Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-230/2025 21.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin üvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə istifadəsində olan “Poco” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından fərdi rabitə əlaqəsi kimi istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı istintaqa məlum olmayan tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə, külli miqdarda, 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 708,4 qram və 703,9 qram, ümumi təmiz çəkisi 1412,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 01 (bir) ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan şüşə kolbanı Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən, “Sum” avtosalonun yaxınlığında gizlətməklə yerləşdirərək ünvanını Təqsirləndirilən şəxs istifadəsində olmuş “Poco” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqramla konum vasitəsi ilə göndərmiş, sonuncu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və 01 (bir) ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan şüşə kolbanı satış məqsədi ilə həmin yerdən götürərək üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 02:26 radələrində Sumqayıt ŞPİ-nin, 5-ci PB-nin əməkdaşlarının keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən, “Sum” avtosalonun yaxınlığında saxlanılaraq və üzərində şəxsi axtarış aparılarkən sağ əlindən külli miqdarda 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 708,4 qram və 703,9 qram, ümumi təmiz çəkisi 1412,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan şüşə kolba aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı ilə razılaşaraq onun dediyi ünvandan 100 manat pul müqabilində Sumqayıt şəhərində narkotik vasitəni götürərək, tanımadığı bir nəfərə təhvil verəcəkdir. İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” proqramında olan yazışmalarını özü telefondan silmişdir. O, İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” proqramı vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, elan edilmiş itihamın mahiyyəti aydındır, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Təxminən 15 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən çəkməklə istifadə edir. İşin mahiyyəti üzrə bildirmişdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün Bakı şəhəri, Maştağa kəndində yerləşən Narkoloji Dispanserdə qeydiyyatdadır, hər gün həmin dispanserə gedərək oradan pulsuz verilən “metadon suyu” içir. Təxminən bir ay bundan əvvəl həmin dispanserə gedən zaman onun kimi ora metadon suyu içməyə gələn adını bilmədiyi, özünü şəxsən tanımadığı bir şəxs İran İslam Respublikası vətəndaşı olan bir nəfər şəxsin mobil nömrəsini ona verib həmin şəxsin narkotik vasitə satışı ilə məşğul olduğunu və onun satdığı narkotik vasitələri dediyi ünvana çatdıran şəxslərə pul verdiyini bildirmişdir. Onun pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, həmin şəxsin verdiyi nömrə ilə votsap vasitəsilə iranlı ilə əlaqə saxlasın. X13 Respublikası vətəndaşı olan şəxslə bir müddət danışdıqdan sonra bildirmişdir ki, İranlı ona göndərəcəyi ünvandan narkotik vasitəni götürərək dediyi ünvana çatdırdıqdan sonra ona xeyli pul verəcək. xx.xx.2024-cü il tarixdə təxminən saat 02 radələrində iranlının vatsap vasitəsilə ona göndərdiyi Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Sum” avtosalonunun yaxınlığında bir konuma məkan bildirimi olan yerə yaşadığı ünvan 4 ünvanından taksi sifariş edib taksi ilə gəlmişdir. O, iranlının ona göndərdiyi şəkil vasitəsilə yeri tapıb orada bir ədəd bağlamaya bükülmüş narkotik vasitə olan marixuananı götürmüşdür. Həmin narkotik vasitəni Sumqayıt şəhərinin girişində onu gözləyəcək tanımadığı bir şəxsə verərək ondan 100 manat pul alacaqmış. O, bağlamanı götürdüyü yerdən uzaqlaşmaq istəyən zaman polis əməkdaşları videoçəkiliş ilə onu saxlayıb özlərini təqdim etmiş, hüquqlarını izah edərək, üzərində olan bağlamada nə olduğunu soruşmuşlar. O, üzərində olan bağlamada narkotik vasitə olan marixuana olduğunu və İran İslam Respublikası vətəndaşının sifarişi ilə başqa şəxsə çatdıracağını demişdir. Həmin bağlamada olan narkotik vasitə onun yanında polislər tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Həmçinin üzərindən narkotik vasitə çəkmək üçün istifadə etdiyi şüşə flakon, 10 manat 30 qəpik pul, bir ədəd alışqan, POCO markalı mobil telefonu üzərində olan ***-***-**-** saylı mobil nömrə ilə bir yerdə və bir ədəd anası X1 adına olan bank kartı aşkar olunmuşdur. Üzərindən aşkar olunan əşyalar qablaşdırılmış və sənədləşmə işləri aparmaq üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə gəlmişdir. Bölmədə olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X2 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmiş, o da üzərində heç bir əşya olmadığını demişdir. Həmçinin üzərinə bölmədə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanaya bir daha baxış keçirilmiş və bükümlər elektron tərəzidə ölçülən zaman 0,770 qram və 0, 755 qram olmaları müəyyən olunmuşdur. Həmin kütlələr ekspertizaya göndərilməsi üçün yenidən qablaşdırılmışdır.Həmçinin üzərində narkotik vasitə qalıqları olan bir ədəd şüşə flakon da eksperizaya göndərilməsi üçün qablaşdırılmış. POCO markalı mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrə ilə bir yerdə və bir ədəd bank kartı qablaşdırılaraq götürülmüşdür. 10 manat 30 qəpik pulu və bir ədəd alışqan isə özünə geri qaytarılmışdır. Onun üzərinə şəxsi axtarış keçirilən zaman vəkili X2 tərəfindən ona verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, qeyri insani rəftara məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, o, narkotik vasitə aludəçisi olduğunu etiraf edir, İran İslam Respublikasının vətəndaşının konumu ilə qoyulan bağlamanı götürməkdə məqsədi həmin bağlamanı əvvəldən razılaşdırılmış tanımadığı bir şəxsə verməklə 100 manat pul əldə etmək olmuş, həmin pula ehtiyacı var imiş, ona görə etmişdir. İranlını ümumiyyətlə üzdən görməmiş, tanımır, sadəcə olaraq həmin şəxslə danışan zaman onun danışığındakı ləhcədən, danışarkən baba dediyindən hiss etmişdir, bundan başqa telefon nömrəsinin Azərbaycan nömrəsi olmadığını, İran İslam Respublikasına aid olmasından bilirmiş, lakin nömrəni dəqiq əzbərdən bilmir. Konum atılan yerə gələndən sonra polislər yaxınlaşmamış, ehtiyat edib həmin nömrəni telefondan silmişdir. İranlıdan ilk dəfədir ki, narkotik vasitə almış, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, lakin ilk dəfə idi ki, maddi ehtiyacdan götürdüyü narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının ona deyəcəyi şəxsə verəcəkmiş və qarşılığında 100 manat pul alacaqmış. İran İslam Respublikasının vətəndaşının həmin narkotik vasitəni hardan əldə etməsi, həmin narkotik vasitəni kimə verəcəyini, həmin şəxsin şəxsiyyəti barədə ümumiyyətlə ondan heç nə soruşmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin daşınmasında, istifadəsində və üzərində gəzdirilməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, gecə saatlarında bununla bağlı tədbir həyata keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saxlanılmış və Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparılmışdır. Təqsirləndirilən şəxsin üzərindən şəxsi axtarış zamanı 1 kiloqramdan artıq quruldulmuş marixuana aşkar olunmuşdur. Hadisə gecə saat 01-02 radələrində baş vermişdir. Sədrlik edənin suallarına təqsirləndirilən şəxs cavab olaraq heroin istifadə etmədiyini, şüşə kolbadan narkotik vasitəni çəkmək üçün istifadə etdiyini bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 02.26 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən “Sum” avtosalonunun yaxınlığında küçədə bir nəfər şəxsin əlində torba tək hərəkət etdiyini görüb, polis əməkdaşları olduqlarını bildirib ona yaxınlaşmaq istədikdə həmin şəxs əlindəki torbanı yerə atmış, onlar həmin şəxsə yaxınlaşmışlar, yerə atdığı ağ rəngli torbanı yerdən götürmüşlər, həmin şəxsə özünü təqdim etməsini bildirmişlər, həmin şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsdur, yerə atdığı torba da özünə məxsusdur, lakin həmin torbada nə olduğunu bilmir. Təqsirləndirilən şəxs yenidən özlərini təqdim etmişlər, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə və əlində olan torbaya baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, torbada iki bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlələr və bir ədəd üzərində narkotik vasitəyə bənzər izlər olan şüşə flakon aşkar olunmuşdur. Həmin əşyalar elə yerindəcə qablaşdırılmış, sonra isə Təqsirləndirilən şəxs ilə bir yerdə araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirildikdən sonra bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən müdafiəçi X2 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində heç bir əşya olmadığını bildirmiş və onun üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bundan sonra təqdim olunmuş Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunaraq müvafiq qaydada qablaşdırılmış bir ədəd bağlamaya baxış keçirilmiş. Həmin bağlama açılan zaman içərisində iki bükümdə bağlanmış, hər birinin içərisində tünd yaşıl rəngdə, spesifik iyə malik ot halında narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr ayrı ayrılıqda elektron tərəzi vasitəsilə ölçülən zaman 0, 770 qram və 0,755 qram çəkidə olmaları müəyyən olunmuşdur. Həmin bitki kütlələri qablaşdırılaraq möhürlənmiş. Daha sonra Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunaraq müvafiq qaydada qablaşdırılmış içərisində əşyalar və pul olan zərfə baxış keçirilmiş. Həmin zərfin içərisindən bir ədəd “POCO” markalı mobil telefon, bir ədəd “Kapital Bank”a aid Zenfıra Ələkbərovaya məxsus 4169 7388 3582 6854 nömrəli bank kartı, bir ədəd içərisində narkotik vasitə qalıqlarına bənzər izlər olan bir ədəd şüşə flakon, pul, alışqan aşkar olunmuş. Pullar və alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmış, mobil telefon, bir ədəd bank kartı isə qablaşdırlaraq protokola əlavə olunmuşdur. Bir ədəd içərisində narkotik vasitə qalıqlarına bənzər izlər olan şüşə flakon isə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bağlamada qablaşdırılmış bitki kütlələrinin narkotik vasitə olan marixuana olduqlarını və özünə məxsus olmasını bildirmişdir. Həmçinin həmin bağlamanı İran İslam Respublikasının vətəndaşı olan adını bilmədiyi şəxsin vatsap vasitəsilə onunla əlaqə saxlayıb, ona göndərdiyi yer bildirimi vasitəsilə Sumqayıt şəhərinə gəlib götürdüyünü və içərisində narkotik vasitə olan bağlamanı İran İslam Respublikasının vətəndaşı olan şəxsin dediyi ünvana, yəni Sumqayıt şəhərinin girişinə apararaq başqa bir şəxsə çatdırdıqdan sonra ona 100 manat pul veriləcəyi barədə sövdələşdiyini qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini və üzərindən aşkar olunan şüşə flakon vasitəsilə narkotik vasitə olan patıdan istifadə etdiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin daşınmasında, istifadəsində və üzərində gəzdirilməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. Onlar qeyd olunan yerə getmiş və bir nəfər şəxsi saxlamış, video çəkiliş vasitəsilə sənədləşdirilmə aparılmış, digər sənədləşdirmə prosesi isə polis bölməsində aparılmışdır. Təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə marixuana aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitəsinin çəkisi yadında olmamış, narkotik vasitə marixuanadan başqa Mahidin üzərində heç nə aşkar olunmamış, təqsirləndirilən şəxs gecə saatlarında saxlanılmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 məhkəmə istintaqında elan edilmiş ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq tədbir keçirilmiş, təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə aparılmışdır. Onun üzərindən şəxsi axtarış zamanı narkotik vasitə marixuana aşkar olunmuş və üzərində mobil telefon olmuşdur. Təqsirləndirilən şəxsin üzərindən marixuanadan başqa narkotik vasitələrin və əşyaların aşkar olunduğunu xatırlamamışdır. İlkin video çəkiliş zamanı qeyd olunanları o götürmüş, sonradan isə təhqiqata təhvil vermişdir. Şahidlər Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, əməliyyat müvəkkili, polis leytenantı Şahid5, sahə rəisi, polis baş leytenantı Şahid6, sahə rəisi, polis leytenantı Şahid7, polis nəfəri Şahid9, polis nəfəri, polis serjantı Şahid8 məhkəmə istintaqı zamanı elan olunmuş ifadələrindən görünür ki, onlar, Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması, Sumqayıt şəhəri Çerkassi küçəsi ərazisində yerləşən “Sum” avtosalon yaxınlığında külli miqdarda narkotik maddə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola və “Şəxsi axtarış və təqdim olunan əşyalara baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş baxışın video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 02:26-da Sumqayıt şəhəri Çerkassi küçəsində yerləşən “Sum” avtosalonun yaxınlığında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanmış, saxlanılan zaman Təqsirləndirilən şəxs polislərin ona yaxınlaşdığını görüb əlində olan ağ rəngli torbanı yerə atmış, polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşıb yerə atdığı torbanı yerdən götürmüşlər, Təqsirləndirilən şəxs həmin torbanın özünə məxsus olub-olmadığını, içində nə olduğunu soruşanda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ağ rəngli torba özünə məxsusdur, həmin torbada nə olduğunu bilmir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etməyini, oraya nə məqsədlə gəldiyini soruşmuşlar, Təqsirləndirilən şəxs özünü polis əməkdaşlarına təqdim etdikdən sonra saxlandığı yerə yaşadığı ünvan 1 ünvanından taksi ilə gəldiyini, İran İslam Respublikasının vətəndaşının onun mobil telefonuna atdığı yer bildirimi ilə gəldiyini, həmin yerdən polislərə təqdim etdiyi ağ rəngli torbanı götürüb Sumqayıt şəhərinin girişində “Sumqayıt” yazılan yerdə tanımadığı bir şəxsə verib əvəzində 100 manat pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra üzərində yoxlama aparılmış, bu zaman iki bükümdə narkotik vasitə olan marixuana və bir ədəd üzərində narkotik vasitəyə bənzər izlər olan şüşə flakon aşkar olunmuş, həmin əşyalar elə yerindəcə polis əməkdaşları tərəfindən qablaşdırılmış, Təqsirləndirilən şəxs ilə bir yerdə araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunaraq müvafiq qaydada qablaşdırılmış bir ədəd bağlamaya baxış keçirilərkən içərisində iki bükümdə bağlanmış, hər birinin içərisində tünd yaşıl rəngdə, spesifik iyə malik ot halında narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Həmin kütlələr ayrı ayrılıqda elektron tərəzi vasitəsilə ölçülən zaman 0,770 qram və 0,755 qram çəkidə olmaları müəyyən edildi. Həmin bitki kütlələri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən təqdim olunan Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunaraq müvafiq qaydada qablaşdırılmış içərisində əşyalar və pul olan zərfə baxış keçirilmişdir. Həmin zərfin içərisindən bir ədəd “POCO” markalı mobil telefon, bir ədəd “Kapital Bank”a aid Zenfıra Ələkbərovaya məxsus bank kartı, bir ədəd içərisində narkotik vasitə qalıqlarına bənzər izlər olan bir ədəd şüşə flakon, pul, alışqan aşkar olunmuşdur. Pullar və alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmış, mobil telefon, bir ədəd bank kartı isə qablaşdırlaraq protokola əlavə olunmuşdur. Bir ədəd içərisində narkotik vasitə qalıqlarına bənzər izlər olan bir ədəd şüşə flakon isə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bağlamada qablaşdırılmış bitki kütlələrinin narkotik vasitə olan marixuana olduqlarını və özünə məxsus olmasını bildirmişdir. Həmçinin həmin bağlamanı İran İslam Respublikasının vətəndaşı olan adını bilmədiyi şəxsin “Whatsapp” vasitəsilə onunla əlaqə saxlayıb, ona göndərdiyi yer bildirimi vasitəsilə Sumqayıt şəhərinə gəlib götürdüyünü və içərisində narkotik vasitə olan bağlamanı İran İslam Respublikasının vətəndaşı olan şəxsin dediyi ünvana, yəni Sumqayıt şəhərinin girişinə apararaq başqa bir şəxsə çatdırdıqdan sonra ona 100 manat pul veriləcəyi barədə sövdələşdiyini qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini və üzərindən aşkar olunan şüşə flakon vasitəsilə psixotrop maddə olan metamfetamindən istifadə etdiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı aşkar olunaraq götürülmü POCO markalı mobil telefon və həmin telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəyə baxış keçirilmiş, baxış zamanı mobil nömrəyə gələn və gedən SMS mesajlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı mətn müəyyən olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, o, təqdim etdiyi “POCO” markalı mobil telefon və üzərində olan ***-***-**-** saylı mobil nömrə özünə məxsusdur, İran vətəndaşını şəxsən tanımır, adını da, mobil nömrəsini də bilmir, onunla yalnız votsapla əlaqə saxlamışdır. Onunla olan votsap zənglərini, sonuncu atdığı konumu da telefondan özü silmişdir. Mobil telefonu üzərində olan nömrə ilə bir yerdə, eyni zamanda üzərində “Kapital bank”-a aid bank kartını anası X3 verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “POCO” markalı mobil telefon və “Kapital bank”-a aid bank kartı X3 qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, təqdim edilən siyahınınn 8-ci səhifəsində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Çerkassi küçəsində olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin vaxt üzərində olan mobil telefonda özünə məxsus ***-***-**-** saylı mobil nömrə olmuşdur. İran İslam Respublikasının vətəndaşı həmin mobil telefondakı nömrənin “Whatsapp”-a yer bildirimi atmış, taksi ilə həmin ünvana gələndən sonra telefonun whatsapp proqramında olan konumu, danışıqları silmişdir. Bu barədə protokol tərtib edilmiş, disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-7/1563 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan ağ rəngli sintetik bağlamadakı 02 (iki) ədəd polietilen bağlamalarda ayrı ayrılıqda təmiz çəkiləri: 708,4 qram, 703,9 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi — 1412,3 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6\4640 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üzərində narkotik vasitəyə bənzər iz olan bir ədəd şüşə flakon olan bağlama; Şübhəli şəxs \imza\ Təqsirləndirilən şəxs; ........” yazıları olan zərfdəki 01 ədəd şüşə kolbanın içərisində psixotrop maddə-metamfetamin izləri müəyyən edildi. Şüşə kolbanın içərisində metamfetamin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi üzrə tədqiqatın aparılması mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6782 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 sentyabr 2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərar və 20 dekabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1412,1 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və 01 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan şüşə kolba cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş “Şəxsi axtarış və təqdim olunan əşyalara baxış keçirilməsi keçirilməsi” barədə xx.xx.2024-cü il tarixli istintaq hərkətinin video görüntüsü əks etdirilmiş 02 ədəd "xxxx" formatlı disk və Bakcell MMC-dən daxil olmuş bir ədəd disk maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3-1-ci maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilib, xx.xx.2023-cü ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə də, Təqsirləndirilən şəxs qəsdən törətdiyi az ağır cinayətə görə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını çəkdikdən sonra məhkumluğu ödənməmiş yenidən qəsdən ağır cinayət törətmiş, bu hal onun əməlində cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsində İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, yalnız təqsirləndirilən şəxsin verdiyi ifadəsini mötəbər sübut kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını bildirsədə, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Aparılmış bir sıra təxirəsalınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə müvafiq olaraq şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid, biri digərinə kifayət qədər uyğun gələn, mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) .. məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 38-ci bəndinə irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum barəsində onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməklə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə — 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 708,4 qram və 703,9 qram, ümumi təmiz çəkisi 1412,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 01 (bir) ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan şüşə kolbanı Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən, “Sum” avtosalonun yaxınlığından götürərək üzərində saxlamaqla daşımışdır. xx.xx.2024-cü il tarixdə saat 02:26 radələrində Sumqayıt ŞPİ-nin, 5-ci PB-nin əməkdaşlarının keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən, “Sum” avtosalonun yaxınlığında saxlanılaraq və üzərində şəxsi axtarış aparılarkən sağ əlindən külli miqdarda 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 708,4 qram və 703,9 qram, ümumi təmiz çəkisi 1412,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan şüşə kolba aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaqı zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələrini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarında saxlanılan qalıq çəkisi 1412,1 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 03 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 138 (yüz otuz səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarında saxlanılan qalıq çəkisi 1412,1 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 03 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 138 (yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-230/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-230/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver