Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-227/2024 21.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X9 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi - X7, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Yasamal rayonu M.Naxçıvani küçəsi ev 25-də qeydiyyatda olan və Sumqayıt şəhəri Xəzər Bağları ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş . Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Ramiz” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girib, sosial şəbəkədə aralarındakı danışıqdan sonra yaranmış razılaşmaya uyğun olaraq alacağı psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və tərkibində narkotik vasitə metadon maddəsi olan dərman həblərinin dəyəri olan 150 (bir yüz əlli) manat pulu “MilliÖn” ödəniş terminalı vasitəsilə ona verilmiş bank hesabına ödəmiş, bundan sonra Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə gedib həmin ərazidə yerləşən fərdi yaşayış evlərindən birinin qarşısından keçən yol kənarına istintaqa məlum olmayan vaxtda və şəraitdə yerləşdirilmiş ümumilikdə 3,887 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə eyni narkotik vasitə heroini, ümumilikdə 1,536 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kimyəvi komponent tərkiblərinə görə eyni psixotrop maddə metamfetamini və tərkibində 0,560 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon maddəsi olan ümumilikdə 14 (on dörd) ədəd dərman həblərini qoyulduğu ərazidən götürüb satış məqsədi ilə daşıyaraq Sumqayıt şəhərinə gətirməklə, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin bir qismini üzərində, narkotik vasitə heroin, psixotrop maddə metamfetaminin qalan hissəsini və tərkibində narkotik vasitə metadon maddəsi olan dərman həblərini yaşadığı mənzildə saxlamış, 17 mart 2023-cü il tarixdə saat 19:25-də Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Oba” marketin yaxınlığında Sumqayıt ŞPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 03 (üç) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə, ayrı ayrılıqda çəkiləri 0,724 qram, 0,850 qram, 0,364 qram, ümumi təmiz çəkiləri 1,938 qram şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ayrı aynlıqda çəkiləri 0,377 qram, 0,270 qram, ümumi təmiz çəkiləri 0,647 qram şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 20:40-da Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlan ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, mənzilin sanitar qovşağının döşəməsində 01 (bir) ədəd “Want” markalı, 01 (bir) ədəd “Rothmans” markalı siqaret qutularının və 01 (bir) ədəd üzərində “Maccofe” markalarıma yazısı dəmir qutunun içərisində 11 (on bir) ədəd ağ rəngli, 01 (bir) ədəd qara rəngli, 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızlarına bükülmüş, 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə, ayrı ayrılıqda çəkiləri 0,040 qram, 0,172 qram, 0,010 qram, 0,028 qram, 0,043 qram, 0,032 qram, 0,010 qram, 0,100 qram, 0,006 qram, 0,292 qram, 0,045 qram, 0,230 qram, 0,027 qram, 0,444 qram, 0,470 qram, ümumi təmiz çəkiləri 1,949 qram şəxsi istehlak miqdanndan artıq miqdarda qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 05 (beş) ağ rəngli siqaret kağızlarına bükülmüş, 01 (bir) ədəd göy rəngli, 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ayrı ayrılıqda çəkiləri 0,386 qram, 0,071 qram, 0,033 qram, 0,091 qram, 0,031 qram, 0,180 qram, 0,097 qram, ümumi təmiz çəkiləri 0,889 qram şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tərkibində ümumi miqdarı 0,560 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon maddəsi, üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda, ümumilikdə 14 (on dörd) ədəd açıq-qəhvəyi rəngli, “F/M 40” göstəricdi dərman həbləri və mənzilin dəhlizindəki dolabın gözlüklərinin birindən 01 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.1 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, ittihamda göstərilən psixotrop maddələr, həblər və heroin ona məxsusdur. Lakin o, həmin narkotik vasitələri satış məqsədilə deyil şəxsi istifadəsi üçün əldə etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 19:25-də Sumqayıt şəhəri S.Vurğun küçəsində yerləşən «OBA» marketin yaxınlığında olarkən ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış, daha sonra həmin mülki geyimli şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirməklə, onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını izah edərək, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Bundan sonra etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş, polis idarəsinin inzibati binasına daxil olduqdan sonra polis əməkdaşları onu xidməti otaqlardan birinə dəvət edib, orada üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bunada etiraz etməmiş, üzərinə şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, eləcədə hüquq və qanuni mənafelərinin müdafiəsi üçün təqdim edilmiş siyahıdan seçdiyi vəkil Müdafiəçi təqdim edilmiş, təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirmişdir. Daha sonra isə vidoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilərək, üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və pridmet varsa təqdim etməyi təklif olunduqda, özü əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı içərisində narkotik vasitə və psixotrop maddə olan beş ədəd şəffaf rəngli sellofan bükümləri və əynindəki şalvarının sağ yan cibində saxladığı mobil telefonunu çıxarıb təqdim etməklə xidməti otaqdakı masanın üzərinə qoymuş, bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilsədə üzərindən digər saxlanması və ya daşınması qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi bükümlərə baxış keçirilən zaman 3 ədəd şəffaf rəngli sellofan bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli narkotik vasitə olan heroin, digər 2 ədəd şəffaf rəngli sellofan bükümlərin içərisindən isə ağ rəngli psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Təqdim etdiyi bükümlərin içərisindəki maddələrin nə olduğunu, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini ondan soruşduqda təqdim etdiyi bükümlərdəki qəhvəyi rəngli maddənin narkotik vasitə olan “kakos”, ağ rəngli kristal şəkilli maddənin isə psixotrop maddə olan “şüşə” olduğunu, həmin maddələri “WhatsApp” sosial şəbəkəsində tanış olduğu, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi, barəsində digər hər hansı anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. X15 Respublikası vətəndaşı ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq onun hesabına 150 manat pul göndərdiyini, daha sonra üzərindən aşkar edilmiş maddələri bir gün əvvəl ona ünvanı bildirilmiş yerdən, yəni Abşeron rayonu Saray qəsəbəsi ərazisində yol kənarında qoyulduğu yerdən götürdüyünü, həmin narkotik vasitələrin və psixotrop maddələrin bir qismini şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, qalan hissəsini isə sonradan qəbul etmək üçün yaşadığı ünvanda saxladığım bildirmişdir. Bundan sonra polis əməkdaşları araşdırma zərurəti ilə əlaqədar yaşadığı ünvana baxış keçirməsinə etiraz edib etmədiyini soruşduqda, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını, yaşadığı ünvanda saxladığı narkotik vasitə və psixotrop maddələridə təqdim edə biləcəyini bildirmişdir. Bundan əlavə üzərindən aşkar olunmuş 3 ədəd şəffaf rəngli sellofan bükümlərin hər birinin içərisində olan narkotik vasitələr elektron tərəziyə qoyulub çəkilmiş, həmin maddələrin hər birinin ayrı- ayrılıqda çəkilərinin 0,86 qram, 0,97 qram, 0,49 qram, birlikdə ümumi çəkilərinin isə 2,30 qram, 2 ədəd şəffaf rəngli sellofan bükümlərin içərisində olan psixotrop maddələr elektron tərəziyə qoyulub çəkilən zaman hər birinin ayrı-ayrılıqda çəkilərinin 0,37 qram, 0,48 qram, ümumi çəkilərinin isə 0,84 qram olması müəyyən edilmiş, daha sonra aşkar olunmuş həmin maddələr ekspertiza tədqiqatına göndəriləcəyi ona izah edilərək üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş ona məxsus mobil telefonla birlikdə xüsusi qaydada içərisi boş zərflərə qablaşdınlaraq üzərləri möhürlənməklə götürülmüşdür. Bütün bunlardan sonra polis əməkdaşları və vəkili ilə birlikdə yaşadığı ünvana yollanmış, yaşadığı ünvanın qarşısında olan zaman vidoçəkiliş vasitəsilə yaşadığı ünvana baxış keçiriləcəyi ona izah edilmiş, buna etirazının olub olmadığı soruşulan zaman isə yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığım bildirməklə, yaşadığı ünvanda saxladığım narkotik vasitə və psixotrop maddələri təqdim etməyə hazır olduğunu bildirmişdir. Bundan sonra yaşadığı evin giriş qapısı döyülmüş, qapım anası X10 açmış və onun razılığı ilə içəri daxil ölmüşlər. Daha soma ona yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub- olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildikdə, özü yaşadığı fərdi evin sanitar qovşağının qapısını açaraq orada yerdəki içərisində narkotik vasitə saxladığı bir ədəd “Want” markalı və bir ədəd “Rothmans” markalı siqaret qutularını, bir ədəd üzərində “Maccofe” markalarıma yazısı olan dəmir qutunu, bir ədəd içərisində maye olan tibbi şprisi, bir ədəd ağ rəngli sellofan bağlamadakı narkotik vasitə və psixotrop maddə qəbul edərkən qarışdırıb birlikdə qəbul etdiyi məişətdə istifadə edilən “limon duzunu”, bir ədəd üzərində “Kalsi Klunkonat” markalanma yazısı olan dərman ampulasını, daha soma yaşadığı evin dəhlizindəki dolabın gözlüyündə saxladığı qəbul etdiyi narkotik vasitə və psixotrop maddələrin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyi gümüş rəngli markası olmayan bir ədəd elektron tərəzini təqdim etmişdir. Təqdim etdiyi üzərində “Maccofe” markalanma yazısı olan dəmir qutunun içərisinə baxan zaman, həmin qutuda saxladığı 14 ədəd narkotik tərkibli, üzərlərində “Methadone-40” yazılan olan həblər, “Want” markalı siqaret qutusundan içərisində narkotik vasitə heroin olan altı ədəd ağ rəngli, 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümlər, içərisində psixotrop maddə metamfetamin olan dörd ədəd ağ rəngli siqaret kağızına, bir ədəd göy rəngli sellofana bükülmüş bükümlər, “Rothmans” markalı siqaret qutusunun içərisindən içərisində narkotik vasitə heroin olan iki ədəd şəffaf rəngli sellofana, beş ədəd ağ rəngli, bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükümlər, içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf rəngli sellofana, bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümlər aşkar edilmişdir. Bundan sonra “Want” markah siqaret qutusundan aşkar edilmiş dörd ədəd ağ rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminlər elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümlərin hər birinin ayrı-aynlıqda çəkisinin 1,08 qram, 0,21 qram, 0,30 qram, 0,18 qram, bir ədəd göy rəngli sellofana bükülmüş bükümdəki psixotrop maddə metamfetaminin çəkisinin 0,44 qram, həmin bükümlərdəki maddələr birlikdə elektron tərəziyə qoylub çəkilən zaman isə ümumi çəkilərinin 2,22 qram, altı ədəd ağ rəngli siqaret kağızma bükülmüş narkotik vasitə heroinlər elektron tərəziyə qoyulub çəkilən zaman hər birinin ayn-aynhqda çəkisinin 0,21 qram, 0,13 qram, 0,20 qram, 0,08 qram, 0,16 qram, 0,17 qram, bir ədəd qara rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroinin çəkisinin 0,17 qram, həmin maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 10 qram olması müəyyən edilmişdir. “Rothmans” markalı siqaret qutusundan aşkar edilmiş iki ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroinlər elektron tərəziyə qoyulub çəkilən zaman, hər birinin ayn-ayrılıqda çəkilərinin 1,56 qram, 2,38 qram, beş ədəd ağ rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroinlər elektron tərəziyə qoyulub çəkilən zaman hər birinin ayn-ayrılıqda çəkisinin 1,92 qram, 0,80 qram, 0,79 qram, 0,28 qram, 0,67 qram, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroin elektron tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,70 qram, həmin bükmlərdəki maddələr birlikdə elektron tərəziyə qoylub çəkilən zaman ümumi çəkilərinin 9,13 qram, bir ədəd ağ rəngli siqaret kağızma bükülmüş psixotrop maddə metamfetamin elektron tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,83 qram, bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin elektron tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,26 qram, həmin bükümlərdəki maddələr birlikdə elektron tərəziyə qoylub çəkilən zaman isə ümumi çəkilərinin 1,09 qram olduğu müəyyən edilmiş, sonra isə yaşadığı ünvana baxış keçirilərkən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr bir ədəd qəbul etdiyi narkotik vasitənin çəkisini dəqiqləşdirmək üçün İstifadə etdiyi elektron tərəzi ilə birlikdə ekspertiza tədqiqatına göndərilməsi üçün xüsusi qaydada içəriləri boş zərflərə qablaşdınlaraq üzərləri möhürlənməklə götürülmüşdür. Daha sonra polis əməkdaşları ilə birlikdə yenidən polis idarəsinin inzibati binasına qayıtmış, bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı, eləcədə yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib etmiş, həmin protokollar ucadan oxunmuş, protokollara əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində protokollarla tanış olaraq imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən, habelə polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda özünü təqsirli bildiyi əməlindən peşiman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, xx.xx.2023- cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin narkotiklərlə mübarizə bölməsinə Emil adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Emil adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olubolmamasını müəyyən etmək məqsədi ilə əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Emil adlı şəxsin xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri Yasamal rayonu M.Naxçıvani küçəsi ev 25-də qeydiyyatda olan və Sumqayıt şəhəri Xəzər Bağları\ ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtanş tədbirləri davam etdirilmiş və həmin gün saat 19:25-də Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Oba” marketin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3la yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlanıldığını izah edib, onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhfil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığım bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu təsdiq edərək xidməti otaqdakı masaya yaxınlaşaraq ilk əvvəl əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən beş ədəd sellofan bükümləri, daha sonra əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə, ancaq Təqsirləndirilən şəxs üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərə baxış keçirilərkən həmin bükümlərdən iki ədədnin içərisində ağ rəngli, digər üç ədədinin içərisində isə qəhvəyi rəngli maddələrin olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddələrin nə olduğunu, hardan, nə vaxt kimdən və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda o, təqdim etdiyi bükümlərdəki ağ rəngli maddələrin psixotrop maddə olan metamfetamin, digər qəhvəyi rəngli maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni saxlanılmamışdan bir gün əvvəl sosial şəbəkədə tanış olduğu, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi, barəsində digər anket məlumatlarını bilmədiyi şəxsin ona verdiyi bank kartının bank hesabına “Million” ödəniş terminalı vasitəsilə 150 manat pul ödədikdən sonra narkotik vasitəni və psixotrop maddəni qoyulduğu Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən fərdi evlərdən birinin qarşısından keçən yolun kənarından götürdüyünü, bir qismini şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, narkotik vasitə və psixotrop maddənin qalan hissəsini isə sonradan istifadə etmək məqsədilə yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlərdəki maddələr elektron tərəzidə çəkilməklə ayrı ayrılıqda və ümumilikdə çəkiləri müəyyən edilmiş, içərisində qəhvəyi rəngli maddələr olan bükümlər elektron tərəzidə çəkildikdə ilk bükümün çəkisinin 0,86 qram, ikinci bükümün çəkisinin 0,97 qram, üçüncü bükümün çəkisinin 0,49 qram, həmin bükümlərin birlikdə ümumi çəkilərinin 2,30 qram, içərisində ağ rəngli maddələr olan ilk bükümün çəkisinin 0,37 qram, ikinci bükümün çəkisinin 0,48 qram, hər iki bükümün birlikdə ümumi çəkisinin 0,84 qram olduğu müəyyən edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş mobil telefonla birlikdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlədən başqa yaşadığı evdə və digər yerlərdə ona məxsus narkotik vasitə və ya psixotrop maddə, eləcədə qalıqlarının olub olmaması soruşulmaqla, varsa təqdim etməsi təklif edildikdə o bir daha yaşadığı mənzildə narkotik vasitə saxladığını, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra digər əməkdaşlarla Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Xəzər bağlan ərazisində yerləşən fərdi yaşayış evinə getmiş, həmin mənzil iki otaq, dəhliz, mətbəx və sanitar qovşaqdan ibarət olmuş, Təqsirləndirilən şəxs haqqında məlumat verdiyi narkotik vasitə və psixotrop maddələri təqdim etməsi təklif edildikdə isə o narkotik vasitə və psixotrop maddənin mənzilin sanitar qovşağında saxladığını bildirmişdir. Mənzilin sanitar qovşağına baxış keçirildikdə isə sanitar qovşağın giriş qapısının sağ tərəfində döşəmədə sellofana bükülmüş siqaret qutuları, dəmir qutu, tibbi şpris, dərman ampulası, şəffaf rəngli sellofan paketdə ağ rəngli, kristal şəkilli maddə aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs mənzilin dəhlizindəki dolabın gözlüyündən bir ədəd elektron tərəzinidə çıxararaq təqdim etmiş, daha sonra mənzilin digər hissələrində baxış keçirilmiş, ancaq mənzildən hər hansı qanunla saxlanması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Mənzilin sanitar qovşağından aşkar edilmiş əşya və bükümlərə baxış keçirildikdə üzərində “Maccofe” markalarıma yazısı olan dəmir qutunun içərisindən üzərində “Methadone 40” göstəriciləri olan bir ədəd dərman konvolyutunda və bir ədəd dərman konvalyut kəsiyində, ümumilikdə on dörd ədəd dərman həbləri, bir ədəd “Want” markalı, bir ədəd “Rothmans” markalı siqaret qutularının içərisindən ümumilikdə on bir ədəd ağ rəngli, bir ədəd qara rəngli, bir ədəd gümüşü rəngli siqaret kağızlarına bükülmüş, iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddələr, beş ədəd ağ rəngli siqaret kağızlarına bükülmüş, bir ədəd göy rəngli, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə ağ rəngli, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar maddələr, bir ədəd nisbətən iri həcimli sellofan bükümdə ağ rəngli maddə, bir ədəd içərisində maye olan tibbi şpris və bir ədəd üzərində “Calcium Cluconate 1 g/10 ml” göstəricisi olan ampula aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş əşya və maddələrin nə olduğunu, hardan, kimdən, nə vaxt, nə məqsədlə əldə edib yaşadığı mənzildə saxladığını soruşduqda o, içərisində qəhvəyi rəngli maddələr olan bükümlərdi maddələrin narkotik vasitə heroin olduğunu, içərisində ağ rəngli maddələr olan bükümlərdəki maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, nisbətən iri həcimli sellofan bükümdəki ağ rəngli maddənin məişətdə istifadə edilən limon duzu olduğunu, üzərində “Methadone 40” göstərici olan dərman kanvalyutundakı həblərin narkotik tərkibli həblər olduğunu, tibbi şpirisin içərisindəki maddənin adi su olduğunu, “Calcium Cluconate 1 g/10 ml” göstəricisi olan ampulanın içərisindəki mayenin dərman vasitəsi olduğunu bildirmiş.daha sonra içərisində ağ rəngli və qəhvəyi rəngli maddələr olan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin bir qismini ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi sosial şəbəkədə tanış olduğu şəxsə Million ödəniş terminalı vasitəsilə bir gün əvvəl 150 manat pul ödədikdən sonra şəxsi istifadəsi üçün aldığını və yaşadığı mənzildə saxladığını, narkotik vasitə və psixotrop maddənin qalan hissəsini isə əvvəllər istifadə etdiyi narkotik vasitə və psixotrop maddədən qalıq qaldığını, sonradan istifadə etmək məqsədilə bükümlərdə saxladığını, elektron tərəzini isə qəbul etdiyi narkotik vasitə və psixotrop maddənin çəkisini dəqiqləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra mnzilə baxış keçirilərkən aşkar edilmiş bükümlərdəki maddələr elektron tərəzidə çəkilməklə ayn-ayrıhqda və ümumi çəkiləri müəyyən edilmiş, həmin maddələr elektron tərəzidə çəkilərkən içərisində ağ rəngli maddələr olan ilk bükümün çəkisinin 1,08 qram, ikinci bükümün çəkisinin 0,21 qram, üçüncü bükümün çəkisinin 0,44 qram, dördünücü bükümün çəkisinin 0,30 qram, beşinci bükümün çəkisinin 0,18 qram, beş bükümün birlikdə ümumi çəkilərinin 2,22 qram, içərisində qəhvəyi rəngli maddələr olan ilk bükümün çəkisinin 0,21 qram, ikinci bükümün çəkisinin 0,13 qram, üçüncü bükümün çəkisinin 0,20 qram, dördüncü bükümün çəkisinin 0,08 qram, beşinci bükümün çəkisinin 0,16 qram, altıncı bükümün çəkisinin 0,17 qram, yeddinci bükümün çəkisinin 0,17 qram, həmin bükümlərin birlikdə ümumi çəkilərinin 1,10 qram, içərisində ağ rəngli maddələr olan digər iki ədəd bükümdəki maddələrdən ilk bükümün çəkisinin 0,26 qram, ikinci bükümün çəkisinin 0,83 qram, iki bükümün birlikdə ümumi çəkilərinin 1,09 qram, içərisində qəhvəyi rəngli maddələr olan digər səkkiz ədəd bükmlərdəki maddələrdən ilk bükümün çəkisinin 1,56 qram, ikinci bükümün çəkisinin 2,38 qram, üçüncü bükümün çəkisinin 1,92 qram, dördüncü bükümün çəkisinin 0,70 qram, beşinci bükümün çəkisinin 0,80 qram, altıncı bükümün çəkisinin 0,79 qram, yeddinci bükümün çəkisinin 0,28 qram, səkkizinci bükümün çəkisinin 0,67 qram, həmin bükümlərin birlikdə ümumi çəkilərinin 9,13 qram, nisbətən iri həcimli sellofan bükümdəki maddənin çəkisinin 17,19 qram olması müəyyən edilmişdir. Daha sonra isə aşkar edilmiş bükümlər, dərman həbləri, elektron tərəzi, içərisində maye olan tibbi şpris, dərman ampulası müvafiq qaydada içərisi boş ağ rəngli zərfə qablaşdırılmaqla götürülmüş, bundan sonra polis idarəsinə geri qayıtmışlar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib edilmiş, həmin protokollar ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 işin halları ilə bağlı Şahid1lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 şahidlər Şahid1 və Şahid3la eyni məzmunlu ifadə verdiyi sonuncuların ifadələrində göstərdikləri xüsusatları bildirdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə xx.xx.1997-ci il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş ünvan 2 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Xəzər bağlar massivi ərazisində külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki xx.xx.1997ci il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1997-ci il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması şübhəsi ilə saxlanılaraq Polis İdarəsinə gətirilən zaman üzərində müxtəlif növ narkotik vasitələr olmuşdur. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilmiş, baxış zamanı, həmin diskin yaddaşında 04 (dörd) ədəd, birincisi “SMSTarixcesi**********2716_773199789”adlı,ikincisi“SMS_Tarixcesi_**********2718_773199789” adlı, üçüncüsü “ZenglerinDetallasmasi ********************789_4” adlı və dördüncüsü “Zenglerin_Mexsusluq_Tarixceleri ********************789_NAR__4” adlı fayllann olduğu, "xxxx" mobil operatoruna məxus “*** *** ** **” saylı mobil nömrənin AZE N: 13741474 seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, Bakı şəhəri M.Naxçıvani küçəsi ev 25-də qeydiyyatda olan Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 18:22:50 radələrindən xx.xx.2023-cü il tarixdə saat 01:22:47 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 19:37:58, 19:38:01, 19:38:01, 19:38:01, 19:43:45, 19:44:14, 19:44:23, 19:44:27-də Sumqayıt şəhəri, məhəllə 24, ev 1 , keçid 38 A, saat 19:44:55-də Sumqayıt şəhəri, S. Vurğun 1, saat 19:45:45, 19:46:00-da Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 26-ci məhəllə, saat 19:46:36-da Sumqayıt şəhəri, Azərbaycan prospekti və İnşatçılar küç kəsişməsi, saat 19:47:23-də Sumqayıt şəhəri, Puşkin küçəsi, saat 19:47:33, 19:47:52, 19:48:02, 19:48:45-də Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi, xx.xx.2023-cü il tarixdə saat 01:22:47-də Sumqayıt şəhəri, 6-cı mikrorayon və Heydər Bağı parkı arasındakı ərazidə, Z.Hacıyev küçəsindəki bina ərazisində yerləşən antendən şəbəkəyə qoşulduğu, daha sonra isə istifadə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa diskə baxış zamanı “*** *** ** **” saylı mobil nömrədən və həmin nömrəyə göndərilmiş cinayət işi üzrə əhəmiyyət kəsb edən aşağıdakı məzmunda “SMS” mətnin olduğu müəyyən edilmişdir. xx-xx-2023 22:17:57 1.1.**********02 1.1.**********89 Miwa onu qram yarim ele 1.5 tax catiram xx-xx-2023 22:21:36 xx-xx-2023 22:21:37 1.1.**********24 1.1.**********89 Eger sen mene kime gorese tema vermirsense sen yaxwi adam olmarsa xx-xx-2023 22:21:41 1.1.**********24 1.1.**********89 n yeyqin bildin ne demey isdediyimi xx-xx-2023 00:22:52 1.1.**********58 1.1.**********89 Ne qeder vaxta çatarsan təxminən qaqa ölürəm men xx-xx-2023 01:41:47 1.1.**********58 1.1.**********89 Qaqa mən neynniyim ölürəm ne vaxta varırsan xx-xx-2023 02:19:48 1.1.**********24 1.1.**********89 Qaqadaw lazimdi xx-xx-2023 11:13:33 1.1.**********95 1.1.**********89 miwa menem Orxandir qaqaw. sabahin xeyir. SEN NİYE MİWA UZUME ADBOY VERİRSEN???? 50 MANAT PUL VAR QAQAW . İQR К LAZİMDİR xx-xx-2023 11:15:42 xx-xx-2023 11:15:42 1.1.**********95 1.1.**********89 aaa Telfonu acirsan X16 danq adboy verirsen uzme ? hometsizlik edirsen uje mene xx-xx-2023 11:15:42 1.1.**********95 1.1.**********89 aaa Telfonu acirsan X16 danq adboy verirsen uzme ? hometsizlik edirsen uje mene xx-xx-2023 11:20:13 xx-xx-2023 11:20:13 1.1.**********50 1.1.**********89 Qaqaw 1 kelme telfonu ac sennen iwim var xx-xx-2023 19:47:22 xx-xx-2023 19:47:22 1.1.**********02 1.1.**********89 Qaqaw soz daniwdig axi xx-xx-2023 18:35:43 1.1.**********89 1.1.**********02 4169 7387 4922 0319 gardawim kartin nomresidi bir bankdi gonder gelsin xx-xx-2023 22:19:32 xx-xx-2023 22:19:33 1.1.**********89 1.1.**********02 Yarim var qrami duzeldmey ucun terezi lazimdi verersen duzelderem xx-xx-2023 22:20:58 1.1.**********89 1.1.**********02 Terezini verersen girib evde duzelderem senin ucun cixaram xx-xx-2023 22:32:29 xx-xx-2023 22:32:29 1.1.**********89 1.1.**********24 Elbeteki yaxsi adam olmaram birincisi ikincisi ise ay brat mene hec kim hecne demiyib 3 ncusu mende tema olmur menim gonuwum satir men onan gotururem 4 xx-xx-2023 22:32:30 xx-xx-2023 22:32:34 1.1.**********89 1.1.**********24 duncusu men seni coxtan taniyiiram ve bilirem ne var ne yox xx-xx-2023 22:39:14 xx-xx-2023 22:39:14 1.1.**********89 1.1.**********02 9406 7323. Leo bankdi at xx-xx-2023 20:15:55 xx-xx-2023 20:15:55 1.1.**********89 1.1.**********42 Gardaw 9406. 7323. Leo bank (İş vərəqə: 189-191) Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəddiskə baxış keçirərkən, həmin diskin yaddaşında 04 (dörd) ədəd, birincisi “SMS_Tarixcesi **********2716^_773199789”adlı,ikincisi “SMS_Tarixcesi_**********2718_773199789” adlı, üçüncüsü “Zenglerin Detallasmasi **********3308 773199789_4” adlı və dördüncüsü “Zenglerin_Mexsusluq Tarixcelerİ **********3319 773199789_NAR_4” adlı fayllar. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra, üzərinə şəxsi axtarış apanlarkən aşkar edilərək götürülmüş və araşdırma materialları ilə birlikdə istintaqa təqdim edilmiş 01 (bir) ədəd gövdəsi qara rəngli, üzərinə şəffaf rəngli üzlük keçirilmiş, arxa aşağı hissədə “Samsung” markalanma yazısı, arxa yuxan sağ hissədə isə foto və video çəklişlər aparmaq üçün qurğusu yerləşən, ön hissəsi isə qara rəngli şüşə materialından hazırlanmış “Samsung Galaxy” markalı mobil telefona baxış keçirərkən, ilk əvvəl mobil telefonun sağ yan hissəsində yerləşən düyməsinə toxunduqda ekranda yer planetinin foto şəklinin göründüyü, daha sonra ekrana toxunmaqla ekranı yuxan, sağa və sola doğru hərəkət etdirdikdə mobil telefonun işlək vəziyyətə gəldiyi, ekranda kodlaşma işarəsinin göründüyü, “2-2-2-2” rəqəmlərini həmin kodlaşmaya daxil etdikdə, ekranda müxtəlif düymələrin göründüyü müəyyən edildi. Mobil telefona baxış keçirilməsi davam etdirildikdə ekranda görünən “WhatsApp” adlı düyməyə toxunduqda ekranda kodlaşma işarəsinin göründüyü, “3-2-1-4-7-8-9” rəqəmlərini həmin kodlaşmaya daxil etdikdə “WhatsApp” proqramının işlək vəziyyətə gəldiyi, “WhatsApp” proqramının söhbətlər bölməsinə daxil olduqda orda adları müxtəlif cür qeyd edilmiş şəxslərlə telefondan istifadə edən şəxsin apardığı danışıqlar barədə məlumatların göründüyü müəyyən edildi. Bundan sonra mobil telefona baxış keçirilməsi davam etdirildikdə həmin bölmədə adı “Ramiz Taksi” kimi qeyd edilmiş İran İslam Respublikasında istifadə edilən +98 905 *** **** saylı mobil nömrədən istifadə edən şəxslə mobil telefondan istifadə edən şəxs arasında danışıqların həyata keçirildiyi müəyyən edildi. Mobil telefona baxış keçirilərkən həmçinin həmin bölmədə adı “Ramuz Kiwi” kimi qeyd edilmiş İran İslam Respublikasında istifadə edilən +98 914 *** **** saylı mobil nömrədən istifadə edən şəxslə mobil telefondan istifadə edən şəxs arasında danışıqların həyata keçirildiyi müəyyən edilmişdir. Bundan başqa mobil telefona baxış keçirilməsi davam etdirildikdə ekranda görünən “WA Business” adlı düyməyə toxunduqda ekranda kodlaşma işarəsinin göründüyü, “3-2-1-4-7-8-9” rəqəmlərini həmin kodlaşmaya daxil etdikdə “WA Business” proqramının işlək vəziyyətə gəldiyi, “WA Business” proqramının söhbətlər bölməsinə daxil olduqda orda adları müxtəlif cür qeyd edilmiş şəxslərlə telefondan istifadə edən şəxsin apardığı danışıqlar barədə məlumatlann göründüyü müəyyən edildi. Mobil telefona baxış keçirilməsi davam etdirildikdə həmin bölmədə adı “Ramiz Taksi” kimi qeyd edilmiş İran İslam Respublikasında istifadə edilən +98 905 *** **** saylı mobil nömrədən istifadə edən şəxslə mobil telefondan istifadə edən şəxs arasında danışıqlann həyata keçirildiyi müəyyən edilmişdir. Mobil telefona baxış keçirilərkən digər cinayət işi üzrə əhəmiyyət kəsb edən foto, video görüntü, “SMS” yazışmaları və sair müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən beş ədəd sellofan bükümləri, çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş, şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərə baxış keçirilərkən həmin bükümlərdən iki ədədinin psixotrop maddə olan “metanfetaminə” bənzər kütlə olduğu, digər üç ədədinin içərisində isə qəhvəyi rəngli nakotik vasitə olan “heroin”ə bənzər kütlə olduğu müəyyən edilmişdir. Şəxsi axtarışın əks olunduğu video görüntü diskə köçürülərək protokola əlavə olunmuş və məhkəmə baxışı zamanı araşdırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs evinə video çəkilişlə baxış keçirilmiş və evinə baxış keçirilərkən mənzilin sanitar qovşağından aşkar edilmiş əşya və bükümlərə baxış keçirildikdə üzərində “Maccofe” markalarıma yazısı olan dəmir qutunun içərisindən üzərində “Methadone 40” göstəriciləri olan bir ədəd dərman konvolyutunda və bir ədəd dərman konvalyut kəsiyində, ümumilikdə on dörd ədəd dərman həbləri, bir ədəd “Want” markalı, bir ədəd “Rothmans” markalı siqaret qutularının içərisindən ümumilikdə on bir ədəd ağ rəngli, bir ədəd qara rəngli, bir ədəd gümüşü rəngli siqaret kağızlarına bükülmüş, iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddələr, beş ədəd ağ rəngli siqaret kağızlarına bükülmüş, bir ədəd göy rəngli, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə ağ rəngli, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar maddələr, bir ədəd nisbətən iri həcimli sellofan bükümdə ağ rəngli maddə, bir ədəd içərisində maye olan tibbi şpris və bir ədəd üzərində “Calcium Cluconate 1 g/10 ml” göstəricisi olan ampula aşkar edilmişdir. Şəxsi axtarışın əks olunduğu video görüntü diskə köçürülərək protokola əlavə olunmuş və məhkəmə baxışı zamanı araşdırılmışdır. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1661 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərlərində “...Saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri olan: 1 №-li zərfdəki 2 ədəd bükümdə ayn-aynlıqda təmiz çəkiləri 0,377 qram, 0,270 qram, ümumi təmiz çəkisii 0,647 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,724 qram, 0,850 qram, 0,364 qram, ümumi təmiz çəkisi 1,938 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 2 №-li zərfdəki 15 ədəd bükümdə ayn-aynlıqda təmiz çəkiləri 0,040 qram, 0,172 qram, 0,010 qram, 0,028 qram, 0,043 qram, 0,032 qram, 0,010 qram, 0,100 qram, 0,006 qram, 0,292 qram, 0,045 qram, 0,230 qram, 0,027 qram, 0,444 qram, 0,470 qram, ümumi təmiz çəkisi 1,949 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 7 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,386 qram, 0,071 qram, 0,033 qram, 0,091 qram, 0,031 qram, 0,180 qram, 0,097 qram, ümumi təmiz çəkisi 0,889 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. 2 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda 14 ədəd olan açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metodonun təsir maddəsinin ümumi miqdarı 0,560 qram təşkil edir, bir ədəd paketdə təmiz çəkisi 15,156 qram olan ağ rəngli maddə limon turşusudur. Limon turşusu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlann siyahılan”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarf’na daxil deyildir, bir ədəd şprisdə 2 ml həcmində rəgsiz maye və bir ədəd üzərində “Calcium Cluconate 1 g/10 ml” göstəricisi olan ampulada mayenin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilmədi, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəçikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1918 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1 və 70-ci maddələri ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti təyin edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bundan başqa o, əvvəllər Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bundan əlavə o, əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 01 il 10 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan 03 ay 06 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət Məcəlləsinin 83.3.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki xx.xx.2023-cü il tarixdə , Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə xx.xx.1997-ci il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş ünvan 2 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Xəzər bağlar massivi ərazisində külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə və evinə video çəkilişlə baxış, şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən və evindən psixotrop maddə olan metanfetaminə bənzər kütlə, heroinə bənzər kütlə və həblər aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə və evinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin, psixotrop maddənin və həblərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı və həm də məhkəmə istintaqı zamanı özünü qismən yəni onda aşkar olunmuş heroini, metanfetamini və həbləri satış məqsədilə əldə etməməsinə dair mövqeyinə fikir bildirməyi vacib hesab edir. Belə ki, cinayət işinin materiallarında olan telefon məlumatlarından götürülmüş smslərdən açıq aşkar görünür görünür ki, Təqsirləndirilən şəxs nakotik vasitələrin satışı ilə məşğuldur. Qeyd olunan sübut məhkəmə istintaq zamanı araşdırılarkən məhkəmə tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs həmin smslər barədə nə deyə biləcəyinə dair sual verilsədə o, qeyd olunan smslər barədə heç nə deyə bilməyəcəyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən ( müəyyən olunmamışdır) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivi sayılır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının bitməsinə 03 (üç) ay 06 (altı) gün qalmış cəzasının qalan hissəsisndən şərti olaraq azad edilmişdir. 09 mart 2023-cü ildə Təqsirləndirilən şəxs cəza müddəti bitmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilmədən və götürülmədən yenidən cinayət törətmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 18.1-ci maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə məhkum olunsada məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi, onun təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzanın yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 81( səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt Şəhər Polis İdarəsində maddi sübutların saxlanc anbarında saxlanılan ümumi qalıq çəkisi 3,687 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1,336 qram olan psixotrop maddə metamfetamin, qalıq 13 ədəd “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda olan açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbi, qalıq çəkisi 15,056 qram olan limon turşusu, 1 ədəd şprisdəki 2 ml həcmində rəngsiz maye, bir ədəd üzərində “Calcium Cluconate 1g/10 ml” göstəricisi olan ampuladakı mayedən tədqiqata 2 ml həcmində maye sərf edildəkdən sonra qalıq qalmış maye və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş, Sumqayıt Şəhər Polis İdarəsində maddi sübutların saxlanc anbarında saxlanılan ümumi qalıq çəkisi 3,687 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1,336 qram olan psixotrop maddə metamfetamin, qalıq 13 ədəd “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda olan açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbi, qalıq çəkisi 15,056 qram olan limon turşusu, 1 ədəd şprisdəki 2 ml həcmində rəngsiz maye, bir ədəd üzərində “Calcium Cluconate 1g/10 ml” göstəricisi olan ampuladakı mayedən tədqiqata 2 ml həcmində maye sərf edildəkdən sonra qalıq qalmış maye və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-227/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-227/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver