Məhkəmə qərarları › İş №1(124)-238/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-238/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-238/2024 29.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 və təqsirləndirilən şəxsin (mülki cavabdehin) iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 179.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 2a fəaliyyət göstərən Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində, ASC-nin direktoru X10 ilə aralarında bağlanmış 08 fevral 2022-ci il tarixli əmək müqaviləsinə və həmin tarixli əmək müqaviləsi bildirişinə əsasən departament direktoru, 09 fevral 2022-cü il tarixli əmək müqaviləsi bildirişinə əsasən isə tədarük və logistika meneceri vəzifəsində işləyib, Cəmiyyətlə aralarında bağlanmış 08 fevral 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə müvafiq olaraq, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək İşlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı- vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə yazılı məlumat vermək, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etmək, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq və ona etibar edilmiş əmlak, maddi və digər sərvətlərə dəyən zərərə görə cavabdehlik daşıyan maddi məsul şəxs, habelə vəzifə təlimatına əsasən xidmət sahəsində yük daşımaları, anbara qəbulu və buraxılmasının təlimatlandırma prosesinə nəzarət etmək, şöbələrin işçilərinə rəhbərlik etmək, onların fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma İşlərinin vaxtında aparılmasına nəzarət etmək, təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət edilməsini təşkil etmək, anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsinə nəzarət etmək, əmək məhsuldarlığı ehtiyalarının aşkar edilməsi işlərinə rəhbərlik etmək, işdə fərqlənən işçilərin həvəsləndirilməsi, mükafatların təyin edilməsi və verilməsi, icra intizamını pozan işçilərə qarşı inzibati tədbirlərin görülməsi üçün təqdimatların verilməsi, şirkətə məxsus avtomobillərin alqı-satqısının aparılması, ehtiyat hissələrinin təmin edilməsi ilə bağlı servis xidmətlərinin seçilməsi, anbarda yaranan tullantıların satışının həyata keçirilməsi və ödənişlərin qəbulu və digər vəzifələrə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni tamah məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək ona etibar edilmiş özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə talamaq üçün əvvəlcədən planlaşdırdığı vahid niyyətə uyğun olaraq, Cəmiyyətin direktoru tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli əmrlə Cəmiyyətin anbarında yararsız olan kordonların, salafanların, plastmasların, plastmas qabların, tibbi plastik qabların və müddəti keçmiş utilizasiya olunmuş aliminium bankaların satışının təmin edilməsinin, habelə Ödənişlərin qəbul edilməsinin ona həvalə olunmasından istifadə edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət ərzində Şahid7, X8, X9 və istintaqa məlum olmayan digər şəxslərə satdığı ümumilikdə 25432,96 manat dəyərində tullantı məhsullarının satışından əldə olunmuş həmin məbləğdə nağ pul vəsaitini ələ keçirmiş, habelə, Cəmiyyətin direktoru tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli əmrlə daxili logistika və anbar işçilərinin həvəsləndirilməsi üçün mükafat məbləğinin təyin olunması və işçilərə ödənişlərin həyata keçirilməsinin ona həvalə olunmasından istifadə edərək Cəmiyyətin kassasından xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə götürdüyü ümumilikdə 7.570 manat pulun 2.800 manatını Cəmiyyətdə sürücü və fəhlə vəzifələrində və onun tabeliyində olan işçilərə nağd qaydada mükafat qismində versə də, qalan 4.770 manatını ələ keçirmiş, habelə Cəmiyyətin direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrlə Cəmiyyətə məxsus nəqliyyat vasitələrinin alqı-satqı prosesinin həyata keçirilməsi, ödənişlərin qəbulu, habelə qeyd olunan əmrin icrasına nəzarət ona həvalə olunmasından istifadə edərək, tabeliyində olan Zərərçəkmiş şəxs ASC-də təmir bölmə rəhbəri vəzifəsində işləyən Şahid5 onun göstərişi əsasında xx.xx.2022-cİ il tarixdə 14.700 manata satdığı ASC-nin balansında olan **-AD-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobilinin satışından əldə olunmuş pulun 4.050 manatını, xx.xx.2022-ci il tarixdə 12.550 manata satdığı **-AD-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobilinin satışından əldə olunmuş pulun 10.550 manatını və xx.xx.2022-ci il tarixində satdığı **-AD-*** və **-AD-*** dövlət qeydiyyat nişanlı “Ford Transit" markalı yük avtomobillərinin satışından əldə olunmuş 33.500 manat məbləğində pulun 32.500 manatını, yəni ümumilikdə “Ford Transit” markalı dörd ədəd yük avtomobilinin satışından əldə olunmuş 60.750 manat pulun 47.100 manatını Cəmiyyətin kassasına mədaxil edəcəyini və ya yeni alınacaq yük avtomobilləri üçün ödəniş edəcəyini bildirməklə Şahid5 alıb, həmin məbləğin 3.000 manatını yeni alınacaq yük avtomobilləri üçün ödənişə xərcləsə də, qalan 44.100 manat nağd pul vəsaitini ələ keçirmiş, habelə yeni nəqliyyat vasitəsinin alınması üçün pul sifariş blankı əsasında xx.xx.2022-ci il tarixdə Cəmiyyətin kassasından götürdüyü 16.537 manat nağd pul vəsaitini təyinatı üzrə istifadə etməyib özünün şəxsi ehtiyaclarına sərf etmiş və bu hərəkətləri ilə o, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə zərərçəkmiş hüquqi şəxs olan Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 90.839,96 manat məbləğində, yəni külli miqdarda maddi ziyan vurub ona etibar olunmuş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə mənimsəyib talamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 08 fevral 2022ci il tarixdən Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində tədarük və logistika meneceri vəzifəsində işləyirdi. Tədarük və logistika meneceri kimi vəzifələri Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin anbarına, avtomobil qarajlarına və çatdırılma xidmətinə rəhbərlikdən ibarət olmuşdur.Aylıq əmək haqqı 4000 manat məbləğində olmuşdur.Şirkətdə işə başladıqdan sonra, şirkət 7 ay müddətində 300000-400000 manat məbləğində mənfəət əldə etmişdir. Rəhbər şəxslər ona etibar edirdilər. Əgər onlardan 40000 manat məbləğində pul istəsəydi, etiraz etmədən o pulu ona verəcəkdilər. O, şirkətə qarşı ittihamda qeyd olunanları etməmişdir. O, öz işindən əlavə paltar satışı ilə məşğul olmaq qərarına gəlmiş, müəyyən miqdarda paltarlar sifariş vermişdir. Lakin, həmin paltarların satışını həyata keçirmək barədə planı baş tutmamış və borcları yaranmışdır. Şahid5 ilə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin Şəki şəhərində olan region anbarına gedərkən ona bu barədə danışmışdır. Şahid5 də ona kömək etmək məqsədilə borc müqabilində pul verəcəyini bildirmişdir. Ona qarşı irəli sürülmüş ittihamın epizodları üzrə o, şirkətə məxsus avtomobillərin alqı-satqısının həyata keçirilməsində iştirak etməmişdir. Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində ondan aldığı pulu Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin kassasına mədaxil edəcəyini deyərək aldığını bildirmişdir. Lakin, həmin pulu Şahid5 ona borc müqabilində vermişdir. Şahid5 məxsus müxtəlif təyinatlar üzrə onun qəbul etdiyi və verdiyi pulların qeyd edildiyi dəftər vardır. Həmin dəftərdə bu pul qeydinin qarşısında “Təqsirləndirilən şəxs” yazılmışdır. Yəni, Şahid5 o pulu ona kassaya mədaxil etməyi üçün verməmişdir. Şahid5 2000 manat məbləğində əmək haqqı alırdı. Ümumilikdə, onun Şahid5 36000 manat məbləğində borcu olmuşdur. Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində mükafatlar “QPR” sistemi vasitəsilə ödənilirdi. İşçilərə mükafatların verilməsi ona həvalə olunmuşdu. Mükafatlar üçün nəzərdə tutulmuş məbləğdə pul ona ayın əvvəli verilirdi, ayın sonunadək o da işçilərə verirdi. 05 noyabr 2022-ci il tarixdə hazırki məsələlər yarandıqdan sonra 4770 manat məbləğində pul onda qalmışdır. O hazırda da həmin məbləğdə pulu verməyə hazırdır. Lakin, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti bu pulu ondan qəbul etmir. 4770 manat məbləğində pulun 1770 manatı ötən aydan qalmışdı. 3000 manatı isə onda idi. 3000 manat da Şahid5 məxsus bank kartına köçürmüşdür. Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin tullantı məhsullarının satışı Abşeron rayonu, Mehdiabad qəsəbəsində Saleh adlı şəxs, X25 və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəriqəsəbəsində metal qəbulu həyata keçirən obyekt olmaqla, 3 ərazi üzrə həyata keçirilmişdir. Bu satışlardan ümumilikdə 12500 manat məbləğində pul götürülmüşdür. Bu puldan 2000 manat məbləğində Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin kassasına mədaxil olunmuşdur. Qalanı isə şirkətin təmizlənməsi, daşıma xərcləri və s. üçün verilmişdir. Tullantı məhsullarının satışından ona 2000 manat məbləğində pul çatmalı idi ki, onu da Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində nəqliyyat üzrə kassir vəzifəsində işləyən şəxsə vermişdir. İttihamda qeyd olunan rəqəmlər ilə razı deyildir. Belə ki, Mehdiabad qəsəbəsində Saleh adlı şəxslə danışıb tullantı məhsullarını satmışdır. Həmin epizod üzrə ittiham aktına Mehman Sarıyevin adını qeyd ediblər. Tullantı məhsulları satdıqları Biləcəri qəsəbəsi, DSK yolu deyilən ərazidə yerləşən sex Şahid7 tərəfindən idarə edilirdi. X19 1 dəfə tullantı məhsulları vermişlər, onlar da plastik butulkalar olmuşdur.Belə ki, X16 plastik butulka 425 manata satılmışdır. Lakin, həmin məbləğ 3000 manat kimi qeyd edilmişdir. O, ümumiyyətlə, avtomobil nömrələrini istintaqda görmüşdür. Avtomobillərin alqı-satqısında iştirak etməmişdir. Ümumilikdə, 37700 manatı qəbul edir. Bunlardan 4770 manatı işçilərə ödənilməli mükafat məbləğidir, 36000 manat Şahid5 aldığı borc puldur, hansı ki, mükafat kimi ödədiyi 3000 manat həmin məbləğdən hesablanmışdır və 33000 manat qalmışdır. Həmçinin təqsirləndirilən şəxs qeyd etmişdir ki, 16537 manat məbləğində pulun şirkətə yeni yük avtomobillərinin alınması məqsədilə ona verildiyi qeyd olunmuşdur. 2022ci ilin mart ayında aylıq əmək haqqından tutulmaq şərtilə, şirkət tərəfindən ona 8000 manat məbləğində pul verilmişdir. Bu məbləğ ona özünə avtomobil almaq üçün avans şəklində verilmişdir. Daha sonra 2022-ci ilin may ayında yenidən aylıq əmək haqqından 1000 manat tutulmaq şərtilə, 8000 manat məbləğində avans şəklində pul verilmişdir. 7 ay müddətində hər ay 1000 manat olmaqla, əmək haqqından tutulma həyatı keçirilmişdir, oktyabr ayında ümumiyyətlə, əmək haqqı almamışdır. Aylıq əmək haqqı 4000 manat məbləğində idi. Bundan əlavə də, 1 aylıq məzuniyyət vaxtı üçün əmək haqqını da bu hesablamaya daxil edir. Beləliklə, onun şirkətə 1000 manat məbləğində borcu qalmışdır. 11 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin rəhbərinin müavini Elşən Vəlizadə mənə zəng edərək, görüşmək istədiyini bildirmişdir. Onunla görüşmüşlər. Ona edilmiş 8000 manat məbləğlərində avans şəklində ödənişlərin sənədlərinin olmadığını və bu sənədləri imza etməli olduğunu bildirmişdi. O da onun təqdim etdiyi sənədlərə imza etmişdir. Elşən Vəlizadə 1 aylıq məzuniyyət vaxtı üçün əmək haqqının da həmin borc məbləğinə hesablanacağını bildirmişdir. Digər 537 manat məbləğində pulun da təhtəlhesab şəxs kimi onun hesabına köçürüldüyünü bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində qaraj müdiri vəzifəsində işləyir. O, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində təmir bölmə rəhbəri olaraq Təqsirləndirilən şəxs tabe idi.Təqsirləndirilən şəxs qarajdakı yük avtomobillərinin satılması ilə bağlı göstəriş vermişdi. 4 ədəd yük avtomobilin satışını həyata keçirmişdir. Bu avtomobillərdən sonuncu 2 ədədini birlikdə satmışdır. Yük avtomobillərini müvafiq olaraq, 14050 manat, 12550 manat, 19000 manat və 14500 manat qiymətinə satmışdır. Satışlardan əldə edilən pulları Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin kassasına mədaxil etməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs həmin pulları kassaya mədaxil etmədiyini öyrənmişdir.Ona etibarnamə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti adından verilmişdir.**-AD-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobilini 14050 manat qiymətə satmışdır. Lakin, həmin yük avtomobilini hansı tarixdə satdığını xatırlamır.Qeyd etdiyi 14050 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin puldan 10000 manat satdıqları yük avtomobilinin əvəzinə aldıqları yük avtomobilinin alınması üçün xərcləmişlər. 4050 manat məbləğində pul Təqsirləndirilən şəxs qalmışdır.**-AD-*** və **-AD-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobillərini 19000 manat və 14500 manat qiymətlərə satmışdır. Bu pulları da Təqsirləndirilən şəxs vermişdir.Qeyd etdiyi məbləğlərdə pulları Təqsirləndirilən şəxs verdikdə, bu pulları şirkətin kassasına mədaxil edəcəyini yaxud da satılan yük avtomobillərinin əvəzinə alınacaq yük avtomobilləri üçün Elmir adlı şəxsə verəcəyini bildirmişdir.Yük avtomobilinin alınması məqsədilə onda beh vermək üçün 1000 manat məbləğində pul var idi. Təqsirləndirilən şəxs müraciət edərək, daha çox məbləğdə pul olduğunu bildirmiş və onun şirkətin kassasından bunun üçün pul götürməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onda olan 1000 manat məbləğində pulun onda qalmasını bildirmiş və ona satılan yük avtomobilindən əldə edilən gəlirdən 2000 manat məbləğində pul vermişdir. Ona da 2000 manat məbləğində pulu daha sonra qaytarmağını bildirmişdir. O da 3000 manat məbləğində pulu beh olaraq Elmir adlı şəxsə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində Monitorinq və Təftiş Departamentinin Təftiş üzrə mütəxəssisi vəzifəsində işləyir. Təftiş üzrə mütəxəssis kimi əsas vəzifələri ticarət nöqtələrində olan borcların yoxlanılmasından ibarətdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində tədarük və logistika meneceri vəzifəsində işləmişdir. 2022-ci ilin noyabr ayında A+CO” Açıq Səhmdar Cəmiyyətinin Monitorinq və Təftiş Departamentinin müdiri Anar Cəlilov ona Təqsirləndirilən şəxs müəyyən ərazilərdə tullantı məhsulları satdığını, satdığı tullantı məhsullarının pulunu şirkətin kassasına mədaxil etmədiyini və həmin ərazilərə gedib yoxlama aparmalı olduğumu bildirmişdir. Anar Cəlilovun göstərişi əsasında əvvəlcə Biləcəri qəsəbəsində DSK yolu deyilən ərazidə yerləşən, Şahid7 işlətdiyi kordon sexinə getmişdir. Şahid7 Təqsirləndirilən şəxs ona tullantı satıb-satmamasını soruşduqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2022-ci il oktyabr ayının əvvəllərindən 2022-ci il oktyabr ayının ortalarınadək Şahid7təxminən 4860 kq həcmində tullantı məhsulları satmış, bunun müqabilində Şahid7 Təqsirləndirilən şəxs ümumilikdə 508 manat məbləğində pul vermişdir. Həmçinin təftiş zamanı müəyyən olunmuşdur ki, şirkətin anbardarı Şahid12 Şahid7 təqribən 8136 kq tullantı məhsulları satmış, bunun müqabilində Şahid7 Şahid12 təxminən 1302 manat pul vermişdir. Şahid7 qeyd etdiklərini təsdiq edən akt tərtib olunmuş və bu akt Şahid7 tərəfindən imzalanmışdır. Hətta Şahid7 özünün qeyd etdiklərini təsdiq edən, Təqsirləndirilən şəxs ilə aralarında olan bir neçə mesaj nümunələri göstərmişdir. Daha sonra X5 işlədiyi Ramana qəsəbəsində yerləşən "Kitay zavodu” deyilən sexə getmişdir. X4 Təqsirləndirilən şəxs ona tullantı satıbsatmamasını soruşduqda məlum olmuşdur ki, X21 Abbaszadədən təqribən 2000 kq tullantı məhsulları almış və bunun müqabilində Təqsirləndirilən şəxs 340 manat məbləğində pul vermişdir. X12 ona Təqsirləndirilən şəxs məxsus karta köçürdüyünü bildirmişdir. Kamil Hüseynovun qeyd etdiklərini təsdiq edən akt tərtib olunmuş və bu akt Kamil Hüseynov tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tullantı məhsulları satdığı şəxslərdən biri olan X13 və sonuncunun müdiri Sahib adlı şəxslə görüşmüşdür. Bu zaman məlum olmuşdur ki, Mehman Sariyev və müdiri Sahib adlı şəxs Təqsirləndirilən şəxs 01 iyul 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində tullantı məhsulları almış və bunun müqabilində Təqsirləndirilən şəxs təxminən 10717 manat məbləğində pul vermişlər. Mehman Sariyevin qeyd etdiklərini təsdiq edən akt tərtib olunmuş və bu akt Mehman Sariyev tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 fadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində xəzinədar vəzifəsində işləyir. Əsas vəzifələri şirkətin xəzinəsinə daxil olan ödənişlərin qəbul edilməsindən, kassadan məxaric edilən pulların ödəniş tapşırıqları əsasında verilməsindən, günün sonunda məxaric və mədaxilin hesablanaraq yığılmış pulların xəzinədarlığa təhvil verilməsindən ibarətdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində tədarük və logistika meneceri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs, anbar və logistika işçilərinin həvəsləndirilməsi məqsədilə həmin işçilərə bir dəfəlik pul mükafatı şəklində ödənməsi üçün şirkətin kassası tərəfindən 3900 manat və 3670 manat məbləğində pul vermişdir. Həvəsləndirilməsi nəzərdə tutulmuş işçilər məhz Təqsirləndirilən şəxs tabeliyində çalışan işçilər olmuşdur. Həmin məbləğləri Təqsirləndirilən şəxs “pul sifariş blankı” əsasında vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs şirkətin kassasından, nəqliyyat vasitəsinin alınması məqsədilə “pul sifariş blankı” əsasında təxminən 16000 manat məbləğində pul vermişdir. Sonradan Təqsirləndirilən şəxs kassadan götürdüyü məbləğləri “pul sifariş blankı” üzrə istifadə etmədiyini öyrənmişdir.16537 manat məbləğində pulu hansı tarixdə verdiyim yadında deyil. 16537 manat məbləğində pulu verdiyim otaqdakı müşahidə kameralarının görünütüləri üç aydan bir silinir.16537 manat məbləğində pulu bilavasitə Təqsirləndirilən şəxs olmasa da, onun göndərdiyi işçisinə vermişdir.Təqsirləndirilən şəxs təsdiqi olmadan onun işçisinə pul verilə bilməz. 16537 manat məbləğində pulu bilavasitə Təqsirləndirilən şəxs verib-vermədiyini tam xatırlamır. Təqsirləndirilən şəxs abeliyində olan işçiyə vermişəmsə, hansı işçi olduğunu xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində Monitorinq və Təftiş Departamentinin Təftişüzrə mütəxəssisi vəzifəsində işləyir. Şirkətdə Komissiya yaradılmış və bəzi yoxlamalar həyata keçirilmişdir. Aparılan təftiş nəticəsində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində tədarük və logistika meneceri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs yük avtomobillərinin və utilizasiya olunan məhsulların satışından əldə edilmiş gəliri şirkətin kassasına mədaxil etməmişdir.Utilizasiya edilən məhsulların satışından kassaya mədaxil edilməli, lakin mədaxil edilməmiş təxminən 25400 manat məbləğində qiymət müəyyən edilmişdir. Həmin məbləğ satılan məhsulların bazar qiymətləri əsasında müəyyən edilmişdir.Tullantı məhsulları həmin dövrdəki real bazar qiymətlərinə uyğun qiymətlərə satılmışdı. Tullantı məhsullarının konkret olaraq hansı qiymətə satıldığını bilmir. Şahid6 hətta bununla bağlı akt da tərtib etmişdi. Şahid6 müştərilərin köçürdüyü pul məbləğlərini öyrənərək, onun əsasında qiymət müəyyən etmişdir. Avtomobil satışından əldə edilərək, kassaya mədaxil edilməyən məbləğ təxminən, 44000 manat idi. Bundan əlavə də işçilər üçün nəzərdə tutulmuş mükafatların onlara verilməməsi məsələsi aşkar edilmişdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində logistikaüzrə operator vəzifəsində işləyir. Onun bilavasitə rəhbəri Şahid10dir. Təqsirləndirilən şəxs Şahid10 adı ilə 2022-ci ilin sentyabr ayı üçün 2500 manat məbləğində pul götürmüşdür. Həmin pulu kassadan götürüb o vermişdir. Qeyd etdiyim məbləğdə pulu tullantıların daşınması üçün nəzərdə tutulmuş xərclərin ödənilməsi üçün götürmüşdü. Həmin ay Təqsirləndirilən şəxs götürdüyü pulu geri qaytarsa da, 2022-ci ilin oktyabr ayında yenidən götürdüyü 2500 manat məbləğində pulu geri qaytarmamışdır. 2022-ci ilin may, iyun, iyul, avqust aylarında tullantı məhsullarının daşındığını görməmişdir. Həmin aylarda Təqsirləndirilən şəxs tərəfindən həmin daşıma xərcləri ilə bağlı pul götürüldüyünü bilmir. Ona məxsus şəxsi karta heç bir məbləğdə pul vurulmamışdır. Ola bilər ki, Şahid10 məxsus karta hər hansı məbləğdə pul vurulmuşdur. Şahid3 daha sonra mükafatları Təqsirləndirilən şəxs götürdüyüni bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Binəqədi rayonu, DSK yolu deyilən ərazidə yerləşən təkrar emal sexini idarə edir. Təqsirləndirilən şəxs ilə əvvəlcədən tanışlıqları olmuşdur. O, başqa şirkətdə işlədikdə onunla müəyyən alqı-satqı fəaliyyəti həyata keçirmişlər. Təqsirləndirilən şəxs bir gün ona zəng edərək, tullantı məhsulları olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs özü üçün lazım olan məhsulları almışdır. Onun şəxsi bank kartına aldığı məhsulların pulunu köçürürdü.Təqsirləndirilən şəxs aldığı tullantı məhsullarının pulunu onun bank hesabına köçürməkdən əlavə, ona əlbəəl verib-vermədiyini dəqiq xatırlamır. Tullantı məhsullarının çeşidlərinin qiymətlərini Təqsirləndirilən şəxs ilə aralarında razılaşdırırdılar. Təqsirləndirilən şəxs aldığı məhsulların dəyəri ümumilikdə, təxminən 2000 manat olardı. 1 ton çəkidə kordonların qiyməti 100 manat, 1 list kordonun qiyməti isə 0,10-0,20 manat idi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində anbar şöbəsinin müdiri vəzifəsində işləyir. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs ilə söhbət zamanı işlədiyi Pepsi Co” şirkətindən işdən çıxdığı üçün maddi vəziyyətinin yaxşı olmadığını, buna görə də, avtomobilini satmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs də ona borc pul verə biləcəyini demişdir. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs ona 6700 manat məbləğində borc müqabilində pul vermişdir. Həmin 6700 manat məbləğində pulu Təqsirləndirilən şəxs 2022-ci ilin ya iyun, ya da iyul ayında kredit əsasında pul götürərək tam olaraq qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində büdcə və hesabatlılıq şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs təxminən 16000-17000 manat məbləğində nəqliyyat vasitəsinin alınması ilə bağlı və təxminən 4000 manat məbləğində işçilərə mükafat verilməsi üçün nəzərdə tutulmuş pulları təyinatı üzrə istifadə etmədiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs 16537 manat məbləğində pulu kassadan götürmüşdür. Sifariş blankını o imzalamışdır. Təqsirləndirilən şəxs avtomobil almaq səlahiyyəti var idi. Lakin, Təqsirləndirilən şəxs şirkət üçün avtomobil aldığını xatırlamır. Şirkətə məxsus 50-ə yaxın avtomobil vardır. Təqsirləndirilən şəxs işlədiyi dövrdə avtomobil alınıb-alınmadığını xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, O, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində logistika şöbəsinin müdiri vəzifəsində işləmişdir. Hazırda həmin şirkətdə işləmir. Təqsirləndirilən şəxs onun rəhbəri idi. 4 ədəd “Ford Transit” markalı yük avtomobili satılaraq 4 ədəd “İsuzu” markalı yük avtomobili alınmalı idi. Həmin işlər Təqsirləndirilən şəxs və Şahid5 həvalə edilmişdi.Yük avtomobillərini Şahid5 satmışdı. “İsuzu” markalı yük avtomobilləri də alınmışdı. Lakin, alınan avtomobillərin pulları hələ verilməmişdi. Həmin avtomobillərin pulunun verilməsi müddəti çatdıqda pulun olmadığı ortaya çıxmış və hazırki məsələlər yaranmışdır. O, Şahid5 Təqsirləndirilən şəxs pul verdiyini görməmişdir. Şahid5 ona pulları Təqsirləndirilən şəxs verdiyini, onun da kassaya mədaxil etməli olduğu halda bunu etmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, tullantı məhsulları qəbz olmadan götürülmüşdür. Qəbz olmadan götürülməsi barədə Təqsirləndirilən şəxs göstəriş vermişdi. Tullantı məhsullarının çəkisindən, çəkidən əldə edilən gəlirdən məlumatı olmamış, həmin gəlirdən ona hər hansı bir məbləğdə pul verilməmişdir. Sulu olan banka ilə kordonun eyni yerə qoyulması halı olmamışdır. Şahid7 tərəfindən ona məxsus bank kartına pul köçürülməsi həyata keçirilmişdir. Həmin pulu bəzən nağdlaşdırıb, bəzən də karta köçürmə üsulu ilə İrafil Abbaszadəyə vermişdir. Kordonlar və digər tullantı məhsullarını anbarda toplayır, Təqsirləndirilən şəxs tapşırığı əsasında fəhlələr tərəfindən avtomobillərə yüklənirdi. Şahid12 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, göstərmişdir ki, 2022-ci ilin aprel ayından Zərərçəkmiş şəxs ASC-də anbar müdiri vəzifəsində işləyir. ASC-nin pərakəndə anbarına rəhbərlik edir. Əsas vəzifələri hazır məhsulların anbara qəbulu, saxlanılması və sifarişlər üzrə sifarişçilərə verilməsinin təşkil edilməsindən ibarətdir. ASC-də bir başa tabe olduğu şəxslər ASC-nin tədarük və logistika meneceri Təqsirləndirilən şəxs və anbar şöbəsinin müdiri Şahid8dur. İşlə bağlı ona tapşırıq və göstərişləri Təqsirləndirilən şəxs və Şahid8 vermişdir. 2022-ci ilin may ayında o, pərakəndə anbarında yer darlığı səbəbilə, anbarda yığılmış sellafon və karton tullantıların ASC-nin mərkəzi anbarına göndərilməsi ilə bağlı Təqsirləndirilən şəxs təklif vermişdir. Təqsirləndirilən şəxs isə ona “mən maşın göndərəcəm, sellafon və karton tullantıları həmin maşın gəlib aparacaq, özüm satıb, pulunu da özüm ASC-nin kassasına mədaxil edəcəm” demişdir. O, isə, rəhbəri olduğundan, İsrafildən həmin tullantıları anbardan kimin götürəcəyini, tullantıları kimlərə satacağını soruşmamışdır. O, İsrafilə tullantıları, anbardan götürəcək şəxsə əlyazma qaimə əsasında verməsini təklif etsə də, sonuncu onunla razılaşmamış və “maşın göndərəcəm gəlib yığıb aparacaq, sən qarışma, pulu özüm kasaya ödəyəcəm” deyə cavab vermişdir. Bundan sonra 2022-ci ilin may ayından oktyabr ayınadək demək olar ki, ayda bir dəfə İsrafil yük avtomobili göndərmiş və pərakəndə anbarında olan sellafon və karton tullatılar həmin yük avtomobili vasitəsilə aparılmışdır. İsrafil tullantıları götürməyə hər dəfə eyni adamı, yəni Əhməd adlı şəxsi göndərirmiş. Əhməd tullantı satışı ilə məşğul olan Mehriban adlı qadının işçisidir. Həmin tullantıların satışı ilə bağlı onun “Rabitə” bank tərəfindən verilmiş plastik kartına Mehriban xanım tərəfindən bir neçə dəfə olmaqla ümumilikdə 1302 manat ödəniş edilmiş və o, həmin məbləğin hamısını ya kartdan məxaric edərək İsrafilə əlbəəl vermiş, yada ki, İsrafilin ona nömrələrini göndərdiyi plastik kartlara göndərmişdir. Yəni 1302 manatın hamısını Təqsirləndirilən şəxs vermişdir. Lakin İsrafil 1302 manat pulu ASC-nin kassasına mədaxil etməmişdir. (Cild 1, iş vərəqləri 100-103) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində baş xəzinədar vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tabeliyində olan işçilərin həvəsləndirilməsi üçün verilməsi nəzərdə tutulmuş məbləğlərə dair “pul sifariş blankı”nı imzalamışdır. Ümumiyyətlə, Təqsirləndirilən şəxs götürməsi üçün 3 dəfə “pul sifariş blankı” imzalamışdır. Bunlardan 3900 manat və 3670 manat olmaqla, ikisi onun tabeliyində olan işçilərin həvəsləndirilməsi, digəri isə avtomobil alınması üçün nəzərdə tutulmuş 16000 manat məbləğ idi. 16537 manat məbləğində pul Təqsirləndirilən şəxs verilmişdir. Zibillərin daşınması məsələsi onun səlahiyyətində deyil. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətində İnzibati Departament direktoru vəzifəsində vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilə bağlı hazırki məsələlər ortaya çıxdıqdan sonra rəhbər şəxslər tərəfindən ona da müəyyən işlər görülməsi həvalə edilmişdir. Belə ki, tullantı məhsulları anbardan çıxarılarkən onların fotoşəkilləri çəkilir və bu fotoşəkillər mühafizə işçilərində saxlanılır. Həmin mühafizə işçiləri də ona tabe olduqları üçün anbardan çıxarılan tullantı məhsullarının fotoşəkillərini araşdırmanı həyata keçirən komissiyaya təqdim etmişdir. Tullantı məhsullarının əzilməsi zamanı zibilləri daşıyan şəxsə pul verildiyini dəqiq bilir. Zibillərin daşınması üçün pulu Təqsirləndirilən şəxs verirdi. Tullantı məhsullarının daşınması üçün pulun Təqsirləndirilən şəxs tərəfindən verilməsi hər dəfə olmamışdır, bəzi hallarda olmuşdur.Bankalar traktor tərəfindən əzilmişdi. Traktorlar onların işlədikləri şirkətə məxsus deyildi. Onu pul qarşılığında çağırırdılar. Pul sifariş blankını o yazır, səlahiyyətli şəxslərə imzalatdırırdı. Həmin blankı traktor sürən şəxsə təqdim edirdi. O da blankı kassaya təqdim edib, lazımi məbləği oradan götürürdü. Satılan bankaların qiymətləri dəyişirdi. Bu qiymətlər bazar dəyərinə uyğun olaraq müəyyən edilirdi. Bəzən 1,30 manat, 1,80 manat, 2,10 manat və s. qiymətlərində satılırdı. Bankalar əzilən zaman onun içərisindəkilərin suyunun çıxması nəzərə alınaraq, itki faizi hesablanırdı. Tullantı məhsulları daşınmaları üçün 1 ay ərzində təxminən 15-20 avtomobilə yüklənirdi. Bir avtomobil üçün təxminən 70 manat pul xərclənirdi. Hazırda ay ərzində 2 avtomobildən artıq zibil daşınmır. Çünki, tullantı məhsulları düzgün qaydada çeşidlənir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şahid5 onun tanışı Etibar Nəbiyevə “Ford Transit” markalı yük avtomobilini 13000 manat qiymətə satmışdır. Daha sonradan Təqsirləndirilən şəxs həmin yük avtomobilinin pulu göndərməsini tələb etmiş və bunun üçün bank kartı nömrəsi vermişdir. Onun qeyd etdiyi bank kartına Etibar Nəbiyev onun yanında 13000 manat məbləğində pul köçürmüşdür. Etibar Nəbiyev pulu Təqsirləndirilən şəxs qeyd etdiyi bank kartlarına köçürərkən həmin pulun aldığı yük avtomobilinin pulu olduğunu bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən A+CO” ASC-nin nizamnaməsindən və hüquqi şəxsin qeydiyyat şəhadətnaməsindən görünür ki, “A+CO" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 22 dekabr 1997-ci il tarixdə 392 saylı şəhadətnamə ilə qeydiyyata alınmış Zərərçəkmiş şəxs firmasının bazasında yaradılmış Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin çevrilmə yolu ilə yenidən təşkil edilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. ASC-nin hüquqi ünvanı ünvan 3br 1997-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmaqla ********** saylı VÖEN verilmişdir. (Cild 1, iş vərəqləri 8-22) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 08 fevral 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs "A+CO” ASC-nin direktoru X6 müraciət edərək ASC-də departament direktoru vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. (Cild 1, iş vərəq 23) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs ASC-nin direktoru X10 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 08 aprel 2022-ci il il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Zərərçəkmiş şəxs ASC-də Tədarük Departamentinin departament direktoru vəzifəsinə işə qəbul edilmişdir. (Cld 1, iş vərəqləri 24-28) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs ASC-nin direktoru X10 tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli 047K nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdə ASC-də Tədarük Departamentinin departament direktoru vəzifəsinə təyin edilmişdir. (Cild 1, iş vərəq 29) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 08 fevral 2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs (işçi) ilə Zərərçəkmiş şəxs ASC (işəgötürən) arasında 08 fevral 2022-ci il tarixdəəmək müqaviləsi bağlanmış, müqavilə üzrə Təqsirləndirilən şəxs vəzifəsi Zərərçəkmiş şəxs ASC-nin Tədarük departamentində departament direktoru olmuş, əmək müqaviləsi üzrə iş yeri əsas iş yeri olmuşdur. (Cild 1, iş vərəq 30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs ASC-nin direktoru X10 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 08 fevral 2022-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Təqsirləndirilən şəxs ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə yazılı məlumat vermək, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etmək, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifələrini öhdəsinə götürmüşdür. (Cild , iş vərəqləri 31-33) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs ASC-nin direktoru X10 tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli 049K nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə ASC-nin Tədarük Departamentinin departament direktoru vəzifəsindən həmin departamentin Tədarük və Logistika Meneceri vəzifəsinə keçirilmişdir. (Cild 1, iş vərəq 36) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 09 fevral 2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs iləbağlanmış 08 fevral 2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməklə o, həmin tarixdə ASC-nin Tədarük Departamentində Tədarük və Logistika Meneceri vəzifəsinə təyin edilmişdir. (Cild 1, iş vərəq 37) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Tədarük və Logistika Meneceri kimi Təqsirləndirilən şəxs xidmət sahəsində yük daşımaları, anbara qəbulu və buraxılmasının təlimatlandırma prosesinə nəzarət etmək, şöbələrin işçilərinə rəhbərlik etmək, onların fəaliyyətini istiqamətləndirmək vəəlaqələndirmək, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasına nəzarət etmək, təhlükəsizlik texnikasına vəəməyin mühafizəsi qaydalarına riayət edilməsini təşkil etmək, anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsinə nəzarət etmək, əmək məhsuldarlığı ehtiyalarının aşkar edilməsi işlərinə rəhbərlik etmək, işdə fərqlənən işçilərin həvəsləndirilməsi, mükafatların təyin edilməsi və verilməsi, icra intizamını pozan işçilərə qarşı inzibati tədbirlərin görülməsi üçün təqdimatların verilməsi, şirkətə məxsus avtomobillərin alqı- satqısının aparılması, ehtiyat hissələrinin təmin edilməsi ilə bağlı servis xidmətlərinin seçilməsi, anbarda yaranan tullantıların satışının həyata keçirilməsi və ödənişlərin qəbulu və digər vəzifələrə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxsdir. (Cild 1, iş vərəqləri 38-42) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs ASC-nin direktoru X10 tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli 001/1Ü nömrəli əmrdən görünür ki, Cəmiyyətə məxsus nəqliyyat vasitələrinin alqı-satqı prosesinin həyata keçirilməsi, ödənişlərin qəbulu Tədarük və Logİstika Meneceri Təqsirləndirilən şəxs və Təmir X17 Şahid5 həvalə olunmuşdur. Həmçinin qeyd olunan əmrin icrasına nəzarət Təqsirləndirilən şəxs həvalə olunmuşdur. Təqsirləndirilən şəxs əmrlə tanış olaraq əmri imzalamışdır. (Cild 1, iş vərəq 43) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs ASC-nin direktoru X10 tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli etibarnamədən görünür ki, Cəmiyyətin mülkiyyətində olan nəqliyyat vasitələrinin alqı-satqı prosesinin həyata keçirilməsi, alqı-satqı prosesinin həyata keçirilməsi iləəlaqədar olaraq bütün zəruri sənədləşmə, rəsmiləşdirmə və hesablaşma işlərinin yerinə yetirilməsi, ö cümlədən ödənişlərin qəbulu Təqsirləndirilən şəxs və Şahid5 etibar edilmişdir. (Cild 1, iş vərəq 44) Cinayət işinin materiallarında elan olunaraq tədqiq edilən 29 noyabr 2022-ci il tarixli aktdan görünür ki, 29 avqust 2022- ci il tarixində və 08 sentyabr 2022-ci il tarixində Zərərçəkmiş şəxs ASC-yə məxsus ** AD *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobilini 14700 (on dörd min yeddi yüz) manata və ** AD *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobilini 12550 (on iki min beş yüz əlli) manata Şahid4 satılmışdır və qeyd olunan məbləği, yəni 27250 (iyrimi yeddi min iki yüz əlli) manat Şahid4 tərəfindən Zərərçəkmiş şəxs ASC-nin Tədarük Departamenti Daxili Logİstika ŞöbəsininTəmir X17 Şahid5 nağd qaydada verilmişdir. (Cild 1, iş vərəq 238) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 29 noyabr 2022-ci il tarixli aktdan görünür ki, 04 oktyabr 2022- ci il tarixində, Zərərçəkmiş şəxs ASC-yə məxsus ** AD *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobilini 14500 (on dörd min beş yüz) manata və ** AD *** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobilini 19000 (on doqquz min) manata X1 və qeyd olunan məbləği, yəni 33500 (otuz üç min beş yüz) manat X18 tərəfindən “A+CO" ASC-nin Tədarük Departamenti Daxili Logİstika Şöbəsinin Təmir X17 Şahid5 nağd qaydada verilmişdir. İş materialında olan 05 oktyabr 2022-ci il tarixli pul sifariş blankından görünür ki, ASC-nin xəzinədarlığı tərəfindən 05 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yeni nəqliyyat vasitəsinin alınması ilə bağlı 16537 manat məbləğində pul verilmişdir. Təqsirləndirilən şəxs pul sifariş blankında “16537 AZN ALDİM Təqsirləndirilən şəxs" yazaraq blankı imzalamışdır. (Cild 1, iş vərəq 46) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ASC-nin direktoru X10 tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli 001/2Ü nömrəli əmrdən görünür ki, daxili logistika və anbar işçilərinin həvəsləndirilməsi üçün mükafat məbləğinin təyin olunması və işçilərə ödənişlərin həyata keçirilməsi Təqsirləndirilən şəxs həvalə olunmuşdur. Təqsirləndirilən şəxs əmrlə tanış olaraq əmri imzalamışdır. (Cild 1, iş vərəq 47) Cinayət işinin materiallarında olan 30 sentyabr 2022-ci il tarixli pul sifariş blankından görünür ki, Cəmiyyət tərəfindən logistika işçilərinin mükafatlandırılması üçün 2440 manat, anbar işçilərinin mükafatlandırılması üçün 1250 manat, monitorinqdə iştirak edən əməkdaşların həvəsləndirilməsi üçün 210 manat olmaqla, ümumilikdə 3900 manat məbləğində pul ayrılmış, həmin məbləğ mükafat qismində İşçilərə verilməsi üçün Cəmiyyətin xəzinədarlığı tərəfindən Təqsirləndirilən şəxs verilmişdir. Təqsirləndirilən şəxs “2650 AZN sürücülərə verilmişdir, Təqsirləndirilən şəxs” yazaraq blankı imzalamışdır. (Cild 1, iş vərəq 50) Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli pul sifariş blankından görünür ki, Cəmiyyət tərəfindən logistika və anbar işçilərinin mükafatlandırılması üçün 3670 manat məbləğində pul ayrılmış, həmin məbləğ mükafat qismində işçilərə verilməsi üçün Cəmiyyətin xəzinədarlığı tərəfindən Təqsirləndirilən şəxs verilmişdir. Pul sifariş blankı Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəq 54) Cinayət işinə əlavə edilmiş 15 noyabr 2022-ci il tarixli aktdan görünür ki, 2022-ci ilin sentyabr-oktyabr ayları ərzində anbar işçilərinin faydalı iş əmsallığına görə işçilərə ümumilikdə 2450 AZN pul ödənilməmişdir. (Cild 1, iş vərəqləri 55-56) İş materillarında olan Zərərçəkmiş şəxs ASC-nin direktoru X10 tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli 001/3Ü nömrəli əmrdən görünür ki, Cəmiyyətin anbarında yararsız olan kardonların, salafanların, plastmasların, plastmas qabların, tibbi plastik qabların və müddəti keçmiş utilizasiya olunmuş alimintum bankaların satışının təmin edilməsi, ödənişlərin qəbulu Tədarük və Logistika Meneceri Təqsirləndirilən şəxs həvalə olunmuşdur. (Cild 1, iş vərəq 57) İş materiallarında olan Monitorinq və Təftiş Departamentinin təftiş üzrə mütəxəssisi Şahid6 ilə X12 arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs ASC-nin ərazisindəki 2000 kq tullantı, yəni tullantı kisə malların satışı iləəlaqədar 340 AZN məbləğində pul vəsaiti Kamil Hüseynov tərəfindən Təqsirləndirilən şəxs təhvil verilmişdir. (Cild 1, iş vərəq 65) İş materiallarında olan Monitorinq və Təftiş Departamentinin təftiş üzrə mütəxəssisi Şahid6 ilə X15 arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs ASC-nin ərazisindəki 16345 kq tullantı, yəni kordon, sellafon, enerjetik qab malların satışı iləəlaqədar 10717 AZN məbləğində pul vəsaiti Mehman Sarıyev tərəfindən Təqsirləndirilən şəxs təhvil verilmişdir. (Cild 1, iş vərəq 58) İş materiallarında olan Zərərçəkmiş şəxs ASC-nin Monitorinq və Təftiş Departamentinin təftiş üzrə mütəxəssisi Şahid6 ilə Şahid7 arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli aktdan görünür ki, 05 oktyabr 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs ASC-nin ərazisindəki 4860 kq tullantı, yəni kordon, streç malların satışı iləəlaqədar 508 AZN məbləğində pul vəsaiti Şahid7 tərəfindən Təqsirləndirilən şəxs təhvil verilmişdir. Həmçinin iş materiallarında olan Monitorinq və Təftiş Departamentinin təftiş üzrə mütəxəssisi Şahid6 ilə Şahid7 arasında bağlanmış 17 noyabr 2022-ci İl tarixli aktdan görünür ki, “A+CO" ASC-nin ərazisindəki 8136 kq tullantı, yəni kordon, streç malların satışı iləəlaqədar 1302 AZN məbləğində pul vəsaiti Şahid7 tərəfindən Cəmiyyətin anbardarı Şahid12 təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 61-62) İş materiallarında olan 11 noyabr 2023-cü il tarixli aktda göstərilmişdir ki, 08 fevral 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixdək Zərərçəkmiş şəxs ASC-nin anbarlarında və ərazisində 25432.96 AZN dəyərində utilizasiya olunan məhsullar olmuşdur. Belə ki, bu məhsullardan 3040.96 AZN dəyərində tibbi plastik butulka (143801 ədəd x 0,019 qr = 2732,219 kq x 1,113 AZN = 3040,96 AZN), 13487,50 AZN dəyərində müddəti bitmiş bankalar (414745 ədəd x 0,012 qr = 4976,94 kq x 2,71 AZN = 13487,50 AZN) və 8904,50 AZN dəyərində streç, sellafon və kordon (6540 kq x 0.65 AZN = 4251 AZN; 3415 kq x 0.90 AZN = 3073.50 AZN, 15800 kq x 0.10 AZN = 1580 AZN) tullantı məhsulları mövcud olmuşdur. Bu mallar Tədarük və Logistika Meneceri Təqsirləndirilən şəxs tərəfindən müxtəlif şəxslərə satılsa da, dəyəri Cəmiyyətin xəzinəsinə mədaxil edilməmişdir. (Cild 1, iş vərəq 247) Məhkəmə təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməməsi ilə bağlı ifadəsində göstərdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işüzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə tövsif edilməsi düzgündür, həmin əməlləri qəsdən törədilmiş, bu əməllər başa çatmış cinayət olmaqla təsnifata görə müvafiq olaraq ağır və az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə şühəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 17 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 16 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( (Cild 1, iş vərəqləri 168-171, Cild 2, iş vərəqləri 4-8, Cild 2, iş vərəqləri 51-54) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 150 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 179.2-ci maddəyə əsasən isə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 187-ci maddəyə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. İş üzrə mülki iddiaçı - zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun cinayət əməlləri nəticəsində hüquqi şəxsə vurulmuş 90.839,96 manat maddi ziyanın və 363 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 91.202,96 manat (doxsan bir min iki yüz iki manat doxsan altı qəpik) məbləğində pulun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlləri və bu əməllər nəticəsində hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə maddi ziyan vurulması sübuta yetirildiyindən, verilmiş 91.202,96 manat məbləğində mülki iddia təmin edilməklə həmin məbləğdə pul təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutulmaqla zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 və 179.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq ediləklə ona 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanın əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs yolu oğlu qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 91.202,96 manat (doxsan bir min iki yüz iki manat doxsan altı qəpik) məbləğində pul tutularaq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ASC-yə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar