanaya eyni zamanda anasınıda apardığını bildirsədə, təqsirləndirilən şəxsin anası şahid Şükufə Qocayeva məhkəmə istintaqı zamanı və ibtidai istintaq zamanı verdiyi ifadələrində oğlunun onu, mərhum zərərçəkmiş şəxsi apardığı xəstəxananın həyətində düşürərək özünün zərərçəkmişi həkimlərə təhvil verib getdiyini bildirmişdir. Şahid Şükufə Qocayeva isə oğlunun onu endirdiyi xəstəxananın həyətindən öz evinə getdiyini bildirmişdir. Yəni məhkəmə istintaqı nəticəsində müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 yol nəqliyyat hadisəsini törətdikdən sonra mərhum zərərçəkmiş şəxsi xəstəxanaya aparmış olsa da xəstəxanada hadisənin onun tərəfindən törədildiyini heç kimə (tibb personalına, hüquq mühafizə orqanlarınn hər hansı bir əməkdaşına) bildirmədən oradan çıxıb getmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özlərini onlara elan edilmiş ittihamlar üzrə qismən təqsirli bilmələri ilə bağlı verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onların bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilmələrinə dair ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilmələri onların özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən- 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2, 264, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməli həmin məcəllənin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 263.2, 264, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 həmin məcəllənin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən etmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə cəzasını yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən ( müəyyən olunmamışdır) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, 30 noyabr 2022-ci il tarixdən Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 may 2024-cü il tarixdən hesablanmalı, onun 29 noyabr 2022-cü il tarixdən 30 noyabr 2022-cü il tarixədək təqsirləndirilən şəxs qismində saxlanıldığı müddət, yəni 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və onun xx.xx.2024-cü il tarixdən Sumqayıt Şəhər məhkəməsinin 3(060)-1158/24 saylı qərarına əsasən barəsində həbs növündə inzibati tənbeh tətbiq olunmaqla müvəqqəti saxlama yerində saxlanılması nəzərə alınmalı, cəzasını çəkməsinin əvvəli 29 may 2024-cü il tarixdən hesablanmaqla, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2, 264, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 qəti cəza təyin olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayətlərin məcmusu üzrə təyin edilmiş əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaqla və əlavə cəzanın əsas cəzaya biləşdirilməsi yolu ilə qəti cəza təyin olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 təyin olunan əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş müddətə şamil edilməlidir Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi sayılır. İş materiallarından müəyyən olunur ki, Qocayev X21 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə qəti olaraq 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hazırda araşdırılan cinayət əməlini xx.xx.2022-ci il tarixdə, yəni bundan öncə törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilmədən və götürülmədən törətmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 18.1-ci maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə məhkum olunsada məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi, onun təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzaların yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli 29 noyabr 2022-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar, yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Məhkəmə ekspertizalarına sərf olunmuş 305 (üç yüz beş) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 250 (iki yüz əlli ) manat, Təqsirləndirilən şəxs2 55 (əlli beş) manat olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş parolon süngər, qısaqol don, ümumi qalıq çəkiləri 6,601 qram narkotik vasitə heroin, 4,172 qram psixotrop maddə metamfetamin və 0,885 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 07 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən 07 (yeddi) il , 263.2-ci maddəsinə əsəsan 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, 264-cü maddəsinə əsasən əsəsan 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas əsas cəza ilə, əlavə cəza əlavə cəza ilə qismən toplanmaqla, əlavə cəza isə əsas cəzaya birləşdirilməklə qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 02 (iki) il müddətə şamil edilsin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 29 noyabr 2022-cü il tarixdən 30 noyabr 2022-cü il tarixədək təqsirləndirilən şəxs qismində saxlanıldığı müddət, yəni 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və onun xx.xx.2024-cü il tarixdən Sumqayıt Şəhər məhkəməsinin 3(060)-1158/24 saylı qərarına əsasən barəsində həbs növündə inzibati tənbeh tətbiq olunmaqla müvəqqəti saxlama yerində saxlanılması nəzərə alınsın. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 29 may 2024-cü il tarixdən hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 305 (üç yüz beş) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 250 (iki yüz əlli ) manat, Təqsirləndirilən şəxs2 55 (əlli beş) manat olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş parolon süngər, qısaqol don, ümumi qalıq çəkiləri 6,601 qram narkotik vasitə heroin, 4,172 qram psixotrop maddə metamfetamin və 0,885 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 07 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-225/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-225/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver