Məhkəmə qərarları › İş №1(124)-238/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-238/2025

17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-238/2025 17.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Nizami oğlunun sədrliyi, X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, Q.Əsgərov küçəsi, ev 17 ünvanında qeydiyyatda, ünvan 1 ünvanında yaşamış, 26 iyun 2024-cü il tarixdən həbsdə olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 5,284 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Masazır qəsəbəsi ərazisinə daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 26 iyun 2024-cü il tarixdə, saat 19:30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 21:25-dən etibarən üzərində şəxsi axtarış həyata keçirilərkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 5,284 qram ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, ona verilən ittihamla heç razı deyil. Onun 44 yaşı vardır. İndiyə qədər narkotik vasitələrdən istifadə etməmişdir. O, həyatı boyu narkotik görməmişdir. Onu saat yeddi və ya səkkizə işləmiş narkotiklərin əməkdaşları saxlamışlar. Ona məxsus olan bank kartını və telefonunu ondan almışlar. Eyni zamanda şəxsiyyət vəsiqəsini də ondan almışlar. Üzərində olan zalın və evin açarlarını da ondan almışlar. O özü idmanla məşğul olmuş və Azərbaycan bayrağını qaldırmışdır. O, boş yerə səkkiz və ya doqquz aydır içərdədir. Əkrəm adlı şəxsdən öz şəxsi pulunu tələb etmişdir. Həmin şəxs isə onu saxlayan şəxslərdən birinin dostu olmuşdur. Tutulana qədər o həmin şəxsə müxtəlif zamanlarda zəng edərək pulunu tələb etmişdir. Ümumilikdə, ona 14500 manat borcu olmuşdur. Əkrəm onu aldatdığı üçün sonuncu dəfə onlar mübahisə etmişlər. 21-i onların mübahisələri olmuş və ayın iyirmi altısı da onu tutmuşlar. Ona əvvəlcədən zəng gəlmiş “səndən şikayət var, filan qədər pul gətir işini bağlayaq” demişlər. O da “xeyir ola pul verməliyəm” demişdir. Ondan sonra onu tutmuşlar. O, heç narkotik vasitəni belə tanımır. O, Kick-Boks federasiyasının məşqçisidir. 26 iyun 2024-cü il tarixdə ittiham aktında göstərilən saatda və ünvanda saxlamışlar. Saat və tarix düzgündür. Polisin onunla belə bir rəftar etməyinin əsas səbəbi Əkrəm adlı şəxslə aralarında pul məsələsidir. Əkrəm həmin polis əməkdaşının dostu olmuşdur. Əkrəmin ona borcu vardır. Sənədinin düzəldilməsi üçün ona pul vermişdir. Həmin 14500 manat pul ona geri qayıtmamışdır. O özü Əkrəm adlı şəxsə dəfələrlə zəng etmişdir. Sonuncu dəfə Əkrəm adlı şəxs onu söymüşdür. Təhqir etmişdir. Əkrəm adlı şəxsin Bakı şəhərində aldatmadığı adam yoxdur. Ona “mənim şəxsi pulumu qaytar” demişdir. Onun özü şəxsən pul məsələsi ilə bağlı polisə ərizə yazmışdır. Həmin şəxs 178-ci maddəsi ilə həbs olunmuşdur. Həmin Əkrəm adlı şəxs ondan iki ay sonra tutulmuşdur. İndiyə qədər də onu qorumuşlar. Həmin Əkrəm adlı şəxsı Yasamal əməkdaşları tutmuşdur. Həmin şəxs də dələduzluqla tutulmuşdur. Əvvəllər məhkumluğu olmamışdır. İtiham aktında yazılanların hamısı cəfəngiyyatdır. Həmin ibtidai istintaq zamanı etirafedici ifadə verməmişdir. Döyüldüyünə görə razılaşmışdır. Döyüldüyünə görə məcbur olub imza çəkmişdir. Döyülməyi ilə bağlı müraciətləri olmuşdur. Nəticəsi barədə məlumatı yoxdur. Ona hər hansı bir qərar təqdim edilməmişdir. Həbslə bağlı qərar qəbul edilərkən işgəncələrə məruz qaldığını demişdir. Narkotik bağlılığının olmadığını demişdir. Onu on nəfər tutmuşdur. Saxlanıldığı yerdə onun telefonunu almışlar. Vəsiqəsini götürmüşlər. Ona nədə şübhəli olduğunu deməmişlər. Ona “Əkrəmlə nə üçün mübahisə etmisən” demişlər. Bir gün əvvəl də ona Ramal adlı şəxs zəng etmişdir. Sosial şəbəkə vasitəsi ilə ona zəng etmişdir. Nömrəsinin əvvəli 201-ilə başlamışdır. Bakcell mobil operatoruna məxsus olan nömrə ilə zəng gəlmişdir. Onu ailəsi ilə hədələmişlər. Onu döymüşlər. Evindən narkotikin və silahın aşkar ediləcəyi ilə hədələmişlər. Ona “narkotiki götürməsən iki şahidin iştirakı ilə silah aşkar edəcəyik” demişlər. Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarətlərini göstərmişdir. Saat yeddi tamam, səkkizə işləmiş tutmuşlar. Restorandan çıxanda saxlanılmışdır. Mirqasım adlı şəxslə həmin gün görüşmüşdür. Taksini saxlamış və onun qoluna qandal vuraraq aparmışlar. Onu döyə-döyə aparmışlar. Mirqasımı isə buraxmışlar. Onlardan “məni niyə tutursuz” deyə soruşanda ona “dostumuz Əkrəmlə mübahisə etmisən” demişlər. Onlardan şəxsi pulunu istəmişdir. Səkkiz və ya doqquz ay olar ki, onun pulunu geri qaytarmamışdır. Baş İdarədə onu döymüşlər. 10 dəfə çəkiliş etmişlər. Hər dəfə çəkilişin təkrarlanmasının səbəbi narkotiki boynuna götürməyi ilə bağlı olmuşdur. Onlara “narkotiki boynuma götürə bilmərəm” demişdir. Ona “pul verə bilirsənsə gəl sənə silahla bağlı ittiham elan edək” demişlər. Silah və narkotikin onunla əlaqəsi olmadığını demişdir. Ona “əgər narkotiki götürməsən həmin narkotik sənin evindən çıxacaqdır” demişlər. O özünü təqsirli bilmir. O, məşqçi olaraq işləyirmiş. Aylıq maaş almamışdır. Tələbə hazırlaşdırırmış. Fərdi fəaliyyətlə məşğul olmuşdur. Aylıq 1500- 2000 manat qazanırmış. Xırdalandakı həyət evini özəlləşdirmək istədiyi üçün Əkrəm adlı şəxsə 14500 manat pul vermişdir. Həyət evini 2008-ci ildə anasıgilin adına almışdır. Onun bir dostu vardır. Həmin dostu onu Əkrəm adlı şəxslə tanış etmişdir. Həmin şəxsi Xırdalanda işləyən bir şəxs kimi tanımışdır. Ona pul vermişdir. Onun etibarından suiistifadə etmişdir. Başının arxasından vurmuşlar. Çiyinlərinə xəsarət yetirmişlər. Kürəyindən vurmuşlar. Ona “imza çəkməsən evindən narkotik çıxardacağıq” demişlər. Tibbi yoxlanışa onu aparmışlar. Xəsarəti aşkar olunmuşdur. Videoçəkilişdən əvvəl onu döymüşlər. Çənəsində xəsarət izi olmamışdır. Çiynində və qolunda xəsarət izi vardır. Onun sifətində ləkə qalmamışdır. Lapatka ilə əlinə vurmuşlar. Çiyinlərinə xəsarət yetirmişlər. Onu ailəsi ilə hədələmişlər. Ona görə razılaşmışdır. O, ayın iyirmi altısı saat səkkizə işləmiş saxlanılmışdır. Masazır ərazisində saxlanılmışdır. Şahid onun saxlanılmasında iştirak edibetməməsini xatırlamamışdır. Birincisi onu avtomobildə qızlar tutmuşdur. Onun əlinə qandal vurmuşlar. O, Şahid tanımamışdır. Onun saxlanılmağında iştirak etməmişdir. Şəxs yalan ifadə vermişdir. O saxlanılarkən yanında Mirqasım adlı şəxs olmuşdur. Həmin şəxslə bir yerdə oteldən çıxmışlar. Onları saxlamışlar. Üç saat yarımdan sonra videoçəkiliş aparılmışdır. “Silahın varsa silah, silah yoxdursa narkotiki boynuna götür” demişlər. O, həmin günü evdən altının yarısı çıxmışdır. O, oteldən Mirqasımla bir yerdə çıxmışdır. Taksiyə əyləşmişdir. Masazır ərazisində yerləşən Qurtuluş adlanan ərazidə onu saxlamışlar. Onu saat yeddi tamamda saxlamışlar. X14 həmin videoçəkilişdə çəkilişi aparan şəxs olmuşdur. Şəxs yalan danışmışdır. O, X8 onun saxlanılmağında iştirak edibetməməsini xatırlamamışdır. Onu saxlayan şəxslərin adlarını bilmişdir. Ramal adlı şəxs onu saxlamışdır. İki nəfər avtomobilin ön oturacaqda əyləşmişdir. Digər iki nəfər isə avtomobilin arxa oturacaqlarında əyləşmişlər. Onu saxlayan əsas şəxslər Ramal və Rza adlı şəxs olmuşdur. Ona bir gün əvvəl zəng edərək “İphone 15-i gətir” demişdir. Ondan şikayət olunduğunu demişdir. Şəxs onun tutulmağında iştirak etməmişdir. Onunla Baş İdarənin üçüncü mərtəbəsində görüşmüş və danışmışdır. Ona “İdarə rəisi ilə danışmışam və biz nə deyiriksə onu da et” demişdir. Ona “ya silahı, ya da narkotiki götür” deyə bildirmişdir. Ona “bunlardan hər hansı birini götürməsən sənin evindən çıxacaq” deyə hədələmişdir. Onun bank kartı və açarları onlarda olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə özünü təqsirli bilərək göstərmişdir ki, tutulmazdan 3 gün əvvəl yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində üzdən tanıdığı lakin adını və digər əlaqələrini bilmədiyi şəxslə təsadüfən rastlaşmış və ondan şəxsi istifadəsi üçün 50 manata bir büküm psixotrop maddə metamfetamin alaraq üzərində saxlamışdır. 26 iyun 2024-cü il tarixdə saat 19:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində olarkən əvvələr tanımadığı, sonradan ona məlum olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yaxınlaşıb onu saxlayıb ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o, da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Orada müdafiəçi ilə təmin edilib hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılmış, bu zaman ona üzərində narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, üstündə psixotrop maddə metamfetamin olduğunu bildirib əynindəki göy rəngli cins şalvarın sol yan cibindən içərisində psixotrop maddə olan bir ədəd sellofan bükümü təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümə baxış zamanı bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən bir ədəd ağ kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid Əlibala oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdirləri əməliyyat tədbiri ilə bağlı tanımışdır. Narkotiklərlə bağlı Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuşdur. Təqsirləndirilən şəxs yeri müəyyən olunmuşdur. Masazır qəsəbəsində olduğu məlum olmuşdur. Şəxsə yaxınlaşmışlar. Özlərini təqdim etmişlər. Baş İdarəyə dəvət etmişlər. Vəkilin iştirakı ilə videoçəkilişlə şəxsin üzərinə baxış keçirmişlər. Təhqiqatçı tərəfindən üzərində qanunla qadağan olunan əşya və ya prediment olub-olmaması soruşulmuşdur. Şəxs üzərində metamfetamin olduğunu bildirmişdir. Masanın üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Şəxsə qarşı hər hansı bir təzyiq olunmamışdır. Şəxsin narkotik vasitələrin satışı ilə bağlı məlumat daxil olmuşdur. Daha sonra satışla bağlı təsdiqedici bir hal tapılmamışdır. Şəxsi onlar Masazır ərazisində saxlamışlar. Daha sonra Baş İdarəyə gətirmişlər. Sxladıqları yerdə əlverişli şərait olmadığına görə şəxsin üzərinə baxış keçirməmişlər. Ətrafda insanlar olmuşdur. Kənar şəxslər tərəfindən müdaxilə ehtimalları olmuşdur. Baş İdarənin əməkdaşları olduqları üçün ora dəvət etmişlər. İdarədə olarkən şəxsə qarşı kimsə təzyiq etməmiş və nəyəsə məcburi formada imza çəkdirməmişdir. Kimsə ona işgəncə verməmişdir. Kiminsə işgəncə verməsini görməmişdir. Şəxsin üzərinə baxış keçirilməsində iştirak etmişdir. Şəxs özü istifadə etməsi üçün əldə etdiyini demişdir. Əməliyyat məlumatında şəxsin mənzilində narkotik olması barədə məlumat olmamışdır. Mənzilinə ona görə baxış keçirməmişlər. Şəxs onun saxlanılmağında iştirak etməməyi ilə bağlı yalan danışmışdır. Yəqin ki, şəxs onun orada iştirak etməyini xatırlamamışdır. Şəxsi onlar saxlayanda saat təxminən 19:30 radələri olmuşdur. Şəxsi Baş İdarəyə aparmışlar. Həmin məsafəyə əsasən baxış bir az gec keçirilmişdir. Əməliyyatın keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılması barədə məhkəməyə göndərilməsindən məlumatı yoxdur. Qərarın qanuniliyinin yoxlanılması barədə məhkəməyə göndərmək vəzifəsi təhqiqatçının üzərinə düşür. Şəxsi Masazır qəsəbəsində saxlamışlar. Şəxsi saxlayarkən tək olmuşdur. Kimsə olmamışdır. Çəkilişdə iştirak etmişdir. Şəxs özü könüllü şəkildə onlarla gəlmişdir. Şəxs barəsində onlarda əvvəllər məlumat olmamışdır. Əməliyyat-qeydiyyat işi açılmamışdır. Təxirə salınmaz tədbir kimi keçirilmişdir. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təxminən keçən ilin iyun ayının iyirmi altısı olmuşdur. Şahid Əlibala oğluna əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun üzvü olmuşdur. Masazır qəsəbəsində saat 19:30 radələrində şəxsi saxlamışlar. Şəxsi Baş İdarəyə dəvət etmişlər. Üzərinə baxış keçirilərkən şəxsin üzərindən narkotik vasitə aşkar edilmişdir. Təhqiqatçı həmin narkotikin kimdən və hansı məqsədlə almasını soruşmuşdur. Həmin narkotik vasitənin metamfetamin olduğunu bildirmişdir. İstifadə etmək məqsədi ilə əldə etdiyini demişdir. Şəxsi Masazır ərazisində yolun kənarında saxlamışlar. Şəxsi tutandan sonra Baş İdarəyə aparmışlar. Hadisə yerində üzərinə baxış keçirilməsi üçün şərait olmamışdır. Ətraf səs-küy olmuşdur. Masazırdan İdarəyə getmişlər. Növbəti vəkillərin siyahısı şəxsə təqdim edilmişdir. Normal vaxtda da şəxsin üzərinə baxış keçirilmişdir. O xatırladığı qədəri ilə xüsusi bir gecikmə halı olmamışdır. Hər hansı bir gözləmə olmamışdır. Əməliyyat qrupunun rəhbəri Tərlan olmuşdur. Əməliyyat tədbirində iştirak etmiş və qrupun üzvü olmuşdur. Vətəndaşların sorğusu ilə bağlı əməliyyat tədbirini keçirmişlər. Həmin məlumat əsasında onlar şəxsin yerini müəyyən etmişlər. Şəxsin üzərinə baxışda iştirak etmişdir. Təxminən 50 manata aldığını demişdir. İstifadə etmək məqsədi ilə aldığını demişdir. Sonradan təqsirləndirilən şəxsin kiməsə narkotik satması və ya kiməsə narkotik verməsi barədə məlumat əldə etməmişlər. Ramal və Rza adlı şəxslər onlarda əməliyyatçı kimi işləməmişdir. Həmin şəxsləri, ümumiyyətlə tanımamışdır. Şəxsi saxlayarkən tək olmuşdur. Kimsə olmamışdır. Əkrəm adlı şəxsi tanımamışdır. Belə bir halın olub-olmadığını bilməmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə yalan danışır. Hər hansı bir gecikmə olmuşsa belə onun xəbəri olmamışdır. Şəxs piyada olaraq hərəkət edirmiş. Bəlkə də, başqa bir yerdə avtomobil onu gözləyirmiş. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Şəxsə qarşı hər hansı bir təzyiq olmamışdır. Şəxs könüllü olaraq onlarla gəlmişdir. Şəxsi saxlayarkən qaçmaq istəməmişdir. Onda şəxs barəsində əvvəllər məlumat olmamışdır. Məlumat ona daxil olmamışdır. Yəqin ki, elə həmin gün məlumat Tərlan adlı şəxsə daxil olmuşdur. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, sərbəst ifadəsində və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, şəxs barəsində Şahid məlumat daxil olmuşdur. Həmin məlumat şəxs tərəfindən rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Şəxsin olduğu yer müəyyənləşdirilmişdir. Şəxsin Masazır qəsəbəsi ərazisində olduğu məlum olmuşdur. Şəxsin olduğu ünvana getmişlər. Şəxsi saxlamış və saxlanma səbəbini izah etmişlər. Özlərini təqdim edərək Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə təhqiqatçı və müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsin üzərinə baxış keçirmişlər. Əvvəlcə şəxsə üzərində qanunla qadağa olunan əşya və predmet varsa könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Şəxs özü könüllü şəkildə bir büküm metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi Masazır qəsəbəsi ərazisində yolda hərəkətdə olarkən saxlamışlar. Şəxsin yanında kimsə olmamışdır. Şəxsin yanında kimisə görməmişlər. Şəxsin üzərinə baxışı Baş idarədə keçirmişlər. Əməliyyat qrupunun rəhbərinin təklifi əsasında Baş İdarəyə getmişlər. O baxışda iştirak etmişdir. Sorğu-sual əsasında şəxsi istifadə məqsədi ilə aldığını demişdir. Kimsə narkotik satması və kiməsə narkotik verməsi ilə bağlı sonradan hər hansı bir hal müəyyən etməmişlər. Şəxs hər hansı bir təzyiqə və işgəncəyə məruz qalmamışdır. Şəxsin xəsarətlərinin olub-olmamasını bilməmişdir. Şəxsin dediyi kimi bir hal olmamışdır. Kimsə tərəfindən şəxsə təzyiq edilməmişdir. O, kiminsə şəxsə qarşı təzyiq etməsini görməmişdir. Şəxsin saxlanılması zamanı onun sağ tərəfində əyləşən olmuşdur. Ola bilsin ki, müdafiəçi gec gəldiyi üçün baxış gec keçirilmişdir. Masazır ərazisindən İdarəyə qədər olan məsafə bir az çoxdur. Həmin məsafəni bir saatdan tez getmək mümkün deyildir. Onun bildiyi qədəri ilə xüsusi bir gecikmə halı olmamışdır. Şəxs saxlanılarkən tək olmuşdur. Eyni zamanda şəxs piyada olmuşdur. Çəkilişin üç saatdan sonra keçirilməsi səbəbini bilməmişdir. Yəqin ki, dəvət edilən müdafiəçi gec gəldiyi üçün baxış gec keçirilmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Şəxs onlara müqavimət göstərməmişdir. Şəxs barəsində əvvəllər onlarda məlumat olmamışdır. Əməliyyatın keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılması üçün məhkəməyə göndərən subyekt onlar olmamışlar. Bu məsələsə təhqiqatçının öhdəliyinə düşmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda "Fəxrəddin" adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, "Fəxrəddin" adlı şəxs xx.xx.1981-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxsdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1981-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1981-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 6 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 19:30-da ünvan 7 ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, tərəfimizdən müşayiətimiz altında saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətməkdə şübhəli bilinərək həmin günü saxlanılıb Baş İdarəyə gətirilmiş Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı onun üstündən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 27 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3381 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazılar və imzalar olan zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,284 qram ağ rəngli, kristalşəkilli maddə psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli «4435» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixosimilyatorlarm birgə qəbulu halları olub, narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. «Məhkəmə-Tibbi Ekspertiza və X10» X17 10 iyul 2024-cü il tarixli 2210/K nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X10 PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 374/MEŞ saylı rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:45 radələrində Bakı İstintaq Təcridxanasınm Tibbi-Sanitar Hissəsində tibbi baxışdan keçirilərkən ona "sol çiynin içəri səthində qırmızımtıl rəngli qançır izləri, sağ əlinin üzərində isə yumşaq toxumaların əziyi” diaqnozu təyin edilmişdir. Qeyd olunan xəsarətlərdən sol çiyin nahiyəsinin qançırı onun Bakı İstintaq Təcridxanasında üzərinə baxış keçirildiyi tarixdən (xx.xx.2024-cü il tarixdə saat 11:45 radələri) bir neçə saat əvvəl yetirilməyə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmamışdır. Həmin xəsarət müxtəlif şəraitlərdə yarana bildiyindən dəqiq olaraq hansı şəraitdə yaranması hüquqi müstəvidə aydınlaşdırıla bilər. Qeyd olunan diaqnozun "sağ əlinin üzərində yumşaq toxumaların əziyi” hissəsində xəsarətin xarakteri, obyektiv (yara, sıyrıq, qançır, hematoma və s.) və klinik əlamətləri öz əksini tapmadığından xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. «Şəxsi axtarış və götürmə aparılması haqqında» 26 iyun 2024-cü il tarixli protokola və protokola əlavə edilmiş şəxsi axtarış hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R diskdəki videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin gün saat 21:25dən etibarən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkilişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-1630/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə 01 sentyabr 2023-cü il tarixdən 27 iyun 2024-cü tarixədək daxil olan və çıxan zənglərin, qəbul olunan və göndərilən SMSlərin siyahısı, SMS mətnləri, anten əhatə dairəsi, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarının "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-1634/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Abşeron Rayon Məhkəməsinin 5(012)-757/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid Əlibala oğlunun xx.xx.2024-cü il tarixli qərarı geri qaytarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərlə əlaqədar araşdırma aparılmış və Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı 03 (üç) azyaşlı övladları vardır. Cinayət işinin materiallarında olan məhkumluq barədə elektron arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Fəxri Diplom”dan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Juboksinq Citsu Federasiyasının prezidenti tərəfindən təltif edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-866/2024 qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1298/2024 qərarı ilə Təqsirləndirilən şəxs həbs qətimkan tədbiri 02 (iki) ay müddətinə uzadılmışdır. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, təqdim olunmuş “Samsung” markalı mobil telefonuna keçirilən baxış zamanı telefonun “WhatsApp” hissəsində iş üzrə əhəmiyyətli olan hər hansı SMS-lərə, fotoşəkillərə və videoçəkilişlərə rast gəlinməmişdir. “Mobil telefonla ötürülən məlumata baxış keçirilməsi haqqında” protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrədən ötürülən məlumatlara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya SMS yazışmaları aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatları dəqiqləşdirmək, həmçinin cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmamaları yoxlanılmalı, müsbət halda əvvəllər kimə, harada və hansı şəraitdə narkotik vasitələr və psixotrop maddələr satmaları hallarının müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə melamfetamini nə vaxt, harada və kimdən, hansı şəraitdə əldə etməsi müəyyən edilməli, Təqsirləndirilən şəxs əlaqələri müəyyən edilməli, onun həm narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində əlbirlikləri, həmçinin onların narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələri yoxlanılmalı, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilməli, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının, aidiyyətinin olubolmadığı yoxlanılmalıdır. xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına verilmiş cavabdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunuz olaraq külli mqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək Abşeron rayon ərazisində satışını həyata keçirməsi müəyyən edilmiş, lakin onun külli miqdarda narkotik vasitə və psixotrop maddələri hansı mənbədən əldə etməsi, kimlərə satması, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsini şahidlik edən şəxslərin dairəsinin müəyyən olunması, onun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1981-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə küllü miqdarda psixotrop maddəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Həmçinin cinayət işinin materiallarında olan əməliyyat tapşırığı və ona verilən cavabdan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs psixotrop maddənin haradan əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edə bilməmişlər. Həmçinin təqsirləndirilən şəxsin mobil nömrəsindən əldə edilmiş məlumatlarda və telefonuna keçirilmiş baxış protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə sübut əhəmiyyətli heç nə aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaq müddətində özünü təqsirli bilməməsi ilə əlaqədar verdiyi ifadəsini məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən qiymətləndirməyi zəruri hesab edir. Belə ki, məhkəmə əməliyyat tədbirini həyata keçirən polis əməkdaşlarının iş üzrə şahid qismində dindirilməsinə münasibət bildirərək qeyd edir ki, polis əməkdaşlarının sözügedən əməliyyat tədbirini həyata keçirən şəxslər olması səbəbindən məhkəmə bu hala həssaslıqla yanaşmış, əlavə şahid qismində digər polis əməkdaşlarının dindirilməsi barədə müdafiə tərəfinin vəsatətini də təmin etməklə həmin şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə iş materiallarında olan sübutları qarşılıqlı olaraq araşdırılmış və yekunda məhkəmə həmin şəxslərin şahid ifadəsinin həqiqəti əks etdirən obyektiv sübut olması qənaətinə gəlmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalmasını, döyülməsini bildirsə də, məhkəmə qeyd edir ki, həmin hallar araşdırılmış və müvafiq olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin həm özünün bildirməsinə əsasən, həm də cinayət işinin materiallarına əlavə edilmiş sənədlərə əsasən peşəkar olaraq idmanla məşğul olmasını nəzərə alaraq, onda aşkar edilmiş dərəcəsi təyin olunmayan (“sol çiynin üzərində rəngli qançır izləri”) və xəsarət kimi qiymətləndirilməyən (“sal əlin üzərində yumşaq toxumaların əziyi”) əlamətlərin onun peşə faliyyəti nəticəsində əmələ gəlməsini real olaraq qiymətləndirir və təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki təsir və təzyiqə məruz qalması barədə bildirdiklərini məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş ifadə hesab edir. Bundan başqa məhkəmə müdafiə tərəfinin “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 26 iyun 2024-cü il tarixli qərarın qanuniliyinin yoxlanılması barədə qeyd etdiklərinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 8 nömrəli qərarının 31-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 445.1 və 445.2-ci maddələrinin və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarından, eləcə də CPM-in məhkəmə nəzarətinin həyata keçirilməsini tənzimləyən Lİİ fəslinin digər normalarından göründüyü kimi, məhkəmə nəzarəti yalnız Azərbaycan Respublikası CPM-in 445.1-ci maddəsində və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İİİ hissəsində dəqiq müəyyən olunmuş əməliyyat-axtarış tədbirlərinə münasibətdə, məhz bu tədbirlərin keçirilməsi üçün məhkəmə qərarının alınmasına dair əməliyyat-axtarış fəaliyyəti subyektinin (səlahiyyətli şəxsin) vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında vəsatətin təmin edilməsi üçün əsasların müəyyən edilməsindən asılı olaraq - müvafiq tədbirin keçirilməsinə və yaxud bundan imtina edilməsinə dair məhkəmə qərarı çıxarılmaqla, əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildikdə - həmin qərarın və keçirilmiş tədbirin qanunauyğunluğunun sonradan yoxlanılması yolu ilə həyata keçirilməlidir. Həmin bəndə əsasən «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində təsbit edilən digər əməliyyat-axtarış tədbirlərinə münasibətdə CPM-in Lİİ fəslində nəzərdə tutulmuş prosedurda məhkəmə nəzarəti həyata keçirilməməli, o cümlədən əməliyyataxtarış fəaliyyətinin subyektləri və prokurorlar tərəfindən belə tədbirlərlə əlaqədar vəsatət və təqdimatlar verilməməli və yaxud bu cür tədbirlərin keçirilməsindən sonra onların keçirilməsinə dair qərar və əlaqəli materiallar məhkəməyə göndərilməməli, məhkəmələr isə daxil olmuş belə materiallar üzrə məhkəmələrin səlahiyyətləri daxilində işlərə, digər materiallara baxmalı olduqlarını müəyyən edən cinayət mühakimə icraatının ümumi prinsiplərinə, o cümlədən CPM-in 23.1-ci maddəsinə və digər əlaqəli normalarına əsaslanmaqla onların baxılmadan geri qaytarılması haqqında qərar qəbul etməlidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair”, “əməliyyat qrupunun yaradılması barədə” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, xx.xx.1981-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, BMCMİ-nin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupunun yaradılması və həmin şəxs müəyyən olunan zaman yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar olunaraq götürülməsi qərara alınmışdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs əməliyyataxtarış tədbiri nəticəsində saxlanılaraq BMCMİ-yə gətirilmiş, müdafiəçinin iştirakı üzərinə şəxsi axtarış keçirilmişdir. Bununla da müəyyən olunur ki, həyata keçirilmiş tətbir məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olan və Azərbaycan Respublikası CPM-in 445.1-ci maddəsində və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İİİ hissəsində müəyyən olunmuş əməliyyat-axtarış tədbirindən ibarət olmamışdır. Ona görə də “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 26 iyun 2024-cü il tarixli qərarın qanuniliyinin şübhə altına alınmasına əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələrini təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş oldu xx.xx.2024-cü il tarixli ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi onun özünün ibtidai araşdırma zamanı vermiş oldu (xx.xx.2024-cü i tarixli) ifadəsi, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 (üç) azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən olunmadığını qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və cəzasını yüngülləşdirən halı nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-866/2024 qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alın alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, DİN-in BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş ümumi qalıq çəkisi 5,234 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, özündə şəxsi axtarış və götürmə keçirilməsi hərəkətlərinin qeydə alındığı 01 (bir) ədəd DVD-R diskin cinayət işinin materialarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 81 (səksən bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, DİN-in BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş ümumi qalıq çəkisi 5,234 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, özündə şəxsi axtarış və götürmə keçirilməsi hərəkətlərinin qeydə alındığı 01 (bir) ədəd DVD-R diskin cinayət işinin materialarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar