Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-229/2025 03.06.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X7 (sədrlik edən), X14 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 30 avqust 1993-cü il tarixdə Beyləqan rayonu, Birinci Şahsevən kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay (boşanmış), himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və (xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş redaksiyasında) 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nikah münasibətlərində olduğu Hüseynli (Qarayeva) Gültəkin Yasir qızının ailəvi dost münasibətində olduqları Zərərçəkmiş şəxs ilə yaxın münasibətlərinin olmasından şübhələnib, sonuncunun onun barəsində ailəsini atması ilə bağlı sosial şəbəkədə paylaşım etməsindən sonra onların yaxın münasibətlərin olmasına dair şübhələrinin əsaslı olması qənaətinə gəlib, bu məsələyə aydınlıq gətirmək üçün 01 may 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK, bina 6B-nin arxasında onunla görüşüb özünün idarə etdiyi “Mercedes-Benz” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməsinə təkid etsə də, onun etiraz etməsindən sonra aralarında yaranmış mübahisə zamanı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” xəstəliyindən əziyyət çəkib, anlaqlılığı istisna etməyən, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları idarə etmək iqtidarından məhrum olmuş vəziyyətdə, lakin fiziki affekt halında olmadan, emosional sferasında əmələ gəlmiş qəzəb və impulsivlik fonunda Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi dəstəyi 130 mm, tiyəsi isə 108 mm, ümumilikdə isə 238 mm uzunluğunda olan, zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı ilə sonuncunun həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi döş qəfəsi, qarın və bədəninin digər nahiyələrinə ardıcıl zərbələr endirib, həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin sağ yan səthinin plevra boşluğuna nüfuz edən və pnevmohemotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 ədəd, döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz edən və pnevmohemotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 ədəd, qarın nahiyəsinin sağ yarısının periton boşluğuna nüfuz edən və qara ciyəri yaralayan 1 ədəd deşilmiş-kəsilmiş yaraları”, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz etməyən 2 ədəd, sol kürəkaltı nahiyənin plevra boşluğuna nüfuz etməyən 1 ədəd, qarın nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz etməyən 1 ədəd, sol sağrı nahiyəsinin anus dəliyinin zədələnməsi ilə nəticələnən 1 ədəd, sol əlin bayır-arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin ön səthinin, sağ əlin İİİ barmağının kəsilmiş yaraları” kimi xəsarətlər yetirsə də, zərərçəkmişin ətrafda olan şəxsləri köməyə çağırmasından və onların müdaxiləsi nəticəsində növbəti zərbələri yetirə bilmədiyindən, habelə onun qısa müddətdə tibb müəssisəsinə yerləşdirilərək ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən, o, bilavasitə Zərərçəkmiş şəxs öldürməyə yönəlmiş əməllərini iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməməklə qəsdən adam öldürməyə, yəni digər şəxsi həyatdan məhrum etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona Azərbaycan Respublikası CMnin 29,120.1 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə ifadə verməkdən imtina etdiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı ona Azərbaycan Respublikası CM-nin 29,120.1 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 2015-ci ildə X8 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2016-cı il təvəllüdlü qızı Mələk və 2022-ci il təvəllüdlü oğlu Məhəmməd anadan olmuş, amma Gültəkin ilə nikahlarını 2017-ci ildə pozmuş, müharibədən sonra isə onunla barışmışdır. 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsinə könüllü kimi qatılıb Xüsusi Təyinatlılar dəstəsində baş əsgər rütbəsində müharibədə iştirak etmiş, daha sonra yaralanaraq sol ayağından qəlpə yarası, qulaqlarından barotravma xəsarəti almışdır. Hazırda da sağ qulağı tamamilə eşitmir, sol qulağı isə nisbətən eşidir, eşitmə cihazı istifadə edir, hazırda ayağında protez var və çəlik vasitəsi ilə hərəkət edir, “üzvü şəxsiyyət pozğunluğu”, “epileptik tutmalar və qıcolmalar” xəstəliyindən əziyyət çəkir, “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də qeydiyyatda olmaqla müalicə alır, təyin edilən Depagin 500, Epineks, Panazepan, Ketilept və bu kimi psixotrop dərmanlar qəbul edir. Müharibədən sonra heç bir işə qəbul edilməmiş, vaxtını evində keçirib müalicəsi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs əmisi İlqarın arvadının xalası oğlu olmuş, onu 2021-ci ildən İlqarla birlikdə evinə qonaq gələn vaxtdan tanımış, həmin vaxtdan münasibətləri yaranmış, ailəvi gediş-gəlişi olmuşdur. Orxanın dediyinə görə 2016-cı ildə Aprel döyüşlərində xəsarət almış, epilepsiya xəstəliyi olmuş, ona Bakı şəhər Baş Polis İdarəsində hərbi formada gəzməyə qadağa qoyulmuş, belə ki, o qazi olmadığı halda özünü qazi kimi təqdim etməklə və qazi hərbi forması geyinməklə müxtəlif tədbirlərdə iştirak etmiş, amma bunları əvvəl bilməmiş və onu qazi kimi qəbul etmiş, lakin bir müddət sonra həqiqəti biləndə onunla münasibətləri pozulmuşdur. Ötən il Ramazan ayı ərəfəsində o, Zərərçəkmiş şəxs, digər qazi dostları Hümbət Abbasov və X21 kirvəsinin dəvəti ilə iftar süfrəsinə getmiş, oradan çıxanda onunla arxa oturacaqda əyləşən Zərərçəkmiş şəxs onu əsəbiləşdirməyə başlayıb kəkələdiyinə görə ona lağ etmiş, həmin vaxt dözməyib özündən çıxıb Hümbət Abbasovun idarə etdiyi maşın gedə-gedə qapını açıb özünü yola atmış, həmin vaxt ciddi xəsarət almış və Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma da aparılmış, bu hərəkəti ilə Zərərçəkmiş şəxs onu birinci dəfə qıcıqlandırsa da, ondan həmin vaxtı şikayətçi olmamış və münasibətləri davam etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs tankçı olan qaynı Elmir 44 günlük X11 uğrunda gedən döyüşlərdə şəhid olmuş, xatırlamadığı tarixdə həmin şəhidin il dönümü ilə bağlı Füzuli rayonu, Əhmədbəyli kəndinə getməyi planlaşdırmış, Zərərçəkmiş şəxs həmin il dönümündən iki-üç gün əvvəl ailəsi ilə birlikdə kəndə getmiş, o, isə il dönümü günü dostu Bayram Bayramovla birlikdə kəndə gəlmişdir. Orada şəhid Elmirin ailə üzvlərinə lövhələri hazırlamaqda kömək edən vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşıb jurnalist Nuranə xanıma zəng etmək istədiyini, lakin telefonunda pul olmadığını deyib zəng üçün telefonu istəmiş, telefonu ona verəndən sonra Orxan evdən çıxıb bir qədər sonra telefonu geri gətirmiş və ona başqa qadınlarla danışmağını irad tutmuş, Orxana cavab olaraq şəxsi həyatın ona heç bir aidiyyəti olmadığını demişdir. Həmin vaxt şəhid Elmirin atası yaxınlaşıb onları sakitləşdirmiş, həmin vaxt Orxanın onun telefonunu zəng etmək adı ilə götürəndə orada olan bütün məlumatları, şəkilləri, yazışmaları öz telefonuna köçürərək götürdüyünü bilmiş, ona həmin məlumatları silməyi xahiş etsə də, o həmin günü bunu etməmiş, bu hadisə onların münasibətlərinin tamamilə pozulmasına səbəb olmuşdur. Bakı şəhərinə qayıdandan təxminən 2-3 gün sonra ailəsi ilə birlikdə atası evində olan zaman evdə dostu Bayram Bayramov da olmuş, onlar həmin günü atasının əmisi oğlunun övladı olması ilə bağlı 40 gününə getməyi planlaşdırmış, masa arxasında Bayramla Zərərçəkmiş şəxs hərəkətlərini müzakirə edəndə onun belə bir şərəfsiz hərəkət edərək dostluğa son qoyması ilə bağlı fikirlərini paylaşmış, daha sonra vəziyyəti yaxşı olmadığı üçün o arvadı ilə birlikdə atası evində qalmış, lakin valideynləri, Bayram, qardaşları və övladları qonaq getmişlər. Bir qədər sonra Bayram ona zəng edib Orxanın ona evdə onu müzakirə etdiklərini soruşduğunu deyəndə bu söhbəti Gültəkinin ona çatdırdığını başa düşmüş, Gültəkinlə mübahisə edəndə də o, bunu etiraf etmiş, artıq özündə olmadığı üçün Gültəkini döyməyə başlamış, həmin vaxt səslərinə qardaşı Elşən gəlib Gültəkini onun əlindən alıb kənarlaşdırıb onu isə mətbəx otağında bağlamışdır. Həmin gün özünü sakitləşdirmək üçün ona yazılan dərmanları miqdarına baxmayıb qəbul etmiş, bir də 1 saylı şəhər klinik xəstəxanasında ayılmış, xəstəxanadan evə gəlib Gültəkini görəndə onu çox pis döydüyünü başa düşmüş, sonra müəyyən vaxt müalicə almış, arvadı ilə də münasibətləri davam etmiş, həmin vaxtdan da Orxanla münasibətlərini tamamilə kəsmişdir. Təxminən üç ay əvvəl arvadı Gültəkinlə yenidən ayrılmış, buna səbəb Gültəkinin daim ona Orxanı nümunə kimi gətirməsi, onun haqqında danışması və ümumiyyətlə daim mübahisə etməsi olmuş, təxminən üç gün sonra Gültəkin evi boşaldıb çıxıb getmiş, həmin vaxtdan Zərərçəkmiş şəxs yenidən peyda olub onu şantaj etməyə başlamış, Gültəkinin şəhid qızı olduğunu, onun arxasında durub onu müdafiə etdiyini, dövlətin verdiyi evi Gültəkinə verməsini demiş, etməyəcəyi halda barəsində qarayaxma edəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs bunları ona telefonuna “WhatsApp” tətbiqində yazmaqla etmiş, bir dəfə də atası ona zəng edib belə hərəkətlər etməməsini xahiş etsə də, o atasına da qulaq asmamış, bu hərəkətləri təxminən üç ay davam etmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, təxminən bir-iki ay əvvəl Zərərçəkmiş şəxs jurnalistləri yığıb onun yaşadığı binanın təxminən beşinci mərtəbəsində yaşayan tanımadığı şəhidin anasının evinə dəvət edib və orada arvadı Gültəkinin anası Aminəni və uşaqlarını da çağırıb “mən X15, şəhid Yasin Qarayevin həyat yoldaşıyam. Təqsirləndirilən şəxs mənim qızımı 2015-ci ildə alıb, 2017-ci ildə boşayıb, sonra müharibəyə gedib və orada yaralanıb qayıdıb, dövlət ona ev verib, qızımı aldadıb gətirib və ona görə üç otaqlı ev almışdır və ailəsini qovmuşdur” məzmununda müsahibə aldırmış, bu müsahibə “YouTube” sosial şəbəkəsində paylaşılmış, o videonu sildirməyə nail olsa da, Zərərçəkmiş şəxs səhifəsində qalmışdır. Daha sonra təxminən bir ay əvvəl Zərərçəkmiş şəxs yenidən jurnalistləri tanışı qazı Aslan Tağıyevin evində toplayıb arvadı Gültəkini və övladlarını dəvət edib ondan evdən qovulması və onun başqa qadınla gəzməsi mövzusunda müsahibə almış, Gültəkinin və Zərərçəkmiş şəxs etdiklərini özü aydınlaşdırmağa çalışmamış, əmisi İlqar Hüseynovdan bu məsələnin həllində iştirak etməsini xahiş etmişdir. 01 may 2024-cü il tarixdə anası ilə evdə söhbət edib Zərərçəkmiş şəxsla Gültəkinin şantaj videolarını müzakirə edəndə anası ona 2023-cü ilin yay aylarında müharibədə aldığı travma ilə bağlı növbəti dəfə Buzovna qəsəbəsində yerləşən X1 15 günlük kurs keçən zaman o, yaşadığı evə gələndə orada Zərərçəkmiş şəxs gördüyünü demiş, bu söhbətdən sonra Zərərçəkmiş şəxs onun evdə olmamasından istifadə edib Gültəkinlə yaxınlıq etdiyini başa düşmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs hərəkətlərinin qarşısını almaq üçün həmin gün günorta saatlarında Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları ictimai birliyin Abşeron Rayon Filialının sədri Süleyman Cəfərova telefonla müraciət edib onunla görüşüb vacib bir məsələni müzakirə etmək istədiyini bildirmiş, onunla danışan zaman artıq Masazır qəsəbəsi ərazisində özünə məxsus qara rəngli “Mercedes-Benz” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmiş, ailə məsələlərindən Süleyman məlumatlı olmuş, çünki ona əvvəl də Zərərçəkmiş şəxs onu narahat etdiyini demişdir. Həmin gün axsam saatlarına qədər harada olduğunu və nə etdiyini xatırlamamış, lakin axşam saatlarında Masazır qəsəbəsi ərazisində olmağını, “Kapital Bank”-ın xatırlamadığına terminalına gəldiyini, orada çoxlu insanların olduğunu, çəliklə olduğuna görə onu qabağa saldıqlarını, orada özünə məxsus bank kartından 1970 manat pul çıxardıb avtomobilə əyləşdiyini xatırlamış, amma həmin qəsəbəyə nə üçün gəldiyi yadında qalmamışdır. Yola çıxan vaxt güzgüdə tünd boz rəngli “Niva” markalı avtomobilin onu izlədiyini və avtomobilini arxadan vurmağa başladığını görmüş, həmin avtomobildən qaçmaq istəmiş və sürəndə hansısa avtomobilə də toxunmuş, bundan sonra baş verənlər yadında qalmamış, bir də özünə gələndə Abşeron Rayon Polis İdarəsinə gətirildiyini görmüş, hadisənin necə baş verdiyini heç xatırlamamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən mənzil dövlət qurumları tərəfindən təqdim edilən zaman təmiri bərbad olduğu üçün əsəbiləşib komendantla dalaşmış, əsəbi halda mübahisə edən zaman xatırlamadığı ifadələr və söyüşlər işlətmiş, Zərərçəkmiş şəxs bunları telefonuna videoya çəkməklə qeyd etmiş, sonradan Zərərçəkmiş şəxs öz “Facebook” səhifəsində onun haqqında pis fikir yaradan və adına ləkə gətirən paylaşım edib dövlətin və dövlət başçısının ünvanına nalayiq ifadələr işlətdiyini bildirmiş, yəni Zərərçəkmiş şəxs həmin videoyazını öz çirkin məqsədlərinə çatmaq üçün ona qarşı istifadə etməyə başlamışdır. Avtomobilindən götürülmüş açılıb-qatlanan mexanizmli, dəstəyi tünd qəhvəyi rəngli və dəmir işləmələri olan bıçaq ona məxsus olmuş, haradan almağı yadında qalmamış, avtomobilində daima saxlamış, bundan başqa ovçuluqla məşğul olduğuna görə avtomobilində müxtəlif əşyalar, həmçinin balta, beysbol bitası, plastik güllə atan “airsoft” adlanan tapança və sair əşyalar da olmuş, həmin bıçağın üzərində olan qanabənzər ləkənin necə yaranması yadında qalmamışdır. Yaddaşında problemlər, əsəblilik və unutqanlıq 44 günlük Vətən Müharibəsində aldığı travmadan sonra yaranmış, buna görə də hazırda müalicə alır, səhhətində olan problemlərlə bağlı hər gün vaxtında həkimlər tərəfindən təyin olunan dərman vasitələrini qəbul edir, hadisə günü də qrafikə uyğun dərmanları qəbul etmişdir. Zərərçəkmiş şəxs sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, onun qayını şəhid olmuşdur. Onun anasının xalası qızı təqsirləndirilən şəxsin əmisinin yoldaşıdır. Xalasına görə o, şəxsi tanımışdır. Müharibədən sonra təqsirləndirilən şəxsin əmisi ona qardaşı oğlu olduğunu və onun sənədlərinə baxılmadığını, əlillik vermədiklərini bildirmişdir. Eyni zamanda şəxsə köməklik etməsini xahiş etmişdir. Həmin vaxtı onlar X9 təzə təşkil edirmişlər. Həmin birlik təsis olunduqdan sonra onun əmisi ilə birlikdə onlara getmişdir. Şəxsin atasını və anasını ilk dəfə onlara gedən zaman görmüşdür. Həmin vaxtı şəxsin əlində çəlik olmamışdır. Şəxs harda olduğunu bilmədiyi yerdən tam sərbəst gəlmişdir. Şəxsin anası da toyuq qanadlarını qızartmışdır. Süfrə açılmış və onlar yemək yemişlər. Şəxs sənədlərini hansı orqanlara göndərməsindən danışmışdır. O, şəxsə “sənədləri yığ, forma 88 tipində hazırla, biz sənə kömək edək” demişdir. Onların tanışlıqları oradan başlamışdır. Şəxs sonradan əlilliyini almışdır. Sonradan DSMF şəxsin əlilliyini əlindən almışdır. Şəxsin dediyi diaqnozun onda olmadığını təsdiqləmişlər. Şəxsə təkrar məhkəmə qaydasında mübahisələndirmək hüququnun olmasını izah etmişlər. Məsələnin bu formada baş verməsinin əsas səbəbi Stansiya Sumqayıt adlı ərazidə baş verənlər olmuşdur. Onun haqqında şəxs orada qazi anasına guya onun yoldaşı ilə gəzdiyi üçün öz yoldaşını boşadığını demişdir. Həmin söhbət də ona çatmışdır. Söhbət ona çatanda o, şəxsi tanımadığını demişdir. Şəxsin səs yazısı da vardır. Anlaqsız olan bir şəxs o tərzdə sözlər deməsi mümkün deyildir. O, Sumqayıt şəhərində şəxsin əmisigil ilə görüşmüşdür. Şəxsin əmisigil onu görüşə çağırmışlar. Görüşdüyü şəxsin adı İlqar olmuşdur. İlqar adlı şəxsə məsələnin nə olduğunu izah etmişdir. Haqqında orada-burada danışıldığını bildirmişdir. Onu qıcıqlandırdıqlarını demişdir. Həmin səs yazıları da vardır. Şəxs onun yoldaşını Aslan adlı şəxsin evinə çağırdığını iddia etmişdir. Şəxsin reabilitasiya mərkəzində olduğu tarixə fikir verilməsini məhkəmədən xahiş etmişdir. Həmin tarixlərdə onun adına olan bütün nömrələrin hamısı xəritə üzərində siqnalı yoxlanılsa, onun həmin tarixlərdə, ümumiyyətlə, Sumqayıt ərazisində olmadığı sübut olunacaqdır. Şəxs isə onun Stansiya Sumqayıt adlanan ərazidə şəxsin anasına “onun yoldaşı mənim evimdədir” dediyini iddia etmişdir. Şəxs törətdiyi əməli bununla əsaslandırmışdır. Onun şəxslə münasibəti heç vaxt pis olmamışdır. Şəxsin onu bıçaqlamasının əsas səbəbi söyüş söyən yerdə çəkdiyi video ilə bağlı olmuşdur. Həmin videonu da disk şəklində təqdim etmiş, lakin müstəntiq həmin vəsatətini təmin etməmişdir. Şəxs ona münasibətdə guya həmin video ilə hədələnildiyini demişdir. Halbuki o, ümumiyyətlə, heç kimi hədələməmişdir. Təzə ev verdikləri üçün təşəkkür etməsi ilə bağlı video çəkilməsini təklif etmişdir. O, videonu çəkməyə başlayanda söyüş söyməyə başlamıdır. Daha sonra həmin videonu şəxs özü telefonundan silmişdir. Daha sonra özü həmin məsələni unutmuşdur. Bu mübahisə olandan sonra onunla olan bütün şəkilləri silmişdir. Silinmiş şəkillər ağıllı telefonlarda arxivə düşdüyü üçün silinənlər qovluğunda həmin video onun qarşına çıxmışdır. Məsələ də buradan qaynaqlanmışdır. Şəxsin ailə problemləri ilə bağlı ona aid heç bir məsələ olmamışdır. Eyni zamanda hər bir zaman onlar bir-birilərinin işlərinin arxasınca gəlib-getmişlər. Şəxslə dost olmuşlar. Hadisə günü yarım saat və ya bir saat telefonla danışmışdır. Şəxsin əmisinə “ona deyin ki, məndən əl çəksin” demişdir. Ayın 30-da polisə məlumat vermişdir. Həmçinin polisə 102 xidməti ilə də məlumat verərək şəxsin onu qıcıqlandırdığını bildirmişdir. Şəxsin həyat yoldaşı şəhid qızı olmuş, həmçinin həmin qadına bacı demişdir. Şəxs yoldaşı ilə ayrı olmuş və bir qızı olmuşdur. Onlar dostları ilə birlikdə şəxsə yoldaşı ilə barışmasını təklif etmişdir. Şəxs onların sözlərini eşitmiş və yoldaşı ilə barışmışdır. Çox yaxşı ünsiyyətləri olmuş və bir oğlan övladı dünyaya gəlmişdir. Özü də Təqsirləndirilən şəxs onun övladının kirvəsi olmuşdur. Onun övladı fiziki məhdudiyyətlidir. Ayın birinə qədər o, artıq polisə məlumat vermişdir. O, şəxsə sosial şəbəkə vasitəsi ilə yazmış və cavab almamışdır. O, şəxsə mübahisəni böyütməmək məqsədi ilə yazmışdır. Əmisinə neçə dəfə “Orxanı çağırın və nə problemi varsa üzümə desin yoluna qoyaq” demişdir. Bir axşam vaxtı şəxs xalası oğlu ilə gəlmişdir. Xalası oğlu ona yaxınlaşmış və onunla danışmışdır. Şəxsin xalası oğluna onu tanımadığını, Orxanın özünün ona yaxınlaşmasını və nə səhv etdiyini onun özünə deməsini bildirmişdir. Məsələyə aydınlıq gətirməmiş şəxsin beynini doldurmuşlar və toyuq başı kəsməyə ürək etməyən bir şəxs gələrək onu bıçaqlamışdır. Bıçaqlama günü də o, günorta saatlarında yatmışdır. Hər gün günorta heç olmasa yarım saat yatmışdır. Qapı döyülmüşdür. Oğlu qapını açmışdır. Yoldaşı onun yanına gələrək qapıya Orxanın gəldiyini və onu çağırdığını demişdir. Qapıya gələndən sonra ona “olar səninlə bir kəlmə söz danışım” demişdir. O da əynini geyinib gələcəyini demişdir. Ürəyinə nəsə olacağı fikri gəldiyinə görə telefonu səs yazısına qoyaraq onun yanına gəlmişdir. Özünə də səsini yazması ilə bağlı xəbərdarlıq etmişdir. Özünün gələcəkdə baş verə biləcək hər hansı bir hadisə ilə bağlı günahkar tutulmaması üçün səs yazdığını bildirmişdir. Təxminən bir saata yaxın onunla danışmışdır. Şəxs dəfələrlə ona “avtomobilə əyləş və orada söhbət edək” demişdir. O da şəxsə incik formada “mən sənin avtomobilində niyə əyləşirəm” sözünü demişdir. Şəxs Əli arxa cibində dayanmışdır. Şəxs arxa cibində bıçağı hazırlamışdır. Şəxs ona ayağının ağrıdığını və oturmaq istədiyini bildirmişdir. Parkla olduqları yer arasında 50 metrlik məsafə olmuşdur. Şəxsə parkda söhbət etməyi təklif etmişdir. Şəxsə “mən gedirəm sən avtomobilə əyləş həmin ünvana gəl və mən sənin avtomobilinə minməyəcəm” sözlərini demişdir. Sonda heç bir yerə getməyərək orada söhbət etmişlər. Kimsə yuxarda kimisə çağırmışdır. Elə bir səs tonu ilə çağırmışdır ki, o həmin səsə dönməyə məcbur olmuşdur. Elə səs gələn tərəfə dönən kimi şəxs onu bıçaqla vurmuşdur. Bayram adlı şəxs təqsirləndirilən şəxsin qardaşının dostu olmuşdur. Ona görə onun da həmin şəxslə az-çox ünsiyyəti olmuşdur. Ondan şəxsin nömrəsini götürməsini istəyəndə etiraz etmiş və heç bir zaman həmin şəxsin nömrəsi onda olmamışdır. Aslanın yoldaşına zəng edib evdə belə söhbətin getdiyini demişdir. O daha sonra Bayram adlı şəxsə zəng edərək “mən sizə nə pislik etmişəm” deyə soruşmuşdur. O da orada nə danışdığını bilməmişdir. Sonradan onunla telefonda dalaşmışdır. Ondan sonra onunla araları dəymişdir. Bədənində olan bıçaq izlərinə əsasən doqquz bıçaq zərbəsi olmuşdur. Hansı mərhələdə şəxsin öz hərəkətlərini dayandırmasını xatırlamamışdır. Sonradan videoya baxanda bıçağı avtomobilə qoyduğunu görmüşdür. Yoldaşı ilə parkda işləyən oğlan onu xəstəxanaya aparmışdır. Onlar mübahisə edəndə və ya onu bıçaqlayanda onları ayıran olub-olmadığını xatırlamamışdır. Videoda olan onun yerdə olduğu və şəxsin avtomobilə tərəf getdiyi hissə olmuşdur. 59 dəqiqəlik söhbətdə yoldaşı ilə olan məsələlərdən danışmışlar. Söhbətin o hissəsini dəqiqliyi ilə xatırlamasa da, danışıqlarının səs yazısı olmuşdur. Hadisənin olduğu yer yaşadığı binanın ətrafı olmuşdur. Yoldaşı ona “onunla söhbətə getmə və polisə məlumat verək” demişdir. Zibili atmaq adı altında onunla söhbətə getmişdir. Yoldaşı zibilliyin yanında dayanaraq onunla söhbət etdiyimi görmüşdür. Sonradan yoldaşı onun bıçaqlandığını gördükdən sonra yanına gəlmişdir. May ayının biri bu hadisə baş vermişdir. Hazırda ayağında olan aparat həmin gün də ayağında olmuşdur. Xəstəxanaya daxil olanda onun üzərində olan cihazları çıxarmışlar. Üzərində olan əşyaları siyahıya almışlar. Həmin siyahıda əşyaların adları qeyd olunmuşdur. Birinci hər hansı bir şəxsin üzündə hər hansı bir xəstəliyinin olması yazılmamışdır. Həmin xəstəliklər həkim rəylərində yazılmışdır. Ona birinci bıçaq zərbəsi vurulanda huşu özündə olmuşdur. O, şəxsə güc göstərə bilmədiyini hiss etmişdir. Onun üçün ətrafdan kömək istəmişdir. O, bıçaqlandığını xatırlamışdır. Ona neçə bıçaq zərbəsi vurulmasını və ya neçə bıçaq zərbəsinə qədər huşunun yerində olmasını xatırlaya bilməmişdir. Hələ o zaman şəxs ayağına heç bir şey bağlamamışdır. Şəxs ona ayağında problemin olduğunu demişdir. X25 adlı şəxs işləmişdir. Onun Elvin adlı rəhbəri vardır. Elşadla onun çox yaxın münasibəti vardır. Elşada zəng etmiş və əmisi oğlunun (Təqsirləndirilən şəxs) ayağında problem olduğunu demişdir. Əməliyyat olunmalı olduğunu bildirmişdir. Elşad ona “ay Orxan, Travmatologiya İnstitutuna getsin və biz buradan sorğu verəcəyik” demişdir. Oradan rəsmi sənədin göndəriləcəyini demişdir. Elşad həmçinin ona “şəxsin probleminin olduğu halda sənə söz verirəm ki, qardaşın problemi 100 min manata da həll olunması lazım olsa mən tərəfdən qarşılanacaq” sözünü demişdir. Oradan da şəxsi Sabunçu xəstəxanasına göndərmişlər. Ən sonda da rəsmi cavab Yaşat Fonduna gəlmişdir. Sonradan Elşad ona zəng edərək “ Ay Orxan sən məni üzrlü hesab elə, bu şəxsin ayağında problem yoxdur və hətta 10 km kimi rahat formada qaça bilər” demişdir. O da bu söhbətdən sonra ona köməklik edə bilməmişdir. Birinci əli ilə onun çiynindən tutmuşdur. Bıçağı ona vuranda “sən məni video ilə hədələyirsən” sözünü demişdir. Şəxs həmin videoya görə onun qapısına gəlmişdir. Bütün danışıqların hamısı həmin videonun ətrafında fırlanmışdır. O, ümumiyyətlə həmin videonu heç bir yerdə yaymamışdır. O, bıçaq zərbəsindən öz müvazinətini itirmiş və şəxsə güc göstərə bilməmişdir. O, ətrafdan kömək istəmişdir. Şəxsə müqavimət göstərə bilməmişdir. Birinci dəfə şəxsin əlində bıçaq olanda əlindən tutmuşdur. Əlindəki iz həmin bıçağın izidir. Parkda işləyən oğlan yoldaşının səsinə gəlmişdir. Ayağında aparat olmasının səbəbi 2016-cı ildə xəsarət almağı ilə bağlıdır. 44 günlük müharibədə də könüllü olaraq iştirak etmişdir. Əlilliyi olduğuna görə açıq döyüşə girməmişdir. Hərbi biletində hər şey yazılmışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Şəxsi ortalığa atdığı xəyanət söhbətinə görə bağışlamaq istəməmişdir. Hələ ilk gündən də onlardan dəymiş ziyanı istəməmişdir. Təqsirləndirilən şəxslə ona qarşı işlətdiyi sözlərə görə üzr istəyəcəyi təqdirdə onu bağışlayıb və barışacağını bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, Orxanın qardaşı ona zəng etmiş və ona “səni də öldürməyə gələcəklər” demişdir. O da ona görə evdən qaçaraq qonşuda gizlənmişdir. Onun üstünə şər atmışlar. Onun guya ərinin dostu ilə gəzdiyini söyləmişlər. O, kirayədə qalmışdır. Orxan onu ataraq evdən getmişdir. Yoldaşı olan Orxanın ondan şübhələnməsi üçün əsası olmamışdır. Onun hər hansı bir hərəkəti şübhələnməyə əsas verməmişdir. Zərərçəkmiş Orxan ona həmişə bacı demişdir. Reabilitasiya söhbətindən sonra zərərçəkmiş şəxs olan Orxan onlara gəlməmişdir. O, təqsirləndirilən şəxsi sevib ailə qurmuşdur. Təqsirləndirilən şəxsin onu sevib-sevmədiyini bilməmişdir. Orxan övladına qarşı çox yaxşı olmuşdur. Orxan qısqanc bir ər olmamışdır. Guya onun Orxanla gəzməyini özü (yəni Hüseynli (Qarayeva) Gültəkin Yasir qızı) Taleh adlı şəxsin yoldaşından eşitmişdir. Orxanla birinci dəfə boşanmağının səbəbi Orxanın xəyanət etməsi olmuşdur. Özü tərəfdən heç bir şey olmamışdır. Qayınanasına yoldaşının başqa bir xanımla danışdığını demişdir. Qaynanasının onun Orxana xəyanət etməyini deməsini birinci dəfə müdafiəçidən eşitmişdir. Orxan onun başını bıçaqla kəsmək istəmişdir. Qardaşı zəng edərək, Orxanın zərərçəkmiş şəxs olan Orxanı vurduğunu və onu da vuracağını demişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Baş verənləri olduğu kimi yazmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, əri Zərərçəkmiş şəxs İİ qrup müharibə əlili olmuş, 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə iştirak etmiş, həmin döyüşlər zamanı barotravma xəsarəti almış və 2018-ci ilin mart ayında epilepsiya xəstəliyi ilə əlaqədar ordu sıralarından təxris olunmuş, 2020-ci ildə isə 44 günlük Vətən Müharibəsində könüllü iştirak etmişdir. Vətən Müharibəsi bitdikdən sonra əri Zərərçəkmiş şəxs digər qazi Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs də Vətən Müharibəsinin iştirakçısı kimi özünü təqdim etmiş, tanış olmaqda əsas məqsəd əri Zərərçəkmiş şəxs ona əlillik məsələləri ilə bağlı məsləhətlər verməsi olmuş, bundan sonra onların münasibətləri yaranmışdır. Bildiyi qədər Təqsirləndirilən şəxs evli olsa da, ailəsi ilə faktiki ayrılmış, lakin sonradan o əlillik məsələlərini həll etmək üçün ailəsi ilə barışmış, sonradan Təqsirləndirilən şəxs ikinci qrup əlillik təyin olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs onlara qonaq gəlib-getməyə başlamış, aylarla onların evində qalmış və onlar ailəvi dostluq etməyə başlamış, bu ərəfədə onun ailəsi ilə barışmasında əri Zərərçəkmiş şəxs böyük rolu olmuş, amma bildiyi qədər Orxanın anası Gülayə onun ailəsi ilə birləşməsinə imkan verməmişdir. 13 iyul 2023-ci il tarixdə qardaşı şəhid X10 doğum günü münasibəti ilə “Qarabağ Azərbaycandır” adlı veriliş onların Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən evinə süjet çəkməyə gəlmiş, həmin gün Təqsirləndirilən şəxs də dostu Bayramla gəlmiş və əri Zərərçəkmiş şəxs şəhid qardaşının şəkillərindən çərçivə yığmağa kömək etmişdir. Həmin vaxt əri Orxan jurnalistə zəng etmək üçün Təqsirləndirilən şəxs telefonunu alıb danışmaq üçün çölə çıxmış və bir qədər sonra evə qayıdıb Təqsirləndirilən şəxs arvadına xəyanət etməməsi və digər qadınlarla danışmaması barədə yalandan övladlarının canına and içdiyini irad bildirmiş, Təqsirləndirilən şəxs isə ərinin iradlarını inkar etsə də, ona ekran görüntülərini göstərəndə Orxan artıq hər şeyin açığa çıxdığını görüb yaxşı etdiyini demiş, əri Orxan onunla söhbət edib yaxşı hərəkət etmədiyini izah etməyə çalışmışdır. Jurnalistlər süjet çəkəndən sonra Orxan da Bakı şəhərinə getmiş, həmin gün digər ailəvi dostları Aslanın arvadı Pəri ilə birlikdə olarkən Təqsirləndirilən şəxs arvadı Gültəkin zəng edib Təqsirləndirilən şəxs evdə Bayramla söhbət edən zaman əri Orxanın onun telefonunda digər arvadla danışmasının tutmasını eşitdiyini və bu məsələni dəqiqləşdirmək istədiyini demiş, Pəri ona həqiqətən Zərərçəkmiş şəxs ərinin telefonunda digər arvadla münasibətinin olmasını bildiyini və buna görə aralarında söhbət olduğunu danışmış, bir qədər sonra isə Təqsirləndirilən şəxs əri Orxana zəng edib telefonda onunla dalaşmağa, təhqir etməyə və hədələməyə başlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs anası Gülayə də ərinin “WhatsApp” tətbiqinə yazaraq onu söyüb təhqir etmiş, bu söz-söhbətdən sonra əri Orxan onlarını hamısının nömrələrini bloka atıb bütün əlaqələri kəsmiş, elə bu hadisədən sonra bütün münasibətləri kəsilmişdir. Bu ilin yanvar ayında Pəri ilə evdə söhbət edən zaman xətrini çox istədikləri üçün Gültəkinə zəng edib danışmaq istəmiş, söhbət zamanı Təqsirləndirilən şəxs onların evindən Bakıya qayıdandan sonra bu sözsöhbətə görə həmin gün arvadı Gültəkini döyüb boğazına bıçaq dirəyib onu öldürməyə cəhd etdiyini, əri Təqsirləndirilən şəxs onu iki uşaqla atıb evə gəlmədiyini, Arzu adlı bir xanıma qoşulub onunla haradasa yaşadığını bilmişlər. Münasibətlərin kəsilməsinə baxmayaraq Təqsirləndirilən şəxs və onun ailə üzvləri əri Orxan barəsində hamının yanında pis şəxs kimi qələmə verməklə danışmağa və qara yaxmağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs qazilərin yanında əri haqqında qarayaxma kampaniyası aparmağa başlamış, guya Təqsirləndirilən şəxs anası Gülayə Hüseynova oğlunun reabilitasiyada müalicədə olan zaman əri Orxanı Gültəkinlə birlikdə evində tutmuş, bu söhbətlər hadisədən təxminən 15-20 gün əvvəl əri Orxanın qulağına çatanda, o, Təqsirləndirilən şəxs onun haqqında yalanlar danışmaqdan əl çəkməsə, özü, atası və anası onu təhqir etdikləri üçün üzr istəməsələr barələrində şikayət edəcəyini, həmin videonu da hüquq-mühafizə orqanlarına təqdim edəcəyini demiş, onun bu hərəkətlərinin qarşısını almaq məqsədilə hadisədən təxminən iki gün əvvəl “Facebook” sosial şəbəkəsində bunun haqqında olan gərçəklərdən ibarət bir post paylaşmış, 30 aprel 2024ci il tarixdə isə əri Orxan onun hərəkətlərindən və hədələrindən bezib Daxili İşlər Nazirliyinin “102 Məlumat Mərkəzinə” zəng edib Təqsirləndirilən şəxs barədə şikayət vermişdir. Şahid2 ifadəsini davam etdirərək göstərmişdir ki, 01 may 2024-cü il tarixdə saat 19 radələrində evdə olan zaman Təqsirləndirilən şəxs evə gəlmiş, qapını uşaqlar açmış və Orxan əminin gəlib atalarını çağırdığını demişlər. Həmin vaxt əri Orxan yatdığı üçün onu oyadıb Təqsirləndirilən şəxs onu çağırdığını demiş və o da durub paltarlarını geyinib evdən çıxmış, evin pəncərəsindən onların söhbət edərək binanın arxasına keçdiklərini görmüşdür. Təxminən bir saatdan sonra zibilləri yığıb konteynerə atmaq üçün evdən çıxanda ərinin Təqsirləndirilən şəxs ilə binanın arxasında durub söhbət etdiklərini, yolunu konteynerlərə tərəf davam edib zibili atıb binaya tərəf qayıdanda isə Təqsirləndirilən şəxs yerdə ərinin üstündə olduğunu görmüş, tez onlara tərəf qaçıb Təqsirləndirilən şəxs ərinin üstündən itələyib kənarlaşdırmışdır. Ərinə yaxınlaşanda onun yaxasının qan içində olduğunu görmüş, həmin vaxt Orxanın əlində tiyəsi parlaq qan içində olan bir bıçaq olmuşdur. Dərhal qışqırıb kömək çağırmış, həyətdə olan sakinlər səsinə toplaşmağa başlamış, sonra Təqsirləndirilən şəxs gəlib yanında əyilib öz çəliyini götürüb maşınına doğru getmişdir. Qışqırıb onu getməyə qoymamalarını və təcili tibbi yardım xidmətini çağırmalarını demiş, Orxan öz avtomobilinə oturub uzaqlaşmaq istəyəndə onun avtomobilinə tərəf qaçıb qapısını təpikləməyə başlamış, gedə bilməməsi üçün özünü də qapıdan başına vurmağa çalışmışdır. Həmin vaxt da onun əlində həmin bıçaq olmuş, ona “sən çəkil” demiş, bu zaman çox rahat və sakit olmuşdur. Sonra sakinlər onun avtomobili qarşısını kəsmiş, Təqsirləndirilən şəxs avtomobildən düşüb əlindəki bıçaqla havada bir neçə dəfə ora-bura aparıb onların kənarlaşmasını tələb etmiş, hamı qorxudan kənara çəkiləndən sonra o, sürətlə sürüb getmişdir. Sonra təcili-tibbi yardım xıdməti gəlib ərini xəstəxanaya aparmışdır. Həmin vaxt həyətdə kifayət qədər sakinlər olmuş, onları hazırda xatırlaya bilməmiş, çünki gördükləri onu şoka salmış, ancaq əri Orxana kömək etməyə çalışmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, , qardaşı Təqsirləndirilən şəxs X6 sonra dövlət tərəfindən verilmiş ünvan 3 ünvanında tək yaşamış, o, 2015-ci ildə X8 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2016-cı il təvəllüdlü qızı Mələk və 2022-ci il təvəllüdlü oğlu Məhəmməd dünyaya gəlmiş, bildiyi qədər isə Orxan Gültəkinlə nikahını 2017-ci ildə pozmuşdur. Orxan 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsinə könüllü kimi qatılaraq Xüsusi Təyinatlılar dəstəsində baş əsgər rütbəsində müharibədə iştirak etmiş, daha sonra yaralanmış, sol ayağından qəlpə yarası və qulaqlarından barotravma xəsarəti almışdır. Hazırda onun sağ qulağı hazırda tamamilə eşitmir, sol qulağı isə nisbətən eşidir, buna görə də eşitmə cihazından istifadə edir, ayağında protezi olmuş, çəlik vasitəsi ilə hərəkət etmişdir. Müharibədən sonra Orxanla Gültəkini barışdırmış, ondan sonra bir müddət onlar rəsmi nikaha daxil olmadan ailə kimi yaşamış, bu dövrdə onların Məhəmməd adlı oğlu olmuşdur. Əmisi İlqarın arvadının xalası oğlu Zərərçəkmiş şəxs qardaşı Orxanın vasitəsi ilə təxminən 2021-ci ildən tanımış, ondan sonra onların yaxın dost münasibətləri yaranmış, bir-birinin evinə gəlib-getmiş, ailəvi dostluq etmiş, danışıqlardan eşitdiyinə görə, Zərərçəkmiş şəxs 2016-cı ildə aprel döyüşlərində xəsarət almış, deməsinə görə epilepsiya xəstəliyi olmuşdur. Bildiyi qədər ona Bakı şəhər Baş Polis İdarəsində hərbi formada gəzməyə qadağa qoyulmuş, belə ki, o qazi olmadığı halda özünü qazi kimi təqdim etməklə və qazi hərbi forması geyinməklə müxtəlif tədbirlərdə iştirak etmiş, bunları qardaşı Orxanın söhbətlərindən bilmiş, bildiyi qədər də qardaşım Orxanla Zərərçəkmiş şəxs münasibətləri elə buna görə soyumağa başlamışdır. 2023-cü ildə Ramazan ayı ərəfəsində qardaşı Orxan, Zərərçəkmiş şəxs, digər qazi dostları ilə iftar məclisindən qayıdanda arxa oturacaqda əyləşən Zərərçəkmiş şəxs onu ələ salıb əsəbiləşdirmiş, kəkələdiyinə görə ona lağ etmiş və bu hərəkətləri ilə getdikləri maşında gedə-gedə qapını açıb özünü yola atmışdır. 2023-cü ilin yay aylarının birində dəqiq xatırlamadığı tarixdə ona kiçik qardaşı Elşən zəng edərək qardaşı Orxanın evdə yerdə olduğunu, ağzından köpük gəldiyini, nəfəsinin gəlmədiyini deyib ondan kömək istəmiş, həmin zəngdən sonra dərhal evinə gəlmiş, yolda olan zaman da təcili tibbi yardıma zəng etmiş, evə çatanda Orxanın evin qonaq otağında yerdə uzanıqlı vəziyyətdə olduğunu, onun yanında arvadı Gültəkinin və qardaşı Elşənin ağladığını, Orxanın övladlarının isə digər otaqda olduğunu görmüşdür. Təxminən 5 dəqiqə sonra təcili tibbi yardım briqadası da gəlmiş, onu TTY avtomobilinə qoyub X22 aparılmış, orada Orxan axşama kimi müalicə olunmuş və 5-6 saatdan sonra evə buraxılmış, həkimlər onlara dərmanlardan zəhərləndiyini demişlər. Gecə Orxanı evə gətirəndə o halsız olmuş, ondan nə baş verdiyini soruşanda o, ona onu bu həddə Zərərçəkmiş şəxs çatdırdığını demiş, belə ki, onlar bu hadisədən 2-3 gün əvvəl Zərərçəkmiş şəxs 44 günlük X13 uğrunda gedən döyüşlərdə şəhid olmuş qaynı Elmirin ildönümü ilə bağlı Füzuli rayonu, Əhmədbəyli kəndinə dostu Bayram Bayramovla birlikdə getmiş, həmin gün Zərərçəkmiş şəxs qardaşı Orxandan onun telefonunu istəmiş və kiməsə zəng edən zaman icazəsiz telefona daxil olub qardaşı Orxana aid bütün şəxsi məlumatları, şəkilləri və yazışmaları öz telefonuna köçürərək gizli əldə etmiş, bundan sonra onların münasibətləri tamam pozulmuşdur. Bu hadisədən 2-3 gün sonra qardaşı Orxan evə qonaq gələn dostu Bayramla Zərərçəkmiş şəxs özbaşınalığını və belə hərəkətlərini müzakirə etmiş, sonradan da Bayram çıxıb getmiş, bir qədər sonra da Bayram qardaşı Orxana zəng edərək Zərərçəkmiş şəxs ona zəng edərək onu evdə müzakirə etdiklərinə görə iradlarını bildirdiyini, qardaşı Orxanın da evdə onun və dostu Bayramın arasında olan söhbətləri Zərərçəkmiş şəxs gəlinim Gültəkinin çatdırdığını başa düşdüyünə görə həmin gün qardaşı Orxanla arvadı Gültəkinin arasında qarşılıqlı dava düşmüş, Orxan həmin gün arvadı Gültəkinin Zərərçəkmiş şəxsla yaxın münasibət saxlamasını və onunla telefonla danışmasını, hətta evin söhbətlərinin sızdırmasını başa düşüb psixoz vəziyyətə düşərək özünü idarə edə bilməmiş, onların mübahisəsinə evin ikinci mərtəbəsində yatan qardaşı Elşən müdaxilə etmiş və Orxanı mətbəxə salmış, Orxan da əsəbi vəziyyətdə ola-ola həkimlər tərəfindən yazılmış dərmanları artıq dozada qəbul edib intihar etmək istəmişdir. Bundan sonra başa düşmüşdür ki, Zərərçəkmiş şəxs artıq onun ailə məsələlərinə müdaxilə etməyə başlamış, bunun üçün qardaşı Orxanın arvadı ilə gizli əlaqə yaratmış və öz çirkin əməllərini həyata keçirməyə başlamışdır. O, həmin günü o qədər özünü idarə edə bilməyib Gültəkini pis döymüş, lakin onlar öz aralarında barışmış, münasibətlərini davam etdirmiş, o, da valideynləri ilə birlikdə Orxanla Gültəkinə öz fikirlərini, tövsiyələrini verib Zərərçəkmiş şəxsla münasibətləri tam kəsmək lazım olduğunu demiş, həmin vaxtdan da qardaşı Orxan Təqsirləndirilən şəxs İmanovla münasibətləri tamamilə kəsmişdir. Cari ilin yanvar-fevral aylarında qardaşı Orxan Gültəkinlə yenə ayrılmaq qərarına gəlmiş, bildiyi qədər buna səbəb Gültəkinin daim Zərərçəkmiş şəxs yaxşı ailə başçısı kimi nümunə gətirməsi və ümumiyyətlə onun haqqında danışmaqla qardaşı Orxanı əsəbiləşdirməsi olmuş, bundan sonra Gültəkin onların evindən çıxıb getmişdir. Zərərçəkmiş şəxs bu fürsətdən yenə istifadə edib onların ailə məsələlərinə müdaxilə etməyə başlamış, belə ki, Zərərçəkmiş şəxs qardaşını şantaj etməyə başlayıb Gültəkinin şəhid qızı olduğunu, onun arxasında durub onu müdafiə etdiyini, qardaşına dövlət tərəfindən verilmiş evdən imtina edərək Gültəkinə verməli olduğunu demiş, əks halda onun barəsində qarayaxma aparacağı ilə hədələmiş, bir dəfə də atası ona zəng edib belə hərəkətlər etməməsini xahiş etsə də, o atasına da qulaq asmayıb davamlı olaraq təxminən üç ay ərzində qardaşı Orxanı bezdirib onun vəziyyətini bilərək qəsdən qıcıq yaratmışdır. Zərərçəkmiş şəxs bu çirkin əməllərini davam etdirərək hadisədən təxminən bir-iki ay əvvəl jurnalistləri yığıb Gültəkinin anası Aminəni və uşaqlarını da çağırıb müsahibə aldırmışdır ki, guya Orxan onu uşaqları ilə birlikdə evdən qovmuşdur. Bu müsahibə “YouTube” sosial şəbəkəsində paylaşılmış, daha sonra Zərərçəkmiş şəxs yenidən jurnalistləri tanışı qazi Aslan Tağıyevin evində toplayıb Gültəkini və övladlarını dəvət edib ondan evdən qovulması və əri Orxanın başqa qadınla gəzməyi mövzusunda müsahibə almışdır. Hadisə baş verən gün, yəni 01 may 2024-cü il tarixdə saat 17 radələrində Şamaxı rayonunda işdə olan zaman anası Gülayə zəng edib qardaşı Orxanın telefonda nə isə görüb bıçaq götürüb özünü öldürəcəyini deyib avtomobili ilə həyətdən çıxıb getdiyini deyib dərhal özünü çatdırmağı xahiş etmiş, dərhal avtomobilə əyləşib gələndə yolda Orxana dəfələrlə zəng etsə də, o, cavab verməmiş, əmisi İlqara zəng edib ondan kömək istəyib anasının dediklərini deyib Orxanla əlaqə saxlayıb o, gələnə kimi onu fikrindən döndərməsini xahiş etmişdir. Bakıya çatana qədər Orxana zəng etsə də, o cavab verməmiş, Sumqayıt şəhərinə çatanda əmisi İlqarı da yolüstü götürüb Masazır dairəsinə gəlib oradan Orxana yenə zəng etməyə davam etmiş, zənglərin birinə polis əməkdaşı cavab verib Orxanın adam bıçaqlayıb hadisə yerindən getdiyini demişdir. Bir qədər sonra ona həmin polis əməkdaşı zəng edib Orxanın avtomobildə oturub çıxmadığını, özünə qəsd etmək istədiyini, ancaq onunla söhbət etməyə hazır olduğunu deyib olduqları yerin koordinatlarını atmış, ora gələndə Novxanı yolunun üstündə çöllük bir yer olduğunu, qardaşının idarə etdiyi “Mercedes-Benz C klass” markalı avtomobilin orada olan hasara çırpılıb qaldığını, ətrafında da polis əməkdaşlarının onunla çöldən söhbət apardıqlarını görüb avtomobilə yaxınlaşmış və sürücü tərəfdən şüşənin qırıldığını, Orxanın avtomobildə sükan arxasında əyləşdiyini, əlində isə qanlı bıçaq olduğunu görmüşdür. Qardaşı Orxan əvvəl onu tanımamış, lakin yaxın gələndə tanıyıb ağlamağa başlamış, qapının qəzadan sıxılmış vəziyyətdə olduğunu görüb bir qədər sınmış qapının şüşəsini tam sındırmışdır. Həmin vaxt Orxan nə danışdığını bilməmiş, pis vəziyyətdə olduğunu, qışqıraraq “gör məni nə vəziyyətə gətirdilər, niyə mən bu haldayam, nə olub mənə” demiş, bundan sonra əlini pəncərədən çıxarıb onu qucaqlayaraq sağollaşmağa başlamışdır. Əlindəki bıçaqla özünə nəsə edəcəyini başa düşüb tez onun bıçaq olan əlini tutmuş, onu sakitləşdirəndə o, bıçağı özünə tərəf sıxmış, bir təhər sakitləşdirib bıçağı əlindən almış, Orxanı avtomobildən çıxaranda əlində kəsik izi olmuş, bundan sonra onu polis əməkdaşları Polis İdarəsinə aparmışlar. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, 2023-cü ilin yay aylarının birində, dəqiq xatırlamadığı tarixdə evdə ikinci mərtəbədə uzanıb istirahət edən zaman qardaşı Orxanın qışqırıb arvadı Gültəkinlə mübahisə etdiyini eşitmiş, əvvəl fikir verməmiş, çünki Orxan əsəbi olanda həmişə uca səslə danışıb qışqırmış, lakin sonradan Gültəkinin də qışqırığının adi olmadığını basa düşüb aşağı düşəndə Orxanın Gültəkini əlləri ilə döydüyünü görüb dərhal müdaxilə edib Orxanı ondan kənarlaşdıraraq onu itələyib evin mətbəxinə salmış, bundan sonra Gültəkini də sakitləşdirmişdir. Orxan onu möhkəm döymüş, mətbəxdə qışqırmış, öz-özünə danışmış və ümumiyyətlə özündə olmamış, sonra o sakitləşib mətbəxdən çıxıb qonaq otağına keçərək orada yerdə uzanmış, sonra da onun ağzından köpük gəlmiş, qorxub dərhal qardaşı Şahinə zəng edib olanları ona danışıb gəlməyini istəmiş, həmin vaxt səsinə Gültəkin də öz otağından çıxıb Orxanın yanına gəlmiş, onlar huşsuz olan Orxanı ayıltmaq istəmiş, çünki onun nəfəsi demək olar ki, gəlməmiş, bir qədər sonra qardaşı Şahin və dalınca da təcili tibbi yardım gəlmişdir. 01 may 2024-cü il tarixdə saat 17 radələrində Şamaxı rayonunda işdə olan zaman anası Gülayə Şahinə zəng edib böyük qardaşı Orxanın telefonda nəsə görüb bıçaq götürüb özünü öldürəcəyini deyib avtomobilinə əyləşərək çıxıb getdiyini deyib ondan dərhal özünü çatdırmağı xahiş etmiş, Şahin də işləri ona tapşırıb özü Bakı şəhərinə getmiş, daha sonra o bilmişdir ki, qardaşı Orxan tanışı Zərərçəkmiş şəxs bıçaqla vurmuş və buna görə Polis İdarəsinə aparılmışdır. 2023-cü ilin yay aylarında Orxanla Gültəkinin arasında olan davadalaş zamanı evdə olmuş, onları ayırıb sakitləşdirmiş, həmin vaxt Orxan Gültəkini çəliklə döymüş, əlində heç bir bıçaq və ya digər kəsici alət olmamış, onları ayırıb Gültəkini otağına, Orxanı isə evin mətbəxinə salmış, sonra da qardaşı dərman içib zəhərləndikdən sonra Şahinə məlumat vermişdir. Gültəkinin üzündə, əlində və ya bədəninin digər görünən nahiyələrində kəsik və ya qan izi görməmiş, hətta sonradan Şahin evə gələndən və valideynləri evə gələndən sonra Gültəkin bu barədə onlara bir söz deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 27 may 2024-cü il tarixli 1068 saylı rəyinə əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş “döş qəfəsinin sağ yan səthinin plevra boşluğuna nüfuz edən və pnevmohemotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 ədəd, döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz edən və pnevmohemotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 ədəd, döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz etməyən 2 ədəd, sol kürəkaltı nahiyənin plevra boşluğuna nüfuz etməyən 1 ədəd, qarın nahiyəsinin sağ yarısının periton boşluğuna nüfuz edən və qara ciyəri yaralayan 1 ədəd, qarın nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz etməyən 1 ədəd, sol sağrı nahiyəsinin anus dəliyinin zədələnməsi ilə nəticələnən 1 ədəd, sol əlin bayır-arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin ön səthinin, sağ əlin İİİ barmağının kəsilmiş yaraları” xəsarətləri iti deşici-kəsici əşyanın (əşyaların) və ya alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01 may 2024cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür. - Həmin xəsarətlərdən “döş qəfəsinin sağ yan səthinin plevra boşluğuna nüfuz edən və pnevmohemotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 ədəd, döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz edən və pnevmohemotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 ədəd, döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz edən və pnevmohemotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 ədəd, qarın nahiyəsinin sağ yarısının periton boşluğuna nüfuz edən və qara ciyəri yaralayan 1 ədəd deşilmiş-kəsilmiş yaraları” həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. - Döş qəfəsinin sol yan səthinin plevra boşluğuna nüfuz etməyən 2 ədəd, sol kürəkaltı nahiyənin plevra boşluğuna nüfuz etməyən 1 ədəd, qarın nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz etməyən 1 ədəd, sol sağrı nahiyəsinin anus dəliyinin zədələnməsi ilə nəticələnən 1 ədəd, sol əlin bayır-arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin ön səthinin, sağ əlin İİİ barmağının kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə tibbi-kriminalistik ekspertizasının 03 iyun 2024-cü il tarixli 212 MTKŞ-2024 saylı rəyinə əsasən müəyyən olunur ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön səthinin sol yarısında, sol yan nahiyəsində, sol qolunun ön və arxa səthində, arxa səthinin sol və sağ yarısında çoxsaylı deşilmiş-kəsilmiş zədələr, qolsuz maykanın ön səthinin sol yarısında, arxa səthinin sol yarısında və sağ yan nahiyəsində çoxsaylı deşilmiş-kəsilmiş zədələr, qısaqol koftanın ön və arxa səthinin sol yarısında, arxa səthinin sağ yarısında çoxsaylı deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. - Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın arxa səthində çoxsaylı cırılmış zədələr, qısaqol koftanın yaxalığının sağ kənarında, 2-ci düymənin yerində bir ədəd cırılmış zədə var. Bu zədələr küt yaranma mexanizmi ilə paltarların həmin nahiyələrinin dartılması nəticəsində törənmişlər. - Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvarın sağ ayağının ön səthinin bayır hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişlər. - Təqsirləndirilən şəxs məxsus qolsuz maykanın, tumanın, bir cüt corabın və bir cüt ayaqqabının üzərində zədə aşkar olunmadı. - Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin, eləcə də Təqsirləndirilən şəxs məxsus cins şalvarın üzərində olan deşilmiş-kəsilmiş zədənin təqdim edilmiş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. - Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin eyni bir qlətin yaxud oxşar konstruktiv xüsusiyyətə malik bir neçə alətin (alətlərin) tiyəsinin təsirindən törənə bilər. - Zərərçəkmiş şəxs Əlövsət oğluna məxsus paltarların üzərində olan zədələrin lokalizasiyasına və xarakterinə görə demək olar ki, bu zədələr yetirilərkən, o zədə yetirən şəxslə (şəxslərlə) müxtəlif qarşılıqlı duruş vəziyyətində ola bilərdi. - Zərərçəkmiş şəxs Əlövsət oğluna məxsus paltarların üzərində olan deşilmişkəsilmiş zədələr müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilə bilər. - Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Bıçaq üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə tibbi-bioloji ekspertizasının 11 iyun 2024-cü il tarixli 311 2024-MTBŞ saylı rəyinə əsasən müəyyən olunur ki, şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqələrinin surətlərinə əsasən Zərərçəkmiş şəxs qan qrupu AB0 sistemi üzrə 0 (İ), X5 qan qrupu AB0 sistemi üzrə AB (İV)-dir. Təqdim olunmuş bıçaq, Zərərçəkmiş şəxs məxsus mayka, köynək, gödəkcə, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, gödəkcə, trusik, mayka, corab (A saylı), ayaqqabının sol tayı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda Zərərçəkmiş şəxs məxsus mayka, köynək, gödəkcə üzərində yalnız H antigeni alındı. H antigeni 0 (İ) qrupun əsasını təşkil edir. Beləliklə bu qan ləkələri AB0 sistemi üzrə 0 (İ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, gödəkcə, trusik, mayka, corab (A saylı), ayaqqabının sol tayı üzərində olan ləkələrdə A, B, H antigeni alındı. Həmin qan ləkələri AB0 sistemi üzrə AB/H (İV) qruplu bir şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onun qanında müşayiət edici H antigeni varsa). Lakin bu qan ləkələrinin bir neçə şəxsin qarışmış qanı hesabına yaranma ehtimalını nəzərə alsaq, həmin ləkələrdə AB0 sistemi A(İİ), A(İİ)/H, B(İİİ), B(İİİ)/H, AB(İV), AB(İV)/H və 0(İ) qruplu şəxslərin qanlarının olması mümkündür və bu halda ləkələrdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qarışmış qanının olması inkar olunmur. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus corab (B saylı) və ayaqqabının sağ tayı üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmadı. Məhkəmə-tibbi ekspertizasının 02 may 2024-cü il tarixli 878 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş “sağ əlin İ barmağının uc falanqasının uc səthinin bir ədəd, sol baldırın yuxarı 1/3-nin ön səthinin bir ədəd səthi dəri səviyyəli kəsilmiş yaraları” xəsarətləri iti kənarlı kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 01 may 2024-cü il tarixə uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə ambulator narkoloji ekspertizasının 12 avqust 2024-cü il tarixli 5517 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Kompleks məhkəmə ambulator psixiatrik və psixoloji ekspertizasının 19 avqust 2024cü il tarixli 2410 saylı rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: - Təqsirləndirilən şəxs “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu psixotik vəziyyət və intellektin enməsi əlamətləri ilə müşayiət olunmadığı üçün o, qərarda göstərilən əməli törədən zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda aşkar edilən şəxsiyyət pozuntusu diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir. - Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin tətbiqi zamanı ixtiyari yadda saxlamasının bir qədər aşağı olması, assosiativ və emosional yaddaşın aktiv olması, diqqətində dayanıqsızlıq (tez yayınıb gec mərkəzləşməsi), mücərrəd anlayışları dərk etsə də, məhdud şəkildə şərh etməsi, təfəkküründə, ilişkənlik, proqnozlaşdırmasının emosional fonda nisbətən zəifləməsi aşkar olunsa da, ümumilikdə əqli-intellektual imkanlarında kobud dəyişiklik, gerilik müəyyən olunmur. Əsasən şəxsi keyfiyyətlərində və xarakterində dəyişkənlik- kobudluq, konfliktə meyillilik, nümayişkaranəlik, eqosentrizm, öz doğruları ilə rəftar etmək, subyektivizm, emosional-iradi sferasında - qıcığa qarşı həssaslıq, davranışı üzərində iradi nəzarətin çatışmazlığı, çılğınlıq, hövsələsizlik aşkar olunur. - Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmadı. Təqsirləndirilən şəxs özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz məqsədinə müvafiq yönəldib yalan danışa bilər. - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində zərərçəkmiş şəxslə aralarında olan konflikt fonunda onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə əlaqədar olmuşdur. - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 29 noyabr 2024cü il tarixli 200 saylı rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu”ndan əziyyət çəkmiş, cinayət əməlini törədərkən əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusu nəticəsində o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. - Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. - Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında deyildir. O.Şahid4 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma anlaqlılığı istisna etməyən psixi pozuntuya görə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. - Təqsirləndirilən şəxs koqnitiv funksiyalarının zəifləməsi, emosional-iradi sferasında laqeydlik, qıcığa qarşı həssaslıq, hirslilik, davranışlarını iradi tənzimləməsinin zəifləməsi, emosional reaksiyalara meyllilik, hövsələsizlik, xarakterik xüsusiyyətlərində kinlilik, inadlkarlıq, konfliktə meyllilik, inadkarlıq və s. aşkar edilir. Təqsirləndirilən şəxs onda müəyyən edilən psixi pozuntu ilə əlaqədar iş üçün əhəmiyyətli halları adekvat olaraq qavramaq iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyllilik aşkar edilmədi. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs emosional halı onda müəyyən edilən psixi pozuntu ilə şərtləşmiş, emosional sferasında qəzəb, impulsivlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş bir ədəd diskə əsasən müəyyən olunur ki, həmin video çəkiliş hadisə baş vermiş binanın yanlındakı digər binanın yuxarı mərtəbəsindən çəkilmişdir. Görüntülərdə binanın arxasında qara rəngli “Mercedes Benz” markalı “C klass” modelli **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası, həmin avtomobilin yanında əlində çəliklə qara rəngli qısaqol maykada və şalvarda bir nəfərin dayandığı, avtomobilin qarşısında isə yerdə bir nəfərin uzandığı, uzanan şəxsin başının üstündə bir qadının dayanıb çəlikdə olan şəxsin üstünə qışqırdığı, ətrafa yığışmış şəxslərə onu getməyə qoymamalarını dediyi görünür. Cinayət işi materialları ilə müəyyən olunur ki, çəlikli şəxs isə Təqsirləndirilən şəxs, yerdə uzanmış şəxs Zərərçəkmiş şəxsdur. Görüntülərdə Təqsirləndirilən şəxs ətrafda olan şəxslərin onunla danışmalarına, qadının onun üstünə qışqırmasına hər hansı formada reaksiya vermədiyi, yəni etdiklərinə biganə və laqeyd yanaşdığı görünür. Əşyalara baxış keçirilməsi haqqında 06 may 2024-cü il tarixli protokolla aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs geyim əşyaları: - Ayaqqabı - idman tipli, üstü qara rəngli parça, altı isə ağ rəngli rezin materialdan olmaqla 43 ayaq ölçülüdür, iplə bağlanır, üzərində etiketi və emblemi yoxdur. Ayaqqabı biq qədər çirklidir, ayaqaltında ağ-qırmızı-qara rəngli bəzəklər vardır. Sol tayın altlıq hissəsində sol daban nahiyəsinə yaxın ağ rezin hissədə 1,5x1,0 sm sahədə qanabənzər ləkə müşahidə edilir, digər yerlərdə belə ləkə yoxdur. Ayaqqabıların üzərində tamlığının pozulması müşahidə edilmədi. - Tuman – mavi rəngli kişi alt tumanı “Berlak” markalı “Boxer Short” tiplidir, L-3 ölçülüdür, beli rezinlidir, ön hissəsi düymə ilə açılıb-bağlana bilər. Tuman bir az çirklidir, sağ ətək hissədə tikişə yaxın yerdə 1x0,7 sm sahədə qırmızımtıl ləkə vardır, başqa belə ləkə və tamlığın pozulması müşahidə edilmədi. - Mayka – ağ rəngli qolsuz mayka “Öztürk” markalı 56 ölçülüdür, bir qədər çirklidir və üzərində zədəsi yoxdur. Lakin ön qarın hissədə bir qədər sağ tərəfdə 1 ədəd 2,0x2,0 sm ölçülü bir az avazımış, ondan 10 sm aşağıda 0,5x0,5 sm sahədə qırmızımtıl ləkələr var, belə avazımış ləkələr sağ ətəkdə 4,0x2,0 sm sahədə də müşahidə edilir. Mayka üzərində zədə izləri yoxdur. - Corab – bir cüt qara rəngli kişi corabı bir qədər çirkli haldadır, bir tayında (hansı tayı olduğunu müəyyən etmək mümkün olmadı) boğaz və daban hissədə süzülmə və deşilmə izləri var, ətrafları təmizdir, qanabənzər ləkələr yoxdur. - Şalvar – göyümtül rəngli klassik tipli nazik cins şalvarın arxa sağ bel hissəsində “Lesur Destr” emblemi, arxa sağ cibin üzərində isə “Prada” yazısı vardır, Çin istehsalıdır, 34 ölçülüdür, qabaq hissəsi həm zəncirbəndlə, həm də düymə ilə açılıb-bağlanır. Şalvarın arxasında 2 cibi vardır, sağ arxa cibi düymə ilə açılıb bağlanır, sol cibi üçün düymə nəzərdə tutulmamışdır. Qabaqda da 2 cibi, sağ cibin içində də 1 ədəd kiçik cibliyi vardır və ciblərin hamısı boşdur. Sağ cibin içində 5,0x0,4 sm ölçülü sahədə qanabənzər ləkə var, belə ləkələr arxa sağ cibin üstündə də var. Qabaq hissədə diz və ətək hissələrdə də (hər iki ayağında, əsasən sağ) müxtəlif sahəli qırmızımtıl ləkələr müşahidə edilir. Şalvar üzərində zədə aşkar olunmadı. - Köynək – üçdüyməli qara rəngli qısaqol köynək “R.Ş.A” markalı XL ölçülüdür, cibləri yoxdur. Köynək çirkli vəziyyətdədir və qara rəngdə olduğu üçün üzərində qanabənzər ləkələrin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Sol sinə hissədə 10 sm uzunluğunda aşağıya doğru eni 0,5 sm olan axıntılı formada ağımtıl ləkələr var. Sağ çiyin hissədən kürək tərəfə doğru 1,5x1,0 sm ölçüdə 1 ədəd deşik, həmin deşikdən paralel sağ tərəfdə sağ qoltuqda 2,0x2,5 sm ölçülü daha bir deşik aşkar edildi. Həmin deşiklərin iç və çöl tərəflərinin ətrafları təmizdir, ləkələr yoxdur. Köynəyin tamlığının pozulması müşahidə edilmədi. - Gödəkçə - qara rəngli plaş tipli qolsuz gödəkçə (küləklik) 58 ölçülüdür, boyunluğunda “Stefano Rıccı” emblemi, həmçinin sol sinəsində üzərində eyni sözlər yazılmış nisbətən dairəvi formalı rezin vardır. Gödəkçə öndən zəncirbəndlə bağlanır, boyunluğunda da arxada kapuşon üçün zəncirbənd yeri var və bu yerin üstü eyni materialdan olan örtüklə örtülmüş və orta hissəsi 5 sm uzunluğunda kəsilməyə xarakterik iz var, başqa zədə yoxdur. Qabaq tərəfdə ətəyə doğru müxtəlif sahəli və çoxsaylı qırmızımtıl ləkələr müşahidə olunur. Gödəkçənin qabağında hər iki qarın tərəfdə yan ciblər vardır, dəmir düymə ilə bağlanıb-açılır. Sağ cibin içindən 3 ədəd kiçik şüşə qırıntılar aşkar edildi. Zərərçəkmiş şəxs geyim əşyaları: - Mayka – qolsuz mayka “Garant” markalı “M” ölçülüdür, bir qədər çirkli vəziyyətdə olmaqla yanaşı arxası tamamilə qana bulaşmış vəziyyətdədir, qabaqda isə arxadan qanlı sahənin davamı olaraq qoltuqaltı hissədən bir qədər qarın nahiyəsinə doğru böyük ölçüdə, qabaq sağ sinə və sağ qoltuqaltı hissələrdə sağ ətəyə doğru müxtəlif formalı və böyük sahəli qanabənzər ləkələr var. Mayka üzərində sol çiyin tikişindən 17 sm aşağıda döş qəfəsi nahiyəsində 1,5x1,09 sm ölçülü 1 ədəd zədə (ətrafı qanabənzər ləkəlidir), həmin zədədən 18 sm aşağı və 7 sm sola doğru 2,5x0,5 sm ölçüdə 1 ədəd zədə (ətrafı qanabənzər ləkəlidir), arxada sağ çiyin tikişindən 13 sm kürəyə doğru aşağıda 0,4x0,4 sm ölçüdə 1 ədəd dəlik, ondan 3 sm aşağıda 0,3x0,2 sm ölçüdə 1 ədəd dəlik, sağ çiyin tikişindən 16 sm aşağıda bu dəliklərlə paralel 1,0x0,6 sm ölçüdə 1 ədəd dəlik (ətrafları təmizdir, süzülüb cırılmaya xarakterikdir), orta tikişdən 23 sm aşağıda 16x7,0 sm ölçülü “7” formalı sola doğru 2,5x0,5 sm ölçüdə 1 ədəd zədə (ətrafı qanabənzər ləkəlidir), sol çiyin tikişindən 25 sm aşağıda eninə doğru 3,0x0,7 sm ölçüdə 1 ədəd zədə (ətrafı qanabənzər ləkəlidir), həmin zədədən 9 sm sol qoltuq altıya doğru uzununa 2,4x0,6 sm ölçülü 1 ədəd zədə (ətrafı qanabənzər ləkəlidir), sol qoltuqaltı tikişdən 40 sm aşağıda ətək hissədə tikişin üstündə 2,0x0,5 sm eninə doğru 1 ədəd zədə, həmin zədədən 11 sm sağa ortaya doğru 3,0x5,0 sm sahədə süzülməyə xarakterik 10 ədəd dəlik, bu zədələrdən 5 sm sağa ortaya doğru eninə 1,0x2,0 sm ölçülü 1 ədəd zədə (ətrafı qanabənzər ləkəlidir), bu zədənin sağında 3,5x2,0 sm ölçüdə ətəyin kəsilmiş hissəsi (ətrafı qanabənzər ləkəlidir), sağ qoltuq altıdan 8 sm sola kürəyə doğru 0,4x0,5 sm ölçülü 1 ədəd dəlik, sağ qoltuqaltı tikişdən 10 sm aşağıda 2,2x0,5 sm ölçüdə uzununa 1 ədəd zədə, həmin zədədən 10 sm aşağıda 0,4x0,4 sm ölçülü 1 ədəd, 11 sm aşağıda isə 0,4x0,5 və 0,6x0,4 sm ölçülü 2 ədəd dəlik (ətrafları qanabənzər ləkəlidir), həmin zədədən 7 sm aşağı sola doğru 1,0x0,5 sm ölçülü 1 ədəd zədə (ətrafı qanabənzər ləkəlidir); - Köynək – qara rəngli üçdüyməli qısaqol köynək üzərində sol sinə hissədə “DG” hərfləri həkk olunmuşdur, “D” hərfi qara, “G” hərfi isə sarı rəngdədir, “M” ölçülüdür. Köynəyin qabağında sol sinədə “DG” hərflərindən 5,5 sm aşağıda uzununa formada 0,4x2,0 sm ölçüdə 1 ədəd kəsik, qabaqda sol qoltuqaltı tikişdən 40 sm aşağıda qarın nahiyəsində 0,4x2,0 sm ölçülü uzununa 1 ədəd zədə, qabaqda sol çiyin üstündə 2 ədəd 0,7x0,4 sm ölçüdə süzülməyə xarakterik zədə, arxada sol çiyin tikişindən 30 sm aşağıda 2,5x0,6 sm ölçüdə uzununa 1 ədəd zədə, arxada boyun tikişindən ortadan 29,5 sm aşağıda eninə 3,0x0,5 sm ölçüdə 1 ədəd zədə, arxada sağ çiyin tikişindən 35 sm aşağıda 1,5x0,5 sm ölçüdə bir qədər uzununa 1 ədəd zədə (bu zədələrin ətrafları böyük sahədə nəmlidirlər) vardır; - Yay gödəkçəsi (küləklik) açıq göy rəngli plaş tipli olmaqla boyunluğunda “Defender” emblemi və “L” ölçüsü, qabaq yan tərəfdə 2 ədəd, sol iç tərəfində isə 1 ədəd cibləri vardır, yan ciblər zəncirbəndlə açılıb-bağlanır, boşdurlar. Gödəkçənin qolları və ətəyi rezin manjetlidir, qabaq tərəfdən zəncirbəndlə bağlanır, düz boyunluqludur. Gödəkçə üzərində qabaqda sol çiyin tikişindən 22 sm aşağıda 2,0x0,4 sm ölçüdə uzununa 1 ədəd zədə, qabaqda sol yan cibdən 3 sm sağa qarına doğru “Z” formalı 2,4x0,4 sm ölçülü 1 ədəd zədə, qabaqda sol qoltuqaltı tikişdən 2 sm aşağıda 3,5x1,5 sm sahədə “L” formalı 1 ədəd zədə, qabaqda sol qol hissədə tikişdən 20 sm dirsəyə doğru “Z” formalı 3,0x1,0 sm ölçülü 1 ədəd zədə, bu zədədən 3 sm yuxarıda eninə 2,0x0,4 sm ölçülü 1 ədəd zədə, arxada sağ tərəfdə ətəkdən 4,5 sm yuxarıda eninə 2,4x0,4 sm ölçülü eninə 1 ədəd zədə, arxada bu zədə ilə paralel 2 sm yuxarıda eyni ölçülü 1 ədəd zədə, arxada sağ ətəkdən 10,5 sm yuxarıda bu zədələrə paralel 1,5x0,4 sm ölçülü 1 ədəd zədə, arxada sol ətəkdən 14 sm yuxarıda eninə 3,0x1,0 sm ölçülü 1 ədəd zədə, bu zədədən 4 sm sağa doğru eyni ölçüdə eninə 1 ədəd zədə, arxada sol qoltuqaltı tikişdən 2 sm qol hissəyə doğru 5,0x1,0 sm ölçülü 1 ədəd zədə vardır, gödəkçənin arxasında kürəkdən aşağı qırmızımtıl lələlidir, ön tərəfdə də belə ləkələr var. Bıçaq – tiyəsi 11 sm, dəstəyi 13 sm olan bıçağın ümumi uzunluğu 24 sm-dir. Tiyənin 2 sm enində, 3 mm qalınlığındadır, parıltılı metaldandır, dəstəyin eni isə 29 mm qalınlığı 12 mm-dir. Dəstək dəmir materialdandır, üzərində qəhvəyi rəngli mebel tipli işləməli üzlüyü var, dəstəyin sağ hissəsində 6 sm uzunluğunda keçirici (taxmaq üçün), tiyənin üstündə isə dəstəkdən 1 sm irəlidə hər iki tərəfdə 1,5 sm uzununda 2 mm enində dəmir çıxıntı var. Qatlanıb-açılan tipli bıçağın dəstəyinin üstündə dəmir düymə var ki, onu basmaqla bıçaq qatlanır. Bıçaqda hər hansı deformasiyaya uğrama əlamətləri müşahidə edilmədi. Bıçaq tiyə və dəstək hissədə hər iki tərəfdən qanabənzər mayeyə bulaşmışdır, tiyənin sol tərəfində isə “Columbia” yazısı həkk olunmuşdur. Mobil telefona və səs yazısına baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon “Xiaomi Redmi note 8” markalı (imei 1 – **********74563, imei -2 - **********74571) olmaqla korpusu parlaq göy rəngdədir. Mobil telefonun korpusunda arxada bir qədər yuxarıda barmaq sensorunun yanında və ondan aşağıda 2 ədəd nöqtəvari və şaxələnən (mərkəzdən kənarlara doğru) çat mənbəyi müşahidə edildi. Zərərçəkmiş şəxs bildirdi ki, həmin çatlar Təqsirləndirilən şəxs vurduğu bıçaq zərbələrindən əmələ gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs gələndən sonra mobil telefonunun səsyazma funksiyasını işə salıb telefonunu üzərində saxlamış və aralarında olan bütün söhbətlər qeydə alınmışdır. Zərərçəkmiş şəxs mobil telefonda “səsyazmalar” bölməsinə daxil olub 01 may 2024-cü il tarixdə saat 17:56-da qeydə alınmağa başlanmış 7 saat 43 dəqiqə 39 saniyəlik səs yazısının məhz həmin səs yazısı olduğunu bildirdi. Onun iştirakı ilə həmin səs yazısı dinlənildikdən sonra müəyyən olundu ki, tərəflər arasında olan danışıq əsasən bir saata yaxın davam etmiş, bundan sonrakı müddətdə mobil telefon işlək vəziyyətdə olmuş və Zərərçəkmiş şəxs tibb müəssisəsinə aparılması dövrünü əhatə etmişdir. Səs yazısında əsasən söhbət Təqsirləndirilən şəxs reabilitasiya mərkəzində olarkən anasının deməsinə görə Zərərçəkmiş şəxs onun evinə gəlməsi, habelə onun ailəsini atması barədə sonuncu tərəfindən sosial şəbəkədə paylaşım etməsi və bu paylaşımı pozmağı tələb etməsi ilə əlaqədar olmuş, Orxan Təqsirləndirilən şəxs İmanova avtomobilinə oturub söhbət etmək üçün başqa yerə getməyi təkidlə istəsə də, sonuncu onunla harasa getməkdən imtina etmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs anasının dediklərini təkzib edib onun arvadının tək olduğu vaxtlarda evinə getmədiyini, habelə etdiyi paylaşımı da evdə siləcəyini bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs bütün şəhid ailələrinin yanında olduğunu, onun arvadı Şahid1 də (danışıq vaxtı o, Gülüm kimi adlandılımışdır) şəhid qızı olduğu üçün ona da dəstək olacağını qeyd etmişdir. Hadisə baş verməzdən az əvvəl də onlar arasında söhbət məhz Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs niyə onun evinə o, evdə olmadığı vaxt getməsini deməsi, sonuncunun isə öz payına söyüş söyərək o, olmadığı vaxt evinə getmədiyini, bu söhbəti ona deyən anasının gəlib o sözü ona deməsini bildirməsi ilə başa çatmış, bundan sonra ani olaraq Zərərçəkmiş şəxs kömək çağırmağa başlamış, sonradan əlavə səslərə əsasən ətrafa başqa şəxslərin də yığışdığı məlum olmuşdur. Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin 22 may 2024-cü il tarixli məktubu ilə aşağıdakılar müəyyən olunmuşdur: - Təqsirləndirilən şəxs 08-23 iyun 2021, 21 iyul - 04 avqust 2022, 23 may – 02 iyun 2023 və sonuncu dəfə 12 mart - 02 aprel 2024-cü il tarixlərində xəstəxanada müalicədə olmuş, “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, eşitmə qabiliyyətinin enməsi ilə” diaqnozu qoyulmuşdur. - Zərərçəkmiş şəxs 11 oktyabr – 01 noyabr 2021, 21 iyul – 04 avqust 2022, 23 may – 05 iyun 2023, 31 oktyabr – 22 noyabr 2023, 05-27 fevral 2024-cü il tarixlərində xəstəxanada müalicədə olmuş, “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsinə) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri, qıcolma tutmaları ilə” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saxlanılmışdır. Abşeron rayon məhkəməsinin 4(012)-387/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli Qərarınnın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisənin baş verdiyi andan etibarən zərərçəkmiş şəxsə necə xəsarət yetirməsini xatırlamadığını bildirsə də məhkəmə istintaqı zamanı tətqiq edilmiş zərərəçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin hadisə yerindən əldə edilmiş video görüntü, hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən olunur ki, zərərşəkmiş Zərərçəkmiş şəxs məhz təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmışdır. Həmçinin zərərçəkmiş şəxsdə aşkar edilmiş xəsarətlərin sayı və lokalizasiyası belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək istəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş redaksiyasında) 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və (xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş redaksiyasında) 228.4cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması (CM-nin 59.1.4) və cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini (CM-nin 59.1.9) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29,120.1 və (xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş redaksiyasında) 228.4cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhəkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilən azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saxlanılmışdır. Abşeron rayon məhkəməsinin 4(012)-387/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 01 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 200 nömrəli rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus gödəkcə, qolsuz mayka, qısaqol kofta, Təqsirləndirilən şəxs məxsus cins şalvar, qolsuz mayka, tuman, bir cüt corab və bir cüt ayaqqabı, habelə bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və (xx.xx.2025-ci il tarixədək qüvvədə olmuş redaksiyasında) 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 228.4-cü maddəsi ilə 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaqla ona, qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus gödəkcə, qolsuz mayka, qısaqol kofta, Təqsirləndirilən şəxs məxsus cins şalvar, qolsuz mayka, tuman, bir cüt corab və bir cüt ayaqqabı, habelə bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-229/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-229/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver