Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-231/2025 18.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, “X7 Ticarət İthalat və İhracat Limited Şirkəti’nin Azərbaycan Respublikasındakı filialının direktoru vəzifəsində işləyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 özünü dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərlə əlaqəsi olan şəxs kimi təqdim edərək, həmin şəxslərin vasitəsilə sonuncunun üzərinə fəaliyyəti dayandırılmış "xxxx" ASC-yə 10.000.000 manat borc öhdəliyinin qoyulması barədə Nəsimi rayon Məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna yeni açılmış hallar üzrə şikayəti əsasında baxılacağı və qətnaməni ləğv etdirəcəyi barədə yalan vəd verərək, qətnaməni ləğv etdirmək üçün səlahiyyətli şəxslərə hədiyyələr alacağına inandırmaqla, aldatma yolu ilə ondan 03 oktyabr 2023-cii il tarixdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 607-609-cu məhəllə, 15 saylı binanın qarşısında, həmin dövrün məzənnəsi ilə 170.000 manat dəyərində olan 100.000 (yüz min) ABŞ dollarını alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 və sonuncunun şəriki Zərərçəkmiş şəxs2 özünü dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək, əvvəllər həmin şəxslərin vasitəsilə bir neçə tikinti lahiyələrini təsdiq etdirməsi barədə yalan məlumatlar verərək inandırmaqla, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən 1,8 ha ölçüdə torpaq sahəsində çoxmənzilli bina tikintisinin layihəsini 400.000 manat müqabilində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində təsdiq etdirəcəyinə vəd verdikdən sonra 24 aprel 2024-cü il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin tikinti layihəsinə mənfi rəy verilməsi barədə məlumat almasına baxmayaraq, həmin məlumatı gizləyib, 05 may 2024-cü il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən ofisdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus cəmi 400.000 manat məbləğində müştərək pulu alıb ələ keçirərək, zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilmiş, məhkəmə tərəfindən ona ifadə vermək üçün bir neçə dəfə şərait yaradılmasına baxmayaraq, o, ittihamın mahiyyəti üzrə ifadə verməmişdir. Zərərçəkmiş şəxslər məhkəmə zalına gəldikdən sonra isə Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay aylarında qonşusu Şahid1 ona müraciət edərək, atası Zərərçəkmiş şəxs1 "xxxx"la əlaqədar probleminin olduğunu deyib, bu səbəbdən atasının onunla görüşmək istədiyini bildirmiş, o, həmin məsələyə görə Zərərçəkmiş şəxs1lə görüşməkdən imtina etsə də, Şahid1 dəfələrlə ona müraciət eldikdən sonra 2023-cü ilin payız aylarında Zərərçəkmiş şəxs1lə yaşadığı binanın dəhlizində görüşmüş, sonuncudan probleminin nədən ibarət olduğunu soruşduqda, Zərərçəkmiş şəxs1 ona "xxxx"dan 30 milyondan artıq məbləğdə kredit götürməsi və krediti ödəməməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin onun əleyhinə qətnamə çıxardığını, həmin qətnamələrdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət etdiyini, işin məhkəmə baxışı mərhələsində olduğunu bildirərək, Ali Məhkəmədə onun xeyrinə qətnamə çıxarılmasına köməklik göstərməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs1 sənədlərinə baxıb, öz əlaqələri vasitəsilə ona köməklik edə biləcəyini və bunun üçün 100.000 ABŞ dolları lazım gələcəyini bildirmişdir. 03 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1lə Bakı şəhərində görüşmüş və sonuncu ona 100.000 ABŞ dolları deyil, 50.000 ABŞ dolları vermiş, o, Zərərçəkmiş şəxs1 lazımi adamlarla görüşüb həmin pulla onlara hədiyyə verəcəyini və bu yolla işin həll edilməsinə köməklik edəcəyini bildirmiş, lakin Zərərçəkmiş şəxs1 aldığı puldan heç kəsə hər hansı məbləğdə pul verməmiş, özündə saxlamışdır. Təxminən 2023-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs1 ona müraciət edərək, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində ona məxsus 1 hektardan artıq torpaq sahəsinin olduğunu bildirmiş və həmin ərazidə tikinti işlərinin aparılması üçün müvafiq sənədlərin alınmasında ona köməklik göstərməsini xahiş elmişdir. O, sonuncuya bu işdə bacardığı köməyi göstərəcəyinə söz verib, Sumqayıt şəhəri ərazisində tikinti işlərinin aparılması üçün sənədlərin hazırlanmasına 250.000 manat, Binəqədi rayonu ərazisində tikinti işlərinin aparılması üçün sənədlərin hazırlanmasına 150.000 manat lazım gələcəyini bildirərək, 2024-cü ilin may ayında Zərərçəkmiş şəxs1, ümumilikdə cəmi 400.000 manat pulu sonuncunun Sumqayıt şəhəri. S.Vurğun küçəsində yerləşən ofisində almış, lakin tikinti layihələrinə imtina gəldiyini öyrənib bu barədə Zərərçəkmiş şəxs1 bildirməmiş və həmin pulları xərcləməyib özündə saxlamışdır. Təqsirləndirilən şəxsin ifadəsi elan edildikdən sonra overilən suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Zərərçəkmiş şəxs1 məhkəmə işi üçün 100 min dollar deyil, 50 min dollar pul alıb. Zərərçəkmiş şəxslərə vurduğu bütün ziyanı tam həcmdə ödəyib. Səhhətini və ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, qızı Elnarə ilə Təqsirləndirilən şəxs yoldaşı arasında qonşu kimi yaxşı münasibət olub, söhbət əsnasında qızı Elnarə onun bir məhkəmə işi ilə bağlı Təqsirləndirilən şəxs yoldaşına danışıb. Təqsirləndirilən şəxs yoldaşı da qızına Arifin bu işlərdən yaxşı başı çıxdığını, tanışlarının çox olduğunu və ona kömək edə biləcəyini deyib. X8 Mansurovun nömrəsini ona verib və o, Təqsirləndirilən şəxsla 2023-cü ilin sentyabr ayında sonuncunun yaşadığı binanın həyətində görüşərək bu məsələ haqqında ətraflı danışıblar və Təqsirləndirilən şəxs əlaqələrinin geniş olduğunu və ona kömək edə biləcəyini deyib. Bundan sonra o, 2023-cü ilin oktyabrında özünün şəxsi maşınında Təqsirləndirilən şəxsla görüşüb və həmin maşında o, Təqsirləndirilən şəxs 100 min dollar məbləğində pul verib ki, onun qanuni işini görməyə köməklik etsin və həmin pulu da hədiyyə kimi müvafiq şəxslərə versin. Həmin pulu verən zaman o, telefonunda səs də yazıb. Təqsirləndirilən şəxs da arxayın olmağı, həmin pulla onun məhkəmə işini tam onun xeyrinə həll edəcəyini bildirib. Bundan sonra Təqsirləndirilən şəxs söhbət əsnasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsində güclü əlaqələri olduğunu da dediyi üçün o, düşünüb ki, qohumu Zərərçəkmiş şəxs2lə birlikdə Sumqayıt şəhəri, S. Vurğun küçəsində 1,08 ha sahəsi olan ərazidə bina tikintisi üçün sənədlərin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində təsdiq edilməsində Təqsirləndirilən şəxs onlara köməklik edə bilər. Bundan sonra onlar Təqsirləndirilən şəxsla bu barədə söhbət edib məsləhətləşdikdən sonra Təqsirləndirilən şəxs bu məsələnin həll edilməsi üçün 400 min manat pul lazım olduğunu deyib. O və Zərərçəkmiş şəxs2 həmin məbləği toplayıb və 05 may 2024-cü il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən ofisində o, Zərərçəkmiş şəxs2, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs birlikdə pulları sayıb 400.000 manat olduğuna əmin olduqdan sonra qeyd edilən şəxslərin iştirakı ilə həmin pulu Təqsirləndirilən şəxs təhvil veriblər. O, hər dəfəsində Təqsirləndirilən şəxs həm məhkəmə işinin, həm də torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin nə yerdə olduğunu soruşduqda Təqsirləndirilən şəxs hər dəfəsində bir bəhanə ilə məsələdən yayınıb. Sonradan onlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsində onların layihəsinin təsdiqlənmədiyi və sənədlərin mənfi rəylə birikdə Sumqayıt şəhər İcra Hakimiyyətinə qaytarılması barədə məlumat alıblar. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nə şikayət edib. Təqsirləndirilən şəxs 400 manat məbləği tam, 100 min dollardan isə 65 min dolları ödəyib. Qalan 35 min dolları da ödəsə, uşaqları və ailəsinə görə onu bağlışlayıb şikayətçi olmayacaq. Məhkəmə istintaqının sonrakı gedişində Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən qalan 35 min dollar da ödənildiyindən ondan şikayətçi olmadığını, onunla barışdığını bldirmiş və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Bu barədə zərərçəkmiş şəxsin ərizəsi də cinayət işi materiallarına əlaqə edilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o dostu Zərərçəkmiş şəxs1lə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində 1,8 ha ölçüdə torpaq sahəsində yaşayış binaları tikmək qərarına gəliblər. Bununla bağlı ilkin sənədləşmə işləri aparılıb və layihənin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində təsdiq olunması məsələsi qalıb. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla özünün Ali Məhkəmədə olan işi illə bağlı əlaqə yaradıb və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onların sənədləşmə işlərinə də köməklik edə biləcəyi ilə bağlı əminlik yaranıb. Bundan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla bu barədə söhbət edib məsləhətləşdikdən sonra Təqsirləndirilən şəxs bu məsələnin həll edilməsi üçün 400 min manat pul lazım olduğunu deyib. Zərərçəkmiş şəxs1 bu barədə ona deyəndə o da razılaşıb. O və Zərərçəkmiş şəxs1 həmin məbləği toplayıb və 05 may 2024-cü il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində Zərərçəkmiş şəxs1 ofisində o, Zərərçəkmiş şəxs1, Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs birlikdə pulları sayıb 400.000 manat olduğuna əmin olduqdan sonra qeyd edilən şəxslərin iştirakı ilə həmin pulu Təqsirləndirilən şəxs təhvil veriblər. Sonradan onlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsində onların layihəsinin təsdiqlənmədiyi və sənədlərin mənfi rəylə birikdə Sumqayıt şəhər İcra Hakimiyyətinə qaytarılması barədə məlumat alıblar. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nə şikayət edib. Təqsirləndirilən şəxs 400 manat məbləği tam ödədiyi üçün ondan şikayətçi deyil. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 onun dostudur. Dostu Mehtinin Ali Məhkəmdə mülki işi olub, həmin işin Mehtinin xeyrinə yekunlaşacağını bilsələr də, Mehti arxayın olmaq üçün Təqsirləndirilən şəxsla əlaqə yaradıb və Təqsirləndirilən şəxs həmin işi həll etmək üçün müəyyən şəxslərə hədiyyə verməli olduğunu və bunun üçün də 100 min dollar pul lazım olduğunu bildirib. Həmin məbləği də Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verib. Bundan başqa yaxın tanışı olan Zərərçəkmiş şəxs2lə Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri, S.Vurğun küçəsində 1,8 ha ölçüdə torpaq sahəsində yaşayış buinaları tikmək istədiklərini və bununla bağlı sənədləşmə işləri ilə məşğul olduqlarını bilib. 05 may 2024-cü il tarixdə şəxsi işləri ilə bağlı Zərərçəkmiş şəxs1 Sumqayıtda yerləşən ofisinə gedib və həmin ofisə sonradan Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və İdrisin sürücüsü Şahid3 da gəlib və onlar birlikdə sənədləşmə işlərini həyata keçirməsi üçün 400 min manat pulu sayaraq Təqsirləndirilən şəxs verib. Sonradan öyrənib ki, sənədləşmə işləri ilə bağlı mənfi rəy gəlib və Təqsirləndirilən şəxs heç bir iş görməyib həmin pulu özünə götürüb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə videokonfrans əlaqə sistemi vasitəsilə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikə onların qonşuluğunda yaşayırlar. Onun Təqsirləndirilən şəxs yoldaşı Şövkət ilə yaxın qonşuluq münasibəti olub və söhbət zamanı Şövkətə atası Zərərçəkmiş şəxs1 Ali Məhkəmədə problemli mülki işinin olduğunu deyib. Bu zaman Şövkət yoldaşı Təqsirləndirilən şəxs çox güclü əlaqələrinin olduğunu, narahat olmamasını və Təqsirləndirilən şəxs onlara köməklik edəcəklərini deyib. Bundan sonra Şövkət ona Təqsirləndirilən şəxs nömrəsini verib, o da həmin nömrəni atası Zərərçəkmiş şəxs1 göndərib. Sonradan öyrənib ki, Təqsirləndirilən şəxs həmin işlə bağlı atasından 100 min dollar pul alıb. Daha sonra atasının tikinti işinin sənədləşdirməsinə kömək edəcəyi vədi ilə atası və onun yaxın dostu Zərərçəkmiş şəxs2 400 min manat pul alıb. Lakin Təqsirləndirilən şəxs nə məhkəmə işlərinin, nə də torpaq sahəsinin sənədləşdirilməsi işinin həll edilməsində köməklik göstərməyib. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 31 iyul 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən, Təqsirləndirilən şəxs özünii ona dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edib, həmin şəxslərin vasitəsilə onun üzərinə fəaliyyəti dayandırılmış "xxxx" ASC- nə 10.000.000 manat borc öhdəliyinin qoyulması barədə Nəsimi rayonu məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna yeni açılmış hallar üzrə şikayəti əsasında baxılaraq, bu qətnaməni ləğv etdirəcəyinə dair yalan vəd verdiyini və qətnaməni ləğv etdirmək üçün səlahiyyətli şəxslərə hədiyyələr alacağını deyib onu inandırdığını və aldatma yolu ilə ondan 03 oktyabr 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 607-609-cu məhəllədə, 15 saylı binanın qarşısında 100.000 ABŞ dolları alıb ələ keçirdiyini, bundan başqa, ona və şəriki Zərərçəkmiş şəxs2 dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərin vasitəsilə bir çox vəzifəli şəxslərin, tikinti layihələrini təsdiq etdirdiyini deyərək onları inandırdığını, buna görə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən 1,8 ha ölçüdə torpaq sahəsində Zərərçəkmiş şəxs2lə şərikli olaraq inşa etmək istədikləri çoxmənzilli bina tikintisinin layihəsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müsbət rəy alınmasında onlara köməklik göstərməyi təklif etdiklərini, Təqsirləndirilən şəxs 400.000 manat müqabilində dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərin vasitəsilə bir həftə ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müsbət rəy alacağını vəd verdiyini, o şəriki Zərərçəkmiş şəxs2 ilə danışaraq, sonuncu ilə gələcəkdə mənzillər satışa çıxarıldıqdan sonra hesablaşacaqları barədə razılığa gəldikdən sonra 05 may 2024-cii il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən ofisində Zərərçəkmiş şəxs2 gətirdiyi 400.000 manat pıılu İdrisin özü ilə, İlham Abdullayevlə, Şahid3la birlikdə sayaraq ona verdiklərini, lakin sonradan xx.xx.2024-cii il tarixli məktubla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilən layihə və sənədlərin xx.xx.2024-cü il tarixdə təsdiq olunmadan geri qaytarıldığını öyrəndiklərini, Təqsirləndirilən şəxs onları aldatdığını sonuncunun üzünə deyərək ifadəsini bir daha təsdiqləmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 18 iyul 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 audioyazıda "Ya Allah" sözünü işlədən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirdi. Həmin sözdən sonra Zərərçəkmiş şəxs1lə salamlaşdıqdan sonra ümumi mövzuda söhbət edən Təqsirləndirilən şəxs, dialoqun 3-cü dəqiqəsindən başlayaraq, Zərərçəkmiş şəxs1 Hacı Madarı şəxsən tanıdığını deyib, sonuncunun müxtəlif ünvanlarda yerləşən obyektlərindən danışır, 05 dəqiqə 30-cü saniyədə xışıltı səsi eşidilir və Təqsirləndirilən şəxs "bu pulu borc götürmüsənmi, yoxsa öz pulundur?"-deyə soruşur. Zərərçəkmiş şəxs1 "narahat olma, öz pulumdur"- deyə cavab verdikdə, Təqsirləndirilən şəxs ona "narahatam ki, bu işə görə borca-xərcə düşmüsən, gələcəkdə də işlərimiz olacaq. Allaha şükür, gələcəkdə işlər olacaq, biz qonşuyuq mənim əlimdə pul olanda deyəcəm ki, məndə bu var. Neyləyək?"-deyir, Zərərçəkmiş şəxs1 "maşında söhbət edək?”-deyə soruşur və Təqsirləndirilən şəxs ona "istəyirsən, qalxaq mənim evimdə söhbət edək"-deyə cavab verir, Zərərçəkmiş şəxs1 isə etiraz edir. Daha sonra avtomabilin qapılarının açılma səsi eşidilir və Zərərçəkmiş şəxs1 paketi Təqsirləndirilən şəxs verərək, 100.000 (yüz min) ABŞ dolları olduğunu deyir. Təqsirləndirilən şəxs ona "mən bu pulu götürüb, hələlik depozit kimi saxlayacağam, sadəcə, narahatam ki, bu pulu gedib kimdənsə borc alarsan və nəyə görə aldığım deyərsən, Allah göstərməsin, indi pis zəmanədif’-deyir. Zərərçəkmiş şəxs1 isə "narahat olma” deyə cavab verir. Təqsirləndirilən şəxs "mən narahatam ki, xətt açılandan sonra mən kiməsə söz deyərəm, sonra üstü açılar"- deyə bildirir, Zərərçəkmiş şəxs1 ondan "narahat olma, sən bizim iş barədə artıq kiminləsə söhbətə başlamısanmı?”deyə soruşduqda Təqsirləndirilən şəxs "biz birinci gücü vurmalıyıq Ali Məhkəməyə ki, pulu sildirək, məndə Ali Məhkəmənin bütün hakimlərinin nömrəsi var. Biz kiminləsə də əlaqə saxlamalıyıq da, düzdü? Lakin həmin hakimlər qərar verə biləcək insanlar deyil, onlar bir insan kimi işə baxa bilərlər, ancaq yekdə qərar verən bir adamdır, sədrin özü də məsləhət alacaq, burda Fikrət müəllim də var. Mən ona daxili nömrə ilə zəng elətdirəcəm, belə ki, bir bəs eləməsə iki dəfə zəng edəcəyik, iki bəs eləməsə, 3 dəfə zəng edəcəyik, belə pis çıxmasın, cənabın masasına sənədi verən köməkçisinə çıxacam, sən bu işdə təmizsən, sənin ailən var, uşağın var, sən arxayın ol ki, mən hər bir addımı sənə zəng edərək məsələhət edəcəyəm, daxili nömrədən sədrə, kimə desən, gücümüz var- deyir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 onda olan məhkəmə qərarlarını soruşur, Zərərçəkmiş şəxs1 məhkəmə sənədlərinin evdə olduğunu, özü ilə hələ gətirmədiyini, lazım olsa, gətirə biləcəyini bildirir. Daha sonra səs yazısında xışıltılar və səsin aşağı tempə düşməsi müşahidə olunur. Mehtii Mehtiyev həmin vaxt Təqsirləndirilən şəxs telefon vasitəsilə əvvəlki məhkəmə qərarları ilə tanış etdiyini və Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 həmin məhkəmə qərarlarını müzakirə etdikləri, Təqsirləndirilən şəxs öz əlaqələri vasitəsilə ona köməklik edəcəyini vəd etməsi əks olunmuşdur. Məhkəmə iclasında yuxarıda qeyd olunan “diskə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş diskdəki audioyazı səsləndirilmiş və həmin audioyazı ilə Zərərçəkmiş şəxs1 ifadəsinin həqiqiliyi bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 23 avqust 2024-cü il tarixli “Pul vəsaitinin təhvil verilməsi haqqında” protokoldan görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurulmuş 400.000 (dörd yüz min) manat və 100.000 (yüz min) ABŞ dolları məbləğində maddi ziyanın 400.000 (dörd yüz min) manatı və 50.000 (əlli min) dolları xx.xx.2024-cıi il tarixdə, 10 (on min) ABŞ dolları xx.xx.2024-cü il tarixdə və 5.000 (beş min) ABŞ dolları xx.xx.2024-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən sonuncuya ödənilmişdir. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Qeyd edilən qərarda göstərilmişdir ki, şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxsin verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ona 100.000 ABŞ dolları deyil, 50.000 ABŞ dolları verdiyini göstərməsi onun özünü müdafiəsi üçün gətirdiyi dəlil kimi, həmçinin onun öz məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirilir. Belə ki, Zərərçəkmiş şəxs1 ona 100.000 ABŞ dolları məbləğində pulu verməsi iş üzrə digər mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, onların bir-birlə müqayisəli təhlilini apararaq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarına əlavə edilmiş tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs kəskin qastroentrit xəstəliyindən əziyyət çəkir. Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrini surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il və xx.xx.2016-cı il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi 59.1.13-cü maddəsinə əsasən, xəstəliyinin olması isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxsin əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyul 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş, məhkəmə icraatı dövründə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə həbs qətimkan tədbirinin seçildiyi tarixdən, yəni 16 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan səs yazılarının əks olunduğu “BİNGO CD-R 700 MB/80Min” formatlı 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 iyul 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan səs yazılarının əks olunduğu “BİNGO CD-R 700 MB/80Min” formatlı 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-231/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-231/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver