Məhkəmə qərarları › İş №1(124)-23/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-23/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-23/2025 27.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X7 Nizami oğlunun sədrliyi, X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və X4, Zərərçəkmiş şəxsin nümayəndəsi – Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçilər - Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax rayonu, Yuxarı Qarxun kəndində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, Yevlax rayonu Yuxarı Qarxun kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu “Banuçiçək” restoranının yaxınlığında fərdi evdə kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə 2018-ci ildə internet sosial şəbəkəsinin “Odnoklasniki” sosial şəbəkəsində özünü “Nurlana” kimi təqdim edərək, Şahid2 ilə tanış olduqdan sonra ona ərə gedəcəyini bəyan edib, sonuncunun anası Zərərçəkmiş şəxs1 və bacısı X9 ilə yaxın münasibət yaradaraq Zərərçəkmiş şəxs1 Zərdab rayoundakı evini satmasını bilib, sonuncuya Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən çoxmərtəbəli binalardan birində kreditlə ödəmək şərti ilə 84000 manata dörd otaqlı mənzil, qızı Elyanə Musayevaya isə Bakı şəhəri, Yasamal rayonu, «Elmlər Akademiyası» metrostansiyasmın yaxınlığında inşa edilən çoxmərtəbəli binalardan birində 39000 manata iki otaqlı mənzil alacağını yalandan vəd verib inandıraraq, 2019-cu ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Novxanı kəndi, Gəray Əsədov küçəsində yerləşən evində hissə-hissə olmaqla ümumilikdə 87800 manat məbləğində nağd pulu və satdıqdan sonra əldə olunan vəsaiti mənzilin kreditinə ödəmək adı ilə 120 manat dəyərində 1 ədəd iki nəfərlik çarpayını, 540 manat dəyərində 25 ədəd döşəyi, 500 manat dəyərində 50 ədəd balışı, 30 manat dəyərində 1 ədəd çilçirağı, 154 manat dəyərində qab-qacağı, 35 manat dəyərində 1 ədəd uşaq çarpayısını, 65 manat dəyərində uşaq oyuncaqlarını, 20 manat dəyərində 1 ədəd şirniyyat səbətini, 15 manat dəyərində 1 ədəd sərinkeşi, 100 manat dəyərində 2 ədəd kiçik dolabı, 55 manat dəyərində 2 ədəd çarpayını,40 manat dəyərində 1 ədəd tozsoranı, 25 manat dəyərində 1 ədəd dəmir çarpayını, 330 manat dəyərində 1 ədəd kondinsioneri, 55 manat dəyərində 1 ədəd üşaq üçün avtomobil oturacağım, 30 manat dəyərində 1 ədəd nərd taxtasını, 20 manat dəyərində 1 ədəd elktrikli ət çəkən maşınını, 70 manat dəyərində 1 ədəd 7 litir su tutumu olan samovarı, 40 manat dəyərində 1 ədəd DVD aparatını, 30 manat dəyərində 2 ədəd pencəyi, 100 manat dəyərində 1 ədəd uşaq arabasını, 800 manat dəyərində 8 ədəd xalçanı, 65 manat dəyərində uşaq və qadın geyimlərini, 50 manat dəyərində yataq dəstini, 25 manat dəyərində dəsmal dəstini, 50 manat dəryərində 2 ədəd uşaq velosipedini, 60 manat dəyərində 3 ədəd çaydanı, 10 manat dəyərində 1 ədəd qazanı, 50 manat dəyərində 1 ədəd qaşıq dəstini, 100 manat dəyərində kişi kostyumunu, 40 manat dəyərində uşaq paltarlarını, 60 manat dəyərində 1 ədəd qadın paltarını, 50 manat dəyərində 1 cüt qadın ayaqqabısını, 240 manat dəyərində 1 ədəd qadın paltosunu, 50 manat dəyərində şirə qabı dəstini, 10 manat dəyərində 1 ədəd yataq örtüyünü, 15 manat dəyərində nazik gödəkçəni, 82 manat dəyərində 9 ədəd meyvə qabını, 100 manat dəyərində 1 ədəd şamdan, lampa və güzgü dəstini, 45 manat dəyərində hədiyəlik əşyaları, 15 manat dəyərində 25 ədəd boşqabı, 60 manat dəyərində 5 ədəd güldanı, 10 manat dəyərində 1 cüt kişi ayaqqabısını, 80 manat dəyərində 8 ədəd qadın paltarını, 75 manat dəyərində 15 ədəd qadın köynəyini, 75 manat dəyərində 13 ədəd qadın koftalarını, 49 manat dəyərində 7 ədəd papaqlı nazik gödəkçəni, 30 manat dəyərində palaz və odyalı, 500 manat dəyərində 1 ədəd “Samsunq” markalı mobil telefonu, 50 manat dəyərində 5 ədəd gödəkçəni, 25 manat dəyərində üşüq arabasını, 10 manat dəyərində 1 ədəd qadın əl çantasını, 90 manat dəyərində 6 ədəd kişi pijamam, 50 manat dəyərində 1 ədəd şirəçəkən aparatı, 110 manat dəyərində 15 ədəd şirə qabını, 47 manat dəyərində 25 ədəd kasanı, 20 manat dəyərində 4 ədəd çörək qabını, 18 manat dəyərində 6 ədəd kül qabını, 14 manat dəyərində 2 ədəd dəm çaynikini, 50 manat dəyərində 10 ədəd böyük qabı, 45 manat dəyərində 15 ədəd qəndqabını, 15 manat dəyərində 5 ədəd dekor qabını, 12 manat dəyərində 6 ədəd bakalı, 10 manat dəyərində 12 ədəd nəlbəkini, 13 manat dəyərində 17 ədəd duz qabını, Elyanə Musayevadan isə hissə-hissə olmaqla həmin ünvanda ümumilikdə 43800 manat məbləğində nağd pulu və satdıqdan sonra əldə olunan vəsaiti mənzilin kreditinə ödəmək adı ilə 3500 manat dəyərində olan istifadə olunmuş mebel dəstini, 100 manat dəyərində qab-qacaq dəstini, 200 manat dəyərində 2 ədəd “Kapsella” markalı pərdəni, 300 manat dəyərində 1 ədəd televizoru, 300 manat dəyərində 1 ədəd soyuducunu, 100 manat dəyərində qaşıq dəstini, 200 manat dəyərində 2 ədəd xalçanı, 100 manat dəyərində 1 ədəd uşaq üçün avtomobil oturacağını, 35 manat dəyərində 1 ədəd uşaq arabasını, 30 manat dəyərində 1 ədəd tozsoranı, 45 manat dəyərində hədiyyəlik qabları, 35 manat dəyərində 1 ədəd balıq akvariumunu, 40 manat dəyərində 1 ədəd gödəkçəni, 25 manat dəyərində 1 ədəd elektrikli çaydanı, 20 manat dəyərində bokal dəstini, 25 manat dəyərində 1 ədəd meyvə qabını, 30 manat dəyərində 1 ədəd güldanı, 35 manat dəyərində 5 ədəd qadın üçün çantanı, 30 manat dəyərində 6 ədəd yubkanı, 45 manat dəyərində 9 ədəd qadın üçün yay koftalarını, 40 manat dəyərində şərf, kofta və papaq dəstini, 92 manat dəyərində cins şalvar və gödəkçə dəstini, 100 manat dəyərində krasovka və çəkməni, 150 manat dəyərində 1 ədəd yorğan, döşək və balış dəstini etibardan sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxslər Elyanə Musayevaya və Zərərçəkmiş şəxs1 ümumilikdə 143126 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, internet vasitəsi ilə Zamiq adlı şəxslə tanış olmuşdur. Daha sonra onunla görüşmüşdür. Həmin vaxt Zamiq adlı şəxs özünü subay olaraq təqdim etmişdir. Həmin vaxt da özü yoldaşından ayrı olmuşdur. Onu hədsiz narahat etdiyinə görə ondan ayrılmışdır. Öz nömrəsini də qıraraq atmışdır. Beləliklə, onunla əlaqəni kəsmişdir. İki il sonra yenidən onu tapmışdır. Ondan əl çəkməmişdir. Həmin ərəfələrdə anasına onu təqdim etmişdir. Onun anası ilə danışmışdır. Zərərçəkmiş şəxs1 ilə aralarında parfümeriya il əlaqəli danışıq olmuş, lakin evlə bağlı alışveriş danışığı olmamışdır. Sadəcə nə isə lazım olanda onlara kömək etmişdir. Zamiqin anası Zərərçəkmiş şəxs1 Xalqlarda mənzili olmuşdur. Daha sonra Zamiq yenə onunla ünsiyyət qurmuşdur. O həm müəllimlik etmiş, həm də parfümeriya işi ilə məşğul olmuşdur. Birinci dəfə Zərərçəkmiş şəxs1 ona parfümeriya üçün 200-300 manat pul vermişdir. Həmin vaxt Covid 19 pandemiyasından əvvəlki dövr olmuşdur. Çek ilə dəfələrlə faizlərini onlara göndərmişdir. O həm pulları taksi sürücüləri ilə, həm də rayon poçtunun vasitəsi ilə göndərmişdir. Hamısının da çekləri olmuşdur. Zərərçəkmiş tərəf ona pul vermiş və o da onlara faiz göndərmişdir. Hər dəfə ona 300-500 göndərən zaman onlara 100-200 manat pul vermişdir. Parfümeriya əldə edilən qazancdan onlara faiz vermişdir. Onun əlində pulu olmadığına görə onlardan pul götürmüşdür. Poçt vasitəsi ilə Nuranın adına göndərmişdir. Bəzən Elnazın adına da göndərmişdir. İstintaq zamanı zərərçəkmiş tərəf boyunlarına almamalarına baxmayaraq, o yenə də çekləri çıxartdırıb təqdim etmişdir. Lombarda həmin vaxt qızıl da qoymuşlar. Həmin qızılları da lombarddan çıxartdırmışdır. Aralarında mütəmadi olaraq alış-veriş söhbəti getmişdir. İkinci əl olan əşyaları bəzən satışa qoymuş və oradan əldə olunan qazancı onlara yönləndirmişdir. Karantin zamanı isə onlar ondan əl çəkməyərək faizləri verməyini tələb etmişlər. Karantin zamanı o, hətta intihar həddinə də çatmışdır. Həmin vaxt adında kredit olduğuna görə faizləri verə bilməmişdir. O həmin vaxt evli olmuşdur. Onların rayonunda xanımın polisə düşməyi pis sayıldığına görə həmin vaxt onların şantajları ilə razılaşmışdır. O, Zamiqin qohumunun evinə getmiş və onunla birlikdə olan videosu onlarda olduğuna görə onu həmin video ilə hədələmişdir. Elyanə adlı şəxslə mütamadi əlaqə saxlamamışdır. Onun onlara göndərdiyi pullara dair onlar heç bir sübut təqdim etməmişlər. Onun onlara etdiklərinə dair şahidləri də, sübutları da vardır. Mənzil alacaqlarını və faizləri qaytarmalı olduğunu bildirmişlər. Onun da götürdüyü malların hamısı ziyana getmişdir. Daha sonra baş verənlərlə əlaqədar dəfələrlə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa ərizə ilə və ya teleqram ilə müraciətlər etmişdir. Onların ona şər atdıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs1 və onun qızını Şahid2 vasitəsi ilə tanımışdır. İttihamda göstərilən iki mənzilin alınması ilə bağlı onlara heç bir köməklik etməmişdir. Onlara heç bir vəd verməmişdir. Karantin dövrü olmuş və bütün parfümeriyanı batırmışdır. Satılmadığına görə parfumeriya əşyalarının vaxtı bitmişdir. Karantin dövründə tez-tez faizlərini istəmişlər. O isə onlara bir dəfəlik o qədər miqdarda faiz verə bilməmişdir. Onlara parfumeriyadan bu qədər qazanc olarsa faizi verə biləcəyini bildirmişdir. Heç bir qazanc olmamışdır. Zərərçəkmiş tərəf ona ev üçün heç bir manat da verməmişdir. O öz pulu ilə onlara ev alacağı sözünü vermişdir. Dəfələrlə intihar həddinə çatmışdır. İki ilin faizləri olmuşdur. O 15 min manat pul qaytarmışdır. İşi yaxşı gedəcəyi təqdirdə öz pulu ilə ev alacağını bildirmişdir. Onların pulu ilə onlara ev alacağını bildirməmişdir. Zərərçəkmiş şəxslə aralarında telefon danışıqlarının səsləri vardır. Ona səsdə qızım deyə müraciət etmişdir. Həmin vaxt o az məbləğdə olan faizləri verə bilməmişdir. Ümumi faizlə birlikdə 35000 min manat pul yığılmışdır. Hər dəfə o, qazancı olanda onun yarısını geri qaytarmışdır. Onu hədələmişlər. Qazandığı pula mütənasib olaraq yarısı nisbətində pul vermişdir. Onu məcbur etmişlər. Onlar ona ev almaqla bağlı pul verməmişlər. Parfumeriya ilə bağlı danışıqları olmuşdur. O heç onlara mənzilin şəklini atmamışdır. Mənzilin yerləşdiyi yeri onlara deməmişdir. Elə bir danışıq olmamışdır. O özü üçün mənzillərlə bağlı maraqlanmışdır. İnternet üzərindən maraqlanmışdır. O öz pulu ilə onlara mənzil alacaqmış. O, internetdə kreditlə verilən evlərə baxmışdır. Onun həmin mənzili almağa maddi gücü çatmamışdır. Ən sonda onlara öz pulu ilə mənzil alacağını bildirmişdir. Heç bir mənzilin şəklini və qiymətini zərərçəkmiş tərəfə göndərməmişdir. İstintaq vaxtı da gələcəkdə imkan olarsa onlara mənzil alacağını bildirmişdir. X5 yaxınlığında öz qazancı ilə ev alacağını bildirmişdir. Teleqramlarından da bu barədə bildirmişdir. Zamiq ilə o, internet vasitəsi ilə tanış olanda Nurlana adlı hesabdan istifadə etmişdir. Zamiqin də adı internetdə başqa adla olmuşdur. O, Zamiq adlı şəxsi tanımamışdır. Onu hədələyirmişlər. Ondan şəxsiyyət vəsiqəsini istəməsi ilə bağlı aralarında mübahisə yaranmamışdır. O həmişə zərərçəkmiş şəxslərə adını düzgün demişdir. “Tortun içərisində mənzilin açarını sizə təqdim edəcəm” danışığı olmamışdır. O, “müəllim” deyəndə kimisə nəzərdə tutmamışdır. Onun onlara göndərdiyi pullarla bağlı heç bir yazışmanı istintaqa təqdim etməmişlər. Onun planşetini də Zülədcə xanımın oğlu qırmışdır. Onların verdiyi maliyyənin hesabına parfümeriyanı sataraq onlara faiz vermişdir. Karantin dövründə işləyə bilmədiyinə görə onların ona verdikləri pul batmışdır. Cəmi yekunda qalan məbləğ 19750 manat pul olmuşdur. O verilən məbləğin 15 min manatdan çoxunu ödəmişdir. Müstəntiq Vasif adlı şəxs daha sonra bu işə xitam vermişdir. 19 min manata görə 750 manat faiz olmuşdur. Kredit götürüb getməyinə baxmayaraq onlar məbləği ondan qəbul etməmişlər. Ona 140- 150 min manat pul verməli olduğunu bildirmişlər. Ayın 27-si günü onun qardaşının toyu olmuşdur. Polis tərəfindən barəsində tutma tətbiq edildiyindən və 27 aprel tarixində qardaşının toyu oluğuna görə məcburiyyət qarşısında qalıb üzləşmə zamanı zərərşəkmiş şəxsə mənzil alacağını bildirdiyini, zərərçəkmiş şəxsin dediyi 143126 pulu ona hissə-hissə ödəyəcəyini söz vermişdir. Heç bir istintaq proseslərindən yayınmamışdır. Hər bir çağrışa getmişdir. Qabil müəllimin qəbuluna da getmişdir. Ona ən son məhkəməyə getməli olduğunu bildirmişlər. 19750 manat borcu qalmışdır. Pulu qaytarmaq istəməyinə baxmayaraq həmin pulu ondan götürməmişlər. Aralarında başqa bir pul mübahisəsi olmamışdır. Onu faizləri verməyi üçün məcbur etmişlər. Oğlu ilə videosu olduğuna görə onu hədələyirmişlər. Bu halı prokurorluqda da demişdir. Ona ev almaqla bağlı pul verməmişlər. Onun evi yoxdur. Onlara dəfələrlə pulun faizini ödədikdən sonra əlaqəni kəsmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu “Banuçiçək” restoranı yaxınlığındakı fərdi yaşayış evində ərimlə birlikdə hər ay 150 manat kirayə ödəməklə yaşayır. Həyat yoldaşı Şahid1 fəhləçiliklə məşğul olur. O, ətir və qadın üçün nəzərdə tutulan kosmetik əşyaları satmaqla məşğul olur. Təxminən 7-8 il əvvəl “İnstagram” sosial şəbəkəkində Şahid2la tanış olmuş, həmin vaxt internetdə sosial şəbəkədə adı Nurlana olmuşdur. Şahid2 Bakı şəhərində qalmışdır. O, həmin vaxt ərindən qeyri-rəsmi olaraq ayrılmış, Zamiq ona qarşı çox diqqət göstərdiyinə görə onunla görüşməyə başlamışdır. Zamiq ona evlənmək istədiyini bildirmiş, onu anası və bacıları ilə tanış etmişdir. Zamiqin anası Zülədcə ona bildirmişdir ki, «sən mənim gəlinim olacaqsan ona görə də səninlə yaşamaq istəyirəm». Ona görə də sonuncu demişdir ki, ona Bakı şəhərində ev almağa kömək etsin. O da sonuncu ilə razılaşmış, ona və qızlarına əlindən gələn köməkliyi göstərmişdir. 2019-cu ilin oktyabr ayında kosmetika və ətir məhsullarını internet vasitəsilə satmış, belə ki, Zülədcə ona bildirmişdir ki, «ətir və kosmetika mallarının almasında sənə köməklik göstərəcəm, həmin mallar satıldıqda yerdə qalan faizdən mənə hörmət edərsən». O da razılaşmış, 2019-cu ilin oktyabr ayında Zülədcə ona kosmetika və ətir məhsulları almaq üçün 250 manat pul vermiş, həmin pulla qeyd olunan məhsulları alıb satdıqdan sonra əldə etdiyi faizdən gücü çatanı ödəmişdir. Bundan 3 həftə sonra Zülədcədən 1600 manat ətir almaq üçün pul almış, mütəmadi olaraq ümumilikdə Zülədcə ona təxminən 35.000 manat pul vermişdir. Həmin pulları Zülədcənin yaşadığı evə taksi göndərərək sürücü vasitəsilə almış, həmçinin əldə etdiyi pulun faizlərini də sürücü vasitəsilə Zülədcəyə göndərmişdir. Bundan əlavə Zülədcə və qızı Elyanə bankdan kredit götürərək müxtəlif vaxtlarda ona pul vermişlər. Həmin pullar da 35000 manata daxildir. Zülədcə ona bildrmişdir ki, əldə etdiyini pulun faizini yığıb ona Bakı şəhərində ev almaqda köməklik göstərsin. Lakin pandemiya şəraiti yarandığı üçün bankrot olmuş, mallarının keyfiyyəti itdiyinə görə zibil kimi atmışdır. Zülədcə və qızıl pul almaq məqsədilə ona lombarda qoymaq üçün təxminən 5000 manat dəyərində qızıl-zinət əşyaları vermişlər. O da həmin qızıl-zinət əşyalarını Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən lombarda qoyub 4100 manat pul götürmüşdür. Həmin pul ilə kosmetika və ətir alıb sataraq aidə etdiyi gəlirdən Zülədcəyə də vermişdir. O, Zülədcə və qızı Elyanədən aldığı təxminən 35000 manat puldan gəliri hesablamaqla təxminən 15000 manat pul ödəmiş, qalan 20000 manat pulu isə pandemiya dövründə batırmış, qızılları və qiymətli əşyaları qaytarmışdır. Göstərmişdir ki, əvvəlki ətir və kosmetika alveri edib, əldə etdiyi gəlirdən mənzil alıb birlikdə yaşamaq üçün ümumilikdə 35000 manat pul almış və həmin pulun 15000 manatını ödəmiş, qalan 20000 manatı isə pandemiya ilə bağlı işləyə bilmədiyinə görə ödəyə bilməmişdir. 2019-ci ilin yanvar ayından əri Şahid1 adına qeydiyyatda olan lakin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunun «WhatsApp» xidməti vasitəsi ilə Zülədcənin ***-***-**-** nömrəli mobil telefonun «WhatsApp» xidməti vasitəsi ilə 2022-ci ilin dekabr ayına kimi yazışmış, həmin mesajları Zülədcəgilin onu bezdirdiklərinə görə yazmışdır. Müxtəlif vaxtlarda bir neçə dəfə olmaqla Yevlax rayon Yuxarı Qarxun poçt şöbəsindən Zərərçəkmiş şəxs1 qızlarının adına müxtəlif məbləğlərdə pul köçürmələri göndərmiş, həmin pul köçürmələrini Zülədcənin tapşırığı ilə bir qızının adından digərinin adına göndərmiş, internet sosial şəbəkəsinin “Obnoklasnik” səhifəsində “Nurlana” adı ilə qeydiyyatdan keçdiyinə görə Zülədcənin oğlu Zamiqlə də internet sosial şəbəkəsində tanış olarkən adının Nurlana olduğunu demişdir. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi bir dəfə görmüşdür. İlk dəfə təqsirləndirilən şəxs onun oğlu ilə 2016-cı ildə tanış olmuşdur. Daha sonra onunla telefon vasitəsi ilə danışmışdır. O zaman rayonda yaşamışdır. Ona onun oğlu ilə bir-birlərini sevdiyini və evlənəcəklərini demişdir. Onun gəlini olacağını demişdir. Daha sonra onlar Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gələndən sonra təqsirləndirilən şəxsin onun oğlu ilə arası dəymişdir. Təqsirləndirilən şəxs iki il yoxa çıxmışdır. 2019-cu ilin yanvar ayında təkrar ortalığa çıxmışdır. Onlara özünü Nura Əliyeva kimi tanıtmışdır. Onlar daha sonra onun əsl adının Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Oğlundan Nuranın harada olduğunu soruşanda ona məlumatının olmadığını bildirmişdir. Oğlu təqsirləndirilən şəxsə onun və bacılarının onun evində qaldığını, ev alacağını, özünün evdən çıxacağını və ya həmin mənzili onlara alacağını demişdir. Təqsirləndirilən şəxs bir gün ona zəng edərək “eşitmişəm ki, siz ev almaq istəyirsiz?” demişdir. Özünün ingilis dili müəlliməsi olduğunu və onlara kömək edəcəyini bildirmişdir. Kursunun və işçilərinin olduğunu bildirmişdir. 2500 manat əmək haqqı aldığını bildirmişdir. Atasının Ukrayna-Azərbaycan arasında biznesmen olduğunu bildirmişdir. Özünü evin yeganə övladı olduğunu bildirmişdir. Əvvəl özünü oğluna subay bir xanım kimi təqdim etmişdir. Daha sonra evli olduğunu bilmişlər. Oğlu ondan şəxsiyyət vəsiqəsini istəyən zaman şəxsiyyət vəsiqəsini onlardan gizlətmişdir. X16 Əliyeva adlı şəxsiyyət vəsiqəsinin foto şəklini onlara göndərmişdir. Həmin foto şəkili o, müstəntiqə təqdim etmişdir. Yekunda onlara ev almaqda kömək edəcəyini bildirmişdir. O, evini və əlində olan malları satıb Bakı şəhərinə gəldiyini bildirmişdir. Həmin vaxt onun əlində 35 min manat pul var idi. Rayonda mənzillər ucuz olduğu üçün mənzilini ucuz qiymətə satmışdır. Ona onun üçün Yeni Yasamal adlanan ərazidən dörd otaqlı, Elyanə üçün isə Elmlər Akademiyasında iki otaqlı mənzil alacağını bildirmişdir. İlkin ödənişlər kimi yeddi min manat və 14 min manat pul verməli olduqlarını demişdir. Təqsirləndirilən şəxs bir dəfə onların yaşadıqları mənzilə gəlmişdir. Qara rəngli Toyota markalı avtomobillə onların yaşadıqları mənzilə gəlmişdir. Həmin günü onlardan ilkin ödənişi istəyən zaman onlar da həmin pulu ödəmişlər. Yeddi min manat pulu onun qızı, 14 min manat pulu isə özü ödəmişdir. 2019-cu ilin yanvar ayında onlardan pulu alanda kreditin ödənişinin sentyabr ayında başlayacağını bildirmişdir. Sentyabr ayında isə 600 manat pulu onun, 400 manat pulu isə qızının verməli olduğunu ona bildirmişdir. Ondan mənzilin yerini soruşmuşdur. O isə göndərməmişdir. Onunla həmişə “anam” deyə danışmışdır. Onun uşağının nəvəsi olacağını ona deyirmiş. Oğluna görə inanmışdır. Həmin ərəfələrdə onun oğlu həyat yoldaşından boşanmışdı. Sentyabr ayından 600 manatı o, 400 manatı isə qızı ödəməyə başlamışdır. Göndərdiyi pulların şəkilini çəkib ona göndərmişdir. Həmin sənədləri müstəntiqə təqdim etmişdir. O, pulları göndərəndən sonra ondan pulları götürübgötürmədiyini soruşmuşdur. O da cavabında “hə” deyirmiş. Dörd otaqlı mənzil üçün ona 64 min manat qiymət demişdir. Qızına isə iki otaqlı üçün 39 min manat pul demişdir. Təmir üçün dörd otaqlıya 66700 manat, iki otaqlı üçün 29 min manat pul demişdir. Yekunda 88 min manat pulu o, 49 min manat pulu isə qızı ödəmişdir. O heç bir zaman ona pulu avtomobillə göndərməmişdir. Təqsirləndirilən şəxs özü pulları almaq üçün avtomobil göndərmişdir. Həmişə də bəstə boylu olan bir nəfər gəlmişdir. Pulu ondan götürəndə şübhəli baxmışdır. Poçtun kuryeri olduğunu ona bildirmişdir. Polis şöbəsində Rəhimənin əri olduğunu bilmişdir. Ondan soruşanda ki, “həqiqətən də siz Rəhimənin həyat yoldaşısınız”. Cavabında ona “bəli” demişdir. O həmin şəxsin ondan pulu nə üçün götürdüyünü bilməmişdir. Evlə bağlı gedən söhbətlərin hamısı mesajlarda vardır. Ona “tez ol pulu göndər” deyirmiş. Ona tez-tez “pul nə oldu” sualını verirmiş. O şübhələnib suallar verəndə atasının biznesmen olduğunu deyirmiş. Onu bu formada inandırmışdır. Ona qızılları lombarda qoyduğunu və qarşılığında 4 min manat pul götürdüyünü bildirmişdir. 87 min manatdan çox pul vermişdir. Hər ayda müəyyən miqdar pul ödəmişdir. O, qızı ilə birlikdə 143 min 126 manat pul vermişdir. Həmin məbləğdən ona qaytarılan məbləğ yoxdur. O, orta təhsillidir. Mühasib vəzifəsində işləyir. Rayonda yaşayır. Bələdiyyədə sədr vəzifəsində işləmişdir. Onun yeddi övladı vardır. 5 qızı, 2 oğlu vardır. 6 nəfəri ali təhsillidir. Yoldaşı ali təhsilli deyildir. Yoldaşının daha sonra bu proseslərdən məlumatı olmuşdur. O inandığına görə həmin məbləğdə pulu vermişdir. Rayondan 2019-cu ildən gələn kimi onlar evlərini satmışlar. Rəhimə ona Zamiqin onun yanında onların ev alacaqlarını Rəhiməyə bildirmişdir. O, şəxsin əsl adını polis şöbəsində öyrənmişdir. Əvvəl onu Nura Əliyeva kimi tanımışdır. Vəsiqəsini polis şöbəsində görmüşdür. Üç gün Balakişiyev Rəhiməni içəri salmışlar və onunla görüşmüşdür. Fuad Nəsirovun yanında ona “çölə çıxım və 20 min manat sənə verim” deyə yalvarmışdır. Daha sonra pulun qalan hissəsini verəcəyini bildirmişdir. Özü işləmir. 400 manata yaxın pensiya alır. Təqsirləndirilən şəxsə verdiyi pullara münasibətdə bir manat da ödəniş edilməmişdir. Onun qızı Dubay şəhərində ailəlidir və qızının əri Dubay şəhərində polis işləyir. Yaxşı vəzifəsi vardır. Onun qızı həmin pulları göndərmişdir. Birincisi o, 35 min manat dəyərində olan mənzilini satmışdır. Onun qızları da işləyirlər. Həmin pulu o, hissə-hissə vermişdir. İlk olaraq ödənişlərini 14 min manatı özü, yeddi min manat pulu isə qızı vermişdir. Hər ay da 600 manat özü, 400 manat da qızı kredit şəklində ödəmişdir. Bu barədə Rəhimənin yazıları da vardır. Min dəfə o, Elmlər Akademiyasında yerləşən mənzilin göstərilməsini tələb etmişdir. Mənzilin şəklini dəfələrlə istəmişdir. Aralarında olan yazışmalarda vardır. Rəhimə ona “mən bu evi sizə təhvil verəndə tort bişirəcəm və tortun içərisində açarı təqdim edəcəm və o zaman məndən utanacaqsız” demişdir. Oğlu dəfələrlə təqsirləndirilən şəxsdən şəxsiyyət vəsiqəsini istəmişdir. Oğlu ilə arasının dəyməsini ona deməmişdir. Hazırda sevgili olduqlarını bildirmişdir. Onun oğlu həmin dövr Türkiyədə olmuşdur. Oğlu ilə ayrıldıqlarını sonradan öyrənmişdir. İlk dəfə Rəhimə ilə 2016-cı ildə tanış olmuşdur. Mənzil məsələsi isə 2019-cu ildə baş vermişdir. Mənzili torpağı ilə birlikdə 35 min manata satmışdır. İbtidai istintaq zamanı 25 000 manat deyəndə yalnız evin qiymətini nəzərdə tutmuşdur, yəni torpağı nəzərdə tutmamışdır. Mənzilin çıxarışı olmamışdır. Dubay şəhərindən qızı pulu özü şəxsən çantada da gətirmiş, həmçinin digər qızı vasitəsilə də yola salmışdır. Qızı hardasa 50 min manatdan çox pulu ona vermişdir. İlk dəfə ona “64 min manata qədər mənzilin təmirsiz qiyməti olduğunu demişdir. Digər mənzili isə 29 min manata demişdir. Mənzildə təmirin getdiyini bildirmişdir. Təmir üçün də 66800 manat, digər mənzil üçün isə 27700 manat olduğunu bildirmişdir. Ən sonda onun pulu tükənmişdir. Bundan sonra ona qızılları lombarda qoymağı təklif etmişdir. Oradan da pul götürmək istəmişdir. O çoxlu qızılının olmadığını bildirmişdir. Ona “nə qızılın var göndər” demişdir. Həmin qızılların foto şəkilləri vardır. Birinci dəfə bu mübahisə gedəndə Vasif adlı müstəntiq həmin qızılların qaytarılmasını təmin etmişdir. Ona bir manat da pul qaytarmamışdır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 zərəri ödənilmədiyinə görə şikayətçi olduğunu bildirdi. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, əslən Zərdab rayonundan olsa da, təxminən 7 il olar ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Novaxnı kəndi, G.Əsədov küçəsində yerləşən oğlu Şahid2 məxsus evdə yaşayır. 7 övlad anasıdır, 5 qızı, 2 oğlu vardır. Qızlarının ikisi ailəlidir, qızı Elyanə isə 6 il olar ki, ailəsindən boşanıb, hazırda onunla birlikdə yaşayır. Oğlunun biri subaydır və onunla birlikdə oğlu Zamiqin evində yaşayır. Zamiq təmir tikinti işi ilə məşğul olur. Hazırda Rusiya Federasiyasının Moskva şəhərindədir. O, evdar qadındır, qızı Elyanə isə 6 il olar ki, Novxanı kəndindəki “Araz” marketdə satıcı işləyir. Təqsirləndirilən şəxs oğlu Zamiqin vasitəsi ilə təxminən 2018-ci ildən tanıyır. Belə ki, oğlu Zamiqin ona deməsinə görə 2015ci ildə Bakı şəhərdə yaşadığı və işlədiyi müddətdə Bakı şəhərində özünü Nurlana Əliyeva kimi təqdim edən qızla tanış olmuşdur. Həmin qız oğluna subay olduğunu bildirmişdir. Həmin ərəfədə oğlu Zamiq ailəsindən boşanmış, o, Zərdab rayonunda, qızı Elyanə Musayeva isə ailəsi ilə birlikdə Gəncə şəhərində yaşamışdır. Oğlu Zamiq 2018-ci ildə telefon vasitəsilə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi Nurlananı onunla tanış etmiş, həmin vaxt Rəhimə telefonda ona bildirmişdir ki, oğlu Zamiqlə yaxın gələcəkdə evlənmək istəyir. Onların evlənmələrinə etiraz etməmiş, həyat yoldaşı Şahid4 2006-cı ildən etibarən Bakı şəhərində müxtəlif işlərdə işləmişdir. Ona görə də o və həyat yoldaşı Kazım belə qərara gəlmişlər ki, Zərdab rayonunda yaşadığı evi və torpaq sahəsini satıb, Bakı şəhərinə gəlib oradan ev alsınlar. O, Zərdab rayonunda olan evi və torpaq sahəsini 25000 manata satıb, 2017-ci ilin sentyabr ayında kiçik qızı Elnazla birlikdə Bakı şəhərində yaşayan oğlu Zamiqin evinə gəlib orada yaşamağa başlamışlar. O, Bakıya gələndən sonra məlum olmuşdur ki, oğlu Zamiq tanış olduğu Rəhiməni daha yaxından tanımaq üçün ondan şəxsiyyətini təsdiq edən sənədini göstərməsini xahiş etmiş, lakin o, hər cür vasitə ilə şəxsiyyət vəsiqəsini göstərməkdən imtan etmiş və 2 il ərzində oğlu Zamiqlə əlaqəni kəsmişdir. 2018-ci ilin sonlarında Rəhimə oğlu Zamiqin internet sosial şəbəkəsindəki İnstagram səhifəsində onunla yazmağa başlamışdır. Yazışmalarda Rəhimə oğluna bildirmişdir ki, guya onun atası onu məcburi ərə vermiş, bir müddət Fransanın Paris şəhərində yaşamış, evliliyindən bir oğlu vardır, lakin Paris şəhərində yaşaya bilmədiyi üçün atasından onu Bakı şəhərinə gətirməsini xahiş etmiş, atasının vasitəsilə ailəsindən ayrılıb Bakı şəhərinə gəlmişdir. Hazırda Bakı şəhərində Gənclik deyilən yerdə yaşayır, hazırda 28 May deyilən ərazidə ingilis dilindən uşaqlara dərs deyir, həmçinin uşaqları ingilis dilindən 230 manatdan hazırlaşdırır və əmək haqqı olaraq hər ay 2500 manat maaş alır. Yazışmalarda oğlu Zamiq Rəhiməyə onun Zərdab rayonunda yaşadığı evi və torpaq sahəsini satıb, Bakı şəhərindən ev almaq istədiyini və hazırda onun yanında yaşadığı söyləmişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində Rəhimə istifadəsində olan 051 ***-**-** nömrəsi ilə onun istifadəsində olan 050 ***-**-** nömrəsinə zəng vuraraq bildirmişdir ki, oğlu Zamiqdən eşitmişdir ki, Bakı şəhərində ev almaq istəyir, ev almaqda onlara kömək edə bilər, 2500 manat maaş alır, Gənclik və 28 May adlanan yerdə öz adına üç evi var. Həmin evləri Özü şəxsən almış, hazırda həmin evləri xaricilərə kirayə vermiş, ev almaq səriştəsi vardır və ev almaqda kömək edə bilər, atasının tanışları çoxdur, o öz adma ev götürər, sonra adına qeydiyyata aldırar. O, sonuncuya bildirmişdir ki, öz adına ev almaq istəyir, həmçinin qızı Elyanə də boşanıb, hazırda bir uşaqla onunla yaşayır, sonuncu da özünə ev almaq istəyir. Bundan sonra zəngləşib danışarkən Rəhimə ona bildirmişdir ki, «Bakı şəhəri, Yasamal rayonunda 84000 manata təmirsiz dördotaqlı ev var, həmçinin sizin qızınız üçün Elmlər Akademiyasında 39000 manata iki otaqlı ev tapmışam». O, razılaşmış, bundan sonra Rəhimə ilə 2019-cu ilin yanvar ayının əvvəllərində oğlu Zamiqin Abşeron rayonu Novxanı bağlar massivində olan evində görüşmüş, Rəhimə ona demişdir ki, «mənzilləri almışam, lazım olanda mən bu ünvana maşın göndərəcəm, sən pulları bir bağlamada hazırlayıb həmin sürücü vasitəsilə mənə göndərərsən». O razılaşmış, 2019-cu ilin yanvar ayından sentyabr ayına kimi müxtəlif vaxtlarda Rəhiməyə onun göndərdiyi avtomobilin sürücüsünə verməklə cəmi 25000 manat pul göndər, həmin ərəfədə sonradan onun əri kimi bildiyi bir nəfər şəxs də maşınla gəlib pulu onlardan götürmüş, həmin müddət ərzində eyni qayda ilə qızı Elyanə Musayeva da Rəhiməyə 7000 manat pul göndərmiş, sonuncu da internet sosial şəbəkəsinin Vhatsaap xidməti vasitəsi ilə ona yazaraq pulu aldığını bildirmişdir. 2019-cu ilin sentyabr ayından başlayaraq 2022-ci ilin aprel ayına kimi hər ay Rəhimənin ona aldığı mənzilə görə ona 600 manat, qızı Elyanə isə 400 manat kredit ödəmək adı ilə Rəhiməyə onun göndərdiyi tanımadığı sürücülər vasitəsi ilə pul göndərmişlər. 2019-cu ilin yanvar ayında Rəhimə ona zəng edib bildirmişdir ki, ona təcili 1600 manat pul lazımdır, sonradan həmin pulu evin hesabından çıxarsan. O da həmin məbləğdə pulu göndərdiyi sürücüyə vermişdir. 2019-cu ilin sentyabr ayından etibarən Rəhimə müxtəlif vaxtlarda ondan əlavə olaraq 1600 manat, 4000 manat, 3000 manat, 20000 manat, 4000 manat, 2000 manat, 2000 manat, 5000 manat, 2000 manat və 19200 manat pul almışdır. 2020-ci ilin yay aylarında Rəhimə ona zəng vuraraq bildirmişdir ki, evin pulunu ödəmək üçün əlavə pul lazımdır. O da bildirmişdir ki, «bu vaxta kimi sənə 87800 manat, qızım Elyanə isə 43800 manat pul vermişik, sən mənzili mənə 84000 manata qızıma isə 39000 manata alacağını demişdin». Onun bu sözündən sonra Rəhimə onlara aldığı mənzillərin təmirsiz olduğunu deyib, əlavə pulun təmir üçün lazım olduğunu demişdir. O da razılaşmış və demiş ki, nəqd pulu yoxdur. Rəhimə bildirmişdir ki, əgər qızılların varsa, göndər lambarda qoyaq pul götürək. O, 1500 manat dəyərində bir ədəd qızıl boyunbağını, qızı Elyanəyə məxsus 5000 manat dəyərində bilərzik, sırğa və klonu olan boyunbağıdan ibarət bir dəst qızıl-zinət əşyasını, iki ədəd klonu olan boyunbağı, bir ədəd bilərzik, bir ədəd üzük Rəhiməyə göndərmişlər. Onlar şikayət etdikdən sonra Rəhimə həmin qızılları onlara qaytarmış, bundan başqa Rəhimə aldığı mənzilin təmir pulunu ödəmək adı ilə onların ev əşyalarını, yəni qızı Elyanənin cəmi 5977 manat dəyərində, onun isə cəmi 5549 manat dəyərində olan istifadə olunmuş mebelləri, digər ev əşyalarını, geyim əşyalarını, qab-qacaqları satıb mənzillərinin təmirinə xərcləmək adı ilə ələ keçirmişdir. 2022-ci ilin aprel ayında Rəhimə ona zəng vuraraq mənzillərin kredit borcunu tam ödəmək və həmin mənzilləri onun və qızı Elyanənin adma sənədləşdirmək üçün əlavə olaraq 3500 manat pul istəmişdir. Onun hərəkətlərindən şübhələnmiş və polisə şikayət etmək qərarına gəlib xx.xx.2022-ci il tarixdə bu barədə Abşeron rayon Polis İdarəsinin Saray PB-nə ərizə ilə müraciət etmişdir. Orada araşdırma aparılarkən məlum olmuşdur ki, Nurlananın əsl adı, soyadı, atasının adı Təqsirləndirilən şəxsdır. Sonuncu onun şikayət etdiyini bildikdən sonra mobil telefonun WhatsApp xidməti ilə ona mesajlar yazıb şikayətini geri götürməyini xahiş etmiş, əks halda həbs olunacağını və onun heç bir şey əldə etməyəcəyini bildirmiş, o da Rəhimədən ya söz verdiyi mənzilləri, ya da onlardan aldığı pulları geri qaytarmasını tələb etmişdir. Rəhimə dələduzluq edərək ona və qızı Elyanə Musayevaya mənzil alıb təmir etdirmək adı ilə ondan hissə-hissə olmaqla 87800 manat nağd pulu və ümumilikdə 5549 manat dəyərində olmaqla ev, mebel və geyim əşyalarını qızı Elyanədən isə hissə-hissə olmaqla 43800 manat nağd pulu və 5977 manat dəyərində olmaqla mebel və ev əşyalarını almışdır. Təqsirləndirilən şəxs ona Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən çoxmərtəbəli binalardan kreditlə ödəmək şərti ilə dörd otaqlı mənzil, qızı Elyanəyə isə Yasamal rayonu, «Elmlər Akademiyası» metrostansiyasınm yaxınlığında inşa edilən çoxmərtəbəli binalardan iki otaqlı mənzil alacağını vəd verib inandıraraq, ondan ümümilikdə 93349 manat məbləğində pulunu, qızı Elyanənin isə 49777 manat pulunu ələ keçirərək onları aldatmışdır. Rəhimə ondan hər ay mənzilin kredit ödənişinə görə pul alarkən o, mənzillərin sənədlərini göstərməsini desədə Rəhimə həmin sənədlərin iş yerindəki kompyuterində olduğunu deyib, narahat olamağı bildirmişdir. Təqsirləndirilən şəxs ilə münasibətinin yaxşı olduğu ərəfələrdə sonuncu bir neçə dəfə tanımadığı taksi sürücüləri ilə ona ümümilkidə 30-40 manat dəyərində şirniyyatlar və bağlı qablarda hazır yeməklər göndərmiş, həmin ərəfədə Rəhimə ilə münasibəti yaxşı olduğundan o, bunu normal hesab etmiş, lakin Rəhimənin ona və qızı Elyanəyə Bakı şəhərindən kreditlə ev alacağını vəd verib, külli miqdarda pullarını aldadıb ələ keçirdiyini bildikdən sonra Rəhimənin bunu onun və ailə üzvülərinin etibarını qazanmaq üçün etdiyini bilmiş, Rəhimə ilə arasında olan telefon yazışmalarının kserosurətlərini istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxs X1 ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, onunla təqsirləndirilən şəxsin şəxsi münasibəti olmamışdır. Evlərinə gələn zaman onu bir dəfə görmüşdür. Onu anası vasitəsi ilə tanımışdır. Mənzil barədə bir dəfə onunla telefonla danışmışdır. Ondan mənzili hansı ərazidən istədiyini soruşmuşdur. Bir otaqlının qiymətini ona demişdir. Özü bir otaqlının onun üçün balaca olduğunu bildirmişdir. İlkin ödəniş kimi yeddi min manat pul vermişdir. Aylıq isə anası vasitəsi ilə pul vermişdir. 47977 manat yekunda pul vermişdir. Ali təhsillidir. Onun şəxsi olaraq xanımla tanışlığı olmamışdır. Bir neçə il əvvəl qardaşı ilə olan münasibəti əsasında ona inanmışdır. Anası ilə sıx əlaqədə olmuşdur. Anasını daha çox inandırmışdır. Bəzən anası onların sözlərinə qulaq asmamışdır. O ayrıldıqdan sonra xanımla ünsiyyəti olmuşdur. Gəncədə ailəli olmuşdur. Ayrılandan sonra anasıgil ilə Novxanı da yaşamışdır. O, xanımı Nurlana Əliyeva kimi tanımışdır. Atasının Ukrayna- Azərbaycan arasında biznesmen olduğunu bildirmişdir. İmkanın yaxşı olduğunu, evin bir qızını olduğunu demişdir. Bütün güvəni öz üstünə çəkərək onları ələ almışdır. Bəzən on günə yaxın yoxa çıxmışdır. Anasının telefonuna mənzilin açarlarını tortun içərisində təqdim edəcəyini yazmışdır. Onlara “sizin verdiyiniz pulun üstünə azda olsa pul qoyub dəstək olacağam” demişdir. 49 min manatdan çox pul vermişdir. O, Veysəloğlu şirkətində kassir işləyir. 700 manat əmək haqqı alır. 49777 manat pulun içərisində onun şəxsi vəsaiti də vardır. Həmin pulları bütün şəkildə verməmişdir. Onun aliment pullarının da hamısını xanım almışdır. Alimentdən də əlavə ona verilən pulları xanım taksi göndərərək ondan almışdır. Xanım hətta pulla bağlı işdə olan zaman da zəng vurmuşdur. “Haradan tapırsızsa tapın və borcu bağlayın” demişdir. Onun qızıllarının da pulunu almışdır. Müxtəlif səbəblər bildirərək onlardan qaçmışdır. Mənzil hazır olunacaq bəhanəsi ilə onlardan pulları almışdır. Video göndərmişdir. “Səhhətim hazırda yaxşı olmadığına görə evin videosunu göndərə bilmirəm” demişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. 2019-cu ildən 2022-ci ilin aprel ayına qədər ona pul vermişlər. 2016-cı ildə onu tanımamışdır. O, xanımı 2019-cu ildə görmüşdür. Gəlinləri olacağını bildirmişdir. Qardaşı ilə bir müddət arası yaxşı olmuşdur. Qardaşı ilə münasibətləri soyusa da, anasına “sən mənim anamsan və heç bir şey lazım deyildir” demişdir. Həmçinin zərərçəkmiş şəxs X9 zərəri ödənilmədiyinə görə şikayətçi olduğunu bildirdi. Zərərçəkmiş şəxs X9 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, o, 6 il əvvəldən həyat yoldaşından boşanmış, həmin evlilikdən 1 ovladı vardır. Boşandığı vaxtdan valideynləri ilə birlikdə qardaşı Zamiqin evində yaşayır. Zamiq təmir tikinti işi ilə məşğul olur. Hazırda Rusiya Federasiyasının Moskva şəhərindədir. 6 il olar ki, Novxanı kəndindəki “Araz” marketdə satıcı işləyir. Təqsirləndirilən şəxs qardaşı Zamiqin vasitəsi ilə təxminən 2018-ci ildən tanıyır. Zamiqin deməsinə görə o, 2015-ci ildə Bakı şəhərdə yaşadığı və işlədiyi müddətdə özünü Nurlana Əliyeva kimi təqdim edən qızla tanış olmuşdur. Həmin qız qardaşına subay olduğunu bildirmişdir. Həmin ərəfədə qardaşı Zamiq ailəsindən boşanmış, həmin ərəfədə anası Zərdab rayonunda, o isə ailəsi ilə birlikdə Gəncə şəhərində yaşamış, qardaşı Zamiq 2018-ci ildə telefon vasitəsilə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi Nurlananı anası ilə tanış etmişdir. Həmin vaxt Rəhimə telefonda ona bildirmişdir ki, Zamiqlə yaxın vaxtda evlənmək istəyir. Anası da sonuncuların evlənmələrinə etiraz etməmiş, atası Şahid4 2006-cı ildən etibarən Bakı şəhərində müxtəlif işlərdə işləmişdir. Ona görə də valideynləri Zərdab rayonunda yaşadıqları evi və torpaq sahəsini satıb, Bakı şəhərinə gəlib oradan ev almaq qərarına gəlmiş və rayondakı evlərini 25000 manata satıb, 2017-ci ilin sentyabr ayında Bakı şəhərində yaşayan qardaşı Zamiqin evinə gəlib orada yaşamağa başlamışlar. Həmin vaxt Gəncə şəhərində kirayədə yaşamış, anasıgil Bakıya gələndən sonra məlum olmuşdur ki, qardaşı Zamiq tanış olduğu Rəhiməni daha yaxından tanımaq üçün ondan şəxsiyyətini təsdiq edən sənədini göstərməsini xahiş etmiş, lakin müxtəlif bəhanələrlə şəxsiyyət vəsiqəsini göstərməkdən imtan etmiş və 2 il ərzində Zamiqlə əlaqəni kəsmişdir. 2018-ci ilin sonlarında Rəhimə qardaşı Zamiqin internet sosial şəbəkəsindəki İnstagram səhifəsində onunla yazışmağa başlamış, həmin yazışmalarda guya onun atası Rəhiməni məcburi ərə vermiş, bir müddət Fransanın Paris şəhərində yaşamış, evliliyindən bir oğlu olmuş, lakin Paris şəhərində yaşaya bilmədiyi üçün atasından onu Bakı şəhərinə gətirməsini xahiş etmiş, atasının vasitəsilə ailəsindən ayrılıb Bakı şəhərinə gəlmişdir. Hazırda Bakı şəhərində Gənclik deyilən yerdə yaşayır, hazırda 28 May deyilən ərazidə ingilis dilindən uşaqlara dərs deyir, həmçinin uşaqları ingilis dilindən 230 manatdan hazırlaşdırır və əmək haqqı olaraq hər ay 2500 manat maaş alır. Yazışmalarda qardaşı Zamiq Rəhiməyə anasının Zərdab rayonunda yaşadığı evi və torpaq sahəsini satıb, Bakı şəhərindən ev almaq istədiyini və hazırda onun yanında yaşadığını söyləmişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində Rəhimə istifadəsində olan 051 ***-**-** nömrəsi ilə anama zəng vuraraq qardaşı Zamiqdən Bakı şəhərində ev almaq istədiyini eşitdiyini bildirmiş və ona ev almaqda kömək edə biləcəyini, 2500 manat maaş aldığını söyləmiş, Gənclik və 28 May adlanan yerdə öz adına üç evi olduğunu, həmin evləri özü şəxsən aldığını, hazırda həmin evləri xaricilərə kirayə verdiyini, ev almaq səriştəsi olduğunu, anasına ev almaqda kömək edə biləcəyini, atasının çoxlu tanışları olduğunu deyib, öz adına ev götürüb, sonra anasının adına qeydiyyata aldıra biləcəyini bildirmişdir. Anası da öz adına ev almaq istədiyini, həmçinin o da boşandığına görə bir uşaqla onunla yaşadığını və özünə ev almaq istədiyini söyləmişdir. Bundan sonra anası Rəhimə ilə zəngləşib danışarkən sonuncu bildirmişdir ki, «Bakı şəhəri, Yasamal rayonunda 84000 manata təmirsiz dörd otaqlı ev vardır, həmçinin sizin qızınız üçün Elmlər Akademiyasında 39000 manata iki otaqlı ev tapmışam». Anası da razılaşmış, bundan sonra Rəhimə ilə 2019-cu ilin yanvar ayının əvvəllərində qardaşı Zamiqin Abşeron rayonu Novxanı bağlar massivində olan evində görüşmüş, Rəhimə demişdir ki, «mənzilləri almışam, lazım olanda bu ünvana maşın göndərəcək, pulları bir bağlamada hazırlayıb həmin sürücü vasitəsilə göndərərsən». Anası da razılaşmış və 2019-cu ilin yanvar ayından sentyabr ayına kimi müxtəlif vaxtlarda Rəhiməyə onun göndərdiyi avtomobilin sürücüsünə verməklə cəmi 25000 manat pul göndərmişdir. Həmin müddət ərzində eyni qayda ilə o da Rəhiməyə 7000 manat pul göndərmiş, internet sosial şəbəkəsinin «WhatsApp» xidməti vasitəsi ilə anasına yazaraq pulu aldığını bildirmişdir. 2019-cu ilin sentyabr ayından başlayaraq 2022-ci ilin aprel ayına kimi anası hər ay Rəhimənin ona aldığı mənzilə görə Rəhiməyə 600 manat, o isə 400 manat kredit Ödəmək adı ilə Rəhiməyə onun göndərdiyi tanımadığı sürücülər vasitəsi ilə pul göndərmişlər. 2019-cu ilin yanvar ayında Rəhimə anasına zəng edib, təcili 1600 manat pul lazım olduğunu və həmin pulu sonradan evin hesabından çıxacağını bildirmiş, anası da həmin məbləğdə pulu sonuncunun göndərdiyi sürücüyə vermişdir. 2019-cu ilin sentyabr ayından etibarən Rəhimə müxtəlif vaxtlarda anasından əlavə olaraq 1600 manat, 4000 manat, 3000 manat, 20000 manat, 4000 manat, 2000 manat, 2000 manat, 5000 manat, 2000 manat və 19200 manat pul almışdır. 2020-ci ilin yay aylarında Rəhimə anasına zəng vuraraq bildirmişdir ki, evin pulunu ödəmək üçün əlavə pul lazımdır. Anası da ona bu vaxta kimi 87800 manat, onun isə 43800 manat pul verdiyini söyləyib, onun isə mənzili anasına 84000 manata ona isə 39000 manata alacağını dediyini xatırlatmış, Rəhimə də aldığı mənzillərin təmirsiz olduğunu deyib, əlavə pulun təmir üçün lazım olduğunu bildirmişdir. Bundan sonra anası da razılaşmış, ona nəğd pulu olmadığını söyləmişdir. Rəhimə də ona qızılları varsa, göndər lambarda qoyaq pul götürək deyə, məsləhət vermişdir. Anası da razılaşıb 1500 manat dəyərində bir ədəd qızıl boyunbağını, ona məxsus 5000 manat dəyərində bilərzik, sırğa və klonulu boyunbağıdan ibarət bir dəst qızıl-zinət əşyasını, iki ədəd klonu olan boyunbağını, bir ədəd bilərziyi, bir ədəd üzüyü Rəhiməyə göndərmişdir. Onlar şikayət etdikdən sonra Rəhimə həmin qızılları onlara qaytarmış, bundan başqa Rəhimə onun ev əşyalarını, yəni 3500 manat dəyərində olan istifadə olunmuş mebel dəstini və digər ev əşyalarını satıb mənzillərin aylıq ödənişinə və təmirinə xərcləmək adı ilə ələ keçirmişdir. 2022-ci ilin aprel ayında Rəhimə anası Zülədcəyə zəng vuraraq mənzillərin kredit borcunu tam ödəmək və həmin mənzilləri sənədləşdirmək üçün əlavə olaraq 3500 manat pul istəmiş, bundan sonra onlar da Rəhimənin hərəkətlərindən şübhələnərək polisə şikayət etmək qərarına gəlib xx.xx.2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin Saray PB-nə ərizə ilə müraciət etmişlər. Bununla bağlı araşdırma apanlarkən məlum olmuşdur ki, Nurlananın əsl adı, soyadı, atasının adı Təqsirləndirilən şəxsdır. Həmin Rəhimə onlara kreditlə ödəmək şərti ilə mənzil alıb təmir etdirmək adı ilə anası Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla 87800 manat nağd pul, 5549 manat dəyərində ev və geyim əşyaları, ondan isə 43800 manat nağd pul və 5977 manat dəyərində ev əşyalarını alıb dələduzluq edərək, anası Zülədcədən ümümilikdə 93349 manat məbləğində, ondan isə 49777 manat məbləğində pulu aldadıb alaraq ələ keçirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyni bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs ilə onun tanışlığı olmuşdur. Onu sosial şəbəkə vasitəsi ilə tanımışdır. Bir müddət sonra münasibəti real həyata daşımış və görüşmüşlər. İzahatında da qeyd etmişdir. Bir dəfə evində qonaq olmuşdur. Daha doğrusu boşanandan sonra əmisigildə qalmış və onu orada qonaq etmişdir. Bir müddətdən sonra valideynləri ilə təqsirləndirilən şəxsi tanış etmişdir. Rəhimə onu valideynləri ilə görüşdürməmişdir. Ondan bir müddət sonra təqsirləndirilən şəxsə zəng çatmamışdır. Daha sonra ona mesaj yazmışdır. Bir ilə yaxın geri dönüş etməmişdir. Bir xanım ona zəng edərək təqsirləndirilən şəxsi Rusiya Federasiyasına qaçırdıqlarını bildirmişdir. Anası ilə avtomobildə gedərkən ona təqsirləndirilən şəxsdən zəng gəlmişdir. Anası ondan kimlə danışdığını soruşduqda Nura Əliyeva ilə danışdığını bildirmişdir. Ondan sonra anasıgillə danışmağa başlamışdır. Ondan sonra Nura Əliyeva ilə əlaqəni kəsmişdir. Daha sonra Türkiyəyə və başqa ölkələrə getmişdir. İlkin ödəniş kimi şəxsi avtomobilini sataraq pulunu anasına vermişdir. 12500 manat pul vermişdir. Avtomobilini Bakı şəhərində sataraq pulu anasına Bakı şəhərində vermişdir. Avtomobilini kreditdə olduğuna görə ucuz qiymətə satmışdır. Həmin pulu onun evini təmir etdirdiklərinə görə qarışılığında anasıgilə vermişdir ki, mənzil alsınlar. Onun ən sonda xəbəri olmuşdur. Rəhimə onu valideynləri ilə tanış etməmişdir. Bəhanə olaraq atasının çox vaxtı Soçi şəhərində olduğunu bildirmişdir. Ona “fərq etmir məni ananla tanış elə” demişdir. Bir dəfə bibisi ilə görüşdürəcəyini demişdir. Bibisinin Binəqədidə olduğunu bildirmişdir. Heç biri ilə görüşdürməmişdir. Özünü Nura kimi tanıtmışdır. Avtomobilin motorunda problem olduğuna görə ucuz qiymətə satmışdır. Avtomobilin ili 1996cı il olmuşdur. BMW markalı avtomobil olmuşdur. Təqsirləndirilən şəxs ilə evlənmək niyyəti ilə tanış olmuşdur. Birinci tanışlığı dost kimi olmuşdur. Reallığa keçəndən sonra münasibətləri ciddiləşmişdir. Hazırki dövrə qədər sənəd üzərində o, subaydır. Onunla rəsmi nikahları olmamışdır. 2016-ci ildə tanış olmuşdur. Tam dəqiq tarixi xatırlamır. Avtomobilini 2018-2019-cu illərdə satmışdır. Bir müddət Nura Əliyeva ortalıqda olmamışdır. Qoşulub Rusiyaya qaçmışdır. Daha sonra ona sms yazmışdır. Rusiyadan qayıdandan sonra yazdığı smsə cavab yazmışdır. Avtomobildə anası ilə olarkən zəng eləmişdir. Kiminlə danışdığını soruşanda Nura Əliyeva ilə danışdığımı dedim. Anası birinci Nura Əliyeva ilə tanış olmuşdur. Ondan sonra anasına pul vermişdir. Ondan şəxsiyyət vəsiqəsini istəmişdir. O da göndərməmişdir. Bir müddət əlaqələri kəsilmişdir. O, şəxsin əsl adının Nura Əliyeva olmadığını bilməmişdir. Polis şöbəsində onun əsl adının Rəhimə olduğunu bilmişdir. Anası Rəhiməyə pul ödədiyinə görə o, anası ilə bir il danışmamışdır. İlkin ödəniş olandan sonra pulları hissə-hissə ödəmişdir. O öz atomobilini 12500 manata satmış və anasına vermişdir. Daha sonra təqsirləndirilən şəxslə aralarında olan məsələni bilmişdir. Dəfələrlə anasına “Nura Əliyevaya deyin ki, evi göstərsin” demişdir. Anası ona mənzili göstərməkdən imtina etdiyini bildirmişdir. Ailəliklə mənzili göstərməsi ilə bağlı onun üzərinə düşmüşlər. O, anasına “həmin pulu mənə verin. Mən sizə ev alım və ya ev tikim” demişdir. O, zaman anası həmin pulları Nura Əliyevaya verdiyini bildirmişdir. İlkin ödəniş kimi vermişdir. Ümumilikdə nə qədər pul ödədiklərini bilməmişdir. Bu məsələ üstündə o, ailəsi ilə bir il danışmamışdır. O, istintaq zamanı verdiyim ifadəsini təsdiq etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2003-cü ilin oktyabr ayından Bakı şəhərində yaşayır. Validnynləri və bacıları Zərdab rayonunda yaşamışlar. 2015-ci ilində «Odnoklassnik» sosial şəbəkəsində Nurlana adı qızla tanış olmuşdur, o, bir müddət ərzində Nurlana adlı təxminən 10 dəfə görüşmüş, ona subay olduğunu bildirmiş, ondan şəxsiyyətini soruşmuş və onu ailəsi ilə tanış etməsini bildirmişdir. Lakin’ona hər dəfə müxtəlif bəhanələr gətirərək ailəsi ilə görüşdürmişdir. Bundan sonra onunla əlaqəni kəsmiş, 2016-cı ildə anası Zərdab rayonunda olan evini və torpaq sahəsini 25.000 manata satıb Bakı şəhərinə onun yaşadığı evə gəlmişdir. Anası kiçik bacısı Elnaz ilə birlikdə gəlmiş, həmin vaxt digər bacısı Elyanə Gəncə şəhərində ailəsindən boşanıb onun yaşadığı evə gəlmişdir. Anası Bakı şəhərində ev almaq qərarına gəlmiş, bundan sonra məlum olmuşdur ki, anası Nurlana ilə telefon əlaqəsi yaratmışdır. Həmin ərəfədə o, Türkiyə Respublikasına getmiş, orada bir il yaşadıqdan sonra Bakı şəhərinə qayıtmışdır. Bir neçə aydan sonra isə 2018-ci il tarixdə Moskva şəhərinə getmiş, orada 8 ay qaldıqdan sonra Maxaçqalada oxumuş və oraya qayıtmışdır. Türkiyə Respublikasından evinə gələndə bildirmişdir ki, evini təmir etdirib, təmirə 12.500 manat pul xərcləyib. O da özünə məxsus BMV markalı avtomobili satıb üstünü də düzəldərək anasına 12500 manat pul vermiq, Türkiyə Respublikasından gələndən sonra anası ona bildirmişdir ki, Nurlana ona dörd otaqlı və bacısı Elyanəyə iki ortaqlı ev almaqda köməklik göstərəcəkdir. Anası bildirmişdir ki, miqdarını bilmədiyi ilkin ödəniş ödəmiş, sonra isə ay ərzində mütəlif vaxtlarda pul ödəmişdir. Lakin anasının və bacısının Nurlanaya nə qədər pul ödədyini bilmir və onların Nurlanaya pul ödəmələrinin şahidi olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyni bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, zərərçəkmiş şəxsin qızıdır. 2015-2016-cı illərdə təqsirləndirilən şəxsi tanımışam. Qardaşı ilə sevgili münasibətləri olduğunu bilmişdir. Qardaşı gəlib evdə danışmışdır. Qardaşı ilk dəfə Nura Əliyeva adında xanımla sevgili olduqlarını evdə danışanda hələ onun üzünü görməmişdir. Daha sonra onlar Bakı şəhərinə köçmüşlər. Yavaş-yavaş təqsirləndirilən şəxs onun anası ilə də danışmağa başlamışdır. Anasının ev almağa həmin vaxt ehtiyacı olmuşdur. Onun anasının adı Zülədcədir. Anası təqsirləndirilən şəxsə ev almaq niyyətinin olduğunu deyəndə təqsirləndirilən şəxs anasına özünün ev almaq niyyətində olduğunu bildirmişdir. Anasına evin tək qızı olduğunu, hər bir şey əlinin altında olduğunu bildirmişdir. Hər yerdə bir evi olduğunu demişdir. Zülədcə xanımın evi üçün söz verdiyi məbləğ ev üçün 84 min manat, onun təmiri üçün isə 66700 manat olmuşdur. İlkin ödəniş kimi xanıma 14 min manat, bacısının evi üçün isə 7 min manat olmuşdur. Bacısı Elyananın evi üçün 43 min manat, həmin evin təmiri üçün 24 min manat olmuşdur və həmin məbləğə söz vermişdir. Ümumi məbləğlərə münasibətdə hadisənin üstündən uzun müddət keçdiyinə görə səhvlik etmək ehtimalı vardır. Dərindən o işin içərisində olmamışdır. O, xaricdə olanda anasına pul göndərmişdir. Pulu göndərəndə nə üçün göndərdiyini soruşanda Nura Əliyevaya bu məsələdə inandığını bildirmişdir. O tam məbləği deyə bilməsə də, gücü çatdığı qədər anasına maddi yardım etmişdir. Pulları bank vasitəsi ilə, bir dəfə də Yeganə adlı bacısı vasitəsi ilə xaricdən göndərmişdir. O, Yeganə adlı bacısının göndərdiyi pulları manata çevirmiş və anasına vermişdir. Evdəkilər həmin pulu təqsirləndirilən şəxsə vermişlər. Onların köhnə evlərini atası o vaxt 25 min manata satmışdır. Ev üçün əşyaların hər biri satılmışdır. Həmin pullar yığılmış və təqsirləndirilən şəxsin güya bizim üçün aldığı mənzil üçün təqsirləndirilən şəxsə verilmişdir. O ilk dəfə özünü onlara Nura Əliyeva kimi tanıtmış Təqsirləndirilən şəxs 2015-2016-ci illərdə tanımışdır. Onu qardaşının vasitəsi ilə tanımışdır. O dəfələrlə evlərinə təqsirləndirilən şəxs tərəfindən göndərilmiş fərqli taksiləri görmüşdür. Eyni taksinin növbəti dəfə gəldiyini görməmişdir. Nura Əliyeva onlara “böyük” adlı kimi tanıdığı şəxsi fiqur kimi canlandırmışdır. Onlara hər dəfə “tez olun ödənişi edin” demişdir. Onlara “böyük deyir ki, dünyanı dağıdaram” demişdir. Anası və bacısı nəticədə əllərində nə varsa sataraq təqsirləndirilən şəxsə vermişdir ki, təqsirləndirilən şəxsin söz verdiyi evə olan borc bağlansın. O, anasına göndərdiyi pulu bir gün içərisində göndərmədiyinə görə nə qədər pul göndərdiyini dəqiq deyə bilməmişdir. Təqsirləndirilən şəxs anasıgilə evin pulunu göndərmək üçün təzyiq etdiyi zaman pulu o göndərmişdir. O əvvəl işləmişdir. Ailə həyatı qurandan sonra işləməmişdir. Anasıgilə verdiyi pul yoldaşının pulu olmuşdur. O, atasının evi satanda necə satdığını bilməmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2016-ci ildə Nura Əliyeva kimi tanımış, belə ki, qardaşı Şahid2 Bakı şəhərində özünü Nurlana Əliyeva kimi təqdim edən qızla tamş olmuşdur. Həmin qız qardaşı Zamiqə subay olduğunu bildirmişdir. Həmin vaxt anası atası ilə birlikdə Zərdab rayonunda, o isə Bakı şəhərində yaşamışdır. Daha sonra məlum olmuşdur ki, Nurlana Əliyevanın əsl adı Təqsirləndirilən şəxsdır. Rəhiməni bir dəfə təxminən 2020-ci il tarixdə yaşadığı evdə anasıgilin yanında görmüşdür. Anası Zülədcə və bacısı Elyanə söhbət zamanı ona bildirmişdir ki, Rəhimə onlara Bakı şəhərində ev almağa kömək edəcəkdir. Anası ev almaq üçün ilkin olaraq Rəhiməyə 14000 manat, bacısı isə 7000 manat vermişdir. Daha sonra Rəhimə hər dəfə anası ilə mobil telefon vasitəsi ilə danışdıqdan sonra Rəhimə taksi göndərmiş və anası da hər dəfə müxtəlif məbləğlərdə pulları bağlayıb taksi sürücüsünə vermiş və taksi sürücüsü də həmin pulları aparıb Rəhiməyə verdikdən sonra Rəhimə telefonla anası ilə danışıb pulları götürdüyünü demişdir. Təxminən 2021 -ci il tarixdə anası ev almaq adı ilə Rəhiməyə verməkdən ötrü ondan 3000 manat borc pul almış və onu da Rəhiməyə vermişdir. Ondan başqa bacıları Nuranə, Yeganə və Elnaz da anasına pul vermiş və anası da həmin pulları Rəhiməyə vermişdir. Bundan başqa anası evdə olan bütün əşyaları da pul əvəzinə hesablayıb Rəhiməyə vermişdir. Daha sonra ona məlum olmuşdur ki, anası Zülədcə təxminən 88000 manat, bacısı Elyanə isə 44000 manat Rəhiməyə ev almaq üçün pul vermişdir. Daha sonra eşitmişdir ki, anası və bacısı Rəhimənin onları aldatdığına görə Rəhimədən Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə şikayət etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. O, məsələni ən sonda bilmişdir. Onun o vaxta qədər heç bir şeydən xəbəri olmamışdır. 2020 və 2021-ci illərdə kredit götürülən zaman nələrin baş verdiyini bilmişdir. Krediti onlar götürsə də özü ödəmişdir. Onun adına üç dəfə kredit götürülmüşdür. O, evdə olan pulların verildiyini bilməmişdir. İşlədiyi yerdən evə uzun müddətdən sonra gəlir. O orada tək yaşayır. İş yerində ailəsi ilə birlikdə yaşamağa icazə verilmir. Sonradan bütün əşyalar satılmışdır. Evin kondisionerinə qədər satmışlar. Daha sonra ödənişlərdə gecikmələr olduqdan sonra ona demişlər. Daha dəqiq Nura Əliyevanın onlar üçün aldığı iki mənzil üçün olan ödənişlər gecikmişdir. O, təqsirləndirilən şəxsi tanımır. 2020,2021 və 2022-ci illərdə buna görə kredit ödəmişdir. Nura Əliyevanın onlar üçün aldığı mənzillərə görə ödənilmiş pullardan xəbəri olmamışdır. Daha dəqiq sonradan məlumatı olmuşdur. Ev üçün ödənişlər gecikməyə düşəndən sonra ona demişlər. Yoldaşı ona “Nura Əliyevə tortun içərisində açarı gətirib gözünüzə soxacaqdır” demişdir. Bu məzmunda mübahisələri olmuşdur. Zərdabdakı mənzili neçənci ildə satdığını xatırlamamışdır. 2015 və ya 2016-ci ildə satdıqlarını xatırlayır. Zərdab rayonun Bəyimli qəsəbəsində yerləşmişdir. Həmin evi 25 min manata satmışlar. Yoldaşı evi 25 min manata satdıqdan sonra əlavə 10 min manatı onun oğlundan almışdır. Rəsmi alqısatqı müqaviləsi alan şəxsdədir. 5 min manat krediti Unibankdan götürmüşlər. Kredit götürməkləri ilə bağlı sənədləri müstəntiqə təqdim etmişlər. Hər ay 1200-1300 ödəniş olunmuşdur. Hər ay eyni məbləğ ödənilməmişdir. Təqsirləndirilən şəxs pulu istədikcə hissəhissə vermişlər. Pul hissə-hissə iki evə münasibətdə ödənilmişdir. İstintaq zamanı qeyd etdiyi məbləğləri indi xatırlamasa da, düzgün qeyd etmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. İfadə verən zaman ona təzyiq olunmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır, belə ki, oğlu X17 ilə tanış olmuş və tanışlıqdan sonra arvadı Zülədcə və qızı Elyanə də Rəhimə ilə tanış olmuş və Rəhimə onlara yalandan vəd verərək guya Bakı şəhərində hər ikisinə kredit yolu ilə ev almağa kömək edəcəklər. Təxminən 2017-ci il tarixdə Zərdab rayonu, Bəyimli qəsəbəsində olan evlərini və torpaq sahələrini 25000 manata satmışlar. Həmin pulu arvadı Zülədcəyə vermiş, bundan sonra Rəhimə Zülədcəyə və qızı Elyanəyə Bakı şəhərində yerləşən binalardan ev almaqda köməklik göstərəcəyi barədə yalandan vəd verərək ilkin olaraq Zülədcədən 14000 manat qızı Elyanədən isə 7000 manat pul almışdır. Dah sonra o da bankdan 5000 manat kredit götürmüş və arvadı Zülədcəyə vermiş, sonuncu da həmin pulları Rəhiməyə vermişdir. Təxminən 2 ildən çox müddətdə Rəhimə onları aldadıb, arvadı Zülədcədən hər ay 600 manat, qızı Elyanədən isə 400 manat pulu guya evin kreditinə ödəmək adı ilə almışdır. Qızları Zülfiyyə, Yeganə, Nuranə və Elnaz da arvadı Zülədcəyə və qızı Elyanəyə ev almaqda kömək etmişlər. Daha sonra Rəhimə evdə olan əşyalara müştəri tapmış, arvadı Zülədcə də həmin əşyları satdıqdan sonra pullarını da Rəhiməyə vermişdir. Daha sonra bildiyinə görə Rəhimə hər dəfə müxtəlif taksi sürcüləri göndərərək pulları gəlib onların yaşadığı Novxanı kəndindən götürərək aparıb Rəhiməyə vermişlər. Bir müddətdən sonra ona məlum olmuşdur ki, Rəhimə arvadı Zülədcədən 88.800 manat, qızı Elyanədən isə 43.800 manat pulu dələduzluq edərək almışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş X10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyni bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs sadəcə bir dəfə görmüşdür. O həmin şəxsi qardaşının münasibətdə olduğu bir xanım kimi tanımışdır. Zərərçəkmiş şəxs1 onun anasıdır. Təqsirləndirilən şəxs zamanla onların ailə sevgisini qazanmışdır. Onlar əvvəl rayonda yaşamışlar. Mənzil almaq üçün Zərdab rayonunda olan mülkülərini satıb Novxanıya köçmüşlər. Onlar qardaşının evində qaldıqları üçün mənzilə ehtiyacları olmuşdur. Mənzil almaq istəməklərindən xanım da məlumatlı olmuşdur. Onlara kömək etmək adı ilə öz əməlini törətməyə başlamışdır. Pulları zərərçəkmiş şəxslərdən mənzil almaq adı ilə almışdır. Yazışmalarından da söhbətin nədən getdiyi aydındır. Pulların böyük bir qismi zərərçəkmiş şəxslərin özünə məxsusdur. Onlar da zərərçəkmiş şəxsin qızları olaraq maddi köməklik etmişlər. O, subaydır. O, 2 min manat pulu anasına mənzil almaq məqsədilə vermişdir. Həmin pul da təqsirləndirilən şəxsə verilmiş pulun içərisindədir. O hazırda heç bir yerdə işləmir. Əvvəl marketdə kassir işləmişdir və 400 manat əmək haqqı almışdır. O, təqsirləndirilən şəxsi Nurlana Əliyeva kimi tanımışdır. Onlar hamılıqla ona Nura deyirmişlər. Onlar pulu analarına veriblər. Pulları götürmək üçün təqsirləndirilən şəxs taksi xidmətindən istifadə etmişdir. Onlar pulları qəzetə bükərək göndərirmişlər. Hər dəfə də pulların şəkilləri anaları tərəfindən çəkilirmiş. Xanımla üç və ya dörd il olar ki, tanışlıqları olmuşdur. Hadisənin üstü açılana qədər xanım onların inamını qazanmışdır. Bundan da istifadə etmişdir. 2000 manatı təkcə onun özü vermişdir. Ən böyük məbləği isə onun bacısı vermişdir. Dubayda ailəli olan bacısı onun vasitəsi ilə anasına 45 min manat pul vermişdir. 400 manat əmək haqqı almışdır. 2 min manat məbləğdə pulu anasına verdiyi üçün zərərçəkmiş şəxs qismində tanınmağıma ehtiyac olmamışdır. O, Dubay şəhərində dəfələrlə olmuşdur. Bacısı Yeganə ona analarına verməsi üçün 45 min manat pul vermişdir. Ölkəyə pul daxil olanda gömrükdə problem olmamışdır. Ölkəyə pul keçirdəndə gömrük rüsümu tutulmamışdır. Qardaşı onları Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Xanım özünü onlara Nurlana Əliyeva kimi təqdim etmişdir. Onların onunla ilk görüşləri 2019-cu ilin və ya 2020-ci ilin yay aylarında olmuşdur. Xanım onların həyətlərinə gəlmişdir. Pulların şəkillərini anası çəkmişdir. Həmin şəkilləri istintaqa təqdim etmişlər. Əllərində olan bütün sübutları onlar müstəntiqə təqdim etmişlər. Pulların seriya nömrələrinə qədər şəkillərin çəkmişlər. O, təqsirləndirilən şəxsdən pul almamışdır. Hətda təqsirləndirilən şəxs digər bacısının adı ilə onun adına pul köçürmüş və həmin pulları götürməsini ona demişdir. Ondan sonra isə pulları yenidən istəmişdir. Təqsirləndirilən şəxs verilən məbləğin dəqiqliyini zərərçəkmiş şəxslərin özləri bilmişlər. O, təxmini olaraq bu məbləğin 100 minə yaxın məbləğ olduğunu demişdir. 2 min manat da 100 min manatın içərisindədir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs onun bacısının adı ilə ona poçt vasitəsi ilə pul göndərmişdir. Yenidən anasının puluna yönləndirilməsini istəmişdir. Şahid X10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2 ildən artıqdır ki, yaşadığı Novxanı kəndindəki “Rahat” marketdə kassir işləyir. Təqsirləndirilən şəxs təxminən 2016-ci ildə Nurlana Əliyeva kimi tanımışdır. Qardaşı Şahid2 Bakı şəhərində özünü Nurlana Əliyeva kimi təqdim edən həmin Təqsirləndirilən şəxs ilə tanış olmuş, Rəhimə də qardaşı Zamiqə subay olduğunu bildirmişdir. Həmin ərəfədə anası Zərərçəkmiş şəxs1 atası Şahid4la birlikdə Zərdab rayonunda, o isə Bakı şəhərində yaşamışdır. O, Rəhiməni bir dəfə təxminən 2020-ci il tarixdə yaşadığı evdə anasıgilin yanında görmüşdür. Anası Zülədcə və bacısı Elyanə söhbət zamanı ona bildirmişlər ki, Rəhimə onlara Bakı şəhərində ev almağa kömək edəcəkdir. Anası ev almaq üçün ilkin ödəniş olaraq Rəhiməyə 14000 manat, bacısı isə 7000 manat pul vermişdir. Həmin pulları Rəhimə hər dəfə anası ilə mobil telefon vasitəsi ilə danışdıqdan sonra anası hər dəfə müxtəlif məbləğlərdə pulları skoça bağlayıb, Rəhimənin göndərdiyi taksi sürücüsünə vermiş və taksi sürücüsü də həmin pulları aparıb Rəhiməyə verdikdən sonra Rəhimə telefonla anası ilə danışıb pulları götürdüyünü demişdir. Təxminən 2019-cu il tarixdən 2022-ci il tarixədək hissə-hissə ev almaq üçün Rəhiməyə verməkdən ötrü anası əmək haqqından topladığı 2000 manatı ondan almış və onu da Rəhiməyə vermişdir. Onun bildiyinə görə anası Zülədcə ondan başqa bacıları Yeganə və Elnazdan, həmçinin qardaşı Zamiqdən də müxtəlif məbləğlərdə pullar alıb özünə və bacıssı Elyanəyə mənzil almaq üçün Rəhiməyə vermişdir. Bundan başqa anası evlərində olan bütün əşyaları da pul əvəzinə hesablayıb mənzil almaq üçün Rəhiməyə vermişdir. Daha sonra məlum olmuşdur ki, Rəhimə dələduzluq edərək anası ilə bacısına mənzil alıb təmir etdirmək adı ilə anası Zülədcədən hissə-hissə olmaqla 87800 manat nəğd pul, 5549 manat dəyərində ev və geyim əşyaları, bacısı Elyanədən isə 43800 manat nəğd pul, 5977 manat dəyərində ev mebel və digər ev əşyalarını almışdır. Belə ki, Təqsirləndirilən şəxs anasının ümümilikdə 93349 manat məbləğində pulunu, bacısı Elyanənin isə 49777 manat pulunu aldadaraq ələ keçirmişdir. Əlavə olaraq göstərmişdir ki, 2021-ci ilin avqust ayında X8 Dubay şəhərində yaşayan bacısı Yeganənin qonağı olub, evinə geri qayıdarkən bacısı Yeganə anasına vermək üçün ona 45000 manat pul vermiş, o da həmin məbləğdə pulu gətirib anasına vermiş, sonuncu da 45000 manatı mənzilin pulunu ödəmək üçün Rəhiməyə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyni bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Zərərçəkmiş şəxs1 onun anasıdır. Həmin xanım 2016-cı ildə anasına zəng eləmişdir. O, şəxsi anasının vasitəsi ilə tanımışdır. Şəxsin üzünü həmin vaxt görməmişdir. İlk dəfə şəxsi 2020-ci ildə həyətlərində görmüşdür. Yay ayları olmuşdur. Hansı ay olduğunu xatırlamamışdır. Həmin şəxsi bir saat görmüşdür. Dəfələrlə anasına zəng vasitəsi ilə taksi sifariş vermişdir. 2021-2022-ci illərdə işləmişdir. Həmin müddətdə anasına ümumilikdə 2 min manata yaxın pul vermişdir. O, şəxsi Nura Əliyeva kimi tanımışdır. Şəxs onlara özünü belə təqdim eləmişdir. İlk dəfə şəxsi 2020-ci ilin yay aylarında görmüşdür. Öz evlərinin həyətində görmüşdür. Qardaşının evi olmuşdur. O, pulu anasına vermişdir. Pulu ondan anası istəmişdir. Anası pulu mənzil almaq məqsədi ilə istəmişdir. O da yardım məqsədi ilə o pulu vermişdir. Həmin alacaqları mənzildə ailəliklə yaşayacaqmışlar. İlk başlanğıcda anası 14 min manat, bacısı isə 7 min manat pulu Rəhiməyə vermişdir. Daha sonra anası 88 000 manat, bacısı isə 44 000 manat pul vermişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2016-ci ildə Nurlana Əliyeva kimi tanımış, belə ki, qardaşı Şahid2 Bakı şəhərində özünü Nurlana Əliyeva kimi təqdim edən qızla tanış olmuşdur. Həmin qız qardaşı Zamiqə subay olduğunu bildirmişdir. Daha sonra məlum olmuşdur ki, Nurlana Əliyevanın əsl adı Təqsirləndirilən şəxsdır. O, Rəhiməni bir dəfə təxminən 2020-ci il tarixdə yaşadığı evdə anasıgilin yanında görmüşdür. Anası Zülədcə və bacısı Elyanə söhbət zamanı ona bildirmişdir ki, Rəhimə onlara Bakı şəhərində ev almağa kömək edəcəkdir. Anası ev almaq üçün ilkin olaraq Rəhiməyə 14000 manat, bacısı isə 7000 manat vermişdir. Daha sonra Rəhimə hər dəfə anası ilə mobil telefon vasitəsi ilə danışdıqdan sonra Rəhimə taksi göndərmiş və anası da hər dəfə müxtəlif məbləğlərdə pulları skoça bağlayıb taksi sürücüsünə vermiş və taksi sürücüsü də həmin pulları aparıb Rəhiməyə verdikdən sonra Rəhimə telefonla anası ilə danışıb pulları götürdüyünü demişdir. Təxminən 2021-ci il tarixdən 2022-ci il tarixədək hissə hissə ev almaq adı ilə Rəhiməyə verməkdən ötrü anası ondan 2000 manat almış və onu da Rəhiməyə vermişdir. Ondan başqa bacıları Zülfiyyə, Yeganə və Nuranə da anasına pul vermiş və anası da həmin pulları Rəhiməyə vermişdir. Bundan başqa anası evdə olan bütün əşyaları da pul əvəzinə hesablayıb Rəhiməyə vermişdir. Daha sonra məlum olmuşdur ki, anası Zülədcə təxminən 88000 manat, bacısı Elyanə isə 44000 manat Rəhiməyə ev almaq üçün pul vermişdir. Daha sonra eşitmişdir ki, anası və bacısı Rəhimənin onları aldatdığına görə Rəhimədən Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə şikayət etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyni bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Zərərçəkmiş şəxs1 onun anasıdır. Təqsirləndirilən şəxsi əvvəldən tanımış, lakin üzdən ilk dəfə görmüşdür. 2018-ci ildən evli olmaqla Dubay şəhərində yaşayır. Təqsirləndirilən şəxs özünü onlara Nurlana Əliyeva kimi tanıtdırmışdır. Anası onlara mənzil almaq istədiyini və Nura adlı şəxsi tanıyaraq ona güvəndiyini demişdir. Evlə bağlı pul lazım olduğunu bildirmişdir. Anasının istədiyi vaxtda ona pul göndərmişdir. Ən sonda 2023-cü ilin ortalarında Təqsirləndirilən şəxs onları aldatması üzə çıxmışdır. Pulu göndərməkdə məqsədi anasının özünə mənzil alması olmuşdur. İki mənzil almaq niyyətində olmuşlar. Mənzillərdən biri Yeni Yasamal adlanan ərazidə olmalı imiş. Yoldaşı Dubay şəhərində polisdir. Dubay şəhərində polislər kifayət qədər əmək haqqı alır. O, 45 min manat pulu anasına vermişdir. Özü hazırda işləmir. Ərəb gəlinidir. Ümumilikdə 90 min manatdan daha çox pulu anasına vermişdir. Həmin pulları anasından təqsirləndirilən şəxs hissə-hissə almışdır. 45 min manat pulu Dubaydan bacısı vasitəsi ilə göndərmişdir. 45 min manatlıq qızıl sataraq onun pulunu göndərmişdir. Hər gələndə də anasının istədiyi qədər pul vermişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Hazırda Azərbaycanda kirayədə yaşadığını bildirmişdir. Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 6 il olar ki, ailəsi ilə birlikdə X8 Dubay şəhərində yaşayır. Həyat yoldaşı X8 vətandaşıdır, Dubay şəhərində polisdə işləyir. Təqsirləndirilən şəxs tanımır, lakin təxminən 2016-ci ildə anası Zülədcə onunla telefonla danışarkən qardaşı Şahid2 Bakı şəhərində özünü Nurlana Əliyeva kimi təqdim edən qızla tanış olduğunu, həmin qızın qardaşı Zamiqə subay olduğunu bildirdiyini və Zamiqin həmin qızla evlənmək istədiyini söyləmişdir. Bundan bir müddət sonra anası və bacıları ilə telefon əlaqəsi saxladığı vaxtı sonuncular həmin qızın əsl adının Nurlana Əliyeva deyil, Təqsirləndirilən şəxs olduğunu bildikdən sonra qardaşı Zamiq onunla münasibətini pozduğunu, lakin anası Zülədcənin Rəhimə ilə münasibətini davam etdirdiyini, həmiçinin Rəhimənin anası Zülədcəyə və bacısı Elyanəyə Bakı şəhərində yeni inşa edilən binalardan kreditlə mənzillər alacağına söz verdiyini bildirmişlər. Bundan sonra anası Zülədcə mənzil almaqda ona köməklik etmək üçün pul göndərməyi xahiş etmişdir. O da 2019-cu il tarixdən 2022-ci il tarixədək müxtəlif tarixlərdə bank köçürməsi vasitəsi ilə Dubay şəhərindən ailə üzvlərinin adına hissə-hissə olmaqla cəmi 100.000 manata yaxın məbləğdə pul göndərmişdir. Həmin pulun 45.000 manatını da 2021-ci ilin avqust ayında tarixini dəqiq xatırlamadığı gündə bacısı Nuranə Dubay şəhərindən Bakıya qayıdarkən onun vasitəsi ilə anası Zülədcəyə göndərmişdir. Sonrakı telefon danışıqları zamanı anası mənzil almaq üçün həmin Rəhiməyə ilkin ödəniş olaraq 14000 manat, bacısı isə 7000 manat pul verdiyini, həmin pulları anası hər dəfə Rəhimə ilə mobil telefon vasitəsi ilə danışdıqdan sonra müxtəlif məbləğlərdə pulları skoça bağlayıb, Rəhimənin göndərdiyi taksi sürücüsü vasitəsi ilə ona göndərdiyini, Rəhimənin də pulları aldıqdan sonra telefonla ona zəng edib xəbər verdiyini bildirmişdir. Bundan başqa onun bildiyinə görə anası evində olan bütün əşyaları da pul əvəzinə hesablayıb mənzil almaq üçün Rəhiməyə vermişdir. Rəhimə dələduzluq edərək anası ilə bacısına mənzil alıb təmir etdirmək adı ilə anası Zülədcədən hissə-hissə olmaqla 87800 manat nəğd pul, 5549 manat dəyərində ev və geyim əşyaları, bacım Elyanədən isə 43800 manat nəğd pul, 5977 manat dəyərində ev mebel və digər ev əşyalarını almışdır. Belə ki, Təqsirləndirilən şəxs anasının ümumilikdə 93349 manat məbləğində pulunu, bacısı Elyanənin isə 49777 manat pulunu aldadaraq ələ keçirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid10 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 8555 taksi xidmətindən sifariş olmuşdur. O deyilən ünvana gəlmiş və təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. Xanım ona bir çanta vermişdir. Xanımdan içərisində nələrin olduğunu soruşmuşdur. O, təqsirləndirilən şəxsə həmin çantaya baxacağını bildirmişdir. Şəxs onun baxmağına etiraz etməmişdir. Təqsirləndirilən şəxsin ona verdiyi çantanın içərisində parfumeriya əşyaları olmuşdur. O həmin malları Novxanı ərazisində marketin qarşısına aparmışdır. Həmin malları orta yaşlı və başı bağlı bir xanım ondan götürmüşdür. Ondan sonra ünvandan getmişdir. Onun çantanın içərisinə baxmaqda məqsədi onun içərisindəkinin narkotik olub-olmadığını bilmək olmuşdur. İki ildən çox vaxt keçdiyi üçün dəqiq vaxtı xatırlamamışdır. Onun özünə qarşı heç bir təzyiq olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs əşyaları verməli olduğu şəxsin nömrəsini də vermişdir. Çantanı verdiyi şəxs Zülədcə xanıma zahiri görünüşünə görə çox oxşar olmuşdur. Onu daha sonra şahid qismində dindirilməyi üçün istintaqa çağırmışlar. O zaman onun yol xərcini Rəhimə xanım qarşılamışdır. Müstəntiq də şəxsin yanında olmuşdur. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid12 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Rəhimə xanım poçt vasitəsi ilə Şahid7 adından Şahid5 adına pullar göndərmişdir. Hadisə 2018-2019-cu illər arasında baş vermişdir. Cəmi olaraq 3 min manat pul göndərmişdir. Rəhimə ilə həmkəndlidirlər. Rəhimə xanımı kənddən tanıyır. Şəxs özü poçta gəlmişdir. Rəhimə xanım göndərmişdir. Şahid7 tanımamışdır. Özü Yevlax şəhərində poçtda şöbə rəisidir. Nə qədər pulun göndərməsini dəqiq bilməmişdir. Rəhimə xanım poçta gələrək bir qızın adından digər qızın adına pul göndərmişdir. Rəhimə xanım Zülədcə xanıma zəng etmişdir. Bir qızının adından digər qızının adına pul göndərmişdir. O bu prosesin belə davam etməyəcəyini bildirmişdir. 2019cu ildə bu prosesi yekunlaşdırmışlar. Adına olan çeklər əsasında məlumatlıdır. O məhkəməyə gələndə çeklərə baxıb gəlməmişdir. Heç kim ona təzyiq etməmişdir. Hazırda da eyni poçtda işləyir. O bununla bağlı inzibati məsuliyyətə cəlb olunmuşdur. Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onunla həmkəndli olsa da onu 2017-ci ildə tarixini dəqiq xatırlamadığı gündə işlədiyi poçt filialına pul göndərmək üçün gəldiyi vaxtdan tanıyır. Belə ki, Təqsirləndirilən şəxs əslən onların kəndindən olsa da uzun illərdir ki, Bakı şəhərində yaşadığından onunla münasibəti olmamışdır. 2019-cu ilin noyabr ayında tarixini dəqiq xatırlamadığı gündə Rəhimə yenə onun iş yerinə gəlib Şahid5 şəxsiyyət vəsiqəsinin ksero surətini göstərib həmin adamın adından Şahid7 adma poçt vasitəsi ilə pul göndərmək istədiyini bildirmişdir. O da sonuncunu əvvəldən tanıdığı üçün razılaşıb həmin poçt əməliyyatını etmiş, sonra da Rəhimə tarixini dəqiq xatırlamadığı günlərdə bir neçə dəfə onun işlədiyi poçt filialından Şahid5, Şahid7 və X4 adma müxtəlif məbləğlərdə pul göndərmiş, o, həmin şəxsləri tanımır, Rəhimənin onlara nə üçün pul göndərdiyini bilmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyni bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi istintaq zamanı tanımışdır. Elə o vaxtdan taksi şirkətində işləyir. Hazırda Bolt şirkətində işləyir. O vaxtları 8555 taksi xidmətində işləmişdir. Daha sonra 2111 taksi xidmətində işləmişdir. Sifariş gəlib yaxınlaşmış və xanımdan paketi almışdır. Binəqədi ərazisində yerləşən Araz marketin qarşısından Novxanı ərazisində yerləşən Sahil marketin qarşısına çatdırılması sifariş edilmişdir. Sifarişi Zülədcə xanıma vermişdir. Bu hal bir dəfə olmuşdur. Göy rəngli sellofanda olan paket olmuşdur. Sifarişi verən xanım paketin içərisində parfumeriya əşyalarının və pulun olduğunu bildirmişdir. Paketi Rəhimə xanım göndərmişdir. Bu hal bir dəfə olmuşdur. Sifarişi götürüb ünvanda avtomobili çox saxlamaq mümkün olmadığına görə sifarişin içərisinə baxa bilməmişdir. Sifarişi Zülədcə xanıma verərək getmişdir. Paketin içərisində parfumeriya əşyalarının olduğunu bildirmişdir. O, çatdırılmanı etmişdir. Xanım sifarişi necə veribsə elə də çatdırılmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmək üçün getmişdir. İfadə vermək üçün gözləmişdir. Proses başlamadan öncə zərərçəkmiş şəxslərin nümayəndəsi onlara “siz yalançı şahidlərsiz” demişdir. O, yeddi və ya səkkiz ildir ki, taksi sürücüsü işləyir. Həm müştərilərin daşınması, həm də əşyaların çatdırılması ilə məşğul olmuşdur. Bəzi hallarda pulların daşınması ilə də məşğul olmuşdur. Bu vaxta qədər heç bir zaman belə bir mübahisə baş verməmişdir. Təqsirləndirilən şəxsi tanımamışdır. Zəng vasitəsi ilə sifarişi qəbul etmişdir. Programla zəng olunmuşdur. Programda onun şəxsi məlumatları vardır. Ona əmanət olunan əşyaları götürüb yoxa çıxa bilməz. O adətən qəbul etdiyi sifarişlərin içərisinə baxmır. Mən paketini Zülədcə xanıma vermişdir. Həmin vaxt başında şərf olmuşdur. İfadəsində də yaşlı bir xanıma verdiyini bildirmişdir. Parfumeriya apardığını bildirmişdir. Heç kim ona məhkəmədə bu ifadəni verərsən deyə istiqamət verməmişdir. O istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. İfadəsini özü oxumamışdır. A4 formatında ifadə vermişdir. İfadənin həcmi yadında deyil. İfadəsini oxumamışdır. Ona paketin içərisində parfumeriya ilə birlikdə pulun olduğu deyilmişdir. Paketin içərisinə qəti sürətdə baxmamışdır. Sellofan paketlərin içərisi də ağzına kimi dolu olmuşdur. Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, “Toyota Prius” markalı, avtomobil ilə “Bolt” xidmətində taksi fəaliyyəti ilə məşğul olaraq oradan əldə etdiyi gəlirlə ailəsini dolandırır. Təxminən 2022-ci ilin fevral ayında şirkətdən ona bir müştəri verilmiş və həmin müştəri ilə telefon əlaqəsi saxlamış və bir nəfər adını sonradan bildiyi Rəhimə adh xanım Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinə gəlməyi bildirmişdir. O da idarə etdiyi avtomobil ilə Rəhimənin dediyi yerə gəlmişdir. O, həmin yerə çatdıqda bir nəfər qadın, yəni Rəhimə adlı xanım ona 2 salafan torba vermiş və həmin torbaları Abşeron rayonu, Novxanı kəndində yerləşən Sahil marketin yaxınlığında bir nəfər qadının götürəcəyini ona demiş və həmin torbaları avtomobilə qoymuşdur. Ona da xidmət haqqı olaraq təxminən 9 manat vermiş, sonra avtomobili sürərək Rəhimə xanımın dediyi ünvana getmiş və həmin ünvanda təxminən 60 yaşlarında başı çadrah xanım həmin 2 ədəd torbanı ondan götürmüşdür. Daha sonra oradan ayrılaraq çıxmış, Rəhimə adlı xanımın həmin 2 ədəd torbanı ona verərkən torbaların içərisində nə olmasını ona deməmiş və o da həmin torbaların içərisində nə olduğunu bilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid9 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, bir dəfə təqsirləndirilən şəxsin məhsulunu aparmışdır. Həmin məhsulu da aparıb zərərçəkmiş şəxsə vermişdir. O, taksi fəaliyyəti ilə məşğul olmaq üçün evdən çıxmışdır. Sifariş gəlmişdir. Ünvana getmişdir. Təqsirləndirilən şəxsdən məhsulu götürmüşdür. Qutunu təqsirləndirilən şəxsdən götürmüşdür. Eyni zamanda podnos da olmuşdur. Podnosda yemək də olmuşdur. Məhsulun nə olduğunu soruşanda parfumeriya ilə pulun olduğunu bildirmişdir. Qutu skoçlanmış vəziyyətdə olmuşdur. Ona “ünvana aparın və təhvil verin” demişdir. Sifarişdə qeyd edilən ünvana aparmış və vermişdir. Sifarişi təhvil alan Zülədcə xanım olmuşdur. Novxanı tərəfdə keçidi keçən kimi sifarişi götürən şəxsə zəng etməyini təqsirləndirilən şəxs bildirmişdir. Daha dəqiq Sahil marketin yanında zəng etməyini tapşırmışdır. O da orada zəng etmişdir. Telefondakı xanım ona keçidi keçdikdən sonra sola yol olduğunu bildirmişdir. Saat haradasa doqquz olmuşdur. Təqvim yadında deyildir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. İstintaq zamanı verdiyi ifadəni xatırlayır. Orada verdiyi ifadəyə uyğun ifadə vermişdir. İfadəsini oxumasa da imzalamışdır. O danışdığı kimi yazıldığını düşündüyü üçün oxumadan imzalamışdır. O, təqsirləndirilən şəxsə məxsus olan məhsulu bir dəfə aparmışdır. Təqsirləndirilən şəxsin ona dediyinə görə qutunun içərisində pul olmuşdur. Xanım ona qutunun içərisində pulun olduğunu bildirmişdir. Qutu bütünlüklə skoçlu olduğuna görə açmaq istəməmişdir. Hazırda taksi fəaliyyəti ilə məşğul deyil. Əvvəl taksi fəaliyyəti ilə məşğul olmuşdur. O həmin vaxt başqa işdə işləmişdir. İşdən sonra taksi sürücüsü kimi işləyir. Gündəlik iki və ya üç müştəri aparmışdır deyə hadisələri detallı olaraq xatırlamamışdır. Opimal Elektronikada baş ofisdə işləmişdir. İfadə verən zaman yalan ifadə verməməklə bağlı məsuliyyəti ona izah edilmişdir. İfadəsində parfumeriya və pul olduğunu bildirmişdim. Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, özünə məxsus Mersedes 190” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Maksim Taksi” xidmətində taksi fəaliyyəti ilə məşğul olaraq oradan əldə etdiyi gəlirlə ailəsini dolandırır. Təxminən 2022-ci ilin yanvar-fevral ayında şirkətdən ona bir müştəri verilmişi və həmin müştəri ilə telefon əlaqəsi saxlamış və bir nəfər adını sonradan bildiyi Rəhimə adlı xanım Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinə gəlməyi bildirmişdir. O da idarə etdiyi avtomobil ilə Rəhimənin dediyi yerə gəlmiş, həmin yerə çatdıqda bir nəfər qadın, yəni Rəhimə adlı xanım ona skoçla bağlanmış karobkanı vermiş və həmin karobkanı Abşeron rayonu, Novxanı kəndində yerləşən Sahil marketin yaxınlığında bir nəfər qadının götürəcəyini ona demiş və həmin karobkanı avtomobilə qoymuş, ona xidmət haqqı olaraq təxminən 5-6 manat vermiş, sonra avtomobili sürərək Rəhimə xanımın dediyi ünvana getmiş və həmin ünvanda təxminən 60 yaşlarında bir xanım həmin karobkanı ondan götürmüşdür. Daha sonra oradan ayrılaraq çıxmış, Rəhimə adlı xanımın həmin karobkanı ona verərkən karobkanın içərisində nə olmasını ona deməmiş və o da həmin karobkanın içərisində nə olduğunu bilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyni bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Rəsmi qaydada boşanmamışlar. Zərərçəkmiş şəxs1 tanıyır. Bir dəfə Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, parfumeriya paketini ünvanını xatırlamadığı yerə aparsın. Bir dəfə də Zərərçəkmiş şəxs1 paket götürərək gətirmişdir. Təqsirləndirilən şəxsin xahişi ilə başqa şəxslərə də paketləri çatdırmışdır. Təqsirləndirilən şəxs ilə o, 2008-ci ildə ailə həyatı qurmuşdur. Rəsmi nikahları qüvvədədir. Övladları yoxdur. Əvvəl bir yerdə yaşasalarda, hazırda ayrı yaşayırlar. O, hadisəni bilənə qədər onunla bir yerdə yaşamışdır. Binəqədi ərazisində yaşamışlar. Zərərçəkmiş şəxs1 parfumeriya aparmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ona müştərisi kimi tanıtmışdır. Onun oğlu ilə münasibətdə olduğunu ona deməmişdir. Nömrənin ona məxsus olmasına baxmayaraq Təqsirləndirilən şəxs istifadə etmişdir. O, polis şöbəsində hadisə barədə məlumat almışdır. Aralarında alış-veriş olduğunu bilmişdir. Parfumeriya alış-verişi olduğunu bilmişdir. İfadə verən zaman onu döyən olmamışdır. Zərərçəkmiş şəxs1 və digər zərərçəkmişin təqsirləndirilən şəxsə pul verməsi barədə məlumatı olmamışdır. Daha sonra bu məsələ ona polisdə məlum olmuşdur. Məbləğ yadında qalmamışdır. Sonradan ona Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul alması məlum olmuşdur. 140 min manat borclu olduğunu bilmişdir. Təqsirləndirilən şəxsin dediyinə görə ümumi məbləğ 20 min manat olmuş və 10 min manat borcu qalmışdır. O, Zərərçəkmiş şəxs1 parfumeriya paketini apardığını bilmişdir. Ona bunu təqsirləndirilən şəxs demişdir. Zərərçəkmiş şəxs1 tanıyır. Apardıqlarının içərisində paltar da olmuşdur. Zərərçəkmiş şəxs1 da paket aparmışdır. İçərisində nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxsdən parfumeriyanı aparmış və Zərərçəkmiş şəxs1 vermişdir. Zərərçəkmiş şəxs1 da paltar paketini götürüb təqsirləndirilən şəxsə aparmışdır. Zərərçəkmiş şəxs və onun qızları bu günə qədər ona bir manat da pul verməmişdir. Zərərçəkmiş şəxs yalan danışmışdır. Polis bölməsində zərərçəkmiş şəxs ona yaxınlaşmamışdır. Təqsirləndirilən şəxsin parfumeriya və ikinci əl əşyaların satışı ilə pul qazandığını bilmişdir. Geyinmiş paltarları internet vasitəsi ilə alıb satmışdır. O, təqsirləndirilən şəxsin işinin içərisində olmamışdır. Nə vaxtsa ondan xahiş edəndə kuryer kimi paketləri çatdırmışdır. Parfumeriya əşyaları onlarda çox olmuşdur. Əsasən ətirlər olmuşdur. İstintaqa verdiyi ifadəsini yəqin ki, oxumuşdur. O, istintaqda tam sərbəst formada ifadə vermişdir. Paketin içərisinə baxmamışdır. O, Rəhimə xanımın dediklərinə əsasən paketin içərisində nə olduğunu bildirmişdir. İçərisində nə olduğunu özü görməmişdir. Təqsirləndirilən şəxs adətən parfumeriya göndərmişdir. Təqsirləndirilən şəxsin dəqiq nə göndərdiyini bilməmişdir. Adi sellofan torba olmuş və içi dolu olmuşdur. Təqsirləndirilən şəxs ona sellofanın içərisində parfumeriya olduğunu demişdir. Şahid1 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Bir dəfə yoldaşı Rəhimənin sözü ilə Zərərçəkmiş şəxs1 evinə sovqat aparmışdır. 03 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Rəhiməyə göndərəcəyi selofonu aparmağa gəlmiş, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Zərərçəkmiş şəxs1 və X4 ev almaq üçün həyat yoldaşı Rəhiməyə pul vermələrindən əvvəllər məlumatı olmamış, 03 may 2022-ci il tarixdə polislər onu saxladıqda bu barədə məlumat almışdır. Göstərmişdir ki, ***-***-**-** saylı GSM mobil nömrəsi adına olsa da, həmin mobil nömrə həyat yoldaşı Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyni bildirərək, sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, ona gətirib qızıl vermişlər. O, 20 ildir ki, Moskva Univermağında işləyir. Orada qızıl işinə baxır. Kazımova Yeganə ona qızıl satmışdır. Yeganə xanımın bacısını da tanıyır. İşlədiyi yerin qarşısında yerləşən marketdə işləmişdir. Ona qızıl vermiş və o da ondan almışdır. 7 min-8 min manatlıq qızıl gətirmişdir. Ümumilikdə 40-45 min manatlıq qızıl gətirmişdir. Onun özü zərgərdir. Qızılları alır və düzəldir. Zərərçəkmiş şəxslə eyni kənddə yaşayır. O, ümumiyyətlə, kənar şəxslərdən qızıl almır. Aldığı qızılların qeydiyatını aparmamışdır. Onların VÖEN-ləri olmamışdır. O orada rəhbər şəxs deyil. 45 min manat dəyərində ona qızıl-zinət əşyaları satılmışdır. O həmin qızılları bir gündə almamışdır. Ara-ara müddətlərdə qızılları almışdır. Çoxu ərəb qızılı olmuşdur. Rəhbərimizin adı Tarıyeldir. Ünivermağın müdiri isə Anar müəllimdir. Yeganənin bacısı onun işlədiyi yerlə üzbəüz marketdə işləmişdir. Həmin qızı universitetdə oxuduğu müddətdən tanıyır. Hər gün yolu bir gedib gəlmişlər. 42-45 min manatlıq qızıl almışdır. Qeydiyyat aparmamışdır. Həmin qızılı kənar şəxslər daha aşağı qiymətə götürəcəkdilər. O digər şəxslərin dedikləri qiymətdən yuxarı qiymət demişdir. Ərəb qızılının əyarı 750-dən yüksəkdir. Ev almaq məqsədi ilə qızılları satdığını bildirmişdir. Hətta o vaxt ona “bizim üçün mənzil axtar” demişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid8 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, o, təqsirləndirilən şəxsi tanımır. Hadisənin üstündən iki və ya üç il keçmişdir. Xanım ona sellofan paket vermişdir. Binəqədi ərazisindən aparmağını bildirmişdir. Novxanı ərazisində yerləşən Sahil marketin yaxınlığına aparmışdır. Xanım ona sellofan paketin içərisində parfumeriya əşyaları ilə pulun olduğunu bildirmişdir. Sellofan paketi təhvil verəndən sonra getmişdir. Daha sonra Xırdalan ərazisində bir xanıma da paket vermişdir. Paketi təhvil verdiyi xanımı tanımır. Üzünü görsə belə yenə xatırlaya bilməmişdir. Sellofanın içərisində parfumeriya ilə pulun olduğunu demişdir. O, paketin içərisinə baxmamışdır. Pulun və xanıma aid olan əşyaların olduğunu ona demişdir. O da həmin an inanaraq içərisinə baxmamışdır. Paketin içərisinə baxmamışdır. Adi 20 qəpiyə hər yerdə satılan göy sellofan olmuşdur. Sellofan paketi nə vaxt aparmağı yadında deyil. İstintaqda ifadə verən zaman içərisində parfumeriya və pul olduğunu demişdir. Rəhimə xanımın ona dediklərinə əsasən o, paketin içəsində parfumeriya və pul olduğunu demişdir. Polis idarəsində verdiyi ifadəni onlar özləri onun dedikləri əsasında yazmışlar. Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, “Saipa” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Maksim Taksi” xidmətində taksi fəaliyyəti ilə məşğul olaraq oradan əldə etdiyi gəlirlə ailəsini dolandırır. Təxminən 2022-ci ilin mart ayında şirkətdən ona bir müştəri verilmiş və həmin müştəri ilə telefon əlaqəsi saxlamış və bir nəfər adını sonradan bildiyi Rəhimə adlı xanım Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinə gəlməyimi bildirmişdir. O da idarə etdiyi avtomobil ilə Rəhimənin dediyi yerə gəlmiş, o, həmin yerə çatdıqda bir nəfər qadın, yəni Rəhimə adlı xanım ona böyük çanta vermiş və həmin çantanı Abşeron rayonu, Novxanı kəndində yerləşən Sahil marketin yaxınlığında bir nəfər qadının götürəcəyini ona demiş və həmin çantanı avtomobilə qoymuşdur. Ona da xidmət haqqı olaraq təxminən 5-6 manat vermiş, bundan sonra avtomobili sürərək Rəhimə xanımın dediyi ünvana getmiş və həmin ünvanda təxminən 60 yaşlarında bir xanım həmin çantanı ondan götürmüşdür. Daha sonra oradan ayrılaraq çıxmış, Rəhimə adlı xanımın həmin çantanı ona verərkən çantanın içərisində nə olmasını ona deməmiş və o da həmin çantanın içərisində nə olduğunu bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə Vatsap proqramı ilə apardığı yazışmaların, həmçinin ödədidiyi pullarla bağlı apardığı qeydiyyatların köçürüldüyü, həmçinin ödədidiyi pullarla bağlı apardığı qeydiyyatın A4 formatında 92 ədəd vərəqə baxış keçirilmiş və keçirilən baxış zamanı aşağıdakılar müəyyən edilmişdir, təqdim edilmiş mobil telefonun Vatsap proqramı ilə aparıldığı yazışmanın köçürüldüyü A4 formatında olan vərəqlərdə +994 51 *** ** ** saylı GSM mobil nömrənin apardığı yazışmalar qeydə alınmışdır. Belə ki, həmin yazışmalarda «SİFİRDAN ELYA 39 MİN, SEN 84 MİN, COSMETİK SENİNKİ 66700, ELYANİNKİ 27700 ÜMUMİ BU FAİZSİZ GECİKMƏSİZH 217000 EDİR», «Pis vəziyyətdə qaldım», «13000 min Elyada 21000 min məndə biz bunu necə tapaq hardan tapaq öl deyir bizə», «Allah etməsin! En azı yarı da olsa etmək lazım», «Canım qızım yarısıyarısı 17000 edir», «çalışıram ki, qızıl batmasın çıxarım, erizə çek sora da o birlə hell edim. Haqqı etmesem amma sen direnirsenki sübutlarım var qanun həll etsin. Qanun da sən subatlar əsasda ərizə çekmesen hebr edəcək. Sen de her kes zərər olacaqkime xeyir olacaq ki. Amma men deyirem nece gündü ders işimi atıbseni başa salmağa çalışıram imkan ver cahşım xəstə hahmla çalışım qızılı həll edim erizeni çək sıra hissə hissə o birlər hell edim», «2 ildə o boyda yükün altına girdik», «Böyük zəng qiyamət edir. Eyni sözləri tekrar tekrar tekrarlamaq istemirem. Ayın ilin axırıdı hələ nə yaxşı ki borclansam da 18400 salmışam. 2020 son ayı son günü. Maydan bağlanmalı», «AY ANA 2022 DE BAŞA ÇATACAQ HANSİ AYDA BAŞA CATACAQ DEQİQ BİLMİREM, AMMA 2022 DE BAŞA ÇATACAQ. ZATEN PROBLEM BİTEN KİMİ MEN SENE ŞEREF SÖZÜ VERMİŞEM ESLA VƏ ESLA ÖLMESEM SENİ CİXARACAM», «ALLAH ŞAHİDDİ MEN YAŞADİĞİM BUTUN PROBLEMLERİ NARAHAT ETMƏMƏK UCUN DEMİREM ÇALİŞDİĞİM SAVAŞDİĞİM VURUŞDUĞUM ODUR Kİ PROBLEMLƏR BİTSİN ÖZÜM ÖZ ELLERİMLE BİZ UKRAYNA VE SEN SEVDİYİN NAPELON 2 DENE TORT BİŞİRECEM, TORTLARİN İÇİNDƏ SENNİDE ELYANİN DA EV AÇARLARİNİ. ONDAN SONRA TUPURERSEN O XARABAYA, ORDA MUHUT BAŞQA MEN İYRENİREM. QELBİ BEYNİ QARA ŞEYTANİ SÖZ SÖHBBETLİ İNSANLARDAN. ALLAH ŞAHİDDİ BUTUN PROBLEMLERİ HAMUSUN ÖZUM HELL ETSEM НЕС SİZE DEMEREM. ÇÜNKİ MEN QARŞİLİQSİZ TEMENNASİZ EDİREM. HER ŞEY QURBAN OLSUN SENE TEKİ ANAM YAŞASİN» kimi və sairə bu mövzuda olan yazılar öz əksini tapmışdır. Təqdim edilmiş yazışmalara baxışda iştirak etmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, təqdim etdiyi vatsap proramı ilə yazılmış yazılar həmin +994 51 *** ** ** saylı GSM mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs məxsus yazılardır və hər dəfə ona müxtəlif vədlər verərək onlara mənzil alıb təmir etdirmək adı ilə hissə-hissə olmaqla 87800 manat nəğd pulu, 5549 manat dəyərində ev və geyim əşyalarını, qızı Elyanədən isə 43800 manat nəğd pulu, 5977 manat dəyərində ev mebel və digər ev əşyalarını alıb ələ keçirmişdir. Qəbzdən müəyyən olunur ki, istintaq orqanına Təqsirləndirilən şəxs tərəfindən təhvil verilən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qatar yolu adlanan qızıl sepi, bir ədəd briliant qaşlı qızıl üzüyü, bir ədəd komplekt, yəni iki ədəd sırğa, bir ədəd qolbağ, bir ədəd sep, bir ədəd qızıl boyunbağı, bir ədəd boyunbağı və bir ədəd qızıl qolbağı Zərərçəkmiş şəxs1 istintaq orqanının xidməti otağından təhvil almışdır. Zərərçəkmiş şəxslə şübhəli şəxsin üzləşdirilməsi haqqında 27 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 onlarla birgə yaşamaq üçün onlara Bakı şəhərindən mənzil alacağına dair söz vermiş və buna görə onlardan pul almışdır, həmçinin 143126 (yüz qırx üç min yüz iyirmi altı) manat pulu hissə-hissə qaytaracağı il bağlı söz vermişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış arayışa əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. 26 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 28 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin rədd edilməsi və barəsində başqa qətimkan tədbirinin seçilməsi haqqında qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair bildirdiklərinə qiymət verməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə heç bir vəd vermədiyini onlardan yalnız parfümeriya alış verişi ilə əlaqədar pul alıb əvəzində onlara qazanc verdiyini bildirir. Lakin iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslərlə təqsirləndirilən Rəhimə Balakişiyev arasında aparılmış whatssap danışıqları araşdırılarkən məhz zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri yəni, təqsirləndirilən Təqsirləndirilən şəxs onlara ev vəd etməsi və onlardan buna görə pul alması aydın görünür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə həmin yazışmalar barədə suallar verilərkən təqsirləndirilən Təqsirləndirilən şəxs evlərə dair yazışmalarda qeyd olunanları məntiqli və ağlabatan şəkildə izah edə bilməmişdir. Bundan başqa həmin yazışmalarda təqsirləndirilən şəxsin tez-tez “böyük” deyə kimisə nəzərdə tutması hansısa ondan yuxarı şəxsin var olması kimi imitasiya yaratmasını yenədə ağlabatan və məntiqli cavablarla izah edə bilməmişdir. Halbuki təqsirləndirilən şəxsin bidirdiklərini əsas götürsək onda zərərçəkmiş şəxslərlə aralarında olan yazışmalar daha çox parfümeriyanın alışı satışı onlara ödnilməli olan fazilərlə əlaqəli olmalı idi. Bundan başqa məhkəmə qeyd edir ki. təqsirləndirilə şəxs evlə əlaqədar olan yazışmaları məcburiyyət qarşısında qalaraq yazdığını bildirsə də məhkəmə istintaqı zamanı məhz bu məcburiyyətin nədən ibarət olmasını hər hansı bir sübutla göstərə bilməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən parfumeriya və pulun müxtəlif taksi sürücüləri tərəfindən zərərçəkmiş şəxslərə göndərilməsi barədə ifadə vermiş şahidlərin ifadələrinə qiymət verməyi məhkəmə zəruri hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olundu həmin şahidlər ibtidai istintaq zamanı ifadə verərkən zərərçəkmiş şəxsə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş çantalarda nə olduğunu bilmədiklərini qeyd etmişlər. Lakin məhkəmə istintaqı zamanı həmin çantalarda məhz parfumeriya və pul olduğunu bildirirlər. Məhkəmə bu hissədə qeyd edir ki, həmin şahidlər ibtidai istintaq zamanı 2023-cü ilin noyabr ayında ifadələrini vermişlər. Məhkəmə istintaqı zamanı isə həmin ifadələri verdikləri zamandan bir ilə yaxın müddət keçmişdir. Qeyd olunan halı nəzərə alaraq məhkəmə hesab edir ki, həmin şahidlərin məhz ibtidai istintaq zamanı daha səmimi ifadə vermişlər. Çünki həmin şahidlər ibtidai istintaq zamanı ifadə verərkən şahidi olduqları hadisənin üzərindən daha az müddət keçdiyi üçün baş verənləri daha dəqiq xatırlamaları ağlabatandandır. Bundan başqa məhkəmə hesab edir ki, həmin şahidlər Təqsirləndirilən şəxs təqsirləndirilən statusunda olmasını, qadın olmasını nəzərə alıb ona qarşı humanizm göstərərək hansısa bir şəkildə kömək olması üçün onun mənafeyinə uyğun ifadə vermişlər. Əks halda şahidlərin 2022-ci ilin yanvar, fevral və mart aylarında təsadüfən verilmiş sifariş əsasında bir dəfə yerinə yetirdikləri xidmətə görə 2023-cü ilin noyabr ayında verdikləri ifadələrinə nisbətən 2024-cü ilin oktyabr ayında daha dəqiq ifadə verməkləri inandırıcı deyildir. Odur ki, həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri əsas götürülməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin yaxın qohumlarının verdikləri ifadələrdən aydın olur ki, onlar məhz analarını və bacılarının ev alacaqlarını düşündükləri üçün hər biri öz maddi imkanları çatdığı miqdarda onlara dəstək olmuşlar. Eyni zamanda məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsinə əsasəndə müəyyən olunur ki, zərərçəkmiş şəxslər təqsirləndirilən Təqsirləndirilən şəxs küllü miqdarda pul vermişlər. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə üzləşdirilməsi zamanı sonuncudan onun göstərdiyi miqdarda pulu almasını etiraf etməsi zərərçəkmiş şəxslərin həqiqəti bildirdiklərinə dəlalət edir. Bundan başqa məhkəmə istintaqı zamanı müdafiə tərəfi məhkəməyə poçt qəbzləri təqdim edərək həmin qəbzlərə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs zərərşəkmiş şəxslərə müxtəlif vaxtlarda pul göndərdiyini əsaslandırmışlar. Məhkəmə həmin sübutlar araşdırakən müəyyən olundu ki, poçt qəbzlərində ümumiyyətlə təqsirləndirilən Təqsirləndirilən şəxs adının olması müəyyən olunmur. Buna dair məhkəmə istintaqı zamanı dindirilmiş poçt əməkdaşı həmin pulların Təqsirləndirilən şəxs xahişi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 bir qızının adından digər qızına göndərilməsinin təmin edildiyini qeyd etmişdir. Məhkəmə bununla əlaqədar olaraq qeyd edir ki, poçt əməkdaşının özünündə etiraf etdiyi kimi faktiki olaraq poçta gəyməyən şəxsin adından digər şəxsin adına pulun göndərilməsi qanunsuz bir hərəkətdir. Həmçinin poçt əməkdaşı məhkəmə istintaqı zamanı yol verdiyi qanun pozuntusuna görə məsuliyyətə cəlb edildiyini bildirmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon poçtunun əməkdaşı sərbəst ifadəsində təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan formalı xahişlərini 2019-cu ildən sonra etmədiyin bildirmişdir. Lakin müdafiə tərəfindən məhəkəmyə təqdim edilmiş poçt qəbzlərində 2020,2021 və 2022-ci ilə aid olan qəbzlərə rast gəlinir. Bundan başqa təqsirləndirilən şəxsin bildirdiyinə görə parfümeriya satışı nəticəsində əldə etdiyi gəlirlərdən zərərçəkmiş şəxslərə pul ödədiyi halda bunu öz adından göndərməyib zərərçəkmiş şəxsin bir qızının adından digər qızına göndərməsinə məhkəmə şübhə ilə yanaşır. Bütün qeyd olunan halları nəzərə alaraq məhkəmə belə qənaətət gəlir ki, həmin poçt qəbzləri mötəbər sübut kimi qəbul edilə bilməzlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı ibtidai araşdırma və məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - külli miqdarda ziyan vurmaqla törədildikdə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onların hər birinin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün hazırda əsaslar yoxdur. Onlar hər biri Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onlara təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzasını çəkməsinin əvvəli hökmün elan olunduğu, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə istifadəsində olan mobil telefonun «WhatsApp» proqramı ilə apardığı yazışmanın köçürüldüyü, həmçinin ödədidiyi pullarla bağlı apardığı qeydiyyatın A4 formatında 92 ədəd vərəqinin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunan 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə istifadəsində olan mobil telefonun «WhatsApp» proqramı ilə apardığı yazışmanın köçürüldüyü, həmçinin ödədidiyi pullarla bağlı apardığı qeydiyyatın A4 formatında 92 ədəd vərəqinin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar