Məhkəmə qərarları › İş №1(124)-225/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-225/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-225/2025 18.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Digah qəsəbəsində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Digah qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində yəni, hadisədən bir gün əvvəl sonuncu tanışı Şahid5 ilə onun qardaşı X1 arasında yaranmış mübahisəyə aydınlıq gətirərkən Zərərçəkmiş şəxs tərəfindən yumuruq və təpik zərbələri ilə sol kürək, qarın və sol baldır nahiyyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirildiyi üçün cibində gəzdirdiyi açılıbqatlanan cib bıçağını çıxarıb Zərərçəkmiş şəxs döş qəfəsinin arxa və sağ yan hissəsinə həmin bıçaqla iki dəfə qəsdən zərbə endirərək, sonuncuya döş qəfəsinin arxa və sağ yan səthlərinin boşluğa nüfuz edən sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan 2 ədəd deşilmiş-kəsilmiş yaraları kimi ayrı-ayrılıqda hər biri həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsəbə sakini kimi tanımışdır. O, hadisə günü evdə olmuş, səhər saat 10:00-da ona zərər çəkmiş şəxs Əhməd zəng edərək qardaşının başqa sinfə daxil olub narahatlıq yaratdığını demiş, o da cavabında qardaşının elə bir şey etməyəcəyini, əgər edibsə, üzr istədiyini demişdir. Qardaşı axşam evə gələndə ondan nə baş verdiyini soruşmuş, qardaşı da sinfə daxil olduğunu, narahatlıq olar deyə onu sinifdən çıxarıb sonra zəng etdiklərini bildirmişdir. O, qardaşına üzr istədiyini demişdir. Qardaşı isə zəngdən sonra ona qarşı təhqiredici ifadələr işlətməyə başladıqlarını bildirmişdir. Qardaşının bu sözlərinə görə o, Aminə zəng etmiş, Amin baş verən hadisə ilə bağlı ondan üzr istəmişdir. Aminə bildirmişdir ki, Əhməd onunla əlaqə saxlasın. Əhməd onu gəlib götürmüş, onlar görüşmüş, həmin vaxt iş üzrə şahidlər də orada olmuşdur. Şahidlər də onlardan 500-600 metr uzaq məsafədə dayanmışdırlar. Əhmədlə onun arasında mübahisə yaranmağa başlamış, Əhmədlə dalaşıb əlbəyaxa olmuş, daha sonra yerə yıxılmışdır. Hadisə vaxtı onun üstündə bıçaq olmuşdur. Yıxıldıqdan sonra 2 dəfə Əhmədə vurmuş, sonra isə uşaqlara Əhmədi vurduğunu bildirmiş, onlar Əhmədi gəlib xəstəxanaya aparmış, o isə hadisə yerindən uzaqlaşmış və daha sonra təslim olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq hadisə vaxtı üstündə bıçaq olduğunu, həmişə üstündə bıçaq gəzdirdiyini və uşaq olduğu üçün bu hərəkəti etdiyini bildirmişdir. O, Əhmədə 2 bıçaq xəsarəti yetirmiş, hadisədən sonra Əhmədə kömək etməyə cəhd etmişdir. Zərər çəkmiş şəxs Əhmədlə barışdıqlarını qeyd etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Əhmədlə aralarında mübahisə yaranmağa başlamış, Əhmədlə dalaşıb əlbəyaxa olmuş və yerə yıxılmış, yıxıldıqdan sonra 2 dəfə Əhmədə vurmuşdur. O, əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, ittiham aktında adları qeyd olunan şahidlər mübahisə zamanı onların yanında olmamışdır. O, bıçağı yerdən tapmış və üstündə qalmış və hadisə yerinə dava məqsədi ilə getməmişdir. Əvvəl aşpaz işlədiyini, lakin hal-hazırda işləmədiyini bildirmişdir. O, məktəbdə 9-cu sinfə kimi təhsil almış, hadisə baş verən vaxt məktəbdə təhsil almamışdır. Karantin rejimi olduğu və dərslərin daha çox onlayn keçirildiyi üçün orta məktəbdə 11-ci sinfə kimi təhsil almamışdır. 17 aprel 2023-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, şagird olan vaxt məktəbə çox getməmiş, daha çox idmanla məşğul olmuş, 2021-ci ildə orta məktəbi bitirmişdir. Təqsirləndirilən şəxs ondan 1 yaş kiçik olmuşdur. O, cüdo üzrə çoxsaylı turnirlərin qalibi olduğunu, işlədiyi üçün artıq yığma komandada məşqlərə gedə bilmədiyini qeyd etmişdir. Onun dostu Tağı ilə Əhədin qardaşı Nihad arasında məktəbdə mübahisə yaranmış, lakin o, hadisənin ətraflı gedişatını bilməmişdir. Dostu ona məktəbin həyətinə gəlməyini bildirmiş, o, məktəbin həyətinə getdikdə orada azyaşlı uşaqlar olduğu üçün onlara fikir verməmiş, nə baş verdiyini soruşmuşdur. Tağı öz aralarında danışıb həll etdiklərini, Nihadın qardaşının zəng edib üzrxahlıq etdiyini və söhbətin bağlandığını bildirmişdir. O, həmin ərəfədə taksi fəaliyyəti ilə məşğul olmuş, qardaşı Aminlə eyni sinifdə oxuyan Tağını götürüb birlikdə şəhərə getmişdirlər. Ertəsi gün Amin zəng edib Əhədlə danışıb görüşdüyünü, Əhədin də onunla görüşmək istədiyini bildirmiş, o da razılaşaraq Əhədlə görüşmüşdür. Onlar həmin yerə dava etmək niyyəti ilə getməmiş, sonradan Əhədlə aralarında anlaşılmazlıq olmuş və mübahisə yaranmışdır. Zərər çəkmiş şəxs dövlət ittihamçısının suallarına cavab olaraq hadisə nəticəsində neçə bıçaq xəsarəti aldığını xatırlamadığını, Əhədin bıçaq zərbələrini özünü müdafiə üçün vurduğunu, həmin vaxtı fənd ataraq, Əhədi yerə yıxdığını və Əhədin o boşluqdan istifadə edərək hadisəni törətdiyini bildirmişdir. O, hadisə yerinə öz maşını ilə getmiş, xəsarət aldıqdan sonra məhəllədə olan yaşlı kişi maşınla onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. Zərər çəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq Əhədi yerə yıxdığını və onun özünü müdafiə məqsədilə bu hadisəni törətdiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı qəsəbə sakini kimi tanısa da, onunla yaxın münasibəti olmamışdır. 18 mart 2023cü il tarixdə saat 13 radələrində yaşadığı evdə olduğu vaxtı Bakı şəhərində yaşayan dostu Şahid4 ona zəng edib onu qəsəbələrindəki məktəbin həyətinə çağırmış, o, da “Kia” markalı maşınına minib həmin yerə getmişdir. Tağı onun maşınına minib, Əhədin qardaşı Nihadın onun məktəbin 10-cu sinfində oxuyan qız qohumuna sataşdığına görə Nihadla danışdığını, həmin vaxtı dostu Amin də yanında olduğunu bildirmişdir. O, bunu eşidən kimi əsəbləşib maşınından yerə düşüb Əhədin qardaşı Nihadı çağırıb birdə belə hərəkət etməməsini söyləmişdir. Həmin vaxtı Tağı da Aminlə birlikdə Nihadı buna görə tənbeh etdiklərini deyib, ona bu işə baş qoşmamağı söyləmişdir. O da maşınına minib oradan getmişdir. Ertəsi günü, yəni 19 mart 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhərində dostu Tağının yaşadığı evdə olduğu vaxtı Amin onlara zəng edib, Əhədin bir gün əvvəl qardaşı Nihadla olan söhbətə görə dostları ilə birlikdə yaşadıqları qəsəbədəki “Xudafərin” kafesinin arxasına çağırıb üstünə bıçaq çıxarıb, üzr istətdirdiklərini söyləmişdir. Onlar da bunu eşidən kimi birlikdə qəsəbəyə getmişlər. O, Əhədə zəng edib onunla görüşmək istədiyini bildirmiş, Əhəd də onu “Xudafərin” kafesinin yanma çağırmışdır. O da maşınına minib Tağı ilə birlikdə həmin yerə getmiş, az sonra Əhəd dostu Əfsunla və Sənanla yanma gəlmişdir. O, Əhədlə söhbətində başqa şəxslərin olmaması üçün sonuncuya təklif etmişdir ki, maşına əyləşsin və gedib bir qədər aralıda söhbət etsinlər. Buna görə də Tağıya da demişdir ki, maşından düşüb orada gözləsin və Əhədlə ikilikdə söhbət etmək istəyir. Əhəd də razılaşıb maşınına minmiş, Tağı isə maşından düşüb orada qalmışdır. Bundan sonra maşınını qəsəbənin ərazisindəki “Yuxarı qəbiristanlıq” adlanan qəbiristanlığın kənarı ilə gedən yola tərəf sürmüş və sonuncuların olduğu yerdən təxminən 500-600 metr aralanmış, maşını heç kimin olmadığı yerdə saxlamışdır. Hər ikisi maşından yerə düşmüş o söhbət etmək üçün Əhədə yaxınlaşmış və Aminlə aralarında nə baş verdiyini soruşmuşdur. Sonuncu da bir gün əvvəl onun qardaşı Nihada irad bildirməyi bəhanə edib, onunla mübahisə etməyə başlamış və üstünə gəlmiş, o, sonuncunun yaxasından tutub, fənd işlədərək ayağı ilə ayağına vurmuş, həmin vaxtı hər ikisi yerə yıxılmış, Əhəd isə onun altında qalmışdır. O, sonuncunu buraxıb yerdən ayağa durmaq istəyəndə gözləmədiyi halda Əhəd arxadan sağ tərəfindən onu bıçaqla vurduğunu hiss etmiş, o əli ilə sağ tərəfini tutmuş və yarasından qan axdığını görmüşdür. Həmin vaxtı Əhəd yerdən qalxıb üstünü təmizləmiş, o, yarasından axan qanın artdığını götüb Tağıya zəng etmək istəmiş, həmin vaxtı Tağının qaçaraq onların yanma gəldiyini görmüş, başa düşmüşdür ki, Əhəd özü zəng vurub Tağıgili çağırıb ki, ona köməklik etsinlər. Tağı ona yaxınlaşıb xəsarət aldığını görüb cəld maşina əyləşdirmiş və onunla birlikdə oradan uzaqlaşmışdır. Birtəhər Binəqədi qəsəbəsindəki təcili tibbi yardım məntəqəsinə gəlmiş, oradan da həkimlər onu təcili tibbi yardım maşını ilə Bakı şəhəri Semaşko xəstəxanasına aparmışlar. Əlavə olaraq göstərmişdir ki, Əhədin əlindəki bıçaq qatlanan cib bıçağı olmuş, aralarındakı münaqişə 5 dəqiqə davam etmiş, həmin vaxtı orada ikisindən başqa heç kim olmamış, onlar da 20-30 metr aralıda onun maşınının yanında dayanmışlar. Ona bıçaqla xəsarət yetirdiyinə görə o, Təqsirləndirilən şəxs şikayətçi deyil, Əhəd söyərək üstünə gəldiyinə görə Əhədin yaxasından tutub, fənd işlədərək ayağı ilə Əhədin ayağına vurmuş və hər ikisi yerə yıxılmış, nəticədə Əhəd onun altında qalmış, o, Əhədi buraxıb yerdən ayağa qalxmaq istədikdə Əhəd gözləmədiyi halda arxadan sağ tərəfindən onu bıçaqla vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, məktəbdə novruz bayramı şənliyi olarkən səs ucaldıcılarına adapter tapmaq üçün paralel sinifləri gəzmiş, daxil olduğu bir sinifdə eşitdiyi mahnıdan xoşu gəldiyi üçün başını yelləmiş və onun bu hərəkəti səhv başa düşülmüşdür. Daha sonra Amin onu çölə çağırıb barəsində nalayiq ifadələr işlətməyə başlamış, o da çəkindiyi üçün məcbur olub üzr istəmiş və evə getdikdə baş verən hadisəni qardaşına danışmışdır. Həmin vaxtkı hadisədə hər hansı qızla bağlı söhbət olmamışdır. Hadisənin geri qalan hissəsi haqqında məlumatı olmadığını, baş verən hadisəni qardaşına deməkdə başqa pis bir məqsədi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, məktəbdə novruz şənliyi zamanı Əhədin qardaşı Nihad onların sinfinə adapter götürmək üçün gəlmiş, Nihad sinfə daxil olub başını yelləmişdir. O, Nihadın bu hərəkətini səhv başa düşərək onu çölə çıxarmış, aralarında anlaşılmazlıq yaranmış və Nihada qarşı nalayiq ifadələr istifadə etmişdir. Daha sonra isə Əhəd Nihadın hərəkətinə görə ondan üzr istəmiş, bundan sonra Əhədlə görüşüb, danışıb söhbəti yoluna qoymuşdurlar. Əhəd sonra onun qardaşı Əhmədlə də görüşmək istədiyini bildirmiş və daha sonra onlar görüşmüşdürlər. O, Nihad sinfə girərkən həmin vaxtı orada neçə nəfər şagirdin olduğunu xatırlamadığını, qız söhbətinin olmadığını və Əhədlə danışarkən onu Əhmədlə qorxutmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Əhəd onun telefonu ilə Əhmədə zəng etmiş, Əhmədlə görüşüb söhbət etmək istəmişdir. Həmin vaxt onlar da orada olmuş, daha sonra Amin gəlmiş, məsələni yoluna qoyaraq artıq həll edib əl sıxışdırmışdırlar. Sonra məhəlləyə getdikdə onun telefonuna Əhməddən zəng gəlmiş, telefonu Əhədə verməyini istəmiş, onlar danışdıqdan sonra Əhəddən Əhmədin nə dediyi soruşduqda, Əhəd Əhmədin onların yenidən həmin yerə gəlməsini dediyini bildirmişdir. Onlar həmin yerə yenidən getdikdə Əhədlə Əhməd onlardan aralıda yenidən söhbət etmiş, bir az keçdikdən sonra Əhəd ona zəng edib belə bir hadisənin baş verdiyini bildirmiş, onlar da tez hadisənin baş verdiyi yerə getmişdirlər. Əhməd ona zəng edərkən Əhədi soruşmuş, lakin o, Əhməddən Əhədi niyə axtardığını soruşmamışdır. O, hadisə zamanı Əhədin Əhmədi bıçaqladığını görməmiş, Əhmədi xəstəxanaya Tağının apardığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hadisə günü evdə olmuş, məhəlləyə çıxdıqda Əfsunla Əhəd məhəllədə olmuş, o da Əhədgil tərəfə getmişdir. Ondan “Xudafərin” adlı kafeyə getməyi planlaşdırmış, lakin ora getdikdə bağlı olduğu üçün qayıtmışdırlar. Bir az keçdikdən sonra Əhəd Amini çağıracağını söyləmiş, Amin məktəbdə baş verən hadisəni Əhədə olduğu kimi danışmış, onlar bir-birindən üzr istəmişdirlər. Daha sonra isə evə getmişdirlər. Əfsunun telefonuna Əhməddən zəng gəlmiş, Əhməd telefonu Əhədə verməyi xahiş etmiş, onlar danışdıqdan sonra Əhəddən Əhmədin nə dediyi soruşduqda, Əhəd Əhmədin onların yenidən həmin yerə gəlməsini dediyini bildirmişdir. Onlar yenidən həmin yerə getmiş, hadisə yerinə Əhməd öz maşını ilə gəlmişdir. Əhmədin yanında həmin vaxtı Tağı da olmuşdur. Tağı maşından düşmüş, Əhmədlə Əhəd gedib ikisi kənarda söhbət etmişdirlər. Onlar da “Xudafərin” kafesinin yanında dayanmışdırlar. Bir az keçdikdən sonra Əhəd zəng edib belə bir hadisənin baş verdiyini demiş, onlar da tez hadisənin baş verdiyi yerə getmişdirlər. Əhmədi kömək edib maşına mindirmiş, daha sonra Əhməd xəstəxanaya, onlar da evlərini getmişdirlər. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 18 mart 2023-cü il tarixdə saat təxminən 10 radələrində dərsarası fasilə zamanıı sinif yoldaşı və dostu Aminlə birlikdə məktəbin koridorunda olduğu vaxtı Əhədin qardaşı Nihadın yaxınlıqlarındakı sinif otağına girib 1-2 dəqiqədən sonra geri qayıtdığını və bundan sonra dostu Əhmədin məktəbin 10-cu sinfində oxuyan qız qohumunun ağlaya-ağlaya həmin sinif otağından çıxıb getdiyini görüb, otağa girib sinif yoldaşlarından qızın nə üçün ağladığını soruşmuşlar. Onlar da Nihadın həmin qıza sataşdığını demiş, bundan sonra onlar dərhal sinif otağından çıxıb dostu Amin ilə birlikdə həmin Nihadı tapıb onu məktəbin həyətinə çağırıb qıza niyə sataşdığını soruşmuşlar. Nihad da qıza heç nə demədiyi, yəqin ki, qızın onu səhv başa düşdüyünü söyləyib, buna görə üzr istəmişdir. Həmçinin həmin vaxt Əhmədi də yanlarına çağırmış və Əhməd də Nihadla danışıb tənbeh etmiş və onlar ayrılmışlar. 19 mart 2023-cü il tarixdə Əhmədlə onun yaşadığı evdə olan zaman Amin ona zəng vurub demişdir ki, Nihadm qardaşı Əhəd dünənki məsələyə görə çağırıb üzr istətmişdir. Buna görə Əhmədlə birlikdə sonuncunun idarə etdiyi Kia markalı avtomobillə qəsəbəyə gəlmişlər. X4 zəng vurmuş və sonuncu onları «Xudafərin» kafesinin yanma çığırmış, oraya getdikdə Əhəd yanında dostları Əfsun və Sənanla dayanmış, Əhməd təklikdə Əhədlə söhbət etmək istədiyini demiş və ondan maşından düşüb Əfsungilin yanıda gözləməyi xahiş etmişdir. Əhədə isə maşına minməsini və gedib ikilikdə söhbət etməyi təklif etmiş, o, maşından düşdüyü üçün Əhəd onun maşınına minmiş və Əhməd maşınını kənd qəbiristanlığının yuxarı tərəfi ilə gedən torpaq yolla kəndin kənarına tərəf sürmüş, onlar orada dayanıb bir qədər söhbət etmiş, üstündən bir neçə dəqiqə keçmiş Əhədin Əfsunun mobil telefonunu zəng etdiyini bilmiş, telefonu açdıqda X5 bıçaqla vurduğunu dediyi üçün bu barədə Əfsun da onlara bildirmişdir. Bundan sonra kömək etmək üçün cəld Əhmədgilin olduğu yer istiqamətində qaçmış, qəbirstanlıq istiqamətinə gəldikdə irəlidə Əhmədin maşınının boş sahədə dayandığını görmüş, oraya yaxınlaşdıqda Əhmədin əli ilə sağ tərəfini tutduğunu görmüş və ona yardım etməsi üçün yaxınlaşmışdır. Əhmədin sağ tərəfindən bıçaq yarası aldığını görüb cəld avtomobilinə əyləşdirmiş və maşını sürüb Əhmədi birbaşa Binəqədi qəsəbəsindəki təcili-tibbi yardım məntəqəsinə gətirmiş, oradan da həkimlər Əhmədi təcili tibbi yardım maşını ilə Bakı şəhəri Semaşko xəstəxanasına aparmışlar. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 mart 2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs “döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə X3 yerləşdirilməsi barədə Abşeron RPİ-ə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolu və protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində ifadəsində qeyd etdiklərini bir daha təsdiq etmiş və analoji ifadə verərək hədisə yerinin Abşeron rayonu, Digah qəsəbəsində yerləşən qəbiristanlığın qarşısındakı torpaq yer olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 29 mart 2023-cü il tarixli, 552 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol kürək, qarın və sol baldır nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 sentyabr 2023-cü il tarixli, 2604 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 1979 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa və sağ yan səthlərinin boşluğa nüfuz edən sağ tərəfli hemopnevmotoroksla müşayiət olunan iki ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin təsirindən onun X3 daxil olduğu və qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənmişdirlər və dərəcəsinə görə ayrı-ayrılıqda hər biri həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 1979 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa və sağ yan səthlərinin boşluğa nüfuz edən sağ tərəfli hemopnevmotoroksla müşayiət olunan iki ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin təsirindən onun X3 daxil olduğu və qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənmişdirlər və dərəcəsinə görə ayrı-ayrılıqda hər biri həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü olmaqla hadisə zamanı, yəni xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmayan şəxs olmuş, hazırda isə 19 yaşı tamam olmuşdur. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün hər hansı bir dəlil gətirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən hadisə zamanı Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmaması, həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsi və həmin məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Cinayət işinin materiallarında olan 22 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 24 mart 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarla barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. 16 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan halların çoxluğunu, məsuliyyətini ağırlaşdıran halların olmamasını, hadisə zamanı yetkinlik yaşına çatmamasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə almaqla təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid etmədən islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Ona görə də Təqsirləndirilən şəxs barəsində verilmiş ittiham çərçivəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə aşağı həddə cəza təyin edilməli və həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs brəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 3 (üç) il 6 (altı) ay müdddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar