Məhkəmə qərarları › İş №1(124)-235/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-235/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-235/2025 14.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 11 saylı Cəzaçəkmə müəssisəsinin inzibati binasında pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində, fərdi nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək ƏN-nin PX-in 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 01 (bir) ədəd şəffaf rəngli sellofan bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 0,253 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - “heroin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 17 sentyabr 2024-cü il tarixdə saat 10:30-da həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən “Dostlar” kafesinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nın inzibati binasına gətirilib həmin tarixdə orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cinində saxladığı həmin 01 (bir) ədəd bükümdə 0,253 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 01 (bir) ədəd şəffaf rəngli sellofan bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 0,660 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - “heroin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 21 sentyabr 2024-cü il tarixdə saat 14:35-də həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 17 nömrəli orta məktəbin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nın inzibati binasına gətirilib həmin tarixdə orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cinində saxladığı həmin 01 (bir) ədəd bükümdə 0,660 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla müəyyən edilməyən İran İslam Respublikası (bundan sonra İİR) vətəndaşı ilə istifadəsində olan “Samsung” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəlmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İİR vətəndaşının istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi ‘qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan kustar üsulla hazırlanmış tünd-qəhvəyi rəngli qətranabənzər 01 (bir) ədəd qara rəngli polietilen bağlamada 995 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxil olan, 05 (beş) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1240 qram, 1365 qram, 1325 qram, 1115 qram və 1120 qram, ümumi təmiz çəkisi 6165 qram olan bitki mənşəli kütələlər, tərkibində külli miqdarda narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - “qurudulmuş marixuana” Sumqayıt şəhəri ərazisində gizlədib yerləşdirilmiş, narkotik vasitə tiryək və narkotik vasitə qurudulmuş marixuana olan çantanın yerləşdirildiyi yerin geolokasiya və fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung" markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu İİR vətəndaşının təlimatı və şifarişi əsasında ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün onun göndərdiyi külli miqdarda narkotik vasitələri satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 sentyabr 2024-cü il tarixdə saat 17:40 dəqiqədə Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən N.Nərimanov heykəlinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına gətirilərək həmin tarixdə saat 18:29-da orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman sol çiynində aslımış vəziyyətdə olan qara rəngli çantanın içərisində satış məqsədilə qanunsuz olaraq daşıyaraq saxladığı 01 (bir) bir ədəd qara rəngli polietilen bağlamada 995 qram çəkidə, külli miqdarda narkotik vasitə tiryək və 05 (beş) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1240 qram, 1365 qram, 1325 qram, 1115 qram və 1120 qram olmaqla ümumi təmiz çəkisi 6165 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, dekabrın 25-də 11 saylı cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra Bakı şəhərinə getmiş və otellərin birində işə düzəlmişdir. Bundan sonra özünə mobil telefon və mobil nömrə almış, üç ay orada işlədikdən sonra oteldə aparılan yoxlamalar zamanı şəxsiyyət vəsiqəsini tələb edib onun əvvəllər məhkum olduğunu öyrənmişlər və onu işdən kənarlaşdırmışlar. Daha sonra bir müddət Bakıda yaşamış, may ayının 21-i Sumqayıta gəlmiş və polis əməkdaşları onu saxlayıb polis bölməsinə aparmışlar. 4 gün polis bölməsində saxlanılmış və daha sonra oradan qaçmışdır. Şəxsiyyət vəsiqəsi və kartları hələ də polis bölməsində qalmışdır. Qaçdıqdan sonra Xaçmaz rayonuna getmiş, “Nabran” istirahət mərkəzində yay sezonu müddətində işləmişdir. Orada işə düzəlmək üçün şəxsiyyət vəsiqəsinə ehtiyacı olmuş və beləliklə, Bakı şəhərinə getmişdir. Bakıda onu polis əməkdaşları saxlamış və ona bir aylıq inzibati həbs vermişlər. Həmin vaxt narkotik vasitə istifadəçisi olduğunu da aşkar etmişlər. Bir aylıq inzibati həbsdən sonra Sumqayıt şəhərinə getmiş və bir həftədən sonra polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə aparılmışdır. Daha sonra onu prokurorluğa aparmışlar və oradan onu azad edərkən Zaur adlı poliıs əməkdaşı onu Sumqayıt polis bölməsinin yanına aparmış və Narkotik şöbəsinin işçisi gəlib onu oradan götürmüşdür. Onu Bəxtiyar adlı polisin yanına aparmış və onunla işi olduğunu demişdir. Bəxtiyar adlı polislə görüşmədən əvvəl isə 3-cü bölmənin rəis müavini onunla zəng ilə əlaqə saxlayaraq bu görüşdən sonra onunla görüşəcəyini demişdir. Bəxtiyar adlı polis görüşdə ona “ya sənə təklif etdiyim pulu götürüb içəri gedəcəksən, ya da narkotik vasitəni öz üzərinə götürüb içəri gedəcəksən, hələlik isə get və fikirləş”. Bir gün sonra polis əməkdaşları onu yenidən tutmuşlar, iki gün saxlayıb yenidən azadlığa buraxmışlar. Daha sonra isə polis bölməsinə gedərək Bəxtiyar adlı polisin təklifi ilə razılaşmış, bundan bir gün sonra polis əməkdaşları onu tutmuş, polis bölməsinə aparmışlar. Üzərindən aşkar olduğunu qeyd etdikləri telefon və narkotik vasitəsi onun olmamışdır. O, İranlı şəxs ilə əlaqə saxlamamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, o, polis əməkdaşlarının dedikləri ilə döyülməmək və ölməmək üçün razılaşmış, hər iki halda da, yəni hər iki tutulmağında da razılıq əsasında barəsində cinayət işi başlanılmışdır. Birinci dəfə tutulanda işlə təmin olunacağı ilə bağlı vəd verildiyi üçün, daha sonra isə daha az cəzaya razı olduğu üçün razılıq vermişdir. İranlı şəxslə əlaqə yaratmamış, ümumiyyətlə, telefon ona məxsus olmamışdır. Narkotik vasitələrdən sadəcə marixuana istifadə etmiş, tutularkən ona fiziki təzyiq olmamış, 17 sentyabrda da, 21 sentyabrda da onu saxlamamışlar. Polis bölməsinin qabağında olmuş, şəxsiyyət vəsiqəsi və “Leobank” və “Kapitalbank” kartları polis bölməsinin rəis müavinindədir. 27 sentyabr səhər saat 11 radələrində ona zəng vurmuşlar ki, polis bölməsinin qabağına getsin. Oradakı kafedə görüşmüşlər, 26 sentyabr polis bölməsinə gedərək onu tutmamalarını, sabahısı gün özünün könüllü gələcəyini demiş, 27 sentyabrdan artıq tutulmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilərkən heç bir ifadə verməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 18, 22 və 28 sentyabr 2024-cü il tarixli şübhəli və 19, 23 və 29 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində müfadəçisinin iştirakı ilə dindirilən zaman verdiyi ifadələrində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 11 saylı Cəzaçəkmə müəssisəsinin inzibati binasında pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində, fərdi nömrəsiz evdə kirayədə yaşayır, heç yerdə işləmir. O, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş, bununla bağlı müalicə almamışdır. Əvvəllər bir neçə dəfə məhkum olunmuş, belə ki, Azərbaycan Respublikası CM-nın 177, 228 və 234.1-ci maddələri ilə məhkumluğu olmuşdur. O, narkotik vasitə olan “kakos” kimi tanınan heroindən və psixotrop maddə olan “patı” kimi tanınan matemfetamindən xeyli müddətdir ki, istifadə etmişdir. O, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar metrosunun yanına getmiş, orada olarkən tanımadığı, təxminən 30 yaşlı, arıq bədən quruluşlu, üzü saqqallı bir oğlanı görüb, özü narkoman olduğum üçün həmin şəxsin də narkoman olduğunu hiss edib düşünmüşdür ki, sonuncuda narkotik vasitə olar. Soruşanda həmin şəxs üzərində narkotik vasitə olduğunu deyib ona sata biləcəyini deyəndə o, 20 (iyirmi) manat pul müqabilində həmin şəxsdən 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroin alıb əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyaraq işlərini bitirib Sumqayıt şəhərinə gəlmişdir. Həmin günü saat 10:30-da Sumqayıt şəhəri, 8-ci mikrorayonda ərazisində yerləşən “Dostlar” kafesinin yaxınlığında olan zaman 02 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişdilər. Polis əməkdaşları ondan üzərində natkotik vasitə olduğunu soruşanda o, üzərində narkotik vasitə bükümü olduğunu bildirmiş, bu zaman polis əməkdaşları onlarla birlikdə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-ya getməli olduğunu bildirmişdilər. O, etiraz etməyib polislərlə birlikdə PB-ya getmişdir. PB-ya çatdıqdan sonra xidməti otaqların birində Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə şübhəli şəxsə qismində saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, hüquqlarının vəkil siyahısında adı olan X15 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X15 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 1-ci PB-nın təhqiqatçısı, polis mayoru X16 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nın əməkdaşlarının onu narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsidə şübhəli olduğu üçün saxlayıb avtomobilə əyləşdirərək Sumqayıt ŞPİ-nin 10ci PB-ya gətirdiklərini bildirib üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib, onu, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını və müdafiəçi X7 təqdim etmişdir. Ardınca təhqiqatçı Azərbaycan Respublikası CMP-in 90-cı maddəsinə əsasən şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı ondan üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməyini xahiş etmişdir O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş kütləni çıxardıb təqdim etmişdir. Təhqiqatçı həmin bükümü açdıqda içərisində qəhvəyi rəngi toz şəkilli maddə, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən əlavə heç bır əşya, yaxud, predmet aşkar olunmamışdır. Daha sonra həmin büküm sellofan kəsiyi ilə birlikdə elektron tərəzi ilə vasitəsi ilə ölçüldükdə çəkisinin 0,35 qram olması müəyyən olunmuşdur. Bundan sonra təhqiqatçı üzərindən aşkar olunaraq götürülmüş həmin bükümü məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün üzərini DİN-in 125 saylı möhürü ilə möhürləyib qablaşdırmış, bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, sonra qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Sonra o. təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra video çəkliş dayandırılmışdır. Bundan başqa o, 21,09.2024-cü il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, 8-ci <> mikrorayonda ərazisində yerləşən 17 nömrəli orta məktəbin qarşısında zaman 02 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişdilər. Polis əməkdaşları ondan üzərində natkotik vasitə olduğunu soruşanda o, üzərində narkotik vasitə bükümü olduğunu bildirmiş, bu zaman polis əməkdaşları onlarla birlikdə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-ya getməli olduğunu bildirmişdilər. O, etiraz etməyib polislərlə birlikdə PB-ya getmişdir. PB-ya çatdıqdan sonra xidməti otaqların birində Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə şübhəli şəxsə qismində saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, hüquqlarının vəkil siyahısında adı olan X17 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X17 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 1-ci PB-nın təhqiqatçısı, polis leytenantı X19 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nın əməkdaşlarının onu narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsidə şübhəli olduğu üçün saxlayıb avtomobilə əyləşdirərək Sumqayıt ŞPİ-nin 1-ci PB-ya gətirdiklərini bildirib üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib, onu, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını və müdafiəçi X8 təqdim etmişdir. Ardınca təhqiqatçı Azərbaycan Respublikası CMP-in 90-cı maddəsinə əsasən şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı ondan üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməyini xahiş etmişdir. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş () kütləni çıxardıb təqdim etmişdir. Təhqiqatçı həmin bükümü açdıqda içərisində qəhvəyi rəngi toz şəkilli maddə, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən əlavə heç bir əşya, yaxud, predmet aşkar olunmamışdır. Daha sonra həmin büküm sellofan kəsiyi ilə birlikdə elektron tərəzi ilə vasitəsi ilə ölçüldükdə çəkisinin 0,86 qram olması müəyyən olunmuşdur. Bundan sonra təhqiqatçı üzərindən aşkar olunaraq götürülmüş həmin bükümü məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün üzərini DİN-in 125 saylı möhürü ilə möhürləyib qablaşdırmış, bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, sonra qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Sonra o, təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra video çəkliş dayandırılmışdır. Bundan başqa o, 2003-cü ildən 2016-cı ilədək narkotik vasitəni mütəmadi olaraq inyeksiya yolu ilə istifadə etmişdir. Lakin 2016-cı ildə anası dünyasını dəyişdikdən sonra bır müddət narkotiki tərgizmiş, lakin həmin tarixdən bu günədək arada istifadə etmişdir. O. kimsəsizdir, heç kimi olmamışdır. Daimi yaşayış yeri də olmamışdır Adətən Sumqayıt şəhəri, Corat bağlarında müxtəlif fərdi evlərdə kirayədə qalmışdır. İşsizdir, dolanışıq yeri olmamış, tez-tez Sumqayıt şəhərində yerləşən daş bazarında olur, oraya fəhləlik etmək üçün getmişdir. Bundan başqa o, tez-tez Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən Cümə məscidinə gedib oradan müxtəlif insanlardan yardım almışdır. Sonunucu dəfə tutulduğu tarixdən qabaqkı həftənin cümə günü getmişdir. Ona “növbəti həftə gələrsən cümə günü burada imkanlı adamlar olacaq sənə köməklik edərlər” demişdilər. Bu məqsədlə o, xx.xx.2024-cü il tarixdə yardım almaq üçün məscidə getmişdir. Lakin ona növbəti gün gəlməyini demişdilər. O, xx.xx.2024-cü il tarixdə yenə məscidə getmiş, lakin ona istədiyi köməkliyi edən olmamış, belə ki, o, düşünmüşdür ki, kiminsə evində bağban kimi işə düzəlib həm işləyər, həm də ki, başının üstündə ev olar. Lakin belə olmamış deyə məyus halda məsciddən çıxıb 6-cı mikrorayon istiqamətində piyada hərəkət edən zaman əvvələr tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb ondan köməyə ehtiyacı olub-olmadığını soruşmuşdur. Belə ki, həmin şəxs ona köməklik edə biləcəyini deyib ona pul müqabilində iş təklif eləmişdir. O, həmin şəxsdən nə iş olması barədə soruşanda həmin şəxs ona deyilən yerdən çantanı götürüb başa yerə aparmalı olduğunu demişdir. Bunun əvəzində də ona 1.000 manat pul vermyi söz vermişdir. O, bir az şübhələnmiş, həmin çantada nə olduğunu soruşanda həmin şəxs ona narkotik vasitə, təxminən, 1-2 kiloqram marixuana, bir o qədər də tiryək olacağını demişdir. O, pula ehtiyacı olduğun üçün razılaşmışdır. Həmin şəxs ondan tutulmaqdan qorxub-qorxmadığını soruşanda o, itirəcək heç nəyi olmadığını demişdir. Bundan sonra həmin şəxs ona qızılı rəngli “SAMSUNG” markalı smart tipli mobil telefon verib xx.xx.2024cü il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, Azərbaycan küçəsi, Narkoloji dospanserlə üzbəüz yerləşən “BTZ” klubunun yanında olmağını demişdir. Ona demişdir ki, bəs ona zəng gələcək, yox əgər zəng gəlməsə, özü mobil telefonda olan “Watsapp” mobil tətbiqində olan mobil nömrə ilə əlaqə saxlasın. Deyilən tarixdə və saatda o, taksi vasitəsi ilə həmin ünvana getmişdir. Yol boyu ona verilən nömrə ilə danışmışdır. Sumqayıt şəhəri, Azərbaycan küçəsində yerləşən “narkoloji” dispanserin yanında taksidən düşüb üzərində olan mobil ilə əlaqə saxlamış, telefonda olan, danışdığından İran İslam Respublikasının vətəndaşına bənzər ləhçə ilə danışan şəxs ona telefonun “Watsapp” proqramında foto şəkillər göndərək narkotik vasitənin qoyulduğu ünvanı göstərmişdir. O, foto şəkilərin yerini axtara-axtara orada yerləşən “Vida” mərasim evinin arxasına gəlib çıxmışdır. Telefonla danışaraq həmin yerə gəldikdən sonra oradan 01 (bir) ədəd qara rəngli çantanı götürüb sonra nə etməli olduğunu telefonda danışdığı şəxsdən soruşanda sonuncu ona Nərimanov heykəlinin yanına gəlməyini demişdir. O, yoldan keçən bir taksi maşınına əl eləyib saxlatdırıb həmin taksi vasitəsi ilə Sumqayıt şəhəri, H.Əliyev küçəsində yerləşən N.Nərimanov heykəlinin yanına gəlib taksidən düşən zaman 03 (üç) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin X1 əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması, üzərimdə gəzdirilməsi və satışında şübhəli olduğunu bildirmişdilər. Polis əməkdaşları ondan üzərində natkotik vasitə olduğunu soruşanda o, üzərində narkotik vasitə bağlaması olduğunu bildirmiş, bu zaman polis əməkdaşları onlarla birlikdə Sumqayıt şəhəri Pİ-yə getməli olduğunu bildirmişdilər. O, etiraz etməyib polis əməkdaşları birlikdə Pİ-yə getmişdir. Pİ-ya çatdıqdan sonra xidməti otaqların birində Azərbaycan Respublikası CMnın 234.1-ci maddəsi ilə şübhəli şəxsə qismində saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarımın müdafiəsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, özü hüquqlarının vəkil siyahısında adı olan X20 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X20 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X12 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin NBM-nın əməkdaşlarının onu narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması, üzərində gəzdirilməsi və satışında şübhəli olduğu üçün saxlayıb avtomobilə əyləşdirərək Sumqayıt ŞPİ-yə gətirdiklərini bildirib üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib, onu, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını və müdafiəçi X13 təqdim etmişdir. Ardınca təhqiqatçı Azərbaycan Respublikası CMP-in 90-cı maddəsinə əsasən şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı, ondan üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə vardırsa təqdim etməyini xahiş etmişdir. O, sol çiynində aslımış vəziyyətdə saxladıqj 01 (bir) ədəd qara rəngli çantanı yerə qoyub ağzını açıb içərisidə olan 06 (altı) ədəd şəffaf rəngli sellofana bükülmüş bağlamaları təqdim etmişdir. Təhqiqatçı həmin bağlamaları çantanın içərisində çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ona verilən həmin qızılı rəngli “SAMSUNG" markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Axtarış davam etdirilir, bu zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibində isə 06 (altı) manat, yəni, 01 (bir) ədəd 5 (beş) manatlıq, 01 ədəd 1 (bir) manatlıq pul əskinazı və 10 qəpik eləmir pul aşkar olunaraq masanın üzərinə qoyulmuşdur. Təhqiqatçı ondan həmin bağlamaların içərisində nə olduğunu, onları haradan kimdən və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda o, 05 (beş) ədəd bağlamadakı kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana, 01 (bir) ədəd bağlamada olan kütlənin isə narkotik vasitə olan tiryək olduğunu bildirmiş, həmin şəffaf rəngli sellofan bağlamalarda olan kütlələri tanımadığı İran islam Respublikası vətəndaşından mobil telefonun “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışıb həm öz şəxsi istifadəsi üçün narkotik vasitə, həm də pul, qazanc əldə etmək məqsədi ilə alıb başqa yerə aparıb qoyacağı barədə razılaşdığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən bəmin bağlamalara baxış keçirilməsinə başlanılmışdır. Təhqiqatçı 05 (beş) ədəd şəffaf rəngli sellofana bükülmüş bağlamaların hər birini qatlanan bıçaq vasitəsi ilə "kəsib içərisində qurudulmuş marixuanaya bənzər ot kütləsinin olduğunu, digər 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bağlamanı kəsdikdə isə içərisində narkotik vasitə tiryəkə bənzər kütlənin olduğunu müəyyən etmişdir. Daha sonra həmin kütlələrdən qurudulmuş marixuanaya bənzər olanları təhqiqatçı tərəfindən şərti olaraq 1;2;3;4 və 5 nömrələri ilə nömrələmiş, hər biri elektron tərəzi ilə vasitəsi ilə ölçüldükdə müvafiq olaraq çəkilərinin 1,212'kiloqram, 1,241 kiloqram, 1,377 kiloqram, 1,208 kiloqram və 1,462 kiloqram, narkotik vasitə olan tiryəkə bənzər kütlənin çəksinin isə elektron tərəzi ilə ölçülərkən 1,035 kiloqram olması müəyyən olunmuşdur. Bundan sonra təhqiqatçı, üzərindən aşkar olunaraq götürülmüş həmin bağlamaların hər biri ayrı-ayrılıqda məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün üzərini DİN-in 124 saylı möhürü ilə möhürləyib qablaşdırmış, bu barədə protokol tərtib olundu, ona ucadan oxunmuş, sonra qablaşdırılmış bağlamalar təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Bu zaman texniki səbəblərdən çəkiliş aparan ekspert kriminalist tərəfindən çəkiliş dayandırılmış, belə ki, çəkilişin müddəti yaddaş kartının tutumundan artıq olduğu üçün bitmiş, qısa zaman kəsiyində yaddaş kartı yenilənmiş və çəkiliş dərhal dayadığı yerdən davam etdirilmişdir. Həmçinin, üzərindən aşkar olunmuş 01 (bir) ədəd narkotik vasitəsi daşımaq üçün danışıq məqsədi ilə ona verilmiş "Samsung” markalı mobil telefon qablaşdırılması üçün ondan götürülmüşdür. Üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd 5 (beş) manatlıq və 01 ədəd 1 (bir) manatlıq pul əskinazı özünə qaytarılmış, lakin 10 qəpik pul isə saxlanılmışdır. Sonra o, təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığımı bildirmişdir. Bundan sonra video çəkliş dayandırılmışdır. O, üzərində şəxsi axtaışın yalnız bir dəfə video çəkiliş zamanı aparıldığını demişdir. O, üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefonu ona tanımadığı şəxs narkotik vasitənin daşımasında danışıq zamanı istifadə etmək üçün vermişdir. Üzərində hansı mobil nömrə olmasından məlumatı olmamışdır. Danışdığı nömrə İran nömrəsi olmuşdur. O, əvvələr narkotik vastəsinin satışı ilə məşğul olmadığını, birinci dəfə idi ki, belə bir əməl etdiyini demişdir. Bunu pula ehtiyacı olduğu üçün etmişdir.O, İran İslam Respublikasından olan, onunla danışan, lakin şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsindən olan şəxsin kimliyini bilməmişdir. Üzərindən aşkar olunan külli miqdarda narkotik vasitəni, sonradan bir hissəsini pay almaq, belə ki, həm marixuanadan, həm də ki, tiryəkdən 5 qram pay almaq, həmçinin, daşınması və satışı qarşılığında 1.000 manat pul müabilində götürüb üzərində gəzdirmişdir. O, ilk dəfə həmin narkotik vasitəni götürməyi danışıb razılaşdığı, Suqmayıt şəhəri, 6-cı mikrorayonda yerləşən Cümə məscdinin yanında görüşdüyü şəxsi tanımamış, məscidin yanındakı həmin şəxs hündür boylu, 45-50 yaşlarında, orta bədən quruluşlu, əynində göy rəngli cins şalvar, qara uzun qol köynək və qara rəngli gödəkçəsi olmuşdur. Sumqayıt adamına oxşamamış, əvvələr onu görməmişdir. O, külli miqdarda narkotik vasitəni daşıdığı taksi sürücünü tanımamış, həmin taksi maşınını təsadüfən saxlatdırıb Nərimanov klubu tərəfə sürməsini demişdir. Həmin şəxsin onun üzərində külli miqdarda narkotik vasitə olmasından məlumatı olmamışdır.(cild 1, i.v: 75-79; 97-101; 205-206; 219-221; cild 2, iv: 86-89; 130-136) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, X18 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin üzərində gəzdirməsi, saxlaması və satışı barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuş, əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 27 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək, yəni, Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən N.Nərimanov adına klubun yaxınlığında “pusqu" qurub ətraf ərazini müşahidə altına götürmüşlər. Bir qədər sonra 27 aprel Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin ərazidə onu 27 sentyabr 2024-cü il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən N.Nərimanovun heykəlinin yaxınlığında piyada hərəkətə olarkən saxlamışlar. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs saxlanmasının səbəbini bildirib sonuncudan da özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindəki qara rəgli çantada külli miqdarda narkotik vasitə bağlamaları olduğunu bildirmişdir. Həmin yerdə müvafiq şərait olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayıb üzərində şəxsi axtarış aparılması məqsədi ilə sonuncuya onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə getmişlər.. Vəkil dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs qara rəngli idman çantasını çiynindən çıxardıb yerə qoymuşdur. Təhqiqatçı həmin çantanı açdıqda içərisindən ümumilikdə 06 (altı) ədəd qara rəngli üzəri şəffaf rəngli yapışqan sellofanla bükülmüş bağlamanı çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bağlamaların nə olduğunu, haradan əldə etdiyini və məqsədlə üzərində gəzdirdiyini soruşmuş, Təqsirləndirilən şəxs həmin bağlamalardan 05 (beş) ədədinin narkotik vasitə olan qurudulmuş marixuana, 01 (bir) ədədinin isə narkotik vasitə tiryək olduğunu deyib onları istifadəsində olan mobil telefonun “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə tanış olduğu, tanımadığı İran İslam Respublikası vətəndaşından ona göndərilən konum(məkan) üzrə gedib götürdüyünü, götürdüyü yerdən, yəni, Sumqayıt şəhəri, Azərbaycan küçəsində yerləşən “Vida” mərasim evinin arxasından götürüb həmin bağlamaları Sumqayıt şəhəri, H.Əliyev küçəsində yerləşən “Nəriman” klubunun yanına aparıb başqa bir şəxsə verərəcəyini, bunun müqabilində həmin narkotik vasitələrin hər birindən 05 (beş) qram və 500-1.000 manat pul alacağını demişdir, qara rəngli idman çantasının içərisindən aşkar olunmuş 06 (altı) ədəd bağlamalar təhqiqatçı tərəfindən şərti olaraq 1,2,3,4,5,6 kimi qeyd edilərək içərisində yaşıl rəngli spesifik iyə malik bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri olan bağlamalar elektron tərəzi vasitəsi ilə ölçüldükdə bağlamaların hər birinin çəkisinin 1 kiloqramdan çox olması müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində evdən çıxıb idarə etdiyi maşınla Sumqayıt şəhəri, Azərbaycan küçəsi ilə hərəkət edib gündəlik dayandığı yerdə, “Vida” xeyir-şər evinin qarşısında dayanmışdır. Bir neçə dəqiqə dayandıqdan sonra bir nəfər şəxs maşına yaxınlaşıb ondan taksi olub-olmadığını soruşanda o, taksi olduğunu demişdir. Bu zaman həmin şəxs onu Nərimanov klubunun yanına aparmağı demişdir. O, apara biləcəyini demişdir. Həmin şəxs maşına oturandan sonra o, deyilən istiqamətdə yola çıxmışdır. Yol boyu danışmamışdır. Təxminən 6-7 dəqiqə ərzində o, həmin şəxsi, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən Nəriman Nərimanov klubunun yanında çatdırmışdır. Dayanandıqdan sonra həmin maşından düşüb bir qədər getmişdir ki, mülki geyimdə olan polis əməkdaşları həmin şəxsi tutub saxlayıb öz maşınlarına otuzdurmuşlar. Həmin polis əməkdaşlarından biri də onun maşınına oturub Polis İdarəsinə sürməyini demişdir. Ordan birbaşa Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində onun izahatını alıb sərbəst buraxmışlar. O, maşınına oturan şəxsin üzərində külli miqdarda narkotik vasitə olmasından məlumatı olmamışdır. Həmin şəxs onun maşınına oturan zaman üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, narkotik vasitə olması barədə heç nə bildirməmişdir. O, ümumiyyətlə yol boyu həmin şəxslə danışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin X1 əməliyyat müvəkkili, polis mayoru Şahid1, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinin kiçik inspektoru, polis baş serjantı Şahid5, Sumqayıt ŞPİ-nin 1-ci polis Bölməsi əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, Sumqayıt ŞPİ-nin 1-ci polis PB-nin baş əməliyyat müvəkkili Şahid7 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini özlərinə aid hissədə təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinin kiçik inspektoru, polis baş serjantı Şahid5 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir.(i.v 227-230) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ‘‘şəxsi axtarış keçirilməsi barədə” 17 sentyabr 2024-cü il tarixli və “diskə baxış keçirilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli protokollardan görünür ki, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında 01 (bir) ədəd «VİD_20240917_113553» adlı, 203522 KB həcmində, “MP4" formatlı 07 dəqiqə 11 saniyə davam edən fayl olan diskə baxış keçirilərkən müəyyən olundu ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 sentyabr 2024-cü il tarixli protokola əsasən, baxış zamanı həmin tarixdə saat 11:31-dən saat 11:33-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid7, həmin əməliyyat müvəkkili, polis leytenantı Şahid6, video çəkilişi aparan Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru X21 və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxx 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, işsiz, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin xidməti otaqların birində şəxsi axtarış keçirilməsi müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin 1-ci PB-nın təhqiqatçısı, polis mayoru X5 çıxışı ilə başlayır. Təhqiqatçı özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları və müdafiəçi özlərini təqdim edirlər. Təhqiqatçı şübhəli şəxs Oktay Hüseynova nəyə görə saxlanıldığını izah edir və ona hüquq və vəzifələri barədə bildirişi təqdim edir. Şübhəli şəxs Oktay Hüseynov bildirişlə tanış olub heç bir etirazının olmadığını deyir. Bundan sonra təhqiqatçı vəkili təqdim edir, daha sonra təhqiqatçı şübhəli şəxs Oktay Hüseynova üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə psixotrop maddə vardırsa könüllü təqdim etməsini aeyir, şübhəli şəxs Oktay Hüseynov əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə olan kütləni çıxardıb masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı, şübhəli şəxs Oktay Hüseynovun üzərinə şəxsi axtarışı davam etdirir, lakin sonradan sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmur. Sonra təhqiqatçı şübhəli Oktay Hüseynovun üzərindən aşkar olunmuş bükümü açdıqda, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli kütlə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur. Təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütləni, büküldüyü sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəziyə qoyub çəkisini ölçüldükdə çəkisinin 0,35 qram olması müəyyən edilir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Oktay Hüseynovun üzərindən aşkar olunaraq götürülmüş qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırır, qablaşdırılmış zərfin üstü DİN-in 125 nömrəli möhürü ilə möhürlənir, daha sonra təhqiqatçı, müdafiəçi, əməliyyat müvəkkilləri və şübhəli şəxs Oktay Hüseynov tərəfindən imzalanır. Sonra şübhəli şəxs Oktay Hüseynov təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləbənzər kütləni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 (iyirmi) manata aldığını bildirir. Bundan sonra video çəkiliş dayandırılır.cild 2, i.v: 16-17; 59-63) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ‘‘şəxsi axtarış keçirilməsi barədə” 21 sentyabr 2024-cü il tarixli və “diskə baxış keçirilməsi haqqında” 22 sentyabr 2024-cü il tarixli protokollardan görünür ki, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında 01 (bir) ədəd «VİD 20240917 113553» adlı, 598 322 KB həcmində, “MP4” formatlı 06 dəqiqə 18 saniyə davam edən fayl olan diskə baxış keçirilərkən müəyyən olundu ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 21 sentyabr 2024-cü il tarixli protokola əsasən, baxış zamanı həmin tarixdə saat 14:35-dən saat 14:41-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid6, həmin əməliyyat kiçik müvəkkili, polis baş serjantı Şahid5, video çəkilişi aparan Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru X21 və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxxx 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, işsiz, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin xidməti otaqların birində şəxsi axtarış keçirilməsi müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin 1-ci PBnın təhqiqatçısı, polis leytenantı X9 çıxışı ilə başlayır. Təhqiqatçı < özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları və müdafiəçi özlərini təqdim edirlər. Təhqiqatçı şübhəli şəxs Oktay Hüseynova nəyə görə saxlanıldığını izah edir və ona hüquq və vəzifələri barədə bildirişi təqdim edir. Şübhəli şəxs Oktay Hüseynov bildirişlə tanış olub heç bir etirazının olmadığını deyir. Bundan sonra təhqiqatçı vəkili təqdim edir, daha sonra təhqiqatçı şübhəli şəxs Oktay Hüseynova üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə, psixotrop maddə vardırsa könüllü təqdim etməsini deyir, şübhəli şəxs Oktay Hüseynov əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə olan kütləni çıxardıb masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı, şübhəli şəxs Oktay Hüseynovun üzərinə şəxsi axtarışı davam etdirir, lakin sonradan sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmur. Sonra təhqiqatçı şübhəli Oktay Hüseynovun üzərindən aşkar olunmuş bükümü açdıqda, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli kütlə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur. Təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütləni, büküldüyü sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəziyə qoyub çəkisini ölçüldükdə çəkisinin 0.86 qram olması müəyyən edilir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Oktay Hüseynovun üzərindən aşkar olunaraq götürülmüş qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırır, qablaşdırılmış zərfin üstü DİN-in 125 nömrəli möhürü ilə möhürlənir, daha sonra təhqiqatçı, müdafiəçi, əməliyyat müvəkkilləri və şübhəli şəxs Oktay Hüseynov tərəfindən imzalanır. Sonra şübhəli şəxs Oktay Hüseynov təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləbənzər kütləni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 (on) manata aldığını bildirir. Bundan sonra video çəkiliş dayandırılır. ( cild 1, iş vərəqə 181-182; 199-203) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ‘‘şəxsi axtarış keçirilməsi barədə” 27 sentyabr 2024-cü il tarixli və “diskə baxış keçirilməsi haqqında” 28 sentyabr 2024-cü il tarixli protokollardan görünür ki, üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında 02 (iki) ədəd, birincisi “MP4 Video Fayl «20240927_182956»” adlı, 1 867 556.00 KB həcmində, 14 dəqiqə 46 saniyyə davam edən, ikincisi “MP4 Video Fayl «20240927_184546” adlı, 527 019 KB həcmində, 04 dəqiqə 10 saniyədən ibarət faylların olduğu müəyyən olundu. Həmin diskdəki birinci video görüntüyə baxdıqda «şəxsi axtarış və götürmə aparılması haqqında» 27 sentyabr 2024-cü il tarixli protokola əsasən, baxış zamanı həmin tarixdə saat 18:29-dan saat 18:45-dək olan müddət ərzində Sumqayıt NMB-nın əməliyyat müvəkkili, polis mayoru Şahid1, həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, video çəkilişi aparan Sumqayıt ŞPİ-nin KTB-nin inspektor- kriminalisti, polis kapitanı X10 və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X11 iştirakları ilə xx xxxxx 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 11 saylı Cəzaçəkmə müəssisəsinin inzibati binasında pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində, fərdi nömrəsiz evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsində xidməti otaqların birində şəxsi axtarış keçirilməsi müəyyən olunur. Çəkiliş təhqiqatçı, polis polkovnik-leytenantı X2 çıxışı ilə başlayır. Təhqiqatçı özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları özlərini təqdim edirlər. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını izah edir və ona CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə bildirişi təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirişlə tanış olub heç bir etirazının olmadığını deyir. Bundan sonra təhqiqatçı vəkili təqdim edir, daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə vardırsa könüllü təqdim etməsini deyir, bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs sol çiynində asılı vəziyyətdə saxladığı qara rəngli idman çantasını çiynindən çıxardıb yerə qoyur. Təhqiqatçı həmin çantanı açdıqda içərisindən ümumilikdə 06 (altı) ədəd qara rəngli üzəri şəffaf rəngli yapışqan sellofanla bükülmüş bağlamanı çıxardıb masanın üzərinə qoyur. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bağlamaların nə olduğunu, haradan əldə etdiyini və məqsədlə üzərində gəzdirdiyini soruşur, Təqsirləndirilən şəxs həmin bağlamalardan 05 (beş) ədədinin narkotik vasitə olan marixuana, 01 (bir) ədədinin isə narkotik vasitə tiryək olduğunu deyib onları istifadəsində olan mobil telefonun “Watsapp” ani mesajlaşma proqramı vasitəsi ilə tanış olduğu, tanımadığı İran İslam Respublikası vətəndaşından ona göndərilən konum(məkan) üzrə gedib götürdüyünü, götürdüyü yerdən, yəni, Sumqayıt şəhəri, Azərbaycan küçəsində yerləşən “Vida” mərasim evinin arxasından götürüb həmin bağlamaları Sumqayıt şəhəri, H.Əliyev küçəsində yerləşən “Nəriman” klubunun yanında başqa bir şəxsə verərəcəyini, bunun müqabilində həmin narkotik vasitələrin hər birindən 05 (beş) qram və 500-1.000 manat pul alacağını deyir. Sonra təhqiqatçı tərəfindən şəxsi axtarış davam etdirilir, bu zaman təəhqiqtaçı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd qızılı rəngli “SAMSUNG” markalı mobil telefon, sol yan cibindən isə 01 (bir) ədəd 5 manatlıq, 01 (bir) ədəd bir manatlıq və 01 (bir) ədəd 10 qəpik dəmir pul aşkar edərək masanın üzərinə qoyur. Daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış davam etdilir, lakin şübhəli şəxsin üzərindən əlavə heç bir əşya, yaxud, predmet aşkar edilmir. Daha sonra qara rəngli idman çantasının içərisindən aşkar olunmuş 06 (altı) ədəd bağlamalar təhqiqatçı tərəfindən şərti olaraq 1,2,3,4,5,6 kimi qeyd edilərək içərisində yaşıl rəngli spesifik iyə malik bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri olan bağlamalar elektron tərəzi vasitəsi ilə ölçüldükdə müvafiq olaraq 1-ci bağlama 1,212 kiloqram, 2-ci bağlama 1,241 kiloqram, 3-cü bağlama 1,377 kiloqram, 4-cü bağlama 1,208 kiloqram, 5-ci bağlama 1,462 kiloqram olması və içərisində narkotik vasitə tiryəkə bənzər maddə olan bağlama ölçüldükdə həmin bağlamanın çəkisinin 1,035 kiloqram olması müəyyən edilir. Çəkilişin 14 dəqiqə 46-cı saniyəsində texniki səbəblərdən, yəni, çəkiliş cihazının yaddaşının dolması səbəbindən çəkiliş dayandırılır və ikinci 4 dəqiqə 10 saniyədən ibarət həmin video görüntüyə baxdıqda «şəxsi axtarış və götürmə aparılması haqqında» 27 sentyabr 2024-cü il tarixli protokola əsasən, baxış zamanı aşkar edilmiş narkotik vasitələr olan marixuana və tiryək kütlələri və 01 (bir) ədəd “SAMSUNG” markalı mobil telefon cihazı götürülərək müvafiq qaydada hər biri ayrılıqda qablaşdırılır, zərflərin üzəriləri DİN-in 124 nömrəli möhürü ilə möhürlənir, zərflərin üstü təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanır. Pul əskinazları əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs geri qaytarılır. Sonra Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır.(cild 1, i.v: 28-29; 66-69) “Şəxsi axtarış keçirilməsi barədə” və “diskə baxış keçirilməsi haqqında” protokollarda və onlara əlavə edilmiş disklərdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi barədə” 28 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:40-da yaşadığı Sumqayıt şəhəri, H.Əliyev propektində yerləşən N.Nərimanov heykəlinin yaxınlığında piyada hərəkətdə olarkən Sumqayıt ŞPİ-nin NMB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra, üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş və araşdırma materialları ilə birlikdə istintaqa təqdim edilmiş 01 (bir) ədəd gövdəsi qızılı rəngli, arxa orta hissədə “SAMSUNG” markalanma yazısı, arxa yuxarı orta hissədə foto və video çəklişlər aparmaq üçün qurğusu yerləşən, arxa aşağı hissəsində isə “DUOS” markalanma yazısı olan, ön hissəsinin yuxarı, aşağı və yanları qızılı rəngli və ekranı isə qara rəngli şüşə materialından hazırlanmış “SAMSUNG” markalı mobil telefona baxış keçirilərkən, mobil telefonun orta aşağı hissəsində yerləşən düyməsinə toxunduqda ekranda göy rəngli fon göründüyü, daha sonra ekrana toxunmaqla ekranı yuxarı, sağa və sola doğru hərəkət etdirdikdə mobil telefonun işlək vəziyyətə gəldiyi, ekranda aşağı sağ hissədə “menyu” işarəsinin göründüyü, həmin qovluğa daxil olduqda “WA Business” adlı düyməyə toxunduqda proqramın işlək vəziyyətə gəldiyi, “WA Business” proqramının söhbətlər bölməsinə daxil olduqda orda adı +98 971 *** **** qeyd edilmiş şəxslə telefondan istifadə edən şəxsin apardığı danışıqlar barədə məlumatların göründüyü, həmin bölmədə adı Sübhan kimi qeyd edilmiş İran İslam Respublikasında istifadə edilən +98 971 *** **** saylı mobil nömrədən istifadə edən şəxslə mobil telefondan istifadə edən şəxs arasında danışıqların həyata keçirildiyi, həmin danışıqlara baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən aşağıdakı məzmunda səs yazılarının olduğu müəyyən edilmişdir. Həmin yazışmalardan görünür ki, Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 10:56-da Təqsirləndirilən şəxs “WhAtsapp” tətbiqetməsi vasitəsi ilə yazaraq “salam brat netersen, canin başin, yeni nömrə almisan” soruşur, Təqsirləndirilən şəxs isə həmin saatda "salaam baba he tezedi, telfinda tezedi” yazaraq bildirir. Sübhan adlı İran islam Respublikası vətəndaşı 27 09 2024-cü il tarixdə saat 10:57- də Təqsirləndirilən şəxs “Watsapp" tətbiqetməsi vasitəsi ilə yazaraq "yaxşi san canin başın soruşur, Təqsirləndirilən şəxs isə həmin saatda "he baba yaxşı diyende oiurem, hevne tapa bilmirem” yazaraq bildirir. Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 10:58- də Təqsirləndirilən şəxs “Watsapp” tətbiqetməsi vasitəsi ilə yazaraq “niye gaga var gamisinan mende” soruşur, Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 10:50-da, 11:00-da “e baba mande pul me gezir, pulsuz kim like neynir” yazaraq bildirir. Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 11:03- də Təqsirləndirilən şəxs “Watsapp” tətbiqetməsi vasitəsi ilə zəng edir, daha sonra saat 11:04də yazaraq “gaga zeng vur danişag” soruşur, Təqsirləndirilən şəxs saaat 11:05-də ona zəng vurur. Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 11:07- də Təqsirləndirilən şəxs “Watsapp” tətbiqetməsi vasitəsi ilə zəng vurur, daha sonra yazaraq “gaga aç da bunu” soruşur, Təqsirləndirilən şəxs isə saat 11:13-də ona zəng vurur, daha sonra “dediyin kimidiae ladiyek problem ypxdu” yazaraq bildirir. Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 11:14- də Təqsirləndirilən şəxs “Watsapp” tətbiqetməsi vasitəsi ilə zəng vurur, Təqsirləndirilən şəxs isə saat 11:20-də ona “sumqayit olsun mumkuse me baska yere here bilmirem” yazaraq bildirir. Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 11:23- də Təqsirləndirilən şəxs "Watsapp” tətbiqetməsi vasitəsi ilə səsli mesaj göndərərək “qardaşım 5 kilo ot, 5 kilo da qara, atım kişi kimi də işdiyək, mənim malımı konum elə, Sumqayıtda atım, mənim malımı konum elə prda-burda, hər konum elədikcə mən sənə, kart atarsan mən sənin kartına pul vurum, yarım kilo, yarım kilo konum eleyersən” soruşur, Təqsirləndirilən şəxs isə saat 11:24-də ona “menim gozderim usde, ne desen edecem, men kisi kimi iademk isteyirem senen” yazaraq bildirir. Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 11:27- də Təqsirləndirilən şəxs “Watsapp" tətbiqetməsi vasitəsi ilə yazaraq “mende gaga” deyir, Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 11:29-da “senen xeber gpzduyecem” yazaraq bildirir. Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 11:43- də Təqsirləndirilən şəxs “Watsapp” tətbiqetməsi vasitəsi ilə yazaraq “gaga” deyir, Təqsirləndirilən şəxs isə həmin tarixdə və saatda “ay can hacan desen haziram” yazaraq bildirir. Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 11:49- da Təqsirləndirilən şəxs “Watsapp” tətbiqetməsi vasitəsi ilə yazaraq “indi gaga, hazirsan” soruşur, Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 11:56-da “he men hemise haziram” yazaraq bildirir. Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 11:58- də Təqsirləndirilən şəxs “Watsapp” tətbiqetməsi vasitəsi ilə yazaraq "atm konum” soruşur, Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 12:02-də “he sumqayitdayam” yazaraq bildirir. Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 11:58- də Təqsirləndirilən şəxs “Watsapp" tətbiqetməsi vasitəsi ilə yazaraq “atm konum” soruşur, Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 12:02-də “he sumqayitdayam” yazaraq bildirir. Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 12:36- da Təqsirləndirilən şəxs “Watsapp” tətbiqetməsi vasitəsi ilə yazaraq “gaga 5 6 ya atacam hazir ol” soruşur, Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 12:51-də “yaxsi qardaş gozdiyecem” yazaraq bildirir. Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 12:51- də Təqsirləndirilən şəxs “Watsapp" tətbiqetməsi vasitəsi ilə yazaraq “yasi” deyir, daha sonra saat 15:22-də "salam brat” soruşur, Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 16:31-də “salaam baba, sumqayitdayam senen xeber gozleyirem” yazaraq bildirir. Sübhan adlı İran islam Respublikası vətəndaşı xx.xx.2024-cü il tarixdə saat 16:41 - də Təqsirləndirilən şəxs “Watsapp” tətbiqetməsi vasitəsi ilə səsli mesaj göndərərək “yaxsı qardaşım 15 dəqiqəyə götürə bilərsən malı, 15-20 dəqiqəyə” soruşur, Təqsirləndirilən şəxs isə həmin tarixdə saat 16:53-də “he baba quran alaram” yazaraq bildirir. Təqsirləndirilən şəxs xx.xx.2024-cu il tarixdə saat 16:53-də Sübhan adlı İran islam Respublikası vətəndaşına Watsapp” tətbiqetməsi vasitəsi ilə zəng edir: daha sonra həmin tarixdə saat 16:58-də səsli mesaj göndərərək 'baba nə var. nə yox, mənən ее, mən səndən xəbər gözdüyürəm ее mən hazıram, bir dənə mənə xəbər elə də" soruşur, Sübhan adlı İran islam Respublikası vətəndaşı həmin tarixdə saat 17:13-də ona “içərisində külli miqdarda narkotik vasitələr olan qara rəngli çantanın üzərində istiqamətverici işarə olan foto şəkillərini və məkan üzrə yerini” göndərir və “goturdun xeber elee” yazaraq bildirir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:13-də Sübhan adlı İran islam Respublikası vətəndaşına “Watsapp” tətbiqetməsi vasitəsi ilə yazaraq “he babam, gedirem indi, gpturum xeber edirem, me catiram ora, babam seen xeber edecem, amma meni put veziyete qoymada, qadan alamara, gpturum baba Allah send qorusun” bildirir. Mobil telefonun zənglər və SMS-lər siyahısına, eləcə də, Qalereya bölməsinə baxış keçirən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat aşkar edilmədi. Baxış Sumqayıt ŞPİ-nin inzibati binasında saat 16:05-dan 16:30-dək keçirildi. Baxış aparılması zamanı “SAMSUNG” markalı mobil telefondan istifadə olundu, “Watsapp” tətbiqetməsi vasitəsi ilə göndərilmiş müvafiq foto şəkillər, səsli mesajlar və yazışmalar “DVD” diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 01 (bir) vərəqədən ibarət məktuba baxış keçirilərkən məlum oldu ki, həmin məktuba əlavə edilmiş “Mexsusluq tarixchesi” başlıqlı sənəddə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı “Nar” mobil operatoruna məxsus mobil nömrənin Azərbaycan Respublikası, Laçın rayonu, Qarakaha kəndində pasport qeydiyyatda olmaqla yaşayan ƏSƏDOV AZƏR ƏSDAN oğlunun adına olması, mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 10:29:17-də aktivləşməsi müəyyən olunmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, 077 *** ** ** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. Qeyd olunan məktub "möhür” və "imza” ilə təsdiq edilmişdir. Həmin məktubda bundan başqa iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir.(cild 1, i.v: 60-65) “Mobil telefona baxış keçirilməsi barədə” protokolda və ona əlavə edilmiş disklərdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1616 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərilərində AR DİN “Zərflər üçün № 124” möhür əksi, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs /imza/ yazılar olan 05 (beş) qar rəngli polietilen bağlamada ayrı-aynlrqda təmiz çəkilən 1240 qram, 1365 qram, 1325 qram, 1115 qram və 1120 qram, ümumi təmiz çəkisi 6165 qram olan bitki mənşəli kütələlər, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - “qurudulmuş marixuana”-dır. Marixuana (kannabis) 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Marixuana təmiz çəkisi 6165 qram, təhqiqata sərf edildi 0,5 qram (hər obyektdən 01 qram götürüldü), qalıq- 6164,5 qram. (cild 1, i.v: 47-50) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/4737 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərlərində AR DİN “Zərflər üçün № 126” möhür əksi, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs /imza/ yazılar olan zərfdəki 01 (bir) ədəd babğlamada təmiz çəkisi: - 995 qram olan tünd qəhvəyi rəngli, qəntranabənbzər maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - “tiryək”-dir. Tiryək (o cümlədən ekstrasiya edilən) 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Tiryək təmiz çəkisi 995 qram, təhqiqata sərf edildi 3 qram, qalıq - 992 qram.( cild 1, i.v: 51-55) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 sentyabr 2024-cü il tarixli 3-16-16/2-6/4668 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N “125” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan Heroinə bənzər kütlə; N.İmranlı “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,660 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “Heroin”-dir. Qeyd, Heroinin təmiz çəkisi 0,660 qram, təhqiqata sərf edildi 0,050 qram, qalıq 0,610 qram.(cild 1, i.v: 191-195) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 3-16-16/2-6/4614 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N “125” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan Heroinə bənzər kütlə; R.Məhərrəmov “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,253 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “Heroin”-dir. Qeyd, Heroinin təmiz çəkisi 0,253 qram, təhqiqata sərf edildi 0,05 qram, qalıq 0,203 qram.(cild 2, i.v: 30-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli “6786” nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v: 137-138) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli “1695” nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır.(cild 1, i.v: 80-833) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş müvafiq olaraq 0,253 qram və 0,660 qram çəkidə heroin, 05 (beş) ədəd bağlamada ümumi təmiz çəkisi 6165 qram olan narkotik vasitə marixuana və 01 (bir) ədəd bağlama ümumi təmiz çəkisi 995 qram narkotik vasitə tiryək cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin narkotik vasitələrdən tədqiqata müvafiq olaraq 0,050 qram hər iki bükümdəki heroindən, 0,5 qram marixuanadan və 3 qram tiryəkdən sərf edildikdən sonra qalıq qalmış 02 (iki) ədəd bükümdə müvafiq olaraq 0,203 qram, 0,610 qram çəkidə heroin, 6164,5 qram çəkidə marixuana və 992 qram çəkidə tiryək qalması nəzərə alınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(cild 1, i.v 111-117; 225-226; cild 2, iv: 67-68) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Binəqədi rayon Məhkəməsinin 7(001)-832/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.3 və 177.2.4-cü maddəlləri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixli Binəqədi rayon Məhkəməsinin qərarı ilə 01 (bir) ay 26 (iyirmi altı) gün vaxtından əvvəl şərti azad edilib və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır.(cild 1, i.v: 151-153; cild 2, i.v: 143-149) Məhkəmə hesab edir ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmiş hesab olunur. CM-nin 18-ci maddəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin maddənin tələbinə əsasən X14 əməlində cinayətlərin residivi vardır ki, bu hal da cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələblərinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) nəzərə alınmasını imperativ edir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. X14 göstərilən cinayət əməllərini törətdiyi vaxtda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbi ilə müəyyən edilmiş məhkumluğun ödənilməsi müddəti keçmədiyindən onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması, işlə təmin olunacağı ilə bağlı vəd verildiyi üçün narkotik vasitəni barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə “diskə baxış keçirilməsi haqqında” 22 sentyabr 2024-cü il tarixli protokolun qeydə alındığı diskin faylların açılmaması ilə bağlı qeyd edir ki, 01 ədəd diskdə fayllar mövcuddur, lakin həmin faylların açılması texniki cəhətdən mümkün olmamış, həmçinin təqsirləndirilən şəxs qeyd olunan protokolda qeyd olunan məlumatları öz etirafedici ifadəsi ilə təsdiq etmiş, 0, 86 qram narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Ona görə məhkəmə “diskə baxış keçirilməsi haqqında” 22 sentyabr 2024-cü il tarixli protokoldakı məlumatların həqiqiliyini qəbul edərək həmin protokoldakı məlumatları proses iştirakçıları tərəfindən mübahisələndirilmədiyi və həmçinin diskdə məlumatlar texniki imkanlara görə açılmadığı üçün qeyd olunan protokolu da sübut növü kimi qəbul edir. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması, narkotik vasitənin satışı ilə bağlı yazışmaların mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, “marixuana” (kannabis) narkotik vasitəsinin qurudulmuş növünün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram, “tiryək” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 50 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanmaqla 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 (yeddi) ay 18 (on səkkiz) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir.CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. CM-nin 18-ci maddəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-nin 83.3.3-cü maddəsində qeyd edilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin tələbinə əsasən əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxtda cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilməsindən 02 (il) müddət keçmədiyindən onun əməlində cinayətlərin residivi vardır. Cinayətlərin residivi cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələblərinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) nəzərə alınmasını imperativ edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi və cinayətlərin təkrar törədilməs Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkməsinin 29 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. ( cild 2, i/v 7) 19 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. (cild 1, i/v 55-56) Həmçinin, iş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 21 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. ( cild 1, i/v 174) 23 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. (cild 1, i/v 222- 223) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 17 sentyabr 2024-cü il tarixdən 19 sentyabr 2024-cü il tarixədək və 21 sentyabr 2024-cü il tarixdən 23 sentyabr 2024-cü il tarixədək 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,203 və 0,610 qram çəkidə narkotik vasitə heorin, 6164,5 qram çəkidə narkotik vasitə marixuana və 992 qram çəkidə narkotik vasitə tiryək məhv edilməli, 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 329 (üç yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 17 sentyabr 2024-cü il tarixdən 19 sentyabr 2024-cü il tarixədək və 21 sentyabr 2024-cü il tarixdən 23 sentyabr 2024-cü il tarixədək 04 (dörd) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 08 (səkkiz) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsn və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən ayrı-ayrı tarixlərdə aşkar edilərək götürülmüş 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,253 və 0,660 qram narkotik vasitə heroin, 05 (beş) ədəd bağlamada ümumi təmiz çəkisi 6165 qram narkotik vasitə marixuana və 01 (bir) ədəd bağlamada ümumi təmiz çəkisi 995 qram olan narkotik vasitə tiryək məhv edilsin, 04 (dörd) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 329 (üç yüz iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar