Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-23/2023 15.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxx 1984-cü ildə Gədəbəy rayonu Zəhmət kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu 8-ci MKR, İ.Dadaşov küçəsi ev 71, mənzil 181-də qeydiyyatda olmuş və yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-cl İİ tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu İlə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədilə 2018-ci ilin oktyabr ayında divar kağızlarının topdan və pərakəndə satışını həyata keçirən Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olmaqla tikinti materiallarının alqı-satqısı İlə məşğul olan şəxs kimi təqdim edərək yüksək gəlir əldə etdiyini, Zərərçəkmiş şəxs nisyə divar kağızları verəcəyi təqdirdə həmin əmlakı hündürmərtəbəli binaların satışı ile məşğul olan şəxslərə satıb pulunu 10 gün müddətində verəcəyinə dair yalan vəd verib təklifinin həqiqiliyi və əlverişli olmasına, onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inandırmış, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs Bakı şəhəri Balaxanı qəsəbəsində yerləşən anbardan hər bir rulonun qiyməti 40 manata razılaşdırılmaqla 10 oktyabr 2018-ci ildə 906 rulon, 11 oktyabr 2018-ci ildə 1.000 rulon, 18 oktyabr 2018-ci ildə 5.000 rulon və 22 oktyabr 2018-ci ildə 294 rulon Cənubi Koreya istehsallı, eni 106, uzunluğu 15.60 metr, ümumilikdə 108.000 manat dəyərində 2.700 rulon divar kağızlarını Abşeron rayonu Digah qəsəbəsində yerləşən anbara daşıtmaqla ələ keçirdikdən sonra ünvan 1 ünvanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən 15 mərtəbəli yaşayış binasının “Mənzil tikintisi haqqında müqavilə", “maliyyə arayışı” və “kassa mədaxil orderinin qəbzinin” boş blanklarını istintaqa məlum olmayan yolla əldə etdikdən sonra həmin blanklara binanın 1ci girişinin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 83 kvadrat metr olan, 2 otaqdan ibarat 31 saylı mənzilin 53.950 manata və həmin binanın 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133,3 kvadrat metr olan, 4 otaqdan ibarət 76 saylı mənzilin 86.645 manata 05 noyabr 2018-ci ildə guya "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X13 tərəfindən Zərərçəkmiş şəxs tanışı Şahid satılması barədə həqiqətə uyğun olmayan məlumatları daxil edib və "Real-2016” MTK rəhbəri Emil Səməndərovun imza və möhür əksini skan etmək yolu ilə müqavilələr, maliyyə arayışları və kassa mədaxil orderinin qəbzi üzərinə köçürdüb həmin saxta sənədləri Zərərçəkmiş şəxs verməklə sonuncunu aldadıb Zərərçəkmiş şəxs ümumilikdə 108.000 manat dəyərində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şəhriyarın 10 il əvvəldən bazarda divar kağızlarının satışı ilə məşğul olduğunu bilmişdir. 2018-ci ildə onun problemləri olmuşdur. Tutulmuş sonra ev dustaqlığına buraxılmışdır. Həmin vaxtlarda ünvan 1 ünvanında “Real- 2016" MTK ilə münasibəti olmuş, o, həmin MTK-ya tikinti materialları vermiş əvəzində də mənzil almış və zərər vurduğu şəxslərə həmin mənzillərdən vermişdir. Şəhriyargildən 1-2 dəfə nağd ödəniş etməklə divar kağızları almış, sonra Şəhriyarın Eldar adlı işçisinə demişdir ki, Şəhriyargil ona divar kağıları versin , o da əvəzində onlara mənzil versin. Eldar onu Şəhriyarla tanış etmişdir. Şəhriyar onlara Koreya istehsalı olan divar kağızları təklif etmişdir. Sonra divar kağızlarını götürüb “Real-2016" MTK-ya getmişdir. “Real-2016" MTK-nın sahibi divar kağızlarının əksəriyyətinin 1-2 rulon olmasına görə etiraz etmişdir. O, da Şəhriyara zəng edib bildirmişdir ki, gəlsin divar kağızlarını aparsın, Şəhriyar Digah qəsəbəsində yerləşən anbarın yerini bilmişdir. Şəhriyar ona bildirmişdir ki, üzərindən xeyli müddət keçib o divar kağızlarını götürə bilməyəcək. Sonra o, Şəhriyara müddət qazanmaq üçün sənədləri vermişdir. Sonra da o həbs olunmuş, nə divar kağızlarının taleyindən xəbəri olmuş, nə də ki harada olmasından xəbəri olmuşdur. O, verilən suallara cavab olaraq göstərmişdir ki, “Real-2016" MTK-da onun adına mənzil olmamışdır. O, sənədləri Şahid adına yazmışdır. Müddət qazanmaq üçün sənədləri vermişdir. Şəhriyarın sənədlərin saxta olmasını nə vaxt bildiyini bilməmişdir. Divar kağızlarının hərəsini 1-2 rulon olmasını bilməmişdir. O, divar kağızlarına baxıb götürməmiş, sonradan sayanda bilmişdir ki, 1-2 rulon divar kağızı vardır. Onun divar kağızlarını alıb, pulunu qaytarmamaq kimi bir niyyəti olmamışdır. 2008-ci ildən tikinti materiallarının biznesi ilə məşğul olmuşdur. 2010-cu ildən bir sıra tikinti materiallarının ölkəyə gətirilməsi ilə məşğul olmuşdur. O, Şəhriyarı şəxsən tanımamışdır. O, Eldara təklif etmişdir ki,divar kağızlarını satsın. Eldar Şəhriyarla onu tanış etmişdir. O, divar kağızlarını “Real-2016" MTK-ya satmalı olmuşdur. O, sonradan sayım vaxtı bilmişdir ki, divar kağızlarının əksəriyyəti 1-2 rulon olmuşdur. O, Şəhriyarla divar kağızlarının rulonunu 40 manata razılaşmış, Emilə 45 manata satmalı olmuş, sonradan həmin divar kağızlarını Emilə 15 manata təklif etmişdir. Şəhriyarla müqavilə bağlamamışdır. Onun şirkəti olmamışdır. “Real-2016" MTK ilə müqaviləsi olmamışdır. Həmin divar kağızlarının bazarda satış qiməti 45-50 manat olmuşdur. Sonra həmin divar kağızlarını Emilə 15 manata təklif etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-in 178.3.2-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, tikinti materialların alqı- satqısı ile məşğul olmuş, xarici ölkədən, əsasən Almaniya Federasiyasında oboy materilları gətirib ölkədən satışı təşkil etmişdir. Eyni zamanda digər ölkələrdən də tikinti materialları gətirib satmışdır. Biznes fəaliyyətimdə müəyyən uğursuzluqlar olmuş və nəticədə müəyyən şəxslərə borcu yaranmış, barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə yəni, xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanmışdır. 2018-ci ilin mart ayın 31-də barəsində Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, 26 İyul 2018-ci ildə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və onu həbsdən azad etmişdilər. Zərərçəkmiş şəxs Bakı şəhərində “Sədərək” ticarət mərkəzində oboy materialları satan şəxs kimi xeyli əvvəldən tanımışdır. Şəhriyarın sürücüsü Şahid da təxminən 15 ildir ki, tanımışdır. Onun özü oboy materialları satmış və müştəriyə əlində olan oboy materialların katolokunu təqdim edəndə müştəri arzuladığı malı tapa bilməyəndə, müştəri əldən çıxmasın deyə tanışlarında olan katoloqları təqdim etmişdir. Həbsdən azad edildikdən sonra da ticartə işlərinə davam etmişdir ki, əldə edilən gəlirdən həm özü dolansın, həm də ki, barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyandan ödəsin. Oboy satdığı müddətdə bir necə dəfə Şahid vasitəsilə Zərərçəkmiş şəxs satdığı oboy kataloqlarını götürmüş və mal satmışdır. 2018-ci ilin oktyabr ayında Şahid demişdir ki, satılmayan, artıq qalan mal varsa Abşeron rayonu Xırdalan şəhərində bina tikilir, həmin binanın sədrinə satsın, barter etsin, malları əllərin qalmasın. Şahid bu barədə Şəhriyarla danışdıqdan sonra belə malın olduğunu və ona Şəhriyara zəng etməyi demişdir. O da Şəhriyara zəng etmiş və sonuncu ilə Bakı şəhəri Dərnəgül şossesində yerləşən satış mağazasında görüşmüşdür. Görüşdə Şahid olmamışdır. Görüş zamanı yenə divar kağızı olan oboy alıb Abşeron rayonu Xırdalan şəhərində "xxxx" MTK-ya verəcəyini Zərərçəkmiş şəxs bildirmişdir. Söhbət zamanı bir ədəd Koreya istehsallı, uzunluğu 15 metr, eni isə 106 sm olan oboyların birinin 40 manatda almağım barədə razılaşmışlar. Elə həmin yerdən də Şəhriyarla birlikdə gedib Abşeron rayonu Xırdalan şəhərində “Real-2016" MTK tərəfindən tikilən binaya və oboyların boşalaçağı "xxxx" MTK-nın Digah qəsəbəsində yerləşən anbarına baxmışdılar. Həmin günü Şəhriyar ona 500 ədəd qeyd edilən ölçüdə oboy vermişdir. Qalan oboyları da bir necə gün, yəni ərzində 8-10 gün ərzində Şəhriyardan götürmüşdür. Oboyların iki dəfəyə 400 ədəd oboyu da Şahid öz avtomobili ilə anbara aparmışdır. O, Şəhriyardan ümumilikdə 108.000 manat dəyərində 2700 ədəd oboy almışdır. Lakin Şəhriyardan almış olduğu boyu sata və pulunu verə bilmədiyim üçün sonuncuya demişdir ki, gəl malı təhvil götür. Şəhriyar malın başqasının olduğunu, buna görə də mah geri götürə bilməyəcəyini bildirmişşdir. O, hətta malın şəkillərini də çəkib Şəhriyara göndərmiş və “malınıza dəyilməyib, gəl malınızı götürün” demişdir. Eyni zamanda Eldarı da aparıb malı göstərmişdir ki, Şəhriyara de malı götürsün. Şəhriyar isə oboyları geri götürməmişdir. O da Şəhriyarın pulunu verə bilmədiyi üçün sonuncuya ünvan 2 ünvanında inşa edilən binadan iki ədəd mənzil vermək istədiyini bildirmiş və Şəhriyara demişdir ki, əgər 108.000 manat borcunu ödəyə bilməsə mənzilləri satıb pulunu götürsün. Ancaq əslində onun həmin binadan mənzilləri olmamış və bunu etməkdə məqsədi bir az vaxt udmaq olmuşdur. Buna görə də “Real-2106" MTK-dan əldə etdiyi boş blank, maliyyə arayışı və kassa mədaxil orderinin içərisinə əvvələr həmin binadan X6 adına alıb vermiş olduğu binanın birinci girişinin 9-cu mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 83 kvadrat metr olan 31 saylı mənzilin sənədləri əsasında və başqa şəxsə məxsus binanın 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 133,3 kv.m olan 4 otaqdan ibarət olan 76 saylı mənzilin guya "xxxx" MTK-nın rəhbəri X13 tərəfindən Şahid verilməsi barədə məlumatları daxil edib 05 noyabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə, maliyyə arayışı və 618568 nömrəli kassa mədaxil orderinin qəbzini hazırlamış və kompüterdə "xxxx" MTK rəhbəri Emil Səməndərovun imza və möhür əksini skan etmək yolu ilə müqavilələr və digər sənədlər üzərinə köçürmüşdür. O, mənzilin kimin adına sənədləşməsini Şəhriyardan soruşduqda sonuncu hər iki mənzilin Şahid adına verilməsini istəmiş və "Votçapla" ona Şahid şəxsiyyət vəsiqəsinin şəkilini göndərmişdir. Şahid adına olan müqavilələri və maliyyə arayışlarını tanımadığı şəxslərə yazdırmış, kassa mədaxil orderinə məlumatları isə özü yazmışdır. Şahid adına olan müqavilələrin, maliyyə arayışlarının və kassa mədaxil orderlərinin üzərinə "Real-2016” MTK-ya aid möhür və MTK-nın sədri X9 aid məlumatları özü şəxsi kompüterdə skan etmişdir. Həmin kompüteridə tanımadığı şəxsə sonradan satmışdır. Sənədləri hazırlayandan sonra Şəhriyara zəng etmiş və ünvan 2 ünvanında inşa edilən binanın qarşısına çağırmışdır. Şahid idarə etdiyi avtomobillə binanın qarşısına gəlmiş və Eldarın maşında oturub əvvəlcədən hazırladığı müqavilələri Şahid özünə imza etdirib sənədlərin bir nüsxəsini, yəni, 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, dəyəri 86.645 manat ümumi sahəsi 133,3 kv.m olan 4 otaqdan ibarət olan 76 saylı mənzil və binanın 1-ci blok, 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 83 kv.m olan 53.950 manat dəyərində 2 otaqdan ibarət olan 31 saylı mənzilin sənədlərini Şahid vermişdir. Şahid ora tək gəlmiş və Şəhriyar gəlməmişdir. Sonra o oboyu sata bilmədiyi üçün Şəhriyara demişdir ki, ya oboyları geri götür, ya da ki, mənzilləri sat pulunu götür, mənzillərin satışından qalan pulu isə ona geri versin. Şəhriyarda demişdir ki, oboyu aldığı adama geri qaytara bilməyəcək və buna görə də mənzilləri sataçaq. Ancaq sonra yəni 10 aprel 2019-cu ildə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş onu həbs etmişdilər. Şəhriyargilisə sənədlərin saxta olduğu, yəni skan edilməklə saxtalaşdırıldığı müəyyən edilmişdir. (cild 4, iş vərəqə 1-3, 166-168) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Fuadı əvvəllər tanımamışdır. O, Sədərək Ticarət Mərkəzində mağaza işlətmiş, malları topdan alıb pərakəndə satmışdır. Eldar ona demişdir ki, Fuad adlı şəxs var əvvəllər məhkum olunub, amma günahız olduğu sübuta yetirilib, indi azadlıqdadır, Fuad tikinti şirkətlərinə topdan mal verirmiş. Sonra Fuadla görüşmüş, razılaşmışdır. O, Balaxanıda yerləşən anbardan malları nisyə alıb Fuada vermişdir. O, Fuada müxtəlif vaxtlarda 2700 rulon divar kağızları vermiş, həmin 2700 rulon divar kağızlarından cəmi 200-250 ədədi hərəsindən 1 rulon olmuşdur. Fuadla 1 rulonu 40 manata razılaşmış, o, isə 1 rulonunu 35 manata almışdır. Fuad divar kağızlarının pulunu 1 aya qaytaracağına söz vermişdir. 1 həftə-10 gün sonra Fuad ona mənzil vermişdir ki, əgər pulu gecikdirsə mənzili satıb pulunu götürsün, o da mənzilin dəyərinin həmin puldan yüksək olmasına görə razılaşmışdır. 5-6 ay sonra Fuad ona demişdir ki, gəl divar kağızlarını apar, o da xeyli müddət keçdiyinə görə razılaşmamış, o Fuada mənzili satacağını bildirmiş, o isə demişdir ki, mənzili sat. Sonra mənzili satmaq üçün müştəri tapmış və onda bilmişdir ki, mənzilin sənədi saxta olmuş, həmin vaxt Fuad həbs olunmuşdur. Fuad özünü “Real-2016" MTK-nın təchizatçısı kimi təqdim etmişdi. O, verilən suallara cavab olaraq göstərmişdir ki, mənzili Fuad göstərmişdir. Fuad onu “Real-2016" MTK-nın rəhbəri Səməndərov Emillə görüşdürmüşdür. Mənzili Şahid adına almışdır. Həmin vaxt bankla problemi olmuş, ona görə mənzili öz adına keçirtməmişdir. O, divar kağızlarını Fuada 3 dəfəyə vermişdir. O, verilən suallara cavab olaraq göstərmişdir ki, 1-ci dəfə 20 min manat dəyərində 500-600 rulon divar kağızı vermişdir. Fuadın işlədiyi adamları görmüş, inanmışdır. Onun öz malı olmamış, vasitəşilik etmişdir. Fuad ondan 10-15 gün ərzində 2700 rulon divar kağızları almışdır. Fuad bildirmişdir ki, əgər bir ay müddətə pulu qaytarmaycağı təqdirdə, mənzili satışa çıxarsın. Fuad həbs olunmasa idi, sənədin saxta olmasından xəbəri olmayacaqdı. Təqsirləndirilən şəxslə barışmamış və ona dəymiş zərər ödənilməmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi məhkəmə araşdırılmış ifadəsində göstərmişdir ki, 2012-ci ildən Qaradağ rayonu Sədərək Ticarət Mərkəzində divar kağızlarının alqı-satqısı ilə məşğul olur. 2018-ci ilin oktyabr ayında tanışı Şahid onu “Real- 2016" MTK-nin təchizatçısı kimi özünü təqdim etmiş Təqsirləndirilən şəxs ilə tanış etmiş və külli miqdarda divar kağızlarının ona satılmasını məsləhət görmüşdür. Təqsirləndirilən şəxsla Sədərək ticarət mərkəzində görüşəndə sonuncu “Real-2016" MTK-nin tikinti işləri ilə məşğul olduğunu, “Real-2016" MTK-nin sədri Emil Səməndərov olduğunu və Xırdalan şəhərində “Real-2016" MTK-nın bina tikdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs ondan Xırdalan şəhərində inşa etdikləri bina üçün və həmdə satmaq divar kağızları istəmiş və həmin divar kağızlarının pulunu bir həftə ərzində ödəyəcəyini söyləmişdir. O, Fuadla şifahi razılaşdıqdan sonra gedib tikdikləri binaya və malın boşaldılacağı anbara baxmışdır. Şifahi razılaşma əldə olunandan sonra 06 oktyabr 2018-ci ildə Fuad öz sürücüsü kimi təqdim etdiyi Rəfail adlı şəxslə saat 15 radələrində divar kağızları eldə etdiyi Sabunçu rayonu Balaxanı qəsəbəsində X1 yaxınlığında yerləşən anbara gəlmişər və oradan ona məxsus eni 1.06 metr, uzunluğu 15.60 metr olan, hər birinin dəyəri 40 manat olan 500 rulon ümumi dəyəri 20.000 manat olan divar kağızlarını 166 yükdaşıma xidmətinin taksisi ilə “Real- 2016" MTK-nın Abşeron rayonu Digah qəsəbəsində yerləşən anbara boşaltmışdılar. 08 oktyabr 2018-ci ildə saat 15 radələrində divar kağızları əldə etdiyi Sabunçu rayonu Balaxanı qəsəbəsində X1 yaxınlığında yerləşən anbara zəng edərək özünə məxsus eni 1.06 metr, uzunluğu 15.60 metr olan, hər birinin dəyəri 40 manat olan 250 rulon ümumi dəyəri 10.000 manat olan divar kağızlarını “Real-2016" MTK-nın Abşeron rayonu Digah qəsəbəsində yerləşən anbarılmasını istəmişdir. Həmin vaxtı da anbar öz istifadələrində olan yük maşını ilə həmin divar kağızlarını “Real-2016" MTK-nın Abşeron rayonu Digah qəsəbəsində yerləşən anbara aparmışlar. 10 oktyabr 2018-ci ildə saat 15 radələrində divar kağızları əldə etdiyi Sabunçu rayonu Balaxanı qəsəbəsində X1 yaxınlığında yerləşən anbara zəng edərək ona məxsus eni 1.06 metr, uzunluğu 15.60 metr olan, hər birinin dəyəri 40 manat olan 656 rulon ümumi dəyəri 26240 manat olan divar kağızlarını "xxxx" MTK-nın Abşeron rayonu Digah qəsəbəsində yerləşən anbara aparılmasını tapşırmışdır. Həmin vaxtı da anbar öz istifadələrində olan yük maşını ilə həmin divar kağızlarını "xxxx" MTK-nın Abşeron rayonu Digah qəsəbəsində yerləşən anbara aparmışlar. 11 oktyabr 2018-ci ildə saat 15 radələrində divar kağızları əldə etdiyi Sabunçu rayonu Balaxanı qəsəbəsində X1 yaxınlığında yerləşən anbara zəng edərək ona məxsus eni 1.06 metr, uzunluğu 15.60 metr olan, hər birinin dəyəri 40 manat olan 1000 rulon ümumi dəyəri 40.000 manat olan divar kağızlarını "xxxx" MTK-nın Abşeron rayonu Digah qəsəbəsində yerləşən anbara aparılmasını istəmişdir. Həmin vaxtıda anbar öz istifadələrində olan yük maşını ilə həmin divar kağızlarını "xxxx" MTK-nın Abşeron rayonu Digah qəsəbəsində yerləşən anbara aparmışlar. 15 oktyabr 2018-ci ildə saat 16 radələrində tanışım Şahid ilə onun idarə etdiyi ona məxsus yük maşını ilə işlədiyi Qaradağ rayonu ərazisində yerləşən mağazasından eni 1.06 metr, uzunluğu 15.60 metr olan, hər birinin dəyəri 40 manat olan 294 rulon ümumi dəyəri 11.760 manat olan divar kağızlarını "xxxx" MTK-nın Abşeron rayonu Digah qəsəbəsində yerləşən anbara yollamış və həmin divar kağızlarını oraya boşaltdırmışdır. Beləliklə Təqsirləndirilən şəxs 108000 manatlıq divar kağızlarını Abşeron rayonu, Digah qəsəbəsində yerləşən "xxxx" MTK-nın anbarına boşaltdırmışdır. Təqsirləndirilən şəxs ona söz vermişdir ki, həmin divar kağızlarının 108000 pulunu 1 həftə ərzində ödəyəcəkdir. Bir həftə sonra yəni, 2018-ci ilin noyabr ayını ortalarında Fuaddan 108.000 manat divar kağızlarına görə pulu tələb edəndə sonuncu ona "xxxx" MTK-nın inşa etdiyi Abşeron rayonu Xırdalan şəhərində yerləşən binada 2 mənzili onun adına sənədləşdirməyi, əgər borcu ödəməsə, həmin mənzilləri satışa çıxardıb sataraq pulu götürməsini təklif etmişdir. O, divar kağızlarının pulunun ödənilməsinə girov kimi "xxxx" MTK-nın inşa etdiyi Abşeron rayonu Xırdalan şəhərində yerləşən binadan 2 mənzil verilməsinə razılıq verəndə Fuad həmin mənzillərin sənədlərini bir neçə günə hazır olacağını bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşsada, mənzilləri öz adına sənədləşdirmək istəməmişdir. Belə ki, o, ticarətlə məşğul olduğundan banklardan kredit götürəndə çətinliklə rastlaşaçağından narahat olmuşdur. Ona görə Fuaddan xahiş etmişdir ki, 2 ədəd "xxxx" MTK-nın inşa etdiyi Abşeron rayonu Xırdalan şəhərində yerləşən binadakı mənzilləri tanışı Şahid adına sənədləşdirsin və Şahid adına 2 ədəd mənzilin mənzil-tikinti haqqında müqavilə bağlasın. Fuad onunla razılaşmış və 05 noyabr 2018-ci il tarixdə "xxxx" MTK-nın rəhbərliyi Şahidlə 2 mənzillə bağlı müqavilə bağlamışdır. Belə ki, 05 noyabr 2018-ci il tarixdə Fuad onun istifadəsində olan ***-***-**-** nömrəsinə öz istifadə etdiyi 055-625-34- 15 nömrəsindən zəng edib Şahidlə birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Real-2016" MTK-nın inşa etdiyi binanın qarşısına çağırmışdır. O, Şahidlə birlikdə 05 noyabr 2018-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Real-2016" MTK-nın inşa etdiyi binanın qarşısına gəlmişdir. Fuad ona demişdir ki, “sənin MTK-da işin yoxdu, sən binanın qarşısında gözlə", o da binanın qarşısında gözləmişdir. Fuad Şahidlə həmin "xxxx" MTK-nın inşa etdiyi binada yerləşən ofisinə getmişdilər. Təxminən 30 dəqiqə sonra Şahid Fuadla birlikdə əlində 2 ədəd müqavilə ilə onun yanına gəlmişdilər. O, Şahid 2 ədəd həmin müqavilələri götürüb baxanda, həqiqətən "xxxx" MTK-nın sədri E.Səməndərovla Şahid arasında iki ədəd mənzilin Şahid satılmasına dair müqavilə bağlandığını görmüşdür. Həmin müqavilələri özündə saxlamışdır. Həmin müqavilələrə əsasən “Real-2016" MTK tikdikləri binada biri 86645 manat dəyərində, digəri isə 53950 manat dəyərində 2 mənzili Şahid adına sənədləşdirilmişdir. Fuad ona həmin vaxtı bildirmişdir ki, “Real-2016" MTK mənə borcunu ödəyə bilməyəcəyi təqdirdə” həmin mənzilləri ona əvəzsiz verir, o da həmin mənzilləri sata bilər. Fuad onu arxayın eləmişdir ki, ona olan borc pulu qısa müddətdə ödəyəcəkdir. Hətta Fuad, ona həmin mənzillərin hazır olduğunu bildirmişdir. O, Fuaddan Şahid adına sənədləşdirilən mənzilləri ona göstərməsini xahiş etmiş və 2018-ci ilin noyabr ayının 10 da “Real-2016" MTK- nın inşa etdiyi Abşeron rayonu Xırdalan şəhərində yerləşən binadakı ofisinə getmişdir. Orada Fuad onu qarşılamış və ofisə dəvət etmişdir. Ofisdə Fuad ona MTK- nın sədri Emil Səməndərovu təqdim edib tanış etmişdir. X14 təqdim edərək “Şəhriyar bizə 108000 manat dəyərində divar kağızları verən şəxsdir, ona girov kimi verilən mənzillərə baxmaq üçün gəlib” demişdir Emi Səməndərov ona tanış olmağa məmnun olduğunu söyləyərək, Fuada söyləmişdir ki, aparıb mənziləri təqdim etsin. O, Fuadla ofisdən çıxmış, ofisin yerləşdiyi binanın 8-ci mərtəbəsində 83 kvadrat metr mənzilə baxmışdılar. O, həmin mənzilin birinə baxanda mənzil mövcudluğuna inanmış, Fuada söyləmişdir ki, digər mənzilə baxmağa ehtiyac yoxdur. O, həmin binada Fuaddan ayrılıb çıxıb getmişdir. Bir qədər çox vaxt keçmiş və Fuadla telefon əlaqəsi yaratmışdır. Fuad ona "xxxx" MTK-nın borcunu ödəyə bilmədiyini, ya girov kimi verdikləri mənzilləri satışa çıxarmağı, ya da "xxxx" MTK 108000 manat dəyərində divar kağızlarını geri qaytaracağını bildirmişdir. Belə ki, Fuad demişdir həmin divar kağızları satılmayıb, istifadə ediməyib və şirkətdə müəyyən problemlər yaranıbdır. Fuad danışığın sonunda ən yaxşı variant kimi mənzilləri satışa çıxarmağını məsləhət görmüşdür. Hətta onun divar kağızlarınında anbarda olduğunu bildirərək onu inandırmaq üçün şəkillərini çəkərək telefonuna whatsup sms mübadilə sistemi vasitəsi ilə göndərmişdir. Malı götürməməyinə səbəb isə üzərindən 1 aydan çox vaxt keçməsi və aldığı anbara geri qaytara bilməyəcəyi olmuşdur. Ona görə də mənzilləri satmaq qərarına gəlmişdir. 2019-cu ilin əvvəllərində mənzilləri satdığa qoymuş, 2019-cu ilin ortalarında müştəridə tapmışdır. Mənzillərə baxmağa gedəndə müəyyən olunmuşdur ki, ona göstərilən mənzillərdə qapılar qoyulub və həmin mənzillərin kimə məxsus olduğunu bildirən sahibin telefon nömrəsi yazılıb. O həmin tikintinin rəhbəri Emil Səməndərovun yanına gedib ki, məsələyə aydınlıq gətirsin. Həmin vaxt öyrənmişdir ki, Fuad adlı şəxs xx.xx.1984-cü ildə ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxsdur, o cinayət məsuliyyətinə cəlb olunub və hal-hazırda həbsdədir. O, şirkətin müdiri Emin Səməndərova bildirmişdir ki, ona məxsus olan mənzillərdə qapı qoyulub və sahibin nömrəsi qeyd olunub və eyni zamnda onda olan müqavilənin sürətini ona göstərmişdir. Emil Səməndərov ona bildirmişdir ki, onda olan müqavilələr saxtadır, həmin müqavilənin sürətini götürmüş və müqavilədəki imza özünə məxsus olsada həmin müqavilələr skan olunub, hətta ondan müqavilələrin əslini istəsəədə, sonuncuya müqavilənin əslini verməyəcəyini, məhkəməyə müraciət edəcəyini bildirmişdir. Hətta ona söyləmişdir, "sənin bu məsələn xəbərin yox idisə, nə üçün Fuad məni səninlə divar kağızları təşkil edən şəxs kimi təqdim edib tanış edəndə sən mənə bu barədə heçnə demədin, Fuada mənzilləri mənə göstərməsini söylədin”. Emil Səməndərov ona heçnə deməmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmək üçün tanış vəkillə məsləhətləşmiş, o da mənə müqavilələrin surətini notariat qaydasında təsdiq olunmasını və həmin sənədlər əsasında məhkəmədə iddia qaldıracağını bildirmişdir. O, da 44 saylı notariat ofisində həmin müqavilələrin əslini notariusa təqdim etmiş və bir neçə nüsxədə həmin sənədlərin surətinin təsdiqləməsin! xahiş etmişdir. Notarius ona bir neçə nüsxədə həmin müqavilələrin təsdiq olunmuş formasını vermiş ve o da həmin müqavilələrin surətini tanış vəkilə təqdim edərək Abşeron rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iddia tələbini təmin etməyib və müqavilələrin saxta olub-olmamasını aydınlaşdırmaqdan ötrü xüsüsi qərardad çıxararaq Abşeron rayon prokurorluğuna göndərmişdir. Qeyd edirəm ki Təqsirləndirilən şəxs və Emil Səməndərovun əməlləri nəticəsində ona 108.000 manat ziyan dəymişdir. O, 500 ədəd divar kağızını "xxxx" MTK-ya Fuadın vasitəsi ilə 06 oktyabr 2018-ci il tarixdə göndərsədə qaimədə anbarın əməkdaşı xx.xx.2018-cl il tarixini səhv qeyd edilmişdir. Təqsirləndirilən şəxs divar kağızı satmağı ilə bağlı söhbətində Emil Səməndərov iştirak etməmiş, bütün danışıqları Təqsirləndirilən şəxs özü ilə etmiş, alınan malın dəyəri, miqdarı, yerləşəcəyi yer, pulun ödənilmə qaydası, həmçinin divar kağızın deyəri müqabilində mənzillərin verilməsini Təqsirləndirilən şəxs təklifi əsasında sonuncu ilə etmişdir. Bu söhbətlərdə Emil Səməndərov iştirak etməmişdir. O, X7 tanımasada Şahid adına verilən hər iki eyni nömrəli yəni “kassa mədaxil orderinin” 618568 nömrəli qəbzi Şəhla Səfərovaya verilən “kassa mədaxil orderi”nin qəbz nömrəsi ilə eynidir. O, Təqsirləndirilən şəxs ilk dəfə 10 oktyabr 2018-ci ildə görüşüb divar kağızlarının satılması barədə razılıq əldə etdikdən sonra iki dəfəyə Bakı şəhəri Balaxanı qəsəbəsində yerləşən anbardan, birinci dəfə 250 ədəd rlon, həmin günü ikici dəfə 656 ədəd rlon Təqsirləndirilən şəxs vermişəm. X23 istehsalı idi, eni 106 sm, unuzluğu 15.60 metr, yuyula bilən, bir rlonu 40 manat dəyərində olmuşdur. 10 oktaybr 2018-ci ildə birinci dəfə vermiş olduğu 250 ədəd rlon oboyun dəyəri 10.000 manat, ikinci dəfə verdiyi oboyun dəyəri isə 26.240 manat olmuşdur. 11 oktyabr 2018-ci ildə isə yenə Cənubi Koreya istehsalı olan, eni 106 sm, unuzluğu 15.60 metr, yuyula bilən, bir rlonu 40 manat dəyərində 1.000 ədəd, cəmi 40.000 manat olan oboyu Balaxanı qəsəbəsində yerləşən anbardan Təqsirləndirilən şəxs göndərmişdir. Bundan başqa 18 oktyabr 2018-ci ildə isə yenə Cənubi Koreya istehsalı olan, eni 106 sm, unuzluğu 15.60 metr, yuyula bilən, bir rlonu 40 manat dəyərində 500 ədəd, cəmi 20.000 manat olan oboyu Balaxanı qəsəbəsində yerləşən anbardan Təqsirləndirilən şəxs göndərmişdir. Həmin 500 ədəd rlon divar kağının təhvil verilməsi barədə qaiməni də izahatına əlavə etmişdir. Həmin vaxt mal sürücü Rəfail adlı şəxsə təhvil verilmişdir. Sonuncu dəfə isə Şahid idarə etdiyi avtomobillə iki dəfəyə 294 ədəd Cənubi Koreya istehsalı olan, eni 106 sm, unuzluğu 15.60 metr, yuyula bilən, bir rlonu 40 manat dəyərində, cəmi 11.760 manat dəyərində oboyu Təqsirləndirilən şəxs vermişdir. Oboyların hamısı Digah qəsəbəsində yerləşən anbara daşınmışdır. (cild 1 iş vərəqə 122-124, 137-143, cild 1 iş vərəqə 31-34) Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, 2009-cu ildən divar kağızlarının mağazalara və müştərilərə çatdırılması ilə məşğul olmuşdur. O, Fuadı 2010-cu ildən, Şəhriyarı isə 2017-ci ildən tanımışdır. Fuad “Şərq" bazarının yanında oboy mağazası işlətmişdir. Fuadın satdığı malların həmin illərdə müştərilərə çatdırılması ilə məşğul olmuşdur. Fuad 2017-ci ilədək həmin işlə məşğul olmuş, sonra mağazası bağlanmış və ortalıqda görünməmiş, əlaqəni itirmişdir. Sonradan eşitmişdir ki, Fuad həbs edilib. 2018-ci ilin təxminən avqust ayın sonlarında Fuad ortalığa çıxmış, şərlənməsini, hadisənin onunla əlaqəsi olmadığı bildirmişdir. Həmin gündən sorna o, bir necə dəfə Fuadı “Sədərək” bazarında görmüşdür. Fuad "xxxx" MTK-nın təchizatçısı olduğunu, MTK-nın tikinti işləri ilə məşğul olduğunu və Xırdalan şəhərində bina tikdiklərini bildirmişdir. Fuad ona çoxlu sayda oboy lazım olduğunu, oboyları binaya verəcəyini və pulunu iki-üç həftəyə, ən geci bir ay müddətində götürüb ödəyəcəyini bildirmişdir. O, da bu barədə Şəhriyar demişdir. Fuadla Şəhriyarı o, tanış etmişdir. O, onların görüşündə iştirak etməmişdir. Həmin günün səhərisi Şəhriyarla görüşmüş Fuadla işlərin nə yerdə olduğunu, razılaşıbrazılaşmadığını soruşduqda Şəhriyar ona “Fuadla görüşüb razılaşdığını, Fuad razılaşdıqdan sonra birlikdə gedib Fuadın işlədiyi Abşeron rayonu Xırdalan şəhərində yerləşən tikintiyə və malın boşalaçağı Digah qəsəbəsindəki anbara baxdıqlarını, artıq bir maşın oboy göndərdiyini, qalan oboyları da bir həftə ərzində göndərəcəyini” demişdir. O, verilən suallara cavab olaraq göstərmişdir ki, Fuad 2017-ci ildə həbs olunmuş, daha sonra azadlığa çıxmışdır. Fuad oboyların rulonu 40 manatdan götürmüşdür. Həmin aboyların 15 manat olmasından xəbəri olmamışdır. Mənzillər onun adına rəsmiləşdirilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş oboyların siyahısından görünür ki, Zərərçəkmiş şəxs 10 oktabr 2018-ci ildə 26.240 manat və 10.000 manat, 11 oktyabr 2018-ci ildə 40.000 manat, 18 oktaybr 2018-ci ildə 20.000 manat və 22 oktyabr 2018-ci ildə 11760 manat dəyərində oboy vermişdir.(cild 2. i/v 35-59) Cinayət işinin materiallarından görünür ki, 01 may 2021-ci ildə Quliyev X8 Fuad Sabir oğluna verdiyi divar kağızlarını Abşeron rayonu X19 küçəsində yerləşən "xxxx" MMC-nin anabrına yığdığını bildirdiyindən həmin ünvana baxış keçirilmiş və baxış zamanı anbarda divar kağızları və iş üçün əhəmiyyət kəsb edən digər əşya müəyyən edilməmişdir. .(cild 1. i/v 176-180) Cinayət işinə əlavə edilmiş Abşeron rayon Məhkəməsinin hakimi X3 23 oktyabr 2020-ci il tarixli qətnaməsində görünür ki, iddiaçı Şahid cavabdeh “Real-2016" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xırdalan şəhən M Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cu blok. 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 133.3 kv.m olan 4 otaqdan ibarət olan 76 saylı mənzili və 1-cı blok. 8-cı mərtəbədə yerləşən ümumi sahəsi 83 kv.m olan 2 otaqdan ibarət olan 31 saylı mənzilin iddiaçı Şahid təhvil verilməsi vəzifəsinin cavabdeh ’Real-2016’ MTK-ya həvalə edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçı Şahid cavabdeh “Real-2016’ MTK-ya qarşı Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 133,3 kv.m olan 4 otaqdan ibarət olan 76 saylı mənzil və 1-ci blok, 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 83 kv.m olan 2 otaqdan ibarət olan 31 saylı mənzilin iddiaçı Şahid təhvil verilməsi vəzifəsinin cavabdeh “Real-2016’ MTK-ya həvalə edilməsini barədə iddia tələbi təmin edilməməsini qət etmişdir. (cild 1. i/v 83) Cinayət işinə əlavə edilmiş Abşeron rayon Məhkəməsinin hakimi X4 23 oktyabr 2020-ci il tarixli qərardadında görünür ki, Məhkəmə Şahid barəsində yuxarıda qeyd edilən hərəkətlərlə bağlı əməllərində cinayət tərkibin olub olmamasını yoxlamaq üçün Abşeron rayon Prokurorluğuna məlumat verilməsini qərara almışdır. (cild 1. i/v 7-13) Cinayət işinin materiallarından görünür ki, Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 133,3 kv.m olan 4 otaqdan ibarət olan 76 saylı mənzil MTK- nın sədri X13 tərəfindən Şahid 86.645 manat ödəmək müqabilində ayırmağı öhdəsinə götürülmüşdür. (cild 1. i/v 35-36) Cinayat işinin materialların əlavə edilmiş 05 noyabr 2018-ci il tarixli müqavilələrin surətlərindən görünür ki, Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 83 kv.m olan 2 otaqdan ibarət olan 31 saylı mənzil MTK-nın sədri X13 tərəfindən Şahid 53.950 manat ödəmək müqabilində ayırmağı öhdəsinə götürülmüşdür. Cinayət işinin materialların əlavə edilmiş 05 noyabr 2018-ci il tarixli “Real-2016" MTK, kassa mədaxil orderinin “Seriya ƏXZ" 618568 nömrəli qəbzin surətindən görünür ki, Şahid Hüseyn oğlu pay haqqı olaraq 53.950 (əlli üç min doqquz yüz əlli) manat ödəmiş və rəhbər tərəfindən imza edilərək möhürlənmişdir. (cild 1. i/v 37-38) Cinayət işi materiallarına əlavə edilmiş 05 noyabr 2018-ci il tarixli “Real- 2016’ MTKnın sərdi Səməndərov.E.T tərəfindən verilmiş “Maliyyə Arayışının” surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilən binanın 1-ci giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 83 kv.m olan 2 otaqdan ibarət olan 31 saylı mənzilin pay dəyəri 53,950 manat Şahid tərəfindən tam ödənilmiş, MTK-ya heç bir borcu yoxdur. (cild 1, iş vərəqə 31) Cinayət işi materiallarına əlavə edilmiş 16 dekabr 2020-ci ildə Zərərçəkmiş şəxs təqdim etdiyi “Real- 2016" MTK ilə Şahid arasında bağlanmış 2 ədəd mənzil tikintisi haqqında müqavilə, 2 ədəd maliyyə arayışı və 2 ədəd kassa mədaxil orderinin qəbzinin əsli götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 70-74) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 yanvar 2021-ci il tarixli 5/955 nömrəli sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid adına olan 05 noyabr 2018-ci il tarixli 2 ədəd 618568 nömrəli kassa mədaxil orderinin qəbzinin, 2 ədəd maliyyə arayışının, 2 ədəd “Real-2016" MTK ilə bağlanmış müqavilənin üzərlərindəki möhür əksi hər hansı bir texniki qurğu (skanyer, fotoaparat və.s) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdirlər. (cild 1, iş vərəqə 94,100-103) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə xətşünaslıq ekspertizasının 13 sentyabr 2021-ci ildə 4/1193 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid adına olan 05 noyabr 2018-ci il tarixli “Real- 2016" MTK ilə bağlanmış müqavilənin arxa tərəfindən (2 ədəd) “Payçı İmza” qrafalarındakı imzalar və həmin imzalardan aşağıda “Telefon№” qrafalarındakı rəqəmlər - Şahid tərəfindən icra olunmuşdur.Tədqiqata təqdim edilmiş 05 noyabr 2018-ci il tarixli 618568 nömrəli kassa mədaxil orderinin qəbzlərindəki (2 ədəd) yazılar, 05 noyabr 2018-ci il tarixli maliyyə arayışındakı yazılar (2 ədəd) yazılar, 05 noyabr 2018-ci il tarixli "xxxx" MTK ilə bağlanmış müqavilələrdəki yazılar (müqavilənin arxa tərəfıində aşağıda “TelefonNe" qrafalarındakı rəqəmlərdən başqa) - Şahid tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. (cild 1, iş vərəqə 164-175, 207-208, 217-220) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə xətşünasılıq ekspertizası 3 noyabr 2021-ci ildə 4/1518 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 05 noyabr 2018-ci il tarixli 618568 nömrəli 02 ədəd kassa mədaxil orderinin qəbzlərində “Rəhbər’ qrafalarında, 05 noyabr 2018-ci il tarixli 02 ədəd maliyyə arayışında "xxxx" Mənzil Tikinti Kooperativinin sədri:"nqrafalarında, 05 noyabr 2018-ci il tarixli 02 ədəd Mənzil tikintisi haqqında müqavilələrdə “İcraçı" qrafalarından aşağıda yerləşən “Sədr” qrafalarında hər hansı bir texniki qurğu (skaner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə birbaşa printerlə çap edilmiş imzalar - X13 tərəfindən icra olunmuş imzaların əksləridir. Tədqiqata təqdim edilmiş 05 noyabr 2018-ci il tarixli 618568 nömrəli 02 ədəd kassa mədaxil orderinin qəbzlərindəki əlyazmalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş 05 noyabr 2018-ci il tarixli 02 ədəd maliyyə arayışındakı və 05 noyabr 2018-ci il tarixli 02 ədəd Mənzil tikintisi haqqında müqavilələrdəki əlyazmalar - X13 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. (cild 1 iş vərəqə 233-246, cild 2 iş vərəqə 21-22, 121-126) Cinayət işinin materiallarına əlavə olunmuş sənədlərin surətindən görünür ki, ünvan 4 ünvanında inşa edilən binanın birinci girişin 8-ci mərtəbəsində ümumi sahəsi 83 kvadrat metr olan 2 otaqlı 31 saylı mənzil 2 oktyabr 2018-ci ildə X6, 29 may 2019-cu ildə X12, ünvan 5 ünvanında inşa edilən binanın üçüncü girişin 13-cü mərtəbəsində ümumi sahəsi 78,8 kvadrat metr olan 2 otaqlı 76 saylı mənzil 23 oktyabr 2018-ci ildə X10 adına, ünvan 4 ünvanında inşa edilən binanın üçüncü girişin 9-cu mərtəbəsində ümumi sahəsi 133,6 kvadrat metr olan 4 otaqlı 54 saylı mənzil 14 dekabr 2018-ci ildə X5 adına sənədləşdirilmişdir. (cild 2, iş vərəqə 99-118) Elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamış və onun himayəsində 22 noyabr 2008-ci il təvəllüdlü Yusuf Bayramov və 5 noyabr 2013-cü il təvəllüdlü Fatimə Bayramova adlı iki övladı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs qarşı dələduzluq etməməsi barədə məhkəmədə söylədiklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarına əlavə olunmuş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş məhkumluq barədə tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.4-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyi və çəzaçəkmə müddətinin əvvəli 31 mart 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 12 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 31 mart 2018-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 may 2018-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 05 noyabr 2018-ci il tarixli “Mənzil Tikintisi haqqında” müqavilə, iki ədəd 05 noyabr 2018-ci il tarixli “Maliyyə Arayışı” və iki ədəd 05 noyabr 20218-ci il tarixli “kassa mədaxil orderi” cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 303 manat 52 qəpik ( üç yüz üç manat əlli iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il, 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 12 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 mart 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış 05 noyabr 2018ci il tarixli “Mənzil Tikintisi haqqında” müqavilə, iki ədəd 05 noyabr 2018-ci il tarixli “Maliyyə Arayışı” və iki ədəd 05 noyabr 20218-ci il tarixli “kassa mədaxil orderi” cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 303 manat 52 qəpik ( üç yüz üç manat əlli iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(124)-23/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-23/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver