Məhkəmə qərarları › İş №1(124)-228/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-228/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-228/2024 17.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında) X1 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: 04 iyul 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuş və 02 avqust 2023-cü il tarixdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə məhkəməyə verilməsi və iş üzrə məhkəmə baxışının təyin edilməsi qərara alınmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətlə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin işlədiyi və polis əməkdaşları tərəfindən saxlanıldığı qeyri-yaşayış sahəsi, yəni mebel sexi Səbail rayonu, Dəniz küçəsi 8 ünvanında yerləşdiyindən və həmin ərazidə məcburi köçkünlər məskunlaşmadığından, həmin əraziyə yerli baxış keçirilməsini və həmin ərazinin Zəngilan rayonunun ərazisinə aid olubolmamasının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə müdafiəçinin vəsatətini qismən təmin edərək qeyd olunan məsələnin dəqiqləşdirilməsi məqsədilə Zəngilan rayon İcra Hakimiyyətinə və Səbail rayon İcra Hakimiyyətinə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mebel sexinin) yerləşdiyi ərazinin, həmçinin onun qarşısındakı ərazinin Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ərazi olub-olmaması, ümumiyyətlə, qeyd olunan ünvanın Bakı şəhər Səbail rayonunun, yoxsa Zəngilan rayonunun inzibati ərazi vahidinə aid olub-olmaması barədə müvafiq sorğular vermişdir. Zəngilan rayon İcra Hakimiyyətindən daxil olmuş cavab məktubunda sorğu verilən məsələ ilə bağlı heç bir məlumatın olmadığı, Səbail Rayon İcra Hakimiyyətindən daxil olmuş cavab məktubunda isə sorğuda qeyd olunan qeyri-yaşayış sahəsinin və onun qarşısındakı ərazinin Səbail rayonunun inzibati ərazi vahidinə aid olduğu bildirilmişdir. Məhkəmə qeyd olununlara əsasən hazırkı cinayət işinin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi ilə bağlı məsələni müzakirəyə çıxartmışdır və cinayət prosesi iştirakçıları məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdirlər. Məhkəmə cinayət prosesi iştirakçılarının fikirlərini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür, ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni bir ədəd sellofan bükümdə təmiz çəkisi 9,600 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni bir ədəd sellofan bükümdə təmiz çəkisi 10,998 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamış və daşımış, xx.xx.2023-cü il tarixdə, saat 18:00-da Bakı şəhəri, Sabail rayonu, Bayıl qəsəbəsi, Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ərazidə yerləşən mebel sexinin qarşısında Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Zəngilan Rayon Polis Şöbəsinə gətirilmiş və polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitələr və psixotrop maddələr əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən aşkar olunaraq götürülmüşdür. Hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlinin törədilməsində təqsirləndirilərək tutulduğu ərazi, yəni cinayətin törədildiyi istinad olunan yer Bakı şəhəri, Sabail rayonu, Bayıl qəsəbəsi, Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ərazi olmayıb, Bakı şəhəri Səbail rayonunun inzibati ərazi vahidinə aid yer olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Səbail rayonu Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(124)-228/2024 saylı cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası keçirilənə və qətimkan tədbiri ilə bağlı müvafiq qərar qəbul edilənə qədər Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə sözügedən qərarın mövcudluğu nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29, 69, 74, 75-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarının olması nəzərə alınsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar