Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-234/2022 06.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, eləcə də xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 10 oktyabr 2021-ci il tarixdə, saat 02:37 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində “Azpetrol” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşən “Kiosk”un qarşısında tanışları Şahid6 və Şahid3 ilə söhbət edərkən onların qarşısından keçən Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 2107” markalı, “**-OV-***” dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Şahid1 həmin “Kiosk” istiqamətində əli ilə işarə etməsindən sonra ona hər hansı bir söz deməməsi və təhqiramiz hərəkət etməməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili qışqırmaqla saxlatdırmış, Şahid1 onları nalayiq ifadə ilə təhqir etməsini bəhanə edərək həmin avtomobildən düşən Şahid1 və Zərərçəkmiş şəxs2la mübahisə etmiş, ətrafda olan şəxslərin mübahisəyə müdaxilə edərək onun Şahid6 idarə etdiyi “VAZ 2107” markalı, “**-LF-***” dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşmasını təmin etdikdən sonra Zərərçəkmiş şəxs2la yenidən görüşmək istəyini Şahid6 və Şahid3 təkid edərək həmin gün, saat 02:54 radələrində Şahid6 idarə etdiyi avtomobillə həmin “Kiosk”un yaxınlığına gələrək asfalt yolun kənarında avtomobildən düşüb orada olan Zərərçəkmiş şəxs2 mübahisəyə sövq edib Şahid1 onu təhqir etdiyini bəhanə edib heç bir əsaslı səbəb olmadan öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib, özünü ətrafdakılarara qarşı qoyub Zərərçəkmiş şəxs2 qəsdən öldürmək qərarına gələrək sonuncu ilə əlbəyaxa olmaqla dalaşaraq yumruqla qəsdən sonuncunun burun və alın nahiyələrinə, əvvəlcədən üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı və soyuq silah hesab edilməyən cib bıçağı ilə qəsdən döş qəfəsi, sağ əl və sağ gicgah nahiyələrinə zərbələr vuraraq Zərərçəkmiş şəxs2 burun belinin və alının sol hissəsinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, sağ əlin İV barmağının medial falanqasının arxa səthinin, sağ əlin İİİ barmağının proksimal falanqasının arxa səthinin, sağ gicgah nahiyəsinin kəsilmiş yaraları ilə müşayiət edilən sağlamlığa yüngül zərərvurmaya aid edilən, sol ağciyərin yuxarı payının, ürək kisəsinin sol hissəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin ön səthinin yuxarı iç hissəsinin bir ədəd boşluğa keçən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən və ölümünə səbəb olan kəskin qanitirmə ilə nəticələnən bədən xəsarətləri yetirmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə həmin vaxt ona yaxınlaşıb onun hərəkətlərinə mane olmaqla ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı və soyuq silah hesab edilməyən cib bıçağından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 qəsdən sağ əlin ovuc səthinin İV əl daraq sümüyü proyeksiyasının, sağ əlin İ barmağının əsas falanqasının ovuc səthinin, sol saidin yuxarı 1/3-nin arxa səthinin yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, bununla da üzərində gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərib zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməklə, Zərərçəkmiş şəxs2 Raqif oğlunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2021-ci ilin oktyabr ayının 9-dan 10-a keçən gecə sat 01-02 radələrində Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən kioskun yanında dostları Fərid və Elməddinlə birlikdə olmuşdur. Qəflətən yoldan keçən qara rəngli “Vaz 2107” marklalı maşından qız qışqıraraq onu söyməyə başlamışdır. Onların arxasınca fit çalmışdır. Biraz getdikdən sonra Zərərçəkmiş şəxs2 maşını saxlayıb geri qayıtmışdır. Maşın saxlayanda o, yaxınlaşıb qızdan “kiminləsən?” deyə soruşanda qız səsini çıxarmamamışdır. Maşına doğru əyilib baxdıqda maşını oğlanın idarə etməsini görmüşdür. Onlara maşını sürüb getmələrini deyib üzünü çöndərib getmək istədikdə həmin qız maşından düşüb hay-küy salaraq üstünə gəlmişdir. Tural isə maşından düşməmişdir. Sonradan düşmüş və ona “yanında qız var, danışığın bilmir” demiş, PPX əməkdaşları da müdaxilə edərək çıxıb getmələrini demişlər. Onlarda çıxıb getmişlər və 15- 20 dəqiqə sonra yolda olduqda kaşelyokunun kioskda qaldığını görmüş, ona görə maşınla Fərid və Elməddinlə birlikdə geri qayıtmışlar. Kioska çatdıqda Turalla Sevincin hələdə orada olmasını görmüşdür. Fəridə “maşını saxlama, sür getsin” demiş, lakin onların əlləri ilə çağırmalarını görüb maşını geri sürdürmüşdür. Maşından düşən kimi Sevinc adlı qız qışqırmağa başlamışdır. Tural yaxınlaşdıqda ona mübahisə və söyüş lazım olmadığını demişdir. Lakin Tural əlinin içində tutduğu “VAZ 2107”-nin nin açarı ilə onun gözünə vurmuşdur. Bu zaman gözünün qırağı cızılmışdır. Sonra Tural ilə dava etmiş və onun qoluna vurmaq üçün bıçağı çıxarıb cəmi 1 bıçaq zərbəsi vurmuşdur. Dərhal kənarda olanlar onları aralaşdırmışlar və o, Fərid və Elməddinlə maşına minib getmişdir. Həmin vaxt Tural ayaqüstə özündə olmuş, yıxılmamışdır. Yolda Fəridə bıçaqla Turalı vurmasını demiş, lakin bıçağı ona göstərməmişdir. O, həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, Tural ilə dalaşarkən Fərid və Elməddin kənarda olmuş, bıçaq vurmasını heç kəs görməmiş, bıçaq vuranda qan çıxmamış, elektrik işlədiyi üçün həmin bıçağı üzərində gəzdirmişdir. Zərərçəkmiş şəxs2 cəmi 1 bıçaq zərbəsi vurduğundan, onda olan digər xəsarətlər dalaşma zamanı əmələ gəlmişdir, çünki, yerdə şüşə qırıntıları olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, kaşelyok və siqareti qaldığı üçün kioska geri qayıtdıqda Turalın orda olduğunu görmüş və yenə mübahisə edəcəyini bildiyi üçün Fəridə maşını saxlamamasını demişdir. Lakin Tural əli ilə işarə edib söyüş söydüyü üçün maşını saxlayıb geri qayıtmışdır. Bıçaqla vurduğu zərbəni Turalın qoluna vurmuş, lakin o, qolunu çəkdiyi üçün bıçaq onun ürəyinə dəymişdir. Bununla belə məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müxtəlif fərqli xüsusatlar qeyd etməklə ümumən məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Bununla belə o, istintaqda verdiyi ifadəsində kaşelyok və siqaretini kioskda unutması səbəbindən qayıtmalarını göstərməmişdir. Həmçinin təkrarən hadisə yerinə qayıtması və bilavasitə dalaşma və bıçaqla zərbə vurma anını təsvir edərək Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin şəxs yenidən onu nalayiq ifadələrlə təhqir etdikdə o, həmin şəxsə tərəf getmiş və qolundan tutaraq səbirli olmasını və söhbət etmələrini demişdir. bu zaman onun sağ gözünə sol əli ilə bir dəfə yumruq zərbəsi vurmuş, daha sonra onu tutub özünə tərəf dartmış və gödəkçəsinin qoltuq altı hissəsi cırılmışdır. Bu zaman o da sağ və sol əlilə yumruq zərbələri vurmuş, həmin şəxs yerə yıxılmış, daha sonra ayağa qalxaraq cibindən səhv etmirəmsə açara bənzər əşya çıxarmış, onu təhqir edərək üzərinə hücum edib həmin əşya ilə onun sağ gözünə bir zərbə vurmuş, bu zaman o, daha əvvəlcədən üzərində olan, sağ cibində gəzdirdiyi bıçağı cibindən çıxarmış, sol əlində tutduğum bıçaqla həmin şəxsin dəqiq xatırlamır sağ və ya sol ayaq nahiyəsinə bıçaqla zərbə vurmuş, daha sonra həmin şəxs yenidən onun üstünə gəldikdə sol əlində olan bıçaqla sinə nahiyəsinə bir dəfə və baş nahiyəsinə bir dəfə bıçaq zərbəsi vurmuş və həmin şəxs ondan uzaqlaşmışdır. Daha sonra qız onun üstünə hücum etmiş, o, uşaqları çağırıb getməklərini bildirmiş, onlar avtomobilə minərək oradan uzaqlaşmışlar, avtomobildə olan zaman atası Ramizə zəng edərək hadisə barədə məlumat vermiş, sonuncu ona polisə təslim olmağını bildirmişdir. O da Fəridlə Elişə onu polis idarəsinin yanında düşürmələrini demiş, onu Sumqayıt ŞPİ-nin yaxınlığında düşürmüşlər və polis idarəsinə gedərək törətdiyi əməli etiraf etmiş və cinayəti törətdiyi bıçağı polisə təqdim edərək təslim olmuşdur. Hadisə vaxtı həyəcanlı və əsəbi olmuş, lakin etdiyi hərəkətlərin xarakterini başa düşmüşdür. Törətdiyi əməldən peşmandır. Xəsarətləri Zərərçəkmiş şəxs2 ilə əlbəyaxa dalaşan zaman almış, həmin xəsarətlər ona sonuncu tərəfindən yetirilmişdir. O, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la onu ayıran zaman bıçaq xəsarəti almasını hadisədən sonra öyrənmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 də bıçaqla xəsarət yetirdiyini bilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də iş üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 onun oğlu olmuşdur. Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, 21-ci məhəllədə, 45-ci məhəllədə və 36-cı məhəllədə, “Asan” xidmətin yaxınlığında ümumilikdə üç şərab evi işlətmişdir. 10 oktyabr 2021-ci il tarixdə təxminən saat 10 radələrində Travmatologiya xəstəxanasına çağırlmışdır. Ora getdikdə oğlunun bıçaqlandığını və öldüyünü bilmişdir. Təqsirləndirilən şəxs tanımamış, hadisənin təfərrüatları barədə sonradan məlumatı olmuşdur. Hadisə barədə sonradan maraqlandıqda bilmişdir ki, mərhum oğlu Tural şərq bazarının yanında yerləşən restorana verdiyi malı götürmək üçün ora gedib qayıtdıqda yolda təqsirləndirilən şəxs Sənan və onunla birlikdə olan şəxslər maşına əl edərək saxlatmışlar. Sonra onlar arasında mübahisə yaranmış, bu zaman Təqsirləndirilən şəxs oğlunun bıçaqlamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 10 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində pivə və siqaret almaq üçün “Azpetrol” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşən kioska gəlmişdir. Kioskdan pivə və siqaret alıb kiosku işlədən Turalla söhbət edərək pivə içməyə başlamışdır. Həmin vaxt 3 nəfər şəxs kioskun yanında dayanmışdır. Bu vaxt Tural idarə etdiyi “VAZ 2107” markalı avtomobillə kioskun yanından keçəndə həmin üç nəfərdən biri maşının arxasınca fit çalmağa və qışqırmağa başlamışdır. Tural biraz irəlidə avtomobili saxlayıb avtomobildə olan Sevinc adlı qızla birlikdə maşından düşüb geri gəlmişdir. Sənanla mübahisə etmişdir. Həmin vaxt post patrul xidməti əməkdaşları ora gələrək onlara çıxıb getmələrini bildirmişlər. Sonra Sənan və yanında olan iki nəfər şəxs oradan çıxıb getmişlər. O, Zərərçəkmiş şəxs2 və kiosku işlədən Tural kioskun yanında dayanıb söhbət etmişlər. Sonra Sənan və yanındakı şəxslər geri gəlmişlər. Turalla onların arasında mübahisə yaranmışdır. Onları ayırmağa çalışırmışlar və bu zaman o, sol qolundan və sağ əlindən yaralanmışdır. Kənara çəkildikdə Turalın yerə yıxıldığını görmüşdür. Qolundan və əlindən axan qanı təmizləmək üçün üzbə üzdə yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə gedərək əlini və qolumu yuyub geri qayıtdıqda polis əməkdaşlarının hadisə yerində olduğunu görmüşdür. O, həmçinin qeyd etmişdir ki, Sənangil geri gələndə Tural “sən niyə bizi elə çağırırsan” demişdir. Mübahisəyə səbəb Sənan və yanındakıların Turalı əl işarəsi ilə çağırması və Turalın onlara onu niyə elə çağırdığını soruşması olmuşdur. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayının 10-da saat 01 radələrində Sənan zəng edib görüşmək istədiyini demişdir. Sənanı Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisindən Elməddinlə götürüb idarə etdiyi “VAZ2107” markalı, “**-LF-***” dövlət qeydiyyat nişanlı avtomobillə şəhər ərazisində biraz gəzdikdən sonra 5-ci mikrorayon ərazisində “Azpetrol” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşən kioskun yanına getmişlər. Həmin vaxt orada kiosku işlədən Tural və Elgün də olmuşdur. Orada olan vaxt post patrul xidməti əməkdaşları xidməti avtomobillə kioskun yanına gəlmiş və Elgünlə söhbət etmişdirlər. Kiosku işlədən Turalla söhbət edən zaman qara rəngli “VAZ 2107” markalı avtomobil kioskun yanından keçərkən avtomobildə olan qız kiosk tərəfə baxaraq “aue” deyə qışqırmağa başladı. Avtomobili idarə edən şəxs biraz getdikdən sonra maşını saxlayıb geri sürərək kioskun yanında dayanmışdır. Maşın dayananda Sevinc adlı qız maşından düşün üstlərinə gəlib qışqırmağa başlamışdır. Sonra Zərərçəkmiş şəxs2 maşından düşüb onlara yaxınlaşmış və Sənana söyüş söyməyə başlamışdır. Buna görə aralarında sözlə mübahisə olmuş, lakin orada polis əməkdaşları olduğuna görə dava-dalaş baş verməmişdir. Daha sonra maşına minərək oradan uzaqlaşmışlar, lakin 18-ci mikrorayon ərazisində olanda Sənan kaşelyokunun kioskun yanında qaldığını demişdir. Buna görə də geri qayıtmışlar. Geri qayıtdıqda Zərərçəkmiş şəxs2la Sevinc kioskun yanında olmalarını görmüşlər. Maşından düşdükdə Zərərçəkmiş şəxs2 Sənana söyüş söyməyə başlamışdır. Sənan da ona söyüşlə cavab vermiş və aralarında dava-dalaş başlamışdır. Bu zaman onları aralamağa çalışmışdır və sonra maşına minib getmişlər. Sənanın Turalı bıçaqla necə vurmasını o, görməmiş və bilməmişdir. Belə ki, dalaşma zamanı ilk olaraq Tural Sənanın üzərinə gəlmiş, lakin Sənanın üzərində bıçaq olduğunu bilməmiş və Sənanın bıçaqla Turalı vurduğunu da görməmişlər. Zərərçəkmiş şəxs2la Sənan dalaşdıqdan sonra Tural kənara çəkilmiş və yavaş-yavaş yerə oturmuşdur. Sonra onlar maşına minib getmişlər. Sənan onların evində qalmışdır. Daha sonra verilən suallara cavab olaraq Şahid6 göstərdi ki, Zərərçəkmiş şəxs2 maşınını onlar saxlatmamış, Tural ilə Sevincin vəziyyəti pis olmuş, onlar nə isə içmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sənan və Fəridlə 2021-ci ilin oktyabr ayının 10-da gecə saatlarında kioskun yanından pivə alıb içmişdirlər. Söhbət edərkən Tural maşınla kioskun yanından keçəndən Fəridlə salamlaşmış, onunla maşında olan Sevinc isə əl işarəsi göstərmişdir. Sonra Tural maşını saxlayıb geri gəlmişdir. PPX-nin əməkdaşları da orada olmuşlar. Sevinc səs-küy salmış və PPX-nın əməkdaşları onları sakitləşdirmişdir. Sonra o, Sənan və Fərid sonuncunun maşını ilə çıxıb getmişlər. Sənan kaşelyokunu kioskun yanında unutduğunu dediyi üçün geri qayıtmışlar. Kioskun yanında yenə Tural ilə mübahisə yaranmışdır. Sevinc onların üstünə hücum çəkmiş və mübahisə yaranmışdır. Onları aralamışlar, sonra maşına mindikdə Turalın bıçaqlandığını bilmişdir. Daha sonra o, verilən suallara cavab olaraq göstərdi ki, Sənan Turalı öldürəcəyini deməmiş, həmin vaxt maşını Şahid6 sürmüş, Sənanın üzərində bıçaq olduğunu bilməmiş, bıçağı hadisədən sonra görmüş, balaca bıçaq olmuşdur. Sənanla Tural ilə əlbəyaxa dava etmiş, bu zaman Zərərçəkmiş şəxs1 kimin vurduğunu bilməmişdir. Sonra Sənanın özü ona Turalı bıçaqla vurmasını demişdir. Bununla belə, məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi də tədqiq etmişdir. Şahid3 hadisə yerinə ikinci dəfə gəlmələri və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la dalaşmasını təsvir edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2la ilkin sözlə olan mübahisədən sonra Fərid və Sənanla birgə maşınla yenidən Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində hərəkət etmişlər, avtomobildə olan zaman Sənan təkidlə yenidən geri qayıtmaq istədiyini demiş, o, Fəridlə ora yenidən getmək istəmədiklərini desələr də, Sənan onlar gəlməsələr də, maşından düşdükdən sonra yenidən ora qayıdacağını bildirmişdir. Onlar da Sənanı tək qoymamaq üçün saat 03 radələrində avtomobillə yenidən həmin kioskun yanına gəlmişlər, kioskun yanından keçdikdə Tural adlı şəxsin hələ də orada olduğunu görmüşlər, bu zaman Fərid avtomobili saxlamış, onlar maşından düşərək Turalla söhbət etməyə başlamışlar, söhbət edən zaman sonuncuya qıza görə mübahisə etməsinin düzgün olmadığını dəfələrlə demişlər. Lakin Tural onlarla kobud danışmağa başlamış, bu zaman Sənan Turala səbrli olmasını, kobud danışmamasını dedikdə sonuncu Sənana yumruq zərbəsi vurub özünə tərəf dartaraq gödəkçəsini cırmış, mübahisənin böyüməməsi üçün kiosku işlədən Tural onu, digər tanımadığı şəxslər isə Sənanla Fəridi oradan uzaqlaşdırmışlar. Lakin bu zaman Tural onları nalayiq ifadələrlə təhqir etdiyi üçün Sənanın həmin şəxslərin əlindən çıxaraq yenidən Tural tərəfə qaçdığını görmüş, lakin kiosku işlədən Tural adlı şəxs onu tutub oradan uzaqlaşdırdığı, həm də orada çoxlu adamlar olduğu üçün Sənanla Tural arasında nə baş verdiyini görməmiş, mübahisə zamanı Turalın yerə yıxıldığını gördükdə Sənanın döydüyünü düşünərək Fəridə və Sənana çıxıb getməklərini demiş, həmin vaxt Sevincin kioskdan çıxaraq qışqıraraq onlar tərəfə gəldiyini gördükləri üçün maşına minərək oradan uzaqlaşmışlar. Onlar Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətinə hərəkət edən zaman Sənan Turalı bıçaqladığını demiş, lakin Sənanın zarafat etdiyini düşünərək inanmadıqda sonuncu bıçaqda olan qanı göstərmiş, həmin vaxt Fəridlə o, Sənana gedib təslim olmasını və törətdiyi cinayəti etiraf etməsini demişlər, sonuncu da atasına zəng edərək hadisə barədə məlumat verdikdə atası da Sənana təslim olmasını bildirmiş və sonuncu Sumqayıt ŞPİ-nə gedərək təslim olmuşdur. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən müəyyən edilmişdir ki, o da, Şahid3la oxşar məzmunlu ifadə verməklə ikinci dəfə Sənanın təkidi ilə hadisə yerinə qayıtdıqlarını, qayıtmalarına səbəb isə Sənanın kaşelyok unutması deyil, Tural ilə Sənanın aralarında baş vermiş mübahisədən sonra Sənanın qayıtmaq barədə təkidinin olmasını demişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs2 işlətdiyi şərab evində satıcı işləmiş, sonuncu ilə aralarında həmçinin sevgi münasibətləri də olmuşdur. 09 oktyabr 2021-ci il tarixdə saat 00 radələrində Tural onun işlədiyi şərab evinə gəlmiş, sonuncu ilə birlikdə şərab evində pivə içdikdən sonra Turala məxsus qara rəngli “VAZ2107” markalı, “**-OV-***” dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun Sumqayıt şəhəri, 21-ci məhəllədə işlətdiyi şərab evinə getmişlər, ora çatdıqda avtomobildə olan içkiləri həmin şərab evinə boşaltdıqdan sonra 10 oktyabr 2021-ci il tarixdə təxminən saat 03 radələrində Turalla birlikdə onun yaşadığı Sumqayıt şəhəri, 16-cı məhəllə istiqamətinə yola düşmüşlər, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində “Azpetrol” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşən “kioskun” yanından keçdikdə o, əli ilə orada işləyən qızlara işarə göstərmiş, lakin bu işarə təhqiramiz işarə olmamışdır. Onlar Turalla mütəmadi olaraq həmin kioskdan kofe alıb içmişlər, orada işləyənləri tanıymışlar, onun orada işləyən Gülgün və səhv etmirəmsə Günay adlı qızlarla zarafatı olduğu üçün o, hər dəfə oradan keçdikdə onlara əli ilə işarə göstərmişdir. Bu zaman kənardan arxalarınca kiminsə qışqırdığını və fit çaldığını eşitmişlər, qışqırıq səsindən sonra Tural maşını saxlamış, 3 nəfər şəxs maşına yaxınlaşmağa başladıqda Tural ilə o da avtomobildən düşmüşlər, avtomobildən düşdükdən sonra sonuncu ilə orada adını bilmədiyi şəxs, həmçinin həmin şəxslə birlikdə olan Fərid adlı şəxs arasında qısa müddətli mübahisə olmuşdur. Təxminən 10 gün bundan qabaq da onlar yenə həmin kioskun qarşısında kofe içən zaman həmin şəxslə Tural arasında xırda mübahisə olmuş, belə ki, həmin vaxt həmin şəxs xatırlamadığı avtomobildən düşərək Turala yaxınlaşmış, sonuncuya nəyə görə qəribə baxdığını soruşmuş, lakin Tural qəribə baxmadığını, heç fikir vermədiyini dedikdən sonra həmin şəxs çıxıb getmişdir. Onlar mübahisə edən zaman orada polis əməkdaşları yaxınlaşmışlar, dağılışmaqlarını dedikləri üçün Tural ilə o, yenidən maşına oturmuş, sonuncu maşına oturduqdan sonra ona kioskdan kofe alıb içməklərini demiş və maşını kənara çəkib saxlamışdır. O da Turalla razılaşmış, onlar yenidən maşından düşmüşlər, maşından düşdükdən sonra kioska daxil olmuş, qızlardan kofe hazırlamaqlarını xahiş edərək söhbət etməyə başlamış, sonuncu da kiosku işlədən Tural və Elgün adlı şəxslərlə kioskdan bir qədər kənarda söhbət etmişlər. O, biraz orada dayandıqdan sonra çölə çıxdıqda Turalın yenidən Sənan adlı şəxslə mübahisə etdiyini görüb onların yanına getmiş, sonuncuya çıxıb getməsini deyərək qışqırdıqda Sənan onu itələmiş, daha sonra Tural onu kənara çəkib kioskdan çölə çıxmamağını demiş, o, yenidən içəri girmiş, təxminən 15-20 dəqiqə sonra kioskdan çıxdıqda ətrafda çoxlu adamlar olduğunu və Turalın yerdə arxa üstə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Təxminən 15 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, onu 3-cü polis bölməsinə gətirmişlər, polis bölməsində Turalın sonuncu ilə mübahisə edən Sənan adlı şəxs tərəfindən bıçaqla vurularaq öldürüldüyünü öyrənmişdir. Turalın vurulmağını görməmiş, təxminən 15-20 dəqiqə kioskdan çıxdıqda ətrafda çoxlu adamlar olduğunu və sonuncunun yerdə arxa üstə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Birinci dəfə onlar mübahisə etdikdə aralarında heç bir dava-dalaş olmamışdır. Sənan yalan danışır, nə o, nə də Tural onlara qarşı nalayif ifadələr işlətməmişdir. (Cild 1, iş vərəqləri 50-54) Məhkəmədə tədqiq olunan Şahid1 Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdirmədən görünür ki, Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 113-116) Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPX-nin polis nəfəri vəzifəsində xidmət etmiş Şahid4 ifadəsində göstərdi ki, 2021-ci il oktyabr ayının 9-da saat 20 radələrində polis nəfəri Şahid5 ilə birlikdə 12 saatlıq xidmətə başlamışdır. Xidməti əraziləri Sumqayıt şəhəri, 4-cü və 8-ci mikrorayon ərazisi olmuş, lakin həmin gün 5-ci və 6cı mikrorayon ərazilərinə nəzarət etmək də onlara həvalə edilmişdir. 2021-ci il oktyabrın 10-da saat 02 radələrində 5-ci mikrorayonda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanından keçərkən kioskun yanında iş yoldaşı olmuş Zərərçəkmiş şəxs1 görmüş və onunla söhbət etməyə başlamışdır. Bu zaman qara rəngli “VAZ2107” markalı avtomobil kioskun yaxınlığından keçdikdə maşında olan qadın maşından kiosk tərəfə baxaraq qışqırmağa başlamışdır. Həmin vaxt kioskun yanında olan 3 nəfər şəxsdən biri yəni Fərid maşında olan qızı nalayiq ifadələrlə təhqir etmişdir. Fəridə xəbərdarlıq edib onu sakitləşdirmişdir. Sonra Tural maşını arxaya, kiosk tərəfə hərəkət etdirərək kioskun yanında saxlamışdır. Maşından düşüb Sənan və yanında olan 2 nəfərlə qısa müddətli söz mübahisəsi etmişdir. Mübahisənin böyüməsinə imkan verməyərək onları aralamışlar. Həmin 3 nəfər şəxs öz maşınlarına minərək oradan uzaqlaşmışlar. Onlar isə xidmətlərini davam etdirmişlər. Təxminən saat 03 radələrində həmin kioskun yaxınlığında bıçaqlanma hadisəsi olması barədə məlumat daxil olmuş və hadisə yerinə getdikdə Təqsirləndirilən şəxs Turalı bıçaqlayaraq öldürdüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPX-nin polis nəfəri vəzifəsində xidmət etmiş Şahid5 Şahid4la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində “Azpetrol” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşən kiosku işlədir. Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində şərab evi işlətmişdir. Onu 2016-cı ildən tanımış, yaxın münasibətləri olmuşdur. 2021-ci ilin oktyabr ayının 10-da saat 03 radələrində tanışı Elgün kioska gəlmiş, pivə, siqaret alıb onunla söhbət edərək pivə içməyə başlamışdır. Sonra Sənan, Elməddin və Fərid gəlmiş, kioskun yanında pivə almışlar. Tural maşını ilə yoldan keçdikdə siqnal verib onlarla salamlaşmışdır. Sevinc isə əli ilə işarə göstərdiyi üçün Sənan, Elməddin və Fərid gildən biri maşının arxasınca qışqırmışdır. Tural maşını saxlayıb geri gəlmiş və Sənangillə mübahisə etmişlər. Onları araladıqdan sonra sakitləşdirmişlər və Sənangil getmişlər. Lakin sonra geri qayıdaraq Sənan ilə Tural mübahisə etmişlər. Onları ayırarkən Elməddini tutmuşdur. Bu zaman Turalın huşunu itirdiyini görmüş, lakin Sevinc qışqırmaqla Turalın öldüyünü demişdir. Sənanın Turalı bıçaqla vurduğunu görməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında” 10 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşən kioskun yanıdır. Kioskun işıqları yandırılmış vəziyyətdədir. Kioskun arxa tərəfində ağaclar vardır. Kioskla üzbəüz “Azpetrol” yanacaqdoldurma məntəqəsi yerləşir. Kioskun yanında “VAZ2107” markalı, “**-OV-***” dövlət qeydiyyat nişanlı avtomobil vardır. Kioskdan irəli getdikdə yerdə qanabənzər ləkələr aşkar olunmuşdur. Həmin qanabənzər ləkələr pambığa hopdurulmaqla müvafiq qaydada götürülərək qablaşdırılmışdır. (Cild 1, iş vərəqləri 3-7) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan videogörüntülərə baxış keçirilməsi haqqında protokol ilə və həmin videogörüntülərə məhkəmədə proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edilmişdir ki, videogörüntü 10 oktyabr 2021-ci il tarixdə saat 02:24:58-dən saat 03:00:00-a qədər olan vaxtı əhatə edir. Baxış zamanı “Azpetrol” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşən kioskun yanında üç nəfər şəxsin dayandığı müşahidə olundu. Şahid3 bildirdi ki, həm şəxslərdən biri özü, digərləri isə Təqsirləndirilən şəxs və kiosku işlədən Şahid2dur. Saat 02:25:45-də dövlət qeydiyyat nişanı görünməyən “VAZ 2107” markalı avtomobil kioskun qarşısında saxlamış, Şahid2 həmin maşına yaxınlaşaraq maşında olan şəxslə söhbət etməyə başlamış və daha sonra maşının qapısını açaraq oturmuşdur. Saat 02:27:15-də Şahid3 da həmin maşına yaxınlaşaraq maşında olan şəxslərlə söhbət etməyə başlamışdır. Saat 02:27:23-də maşının sükanı arxasında bir nəfər şəxs düşərək kioska yaxınlaşmış, onun arxasında Şahid2 də maşından düşmüşdür. Şahid3 bildirdi ki, maşının sükanı arxasından düşən şəxs “VAZ 2107” markalı “**-LF-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şahid6dur. Daha sonra orada olan şəxslərin kioskun qarşısında dayanaraq söhbət etdikləri müşahidə olunur. Saat 02:33:27-də Post Patrul Xidməti avtomobili kioskun qarşısına gələrək “VAZ 2107” markalı avtomobilin yanında saxlamış, bir nəfər şəxs PPX maşınına yaxınlaşaraq maşının içində olan şəxslərlə danışmağa başlamışdır. Şahid3 bildirdi ki, PPX avtomobilinə yaxınlaşan şəxs PPX əməkdaşı Zərərçəkmiş şəxs1dur. Saat 02:35:34-də bir nəfər polis əməkdaşı PPX maşınının sükanı arxasından düşərək “VAZ 2107” markalı avtomobilin yanında dayanan şəxslərlə görüşüb danışmağa başlamışdır. Saat 02:36:24-də dövlət qeydiyyat nişanı görünməyən qara rəngli “VAZ 2107” markalı avtomobil kioskun yanından keçmiş, saat 02:36:55-də geri gələrək PPX maşınının yanında saxlamışdır. İstintaqla həmin avtomobili idarə edən şəxsin Zərərçəkmiş şəxs2 olduğu müəyyən edilmişdir. Həmin vaxt polis əməkdaşı avtomobilə yaxınlaşmış və PPX avtomobilində olan digər polis əməkdaşı da maşından düşmüşdür. Saat 02:38:01-də Şahid3 Təqsirləndirilən şəxs dartaraq maşına əyləşdirməyə çalışmış, saat 02:39:20-də isə onlar maşına minərək oradan uzaqlaşmışlar. Şahid3 bildirdi ki, “VAZ2107” markalı, “**-OV- ***” dövlət qeydiyyat nişanlı avtomobil kioskun yanından keçdikdə avtomobildə olan qız kiosk tərəfə baxaraq qışqırmağa başlamış, bu zaman Sənan da avtomobilin arxasınca qışqırdıqda avtomobili idarə edən şəxs maşını saxlayıb geri sürərək kioskun yanında dayanmışdır. Maşın dayandıqdan sonra Fəridlə Sənan maşına yaxınlaşmış, avtomobildə olan Sevinc adlı qızla söhbət etməyə başlamışlar, bu zaman avtomobildə olan daha sonradan adının Tural olduğunu öyrəndiyi şəxs maşından düşərək “gözlə görüm bunlar nə deyir” deyərək Fəridlə Sənan tərəfə gəlməyə başlamış, lakin orada polis əməkdaşları olduğundan mübahisə yaranmamış və o, Fəridlə Sənana buradan çıxıb getməklərini dedikdən sonra maşına minərək oradan uzaqlaşmışlar. Saat 02:42:21-də avtomobildə olan qadın kiosk tərəfə gedərək orada dayanmış, Zərərçəkmiş şəxs2 isə idarə etdiyi avtomobili yolun kənarında saxlayıb kioska yaxınlaşmışdır. Saat 02:49:14-də dövlət qeydiyyat nişanı olmayan “VAZ 2107” markalı avtomobil kioskun yanında keçərək yavaşlamış, daha sonra hərəkət edərək irəlidə saxlamışdır. Həmin ərazidə ağaclar olduğundan daha sonra baş verənlər müşahidə kamerasının əhatə dairəsindən kənardır. Saat 02:53:50-də dövlət qeydiyyat nişanı olmayan “VAZ 2107” markalı avtomobil hərəkət edərək oradan uzaqlaşmışdır. Saat 02:57:27-də PPX maşını kioskun yanından keçərək irəlidə dayanmış, daha sonra saat 02:59:30-02:59:45 radələrində üç Post patrul xidməti avtomobili də həmin yerə gəlmişdir. (Cild 1, iş vərəqləri 160-162) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 1353 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ gözaltı nahiyənin, sol əlin İİİ əl-daraq sümüyü distal ucunun sıyrıqları, sol bazunun yuxarı 1/3-nin iç səthinin qançırı, ənsə nahiyəsinin sağ hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 10.10.21-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi və həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (Cild 1, iş vərəqləri 209-210) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 1364 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ əlin ovuc səthinin İV əl daraq sümüyü proyeksiyasının, sağ əlin İ barmağının əsas falanqasının ovuc səthinin, sol saidin yuxarı 1/3-nin arxa səthinin yaraları. Qeyd olunan xəsarətlər iti kənara və uca malik olan əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan 1 gün əvvəl olmaqla 10.10.21-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə həm ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. (Cild 1, iş vərəqləri 212-213) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının 15 noyabr 2021-ci il tarixli, 118 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: kəskin daxili qanitirmə, sol ağciyərin yuxarı payının, ürək kisəsinin sol hissəsinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin yuxarı iç hissəsinin 01 ədəd boşluğa keşən deşilmiş-kəsilmiş yarası, sağ əlin İV barmağının medial falanqasının arxa səthinin, sağ əlin İİİ barmağının proksimal falanqasının arxa səthinin, sağ gicgah nahiyəsinin kəsilmiş yaraları, burun belinin və alının sol hissəsinin sıyrıqları. Qeyd olunan xəsarətlərdən- sol ağciyərin yuxarı payının, ürək kisəsinin sol hissəsinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin yuxarı iç hissəsinin 01 ədəd boşluğa keşən deşilmiş-kəsilmiş yarası, sağ əlin İV barmağının medial falanqasının arxa səthinin, sağ əlin İİİ barmağının proksimal falanqasının arxa səthinin, sağ gicgah nahiyəsinin kəsilmiş yaraları deşici-kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən, digər xəsarətlər, yəni- burun belinin və alının sol hissəsinin sıyrıqları isə küt əşya təsirindən törənmişdirlər, törənmə müddəti meyitin müayinəsindən 2-4 saat əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə- sol ağciyərin yuxarı payının, ürək kisəsinin sol hissəsinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin yuxarı iç hissəsinin 01 ədəd boşluğa keşən deşilmiş-kəsilmiş yarası yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır, sağ əlin İV barmağının medial falanqasının arxa səthinin, sağ əlin İİİ barmağının proksimal falanqasının arxa səthinin, sağ gicgah nahiyəsinin kəsilmiş yaraları adətən canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya, burun belinin və alının sol hissəsinin sıyrıqları isə adətən canlı şəxslərdə zərərvurmayan xəsarətlərə aid edilirlər. Zərərçəkmiş şəxs2 ölümünə səbəb sol ağciyərin yuxarı payının, ürək kisəsinin sol hissəsinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin yuxarı iç hissəsinin 01 ədəd boşluğa keşən deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəməkimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, zərərçəkmişlə xəsarət yetirən qarşı-qarşıya, şaquli vəziyyətdə ola bilərdilər. Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, yuxarıda qeyd olunan xəsarətlərin zərərçəkmişin özüözünə yetirməsi istisna edilir. Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş paltarların üzərində olan zədə ilə zərərçəkmişin bədəni üzərində olan xəsarət nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol ön səthində olan yara kanalının istiqaməti yuxarıdan-aşağıya, öndən-arxaya, soldan-sağa doğrudur. (Cild 1, iş vərəqləri 215-221) Ekspert rəyində olan anlaşılmazlıqla bağlı məhkəmədə dindirilən ekspert X7 ifadəsində göstərdi ki, tərtib etdiyi rəyin təsviri-əsaslandırıcı hissəsində etil spirtinin aşkar edildiyi göstərilən hissədə texniki olaraq yanlışlığa yol verilmişdir. Belə ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs2 qanında etil spirti aşkar edilməmişdir. Spirtli içki olan pivənin qanda hansı müddətdə qalması kimyəvi ekspertizanın predmetidir. Zərərçəkmişin ölüm vaxtının baş verməsi rəydə göstərildiyi kimi meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Ekspert tərəfindən texniki səhvin yol verilməsini təsdiq edən mərhumun bədənindən götürülmüş qanın məhkəmə-kimyəvi analizinin nəticəsinə dair müvafiq aktın surəti də məhkəməyə təqdim olunmuşdur Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan materialların məhkəmə ekspertizasının 24 noyabr 2021-ci il tarixli 6/4768 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. (Cild 1, iş vərəqləri 225-230) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan kompleks komisyon məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 30 oktyabr 2021-ci il tarixli 2548 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman, ondan əvvəl və ya sonra öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqləri 231-234) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi kriminalistik ekspertizasının 24 noyabr 2021-ci il tarixli 713/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs2 məxsus köynəyin sol yaxalığının ön səthində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs2 məxsus gödəkçənin sağ qol tikişindən başlayaraq sağ qoltuqaltı tikişinə keçməklə bir ədəd, gödəkçənin daxili səthinin sağ yan tikişi üzərində bir ədəd, gödəkçənin daxili səthinin sol yan tikişi üzərində bir ədəd aşkar edilmiş sökülmə zədələri gödəkçənin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs2 məxsus şalvar və kəmər üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sağ yan tikişindən sağ qoltuqaltı tikişinə keçməklə aşkar edilmiş bir ədəd sökülmə zədəsi gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviter və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs2 məxsus gödəkçənin ön-arxa səthində və hər iki qollarının üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Köynəyin ön səthində və sağ qolunda aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Şalvarın hər iki ayağının ön və arxa səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Kəmər üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin ön səthində sol yan cibinin üzərində və sağ yuxarı hissədə aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Şalvarın arxa səthində, sol arxa cibinin bir küncündə və sağ ayağının üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik kontakt nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş bıçağın dəstəyinin və tiyəsinin üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 1, iş vərəqləri 244-250) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 23 dekabr 2021-ci il tarixli 798/2021-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs2 məxsus gödəkçə, şalvar, kəmər, köynək, 03 ədəd çubuqlu pambıq tamponlar, Təqsirləndirilən şəxs məxsus cins şalvar, gödəkçə üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda AB(İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Lakin ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin A beta (İİ) qruplu Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar olunmur. (Cild 2, iş vərəqləri 1-6) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Əşyaya baxış keçirilməsi haqqında” 11 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd qara rəngli metaldan dəstəyi olan bıçaq götürülmüşdür. (Cild 1, iş vərəqi 55) Cinayət işini materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 24 yanvar 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qara rəngli sviter və 01 ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd tünd boz rəngli köynək, 01 ədəd zolaqlı şalvar və 01 ədəd qara rəngli kəmər, hadisənin törədildiyi 01 ədəd qara dəstəkli bıçaq və hadisə yerinə baxış zamanı götürülmüş 03 ədəd qan nümunəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər prokurorluğunun “Maddi sübutların saxlanılması” otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 13-34) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqə 13) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cüzi səbəbi, yəni mərhum Zərərçəkmiş şəxs2la birgə olan Şahid1 onun ünvanına yönəlməyən, onun şəxsiyyətinə toxunmayan hərəkətlərini səbəbsiz olaraq böyütməklə dava-dalaşa səbəb olmasını, mərhum Zərərçəkmiş şəxs2 bıçaqla yetirilən və onun ölümünə səbəb olan xəsarətin lokalizasiyanı və ağırlıq dərəcəsini, o cümlədən birbaşa xəsarətin həyat üçün vacib olan orqana, yəni mərhumun ürək nahiyəsinə yetirildiyini, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan qərəzli hərəkətləri davam etdirməklə digər Zərərçəkmiş şəxs1yinində sağlamlığına silah qismində istifadə etdiyi bıçaqla xəsarət yetirməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti məhz silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməyə, eləcə də xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə yönəlmişdir. Təqsirləndirilən şəxs mubahisənin davam etdirilməsi və zərərçəkmiş şəxsdən qisas almaq üçün üzərində bıçaq olmasını dərk etməklə təkrar hadisə yerinə qayıtması cinayətkar məqsədinin olmasının aşkar təzahürüdür. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması, hadisənin təsadüfən baş verməsi, pul qabını unutması səbəbindən təkrar hadisə yerinə qayıtması, Zərərçəkmiş şəxs2 hadisənin səbəbkarı olması, xuliqanlıq etməməsi və maddi sübut kimi tanınmış bıçaqdan deyil, başqa bıçaqdan istifadə etməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, eləcə də şahidlər Şahid6 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələr işin hallarına uyğun olan və obyektiv həqiqəti əks etdirən daha səmimi ifadələr kimi qəbul edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli Qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli Qərarın 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli Qərarın 5-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə ondahəmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmiş və bu tövsif vahid məhkəmə təcrübəsinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikası 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllər başa çatmış cinayətlər olmaqla təsnifata görə müvafiq olaraq xüsusilə ağır və az ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü könüllü polisə gələrək təqsirini boynuna almış və cinayət törətdiyi bıçağı təhvil vermişdir. (Cild 1, iş vərəqi 13) Məhkəmə, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesab olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 90-91). Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan: Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qara rəngli sviter və 01 ədəd göy rəngli cins şalvar ona və ya yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş və yarasız hala düşmüş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd tünd boz rəngli köynək, 01 ədəd zolaqlı şalvar və 01 ədəd qara rəngli kəmər, eləcə də cinayətin törədildiyi 01 ədəd qara dəstəkli bıçaq və hadisə yerinə baxış zamanı götürülmüş 03 ədəd qan nümunəsi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən oğlundan 154,16 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan: Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qara rəngli sviter və 01 ədəd göy rəngli cins şalvar ona və ya yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş və yarasız hala düşmüş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd tünd boz rəngli köynək, 01 ədəd zolaqlı şalvar və 01 ədəd qara rəngli kəmər, eləcə də cinayətin törədildiyi 01 ədəd qara dəstəkli bıçaq və hadisə yerinə baxış zamanı götürülmüş 03 ədəd qan nümunəsi məhv edilsin. Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat 16 (on altı) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-234/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-234/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver