Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-233/2023 11.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – X4 iştirakları ilə, xx.xx.1992-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Genlik kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı binada müvəqqəti olaraq məskunlaşmış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının əvvəlində istintaqa məlum olmayan Vüqar adlı şəxsin vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun tapşırığına əsasən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra mobil telefonun «Whatsap» vasitəsi ilə yazışıb sonuncunun tapşınğı ilə 2022-ci ilin mart ayının 06-da saat 22 radələrində «Rza» adlı İran İslam Respublikasının vətəndaşının kart hesabına 190 manat pul köçürtdükdən sonra sonuncunun Abşeron rayonu Xırdalan şəhəri,Həsən Əliyev küçəsində avtomobil yolunun kənarında qoyduğu sellofanın içərisində iki ədəd bükümdə külli miqdarda 11,058 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 3,007 qram çəkidə psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz əldə edərək daşımış və saxlamış, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Azərbaycan Respublikası DİN-in X15 alayının 12-ci polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən sağ əlinin ovuc hissəsində olan qara rəngli selofan bükümün içərisində iki ədəd bükümlərdə həmin 11,058 qram çəkidə narkotik vasitə heroin və 3,007 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitəni sosial şəbəkədə tanış olduğu, şəxsən tanımadığı İran İslam Respublikasının vətəndaşından Xırdalan şəhərindən şəxs istifadəsi üçün əldə etmişdir. 11 qram heroin və 3 qram metamfetamin üçün 190 azn pul vermişdir. Həmin şəxslə WhatSapp vasitəsi ilə əlaqə saxlamış, heç vaxt zəng etməmişdir. Narkotik vasitənin hər iki növündən istifadə etmişdir. O, heç bir fiziki təzyiqə məruz qalmamış, döyülməmişdir. Üzərində 11 qram metamfetamin və 3 qram heroin olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən iki-üç ay narkotik vasitə heroin və psixotrop maddənin metamfetamin növündən çəkmə yolu ilə istifadə edir. Təxminən 3-4 gün olar ki, Sumqayıt şəhər sakini kimi tanıdığı, lakin anket məlumatlarını bilmədiyi və yaşadığı ünvanı tanımadığı Vüqar adlı şəxsdən narkotik vasitə istəmiş, Vüqar ona +**********12 nömrəsini verib bildirmiş ki, həmin nömrənin sahibi ilə WhatSapp vasitəsi ilə danışıb narkotk vasitə heroin və psixotrop maddə metamfetamin ala bilər. O istifadə etdiyi telefonla həmin nömrə ilə WhatSapp vasitəsi ilə əlaqə saxlamış, həmin nömrənin sahibi özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş,adının Rza olduğunu bildirmişdir.Ondan narkotik vasitə və psixotrop maddə istəmiş,özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Rza adlı şəxs ona «sənə kart nömrəsi verəcəm, həmin karta pul köçür, mən də sənə Bakı şəhərində olan narkoitik vasitə və psixotrop maddədən çatdırım» demişdir. Razılaşandan sonra, Rza adlı şəxs telefonda demiş ki, müxtəlif ərazilərə narkotik vasitə və ya psixotrop maddə qoydurduqdan sonra ona ünvanı bildirəcək. O Rza adlı şəxslə danışıb razılaşandan sonra xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon Koroğlu küçəsində yaşadığı binanın birinci mərtəbəsində yerləşən «Sevinc» marketdən «eManat» vasitəsi ilə həmin Rzanın verdiyi 58322011 nömrəli karta 190 (bir yüz doxsan) manat pul köçürmüşdür. Bundan sonra, həmin gecə yəni xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən "Rza" adlı şəxs ona «konum» atmış və şəkil göndərərək narkotik vasitəni Abşeron rayonu, Xırdalan şəhəri, "Qafqaz" universiteti yaxınlığında qoydurmasını bildirmişdir. O da həmin gecə saat 02 radələrində bir manatlıq taksilərin birinə əyləşib «Qafqazın» dairəsi adlanan yerə gəlmiş və orada avtomobildən düşərək piyada Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsinə gedib işarə qoyulmuş yerdən narkotik vasitəni götürmüşdür. Həmin yerdən aralaşanda yanma polis geyim formasında olan üç nəfər polis əməkdaşları yaxınlaşmış və özlərini təqdim edərək, həmin ərazidə xidmət apardıqlarını bildirmişlər. Bundan sonra ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini xahiş etmişlər. Həmçinin ondan hansı səbəbdən orada olmağı barədə sorğu-sual etmişlər. O polis əməkdaşlarına könüllü olaraq həmin yerə narkotik vasitə əldə etmək üçün gəldiyini və əldə etdiyi narkotik vasitənin hal-hazırda üstündə olduğunu bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu polis idarəsinə aparmışlar. Rayon Polis İdarəsində xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra əvvəlcə ona hüquq və vəzifələri izah olundu. Daha sonra video görüntü ilə müdafiəçinin və orada olan polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuş. O könüllü olaraq sağ əlinin ovuc hissəsində olan qara rəngli sellofan bükümü təqdim edərək içərisindəki 2 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər olduğunu, onlardan birinin içərisində heroin, digər şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində isə "şüşə" olmasını bildirmişdir. Həmin narkotik vasitə və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə telefonda tanış olduğu özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən "Rza" adlı şəxsdən öz şəxsi istifadəm üçün 190 manata əldə etdiyini bildirmişdir. Telefonda Rza adlı şəxslə razılaşmışdır ki, 190 manatın dəyəri olaraq ona 11 qram heroin və 3 qram psixotrop maddə olan metamfetamin göndərəcək. Yəni istədiyi yerə qoyacaq, sonra o gedib həmin yerdən götürəcək. Törətdiyi əməldən peşmandır. Rza adlı şəxi ümumiyyətlə görməmiş və tanımır. Həmin nömrəyə zəng edəndə həmin şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmişdir. Həmin şəxsin kim olduğunu bilmir. Heç vaxtı İranda olmamış və ümumiyyətlə İran İslam Respublikası vətəndaşı tanımır və heç bir İran vətəndaşı ilə tanışlığı olmayıb. Birinci dəfədir ki, həmin şəxsdən narkotik vasitə alırmış. Vüqarın isə anket məlumatlarını və yaşadığı ünvanı bilmir. Vüqan Sumqayıt uşağı kimi tanıyır. Həmin şəxs narkotik vasitənin dəqiq haradan gətirildiyini bilmir, lakin ona Vatsapp vasitəsi ilə demişdir ki, onun mah Bakı şəhərindədir, lazım olan ünvana qoduracaqdır. Həmin malın kim tərəfindən Abşeron rayonu ərazisinə gətirilməsini və həmin ünvana qoyulduğunu görməmiş və bu barədə heç bir məlumatı yoxdur. ( cild 1, iş vərəqə 181-183) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X15 Alayının polis nəfəri işləyən Şahid3 ifadəsində göstərdi ki, 07 mart 2022-ci il tarixdə saat 02 radələrində növbədə olan vaxt Abşeron rayonu ərazisində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Özünü Elsəvər kimi təqdim edən şəxs onlara üzərində narkotik vasitə olduğunu və həmin narkotiki iranlı şəxsin ona dediyi yerdən götürdüyünü bildirmişdir. Bundan sonra onu polis idarəsinə aparmışlar. Polis idarəsində vəkilin iştirakı ilə videçəkiliş apanlmaqla onun üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılan zaman Elsəvər ovucunun içində saxladığı bir ədəd büküm təqdim edərək masanın üzərinə qoymuş və içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni iranlı kimi tanıdığı şəxsin telefon vasitəsi ilə ona dediyi yerdən götürdüyünü bildirmişdir. O , ibtidai istintaq verdiyi ifadəsini təsdiq etmişdir. İş üzrə şahidlər, X15 alayının polis nəfərləri Şahid1 və Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrdən görünür ki, onlar məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. ( cild 1, iş vərəqə 138-139; 150-151) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 mart 2022-ci il tarixli protokoldan görünür ki, saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş X4 üzərində şəxsi axtanş həmin gün saat 03:20dən 03:34-dək aparılmış və Elsəvər Əliyev onun barəsində şəxsi axtarış apanlan zaman ovucunda bükülü çıxarıb təqdim etmişdir.( cild 1, iş vərəqə 21-23) Protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 7 mart 2022-ci il tarixli 6/1366 nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, «X2 ...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,007 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Bir ədəd bükümdə təmiz çəkisi 11,058 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1 iş vərəqə 29-34) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2978 nömrəli rəydən görünür ki, X5 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəq 155-156) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1435 saylı rəydən görünür ki, X5 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur.Həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb.Həmin dövrdə o,öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə də X10 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal-hazırda da Öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidanndadır. X4 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.( cild 1, iş vərəq 157-159) Cinayət işinin materiallarında görünür ki, təqsirləndirilən şəxs X4 üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 2,957 qram psixotrop maddə metamfetamin və 11,008 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 163-167) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X10 əvvəllər məhkum olunmamışdır.( cild 1, iş vərəqə 136- 137) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 himayəsində xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı iki azyaşlı uşağı vardır. ( cild 1, iş vərəqə 85-86) Məhkəmə, təqsirləndirilən şəxs X4 narkotik vasitə və psixotrop maddə əldə etməkdə satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, X4 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, üzərində saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda və müxtəlif növlərdə olması təqsirləndirilən şəxs X4 məqsədinin məhz psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10 məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. X4 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, psixotrop maddə metamfetmainin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X8 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X8 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs X4 himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, X10 oğlu 07 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 08 mart 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs X8 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxs X5 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs X8 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 2,957 qram psixotrop maddə metamfetamin və 11,008 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 81(səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 6 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 mart 2022-ci il tarixdən hesablansın. X8 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 2,957 qram psixotrop maddə metamfetamin və 11,008 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 manat X2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu X8 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-233/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-233/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver