Məhkəmə qərarları › İş №1(124)-235/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-235/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-235/2023 20.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixində Sumqayıt şəhərində, anadan olmuş, subay, orla təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30, mənzil 72-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 32, mənzil 41-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni, 21,695 qram çəkidə narkotik vasitə olan heroini, külli miqdarda yəni 2,164 qram çəkidə psixatrop maddə metamletamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 03:00-da Sumqayıt ŞPİ-nin PPXT-nun əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 32-nin qarşısında saxlanılaraq 1-cü PBnə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd ağ rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 3,480 qram, 8,950 qram, 9,265 qram ümimilikdə, külli miqdarda 21,695 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd ağ rəngli kağız bükümdə külli miqdarda 2,164 qram çəkidə psixatrop maddə melamlelamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrin çəkmə yolu ilə istifadəçisidir. Hadisə günü üzərində təxminən 3 qrama yaxın narkotik vasitə heroin olmuşdur. 12 iyun 2022-ci il tarixdə saat gecə saat 2 radələrində yaşadığı evin qapısı döyülmüş, qapını açan kimi 3-4 addım içəri girdilər. Heç bir sənəd göstərmədən, heç nə soruşmadan camaatın bezdiyini söylədilər. O, geri çəkiləndə polis əməkdaşı güc tətbiq etməyə başlamış, cibində narkotik olduğu üçün qaçmışdır. Polis əməkdaşları da onun arxasınca qaçmışlar. Blokdan çıxanda polis əməkdaşı onu tutmuş, lakin o, polis əməkdaşının əlindən çıxıb qaçmışdır. 100 metr gedəndən sonra yorulmuş və onu tutmuşlar. Heç bir axtarış etmədən, onu avtomobilə salıb, bölməyə gətirmişlər. Həmin vaxt üzərində 3 qram narkotik vasitə heroin olmuşdur. Narkotik üzərindən atmaq üçün fürsət axtarsa da ata bilməmiş, polis əməkdaşları narkotik tapmışlar. Bölmədə onu döyüb, ağır sözlər demişər. Çəkiliş zamanı əlavə nəsə gətirmişlər. 234.1-nə qol çəkməyə razılaşmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 6-cı mikrorayon ev 30, mənzil 72-də qeydiyyatda olmaqla və Sumqayıt şəhəri 12-ci mikrorayon ev 32, mənzil 41-də yaşayır. Təxminən 15 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 600 manata 3 büküm kakos adlandırdığı narkotik vasitə olan heroini və 1 büküm «patı» adlandırdığı psixotrop maddə olan metamfetamin sifariş verərək Sumqayıt şəhərinin girişində olan dayanacağın yanından götürüb yaşadığı evə gəldiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində aldığı həmin 3 bükümdə narkotik vasitə olan heroini və 1 bükümdə psixotrop maddə olan metamfetamini əynimdə olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyub və orada saxladığını bildirmişdir. Onunla eyni ünvanda qeyri-rəsmi yaşayan Günel adlı qadınla aralarında münaqişə düşdüyünü bildirmişdir. O, mənzildən çıxıb evin qarşısına düşdüyünü, polis avtomaşının gəldiyini görüb qaçmaq istədiyini, həmin avtomaşınla gələn polis əməkdaşlarının onu saxladıqlarını bildirmişdir. O, əlini cibinə salıb cibində olan narkotik vasitəni və psixotrop maddəni atmaq istədikdə polis əməkdaşlarının onu tutub saxladıqlarını bildirmişdir. Onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub- olmamasını soruşduqlarını bildirmişdir. O, isə polis əməkdaşlarına üzərində qanunla qadağan olunmuş narkotik vasitə olan heroin və psixatrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onu Sumqayıt ŞPİ-nin 1 -ci PB-nə apardıqlarını bildirmişdir. PB-də ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildiyini qeyd etmişdir. O, buna etiraz etməmiş və sonra ona hüquq və vəzifələri ilə bağlı bildiriş, hüquqların müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkillərin Bürounun vəkili X2 təqdim olunduğunu bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən ona üzərində narkotik vasitə və psixotrop maddə, eləcə də hər hansı qanunsuz əşya olub olmaması, vardırsa təqdim etməyinin bildirildiyi qeyd edilmişdir. O əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 3 ədəd ağ rəngli selefon bükümdə olan narkotik vasitə heroini və 1 ədəd ağ rəngli selefon bükümdə olan psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etdiyini bildirmişdir. Onun təqdim eldiyi 3 ədəd bükümlər ayrı- ayrılıqda açıldıqda içərisində «kakos» adlandırdığı kəskin iyli, qəhvəyi rəngli, toz şəkilli küllə olan narkotik vasitə heroinin aşkar olunduğu və həmin kütlənin elektron tərəzidə çəkildikdə 1-cİ bükümdə 9,56 qram, 2-ci bükümdə 9,85 qram, 3-cü bükümdə 3,79 qram, bunlardan başqa olan İ büküm açıldıqda həmin bükümün içərisindən «patı» adlandırdığı kristal şəklində ağ rəngli psixotrop maddə olan metamfetaminin aşkar olunduğunu və bükümlə birlikdə çəkildikdə çəkisinin 2,37 qram olduğunu müəyyən edildi. Bundan sonra üzərindən aşkar olunan bükümlərin 01 ədəd zərfdə qablaşdırıldığöını və üzərinin möhürləndiyini bildirdi. Zərfin üzərinin polis əməkdaşı tərəfindən yazıldığını, onun da zərfin üzərinə imza etdiyini bildirmişdir. Sorğu zamanı o, üzərindən aşkar olunan narkotik vasitə olan heroini və metamfetamini «odnoklasnik» adlanan sosial şəbəkə vasitəsi ilə təxminən 10 gün əvvəl iran vətəndaşı kimi tanıdığı şəxsdən 600 manata aldığım bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparıldığını qeyd etmişdir. Lakin, üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmadığını bildirmişdir. Üzərində şəxsi axtarış aparılan zaman video kamera ilə çəkildiyini, şəxsi axtarış zamanı ona qarşı hər hansı zor tətbiq olunmadığını, qanunsuz hərəkətlər edilmədiyini bildirmişdir. O, ifadə zamanı verilmiş əlavə suallara cavab olaraq, həmin kütlələri satan şəxsi tanımadığını, saxlanılan zaman hər hansı bir psixi və fiziki zor tətbiq edilmədiyini, saxlanılan anadək hər hansı şəxsə narkotik vasitə və psixatrop maddə salmadığını, ifadədə qeyd etdiyi Günel adlı şəxin anket məlumatları barədə məlumatının olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 141-143) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin PPXT-da polis nəfəri kimi xidmət edir, rütbəsi polis baş serjantıdır. xx.xx.2022-ci il tarixində gecə saat 03 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində xidmət yoldaşı PPXT-nın polis nəfəri, polis baş serjantı Şahid2 xidmətdə olan zaman Sumqayıt ŞPİ-nin 1-ci PB-dən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 32-nin qarşısında münaqişə olması məlumat verildiyini və onların dərhal həmin deyilən ünvana yaxınlaşdığını bildirmişdir. Çağırışda qeyd edilən ünvana yaxınlaşdıqda ev 32-nin blokundan bir nəfər şəxsin onları gördükdən sonra qaçmaq istədiyini müşahidə eldiklərini bildirmişdir. Onlar həmin şəxsi dərhal saxladıqlarını qeyd etmişdir. Həmin şəxslə söhbət zamanı onun narkotik vasitənin təsiri altında olmasını hiss etdiklərini bildirmişdir. Həmin şəxsdən üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olub-olmaması soruşulduğunu bildirmişdir. Həmin şəxs üzərində narkotik vasitə olan heroinin və psixatrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirdiklərini qeyd etmişdir. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edildiyini bildirmişdir. PB-də olan zaman üzərində narkotik vasitə və psixatrop maddə olduğunu bildirən Təqsirləndirilən şəxs üzərinə videogürüntü ilə şəxsi axtarış keçiriləcəyi bildirildiyini və Təqsirləndirilən şəxs buna etiraz etmədiyini qeyd etmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində olan əşyaları qoyması xahiş etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan cins şalvarın cibindən 04 ədəd ağ rəngli sellofan torbaya bükülmüş bükümü çıxarıb təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs bükümlərdən 03 ədədinin içərisində “kakos” yəni narkotik vasitə heroinin, 01 ədədinin içərisində isə “patı” yəni psixatrop maddə metamfetaminin olduğunu deməsini bildirmişdir. Həmin 03 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli kəskin iyli toz şəkilli narkotik vasitə heroinə bənzə küllənin olduğunu, 01 ədəd büküm açıldıqda isə içərisində ağ rəngli kristal şəkilli psixatrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu qeyd elmişdir. Həmin bükümlərdəki kütlələrin nə vaxt, kimdən, haradan, neçəyə aldığını Təqsirləndirilən şəxs soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümləri 15 gün bundan əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 600 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin elektron tərəzidə çəkildiyini qeyd etmişdir. Bundan sonra həmin bükümlərin şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə xüsusi qaydada qablaşdırıldığını bildirmişdir. Sonra protokolun tərtib olunduğunu, ucadan oxunduğunu və onların həmin protokolu imzaları ilə təsdiq etdiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri Şahid2 polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də polis nəfəri vəzifəsində xidmət edir, rütbəsi polis serjantıdır. 12 iyun 2022-ci il tarixdə gecə saat 02:55 radələrində yaşadığı mənzilin üst mərtəbəsində yaşayan, adını bilmədiyi qonşunun evində münaqişə səslərinin gəldiyini və hər-hansı xoşa gəlməz hadisənin qarşısını almaq üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə zəng edərək polis göndərilməsini xahiş etmişdir. Təxminən 3-4 dəqiqə sonra verdiyi məlumatla bağlı evin qarşısına PPX-nın gəldiyini gördüyünü və əməkdaşların bir nəfəri saxlayaraq maşına əyləşdirib apardıqlarını görmüşdür. Səhəri gün işə getdiyində verdiyi məlumatla bağlı, saxlanılan şəxsin ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 32, mənzil 41-də yaşayan Təqsirləndirilən şəxs olduğunu, həmin şəxsin saxlanıldıqdan sonra PB-nə gətirilən zaman özünün üzərində narkotik vasitə heroin və psixatrop maddə metamfetamin olduğunu bildirməsini. PB-də üzərinə şəxsi axtarış keçirilən zaman heroinə bənzər kütlənin və metamfetaminə bənzər küllənin aşkar edilməsini, buna görə də şübhəli şəxs qismində tutulması bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixində gecə saat 03 radələrində Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin polis nəfəri Şahid4 PB-nin növbətçi hissəsinə zəng edərək ünvan 3 ünvanında olduğunu və üst mərtəbədə yaşayan adını bilmədiyi qonşunun evində münaqişə səslərinin gəldiyini və hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün polis göndərilməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 3) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Diskə baxış keçirilməsi və şəxsi axtarış aparılması haqqında protokollardan görünür ki, görüntünün ilk saniyəsində polis mayoru rütbəsində olan şəxs özünü Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı kimi təqdim edib Rəşad Məhərrəmov olduğunu bildirir. Sonra icraatında olan araşdırma materialı üzrə saxlanılmış şəxs Əzziov Valeh Əli oğlunun üzərinə şəxsi axtarış keçşiriləcəyini bildirir. Şəxsi axtarışda iştirak edəcək şəxlər özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri, polis baş serjantı Şahid1 və polis kiçik serjantı Şahid2 olduqlarını bildirirlər. Sonra müdafiəçi Suqmayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili X3 təqdim edilir. Sonra qarşısında duran şəxsdən hansı ildə anadan olması soruşulur, həmin şəxs cavab verə bilmədikdə təhqiqatçı şəxsin anket məlumatlarını söyləriy. Sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri oxunur və bunmunla bağlı bildiriş təqdim edilir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olması soruşulur. Təqsirləndirilən şəxs bu zaman üzərində olan boz rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd ağ rəngli sellofan bükümləri çıxarıb təqdim edir. Həmin bükümlərdən 03 ədədinin içərisində qəhvəyi rəngli kütlənin, 01 ədəd bükümdə isə ağ rəngli kristallik kültənin olduğu aşkar olundu. Sonra içərisində qəhvəyi rəngli kütlə olan bükümlər çəkilir, birinci bükümün çəkisi 9,56 qram, ikinci bükümün çəkisi 9,85 qram, üçüncü bükümün çəkisi 3,79 qram olduğu müəyyən edilir. İçərisində ağ rəngli kristallik kütlə olan büküm elektron tərəzidə çəkildi və çəkisinin 2,37 qram olması müəyyən olunur. Təqsirləndirilən şəxs həmin bükümləri kimdən aldığı soruşulduqda 15 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 600 manat pul ödəyərək aldığım bildirdi. Bundan sonra protokol tərtib olunması üçün həmin kütlə götürüldü, həmin kütlə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bundan sonra videoçəkiliş dayandırıldı. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. (cild 1, vərəqə 97-98) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının Məhkəmə-kimyavi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3307 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən...” olan üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,480 qr., 8,950 qr., 9,265 qr., ümumi təmiz çəkisi 21,695 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 2,164 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 33-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4419 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəqə 122-123) Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,575 qram narkotik vasitə heroin və qalıq çəkisi 2.114 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış zamanı çəkilmiş videogörüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə çəkilməmiş 07 ay 20 günü 03 ay 25 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Onun əməlində cinayətlərin residivi yoxdur. (cild 1, iş vərəqə 89-90) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 13 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. (Cild 1, iş vərəqə 101) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni və psixotrop maddəni əldə etməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 21,575 qram narkotik vasitə heroin və qalıq çəkisi 2.114 qram psixotrop maddə metamfetamin məhv edilməlidir, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 81 (səksən bir manat) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 21,575 qram narkotik vasitə heroin və qalıq çəkisi 2.114 qram psixotrop maddə məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar