Məhkəmə qərarları › İş №1(124)-236/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-236/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-236/2025 11.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X8 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Xaçmaz şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 iyul 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi, ev 40, mənzil 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay və himayəsində 2 azyaşlı uşağı olan, natamam orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Siyəzən şəhəri, 20 Yanvar küçəsi, ev 14 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırki iş üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuananı və qurudulmuş marixuananı 27 sentyabr 2024-cü il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 məxsus olan ***-***-**-** saylı mobil nömrəli «Huawei» markalı mobil telefonda quraşdırılmış “Whatsapp" proqram tətbiqindən istifadə etməklə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşına məxsus +98***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb sonuncunun bildirdiyi yerdən, yəni Xaçmaz rayonu, Qaradağbuduq kəndi ərazisində yerləşən «Xaçmaz Kərpic» zavodunun yaxınlığında olan daşların arasından götürərək satış məqsədi ilə qəsdən əldə edib saxlamaqla daşımış, Fətihi X16 Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Qaradağbuduq kəndi ərazisində yerləşən «Xaçmaz Kərpic» zavodunun yaxınlığında saxlanılmış və 27 sentyabr 2024-cü il tarixdə saat 22:47-dən 23:05-ə qədər olan müddətdə üstünün yoxlanılması zamanı əlində daşıdığı 01 ədəd qara rəngli polietilen bağlamanın içərisində 02 ədəd qara rəngli polietilen bağlamalarda olmaqla 5245 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmayan marixuana və 4910 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Səhv etmirəmsə, sentyabr ayının 21-i “Facebook” sosial şəbəkəsi vasitəsilə tanış olduğum iranlı şəxslə danışmışdım. +**********43 nömrəsi iranlı şəxsə məxsus idi, həmin şəxs mənə zəng edib onda 2 qram marixuana olduğunu bildirdi və ondan həmin narkotik vasitəni almağa razılaşdım. Evdə “WiFi” şəbəkəsi olduğuna görə həmin şəxslə internetlə danışırdım, çölə çıxanda isə internetim olmurdu. Sinif yoldaşım olmuş tanışım Təqsirləndirilən şəxs1 zəng etdim və mənimlə Xaçmaza getməsini istədim. Təqsirləndirilən şəxs1 getməyimizin səbəbini soruşanda ona izah edəcəyimi bildirdim, o gəldi, ona 2 qram marixuana arxasınca getdiyimi, onunla bağlı heç nə olmadığını dedim və sadəcə maşında oturmasını istədim. Taksi ilə danışdıq və Xaçmaza getdik. İranlının dediyi ünvana çatdıq, maşından düşdüm, həmin vaxt iranlı şəxs mənə zəng etdi və həmin yerdə 1 kq marixuana olduğunu bildirdi. O, həmin narkotik vasitəni götürməyimi istədi və problem olmadığını, pulu daha sonra verə biləcəyimi söylədi. Mən razılaşmadım və 1 kq narkotik vasitənin mənə lazım olmadığını bildirdim. Həmin vaxt polis əməkdaşları hər iki tərəfimdən gəldilər, güllə açdılar və mən qorxub taksiylə qaçdım. Biz Siyəzəndə maşınla qəzaya düşdükdən sonra bizi tutdular.” Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təqsirləndirilən şəxs1 ilə 9 il müddətində sinif yoldaşı olmuşuq. Narkotik vasitə istifadəçisi olmuşam. Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyini bilirdim. Bir yerdə narkotik vasitə istifadə etmişik. İranlı şəxslə mən danışmışam. ***-***-**-** nömrəsi mənə məxsusdur. Mən 2 qram marixuana sifariş etmişdim. 2 qram marixuanaya görə 30 manat pul verəcəkdim. Siyəzəndən Xaçmaza getmək üçün taksiyə 30 manat pul verəcəkdim. Narkotik vasitəni götürməyə Təqsirləndirilən şəxs1 ilə getməyimin məqsədi narkotik vasitəni götürdükdən sonra aramızda bölmək idi. Yolda ona narkotik vasitə dalınca getdiyimi demişdim. Təqsirləndirilən şəxs1 pulu yox idi, ona görə mənə pul verməmişdi. Narkotik vasitəni ona hədiyyə edəcəkdim. Mən Şüvəlan təcridxanasına daxil olanda başımda olan xəsarətləri qeyd ediblər. Məni saxlayanda başıma təpiklə vurublar. Barəmdə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimə 5 kq narkotik vasitənin mənə məxsus olmadığını bildirməmişəm. Döyülməyim və narkotik vasitənin mənə məxsus olmaması barədə heç bir yerə şikayət etməmişəm. Çünki başa düşmürdüm. Qəzaya düşdükdən sonra polis əməkdaşları məni döyüblər. Polis şöbəsində məni vurmayıblar. Şöbədə əməkdaşlardan biri mənə “bilirsən də, necə danışmaq lazımdır” deyirdi. Orta təhsil almışam. Təqsirləndirilən şəxs1 mənim narkotik vasitə dalınca getməyimdən xəbəri var idi. İranlı şəxslə mənim aramda olan razılaşmanı Təqsirləndirilən şəxs1 bilmirdi.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Siyəzən şəhəri, 20 Yanvar küçəsi, ev 14 ünvanında yaşayır. O, təxminən 6-7 il olarki narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. O. Siyəzən şəhərində yaşayan Təqsirləndirilən şəxs1 uşaq yaşlarından tanımış, orta məktəbdə oxuyarkən Cəfər onun sinif yoldaşı olmuşdur. Ona görə də o, aradabir Siyəzən şəhərində Cəfərlə görüşmüşdür. O, İran İslam Respublikası vətəndaşı olan və Abi deyərək müraciət etdiyi şəxslə təxminən bir ay olarki «Facebook» sosial şəbəkəsində tanış olmuşdur. O, aradabir «Whatsapp» vasitəsi ilə Abi kimi müraciət etdiyi həmin şəxsə mesaj yazmış və həmin şəxsin istifadəsində olan mobil telefon nömrəsinidə Abi adı ilə öz mobil telefonuna qeyd etmişdir. Təxminən 10-15 gün əvvəl Abi deyərək müraciət etdiyi İran İslam Respublikası vətəndaşı «Whatsapp» vasitəsi ilə ona +98***-***-**-** mobil telefon nömrəsini göndərərək demişdir ki, həmin mobil telefon nömrəsi ona məxsusdur, onun özündə narkotik vasitə olur, ehtiyacı olarsa ona bildirsin, o, onun üçün narkotik vasitə təşkil edə bilər. Həmin vaxt o, ondan narkotik vasitə istəməmiş və sonrakı günlərdə «Whatsapp» vasitəsi ilə Abi deyərək müraciət etdiyi həmin şəxs +98***-***-**-** mobil telefon nömrəsi ilə ona zəng vuraraq danışmışdır. 27 sentyabr 2024-cü il tarixdə günorta saatlarında «Whatsapp» vasitəsi ilə Abi deyərək müraciət etdiyi İran İslam Respublikası vətəndaşı olan həmin şəxs +98***-***- **-** mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefona zəng vurub demişdir ki, bir ay olar ki, «Whatsapp» vasitəsi ilə onunla danışır, ona etibar edir. Xaçmaz rayonunda onun adamı var, onun adamı 2 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuananı Xaçmaz rayonu ərazisində gizli bir yerə qoyduqdan sonra həmin məkanın yerini və fotoşəkilini (konumu) «Whatsapp» vasitəsi çəkib ona, o, da ona göndərəcəkdir, o, Xaçmaz rayonuna gedib həmin marixuananı götürsün və Masazır qəsəbəsinə aparıb onun dediyi yerə qoysun, o, da bunun qarşılığında ona 500 manat pul göndərsin. O, Abi deyərək müraciət etdiyi həmin şəxslə razılaşmış, sonuncu da ona demişdir ki, saat 20:30 radələrində həmin yerdə olmaq lazımdır. Sonra o, narkotik vasitənin qoyulduğu yerin fotoşəkillərini ona göndərmiş və o, görmüşdür ki, həmin yer Xaçmaz rayonu, Qaradağbuduq kəndi ərazisində yerləşən «Xaçmaz Kərpic» zavodunun yaxınlığında yerləşir. Xaçmaz rayonu, Qaradağbuduq kəndində narkotik vasitənin gizlədildiyi yeri dəqiq müəyyənləşdirdikdən sonra qərara gəlmişdir ki. Xaçmaz rayonu, Qaradağbuduq kəndinə Cəfərlə birlikdə gəlsin və Cəfərin mobil telefonundan istifadə etməklə narkotik vasitənin gizlədildiyi yeri müəyyənləşdirərək götürsün. Çünki o, ancaq evdə olarkən öz mobil telefonu ilə evdə olan internetə qoşulub istifadə edə bilmiş, küçəyə çıxanda isə mobil telefonunda internet olmamışdır. 27 sentyabr 2024-cü il tarixdə təxminən saat 18:27 radələrində istifadəsində olan ***-***-**-** mobil telefonla Cəfərin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng vurub ondan harada olduğunu, nə etdiyini soruşmuş, Cəfərdə ona demişdir ki, evdə uzanmışdır, bədənində ağrılar var. Cəfərin narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün ona demişdir ki, durub yanına gəlsin, yaxşı olacaq, Xaçmaz rayonuna getmək lazımdır, istifadəsi üçün ona narkotik vasitə verəcəkdir. Cəfər hara gəlməli olduğunu soruşmuş, o, da ona demişdir ki, yolun kənarına gəlsin, özü gəlib onun götürəcəkdir. Bundan sonra o, evdən çıxıb Siyəzən şəhərinin mərkəzindən keçən yol istiqamətində gedərkən tanıdığı Kamranın idarə etdiyi «Toyota prius» markalı avtomobillə getdiyini görüb əli ilə ona avtomobili saxlaması üçün işarə etmişdir. Kamran qayıdıb gələcəyini əli ilə işarə etmiş və o, Kamrana zəng vurub idarə etdiyi avtomobillə onu Xaçmaz rayonuna apara bilib-bilməyəcəyini, apara bilərsə neçəyə apara biləcəyini soruşmuş, Kamranda ona demişdir ki. taksi avtomobilləri Xaçmaz rayonuna 30 manata gedib-qayıdırlar, 25 manat pul versə onu Xaçmaz rayonuna aparıbgətirər. O da Kamrana demişdir ki. Siyəzən şəhərinin mərkəzindən keçən yolun kənarına gəlsin, orada dayanıb onu gözləyəcəkdir. O. Siyəzən şəhərinin mərkəzindən keçən yoluna kənarına gəlib orada dayanmış, bir neçə dəqiqə keçdikdən sonra Cəfərdə onun yanına gəlmiş və o Cəfərə demişdir ki, taksi çağırmışdır, indi gələcəkdir. Onlar yolun kənarında dayanıb gözləmişlər, təxminən 5-6 dəqiqə keçdikdən sonra Kamran idarə etdiyi «Toyota prius» markalı avtomobillə onların yanına gəlmiş və o, ön sağ oturacaqda, Cəfər isə arxa oturacaqda oturmuşdur. Kamran avtomobili hərəkətə gətirib Xaçmaz rayonu istiqamətində gələrkən ondan Xaçmaz rayonuna getmələrinin səbəbini soruşmuş, o, da ona demişdir ki. Xaçmaz rayonu ərazisində olan bağ sahələrində işləmişdir, bu gün digər fəhlələrin əmək haqqı verilmişdir, o, işə getmədiyi üçün əmək haqqını ala bilməmiş, ona çatacaq pul Xaçmaz rayonu ərazisində yerləşən «Xaçmaz Kərpic» zavoduna qoyulmuşdur, zavoddan pulunu götürüb geri qayıdacaqdır. Siyəzən şəhərini çıxanda görmüşdür ki, yolun kənarında bir qadın və bir kişi dayanıb. Yolun kənarında dayanmış kişi avtomobili saxlaması üçün Kamrana əli ilə işarə etmiş, Kamran da avtomobili həmin şəxslərin yaxınlığında saxlayıb kişidən hara getdiklərini soruşmuş, həmin kişi Kamrana Xaçmaz şəhərinə getdiklərini bildirdikdə Kamran ona demişdir ki, o, da Xaçmaz rayonuna gedir, bir nəfər üçün 3 manat pul versə onları da apara bilər. Kişi etiraz etməmiş və qadınla birlikdə gəlib avtomobilə əyləşmişlər. Kamran əvvəlcə Xaçmaz şəhəri, Bakı prospektinə gəlib «Azpetrol» yanacaq doldurma məntqəsinin yaxınlığında kişi ilə qadını düşürmüş, kişidə Kamrana yol pulu olaraq 6 manat pul verdikdən sonra Kamran «Azpetrol» yanacaq doldurma məntəqəsinə gəlib aldığı 6 manat pulu verərək avtomobilə benzin tökdürmüşdür. Yanacaq doldurma məntəqəsində olarkən o, orada olan şəxslərdən «Xaçmaz Kərpic» zavodunun harada yerləşdiyini soruşmuş, orada olan şəxslərdə onlara geri qayıtmalı olduqlarını bildirmişlər. «Azpetrol» yanacaq doldurma məntəqəsindən çıxdıqdan sonra Kamran geri qayıdıb Bakı şəhəri istiqamətində getmişdir. Xaçmaz rayonu, Qaradağbuduq kəndi ərazisində, Bakı-Xaçmaz avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarında yerləşən kafenin yaxınlığına çatanda o, Kamrana avtomobili saxlamasını demiş, Kamranda avtomobili yolun kənarında saxlamış və onunla Cəfər avtomobildən düşmüşlər, Kamran isə avtomobildən düşməmişdir. O, Xaçmaz rayonu, Qaradağbuduq kəndi ərazisində, Bakı-Xaçmaz avtomobil yolunun kənarında yerləşən kafenin sağ yan tərəfində olan daşlıq yolu Cəfərə göstərərək demişdir ki, həmin yolla getməlidirlər, götürəcəyi yük yaxınlıqda yerləşən «Xaçmaz Kərpic» zavodunun hasarının yaxınlığındakı daşların arasına qoyulmuşdur. Onlar daşlıq yolla təxminən 15-20 metr getdikdən sonra o, hasara yaxın yerə yığılmış daşları Cəfərə göstərərək demişdir ki, götürücəkləri yük qara rəngli bağlamada həmin daşların arasındadır, o gedib götürsün, özü burada dayanıb onu gözləyir. Bundan sonra Cəfər həmin yerə gedib polietilen bağlamanı götürmüş və qayıdıb onun yanma gələndə görmüşdür ki, onlara tərəf gələn insanlar var. Gələn şəxslərin polis əməkdaşları ola biləcəyindən ehtiyat etmiş və qaçaraq gəlib Kamranın avtomobilinə əyləşərək tez sürüb getməsini bildirmişdir. Kamran nəyə görə həyəcanlı olduğunu soruşmuş, o da ona demişdir ki. onu öldürəcəklər, tez buradan uzaqlaşsın, gələn adamlar Cəfəri saxladılar. Sözündən sonra Kamran avtomobilin mühərrikini işə salmış və avtomobili hərəkətə gətirib Siyəzən şəhəri istiqamətində getmişdir. Siyəzən şəhəri ərazisində, Bakı-Gəndob-Yalama avtomobil yolunun kənarında yerləşən balıq bazarının yaxınlığına çatanda Kamranın avtomobilində nasazlıq yaranmış və Kamran məcbur olub avtomobili saxlamışdır. Kamranla birlikdə avtomobildən yerə düşüb dayanmışlar və təxminən saat 23:50 radələrində onların yaxınlığında başqa bir avtomobil dayanmış və avtomobildən düşən şəxslər yaxınlaşıb onu saxlayaraq qaçmağa qoymamışlar. Kamran isə qaçaraq oradan uzaqlaşmışdır. Həmin şəxslər özlərini ona təqdim edərkən bilmişdir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarıdırlar və onlar Cəfəri tutub saxlamışlar. Cəfərdə onlara narkotik vasitəni onun əldə etdiyini bildirdiyi üçün onlar onun arxasınca Siyəzən şəhərinə gəlmişlər. Həmin vaxt o özü də etiraf edərək bildirmişdir ki, Cəfərlə birlikdə o özü də Xaçmaz rayonu, Qaradağbuduq kəndinə gəlmişdir ki, narkotik vasitəni götürsün, həmin narkotik vasitənin olduğu yeri ona iran İslam Respublikasının vətəndaşı «Whatsapp» vasitəsi ilə göndərmişdir, narkotik vasitəni Masazır qəsəbəsinə aparıb iranlının dediyi yerə çatdırmalı idi. o, da ona 500 manat pul göndərməli idi. Sonra polis əməkdaşları onun üzərində olan əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişlər, o da əynində olan şalvarın sağ yan cibində saxladığı özünə məxsus «Huawei» markalı mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra isə o, izahatının alınmasından ötrü Xaçmaz Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. O, başqa heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Xaçmaz rayonu, Qaradağbuduq kəndi ərazisindən götürdükləri narkotik vasitəni isə həmin yerə Abi deyərək müraciət etdiyi İran İslam Respublikası vətəndaşı qoydurmuşdur. O, həmin narkotik vasitəni Masazır qəsəbəsinə aparıb İran İslam Respublikası vətəndaşının dediyi yerə çatdırmalı idi. O da bunun qarşılığında ona 500 manat pul göndərməli idi. Xaçmaz rayonuna narkotik vasitə əldə etmək məqsədi ilə gəldiklərini isə o Kamrana deməmişdir. Kamran ondan Xaçmaz rayonuna getmələrinin səbəbini soruşmuş, o da yalandan ona demişdir ki, Xaçmaz rayonu ərazisində olan bağ sahələrində işləmişdir, bu gün digər fəhlələrin əmək haqqı verilmişdir, o, işə getmədiyi üçün əmək haqqını ala bilməmiş, ona çatacaq pul Xaçmaz rayonu ərazisində yerləşən «Xaçmaz Kərpic» zavoduna qoyulmuşdur, zavoddan pulunu götürüb geri qayıdacaqdır. Bilmişdir ki, Kamrana narkotik vasitə götürmək məqsədi ilə Xaçmaz rayonuna gəldiyini əvvəlcədən desə sonuncu idarə etdiyi avtomobillə onu Xaçmaz rayonuna gətirməyəcək. Ona görə də o, bu barədə Kamrana heç bir söz deməmişdir (cild 01, iş vər. 103-104). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Müstəntiq mənə ifadəmdə polis əməkdaşlarının dalımca düşdüyünü və qəza törətdiyimizi yazmayacağını dedi. İranlı ilə aramızda narkotik vasitəni götürüb başqa yerə qoymağım və bunun müqabilində mənə 500 manat pul verilməsi barədə razılaşma olmayıb. Biz yolda gedəndə maşına bir oğlan və bir qız minmişdilər. Onlar sürücüyə pul verdilər. Səhv etmirəmsə, istintaq təcridxanasına sentyabrın 30-u gətirildim. İstintaq təcridxanasına daxil olarkən üzərimdə xəsarətlər qalmışdı. Orada döyüldüyümü bildirdim, xəsarətlərimi də qeyd etdilər. Təqsirləndirilən şəxs1 narkotik vasitə dalınca getdiyimi maşında dedim. Təqsirləndirilən şəxs1 onun telefonunda konuma baxmaq üçün aparmışdım. Kamranı çağırıb dindirdilər. Biz heç konuma yaxınlaşmamışdıq. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 saxladılar, mən isə qaçdım. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Şoferə Xaçmazda işlədiyimi və orada alınacaq pulum olduğunu demişəm.” Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Təqsirləndirilən şəxs2 telefonumda internet olub-olmadığını soruşdu, mən də olduğunu bildirdim. Xaçmaza getməyimizi istədi və birlikdə getdik. Konuma yaxınlaşanda Təqsirləndirilən şəxs2la maşından düşdük, polis əməkdaşları yaxınlaşdılar, Təqsirləndirilən şəxs2 qaçdı, mən isə qaldım. Polis əməkdaşları narkotik vasitə dalınca gəlib-gəlmədiyimi soruşdular, mən də gəlmədiyimi bildirdim. Onlar biraz uzaqda bükümdə narkotik vasitə olduğunu dedilər, həmin bükümü gətirib mənə məxsus olduğunu deməyimi istədilər. Mən etiraz etdim, lakin məcbur etdilər.” Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Telefonumda internet olduğuna görə maşından düşmüşdüm. Maşından düşüb pulu götürəcəkdik. Təqsirləndirilən şəxs2la birlikdə bir-iki dəfə narkotik vasitə istifadə etmişik. Biz həmin yerə gedəndə saatın neçə olduğunu bilmirəm. Biz pulu götürüb daha sonra narkotik vasitə alacaqdıq. Narkotik vasitəni kim satsa, ondan alacaqdıq. 1-2 qram narkotik vasitə alacaqdıq. Mən maşından narkotik vasitə deyil, pul götürmək üçün düşmüşdüm. Tutulan vaxt ağrılarım var idi. Polis əməkdaşları məni tutanda onlardan bunun səbəbini soruşdum və pul dalınca gəldiyimi bildirdim. Polis əməkdaşları biraz qabaqda sellofan torba olduğunu dedilər və həmin torbanı çəkiliş etmək üçün götürməyimi istədilər. Mən konumda olan yerə gedib çatmamışdım. Təqsirləndirilən şəxs2 mənimlə birlikdə maşından düşmüşdü. Alacağımız narkotik vasitəni özümüz istifadə edəcəkdik. Məni polis şöbəsinə gətirəndə mənə qarşı təzyiq olunub. Polis şöbəsində mənə nə deyilibsə, onu yazmışam. Tutulandan bir neçə saat sonra çəkiliş aparıldı. İranlı şəxslə mənim telefonumla danışmamışıq. Mənim telefonumda internet var idi və Təqsirləndirilən şəxs2la paylaşmışdım. Biz saxlanılanda silahla atəş açılıb. Təqsirləndirilən şəxs2 qaçdığına görə atəş açılıb. İbtidai istintaq zamanı mənə qarşı psixi təsir olub, buna görə də məcbur olub sənədlərə imza çəkmişəm. Hadisə yerində 5-6 dəfə atəş açılıb.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2009-cu il tarixli hökmü ilə CM-in 120.2.1-ci maddəsi ilə təqsirli bilinib 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 09 yanvar 2019-cu il tarixdə cəzası başa satdığı üçün cəzaçəkmə müəssisəsindən buraxılmış, həmin tarixdə Siyəzən şəhərinə gəlib valideyinlər ilə birlikdə yaşamağa başlamış, Cəzəçəkmə Müəssisəsindən buraxıldıqdan sonra heç bir yerdə işləməmiş və mütəmadi olaraq narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etmiş, Siyəzən şəhərində yaşayan Təqsirləndirilən şəxs2 uşaq yaşlarından tanımış, Xalıqverdi orta məktəbdə oxuyarkən onun sinif yoldaşı olmuş, ona görə də o aradabir Xalıqverdi ilə görüşmüşdür. 27 sentyabr 2024-cü il tarixdə təxminən saat 18:27 dəqiqədə Xalıqverdinin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng gəlmiş və telefona cavab verdikdə Xalıqverdi harada olduğunu, nə etdiyini soruşmuş, o da Xalıqverdiyə evdə uzandığını, bədənində ağrılar demişdir. Sözlərindən sonra Xalıqverdi ona durub onun yanına getməsini, yaxşı olacağını, Xaçmaz rayonunda narkotik vasitə olduğunu, birlikdə Xaçmaz rayonuna gedib narkotik vasitəni götürəcəyini, istifadəsi üçün ona narkotik vasitə verəcəyini demişdir. Xalıqverdidən hara gəlməli olduğunu soruşduqda isə yolun kənarına gəlməsini, özü gəlib onu götürəcəyini bildirmiş, bundan sonra o evdən çıxıb Siyəzən şəhərinin mərkəzindən keçən yoluna kənarına gəlib orada gözləmiş və təxminən 5-6 dəqiqə keçdikdən sonra yaxınlığımda tünd metallik rəngli “Toyota prius” markalı avtomobil dayanmış və baxanda Xalıqverdinin həmin avtomobildə ön sağ oturacaqda oturduğunu görmüşdür. O, gəlib həmin avtomobildə arxa oturacaqda əyləşmiş və avtomobili Siyəzən şəhərində yaşayan Kamranın idarə etdiyini görmüşdür. Kamran avtomobili hərəkətə gətirib Xaçmaz rayonu istiqamətində gəlməyə başlamış, Xaçmaz rayonuna gələrkən yolboyu Xalıqverdi ilə söhbət etməmiş, Xaçmaz rayonu, Qaradağbuduq kəndi ərazisində Bakı-Xaçmaz avtomobil yolunun sağ kənarında yerləşən kafenin yaxınlığına çatanda Xalıqverdi Kamrana avtomobili saxlamasını demiş, Kamran da avtomobili yolun kənarında saxlamış və Xalıqverdi ona avtomobildən düşməsinə demişdir. Onunla Xalıqverdi avtomobildən düşmüş, Kamran isə avtomobildən düşməmişdir. Xalıqverdi həmin kənd ərazisində, Bakı- Xaçmaz avtomobil yolunun kənarında yerləşən kafenin sağ yan tərəfində olan daşlıq yolu ona göstərərək həmin yolla gedəcəyini və narkotik vasitə olan qurudulmuş marixuananın Xaçmaz Kərpic zavodunun hasarının yaxınlığındakı daşların arasına qoyulduğunu bildirmiş, daşlıq yolla təxminən 15-20 metr getdikdən sonra Xalıqverdi dayanıb ətrafa nəzər yetirmiş və hasarın yaxınlığına yığılmış daşları göstərərək ona narkotik vasitənin həmin daşların yanında olduğunu demiş, ondan tək gedib narkotik vasitəni götürməsini istəmişdir. O, Xalıqverdinin göstərdiyi yerə gələndə daşların arasında böyük bir qara rəngli polietilen bağlama olduğunu görmüş, polietilen bağlamanı əlinə götürüb Xalıqverdinin yanına gələndə ona polis əməkdaşları yaxınlaşmış və bunu görən Xalıqverdi qaçaraq gedib Kamranın idarə etdiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. O qaça bilməyib dayanmış, polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra kim olduğunu və əlində olan polietilen bağlamada nə olduğunu soruşmuş, o da adını, soyadını polis əməkdaşlarına demiş və etiraf edərək əlində olan polietilen bağlamada narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Siyəzən şəhərində yaşayan sinif yoldaşı Xaliqverdinin əldə etdiyini, onların birlikdə Kamran adlı şəxsin idarə etdiyi avtomobillə həmin narkotik vasitəni götürmək üçün gəldiyini bildirmişdir. Polis əməkdaşları əlində olan polietilen bağlamanı açanda içərisində 02 ədəd böyük və 01 ədəd nisbətən kiçik olmaqla 03 ədəd polietilen bağlamanın olduğunu və bağlamaların yapışqan lentlə sarındığını görmüş, polis əməkdaşları içərilərində nə olduğunu bilmək üçün əvvəlcə kiçik ölçüdə olan polietilen bağlamanın üst hissəsini bıçaqla kəsmiş və həmin kiçik ölçülü bağlamanın içərisində qaramtıl rəngli maddə olduğunu görmüş, polis əməkdaşları həmin bağlamada olan qaramtıl rəngli maddənin heroinə bənzədiyini bildirərək onun iştirakı ilə qablaşdırıb möhürləmiş, o və digər iştirakçılar həmin bağlamanın üzərinə yapışdırılmış kağızın üstünə imza etdikdən sonra elektron əl tərəzisi ilə çəkildikdə və qaramtıl rəngli maddənin torba ilə birlikdə çəkisinin 2,125 kq olması müəyyən edilmişdir. Sonra böyük bağlamaların üst hissəsi bıçaqla kəsilmiş və hər iki bağlamanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş, içərilərində marixuana olan hər iki bağlamada onun iştirakı ilə qablaşdırılıb möhürlənmiş, o və digər iştirakçılar içərilərində qurudulmuş marixuana olan polietilen bağlamaların üzərinə yapışdırılmış kağızın üstünə imza etdikdən sonra qurudulmuş marixuana da elektron əl tərəzisi ilə çəkildikdə və iki ədəd bağlamada olan marixuananın torba ilə birlikdə çəkisinin 10,56 kq olması müəyyən edilmişdir. Bundan sonra isə o izahatımın alınmasından ötrü Xaçmaz Rayon Polis Şöbəsinə dəvət olunmuş, etdiyi hərəkətlərdən peşman olduğunu, gələcəkdə belə işlərə yol verməyəcəyini bildirmişdir. O, başqa heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Götürdüyü narkotik vasitəni isə Xalıqverdi əldə etmişdir. O, həmin narkotik vasitəni aparıb Xalıqverdiyə verməli imiş. Xalıqverdi də bunun qarşılığında ona istifadə etməyi üçün narkotik vasitə verməli imiş. Xalıqverdinin narkotik vasitəni kimdən, haradan və ya hansı yolla əldə etməsini dəqiq bilmir, Xalıqverdinin özünün deməsinə görə o, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından almış və pul qarşılığında başqa yerə çatdırmalı imiş. O, Kamranı tanısa da heç vaxt onunla yaxın münasibətdə olmamış, Xaçmaz rayonuna nə məqsədlə gəldiyini, yəni narkotik vasitə əldə etmək məqsədi ilə gəldiyini Kamrana deməmişdir. Xalıqverdinin Kamrana nə deməsini isə bilməmişdir. Xaçmaz rayonuna gələrkən də yolboyu Xalıqverdi narkotik vasitə əldə etmək məqsədi ilə Xaçmaz rayonuna gəlmələri ilə bağlı Kamrana heç bir söz deməmiş və Kamran özü də bununla bağlı Xalıqverdidən heç nə soruşmamışdır (cild 01, iş vər. 86-87). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Təqsirləndirilən şəxs2 mənə zəng edib Xaçmaza narkotik vasitə dalınca getdiyini deməyib və həmin narkotik vasitədən mənə də verəcəyini deməyib. Təqsirləndirilən şəxs2 məni telefonuma görə aparmışdı, o mənə pul dalınca getdiyini və pulu götürüb narkotik vasitə götürəcəyini deyib. Siyəzəndə narkotik vasitə tapa bilmirdik. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq etmirəm. Barəmdə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən burada bildirdiklərimi demədim.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir: “2024-cü ilin sentyabr ayında bir qrup şəxs tərəfindən Xaçmaz şəhərinin girişindən narkotik vasitələrin götürüləcəyi barədə əməliyyat məlumatı daxil oldu. Həmin yer tərəfimizdən yoxlanılan zaman “Toyota Prius” markalı avtomobil tərəfimizdən müşahidə edildi, şəxslərə yaxınlaşdıq, onlardan biri tərəfimizdən saxlanıldı, digəri isə avtomobilə minib uzaqlaşdı. Saxlanılan şəxsdən səhv etmirəmsə, 1 balaca və 2 böyük olmaqla 3 büküm aşkar olundu, bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr var idi. Qaçan şəxs Siyəzən ərazisində qəza törətmişdi, mən həmin yerə gec getdim, mən gedəndə avtomobil orada idi və Yol-patrul xidmətinin əməkdaşları orada idi. Həmin əraziyə fənərlə baxış keçirdik, avtomobildən 20-30 metr aralıda bir nəfərin gizləndiyini gördük, yaxınlaşıb özümüzü təqdim etdik və həmin şəxsin saxlanılan zaman qaçan şəxs olduğunu müəyyən etdik.” Şahid1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Şəxsləri saxlayarkən qaçmayıb dayanan şəxsin onlardan hansı olduğunu dəqiq xatırlamıram. Bükümlər şəxsin əlində idi, o bükümləri götürüb maşına oturmaq istəyirdi. Səhv etmirəmsə, digər şəxs maşında idi, düşməmişdi. Əməkdaşlar dayanan şəxsi maşına minməyə qoymadılar. Həmin şəxsin halsız olub-olmadığını xatırlamıram. Həmin əraziyə neçə nəfərin gələcəyini bilmirdik. Şəxslərə qarşı tərəfimizdən heç bir güc tətbiq olunmayıb. Şəxslər bizə müqavimət göstərməyib. Şəxslər saxlanılarkən tərəfimizdən atəş açılmayıb. Şəxslərin saxlanıldığı yer səhv etmirəmsə, kərpic zavodunun həyəti idi, köhnə ərazi idi. Şəxsləri təxminən 20 metr məsafədən gördük. Şəxslər barəsində əvvəllər bizdə məlumat olmayıb. Daxil olan məlumatla bağlı əməliyyat-qeydiyyat işi açmadıq. Əməliyyat məlumatı Xaçmaz Rayon Polis X4 Qrupuna daxil olmuşdu. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı iştirak etməyən Şahid4 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da digər şahidlərlə eyni məzmunlu ifadə verərək onların göstərmiş olduğu xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir: “Mən Siyəzən rayonunda taksi sürücüsü kimi fəaliyyət göstərirdim. 2024-cü ilin sentyabr ayının sonları Təqsirləndirilən şəxs2 mənə zəng etdi, Xaçmaza onu neçəyə apara biləcəyimi soruşdu, mən də 30 manata aparacağımı bildirdim və biz 25 manata razılaşdıq. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürüb Xaçmaza getdim, Təqsirləndirilən şəxs2 mənə Xaçmazda işlədiklərini, əmək haqqılarını almaq üçün pul dalınca getdiklərini bildirmişdi. Xaçmaza çatdıq, maşını yolun qırağında zavodun qarşısında saxladım, onlar maşından düşüb getdilər, 10 dəqiqə sonra Təqsirləndirilən şəxs2 qaçaraq maşına tərəf qayıtdı və getməyimizi istədi. Mən də maşını sürdüm və getdik, Siyəzənə çatanda maşının təkəri çıxdı və biz qəzaya düşdük. Daha sonra polis şöbəsindən zəng gəldi və gedib ifadə verdim.” Şahid6 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Yolda şəxslər arasında narkotik vasitə ilə bağlı söhbət olmayıb. Bu barədə bilsəydim, həmin yerə getməzdim. Polis əməkdaşları yolboyu bizi təqib etmirdilər, sadəcə Təqsirləndirilən şəxs2 qayıdanda Təqsirləndirilən şəxs1 tərəfdə 1-2 nəfər olduğunu gördüm, dava baş verdiyini düşündüm və Təqsirləndirilən şəxs2 mübahisə edibetməmələrini soruşdum. Təqsirləndirilən şəxs2 isə heç nə olmadığını dedi və sürüb getməyimizi istədi. Təqsirləndirilən şəxs1 barəsində soruşanda onun özünün gələcəyini dedi. Təqsirləndirilən şəxs2 mənə pul vermədi, pulu yolda verəcəyini dedi, lakin maşınım qəzaya düşdü. Təqsirləndirilən şəxs1 əvvəlcə maşından düşmək istəmirdi, Təqsirləndirilən şəxs2 özünün getməsini və onun da pulunu gətirməsini dedi, lakin Təqsirləndirilən şəxs2 onun da gəlməsini istədi. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Xaçmaz Rayon Polis Şöbəsinə ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkotik vasitələri qanunsuz olaraq əldə etmələri, daşımaları və istifadə etmələri barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi haqqında” qərardan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etdikləri mənbənin müəyyən edilməsi məqsədilə vətəndaşların sorğusu və soraqlaşma əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 sentyabr 2024-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Qaradağbuduq kəndi ərazisində yerləşən “Xaçmaz Kərpic” zavodunun yaxınlığında saxlanılan zaman videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılarkən Təqsirləndirilən şəxs1 əlində olan polietilen bağlamaya baxış keçirilmiş və içərisində 02 ədəd böyük və 01 ədəd kiçik polietilen bağlama olması müəyyən edilmişdir. Kiçik ölçülü bağlamaya baxış keçirilən zaman içərisində qaramtıl rəngli maddə olması, həmin bağlama əl tərəzisi ilə çəkildikdə çəkisinin 2,125 kq olması müəyyən edilmiş və qaramtıl rəngli maddə qablaşdırılıb möhürlənmişdir. Böyük ölçülü bağlamalara baxış keçirilən zaman hər iki bağlamanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması, həmin bağlamalar əl tərəzisi ilə çəkildikdə çəkisinin 10,56 kq olması müəyyən edilmiş və hər iki bağlama qablaşdırılıb möhürlənmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 üzərindən “Honor 7” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni Xalıqverdiyə, Xalıqverdinin isə başqa kiməsə verəcəyini bildirmişdir. Çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 08-10). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Xaçmaz Rayon Polis Şöbəsinə ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun Xaçmaz rayonu, Qaradağbuduq kəndi ərazisində yerləşən “Xaçmaz Kərpic” zavodunun yaxınlığında olması müəyyən edildikdən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, üstü yoxlanılarkən Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş qara rəngli sellofan torbaya baxış keçirilmiş, içərisində üç ədəd qara rəngli bağlama olması, bağlamalardan birinə baxış keçirilən zaman içərisində heroinə bənzər maddə olması, elektron tərəzidə çəkilən zaman ümumilikdə çəkisinin 2,125 kq olması, digər iki bağlama açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması, elektron tərəzidə çəkilən zaman ümumilikdə çəkisinin 10,56 kq olması müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 üzərindən “Honor 7” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilərək aidiyyəti üzrə təhvil verilmişdir (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 sentyabr 2024-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Siyəzən şəhəri ərazisində saxlanılan zaman videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılarkən Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən “Huawei” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ilə bir yerdə Xaçmaz rayonuna gəldiyini, Təqsirləndirilən şəxs1 saxlanılarkən oradan qaçdığını, Təqsirləndirilən şəxs1 ilə birlikdə Xaçmaz rayonuna narkotik vasitə əldə etmək üçün gəldiklərini, iranlı şəxsin ona konum atdığını, narkotik vasitəni Masazır qəsəbəsinə aparıb çatdırdıqdan sonra iranlı şəxsin ona konum atmalı olduğunu və narkotik vasitəni həmin yerə qoyduqdan sonra iranlı şəxsin ona 500 manat pul verəcəyini bildirmişdir. Çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 31-33). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Xaçmaz Rayon Polis Şöbəsinə ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun Siyəzən şəhəri ərazisində olması müəyyən edildikdən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, üstü yoxlanılarkən Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən “Huawei” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilərək aidiyyəti üzrə təhvil verilmişdir (cild 01, iş vər. 34). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 28 sentyabr 2024-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsində xidməti otaqda, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları və Təqsirləndirilən şəxs1 iştirakı ilə Xaçmaz Rayon Polis X4 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim olunmuş bir ədəd kiçik və bir ədəd böyük olmaqla iki ədəd bağlamaya baxış keçirilmiş, təqdim edilmiş kiçik ölçülü bağlamanın içərisində qaramtıl rəngli maddə olması müəyyən edilmiş, həmin polietilen bağlama elektron tərəzi ilə çəkilmiş və qaramtıl rəngli maddənin torba ilə birlikdə çəkisinin 2,120 kq olması müəyyən edilmiş, böyük ölçülü bağlamanın içərisində 02 ədəd qara rəngli polietilen bağlama aşkar olunmuş, hər iki bağlamanın içərisində ağ rəngli sintetik materialdan olan bağlama olması və hər iki bağlamada da yaşıl rəngli bitki kütləsinin olması müəyyən edilmiş, həmin polietilen bağlamalar ayrı-ayrılıqda elektron tərəzi ilə çəkilmiş və bağlamalardan birinin çəkisinin 5,45 kq olması, digərinin çəkisinin isə 5,11 kq olması müəyyən edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 təqdim olunan 03 ədəd polietilen bağlamanın ona məxsus olduğunu, içərilərində narkotik vasitə olduğunu, həmin polietilen bağlamaları Xaçmaz rayonu, Qaradağbuduq kəndi ərazisində yerləşən «Xaçmaz Kərpic» zavodunun yaxınlığından götürdüyünü, bağlamalarda olan narkotik vasitələri Xalıqverdiyə, sonuncunun da başqa şəxsə verməli olduğunu bildirmişdir. Təqdim olunan 01 ədəd polietilen bağlamada olan qaramtıl rəngli maddə və 02 ədəd polietilen bağlamada olan bitki kütləsi iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cild 01, iş vər. 55-56). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 28 sentyabr 2024-cü il tarixli 3-16-16-2-7/1618 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 üzərindən...» yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı: -qara rəngli polietilen bağlamada 01 (bir) ədəd ağ rəngli sintetik bağlamada təmiz çəkisi-5245 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmayan marixuanadır. -qara rəngli polietilen bağlamada 01 (bir) ədəd ağ rəngli sintetik bağlamada təmiz çəkisi-4910 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanalar eyni növə aiddir (cild 01, iş vər.61-64). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 sentyabr 2024-cü il tarixli 3-16-16-2-6/4739 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş.." yazılanı olan bağlamanın içərisində təmiz çəkisi 1990 qram olan maddənin tərkibində Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələr, psixotrop maddələr, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları"na, habelə "Zəhərli maddələrin siyahıları"na daxil olan maddələr müəyyən edilməmişdir (cild 01, iş vər.65-68). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Xaçmaz Rayon Polis X4 Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xaçmaz Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Xaçmaz Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Xaçmaz Rayon Polis X4 Qrupunun Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs1 tutularaq saxlanılır və sonuncudan kim olduğu, harada yaşadığı, qaçan şəxsin kim olduğu, Xaçmaz rayonuna nə məqsədlə gəldikləri, əlində olan polietilen bağlamda nə olduğu, narkotik vasitədən istifadə etdiyi soruşulur. O da Təqsirləndirilən şəxs1 olduğunu, Siyəzən səhərində yaşadığını, qaçan şəxsin sinif yoldaşı Xalıqverdi olduğunu, əlində daşıdığı bağlamada narkotik vasitə olduğunu, narkotik vasitənin Xalıqverdiyə məxsus olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu və “şüşədən”, yəni psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bildirir. Bundan sonra polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs1 təqdim etdikdən sonra əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs1 onların qanunsuz olaraq narkotik vasitələri daşımaları barədə daxil olmuş məlumatla əlaqədar onun üstünün yoxlanılacağını və saxlanıldığı yerin Xaçmaz-Bakı avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarınn olduğunu bildirərək ondan narkotik vasitəni nə edəcəyini, haradan əldə etdiklərini, hara aparacaqlarını soruşur, Təqsirləndirilən şəxs1 də bildirir ki, Xalıqverdiyə verəcəkdi. Xalıqverdi ona demişdi ki, heroin var, istifadə etməsi üçün ona verəcək, onunla gəlsin, Xalıqverdi də həmin narkotik vasitəni başqa kiməsə verəcəkdi. Bundan sonra polietilen bağlama əməliyyat müvəkkili Şahid3 tərəfindən açıldıqda içərisində üzlərinə yapışqan lent sarınmış 02 ədəd böyük və 01 ədəd kiçik bağlama olması müəyyən edilir. Əməliyyat müvəkkili Şahid3 tərəfindən əvvəlcə kiçik ölçülü polietilen bağlama üst hissədən bıçaqla kəsilir və bağlamanın içərisində qaramtıl rəngli maddə olduğu görülür. Həmin polietilen bağlamada olan qaramtıl rəngli maddə əməliyyat müvəkkili Şahid3 tərəfindən qablaşdırıb möhürlənir. Təqsirləndirilən şəxs1 və digər iştirakçılar bağlamanın üzərinə yapışdırılmış kağızın üstünə imza etdikdən sonra elektron əl tərəzisi ilə çəkilir və qaramtıl rəngli maddənin torba ilə birlikdə çəkisinin 2,125 kq olması müəyyən edilir. Sonra əməliyyat müvəkkili Şahid3 tərəfindən böyük bağlamaların üst hissəsi bıçaqla kəsilir və hər iki bağlamanın içərisində narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsinin olduğu görülür. İçərilərində marixuanaya oxşar bitki kütləsi olan hər iki bağlamada qablaşdırılıb möhürlənir, Təqsirləndirilən şəxs1 və polis əməkdaşları içərilərində marixuanaya oxşar bitki kütləsi olan polietilen bağlamaların üzərinə yapışdırılmış kağızın üstünə imza etdikdən sonra elektron əl tərəzisi ilə çəkilir və iki ədəd bağlamada olan marixuanaya oxşar bitki kütləsinin torba ilə birlikdə çəkisinin 10,56 kq olması müəyyən edilərək Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Honor 7» markalı mobil telefonla birlikdə götürülür. «CD» formatlı diskdə olan video görüntü 17,14 dəqiqə davam edir. Təqsirləndirilən şəxs1 video görüntüdəki şəxsin özü olduğunu bildirmişdir (cild 01, iş vər. 121-122). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Xaçmaz Rayon Polis X4 Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xaçmaz Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Xaçmaz Rayon Polis X4 Qrupunun Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid4 tərəfindən X5 tutularaq saxlanılır və sonuncudan kim olduğu soruşulduqda o, Təqsirləndirilən şəxs2 olduğunu bildirir. Bundan sonra Xalıqverdiyə bir saat əvvəl Xaçmaz rayonu ərazisində olduğu, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və daşımaqda şübhəli olduğuna görə hadisə yerindən qaçdığı, buna görə də Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarıldığı bildirilərək ondan Təqsirləndirilən şəxs1 onun göndərdiyi soruşulur. Təqsirləndirilən şəxs2 da Cəfərlə bir yerdə gəldiklərini, Cəfər saxlanılarkən oradan qaçdığını bildirir. Təqsirləndirilən şəxs2 nəyə görə Xaçmaz rayonuna gəldikləri soruşulduqda isə bildirir ki, Cəfərlə birlikdə Xaçmaz rayonuna narkotik vasitə əldə etmək üçün gəlmişlər. İranlı ona konum atmışdır, o narkotik vasitəni Masazır qəsəbəsinə aparıb çatdırdıqdan sonra iranlı ona konum atmalı idi və o, narkotik vasitəni həmin yerə qoyduqdan sonra iranlı ona 500 manat pul verəcəkdi. Bundan sonra əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları çıxarıb təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs2 da əynində olan şalvarın sağ yan cibindən bir ədəd «Huawei» markalı mobil telefonu çıxarıb təqdim edir və həmin mobil telefon polis əməkdaşları tərəfindən götürülür. CD formatlı diskdə olan video görüntü 02,44 dəqiqə davam edir. Təqsirləndirilən şəxs2 video görüntüdəki şəxsin özü olduğunu bildirmişdir (cild 01, iş vər. 123). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 və onun müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, mobil telefonun qara rəngli olmaqla gövdəsi plastik materialdandır, arxa qapağın aşağı hissəsinə «Huawei» sözü yazılmışdır. Həmin mobil telefonun üzərində hərflər və rəqəmlər göstərilmiş düymələr yoxdur, ekran hissəsi qara rənglidir, arxa tərəfində isə görüntüləri qeydə almaq üçün videokamera vardır. Mobil telefonun sağ yan tərəfində iki ədəd düymələr vardır. Mobil telefonun sağ yan tərəfində olan düymə basıldıqda ekran açıldı və bundan sonra mobil telefonun «Whatsapp» bölməsinə daxil olundu. Mobil telefonun «Whatsapp» bölməsinə baxılarkən ekranın sol yuxarı hissəsində «Şir» fotoşəkili olmaqla sağ yan trəfində latın əlifbası ilə «Abi» sözü yazılmışdır, tarix olaraq isə 27 sentyabr 2024 göstərilmişdir. Bir qədər aşağıda «Abi, Sanan xaber çixmadi, Narahatam, Bir xaber ver 20:47, Abi, Noldu, Mana dgidi bir subatin. Denn. Javeb vermadin, Negaran galdim, 20:49 yazılmışdır, həmin sözlərdən aşağıda Xaçmaz rayonu, Qaradağbuduq kəndi ərazisində yerləşən «Xaçmaz Kərpic» zavodun, zavod istiqamətində gedən yolun və daşlar arasında qara rəngli polietilen bağlamanın fotoşəkilləri vardır, fotoşəkildən aşağı hissədə isə «Abi, Gemadin, Mall galdi hamrda, sani guzdiram. Mana bir xaber ver, Javeb ver abi, Uryum partadi» sözləri yazılmışdır. Bundan sonra Abi sözünün üstünə basıldı və ekranda +98***-***-**-** nömrəsi göründü. Təqsirləndirilən şəxs2 məxsus mobil telefonda olan mesajlar və fotoşəkillər bir ədəd CD formatlı diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 124-125). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin iştirakı ilə “CD” formatlı diskə baxış keçirilir, Xaçmaz Rayon Polis X4 Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xaçmaz Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Xaçmaz Rayon Polis X4 Qrupunun Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid4 tərəfindən X5 tutularaq saxlanılır və sonuncudan kim olduğu soruşulduqda o, Təqsirləndirilən şəxs2 olduğunu bildirir. Bundan sonra Xalıqverdiyə bir saat əvvəl Xaçmaz rayonu ərazisində olduğu, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və daşımaqda şübhəli olduğuna görə hadisə yerindən qaçdığı, buna görə də Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarıldığı bildirilərək ondan Təqsirləndirilən şəxs1 onun göndərdiyi soruşulur. Təqsirləndirilən şəxs2 da Cəfərlə bir yerdə gəldiklərini, Cəfər saxlanılarkən oradan qaçdığını bildirir. Təqsirləndirilən şəxs2 nəyə görə Xaçmaz rayonuna gəldikləri soruşulduqda isə bildirir ki, Cəfərlə birlikdə Xaçmaz rayonuna narkotik vasitə əldə etmək üçün gəlmişlər. İranlı ona konum atmışdır, o narkotik vasitəni Masazır qəsəbəsinə aparıb çatdırdıqdan sonra iranlı ona konum atmalı idi və o, narkotik vasitəni həmin yerə qoyduqdan sonra iranlı ona 500 manat pul verəcəkdi. Bundan sonra əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları çıxarıb təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs2 da əynində olan şalvarın sağ yan cibindən bir ədəd «Huawei» markalı mobil telefonu çıxarıb təqdim edir və həmin mobil telefon polis əməkdaşları tərəfindən götürülür. CD formatlı diskdə olan video görüntü 02,44 dəqiqə davam edir. Təqsirləndirilən şəxs1 video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir (cild 01, iş vər. 126). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 və onun müdafiəçisinin iştirakı ilə “CD” formatlı diskə baxış keçirilir, Xaçmaz Rayon Polis X4 Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xaçmaz Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Xaçmaz Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Xaçmaz Rayon Polis X4 Qrupunun Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs1 tutularaq saxlanılır və sonuncudan kim olduğu, harada yaşadığı, qaçan şəxsin kim olduğu, Xaçmaz rayonuna nə məqsədlə gəldikləri, əlində olan polietilen bağlamda nə olduğu, narkotik vasitədən istifadə etdiyi soruşulur. O da Təqsirləndirilən şəxs1 olduğunu, Siyəzən səhərində yaşadığını, qaçan şəxsin sinif yoldaşı Xalıqverdi olduğunu, əlində daşıdığı bağlamada narkotik vasitə olduğunu, narkotik vasitənin Xalıqverdiyə məxsus olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu və “şüşədən”, yəni psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bildirir. Bundan sonra polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs1 təqdim etdikdən sonra əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs1 onların qanunsuz olaraq narkotik vasitələri daşımaları barədə daxil olmuş məlumatla əlaqədar onun üstünün yoxlanılacağını və saxlanıldığı yerin Xaçmaz-Bakı avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarınn olduğunu bildirərək ondan narkotik vasitəni nə edəcəyini, haradan əldə etdiklərini, hara aparacaqlarını soruşur, Təqsirləndirilən şəxs1 də bildirir ki, Xalıqverdiyə verəcəkdi. Xalıqverdi ona demişdi ki, heroin var, istifadə etməsi üçün ona verəcək, onunla gəlsin, Xalıqverdi də həmin narkotik vasitəni başqa kiməsə verəcəkdi. Bundan sonra polietilen bağlama əməliyyat müvəkkili Şahid3 tərəfindən açıldıqda içərisində üzlərinə yapışqan lent sarınmış 02 ədəd böyük və 01 ədəd kiçik bağlama olması müəyyən edilir. Əməliyyat müvəkkili Şahid3 tərəfindən əvvəlcə kiçik ölçülü polietilen bağlama üst hissədən bıçaqla kəsilir və bağlamanın içərisində qaramtıl rəngli maddə olduğu görülür. Həmin polietilen bağlamada olan qaramtıl rəngli maddə əməliyyat müvəkkili Şahid3 tərəfindən qablaşdırıb möhürlənir. Təqsirləndirilən şəxs1 və digər iştirakçılar bağlamanın üzərinə yapışdırılmış kağızın üstünə imza etdikdən sonra elektron əl tərəzisi ilə çəkilir və qaramtıl rəngli maddənin torba ilə birlikdə çəkisinin 2,125 kq olması müəyyən edilir. Sonra əməliyyat müvəkkili Şahid3 tərəfindən böyük bağlamaların üst hissəsi bıçaqla kəsilir və hər iki bağlamanın içərisində narkotik vasitə olan marixuanaya oxşar bitki kütləsinin olduğu görülür. İçərilərində marixuanaya oxşar bitki kütləsi olan hər iki bağlamada qablaşdırılıb möhürlənir, Təqsirləndirilən şəxs1 və polis əməkdaşları içərilərində marixuanaya oxşar bitki kütləsi olan polietilen bağlamaların üzərinə yapışdırılmış kağızın üstünə imza etdikdən sonra elektron əl tərəzisi ilə çəkilir və iki ədəd bağlamada olan marixuanaya oxşar bitki kütləsinin torba ilə birlikdə çəkisinin 10,56 kq olması müəyyən edilərək Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Honor 7» markalı mobil telefonla birlikdə götürülür. «CD» formatlı diskdə olan video görüntü 17,14 dəqiqə davam edir. Təqsirləndirilən şəxs2 video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir (cild 01, iş vər. 127). Cinayət işinin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(067)-227/2024 nömrəli qərarından görünür ki, Xaçmaz Rayon Polis X4 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 27 sentyabr 2024-cü il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərarının qanuni hesab edilməsi qərara alınmışdır (cild 01, iş vər. 136). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 6982 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 190-191). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 6983 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 192- 193). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının xx.xx.2024-cü il tarixli 160- 5218-20/24 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan qurudulmuş marixuananı və qurudulmayan marixuananı əldə etdikləri mənbəni müəyyənləşdirmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır, bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 01, iş vər. 194). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Telefon zənglərinin siyahısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi 27 sentyabr 2024-cü il tarixdə saat 22:10:08 dəqiqədə Xaçmaz rayonu, Canaxır kəndi ərazisində, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi isə 27 sentyabr 2024-cü il tarixdə saat 21:28:27 dəqiqədən saat 22:27:42 dəqiqəyədək olan müddət ərzində Xaçmaz rayonu, Canaxır və Hülövlü kəndləri ərazisində olan anten dairəsində qeyd alınmışdır (cild 01, iş vər. 205) Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan edilmiş, onların əməlində CM-in 234.4.4-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid6 əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs2 əməlində CM-in 234.4.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 5245 qram çəkidə narkotik vasitə qurudulmayan marixuananı və 4910 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdikləri mənbənin müəyyən edilməsindən ötrü hazırki cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması qərara alınmışdır (cild 02, iş vər. 218-232). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 27 sentyabr 2024-cü il tarixdə Xaçmaz rayonu, Qaradağbuduq kəndi ərazisində yerləşən “Xaçmaz Kərpic” zavodunun yaxınlığında saxlanılan zaman videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılarkən Təqsirləndirilən şəxs1 əlində olan polietilen bağlamaya baxış keçirilmiş və içərisində 02 ədəd böyük və 01 ədəd kiçik polietilen bağlama olması müəyyən edilmiş, kiçik ölçülü bağlamaya baxış keçirilən zaman içərisində 2,125 kq qaramtıl rəngli maddə olması müəyyən edilmiş və qaramtıl rəngli maddə qablaşdırılıb möhürlənmişdir. Böyük ölçülü bağlamalara baxış keçirilən zaman hər iki bağlamanın içərisindən ümumi çəkisi 10,56 kq olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmiş və hər iki bağlama qablaşdırılıb möhürlənmişdir. Götürülmüş kütlələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 üstü yoxlanılaraq narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, sözügedən əməliyyat tədbiri Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(067)-227/2024 nömrəli qərarı ilə qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri qəsdən törətmələri özlərinin ibtidai istintaq zamanı verdikləri ilkin etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxslər tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onların hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçiləri yanlarında olmuş, lakin bu barədə, yəni aşkar olunan külli miqdarda narkotik vasitələrin onlara aid olmaması, döyülmələri (Təqsirləndirilən şəxs2 münasibətdə) və təzyiq nəticəsində məcbur qalıb etirafedici ifadə vermələri barədə müdafiəçilərinə heç bir söz deməmiş, etirazlarını bildirməmiş, bundan əlavə barələrində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz söyləməmişlər. Təqsirləndirilən şəxslər bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişlər ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə narkotik vasitələrin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması, o cümlədən qabaqcadan əldə olunmuş razılığa əsasən göstərilən xidmətə görə onlara pul veriləcəyi və s. barədə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, onlara elan olunan ittihamın əsasına məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri qoyur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzaları yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Siyəzən şəhəri, 20 Yanvar küçəsi 14 nömrəli evdə yaşayır, ailəlidir, işləmir, Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə onun barəsində şikayət daxil olmamışdır (cild 01, iş vər. 184-185). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən xx.xx.2019-cu il tarixli arayışların surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2014-cü il təvəllüdlü X7 və X9 adlı iki azyaşlı uşağı vardır (cild 01, iş vər. 176-178). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Siyəzən Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət cəzasına hesablanmaqla çıxılmış və üzərində 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Hazırda həmin hökm qanuni qüvvəsini almış və icraya yönəldilmişdir (cild 01, iş vər. 161-162). Hazırki iş üzrə Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 Siyəzən Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, şəxs həmin hökmə əsasən məhkum olunduğu cinayət əməlini hazırki iş üzrə təqsirli bilindiyi cinayət əməlindən daha əvvəl törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmır və belə olan halda CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunan cəza Siyəzən Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli hökmü ilə təyin olunan cəza ilə qismən toplanılmaqla şəxsə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. CM-in 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını, o cümlədən təqsirləndirilən şəxsə CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu ilə müvafiq qaydada qəti cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu ünvan 6 ünvanında qeydiyyatdadır, subaydır, hərbi xidmətdə olmuşdur, Siyəzən Rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinə onun barəsində şikayət daxil olmamışdır (cild 01, iş vər. 187-188). Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 iyul 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 160, 172-178). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin xüsusilə təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə şəxsin əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 iyul 2009-cu il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməli xüsusilə ağır cinayət sayıldığından və CM-in 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzasını çəkib qurtardıqdan sonra 08 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs1 isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin dörddə üçündən az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin əvvəlki məhkumluğuna diqqət yetirdikdə görünür ki, o, daha əvvəl xüsusilə ağır cinayət əməli törətməkdə təqsirli bilinərək məhkum olunmuş, lakin təqsirləndirilən şəxs bundan nəticə çıxarmamış, sonradan yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(067)- 138/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 47-48, 110- 112). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilən Siyəzən Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 1(059)-56/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət cəzasına hesablanmaqla çıxılmış və üzərində 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(124)-236/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(067)-138/2024 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatmış, onun barəsində Siyəzən Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 1(059)- 56/2024 nömrəli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının axımı başlamış, buna baxmayaraq onun barəsində məhkəmənin hazırlıq iclasında hazırki iş üzrə yenidən həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, birinci cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, habelə hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 06 (altı) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılmalı, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə Siyəzən Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 1(059)-56/2024 nömrəli hökmü ilə müəyyən edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(067)- 137/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 25-26, 93-95). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 56.1.4-cü maddəsinə əsasən ona təyin ediləcək cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və onlar yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5244,8 qram çəkidə narkotik vasitə qurudulmayan marixuana və 4909,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Honor” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1, 01 ədəd “Huawei” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs2 qaytarılmalı, 02 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 158 AZN (bir yüz əlli səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 79 AZN (yetmiş doqquz manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə Siyəzən Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli hökmünə əsasən təyin olunan 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 06 (altı) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılsın və üzərində 07 (yeddi) il 03 (üç) ay 22 (iyirmi iki) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5244,8 qram çəkidə narkotik vasitə qurudulmayan marixuana və 4909,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 01 ədəd “Honor” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1, 01 ədəd “Huawei” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs2 qaytarılsın; - 02 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 158 AZN (bir yüz əlli səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 79 AZN (yetmiş doqquz manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldıqları andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar