Məhkəmə qərarları › İş №1(124)-233/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-233/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-233/2025 09.07.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Nizami oğlunun sədrliyi, X10 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zaur oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan barəsində Şabran rayonu məhkəməsi tərəfindən 4 ay müddətinə “ həbs ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cli il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən və həmin vaxt təmir işləri ilə əlaqədar fəaliyyət göstərməyən obyektin pəncərəsini özündə olan istintaqla müəyyən edilməyən alətlə açdıqdan sonra kənar şəxslərin görmədiyi şəraitdə zirzəmi hissəsinin pəncərəsindən içəri qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus olan və təmir işlərində istifadə olunan 02 ədəd istifadə olunmuş drel, 02 ədəd istifadə olunmuş laqonda, 02 ədəd istifadə olunmuş perforator və 01 ədəd istifadə olunmuş lazer aparatını gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, istintaqa məlum olmayan şəraitdə, mənbədən və vaxtda satış məqsədi olmadan külli miqdarda, yəni təmiz çəkisi 2,838 qram olan narkotik vasitə olan heroini, həcmi 1 ml. olan narkotik vasitə heroin məhlulunu, xeyli miqdarda təmiz çəkisi 0,167 qram psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 0,41 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamaqla daşıyaraq qeyri rəsmi nigahda olduğu X5 yaşadığı Şabran rayonu, Qarabağlı qəsəbəsində yerləşən 23 nömrəli evinə aparmış, 02 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Ləyaqət Əhmədovaya məxsus Şabran rayonu, Qarabağlı qəsəbəsində yerləşən 23 nömrəli evə baxış keçirilərkən yataq otağında olan dolabın üzərindən Təqsirləndirilən şəxs məxsus şüşə flakonda 0,4 ml. və 1 ml. şprisdə 0.6 ml. olmaqla ümumi həcmi 1 ml. eynitərkibli narkotik vasitə olan heroin məhlulu, heroinin quru maddəsinin çəkisi 0.07 qram, yataq otağında olan dolabın yanında yaşıl rəngli kağızın içərisindən üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,635 qram, 0,958 qram və 1, 245 qram olmaqla külli miqdarda, yəni ümumi çəkisi 2,838 qram olan narkotik vasitə heroin, həmin kağızın içərisində bir ədəd bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,167 qram psixotrop maddə olan metamfetamin, dolabın yanında yerdə bir ədəd “Rothmans” markalı siqaret qutusundakı sellofan bükülüdə təmiz çəkisi 0,41 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirli bilərək sərbəst ifadəsində və suallara cavab verərəkən bildirdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İttihamda göstərilən narkotik vasitələr onda olmuşdur. Amma onun satış niyyəti olmamışdır. Narkotik vasitələr onun özünün olmuşdur. Narkotiki qaynadıb vuran anda onu tutmuşlar. Bundan əvvəl üç dəfə narkotik vasitələrdən istifadə etməyinə görə inzibati qaydada həbs olunmuşdur. İttihamda göstərilən oğurluqla bağlı olan hissəni təsdiq etmişdir. Narkotik vasitələrdən istifadə etdiyinə görə işləyə bilməmişdir. Oğurluq etməyə məcbur olmuşdur. Oğurluğu buna görə etmişdir. İttiham aktında hər şey yazılmışdır. Bir ədəd direl satmışdır. Qalan əşyalar isə deyəsən, geri qaytarılmışdır. İttiham aktında göstərilən tarixdə oğurluğu etmişdir. 1000 manat dəyərində olan direlləri satmağını etiraf etmişdir. Narkotik vasitələrin bütün növlərindən istifadə etmişdir. Ən çox heroindən və metamfetamindən istifadə etmişdir. Arada bir marixuanadan da istifadə etmişdir. Marixuanadan olanda istifadə etmişdir. Onun telefonuna narkotik vasitələrin dövriyyəsi ilə bağlı sms yazan olmamışdır. Kimsə ondan narkotik vasitəni istəməmişdir. Eyni zamanda onun satış məqsədi yoxdur. İki və ya üç büküm şəklində olmuşdur. O, narkotik vasitələri tapmamışdır. O, narkotik vasitələri pulu ilə almışdır. Elə formada da almışdır. İki qram birindən almışdır. Bir qram da digərindən almışdır. Birindən çəkmişdir və yarım qramı qalmışdır. Ad günü olduğuna görə bir qramlıq marixuananı almışdır. Marixuana adamı bir az keçmişə apardığına görə ad günü olduğu üçün almışdır. Marixuana adama bir az dərdini unutdurur. İttiham aktında göstərilən avadanlıqlar düzgündür. O, hazırda dəqiq formada xatırlamamışdır. Həmin vaxtı o, indiki insan olmamışdır. Narkotik vasitələrdən istifadə etməyinə görə özünü təqsirli bilmişdir. O, kimisə bədbəxt etməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Oğurladığı əşyalardan direlləri aparıb satmışdır. İttiham aktında onun həmin narkotik vasitələri tapdığı yazılmışdır. Həqiqətən də elə olmuşdur. Amma o, özü istifadə məqsədi ilə götürmüşdür. Narkotik vasitəni üzərində daşımışdır. Qonaq getmişdir. Dəvəçi rayonuna qonaq getmişdir. O, özü Masallı rayonundandır. Ad günü olduğuna görə o, Dəvəçi rayonuna qonaq getmişdir. Üzərində iki qram yarım narkotik olmuşdur. Narkotik vasitəni qaynatdığı halda onu tutmuşlar. Eyni zamanda bir büküm də marixuana olmuşdur. Həmin narkotiklər onda olması məsələsinə heç bir etirazı olmamışdır. Amma onun satış məqsədi olmamışdır. Barəsində oğurluqla bağlı başqa bir cinayət işi də gedir. İşləyə biləsi vəziyyətdə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixli ifadəsində, özünü Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə o, təkbaşına yaşadığı ünvanda spirtli içki qəbul etdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində sərxoş vəziyyətdə təkbaşına piyada hərəkətdə olan zaman saat 12:00 radələrində, yolun kənarında yerləşən ətrafı tozlu şüşələrlə əhatə olunmuş boş oybekt diqqətini çəkmişdir. Həmin vaxt o, oraya yaxınlaşmış, həmin obyektin zirzəmi hissəsinə enən yerdə aşağıdakı pəncərələrindən birinin yuxarı tağının yarımaçılmış vəziyyətdə aralı halda olduğunu görmüşdür. Bu zaman üzərində pul olmadığından, sərxoş vəziyyətdə olduğundan və ətrafa nəzər saldıqda ətrafda, yəni yaxınlıqda və obyektin içərisində başqa şəxslərin olmamasını, gördüyü üçün həmin obyektə daxil olaraq satmaq üçün bir neçə əşyanı götürüb özü ilə aparmaq qərarına gəlmişdir. O, həmin yerdən nəsə tapa bilsə, aparıb satıb həmin pulla özünə spirtli içki almaq istəmişdir. Bundan sonra yaxınlıqdan tapdığı dəmir parçasını üzərindən götürüb pilləkənlərlə obyektin aşağı hissəsinə enərək yuxarı hissəsi aralı vəziyyətdə qalmış şüşə list pəncərənin yanına yaxınlaşmışdır. Çətinliklə yuxarı qalxaraq əlindəki tapdığı dəmir parçası ilə həmin aralı qalmış hissəni tam şəkildə açmış, həmin yer pəncərənin yuxarı hissəsində yerləşdiyindən çətinliklə divardan tutunaraq ayağının altına oradan tapdığı əşyalardan qoyub həmin hissədən obyektə daxil olmuşdur. Obyektin içərisində sakitcə gəzən zaman orada heç kimin olmadığını, obyektin içərisində yarımçıq təmir işlərinin aparıldığını və içəridə ayrı ayrı yerlərə ustaların təmir işlərində işlətdikləri, istifadə olunmuş direl, laqonda, preforator, lazer aparatlarının olduğunu görmüşdür. Oda içəri hər hansı bir əşya götürərək pula çevirmək və şəxsi istifadəsi üçün xərcləmək niyyəti ilə girdiyi üçün həmin əşyaları gördükdən sonra həmin yerdən iki ədəd qara sellofan torba tapıb götürmüşdür. Daha sonra obyektin içərisində gəzişərək orada olan inşaat alətlərindən qarşısına çıxan 02 ədəd istifadə olunmuş dreli, 02 ədəd istifadə olunmuş laqondanı, 02 ədəd istifadə olunmuş perforatoru və 01 ədəd istifadə olunmuş lazer aparatını götürərək həmin sellofan torbalara qoymuşdur. Oradan satmağına bəs edəcək lazımi qədər təmir işlərində istifadə edilən alətləri götürdükdən sonra obyektə daxil olduğu hisssəyə qayıtmışdır. O, obyektə daxil olduqdan sonra həmin hissəni örtmüşdür ki, günüz vaxtı olduğu üçün çöldən diqqət çəkməsin və aşağı hissədən oraya daxil olmağına səbəb həm həmin hissədə olan şüşə pəncərənin aralı vəziyyətdə olması, həm də zirzəmi hissəsi olduğu üçün oradan obyektə daxil olmağının kənardan görünməyəcəyini və çox diqqət çəkməyəcəyini düşünməyi buna səbəb olmuşdur. Əşyaları götürüb daxil olduğu yerə gəldikdən sonra həmin pəncərəni yenidən açmış, çətinlikdə alətləri yığdığı qara sellofan torbaları oradan çıxararaq özü də həmin kiçik hissədən çölə çıxmışdır. Lakin çölə çıxdıqdan sonra həmin şüşə list formasında olan pəncərəsinin yuxarı hissəsini anidən əlindən ötürdüyü üçün o bərk şəkildə aşağı list hissəyə çırpılmış, pəncərənin şüşə listi sınmışdır. Bundan sonra o, cəld alətləri yığmış sellofan torbaları əlinə götürərək zirzəmi hissədən yolun kənarına çıxaraq oradan uzaqlaşmış, bundan sonra qeyd etdiyi obyektdən götürdüyü ümumilikdə 07 ədəd alətdən 04 ədədini yolda özünə məxsus olduğunu və pul lazım olduğunu bildirərək tanımadığı şəxslərə satmışdır. Qalan 3 alət olan qara sellofan çanta əlində taksiyə əyləşərək 3-cü mikrorayonda yerləşən əvvəllər fəhlə kimi işlədiyi daş sexinə getmişdir. Orada taksidən enmiş, əvvəllər birlikdə işlədiyimi Şahid1 orada olduğunu görmüş, Çingizə yaxınlaşmış, qalan laqonda və direlləri Çingizə göstərmişdir. Həmin alətlərin özünə məxsus olmasını, onları bir ustadan aldığını bildirmiş və pul lazım olduğu üçün satmaq istədiyini demişdir. Çingiz isə həmin əmlakın oğurluq və ya problemli əşyalar olub olmamasını ondan soruşmuş, o, isə yalandan danışıb Çingizi həmin əşyaların heç bir problemi olmadığını, özünə məxsus olmasını, bir ustadan özü üçün aldığını, oğurluq olmadığını və hazırda pul lazım olduğu üçün onları satmaq istədiyini deyərək Çingizi əmin etmişdir. Çingiz ona göstərdiyi 2 ədəd laqonda ilə 1 ədəd preforatora baxaraq qiymət barədə maraqlanmışdır. O, Çingizdən hamısını alıb almayacağını soruşduqda Çingiz bir ədəd laqonda ilə 1 ədəd preforatoru ona neçəyə satacağını soruşmuşdur. O, 2 alət üçün Çingizə 60 manat verməsinin kifayət edəcəyini dedikdə Çingiz o qədər pulunun olmadığını demiş, orada razılaşaraq 1 ədəd laqonda ilə 1 ədəd preforatoru o. Çingizə 40 manat qarşılığında satmışdır. Qalan bir ədəd laqondanı da həmin ərazidə 20-30 manata tanımadığı başqa şəxsə satmışdır. Gizli yolla taladığı həmin alətlərin satışından sərxoş olduğu üçün tam xatırlamasa da, əldə etdiyi təqribən 200 manat pul vəsaitini şəxsi istifadəsi üçün xərcləyərək həmin pulla spirtli içki, siqaret və digər məhsulları almışdır. O, bundan əlavə bildirmişdir ki, 6 ilə yaxındır ki, narkotik və psixotrop maddələrdən istifadə edir. xx.xx.2024-cıı il tarixdə saat 19 radələrində o, Bakı şəhərində yerləşən “8 noyabr” metro stansiyası istiqamətdə, adını bilmədiyi küçə ilə piyada gedərkən, yerdə yaşıl rəngli kağız bükümü tapmışdır. Maraqlı gəldiyi üçün o, əyilib həmin bükümü yerdən götürmüş, əli ilə bükümü yoxlayanda içində nəsə olduğunu hiss eləmiş, həmin bükümü əynindəki cins şalvarın cibinə qoyub qaldığı evə getmişdir. Sonradan həmin bükümü açaraq yoxlayarkən bükümün içərisində narkotik vasitələr olan 5 ədəd xırda büküm, kağız falqaları, sellofan kəsikləri olduğunu görmüş və özündə saxlamışdır. Tanıdığı üçün o, bükümlərdən üçündə heroin, birində metanfetamin digərində isə marixuana olduğunu görmüşdür. Həmin tarixdə tapdığı bükümü içərisində olan beş bükümlə birlikdə və özünə aid olan şprislərlə iki ədəd flakonu götürərək evdən çıxmış, yolda qarşısına çıxan köşkdən çəkmək üçün “Rothmans” markalı siqaret almış, barəsində Nəsimi rayon Məhkəməsində cinayət işi olduğu üçün polis əməkdaşları tərəfindən axtarılacağını fikirləşib Bakı şəhərindən kənar bir yerə getmək və gizlənmək qərarına gəlmişdir. Buna görə də o, Bakı şəhərindən heç kimin ağlına gəlməyəcəyi bir yer fikirləşərək, əvvəllər bir yerdə qeyri-rəsmi münasibətlə yaşadığı Şahid2 yaşadığı evə, Şabran rayonu, Qarabağlı qəsəbəsinə getmək qərarına gəlmişdir. 01 oktyabr 2024-cti il tarixdə saat 23 radələrində əvvəl Bakı şəhərindən Xırdalan şəhərinə tanımadığı taksi ilə gəlmiş, daha sonra oradan tanımadığı yol taksisi ilə Şabran rayonuna gəlib çatmışdır. Şabran şəhərində saat təxminən 01 radələri olardı Ləyaqətin uşaqlarına nəsə bir şirniyyat alıb özü ilə aparmaq istəmişdir. Buna görə də o, açıq market axtarıb adını xatırlamadığı marketdən 2 ədəd şirniyyat alaraq Ləyaqətin yaşadığı evə getmişdir. Ləyaqətin evinə çatdıqdan sonra onunla görüşmüş, onunla çay içmiş və bir qədər söhbət etmişdir. O, özü ilə apardığı narkotik və psixotrop maddələr olan bükümləri Ləyaqətlə qalacağı yataq otağında gizlətmişdir. Artıq 02 oktyabr 2024-cü il tarixi, saat 04 radələri olardı o, yataq otağında gizlətdiyi narkotik vasitə olan heroinin bir hissəsini götürərək mətbəxə aparmışdır. Orada qaşığın üzərində qızdırdıqdan sonra şprisə çəkib istifadə etmək üçün tualetə getmişdir. Tualetdə şprisə çəkdiyi heroini damarına vurmaqda çətinlik çəkmiş, lakin bir təhər damarına düşərək vurub istifadə etmişdir. Bundan sonra o, yataq otağına qayıtmış, bükümləri cibinə qoymuş, paltarlı vəziyyətdə çarpayıda uzanmışdır. Həmin tarixdə saat 10 radələrində yerimdən durmuş, heroindən götürüb mətbəxə gedərək yenədə heroini qaynadaraq iynə vasitəsi ilə istifadə etmiş və yerinə, otağa qayıtmışdır. Bir qədər uzanıb dincəldikdən sonra Ləyaqət hardansa evə gəlmiş, ona içməyə çay vermişdir. Çay içdikdən sonra Ləyaqətlə o, yataq otağında bir qədər söhbət etmiş, daha sonra Ləyaqət otaqdan çıxıb harasa getmişdir. O, isə bundan istifadə edib otaqda tək olduğu vaxt marixuanadan bir qədər istifadə etmiş, qalan hissəsini isə bükümdə “Rothmans’' markalı siqaret qutusunun içərisinə qoyaraq gizlətmişdir. Özü ilə gətirdiyi yaşıl rəngli maddə olan flakonu isə yaralarına sürtüb çarpayıda, yastığının altına gizlətmişdir. O, flakonda olan mayeni vurduğu iynələrin yerlərinə yaraların tez sağalması üçün sürtüldüyünü bildirmişdir. Heroindən istifadə etdikdən sonra o, şüşə flakonda qalan hissəni yenidən qurudub istifadə etmək üçün dolabın üzərinə boşaltmış, qalan bükümləri mətbəxdə olan elektrik sobanın içərisinə qoyub gizlətmişdir. Bir qədər sonra yataq otağına qayıtdıqda Ləyaqətin onun dolabın üstünə tökdüyü heroini su zənn edib sildiyini görüb ona çox əsəbləşmişdir. Buna görə də o, biraz açığlanaraq Ləyaqətin üstünə qışqırıb onu danlamış, əsəbdən ağlamağa başlamışdır. Mətbəxə keçib əsəbdən bükümlər olan eletrik sobanı qucağına alıb yerə çırpmışdır. Soba yerə çırpılanda içərisindən yerə dağılan bükümləri yığışdırıb sobanın içində olan qara rəngli çörək bişirmək üçün nəzərdə tutulan qaba yığıb yataq otağına aparmışdır. Əsəbləşib qışqırdığı üçün Ləyaqət həmin vaxt evdən çıxıb harasa getmişdir. Təxminən saat 21 radələri olardı evdən çölə çıxmış, Ləyaqət üçün baxmaq istəyərkən, küçədə, evin qarşısında polis əməkdaşlarının olmasını görmüş, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitə daşımaqda istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu ona bildirilək onu orada saxlamışlar. Daha sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkili təqdim edilmişdir. Sonra vəkilinin və ev sahibi Ləyaqətin iştirakı ilə evə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı onun özü ilə apardığı narkotik vasitələr aşkar edilmiş və polis tərəfindən qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, o, 2019-cu ildən Binəqədi rayonu ərazisində yerləşən “Fostanbak” şirkətində elektrik kimi fəaliyyət göstərir. Həmçinin, təqribən 1 ildir ki, ünvan 2 ünvanında yerləşən və bibisinin gəlini X6 məxsus olan yeni tikilən və təmir bərpa işləri aparılan boş obyektə və obyektə aparılan bütün təmir işlərinə, sənədləşmələrə, həmin şəxsin ona verdiyi etibarnamə əsasənda o, nəzarət edir. xx.xx.2024- cü il tarixdə saat təqribən 18:00 radələrində işçisi və bibisi oğlu olan X3 onun mobil telefonuna zəng vurmuş, həmin obyektin pəncərəsinin açıq və sınıq olduğunu, yəqin ki oradan oğurluq edildiyini demiş, özünün oraya baxmağını bildirmişdir. Həmin gün gec olduğundan, onun səhərisi gün o. obyektə orada işləyən, adını xatırlamadığı ustalarla birlikdə daxil olaraq baxan zaman oradan modellərini tam xatırlamadığı 02 ədəd “inhell” markalı istifadə olunmuş drelinin, 02 ədəd “inhell” markalı istifadə olunmuş laqondasının, 02 ədəd “bosch" markalı istifadə olunmuş perforatorunun və 01 “makito” markalı istifadə olunmuş lazer aparatının naməlum şəxs və ya şəxslər tərəfindən gizli yolla talandığını müəyyən etmişdir. Buna görə də onlar obyektdən çıxaraq obyektdən oğurluq edilməsi barədə polisə məlumat vermişlər. O, həmin oğurlanan, inşaatda istifadə edilən alət və avadanlıqlar ona məxsus olmasım, alətləri uzun müddət əvvəl həm özünün istifadəsi, həm də bu cür işlərdə usta tutaraq iş gördüyü üçün ustaların istifadəsi üçün özünə aldığını bildirmişdir. Həmin alət və avadanlıqlar təqribən 1 ildən artıq müddət idi ki onda olmuş, alətlərin naməlum şəxs və ya şəxslər tərəfindən talanan zaman obyektin şüşəsinin qırılması ilə birlikdə, obyekt ona həvalə edildiyindən və qırılmış şüşəni özü təmir etdirdiyindən, həmçinin ona aid olan inşaatda istifadə edilən alətlər və avadanlıqlar oğurlandığından, həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan vurulmuşdur. Oğurluq hadisəsindən sonra o, məcbur qalaraq obyektin qırılmış şüşələrinin yerinə yeni şüşə list alaraq bərpa etdirmiş, həmçinin yenidən inşaat alətlərimin yenisini cibindən pul ödəyərək şəxsi vəsaiti hesabına almışdır. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, o, ailəli olub ayrılmış, birinci nigahdan üç azyaşlı övladı olmuşdur. Hər üç övladı anadan gəlmə lal və kordurlar. O. uşaqları ilə birlikdə məcburi köçkünlər üçün nəzərdə tutulmuş ünvan 3 ünvanında yaşayır. Belə ki, 02 oktyabr 2024-cii il tarixdə saat 02 radələrində qeyri rəsmi ailə münasibətində yaşadığı Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, evə gəldikdə Vüqarın halı olmamış və ağrılarının olmasını ona demişdir. Vüqar yataq otağına keçərək özü ilə gətirdiyi sonradan ona məlum olan özü ilə gətirdiyi narkotik vasitələri otaqdakı dolabın üstünə qoymuşdur. Həmin gecə saat 04 radələrində Vüqar evdən çıxaraq tualetə getmiş, Vüqar tualetdən qayıtmadığı üçün o, narahat olmuş, buna görə də o. Vüqarın arxasınca getmiş. Vüqarın qollarının qanlı vəziyyətdə olduğunu görmüşdür. Vüqar iynə ilə damarına narkotik vasitə vurmaq istəsədə damara düşə bilməmişdir. Buna baxmayaraq o. Vüqara yaxınlaşmış, halsız olduğu üçün Vüqara yuyunmağa köməklik etmiş, onu otağa bir təhər aparmışdır. Otaqda Vüqar ondan çay istəmiş, buna görə də o. Vüqara gedib çay hazırlamış, çayı otağa gətirmişdir. Daha sonra Vüqarla birlikdə səhər yeməyi yemişlər. O, evdən çıxaraq Şabran şəhər bazarına bazarlıq etməyə getmiş, evdən çıxarkən Vüqar ona pul təzə mobil telelon nömrəsi almağını xahiş etmişdir. O. bazara gedib saat 12 radələrində evə qayıtmış, Vüqarın evdə qaşığın içərisində qəhvəyi rəngdə maddəni qaynatdığını görmüş, buna görə də Vüqardan qaşıqda nə olduğunu soruşmuş, Vüqar ona qaşıqda ağrı kəsici olduğunu bildirmişdir. Qaşıqda olanı yaralarına vuracağını bildirərək Vüqar qaşıqdakı maddəni əlində olan şüşə flakona boşaltmış, bir hissəsini şprisə çəkib saxlamışdır. Həmin vaxt Vüqar ondan çay istəmiş, oda ona olduğu otağa hazırlayıb çay apardıqda Vüqarın kağıza nəşə doldurduğunu görmüşdür. Vüqar həmin kağızda olanı siqaret kimi çəkərək öz dustaq həyatı barədə ona danışmağa başlamışdır. Həmin çəkdiyi maddənin iyi və tüstüsü ona pis təsir etdiyi üçün o, otaqdan bayıra çıxmış, mətbəxə yemək bişirməyə getmişdir. Daha sonra Vüqar onu otağa çağırmış, həmin vaxt Vüqar otaqda şprisə çəkdiyi maddəni öz ayağına vurmaq istəmişdir. O, şüşə flakonun içərisində olan maddənin isə şkafın üzərinə töküldüyünü görmüş, lakin Vüqar ayağına iynə vurduğu üçün o, buna baxa bilmədiyinə görə otaqdan bayıra çıxmışdır. Bu vaxt Vüqarın qışqırıq səsi gəlmiş, buna görə də o, Vüqar iynəni artıq vurduğunu başa düşmüşdür. Buna görə də onun səsinə otağa qayıdaraq girmiş, Vüqarın yerində ağrıdan qıvrıldığını görmüşdür. Uşaqların məktəbdən gəlməklərinə az vaxt qaldığı üçün o, şkafın üstünə dağılmış mayeni salfet ilə silmiş, şkafın üstünü təmizləmişdir. Bu vaxt Vüqar ayağa qalxaraq özündə olan bükümləri aparıb mətbəxdə olan sobanın içərisinə qoymuşdur. Otağa qayıdanda Vüqar ondan şkafın üstünə tökdüyü maye barədə soruşmuş, mayeni həmin yerə özü üçün tökdüyünü, qurumağını gözlədiyini ona bildirmişdir. Oda mayenin su olduğunu bilib oradan sildiyimi Vüqara demiş, bu vaxt Vüqar üstünə qışqırmağa və ağlamağa başlamışdır. Əlinə keçən mobil telefonunu yerə çırpıb sındırmış, ondan bükümlərinin yerini soruşmuşdur. Oda Vüqara bükümləri mətbəxə sobanın içinə aparıb özünün qoyduğunu demişdir. Bu vaxt Vüqar mətbəxə gedərək orada olan elektrik sobanı qucağına almış, əsəbləşərək yerə çırpmış, sobanın içərisində olan bükümlər sobadan yerə düşmüşdür. Bu vaxt Vüqar yerə düşən bükümləri yığıb sobanın içərisində olan, çörək bişirmək üçün nəzərdə tutulan qara qabın içinə yığmış, həmin qabı yataq otağına aparmış, yerə çıraparaq qoymuşdur. Sonra Vüqar deyinə-deyinə yataq otağının qapısını içəridən çırpmışdır. Buna görə də saat 17 radələri olardı o, qorxudan evdən çıxıb bayırda uşaqlarını gözləməyə başlamış, bir qədər sonra o, evə qayıdaraq mətbəxi təmizləmiş, uşaqlarının evə gəldikdə baş verənlərdən xəbərləri olması üçün evi təmizləmişdir. Təxminən bir saat sonra uşaqları evə gəlmiş, bir qədər uşaqları ilə həyətdə oturmuş, sonra çox narahat olduğu üçün polis şöbəsinə gizlin gedərək baş verənlər barədə şifahi məlumat verib geri qayıtmışdır. Bir qədər vaxt keçmişdir ki. Vüqar evdən küçəyə çıxmış, ünvanına gələn polis əməkdaşları Vüqarı evin qarşısında saxlamış, sonra onun razılığı ilə evinə videoçəkilişlə baxış keçirməyə başlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, , 02 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində Şabran şəhəri, Qarabağlı qəsəbəsində Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrdən istifadə etməklə, saxlaması, daşıması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında qeyd olunan ünvana digər polis əməkdaşları ilə birlikdə gedərkən orada, saat 21:10-da Masallı rayonunda qeydiyyatda olan, Bakı şəhərində qeydiyyatsız yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Fərid Nağıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsə müdafiəçi təyin edildikdən sonra Şabran şəhəri, Qarabağlı qəsəbəsi, ev 23-də onun qeyri rəsmi nigahla yaşadığı Şahid2 razılığı ilə yaşadığı evə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı iştirakçılar, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Əfqan Orucov, ev sahibi Şahid2 iştirakı ilə videoçəkiliş aparılmaqla evə daxil olmuşlar. Evə daxil olduqda evin girişində natamam tikilmiş hamamın olması, evin içinə daxil olduqda, evin giriş otağından başqa üç yataq otağının olması müşahidə edilmiş, giriş otağında, otağına vizual baxıldıqdan sonra həmin otaqda olan soyuducuya açılaraq narkotik vasitələrin olub-olmaması yoxlanılarkən hər hansı bir qanuna zid əşya və ya predmet aşkar edilməmişdir. Bu vaxt saxlanılan Təqsirləndirilən şəxs ona məxsus narkotik vasitələrin qaldığı yataq otağında olmasını etiraf etmişdir. Bundan sonra həmin otağa daxil olaraq otağda, girişdən solda 1 ədəd paltar şkafının, onun yanında 1 ədəd güzgülü şkafın, onların qarşısında 2 nəfərlik çarpayının, çarpayının hər iki baş tərəfində 2 ədəd balaca dolabın olması müşahidə edilmişdir. Yataq otağında, sağ tərəfdə, dolabın qarşısında, yerdə elektirik sobasına məxsus qara rəngli şirniyyat bişirmək üçün nəzərdə tutulmuş qabın olması, qabın içərisində, üzərində narkotik vasitələrin izləri olması ehtimal edilən nəm salfetin, sellofon kəsiklərinin, gümüşü rəngli falqaların, qabın yanında yaşıl rəngli kağızın, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd sarı rəngli kağız bükümünün və 02 ədəd sellofan kəsiyi büküm olmaqla ümumilikdə 03 ədəd büküm, içərisində psixotrop maddə olan metanfetaminə bənzər kütlə olan 01 ədəd kağız bükümü, qabın yaxınlığında yerdə “Rothmans” markalı siqaret qutusu və onun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd büküm, sağda olan çarpayının yanında olan dolabın üzərində, içərisində 1 ədəd şpris və qəhvəyi rəngli maye olan şüşə flakon, 2 nəfərlik çarpayıda yorğanın içərisində yaşıl rəngli olan və içərisində maye olan flakon aşkar edilmişdir. Bundan başqa qanunla qadağan edilmiş hər hasnı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra evin digər otaqlarına baxış keçirilmiş, həmin otaqlara baxış keçirilərkən oradan da qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Keşirilmiş baxışın sonunda aşkar edilmiş, narkotik və psixotrop maddələrə bənzər kütlələr olan büküm və qablar ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada götürülməklə qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2015-ci ildən Papanin daş bazarında fəhlə işləmiş, 2016-cı ildən isə Təqsirləndirilən şəxs ilə daş bazarında tanış olaraq fəhlə işləmişdir. O, 2020-ci ilin əvvəlinədək həmin bazarda fəhlə kimi işləmiş, sonra yaşadığı kəndə qayıdaraq orada ailəsi ilə yaşamışdır. Lakin o, yenidən eyni qaydada iş üçün Bakı şəhərinə qayıtmış, 2020-ci ildə ailəsi ilə birlikdə Saray qəsəbəsinə köçərək orada yaşamağa və daş bazarında fəhlə kimi işləməyə davam etmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində o, Bakı şəhərində yerləşən 3-cü mikrorayon ərazisində fəaliyyət göstərən daş bazarında işdə olarkən tanıdığı və iş yoldaşı olmuş Təqsirləndirilən şəxs adlı şəxs ona yaxınlaşmış, taksi ilə gəldiyini, lakin üzərində taksi pulunu ödəmək üçün pulunun olmadığını ona bildirmiş, ondan taksiyə vermək üçün 6 manat pul istəmişdir. Oda Vüqara 6 manat pul vermiş, Vüqar taksinin pulunu ödədikdən sonra yanına əlində qara sellofan torba ilə qayıdaraq satdıq alətlərinin olduğunu və ondan almaq istəyib-istəmədiyini soruşaraq maraqlanmışdır. Oda Vüqarın əlindəki sellofan torbanın içərisinə baxdıqda orada 02 ədəd laqonda və 01 ədəd pereparatır apartmın olduğunu görmüşdür. Vüqardan bunları haradan əldə etməsini və nəyə görə satmaq istəməsini soruşduqda Vüqar, həmin aparatları tanıdığı ustadan aldığını, aparatların özünə aid olmasını, hazırda isə satmaq istədiyini bildirmişdir. O, həmin aparatları kimdən və hansı qiymətə almasını və ustanın kim olmasını soruşmuş, Vüqardan alətlərin problemli, oğurluq olub-olmaması soruşduqda Vüqar onu əmin edərək alətlərin heç birinin oğurluq mah olmamasını bildirmiş, öz əmlakı olmasını və satmaq istədiyini bildirmişdir. Bundan sonra o, Vüqarın satmaq istədiyi usta işi üçün istifadə olunan 01 ədəd laqonda ilə 01 ədəd pereparatoru hansı qiymətə satmaq istədiyini soruşmuş, Vüqar isə alətlərdən ikisi üçün 60 manat pul istəmişdir. O, Vüqara o, qədər pul verə bilməyəcəyini, yalnız 40 manat pulunun olduğunu bildirmişdir. Vüqar isə onunla razılaşmış, buna görə də o, Vüqara 40 manat pul ödəməklə Vüqardan 01 ədəd usta laqonda ilə 01 ədəd pereparator aparanıtı almışdır. O, həmin alətləri işlədiyi fəhləlik işində istifadə etmək üçün almış, həmin gün işdən çıxan zaman özü ilə birlikdə Saray qəsəbəsində kirayə yaşadığı ünvana aparmışdır. Həmin günün səhərisi gün saat 15:00 radələrində o, işi ilə əlaqədar Əhmədlidə pereparatorla qazıntı işləri aparan zaman iş yoldaşı olan Mübariz adlı şəxs ona zəng vuraraq polis əməkdaşlarının onu axtardığını, onun mobil nömrəsini həmin polis əməkdaşına verdiyini ona bildirmişdir. Bundan biraz sonra ona tanımadığı nömrədən zəng gəlmiş, telefonu açdıqda zəng vuran şəxs özünün təqdim edərək polis əməkdaşı olduğunu ona demiş, ondan Vüqar adlı şəxsdən hər hansı bir əşya alıb almadığımı soruşmuşdur. O, isə bir gün əvvəl Vüqardan 01 ədəd pereparatorla 01 ədəd laqonda aldığımı demişdir. Polis əməkdaşı aldığı alətlərin harada olmasını soruşmuş, o isə alətləri evə apardığını bildirmişdir. Özünün işdə olduğunu bildirərək ona icazə verilməsini və işini bitirdikdən sonra həmin alətlərlə birlikdə polis bölməsinə yaxınlaşacağını, ona icazə vermələrini xahiş etmişdir. İşini bitirdikdən 1-2 gün sonra Vüqardan aldığı alətlərlə birlikdə 21-ci polis bölməsinə yaxınlaşmış, aldığı alətləri könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Şabran Rayon Polis Şöbəsinə xx.xx.1989-cu il təvəllüdlü, Masallı rayon Xırmandalı kəndində qeydiyyatda olmaqla Şabran rayon Qarabağlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi, üzərində və Şabran rayonu Qarabağlı qəsəbəsində, qeyri-rəsmi yaşadığı X7 məxsus fərdi yaşayış evində saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki xx.xx.1989-cu il təvəllüdlü, Masallı rayon Xırmandalı kəndində qeydiyyatda olmaqla Şabran rayon Qarabağlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 21 radələrində RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.1989-cu il tarixdə Masallı rayonunda anadan olmuş, subay, əvvələr məhkum olunmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta istixas təhsilli, işsiz, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonunda dəqiq məlum olmayan ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs qeyri-rəsmi yaşadığı Ləyaqət Əhmədovaya məxsus Şabran rayonu, Qarabağlı qəsəbəsində yerləşən evinin qarşısında saxlanılmış və şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Şabran RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, Şabran RPŞ-nin PPXB-nin taqım komandiri, polis leytenantı Şahid4, Şabran RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X8, şübhəli şəxs Təqsirləndirilən şəxs, Fərdi qaydada fəaliyyət göstərən vəkili X13 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində və əynində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirdi. Onun əynində qara rəngli cins şalvar, qara rəngli uzunqol köynək və ayağında ağ rəngli başmaq var idi. Tərəfindən verilən göstəriş əsasında RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Şahid2 məxsus evə nə üçün narkotik vasitəyə bənzər maddələr gətirdiyi soruşulduqda, o, narkotik vasitədən istifadə etdiyini, şəxsi istifadəsi üçün üzərində daşıdığını və gətirdiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçisi Əfqan Orucov saxlanılan zaman polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor və qanunsuz hərəkət edilməsi barədə sual verdi, Təqsirləndirilən şəxs ona hər hansı fiziki təzyiq göstərilmədiyini, şikayətinin olmadığını bildirdi. Baxış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Fərid Nağıyev tərəfindən Şahid2 yaşadığı Şabran şəhəri, Qarabağlı qəsəbəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinə baxış keçirilməsinə başlanılmış, baxış keçirilməzdən əvvəl Şahid2 razılıqı alınmışdır. Baxış zamanı ərazidə bir yaşayış evi yerləşməklə ərazi hasara alınmış vəziyyətdə olmuş, əraziyə girişdə dəmir materialdan olan qapının olması müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətdə və evdə qanunla qadağan edilmiş hər hansı bir əşyanın olması soruşulduqda o, evdə qanunla qadağan edilmiş əşya və ya predmentin olmadığını bildirmişdir. Bundan sonra Şahid2 razılığı ilə onun yaşadığı evə baxış keçirilmiş, evin həyətinə dəmir qapıdan daxil olan kimi, həyətin sağ tərəfində 1 mərtəbəli köhnə təmirli evin olduğu müşahidə edilmişdir. Evin qapısından içəri daxil olan kimi evin sağında mətbəx otağının olması müşahidə edilmiş, mətbəxə daxil olduqda oradan 3 otağa girişin olması, otaqlara girişlərdə taxta materialdan qapıların olması, mətbəxin özündə 1 ədəd qırmızı rəngli masanın, 1 ədəd soyuducunun, 1 ədəd əlüz yumaq üçün nəzərdə tutulmuş ləyənin, onun altında tumbanın olması, həmçinin mətbəxdə pəncərinin olması müşahidə edilmişdir. Mətbəxdə olan soyuducuya, tumbaya baxış keçirilərkən oradan müxtəlif növ ərzaq məhsullarının olması və qeyri- qanuni hər hansı bir əşya və ya predmetin olması müəyyən edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs taxtadan olan qapıdan yataq otağına keçmiş, bundan sonra həmin otağa baxış keçirilərkən, yataq otağına daxil olan zaman solda 1 ədəd paltar şkafının, onun yanında 1 ədəd güzgülü şkafın, onların qarşısında 2 nəfərlik çarpayının, çarpayının hər iki baş tərəfində 2 ədəd balaca dolabın olması müşahidə edilmişdir. Yataq otağında sağ tərəfdə dolabın qarşısında, yerdə elektirik sobaya məxsus qara rəngli, şirniyyat bişirmək üçün nəzərdə tutulan qabın içərisində, üzərində narkotik vasitələrin izləri olması ehtimal edilən nəm salfetin, sellofon kəsiklərinin, gümüşü rəngli falqaların, qabın yanında yaşıl rəngli kağızın, içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan 01 ədəd sarı rəngli kağız bükümünün və 02 ədəd sellofan kəsiyi bükümü olmaqla ümumilikdə 03 ədəd bükümün, içərisində psixotrop maddə olan metanfetaminə bənzər kütlə olan 01 ədəd kağız bükümünün, qabın yaxınlığında yerdə ‘‘Rothmans” markalı siqaret qııtıısunun və onun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd bükümün, sağda olan çarpayının yanında olan dolabın üzərində, içərisində 1 ədəd şpris və qəhvəyi rəngli maye olan şüşə flakonun, 2 nəfərlik çarpayıda, yorğanın içərisində yaşıl rəngli, içərisində maye olan flakon aşkar edilmişdir. Bundan başqa baxış zamanı qanunla qadağan edilmiş hər hasnı bir əşya və ya predmet aşkar edilməmiş, daha sonra evin digər otaqlarına baxış keçirilmişdir. Həmin otaqlara baxış keçirilərkən oradan da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evdə aşkarlanmış narkotik vasitə heroinə, qudurulmuş marixuanaya və psixotrop maddə olan metanfetaminə bənzər kütlələrin, həmçinin 1 ədəd şpirsin və şüşə flakonda olan maddənin, üzərində narkotik vasitələrin izləri olması ehtimal edilən nəm salfetin, sellofan və falqa kəsiklərinin ona məxsus olduğunu bildirmişdir. Baxış zamanı qeyd olunanlar ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yerinin videokameralarla müşahidə edilməsi mümkün deyildir. “Könüllü təqdim olunan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2024-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən görünür ki, 01 ədəd laqonda ilə 01 ədəd perforatora baxış keçirilən zaman təqdim edilmiş 01 ədəd laqondanın ‘“Bosch” markalı, WS09-115 BY modelli, istifadə olunmuş halda işlək vəziyyətdə olmaqla, üzərinin yaşıl və qara rənglərdən ibarət olduğu, kəsici hissəsinin dairəvi daşdan ibarət olmaqla onun üzərinin sarı və qara rənglərdən ibarət olduğu, təqdim edilmiş 01 ədəd perforatorun isə “Bosch” markalı, GHB-2-26 DRE modelli istifadə olunmuş halda işlək vəziyyətdə olmaqla, üzərinin göy və qara rənglərdən ibarət olduğu, ağız hissəsinə metal meteriallı, uc hissəsi yastı vəziyyətdə olan başlıq bərkidildiyi müəyyən edilmişdir. Baxışda iştirak edən və oğurluq nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs baxış keçirilən alətləri tanıyaraq, 01 ədəd “Bosch” markalı, WS09-115 BY modelli, istifadə olunmuş halda işlək vəziyyətdə olan laqonda ilə 01 ədəd uBosch” markalı, GHB-2- 26 DRE modelli, istifadə olunmuş halda işlək vəziyyətdə olan perforatorun ona etibarnamə ilə etibar edilmiş ünvan 6 ünvanında yerləşən obyektindən gizli yolla talanmış və ustalarının inşaatda təmir işləri üçün istifadə etdikləri alət və vasitələrdən olduğunu, həmin alətlərin özü tərəfindən şəxsi vəsaiti hesabına alınaraq istifadə etmələri üçün ustalara verilmiş və özünə məxsus olan alətlər olduğunu bildirmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/1658 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd ‘‘Rothmans” markalı siqaret qutusunda sellafon bükülüdə təmiz çəkisi 0,41 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/4779 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə 1 şüşə flakonda 0,4 ml həcmində və bir ədəd 1 ml şprisdə 0,6 ml olan ümumi həcmi 1 ml olan məhlul eynitərkibli narkotik vasitə heroin məhluludur, heroin qurumaddəsinin çəkisi 0,07 qramdır. Məhlul halında heroin qurudulan zaman kimyəvi tərkibi dəyişdiyi üçün digər bükümlərə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,635 qram, 0,958 qram, 1,245 qram ümumi təmiz çəkisi 2,838 qram qəhbəyi rəngli maddə, xarici görünüşü əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,167 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 10 oktyabr 2024-cü il tarixli 6897 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ PSİXOSTİMULYATORLARİN birgə qəbul edilməsi nəticəsində yaranan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə psixiatrik ekspertizasının 02 noyabr 2024-cü il tarixli, 3195 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 oktyabr 2024-cü il tarixli, 9/7917 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və nəzəri qaydada olan malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 358 (üç yüz əlli səkkiz) manat müəyyən olunmuşdur. 02 ədəd inhell markalı istifadə olunmuş drel, 01 ədəd inhell markalı laqonda və 01 ədəd bosch markalı istifadə olunmuş perforatorun modeli məlum olmadığından qiymətləndirmə aparılması mümkün olmamışdır. İş üzrə Masallı RMX publik hüquqi şəxsə verilmiş sorğuya xx.xx.2024-cü il tarixli cavabdan görünür ki. Əhmədov X9 RMX-da ruhi-əsəb dispanser kabinetində qeydiyyatda yoxdur, lakin narkoloji dispanser kabinetində qeydiyyatdadır. Şabran Rayon Məhkəməsinin 5(031)-52/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Şabran RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024 tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şabran Rayon Məhkəməsinin 4(031)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi xx.xx.2014-cü il tarixdə Masallı rayon məhkəməsi tərəfindən hökm çıxaraq 04 il 03 ay müddətinə azdlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay, ümumilikdə cəmi 07 (yeddi) ay 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmış və üzərində 01 il 10 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarındakı xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Şabran Rayon Polis Şöbəsinə xx.xx.1989-cu il təvəllüdlü, Masallı rayon Xırmandalı kəndində qeydiyyatda olmaqla Şabran rayon Qarabağlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi, üzərində və Şabran rayonu Qarabağlı qəsəbəsində, qeyri-rəsmi yaşadığı X7 məxsus fərdi yaşayış evində saxlamasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılmış və müdafiəçi ilə təmin edilməklə şahidlərinin iştirakı ilə onun üzərinə şəxsi axtarış və qeyri-rəsmi yaşadığı X7 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş heç bir maddə aşkar edilməmiş, lakin yaşayış evindən külli miqdarda narkotik vasitə olan heroin, qurudulmuş marixuana, xeyli miqdarda psixotrop maddə metamfetamin və heroin məhlulu aşkar olunaraq götürülmüş, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı X7 məxsus fərdi yaşayış evinə müdafiəçinin iştirakı ilə, baxış keçirilərək narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs nakotik vasitə və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 117.2.3-cü maddəsi ilə yanaşı həmin məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, qurudulmuş marixuananı, xeyli miqdarda psixotrop maddə metamfetamini və heroin məhlulunu əldə edib daşımaqla yaşayış yerində saxlamışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq, onun barəsində həmin maddə ilə cinayət işi başlanmışdır. Sonradan xx.xx.2024cü il tarixli “Təqsirləndirilə şəxs qismində cəlb etmə” haqqında qərarda Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onun əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas olmadığı halda, müstəntiq əsassız olaraq onun əməlini tövsif etmiş və təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan etmişdir. Müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən heç bir möbətər sübuta istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yanaşı həmin məcəllənin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun külli miqdarda narkotik vasitə olan heroini, qurudulmuş marixuananı, xeyli miqdarda psixotrop maddə metamfetamini və heroin məhlulunu satış məqsədi ilə əldə edib daşıması və yaşadığı evdə saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə daxil olmaqla oğurluq cinayəti və satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi onun özünün şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, həmin Məcəllənin 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən qəti cəza təyin olunmalıdır. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, təsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin olunarkən CM-nın 66.5ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay, ümumilikdə cəmi 07 (yeddi) ay 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla qəti cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Şabran Rayon Məhkəməsinin 4(031)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 187 (yüz səksən yeddi) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Şabran rayon polis bölməsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış Təqsirləndirilən şəxs məxsus 2,748 qram heroin, 0,137 qram metamfetmanin, 0,39 qram marixuana, 0.5 rnl heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, tutma zamanı, evə baxış keçirilməsinə və şəxsi-axtarış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 03 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaqla qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay, ümumilikdə cəmi 07 (yeddi) ay 02 (iki) gün müddət ona təyin olunan qəti 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 06 (altı) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 187 (yüz səksən yeddi) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Şabran rayon polis bölməsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış Təqsirləndirilən şəxs məxsus 2,748 qram heroin, 0,137 qram metamfetmanin, , 0,39 qram marixuana, 0.5 rnl heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, tutma zamanı, evə baxış keçirilməsinə və şəxsi-axtarış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 03 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar