Məhkəmə qərarları › İş №1(124)-226/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-226/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-226/2024 25.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X7 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X3 müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Qusar rayonu, Çiləgir kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Zərərçəkmiş şəxsnə məxsus kənd təsərrüfatlı torpaqları kateqoriyasına aid torpaq sahəsini özbaşına hasarlama və orada əkib-bəcərmə işləri aparmış, bundan sonra isə o, təkrarən özünə məxsus markətdə genişləndirmə işləri aparan zaman torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Zərərçəkmiş şəxsnə məxsus kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid əlavə torpaq sahəsində özbaşına tikinti quraşdırma işləri aparmaqla zərərçəkmiş şəxsin topraq üzərində mülkiyyət hüququnu pozmaqla X=280714.871 Y=4586443.218 X=280718.830 Y=4586434.437 X=280699.464 Y=4586419.594 X=280687.613 y=4586412.306 X=280679.887 Y=4586424.909 kordinatlar daxilindəki 0,03489 ha və 0,041 ha kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid torpaq sahələrini özbaşına tutmuşdur. Belə ki, o, 1992-ci ildə ünvan 1ində Qusar-Şahdağ yolunun sol tərəfində yerləşən Zərərçəkmiş şəxsnə məxsus kənd təsərrüfatlı torpaqları kateqoriyasına aid olan 0,03489 ha (348.9 kv.m) torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan setka ilə çəpərləməklə, daha sonra isə 1992-ci ildən 2020-ci ilədək olan müddət ərzində qeyd olunan torpaq sahəsində 04 ədəd qoz ağacı, 1 ədəd akasiya ağacı və 1 ədəd saqqız ağacları əkib-becərib özbaşına tutmaqla istifadə edib Urva Bələdiyyəsinin həmin torpaq üzərində mülkiyyət hüququnu pozmuş, bundan sonra isə o, təkrarən 2021-ci ilin qış aylarından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində ünvan 1ində Qusar-Şahdağ yolunun sol tərəfində yerləşən özünə məxsus 0,01 ha (100 kv.m) torpaq sahəsi üzərindəki marketdə genişləndirmə işləri apararaq torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Zərərçəkmiş şəxsnə məxsus kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olan əlavə 0,0041 ha (41 kv.m) torpaq sahəsində özbaşına tikinti quraşdırma işləri aparıb özbaşına tutmaqla Urva Bələdiyyəsinin həmin topraq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Qusar rayonu, Çiləgird kəndi ərazisindən 2006-cı il tarixdə 100 m2 torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin ətrafına kənd əhalisi zibil atırdı, həmin ərazi zibilxana kimi istifadə olunmurdu. 1990-cı ildə ağaclar əkmişdir. Həmin ağacları 2 dəfə mal-qara tələf etmişdir. Bu səbəbdən ağacların olduğu əraziyə “setka” çəkmişdir. Bu “setka”nı torpaq sahəsini zəbt etmək məqsədilə çəkməmişdir. Kənd ərazisinin meşəlik olması məqsədilə etmişdir. Ağacları əkəndə bələdiyyələr mövcud deyildi, bu səbəbdən “setka” çəkmək üçün hər hansı bir icazə almamışdır. 100 m2 torpaq sahəsində tikdirdiyi marketin arxasında 41 m2 torpaq sahəsində onu genişləndirmişdir. Həmin hissə də hazırda fəaliyyət göstərir. Ağaclar əkməyinə, onun ətrafına “setka” çəkməyinə kənd əhalisi tərəfindən heç bir etiraz edilməmişdir. 41 m2 torpaq sahəsini zəbt etmək niyyəti olmamışdır. Həmin torpaq sahəsi istifadəyə yararsız idi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi tədqiq edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsnə hər hansı zərər dəyməmişdir. Əksinə Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus torpaq sahəsində abadlıq işləri görmüş, torpaq sahəsinə zibil atan şəxslərin zibil atmalarının qarşısını almışdır. Təqsirləndirilən şəxs 2022-ci ili tarixdə şifahi olaraq sözügedən torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə müraciət etmişdir. Lakin həmin torpaq sahəsi elektron baza xəritələrində örüş təyinatlı torpaq sahəsi kimi qeydə alındığından onun mülkiyyətinə verilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs 41 m2 torpaq sahəsində tikinti aparmış, 3,5 s torpaq sahəsində isə ağaclar əkmiş, həmin ağacların ətrafına “setka” çəkmişdir. Lakin bu “setka” həmin torpaq sahəsinə giriş-çıxışı məhdudlaşdırmır. 100 m2 torpaq sahəsinə dair onun Təqsirləndirilən şəxs məxsusluğu barədə rəsmiləşdirilmə həyata keçirilmişdir. 41 m2 torpaq sahəsinə onun Təqsirləndirilən şəxs məxsusluğu barədə hər hansı rəsmiləşdirilmə həyata keçirilməmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. Onunla barışmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, o, 2005-2006-cı il tarixlərdə Qusar rayonu Çiləgird bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Sədr vəzifəsində işlədiyi dövrdə Təqsirləndirilən şəxs 100 m2 torpaq sahəsinin onun adını rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Onlar da bu barədə torpaq şöbəsinə rəy göndərmiş, oradan da rəsmiləşdirilmə üçün müsbət cavab göndərmişlər. Təqsirləndirilən şəxs onun adına qeydə alınmış 100 m2 torpaq sahəsinin arxasında tikinti aparmışdır. Onun qanunsuz olaraq həyata keçirməsi barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, atası Təqsirləndirilən şəxs Qusar rayonu, Çiləgird kəndi ərazisində abadlıq işləri aparmaq məqsədilə ağaclar əkmiş, həmin ağacları mal-qara yeməsin deyə ətrafına “setka” çəkmişdir Atası Təqsirləndirilən şəxs bələdiyyə, hüquq mühafizə orqanları və s. digər qurumlardan torpaq sahəsinin zəbt edilməsi barədə xəbərdarlıq edilməmişdir. Sözügedən torpaq sahələri özbaşına tutulmamışdır. 100 m2 torpaq sahəsində market tikilmişdir. Həmin marketin yan tərəfində 1990-cı illərdə ağaclar əkilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində əsasən, atası Təqsirləndirilən şəxs 1988-1989-cu ildə Qusar rayonu, Çiləgir kəndində 0,16 ha torpaq sahəsi alıb, fərdi yaşayış evi inşa etmişdir. Təxminən 1992-ci ildə atası Təqsirləndirilən şəxs Qusar rayonu, Çiləgir kəndində yerləşən fərdi yaşayış evinin qarşısında yolun əks tərəfində olan təxminən 3,5 sot torpaq sahəsində kənd camaatı zibil atdığını görüb, qarşısını almaq üçün həmin torpaq sahəsini təmizləyib, özbaşına orada ağaclar əkmiş və həmin torpaq sahəsini setka ilə çəpərləmişdir. 2006-cı ilin təxminən avqust ayında atası Təqsirləndirilən şəxs ünvan 1in ərazisində yerləşən 0,01 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə almaq üçün Qusar rayonu Çiləgir Bələdiyyəsinə müraciət etmişdir. Qusar rayonu Çiləgir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 23 saylı qərarı ilə ünvan 1inin şərq tərəfində Qusar-Əniğ yolunun kənarında yerləşən 0,01 ha torpaq sahəsi ticarət obyektinin tikintisi üçün atası Təqsirləndirilən şəxs 64 AZN müqabilində satılmışdır. Bundan sonra təxminən 2016-cı ilin yay aylarında atası Təqsirləndirilən şəxs ünvan 1ində yerləşən özünə məxsus 100 kv. m torpaq sahəsində 50 kv.m 1 mərtəbəli market inşa etmişdir. 2021-ci ilin təxminən qış aylarında atası Təqsirləndirilən şəxs özünə məxsus marketin sahəsini genişləndirmək qərarına gələrək, marketin arxa hissəsini, yəni Qusarçay tərəfində olan hissəsində Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsində tikinti-quraşdırma işlərinə başlamış və 2022-ci ilin aprel ayın əvvəllərində isə marketin genişləndirmə işlərini başa çatdırmış, lakin sonuncu marketdə genişləndirmə işləri aparan zaman ona və qardaşı Şahid2 qeyd olunan məsələ ilə bağlı Urva Bələdiyyəsindən razılıq əldə etdiyini bildirmişdir. Bundan sonra polis şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs marketdə genişləndirmə işləri aparan zaman Zərərçəkmiş şəxsnə məxsus kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olan əlavə 0,0041 ha (41 kv.m) torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. (Cild 7, iş vərəqləri 18-20) Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Qusar rayon Polis şöbəsindən daxil olmuş məktub əsasında Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinə baxış keçirilmiş, torpağın təyinatı və s. barədə verilmiş suallara müvafiq cavablar verilmişdir. Baxış keçirilmiş torpaq sahəsi və ya digər torpaq sahələri əgər örüş sahələridirsə, həmin torpaq sahəsinə çıxarış verilə bilməz. Cinayət işi materiallarında olan rəydə qeyd edilən koordinatlara uyğun torpaq sahəsi Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsidir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2- 4306/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına olan xx.xx.2006-cı il tarixli 23 nömrəli bələdiyyə tərəfindən verilmiş torpaq sahəsinə baxış keçirilmiş və nəticədə məlum olmuşdur ki, torpaq sahəsi faktiki 0,049 ha olmaqla, X=280714.871 Y=4586443.218 X=280718.830 Y=4586434.437 X=280699.464 Y=4586419.594 X=280687.613 Y=4586412.306 X=280679.887 Y=4586424.909 qeyd olunan kordinatlar daxilində təşkil edir və torpaqların elektron kadastrı uçotu məlumat bazasında torpaq sahəsi ünvan 1i ünvanında yerləşir və Zərərçəkmiş şəxs mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması məlum olmuşdur. (Cild 6, iş vərəqləri 244-245) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Tikinti-Texniki ekspertizasının xx.xx.2023-ci il tarixli 10/261 nömrəli rəyindən görünür ki, mərkəzə təqdim edilmiş mütəxəssis rəyində zəbt edilmiş torpaq sahəsi ilə bağlı məlumatın olmaması, zəbt edilmiş torpaq sahəsində yerləşib-yerləşməməsinə dair sxemin, eskizin təqdim edilmədiyi səbəbindən torpaq sahəsinin zəbt edilib-edilməməsi barədə olan hissəsi üzrə tədqiqat aparılmır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Şahid5 mütəxəssis rəyində torpaq sahəsinin ümumi sahəsi 0,046 ha təşkil olmaqla, X=280714.871 Y=4586443.218 X=280718.830 Y=4586434.437 X=280699.464 Y=4586419.594 X=280687.613 Y=4586412.306 X=280679.887 Y=4586424.909 qeyd olunan kordinatlar daxilində təşkil edir və torpaqların elektron kadastrı uçotu məlumat bazasında torpq sahəsi ünvan 1i ünvanında yerləşir və Zərərçəkmiş şəxs mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması məlum olmuşdur. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə air baza məlumatların olmaması və iş materiallarına mübahisəli əraziyə dair baza məlumatların əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatları müqayisə edərək tdqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə istintaq tərəfindən qiymət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə qeyd olunan “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”na əsasən Mərkəzə təqdim edilmiş əlavə materiallarda olan fotoşəkillərə əsasən inşa edilmiş market tikilisinin tikinti-quraşdırma işlərinə aid olduğu müəyyən edilir. (Cild 1, iş vərəqləri 54 – 55) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Tikinti-Texniki ekspertizasının xx.xx.2023-ci il tarixli 10/261 nömrəli rəyində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Şahid5 mütəxəssis rəyində torpaq sahəsinin ümumi sahəsi 0,046 ha təşkil edilyi qeyd edilmiş, buna baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21- 3-34/2-4306/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına olan xx.xx.2006-cı il tarixli 23 nömrəli bələdiyyə tərəfindən verilmiş torpaq sahəsinə baxış keçirilmiş və nəticədə məlum olmuşdur ki, torpaq sahəsi faktiki 0,049 ha olması qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Tikinti-Texniki ekspertizasının xx.xx.2023-ci il tarixli 10/261 nömrəli rəyində 0,046 ha yazısı texniki səhv olması və Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsinin faktiki 0,049 ha olması nəzərə alınmalıdır. (Cild 7, iş vərəqləri 89 -92) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Qusar rayon İcra Hakimiyyəti Başçısının 31 mart 2023-cü il tarixli 5-63- 2/2-218/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus ticarət obyektində heç bir icazə sənədi almadan qanunsuz olaraq genişləndirmə işləri aparmışdır. Tikintialtı sahəsi 141,1 kv.m olan bir mərtəbəli, mansardlı bina əsaslı bünövrə üzərində inşa edildiyi üçün tikinti- quraşdırma işlərinə aiddir. (Cild 6, iş vərəq 177) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qusar X9 Mərkəzinin xx.xx.2023cü il tarixli 3-22-3-38/2-28/2023 nömrəli məktuba əlavə edilmiş rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus iaşə obyektinin yanında yerləşən setka ilə çəpərlənmiş ərazidə yaşı 30- 32 il olan 03 ədəd qoz ağacı, yaşı 3 il olan 1 ədəd akasiya ağacı, yaşı 6 il olan 01 ədəd qoz ağacı və yaşı 10-12 il olan 1 ədəd saqqız ağacı müşahidə edilir. (Cild 7, iş vərəqləri 137-138) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Qusar rayon Mərkəzi Xəstəxanası” X10 26 aprel 2023- cü il tarixli PHŞ-6-54/2-296/2023 saylı məktubundan görünür ki, Qusar rayonu, Çiləgir kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. (Cild 7, iş vərəq 5) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10in 5 saylı Xaçmaz Ərazi İdarəsindən 23 iyul 2024-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, X=280714.871 Y=4586443.218 X=280718.830 Y=4586434.437 X=280699.464 Y=4586419.594 X=280687.613 Y=4586412.306 X=280679.887 Y=4586424.909 koordinatları daxilində olan torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi barədə heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Sözügedən torpaq sahəsi “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabı ilə Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müyəən olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddələsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin əvvəllər məhkumluğunun olmaması, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, təvəllüdünün 1964-cü il olması, evli olmaqla ailə başçısı olması, nəvələrinin olması və müsbət xarakterizə olması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin yuxarıda sadalanan halları, eləcə də cinayət qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə də islah oluna bilər. Məhkəmə bu nəticəyə gələrkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəzanın aşağı həddi 5 il müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab olunsa belə hər hansı bir ağır nəticələrə səbəb olmamışdır. Əvvəllər hər hansı bir cinayət törətməyən, nümunəvi vətəndaş kimi özünü göstərməklə müsbət xarakterizə edilən, ailə başçısı olan 60 yaşlı bir şəxsin yol atrafında olan torpaq sahəsində bir neçə ağac əkməsi, ağacların malheyvandan qorunması üçün 4 tərəfdən deyil yalnız bir tərəfdən setkaya alınması və qanuni mülkiyyətində olan mağazanın cəmi 41 kv. metr genişləndirilməsinə görə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəzasının real olaraq icra olunması təqsirləndirilən şəxs üçün kifayət qədər ağır cəza olmaqla yanaşı, ona işgəncə kimi qiymətləndirilə bilər, bu da cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə də zidd qərar kimi dəyərləndirilə bilər. Məhkəmə həmçinin qeyd edri ki, 7 cilddə olan istintaq materiallarının Təqsirləndirilən şəxs aid hissəsini ayrıca təhlil etdikdə, müəyyən edilir ki, bu materialların cəmi 1 cilddə yerləşdirilməsi mümkün olardı. İstintaq materiallarının qalan bütün hissəsi Qusar-Şahdağ yolunun kənarlarında olan torpaq zahələrinin zəbti ilə bağlı digər şəxslər barəsində aparılan cinayət təqibinin materiallarından ibarətdir ki, həmin şəxslərin barəsində də cinayət təqibinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxs Elman Mehdiyevə münasibətdə şərti məhkum etmənin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqləri 70, 98) Təqsirləndirilən şəxs şərti məhkum etmə tətbiq edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən, hadisə yerinə baxışın görüntülərini özündə əks edən 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar