Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-236/2022 31.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu(sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmayan, taksi sürücülüyü ilə məşğul olan, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 7, mənzil 99 qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviriəsaslandırıcı hissəsində CM) 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs fiziki şəxs Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış 03.01.2019-cu il tarixli əmək müqaviləsi əsasında Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, köhnə kompressor zavodunun ərazisində yerləşən ərzaq mağazasında inzibatçı vəzifəsində işləyərkən "xxxx" MMC və "xxxx" MMC-dən alınmış mallar müqabilində həmin MMC-lərə ödənilməli olan pulların bir qismini “ASB Bank”-da Zərərçəkmiş şəxs adına olan bank hesabı vasitəsilə köçürmə yolu ilə ödəsə də, 01 yanvar 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövrdə səlahiyyətlərindən istifadə edərək mağazanın qeydiyyat dəftərində 06.07.2020-ci il tarixdə ‘Azərsun Rəşad” adı altında 2000 (iki min) manat, ‘Azərsun Seymur” adı altında 2000 (iki min) manat, “Azərsun Pesok” adı altında 1374.04 (min üç yüz yetmiş dörd manat dörd qəpik) manat və “Azərsun Elşad” adı altında 1000(min) manat, 20.07.2020-ci il tarixdə "Azərsun Rövşən” adı altında 1164,47 (min yüz altmış dörd manat qırx yeddi qəpik) manat, “Azərsun Seymur” adı altında 2000 (iki min) manat, “Azərsun Rəşad” adı altında 2000 (iki min) manat və "Azərsun Elşad” adı altında 2000 (iki min) manat, 27.07.2020-ci il tarixdə “Azərsun Seymur” adı altında 7000 (yeddi min) manat, 03.08.2020-ci il tarixdə “Pesok” adı altında 7000 (yeddi min) manat, 02.09.2020-ci il tarixdə "Azərsun Rəşad (şot/fak)” adı altında 3954,68 (üç min doqquz yüz əlli dörd manat altmış səkkiz qəpik) manat, 10.12.2020-ci il tarixdə “Rövşən" adı altında 4500 (dörd min beş yüz) manat, 11.12.2020- ci il tarixdən 31.12.2020-ci il tarixədək olan dövrdə eyni xarakterli "xxxx" adı altında qeydlər edərək ümumilikdə 5000 (beş min) manat, həmçinin 01.01.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək olan dövrdə eyni xarakterli "Cola Şirin/Kola Şirin" adı altında qeydlər edərək ümumilikdə 1199,63 (min yüz doxsan doqquz manat altmış üç qəpik) manat qeydlərini bilavasitə özü yazıb hər bir qeydin qarşısında imzasını icra etməklə həmin məbləğlərdə pul vəsaitlərinin qeyd olunan MMC-lərə ödənilməsi görüntüsünü yaradıb faktiki olaraq ödəməmiş, ümumilikdə isə 42.192,82 AZN (qırx iki min yüz doxsan iki manat səksən iki qəpik) məbləğində olan satışdan əldə olunaraq kassada toplanmış pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs tərəfindən ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə qəsdən mənimsəmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsi ilə ona irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək göstərdi ki, ittihamın 7.838,25 manatlıq hissəsi ilə razı deyildir, qalan hissəsi ilə razıdır. Həqiqətən də, fiziki şəxs Zərərçəkmiş şəxs məxsus “Qayalı” adlanan marketdə 01.01.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək işlədiyi dövrdə şəxsi ehtiyaclarını ödəmək məqsədi ilə ittihamda göstərilən 50.031,07 manatdan 7.838,25 manatı istisna edilərək qalan məbləğdə mənimsəməyə yol vermişdir. Bu müddətdə pulları "xxxx", “Coca-cola” və "xxxx" şirkətlərindən əvvəlcədən ödəniş edilmədən – nisyə götürülmüş mallara görə guya həmin şirkətlərin mallarını gətirən şəxslərə nəğd şəkildə ödəniş edildiyini barədə müvafiq dəftərdə qeydiyyat aparmaqla göstərməklə mağazadan götürmüşdür. İttihamda göstərilən 7.838,25 manatı mənimsəməmiş, hətta bu məbləğdən 2.000 manatını X1 tərəfindən mağzaya yazılmış cərimə olaraq ödənilməsi üçün şəxsən əlbəəl mağazanın sahibi Bəylər müəllimə verdiyini tam xatırlamışdır. O, ibtidai istintaq zamanı itthamda göstərilmiş 7.838,25 manatında onun tərəfindən mənimsənildiyinm göstərilməsinin mənasını anlamamışdır, sonradan onun tərəfindən götürülmüş məbləğ olaraq qeyd edildiyini öyrənmişdir. Bundan sonra isə həmin məbləğin onun tərəfindən mənimsənilmədiyini aydınlaşdırmışlar, lakin ibtidai istintaq başa mçatdığına görə bunun qeydə alınmasını təmin edə biləmişlər. Vurduğu zərərin 15.000 manatını ibtidai istintaq zamanı, qalan hissəsini məhkəmə baxışı dövründə ödəməklə tam olaraq aradan qaldırmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirəndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə verərək əlavə olaraq göstərdi ki, öz səlahiyyətlərini verdiyi Təqsirləndirilən şəxs tərəfindən mənimsəməyə yol verilmiş, ilkin olaraq bu məbləğin 50.031,17 manat olduğu müəyyən edilmiş, lakin sonradan bu məbləğdən 7.838,25 manatının səhvən hesablandığı, yəni Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmədiyi aydınlaşmışdır. Məhkəmədə çıxış edərkən zərər çəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi vəkil X2 çatışmazlıq kimi müəyyən edilmiş 7.838,25 manatın mağazanın müəyyən xərcləri üçün xərcləndiyini müəyyən etdiklərini qeyd etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verərək X5 göstərdi ki, dostu Zərərçəkmiş şəxs maliyyə işlərinə həmişə kömək etmiş və hesabat aparakən maliyyəbank hesabları ilə aparılmalı olan ödənişlərin nəğd çəkildə edildiyini və bununla da, qarışılıq yarandığını müəyyən etmişdir. Araşdırdıqda isə sənədlərə əsasən 50.031,17 manat mənimsəməyə yol verildiyini aşkar etmişdir. Sonradan qeydiyyatı aparılmayan məbləğdən 2.000 manatının artıq hesablandığı ona da, deyilmişdir. İş üzrə şahidlər "xxxx"MMC-nin təsisatı olan "xxxx"MMC-nin əməkdaşları Şahid3, Şahid4 məhkəmə iclasında və Şahid1 məhkəməyədək icraat zamanı ifadə verərək qeyd edilən mağazanın müdiri olan Təqsirləndirilən şəxs mal verdiklərini, lakin sonuncudan heç vaxt nəğd pul almadıqlarını, təmşil etdikləri hüquqi şəxsin qaydalarına uyğun olaraq aralarında hesablaşmalar bank hesablarına köçürülmələr vasitəsi ilə həyata keçirildiyini göstərmişlər. Zərərçəkmiş şəxs araşdırmaya təqdim etdiyi 23 aprel 2021-ci il tarixdə bağlanmış 08 №-li «Auditor xidməti göstərilməsi barədə» müqaviləyə əsasən Zərərçəkmiş şəxs 01 yanvar 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövr üzrə maliyyə hesabatlarının düzgünlüyünün auditinin nəticəsi barədə hesabata əsasən sonuncunun kassada olan nağd pul vəsaiti 50079,22(əlli min yetmiş doqquz manat iyirmi iki qəpik) manat və cari manat bank hesabında isə 146,17(yüz qırx altı manat on yeddi qəpik) manat, ümumilikdə 50225,39(əlli min iki yüz iyirmi beş manat otuz doqquz qəpik) manat pul olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.01.2022-ci il tarixli, 9/9382 nömrəli məhkəmə ekspert rəyində tədqiqatın nəticəsi olaraq göstərilmişdir ki, Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 50.031,07 manat məbləğində müəyyən edilir. Əmələ gələn çatışmazlıqla bağlı kimin(kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin(kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi mağazanın qeydiyyat dəftərinə baxış keçirilən zaman mağazanın qeydiyyat dəftərində 01 yanvar 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövrdə "xxxx" MMC-dən alınmış mallar müqabilində edilmiş ödənişlərin qeydlərindən görünür ki, 03.01.2020-ci il tarixdə “Azərsun Fuad köhnə borc” adı altında 2000(iki min) manat, 07.01.2020ci il tarixdə “Azərsun Xəlil (köhnə)” adı altında 1500(min beş yüz) manat, 21.01.2020-ci il tarixdə “Azərsun Xəlil (köhnə Xəlil)” adı altında 1150(min yüz əlli) manat, 24.01.2020-ci il tarixdə “Azərsun Xəlil (Fuad)” adı altında 79,70(yetmiş doqquz manat yetmiş qəpik) manat, 18.02.2020-ci il tarixdə “Azərsun Seymur (köhnə borc) Rövşən” adı altında 1500(min beş yüz) manat və “Azərsun Rəşad (köhnə borc) Rövşən” adı altında 1500(min beş yüz) manat, 05.03.2020-ci il tarixdə “Azərsun Rəşad köhnə (Seymur)” adı altında 2000(iki min) manat, 06.03.2020-ci il tarixdə “Azərsun M/X” adı altında 500(beş yüz) manat, 10.03.2020-ci il tarixdə “Azərsun Seymur (şot faktura)” adı altında 3000(üç min) manat, 17.03.2020-ci il tarixdə “Azərsun Rövşən” adı altında 305(üç yüz beş) manat, 30.03.2020-ci il tarixdə “Azərsun Seymur” adı altında 5000(beş min) manat, “Azərsun Rəşad” adı altında 2000(iki min) manat və “Azərsun pesok” adı altında 3000(üç min) manat, 14.04.2020-ci il tarixdə “Azərsun pesok (şot faktura)” adı altında 2450(iki min dörd yüz əlli) manat, 21.04.2020-ci il tarixdə “Azərsun Rəşad (şot faktura)” adı altında 3680,25(üç min altı yüz səksən manat iyirmi beş qəpik) manat, 03.05.2020-ci il tarixdə “Azərsun Rəşad (şot faktura)” adı altında 2035,18(iki min otuz beş manat on səkkiz qəpik) manat, “Azərsun Seymur (şot faktura)” adı altında 1000(min) manat, “Azərsun Elşad (şot faktura)” adı altında 1000(min) manat və “Azərsun Rövşən (şot faktura)” adı altında 1000(min) manat, 19.05.2020-ci il tarixdə “Azərsun pesok (şot faktura)” adı altında 1610(min altı yüz on) manat və “Azərsun Seymur (şot faktura)” adı altında 1435,15(min dörd yüz otuz beş manat on beş qəpik) manat, 29.05.2020-ci il tarixdə “Azərsun Seymur (şot faktura)” adı altında 2533,03(iki min beş yüz otuz üç manat üç qəpik) manat, “Azərsun Rəşad (şot faktura)” adı altında 1500(min beş yüz) manat və “Azərsun Elşad (şot faktura)” adı altında 1500(min beş yüz) manat, 30.05.2020-ci il tarixdə “Azərsun pesok (şot faktura)” adı altında 193,49(yüz doxsan üç manat qırx doqquz qəpik) manat, 29.06.2020-ci il tarixdə “Azərsun Rövşən (şot faktura)” adı altında 944,54(doqquz yüz qırx dörd manat əlli dörd qəpik) manat, “Azərsun Seymur (şot faktura)” adı altında 1500(min beş yüz) manat, “Azərsun Rəşad” adı altında 1500(min beş yüz) manat və“Azərsun Elşad” adı altında 2000(iki min) manat, 06.07.2020-ci il tarixdə “Azərsun Rəşad (şot faktura)” adı altında 2000(iki min) manat, “Azərsun Seymur (şot faktura)” adı altında 2000(iki min) manat, “Azərsun pesok (şot faktura)” adı altında 1374,04(min üç yüz yetmiş dörd manat dörd qəpik) manat və “Azərsun Elşad (şot faktura)” adı altında 1000(min) manat, 20.07.2020-ci il tarixdə “Azərsun Rövşən (şot faktura)” adı altında 1164,47(min yüz altmış dörd manat qırx yeddi qəpik) manat, “Azərsun Seymur (şot faktura)” adı altında 2000(iki min) manat, “Azərsun Rəşad (şot faktura)” adı altında 2000(iki min) manat və “Azərsun Elşad (şot faktura)” adı altında 2000(iki min) manat, 27.07.2020-ci il tarixdə “Azərsun Seymur” adı altında 7000(yeddi min) manat, 03.08.2020-ci il tarixdə “Pesok” adı altında 7000(yeddi min) manat,18.08.2020-ci il tarixdə “Azərsun pesok (şot faktura)” adı altında 6045,24(altı min qırx beş manat iyirmi dörd qəpik) manat, 24.08.2020-ci il tarixdə “Azərsun Seymur (şot faktura)” adı altında 4669,21(dörd min altı yüz altmış doqquz manat iyirmi bir qəpik) manat, 02.09.2020-ci il tarixdə “Azərsun Rəşad (şot faktura)” adı altında 3954,68(üç min doqquz yüz əlli dörd manat altmış səkkiz qəpik) manat, 07.09.2020-ci il tarixdə “Azərsun Elşad (şot faktura)” adı altında 4561,47(dörd min beş yüz altmış bir manat qırx yeddi qəpik) manat, 15.09.2020-ci il tarixdə “Azərsun Pesok (şot faktura)” adı altında 999,80(doqquz yüz doxsan doqquz manat səksən qəpik) manat, 21.09.2020-ci il tarixdə “Azərsun Seymur (şot faktura)” adı altında 4529,49(dörd min beş yüz iyirmi doqquz manat qırx doqquz qəpik) manat, 05.10.2020-ci il tarixdə “Azərsun Seymur (şot faktura)” adı altında 3500(üç min beş yüz) manat, 12.10.2020-ci il tarixdə “Azərsun Rəşad (şot faktura)” adı altında 3500(üç min beş yüz) manat, 26.10.2020-ci il tarixdə “Azərsun Seymur (şot faktura)” adı altında 3085,63(üç min səksən beş manat altmış üç qəpik) manat, 16.11.2020-ci il tarixdə “Azərsun Pesok (şot faktura)” adı altında 2651,61(iki min altı yüz əlli bir manat altmış bir qəpik) manat, 23.11.2020-ci il tarixdə “Azərsun Rəşad (şot faktura)” adı altında 2995,90(iki min doqquz yüz doxsan beş manat doxsan qəpik) manat, 11.12.2020-ci il tarixdə “Azərsun (Pərvin, Məsut)” adı altında 1000(min) manat, 12.12.2020-ci il tarixdə “Azərsun Seymur(Pərvin, Məsut)” adı altında 1000(min) manat, 13.12.2020-ci il tarixdə “Azərsun Seymur(Pərvin, Məsut)” adı altında 1000(min) manat, 14.12.2020-ci il tarixdə “Azərsun Seymur(Eldəniz gold)” adı altında 800(səkkiz yüz) manat, 15.12.2020-ci il tarixdə “Azərsun Seymur(Pərvin gold)” adı altında 1000(min) manat, 16.12.2020-ci il tarixdə “Azərsun Seymur” adı altında 1000(min) manat, 17.12.2020-ci il tarixdə “Azərsun Rəşad(Pərvin apar)” adı altında 1000(min) manat, 18.12.2020-ci il tarixdə “Azərsun Rəşad” adı altında 1000(min) manat, 19.12.2020-ci il tarixdə “Azərsun Rəşad” adı altında 1000(min) manat, 20.12.2020-ci il tarixdə “Azərsun Rəşad” adı altında 1000(min) manat, 21.12.2020-ci il tarixdə “Azərsun Rəşad” adı altında 1000(min) manat, 22.12.2020-ci il tarixdə “Azərsun Rəşad” adı altında 1000(min) manat, 24.12.2020-ci il tarixdə “Azərsun Rəşad(Pərvin Rəhimə)” adı altında 2000( iki min) manat, 26.12.2020-ci il tarixdə “Azərsun Rəşad” adı altında 1000(min) manat, 27.12.2020-ci il tarixdə “Azərsun (Eldəniz apardı)” adı altında 1000(min) manat, 28.12.2020-ci il tarixdə “Azərsun Rəşad” adı altında 1000(min) manat, 31.12.2020-ci il tarixdə “Azərsun Elşad” adı altında 1000(min) manat ödənilmiş kimi qeyd edilmişdir. Baxış keçirilən zaman mağazanın qeydiyyat dəftərində 01 yanvar 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövrdə "xxxx" MMC-dən alınmış mallar müqabilində edilmiş ödənişlərin qeydlərindən görünür ki, 07.01.2020-ci il tarixdə “Cola Şirin (şot faktura)” adı altında 470(dörd yüz yetmiş) manat,05.03.2020-ci il tarixdə “Cola Şirin (şot faktura)” adı altında 1425(min dörd yüz iyirmi beş) manat, 03.04.2020-ci il tarixdə “Cola Şirin” (şot faktura) 1417,98 (min dörd yüz on yeddi manat doxsan səkkiz qəpik) manat, 21.04.2020-ci il tarixdə “Cola Şirin” (şot faktura) 988,68 (doqquz yüz səksən səkkiz manat altmış səkkiz qəpik) manat, 14.05.2020-ci il tarixdə “Kola Şirin” (şot faktura) 839,91 (səkkiz yüz otuz doqquz manat doxsan bir qəpik) manat, 02.06.2020-ci il tarixdə “Kola Şirin” (şot faktura) 908,92 (doqquz yüz səkkiz manat doxsan iki qəpik) manat, 23.06.2020-ci il tarixdə “Cola Şirin” (şot faktura) 479,68 (dörd yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat, 30.06.2020-ci il tarixdə “Kola Şirin” (şot faktura) 1079,16 (min yetmiş doqquz manat on altı qəpik) manat, 08.07.2020-ci il tarixdə “Şirin Kola” (şot faktura) 1034,42 (min otuz dörd manat qırx iki qəpik) manat, 22.07.2020-ci il tarixdə “Cola Şirin” (şot faktura) 876,73 (səkkiz yetmiş altı manat yetmiş üç qəpik) manat, 04.08.2020-ci il tarixdə “Cola Şirin” (şot faktura) 1459,95 (min dörd yüz əlli doqquz manat doxsan beş qəpik) manat, 08.09.2020-ci il tarixdə “Cola Şirin” (şot faktura) 997,28 (doqquz yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) manat, 24.09.2020-ci il tarixdə “Cola Şirin” (şot faktura) 1167,80 (min yüz altmış yeddi manat səksən qəpik) manat, 05.11.2020-ci il tarixdə “Cola Şirin” (şot faktura) 1167,80(min yüz altmış yeddi manat səksən qəpik) manat ödənilmiş kimi qeyd edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.01.2021-ci il tarixli 05/Q1392/70 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladı - 13.11.2019-cu il təvəllüdlü X6 oğlu və 18.06.2021-ci il təvəllüdlü İsmayılov Azər Pərvin oğlu vardır. Cinayət işinə əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 2 ünvanda qeydiyyatda olduğu müddət ərzində onun barəsində 22 saylı MKS-yə yazılı və şifahi şikayət daxil olmamışdır. İşdə olan məhkəmə qərarlarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 29 iyul 2021-ci il tarixli 4(060)-363/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmişdir. Cinayət işində olan qərardan görünür ki, Sumqayıt şəhər prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Fərid Əmirov tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına verilməsi qətimkan tədbiri seçilmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə ittiham aktından və Təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərardan görünür ki, o, CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona belə ittiham irəli sürülmüşdür ki, o, fiziki şəxs Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış 03.01 2019-cu il tarixli əmək müqaviləsi əsasında Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, köhnə kompressor zavodunun ərazisində yerləşən ərzaq mağazasında inzibatçı vəzifəsində işləyərkən "xxxx" MMC və "xxxx" MMCdən alınmış mallar müqabilində həmin MMC-lərə ödənilməli olan pulların bir qismini “ASB Bank”-da Zərərçəkmiş şəxs adına olan bank hesabı vasitəsilə köçürmə yolu ilə ödəsə də, 01 yanvar 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövrdə səalhiyyətlərindən istifadə edərək mağazanın qeydiyyat dəftərində 06.07.2020-ci il tarixdə ‘Azərsun Rəşad” adı altında 2000 (iki min) manat, ‘Azərsun Seymur” adı altında 2000 (iki min) manat, “Azərsun Pesok” adı altında 1374.04 (min üç yüz yetmiş dörd manat dörd qəpik) manat və “Azərsun Elşad” adı altında 1000(min) manat, 20.07.2020-ci il tarixdə "Azərsun Rövşən” adı altında 1164,47 (min yüz altmış dörd manat qırx yeddi qəpik) manat, “Azərsun Seymur” adı altında 2000 (iki min) manat, “Azərsun Rəşad” adı altında 2000 (iki min) manat və "Azərsun Elşad” adı altında 2000 (iki min) manat, 27.07.2020-ci il tarixdə “Azərsun Seymur” adı altında 7000 (yeddi min) manat, 03.08.2020-ci il tarixdə “Pesok” adı altında 7000 (yeddi min) manat, 02.09.2020ci il tarixdə "Azərsun Rəşad (şot/fak)” adı altında 3954,68 (üç min doqquz yüz əlli dörd manat altmış səkkiz qəpik) manat, 10.12.2020-ci il tarixdə “Rövşən" adı altında 4500 (dörd min beş yüz) manat, 11.12.2020- ci il tarixdən 31.12.2020-ci il tarixədək olan dövrdə eyni xarakterli "xxxx" adı altında qeydlər edərək ümumilikdə 5000 (beş min) manat, həmçinin 01.01.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək olan dövrdə eyni xarakterli "Cola Şirin/Kola Şirin" adı altında qeydlər edərək ümumilikdə 1199,63 (min yüz doxsan doqquz manat altmış üç qəpik) manat qeydlərini bilavasitə özü yazıb hər bir qeydin qarşısında imzasını icra etməklə həmin məbləğlərdə pul vəsaitlərinin qeyd olunan MMC-lərə ödənilməsi görüntüsünü yaradıb faktiki olaraq ödəməmiş, həmçinin 01 yanvar 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövrdə mağazanın qeydiyyat dəftərində qeydlər etmədən müxtəlif tarixlərdə 7838,25 (yeddi min səkkiz yüz otuz səkkiz manat iyirmi beş qəpik) manat pul vəsaitini, ümumilikdə isə 50031,07 (əlli min otuz bir manat yeddi qəpik) manat məbləğində olan satışdan əldə olunaraq kassada toplanmış pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs tərəfindən ona etibar edilmiş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə qəsdən mənimsəmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərəkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittham irəli sürərkən 01 yanvar 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövrdə mağazanın qeydiyyat dəftərində qeydlər etmədən müxtəlif tarixlərdə 7.838,25AZN (yeddi min səkkiz yüz otuz səkkiz manat iyirmi beş qəpik) pul vəsaitini mənimsəməsinə dair hissəsi əsaslı deyil, ittihamın qalan hissəsi isə tam sübuta yetirilmişdir. Belə ki, ibtitdai istintaq orqanı Təqsirləndirilən şəxs işlədiyi mağazada 50031,07 manat çatışmazlığın olduğunu müəyyən edib, həmin məbləğdən heç bir qeydiyyat aparılmadan götürlümüş 7.838,25 manat olan hissəsini məhz zərər çəkmişin ehtiyaclarına və ya mağazanın fəaliyyətinin təmin edilməsi üçün zəruri xərclərin ödənilməsinə yönəldilməsinin mümkünlüyü yoxlamamışdır. Qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən ona irəli sürülümüş ittihamda göstərilən bütün məbləği mənimsədiyini etiraf etsə də, ibtidai istintaq zamanı bu məbləğin onun tərəfindən konkret olaraq haraya sərf edildiyi aydınlaşdırılmamış, çartışmamazlıq kimi müəyyən edilən 7.838,25 manatla bağlı isə heç bir qeydiyyat aparılmadığı halda bu məbləğlə bağlı hərhansı zəruri araşdırma aparılmamış, təqsirləndirilən şəxslə zərər çəkmiş şəxsin ifadələrində ittihamın bu hissəsini, təsdiq etmələrini ittihamın həmin hissəsinin əsası kimi qəbul etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs itthamın həmin hissəsi, yəni təqsirləndirilən şəxs tərəfindən dəftərində qeydlər etmədən müxtəlif tarixlərdə götürülmüş 7.838,25 manatla bağlı olan hissəsində mənimsəmə faktının olmamasına, yəni təqsirləndirilən şəxsin tamah niyyəti ilə əvəzsiz olaraq götürmədiyini, yəni mənimsəmədiyini israrla göstərmələri, bu məbləğin zərər çəkmiş şəxsin mənafeyi üçün istifadə edildiyini qeyd etmələri, Təqsirləndirilən şəxs ittihamın bu hissəsi ilə bağlı təqsirli bilinməsi və məhkum olunmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, zərər çəkmiş şəxs onun mağazasının qeydiyyat dəftərində qeydlər etmədən müxtəlif tarixlərdə 7.838,25 manat Təqsirləndirilən şəxs tərəfindən götürülməklə tamah niyyəti ilə qəsdən özününküləşdirməsinə - mənimsənilməsinə dair məhkəməyədək icraat zamanı ifadəsində göstərdiyi xüsusatı təkzib etdiyinə, təqsirləndirilən şəxsdə bu kimi halın baş vermədiyini göstərdiyinə görə, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadəsinin ona qarşı irəli sürülümüş ittihamın 7.838,25 manat hissəsini etiraf etməsi ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, ittihamın həmin hissəsi ilə bağlı təqsirəndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərdiyi etirafedici xüsusatları, yəni məhz tamah niyyəti ilə qəsdən əvəzsiz olaraq onun tərəfindən özününküləşdrilməsi – mənimsənilməsini təsdiq edən başqa sübut müəyyən edilməmiş, zərər çəkmiş şəxsin isə məhkəmə iclasında bunu təkzib etməsi itthamın bu hissəsini tam zəiflətmiş, hətta sonuncunun bu məbləğin onun özünün mənafeyi üçün sərf olunduğunu israrla bildirməsi isə ittihamın bu hissəsinin əsaslı olması qənaətinə gəlməyi istitsna etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş yeganə ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.01.2022-ci il tarixli, 9/9382 nömrəli məhkəmə ekspert rəyindən göründüyü kimi də, əmələ gələn çatışmazlıqla bağlı kimin(kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin(kimlərin) məsuliyyət daşımasını ekspert də, müəyyən edə bilməmişdir. Bu isə onu göstərir ki, həmin ekspert rəyi ilə də, ittihamın 7.838,25 AZN olan hissəsinin əsaslı olması, yəni Təqsirləndirilən şəxs təqsirli olması müəyyən olunmamışdır. Digər tərəfdən isə məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürlümüş ittihamın 7.838,25 AZN-lə bağlı hissəsini təsdiq edən başqa sübutlar olmadığı müəyyənləşdiyinə görə bu ekspert rəyi də, ittihamın həmin hissəsinin əsasını təşkil edə bilməz. Belə olan halda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın 7.838,25 AZN-lə bağlı olan hissəsi sübuta yetirilmiş hesab oluna bilməz. Çünki, Azərbaycan Respubklikası Cinayət Prosessual Məcəlləsinin 126.6cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq sübuta yetirilmiş hesab edilə bilər. Bu Məcəllənin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.12.2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs məxsus mağazanın qeydiyyat dəftərində qeydlər etmədən müxtəlif tarixlərdə 7.838,25 (yeddi min səkkiz yüz otuz səkkiz manat iyirmi beş qəpik) manat pul vəsaitini mənimsəməsinə dair hissəsinin əsaslı olmasına dair heç bir mötəbər sübut mövcud olmadığına görə ittihamın qeyd edilən hissəsi sübuta yetirilmiş hesab oluna və buna görə təqsirləndirilən şəxs məhkum edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş qalan hissəsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə, o cümlədən, onun özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə ekspert rəyi və maddi subatla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə CM-nin 177-ci maddəsinin qeydinə əsasən xeyli miqdar hesab olunan 42.192.82 manat mənimsədiyi tam sübuta yetirildiyinə, ittihamın digər hissəsi isə təsdiq olunmadıgına görə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan 7.838,25 manatla bağlı hissə və bu hissəsi ilə bağlı ifadələr xaric edilməklə təqsirləndirilən şəxsin əməli CM-nin 179.3.2-ci maddəsindən CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilməklə, o, həmin maddələrlə məhkum edilməlidir. Odur ki, məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan “həmçinin 01 yanvar 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövrdə mağazanın qeydiyyat dəftərində qeydlər etmədən müxtəlif tarixlərdə 7.838,25 (yeddi min səkkiz yüz otuz səkkiz manat iyirmi beş qəpik) manat pul vəsaitini,” hissəsi xaric edilir, təqsirləndirilən şəxsin əməli CM-nin 179.3.2-ci maddəsindən CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəməyə verildiyi ittiham daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam ödəməsini, habelə zərər çəkmiş şəxslə barışmasını, həmçinin zərər çəkmiş şəxsin onadan tələb və şikayətinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirlndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 179.2.3 və 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilmə qanuni, əsaslı və ədalətlidir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 179.2.3 və 179.2.4 -cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona cərimə cəzası təyin edilməli, habelə onun 27.07.21 - 04.08.21-ci il tarixlərdə həbsdə olması nəzərə alınaraq, CM-nin 69.4-cü maddəsinə əsasən təyin edilən cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilmiş tövsiyələri nəzərə alır və hesab edir ki, məhz bu hökmlə təqsirləndirilən şəxsə təyin edilən cəza onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədinə nail olmaq mümkündür. Çünki, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə əvvəllər heç vaxt cinayət törətməmiş, habelə zərər çəkmiş şəxslə barışmaqla ona vurulmuş maddi ziyanı tam aradan qaldırmış, himayəsində iki azyaşlı uşağı olan təqsirləndirilən şəxsə daha ağır cəzanın təyin edilməsi hazırda bərqarar olmuş humanizm prinsipinə zidd olmaqla yanaşı qeyd olunan sərəncamda öz əksini tapmış tövsiyələrə və qanunvericiliyin tələblərinə uyğun deyildir. Təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsi də, cəzanın məqsədinə nail olunmağa dair Qanunvericiliyin tələbini təmin edir. Məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyul 2003-cü il tarixli qərarının 2-ci bəndində cəzanın birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməli olması, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılması tövsiyyə edilmiş, hazırda isə təqsirləndirilən şəxsə məhz azalıqdan məhruemtmə cəzasının təyin edilməsinə mütləq zərurət olmasına dəlalət edən hər-hansı halın müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd dəftər cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 -cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6.000(altı min manat) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27.07.21 - 04.08.21-ci il tarixlərdə həbsdə olması nəzərə alınaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən təyin edilən cərimə cəzası yüngülləşdirilsin və qəti olaraq 4.000(dörd min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1(bir) ədəd dəftər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan hökmün surəti Təqsirləndirilən şəxs verildiyi 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: “imza” Rəşad Əliyev Hakimlər: “imza” Hafiz Əliyev “imza” Fəhmin Hümbətov
Məhkəmə qərarları › İş №1(124)-236/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-236/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver