Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-23/2022 31.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Vağif oğlunun, Zərərçəkmiş şəxs qızının iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, məhkum olunmamış, Şabran rayonu Pirəbədil Beton zavodunda fəhlə işləyən, Şabran rayonu Zeyvə kəndində qeydiyyatda olmaqla həmin rayonun Pirəbədil kəndində faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs öz cinsi ehtirasını təmin etmək niyyəti ilə qonşu Zöhramlı kəndində ərinin ölməsi və yeganə övladının həqiqi hərbi xidmətdə olması səbəbindən fərdi evində tək yaşayan 1957-ci il təvəllüdlü kənd sakini Zərərçəkmiş şəxs zorlamaq qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 2021-ci il martın 22-dən 23-nə keçən gecə, saat 03 radələrində alkoqol sərxoşluğu halında yaşadığı Pirəbədil kəndindən piyada Zöhramlı kəndinə gələrək Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə oradan isə açıq eyvan vasitəsi ilə yataq otağın qapısını çiyni ilə endirdiyi zərbələrlə sındırıb içəri daxil olaraq səsə oyanan Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmağı təklif etmiş, sonuncu qəti şəkildə təklifini rədd edib etiraz etdikdə onun müqavimətini qırmaq üçün öldürməklə hədələmiş, ona qarşı zor tətbiq edərək əlləri ilə boğazını sıxıb döşəməyə yıxmış, saçlarından tutub sürümüş, dişləri ilə bədəninin müxtəlif nahiyələrindən dişləyərək sağ döş məməsinin ön səthində, sağ bazunun yuxarı ön səthində, sol sarğı nahiyəsinin bayır yuxarı kvadratında, sol budun yuxarı arxa nahiyəsində oval formalı, alt çənənin sol yarısının, boynun ön səthinin sağ yarısının, sağ burun qanadının, üst dodağın sağ yarısının, sol bazunun qeyri-müəyyən formalı qançırlardan, burun tini nahiyəsinin sıyrıntılarından, üst və alt dodağda yumşaq toxumaların əziyindən, uşaqlıq yolunda qanaxmadan ibarət ağırlıq dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə onun əynində olan alt paltarı zorla çıxarıb təbii yolla bir dəfə cinsi əlaqədə olmaqla zorlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə tam təqsirli bilməyərək göstərdi ki, 2021-ci il mart ayının 22-də təqribən gecə saat 23 radələrində həmkəndliləri Vüqar, Xəyyam, Paşa, Rahim və onun qaynı Mahir ilə birlikdə yaşadığı Pirəbədil kəndində olan Təbrizin kafesində oturub bir neçə saat yeyibiçmişlər. Həmin vaxt xatırlamadığı həcmdə araq içmişdir. Daha sonra, “bizon” içkisi içmişdir. Bundan sonra, onun heç nə yadında qalmamış, bir daha səhər saat 04 radələrində evlərinin arxasında ayılmışdır. Üzərində heç bir xəsarət olmamışdır. Daha sonra o, qeyd etmişdir ki, Zərərçəkmiş şəxs o, tanımamış, onun evinə getməmiş və Mehbarəni zorlamamışdır. Müstəntiqə verdiyi ifadəni təzyiq altında imzalamış, nə yazılmasından xəbəri olmamışdır. Bundan başqa, verilən suallara cavab olaraq o, göstərmişdir ki, ***-***-**-** nömrəli mobil telefonu istifadə etmişdir. Müstəntiq tərəfindən ifadəsinin yerində yoxlanılması keçirilərkən ona təzyiq olduğundan əli ilə deyilən yerləri göstərmişdir. Məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, üzünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Şabran rayonu, Pirəbədil kəndində göstərilən ünvanda atası Arif, anası Minəxanım, arvadı Hənifə və övladları Nəzrin və Arif ilə birlikdə yaşamışdır. 22 mart 2021-ci il tarixdə axşam saat 23 radələrində, həmkəndliləri Rahim, Xəyyam, Paşa, Vüqar və qaynı Mahir ilə birlikdə yaşadığı kənddə yerləşən Təbrizin kafesində oturub yeyib-içmişlər. Onlarla təxminən 1-2 saat oturub araq içdikdən sonra vəziyyətinin pisləşdiyini hiss edib, kafedən çıxmışdır. Vəziyyətinin pis olduğu üçün kənddəki asfaltın üstündə yerləşən daşın üstündə 10-15 dəqiqə oturub vəziyyətimin yaxşılaşmasını gözləmiş, bundan sonra özünə gəlib qonşu kəndə Zöhramlı kəndinə getməyə qərar vermişdir. Həmin kəndə piyada və tək getmişdir. Kəndə çatdıqda gecə saat 03 radələri olmuşdur. Zərərçəkmiş şəxs evinə yaxınlaşdıqda həyətdəki darvazanın açıq olduğunu görüb həyətə, ordan isə evin yarı açıq giriş qapısından içəri daxil olmuşdur. Mehbarənin yatdığı otağın qapısını çiyni ilə zərbə endirərək açmış, içəri daxil olaraq Zərərçəkmiş şəxs üzərinə hücum etmişdir. Mehbarə ona görən kimi dərhal qışqırmağa başlamış, o əlləri ilə onun ağzından tutub “Yaşamaq və oğlunu görmək istəyirsənsə, mənimlə olacaqsan yoxsa oğlunu görə bilməyəcəksən” demişdir. Mehbarə yalvararaq cinsi əlaqədə olmaq istəmədiyini, əgər onu buraxsa heç kimə heçnə demiyəcəyini bildirmişdir. Lakin ona inanmayaraq bir əli ilə boğazını sıxmış, digər əli ilə ağzından tutaraq səs-küy salmamağı tələb etmişdir. Sonra saçından tutub üzünü yerə sürtüb, xalçanın üzərinə ataraq üstünə tullanıb onu öpməyə, sağ döşünün yuxarı hissəsini və sol arxa yan tərəfini öpüb-dişləməyə başlamışdır. Sonra əynində olan koftanı yuxarı qaldırıb, tursiyini aşağı çəkmiş, həmin vaxt Mehbarənin nə geyindiyini və paltarların nə rəngdə olduğunu xatırlamamışdır. Əynində olan cins şalvarı və tursiyini aşağıya çəkib qabaqdan öz cinsiyyət orqanını onun cinsiyyət orqanına salaraq zorla təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. Həmin vaxt hər yer qaranlıq olmuş, otağın işığı yanılı olmamışdır. Onunla cinsi əlaqədə olarkən o əlləri ilə müqavimət göstərməyə çalışmış, fiziki cəhətdən ondan güclü olduğu üçün əli ilə onun əllərindən tutmuşdur. Cinsi əlaqədə olmağının müddəti on - on beş dəqiqə çəkmişdir. Cinsi əlaqədə olarkən spermanı Mehbarənin cinsiyyət orqanının daxilinə tökmüşdür. Bundan sonra, tursiyini və şalvarını yuxarıya çəkmiş, Zərərçəkmiş şəxs əlləri ilə boğazından tutaraq “əgər bu bərədə kiməsə desən sənin üçün çox pis olacaq” deyib çıxıb getmişdir. Zərərçəkmiş şəxs zorladığı vaxt içkili olduğundan özündə olmamışdır. Səhəri günü özünə gəldikdən sonra elədiklərini xatırlayıb vicdan əzabı çəkmişdir. Martın 24-də Bakıya bacısı Rəna Aslanovanın yaşadığı evə getmişdir. Həmin günün axşamı bacısı Rəna ilə söhbət etdikdə yaşamaq istəmədiyini, hər şeydən bezdiyini, özünü öldürmək, bu həyatdan getmək istədiyini bildirmişdir. 28.03.2021-ci il tarixdə yaşadığı kəndə qayıtmışdır. 29 mart 2021-ci il tarixdə səhər saatlarında qohumu Atabalanın evini təmir edən zaman RPŞ-nin əməkdaşları gələrək onu şöbəyə aparmışlar. Qonşu kənddə yaşayan Zərərçəkmiş şəxs əvvəldən tanımış, hətta onun mərhum əri Hicran vəfat edəndə evlərinə gedib qaynına və özünə baş sağlığı vermişdir. Mehbarə ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Həmin gün çox içkili olduğu üçün onun evinə gedib, zorla onunla cinsi əlaqədə olmağının səbəbini izah etməkdə çətinlik çəkir. Təqsirli olduğunu qəbul etmiş, əməlindən çox peşman olduğunu bildirmişdir. Onu zorlayan vaxt yanında kimsə olmamış, hər hansı bir şəxs(şəxslər) ona köməklik göstərməmişdir. (Cild 1, iş vərəqləri 51-55, 94-98, 189-195; Cild 2, iş vərəqləri 85-89) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Şabran rayonunun Zöhramlı kəndində yaşayır, əri Hicran 2018-ci ildə ölmüşdür. Hikmət adlı bir oğlu var. Hikmət 2019-cu ilin oktyabr-noyabr aylarında hərbi xidmətə getmiş və 2021-ci ilin aprel ayında qayıtmışdır. Evdar qandır, inək saxlamaqla dolanır və qardaşı köməklik edir. 2021-ci ilin mart ayının 22-də bütün günü evdə olmuş, mal heyvanla məşğul olmuşdur. Axşam saat 23 radələrində yataq otağına keçərək yatmışdır. Evi bir mərtəbəli olmaqla 2 otaq və 1 eyvandan ibarətdir. Mart ayının 22-dən 23nə keçən gecə, saat 03 radələrində gecə qaranlıqda qapı açılaraq içəri bir nəfər girmişdir. Kim olmasını qışqırıb soruşduqda yaxına gəlmiş və ağzını-burnunu tutmuşdur. Daha sonra, “oğlunu görmək istəyirsən? Ölmək istəyirsən?” sualları vermiş və demişdir ki, “ölmək istəmirsəndə mənimlə olmalısan”. Ona etiraz etdikdə sürütləyib xalçanın üzərinə aparmış, boynunu sıxıb müqavimətini qırmış və ona toxunmamasını xahiş etdikdə həmin şəxs telefonunu yandırmış və bu zaman onun üzünə görməklə tanımadığı adam olduğunu bilmişdir. Sonra həmin şəxs üstünə tullanaraq onu öpməyə başlamış, döşündən və arxasından dişləmişdir. Sonra tursiyini çıxarıb öz cinsiyyət orqanını onun cinsiyyət orqanına salmaqla təxminən 5-10 dəqiqə cinsi əlaqədə olmuşdur. Ona müqavimət göstərməyə çalışsa da gücü çatmamışdır. Sonra içinə qurtarmış və üstündən durduqda boğazından sıxaraq bu haqda kiməsə dediyi halda onu öldürəcəyini demişdir. Sonra baxdıqda cinsiyyət orqanından qan gəlməsini görmüş və otaqda əski götürüb silmişdir. Ardınca qonşuya getmiş və DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Daha sonra verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərdi ki, onu zorlayan üstündə olarkən telefonunu yandırıb ona əxlaqsız şəkillər və video göstərib həmin qaydada cinsi əlaqədə olmağı demişdir. Bu zaman qaranlıqda onun üz cizgilərini görmüşdür. İlkin olaraq onunla düşmənçilik edən qohumu Şahid4 qardaşından şübhələnmiş, lakin polisdə tanınma zamanı Təqsirləndirilən şəxs gördükdə üz cizgiləriundən onu xatırlamış və tanımışdır. Həmin vaxt ***-***-**-** nömrəli telefonu işlətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. 22 mart 2021-ci il tarixdə saat 22 radələrində kəndçiləri Şahid2, Paşa Fəzrəliyev, Xəyyam Səlimov ilə birlikdə kənddə yerləşən Təbrizin kafesində yeyib-içərkən Rəşad da gəlmiş və onlarla birlikdə spritli içki araq içmişlər. Sonra çıxıb getmiş və 29 mart 2021-ci il tarixdə ona məlum olmuşdur ki, Rəşad Mehbarəni zorlamağa görə polis tərəfindən tutulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid3la oxşar məzmunlu ifadə verməklə onun ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qsimində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əri olmuş və sonra onlar boşanmışlar. 22 Mart 2021-ci il tarixdən 24 mart 2021-ci il tarixədək anası gildə olmuş və evdə olmamışdır. Hadisə olan gecə Rəşad evdə olmamış, ona bir neçə dəfə zəng vurmuş və Rəşad ona acıqlı cavab verməklə sonra telefonu söndürmüşdür. Məhkəmədə elan olunaraq tədqiqi edilmiş Şahid1 ibtidai istintaq zamanl verdiyi ifadəsindən görünür ki, o, 2004-cü ildə yaşadığı Pirəbədil kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı quraraq rəsmi nigaha daxil olmuş, birgə nigahlarından 2005-ci ildə Nəzrin adlı övladları dünyaya gəlmişdir. Ailə qurmamışdan öncə də Pirəbədil kəndində ata evində yaşamışdır. Ailə qurduqdan sonra elə həmin kənddə Rəşadın atasına məxsus evə gəlin gəlmişdir. Həmin evdə əri Rəşad, qaynatası Arif, qaynanası Minəxanım, baldızı Röya, övladı Nəzrin ilə birlikdə yaşamışdır. Rəşad 2006-cı ilin fevral ayında işləmək üçün Rusiya Federasiyası Nijnıy Novqorod şəhərinə getmişdir. 2007-ci ilin mart ayında Rusiyya Fedrasiyasında etdiyi cinayət əməlinə görə tutulmuşdur. Ona yalandan demişlər ki, guya Rəşadın kiminləsə mübahisəsi düşmüş və bu səbəbdən orada həbs edilmişdir. Lakin sonradan bilmişdir ki, X3 zorladığı üçün həbs edilərək 11 il cəza çəkmişdir. 2018-ci ilin fevral ayında həbs müdddətini baş vurduğu üçün X7 yaşadıqları Pirəbədil kəndinə gəlmişdir. Rəşad Rusiya Federasiyasında həbsdə olduğu müddətdə Pirəbədil kəndində atasına məxsus evdə yaşamışdır. Rəşad qayıtdıqdan sonra yenidən onun yaşadığı evə getmişdir. 2020-ci ildə Arif adlı övladları dünyaya gəlmişdir. Münasibətləri normal olmuşdur. Rəşadın 2021-ci ilin əvvəllərindən alkoqollu içkilərə meyilliliyi yaranmış, ondan buna son qoymağı xahiş etmişdir. 22.03.2021-ci il tarixdə səhər 07 radələrində, yuxudan oyanaraq səhər yeməyi yeyib ev işləri ilə, Rəşad isə həyətdəki mal-heyvanla məşğul olmuşdur. Saat 09 radələrində Rəşad evdən çıxaraq Şabran rayonu, Surra kəndində tanışı Turalın xalası oğlunun 40 mərasiminə getmişdir. Şabran rayon mərkəzində yaşayan bacısı Bahar ata evlərinə, yəni Pirəbil kəndinə gəlmiş, o mobil telefonuna yığaraq onu görmək istədiyini bildirdirmiş, bu səbəbdən qardaşı Ağagül əri Rəşada telefonla zəng edərək xahiş etmişdir ki, onu gəlib ata evlərinə aparsın. Rəşadda öz növbəsində evə gəldiyi zaman göndəricəyini bildirmişdir. Rəşad saat 12 radələrində qohumu Rüstəm adlı taksi sürücüsü ilə evə gələrək onu balaca övladı Ariflə birlikdə ata evinə yola salmış, böyük övladı Nəzrin evdə qalmışdır. Gün ərzində bir neçə dəfə Rəşadla telefonla əlaqə yaratmış, sonuncu dəfə isə saat 22 radələrində Rəşada zəng vuraraq harda olduğunu soruşqduqda Rəşad onu acılayaraq “yenə məndən soruşursan hardasan” “yenə başladın” bildirirək telefonu söndürmüşdür. Gecə saat 01 radələrindən saat 04 radələrinə qədər bir neçə dəfə mobil nömrəsinə yığmış, onun telefonuna ya zəng çatmamış, ya da telefonuna cavab verməmişdir. Gecə saat 04 radələrində telefona cavab verərək artıq evdə həyətdə olduğunu, yatmağa getdiyini bildirmişdir. 24.03.2021-ci il tarixə qədər ata evində qalmış, 24.03.2021-ci il tarixdə səhər 09 radələrində gəlin gəldiyi evə qayıtmışdır. Rəşad həmin vaxtı evin həyətində olmuşdur. Onun üzündəki cırmaq (sıyrıntı) izinin nə olduğunu soruşmuş, o isə öz növbəsində, uşağın elədiyini, o isə balaca övladı Arifin neçə gündür ki, onunla bilikdə olduğunu bildirmişdor. Rəşad buna cavab verməyərək rayon mərkəzinə getmişdir. Rəşad 10-15 gün olardı ki, kənd sakini Atabalanın evində suvaq işləri və s görürmüş. 24.03.2021-ci il tarixdə saat 12 radələrində Rəşada zəng edərək evə çörək almağını bildirmiş, o isə gələndə alacağını demişdir. Sonra saat 15 radələrində yenidən Rəşada zəng edərək harada olmağını soruşuqda, o Bakı şəhərinə getdiyini, “heç bilmirəm niyə getmişəm,” sonra isə “iş üçün gəlmişəm” və sonra isə ”özünü ödürücəyini” “mənə bir şey olsa ata evində qalmağını” bildirmişdir. Bunların hansı səbəbə görə dediyini soruşduqda heç bir cavab verməmişdir. Rəşad 28.03.2021-ci il tarixdə axşamüstü saat 18 radələrində Bakı şəhərindən yasadıqları evə gəlmiş, o evə gəldiyi zamanda heç bir söz danışmamışdır. 29.03.2021-ci il tarixdə saat 09 radələrində Rəşad əvvəl işlədiyi Atabalanın evinə, özü isə işlədəyi Pirəbədil kənd orta məktəbinə getmişdir. İşdə olduğu zaman anası mobil telefonuna zəng edərək Rəşadı polis əməkdaşlarının apardığını bildirmişdir. O 2 gün onun hansı səbəbə görə polis əməkdaşları tərəfindən aparıldığını bilməmiş, 31.03.2021-ci il tarixdə ata evinə getdiyi zaman anası bildirmişdir ki, Rəşad yenədə cinayət etmiş, Zöhramı kənd sakini Mehbarə adlı qadının evinə girərək onu zorlamışdır. O dərhal onun üzündəki cırmağı(sıyrıntını) və özünü öldürmək istəməyini bildirməsini hansı səbəbə görə etdiyini bilmişdir. Bundan başqa hadisədən sonra kənd sakinlərindən və evdə anasından eşitmişdir ki, X4yıtdıqdan sonra alkoqollu içki içərək 2019-cu ildə Zöhramı kəndində yaşayan yaşlı xalası Nənəxanımında evinə girərək onu zorlamış, Nənəxanım heç vaxt evlənməmiş və subay olmuşdur. Bildiyinə görə söz-söhbət çıxamaması üçün polisə məlumat verilməmiş, öz aralarında söhbəti bağlamışlar. X5 hansı səbəbə görə tutulmasını bu hadisədən sonra bilmişdir. (Cild 2, iş vərəqləri 11-15) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 29 mart 2021-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi protokolundan görünür ki, 4 nəfər kişi cinsdən olan şəxs zərərşəkmiş Zərərçəkmiş şəxs təqdim edilmiş, sonuncu 3-cü sırada dayanan Təqsirləndirilən şəxs göstərərək onu alın nahiyyəsinin böyük olmasından və gözlərindən tanıdığını və onu zorlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu göstərmişdir. (Cild 1, iş vərəqləri 65-67) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 29 mart 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış zamanı 1 ədəd xalça və Zərərçəkmiş şəxs zorlamaya məruz qaldıqdan sonra istifadə etdiyi (silindiyi) və könüllü olaraq təqdim etdiyi əski parçası müavafiq qaydada götürülmüşdür. (Cild 1, iş vərəqləri 10, 14-20) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 31 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları Zərərçəkmiş şəxs evində göstərməklə onları təsdiq etmiş və bununla bağlı dəqiqləşdirilmələr aparılmışdır. (Cild 1, iş vərəqləri 100-107) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 31.03.2021-ci il tarixli, 43 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasında sağ döş məməsinin ön səthində, sağ bazunun, sol sarğı nahiyyəsinin, sol budun oval formalı, alt çənənin sol yarısınıın, boynun ön səthinin sağ yarsınının, sağ burun qanadının, üst dodağın sağ yarısının, sol bazunun qeyri-müəyyən formalı qançırlarından, burun tini nahiyyəsinin sıyrıntılarından, üst və alt dodağda yumşaq toxumaların əziyindən, uşaqlıq yolundan qanaxmadan ibarət olan ağırlıq dərəcəsi təyin olunmayan bədən xəsarətləri aşkar olunmuşdur. Aşkar olunmuş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə yəni 23.03.2021-ci il tarixdə zorlama zamanı alınması mümkündür, özü-özünə yetriilməsinə xarakterik deyil, sağ döş məməsinin ön səthində, sağ bazu nahiyyəsində, sol sarğı nahiyəsində lokaliza olunmuş oval formalı qançırların dişləmə nəticəsində, alt çənənin sol yarısında, boyunun ön səthinin sağ yarısında lokaliza olunmuş qançırların əllə boğma zamanı alınması mümkündür, uşaqlıq yoluna yeridilməsi zamanı alınması mümkündür, Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində xəsarətin hər hansı obyektin izi aşkar olunmadı, qeyri-təbbi yolla arxa keçəcəkdən cinsi əlaqədə olmasına göstərilən əlamətlər aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 81-83) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 31.03.2021-ci il tarixli, 46 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasında boyunun sol yarısının ön bayır səthində yerləşmiş iki ədəd zolaq şəkilli sıyrıntılardan ibarət olan bədən xəsarətləri aşkar olunmuşdur.Aşkar olunmuş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın ilkin məlumatda, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 23.03.2021-ci il tarixdə zorla cinsi əlaqə zamanı qarşılıqlı şəxs tərəfindən yetirilməsi mümkündür, sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin olunmur. (Cild 1, iş vərəqləri 84-86) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 15.04.2021-ci il tarixli, 43/01 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs uşaqlıq yolundan götürülmüş tamponda tək-tək spermatozoidlər aşkar olunmuşdur. Arxa keçəcəkdən götürülmüş tamponda spermatozoidlər aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 145-147) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 22.04.2021-ci il tarixli, 219 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 184-187) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-biloji ekspertizasının 16.06.2021-ci il tarixli, 441/221 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan qrupu AB0 sistemi üzə 0 alfa beta(1)-dir.Zərərçəkmiş şəxs qan qrupu, A beta (İİ)-dir. Ekspertizaya təqdim olunmuş əski parçası üzərində qan ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və H antigenləri alındı. Beləliklə bu qan ləkləri A-beta/H//İİ// qruplu bir şəxsə, o cümlədən AB0 sistemi üzrə muradova mehparə Əbil qızına məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş əski parçasında və Zərərçəkmiş şəxs uşaqlı yolu möhtəviyyatı olan tamponda sperma ləkləri aşkar olundu. Bu ləklərdə spermanın qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. A, H antigenləri Zərərçəkmiş şəxs ifrazatı hesabına əməmlə gələ bilər. H antigeninin hissəvi olaraq sperma hesabına alınmasına nəzərə alsaq, ləklərdə Təqsirləndirilən şəxs spermasının olması ABO sistemi ilə inkar olunmur. (Cild 2, iş vərəqləri 68-74) Məhkəmədə elan olunaraq tədqiq edilən, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi-genetik ekspertizasının 04 may 2022-ci il tarixli, 22/347R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs cinsiyyət orqanını sildiyi əski parçası və Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan tənzif tampon üzərində insan mənşəli sperma nümunəsi mövcuddur və həmin sperma nümunələri Təqsirləndirilən şəxs məxsusdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs cinsiyyət orqanını sildiyi əski parçası və Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan tənzif tampon üzərində insan mənşəli qan nümunəsi mövcuddur və həmin qan nümunələri qadın cinsindən olan eyni naməlum şəxsə məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 25.06.2021-ci il tarixli, 1382 saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi ictimatəhlükəli əməli törədən zaman anlaqsız vəziyyətdə yəni hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictima təhlükəliliyini dərk emək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixikasının pozulması halı qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibb xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21 və 22-ci madddəsinn təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.R Aslanov inadkarlıq, məsuliyyətsizlik, eqosentrizm, başqalarının hiss və yaşantılarımna qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Qərarın təsviri hissəsində qeyd olunmuş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs cinsi təlabatını ödəmək istəyi ilə əlaqədar emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ona ittiham oluann əməli törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərini nəzərə alaraq bu qənaətə gəlmək mümkündür ki, o baş vermiş hadisə zamanı iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq iqtidarında olmuşdur. (Cild 2, iş vərəqləri 75-79) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 25.06.2021-ci il tarixli 1382 saylı məhkəmə-psixatrik ekspertizasının rəyindən görünür ki, zərəçəkmiş Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin ona qarşı edilmiş qanunazidd əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. M. Muradova öz psixi durumuna görə iş üçün əhəmiyyət kəsb edən halalrı qavramaq və onlar haqqında düzgün ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs ona qarşı edilmiş qanunazidd əməllərin xarakterini və əhəmiyyətini nalmaq iqtidarındandır. Zərərçəkmiş şəxs uydurmağa meyillilik müəyyən edilmədi. Zərərçəkmiş şəxs öz psixi vəziyyətinə görə qərarda göstərilən, ona qarşı törədilən əməl zamanı aktiv müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs hazırda məhkəmə-istintaq hərəkətlərində iştirak etmək iqtidarındandır. Bununlabelə istintaq materiallarına əlavə edilmiş Quba rayon X1 daxil olmuş 19.04.2021ci il tarixli, 639 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs “Bipolyar affektiv psixozun depressiv tipi” diaqnozu ilə Quba rayon PNRM-nin müşahidəsindədir. (Cild 2, iş vərəqləri 80-82) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunanan “Azercell” və “Azerfon” mobil rabitə operatorları tərəfindən verilmiş müvafiq olaraq Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə aparılan danışıqlara dair məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 22.03.2021-ci il tarixdə sonuncu danışıq saat 22:48-də aparılmışdır. Daha sonra, 23.03.2021-ci il tarixdə saat 03:28-dən başlayaraq müxtəlif nömrələrə o, cümlədən DİN-nin 102 xidmətinə Zərərçəkmiş şəxs tərəfindən zənglər olunmuşdur. Eyni zamanda telefonla danışıqların detallaşmasına dair cədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs ilə demək olar ki, eyni vaxtda, yəni 23.03.2021-ci il tarixdə saat 03:27də Təqsirləndirilən şəxs da istifadəsində olan ***-***-**-** aktiv olaraq GPRS tipli internet xidmətindən istifadə olunmuşdur. Qeyd edilənlər verilmiş ittihamda göstərilən tarix və saata, yəni 23.03.2021-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs zorlanması tarix və saatına uyğun gəlir. Bundan başqa, “Azercell” və “Azerfon” mobil rabitə operatorları tərəfindən verilmiş məlumatlardan görünür ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsi mövcud olan şanların əhatə dairəsi ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa, kənar maneə mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı yerləşdiyi nöqtə siqnala əngəl törədən hər hansı bir maneə (döngə, dağ, bina və s.) olarsa, bu zaman danışıq daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaətbəxş olan digər stansiyalardan davam etdirilir. Məqhkəmə qeyd edir ki, təsvir olunanlar Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs eyni məkanda olmalarına baxmayaraq müxtəlif anten dairələri əhatəsində olmalarına aydınlıq gətirir. Bundan başqa, iş materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs evindən götürülmüş 1 ədəd xalça və Zərərçəkmiş şəxs zorlamaya məruz qaldıqdan sonra istifadə etdiyi (silindiyi) və könüllü olaraq təqdim etdiyi əski parçası iş üzrə həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (Cild 2, iş vərəqi 83) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamənin cavabından görünür ki, təqsirləndirilən şəxsin əvvəllər Azərbaycan Respublikası ərazisində məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin onun tərəfindən törədilməməsi, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri təzyiq altında yazması və oxumadan imzalaması ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Şabran rayon məhkəməsinin 31 mart 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 114-116) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Şabran rayon prokurorluğunda saxlanılan 01 ədəd xalça Zərərçəkmiş şəxs qaytarılmalı, iş materiallarına əlavə edilmiş ekspertiza tədqiqatından sonra iki ədəd zərfə qablaşdırılmış 01 ədəd əski parçası və 01 ədəd tənzif tamponu məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 154 (yüz əlli dörd) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddələsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Şabran rayon prokurorluğunda saxlanılan 01 ədəd xalça Zərərçəkmiş şəxs qaytarılsın, iş materiallarına əlavə edilmiş ekspertiza tədqiqatından sonra iki ədəd zərfə qablaşdırılmış 01 ədəd əski parçası və 01 ədəd tənzif tamponu məhv edilsin. Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-23/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-23/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver