Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-237/2023 01.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1969-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluqları ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 8 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,833 qram, 0,462 qram, 0,876 qram, 0,396 qram, 0,413 qram, 0,504 qram, 0,415 qram, 0,429 qram olmaqla, ümumi təmiz çəkisi 4,328 qram narkotik vasitə heroini, külli miqdarda 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,488 qram, 0,413 qram, 0,417 qram, 0,412 qram, 0,498 qram, 0,407 qram olmaqla, ümumi təmiz çəkisi 3,065 qram psixotrop maddə metamletamini və 01 (bir) ədəd gümüşü rəngli, üzərində heroin izləri olan elektron tərəzini əldə edib daşıyaraq üzərində və yaşadığı ünvanda saxlamış, xx.xx.2022-ci il tarixdə saat 13:15-də Sumqayıt şəhəri, Xəzər bağları massivində fərdi yaşayış evlərinin yaxınlığında Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan şalvarının sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda l(bir) ədəd bükümdə təmiz çəkisi 0,833 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs üzərinə axtarış keçirildikdən sonra, sonuncunun yaşadığı evə baxış keçirilməsi zərurəti yaranmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən mətbəx mebelinin dolabından 1 (bir) ədəd gümüşü rəngli, üzərində heroin izləri olan elektron tərəzi, mətbəxdəki oturacağın üzərində olan çörəkqabının içindən 1 (bir) ədəd sellofan bükümdə, külli miqdarda, içərisində 7 (yeddi) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri qram, 0,462 qram, 0,876 qram, 0,396 qram, 0,413 qram, 0,504 qram, 0,415 qram, 0,429 qram olmaqla, ümumi təmiz çəkisi 3,495 qram narkotik vasitə heroin, külli miqdarda 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,488 qram, 0,413 qram, 0,417 qram, 0,412 qram, 0,498 qram, 0,407 qram olmaqla, ümumi təmiz çəkisi 3,065 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 15-16 ildir ki, çəkmə yolu ilə narkotik vasitə heroin, tiryəkdən və psixotrop maddələrdən istifadə edir. O, gündə 1 qram narkotik vasitəni hissələrə bölüb gündə 6-7 dəfə istifadə edir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetami İran vətəndaşı olan dostu Əli adlı şəxsdən saxlanılan gün “Simurq” şadlıq evinin yaxınlığından 1 bükümdə, 8 qram olan narkotik vasitələri və psixotrop maddələri götürmüşdür. O. narkotik vasitəni ona pay olaraq vermişdir. Evdə onları istifadə etməsi üçün hissələrə bölüb saxlamışdır. 2022-ci il iyun ayının 8-də saat 11 radələrində polis əməkdaşları onu saxlayıb Sumqayıt ŞPİ-ə aparmışlar. Sumqayıt ŞPİ-də üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışda onun üzərində 1 büküm heroin olmuşdur, sorğuda polislərə evdə hissələrə böldüyü 14 ədəd büküm olduğunu bildirmişdir. Narkotik vasitəni tərəzi ilə ölçüb çəkirdi. Saxlanılarkən polislər tərəfindən ona təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağlar massivi fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxs tutulmamışdan təxminən 1 həftə qabaq onun yaşadığı ünvana gəlmişdir. O, ona 200 manat pul vermiş və həmin pulun qarşılığında ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmişdir. Nadir adlı şəxs də ona bildirmiş ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən “Simurq” şadlıq evin qarşısında 1 ədəd sellofan bükümdə narkotik vasitələri və psixotrop maddələri dediyi yerə qoyacağını bildirmiş və o, da həmin yerdən narkotik vasitələri və psixotrop maddələri götürəcəkmiş. xx.xx.2022-ci il tarixdə o Nadirin dediyi ünvanda yəni, Sumqayıt şəhəri, 26cı məhəllədə yerləşən “Simurq” şadlıq evinin yanından Nadirin dediyi yerdən 1 ədəd şəffaf rəngli sellofan götürmüşdür. Həmin şəffaf rəngli sellofana baxan zaman görmüş ki, həmin sellofanın içində 8 bükümdə narkotik vasitə heroin və 7 bükümdə isə psixotrop maddə metamfetamin var və həmin sellofanı götürüb yaşadığı evə getmişdir. Həmin sellofanı yaşadığı evdə gizlətmişdir. xx.xx.2022-ci il tarixdə bədənində ağrı olduğu üçün sellofanı gizlətdiyi yerdən götürüb sellofanın içindən bir bükümdə narkotik vasitə heroin götürüb həmin sellofanı mətbəxdə stulun üzərində olan göy rəngli plastik çörəkqabının içinə qoymuş və tez çölə çıxmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 13:15 radələrində yaşadığı evin yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşmışlar, özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər və qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməyində, həmçinin narkotik vasitlərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağında şübhəli bilindiyinə görə onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim elməyi təklif olunmuş, o də əynində olan şalvarının sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, şalvarının sol yan cibində saxladığı 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu məlum olmuşdur. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlədən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş bükümün narkotik vasitə “kakos” olduğunu, həmin maddəni 1 həftə bundan əvvəl İran Respublikasının vətəndaşı olan Nadir adlı şəxslə yaşadığı ünvanda görüşdüyünü, Nadirə 200 manat pul verdiyini, Nadirində həmin pulun qarşılığında saxlanılmamışdan 4 gün əvvəl Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən “Simurq” şadlıq evinin yanında dediyi yerə 1 ədəd sellofan bükümdə narkotik vasitə və psixotrop maddə qoyduğunu, onun da həmin yerdən həmin narkotik vasitələri və psixotrop maddələri götürdüyünü, həmin maddələri yaşadığı evdə mətbəxdə olan stulun üzərində olan çörəkqabının içərisində saxladığını bildirmişdir. Bundan sonra ona yaşadığı evə baxış keçirilməsindən ötrü etirazının olub- olmamağı soruşulmuş və o, da etiraz elməmişdir. Həmin küllə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman mətbəx mebelinin dolabından 1 ədəd elektron tərəzi, mətbəxdə stulun üzərində olan göy rəngli plastik çörəkqabının içərisində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqda içərisində 14 ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuşdur. Həmin bükümlərin 7 bükümünün hər birinin narkotik vasitə olan heroinə bənzər maddə olduğu, digər 7 bükümün hər birinin psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən olunmuşdur. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlələr ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. (Cild 1, iş vərəqləri 191-194) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2022-ci il iyun ayının 8-də Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi, satması, həmçinin yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbiri həyata keçirilmiş və polis əməkdaşları Şahid1, Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 2022ci il iyunun 8-də saat 13 radələrində əməliyyat qrupunun üzvləri ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlayaraq Sumqayıt ŞPİ-ə aparmışlar. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən 1 büküm narkotik vasitə heroin və mobil telefon aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik maddəni İran vətəndaşı Nadir adlı şəxsdən 200 manata aldığını və onları Sumqayıt şəhəri, “Simurq” şadlıq sarayının qarşısından götürdüyünü bildirmişdir. Narkotik vasitələrin bir qismini üzərində daşıdığını, bir qismini isə yaşadığı ünvanda saxladığını bildirdiyi üçün onun razılığı ilə evinə baxış keçirilmişdir. Əşrəf Cavadoun yaşadığı evdə keçirilən baxış zamanı 1 ədəd sellofanı torbanın içərisindən 14 büküm narkotik vasitə və psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 istintaq dövründə verdiyi ifadəsini təqsdiqləyərək ifadəsində göstərdi ki, 2022-ci il iyunun 8-də Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop saxlaması, gəzdirməsi, satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı əsasında iyunun 8-də saat 13 radələrində əməliyyat qrupunun üzvləri Şahid1 və Şahid2la birlikdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən evinin yaxınlığında saxlayıb Sumqayıt ŞPİ-ə gətirmişlər. Sumqayıt ŞPİ-də onun üzərində şəxsi axtarış aparılarkən üzərindən 1 büküm narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü narkotik vasitələri Sumqayıt şəhəri, “Simurq” şadlıq sarayının qarşısından götürdüyünü və bir qismini yaşadığı ünvanda saxladığını bildirmişdir. Əşrəf Cavadoun yaşadığı evdə onun razılığı ilə keçirilən baxış zamanı 14 ayrı-ayrı bükümlərə bölünmüş narkotik vasitə və psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 istintaq dövründə verdiyi ifadəsini təqsdiqləyərək ifadəsində göstərdi ki, 2022-ci il iyunun 8-də Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatı əsasında saat 13 radələrində əməliyyat qrupunun üzvləri Qurban Hsəənov və Şahid2la birlikdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən evinin yaxınlığında saxlamışlar. Saxladıqdan sonra onu Sumqayıt ŞPİ-ə gətirdik. Sumqayıt ŞPİdə xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən 1 büküm narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı narkotik vasitələri Sumqayıt şəhəri, “Simurq” şadlıq sarayının yaxınlığından götürərək bir qismini üzərində saxlaıdğını, bir qismini isə evində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə onun evinə baxış keçirilmiş, baxış zamanı 14 büküm narkotik vasitə və psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki,. əvvəlcə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etsin. O isə əynində olan göy rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. (Cild 1, iş vərəqləri 30-31) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi və götürülməsi barədə” 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Xəzər bağları ərazisində yerləşən birmərtəbəli fərdievə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs özü mətbəxdə stulun üzərində olan göy rəngli plastik çörəkqabının içərisində saxlamış olduğu 1 ədəd şəffaf sellofan bükümü təqdim elmişdir. Həmin büküm açılan zaman bükümün içərisində ayrı-ayrılıqda 14 ədəd şəffaf sellofan bükümlərin, həmin bükümlərdən 7 ədədinin hər birinin içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin, digər 7 ədədinin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın mətbəxinə baxış keçirilən zaman mətbəxdə olan dolabdan 1 ədəd markası olmayan elektron tərəzi aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 34-35) “Şəxsi axtarışın keçirilməsi barədə” və “baxış keçirilməsi və götürülməsi barədə” 08 iyun 2022-ci il tarixli protokollardan görünür ki, protokollarda əks olunan əməliyyatistintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd ”DVD” formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxışzamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 09 iyun 2022-ci il tarixli, 6/3227 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 124” dairəvi möhür əksiəri olan,“...Saxlanılan şəxs (imza) Cavadov Ə ...” sözləri olan iki ədəd zərfdən birinci zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,833 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, ikinci zərfdə 7 (yeddi) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,462 qram, 0,876 qram, 0,396 qram, 0,413 qram, 0,504 qram, 0,415 qram, 0,429 qram ümumi təmiz çəkisi 3,495 qram olan qəhvəyi qəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,430 qram, 0,488 qram, 0,413 qram, 0,417 qram, 0,412 qram, 0,498 qram, 0,407 qram ümumi təmiz çəkisi 3,065 qram olan ağ rəngli kristallik formada maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İki ədəd zərfdəki 8 ədəd bükümdə olan heroinlərin ümumi təmiz çəkisi 4,328 qram təşkil edir. Təqdim edilmiş bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. Heroin iz şəklində olduğu üçün digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənaıkoloji ekspertizasının 06 iyul 2022-ci il tarixli, 3665 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 174-175) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş, ekspertiza təqdiqatından sonra qalıq qalan 3,928 qram narkotik vasitə heroin, 2,715 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlama otağına təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın.(Cild 1, iş vərəqləri 195-205) Cinayət işinin materiallarında olan “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 207-208) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni yalnız şəxsi istifadə məqsədilə saxlaması, satış niyyətinin olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 4,328 qram heroinin şəxsi istehlak miqdarından təxminən 28 dəfə, külli miqdardan isə 2 dəfə; 3,065 qram metamfetaminin şəxsi istehlak miqdarından 20 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsininin 16 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş, təqsirləndirilən şəxsə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Nizami rayon məhkəməsinin qərarı ilə 11 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, 07 iyul 2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.(Cild 1, iş vərəqləri 93-95) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci və 18.2.2-ci maddələrinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay mddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 21, 87-88) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, onun barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə 01 ədəd elketron tərəzi xüsusi müsadirə edilərək dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,928 qram narkotik vasitə heroin, 2,715 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək dövlət nəfinə alınmalı, 01 (bir) ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 55 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 3,928 qram narkotik vasitə heroin, 2,715 qram psixotrop maddə metamfelamin məhv edilsin, bir ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-237/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-237/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver