Məhkəmə qərarları › İş №1(124)-235/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-235/2024

30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-235/2024 30.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxsin cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair) Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə iştirakları ilə, 05 avqust 1963-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədəki fərdi evdə yaşamış, təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə, yəni Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsində yerləşdirilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs "şəxsiyyətin paranoyyal inkişafı” formasında xroniki gedişə malik olan psixi patologiyadan əziyyət çəkdiyinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmayaraq şübhəlik, qısqanclıq, konservativlik, öz fikirlərini üstün tutmaq, inadkarlıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malik olmaqla qısqanclıq məzmunlu şübhələrinin və sayıqlama fikirlərinin təsiri altında 02 avqust 2022-ci il tarixdə saat 20 radələrində arvadı Zərərçəkmiş şəxs ona başqa şəxslə (şəxslərlə) xəyanət etməsini bəhanə edərək yaşadıqları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədəki nömrəsiz evin qonaq otağında onun baş və digər nahiyələrinə yumruq və təpiklə çoxsaylı zərbələr vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “sağ alt göz qapağı, sol alt göz qapağı nahiyələrinin qançırları, sol qaş, hurunüstü, sağ yanaq nahiyəsinin əzilmişcırılmış yaraları ” xəsarətini yetirdikdən sonra evin mətbəx otağına keçib oradan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb geri qayıtmış, bu vaxt onu vurmasından qorunmaq üçün evdən qaçaraq çölə çıxan və yerə yıxılan Zərərçəkmiş şəxsm təqib edib qayınanası, yəni sonuncunun anası Şahid2 gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək ona həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid "sağ döş vəzinin ön yan səthinin bir ədəd döş boşluğuna nüfuz edən hava və qanın yığılması ilə müşayiət olunan yarası ", habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “sağ çiyin qurşağının üst səthinin bir ədəd, sağ kürək nahiyəsinin bir ədəd, döş qəfəsinin ön səthinin sol döşyanı xətt üzrə 3- 4-cü qabırğaarası sahənin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sağ əlin ikinci barmağı, sol əlin üçüncü barmağının kəsilmiş yaraları” xəsarətlərini yetirməklə anlaqsız vəziyyətdə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş sübutlar aşağıdakı qaydada tam, hərtərəfli və obyektiv araşdırılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməlin onun tərəfindən anlaqsız vəziyyətdə törədilməsi tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə qərarı ilə cinayət prosessual fəaliyyət qabiliyyətsiz hesab edildiyindən, onun ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 1995-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan 2 övladı olmuş, ailə həyatı qurduqdan sonra Şəhruzə ilə münasibətləri həmişə normal olsa da, təxminən 2 ildir ki onunla aralarında qısqanclıq zəminində tez-tez mübahisələr olmuş, arvadı Şəhruzə heç bir yerdə işləməyib bütün günü evdə olsa da, onu qısqanmışdır. 02 avqust 2022-ci il tarixdə təxminən saat 20 radələrində işdən evə gəlmiş, bu zaman evdə arvadı və qaynanası Səidə olmuş, yorğun olduğu üçün evdə mətbəxdə bir az uzanmış, bu zaman Şəhruzə onu çay içməyə çağırmış, həmin vaxtı qaynanası Səidə bayırda olmuşdur. Çay içə-içə Şəhruzəyə telefonla kiminlə yazışdığını soruşanda o, heç kimlə yazışmadığını deyib üstünə qışqıraraq nəyə görə ona belə söz dediyini soruşmuş və bunun üstündə onunla aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Şəhruzənin sifətindən bir neçə dəfə yumruqla vurmuş, Şəhruzə səs-küylə anası Səidəni çağırmış, Səidə gəldikdən sonra onu təhqir edərək nəyə görə qızı Şəhruzəni vurduğunu soruşmuş, bundan sonra əsəbiləşərək mətbəxdəki dolabdan mətbəx bıçağını götürüb həyat yoldaşı Şəhruzənin üstünə gedib bədəninin müxtəlif nahiyələrindən bıçaqla vurmuşdur. Şəhruzəni evin dəhlizində bıçaqla vurduqdan sonra o yerə yıxılmış, sonra isə yerdən qalxaraq bayıra çıxmış, bundan sonra Şəhruzənin arxasınca həyətə çıxıb onu arxadan yenə də bıçaqla vurmuş, bundan sonra o, qaçıb qonşuluqda yaşayan qohumu gilə getmişdir. Əməlindən peşman olduğu üçün bıçaqla öz sinə nahiyəsinə xəsarət yetirmiş və bıçağı evdə yerə atmışdır. Bundan sonra isə bacısı oğlu Vidadi gələrək onu X8 aparmış, orada həkimlər ona ilk tibbi yardım göstərdikdən sonra 03 avqust 2022-ci il tarixdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları onu saxlayaraq həmin idarənin İstintaq şöbəsinə gətirib təqdim etmiş, o da etdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Şəhruzəni bıçaqla vurarkən yanında qayınanası Səidə olmuş, başqa heç kim olmamış, əvvəlcə Şəhruzəni yumruq və təpiklə döyməsini də heç kim görməmiş, onu vurmaqda məqsədi qısqanmağı və irad bildirən zaman ona acı sözlər deyərək uca sözlə üstünə qışqırması olmuş, o da cəzalandırmaq üçün evin içərisində yumruq-təpiklə, sonra isə həyətə onun arxasınca qaçıb bıçaqla onu vursa da, öldürmək niyyəti olmamış, ona yenidən zərbələr vurmaq imkanı olsa da vurmamış, həmin vaxt özündə olmamış və nə etdiyini bilməmişdir. Qayınanası Səidəni də vurmaq istəməmiş və onu hədələməmiş, Şəhruzəyə bıçaqla vuran zaman “səni deşik-deşik edəcəm, səni ölənə qədər bıçaqla vuracam” sözlərini deməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, ailə həyatı qurduqdan sonra Şəhruzə ilə münasibətləri həmişə normal olsa da, təxminən 2 il olar ki onunla aralarında qısqanclıq zəminində tez-tez mübahisələr olmuş, Şəhruzə rəsmi olaraq heç bir yerdə işləməsə də, tibb sahəsi üzrə orta ixtisas təhsilli olduğu üçün bəzən dəvət əsasında evlərə gedib iynə vurub sistem qoymuş, son illərdə qonşuların əvvəl onunla isti salamlaşaraq söhbət etsələr də, son vaxtlar sadəcə salam verib yan keçdiklərini müşahidə etmiş, sonra arvadı Şəhruzənin evlərə getməsindən, orada bir neçə saat qalaraq nəsə, hətta orada ona xəyanət etməsindən şübhələnməyə başlamış, qonşuların onunla soyuq salamlaşmalarını da bununla bağlayıb arvadı evlərə getdiyi üçün qonşu kişilərin və tanışların ona soyuq münasibət göstərməyə başladıqlarını fikirləşmişdir. Bundan sonra Şəhruzəyə evlərə getməyi qadağan etmək fikrinə gəlsə də, yalnız tanıdığı və yaşlı adamlann evinə getməyə icazə vermiş, bunun üstündə Şəhruzə onunla mübahisə edib qadağalara narazılıq etmiş, bunun üstündə aralarında ciddi sözsöhbətlər yaranmış, sonra da onun kiminləsə danışmasından şübhələnməyə başlayıb bir neçə dəfə onun telefonuna alıb baxsa da, heç bir şey aşkar edə bilməmişdir. Şəhruzə ilə yaşadığı müddətdə onun heç bir əxlaqsız hərəkətinin, kiminləsə münasibətdə və ya ünsiyyətdə olmasının, görüşməsinin və bu kimi hərəkətlərinin şahidi olmamış, bu barədə də heç kim ona məlumat verməmiş, onu qısqanmağına səbəb tanımadığı şəxslərin evlərinə getməsi və qonşuların ona soyuq münasibət göstərməsi olmuş, qonşuların və tanışların onun arvadının özgələrin evlərinə getməsinə görə pis baxmalarını düşünmüşdür. Şəhruzənin ayaqlarını dizi ilə yerə sıxmamış və onu heç kim ondan ayırmamış, həmin vaxt baldızı Aynurənin səsini eşitsə də, onu görməmiş, Aynurənin onu Şəhnızədən uzaqlaşdırması həqiqəti əks etdirməmişdir. Həmçinin o, bıçaqla qayınanası Səidəni hədələməmiş və onu vurmaq istəməmiş, Şəhruzəni bıçaqla vuran zaman “səni ölənə qədər deşik-deşik edəcəm” deməmişdir. Həmçinin arvadı Şəhruzəni öldürmək niyyəti olmamışdır, onun niyyəti arvadını tənbeh etmək olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, hadisə günü Hüseyn işdə, o isə anası ilə evdə olub. Hüseyn işdən gəldikdə onu həmişəki qaydada qarşılayıb, su istədiyi üçün ona su verib, daha sonra çay hazırlayıb onu da çay işməsi üçün həyətə çağırıb. Lakin Hüseyn həyətə gəlməyib, o, Hüseyni çağırmaq üçün otağa girəndə onun divana uzandığını və üzünün qaraldığını, gözlərinin iriləşdiyini görüb ondan nə baş verdiyini soruşduqda Hüseyn əvvəlcə heç nə olmadığını desə də, sonra ayağa qalxıb onun qolunu burub, üzünə yumruq vurub. Həmin saniyə onun qaşı yaralanıb, üzü qan olub, sonra onun burnuna da bir yumruq vurub saçından tutub döşəmənin üzərində sürüyüb, onu təpiklə döyərək təhqir edib. Sonra bir anda Hüseyn otaqdan çıxıb, bu zaman o da qaçıb otaqdan çıxıb və anasına səs etməməyini, qonşuların eşidəciyini deyib. Bu zaman Hüseynin anasına bıçaq çəkdiyini görüb və qonşuluqda yaşayan Hüseynin bacısı oğlu Vilayəti köməyə çağırmaq üçün həyətə qaçıb. Bu zaman Hüseyn də onun arxasınca gəlib, o, yıxılanda Hüseyn onu tutub kürəyindən çoxlu bıçaq zərbələri vuraraq “ Sən ölənə qədər səni deşik-deşik edəcəm” deyib. O, qışqıranda Aynurə səsinə gəlib Hüseyni itələyib, bu zaman Hüseyn ayağa durub gözünün önündə özünə 2-3 bıçaq zərbəsi vurub. Bu vaxtı Aynurə onu öz məhlələrinə aparıb, təcili tibbi yardıma zəng vursa da, təcili yardım gəlmədiyi üçün onu kürəkəni İlqar xəstəxanaya aparıb. Məhkəmə iclasında zərərçəkmiş şəxs ona verilən sualları cavablandırarkən bildirdi ki, Hüseyn əvəllər ona qarşı çox mehriban olsa da, son zamanlar Hüseyn onunla kobud rəftar edirmiş, ondan başqa hamıya qarşı yaxşı davranırmış. Hüseyn ona xəyanət etdiyini düşünürmüş. Hüseyn heç vaxt psixi müalicə almayıb, son iki ildə bu vəziyyətə düşüb. Hüseynə dəfələrlə xəstəxanaya getməsini desələr də, o, getmək istəməyib. Təsirləndirilən şəxs anlaqsız olduğu üçün ondan şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, hadisə günü o, evə gələndə anasını xəstəxanaya aparmaq üçün maşına mindirdiklərini görüb. Həmin gün dostları ilə olub, nənəsi ona zəng edib təcili evə gəlməsini deyib. Baş verənlərin barbaşa şahidi olmayıb, o, evə çatanda anasını ağır vəziyyətdə görüb. Atasının anasını döydüyünü və bıçaqladığını sonradan öyrənib. Atası özünə də xəsarət yetirib. Məhkəmə iclasında şahid ona verilən sualları cavablandırarkən bildirdi ki, ailə tərkibləri o, atası, anası və bacısından ibarətdir. Atası ilə münasibətləri əvvəl yaxşı olub, lakin son 3 ildə atasının psixoloji problemləri yarandığından bir az dəyişib. Atası gecələr sayıqlayır, əsası olmayan şeylər danışır, guya anasının ona xəyanət etdiyini deyirmiş. Atası ona qarşı əsassız heç nə deməyib, ancaq anasına qarşı qəribə davranıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, hadisə günü evdən Şəhruzənin səsinə çıxıb və Şəhruzənin yerdə oturub qışqırdığını və üzündən də qan axdığını görüb. Şəhruzədən nə olduğunu soruşduqda o, təcili yardım çağırmağını və Hüseynin ona bıçaqladığını deyib. O, təcili yardım çağırmaq üçün evə getmiş, sonra Şəhruzə yavaşca durub onların həyətinə gedib, ona kömək eləyib, əl-üzünü yuyub. TTYX gec gəldiyindən Şəhruzənin anası Şəhruzəni xəstəxanaya aparmaq üçün onun kürəkəninə zəng edib, sonra İlqar gəlib və birlikdə xəstəxanaya gediblər. Məhkəmə iclasında şahid ona verilən sualları cavablandırarkən bildirdi ki, Hüseyni həmin vaxt görməyib, bıçaqla vurduğu ana da şahid olmayıb. Son 3 ilə yaxındır ki, Hüseyni narahat görürmüş, Şəhruzə də hər zaman onlara Hüseynin olmayan şeyləri danışdığını deyirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanda ailəsi il birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2022-ci il tarixdə qızı Şəhruzənin övladnən toy mərasımi ilə bağlı Naxçıvan şəhərindən Şəhruzəgilə gəlmişdir. xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində Şəhruzənin evinin həyətində olduğu zaman kürəkəni Hüseyn evə gəlmiş, bundan bir neçə dəqiqə sonra qızının evdən səs-küylə bayıra çıxdığını görmüşdür. Həmin vaxt Şəhruzəyə yaxınlaşıb nə olduğunu soruşduqda, o, Hüseynin evdə onu döydüyünü demişdir. Qonşulər səs-küy eşitməsinlər deyə onlar evə keçmiş, Hüseyn əlində bıçaqla onların üstünə gəlmiş, o, Hüseynin qarşısına keçərək nə üçün qızını bu hala saldığını soruşduqda Hüseyn onu bıçaqla vurmağa çalışmışdır. Həmin vaxt Şəhruzə bayıra qaçmış, hüseyn də onu itələyərək Şəhruzənin arxasınca getmişdir. Qızı Şəhruzə evin qarşısındakı pilləkəndən aşağı yıxılmış,Hüseyn də onun arxasınca oraya tullanıb onu bıçaqla vurmağa başalmış, o nə qədər çalışsa da, gücü çatmadığı üçün Hüseyni qızından kənarlaşdıra bilməmişdir. Bundan sonra səs-küyə Şəhruzə ilə eyni həyətdə yaşayan qohumları Aynurə gəlmiş Hüseyni güclə tutub kənara itələmiş, Şəhruzəni yerdən qaldırıb öz evlərinin qarşısına tərəf aparmışdır. Hüseyn isə daha hücum etməmiş və sakitcə evə getmişdir. Bundan sonra o, Şəhruzənin oğluna və kürəkəninə məlumat vermiş, Şəhruzənin kürəkəni gəldikdən sonra onu xəstəxanaya aparmışdırlar. Məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid həmin ifadəsində bildirmişdir ki, 02 avqust 2022-ci il tarixdə təxminən saat 19:30 radələrində yaşadığı Mehdiabad qəsəbəsində evdə olarkən arvadı Aytən ona zəng edib ana nənəsi Səidənin onu qayınatası gilə gəlməyini dediyini bildirmiş, o, da avtomobili ilə tək özü bir qədər aralıda yaşayan qayınatası Hüseynin evinə gəlmişdir. Həyətə keçəndə arvadının nənəsi Səidəni, qonşuluqda yaşayan Aynurənin qaynanası Şəhruzənin başına yığışıb onun əl-üzünü yuduqlarını, ona yaxınlaşanda isə sifətinin qan içində olduğunu görmüş, təcili tibbi yardıma zəng edilsə də, onu öz avtomobili ilə həkimə aparmaq istəmiş, onu avtomobilə mindirəndə qaym Qurban da ora gəlmiş, həmin vaxt qayınatası Hüseyni evin içində görmüşdür. Qayınanasım xəstəxanaya aparan zaman ona məlum olmuşdur ki, onu qayınatası Hüseyn evin içində əlləri ilə döyərək, daha sonra isə mətbəxdən götürdüyü bıçaqla ona qəsdən xəsarətlər yetirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan və "Raport”dan görünür ki, xx.xx.2022-ci il tarixdə Mehdiabad qəsəbəsi, Nurlan marketin yanında yaşayan, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əri tərəfindən bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirilməsi barədə Abşeron RPİ-nə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan “şifahi şikayətin qəbul edilməsi haqqında” 02 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs həmin gün əri Təqsirləndirilən şəxs tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşadıqları evdə ona bir neçə dəfə bıçaqla xəsarət yetirməsi barədə Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Alqayıd Mikayılova məlumat vermişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri, yəni Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yer Abşeron rayonu, Mehdiabad qəsəbəsi yeni məhəllədə yerləşən yaşadıqları bir mərtəbəli 3 otaqlı evdir. Evin qonaq otağının divarında qan ləkələri, mətbəxdə masamn üstündə isə bır ədəd dəstəyi taxta materialdan olan mətbəx bıçağı vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisənin həmin evdə baş verdiyini, belə ki, 02 avqust 2022-ci il tarixdə saat 20 radələrində işdən evə gəldikdən sonra arvadı ilə söhbət edərkən ondan telefonla kiminlə danışdığını soruşmasına Şəhruzənin heç kimlə danışmadığını bildirərək üstünə qışqırdığına görə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Şəhruzəni əvvəlcə qonaq otağında baş və sifət nahiyələrinə yumruqla vurub döydüyünü, daha sonra mətbəxə keçib dolabdan bıçaq götürərək əvvəlcə Şəhruzəni evin dəhlizində, sonra isə bayıra qaçdığı üçün evin qarşısında vurduğunu və sonra da evdən çıxıb getdiyini bildirmiş, əyani olaraq Zərərçəkmiş şəxsm döydüyü və xəsarət yetirdiyi yerləri göstərmişdir. Baxış zamanı həmin mətbəx bıçağı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları mümkün qədər əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci tarixli protokolundan görünür ki, Şahid3 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı onların hər biri istintaqa verdikləri ifadələrini bir-birlərinin üzünə qarşı demişlər. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Şahid3 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı onların hər biri istintaqa verdikləri ifadələrini bir-birlərinin üzünə qarşı demişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasının 10 avqust 2022-ci il tarixli, 1827 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş “sağ döş vəzinin ön yan səthinin bir ədəd döş boşluğuna nüfuz edən hava və qanın yığılması ilə müşayiət olunan yarası, sağ çiyin qurşağının üst səthinin bir ədəd, sağ kürək nahiyəsinin bir ədəd, döş qəfəsinin ön səthinin sol döşyanı xətt üzrə 3-4-cü qabırğaarası sahənin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralan, sağ əlin ikinci barmağı, sol əlin üçüncü barmağının kəsilmiş yaraları” xəsarətləri iti deşici-kəsici alətin (alətlərin) təsirindən; “sağ alt göz qapağı, sol alt göz qapağı nahiyələrinin qançırlan, sol qaş, buruntistü, sağ yanaq nahiyəsinin əzilmişcınlmış yaraları” isə bərk küt əşyanın (əşyalann) təsirindən törədilmiş, törədilmə müddətləri birlikdə qərarda göstərilən vaxtda, yəni 02 avqust 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə “sağ döş vəzinin ön yan səthinin bir ədəd döş boşluğuna nüfuz edən hava və qanın yığılması ilə müşayiət olunan yarası” həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, “sağ çiyin qurşağının üst səthinin bir ədəd, sağ kürək nahiyəsinin bir ədəd, döş qəfəsinin ön səthinin sol döşyanı xətt üzrə 3-4-cü qabırğaarası sahənin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sağ əlin ikinci barmağı, sol əlin üçüncü barmağının kəsilmiş yaraları, sağ alt göz qapağı, sol alt göz qapağı nahiyələrinin qançırları, sol qaş, burunüstü, sağ yanaq nahiyəsinin əzilmiş-cınlmış yaralan” isə aynaynlıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasının 05 avqust 2022-ci il tarixli, 1773 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş “döş qəfəsinin ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası və dörd ədəd kəsilmiş yaralan” xəsarətləri iti kənarlı əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, qərarda göstərilən müddətdə, yəni 02 avqust 2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kriminalistik ekspertizasının 11 noyabr 2022ci il tarixli, 3/1512 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin materiallarında olan kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 14 aprel 2023-cü il tarixli, 44 saylı və təkrar komisyon kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli, 79 saylı rəyləri ilə qeyd olunanlar müəyyən edilmişdir: 1) Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən “Şəxsiyyətin paranoyyal inkişafı” formasında xroniki gedişə malik olan bir psixi patologiyadan əziyyət çəkmiş, buna görə də Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır; 2) Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən qısqanclıq məzmunlu şübhələrinin və sayıqlama fikirlərinin təsiri altında olmuş, buna görə də, o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır; 3) Təqsirləndirilən şəxs ittiham elan olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Cinayət Məcəlləsinin 21.1 -ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Şəxsiyyətin paranoyyal inkişafı” hal-hazırda da davam edir, buna görə o, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs düçar olduğu psixi patologiya hal-hazırda davam etdiyinə görə onun müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən müvafiq olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Şahid1 inamsızlıq, şübhəlik, qısqanclıq, konservativlik, öz fikirlərini üstün tutmaq, inadkarlıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir, o, psixi vəziyyətində yaranmış patoloji dəyişikliklə əlaqədar iş üçün əhəmiyyətli hallan düzgün qavramaq qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı, o, psixi vəziyyəti ilə əlaqədar özündən uydura bilər; Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində impulsivlik, qəzəb yaranmış, həmin halın yaranması psixi vəziyyətində yaranmış patoloji dəyişikliklə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq olunan təkrar komisyon kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024cü il tarixli, 113 saylı rəyi ilə qeyd olunanlar müəyyən edilmişdir: 1) Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Şəxsiyyətin paranoyyal inkişafı” psixi pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır; 2) Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır; 3) Təqsirləndirilən şəxs ittiham elan olunduğu cinayət əməlini törədərkən düçar olduğu “Şəxsiyyətin paranoyyal inkişafı” psixi pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumuna görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi mülaicə təyin edilə bilər. Təqsirləndirilən şəxs psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, dəyişkən əhvəlruhiyyəlik müəyyən edilir. Şahid1 inamsızlıq, şübhəlik, qısqanclıq, eqosentrizm, inadkarlıq, ətarfdakılara etibar etməmək, öz fikirlərini üstün tutmaq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Şahid1 psixi vəziyyətində pataloji dəyişikliklər müşahidə edilir. Bununla əlaqədar o, iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı, o, psixi vəziyyəti ilə əlaqədar özündən uydura bilər; Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qəzəb, impulsivlik kimi hallar yaranmış, həmin halın yaranması psixi vəziyyətində yaranmış patoloji dəyişikliklə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Abşeron RİHB-nın Fatmayı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrlə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuş, onlar barədə nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla vurduğu xəsarətlərin həyat üçün vacib orqanlara yetirildiyini, həmin xəsarətləri yetirən zaman zərərçəkmiş şəxsə nümayişkəranə onu ölənə qədər vuracağını söyləməsi, evdə onu döyməklə kifayətlənməyib sonradan mətbəxdən götürdüyü bıçaqla zərərçəkmiş şəxsi təqib etməsi, zərərçəkmiş şəxs qaçarkən onun arxasınca qaçması və zərərçəkmiş Zərərçəkmiş şəxs onun yaxın qohumu - anası Şahid2 gözü qarşısında bıçaqla vurmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş, lakin kənar şəxslərin müdaxiləsindən sonra təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması barədə ibtidai istintaqda ifadəsində göstərdiyi xüsusatları onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətdiyini cinayət işi materiallarında olan zərərşəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, protokollar və digər sübutların məcmusu ilə tam sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarda həmçinin qeyd olunur ki, təqsirkarın əməli CM-nin 120.2.4-cü maddəsi ilə tövsüf edilərkən xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulunda, həmçinin zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə ifadə oluna bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. O, bu əməli qəsdən törətmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli başa çatmamış cinayət olmaqla təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halında qiymət verərək, həqiqətən də, CM-in 29,120.2.4-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsi və həmin əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı nəticəyə gəlir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Odur ki, şəxs cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-nin LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-nin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Cinayət işinin materiallarında olan kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 14 aprel 2023-cü il tarixli, 44 saylı və təkrar komisyon kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli, 79 saylı rəylərindən, həmçinin məhkəmə baxışı zamanı təyin olunmuş təkrar komisyon kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 08 iyul 2024-cü il tarixli, 113 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Şəxsiyyətin paranoyyal inkişafı” psixi pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs ittiham elan olunduğu cinayət əməlini törədərkən düçar olduğu “Şəxsiyyətin paranoyyal inkişafı” psixi pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumuna görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi mülaicə təyin edilə bilər. Təqsirləndirilən şəxs psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən “Şəxsiyyətin paranoyyal inkişafı” xəstəliyindən əziyyət çəkməsi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixl, 4(012)-455/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət-prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-507/2023 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci ildən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 4(012)-461/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində yerləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. İş üzrə maddi sübut olmaqla Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 74 (yetmiş dörd) manat ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddianın, müsadirə olunması təklif edilən pulun və ya digər əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 348-ci və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 74 (yetmiş dörd) manat ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Qərardan elan olunduğu gündən 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar