Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-236/2024 04.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X15 (sədrlik edən), X7 və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, X6, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs13, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Fizuli qızına ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs1 2021-ci ilin sentyabr ayında Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində ümumilikdə 75.500 (yetmiş beş min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirdikdən sonra öz cinayətkar əməllərini pərdələmək və sonuncunun ondan şikayət etməsinin qarşısını almaq məqsədi ilə həmin puldan 34.500 (otuz dörd min beş yüz) manatını Zərərçəkmiş şəxs1 üçün almış olduğunu bildirdiyi Sumqayıt şəhəri, Xəzər Bağları ərazisində yerləşən 196/1 saylı torpaq sahəsinin içərisində iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə sərf etsə də, qalan 41.000 (qırx bir min) manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 Fizuli qızına xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 İltifat oğluna ev alqı-satqısı ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncuya məxsus 5.000 manat dəyərində olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən yarım tikili fərdi evini sataraq onun pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq 27 noyabr 2021-ci il tarixdə həmin evi 5.000 manat müqabilində Nigar adlı qadına sataraq, əldə etdiyi gəlirdən 1450 manat pulu Zərərçəkmiş şəxs2 versə də, qalan 3550 manat məbləğində pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs2 İltifat oğluna maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, Beton Zavod ərazisində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs3 2021-ci ilin dekabr ayının 20-də Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Cavid” Ticarət Mərkəzinin yaxınlığında 2000 manat, 2022-ci ilin yanvar ayının 8-də Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən “Dejurni” adlanan yerdə 10000 manat, 2022-ci ilin may ayının 15-də Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən “Nərimanov” klubunun yaxınlığında 2000 manat, həmin ilin may ayının 31-də isə Sumqayıt şəhəri, Beton Zavod ərazisində 3.000 manat, ümumilikdə 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, Beton Zavod ərazisində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs4 2022-ci ilin yanvar ayının 6-da Sumqayıt şəhəri, Beton Zavod ərazisində yerləşən “Eyvaz” marketin yaxınlığında 5.000 manat, həmin ilin yanvar ayının 9-da isə qeyd olunan ünvanda 5.000 manat, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 ev alqı-satqısı ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncuya məxsus 11.000 manat dəyərində olan Sumqayıt şəhəri, Xəzər Bağları ərazisində yerləşən 196/1 saylı 1 sot ölçüdə olan torpaq sahəsini 11.000 manata sataraq onun pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq 24 yanvar 2022-ci il tarixdə həmin evi sataraq, əldə etdiyi gəlirdən 4000 manat pulu Zərərçəkmiş şəxs5 versə də, qalan 7.000 manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, о, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X9 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona şərikli fərdi yaşayış evləri tikib satmaqla külli miqdarda qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində T.Eyyubovdan 12 mart 2022-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllədə 30.000 manat, 15 mart 2022-ci il tarixdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22 saylı evin yaxınlığında 34.000 manat, 05 aprel 2022-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində 20.000 manat dəyərində olan 2006-cı il istehsallı “Kia Sorento” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil, 15 aprel 2022-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Shaurma” restoranın qarşısında sonuncunun yol maşını ilə göndərdiyi 27000 manat pulu, 17 aprel 2022-ci il tarixdə həmin ünvanda 10.000 manat pulu, ümumilikdə 101.000 (bir yüz bir min) manat məbləğində pul vəsaitini və 20.000 (iyirmi min) manat dəyərində maşınını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirdikdən sonra sonuncuda özünə qarşı şübhə yaratmaması və şərikli biznesi apardıqları görüntüsünü yaratmaq məqsədilə cəmi 1000 manat pulu geri qaytararaq zərərçəkmiş X2 miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X4 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində Dövlət ittihamçısıdan 16 mart 2022-ci il tarixdə Sumqayıt şəhəri, Kotec qəsəbəsində, fərdi yaşayış evində 10.000 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş X4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X3 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, Beton Zavod ərazisində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində G.Qədimalıyevadan 2022-ci ilin may ayının 16-da Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən parkda 5.000 manat, 2022-ci ilin avqust ayının 28-də Sumqayıt şəhəri, Beton zavod ərazisində 1.000 manat və 2022-ci ilin sentyabr ayının 20-də G.Qədimalıyevaya təqdim etdiyi hesab nömrəsinə sonuncunun 1.000 manat göndərməsi ilə, ümumilikdə 7.000 (yeddi min) manat məblığində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş X3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs7 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyətinin arxasında yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs7 06 iyun 2022-ci il tarixdə ünvan 3 ünvanında 15.000 manat, 13 iyun 2022-ci il tarixdə həmin ünvanda 3500 manat, ümumilikdə 18.500 (on səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs8 ev alqı-satqısı ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncuya məxsus 50.000 manat dəyərində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən fərdi yaşayış evini sataraq ödənişini sonradan verəcəyinə dair yalan vəd verib aldadaraq həmin evi 15 iyul 2022-ci il tarixdə sataraq 50.000 manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs9 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs9 15 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Dominos Pizza”nın qarşısında 19.300 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs10 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyəti inzibati binasının yaxınlığında fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs10 15 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən sonuncunun yaşadığı fərdi yaşayış evində 10.000 manat, 27 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən çay evində 10.000 manat, ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs14 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs14 28 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində, sonuncuya məxsus fərdi yaşayış evində 30.000 manat, 14 oktyabr 2022-ci il tarixdə isə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən qadın geyimlərinin satışı dükanında 5000 manat, ümumilikdə 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs14 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs11 özünə qarşı yaratdığı inam və etibardan sui-istifadə edərək ödənişini sonradan edəyəcəyinə dair yalan vədlər verib aldararaq Zərərçəkmiş şəxs11 05 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” Ticarət Mərkəzində 01 ədəd Rusiya istehsalı, 85 əyarlı, bir qramı 80 manat olmaqla, 4,15 qram çəkidə, ümumi qiyməti 332 manat ola kişi qızıl üzüyü, 01 ədəd Rusiya istehsalı, 85 əyarlı, bir qramı 80 manat olan, 6,13 qram çəkidə, ümumi qiyməti 490,4 manat olan kişi qızıl sepini, 01 ədəd Rusiya istehsalı, 85 əyarlı, bir qramı 80 manat olan, 6,75 qram çəkidə ümumi qiyməti 540,0 manat olan kişi qızıl boyunbağını, 01 ədəd Rusiya istehsalı, 85 əyarlı, bir qramı 80 manat olan, 6,18 qram çəkidə, ümumi qiyməti 494,4 manat olan kişi qızıl üzüyünü, ümumilikdə 1.856,8 (bir min səkkiz yüz əlli altı) manat 80 qəpik dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs11 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs12 Eldar oğluna ev alqı-satqısı ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncuya məxsus 28.000 manat dəyərində olan Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən fərdi yaşayış evini sataraq ödənişini sonradan verəcəyinə dair yalan vəd verib aldadaraq həmin evi 2022-ci ilin oktyabr ayının əvvəllərində İntiqam adlı şəxsə sataraq əldə etdiyi gəlirdən 8000 manat pulu Zərərçəkmiş şəxs12 ödəsə də, qalan 20.000 (iyirmi min) manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs12 Eldar oğluna xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs13 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, “Simurq” şadlıq evinin yaxınlığında fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs13 15 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq evinin yaxınlığında olan ev alqı-satqısı məntəqəsində 25.000 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs13 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə CM-nin 178.3.2-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ev alqı satqısı ilə məşğul olurdu. Həmçinin vətəndaşlardan müəyyən məbləğdə pul alıb onlara fərdi həyət evi tikib təhvil verirdi. Lakin sonradan işləri alınmadı və hazırki cinayət işində keçən zərərçəkənlərin şikayətinə görə həbs edildi. Əgər həbs olunmasaydı onların da evlərini tikib təhvil verərdi. Makler kimi Zərərçəkmiş şəxs1 evini satıb. Onun evini 75000 manata satandan sonra həmin pulla Xəzər bağlarından Zərərçəkmiş şəxs5 41000 manata torpaq almaq barədə danışıblar. Həmin torpaqda 34000 manata ev tikdirib. Lakin sonradan sənədləşdirmə işlərini alındıra bilmədiyindən həmin torpaq da, ev də Zərərçəkmiş şəxs5 sahibliyində qalıb. Zahidlə aralarında olan razılığa əsasən o evi tikib tam təhvil verdikdən sonra torpağın pulunu ona ödəyəcəyini demişdir. Günay üçün evin tikintisinə onun öz iştirakı və nəzarəti ilə 34.000 manat pul sərf etmişdir. Əslində onun Zahidə 5000 manat borcu qalmışdır. Lakin daha sonra tutulduğundan evin tikintisi yarımçıq qalmış və Zahid Günayı onun üçün tikdiyi fərdi yaşayış evinə buraxmamışdır. 75.000 manat pulun müqabilində o Günay üçün 34.000 manat fərdi yaşayış evinin tikintisinə xərcləmiş və ona cəmi 41.000 manat borcu qalmışdır. 2018-ci ilin avqustunda Zərərçəkmiş şəxs2 Sumqayıt şəhər, S.Vurgun küçəsi, Xəzər bağlarında yarım tikili vəziyyətdə 3 otaqlı evi 1900 manata satmışdır. Vüsal həmin evi anasının adına sənədləşdirmişdir. 2021-ci ilin noyabr ayında Vüsala zəng edib həmin evi satmağı təklif etmişdir. Vüsal ona onsuz evi təmir etdirmək üçün maddi imkanın olmadığını deyib evi ona satmağa razı olduğunu demişdir. Sumqayıt şəhər, H.Əliyev prospektində yerləşən N.Nərimanov klubunun qarşısında Vüsalla görüşüb ondan həmin evi 5000 manata almağa razılaşmışdır. Razılaşdıqları gün o Vüsala pul verməmiş və həmin evi təmir edib satdıqdan sonra ona çatan 5000 manat pulu verəcəyini bildirmişdir. 2021-ci ilin dekabr ayında o Vüsala 300 manat pul vermişdir. Vüsal ara-sıra ona zəng edib pula ehtiyacının olduğunu bildirdiyi üçün o Vüsala beh də daxil ümumilikdə 1450 manat pul vermişdir. Maddi sıxıntılar yaşadığından Vüsaldan almış olduğu torpağı 5.000 manat müqabilində başqa şəxsə satmışdır. Lakin qalan pulu Vüsala verə bilməmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 ondan ev tapmasını xahiş etmişdir. O Xatirəyə ev almaq əvəzinə ev tikdirməyi məsləhət görmüşdür. Xaitərə razılaşmışdır. Xatirə ilə torpaqla birlikdə evi tikməyi 42.000 manata razılaşmışlar. O isə Xatirəyə təklif etmişdir ki, ilkin olaraq ona 17.000 manat pul versin, o həmin pulla evin tikintisi başa çatdırsın, qalan 25.000 manat pulu isə ona evi təhvil verdikdən sonra hər ay 500 manat olmaqla aybaay ödəyər. Həmin vaxt bir neçə nəfər şəxsə borcu olduğundan Xatirədən alacağı pulla həmin borcların bir qismini ödəmək istəyirdi. Xatirə onunla razılaşıb 2022-ci ilin dekabr ayında ona Sumqayıt şəhərindəki "Cavid" Ticarət Mərkəzinin yaxınlığında 2.000 manat pul vermişdir. Bundan təxminən 15-20 gün sonra Xatirə ona Sumqayıt şəhəri, 19-cü məhəllə ərazisində yerləşən "Dejurni" adlanan yerdə 10.000 manat pul vermişdir. Bundan sonra o Xatirəyə qısa müddət ərzində tikinti işlərinə başlayacağını desə də, Xatirədən aldığı pulları xərcədiyi üçün tikintiyə başlaya bilməmişdir. 2022-ci ilin may ayında əlinə pul düşdüyündən və tikintiyə başladığından Xatirəyə zəng edib bu barədə məlumat vermişdir. Xatirə özü də gedib tikintinin başladığının şahidi olmuşdur. Bundan sonra o ilkin olaraq 17.000 manata razılaşdıqlarını Xatirəyə xatırladıb qalan pulu da verməsini istəmişdir. May ayının 15-də Sumqayıt şəhəri, "Nərimanov" klubunun yaxınlığında 2.000 manat pulu Xatirədən almışdır. Xatirə ona 2.000 manatı verǝrǝkǝn o Xatirədən qalan 3.000 manat pulu da istəmişdir. Xatirə isə olan razılığa əsasən tikintini tam yekunlaşdırmayana kimi 3.000 manatı ona verməyəcəyini demişdir. 2022-ci ilin may ayının 31-də Xatirə tikinti gedən yerdə olarkən o da həmin yerə getmiş və Xatirəyə tikintinin artıq yekunlaşmaq üzrə olduğunu, ustaların evin damını vurduqlarını və ustalara maaş verməli olduğunu deyib qalan 3.000 manat pulu da istəmişdir. Xatirə evə gedib 3.000 manat pulu götürüb Sumqayıt şəhəri, Betonzavod arazisində onun üçün tikilməkdə olan fərdi yaşayış evinin yanına qayıtmış və pulu orada ona vermişdir. Bundan sonra o evin təmiri və digər işləri gördürməyə başlamışdır. Xatirə ilə aralarında olan razılığa əsasən o həmin evi oktyabr ayının 25-də təhvil verməli idi. Sonradan tutulduğu üçün pul tapıb tikintini yekunlaşdıra bilməmişdir. Həmçinin həmin evi, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra öz iradəsı əsasında borcu olduğu Tofiqə vermişdir. Çünki Tofiqə borcu çox idi və artıq Tofiq onun barəsində polisə şikayət etmişdir. O Zərərçəkmiş şəxs3 onun üçün ev tikəcəyi adı ilə 17.000 manat pul almışdır. Həmin pula ev tiksə də, Tofiq adlı şəxsə borcu olduğundan Xatirə üçün tikdiyi evi Tofiqə vermişdir. Zərərçəkmiş şəxs4 2022-ci ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhəri Beton Zavod ərazisində yerləşən torpaq sahəsində 1 mərtəbəli, 3 otaqdan ibarət ev tikə biləcəyini demişdir. Onunla 40.000 manata razılaşmışlar. Tellidən hissə hissə 10000 manat alsa da onun evini tikə bilməmişdir. Onun Zərərçəkmiş şəxs4 10.000 manat borcu var. 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs5 onunla görüşüb oğlu Sabir Abdullayevə ev almaq istədiyi üçün özünə məxsus olan Sumqayıt şəhəri, Xəzər bağları ərazsində yerləşən 196/1 saylı 6 sot ölçüdə olan torpaq sahəsini satmaq istədiyini demişdir. O Zahidlə həmin torpağı 55.000 manata razılaşmışlar. Zahidin həmin torpaq sahəsində özünə məxsus fərdi yaşayış evi də var idi. O Zahidə yanvar ayında 3000 manat pul beh vermişdir. Bundan 10 gün sonra o Zahidə əlavə olaraq 1.000 manat da pul vermişdir. Onun Zahidlə aralarında olan razılığa əsasən o torpaq sahəsində evlər tikib sataraq pulu Zahidə tam ödədikdən sonra Zahid torpaq sahəsində olan öz evindən çıxaraq, həmin evi də ona təhvil verməli idi. O ilk başdan tam olaraq Zahidə məbləği ödəmədiyi üçün Zahid ona torpaq sahəsinə dair heç bir sənəd verməmişdir. O Zahidə beh verdikdən sonra torpaq sahəsinin 1 sotunu 11.000 manata satmışdır. Satdığı torpaq sahəsində alan şəxs özünə ev tikib içərisində yaşamağa başlamışdır. Zahid torpaq sahəsində evin tikilib içərisinə yaşayışın olduğunu gördüyü üçün ondan pulunu istəməyə başlamış, o isə Zahidə evi alan şəxsin pulu tam olaraq ödəmədiyini deyərək pulu aldıqdan sonra onun da pulunu verəcəyini bildirmişdir. Bundan sonra Zahiddən aldığı torpaq sahəsinin digər hissəsində olan evin fundamentinin üzərində yeni ev tikmǝyǝ başlamışdır. Sonuncu dəfə Zahidlə danışdığı zaman o Zahidə oktyabr ayının sonunadək onun pulunu verəcəyini bildirmişdir. Lakin həmin müddət də gəlib keçsə də, o Zahidə verməli olduğu pulu verə bilməmişdir. O Zahidin torpaq sahəsində Zərərçəkmiş şəxs1 üçün 2 mərtəbli fərdi yaşayış evinin tikintisinə başlamış və tikintiyə 34.000 manat pulu elə Günayın iştirakı ilə sərf etmişdir. Bundan sonra o polis əməkdaşları tərəfindən tutulduğundan Zahid Zərərçəkmiş şəxs1 üçün tikdiyi evə onu buraxmamışdır. O Zahiddən torpaq sahəsini 55.000 manata alıb, həmin pulun 4.000 manatını ona ödəmişdir, Zahid hazırda həmin torpaq sahəsində öz evində yaşayır, Zərərçəkmiş şəxs1 üçün tikdiyi evi də özünə götürərək Günayı həmin torpaq sahəsinə buraxmır. Onun Zahidə 7.000 manat borcu var. X6 qardaşı ondan ev almış və beləcə onun Tofiqlə də münasibəti yaranmışdır. O, 2022-ci ilin mart ayında Tofiqə təklif etmişdir ki, şərikli ev tikib satışını həyata keçirsinlər. Tofiq də onunla razılaşmış və ilkin olaraq mart ayında Tofiq ona 30.000 manat pul vermişdir. Bundan sonra o, Tofiqə əlavə torpaq sahələrini tapdığını deyib ondan 38.000 manat istəmiş, həmin gün Tofiq ona 34.000 manat pul vermişdir. Tofiq Eyyubovdan da aldığı pulların böyük hissəsini borclu olduğu Məhərrəmə verdiyindən onun işlərində axsamalar olurmuş. Həmin ilin aprel ayında o, Tofiqin mobil telefonuna zəng edərək torpaq sahəsi almaq istədiyini və buna görə pula ehtiyacının olduğunu deyib. Tofiq isə pulunun olmadığını yalnız “Kia Sorento” markalı avtomobilinin olduğunu demişdir. Həmin gün Samir adında Tofiqin qohumu “Kia Sorento” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili ona gətirmiş, Tofiq Samirə etibarnamə verdiyindən Tofiqin avtomobilini 20.000 manat müqabilində satmışdır. Həmin ay onun təkidi ilə Tofiq ona Rusiyadan 27.000 manat pul göndərmişdir. Daha sonra o, Tofiqdən təmir adı ilə 2.000 manat da pul almışdır. Tofiqdən aldığı 121.000 manat puldan 1.000 manat pulu onun özünə qaytarmış, qalan 120.000 manat pulun qarşılığında isə ona Sumqayıt şəhərində 4 otaqlı təmirsiz ev vermişdir. X24 80.000 manat borcu qalmışdır. 2022-ci ilin mart ayında Sonagül ona fərdi yaşayış evi tikdirmək istədiyini demişdir. O Kotec qəsəbəsində olan evi Sonagülə göstərmişdir. Həmin evin təmiri tam yekunlaşmasa da, Sonagül evi bəyənmiş və o Sonagüllə həmin evi öz aralarında 27.000 manata razılaşmışdır. Sonagül həmin gün ona 10.000 manat pul vermişdir. Daha sonra Sonagül ona daha 14.000 manat pul vermişdir. Onların razılığına əsasən qalan 3.000 manatı Sonagül evi ona tam təhvil verdikdən sonra ödəyəcək. Onun pula ehtiyacı olduğundan həmin pulu bir neçə dəfə Sonagül Məmmədovadan istəsə də, Sonagül ona həmin pulu verməmişdir. Bundan sonra əlində pul olmadığından evi yekunlaşdırıb Sonagül Məmmədovaya təhvil verə bilməmişdir. Sonagül hər gün ona zəng edib onu tutduracağı ilə hədələdiyi üçün aprel ayında Sonagülə 14.000 manat pul qaytarmışdır. Qalan 10.000 manat pulu qısa müddət ərzində qaytaracağına söz versə də, qaytara bilməmişdir. X5 ona torpaq sahəsi alıb orada ev tikmək istədiyini bildirdiyi üçün o Günelə bir neçə torpaq sahəsi göstərmişdir. Lakin Günel həmin həmin torpaq sahələrini bəyənməmişdir. Bundan sonra o Günelə təklif etmişdir ki, torpaq sahəsini özü tapıb alsın, evin tikintisini isə ona həvalə etsin. Onun Günellə aralarında olan razılığa əsasən o, Günelə 45.000 manat müqabilində 1 mərtəbəli, 4 otaqlı, orta təmirli ev tikib təhvil verməli, Günel isə ilkin ödəniş olaraq ona 7.000 manat pul verməli, qalan pulu isə aybaay 1.000 manat olmaqla ödəməli idi. 2022-ci il tarixdə Günel ona zəng edərək Sumqayıt şəhəri, Betonzavod ərazisində torpaq sahəsi aldığını deyib ondan evin tikintisinə başlamasını xahiş etmiş, o da Günellə razılaşmışdır. O Günellə 2022-ci ilin may ayında Sumqayıt şəhərində parkda görüşmüş və ilkin olaraq Günel ona 5.000 manat pul vermişdir. Bundan sonra Günellə avqust ayında Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən torpaq sahəsində görüşmüş və orada Günel ona 1.000 manat pul vermişdir. Bundan sonra o, sentyabr ayında Günelə zəng edib qalan 1.000 manat pulu verməsini istəmiş, Günel onun verdiyi kart hesabına 1.000 manat pul göndərmişdir. Lakin həmin vaxt xeyli borcu olduğundan Güneldən almış olduğu pulları borclarına xərcləmiş və Günelə verdiyi vədi tuta bilməmişdir. 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs7 üç yerdə olan torpaq sahəsi göstərmiş, yerlərdən biri, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində N sota yaxın torpaq sahəsi olmuşdur. O Sevdaya bildirmişdir ki, həmin torpaqda ən geci iki ay müddətində ümumilikdə 41000 manata 3 otaqlı, tam təmirli ev tikib ona təhvil verə bilər. Sevda onunla razılaşmışdır. O, 2022-ci ilin iyun ayında Sevdanın kirayə yaşadığı evdə Sevda ilkin olaraq ona 15000 manat pul vermişdir. Bundan sonra Sevda əlavə olaraq ona 3500 manat pul vermişdir. Sevdaya ümumilikdə 41000 manata 3 otaqlı evi tikib təhvil verəcəyini vəd verib işlərə başlamaq üçün 18500 manat pul alsa da, vədinə əməl edə bilməmişdir. Bundan əlavə 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs8 Sumqayıt şəhəri, Kimyacılar qəsəbəsindəki fərdi yaşayış evini sataraq Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində özü üçün fərdi yaşayış evi tikdirmək istərmişdir. O, Zərərçəkmiş şəxs8 həmin evi özünün satmasını, əldə olunan pulla ona istədiyi evi Yaşıl Dərə yaşayış massivində tikməsini təklif etmişdir. Aybəniz onunla razılaşmış və evi ona təhvil vermişdir. O, həmin evi 50.000 manata satsa da, həmin puldan 10000 manatını Aybənizə vermişdir. Həmin vaxt həddən artıq çox sayda insanlara borcu olduğundan Zərərçəkmiş şəxs8 evinin pulu ilə həmin şəxslərin bir qisminə pul ödəmiş, digər qisminin isə evlərinin tikintisi və ya təmirinə xərcləmişdir. Onun Zərərçəkmiş şəxs8 40.000 manat borcu vardır. 2022-ci ilin ilin sentyabr ayında o, Asimə zəng edərək Sumqayıt şəhəri, Betonzavod ərazisində fərdi yaşayış evinin olduğunu və həmin evi satmaq istədiyini bildirmişdir. Asim tanışı Ceyhun adlı şəxslə birlikdə onun dediyi evə baxmağa getmişlər. Ceyhun həmin evə görə 15.000 manat ödəyə biləcəyini dedikdə o, Ceyhunla razılaşmamışdır. Bundan təxminən 1 həftə sonra o Asimə yenidən zəng edərək həmin evin tikintisini və təmirini başa çatdırmaq üçün əlavə 20.000 manat pula ehtiyacının olduğunu demişdir. Onun Asimlə aralarında olan razılığa əsasən Asim ona 20.000 manat pul verəcək, o həmin evin tikintisini və təmirini başa çatdırdıqdan sonra həmin evi satıb onun pulunu əlavə xeyirlə birlikdə Asimə qaytaracaq. Razılaşmalarına əsasən Asim ona 19.300 manat pul vermişdir. Lakin Asimdən aldığı pulu evin təmirinə deyil, digər borclarına xərclədiyi üçün Asimə verdiyi vədə əməl edə bilməmişdir. Onun Zərərçəkmiş şəxs9 19.300 manat borcu vardır. Zərərçəkmiş şəxs10 2022-ci sentyabr ayında Eyvaz adlı makler vasitəsilə tanımışdır. O, Rafiqə Sumqayıt şəhəri, Beton Zavod ərazisində olan bir neçə torpaq sahəsini göstərib, göstərdiyi torpaq sahələrində ona ev tikə biləcəyini demişdir. Rafiq həmin torpaq sahələrindən Sumqayıt şəhəri, Qubadlı rayonu İcra Hakimiyyətinin qarşısında olan torpaq sahəsini bəyənmişdir. O, Rafiqlə həmin torpaq sahəsində evin tikintisini 40.000 manata razılaşmışdır. Rafiq ona özündə evin tikintisi üçün materialların olduğunu deyib, həmin materialların pulunu evin tikintisi pulundan çıxarılmasını xahiş etmiş, o isə həmin materiallara görə evin pulundan 3.000 manat çıxa biləcəyini demişdir. Bundan sonra o, Eyvazla birlikdə Rafiqin yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki fərdi yaşayış evinə getmişdir. Evdə Rafiq ona 10.000 manat pul vermişdir. Daha sonra o, Rafiqə zəng edərək əlavə 10.000 manat pula ehtiyac olduğunu və oktyabr ayında müvafiq qurumlardan icazə aldıqdan sonra tikinti işlərinə başlayacağını bildirmiş, Rafiq də o və Eyvazla görüş zamanı ona əlavə 10.000 manat pul vermişdir. Həmin vaxt Eyvaz öz mobil telefonu vasitəsilə çəkiliş aparmışdır. Onun Rafiqi aldatmasını Eyvaz bilməmiş, yalnız makler pulu olaraq o Eyvaza 500 manat pul vermişdir. Rafiqdən aldığı 20.000 manat pulu öz işlərinə xərcləmiş və həmin pulun qarşılığında Rafiq üçün heç bir iş görməmişdir. 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs14 ona zəng edərək ev tikdirmək istədiyini bildirmişdir. O Arzu ilə görüşüb ona Sumqayıt şəhəri, Betonzavod ərazisində tikdirdiyi evi göstərmişdir. Arzu həmin evi bəyəndiyini bildirmiş və o, həmin evi 38.000 manata sata biləcəyini demişdir. Arzu onunla razılaşmış və ona ilkin olaraq 1.000 manat beh vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs14 yaşadığı evdə 29.000 manat, daha sonra isə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən qadın paltarları satılan dükanda 5.000 manat pul almışdır. Onun Zərərçəkmiş şəxs14 ümumilikdə 35.000 manat borcu var. Uzun müddətdir tanıdığı, pərakəndə qızıl alışı və satışı ilə məşğul olan Zərərçəkmiş şəxs11 bir neçə dəfə nisyə olaraq qızıl almış və dediyi müddətdə qızıl pulunu ona çatdırmışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində maddi sıxıntıları olduğundan Ruslandan yenidən nisyə qızıl götürmək fikrinə düşmüşdür. Ruslanla aralarında çox alışveriş olduğundan Ruslan ona inanmış və buna görə də yenidən ona nisyə qızıl verməyə razı olmuşdur. O, Ruslandan ümumilikdə 2210 manat dəyərində olan qızıl əşyalarını nisyə olaraq almışdır. Həmin qızılları tanımadığı şəxslərə satıb əldə etdiyi pulu borclu olduğu şəxslərə vermişdir. Onun Ruslana 2.210 manat borcu var. 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs12 ona Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən özünə məxsus topraq sahəsində fərdi yaşayış evinin olduğunu və həmin evi satmaq istədiyini demişdir. O evə baxdıqdan sonra qısa müddət ərzində həmin evi 28.000 manata satmışdır. O Zərərçəkmiş şəxs12la görüşən zaman Anara 8.000 manat pul verərək, həmin pulu müştərinin beh olaraq verdiyini, evi ümumilikdə 28.000 manata satdığını və qalan 20.000 manat pulu oktyabr ayının sonunadək müştərinin tam şəkildə ödəyəcəyini demişdir. Çünki həmin vaxt Anarın evinə görə aldığı 20.000 manat pulu borclu olduğu şəxslərə vermişdir. Anar ona inandığı üçün onunla razılaşaraq 8.000 manat pulu götürmüş və evin açarlarını ona təhvil vermişdir. Onun Zərərçəkmiş şəxs12 20.000 manat borcu var. 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs13 öz üçün ev almaq istəyirmiş. O, Sumqayıt şəhəri, Xəzər bağlarında özünə məxsus olan torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evini Esmira və əri Akifə göstərmiş və onlar həmin evi bəyənmişlər. Həmin vaxt evin tikintisi tam başa çatmadığı üçün onlar şifahi razılaşmışlar ki, evin təmirini tam başa vurduqdan sonra məbləği tam ödəyəcəklər. Beləliklə, həmin evin satışını 75.000 manata razılaşmışlar. O, Esmiraya evi tam başa çatdırmaq üçün pulunun olmadığını deyib, ilkin olaraq 25.000 manat verməsini istəmiş, Esmira razılaşmış və Esmira əri Akifin və bacısı Elviranın iştirakı ilə, həmçinin ev alqı-satqısını həyata keçirən Gündüzün özünə məxsus telefonla çəkdiyi videogörüntü əsasında 25.000 manat pulu ona vermişdir. Qalan 50.000 manat pulu evin təmirini tam başa çatdıqdan sonra ödəyəcəklərinə dair razılaşmışlar. Zərərçəkmiş şəxs13 aldığı 25.000 manat pulun müqabilində heç bir iş görməmiş, aldığı pulları özünə xərcləmişdir. Onun Zərərçəkmiş şəxs13 25.000 manat borcu var. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs makler kimi təxminən 7 il əvvəl qardaşına ev aldığı zaman tanıyıb. Təxminən 4 il əvvəl Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən 3 otaqlı fərdi evi Elməddin vasitəsi ilə 38000 manata satıb və həmin pulu özünə götürüb. Bundan sonra Elməddin vasitəsilə Sumqayıt şəhəri, Yaşıldǝrə bağları ərazisində 18000 manata torpaq sahəsi alıb və həmin torpaqda ev tikdirib. 2021-ci ilin sentyabr ayında öyrənib ki, Elməddin həmin evi 75.000 manata başqa şəxsə satıb. Elməddin ondan şikayət etməməsini, əvəzində isə ona başqa ərazidə torpaq alıb ev tikəcəyini bildirdiyindən və Elməddin onun qardaşının dostu olduğundan o, Elməddinlə razılaşıb. Razılaşmalarına əsasən, 2021-ci ilin oktyabr ayında Elməddin onun və bacısı Aygünün iştirakı ilə 41.000 manat pulu Sumqayıt şəhəri, Xəzər bağları, Simurq şadlıq sarayının arxa tərəfində olan torpaq sahəsinin sahibi Zahidə verib və həmin torpaq sahəsində onun üçün fərdi yaşayış evinin tikintisinə başlayıb. Evin tikintisinə başlasalar da, bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən həbs edilib. Daha sonra ev tikilən torpaq sahəsini aldıqları Zərərçəkmiş şəxs5 ona deyib ki, həmin ev onun deyil. Onun Elməddindən heç bir tələb və şikayəti yoxdur. Çünki Elməddin həqiqətən də, onun üçün torpaq sahəsi də alıb, ev tikintisinə da başlayıb, lakin Zahid onu həmin evdə yaşamağa qoymur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, Beton Zavod ərazisində torpaq sahəsi alması və həmin torpaqda 4 otaqlı ev tikməsi üçün makler kimi tanıdığı Elməddinlə razılığa gəliblər və Elməddin bunun qarşılığında ona cəmi 45000 manat pul lazım olduğunu deyib. Razılaşmalarına əsasən o, Elməddinə ilkin olaraq 17000 manat pul ödəyib. həmin pulu Elməddinə hissə-hissə verib. Qalan məbləği isə evin tikintisi başa çatdıqdan sonra aylıq hissə hissə Elməddinə ödəyəcəyi barədə əvvəlcədən razılaşıblar. Elməddinə 17000 manatdan əlavə pul verməyib. o, özü həqiqətən də aldıqları torpaq sahəsində tikinti aparıldığının şahidi olub, 17000 manat pulun bir hissəsini həmin tikintinin yanında Elməddinə verib. Lakin 2022-ci ilin oktyabr ayının 15-dən sonra o, Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilməyib. bundan sonra o, özü üçün tikilən evə getdikdə orada Tofiq adlı şəxslə görüşüb və Tofiq Təqsirləndirilən şəxs ona olan borcları qarşılığında həmin evi ona verdiyini və sənədləri də onun adına keçirdiyini deyib. Ona 17000 manat məbləğində ziyan vurduğu üçün Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, Beton Zavod ərazisində torpaq sahəsi alması və həmin torpaqda 3 otaqlı ev tikməsi üçün makler kimi tanıdığı Elməddinlə razılığa gəliblər və Elməddin bunun qarşılığında ona cəmi 40000 manat pul lazım olduğunu deyib. Razılaşmalarına əsasən o, Elməddinə ilkin olaraq 10000 manat pul ödəyib. Həmin pulu Elməddinə 2 dəfəyə, hər dəfəsində 5000 manat olmaqla verib. Qalan məbləği isə evin tikintisi başa çatdıqdan sonra aylıq hissə hissə Elməddinə ödəyəcəyi barədə əvvəlcədən razılaşıblar. Elməddinə 10000 manatdan əlavə pul verməyib. Sumqayıt şəhəri, Beton Zavod ərazisində onun üçün alınmış torpaq sahəsini görüb, lakin orada tikinti işləri həyata keçirilməyib. Ona 10000 manat məbləğində ziyan vurduğu üçün Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs Xəzər bağları ərazisində ev tikib satması ilə əlaqədar makler kimi tanıyıb. 2021-ci ilin dekabr ayında ev almaq istədiyi üçün özünə məxsus olan Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 6 sot ölçüdə olan torpaq sahəsini satmaq qərarına gəlib və bu məqsədlə Elməddinə müraciət edib. Elməddin də ondan həmin torpağı 55.000 manata almağa razı olduğunu, lakin həmin torpaq sahəsində ev tikdikdən sonra evlə birlikdə torpaq sahəsini satıb ona tam ödəniş edəcəyini deyib. O da Elməddini tanıdığı üçün ona inanıb. Elməddin dekabr ayının sonlarında ona 3.000 manat pul beh verib və torpaq sahəsində tikinti aparmaq üçün ondan razılıq alıb və Elməddin qalan məbləği də mart ayının 15-nə qədər ona ödəyəcəyini bildirib. 2022-ci il yanvar ayında Elməddin ona zəng eləyib və onlar Nərimanovda görüşüblər, orada Elməddin ona 1000 manat pul verib. Lakin sonradan mart ayının 15-i olmasına baxmayaraq Elməddin ona pulu ödəməyib. Ona məxsus torpaq sahəsində Elməddin tərəfindən yarımçıq ev və onun şəriki olan Sadiq tərəfindən isə tam şəkildə ev tikilib. Həmin tam tikilmiş evdə artıq başqa şəxs yaşayır. O, tələb edir ki, onun torpaq sahəsində tikilmiş evlər sökülsün və torpaq sahəsi ona təhvil verilsin. O Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən X12 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2019-cu ildə qardaşı X21 Sadıqovdan özü üçün fərdi yaşayış evi almışdır. Həmçinin həmin ərəfədə onun da Elməddinlə münasibəti yaranmışdır. 2022-ci ilin mart ayında Sumqayıt şəhərində Elməddinlə görüşən zaman Elməddin ona Sumqayıt şəhərində ev tikib-satmaq işini təklif etmişdir. Elməddinin təklifinə əsasən o öz vəsaiti hesabına evin tikintisini maliyyələşdirəcək, Elməddin isə həmin evin tikintisi və satışı ilə məşğul olacaq, əldə etdikləri gəlirdən onun ilkin olaraq ödəniş etdiyi məbləğ çıxılmaqla qalan pul ikisi arasında yarı bölünəcək. O, Elməddinin təklifi ilə razılaşmışdır. 2022-ci ilin mart ayında o, Sumqayıt şəhəri, 18-ci məhəllədə yaşadığı evin yaxınlığında Elməddinə ilkin olaraq 30.000 manat pul vermişdir. Bundan sonra Elməddinlə görüşən zaman Elməddin əlavə 38.000 manat pula ehtiyac olduğunu bildirmiş və o həmin günün axşam saatlarında yenə də Elməddinin yaşadığı evin yaxınlığında ona 34.000 manat pul vermişdir. Mart ayının sonlarında o işləri ilə əlaqədar Rusiya Federasiyası Kazan şəhərinə getmişdir. O Kazan şəhərində olarkən aprel ayının 5-də Elməddin ona zəng edərək Sumqayıt şəhərində torpaq sahələri tapdığını və həmin torpaq sahələrində tikinti işlərini aparmaq istədiyini bildirmişdir. O Elməddinə əlində nağd pul olmadığını dedikdə “Kia Sorento” markalı avtomobilini istəmişdir. O Rusiya Federasiyasına getməzdən əvvəl xalası oğlu Samir Şirvaniyə etibarnamə verdiyindən ona zəng edərək avtomobili Elməddinə aparıb verməsini xahiş etmişdir. Samir onun xahişi ilə 2006-cı il istehsalı olan “Kia Sorento” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs aparıb təhvil vermişdir. Həmin avtomobilin aprel ayı üçün bazar dəyəri 20.000 manat olmuşdur. Bundan sonra o hər dəfə Elməddinlə telefonda danışarkən Elməddin işlərin qaydasında getdiyini, bütün işlərin 15 iyun 2022-ci il tarixdə yekunlaşacağını və həmin tarixdə də pulları ala biləcəklərini demişdir. O artıq Elməddinə o qədər inanmışdır ki, Elməddin ondan aprel ayının 15-də pul istəyərkən o Kazan şəhərində olan evini satıb həmin puldan 27.000 manatını Elməddinə göndərmişdir. 17 aprel 2022-ci il tarixdə isə təmir işləri ilə bağlı Elməddin ondan 10.000 manat pul almışdır. Bundan sonra Elməddin ondan pul istəməmişdir. İyunun 15-də o Elməddinə zəng edib işlərinin nə yerdə olduğunu soruşduqda Elməddin ona bir müddət gözləməli olacaqlarını demiş, lakin hansı müddətək gözləməli olacaqlarını dəqiq deməmişdir. Avqust ayının 2-də Elməddin ona zəng edərək təmir işlərinə əlavə 8.000 manatın gərək olduğunu bildirsə də, o artıq Elməddinə pul verməmişdir. Rusiya Federasiyasında olan işləri sentyabr ayında bitməli olsa da, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını dərk etdiyindən avqust ayının 15-də Sumqayıt şəhərinə geri dönmüşdür. Təqsirləndirilən şəxsla görüşüb nə üçün pulları vermədiyini soruşduqda Elməddin ona müxtəlif bəhanələr gətirərək qısa müddətdə pulları qaytaracağını demişdir. O Elməddinin dələduzluqla məşğul olduğunu artıq dərk etmiş və ondan savayı bir neçə şəxsi aldatdığını da eşitmişdir. Bu səbəbdən Elməddinlə görüşüb ona verdiyi 121.000 manatı geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs aldığı pulları geri qaytarmadığını gördüyü üçün 4-cü PB-nə müraciət etmiş və bundan sonra Təqsirləndirilən şəxs ona Beton zavod deyilən ərazidən ev verdiyi üçün ona vurulmuş qalıq zərərin miqdarı 95000 manatdır. Həmin məbləği Təqsirləndirilən şəxs tələb edir və ondan şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən X10 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birgə Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində yerləşən “Texniki Kollec”in yataqxanasında yaşayırdılar. 2022-ci ilin mart ayının əvvəllərində ev tikdirmək qərarına gəlmiş və bu məqsədlə Kolxoz bazarının qarşısında dayanan maklerlərlə görüşmək üçün həmin ünvana getmişdir. Orada adını hazırda xatırlamadığı bir nəfər şəxs ona Təqsirləndirilən şəxs mobil telefon nömrəsini vermişdir. O Elməddinə zəng edib ondan hazır fərdi yaşayış evinin olub-olmadığını soruşduqda, Elməddin hazırda bir neçə şəxsi evlərinin olduğunu bildirib, həmin evlərdən bəyəndiyi bir evi ona sata biləcəyini demişdir. O, Elməddinlə sonuncunun yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsində görüşmüşdür. Təqsirləndirilən şəxs Kotec qəsəbəsində olan yeni tikili, bir mərtəbəli, iki otaqlı evi ona göstərmişdir. Həmin evin təmiri tam yekunlaşmasa da, o, evi bəyənmiş və Elməddinlə həmin evi öz aralarında 27.000 manata razılaşmışlar. O həmin gün Elməddinə 10.000 manat pul vermişdir. Bir neçə gün sonra o, Elməddinlə öz yaşadığı Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən “Texniki Kollec”in yataqxanasında görüşmüş və Elməddinə 14.000 manat pul vermişdir. Aralarında olan razılığa əsasən, o, qalan 3.000 manat pulu Elməddinə evi tam təhvil alacaqdan sonra verməli idi. Elməddin israrla qalan 3.000 manatı ondan istəsə də, o Elməddinə kommunalları tam ödəyib evi təhvil verməyənə kimi pulu ona verməyəcəyini demişdir. Aprel ayının 22-də Elməddin onunla yaşadığı evin həyətində görüşərək ona 14.000 manat pul qaytarmışdır. Bundan sonra o, Elməddinlə əlaqə saxlaya bilməmiş və məcbur qalıb Elməddin barəsində polisə şikayət etmişdir. O təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, makler kimi tanıdığı Gündüz ona bildirmişdir ki, Təqsirləndirilən şəxs torpaq alıb ev tikir və tam təmirli şəkildə təhvil verir. Elməddin isə 10 günə təmiri başa çatacaq evi olduğunu deyib onu həmin evə baxmağa aparmışdır. Lakin həmin ev şəhərdən kənarda yerləşdiyindən o həmin evi bəyənməmişdir. İki gün sonra Təqsirləndirilən şəxs onun nömrəsini Gündüzdən alıb ona zəng vurmuş və bir neçə yerdə torpaq sahəsinin olduğunu bildirib həmin torpaq sahələrini ona göstərmək istədiyini demişdir. Yerlərdən biri, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, Qubadli İcra hakimiyyətinin arxası, hərbi hissəyə yaxın ərazidəki N sota yaxın torpaq sahəsi idi. Elməddin bildirmişdir ki, həmin torpaqda ən geci iki ay müddətində ümumilikdə 41.000 manata 3 otaqli, tam təmirli ev tikib ona təhvil verəcəkdir. Həmçinin izah etmişdir ki, ev hazır olanda tanışları vasitəsi ilə evin sənədlərini də tam şəkildə düzəldib ona təqdim edəcəkdir. Təklif onu qane etdiyindən o Elməddinlə razılaşmışdır. Təqsirləndirilən şəxs ondan ilkin olaraq 15.000 manat pul istəmişdir. O həmin pulu yaşadığı evdə yeznəsi Elvinin iştirakı ilə, həmçinin videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs əlbəǝl vermişdir. Bundan sonra Elməddin yenidən onun yaşadığı ünvana gələrək verdiyi pulun azaldığını, sadaladığı işlərin vaxtında görülməsi üçün əlavə pula ehtiyacının olduğunu bildirmişdir. O yaşadığı ünvanda əlavə olaraq Elməddinə 3.500 manat pul vermişdir. Torpağı alıbalmaması, işlərə başlayıb-başlamamasını öyrənmək üçün xx.xx.2022-ci il tarixdə Elməddinlə vatsappla əlaqə saxlamışdır. Elməddin isə torpağı aldığını, tikinti ilə bağlı icazələrlə məşğul olduğunu bildirmişdir. Elməddin iyun ayı ərzində tikinti işlərinə başlamadığından, müxtəlif bəhanələr gətirdiyindən onun üçün almalı olduğu torpaqla maraqlanmaq üçün torpağı satan qadının yanına müştəri qismində getmiş və həmin qadın artıq torpağın satıldığını bildirmiş, lakin kimə satıldığını deməmışdir. O bir az sakitləşmişdir ki, artıq Elməddin torpağı alıb. Bundan bir qədər sonra iyul ayının ortalarında Elməddinlə əlaqə saxlayıb tikintini başlamamasının səbəbi ilə maraqlandıqda Elməddin orada ağac kəsdiklərinə görə problem yarandığını, ərazidən işıq xəttinin keçməsini və sair müxtəlif uydurma bəhanələr gətirmişdir. O Elməddinə bildirmişdir ki, bu məsələlərin ona aidiyyəti yoxdur. Elməddin ona avqust ayının sonlarınadək evini tikib təhvil verəcəyinə söz vermişdir. Həmçinin onu inandırmaq üçün demişdir ki, kirayədə qaldığı müddətin pulunu da o ona ödəyəcək. Elməddin xx.xx.2022-ci il tarixədək olan müddət ərzində öncədən ona ümumilikdə 41.000 manata 3 otaqlı ev tikib təhvil verəcəyini vəd verib işlərə başlamaq üçün 18.500 manat pul alsa da, göstərilən tarǝxədək vədinə əməl etməmişdir. Ona göstərmiş olduğu torpaq sahəsində heç bir tikinti işi aparmamışdır. Buna görə xx.xx.2022ci il tarixdə Elməddinin onu aldatdığını başa düşərək artıq evi istəmədiyini demiş və ondan aldığı 18.500 manat pulu geri qaytarmasını tələb etmişdir. Elməddin qısa zaman ərzində pulu geri qaytaracağını bildirsə də, günü-günə satmış, müxtəlif bəhanələr gətirmiş, vaxt qazanmağa çalışmış və onun 18.500 manat pulundan bir qəpik də olsun qaytarmamışdır. O təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, onun Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən evini satsın, əvəzində isə onun üçün Yaşıl dərə ərazisində daha yaxşı ev tikər. O Elməddinlə razılaşmışdır. Daha sonra evinin Elməddin tərəfindən 50.000 manata satılmasını öyrənmişdir, həmin puldan ona 10000 manat pul verib. Bundan sonra o həyat yoldaşı Aydın ilə birlikdə Elməddinin onun üçün Yaşıl dərə ərazisində tikdirdiyi ev hazır olana qədər kirayədə yaşamağa başlamışlar. 2022-ci ilin oktyabr ayında Elməddin təzə tikilmiş evi təhvil verməli olsa da, vədinə əməl etməyərək dələduzluq yolu ilə onun 40.000 manat pulunu ələ keçirmişdir. O təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Elməddin bir neçə dəfə nisyə ondan qızıl almış və həmin qızılların pullarını dediyi vaxta gətirib çatdırırmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzində Təqsirləndirilən şəxsla görüşmüşdür. Elməddin ondan yenidən nisyə qızıl istəmişdir. Təqsirləndirilən şəxs inandığı üçün ona qızıl verməyə razı olmuş və ümumi dəyəri 2200 manat olan iki ədəd qızıl boyunbağını və iki ədəd kişi üzüyünü Elməddinə nisyə vermişdir. Təqsirləndirilən şəxs həmin qızılların pullarını ona oktyabr ayının sonunadək ödəyəcəyini bildirmişdir. Lakin ayın sonu çatsa da, Təqsirləndirilən şəxs xəbər ala bilməmişdir. Sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs dələduzluq etdiyinə görə həbs olunmuşdur. O təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında Sumqayıt şəhəri, «Simurq» şadlıq sarayının arxa hissəsində, Xəzər bağlarında özünə məxsus olduğunu bildirdiyi 3 sot torpaq sahəsində inşa etdirdiyi iki mərtəbəli fərdi yaşayış evini ona göstərmiş və o həmin evi bəyənmişdir. Həmin evi 75.000 manata almağa razı olmuşdur. Elməddin ona bildirmişdir ki, evi tam başa çatdırması üçün pulu yoxdur, ilkin olaraq 25.000 manat versin ki, o həmin pulla evin təmirini tamamlasın. O razılaşmış və ilkin olaraq Elməddinə həyat yoldaşı Şahid1 və bacısı Şahid3, makler Zaur ve Gündüzün iştirakları, həmçinin ev alqı-satqısını həyata keçirən Gündüzün özünə məxsus telefonla çəkdiyi videogörüntü əsasında 25.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Qalan 50.000 manat pulu evin təmiri tam başa çatdıqdan sonra ödəyəcəyinə razılaşmışdır. Lakin Təqsirləndirilən şəxs ona evi təhvil verməmişdir. Təqsirləndirilən şəxs ona 25000 manat maddi zərər vurmuşdur, ondan şikayətçidir. Bundan başqa Zərərçəkmiş şəxs13 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmiş 25000 manat məbləğində maddi zərərin və 1500 manat məbləğində mənəvi zərərin, həmçinin dövlət rüsumu üçün ödənilmiş 169,50 manatı, cəmi 26669,50 manat pulun Təqsirləndirilən şəxs tutulmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2018-ci ildə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Xəzər bağlarında yarım tikili vəziyyətdə 3 otaqlı evi 1900 manata almışdır. O həmin evi anasının adına sənədləşdirmişdir. O həmin evi alıb təmir edib köçmək istəyirdi. Həmin evi alıb damını özü düzəltdirmiş, lakin maddi imkanı yaxşı olmadığından bir dəfəlik təmir etdirə bilməmişdir. 2021-ci ilin noyabr ayında evi aldığı Təqsirləndirilən şəxs ona zəng edǝrǝk həmin evi əgər yaşamırsa ona satmasını istəmişdir. O da həmin evi təmir etmək üçün maddi imkanı olmadığından Təqsirləndirilən şəxs satmağa qərar vermişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana yaxın olan Sumqayıt şəhər, H.Əliyev prospektində yerləşən N.Nərimanov klubunun qarşısında evi Elməddinə 5.000 manata satmağa razılaşmışdır. Razılaşdıqları gün Elməddin ona pul verməyərək, bildirmişdir ki, həmin evi təmir edib satdıqdan sonra ona çatan 5.000 manat pulu verəcək. 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ona 300 manat pul vermişdir. O hər dəfə pul lazım olduqca Təqsirləndirilən şəxs 100, 200, 300 manat olmaqla ümumikdə 1.450 manat pul almışdır, qalan 3550 manat pulu isə ala bilməmişdir. Onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən X5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, makler kimi tanıdığı Elməddin ona təklif etmişdir ki, torpaq sahəsini özü tapıb alsın, evin tikintisini isə ona həvalə etsin. Onun Elməddinlə aralarında olan razılığa əsasən Elməddin ona 45.000 manat müqabilində 1 mərtəbəli, 4 otaqlı, orta təmirli ev tikib təhvil verəcək, o isə ilkin ödəniş olaraq Elməddinə 7.000 manat pul verəcək, qalan pulu isə aybaay 1.000 manat olmaqla ödəyəcək. Həmin il o özünə Sumqayıt şəhəri, Betonzavod ərazisində 2 sot torpaq sahəsi almışdır. Lakin maddi sıxıntıları olduğu üçün evin tikintisinə başlaya bilməmişdir. 2 il sonra, yəni 2022-ci il tarixdə qohum-əqrabadan pul toplayıb Elməddinə zəng etmiş və Sumqayıt şəhəri, Beton zavod ərazisində torpaq sahəsi aldığını deyib ondan evin tikintisinə başlamasını xahiş etmişdir. Elməddin onunla razılaşmış və onlar 2022-ci ilin may ayının 16-da Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən parkda görüşərək Elməddinə orada 5.000 manat pul vermişdir. Bundan sonra o Elməddinlə demək olar ki, 2-3 gündən bir əlaqə saxlayıb işlərin nə yerdə olduğunu maraqlanırdı. Elməddin isə işlərin qaydasında getdiyini, tikintinin başlaması üçün müvafiq qurumlardan icazələr aldığını bildirirmişdir. Bundan sonra yenidən Elməddinə 1.000 manat pul vermişdir. Daha sonra Elməddin sentyabr ayının 20də ona zəng edib qalan 1.000 manat pulu istəmişdir və o, həmin pulu Elməddinin göndərdiyi kart hesabına 1.000 manat göndərmişdir. Bundan sonra o, Elməddinin dələduzluq etdiyi üçün polis əməkdaşları tərəfindən tutulduğunu öyərnmişdir. O təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, qohumu olan və makler kimi fəaliyyət göstərən Eyvaz vasitəsilə Elməddinlə görüşmüşdür. Elməddinlə Eyvaz Sumqayıt şəhəri, Beton Zavod ərazisində olan bir neçə torpaq sahəsini ona göstərib, göstərdikləri torpaq sahəsində ona ev tikə biləcəklərini demişlər. O Elməddingilin ona göstərdiyi yerdən birini bəyənmişdir. Həmin yer Sumqayıt şəhəri, Qubadlı rayonu İcra Hakimiyyətinin qarşısında olan torpaq sahəsi idi. O Elməddin və Eyvazla həmin torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı evin tikintisini 40.000 manata razılaşmışdır. O Eyvaza özündə evin tikintisi üçün materialların olduğunu deyib, həmin materialların pulunu evin tikintisi pulundan çıxarılmasını xahiş etdim. Təxminən 8.000-10.000 manat dəyərində materiallar olsa da, Elməddin həmin materialları ondan 3.000 manata alacağını demişdir. Bundan sonra Eyvaz Elməddini götürüb onun yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki fərdi yaşayış evinə gəlmişdir. Evdə o Eyvaza 10.000 manat pul vermişdir. Hətta o Eyvazla Elməddinə pul verərəkən bu barədə qəbz tərtib etmiş və həmin qəbzi Təqsirləndirilən şəxs imzalamışdır. Daha sonra Eyvaz ona zəng edərək əlavə 10.000 manat pula ehtiyac olduğunu və oktyabr ayının 20-də Elməddinin müvafiq qurumlardan icazə aldıqdan sonra tikinti işlərinə başlayacağını demişdir. O Eyvaza heç bir söz demədən onunla razılaşmış və Eyvaz və Elməddinə əlavə 10.000 manat pul vermişdir. Həmin vaxt Eyvaz öz mobil telefonu vasitəsilə çəkiliş aparmışdır. Eyvazın ona dediyi müddət çatdıqdan sonra o Eyvazla əlaqə saxlayıb Elməddinin tikinti işlərinə başlayıb-başlamadığını soruşmuş, Eyvaz isə Elməddinin mobil telefonuna zəng çatmadığını demişdir. Daha sonra Elməddinin həbs edildiyini öyrənmişdir. Təqsirləndiirlən şəxs ona 20000 manat maddi ziyan vurmuşdur, ondan şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2022-ci ilin iyun ayında həyat yoldaşıyla yaşadıqları evi satıb yeni ev tikdirmək barədə razılığa gəlmişlər. Ramin Qurbanov bu barədə tanışı Təqsirləndirilən şəxsla görüşmüşdür. Elməddin bir neçə dəfə onların yaşadıqları ünvana gəlib evə baxmış və qısa müddət ərzində həmin evi sata biləcəyini demişdir. Onlar Elməddinə həmin evi 45.000 manata satmaq istədiklərini demişlər. 2022-ci ilin iyun ayından sentyabr ayınadək olan müddət ərzində demək olar ki, Elməddin hər gün onların evinə müştəri gətirərək evi göstərirmiş. 2022-ci ilin sentyabr ayının sonlarında Vüqar adında şəxs ona zəng edərək makler olduğunu, Elməddinə zəng çatmadığına görə ona zəng etdiyini və evi almaq istəyən müştərisinin olduğunu bildirmişdir. Onun iş yeri yaşadığı evə yaxın olduğundan o işdən çıxaraq evə getmişdir. Vüqar Aqşin adında bir nəfər müştəri gətirmişdi. Onlar evi Aqşin adında adamla 42.000 manata razılaşmışlar. Onların arasında olan razılığa əsasən Aqşin onlara 30.000 manat ilkin ödəniş etmiş, qalan 12.000 manatı isə oktyabr ayının 30-da, yəni onlar evi təhvil verdikdən sonra ödəyəcəyini bildirmişdir. Elməddin onlara Sumqayıt şəhəri, Beton Zavod ərazisində, Qubadlı rayonu İcra Hakimiyyəti ilə üzbəüz torpaq sahəsində tikilmiş 5 otaqlı fərdi yaşayış evini göstərmiş və həmin evi 38.000 manata onlara oktyabr ayının sonunadək təmir etdirib təhvil verə biləcəyini demişdir. Həmin vaxt Elməddinin yanında Vüqar adında həmin şəxs də olmuşdur. Sentyabr ayının 28-də yaşadıqları Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, fərdi yaşayış evində həyat yoldaşı Ramin Qurbanovun iştirakı ilə Aqşindən aldığı 30.000 manat pulu Təqsirləndirilən şəxs təqdim etmişdir. Qalan 8.000 manat pulu isə Elməddinə evi onlara təhvil verdikdən sonra ödəyəcəyini demişdir. Elməddin ilk əvvəl onunla razılaşsa da, daha sonra xx.xx.2022-ci il tarixdə ona zəng edərək təmir üçün əlavə pula ehtiyac olduğunu deyib 5.000 manat pul istəmişdir. O, 5.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, Elməddin onun üçün tikəcəyini bildirdiyi həmin fərdi yaşayış evini başqa şəxsə satmışdır. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində ona 35.000 manat ziyan dəymişdir. O təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2022-ci ilin sentyabr ayında Elməddin ona zəng edərək Sumqayıt şəhəri, Beton zavod ərazisində fərdi yaşayış evinin olduğunu və həmin evi satmaq istədiyini bildirmişdir. O bu barədə Ceyhun adında tanışına məlumat vermişdir. O Ceyhunla birlikdə Elməddinin dediyi evə baxmağa getmişlər. Ceyhun həmin evə görə Elməddinə 15.000 manat ödəyə biləcəyini dedikdə Elməddin onunla razılaşmamışdır. Onun Elməddinlə ev alqı-satqısı ilə bağlı borc məsələsi yoxdur. Elməddin ondan anasının xəstəliyi ilə əlaqədar maddi kömək üçün pul istəyib, o da verib. Belə ki, Təqsirləndirilən şəxs bir dəfə 200 manat, bir dəfə isə 9000 manat, pul verib və Elməddin həmin pulları ona geri qaytarmayıb. Hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs12 Eldar oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Elməddin Sumqayıt şəhəri ərazisində evlərin tikintisi və satışı ilə məşğul olurdu. 2022-ci ilin may ayında Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, 1-ci məhəllə ünvanında yerləşən özünə məxsus topraq sahəsində 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlamışdır. Həmin tikintini iyul ayında başa çatdırmışdır. Niyyəti evi tikib təmirini başa çatdırdıqdan sonra satmaq olmuşdur. Tikinti başa çatdıqdam sonra həmin ev barədə Elməddinə məlumat verib ondan evi satmasını xahiş etmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında Elməddin ona zəng edərək həmin evə müştəri gətirdiyini, müştərinin evi bəyəndiyini bildirib onunla görüşmək istədiyini demişdir. O Elməddinlə xx.xx.2022-ci il tarixdə görüşən zaman Elməddin ona 8.000 manat pul verərək, həmin pulu müştərinin beh olaraq verdiyini, evi ümumilikdə 28.000 manata satdığını və qalan 20.000 manat pulu oktyabr ayının sonunadək müştərinin tam şəkildə ödəyəcəyini bildirmişdir. O Elməddinlə razılaşıb ondan 8.000 manat pulu götürmüş və evin açarlarını ona təhvil vermişdir. Elməddin müştərinin pulu ən geci oktyabr ayının 15-dək ödəyəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs dediyi müddət çatsa da, Elməddin ona qalan pulu verməmişdir. O Elməddinlə görüşüb onunla söhbət etməyə çalışsa da, Elməddin hər dəfə bir bəhanə ilə görüşməkdən yayınmışdır. Sonradan isə o Elməddinin ona məxsus evi İntiqam adlı şəxsə satdığını, həmin şəxsin pulu tam şəkildə ona ödəməsinə baxmayaraq, Elməddinin qalan 20.000 manat pulu mənimsədiyini öyrənmişdir. Həmçinin Elməddinin digər şəxslərə qarşı da anoloji hərəkətlərə yol verdiyi üçün polis əməkdaşları tərəfindən tutulduğunu öyrənmiş və ona qarşı dələduzluq etməsi barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə məlumat vermişdir. Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində ona 20.000 manat maddi ziyan dəymişdir. O təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, «Simurq» şadlıq sarayının arxa hissəsində, Xəzər bağlarında özünə məxsus olduğunu bildirdiyi 3 sot torpaq sahəsində inşa etdirdiyi iki mərtəbəli fərdi yaşayış evini onlara göstərmiş və onlar həmin evi bəyənmişlər. Onlar Elməddindən satacağı evə və torpaq sahəsinə aid hər-hansı bir sənədin olub-olmadığını soruşduqda, Elməddin onlara bildirmişdir ki, orada olan evlərin heç birinin sənədi yoxdur. Orada olan torpaqlar ancaq bağçılıq kitabçası əsasında satılır. Onlar da Elməddinə inanaraq evi ondan almağa razı olmuşlar. Lakin evin tikintisi tam başa çatmadığı üçün Elməddinlə öz aralarında şifahi razılaşmışlar ki, evin təmirini tam başa vurduqdan sonra məbləği tam ödəyəcəklər. Beləliklə də həmin evi 75.000 manata almağa razı olmuşlar. Elməddin onlara bildirmişdir ki, evi tam başa çatdırması üçün pulu yoxdur, ilkin olaraq 25.000 manat versinlər ki, o həmin pulla evin təmirini tamamlasın. Onlar razılaşmış və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq sarayına bitişik ev alqı-satqısı məntəqəsində ilkin olaraq Elməddinə 25.000 manat pul vermişlər. Qalan 50.000 manat pulu evin təmirini tam başa çatdıqdan sonra ödəyəcəklərinə razılaşmışlar. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Esmira ilə birlikdə aldıqları evdə gedən təmir işləri ilə maraqlanmaq üçün həmin ünvana gedərkən orada özünü qonşu kimi təqdim edən orta yaşlı kişi ona bildirmişdir ki, həmin evin sahibi Günay adlı xanımdır. Hətta Günay adlı xanımın mobil nömrəsini də Habil ona vermişdir. Of Günay xanıma zəng vurduqda, Günay ona bildirmişdir ki, Elməddin ona Sumqayıt şəhəri ərazisində ev tikib, lakin onun xəbəri olmadan evi başqasına satıb. Onların aldıqları torpaq sahəsində tikilən evi isə həmin evin müqabilində ona veribdir. Bu səbəbdən həyat yoldaşı Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs dələduzluq hərəkətləri barəsində polisə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, «Simurq» şadlıq sarayının arxa hissəsində, Xəzər bağlarında özünə məxsus olduğunu bildirdiyi 3 sot torpaq sahəsində inşa etdirdiyi iki mərtəbəli fərdi yaşayış evini bacısı Zərərçəkmiş şəxs13 göstərmiş və onlar həmin evi bəyənmişlər. Lakin evin tikintisi tam başa çatmadığı üçün onlar öz aralarında razılaşmışlar ki, evin təmirini tam başa vurduqdan sonra məbləği tam ödəyəcəklər. Beləliklə də onların arasında həmin evi 75.000 manata almağa razılıq olmuşdur. Elməddin bacısigilə demişdir ki, evi tam başa çatdırması üçün pulu yoxdur, ilkin olaraq 25.000 manat versinlər ki, o həmin pulla evin təmirini tamamlasın. Bacısıgil xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq sarayına bitişik ev alqı-satqısı məntəqəsində ilkin olaraq 25.000 manat pulu Təqsirləndirilən şəxs vermişlər. Həmin vaxt yanlarında o da olmuş və həmin prosesi Gündüz adlı makler öz mobil telefonu vasitəsilə lentə də almışdır. Lakin sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bacısıgili aldadaraq 25.000 manat pullarını ələ keçirmiş və onlara satmağı vəd etdiyi evi başqa adamlara satmışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, bacısı X1 adlı makleri təxminən 7 il əvvəl qardaşları Ceyhuna Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində fərdi ev aldıqları zaman tanımışdır. Elməddin də həmin vaxt özünü makler kimi təqdim edərək ev və torpaq alqı-satqı işi ilə məşğul olduğunu, ev tikib satdığını bildirmişdir. Həmin vaxtdan Elməddinlə bacısı Günayın arasında münasibət yaranmışdır. Bacısı Günay təxminən 4 il əvvəl Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən 3 otaqlı fərdi evini Elməddinin vasitəsi ilə 38.000 manata satmışdır. Bundan sonra Elməddin bacısına təklif etmişdir ki, evin pulun üzərinə əlavə pul qoyub ona versin, o da əvəzində bacısına Yaşıl Dərə bağlar massivi ərazisində fərdi yaşayış evi tikib versin. Bacısı Elməddinə inandığı üçün ümumilikdə 75.000 manat pulu ona vermişdir. Elməddin torpaq alaraq həmin torpaq sahəsində ona ev tikmişdir. Lakin Elməddin bacısının xəbəri olmadan həmin evi digər bir şəxsə satmışdır. Bu barədə bacısı ona danışdıqda o təklif etmişdir ki, polisə ərizə versin, lakin bacısı Elməddinlə aralarında münasibət olduğundan gözləyəcəyini bildirmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayında bacısı ona zəng edərək Təqsirləndirilən şəxs ona Sumqayıt şəhəri, Simurq şadlıq evinin arxasında torpaq sahəsi tapdığını bildimiş və ondan xahiş etmişdir ki, onunla birlikdə gedib topraq sahəsinə baxsın. O bacısının xahişini yerinə yetirib onunla birlikdə torpaq sahəsinə getmişdir. Onlar Elməddinlə görüşüb birlikdə torpaq sahəsinə gedib sahəyə baxmışlar və bacısı həmin ərazini bəyənmişdir. Torpaq sahəsinin sahibi Zahid adlı şəxs idi. Həmin şəxs torpağa görə ilk əvvəl 41.000 manat alacağını, torpaqda tikinti başa çatdıqdan sonra isə əlavə olaraq 5.000 manata alacağını bildirmişdir. Elməddin Zahidə 41.000 manat pul vermişdir. Həmin vaxt torpaq sahəsinin içərisində yarımtikili də olmuşdur. Zahid orada kirayədə yaşamaq üçün Elməddinlə razılaşmışdır. Elməddinin bacısına 75.000 manat borcu olduğundan qalan pulu torpaq sahəsində ev tikmək üçün istifadə edəcəyini bildirmişdir. Torpağın sahibi də həyat yoldaşının rayonda olduğunu, onun gəldiyi zaman isə sənədləşmənin olacağını bildirmişdir. Elməddin evi iki mərtəbə tikəcəyini söz vermişdir. Lakin sonradan öyrənmişlər ki, Elməddin torpaq alıb ev tikmək adı ilə bir neçə şəxsi aldadıb vədinə əməl etməyərək onlara qarşı dələduzluq etmişdir. Əlavə olaraq bildirmişdir ki. bacısı Günay Elməddinə Sumqayıt şəhəri, Xəzər bağları ərazisində 6 sot torpaq alıb 2 mərtəbəli ev tikməsi üçün ona 75.000 manat pul vermiş, həmin pulun 41.000 manatını Elməddin onun və bacısı Günayın iştirakı ilə torpaq sahibinə vermiş, qalan 34.000 manat pulu isə evin tikintisə sərf etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs10 qohumu olan və makler kimi fəaliyyət göstərən Eyvaz vasitəsilə Elməddinlə görüşmüşdür. Elməddinlə Eyvaz Sumqayıt şəhəri, Beton Zavod ərazisində olan bir neçə torpaq sahəsini ona göstərib, göstərdikləri torpaq sahəsində ona ev tikə biləcəklərini demişlər. Onlar Elməddingilin ona göstərdiyi yerdən birini bəyənmişdir. Həmin yer Sumqayıt şəhəri, Qubadlı rayonu İcra Hakimiyyətinin qarşısında olan torpaq sahəsi idi. Həyat yoldaşı Elməddin və Eyvazla həmin torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı evin tikintisini 40.000 manata razılaşmışdır. Həyat yoldaşı Eyvaza özündə evin tikintisi üçün materialların olduğunu deyib, həmin materialların pulunu evin tikintisi pulundan çıxarılmasını xahiş etdim. Təxminən 8.000- 10.000 manat dəyərində materiallar olsa da, Elməddin həmin materialları ondan 3.000 manata alacağını demişdir. Bundan sonra Eyvaz Elməddini götürüb onun yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki fərdi yaşayış evinə gəlmişdir. Evdə o Eyvaza 10.000 manat pul vermişdir. X19 pul verərəkən bu barədə qəbz tərtib etmiş və həmin qəbzi Təqsirləndirilən şəxs imzalamışdır. Daha sonra Eyvaz həyat yoldaşına zəng edərək əlavə 10.000 manat pula ehtiyac olduğunu və oktyabr ayının 20-də Elməddinin müvafiq qurumlardan icazə aldıqdan sonra tikinti işlərinə başlayacağını demişdir. Həyat yoldaşı Eyvaza heç bir söz demədən onunla razılaşmış və Eyvaz və Elməddinə əlavə 10.000 manat pul vermişdir. Həmin vaxt Eyvaz öz mobil telefonu vasitəsilə çəkiliş aparmışdır. Eyvazın ona dediyi müddət çatdıqdan sonra həyat yoldaşı Eyvazla əlaqə saxlayıb Elməddinin tikinti işlərinə başlayıb-başlamadığını soruşmuş, Eyvaz isə Elməddinin mobil telefonuna zəng çatmadığını demişdir. Daha sonra Elməddinin həbs edildiyini öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, uzun illərdir ki, ev alqı-satqısı ilə məşğul olub makler fəaliyyətini həyata keçirir. Zərərçəkmiş şəxs10 isə onun uzaq qohumdur. 2022-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs10 onunla əlaqə saxlayaraq yaşadığı fərdi yaşayış evini satmaq istədiyini bildirib təzə torpaq sahəsi almaqda köməklik etməsini ondan xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində fərdi yaşayış evlər tikib satdığını bilirmiş. Hətta Elməddin onun bir neçə tanışına da ev tikərək satmış, Elməddinin barəsində hər hansı şikayət eşitməmişdir. O Təqsirləndirilən şəxs Rafiq adlı qohumun özünə ev almaq istədiyini deyib, Rafiqə köməklik edə bilibbilməyəcəyini soruşmuşdur. Elməddin əlində kifayət qədər torpaq sahələri və fərdi yaşayış evlərinin olduğunu deyib Rafiqə köməklik edə biləcəyini bildirmişdir. Elməddin Rafiqə Sumqayıt şəhəri, Beton Zavod ərazisində torpaq sahəsi göstərmiş və Rafiq həmin yeri bəyəndiyini bildirmişdir. O xx.xx.2022-ci il tarixdə Elməddini götürüb Zərərçəkmiş şəxs10 yaşadığı evin həyətinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs10 Elməddinə 10.000 manat pul vermişdir. Elməddin Memarlıq və Şəhərsalma İdarəsindən müvafiq icazənin alınması üçün iş görməli olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə o Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs10lə Sumqayıt şəhəri, 4-cü məhəllə, Mərkəzi Poçtla üzbəüz yerləşən çay evlərinin birində əyləşib çay içmişlər. Görüş zamanı Zərərçəkmiş şəxs10 Elməddinə 10.000 manat pul vermişdir. Həmin vaxt o qeyd olunan prosesi öz mobil telefonu vasitəsilə lentə almışdır. Rafiq Elməddinə ümumilikdə 20,000 manat pul vermişdir. Məhkəmədə iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o həmin ifadəsində bildirmişdir ki, o, evlərin alqı-satqısı ilə məşğul olur. Belə ki, tapmış olduğu evi alan şəxs ona həmin evin dəyərinin 1%, satan şəxs isə evin dəyərinin 2%-ni ödəyir. Zərərçəkmiş şəxs13 Sumqayıt ŞPİ-nin 2-ci PB-nə etdiyi müraciətlə tanış olmuşdur. Bununla bağlı bildirmişdir ki, o Zərərçəkmiş şəxs13 deyil onun həyat yoldaşı Şahid1 bir neçə ildir tanıyır. Onunla aralarında səmimi münasibət mövcuddur. Təqsirləndirilən şəxs isə təxminən 4 ilə yaxındır makler kimi tanımış və bu müddət ərzində onun vasitəçiliyi ilə Elməddindən 6-7 ev alınmış, lakin onun barəsində hər hansı bir şikayət eşitməmişdim. 2022-ci ilin oktyabr ayında Akif ona zəng edərək yaşadıqları evi dəyişmək istədiklərini bildirmiş və ondan hazır evlərin olub-olmadığını soruşmuşdur. O özündə deyil Elməddin adlı tanışında hazır evlərin ola biləcəyini Akifə demişdir. Akif isə ondan xahiş etmişdir ki, Elməddinlə danışıb evlərin olub-olmadığını soruşsun. O Elməddinə zəng edərək bir nəfər yaxınının ev almaq istədiyini demişdir. Elməddin isə əlində hazır evlərin və torpaq sahələrinin olduğunu bildirmişdir. O Akifi, yoldaşı Esmiranı Elməddinlə görüşdürmüşdür ki, onlar özləri üzbəüz söhbətlərin etsinlər. Elməddin onları Sumqayıt şəhəri, “Simurq” şadlıq sarayının arxasında olan torpaq sahəsinə aparmış və onlar həmin torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evini bəyənmişlər. Təqsirləndirilən şəxs həmin evi torpaqla birlikdə 75.000 manata satdığını bildirmiş və onlar razılaşmışlar. Evin təmiri tam başa çatmadığından Akif pulu evi tam təhvil aldıqdan sonra verəcəyini bildirdikdə, Elməddin evin təmirini başa çatdırmaq üçün əlində pulun olmadığını demiş və Akifdən 25.000 manat pul verməsini xahiş etmişdir. Akifgil razılaşmışlar və xx.xx.2022-ci il tarixdə onun iştirakı ilə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Esmira şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs məxsus ev alqısatqısı məntəqəsində Akifgil 25.000 manat pulu Təqsirləndirilən şəxs vermişlər. Aralarında olan razılığa əsasən qalan 50.000 manat pulu evi tam təhvil aldıqdan sonra verəcəkdilər. Hətta pulun verilməsini o öz mobil telefonu vasitəsilə lentə də almışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs bir neçə nəfər şəxsə qarşı dələduzluq etdiyi üçün həbs olunduğunu eşitmişdir. Təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 may 2023-cü il tarixli, 9/2809 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1362,40 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 fevral 2023-cü il tarixli “təqdim etmə və götürmə” haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs5 Bəxtiyar oğlu iş üzrə Təqsirləndirilən şəxs ilə aralarında torpaq alqısatqısı ilə bağlı danışıqları özündə əks etdirən 01 ədəd DVD diski istintaqa təqdim etmiş, həmin disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, həmin diskdəki səs yazılarının mətnində aşağıdakı şərti işarələmər qəbul olunmuşdur: Çox nöqtə- müəyyən olunmayan söz və ifadələr; K1- Təqsirləndirilən şəxs məxsus danışıqlar K2- Zərərçəkmiş şəxs5 məxsus danışıqlar WhatsApp 2023-01-22 at 18.23.26 K1- Axşamın xeyir Zahid əmi nətərsən, nə var nə yox. Zahid əmi o qardaşıvın nömrəsini at da mənə, sabah saat hardasa 10 da, 11 də ora klient aparacam, o iki otağı istiyən var, dalıncax da o bərikin də istiyirlər. Bəriki evi də istiyirlər Allahın izni ilə. Onu da, iki otaqlını da razılaşım verim, sənin də pulunu verim day. İstiyən var, real alan var. WhatsApp 2023-01-22 at 18.23.27 K1- Bir dənə qadan alaram qardaşıvın nömrəsini ver ki, sabahlarım ora baxacaqlar. WhatsApp 2023-01-22 at 18.23.28 (1) K1- Əmi axşamın xeyir, nətərsən nə var nə yox. Bu gün zəng eləmisən Allaha and olsun başımız qarışıqdı, yəni hörmətsizlik kimi olmasın, bu gün sənin zənginə cavab vermədim, üzürlü hesab elə, biraz işlərimiz oldu ona görə. Bu gün biz onlarla görüşməli idik Allahın izni ilə, o da deyir pulumuzda biraz əskiy var, birinci gün banka girəcəylər. Başa düşdün? Amma evi bəyəniblər. Biz səninlə Allahın izni ilə ayın axrı Allahın izni ilə narahat olma görüşəciyik. O elə bilki iki otaqlını da istiyirlər inşallah, bəriki yeri də istiyirlər. Yəni Allaha and olsun danışıq gedir. Mərdimazar insan döyüləm də dayı, sən mənə dayılıq eləmisən mən də istiyirəm səninlə alver eliyəm Allahın izni ilə. Belə pis çıxmasın kim verdiyi pulu batırar ki, istiyər ki, verdiyi pulu diriltsin. Başa düşdün nə dedim? Hə yəni biz də söz danışmışıq, kəlməmizin yiyəsiyik. WhatsApp 2023-01-22 at 18.23.28 K1- Sabahın xeyir dayı, nətərsən nə var nə yox? Zəng eliyəcəm indi hardasa saat 12-1 arası baxacaqlar ora. Baxsınlar danışacam səninlə inşallah. WhatsApp 2023-01-22 at 18.23.29 K2- Axşamın xeyir. Sən mənlə sabah bidənə görüş, öz sözlərimi deyim sənə, ondan sonra sən özün neyniyirsən eliyərsən. Belə mən heçnə .... 6 aydı, 7 aydı sən bu sözləri mənə deyirsən. Yəni sabah mənimlə görüş. Özün havaxt deyirsən zəng eliyərsən mənə, mən gələcəm. WhatsApp 2023-01-22 at 18.23.30 (1) K1- Axşamın xeyir əmi, nətərsən, nə var nə yox? Üzürlü say zəng eləmisən, eşitməmişəm. Konturum yox idi, nə idi zəng eləmisən. WhatsApp 2023-01-22 at 18.23.30 (2) WhatsApp 2023-01-22 at 18.23.30 (1)- səs yazısının təkrarı. WhatsApp 2023-01-22 at 18.23.30 (3) K2- Axşamın xeyir Elməddin. Səndən xəbər gəlmədi haa, məndən incimə sabah başqa cür söhbət olacaq day vso. Mən day heç nəyə getməyəcəm. WhatsApp 2023-01-22 at 18.23.30 K1- Axşamın xeyir əmi, nətərsən nə var nə yox, vəziyyət zad. Narahat olma, sabah vaxt eliyək görüşək. Narahat olma bir dənə şey eliyək görüşək. Allaha and olsun başqa şey fikirləşmə də, inşallah yaxşı olacaq. Mən sənə deyəcəm. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş həmin 14 mart 2023-cü il tarixli “təqdim etmə və götürmə” haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs evin tikilməsi üçün 10.000 manat pul vəsaitinin verilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD diski istintaqa təqdim etmiş, həmin disk iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş həmin DVD diskə müstəntiq tərəfindən baxış keçirilərək tərtib olunmuş protokoldan görünür ki, oradakı görüntü 01 dəqiqə 04 saniyədən ibarətdir. Görüntünün 00:01-ci saniyəsində Eyvaz adlı şəxs Təqsirləndirilən şəxs Rafiqin ona əvvəl 20.000 manat pul verdiyini deyir. Elməddin isə Eyvazın dediklərinə düzəliş edərək Rafiqin ona ilkin olaraq 10.000 manat verdiyini və hazırda da masanın üzərində 10.000 manat olduğunu, ümumilikdə Rafiqdən evin tikintisi üçün 20.000 manat aldığını deyir. Videogörüntü tərəflərin bir-birinə xeyir-dua verməsi ilə yekunlaşır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 mart 2023-cü il tarixli “təqdim etmə və götürmə” haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs13 iş üzrə Təqsirləndirilən şəxs evin tikilməsi üçün 25.000 manat pul vəsaitinin verilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD diski istintaqa təqdim etmiş, həmin disk iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüş, ona baxış keçirilərək protokol tərtib edilmiş, həmin protokolda göstərilmişdir ki, fotoşəkillərdə Təqsirləndirilən şəxs satmağı vəd edərək 25.000 manat pulu aldığı fərdi yaşayış evinin görüntüləri görsənir. Görüntüdə Təqsirləndirilən şəxs özünü təqdim edərək orada əyləşmiş Zərərçəkmiş şəxs13, Şahid3 və Şahid1 iştirakı ilə əli ilə Şahid1 göstərərək 75.000 manat müqabilində Sumqayıt şəhəri, Xəzər Bağlar massivində fərdi yaşayış evi satdığını deyir. Bundan sonra bir daha özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, Şahid1 ilkin olaraq 25.000 manat aldığını, evi iki ay ərzində tam təmirli təhvil verəcəyinə söz verir. Video görüntü Təqsirləndirilən şəxs son vədi ilə başa çatır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 Bəxtiyar oğlu, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs13 təqdim etdikləri, ümumilikdə 03 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli sorğudan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alınmamışdır. Onun cəkilməmiş cəzası 01 il 05 ay 26 gün təşkil edir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin ona təyin olunmuş əvvəlki cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin təsiri altına düşdüyündən hazırki törətdiyi əməl cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək dindirmə zamanı özünü Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə qismən təqsirli bilsə də, göstərilən ziddiyyətli xüsusatlar zərərçəkmiş və şahid ifadələri, digər istintaq materialları, mötəbər dəlillər və sübutlar ilə tam təkzib olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı təqsirini etiraf etmədiyi epizodlarda, həmçinin vurulan ziyanın məbləğinin bəzi epizodlarda az olmasına dair bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı dövründə özünü təqsirli bilmədiyi epizodlara dair qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsini məhkəmə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin zərərçəkmişlərin və şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və ümumiyyətlə çəkilməmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrıayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Bundan əlavə bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər -Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs9la barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 oktyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Təqsirləndirilən şəxs faktiki azadlığının məhdudlaşdırıldığı 28 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarda qeyd olunmuşdur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, vurulmuş maddi zərərə görə 25000 manat, mənəvi zərərin əvəzi olaraq 1000 manat və dövlət rüsumuna görə ödənilmiş 169,50 manat, cəmi 26169,50 manat pul mülki cavabdeh və Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs13 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə digər zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və ümumiyyətlə çəkilməmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin və 25000 manat maddi ziyan, 1000 manat mənəvi ziyan və 169,5 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ, cəmi 26169,5 (iyirmi altı min yüz altımış doqquz manat əlli qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs13 ödənilsin. İş üzrə maddi sübut olan 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-236/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-236/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver