Məhkəmə qərarları › İş №1(124)-228/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-228/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-228/2025 29.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi , zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin (mülki cavabdehin) iştirakları ilə, xx xxxxx 1972-ci ildə Lənkəran rayonu, İstisu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq yaşayış massivində fərdi yaşayış evləri tikilməsi üçün 0,14 ha torpaq sahəsi satacağına dair yalan vəd verib aldadaraq 2023-cü ilin aprel ayının əvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq yaşayış massivində vahid niyyətlə hissə-hissə 155.000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin yaxınlığında fərdi yaşayış evləri tikilməsi üçün 00,9 ha torpaq sahəsini özünə məxsus olmasını yalandan bildirib ona satacağına dair yalan vəd verib aldadaraq 2023-cü ilin iyun ayının ortalarında 110.000 manat pulu Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin yaxınlığında alıb ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs ondan torpaq almaq istəmişdir. İlk dəfə 7 sot, daha sonra 19 sot torpaq almışdır. Zərərçəkmiş şəxsin göstərdiyi 265.000 manatı o almamışdır. O,155.000 manat almışdır. Pulu şəriki Şahid3 vermişdir. Şahid3 ona zərərçəkmiş şəxsin torpaq almaq istədiyini bildirmiş, pul ilə bağlı onunla danışmışdır. Zərərçəkmiş şəxs torpağa baxmaq üçün ona yaxınlaşmışdır. Torpağı Şahid3 Zərərçəkmiş şəxs göstərmiş, o, da torpağı bəyənmişdir. 155.000 manatı o hissə-hissə Sənanidən alıb, Şahid3 vermişdir. Sənaniyə onun verdiyi torpağın pulunu Rüfətə verəcəyini bildirməmişdir. Rüfət evləri tikib satdıqdan sonra pulu qaytaracağını bildirmişdir.Torpağın sahibinə 2000 manat beh pulu verilmişdir. 155.000 manat pulu 14 sot torpaq sahəsinə görə almışdır.Şahid3 Xırdalanda həmin pula 5 dənə ev tikmişdir. 2-ci epizod üzrə 19 sot torpağa o, Şahid3 və Zərərçəkmiş şəxs gedib baxmışlar. O torpağın dəyəri 4 dənə ev satılaraq Şahid3 veriləcəkdi. Zərərçəkmiş şəxs bunu ona tapşırmışdı. 110.000 manat götürülməmişdir. 9 sot torpaq onun olmamışdır. Onun sahibi başqa şəxs olmuşdur. Bu barədə Sənaniyə məlumat verməmişdir. Ziyanı ödəməyə maddi gücü yoxdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şahid3 iki ildir ki, tanıyır, əvvəllər maklerliklə məşğul olmuş, Şahid3 da ev tikib-satmaqla məşğul olmuşdur. Təxminən bir il yarım bundan əvvəl 2021-ci ilin yay aylarının sonunda Şahid3 Zərərçəkmiş şəxs Səyyaf oğlu ilə birlikdə yanına gəlmiş, həmin vaxta kimi Zərərçəkmiş şəxs tanımamışdır. Şahid3 onu Zərərçəkmiş şəxslə tanış etmiş, demişdir ki, Zərərçəkmiş şəxs ev tikib-satıııaq üçün torpaq sahəsi almaq istəyir, xahiş etmişdir ki, ona torpaq sahəsi tapmasında köməklik etsin. O, 119 nömrəli marşurutun axırı deyilən ərazidə 7 sot torpaq sahəsi olduğunu demiş və birdikdə həmin əraziyə gedib 7 sot torpaq sahəsinə baxmışlar.Sənani ona 56.000 manat pul verib həmin torpaq sahəsini almışdır.O, da Zərərçəkmiş şəxs ona verdiyi 56.000 manatın 48.000 manatını torpağın sahibi Şərif adlı şəxsə vermişdir. Şərif öz həyətyanı torpaq sahəsindən 7 sot torpaq sahəsini ayırıb Zərərçəkmiş şəxs vermişdir. Sonra o,2022-ci ildə Zərərçəkmiş şəxs 19 sot torpaq sahəsi göstərmiş, Sənani orpaq sahəsini bəyənmiş, həmin torpaq sahəsini Zərərçəkmiş şəxs və Şahid3 190.000 manata satmışdır. Zərərçəkmiş şəxs və Şahid3 həmin torpaq sahəsində ev tikib satdıqca torpağın pulunu vermiş, o, da torpaq sahibinə çatdırmışdır.7 sot torpaq sahəsini Sənani almış, 19 sot torpaq sahəsini Sənani ilə Rüfət birlikdə almışlar.7 sot toraq sahəsində Rüfətlə Sənani 7 ev, 19 sot toraq sahəsində isə 20-ə yaxın ev tikib satmışlar. Torpaq sahəsini satandan sonra əldə edilən qazancı Rüfətlə o, öz aralarında bölmüşlər.Bundan sonra o, Rüfətlə Sənaııiyə iki ayrı-ayrı lorpq sahəsi göstərmişdir. Torpaq sahəsinin birinin 2.000 manat behini Rüfət vermiş, digər göstərmişdir. Torpaq sahəsinin birinin 2.000 manat behini Rüfət vermiş, digər torpaq sahəsinə baxıb Rüfətlə Sənani ona demişdir ki, 19 sot torpaq sahəsində tikdikləri evləri satandan sonra torpaq sahəsinin pulunu hissə-hissə ona verəcəklər. Rüfət ona 1 il ərzində həmin torpağın pulunu vermiş, o, da həmin pulu Rüfətlə birlikdə Yunusa vermişlər. Torpağı Yunusdan 175000 manata, Sənanidən isə 190000 manat pul almış, yerdə qalan 15000 manat xeyiri yarı bölmüşlər. Bundan sonra o, Rüfətə demişdir ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində 14 sot torpaq sahəsi satmışlar. Həmin torpaq sahəsinin sənədləri olmamış, torpağın sahibinin adı yadında qalmamış, lakin Gədəbəy rayonundan olduğunu bilmişdir.Torpaq sahibi torpaq sahəsini 145000 manata satmışı, Rüfətlə o,Sənaniyə həmin torpaq sahəsinin 155000 manata satıldığını bildmirmişlər. Sənani həmin torpaq sahəsini almaq istədiyini demiş və hissə-hissə üç dəfəyə ona ümumilikdə 155000 manat 3 ay ərzində pul vermişdir. O, həmin pulları almamışdan öncə torpaq sahibinə Rüfət 2000 manat beh vermiş, həmin torpağa görə razılaşmışlar ki, torpağın pulunu üç ay ərzində ödəsinlər. Sənani ona 155000 manat pul verdikdən sonra Rüfət ondan borca pul istəmiş və Rüfətə Sənaninin ona verdiyi 155000 manat pulu hissə-hissə Rüfətə Xırdalan şəhəri ərazisində müxtəlif yerlərdə vermişdir. Rüfət ona demişdir ki, 19 sotda ev tikir maddi çətinlikləri var Sənani ona kömək edə bilmir və pulu evlərini satandsan sonra qaytaracaqdır. Rüfət dediyi vaxt pulu qaytarmamış və buna görə də torpaq sahibi ona verdiyi 2000 manat behdən 1800 manatını geri qaytarmışdır. Bundan sonra o, özünü pis hiss etdiyi üçün tanışı Mehdi və Fərhadla görüşüb məsləhət almış, onlarda məsləhət görmüşlər ki, olanları Sənaniyə danışmalıdır. Bundan sonra Sənani ilə görüşüb olanları danışmış, bundan sonra Rüfətlə Sənaninin aralarında narazılıq yaranmışdır. Onlar bu borc məsələsini öz aralarında həll etmək üçün Rüfət və Sənani «Qafqaz» Universitetinin yaxınlığında Məhəbbətin kafesində görüşmüşlər.Həmin görüşü video lentə almışlar. Rüfət demişdir ki, guya ona 229.000 manat borcu var, həmin borcu qaytaracaqdır. Onun da Sənaniyə 36.000 manat borcu olmuşdur.O, həmin borcun bir hissəsini 26.000 manatını evini sataraq Xırdalan şəhərində, 1.000 manatını da metronun 20 Yanvar stansiyasının yaxınlığında Sənaniyə qaytarmışdır. Rüfət də ona olan 29.000 manat borcunu qaytarmışdır. Qafqaz Universitetinin yaxınlığında Məhəbbətin kafesində görüşəndən sonra Rüfət DİN-nin 102 xidmətinə zəng vurub şikayət etmişdir. Sonra Sənaninin təklifi ilə o, Rüfətdən şikayət etmiş, sonra da Sənani ondan və Rüfətdən şikayət etmişdir. (Cild 2, iş vərəqləri 170-172) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Şahid3 vasitəsilə torpaq almağa görə tanımışdır. O, Şahid3 əvvəldən makler kimi tanımışdır. Qohumlarına ev satmışdır. Asan Xidmətdə görüb tanımışdır. Şahid3 1-2 evi təmir edib satmaqda kömək etmiş, daha sonra Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu, onun torpaqlarının olduğunu bildirmişdi. Təqsirləndirilən şəxslə onu tanış etmişdir. Təqsirləndirilən şəxs ona torpaqlarının olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs 7 sot və 19 sot torpaq alınmaqla Şahid3 tərəfindən tikinti işləri başlanılmışdır. Sonra məlum olmuşdur ki, bu torpaq sahələri Təqsirləndirilən şəxs aid olmamışdır. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs maklerlik edərək başqasının torpaqlarını satmışdır. Şahid3 o torpaq sahələrində evləri tikirdi, pulunu isə o verirdi. 14 sot torpağa görə 155.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Daha sonra torpağa görə 110.000 manat nağd şəklində pul olmaqla ümumilikdə 265.000 manat pul vermişdir. Daha sonra o, torpağa baxmağa gəlmək istəyəndə Təqsirləndirilən şəxs və Şahid3 davamlı olaraq bu söhbətdən qaçırdılar. Ordan gələn pul ilə yenidən torpaq sahəsi alınmışdır. Əvvəlki 7 sot torpaqda evlər tikilmiş və satılmışdır. Təqsirləndirilən şəxs qapını açıb, həmin torpaq sahələrini özününkü imiş kimi göstərirdi. Təqsirləndirilən şəxs 2023-cü il tarixdə pullar hissə-hissə olmaqla 40.0xx-xx.0000 manat civarında ödənilmişdir. O, Təqsirləndirilən şəxs torpağın sənədi olmasa belə ona aid olduğuna tam inanmışdır. Sonradan Təqsirləndirilən şəxs gecə yata bilmədiyini, pullarını aldığını, lakin ortada torpağın olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs 265.000 manat pul alması faktını təsdiq edən videoçəkiliş olmuşdur. Bu videoçəkilişdən Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Həmin zaman onun dostları Şahid3 və onun qardaşı, dostu Fərhad və Mehdi adlı şəxslər də orada olmuşdur. Hətta o, Təqsirləndirilən şəxs yoldaşı xəstə olarkən müalicəsi üçün 20.000 manat pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayırdı. Bir gün bir nəfərlə gəlmiş və onun torpağını almaq istədiklərini bildirmişdir. İkinci yoldaşı o, sonradan tanımışdır. Həmin şəxs Şahid3 idi. O, onun torpağını dayısıoğlu ilə birlikdə almaq istədiyini bildirmişdir. Torpaq sahəsi Xırdalanda “Quşçuluq” massivində yerləşirdi. O, həmin torpağı 175.000 manata satırdı. 5000 manat onlara zəhmət haqqı olaraq verib, 170.000 manat alacağını bildirmişdir. Şahid3 daha sonra Rusiya-Ukrayna müharibəsi başladığından dayısıoğlunun Ukraynada olduğunu və gələ bilmədiyini, bu səbəbdən pulu ödəyə bilməyəcəyini bildirmişdir. Yavaş-yavaş pulun bir hissəsini ödəmişdir. Daha sonra dayısıoğlunun qonşuluqda inək saxlanıldığından həmin torpaqdan imtina etdiyini bildirmişdir. Pulu tez bir zamanda ona ödəyə bilməyəcəyini bildirmişdir. O da onunla dirəşmiş və pulu almışdır. Uzun sürən mübahisələrdən sonra yekunda torpağı Rüfətə notariat orqanında satmışdır. Bu hadisədən 1-2 ay sonra onun qonşusu Əbülfəz zəng etmişdir. Ondan torpaq sahəsini kimə satmaq istədiyini soruşmuşdur. O da Təqsirləndirilən şəxs və Şahid3 adını verən zaman ona tamamilə başqa şəxsin olduğunu bildirmişdir. Həmin şəxs Zərərçəkmiş şəxs idi. İlk dəfə onu bu zaman tanımışdır. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs ona aid olan torpağın özününkü kimi ona təqdim etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə salam-sağolu olmuşdur. Onun Şahid3 ilə arasında pul mübahisəsi olmuşdur. Lakin onunla Zərərçəkmiş şəxs arasında olan iş ilə bağlı onun heç bir iştirakı olmamışdır. Şahid3 ona torpaq satmışdır. Şahid3la olan pul mübahisəsində Təqsirləndirilən şəxs heç bir iştirakı olmamışdır. Təqsirləndirilən şəxslə aralarında heç bir pul söhbəti və sövdələşməsi olmamışdır. Sonradan məlum olmuşdur ki, həmin torpaq Zərərçəkmiş şəxs aid imiş. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Şahid3 təxminən 2 ilə yaxındır ki, tanıyır, belə ki, özünə məxsus olan Abşeron rayonu Navahi küçəsində yerləşən evi satmaq üçün ev-alqı satqısı ilə məşğul olan Rüfətə müraciət etmiş, köməkliyi ilə özünə məxsus evi satmışdır. Bundan sonra Rüfətlə münasibəti yaranmışdır.2023-cü ilin əvvələrində o, Abşeron rayonu Xırdalan şəhərində almaq üçün axtarmış, həmin vaxt Rüfətə müraciət etmiş, Rüfətdə ona demişdir ki, Xırdalan şəhərində Nizami küçəsində fərdi evlər tikir. O, həmin əraziyə baxmış və Rüfətlə razılaşmışlar ki, Rüfət onun üçün orada 19000 manatın müqabilində evi tikib təhvil verəcəkdir. Lakin Rüfət razılaşdığı kimi 1 aya evi ona təhvil verməmiş, buna görə aralarında narazılıq yaranmışdır. O, Rüfətdən pulunu tələb etmiş, onlar razılaşmışlar ki, Rüət ona 16000 manat pul verəcəkdir. Rüfət də ona demişdir ki, onun başqa yerdə, yəni Abşeron rayonu Xırdalan şəhəri, Məmməd Araz küçəsində torpaq sahəsi vardır, ona borcunun əvəzinə həmin yeri xx.xx.2023-cü il tarixdə vermişdir. Həmin torpaq sahəsi köhnə fərdi yaşayış evinin həyətində yerləşmiş, onun hazırda tikdiyi 02 ədəd evin ümumilikdə ölçüsü 84 kv metrdir. O, evin köhnə həyətdə yerləşən mətbəxt, hama və tualetin yerində tikmişdir. O, evləri tikən vaxt oraya özünü torpa qsahəsinin sahibi kimi təqdim etmiş, o, da demişdir ki, həmin torpaq sahəsini ona Rüfət satmışdır. Bundan sonra Rüfətlə onların arasında mübahsiə yaranmış, mübahisə polis idarəsində araşdırılandan sonra Rüfət və Sənan ona razılıq vermişlər ki, orada ev tiksin. Hazırda tukdiyi evin heç bir sənədi yoxdur, su, elektrik və qaz sayğaclarıonun adınadır. Tikdiyi evlərlə üzbə-üz Sənan hazırda köhnə evi sökərək 4 ədəd fərdi yaşayış evi tikmişdir. Ona sonradan məlum olmuşdur ki, Rüfətlə Sənan arasında mübahisə yaranmış, onların işi polisdədir. Rüfətlə onun arasında 16000 manata dair borc müqaviləsindən başqa heç bir sənəd yoxdur. (Cild 2, iş vərəqləri 4-6) Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəldən tanıyır. Xırdalanda olan torpaq sahəsinə görə Təqsirləndirilən şəxs 155.000 manat pul Zərərçəkmiş şəxs almışdır. 155.000 manat alınmasında o, iştirak etməmişdir. Təqsirləndirilən şəxs 110.000 manat pul almamışdır. Xırdalanda olan torpaq sahəsini satacaqdı. Hazırda torpaq sahibindədi. Kim olduğunu bilmir. Zərərçəkmiş şəxslə ortaq iş görürdülər. O, torpaq alırdı. O da həmin torpaqda ev tikib satırdı. Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin arasında mübahisə 2023-cü ilin aprel ayından yaranmışdı. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” 25 may 2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 Elman oğlu DİN-nin 102 xidmətinə zəng edərək Abşeron rayonu, Xırdalan şəhəri ndə yerləşən «Məhəbbət» kafesində Zərərçəkmiş şəxs və tanımadığı şəxslərin ona məcburi şəkildə 229000 manat pulun onda olmasını deyməsini və video çəkiliş aparılması barədə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd «CD» formatlı diskə baxış zamanı digər faraqmentdəki səs yazsmdan isə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında danışıqların aparıması və İlqar mənimiyevin 265000 manat pulun alınmasını etirafəsinə dair aşağıdakı məzmunda danışılar müəyyən edilmişdir. Zərərçəkmiş şəxs - nə olub, deyirəm nə olub, güya sənin ailəndə bilmirlər bu məsələni; Təqsirləndirilən şəxs- hə; Zərərçəkmiş şəxs- sənin ailəndə bilmirlər, nədi qardaşın bilir bacın yox; Təqsirləndirilən şəxs - burda yoxdur; Zərərçəkmiş şəxs - nədi problemin vardı, kömək etsinlər sənə; Təqsirləndirilən şəxs- nələri var idi verdilər; Zərərçəkmiş şəxs-Səndə kiməsə əl tutmusan, sənədə əl tutsunlar, gərək etməməydin. Allaha and olsun ki, ən azından birinci torpağı almışdım, nə bilim bir manat deyil, iki manat deyil, hansı aqılla sən aplmısan başım çıxmır; Təqsirləndirilən şəxs - evim zadımda yoxdur, satıb qurtarım, nə bilim vallah, mən ordan çıxım, yenə deyirəm ki, yəqin məsləhət verərsiniz; Zərərçəkmiş şəxs - qardaş bax yenə deyirəm, 256000 manat almısan məndən?; Təqsirləndirilən şəxs - hə almışam; Sənani Atakitşiyev- qardaş mənə sənə kömək edə bilrəm. Sənə mənə dedin ki, Rüfət alıb,cavab ver mənə , mən sənə dedim ki, qardaşı sən mənə addım at, məndə sənə addım atım, addım atmayanda nə deyirsən et,sənə kömək etməyən,səni ordan çırmayana nə deyirsən de, sən mənə addım atdın ki„ iki aydı məni aldadırsan, deyirəmki evi mənim adıma sal, deyirsən ki, gah belə oldu, gah elə oldu,deyirəmki girov kimi saxlayaq, pul çatada evi sənə qaytarmayacağamsa vincansizdır, öz payıma deyirəm; Təqsirləndirilən şəxs - Mən səni başa düşürəm, siz məni çıxarın. Sizə evi verəcəyəm, mən ordan çıxıb evi verəcəyəm sizə; Sənani Atakişiyev - evi keçirəsən ki, mən qanunlaşdurum, aparım deyim ki, Təqsirləndirilən şəxs 265000 manatdan 26000 manat qaytarıb, 70.000 manatda bir qayitrıb, ondan sonra mən sənə kömək edə bilərəm.Sən deyirsən ki, məni oradan çıxar. Sonra sənə kömək edim, özün bilirsən bu kağız ora getməsə problem olacaqdır. Sən yazmısan ki, Rüfət alıb, gah belə gah elə,mən yazmışam. Əbülfəz də yazacaq, mən deyirəm ki, İlqarı tanımamışam, Rüfət tanış edib; Təqsirləndirilən şəxs- siz məni oradan çxarın,sizə evi verəcəm, toraqda alıb verəcəm, evlər də tikiləcək; Zərərçəkmiş şəxs- “sən niyə başa düşmürsən ki, ilkin addımları atmalıan, hələ ki vaxt var, Rüfət bildiribki, İlqarla birləşib Sənana qoymuşuq, öüzdə belə deyib ha” məzmunlu danışıqlar müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 240- 241) Cinayət işi materiallarında olan 20 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Səyyaf oğlu və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs verdiyi ifadələrini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir.(Cild 1, iş vərəqləri 215-221) Cinayət işi materiallarında olan 05 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Səyyaf oğlu və Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı şahid və zərərçəkmiş şəxs verdikləri ifadələrini bir birilərinin üzünə qarşı deyərək təsdiq etmişlər.(Cild 1, iş vərəqləri 201-206) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 265.000 manat ydeyil, 155.000 manat məbləğində pul aldığı, ona aqarşı dələduzluq etmədiyi və s. ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə bu nəticəyə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Plenum Qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edri ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən daxil olan məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 130-131) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 31 may 2024-cü il tarixli qərarı ilə barəsində 02 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu vaxtdan hesablanmışdır. Daha sonra həmin məhkəmənin 07 avqust 2024-cü il, 31 oktyabr 2024-cü il və 29 noyabr 2024-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti fasiləsiz olaraq uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanmalı qəti cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur . Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 179.2-ci maddəyə əsasən isə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 187-ci maddəyə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Qanunuvericiliyin həmin normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddia ərizəsi təmin edilməli, mülki iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumları da daxil olmaqla təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş maddi zərərlə bağlı 265.555 manat məbləğində pul tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında » xx.xx.2015-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli tutulduğu 29 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş maddi zərər və mülki iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilə bağlı ümumilikdə 265.555 (iki yüz altmış beş min beş yüz əlli beş) manat məbləğində pul tutulmaqla zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar